Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-349/2021 06.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və onların nümayəndələri Nümayəndə2 və Müdafiəçi3, zərərçəkmiş Zərərçəkmiş şəxs2 və zərərçəkmiş “Aksessbank” –ın nümayəndəsi Nümayəndə1 Müdafiəçi2 iştirakları ilə, xx.xx.1973-cü ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, "xxxx" MMC-nin faktiki rəhbəri, Ucar şəhəri, H.Aslanov küçəsi, ev 8-də qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 195.2 və 308.2-ci maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, 11.04.2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 2012-ci ilin vergi bəyannamələrinə əsasən 4.000 manat gəliri olduğu halda ünvan 1 ünvanında yerləşən Ticarət Mərkəzində məişət avadanlıqlarının satışı, qızıl-zinət əşyalarının emalı və satışı, Göyçay rayonu, Çərəkə kəndində özünə məxsus istixanada tərəvəz məhsullarının satışı ilə bağlı fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar "xxxx" QSC-nin “Göyçay” filialı tərəfindən 08.10.2012-ci il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 450.757 (dörd yüz əlli min yeddi yüz əlli yeddi) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 353.889,3 manat (üç yüz əlli üç min səkkiz yüz səksən doqquz manat otuz qəpik), ödəmə qabiliyyətinin isə aylıq 57.487 (əlli yeddi min dörd yüz səksən yeddi) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 45.133,04 manat (qırx beş min bir yüz otuz üç manat dörd qəpik) olması barədə, yəni maliyyə vəziyyətinə dair biləbilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 30.10.2012-ci il tarixli 26R000001679 №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1.5 % dərəcəsi ilə 400.000 (dörd yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 314.000 (üç yüz on dörd min) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 4.000 (dörd min) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 3.140 (üç min bir yüz qırx) manatının komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 396.000 (üç yüz doxsan altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 310.860 (üç yüz on min səkkiz yüz altmış) manatını özünə məxus AZ82ACAB******************** nömrəli cari hesaba köçürüldükdən sonra Göyçay şəhəri, H.Əliyev prospekti 96 ünvanında yerləşən həmin bankın “Göyçay” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 334.762,69 ABŞ dolları (üç yüz otuz dörd min yeddi yüz altmış iki dollar altmış doqquz sent), faiz üzrə 142.316,35 ABŞ dolları (bir yüz qırx iki min üç yüz on altı dollar otuz beş sent) məbləğində ödəniş həyata keçirib, 1 sentyabr 2020-ci il tarixə 65.237,31 ABŞ dolları (altmış beş min iki yüz otuz yeddi dollar otuz bir sent), həmin dövrün rəsmi məzənnəsi ilə 110.903,42 manat (bir yüz on min doqquz yüz üç manat qırx iki qəpik) məbləğində əsas və 31.281,46 ABŞ dolları (otuz bir min iki yüz səksən bir dollar qırx altı sent), həmin dövrün rəsmi məzənnəsi ilə 53.178,48 manat (əlli üç min bir yüz yetmiş səkkiz manat qırx səkkiz qəpik) məbləğində faiz borclarını, cəmi 96.518,77 ABŞ dolları (doxsan altı min beş yüz on səkkiz dollar yetmiş yeddi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 164.081,9 manat (bir yüz altmış dörd min səksən bir manat doxsan qəpik) məbləğində pulu qəsdən ödəməməklə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 400.000 (dörd yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 314.000 (üç yüz on dörd min) manat məbləğdə qanunsuz kredit alaraq "xxxx" QSC-yə külli miqdarda ziyan vurmuş, həmin kreditlər üzrə cəmi cəmi 96.518,77 ABŞ dolları (doxsan altı min beş yüz on səkkiz dollar yetmiş yeddi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 164.081,9 manat (bir yüz altmış dörd min səksən bir manat doxsan qəpik) məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan "xxxx" QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, təkrarən, fərdi sahibkar kimi qeyd edilən təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 01.01.2013-cü il tarixdən 01.01.2014-cü il tarixədək olan dövrdə vergi bəyannamələrinə əsasən həmin dövrdə 4.800 manat gəliri olduğu halda ünvan 1 ünvanında yerləşən Ticarət Mərkəzində məişət avadanlıqlarının satışı, qızıl-zinət əşyalarının emalı və satışı, Göyçay rayonu, Çərəkə kəndində özünə məxsus istixanada tərəvəz məhsullarının satışı ilə bağlı fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar "xxxx" QSC-nin “Göyçay” filialı tərəfindən 09.02.2014-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 561.945 (beş yüz altmış bir min doqquz yüz qırx beş) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 440.733,46 manat (dörd yüz qırx min yeddi yüz otuz üç manat qırx altı qəpik), ödəmə qabiliyyətinin isə aylıq 70.120 (yetmiş min bir yüz iyirmi) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 54.995,11 manat (əlli dörd min doqquz yüz doxsan beş manat on bir qəpik) olması, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 24.02.2014-cü il tarixli 26R000004685 №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1.3333 % dərəcəsi ilə 300.000 (üç yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 235.350 (iki yüz otuz beş min üç yüz əlli) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 3.000 (üç min) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 2.353,5 manatının (iki min üç yüz əli üç manat əlli qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 297.000 (iki yüz doxsan yeddi min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 232.996,5 manatını (iki yüz otuz iki min doqquz yüz doxsan altı manat əlli qəpiyini) özünə məxus AZ82ACAB******************** nömrəli cari hesaba köçürüldükdən sonra 045802 saylı bank çeki əsasında Göyçay şəhəri, H.Əliyev prospekti 96 ünvanında yerləşən həmin bankın “Göyçay” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 139.082,46 ABŞ dolları (bir yüz otuz doqquz min səksən iki dollar qırx altı sent), faiz üzrə 114.682,32 ABŞ dolları (bir yüz on dörd min altı yüz səksən iki dollar otuz iki sent) məbləğində ödəniş həyata keçirib, 1 sentyabr 2020-ci il tarixə 160.917,54 ABŞ dolları (bir yüz altmış min doqquz yüz on yeddi dollar əlli dörd sent), həmin dövrün rəsmi məzənnəsi ilə 273.559,81 manat (iki yüz yetmiş üç min beş yüz əlli doqquz manat səksən bir qəpik) məbləğində əsas və 79.256,56 ABŞ dolları (yetmiş doqquz min iki yüz əlli altı dollar əlli altı sent), həmin dövrün rəsmi məzənnəsi ilə 134.736,15 manat (bir yüz otuz dörd min yeddi yüz otuz altı manat on beş qəpik) məbləğində faiz borclarını, cəmi 240.174,1 ABŞ dolları (iki yüz qırx min bir yüz yetmiş dörd dollar on sent), həmin dövrün rəsmi məzənnəsi ilə 408.295,97 manat (dörd yüz səkkiz min iki yüz doxsan beş manat doxsan yeddi qəpik) məbləğində pulu qəsdən ödəməməklə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 300.000 (üç yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 235.350 (iki yüz otuz beş min üç yüz əlli) manat məbləğdə qanunsuz kredit alaraq "xxxx" QSC-yə təkrarən külli miqdarda ziyan vurmuş, həmin kreditlər üzrə cəmi 240.174,1 ABŞ dolları (iki yüz qırx min bir yüz yetmiş dörd dollar on sent), həmin dövrün rəsmi məzənnəsi ilə 408.295,97 manat (dörd yüz səkkiz min iki yüz doxsan beş manat doxsan yeddi qəpik) məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan "xxxx" QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, 7 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi vergi idarəsi tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş “AzGold“ MMC-nin faktiki rəhbəri olmaqla qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin iyul ayında ünvan 4 ünvanının yaxınlığında görüşləri zamanı tanışı Zərərçəkmiş şəxs1 X5 və Türkiyə Respublikasından qızıl külçələrinin ölkə ərazisinə gətirilib-satılması biznesinin kifayət qədər gəlirli olmasını, bu sahəyə sərmayə yatırdığı təqdirdə qızıl külçələrinin ölkə ərazisində alqı-satqısından külli miqdarda gəlir əldə edəcəklərini yalandan bildirib, sonuncuda özünün geniş əlaqələrə malik etibarlı sahibkar olması təsəvvürü formalaşdırmaqla, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs1, sonuncu vasitəsi ilə onun tanışları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 həmin işə sərmayə qoymağa inandırıb, həmin niyyətlə, 2014-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs1 21 ədəd qızıl külçə alacağı və həmin külçələrin alqısatqısını həyata keçirməklə yaxşı gəlir əldə edəcəyi adı ilə ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikasının Ali Məhkəməsinin yaxınlığında 810.000 (səkkiz yüz on min) manat, eyni niyyətlə, bundan bir neçə gün sonra, həmin ünvanda Zərərçəkmiş şəxs1 19 ədəd qızıl külçə alacağı adı ilə Zərərçəkmiş şəxs3 məxsus 741.000 (yeddi yüz qırx bir min) manat, eyni niyyətlə, 2015-ci ilin yanvar ayında Bakı şəhəri, 2-ci mikrorayon, Cavadxan küçəsində yerləşən “Moskva Univermağı” Ticarət mərkəzinin yaxınlığında cinayətdən xəbərsiz olan Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs2 468.000 (dörd yüz altmış səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 810.000 (səkkiz yüz on min) manat, Zərərçəkmiş şəxs3 məxsus 741.000 (yeddi yüz qırx bir min) manat və Zərərçəkmiş şəxs2 məxsus 468.000 (dörd yüz altmış səkkiz min) manat olmaqla, ümumilikdə həmin şəxslərə məxsus cəmi 2.019.000 (iki milyon on doqquz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, «Aksess» bankdan, götürdüyü pulları iki dəfəyə götürmüş, birinci dəfə 300.000 ABŞ dollar, ikinci dəfə isə 400.000 dollar pul götürmüşdür, iki dəfəyə 693.000 ABŞ dollar pul götürmüşdür. Həmin pulları girov əvəzində götürmüş, hazırda onun bankda girovu var, bank ona həmin pulu girovuna görə vermişdir. Bank istəsə onun girovunu çıxarıb dəyərləndirsə banka pulu qalmayacaq. Dələdəzuduq epizodu üzrə bildirmişdir ki, o, həmin işlə bağlı Loğmanı tanımış, onun qardaşı Hamizi tanımamış, ondan heç vaxt almamış nə də ona pul verməmişdir. Müzəffəri isə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağıranda tanımamışdır. Həmin şəxslərdən yalnız Zərərçəkmiş şəxs1ı tanımışdır. Loğman 2014-cü ildə özü onun yanına gəlib pul təklif etmiş, ona and vermişdir ki, nə dostları, nə qardaşı bu barədə heç nə bilməsin və ona 1.600.000 manat pul təklif etmişdir ki, o, heç bir biznesdə yoxdur, dövlət işində çalışır, «Sokar»da işləyir, onun pulunda qatsın öz biznesinə, oradan ona da 5-10 faiz qazanc versin. O, 2015-2016-cı illərdə Loğmana 200.000 manat xeyir vermişdir. 2017-ci ildən ziyana düşmüş, iş yerləri bağlanmış, sonra Loğman başlamışdır ondan pulunu istəməyə. Lakin, Loğman pulu ona verəndə demişdir ki, pulu ondan tezliklə istəməyəcək, əgər vəziyyəti pisləşərsə o zaman ondan pulunu istəyəcək, lakin, devalivasiyadan sonra onun çıxılmaz vəziyyətində gəlib ondan pulunu tələb etmiş, o da ona pulunu hissə hissə qaytarmağa başlamışdır. Belə ki, 2017-2018-ci illərdə pulun 500.000 manatını Loğmanın bibisi nəvəsinə vermiş, qalan pulları isə Loğmanın özünə qaytarmışdır. Loğman isə onunla razılaşmamış, bildirmişdir ki, o pulu ona verən zaman həmin pul 2.000.000 ABŞ dollardan artıq edirdi, artıq devalvasiya olub və manat qiymətdən düşdüyünə görə ona əlavə faiz qaytarmalıdır. Hazırda Loğmanın ondan tələb etdiyi pul artıq faiz puldur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Müşfiqi ortaq dostları Mirnurun vasitəsi ilə tanımış, Mirnurla o, 1990-cı illərdən tanış olmuşdur. Mirnur ona təklif etmişdir ki, o, iş tapıb, iş görmək üçün adamlar var, onların normal maliyyə vəsaiti var, özləri iş görürlər, onlarla iş görmək lazımdır. Sonra Müşfiqi tapıb gətirmiş və bildirmişdir ki, Müşfiqin Türkiyədə gəmisi var, iş adamları var orda, Kənan, Sənan, İlham 4 qardaşdırlar qapalı adamdırlar, rayonda qızıl zavodları var. O razılaşmış və Müşfiqlə görüşmüşlər. Tarixi dəqiq yadında deyil görüşün birində birlikdə qızılla bağlı danışmışlar, Müşfiq ona qızılın gəlirli sahə olduğunu bildirmiş və qiymətinin qalxdığını demişdir. Onun qızıldan başı çıxmamış, heç vaxt qızıl alverin etməmişdir. Müşfiq bildirmişdir ki, qızılı o gətirir, külçə qızıllar olur, hamısını o edir, Türkiyədə gəmisi var, ayda 250.000 manat gəliri olur. Qızıl alverini onlar edir, bakıda dükanları da var. Külçə ilə bağlı birinci dəfə 2014-cu ilin noyabr aylarında Ali məhkəmənin yaxınlığında 810.000 manat pul vermiş, ikinci dəfə 741.000 manat, üçüncü dəfə qardaşı Hamiz Müzəffərdən alıb 468.000 manat göndərmişdir. Onların münasibəti çox yaxşı olmuş, demək olar ki, hər gün bir yerdə olmuşlar. Verdikləri pullardan bir dəfə Müzəffərə lazım olduğuna görə 50.000 manat pul qaytarmışdır. Müşfiq ona demişdir ki, 120 000 manat qazanc var ehtiyac varsa götürsün, o puldan 50.000 manat götürmüşlər. Onların alış veriş söhbəti dənə ilə olmuş, 1, 5, 10 ədəd külçə ilə bağlı olub. Alverlə bağlı aralarında paltar, parnik nəsə belə söhbətlər olmamışdır. O, pulu verəndən sonra aralarında pulu qaytarmaq söhbəti belə olmuşdur ki, 6-7 ay əvvəlcədən xəbərdarlıq olunacaq. Sonra devalvasiya olmuş, qızıl olduğu üçün onlara fərqi olmamışdır. Birlikdə Türkiyədə də olmuşlar, gələndə Müşfiq 1 kloqram qızıl almış və gəlib Ali məhkəmənin yanında görüşmüşlər. Bir gün Müşfiq onu 3-cü mikrorayonun yanında köhnə tozlu kafeyə çağırmış, orada bildirmişdir ki, vəsaitləri qaytara bilmir, vəziyyət pisdi işləyəcək qaytaracaq. O, Müşfiqə bildirmişdir ki, əsəbidir, getsin sonra danışarlar. Sonra qardaşı yığmış və bu barədə ona bildirdikdə Müşfiqin qardaşı bildirmişdir ki, «hamımız bilirik ki, sənə nə qədər borcu var, bilirik ki, onun başına bir şey gəlsə yığışıb borclarını qaytaracağıq». Sonra ondan qaçmağa başlamışlar, pulu qaytarmaqdan uzaqlaşmışlar, ona obyektlər göstərməyə başlamışlar. Sonda başqa çarəsi qalmadığından hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq edərək göstərmişdir ki, Loğman ona demişdir ki, Müşfiq deyir ki, qızılda yaxşı qazanc var, ətrafında tanışdan, dostdan kimdə pul varsa bu işə pul qoya bilərlər və yaxşı gəlir əldə etmək olar. Sonra qızılın qaytarılması vaxtı Müşfiq ona zəng etmiş, görüşmək istədiyini bildirmiş və 8-ci km tərəfdə restoranda görüşmüşlər, orada görüşəndə Müşfiq demişdir ki, Loğmanla danışmışlar ki, pulları qaytarmaq lazım olanda ən azı bir il əvvəl ona məlumat verilməlidir. Bir il vaxtla razılaşmışlar. Sonra Müşfiq demişdir ki, qızılları paylamış, indi pulunu yığa bilmir. O birlikdə gedib ya qızılı, yada pulu tələb etməyi təklif etdikdə Müşfiq Müzəffərlə görüşmək istədiyini bildirmişdir. O da Müzəffərə zəng etmiş, Müşfiqin onunla görüşmək istədiyini bildirmiş, Müzəffərdə onu tanımadığını, nə də onunla görüşmək istəmədiyini bildirmişdir. Sonra bunun böyükləri, qardaşı ilə görüşüb danışmış, pulun özlərinə lazım olduğunu bildirərək məsələni yekunlaşdırmaq istədiyiyni bildirmişdir. Hər dəfə ona bir söz demişlər. Bir neçə dəfə görüşmüşlər, sonuncu dəfə o, görüşəndə Müşfiqə demişdir ki, bir də onunla görüşməyəcək, çün ki, hər dəfə bir söz deyir, əvvəlki sözü ilə sonrakı söz üstü üstə düşmür. Sonda pulu vermədiyin görüb polisə müraciət etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hamis Hacıyevi 1997-ci ildə Rusiya Federasiyasında yaşadığı vaxtdan tanımış, hətta Azərbaycana qayıtdıqdan sonra da dostluqları davam etmişdir. 2014-cü ilin axırlarında Hamizlə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Ayla restoranında oturub çay içərkən söhbət zamanı Hamiz ona demişdir ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ayrı-ayrı ölkələrdən qızıl külçələri alaraq münasib qiymətə satır, qardaşı Loğmanla birlikdə həmin biznesə yatırım elədiklərini, ümumilikdə 40 ədəd qızıl külçə aldığını bildirmişdir. Həmin işdə qazanc olduğunu fikirləşib yatırım etmək istədiyini demişdir. Lakin, Təqsirləndirilən şəxs tanımadığı üçün pulu Hamizə verəcəyini bildirmiş, Hamizi və qardaşı Loğmanı tanıdığı üçün onlara etibar etmişdir. Təxminən 2015-ci ilin yanvar ayında, 480.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermək üçün “Ayla” restroranında Hamizə vermişdir. Təxminən bir müddət sonra Hamiz ona 12.000 manat qaytararaq qalan məbləğə Müşfiqin deməsinə görə 12 ədəd qızıl külçə alındığını bildirmişdir. Hamiz ona 12 ədəd qızıl külçəni istədiyi vaxt götürə biləcəyini demiş, lakin, Müşfiqin həmin külçələri saxlamaqla ayda 16.000-17.000 ABŞ dolları məbləğində qazanc əldə edə biləcəyini təklif etmişdir. O, özü şəxsən bu barədə Müşfiqlə danışmamışdır. Hamizlə razılaşaraq qızıl külçələri götürməmiş, təxminən 2015-ci ilin mart ayına kimi qızıl külçələr Müşfiqdə qalmış və guya hər ay 16000- 17000 ABŞ dolları qazanc hesablanmış, həmin qazanc da Müşfiqdə qalmaqla əlavə külçələr alınmalı idi. 2015-ci ilin sonunda pul lazım olduğu üçün bu barədə Hamizə bildirmiş, Hamiz də yanında Loğmana zəng edərək bu bardə demiş və təxminən bir neçə gün sonra Hamiz 50.000 ABŞ dolları verərək qazancının bir hissəsi olduğunu demişdir. Müşfiqlə yalnız Loğman əlaqə saxlamışdır. Təxminən 2016-cı ildən başlayaraq, Hamizə pul lazım olduğunu bildirmiş və Hamiz yanında bu barədə Müşfiqə zəng vuraraq desə də ona pul gəlib çatmamışdır. Hamiz Müşfiqin onları aldatdığını demişdir. Hamiz dəfələrlə Müşfiqə zəng edərək telefonla danışaraq pulu geri qaytarmasını tələb etmişdir. Müşfiqə çatdırılması üçün Hamizə verdiyi 468.000 manatdan 2015-ci ilin mart ayında qazanc adı ilə 50.000 ABŞ dolları qaytarılmış, qalan pul qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş “Aksessbank”–ın nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2012-ci il tarixdə banka müraciət edərək kredit götürmək istədiyini bildirmişdir. Bununla bağlı sahibkarlıq fəaliyyətini genişləndirəcəyini bildirmişdir. İlk əvvəl Təqsirləndirilən şəxslə 29 oktyabr 2012-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır, 120 ay müddətinə 200000 ABŞ dolları məbləqində, bir gün sonra ona 36 ay müddətinə illik 18 faiz, aylıq 1,5 faiz olmaqla 400.000 ABŞ dolları məbləqində kredit verilmişdir. Daha sonra Ucar şəhəri 20 yanvar küçəsində yerləşən öz adına olan əmlakı 29 oktyabr 2012-ci il tarixdə ipateka predmeti olaraq bankın xeyirinə yüklü etmişdir. 24 fevral 2014-cü il tarixdə banka yenidən müraciət edərək 300.000 ABŞ dolları məbləqində kreditin götürməsini istəmişdir və 36 ay müddətində illik 16 faiz dərəcəsi ilə ona 300.000 ABŞ dolları məbləqində kredit verilmişdir. Kreditləri bir müddət ödədikdən sonra kreditlər gecikdirilməyə düşmüşdü, belə ki, birinci kredit razılaşması 16 oktyabr 2018-ci il tarixdən qrafik üzrə ödənməməyə başlamışdır. Digər kredit razılaşması üzrə, 20 sentyabr 2018-ci il tarixdən ödənilməli olan aylıq vəsaitlərin ödənilməsi dayandırılmışdır. Axırıncı ödənişi birinci kredit razılaşması üzrə 28 noyabr 2018-ci il tarixdə, ikinci kredit razılaşması üzrə 19 sentyabr 2018-ci il tarixdə olmuşdur. Bu kreditdə həmçinin zaminlər də olmuşdur. Zaminlər qardaşları X6, X7 və «Azərqold MMC» zamin kimi qoymuşlar ki, yəni Təqsirləndirilən şəxs ödəməyəcəyi təqdirdə onun əvəzinə məsuliyyət daşıyırlar. Krediti o zaman bankda işləyən Şahid6 kredit mütəxəssisi kimi analiz edib və Təqsirləndirilən şəxs verdiyi şifahi məlumtlar əsasında müəyyən bir cədvəl tərtib edib ki, flan qədər ödəniş etmə qabiliyyəti var və rəhbərlik qarşısında həmin məsələlər müzakirə olunduqdan sonra müvafiq qaydada həmin kreditlər verilmişdir. Birinci krediti verərkən filial müdiri Şahid7 Məzahir oğlu, ikinci kredit verilərkən filial müdiri vəzifəsini icra edən Şahid4 olmuşdur. Kredit müqavilələrinin müddəti 16 oktyabr 2019-cu il tarixdə bitmişdir, Bank rəhbərliyi qərara gəlmişdir ki, verilən kreditlərin ödənilməməsi ilə bağlı prokurorluğa müraciət etsin. Müəyyən olunmuşdur ki, həqiqətən də verilmiş kreditlərdə böyük maddi ziyan nəticəsində banka maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kredit götürdüyü zaman o, Aksessbankın Göyçay filialında kredit şöbəində işləmişdir. Hal hazırda Bank Respublikada maliyə meneceri vəzifəsində işləyir. Təqsirləndirilən şəxsla o, 2012-ci ilin oktyabr -noyabr ayında tanış olmuşdur. Sonra ona kredit vermişlər, dəqiq yadında deyil, proseslər uzun müddət bundan əvvəl olmuş, 400 000 ABŞ dollar bir, 300000 ABŞ dolları bir kredit vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Aksessbankın müştərisi olmuş, Aksessbankın Göyçay filialından kredit götürmüş. Həmin bankda həmin vaxt nəzarət müfəttişi işləmişdir, sənədləri tutuşdurub yoxlayıb, verilən faizi yoxlayıb tutuşdurub möhürləmişdir. Onun vəzifəsi bütün əməliyyatlara nəzarət etməkdən ibarət olmuşdur. Kredit veriləndə kredit mütəxəssisi gedir, müştəri ilə təmasda olur və müştəridən kredit verilməsi üçün lazım olan məlumatları götürür. Bu müştərinin maliyyə göstəriciləri və qazancı haqqında məlumatı olur. Həmin məlumatlar əsasında kredit mütəxəssisi təklif forması hazırlayır, həmin təklif formasını iclasa çıxarır, iclasın sədri və üzvləri olur. Həmin iclasda əgər müsbət rəy alınırsa keçilir krediti rəsmləşdirməyə. Rəsmləşdirmə kredit sözləşməsindən və kredit planından ibarət olur. Şəxsiyyət vəsiqəsi ilə tutuşdurulur, şəxsiyyət vəsiqəsində olan dannıları, eyni zamanda, kredit alanın adı, soyadı, kredit alana hansı müddətə verilməsi, hansı faizə verilməsi tutuşdurulur və təsdiqlənir. Həmin dövrdə hər hansı bir qanun pozuntusuna rast gəlinmədiyinə görə, qanunla müəyyən olunmuş qaydada Təqsirləndirilən şəxs kredit xətti açılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Loğmanın və Hamizin qohumudur, Müşfiqi də onların vasitəsi ilə tanımışdır. 2014-cü ildə Müşfiqi onların yanında görmüş, Müşfiq həmin vaxt özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edərək qızıl-zinyət əşyalarının alqı-satqısını həyata keçirdiyini bildirmişdir. Loğman və Hamiz söhbət zamanı Müşfiqlə biznes qurmaq istədiklərini, qızıl külçələr alıb sataraq pul qazanmaq istədiklərini danışmışlar. Loğmanla Hamizin birgə işləri olduğu üçün həmin məsələ ilə bağlı birgə qərar vermişlər. Bir müddət sonra, X1 biznesinin çox xeyirli olmasını deyərək bu adla Loğmandan və Hamizdən ümumilikdə 2.019.000 manat vəsait aldığını eşitmişdir. 2014-2015-ci illərdə Loğman və Müşfiqi tez-tez bir yerdə görmüş, lakin, Müşfiqlə Loğman yanında öz biznesləri ilə bağlı hər hansı söhbət aparmamışlar. Təxminən 2017-ci ildə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 deməsindən Müşfiqin onları aldatdıqlarını və pullarını qaytarmadıqlarını başa düşmüşdür. Bundan başqa, həmin şəxslərin arasında olan söhbətlərdən onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 30 ildən artıqdır ki, tanıyır, onunla yaxın dostluq münasibəti və birgə biznesi var. Hamizlə yaxın münasibəti olduğu üçün gördükləri bütün işlərdən məlumatı olmuşdur. Hamizlə yanaşı qardaşı Zərərçəkmiş şəxs1lə də çox yaxın dostluq münasibəti var. Təxminən 2013-cü ilin ikinci yarısında Loğmanla söhbət zamanı ona Ucar şəhərində çox böyük imkana malik Müşfiq adlı şəxslə tanış olduğunu, həmin şəxsin çox böyük qızıl satışı və emalı şəbəkəsinə malik olduğunu və rayonda qızıl zavodu olduğunu demişdir. Loğman həmçinin Müşfiqlə görüşərək birgə biznes qurmağa hazırlaşdığını bildirmişdir. Loğman və Hamizlə söhbət zamanı Müşfiqin Türkiyə Respublikasında gəmisinin olduğunu, Ucar şəhərində "xxxx" şirkətini rəhbəri olduğunu, bu şirkətin tərkibində qızıl emal edildiyini, həmin qızılların isə Bakı şəhərində yerləşən Moskva univermağı deyilən ticarət obyektində qızıl mağazasında satdığını öyrənmişdir. Loğman həmin biznesə pul qoyaraq qazanc əldə etmək istədiyini bildirmiş və Hamiz də razılaşmışdır. O, həmin söhbətdən Müşfiqin deməsinə görə qızıl külçələrin alınacağını və həmin qızıl külçələrin hər birində 5-6 min manat, ay ərzində təxminən 20.000 ABŞ dolları qazanc olacağını başa düşmüşdür. Təxminən bir müddət sonra Loğman və Hamiz ona 1 ədəd üstündə “emerates gold 999,9” yazıları yazılmış qızıl külçə göstərərək Təqsirləndirilən şəxs təxminən 39.000 manata aldıqlarını bildirmişlər. Təxminən, 2014-cü ilin noyabr ayında Loğman və Hamizlə görüşdükləri zaman həmin biznesə yatırım olaraq Müşfiqə 810.000 manat verdiklərini, bundan bir müddət sonra isə həmin bizneslə əlaqədar 741.000 manat verdiklərini demişlər. Təxminən 2015-ci ilin əvvəllərində Hamiz zəng edərək işləri olduğu üçün məşğul olduğunu bildirmiş və ondan Moskva univermağında Təqsirləndirilən şəxs pul çatdırılmaq lazım olduğunu demişdir. Bununla əlaqədar Hamizin yaşadığı, Nərimanov rayonu, Təbriz küçəsindəki evinə getmiş və Hamiz yaşadığı evin həyətində ona çantada pul verərək 480.000 manat olduğunu və həmin pulun tanışları Müzəffər adlı şəxsə məxsus olduğunu, Müzəffərində qızıl biznesinə yatırım etmək məqsədilə həmin məbləği Müşfiqə verdiyini demişdir. Bir qədər bu barədə söhbət etdikdən sonra, Hamizdən çantada 480.000 manat məbləği sayıb götürərək Təqsirləndirilən şəxs zəng etmişdir. Telefonla danışan zaman Təqsirləndirilən şəxs özü Moskva univermağında olmadığı üçün qaynı Arazın nömrəsini vermişdir. O, həmin nömrəyə zəng edərək Araz adlı şəxslə “Moskva” univermağının qarşısında görüşüb çantada olan 480.000 manat məbləğində olan pul vəsaitini Müşfiqə verməsi üçün ona vermişdir. Təxminən, 2016-cı ilin əvvəllərindən başlayaraq Loğman və Hamizdən Müşfiq tərəfindən aldanılaraq pullarının və qızıl külçələrinin qaytarılmadığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Müşfiqi 2009-cu ildən tanıyır, Loğmanla 2014-cü ildən Mirnur vasitəsi ilə tanış olmuşdur. 2018-ci ildə, Müşfiqlə Loğman arasında pul alış verişi olması barədə məlumatı olmuşdur. Onların Elitin yanındakı çay evində oturarkən orada ona məlum olmuşdur ki, Loğman Müşfiqə 1.600.000 manat pul verib, Müşfiqdə 1.800.000 manat Loğmana pul qaytarıb. Ondan sonra görüşləri olmamışdır. Sonradan eşitmişdir ki, bununla bağlı Müşfiqi «Banditizm»ə çağırmışlar. Elitin yanında çayxanada aralarında söhbət zamanı Müşfiq Loğmana ondan 1.600.000 manat pul aldığını və əvəzində Loğmana 1800.000 manat pul qaytardığını bildirərkən Loğman ba faktı təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Müşfiqlə bir sinfdə oxumuş, həmçinin həmkəndlisidir, Loğmanda rayonda yaşayır, orada görüb tanış olmuşdur. Loğman onu 2018-ci ilin yay ayında evlərinin qarşısına çağırmış və demişdir ki, Müşfiqə 2014-cü ildə pul vermiş, pulu qaytarıb faiz söhbəti yaranıb, bununla bağlı aralarında inciklik yaranıb. O, Müşfiqlə danışan zaman, Müşfiq bildirmişdir ki, Loğman ona qazanc üçün 1.600.000 manat pul vermişdir, o da əlavə 200.000 manat pul qaytarmışdır, Loğman ondan, devalivasiyaya görə əlavə pul verməsini tələb etmişdir. O da bu söhbəti Loğmana demiş, Loğman da bu barədə, özü söhbət edəcəyini deyərək daha onunla görüşməmişdir. Sonra Elitin yanında çayxanada aralarında söhbət olmuş, Müşfiq Loğmana demişdir ki, «sən mənə 1.600.000 manat pul vermisən, mən də sənə 1800.000 manat qaytarmışam». Loğman Müşfiqə bildirmişdir ki, o zaman onun verdiyi pul 2.000.000 ABŞ dollar edirdi, Müşfiq ona ******* ABŞ dollar da qaytarmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Müşfiq və Mirnuru Loğmana görə tanımşdır. Yoldaşlıqları olmuş, rayonlara getmişlər. Onların aralarında o zaman söhbətlər olmuş, o da həmin söhbətdə iştirak etmişdir, Loğman gəlib böyük qardaşına məsləhət etmiş, o da onlarla çay içmişdir, demişdir ki, Müşfiq ona təklif edir ki, belə bir iş görsünlər, o nə məsləhət bilir. Hamiz də demişdir ki, Müşfiqi tanıyır, rayonda dükanları zavodları var, Moskva univermağında qızıl dükanları, var parnikləri var imkanlı adamdır, iş görmək olar. Onlar Müşfiqə iki, ya üç dəfəyə pul vermişlər və sonra alverə başlamışlar. O, eşitmişdir ki, Loğman deyir ki, «mən qızıl formasında vermişəm, qızıl formasında da geri götürəcəm». Müşfiqdə bildirmişdir ki, alacaq satacaq əridəcək, onlar kənarda duracaqlar, bütün işləri o görəcək. 2017-ci ildə Rauf Mirnur, Müşfiq və o, oturub yemək yeyərkən orada söhbət olmuş, aralarında mübahisə yaranmış, Loğman demişdir ki, nə zamandır telefona cavab vermir. Sonuncu dəfə də restoranda görüşəndə də Loğman Müşfiqə demişdir ki, dostluqları qalsın yerində 2 ildir ona heç nə vermir yubadır. Müşfiqdə demişdir ki, 2-3 aydan bir, bir dənə qızıl qaytarar, devalvasiya olmuş, bazar ölmüş, imkanı zəifləmişdir. Orada söhbət olmuş, söhbət zamanı Loğman demişdir ki, qızılları bir aya qaytarmalıdır. Müşfiq bildirmişdir ki, o, qaytara bilməyəcək, orada Raufla Şahində mübahisə etmişlər. O söhbətdən sonra görüşməmişlər, bir müddət sonra Müşfiqi polisə vermişlər. Aparılan məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı bu epizod üzrə zərərçəkmiş şəxs kimi tanınmış 3 nəfər şəxsdən iki nəfəri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, əvvəllər, ümumiyyətlə Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir əlaqəsi olmamış, habelə, birgə biznes fəaliyyəti qurmaq üçün Təqsirləndirilən şəxsla danışıqlar aparmamış və ona heç bir məbləqdə pul verməmişlər. Hər iki zərərçəkmiş şəxslər pulu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsi ilə vermişlər. Aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə itintaqı zamanı müəyyən edildi ki, əvvəllər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 bir birilərini tanımamışlar, onları ümumi dostları olan Mirnur İsmayılov tanış etmişdir. Həmin tanışlıqda məqsəd ondan ibarət olmuşdur ki, Loğman Hacıyev özündə olan imkanlardan səmərəli istifadə etsin, biznes fəaliyyəti yaradaraq gəlir əldə etsin. Bu məqsədlə o, Təqsirləndirilən şəxsla görüşmüş, bu barədə onunla söhbət aparmış, əlində olan pul vəsaitini biznes sahəsində istifadə etməklə qazanc əldə etmək istədiyini bildirmişdir. Bundan sonra onlar danışıb razılığa gəlmişlər və birgə biznes fəaliyyəti ilə məşqul olmaq üçün Təqsirləndirilən şəxs ilkin olaraq 2014-cu ilin noyabr ayında 810.000 manat, ikinci dəfə 741.000 manat, üçüncü dəfə isə qardaşı Hamizin Müzəffərdən aldığı 468.000 manat pulu Təqsirləndirilən şəxs telefonla bildirərək ona çatdırılması üçün Moskva univermağında işləyən qohumu Şahid5 göndərmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 ifadəsindən məlum olur ki, Təqsirləndirilən şəxs verdiyi pulun ümumi məbləqi 2.019.000 manat olmuşdur. Bunun əksinə olaraq aparılan ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vermiş olduğu bütün ifadələrində göstərmişdir ki, bütün pulları ona Zərərçəkmiş şəxs1 şəxsən özü vermiş, o cümlədən 2014-cü il tarixdə ilk dəfə 300.000 manat, təxminən bir ay sonra ona 500.000 manat, həmin ilin dekabr ayında isə ona 800000 manat olmaqla ümumilikdə 1.600.000 manat pul vermişdir. Aparılan məhkəmə istintaqı zamanı cinayət işi üzrə faktlar araşdırılarkən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, bu biznes fəaliyyəti ilə bağlı 2014-cü ildə Zərərçəkmiş şəxs1 almış olduğu 1.600.000 manat pulu 2018-ci ilə qədər birgə biznesdə istifadə etmiş, lakin, devalvasiya ilə bağlı işləri yaxşı getmədiyinə görə o, Zərərçəkmiş şəxs1 1600.000 manat pulu və əlavə olaraq 200.000 manat qazancı ona qaytarıb vermişdir. Eləcə də müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qardaşları bu faktla bağlı prokurorluğa müraciət etməmişdən əvvəl, ilkin olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət etmişlər. Həmin fakt araşdırılmış və bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində nəticəyə gəlinmişdir ki, qeyd olunan şəxslər arasındakı mübahisə mülki xarakterli olduğundan fakt üzrə cinayət işinin başlanılması məqsədə müvafiq hesab edilməmiş, bununla bağlı şikayətçi Zərərçəkmiş şəxs3 rəsmi cavab göndərilmişdir ki, araşdırma zamanı müraciətində göstərilən məsələnin mülki xarakterli olduğundan pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müracəit etmək hüquqları onlara izah edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı aparılan araşdırmada müəyyən edilmişdir ki, bu faktla bağlı 10.10.2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ərizə ilə Zərərçəkmiş şəxs3 müraciət etmiş və Zərərçəkmiş şəxs3 idarədə vermiş olduğu izahatında göstərmişdir ki, Müşfiqin sözü ilə ona ******* manat pul vermiş, Müşfiq ona demişdir ki, həmin pulun müqabilində ona 52 kloqram qızıl alacaq, bir müddət sonra Müşfiq qızılı aldığını və dövriyəyə buraxarsa yaxşı qazanc əldə edə biləcəklrini bildirmiş və onlar razılaşmışdır. Müşfiq təxminən 2 il ərzində verdikləri pulun müqabilində onlara 270.000 ABŞ dolları pul qaytarmış, qazanc qane etmədiyinə görə qızılı tələb edərkən Müşfiq onlara 15 kloqram qızıl vermiş, qalanını qaytarmamışdır. Qeyd olunan faktla bağlı Təqsirləndirilən şəxs izahat verərək göstərmişdir ki, 2014cü ildə Loğman ona 4 ay ərzində 1.600.000 manat pul vermişdir. O isə mütəmadi olaraq Loğmana işlədikcə qazanc vermişdir. Beləliklə o, Loğmana aldığı 1.600.000 manat pulu qaytarmış, əlavə olaraq 200.000 manat qazanc vermişdir. Aparılan məhkəmə istintaqı zamanı müəyyən edildi ki, birgə biznes fəaliyyəti ilə bağlı pullar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmişdir. Lakin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə müraciət edərkən Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs3 ərizə və izahatında göstərmişdir ki, o, Təqsirləndirilən şəxs pulları şəxsən özü vermişdir. Həmin pullara Zərərçəkmiş şəxs1 heç bir aidiyyəti olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş şikayətlərdə izahat və ifadələrdə biri birinə əks olan çoxsaylı ziddiyyətlər mövcuddur. İbtidai istintaqın sonrakı hissəsində Loğman və Hamiz qardaşları bu çoxsaylı ziddiyyətlərin olmasını onunla əsaslandırmışlar ki, guya Zərərçəkmiş şəxs1 dövlət işində işlədiyinə görə onun bu işlə bağlı adını hallandırmaq istəməmişlər. Sonradan isə bu qərara gəlmişlər ki, hadisəni olduğu kimi danışsınlar. Zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə iclasında vermiş olduğu ifadələrdə çoxsaylı ziddiyyətlər mövcuddur. Buna baxmayaraq Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründən məhkəmə istintaqının sonuna qədər olan müddət ərzində, vermiş olduğu ifadələrində bir dənə də olsun ziddiyyət yoxdur. Yəni bütün ifadələr eyni məzmunlu olmaqla əsaslandırılmışdır. Aparılan məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs birgə dostları tanış etdikdən sonra Zərərçəkmiş şəxs1 özü Təqsirləndirilən şəxs birgə biznes fəaliyyəti qurmaq barədə müraciət etmişdir və onlar razılaşmışlar, onların birgə biznes fəaliyyəti 2018-ci ilə qədər davam etmişdir. Bu fakt onu göstərirki, Təqsirləndirilən şəxs sonradan tanış olduğu Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə aldatmağı əvvəlcədən planlaşdırmamışdır. Ümumiyyətlə, onun belə bir məqsədi olmamışdır. Çün ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində aparılan araşdırma zamanı da Zərərçəkmiş şəxs3 təsdiq etmişdir ki, Təqsirləndirilən şəxs ona 15 kloqram qızıl və 270.000 ABŞ dolları məbləqində pul qaytarmışdır. Aparılan məhkəmə istintaqı zamanı Hamis Hacıyevdən vermiş olduğu ifadələr arasında olan ziddiyyətlərin səbəbi soruşularkən o, izah etmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində bu cür izahat verməkdə məqsədi o olmuşdur ki, Təqsirləndirilən şəxs həbsdən azad etdirsin və o, həbsdən çıxdıqdan sonra isə onun pullarını qaytarsın. Zərərçəkmiş şəxs3 göstərdiyi bu faktı Təqsirləndirilən şəxs tam şəkildə inkar etmişdir. Eyni zamanda aparılan məhkəmə istintaqı zamanı kifayət qədər təsdiq olunmuşdur ki, həqiqətən də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qardaşları birgə biznes fəaliyyəti qurub işləyib qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs yuxarıda göstərilən miqdarda pul vəsaiti vermişlər. Onların birgə biznes fəaliyyəti ilə məşqul olmaları nəinki digər faktlarla həmçinin özlərinin istintaq zamanı vermiş olduqları bütün ifadələrində öz əksini tapmışdır. Yəni, birgə biznes fəaliyyətinin mövcudluğu tam təsdiq olunmuş və bu fəaliyyət 2014-cü il tarixdən 2018-ci il tarixə qədər davam etmişdir. Biri-birinə zidd olan ifadələr vermiş olsalar da zərərçəkmiş şəxslər özləri ayrı ayrı ifadələrində təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs onlara biznes fəaliyyəti ilə bağlı hansı məbləqdə pul qaytarmışdır. Onların birgə biznes fəaliyyəti, ətrafında olan dostlarının ifadələri ilə də tam təsdiq olunmuşdur. «Zərərçəkmiş şəxs1 13 iyul 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, 2013cü ilin oktyabrından 2017-ci ilin əvvəlinə qədər Müşfiq ona cəmi 70.000 ABŞ dolları qazanc vermişdir». Qeyd olunan faktı Zərərçəkmiş şəxs3 13 iyul 2020-ci il tarixli ifadəsində də təsdiq etmişdir. Göründüyü kimi hər iki zərərçəkmiş Təqsirləndirilən şəxsla olan biznes fəaliyyətlərini öz ifadələrində tam təsdiq etmişlər. Odur ki, məhkəmə hesab edir ki, hər iki tərəf qeyd olunan fakt üzrə birgə biznes fəaliyyəti ilə məşqul olub pul alıb verdiklərinə görə onların hərəkətlərində bu faktla bağlı cinayət məsuliyəti yaranmır, bu fakt yalnız mülki hüquqi məsuliyyət kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikası Ali məhkəməsinin plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 27-ci bəndində göstərilmişdir ki, Məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Aparılan məhkəmə istintaqı zamanı kifayət qədər sübutlarala təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs, iş üzrə zərərçəkmişlərin əmlaklarını və əmlaka olan hüquqlarını ələ keçirmək niyyətində olması məhkəmədə müəyyən edilməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs digər şəxslərin əmlakını ələ keçirmək niyətində olmasına dair bir dənə də olsun sübut əldə etməmişdir. Sadəcə olaraq Zərərçəkmiş şəxs1 əlində olan pul vəsaitini dövriyyəyə buraxmaq məqsədi ilə Təqsirləndirilən şəxsla görüşmüş, gələcək biznes fəaliyyəti barədə şifahi olaraq danışıb razılığa gəlmişlər və bundan sonra Zərərçəkmiş şəxs1 özündə olan pul vəsaitlərini ayrı ayrılıqda Təqsirləndirilən şəxs çatdırmışdır. Eyni zamanda, iş üzrə, zərərçəkmiş qardaşların, yəni Loğman və Zərərçəkmiş şəxs3lərin vermiş olduğu ifadələrlə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs onlara ayrı ayrı vaxtlarda 270.000 ABŞ dolları bir, 15 kloqram qızıl külçənin dəyəri olan 600.000 ABŞ dolları pul qaytarmışdır. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsində 01 noyabr 2019cu il tarixdə Zərərçəkmiş şəxs3 ilkin olaraq izahat verərkən gösərmşdir ki, Müşfiq təxminən iki il ərzində verdikləri pul müqabilində onlara 270.000 ABŞ dolları pul qaytarmışdır, o, qazancın onları qane etmədiyini deyib ondan qızıllarını tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 yenidən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində 11 dekabr 2019-cu il tarixdə təkrar izahat verərkən göstərmişdir ki, Müşfiq təxminən iki il ərzində verdikləri pul müqabilində onlara 270.000 ABŞ dolları pul qaytarmış, o, qazancın onları qane etmədiyini deyib ondan qızıllarını istəmişlər. Beləcə vaxt keçmiş, Müşfiq onlara cəmi 15 kloqram qızılın dəyəri olan 600.000 ABŞ dolları ona pul qaytarmışdır. Həmin pulu o, Asiflə Müzəffər arasında bölüşdürmüşdür. Bundan sonra 02 iyun 2020-ci il tarixdə Hamizs Hacıyevin qardaşı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Baş Prokurorluğunun yanında Karrupsiyaya qarşı mübarizə idarəsində izahat verərkən göstərmişdir ki, Müşfiq iki il ərzində Hamisə 270.000 ABŞ dolları pul vermiş, sonralar isə, yəni 2016-cı ilin sonlarınadək 15 kloqram külçənin dəyəri olan 600.000 ABŞ dolları vermişdir. Göründüyü kimi, hər iki qardaş qeyd olunan faktı Karrupsiyaya qarşı mübarizə idarəsində vermş olduqları izahatlarında bir daha təsdiq etmişlər. Lakin, Zərərçəkmiş şəxs1 13 iyul 2020-ci il tarixdə Karrupsiyaya qarşı mübarizə idarəsində ifadə verərkən göstərmişdir ki, Təqsirləndirilən şəxs onlara cəmi 70.000 ABŞ dolları məbləqində pul qaytarmışdır. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qardaşlarının cinayət işinin istintaqı zamanı ardıcıl vermiş olduqları izahat və ifadələrində çoxsaylı ziddiyyətlər, habelə, biri digərinə uyğun gəlməyən, daha doğrusu, hər bir sonrakı vermiş olduğu ifadələr, əvvəl verdiyi ifadələrindəki faktları təsdiq etmədiyindən, istintaq materiallarında olan izahat və ifadələr çoxsaylı ziddiyyətlər mövcudluğuna görə obyektivliyi əks etdirə bilmədiyindən sübut kimi qiymətləndirilib ittihamın əsasına qoyula bilməz. Bundan əlavə, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı ifadə verərkən müdafiəçinin vermiş olduğu suala cavab olaraq bildirmişdir ki, o, vermiş olduğu izahat və ifadələrini təsdiq edir, yəni, birgə biznes fəaliyyəti ilə bağlı Təqsirləndirilən şəxs vermiş olduğu pullardan Müşfiqin ona iki il ərzində 270.000 ABŞ dolları bir, ondan sonra isə 15 kloqram külçənin dəyəri olan 600.000 ABŞ dolları pul vermişdir. Bundan əlavə aparılan məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Loğman onu 2018-ci ilin yay ayında evlərinin qarşısına çağırmış, ona demişdir ki, Müşfiqə 2014-cü ildə pul verib, indi aralarında inciklik yaranıb. Müşfiq pulu qaytarıb, lakin, faizini qaytarmır. O, Müşfiqlə söhbət etmiş, Müşfiq bildirmişdir ki, Loğman ona qazanc əldə etmək üçün 1.600.000 manat pul vermiş, o da əlavə 200.000 manat pul qaytarmış, devalivasiyaya görə ondan əlavə pul tələb edir. O da gəlib Loğmana demişdir ki, Müşfiq belə deyir ki, ona 1.800.000 manat pul qaytarmışdır. Sonra Elitin yanında yığışmışlar, aralarında söhbət olmuş, Müşfiq Loğmana demişdir ki, ona 1.600.000 manat pul vermiş, o da ona 1800.000 manat pul qaytarmışdır. Loğman demişdir ki, o zaman Müşfiqə verdiyi 1.600.000 manatı 2000.000 dollar kimi qiymətləndirməklə, ondan qalan fərq 1000.000 ABŞ dollarını tələb etmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, ona 2018-ci ildə məlum olmuşdur ki, Müşfiqlə Loğman arasında biznes fəaliyyəti ilə bağlı pul alış verişi olub. Onların Elitin yanındakı çay evində oturarkən Müşfiq Loğmana 1.600.000 manat pul verdiyini və Müşfiqində Loğmana 1.800.000 manat pul qaytardığını deyərkən, Loğman onun dediklərini başını yellədərək təsdiqləmişdir. Həmin vaxt ona tam şəkidə məlum olmuşdur ki, Loğman Müşfiqdən devalvasiya ilə bağlı artıq pul istəyir. X9 və Rauf Abdullayev hər ikisi eyni məzmunlu ifadəni həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verərək təsdiq etmişlər ki, Loğman Müşfiqə 1.600.000 manat pul vermiş, Müşfiq isə həmin məbləği və əlavə olaraq 200.000 manatı Loğmana qaytarmışlar. Bu faktı onların hər ikisinin yanında Elit ticarət mərkəzinin yaxınlığındakı çay evində olarkən Loğman özü də təsdiq etmişdir. Təqsirləndirilən şəxs özünün bu faktla bağlı vermiş olduğu ifadəsi iş üzrə dindirilmiş digər şahidlərin, o cümlədən Mirnur İsmayılovun və Rauf Abdullayevin ifadəsi ilə tam təsdiq olunmuşdur. Odur ki, məhkəmə cinayət işi ilə bağlı toplanmış şahid ifadələrini, təqsirləndirilən şəxsin özünün ifadəsini, habelə, iş üzrə toplanmış digər sübutları ayrı ayrılıqda qiymətləndirib hesab edir ki, birgə biznes fəaliyyəti ilə bağlı 2014-cü ildə Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs 1.600.000 manat məbləğində pul verilmiş, Təqsirləndirilən şəxs isə 2018-ci ilə qədər olan müddət ərzində ona 1.600.000 manat məbləğində pulu qaytarmış və əlavə olaraq ona 200.000 manat məbləqində qazanc vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı əldə olunmuş kifayət qədər sübutlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 2014-cü ildən başlayaraq Loğman və Zərərçəkmiş şəxs3 qardaşları ilə razılaşıb birgə biznes fəaliyyətini həyata keçirmək yolu ilə qazanc əldə etmək istəmişlər. Lakin, devalvasiya ilə bağlı nəzərdə tutulan biznes fəaliyyətinin həyata keçirilməsi mümkün olmadığından Təqsirləndirilən şəxs lazımi qaydada fəaliyyətini həyata keçirə bilməmiş və nəzərdə tutulan pulu qazana bilməmişdir. Ona görə də o, həmin şəxslərə, yəni, Loğmana və Hamizə 1.600.000 manat qaytarmaqla, yalnız, əlavə olaraq 200.000 manat məbləqində qazanc vermişdir. Həmin məbləğ qeyd olunan qardaşları qane etmədiyinə görə onlar, mübahisələrə başlayaraq bu faktla bağlı müvafiq orqanlara şikayətlər vermişlər. Həmin şikayətlər, Azərbaycan Respublikasının Baş Prokurorluğunun yanında Karrupsiyaya qarşı mübarizə idarəsində araşdırılarkən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq, istintaq aparılmış və Təqsirləndirilən şəxs təqsirli bilinərək 23 sentyabr 2020-ci il tarixdə həbs edilmşdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında baş verən münasibətlərə görə, eləcə də, onların birgə biznes fəaliyyəti qurmaq məqsədi ilə bir birilərinə pul alıb vermələri faktı cinayət qanunvericiliynin tələblərinə uyğun olaraq cinayət məsuliyyəti yaratmır. Yəni, istintaq orqanı tərəfindən müəyyən edilməmişdir ki, Təqsirləndirilən şəxs birgə biznes fəaliyyəti ilə bağlı niyyəti Zərərçəkmiş şəxs1 və ya digər şəxsləri aldatmağa yönəlib. Eyni zamanda, həm cinayət qanunvericiliynin tələbi ilə, həm də yuxarıda göstərildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərildiyi kimi, müqavilə öhdəliyindən yaranan münasibətlərdə, xüsusi ilə, birgə biznes fəaliyyəti ilə bağlı fəaliyyət zamanı hərəkətlər, niyyətin əvvəlcədən etibardan sui istifadə etməklə aldadılmasına yönəldiyi hallardan başqa, cinayət məsuliyyəti yarada bilməz. Odur ki, toplanmış materiallarla kifayət qədər təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında baş vermiş hərəkətlərdən əmələ gələn münasibətlər yalnız mülki hüquqi xarakterli hərəkətlər olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham əsassız hesab edilməlidir. Bundan əlavə, yuxarıda göstərildiyi kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddələri ilə ittiham elan edilmişdir. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, o, banka bilə-bilə şişirdilmişq yalan məlumatlar verməklə 30 oktyabr 2012-ci il tarixdə «kredit razılaşması» bağlayaraqa bankdan 314.000 manat məbləğində kredit almış , həmin kreditdən 334.762.69 ABŞ dolları əsas, 142.316,35 ABŞ dolları isə faiz borcundan ödəyərək, 01 sentyabr 2020-ci il tarixə 96.518,77 ABŞ dolları məbləğində, həmin dövrün məzənnəsi ilə 164081,9 manat pulu qəsdən ödəməməklə hüquqi şəxs olan "xxxx" QSCnin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs banka bilə-bilə şişirdilmişq yalan məlumatlar verməklə 24 fevral 2014-cü il tarixdə «kredit razılaşması» bağlayaraqa bankdan 300.000 ABŞ dolları, məbləğində kredit verilməsinə nail olmuş, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 139.082,46 ABŞ dolları, faiz üzrə 114.682,32 ABŞ dolları məbləğində ödəniş həyata keçirmiş, 1 sentyabr 2020-ci il tarixə 160.917,54 ABŞ dolları əsas və 79.256,56 ABŞ dolları məbləğində faiz borclarını, cəmi 240.174,1 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 408.295,97 manat məbləğində pulu qəsdən ödəməməklə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə "xxxx" QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. İttihamdan və yuxarıda göstərilmiş əsas öhdəlik barədə razılaşmalarından (müqavilələrdən) görünür ki, bir tərəfdən bank, ikinci tərəfdən təqsirləndirilən şəxs sərbəst iradə ifadəsi əsasında kreditlə (borc pulun) bağlı hüquq münasibətlərinə daxil olmuşlar, bu münasibətlər isə özü-özlüyündə mülki hüquq münasibətlərini təşkil edir. Belə ki, tərəflərin kreditlə bağlı razılığa gəlməsi, yəni kredit məbləğinin, kreditin geri qaytarılması müddətinin, kreditdən istifadəyə görə faizin, əsas öhdəliyin pozulması halında dəbbə pulunun müəyyən edilməsi – birbaşa ona dəlalət edir ki, tərəflər mülki qanunvericiliklə tənzimlənən mülki hüquq münasibətlərinin iştirakçıları qismində çıxış etmişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədibtörətməməsini müəyyən etmək üçün, bütövlükdə isə onun qeyd edilən hissədə ittihamla bağlı əməlinin qiymətləndirilməsi üçün onunla bank arasında yaranmış münasibətlərinin təhlili zəruridir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlardan görünür ki, tərəflər arasında 30 oktyabr 2012-ci il tarixdə əsas öhdəlik barədə 26R000001679 nömrəli “Kredit razılaşması” adlı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən - kreditin məbləği 400.000 ABŞ dolları məbləğində, müddəti 36 ay, aylıq faiz dərəcəsi 1.5% həddində müəyyən edilmişdir. Həmin müqavilə üzrə “borc alan” qismində çıxış edən təqsiləndirilən şəxs göstərilən məbləğdə kredit məbləği almış və aldığı kredit üzrə əsas borc üzrə 334.762,69 ABŞ dolları, faiz üzrə 142.316,35 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Qeyd edilən kredit müqaviləsindən başqa, tərəflər arasında 24.02.2014-cü il tarixdə 26R000004685 №-li “Kredit razılaşması” adlı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən – kreditin məbləği 300.000 ABŞ dolları məbləğində, müddəti 36 ay, aylıq faiz dərəcəsi 1.3333% həddində müəyyən edilmişdir. Həmin müqavilə üzrə “borc alan” qismində çıxış edən təqsiləndirilən şəxs göstərilən məbləğdə kredit məbləği almış və aldığı kredit üzrə əsas borc üzrə 39.082,46 ABŞ dolları, faiz üzrə 114.682,32 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Bağlanmış kredit müqavilələrinin tarixinə diqqət yetirdikdə, məlum olur ki, tərəflər arasında etibarlı münasibətlər mövcud olmuşdur. Belə ki, tərəflər arasında ilk dəfə kredit müqaviləsi üzrə mülki hüquq münasibətləri yarandıqdan sonra təqsirləndirilən şəxs müqavilə üzrə öhdəlikləri təxminən 2 il müddətində vaxtında icra etmiş, kreditin vaxtında qaytarılması ilə bağlı problem olmamışdır. Məhz bundan sonra bank öz risklərini qiymətləndirib yenidən təqsirləndirilən şəxslə mülki hüquq münasibətlərinə daxil olaraq külli miqdarda kredit vermiş, təqsirləndirilən şəxs də öz növbəsində yeni kreditdən istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial qaydalarına əsasən – “borc verən” qismində çıxış edən bank fiziki və ya hüquqi şəxsə kredit verdikdən sonra “borc alanların” monitoringini keçirərək kredit almış şəxslərin maliyyə vəziyyətini, biznes layihələrini, eləcə də kreditin qaytarılmasına problem yarada biləcək halları öyrənməli və təhlil etməli, bundan sonra müvafiq tədbirlər görməlidir. Bank tərəfindən təqsirləndirilən şəxsə 2012-ci il tarixdə birinci kredit verildikdən sonra kifayət qədər uzun müddətdən sonra, yəni 2014-cü il tarixdə yenidən kreditin verilməsi ona dəlalət edir ki, təqsirləndirilən şəxsin “borc alan” kimi kreditin qaytarılması üzrə problemi olmamışdır. Əks halda bank tərəfindən təqsirləndirilən şəxsə ikinci dəfə külli miqdarda kredit verilməzdi. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqavilələrinin müddəti, yəni kredit məbləğinin geri qaytarılması müddəti 36 ay müəyyən edilsə də, bank kredit müqaviləsinin şərtlərinə əsasən həmin müddət ərzində kreditin qaytarılması ilə bağlı cəhd belə etməmişdir. Başqa sözlə, mülki hüquq münasibətlərindən (kredit müqaviləsi) irəli gələn tələb üzrə hüquqdan istifadə etməmiş, faktiki olaraq tərəflər arasında kreditlə bağlı mülki hüquq mübahisəsini mübahisələndirməmişdir. Halbuki, 36 aylıq müddət pozulmuş hüquqların bərpası üçün kifayət qədər uzun müddət təşkil etmişdir. Eyni zamanda məhkəmə xüsusilə qeyd edir ki, bank nəyinki kredit müddəti ərzində, ümumiyyətlə heç vaxt pretenzziya qaydasında, eləcə də mülki mühakimə icraatı qaydasında əsas öhdəliyin icra edilməməsi ilə bağlı təşəbbüslə çıxış etməmişdir. Bank, həmçinin mülki qanunvericilikdə müəyyən edilmiş iddia müddəti ərzində də kredit müqavilələrindən irəli gələn tələblə öz hüquqlarının realizə edilməsi istiqamətində təşəbbüslə çıxış etməmişdir. Bankın kredit müqavilələri üzrə tələb hüququ yaransa da, məhkəməyə məlum olmayan səbəblərdən o, pozulmuş hüquqlarının bərpası istiqamətində heç bir addım atmamışdır. Əksinə passiv mövqe sərgiləyərək əsas öhdəlik qismində çıxış edən kredit müqavilələri üzrə əsassız şəkildə faiz və dəbbə pulu hesablayaraq faktiki olaraq Təqsirləndirilən şəxs vəziyyətini pisləşdirmiş, başqa sözlə, öhdəliklərlə “yükləmişdir”. Azərbaycan Respublikası MM-nin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Cinayət işinin materiallarından görünür ki, 30 oktyabr 2012-ci il və 24 fevral 2014-cü il tarixlərdə tərəflər arasında sərbəst iradə ifadəsi əsasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərindən görünür ki, tərəflər müstəqil şəkildə mülki hüquq münasibətlərinə daxil olub öz aralarında borc müqaviləsinin əsas əhəmiyyət kəsb edən şərtlərini öz aralarında razılaşdırmışlar. Kredit müqaviləsinin əsas şərtlərindən birini də bilavastə onun müddəti təşkil edir. Kredit müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin müddəti 36 ay müddətə müəyyən edilmişdir. Bu o deməkdir ki, tərəflər arasında birinci dəfə 2012-ci il tarixdə, ikinci dəfə isə 2014-cü il tarixdə kredit müqaviləsi bağlansada kreditin müddəti birinci alınan kredit üzrə 2015-ci il tarixdə, ikinci dəfə alınmış kredit üzrə isə 2017-ci il tarixdə başa çatmışdır. Məhkəmə bununla bağlı hesab edir ki, cinayət işinin materiallarında kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində bank, mülki hüquq mübahisəsindən irəli gələn tələbi ilə əlaqədar hər hansı bir təşəbbüslə çıxış etməmiş, məhkəmədə iddia qaldırmamış, prenteziya qaydasında borc alana öz tələbini bildirməmişdir. Eyni zamanda, mülki hüquq münasibətlərinin faktiki vəziyyətini, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin 2015 və 2017-ci illərdə bitməsini nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Mülki Mcəlləsinin 373-cü madəsində müqavilə münasibətlərindən irəli gələn müqavilə müddətinin 3 illik müddətinin müəyyən edilməsini nəzərə alaraq, 2015 və 2017-ci illərdə kredit müqaviləsinin müddətinin başa çatdığı halda, iddia müddəti ərzində də bank tərəfindən borc alana qarşı kredit müqaviləsindən irəli gələn tələbi ilə əlaqədar məhkəmə çıxışı etmədiyindən, məhkəmə hesab edir ki, 2012-ci və 2014-cü il tarixlərdə bağlanmış Kredit müqavilələrindən irəli gələn tələb üzrə bankın tələb etmə müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. Birinci müqavilə üzrə 2018-ci il, ikinci müqavilə üzrə isə 2020-ci il tarixdə faktiki olaraq tərəflər arasında münasibətlərə son verilmişdir. Bu o deməkdir ki, artıq 2012 və 2014-cü il tarixlərdə bağlanılmış kredit müqavilələrindən irəli gəlmiş hüquq münasibətlərə tərəflərin iradəsi olmadan da qanunla müəyyən edilmiş əsaslarla xitam verilmişdir. Məsələnin belə olduğu halda məhkəmə belə nəticəyə gəlir ki, mülki hüquq münasibəti üzrə mübahisə vaxtında həll edilmədiyindən, qanunla müəyyən edilmiş bütün müddətlər ötürüldüyündən, borc verən vaxtında kredit müqaviləsindən irəli gələn tələblə məhkəmə qaydasında çıxış etmədiyindən, digər hallarla həmin borcu tələb etmədiyindən tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinə son qoyulmuşdur (xitam verilmişdir). Mülki hüquq münasibətlərinə xitam verildiyi halda “borc alanın” mülki məsuliyyətə cəlb edilməsi, ondan icra edilməmiş öhdəliklərin tələb edilməsi, yəni kredit bocunun qaytarılmasına yol verilmir. Göstərilən hissədə şəxsin mülki məsuliyyətə cəlb edilməsini yol verilmədiyi halda, onun cinayət məsuliyyətinə cəlb edilməsi – qanunsuz, əsassız və nəticə etibarı ilə ədalətsizdir. Hüquq nəzəriyyəsində məsuliyyət institutu mövcuddur. Məsuliyyət dedikdə mülki, inzibati və cinayət məsuliyyəti başa düşülür. Məsuliyyətin ən yüngül forması mülki məsuliyyət, ən ağır forması isə cinayət məsuliyyəti çıxış edir. Eyni hüquq münasibətləri üzrə, hazırki cinayət işi üzrə isə mülki hüquq münasibətləri üzrə şəxsin mülki məsuliyyətinə cəlb edilməsi mümkün olmadığı halda onun qeyd edilən münasibətlər üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə yol verilmir, buna haqq qazandırıla bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, bank təqsirləndirilən şəxsə hər iki kredit müqavilələri üzrə verdiyi kredit borcu üzrə həm kredit müddətini, həm də pozulmuş hüquqların bərpası məqsədi ilə müəyyən edilmiş iddia müddətini üzrlü səbəb olmadan ötürmüşdür. Belə olduğu halda borclu şəxs həmin kredit müqavilələri üzrə cinayət mühakimə icraatı qaydasında mülki məsuliyyətə və cinayət məsuliyyətinə, eləcə də mülki mühakimə icraatı qaydasında mülki məsuliyyətə cəlb edilə bilməz. Göstərilənləri məcmu halda bir daha nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər mülki hüquq münasibətləri olduğundan, həmin münasibətlərdən irəli gələn mübahisələrin özünün bilavastə mülki hüquq mübahisələri olduğundan Təqsirləndirilən şəxs əməlində sözügedən epizodla əlaqədar cinayət tərkibi yoxdur, eləcə də göstərilən xüsusda cinayət hadisəsi baş verməmişdir. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (MM-in 399.3-cü maddəsi); Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində nəzərdə tutulur ki, “şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir.” Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, qeyd edilən cinayətlə bağlı cinayət hadisəsi baş verməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxs bu hissədə də irəli sürülmüş ittiham əsassız olmaqla, həm də qanunsuzdur. Beləliklə, məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikasi CPM-nin 21.2, 145.3. ,351 .3.4. maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələbələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma cinayətinin törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikasi CPM-nin 42.1.4 və 42.2.1 maddələrinin tələblərinə görə isə şəxsin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə barəsində bəraət hökmü çıxarılır. Belə olan halda, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayəti törətməsi faktı üzrə təqsirliliyi barədə istintaq orqanlarının gəldiyi nəticə ittiham aktında yalnız ehtimallara əsaslanıb, gümanedici xarakter daşıdığından, cinayət işi üzrə təqsirləndirilən şəxsə elan olunan ittihamı təsdiq edən hər hansı bir sübut və fakt aşkar edilmədiyindən, habelə, məhkəmə yuxarıda göstərilən maddələrə və CPM-nin 351.2. maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasına yol verilməməsinə dair tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törədilən dələduzluq və vəzifəsindən sui istifadə etmə epizodları sübuta yetirilmədiyindən bəraət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 saylı qərarında göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilən halları məcmuu halda təhlil edib məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 178.3.2-ci maddələri nəzərdə tutulmuş cinayətin əlamətləri olmadığından ona həmin maddələrlə bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 21 avqust 2020-ci il tarixli 9/2917 №-li rəyindən görünür ki, sahibkar fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN **********) ilə "xxxx" QSC-nin Göyçay filialı arasında bağlanmış 29.10.2012-ci il tarixli 26L000000758 saylı “Kredit xətti müqaviləsi”nin tələblərinə müvafiq olaraq imzalanmış 30.10.2012-ci il tarixli 26R000001679 saylı “Kredit razılaşması” əsasında verilmiş 400 000.0 ABŞ dolları, 24.02.2014-cü il tarixli 26R000004685 saylı “Kredit razılaşması” əsasında 300 000.0 ABŞ dolları olmaqla, ümumilikdə 700.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə əməlin tövsüf məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə tövsüf edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə ona ittiham olunan sonuncu cinayəti 30 oktyabr 2012-ci il və 24 fevral 2014-cü il tarixlərdə törətmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət epizodu üzrə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinin tələbinə əsasən az ağır cinayətin törədildiyi gündən 7 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinin tələbinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Rəhamn oğlunun ittiham edildiyi cinayətləri törətdiyi gündən 7 il keçdiyinə görə onun barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, habelə, dövlət ittihamçısının bu epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı təklifini nəzərə alaraq ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs qarşı onlara dəymiş ziyanın alınıb ödənilməsi ilə bağlı mülki iddia vermişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədindən verilmiş mülki iddialar təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri 150 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs ilə "xxxx" QSC-nin “Göyçay” filialı arasında bağlanmış 30.10.2012-ci il tarixli 26R000001679 №-li və 24.02.2014-cü il tarixli 26R000004685 №-li “Kredit razılaşmaları” və həmin razılaşmalarla bağlı digər kredit sənədləri, Təqsirləndirilən şəxs ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş bəyənnamələr, şəxsi hesab vərəqələri, 08.10.2012-ci il tarixli və 09.02.2014-cü il “kredit analizi” vərəqələri və 17 sentyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. X3 adına **********55-12301 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Göyçay rayonu, Çərəkə kəndində 3.2164 ha, **********82 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Göyçay rayonu, Çərəkə kəndində 0.5 ha, **********83 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Göyçay rayonu, Çərəkə kəndində 5.0538 ha və **********81 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Göyçay rayonu, Çərəkə kəndində 2.3031 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və X4 məxsus olan Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.185 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 1713.3 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli, 54 nömrəli, ticarət təyinatlı yaşayış binasının Binəqədi rayon məhkəməsinin 16 və 18 sentyabr 2020-ci il tarixli qərarları ilə üzərilərinə qoyumuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 344-346, 349, 351-354, 356, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin ediməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Məhkəmə istintaqı zamanı zərərəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar təmin edilməsin. X3 adına **********55-12301 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Göyçay rayonu, Çərəkə kəndində 3.2164 ha, **********82 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Göyçay rayonu, Çərəkə kəndində 0.5 ha, **********83 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Göyçay rayonu, Çərəkə kəndində 5.0538 ha və **********81 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Göyçay rayonu, Çərəkə kəndində 2.3031 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, X4 məxsus Ucar şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 0.185 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 1713.3 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli, 54 nömrəli, ticarət təyinatlı yaşayış binasının, Binəqədi rayon məhkəməsinin 16 və 18 sentyabr 2020-ci il tarixli qərarları ilə üzərilərinə qoyumuş həbs götürülsün. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs ilə "xxxx" QSC-nin “Göyçay” filialı arasında bağlanmış 30.10.2012-ci il tarixli 26R000001679 №-li və 24.02.2014-cü il tarixli 26R000004685 №-li “Kredit razılaşmaları” və həmin razılaşmalarla bağlı digər kredit sənədləri, Təqsirləndirilən şəxs ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş bəyənnamələr, şəxsi hesab vərəqələri, 08.10.2012-ci il tarixli və 09.02.2014-cü il “kredit analizi” vərəqələri və 17 sentyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri 150 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən, elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-349/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-349/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver