Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-349/2020 27.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcə hüquqşünas Dövlət ittihamçısı3, zərərçəkmiş şəxs-mülki iddiaçılar X1, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 Arif oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Fəxrəddin oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs15, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1984-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 9-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 27, mənzil 37-də yaşamış, xx xxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2018ci il tarixdə həbsdən azad olunmuş, xx xxxx 2019-cu il tarixdə ittiham elan etmək üçün tutulmuş, xx xxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcritxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 Rashıd oğluna Azərbaycan Respublikası ərazisində 1 il müddətinə yaşaması üçün nəzərdə tutulan rəsmi icazə sənədini Dövlət Miqrasiya Xidmətindən alacağını vəd verib aldadaraq, ilkin olaraq xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 104 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında 2551,05 manat ekvivalentində 1.500 ABŞ dolları, daha sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə müxtəlif dövlət orqanlarından barəsində verilmiş sorğulara cavab alacağını vəd verib, xx xxxxxxx 2017-ci il tarixdə həmin parkda 1200 manat, daha sonra Azərbaycan Respublikası ərazisində 3 il müddətinə yaşaması üçün nəzərdə tutulan rəsmi icazə sənədini Dövlət Miqrasiya Xidmətindən alacağını vəd verib, xx xxxxxxx 2017ci il tarixdə həmin ünvanda yerləşən parkda 1.500 manat, xx xxxxxxx 2017-ci il tarixdə həmin parkda 1.500 manat və xx xxxxxxx 2017-ci il tarixdə həmin parkda 2.000 manat, daha sonra Azərbaycan Respublikası ərazisində 5 il müddətinə yaşaması üçün nəzərdə tutulan rəsmi icazə sənədini Dövlət Miqrasiya Xidmətindən alacağını vəd verib, xx xxxxxxx 2017-ci il tarixdə həmin ünvanda yerləşən parkda 3.000 manat və xx xxxxxxx 2017-ci il tarixdə həmin parkda 3.500 manat, daha sonra “Forex” birja işində yüksək qazanc əldə edəcəklərini vəd verib aldadaraq, bu adla xx xxxxxx 2017-ci il tarixdə həmin parkda 5.000 manat, xx xxxxxx 2017-ci il tarixdə həmin parkda 2.000 manat və xx xxxxxx 2017-ci il tarixdə həmin parkda 5.000 manat olmaqla, ümumilikdə 27251,05 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 Rashıd oğluna xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Fəxrəddin oğluna Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 12-ci döngə ünvanında yerləşən 3 sot torpaq sahəsini özəlləşdirəcəyinə dair vəd verib aldadaraq, ilkin olaraq xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsi, 1 ünvanında yerləşən 300 nömrəli orta məktəbin qarşısında 1.500 manat, vahid niyyətlə əhatə olunmuş qəsdlə naməlum taksi sürücüsü vasitəsilə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dairəvi küçə, 517 ünvanının qarşısında 450 manat, xx xxxxxx 2018-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, X26 küçəsi, 40 ünvanında yerləşən “Marxal” restoranında 1.000 manat olmaqla, ümumilikdə 2950 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 yeznəsi X9 Nərimanov RPİ-nin Dövlət Yol polis şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyini vəd verib aldadaraq, bu adla xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X26 küçəsi, 40 ünvanında yerləşən “Marxal” restoranında 19.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 bacısı X3 məxsus “xxxxxxxxx” MTKda olan mənzil ilə bağlı həmin MTK ilə aralarında Azərbaycan Respublikasının Ali Məhkəməsində məhkəmə baxışında olan mübahisəli məhkəmə prosesində sonuncunun xeyirinə qərar qəbul etdirəcəyinə dair vəd verib aldadaraq, bu adla xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 2/27 ünvanında yerləşən “Paradise” otelinin qarşısında 5.000 manat, vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 14 ünvanının qarşısında 1.800 manat olmaqla ümumilikdə 6.800 manat pulunu ələ keçirərək X10 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 110 kv.metr sahəli 3 otaqlı mənzili ucuz qiymətə alacağını vəd verib aldadaraq, bu adla xx xxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 104 ünvanında yerləşən Nəriman Nərimanov adına parkda 30.000 manat, vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxx 2018-ci il tarixdə həmin ünvanda 40.000 manat olmaqla ümumilikdə 70.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs11 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs13 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 106 kv.metr sahəli 2 otaqlı mənzili ipoteka yolu ilə alacağını vəd verib aldadaraq, bu adla xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 10 ünvanında yerləşən «Ləvəngi» kafesində 6.000 manat pul, vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesində yerləşən «Lökbatan» dairəsinin yanında 9.000 manat, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 47 ünvanında yerləşən “Altun” çay evinin qarşısında 2000 manat, xx xxxx 2018-ci il tarixdə həmin ünvanın qarşısında 2500 manat, xx xxxx 2018-ci il tarixdə həmin ünvanda 860 manat, xx xxxx 2018-ci il tarixdə həmin ünvanda 860 manat, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən «Nizami» metrostansiyasının qarşısında naməlum taksi sürücüsü vasitəsilə 10.000 manat, xx xxxx 2019-cu il tarixdə həmin metrostansiyanın qarşısında naməlum taksi sürücüsü vasitəsilə 8.000 manat və xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 47 ünvanında yerləşən “Altun” çay evinin qarşısında 6530 manat olmaqla, ümumilikdə 45.750 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs13 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs14 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 100 kv.metr sahəli 2 otaqlı mənzili ipoteka yolu ilə alacağını vəd verib aldadaraq, bu adla xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 10 ünvanında yerləşən «Ləvəngi» kafesinin qarşısında 5.000 manat, vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən «Nizami» metrostansiyasının qarşısında 5.300 manat, xx xxxx 2018-ci il tarixdə ünvan 12 ünvanının qarşısında 5.600 manat, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 47 ünvanında yerləşən “Altun” çay evinin qarşısında 290 manat, xx xxxx 2018-ci il tarixdə həmin ünvanın qarşısında 290 manat, xx xxxxxx 2018-ci il tarixdə həmin ünvanın qarşısında 290 manat, xx xxxxxx 2018-ci il tarixdə həmin ünvanın qarşısında 300 manat, xx xxxxxx 2018-ci il tarixdə həmin ünvanın qarşısında 300 manat, xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 93 ünvanında yerləşən “FMG group” şirkətinin qarşısında naməlum taksi sürücüsü vasitəsilə 2.110 manat, xx xxxxxxxx 2018-ci il tarixdə həmin ünvanın qarşısında naməlum taksi sürücüsü vasitəsilə 1.920 manat, xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 104 ünvanında yerləşən Nəriman Nərimanov adına parkda 4.000 manat, xx xxxxxx 2018-ci il tarixdə həmin parkda 2.500 manat, xx xxxxxx 2018-ci il tarixdə həmin parkda 2.000 manat, xx xxxxxx 2018-ci il tarixdə həmin parkda 1.000 manat, xx xxxxxx 2018-ci il tarixdə həmin parkda 1.500 manat və xx xxxxxx 2019-cu il tarixdə həmin parkda 1.500 manat olmaqla, ümumilikdə 33.900 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs14 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 80 kv.metr sahəli 2 otaqlı mənzili ipoteka yolu ilə alacağını vəd verib aldadaraq, bu adla xx xxxx 2018-ci il tarixdə ünvan 15 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında 15.700 manat, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxx 2018-ci il tarixdə eyni ünvanda 1.200 manat, xx xxxx 2018-ci il tarixdə eyni ünvanda 16.800 manat olmaqla, ümumilikdə 33.700 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 139 kv.metr sahəli 3 otaqlı mənzili ipoteka yolu ilə alacağını vəd verib aldadaraq, bu adla xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 104 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında 23.000 manat, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxx 2018-ci il tarixdə eyni ünvanda 1.000 manat olmaqla, ümumilikdə 24.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 80 kv.metr sahəli 2 otaqlı mənzili ipoteka yolu ilə alacağını vəd verib aldadaraq, bu adla xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 104 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında 15.700 manat, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxx 2018-ci il tarixdə eyni ünvanda 1.200 manat, xx xxxx 2018-ci il tarixdə eyni ünvanda 7.500 manat olmaqla, ümumilikdə 24.400 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 80 kv.metr sahəli 2 otaqlı mənzili ipoteka yolu ilə alacağını vəd verib aldadaraq, bu adla xx xxxx 2018-ci il tarixdə ünvan 15 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında 15.700 manat, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxx 2018-ci il tarixdə eyni ünvanda 1.200 manat, xx xxxx 2018-ci il tarixdə eyni ünvanda 5.900 manat olmaqla, ümumilikdə 22.800 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10 Arif oğluna Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 139 kv.metr sahəli 3 otaqlı mənzili ipoteka yolu ilə alacağını vəd verib aldadaraq, bu adla xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 104 ünvanında yerləşən Nəriman Nərimanov istirahət parkında 23.000 manat, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxx 2018-ci il tarixdə eyni ünvanda 1.500 manat, xx xxxx 2018-ci il tarixdə eyni ünvanda 4.900 manat olmaqla, ümumilikdə 29.400 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs10 Arif oğluna xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 106 kv.metr sahəli 3 otaqlı mənzili ipoteka yolu ilə alacağını vəd verib aldadaraq, bu adla xx xxxxxx 2019-cu il tarixdə ünvan 16 ünvanında dostu Şahid1 vasitəsilə 3.500 manat, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2019cu il tarixdə həmin ünvanda Şahid1 vasitəsilə 5.500 manat, xx xxxx 2019-cu il tarixdə həmin ünvanda 6.000 manat olmaqla, ümumilikdə 15.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs12 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 138 kv.metr sahəli mənzili ipoteka yolu ilə alacağını vəd verib aldadaraq, bu adla xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 19 ünvanında yerləşən “Araz Market” mağazasının qarşısında 3.120 manat, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxx 2019-cu il tarixdə eyni ünvanda 3.400 manat, xx xxx 2019-cu il tarixdə eyni ünvanda 7.500 manat, xx xxx 2019-cu il tarixdə eyni ünvanda 7.500 manat, xx xxx 2019-cu il tarixdə eyni ünvanda 2.180 manat olmaqla, ümumilikdə 23.700 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs15 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 8 ünvanında yerləşən X8 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan binadan 3 otaqlı mənzili ipoteka yolu ilə alacağını vəd verib aldadaraq, bu adla xx xxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 2/27 ünvanında yerləşən “Paradise” otelinin qarşısında 3.800 manat, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxx 2019-cu il tarixdə Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 ünvanının qarşısında 1080 manat, xx xxx 2019-cu il tarixdə Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 94 ünvanında yerləşən “Beynəlxalq Bank”ın «Gənclik» filialının qarşısında 5200 manat, xx xxx 2019-cu il tarixdə Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 ünvanının qarşısında 3600 manat, xx xxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 168C ünvanında yerləşən “Arçelik” mağazasının qarşısında 7000 manat, xx xxxx 2019-cu il tarixdə ünvan 15 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında 6000 manat, xx xxxx 2019-cu il tarixdə eyni ünvanda 2240 manat, xx xxxx 2019-cu il tarixdə eyni ünvanda 1080 manat olmaqla, ümumilikdə 30.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs15 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Nikroz Forouzandehlə bağlı epizodu qəbul etsə də, həmin pulları ondan borc kimi almışdır və sonradan zərərçəkmiş şəxsə 13000 manat ödəmişdir, qalan pulunu da məhkəmənin sonuna qədər ödəyəcəkdir. Eyni zamanda, digər zərərçəkmiş Zərərçəkmiş şəxs3 da pul almış, sonradan ona ödəniş etmişdir və hazırda Qalibə 1450 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs4 19000 manat pul almışdır, həmin puldan 14500 manatı qaytarmış, qalan pulu da məhkəmə gedişi dövründə qaytarmağa çalışacaqdır. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs5lə bağlı epizod barədə Təqsirləndirilən şəxs bildirdi ki, o, İlhamdan pul almamışdır, onunla bağlı epizodu qəbul etmir. Çünki həmin epizod istintaqın quramasıdır. Lakin İlhamdan pul almasa da, istintaq zamanı müstəntiq ondan 4800 manat pul alıb Zərərçəkmiş şəxs5 vermişdir. Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs13la bağlı epizodlar üzrə təqsirləndirilən şəxs bildirdi ki, o, Qabildən 70000 manat almış, lakin ona heç bir ödəniş etməmişdir. Həmçinin, Fərhaddan 45750 manat pul almış, lakin onunla bağlı da hər hansı ödəniş olumamışdır. Zərərçəkmiş şəxs10 da ipoteka yolu ilə mənzil düzəltmək adı altında 29400 manat pul almış, ona da hər hansı ödəniş olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə görə, o, Zərərçəkmiş şəxs14 33900 manat pul almış, ona sonradan ödəniş etməmiş, eləcə də Zərərçəkmiş şəxs6 33700 manat pul almış, bununla bağlı heç bir ödəniş olmamışdır. Zərərçəkmiş şəxs7 24000 manat pul almış, lakin ona, həmçinin 24.400 manat və 22800 manat pul aldığı Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 qardaşlarına hər hansı ödəniş edə bilməmişdir. Digər cinayət epizodları üzrə ifadəsində Təqsirləndirilən şəxs bildirdi ki, ittiham aktında Zərərçəkmiş şəxs12 15000 manat pul aldığı yazılsa da, əslində Pərvizdən 14000 manat almış və heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs2 23700 manat almış, hər hansı ödəniş etməmişdir. Zərərçəkmiş şəxs15 epizodu ilə bağlı təqsirləndirilən şəxsin sözlərinə görə, Vüqar istintaqda yalan danışaraq guya ondan 30000 manat pul aldığını göstərmiş, əslində isə o, Vüqardan cəmi 11700 manat pul almış, lakin Vüqara da hər hansı ödəniş etməmişdir. Zərərçəkmiş şəxslərdən aldığı pulları hara xərcləməsi barədə Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, sosial evlərlə bağlı zərərçəkmiş şəxslərdən aldığı pulların əksəriyyətini o, Mənzil İnşaatı Dövlət agentliyində işlədiyini bildirən Asim Namazov adlı şəxsə və X17 adlı şəxsə vermiş, digər pul vəsaitlərini isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində bildirdi ki, o, 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Memarlıq və İnşaat universitetinə qəbul olunmuş və burada təhsilini davam etdirir. Təqsirləndirilən şəxs sonuncunun atası X22 Ərdəbil şəhərinə müalicə alması üçün getməsi ilə əlaqədar tanımış və yaxın münasibətləri yaranmışdır. Bakı şəhərində pilot lahiyə tikinti işləri ilə məşğul olan şirkətdə işə düzələrkən ona Azərbaycan Respublikası Miqrasiya Xidmətindən respublika ərazisində 1 il qalması üçün icazə sənədinin alınması zərurəti yaranmış, 2017-ci ilin sentyabrında Tural atasının müalicəsində ona köməklik göstərdiyi üçün ona belə bir sənədin alınmasına köməklik göstərəcəyini, lakin həmin sənədin düzəlməsi üçün 1.500 ABŞ dolları lazım olduğunu demişdir. O, Turalın təklifi ilə razılaşıb həmin vaxt Nərimanov parkında görüşüb sonuncuya 1.500 ABŞ dolları vermişdir. Tural 15 gün ərzində Miqrasiya Xidmətindən icazəni alacağını bildirmişdir. 2017-ci ilin oktyabr ayında o, yenə də Turalla Nərimanov parkında görüşmüş, Tural ona bildirmişdir ki, müxtəlif dövlət orqanlarına onun barəsində sorğular verilmiş və onlara cavab alınması üçün əlavə 1.200 manat pul lazımdır. O da, işinin düzəlməsi üçün həmin pulu orada Turala vermişdir. 2017-ci ilin oktyabr ayında Tural ona Azərbaycan Respublikası ərazisində tək yox, ailəsi ilə birlikdə qalmağı üçün lazım olan icazə sənədinin 3 il müddətinə almağın mümkün olduğunu deyərək bunun üçün əlavə 5.000 manat pul lazım olduğunu demişdir. O da, çıxılmaz vəziyyətdə qaldığı üçün Turalın bu təklifini qəbul etməyə məcbur olmuş, xx xxxxxxx 2017-ci il tarixdə Nərimanov parkında Turala 1.500 manat, xx xxxxxxx 2017-ci il tarixdə həmin parkda 1.500 və xx xxxxxxx 2017ci il tarixdə həmin parkda daha 2.000 manat pulu təklikdə vermişdir. Bundan sonra o, xx xxxxxxx 2017-ci ildə şəxsi işləri ilə bağlı İrana və xx xxxxxxx 2017-ci ildə Bakı şəhərinə qayıtmışdır. Həmin ərəfədə işlərin nə yerdə olmasını Turaldan maraqlanarkən, sonuncu, narahat olmamağı, tezliklə sənədin alınacağını bildirmişdir. 2017-ci ilin oktyabr ayının axırlarında Tural onunla Nərimanov rayonu ərazisində yerləşən "Paradise" otelinə yanıma gələrək həmin icazə sənədinin 5 il müddətə alınmasının mümkünlüyünü deyib, əlavə olaraq 6.500 manat pul verilməsinin lazım olduğunu söyləmişdir. O, Turalın sözlərinə inanıb 2017-ci il oktyabrın axırlarında 3.000 manat və sonra 3.500 manat olmaqla, ümumilikdə 6.500 manat pulu Nərimanov parkında Turala vermişdir. 2017-ci ilin noyabr ayının əvvəllərində Tural ona internetdə "Forex" birja saytının vasitəsi ilə yüksək gəlir əldə etməyin mümkün olduğunu demiş, həmin saytda onun adına açılan hesaba 12.000 manat pulu köçürdükdən 1 ay sonra həmin məbləğdən əlavə olaraq 17.000 manat gəlir əldə etməyin mümkün olduğunu Tural ona izah etmişdir. O, Turalın sözlərinə inanıb xx xxxxxx 2017-ci il tarixdə 5.000 manat, xx xxxxxx 2017-ci il tarixdə 2.000 manat və xx xxxxxx 2017-ci il tarixdə 5.000 manat, ümumilikdə 12.000 manat pulu Nərimanov parkında Turalla görüşüb təklikdə ona vermişdir. Bundan sonra o, Turala pullarını geri qaytarmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək onunla görüşlərdən yayınmış və sonda anlamışdır ki, Tural onun etibarından sui-istifadə edərək aldadıb ümumilikdə 27251 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs Nikrouz Forouzandehin ifadəsinə görə, hazırda Təqsirləndirilən şəxs ondan götürdüyü pulun 14.250 manatını ödəməmiş, eyni zamanda Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində o, 5000 manat maddi zərər, 1000 manat isə mənəvi zərər çəkmişdir. Odur ki, qeyd olunan pul vəsaitinin Təqsirləndirilən şəxs alınıb ona qaytarılması barədə məhkəmədə mülki iddia qaldırmışdır və həmin iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanımışdır. 2019-cu ilin mart ayında Tural ona zəng edərək, X8 sosial mənzil təşkil edə biləcəyini demiş və görüşməyi təklif etmişdir. O, Turalla görüşmüş, söhbət zamanı Tural atasının yüksək vəzifədə işləyən hansısa dostu vasitəsilə həmin Kompleksdən ona münasib qiymətə ipoteka yolu ilə sosial mənzil təşkil edə biləcəyini bildirmişdir. Şərtlər barədə Tural bildirmişdir ki, 21 il ərzində hər ay 260 manat ödəmək şərti ilə 138 kv.m.-lik mənzil təşkil edə bilər, ilkin olaraq bir illik məbləği, yəni 3120 manat ödəmək lazımdır. Həmçinin Tural xx xxxxx 2019-cu il tarixədək mənzilə görə ona müqavilə verəcəyini də demişdir. O, Turalı tanıdığından ona inanmış və razılaşmışdır. 2019-cu ilin aprel ayında Nərimanov rayonunda yerləşən “Araz Market” in yanında Turalla görüşmüş və 3.120 manat pulu mənzilə görə ilkin ödəniş kimi ona vermişdir. Bundan 3 gün sonra Tural onunla zəngləşib təcili olaraq mənzilin pulundan əlavə 3.400 manat da vermək lazım olduğunu demişdir. O da, əvvəldən pul verdiyinə görə əlacsız qalıb razılaşmış və bir neçə gün sonra yenə də “Araz Market”in qarşısında Turala 3.400 manat pul vermişdir. Daha sonra Tural mənzil şərtlərinin dəyişdirildiyini, tələb olunan pullar verilmədiyi təqdirdə mənzili ala bilməcəyəcəyini və verdiyi pulun batacağını dediyi üçün məcbur olub xx xxx 2019-cu il tarixdə ona bu məqsədlə həmin yerdə əlavə 7.500 manat pul vermişdir. xx xxx 2019-cu il tarixdə Tural yenidən mənzilə görə ondan 7.500 manat tələb etmişdir. O da, həmin marketin qarşısında görüşərək ona həmin pulu vermişdir. Sonuncu dəfə isə xx xxx 2019-cu il tarixdə mənzilin artıq onun adına sənədləşdirməsi üçün Turala A.Nemətulla küçəsində həmin marketin qarşısında 2.180 manat pul vermişdir. Ümumilikdə Turala mənzil alınması üçün 23.700 manat pul vermişdir və həmin puldan bu günə qədər ona heç nə qaytarılmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs11 Neftçala rayon sakinləri kimi çoxdan tanımışdır. Təqsirləndirilən şəxs qaynatası Ərəstun əvvəllər Binəqədi Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi üçün onların ailəsi Salyan və Neftçala rayonlarında tanınan ailə olmuşlar. Bununla yanaşı onlar Təqsirləndirilən şəxs polis əməkdaşı olduğunu bilmişlər. Zərərçəkmiş şəxs11 da Neftçala rayonunun sakini olmaqla həmin rayonda yaşamış, əvvəllər ət ticarəti ilə məşğul olaraq maddi imkanı yaxşı olmuşdur. 2018-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs11 yaşadığı Salyan rayonu, Quyçi kəndində onunla görüşərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs vasitəsi ilə özünə və yaxın qohumlarına Bakı şəhəri Yasamal rayonu ərazisində sərfəli qiymətə tam təmirli mənzillər almışdır. Bundan sonra Qabil onu Turalla görüşdürmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs ona Yeni Yasamal yaşayış massivində sosial binaların tikilməsini, binada 2 və 3 otaqlı mənzillərin olmasını, 2 otaqlı mənzillərin 80 kv.metr, 3 otaqlı mənzillərin isə 139 kv.metr sahələrinin olmasını, həmin mənzillərin 1 kv.metr sahəsinin təxminən 500-600 manata satılmasını, ilkin ödəniş olaraq 2 otaqlı mənzil üçün 15.700 manat, 3 otaqlı mənzil üçün isə 23.000 manat pul tələb olunmasını bildirmişdir. Həmin vaxt Qabil də Turalın sözlərini təsdiq edərək onlara bildirmişdir ki, o, özü və yaxın qohumları üçün də qeyd edilən mənzillərdən bir neçəsini almaq üçün Turala pullar vermişdir. O, Zərərçəkmiş şəxs11 da mənzil almaq üçün Təqsirləndirilən şəxs pul verməsini görüb, eləcə də mənzillərin sərfəli qiymətə satıldığını nəzərə alaraq həmin binadan mənzil almaq qərarına gəlmişdir. Bundan sonra o, bu barədə oğlu Həzrətquluya, yaxın qohumları Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və qonşusu Zərərçəkmiş şəxs7 məlumat vermişdir. Onlar da mənzillərin sərfəli qiymətə satılmasını görüb həmin binadan mənzil almaq qərarına gəlmişlər. İlk dəfə xx xxxx 2018-ci il tarixdə o, Nərimanov adına parkda Təqsirləndirilən şəxs 15.700 manat pul vermişdir. Həmin vaxt orada Qalib Kərimov da iştirak etmişdir, o, pulu əvvəlcə Qalib Kərimova vermiş, sonuncu da, onun yanında pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. Bununla yanaşı həmin vaxt onun oğlu Zərərçəkmiş şəxs10, qohumları Elməddin və Zərərçəkmiş şəxs9 qardaşları, qonşusu Zərərçəkmiş şəxs7 da özlərinə mənzil almaqla bağlı Təqsirləndirilən şəxs pullar vermişlər. Təqsirləndirilən şəxs pulları qəbul etdikdən sonra onlara qısa müddət ərzində mənzillərin tam təmirli şəkildə, sənədləri ilə birlikdə onlara təqdim ediləcəyini bildirmişdir. Bu hadisədən təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, mənzillərin mebellərlə təchiz edilməsi üçün hər bir mənzil alan şəxs 1.200 manat pul ödəməlidir. Onlar razılıq verərək yenidən xx xxxx 2018-ci il tarixdə Nərimanov istirahət parkında Təqsirləndirilən şəxs 1.200 manat pul vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs7 başqa yuxarıda adlarını qeyd etdiyi şəxslərin hamısı mebellə bağlı Turala pul vermişlər. Bu hadisədən təxminən 2 həftə sonra Təqsirləndirilən şəxs yenidən onunla görüşərək bildirmişdir ki, artıq mənzillər sahiblərinə təhvil verilmək üçün tam hazır vəziyyətdədir, çıxarışın alınması üçün hər bir mənzil sahibi qalan puldan ödəniş etməlidir. Səhəri gün o, oğlu Həzrətqulu, qohumları Elməddin, Ehtiram və qonşusu Rövşən hər biri maddi imkanları daxilində Təqsirləndirilən şəxs pullar vermişlər. O, özü də Nərimanov parkında Təqsirləndirilən şəxs 16.800 manat pul vermişdir. Həmin gündən başlayaraq Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, hər dəfə onu və qohumlarını Salyan rayonundan Bakı şəhərinə gətizdirməklə, şəxsiyyət vəsiqələrini götürüb guya sənədlərin hazırlanması üçün təqdim etdiyini bildirməklə, çıxarışların bu gün-sabah düzələcəyi bəhanəsi ilə vaxtı uzatmağa başlamış, lakin onlara heç bir sənəd təqdim etməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs11 onlardan alınmış pulların hansı idarə və təşkilata köçürülməsinə dair onlara məlumat vermələrini və sənədləri təqdim etmələrini tələb etmişlər. Lakin ona və qohumlarına heç bir sənəd və ya mənzil təqdim edilməmişdir. Ona Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində cəmi 33.700 manat maddi ziyan dəymişdir. O, bütün pulları Zərərçəkmiş şəxs11 vasitəsi ilə Təqsirləndirilən şəxs vermişdir. Bu işdə Qabilin hansı marağının olduğunu bilməmişdir. Ondan başqa onun yanında Təqsirləndirilən şəxs oğlu Həzrətqulu ümumilikdə 29.400 manat, Zərərçəkmiş şəxs8 ümumlikdə 24.400 manat, Zərərçəkmiş şəxs7 isə ümumilikdə 24.000 manat pullar vermişlər. Bundan başqa ona məlumdur ki, Zərərçəkmiş şəxs8 qardaşı Zərərçəkmiş şəxs9 də sözügedən mənzillərdən birini almaq üçün Təqsirləndirilən şəxs ümumilikdə 22.800 manat pul vermişdir. Zərərçəkmiş şəxs6 bildirdiyinə görə, Təqsirləndirilən şəxs ondan götürdüyü 33.700 manat puldan hər hansı ödəmə etməmiş, eyni zamanda Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində o, 50.000 manat mənəvi zərər çəkmişdir. Odur ki, qeyd olunan pul vəsaitinin Təqsirləndirilən şəxs alınıb ona qaytarılması barədə məhkəmədə mülki iddia qaldırmış və həmin iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Cəlilov X11 Həsənovu atası Ariflə birlikdə görüb tanıdığını, ona Yeni X8n sosial ev almaq üçün 29.400 manat pul verdiyini, lakin bu günə qədər nə mənzili ala bildiyini, nə də pulunun qaytarılmadığını bildirərək, zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs6 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Zərərçəkmiş şəxs10 ifadəsinə görə, Təqsirləndirilən şəxs ondan aldığı 29.400 manat pulu hələ də qaytarmamış, həmçinin Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində o, 35.000 manat mənəvi zərər çəkmişdir. Odur ki, qeyd olunan pul vəsaitinin Təqsirləndirilən şəxs alınıb ona qaytarılması barədə məhkəmədə mülki iddia qaldırmış və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 görə tanıdığını, Yeni X8n sosial ev almaq məqsədilə Turala 23.900 manat pul verdiyini və bu günə qədər nə pulunu, nə də söz verilmiş mənzili ala bilmədiyini bildirərək, Zərərçəkmiş şəxs6 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Zərərçəkmiş şəxs7 ifadəsinə görə, ondan alınan 23.900 manat puldan ona heç nə qaytarılmamış, həmçinin Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində ona 30.000 manat mənəvi ziyan dəymişdir. Odur ki, qeyd olunan pul vəsaitinin Təqsirləndirilən şəxs alınıb ona qaytarılması barədə məhkəmədə qaldırdığı mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 görə tanıdığını, Yeni X8n sosial ev almaq məqsədilə Turala birinci dəfə 15700 manat , ikinci dəfə 1200 manat, üçüncü dəfə isə 7500 manat olmaqla cəmi 24.400 manat pul verdiyini və bu günə qədər nə pulunun qaytarıldığını, nə də söz verilmiş mənzilin ona verildiyini bildirərək, Zərərçəkmiş şəxs6 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Zərərçəkmiş şəxs8 ifadəsində həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs ondan aldığı 24.400 manat pulu hələ də qaytarmamış, həmçinin Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində o, 40.000 manat mənəvi zərər çəkmişdir. Odur ki, qeyd olunan pul vəsaitinin Təqsirləndirilən şəxs alınıb ona qaytarılması barədə məhkəmədə mülki iddia qaldırmış və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs9 bildirdi ki, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 görə tanısa da, pulu Qabil vasitəsi ilə pul verməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov adına parkda görüşməklə birinci dəfə 15.700 manat, sonra mənzilə mebel yığılması adı ilə 1200 manat və daha sonra 5.900 manat olmaqla, ümumilikdə 22.800 manat pul verdiyini bildirərək, Zərərçəkmiş şəxs6 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Zərərçəkmiş şəxs9 ifadəsinə görə, Təqsirləndirilən şəxs ondan 22.800 manat pul alsa da bu günə qədər qaytarmamış, həmçinin Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində ona 40.000 manat mənəvi zərər dəymişdir. Ona görə də, həmin pul vəsaitinin Təqsirləndirilən şəxs alınıb ona qaytarılması barədə məhkəmədə qaldırdığı mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıq illərindən həmyerli kimi, Salyan rayon sakini Zərərçəkmiş şəxs6 bir həmyerli kimi uzun illərdir ki, tanıyır. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs ona Yeni Yasamal yaşayış massivində sosial binaların tikildiyini, həmin binalarda 2 və 3 otaqlı mənzillərin olmasını, ilkin ödəniş kimi 2 otaqlı mənzillər üçün 15.700 manat, 3 otaqlı mənzillər üçün isə 23.000 manat pul tələb olunduğunu, həmin pullar ödənildikdən sonra cədvəl tərtib olunacağını, aylıq ödənişin təxminən 160 manat təşkil edəcəyini, lakin mənzilləri ala bilmək üçün təxminən 12 illik aylıq ödənişin qabaqcadan ödənilməli olduğunu, yerdə qalan 6 ilin isə aylıq 160 manatdan ödəniləcəyini bildirmişdir. O, Turalın sözlərinə inanaraq onun təklif etdiyi kompleksdən özünə 3 otaqlı mənzil almaq qərarına gəlmişdir. Lakin kredit yolu ilə baha başa gəldiyindən, mənzili nəğd qiymətə almaq istəmişdir. Belə ki, Turalın dediyi 3 otaqlı 110 kv.m sahəsi olan mənzilin qiyməti 70.000 manat olmuşdur. Tural həmin mənzilin əslində baha qiymətə olduğunu, lakin onun tanışlığı ilə ucuz qiymətə ala biləcəyini bildirmişdir. O da, Turalı uzun müddət tanıdığından ona inanmış və razılaşmışdır. İlk dəfə 2018-ci il may ayının əvvəllərində Nərimanov parkında Turalla görüşərək, ona 30.000 manat pul vermiş, bir neçə gün sonra isə həmin parkda daha 40.000 manat, ümumilikdə 70.000 manat pul vermişdir. Həmin ərəfədə həmyerlisi Zərərçəkmiş şəxs6 onun Təqsirləndirilən şəxs vasitəsi ilə mənzil aldığını bildiyi üçün ondan bu barədə soruşmuşdur. O da, Zərərçəkmiş şəxs6 Turalın dediyi formada mənzili necə və hansı şərtlərlə almağı bildirdikdən sonra Arifin təklifi ilə onu Təqsirləndirilən şəxsla görüşdürmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 da ona dediyi sözləri təkrar edərək, istəsə mənzillərdən onun üçün də ala biləcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs6, oğlu Həzrətqulu, bacısı uşaqları Elməddin və Ehtiram, həmyerlisi Zərərçəkmiş şəxs7 onun yanında Təqsirləndirilən şəxs hissə-hissə ümumilikdə külli miqdarda pullar vermişlər. Təqsirləndirilən şəxs hər dəfə qeyd edilən pulları alarkən ona demişdir ki, həmin pulları mənzillərin alınması üçün sosial mənzillərin satışı ilə məşğul olan Asim adlı şəxsə verir. Hətta təxminən 2 dəfə Təqsirləndirilən şəxs onunla birlikdə «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında Asim kimi qələmə verdiyi şəxslə görüşmüşdür. Hər dəfə görüş zamanı o, Asim kimi bildiyi şəxslə salamlaşaraq geri qayıdıb avtomobildə əyləşmişdir. Tural ona bildirmişdir ki, Asim mənzillərin alış-verişi ilə bağlı kənar şəxslərin yanında söhbət etməyi xoşlamır. Bu səbəbdən də o, Turalın Asimə əlbəəl pul verməsinin şahidi olmamış və alacaqları mənzillər barədə Asimlə söhbət etməmişdir. Tural digər həmyerlilərindən aldığı pullardan ona heç nə verməmiş, həmçinin ondan aldığı 70.000 manatı da ələ keçirmişdir. Zərərçəkmiş şəxs11 ifadəsinə görə, Təqsirləndirilən şəxs ondan aldığı 70.000 manat pulu hələ də qaytarmamış, həmçinin Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində o, 60.000 manat mənəvi zərər çəkmişdir. Odur ki, qeyd olunan pul vəsaitinin Təqsirləndirilən şəxs alınıb ona qaytarılması barədə məhkəmədə mülki iddia qaldırmış və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, o, 2018ci il iyun ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs11 vasitəsi ilə qohumu kimi təqdim etdiyi Təqsirləndirilən şəxsla tanış olmuşdur. Onunla görüşləri zamanı Tural bildirmişdir ki, Yeni Yasamal qəsəbəsində inşa edilən sosial evlərin birində onun üçün ucuz qiymətə mənzil təşkil edə bilər. Şərtlər barədə Tural bildirmişdir ki, 2 otaqlı mənzil üçün ilkin ödəniş olaraq 15.000 manat pul lazım olacaq, həmin məbləği ödəyəndən sonra ona mənzilə aid sənəd veriləcək, qalan 25.000 manatı isə yaxın 3 il ərzində hissə-hissə ödəməli olacaqdır. Tural mənzilə görə kredit ödənişləri ilə birlikdə cəmi 40.000 manat pul ödəniləcəyini bildirmişdir. O, Qabil və digər tanışlarının mənzil üçün Turala pul ödədiklərini bilib, ona inanaraq təklifə razılıq vermişdir. Həmin vaxt onda 15.000 manat olmadığından, həmin pulu 2-3 dəfəyə hissə-hissə verməyi barədə razılaşmışlar. İlk dəfə xx xxxx 2018-ci il tarixdə Tural ilə Yasamal rayonu ərazisində yerləşən “Ləvəngi” kafesinin qarşısında görüşüb 5.000 manat pulu dostu Qabil və Fərhadın iştirakı ilə Turala vermişdir. Bundan 10 gün sonra «Nizami» metrostansiyasının qarşısında Turalla ikilikdə görüşüb 5.300 manat, Biləcəri qəsəbəsində görüşüb 5.600 manat pul vermişdir. Bundan bir müddət sonra Tural mənzilin sənədləşməsi işlərinin həll olunmaq üzrə olduğunu deyib, mənzilin pulunun tam ödəmək lazım olduğunu söyləmişdir. O, söhbətin əvvəlki danışığa uyğun olmadığını dedikdə, Tural belə olan halda, əvvəl ödədiyi 15.000 manatın da batacağını və ona ayrılan mənzilin başqa şəxsə satılacağını demişdir. Buna görə o, əlacsız qalıb razılaşmış və 2018-ci ilin iyul ayında Turalla “Altun” çay evinin qarşısında bir neçə dəfə görüşərək, ümumilikdə 1.470 manat pul vermişdir. Bundan sonra Turala taksi sürücüsü Elman adlı şəxsin vasitəsilə 2.110 manat, səhəri gün daha 1.920 manat pul göndərmişdir. Sonrakı müddətdə Tural ilə Nərimanov parkında görüşərək 4.000 manat, 2.500 manat, 2.000 manat, 1.000 manat, 1.500 manat və sonuncu dəfə 2018-ci ilin yanvarında 1.500 manat pul vermişdir. Bu yolla Turala ümumilikdə 33.900 manat pul vermişdir. Lakin Tural ona mənzilə aid heç bir sənəd verməmişdir. 2019-cu ilin əvvəllərində Turalın müxtəlif bəhanələr gətirməsini və ona hər hansı sənəd vermədiyini görüb onu aldatdığını başa düşmüş və pulunu geri istəmişdir. Tural isə qaçıb gizlənmiş və zənglərə cavab verməmişdir. Hadisə nəticəsində ona cəmi 33.900 manat maddi ziyan dəymiş, həmin pulu hələ də ödənilməmiş qalmışdır. Odur ki, məhkəmədə bu barədə mülki iddia qaldırmış və həmin iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, 2018-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs11 söhbət zamanı tanışı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində tikilən sosial binalardan münasib qiymətə mənzil təşkil edə biləcəyini ona demişdir. O da, oğluna mənzil almaq arzusunda olduğundan Qabillə birlikdə Bakı şəhərində Turalla görüşmüşdür. Söhbət əsnasında Tural, yüksək vəzifədə işləyən Asim adlı tanışının vasitəsilə ona sosial binaların birindən 106 kv.metr sahəli 2 otaqlı mənzili 48.000 manata ona təşkil edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs13 ifadəsinə görə, bundan sonra o, bir neçə dəfə Təqsirləndirilən şəxsla Bakıda Qabilin iştirakı ilə görüşmüş və həmin mənzilə görə Təqsirləndirilən şəxs ümumilikdə 45.750 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs ondan həmin pulu alsa da, heç bir iş görməyərək onun pulunu mənimsəmiş və ondan qaçmağa başlamışdır. Buna görə də, hüquq mühafizə orqanına müraciət etmişdir. Tural bu günə də ondan aldığı 45.750 manatı qaytarmamış, həmçinin Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində ona 50.000 manat mənəvi zərər dəymişdir. Ona görə də, qeyd olunan pul vəsaitinin Təqsirləndirilən şəxs alınıb ona qaytarılması barədə məhkəmədə qaldırdığı mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, o, 2014-cü ildə Biləcəri qəsəbəsində Rasim adlı bir maklerdən torpaq almış, 2017-ci ildə həmin torpaq sahəsinə daş gətirib tökən vaxt orada yaşayan qonşu həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra qaynatası Şahid4 Təqsirləndirilən şəxsla danışmış, Tural həmin torpağa sənəd düzəltdirə biləcəyini deyərək, bunun üçün 2950 manat pul lazım olduğunu söyləmişdir. O, həmin pulu Turala vermiş, sonuncu, yaxın vaxtlarda sənədi düzəldəcəyini bildirmişdir. Sonradan dəfələrlə Turala zəng vurub sənədi tələb etsələr də, sonuncu, müxtəlif bəhanələr gətirərək onlardan qaçmışdır. İstintaq zamanı Tural ondan aldığı puldan 1500 manatı qaytarsa da, 1450 manat bu günə qədər də ödəməmiş qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 hazırkı iş üzrə Zərərçəkmiş şəxs3 qaynatası olduğunu bildirərək, zərərçəkmiş şəxsin məhkəmədə verdiy ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirdi ki, o, 2019-cu ilin yanvar ayının ortalarında tanışı Zeynəbin vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Tanışlıq zamanı Tural ona Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində tikilən sosial binalardan 3 otaqlı 106 kv.metr sahəli mənzilin 1 kv.metrinin 600 manata satıldığını, ilkin ödəniş olaraq 14.000 manat pul tələb olunduğunu demiş, istəsə ona həmin mənzili təşkil edə biləcəyini söyləmişdir. O, Turalın təklifi ilə razılaşmış, Tural ona hətta mənzilə aid kart veriləcəyini də vəd etmişdir. O, inanaraq təklif olunan mənzili almağa razılaşmış, bunun üçün Turala hissə-hissə olmaqla 15.000 manat pul vermişdir. Həmin pullardan iki dəfə – birinci dəfə 3.500 manat, ikinci dəfə isə 5.500 manatı Turalın göndərdiyi Toğrul adlı şəxs onun Yasamal rayonu, Şərifzadə küçəsində yaşadığı mənzilə gəlib ondan almışdır. Sonradan Tural özü Toğrulun ondan aldığı pulları da özünə çatdırdığını etiraf etmişdir. Lakin o, Turalla Toğrulun həmin işlərdə əlaqəsinin olub-olmaması barədə məlumatsız olmuşdur. Tural pulları ondan aldıqdan sonra qaçıb gizlənmiş, ona heç bir mənzil verilməmişdir. Hadisə nəticəsində ona cəmi 15.000 manat maddi ziyan dəymiş, buna görə də həmin ziyanın ödənilməsi barədə mülki iddia qaldırmışdır. Məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid Tocrul Əliyev göstərmişdir ki, 2019-cu ilin yanvar ayının təxminən əvvəllərində o, Turalla söhbət edərkən Tural Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosial binaların tikildiyini və mənzil sahibi olmaq istəyən şəxslər olarsa, ona xəbər etməyi demişdir. xx xxxxxx 2019-cu il tarixdə Tural ona zəng vuraraq işləri olduğu üçün gedib Pərviz adlı şəxsdən pul götürüb gətirib ona çatdırmağı xahiş etmiş və Pərvizin əlaqə nömrəsini ona vermişdir. O, etiraz etməmiş və həmin tarixdə Pərvizin ***-***-**-** saylı nömrəsinə zəng vuraraq yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən evinə getmiş və orada Pərvizin verdiyi 3.500 manat pulu ondan götürüb həmin gün Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində «Altun» çay evində görüşərək həmin pulu Turala çatdırmışdır. Orada Pərvizin danışığından başa düşmüşdür ki, həmin pullar nə isə ev alınması ilə bağlıdır. Bundan 2 gün keçdikdən sonra, xx xxxxxx 2019-cu il tarixdə yenidən Tural ona zəng vurub işi olduğundan gedib Pərvizdən yenə də pul götürüb ona çatdırmağı xahiş etmişdir. O da, yenidən etiraz etməmiş və Pərvizin yaşadığı evə gedərək bu dəfə ondan 5.500 manat götürüb həmin gün gətirib Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsində «Altun» çay evində görüşərək Turala vermişdir. Sonra ona məlum olmuşdur ki, Tural Pərvizin onun ona çatdırdığı pullarla birlikdə 15.000 manat pulunu ələ keçirərək ona söz verdiyi mənzili təşkil etməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan sosial binalardan mənzil təşkil etmək səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 ələ keçirdiyi 15.000 manat pulu hara etməsini bilmir, həmin puldan Tural ona verməmiş, nə də ki, verəcəyini vəd etməmişdir. O, bir dost kimi Turalın xahişi ilə iki dəfə 3.500 manat və 5.500 manat pulu Pərvizdən götürüb, Turala çatdırmışdır. Onun bu işdə heç bir marağı olmamışdır (Cild 3, iş vərəqi 231-233). Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən tanımış, sonuncunun deməsinə görə, Turalın Nərimanov rayon X24 Patrul Xidmətində serjant kimi xidmət etdiyini bilmiş, həmyerli kimi bir-biri ilə telefon əlaqəsi saxlamışlar. 2019-cu ilin təxminən may ayında Nərimanov metrosunun yaxınlığında olan zaman Tural ona zəng vurub metronun yaxınlığındakı parkda olan çay evinə dəvət etmişdir. Bir qədər söhbət etdikdən sonra Tural qaynının Yasamal rayonunda yerləşən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan tikinti şirkətində sədr müavini işlədiyini, bir çox tanışlarına həmin binadan kreditlə güzəştli mənzil almasına köməklik göstərdiyini bildirmişdir. O, Turaldan ilkin ödənişin nə qədər olacağını soruşduqda, Tural 3.800 manat ilkin ödənişlə mənzil sahibi olacağını söyləmişdir. İlkin ödəniş az olduğundan həmin iş onu maraqlandırmış, Tural 3 otaqlı mənzil üçün 20 il müddətinə ayda 360 manat ödəyəcəyini bildirmişdir. O, razılaşmış və bir-iki gündən sonra Turalla görüşərək 3.800 manat pulu ona vermişdir. Bundan 3 gün sonra Tural yenidən ona zəng vuraraq əlavə 3 ayın pulunu istəmiş, o da, bir neçə gün sonra yenə həmin ərazidə Turalla görüşərək 1080 manat pulu ona vermişdir. Daha sonra o, eyni adla 2019-cu ilin may ayında arada 3-4 gün fasilə ilə Nərimanov rayonu ərazisində 5200 manat, 3600 manat, 7000 manat, 6000 manat, iyun və iyul aylarında isə 2240 manat və sonuncu dəfə 1080 manat Turala pul mənzil üçün pul vermişdir. Tural ümumilikdə mənzil alınması üçün ondan 30.000 manat pul almışdır. Lakin Tural ona nə mənzil almamış, nə də ki, pulunu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs atası Şahid2 Hazar oğlunun qohumu kimi 1994-cü ildən tanıyır, normal münasibəti olmuşdur və onun Bakı şəhərində polis nəfəri kimi işlədiyini bilmişdir. 2018-ci ilin mart ayının əvvəllərində bacısının həyat yoldaşı X9 Dövlət Yol Polisinə işə düzətmək qərarına gəlmişlər. Bununla bağlı Təqsirləndirilən şəxs ona zəng edərək Ərəstunu Nərimanov RPİ-nin Dövlət Yol Polisi şöbəsinə polis nəfəri kimi işə düzəldə biləcəyini demişdir. Həmin vaxt Turalla Nərimanov rayonunda yerləşən kafedə görüşüb söhbət etmiş, Tural qohumu Ərəstunun Dövlət Yol Polisinə polis nəfəri kimi işə düzəlməsi üçün 19.000 manat pul lazım olduğunu demişdir. 2018-ci il mart ayının əvvəllərində bu məqsədlə bacısı Böyükxanımın qayınatası Şahid3 və atası Şahid2 Hazarxan oğlunun yanında Təqsirləndirilən şəxs 19.000 manat pul vermişdir. Tural orada 1 ay ərzində Ərəstunu qeyd olunan yerə polis nəfəri kimi Daxili İşlər Nazirliyində işləyən tanışı İqbas Abbasovun vasitəsi ilə işə düzəldəcəyini bildirmişdir. 10 gündən sonra Tural yaşadıqları Salyan rayonu Boranıkənd kəndinə gəlib atası Şahid2 yanında ona bildirmişdir ki, qısa müddət ərzində Ərəstunu qeyd olunan yerə işə düzəldəcək. Təxminən 1-2 ay keçdikdən sonra Turalın onlardan Ərəstunu işə düzəltməsi üçün heç bir sənəd tələb etmədiyini görüb şübhələnməyə başlamışlar. O, Turalın ***-***-**-** nömrəli mobil telefonuna zəng etsə də, ona zəng çatmamışdır. Bu səbəbdən də DİN-nin 102 xidmətinə zəng edib Turalın qanunsuz hərəkətləri ilə bağlı şikayət etmişdir. Lakin 2018-ci ilin iyun ayından etibarən Turalın atası Əli Təqsirləndirilən şəxs qohumu Ərəstunu polis nəfəri kimi işə düzəltməsi üçün ondan aldığı 19.000 manat puldan 12.000 manatı ayrı-ayrı vaxtlarda yaşadığı Salyan rayonu Boranıkənd kəndindəki evlərində ona qaytarmışdır. Məhkəmədə şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq olunarkən onların iş üzrə Zərərçəkmiş şəxs4 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdikləri müəyyən olundu (Cild 1, iş vərəqi 138-141, 140-142). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Yasamal rayonu ərazisində yerləşən “xxxxxxxxx” MTK-da bacısı X3 məxsus mənzil olmuşdur. Həmin mənzilə dair MTK ilə bacısı Vüsalə Babayevanın bir neçə dəfə müxtəlif instansiya məhkəmələrində mülki qaydada prosesləri olmuş, sonuncu dəfə Ali Məhkəmədə “xxxxxxxxx” MTK-nın xeyrinə qərar qəbul edilmişdir. Bundan sonra onlar qeyd olunan mübahisəli məsələ ilə bağlı Ali Məhkəmənin Plenumuna müraciət emək istəmişlər. xx xxxxx 2018-ci ildə Nərimanov rayonu Ə.Rəcəbli küçəsi 2/27 ünvanında yerləşən “Paradise” otelinin foyesində dostu Şahid5la bacısı Vüsalənin mənzili ilə bağlı məhkəmədə olan məsələləri müzakirə edərkən kənardan bir nəfər onlara yaxınlaşmış və Ramizlə görüşmüşdür. Həmin vaxt Ramiz Təqsirləndirilən şəxs ona təqdim edərək tanışı olduğunu demiş, həmçinin Tural özünün polisdə işlədiyini bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs onların məhkəmə prosesi barədə bilmiş, həmin mübahisəli məsələdə Ali Məhkəmənin Plenumunda onların xeyirlərinə qərar qəbul etdirə biləcəyini Ramizlə ona söyləmişdir. Həmçinin, Ali Məhkəmədə onların xeyirlərinə qərar qəbul edilməsi üçün 5.000 manat pulun lazım olduğunu bildirmişdir. Tural birinci instansiya və Apellyasiya məhkəməsinin qərarlarının surətini ondan almış, 10 gün ərzində onların xeyirlərinə qərar qəbul etdirəcəyinə söz vermişdir. Sonrakı gün “Paradise” otelinin qarşısında 5.000 manat pulu dostu Şahid5 yanında Təqsirləndirilən şəxs vermişdir. 10 gün sonra Tural dostu Ramizə zəng edərək Ali Məhkəmənin Plenumunda onun xeyrinə qəbul edilmiş qərarın hazır olduğunu deyib əlavə olaraq 1.800 manat pulu onlardan istəmişdir. Həmin gün saat 20 radələrində o, dostu Ramiz və Tural Nərimanov rayonunda görüşmüşlər. Orada Ramizin yanında Turala əlavə olaraq 1.800 manat pul vermişdir. Tural ertəsi gün qərarı onlara verəcəyini demiş və onlar ayrılmışlar. Bundan sonra Turalın mobil telefonuna zəng etsələr də, ona zəng çatmamış və aldanıldığını başad düşərək polisə şikayət etmişlər. Sonradan istintaq vaxtı ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir və hazırda Turala qarşı hər hansı tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Zərərçəkmiş şəxs5 yaxın dostu olduğunu bildirərək, sonuncunun məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs12 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs12 sərbəst ifadəsində göstərdiklərini təqsirləndirilən şəxsin üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir (cild 4, iş vərəqi 15- 18). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokoluna əsasən, istintaq zamanı Zərərçəkmiş şəxs1 Rashıd oğlu ilə Təqsirləndirilən şəxs arasında həmin istintaq hərəkəti keçirilmiş, bu zaman zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir (cild 4, iş vərəqi 170-173). İbtidai istintaq zamanı xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılarkən o, sərbəst ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir (Cild 4, iş vərəqi 178-186). İstintaq zamanı İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 Rashıd oğlu tərəfindən istintaqa təqdim edilmiş 2 ədəd CD diskin məzmununda olan səs yazılarına Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iki nəfər şəxs pulun geri qaytarılması ilə bağlı danışıqlar aparır. Həmin səs yazısına baxış keçirilən zaman Təqsirləndirilən şəxs səs yazısı qeydə alınmış şəxslərdən birinin özü, digərinin isə İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 Rashıd oğlunun olduğunu bildirmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 Rashıd oğlu arasında Miqrasiya Xidmətindən sənəd alınması və «Forex» birja saytında qazanc əldə edilməsi ilə bağlı Təqsirləndirilən şəxs verilmiş pulun qaytarılması ilə bağlı danışıqlar gedir. Danışıq zamanı Təqsirləndirilən şəxs özünü polkovnik rütbəsində olan şəxs kimi tanıdır. X27 Respublikası vətəndaşı Nıkrouz Firuzəndə ona yalan danışdığını, serjant rütbəsində işlədiyini bildirir. İstintaq materiallarında olan İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 Rashıd oğlunun ifadəsində qeyd etdiyi xüsusatlarla səs yazıları eynilik təşkil etmişdir (Cild 4, iş vərəqi 19). İbtidai istintaq orqanının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 Rashıd oğlu tərəfindən istintaqa təqdim edilmiş 2 ədəd CD disk maddi sübut kimi tanınmışdır (Cild 4, iş vərəqi 258). Cinayət işinə əlavə edilmiş xx xxxx 2019-cu il tarixli ittihamın elan edilməsi üçün şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 18:15 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və həmin tarixdə istintaq orqanına təhvil verilmişdir (cild 3, iş vərəqi 179). Cinayət işində olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 vurduğu maddi ziyan ödənilmişdir və adı çəkilən şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 118). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Rashıd oğlundan pulları borc kimi aldığını, eləcə də Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan güzəştli mənzillərin alınması ilə bağlı aldığı pulları həmin agentlikdə işləyən Asim Namazova verdiyini, həmçinin özünə məxsus mənzil alınması ilə bağlı da Asim Namazov adlı şəxsə pul verdiyini, aldığı pul vəsaitlərinin bir hissəsini X18 adlı şəxsə verdiyini bildirsə də, həmin hallar məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən götürdüyü pul vəsaitlərini Mənzil İnşaatı Dövlət X14 adlı işçisinə verdiyini bildirsə də, həmin hal istintaq zamanı öz təsdiqini tapmamış və ibtidai istintaq orqanının xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən təqsirləndirilən şəxsin bu mövqeyi məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilmişdir. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitlərinin bir hissəsini X17 adlı şəxsə verdiyini bildirdiyindən, müdafiə tərəfinin vəsatəti əsasında onun məhkəmə iclasına dəvət edilib dindirilməsi barədə qərar qəbul edilmiş, lakin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə yoxlama aparılarkən bu adda şəxsin ümuimiyyətlə mövcud olmaması müəyyən edilmiş, həmçinin müdafiə tərəfinin adı çəkilən şəxsə məxsus olmasını iddia etdiyi mobil telefon nömrəsi ilə əlaqə saxlanılarkən, belə bir mobil nömrənin təyin olunmadığı müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs məhkəmə prosesinin ilk günlərindən zərərçəkmiş şəxslərin əksəriyyətindən pul vəsaitləri almasını könüllü olaraq etiraf edib vurduğu maddi ziyanı məhkəmə baxışı başa çatana qədər ödəyəcəyinə vəd verib məhkəməni buna inandırmağa çalışsa da, bu istiqamətdə konkret olaraq heç bir addım atmamış, zərərçəkmiş şəxslərlə barışıq əldə etməmişdir. Bütün bunlar isə məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən nəticə çıxararaq peşman olmamış, əksinə müxtəlif vasitələrə əl ataraq məsuliyyətini yüngülləşdirməyə çalışmışdır ki, bu da onun tərəfindən seçilmiş müdafiə taktikası kimi dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması və 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, xx xxx 2018-ci il tarixdə Həsənov X16 RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx xxx 2018-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həbsdən azad olunmuşdur. Həmçinin, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov RPİ İstintaq şöbəsi tərəfindən saxlanılmış və xx xxxx 2019-cu il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan hal-hazıradək Təqsirləndirilən şəxs həbsdə saxlanılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xx xxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutularaq xx xxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı, onun cəza çəkməsinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxslər tərəfindən aşağıdakı mülki iddialar qaldırılmışdır: - X5 vurulmuş maddi zərərin əvəzi olaraq 14.250 (on dörd min iki yüz əlli) manatın, 5.000 manat maddi zərərin, 1.000 manat isə mənəvi zərərin; - Zərərçəkmiş şəxs14 vurulmuş maddi zərərin əvəzi olaraq 33.900 (otuz üç min doqquz yüz) manat pul vəsaitinin; - Zərərçəkmiş şəxs12 vurulmuş maddi zərərin əvəzi olaraq 15.000 (on beş min) manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın; - Zərərçəkmiş şəxs13 vurulmuş maddi zərərin əvəzi olaraq 45.750 (qırx beş min yeddi yüz əlli) manat və mənəvi ziyana görə 50.000 (əlli min) manat pul vəsaitinin; - Zərərçəkmiş şəxs8 vurulmuş maddi zərərin əvəzi olaraq 24.400 (iyirmi dörd min dörd yüz) manat və mənəvi ziyana görə 40.000 (qırx min) manat pul vəsaitinin; - Zərərçəkmiş şəxs6 vurulmuş maddi zərərin əvəzi olaraq 33.700 (otuz üç min yeddi yüz) manat və mənəvi ziyana görə 50.000 (əlli min) manat pul vəsaitinin; - Zərərçəkmiş şəxs9 vurulmuş maddi zərərin əvəzi olaraq 22.800 (iyirmi iki min səkkiz yüz) manat və mənəvi ziyana görə 30.000 (otuz min) manat pul vəsaitinin; - Zərərçəkmiş şəxs7 vurulmuş maddi zərərin əvəzi olaraq 24.000 (iyirmi dörd min) manat və mənəvi ziyana görə 30.000 (otuz min) manat pul vəsaitinin; - Zərərçəkmiş şəxs11 vurulmuş maddi zərərin əvəzi olaraq 70.000 (yetmiş min) manat və mənəvi ziyana görə 60.000 (altmış min) manat pul vəsaitinin; - Zərərçəkmiş şəxs10 Arif oğlu vurulmuş maddi zərərin əvəzi olaraq 29.400 (iyirmi doqquz min dörd yüz) manat və mənəvi ziyana görə 35.000 (otuz beş min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq onlara ödənilməsini xahiş etmişlər. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Qeyd olunan mülki iddialarla bağlı məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxslərin vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiaları qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən, zərərçəkmiş şəxslər Azərbaycan Respublikası CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddialar qaldırmış və həmin mülki iddialarla bağlı müvafiq dövlət rüsumlarını ödəmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə adları çəkilən zərərçəkmiş şəxslərə qarşı xeyli və külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi faktları öz təsdiqini tapsa da, zərərçəkmiş şəxslər tərəfindən iddia olunan mənəvi ziyanın onlara vurulması məhkəmə baxışı zamanı sübut olunmadı. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs-mülki iddiaçılar X1, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 Arif oğlunun qaldırdıqları mülki iddialar vurulmuş maddi ziyanın, həmçinin onların mülki iddialara görə ödədikləri dövlət rüsumlarının qaytarılması hissəsində təmin olunaraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutulmaqla adları çəkilən şəxslərə qaytarılmalı, mənəvi ziyanla bağlı verilmiş mülki iddialar isə təmin olunmamalıdır. Həmçinin, cinayət işi üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Fəxrəddin oğluna, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs15 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 2 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, məhkəmə məsrəflərinin müəyyən edilməməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. xx xxx 2018-ci il tarixdən şübhəli şəxs qismində tutularaq xx xxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Zərərçəkmiş şəxs-mülki iddiaçılar X1, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 Arif oğlunun təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiaları aşağıdakı qaydada həll olunsun: - vurulmuş maddi zərərin əvəzi olaraq 14.250 (on dörd min iki yüz əlli) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 14.280 (on dörd min iki yüz səksən) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı X2 qaytarılsın, qalan hissədə mülki iddia təmin olunmasın; - vurulmuş maddi zərərin əvəzi olaraq 33.900 (otuz üç min doqquz yüz) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 33.900 (otuz üç min doqquz yüz otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs14 qaytarılsın; - vurulmuş maddi zərərin əvəzi olaraq 15.000 (on beş min) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 15.030 (on beş min otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs12 qaytarılsın; - vurulmuş maddi zərərin əvəzi olaraq 45.750 (qırx beş min yeddi yüz əlli) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 45.780 (qırx beş min yeddi yüz səksən) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs13 qaytarılsın. Qalan hissədə mülki iddia təmin olunmasın; - vurulmuş maddi zərərin əvəzi olaraq 24.400 (iyirmi dörd min dörd yüz) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 24.430 (iyirmi dörd min dörd yüz otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs8 qaytarılsın. Qalan hissədə mülki iddia təmin olunmasın; - vurulmuş maddi zərərin əvəzi olaraq 33.700 (otuz üç min yeddi yüz) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 33.730 (otuz üç min yeddi yüz otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs6 qaytarılsın. Qalan hissədə mülki iddia təmin olunmasın; - vurulmuş maddi zərərin əvəzi olaraq 22.800 (iyirmi iki min səkkiz yüz) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 22.830 (iyirmi iki min səkkiz yüz otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 qaytarılsın. Qalan hissədə mülki iddia təmin olunmasın; - vurulmuş maddi zərərin əvəzi olaraq 24.000 (iyirmi dörd min) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 24.030 (iyirmi dörd min otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7 qaytarılsın. Qalan hissədə mülki iddia təmin olunmasın; - vurulmuş maddi zərərin əvəzi olaraq 70.000 (yetmiş min) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 70.030 (yetmiş min otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs11 qaytarılsın. Qalan hissədə mülki iddia təmin olunmasın; - vurulmuş maddi zərərin əvəzi olaraq 29.400 (iyirmi doqquz min dörd yüz) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs10 Arif oğluna qaytarılsın. Qalan hissədə mülki iddia təmin olunmasın; Cinayət işi üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Fəxrəddin oğluna, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs15 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Cinayət işi üzrə maddi sübut hesab edilən 2 ədəd SD disk iş materiallarında saxlanılsın. İş üzrə əmlak üzərinə həbs qoyulmaması və məhkəmə məsrəflərinin müəyyən edilməməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-349/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-349/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver