Məhkəmə qərarları › İş №1(101)-349/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-349/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-349/2023 28.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, müdafiəçilər - Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 18-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 75-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 18-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə sonuncunun xadimə işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanından oğurluq etmək barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş və 05 mart 2022-ci il tarixində, saat 13:00 radələrində Təqsirləndirilən şəxs1 həmin ünvanda olarkən mənzildə heç kimin olmamasından istifadə edib bu barədə mobil telefon vasitəsilə ona zəng edərək məlumat verdikdən sonra aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısının kilidini açıq saxlayaraq mənzili tərk edib ev sahibinin gələcəyi təqdirdə məlumat vermək məqsədilə binanın yaxınlığında müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə giriş qapısından mənzilə qanunsuz daxil olub yataq otağındakı saxlanc yeri hesab edilən seyfin açarını Təqsirləndirilən şəxs1 ona əvvəlcədən bildirdiyi dolabın (şkafın) içərisindən götürüb seyfi açaraq oradan Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 20.000 manat dəyərində 80 qram çəkidə, 750 əyarlı ağ qızıldan hazırlanmış boyunbağını, 01 ədəd 15.000 manat dəyərində 100 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış ağ qaşlı platin qolbağı, 07 ədəd ümumilikdə 3.400 manat dəyərində, hər birinin çəkisi 05 qram olmaqla ümumi çəkisi 35 qram təşkil edən 750 əyarlı qızıldan hazırlanmış halqalı ərəb qolbaqlarını, 01 ədəd 4.000 manat dəyərində 35 qram çəkidə 916 əyarlı qızıldan hazırlanmış ərəb sırğasını, 2.000 manat dəyərində ümumilikdə 15 qram çəkidə 750 əyarlı ağ qızıldan hazırlanmış dəsti, 01 ədəd 1.500 manat dəyərində 15 qram çəkidə, üzərində “ZİBEYDƏ” yazısı olan 750 əyarlı qızıldan hazırlanmış boyunbağını, 01 ədəd 3.000 manat dəyərində 35 qram çəkidə, üzərində “ZİBEYDƏ ŞƏHRİYAR” yazısı olan 750 əyarlı qızıldan hazırlanmış boyunbağını, 01 ədəd 2.000 manat dəyərində 20 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış İtaliya istehsalı olan boyunbağını, 02 ədəd, hər birinin çəkisi 8 qram olmaqla ümumi çəkisi 16 qram olan ümumilikdə 3.000 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış misir üzüklərini, 01 ədəd 800 manat dəyərində 12 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış İtaliya istehsalı olan qolbağı, 01 ədəd 5.000 manat dəyərində 10 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış kişi üzüyünü, 01 ədəd 2.550 manat dəyərində 10 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış ağ qaşlı İtaliya istehsalı olan üzüyü, ümumilikdə 8.500 manat dəyərində 01 ədəd 50 qram çəkidə boyunbağı, 50 qram çəkidə kolye və 20 qram çəkidə qolbaqdan ibarət 750 əyarlı qızıldan hazırlanmış dəsti, 02 ədəd hər birinin çəkisi 10 qram olmaqla ümumi çəkisi 20 qram olan, ümumilikdə 2.000 manat dəyərində qızıl onluqlan, 04 ədəd hər birinin çəkisi 5 qram olmaqla, ümumi çəkisi 20 qram olan, ümumilikdə 2.000 manat dəyərində qızıl beşlikləri, 01 ədəd 300 manat dəyərində 5 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış uşaq qolbağını, 01 ədəd 2.000 manat dəyərində 12 qram çəkidə, 916 əyarlı qızıldan hazırlanmış ərəb qolbağını, 01 cüt 2.000 manat dəyərində 12 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış sırğanı, 01 cüt 5.000 manat dəyərində 20 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış ağ qaşlı qızıl sırğanı, 01 ədəd 1.000 manat dəyərində 10 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış qızıl qolbağı və 01 cüt 200 manat dəyərində 30 qram çəkidə gümüşdən hazırlanmış sırğanı gizli olaraq talayıb sonradan aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 85.250 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xadimə işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanından oğurluq etmək barədə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş və 05 mart 2022-ci il tarixində, saat 13:00 radələrində həmin ünvanda olarkən mənzildə heç kimin olmamasından istifadə edib bu barədə mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs2 zəng edərək məlumat verdikdən sonra aralarında olan rolların bölgüsünə əsasən o, mənzilin giriş qapısının kilidini açıq saxlayaraq mənzili tərk edib ev sahibinin gələcəyi təqdirdə məlumat vermək məqsədilə binanın yaxınlığında müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə giriş qapısından mənzilə qanunsuz daxil olub yataq otağındakı saxlanc yeri hesab edilən seyfin açarını Təqsirləndirilən şəxs1 əvvəlcədən Təqsirləndirilən şəxs2 bildirdiyi dolabın (şkafın) içərisindən götürüb seyfi açaraq oradan Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 20.000 manat dəyərində 80 qram çəkidə, 750 əyarlı ağ qızıldan hazırlanmış boyunbağını, 01 ədəd 15.000 manat dəyərində 100 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış ağ qaşlı platin qolbağı, 07 ədəd ümumilikdə 3.400 manat dəyərində, hər birinin çəkisi 05 qram olmaqla ümumi çəkisi 35 qram təşkil edən 750 əyarlı qızıldan hazırlanmış halqalı ərəb qolbaqlarını, 01 ədəd 4.000 manat dəyərində 35 qram çəkidə 916 əyarlı qızıldan hazırlanmış ərəb sırğasını, 2.000 manat dəyərində ümumilikdə 15 qram çəkidə 750 əyarlı ağ qızıldan hazırlanmış dəsti, 01 ədəd 1.500 manat dəyərində 15 qram çəkidə, üzərində “ZİBEYDƏ” yazısı olan 750 əyarlı qızıldan hazırlanmış boyunbağını, 01 ədəd 3.000 manat dəyərində 35 qram çəkidə, üzərində “ZİBEYDƏ ŞƏHRİYAR” yazısı olan 750 əyarlı qızıldan hazırlanmış boyunbağını, 01 ədəd 2.000 manat dəyərində 20 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış İtaliya istehsalı olan boyunbağını, 02 ədəd, hər birinin çəkisi 8 qram olmaqla ümumi çəkisi 16 qram olan, ümumilikdə 3.000 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış misir üzüklərini, 01 ədəd 800 manat dəyərində 12 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış İtaliya istehsalı olan qolbağı, 01 ədəd 5.000 manat dəyərində 10 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış kişi üzüyünü, 01 ədəd 2.550 manat dəyərində 10 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış ağ qaşlı İtaliya istehsalı olan üzüyü, ümumilikdə 8.500 manat dəyərində 01 ədəd 50 qram çəkidə boyunbağı, 50 qram çəkidə kolye və 20 qram çəkidə qolbaqdan ibarət 750 əyarlı qızıldan hazırlanmış dəsti, 02 ədəd hər birinin çəkisi 10 qram olmaqla ümumi çəkisi 20 qram olan, ümumilikdə 2.000 manat dəyərində qızıl onluqları, 04 ədəd hər birinin çəkisi 5 qram olmaqla, ümumi çəkisi 20 qram olan, ümumilikdə 2.000 manat dəyərində qızıl beşlikləri, 01 ədəd 300 manat dəyərində 5 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış uşaq qolbağını, 01 ədəd 2.000 manat dəyərində 12 qram çəkidə, 916 əyarlı qızıldan hazırlanmış ərəb qolbağını, 01 cüt 2.000 manat dəyərində 12 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış sırğanı, 01 cüt 5.000 manat dəyərində 20 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış ağ qaşlı qızıl sırğanı, 01 ədəd 1.000 manat dəyərində 10 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış qızıl qolbağı və 01 cüt 200 manat dəyərində 30 qram çəkidə gümüşdən hazırlanmış sırğanı gizli olaraq talayıb sonradan aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 85.250 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət etmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərarına əsasən mülki iddia icraata qəbul edilməklə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə mülki cavabdeh qismində tanınmışlar. Mülki iddia onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törədərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmuşlar və buna görə də Zərərçəkmiş şəxs məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində müəyyən edilmiş 60.860 manat məbləğində pulun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, taksi sürücüsü işləmişdir. O, Təqsirləndirilən şəxs1 ilə ər-arvad kimi yaşamış və Təqsirləndirilən şəxs1 oğurluq hadisəsi baş verən ünvanda işləmişdir. O, bir neçə dəfə İlahəni həmin ünvana maşınla aparıb-gətirmişdir. Oğurluq hadisəsi baş verən gün o, İlahəyə demişdir ki, “mənim telefonumda kontur qurtarıb, işi bir kənara qoy, evdən çıx mənim mobil nömrəmə kontur vur”. O, taksi sürücüsü olduğundan onun mobil telefonunda kontur olmalı idi ki, meqabayt götürə bilsin. Əvvəlcə İlahə ona demişdir ki, “evdə heç kim yoxdur, evi tək qoyub heç bir yerə gedə bilmərəm”. O, bundan sonra İlahəyə təkidlə demişdir ki, evdən çıxıb gedib onun üçün kontur yükləsin, bunun başqa yolu yoxdur, çünki üstündə heç bir manat da pulu yoxdur. Həmin vaxt o, İlahədə 10 manat pul olduğunu bilmişdir. O, bir qədər səsli-küylü şəkildə İlahəyə yenidən təkid etmişdir ki, ona kontur yükləsin. Bundan sonra İlahə məcbur olub evdən çıxmışdır ki, ona kontur yükləsin. Belə də olmuşdur. İlahə evdən çıxaraq ona kontur yükləmək üçün dükana getmişdir. O da bu zaman İlahənin evdə olmamasından istifadə edərək İlahənin işlədiyi mənzilə oğurluq etmək üçün daxil olmuşdur. Onun oğurluq etdiyi mənzil Zərərçəkmiş şəxs yaşadığı mənzil olmuşdur. O, həmin mənzilə daxil olanda məqsədi oradan qızıl-zinət əşyalarını oğurlamaq olmamışdır. Onun niyyəti həmin mənzildən hər hansı bir qiymətli əşyaların, yəni televizor və DVD oğurlayaraq həmin mənzili tərk etmək olmuşdur. Sonra o, mənzilə daxil olmuş və bir-bir otaqları gəzməyə başlamışdır. O, otaqların birində olan zaman oradakı dolabın siyirməsini açmış və görmüşdür ki, həmin siyirmədə qolbaqlar var. Lakin həmin qolbaqlar sadə qolbaqlar olmuş, yəni həmin qolbaqlar qızıldan olmamışdır. Buna görə də o, həmin qolbaqları yerinə qoymuşdur. Bundan sonra o, həmin otaqda olan seyfi görmüş, lakin seyf bağlı olmuşdur. Amma o, dolabın siyirməsində seyfin açarını görmüşdür. O, düşünmüşdür ki, həmin açar seyfin açarı ola bilər. O, həmin açarla seyfi açmış və seyfin içərisində olan qızılları görmüşdür. O, qızılların bir hissəsini götürmüş, qalanına isə əl vurmamışdır. Qızılların qalan hissəsi seyfdə qalmışdır. Bundan sonra o, mənzili tərk etmişdir. Həmin mənzildən onun oğurluq etdiyindən İlahənin xəbəri olmamışdır. Onun həmin mənzildən oğurluq etdiyini İlahə görməmişdir. O, düşünür ki, əgər İlahə onun həmin mənzildən oğurluq etdiyini bilsəydi, ona heç vaxt həmin mənzildən oğurluq etməyinə imkan verməzdi. O, həmin mənzildən oğurladığı qızıl-zinət əşyalarını satmış və qızılların satışından təxminən 21.500 manat məbləğində pul əldə etmişdir. O, həmin pullarla da öz borclarını ödəmişdir. Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə təxminən 7-8 ildir ki, birlikdə yaşayır. Birgə yaşadıqları dövrdə onların 1 (bir) uşağı olmuş, həmin uşağın 7 yaşı var və həmin uşaq hazırda onun qardaşının himayəsindədir. İlahə onun oğurluq etdiyi mənzildə xadimə işləmiş, həmçinin həmin mənzilin sahibinin uşaqlarına dayəlik etmişdir. O, ibtidai istintaq zamanı ifadə vermiş, lakin həmin ifadəni müstəntiq düzgün yazmamışdır. Çünki müstəntiq ancaq onun qızılları haradan götürüb, harada satdığını yazmış, onun dediyi başqa şeyləri həmin ifadədə yazmamışdır. O, həmin ifadəni müstəntiq onun yanına İstintaq Təcridxanasına gəldikdən sonra oxumuşdur. O, həmin ifadəyə aid protokolu imzalamışdır. Müstəntiq onun yanına İstintaq Təcridxanasına gəldikdə ona demişdir ki, işi bağlayır. Sonra müstəntiq kağızları ona təqdim edib demişdir ki, “qol çək”. O da qol çəkmişdir. İlahə onun oğurluq etdiyi mənzildə işləsə də, İlahənin həmin mənzildə qızıl-zinət əşyalarının və pul olması barədə məlumatı olmamışdır. Sadəcə olaraq İlahə ona demişdir ki, “evdə heç kim yoxdur, kontur yükləməyə gedə bilmərəm”. O da fikirləşmişdir ki, borcu var, gedib həmin mənzildən oğurluq edib öz borclarını qaytarsın. İlahə ona demişdir ki, “evi tək qoyub gedə bilmərəm, kontur yükləyə bilmərəm”. İlahə həmçinin ona demişdir ki, “məndə qapının açarı yoxdur, qapını açıq qoyub gedə bilmərəm”. O da İlahəyə demişdir ki, “kontur yükləməyə pulum yoxdur”. O, pulunun olmadığını evə girmək üçün İlahəyə demişdir. İlahə dəfələrlə ona demişdir ki, “evdə heç kim yoxdur, evi tək qoyub gedə bilmərəm”. Sonra o, İlahənin üstünə qışqırmışdır. Bundan sonra İlahə ona kontur yükləmək üçün mənzildən çıxmış və həmin vaxt mənzilin giriş qapısını açıq qoymuşdur. O, İlahənin işlədiyi mənzilin binanın neçənci mərtəbəsində olduğunu bilmiş, çünki İlahəni işə aparıb-gətirmiş və ona görə də İlahənin harada, hansı mərtəbədə yerləşən mənzildə işlədiyini bilmişdir. Onun mənzilə girib-çıxması təxminən 10-12 dəqiqə çəkmişdir. O, qızılları “Laçın” ticarət mərkəzində şəxsiyyət vəsiqəsini təqdim etməklə satmış və qızıllara görə 21.500 manat pul əldə etmişdir. Həmin qazancdan o, İlahəyə pul verməmişdir. O, sadəcə həmin vaxt İlahəyə 200-300 manat pul vermiş və həmin pulu da işləyib qazandığını demişdir. Ona İlahənin qızı zəng edərək anasının tutulduğunu demiş, o da polisə zəng edib əməliyyatçıya demişdir ki, “İlahənin heç bir günahı yoxdur, oğurluğu mən etmişəm”. Polislər onu tutduqdan sonra ona qarşı heç bir təzyiq etməmişlər. Əksinə o, özü gəlib təslim olmuşdur. O, seyfi mənzildəki açarla açmış, yəni seyfi bir dəfə açarla burmuş və sonra əli ilə açmışdır. O, ibtidai istintaq zamanı ifadə verərkən heç bir təzyiqə məruz qalmamışdır. O, oğurladığı qızılların sayını dəqiq bilmir, lakin həmin qızılların çəkisi təxminən 200 qram olmuşdur. Həmin qızıllar onda çox az müddət ərzində qalmışdır. Belə ki, hadisədən 2 gün keçdikdən sonra o, həmin qızılları satmışdır. O, qızılları lom qiymətinə satmasa da, alış qiymətindən bir qədər aşağı qiymətə satmışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə istintaqında onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, səkkiz ilə yaxındır ki, Təqsirləndirilən şəxs1 ilə ər-arvad münasibətindədir və həmin şəxsdən xx.xx.2015-ci il təvəllüdlü Uğur Ağayev adlı övladı var. Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayından Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 108, mənzil 81 ünvanında xadimə işləmişdir. İlahə evə gələn zaman o, İlahədən “onlar maddi cəhətdən imkanlı ailədirlər, ortalıqda pulları və yaxud qızılları olmur ki?” deyə soruşmuşdur. İlahə ona ortalıqda pul görmədiyini, lakin yataq otağında dəmir seyfin olduğunu və həmin seyfdə ailəyə məxsus qızıl-zinət əşyalarının olduğunu bildirmişdir. O, İlahəyə seyfin açarlarının harada olması ilə bağlı sual verəndə, İlahə seyfin açarlarının yerini bildiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 qızılları oğurlamağı təklif etmişdir. Lakin İlahə onunla razılaşmayaraq bunu etməyəcəyini bildirmişdir. Belə olan halda İlahə ona mənzildə tək olduğu vaxt xəbər edəcəyini, mənzilin əsas giriş qapısını açıq vəziyyətdə qoyacağını, özünün isə aşağıda olan “Araz” marketə düşəcəyini və aşağıda olduğu vaxtda onun mənzilə girərək seyfdən qızılları oğurlaya biləcəyini bildirmişdir. Həmçinin İlahə ona əvvəlcədən seyfin açarlarının yataq otağındakı dolabın birinci siyirməsində olduğunu demişdir. Bundan sonra o, İlahə ilə razılaşmışdır. O, 05 mart 2022-ci il tarixində İlahənin işlədiyi ünvana gedərək aşağıda gözləməyə başlamışdır. Belə olan halda İlahə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə səsli zəng edərək mənzildə heç kimin olmadığını və gəlib seyfdən qızılları oğurlaya biləcəyini demişdir. Həmin gün saat 13:00 radələrində o, İlahəyə yenidən zəng edərək aşağıda gözlədiyini bildirmişdir. Həmin vaxt İlahə ona aşağıda yerləşən “Araz” supermarketə yumurta almaq üçün düşən vaxt mənzilin əsas giriş qapısını açıq vəziyyətdə qoyacağını bildirmişdir. Bu danışıqdan sonra İlahə aşağı düşmüşdür. Lakin İlahə onu görməmişdir. O, 8-ci mərtəbəyə qalxaraq mənzilə daxil olmuşdur. O, mənzilə daxil olduqda, yataq otağındakı siyirmədən seyfin açarını götürüb seyfi açmaq məqsədi ilə seyfin qarşısına keçmişdir. O, seyfi açaraq oradan sayını xatırlamadığı sayda qızıl-zinət əşyalarını götürərək əvvəlcədən özü ilə gətirdiyi corabların içərisinə yığmışdır. O, oğurluq edəndən sonra mənzili tərk etmişdir. Sonra o, oğurladığı qızılları yaşadığı mənzildə gizlətmişdir. Ehtiyat etdiyi üçün o, təxminən 15 gün qızılları satmamışdır. Sonra isə o, həmin qızılları müxtəlif vaxtlarda “Laçın” ticarət mərkəzinə, “Moskva” Univermağına, “20 Yanvar” dairəsi yaxınlığında, eləcə də Xırdalan şəhərində, Mərdəkan qəsəbəsində müxtəlif qızıl alışı ilə məşğul olan mağazalarda satmışdır. O, oğurladığı qızılları ümumilikdə 21.500 manata satmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, oğurluq hadisəsinin baş verdiyi evdə işləmişdir. O, həmin evdə həm uşaqlara baxmış, həm də təmizlik işləri ilə məşğul olmuşdur. O, işlədiyi evin sahibindən və ailə üzvlərindən heç vaxt narazı olmamış, eyni zamanda həmin şəxslərin də ondan narazılığı olmamışdır. Həmin evdən qızıl-zinət əşyalarının oğurlanması məsələsindən onun heç bir xəbəri olmamış və o, işlədiyi evdən heç vaxt oğurluq etməmişdir. O, baş vermiş oğurluq hadisəsini Polis bölməsində olarkən öyrənmişdir. O, anasının yaşadığı evdə qeydiyyatda olduğuna görə polis əməkdaşları əvvəlcə onu axtarmaq üçün onun anasının evinə zəng etmişlər, sonradan isə onun anasının evinə gəlmişlər. O, bundan sonra Polis bölməsinə gedərək məsələni aydınlaşdırmağa çalışmışdır. O, qızılların oğurlanmasını bilməmişdir. O, Polis bölməsinə gələn kimi polis əməkdaşları ona işlədiyi evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirmişlər və buna görə də onu döyməyə, eləcə də ona qarşı zorakılıq etməyə başlamışlar. Polis əməkdaşlarının ona qarşı törətdikləri zorakılıq nəticəsində onun bədəninin iki-üç yerində xəsarət yaranmışdır. O, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına qəbul edildiyi zaman bu xəsarətlər tibbi müayinə zamanı müəyyən edilərək qeydə alınmışdır. O, polis əməkdaşlarının ona qarşı törətdikləri zorakılıq hərəkətləri nəticəsində oğurluq cinayətini törətdiyini etiraf etmişdir. Çünki zorakılıq nəticəsində o, bədənində yaranmış ağrılara artıq dözə bilməmişdir. Bundan sonra polis əməkdaşları ondan nə qədər, neçə ədəd qızıl-zinət əşyasını oğurladığını soruşmuşlar. O da həmin evdən həqiqətən də oğurluq etmədiyinə görə neçə ədəd qızıl-zinət əşyasının oğurlandığını təbii olaraq bilmədiyini bildirmişdir. Lakin o, polis əməkdaşlarının ona qarşı törətdikləri zorakılığa dözməyərək işlədiyi evdən qızıl-zinət əşyalarını oğurladığını bildirmişdir. Lakin o, bir daha bildirir ki, işlədiyi evdən qızıl-zinət əşyalarını oğurlamamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ibtidai istintaq zamanı ifadə vermiş, lakin həmin ifadəni təzyiq altında verdiyindən həmin ifadə doğru deyil. Onun ibtidai istintaq zamanı doğru ifadə verməməsinin səbəbi polislər tərəfindən təzyiqə məruz qalması olmuşdur. O, qorxudan cinayəti boynuna almışdır. 4 (dörd) nəfər polis əməkdaşı ona qarşı təzyiq etmişlər, yəni onu döymüşlər. O, dindirildiyi zaman onun müdafiəçisi olmamışdır. O, müdafiəçisini yalnız məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə görmüşdür. O, Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 onun qeyri-rəsmi əridir və övladının atasıdır. Onun Təqsirləndirilən şəxs2 ilə birgə uşağı var və həmin uşağın 7 (yeddi) yaşı var. O, Təqsirləndirilən şəxs2 ilə 8 (səkkiz) ildir ki, birlikdə yaşayır. O, oğurluq hadisənin törədildiyi evdə 2022-ci ilin yanvar ayından işləməyə başlamışdır. O, həmin evdə təxminən iki ay işləmiş, sonra övladı xəstələnmişdir. Bundan sonra o, təxminən 10-15 gün işə getməmiş, sonra yenidən işə qayıtmışdır. O, həmin evdə qızılların və pulların harada saxlanıldığını bilməmişdir. İşlədiyi mənzildə qızıl-zinət əşyalarının və pulların olması ilə əlaqədar onun Təqsirləndirilən şəxs2lə söhbəti olmamışdır. Cinayət hadisəsi baş verən gün, yəni 05 mart 2022-ci il tarixində o, işlədiyi mənzildə (oğurluq hadisəsinin baş verdiyi mənzildə) olmuşdur. O, həftənin 4 günü həmin mənzildə işləmişdir. O, 05 mart 2022-ci il tarixində həmin mənzili 2 (iki) dəfə tərk etmiş və buna səbəb - mağazaya getməsi olmuşdur. Belə ki, evdə ərzaq bitdiyinə görə o, həmin gün mağazaya getmişdir. O, evdən çıxıb gedən zaman uşaqlar baxçada olmuşlar. O, ərzaq almağa gedəndə evin qapısını açıq qoyaraq getmişdir. Çünki onda evin açarı olmamış, eləcə də həyətdə gözətçi olduğundan arxayın şəkildə evin qapısını açıq qoyaraq mağazaya getmişdir. Mağaza çox yaxın olmuş, təxminən 5 dəqiqəyə həmin mağazaya gedib-gəlmək olardı. O, düşünmüşdür ki, tez gedib qayıdacaq. Evin açarı onda olmadığına görə o, evin qapısını açıq qoyaraq evdən çıxmağa məcbur olmuşdur. Çünki evin sahibi Zibeydə xanım günorta saatlarında evə gəlməli və yemək hazırlamalı idi. O, evin qapısını açıq qoyub mağazaya getdiyini ev yiyəsinə deməmişdir. Evin qapısının açıq olmasını, onda evin açarının olmamasını ondan başqa heç kim, o cümlədən Baxşiəli bilməmişdir. Təqsirləndirilən şəxs2 onun işlədiyi evdən oğurluq etməsindən onun xəbəri olmamışdır. O, bunu ancaq Polis bölməsində bilmişdir. Polis bölməsində ona az qala elektroşok qoşacaqdılar. Ona görə də o, məcbur olub demişdir ki, “evdən oğurluq etmişəm”. O, oğurluqdan sonra Baxşiəlinin maddi vəziyyətində müsbətə doğru irəliləyişin olduğunu hiss etməmişdir. O, oğurluqdan sonra Baxşiəli ilə hər hansı bir yerə gedib kiməsə qızıl-zinət əşyalarını satmamışdır. O, Baxşiəlinin əlində qızıl-zinət əşyaları və əlavə pulun olmasını görməmiş, Baxşiəlinin həmin evə necə gəlib daxil olduğunu bilməmişdir. Ümumiyyətlə onun bu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə istintaqında onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, səkkiz ilə yaxındır ki, Təqsirləndirilən şəxs2 ilə ər-arvad münasibətindədir və həmin şəxsdən xx.xx.2015-ci il təvəllüdlü Uğur Ağayev adlı övladı var. O, birinci ailəsindən 2013-cü ildə rəsmi olaraq boşanmışdır. Birinci ailəsindən onun iki övladı var: xx.xx.1999-cu il təvəllüdlü X13 və xx.xx.1997-ci il təvəllüdlü X7. Uşaqları onunla birgə yaşayır. O, 2022-ci ilin yanvar ayından Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 108, mənzil 81 ünvanında xadimə işləmişdir. O, həmin mənzilə ikinci, dördüncü, şənbə və bazar günləri işə getmişdir. Həmin mənzil 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Mənzil 5 otaqdan ibarətdir. Mənzildə Zərərçəkmiş şəxs, həyat yoldaşı Şahid1, uşaqları: 3 yaşlı Elxan və 5 yaşlı Eldar yaşayır. O, həm də həmin uşaqlara dayəlik edərək baxmışdır. Onda mənzilin açarı işlədiyi müddət ərzində olmamışdır. O, mənzilə səhər saat 08.00-da gəlmiş və axşam saat 18.00-da çıxmışdır. O, işə gəldikdə mənzili təmizləmişdir. O, mənzili təmizlədiyi vaxt seyfin açarlarının yataq otağındakı dolabın yuxarıdan birinici siyirməsində olduğunu görmüşdür. Lakin o, mənzili təmizlədiyi vaxt ortalıqda pulun olduğunu görməmişdir. Həmçinin mənzil sahibləri onun yanında seyfi açıb-bağlamamışlar. O, seyfdə qızıl zinət-əşyalarının olduğunu fikirləşmişdir. O, işdən çıxıb evə gedən zaman Təqsirləndirilən şəxs2 ona demişdir ki, “onlar maddi cəhətdən imkanlı ailədirlər, ortalıqda pulları və yaxud qızılları olmur ki?”. O da Baxşiəliyə ortalıqda pul görmədiyini, lakin yataq otağında dəmir seyfin olduğunu və həmin seyfdə qızıl-zinət əşyalarının olduğunu bildirmişdir. Baxşiəli ondan seyfin açarlarının harada olması ilə bağlı sual verəndə, o, seyfin açarlarının yerini bildiyini bildirmişdir. Baxşiəli ona qızılları oğurlamağını təklif etmişdir. Lakin o, Baxşiəli ilə razılaşmayaraq bunu etməyəcəyini bildirmişdir. Belə olan halda o, Baxşiəliyə mənzildə tək olduğu vaxt xəbər edəcəyini, mənzilin əsas giriş qapısını açıq vəziyyətdə qoyacağını, özünün isə aşağıda olan “Araz” marketə düşəcəyini və aşağıda olduğu vaxtda mənzilə girərək seyfdən qızılları oğurlaya biləcəyini bildirmişdir. Həmçinin o, Baxşiəliyə əvvəlcədən seyfin açarlarının yataq otağındakı dolabın birinci siyirməsində olduğunu demişdir. Bu danışıqdan sonra Baxşiəli onunla razılaşmışdır. 05 mart 2022-ci il tarixində o, işə gəlmişdir. İşə gəldiyi vaxt Zərərçəkmiş şəxs işdə, uşaqları isə baxçada olmuşdur. Həmçinin Zibeydəxanım da evdə olmamışdır. Belə olan halda o, “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Baxşiəliyə səsli zəng edərək mənzildə heç kimin olmadığını və gəlib seyfdən qızılları oğurlaya biləcəyini demişdir. Həmin gün saat 13:00 radələrində Baxşiəli ona yenidən zəng edərək aşağıda gözlədiyini bildirmişdir. O, Baxşiəliyə aşağıda yerləşən “Araz” supermarketə yumurta almaq üçün düşən vaxt mənzilin əsas giriş qapısını açıq vəziyyətdə qoyacağını bildirmişdir. Bundan sonra o, aşağı düşmüşdür. O, aşağı düşdükdə Baxşiəlini görməmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs2lə əvvəlcədən danışdıqları kimi aşağı düşüb binanı müşahidə etmişdir. Çünki mənzil sahiblərindən hər hansı biri gəldikdə o, bu barədə dərhal Baxşiəliyə xəbər verməli olmuşdur. O, aşağı düşdükdən sonra Təqsirləndirilən şəxs2 mənzildən qızılları oğurlamışdır. O, təxminən 10-15 dəqiqə aşağıda marketdə olmuşdur. Sonra o, yenidən yuxarı qalxaraq mənzilə daxil olmuş və yataq otağındakı seyfə və açarlara baxmışdır. Hər ikisinin yerində olduğunu görmüşdür. Belə olan halda o, yenidən Baxşiəliyə zəng etmişdir. Baxşiəli ona seyfi açaraq oradan qızılları götürdüyünü, lakin hamısını götürmədiyini ona bildirmişdir. Baxşiəli seyfdən qızılları götürdükdən sonra mənzil sahibləri seyfə baxmamışlar. O da həmin gün iş saatı bitdikdən sonra evinə getmişdir. O, evə getdikdə Baxşiəli ona qızılların müəyyən hissəsini satdığını bildirərək ona 100 manat pul vermişdir. Səhəri gün o, yenidən öz işinə getmişdir. Mənzil sahibləri heç nədən şübhələnməmişlər. O, mənzil sahiblərinin seyfə baxmadıqlarını fikirləşmişdir. Tarixini xatırlamadığı vaxtda o, Baxşiəli ilə birlikdə “Niva” markalı avtomobil ilə “Laçın” ticarət mərkəzinə getmişdir. Baxşiəli ona qızılın qalan hissəsini orada satacağını bildirmişdir. Onlar “Laçın” ticarət mərkəzinə çatdıqda, Baxşiəli qızılları götürüb çıxıb getmişdir. Lakin o, maşında qaldığı üçün Baxşiəlinin hansı mağazaya daxil olduğunu görə bilməmişdir. Bir neçə dəqiqədən sonra Baxşiəli avtomobilə geri qayıtmış və qızılları satdığını bildirmişdir. Baxşiəli ona bütün qızılları ümumilikdə 12.000 manata satdığını bildirmişdir. İkinci dəfə qızılları satan zaman yenidən Baxşiəli ona 100 manat pul vermişdir. Baxşiəli ona əldə etdiyi pulla öz borclarını bağlayacağını demişdir. O, qeyd olunan mənzildə işlədiyi müddət ərzində mənzil sahiblərinin qızılların oğurlanması barədə məlumatı olmamışdır. O, xx.xx.2022-ci ildə oradan işdən çıxmışdır. O, işdən çıxdıqdan sonra Zibeydəxanım ona zəng edərək mənzildə özünə məxsus olan gödəkçəsini itirdiyini bildirmiş və ondan gödəkçəni görüb-görmədiyini soruşmuşdur. O isə bu barədə məlumatının olmadığını bildirmişdir. Daha sonra isə onu Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin əməkdaşları dəvət etmişlər. O, Polis bölməsində oğurluğun üstünün açılmasını bilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, cinayət hadisəsi ittiham aktında göstərildiyi kimi baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayının sonundan etibarən onların evində xadimə işləməyə başlamışdır. İlahə onların evində həm uşaqlara baxmış, həm də ev işlərində onun həyat yoldaşına kömək etmişdir. Oğurluq hadisəsi baş verdikdən sonra onlar Təqsirləndirilən şəxs1 şübhələnməyə başlamışlar. Çünki mart ayının əvvəllərində İlahə onların evində işləməyi dayandırmışdır. Bir gün onun həyat yoldaşı Zibeydəxanım İlahəyə zəng edərək soruşmuşdur ki, “nəyə görə işə gəlmirsən?”. İlahə də demişdir ki, “uşağım xəstədir, buna görə işə gələ bilmirəm”. Bundan başqa, İlahə onun həyat yoldaşına demişdir ki, “öz yoldaşım ilə ayrılmışam və ona görə də işləmək istəmirəm, ailəmdə problemlər var”. İlahə bir sıra bəhanələrlə onların evində işləməyi dayandırmışdır. İlahə cinayət hadisəsindən sonra cəmi bir gün onlara gəlib işləmiş, sonra isə işləməkdən imtina etmişdir. O, hesab edir ki, İlahənin bir dəfə onların evində işləmək üçün gəlməsinin əsl məqsədi onların həmin cinayət hadisəsinin İlahə tərəfindən törədilməsindən şübhələnib-şübhələnmədiklərindən əmin olmaqdan ibarət olmuşdur. İlahə görmüşdür ki, onlar şübhələnmirlər və ona görə də sonradan işə gəlməmişdir. Onların evində oğurluq hadisəsi baş vermişdir. Oğurluq hadisəsi mart ayında baş vermiş, lakin onlar evdə oğurluq edildiyini iyun ayında müəyyən etmişlər. İyun ayında onların qohumlarından birinin toyu olacaqdı və toy ərəfəsində onun həyat yoldaşı fikirləşmişdir ki, qızıllara baxsın, toyda hansı qızılı taxacağını müəyyən etsin. Buna görə də onun həyat yoldaşı qızılların saxlanıldığı seyfi açaraq qızıllara baxmağa başlamışdır. Onun həyat yoldaşı seyfdə saxlanılan qızıl qutularına bir-bir baxış keçirmiş və həmin qutuların hamısının boş olduğunu görmüşdür. Həmin ərəfədə isə onların evinə ancaq Təqsirləndirilən şəxs1 gəlmiş, yəni İlahədən başqa onların evinə yad olan heç kəs gəlməmişdir. Bu hadisə nəticəsində onlara 85.250 manat məbləğində zərər dəymişdir. Ekspert rəyi ilə isə həmin zərər 60.860 manat məbləğində qiymətləndirmişdir. O, iş üzrə mülki iddia vermiş və mülki iddiasında ekspert rəyində müəyyən edilmiş məbləğdə pul vəsaitinin təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslərə elan olunmuş ittiham üzrə ağır cəza təyin edilməsini və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, mülki iddianı ekspertiza rəyinə əsaslanaraq 60.860 manat məbləğində vermişdir. O, ekspertiza rəyi ilə razıdır və hesab edir ki, ona 60.860 manat məbləğində zərər dəymişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən 85.250 manatla bağlı tələbi yoxdur. Cinayət hadisəsi baş verdikdən iki ay ərzində onların evinə heç bir yad şəxs gəlib-getməmişdir. Onun həyat yoldaşı Zibeydəxanım gödəkçəsinin itməsi ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Bu hadisə evlərində oğurluq cinayət hadisəsinin baş verməsi aşkar edilməmişdən əvvəl baş vermişdir. Onlar bu vaxt, yəni gödəkçə itən zaman düşünməmişlər ki, evlərindən qızıllar da oğurlana bilər. Buna görə də onlar seyfdəki qızıllara baxmamışlar. Onun həyat yoldaşı Zibeydəxanım gödəkçə ilə bağlı 102 xidmətinə məlumat versə də, ona bu barədə heç bir məlumat verməmişdir. Onun həyat yoldaşı sadəcə qızıllarla bağlı ona məlumat vermişdir. Gödəkçə itən zaman onlar qızılların da oğurlana biləcəyini düşünməmişlər. Qızıl-zinət əşyalarının dəyəri və növü onların fotoşəkilləri və ekspertiza rəyi əsasında müəyyən edilmişdir. O, ekspertə qızılların fotoşəkillərini təqdim etmiş, eləcə də qızılların alındığı qiymətlər barədə ekspertə məlumat vermişdir. Ekspert qızılların qiymətini həm onun bildirdiyi qiymətlər əsasında, həm də qızılların bazar dəyəri əsasında müəyyən etmişdir. O, hesab edir ki, ekspert qızılların qiymətini düzgün müəyyən etmişdir. Seyf onların yaşadığı evin yataq otağında, yəni yataq otağının pəncərəsinin yaxınlığında yerləşmişdir. Seyfin açarı hər zaman yataq otağındakı dolabın aşağı siyirməsində olmuşdur. İlahə onların evində 2022-ci ilin yanvarın sonlarından həmin ilin mart ayının sonuna qədər işləmişdir. İlahə onların evində 3 aya yaxın müddət ərzində işləmiş və həmin 3 ay ərzində seyfin açarı elə həmin dolabda olmuşdur. İlahə onların yataq otağını da yığışdırmış və təmizləmişdir. Onlar yataq otağını heç vaxt bağlamamışlar. İlahə həmin seyfin açarını dolabın içərisində görə bilərdi. Seyfin açılma mexanizmi çox sadədir. Belə ki, açarı taxıb fırlatdıqdan sonra seyf açılır. İlahə seyfi açarı taxıb fırladaraq asanlıqla aça bilərdi. Oğurluq hadisəsi baş verdikdən sonra həmin seyfi ilk dəfə onun arvadı Zibeydəxanım açmışdır. Oğurluq vaxtı üzərində dini sözlər yazılmış qızıllara əl dəyilməmişdir. Həmin qızıllar oğurlanmamışdır. İbtidai istintaq zamanı bir dəfə İlahə onlara zəng edərək dəymiş zərərdən 40.000 manatı ödəyib barışıq əldə etməsini bildirmişdir. O da bu məbləğlə razılaşmış, lakin bundan sonra İlahə onlara heç bir ödəniş etməmişdir. Oğurluq cinayəti nəticəsində vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, o, 2016-cı il tarixində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra evlərinə mütəmadi olaraq ev işlərində ona köməklik göstərməsi üçün o, qadın dəvət etmişdir. 2022-ci il tarixində o, işə düzəltmə müəssisəsi vasitəsi ilə Təqsirləndirilən şəxs1 ev işlərində köməklik göstərməsi üçün dəvət etmişdir. Bundan sonra İlahə həftənin 4 (dörd) günü onların evlərinə gələrək evi təmizləməyə və onun övladlarına baxmağa köməklik göstərmişdir. İlk dəfə o, Təqsirləndirilən şəxs1 uzun müddət geyinmədiyi ağ rəngli gödəkçəsi itdikdə şübhələnmişdir. Çünki həmin hadisədən sonra anidən İlahə işdən çıxmışdır. Təqsirləndirilən şəxs1 anidən işdən çıxması ilə bağlı o, “Whatsapp” mobil şəbəkəsi vasitəsilə bu barədə İlahədən soruşduqda, İlahə ona yeni bir iş tapdığını və bu səbəbdən də işdən çıxdığını bildirmişdir. O, mütəmadi olaraq qızılzinət əşyaları istifadə etmədiyi üçün ailə qurduqları zaman, həmçinin nişanlı olduqları müddət ərzində ona alınan qızıl-zinət əşyalarını yaşadıqları evin yataq otaqındakı seyfdə saxlamışdır. Bir gün o, seyfə baxdıqda, oradakı qızıl-zinət əşyalarının 70 faizinin yerində olmadığını görmüşdür. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı onun təqdim etdiyi fotoşəkillərdəki qızıl-zinət əşyaları ona məxsus oğurlanan əşyalardır. Oğurlanmış qızıl-zinət əşyalarının alınan zaman dəyəri 85.200 (səksən beş min iki yüz) manat təşkil etmişdir. O, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayında işə qəbul etmişdir. O, gödəkçəsinin itməsini təxminən mart-aprel aylarında bilmişdir. İlahə onun evində işləməyə başlayana qədər belə bir hadisə baş verməmişdir. Ona görə də o, bu dövrdə hər gün seyfi yoxlamağa ehtiyac görməmişdir. O, qızıl-zinət əşyalarını tez-tez istifadə etmədiyi üçün seyfə nəzər yetirməli olduğunu düşünməmişdir. Həmin seyf yataq otaqlarına daxil olan kimi sol tərəfdə yerləşir. Seyfin açarı seyfin yanında olan dolabın içində olmuşdur. Ona məxsus olan “Tissot” markalı saat, balaca oğlunun adı qeyd olunan sancaq və bir neçə qızıl-zinət əşyaları oğurluq zamanı oğurlanmamışdır. Oğurluq cinayəti nəticəsində təxminən 15 ədəddən çox onlara məxsus qızıl-zinət əşyası oğurlanmışdır. Əsasən yüksək qiymətə malik qızıl-zinət əşyaları oğurlanmışdır. İlk olaraq onun Təqsirləndirilən şəxs1 şübhələnməsinə səbəb – İlahənin onun evlərinə daxil olan yeganə yad şəxs olması olmuşdur. Çünki İlahədən başqa onun şübhələnəcəyi şəxs olmamışdır. O, Təqsirləndirilən şəxs1 itmiş gödəkçəsi barədə soruşduqda, İlahə ona bununla bağlı məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında yerləşən mağazada qızılların alqı-satqısı ilə məşğul olur. O, bir neçə ay bundan əvvəl bir dəfə Təqsirləndirilən şəxs2 qızıl almışdır. Onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi tam dəqiqliklə yadında qalmamış, lakin o, ibtidai istintaq zamanı düzgün ifadə vermişdir. O, həmin ifadəsində hər bir məsələni dəqiqliklə müstəntiqə bildirmişdir. O, Baxşiəlidən sırğa, üzük almışdır. O, səhv etmirsə təxminən 2.000 manat dəyərində qızıl-zinət əşyasını Baxşiəlidən almış və bu barədə akt da tərtib etmişdir. O, həmin qızıldan olan əşyaları bazar dəyərindən çox aşağı qiymətə almamış, demək olar ki, həmin qızılları elə bazar dəyərində Baxşiəlidən almışdır. O, adətən qızılları bazar dəyərindən təxminən 20-30 manat aşağı qiymətə alır, sonra isə üstünə 20-30 manat pul qoymaqla yenidən satır. Baxşiəli qızılları satmağa tək gəlmiş və həmin vaxt Baxşiəlinin yanında qadın olmamışdır. Baxşiəli qızılları satarkən ona demişdir ki, “qızıllar mənim özümə məxsusdur”. O, qızılların dəyərini Baxşiəliyə verdikdən sonra sonuncu çıxıb getmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, təxminən 2015-ci İldən ildir ki, “Laçın” Ticarət Mərkəzində qızıl alqı-satqısı ilə məşğul olur. O, işlədiyi mağazada qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirir. 10 may 2022-ci il tarixində o, qeyd edilən mağazada olduğu vaxt təxminən 25-30 yaşında bir oğlan gəlmişdir. Həmin şəxs ona özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 özünə məxsus olan sarı rəngli, 21К əyarlı, 22.38 qramlıq 1 (bir) cüt qızıl sırğanı göstərərək satmaq istədiyini bildirmişdir. O, həmin əşyaya nəzər yetirmiş və 1.970 manata ala biləcəyini demişdir. Sonra onlar razılaşmışlar. O, 1.970 manat pulu Təqsirləndirilən şəxs2 verərək qızıl əşyanı Baxşiəlidən almışdır. Təqsirləndirilən şəxs2 pulu götürdükdən sonra mağazadan çıxıb getmişdir. O, həmin qızılı həmin gün ticarət mərkəzində qızıl əritmə işlərinə baxan adını bilmədiyi şəxsə 2.000 manata satmışdır. Onun həmin qızıldan ümumilikdə 30 manat qazancı olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 29 may 2022-ci il tarixində “Laçın” Ticarət Mərkəzində onun mağazasına yaxınlaşaraq 750 əyarlı, 6.24 qramlıq, 01 ədəd klonu satmaq istədiyini bildirmişdir. O da həmin klona nəzər yetirmişdir. O, 01 ədəd klonu 450 manata ala biləcəyini bildirmişdir. Sonra onlar razılaşmışlar və o, qızılı Baxşiəlidən götürərək 450 manat pulu sonuncuya vermişdir. Baxşiəli pulu ondan aldıqdan sonra mağazanı tərk etmişdir. O da Baxşiəlidən aldığı 1 (bir) ədəd klonu həmin gün ticarət mərkəzində qızıl əritmə işinə baxan tanımadığı şəxsə 480 manata satmışdır. Onun bu işdən 30 manat xeyri olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onun “Laçın” Ticarət Mərkəzində piştaxtası (polkası) var və o, həmin piştaxtada qızıl ticarəti ilə məşğuldur. Təqsirləndirilən şəxs2 onun piştaxtasına gələrək ona qızıl-zinət əşyası satmış və o da həmin qızıl-zinət əşyasına görə Təqsirləndirilən şəxs2 800 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs2 qeyd etdiyi qızıl-zinət əşyasını alan zaman Təqsirləndirilən şəxs2 ona təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında qanunun tələb etdiyi bütün hüquqi qeydiyyat məsələlərinə riayət etmişdir. Təqsirləndirilən şəxs2 ona 800 manata satmış olduğu qızıl-zinət əşyası 01 ədəd “Nikolay onluğu” olmuşdur. O, Təqsirləndirilən şəxs2 qeyd edilən 01 ədəd “Nikolay onluğu”nu alan zaman Baxşiəlidən bunun mənşəyi barədə sual vermişdir. Təqsirləndirilən şəxs2 də ona cavabında bildirmişdir ki, 01 ədəd “Nikolay onluğu” özünə məxsusdur. Adətən qızıl-zinət əşyası satmağa gələn şəxsin əlindəki qızıl-zinət əşyasının mənşəyində problem olanda həmin şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməkdən yayınırlar. Amma Təqsirləndirilən şəxs2 ona qeyd etdiyi 01 ədəd “Nikolay onluğu”nu satanda öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir ki, o, lazımi qeydiyyat işlərini apara bilsin. O, 01 ədəd “Nikolay onluğu”nun onun tərəfindən alınmasını təsdiq edən bütün sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, təxminən 2 ildir ki, “Laçın” Ticarət Mərkəzində qızıl alqı-satqısı ilə məşğul olur. O, işlədiyi mağazada qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirir. O, 22 mart 2022-ci il tarixində qeyd edilən mağazada olduğu vaxt təxminən 25-30 yaşında bir oğlan gəlmişdir. Həmin şəxs ona özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 özünə məxsus olan sarı rəngli 8.6 qramlıq, 900 əyyarlı qızıl onluğu göstərərək 1.000 manata satmaq istədiyini bildirmişdir. O, həmin qızıl “onluğa” nəzər yetirmişdir. O, Təqsirləndirilən şəxs2 həmin qızıl onluğu 900 manata ala biləcəyini demişdir. Sonra onlar razılaşmışlar və o, 900 manat pulu Təqsirləndirilən şəxs2 verərək qızıl onluğu almışdır. Təqsirləndirilən şəxs2 pulu ondan götürdükdən sonra mağazadan çıxıb getmişdir. O, həmin qızıl onluğu həmin gün ticarət mərkəzində qızıl əritmə işlərinə baxan adını bilmədiyi şəxsə 940 manata satmışdır. Onun həmin qızıl onluqdan ümumilikdə 40 manat qazancı olmuşdur. X12 ifadəsində həmin şəxsin ilk dəfə olaraq mağazaya gəldiyini, əvvəllər mağazaya gəlmədiyini bildirmişdir. Onun Təqsirləndirilən şəxs2 aldığı qızıl onluğun cinayət yolu ilə əldə olunması barədə məlumatı olmamışdır. O, alqı-satqı apararkən alqı-satqı kitabında bu barədə qeyd apararaq Təqsirləndirilən şəxs2 özünə imzalatdırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, onun “Laçın” Ticarət Mərkəzində piştaxtası var və o, həmin piştaxtada qızıl ticarəti ilə məşğuldur. Günlərin birində bir nəfər oğlan onun yanına gəlmiş və ona şəxsiyyət vəsiqəsini təqdim etməklə qızıl-zinət əşyası satmışdır. Ona satılan qızıl-zinət əşyası boyunbağıdan (sep) ibarət olmuşdur. Satılan qızıl-zinət əşyasının çəkisi onun yadında deyil, amma o, həmin qızıl-zinət əşyası üçün 300 manat pul ödəmişdir. Ona satılan boyunbağının üzərində ad da yazılmışdır, lakin həmin ad onun yadında deyil. O, həmin zinət-əşyasını 300 manata almış və sonradan 305 manata satmışdır. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin üstündən 1 ilə yaxın vaxt keçmiş və ona görə də qızıl zinət-əşyasını dəqiq kimin satdığını xatırlamır, amma o, qızıl-zinət əşyasını alanda satanın şəxsiyyət vəsiqəsini götürüb bu barədə qeydiyyat aparmışdır. O, qızıl-zinət əşyasını alanda qızılın qiymətini həmin günün qiymətinə uyğun olaraq hesablayaraq almışdır. O, qızıl-zinət əşyasının çəkisini hazırda xatırlamır. Həmin qızılzinət əşyası 750 əyarlı olmuş və o, həmin qızıl-zinət əşyasına görə 300 manat ödəniş etmişdir. Qızıl-zinət əşyasını satan şəxs oğlan olmuşdur. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, təxminən 2006-cı ildən “Laçın” Ticarət Mərkəzində qızıl alqı-satqısı ilə məşğul olur. O, işlədiyi mağazada qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirir. O, 07 mart 2022-ci il tarixində qeyd edilən mağazada olduğu vaxt təxminən 25-30 yaşında bir oğlan gəlmişdir. Həmin şəxs ona özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 özünə məxsus olan sarı rəngli 4 qramlıq, 750 əyyarlı qızıl boyunbağını göstərərək satmaq istədiyini bildirmişdir. O da həmin qızıl boyunbağıya nəzər yetirmişdir. O, Təqsirləndirilən şəxs2 həmin qızıl boyunbağını 290 manata ala biləcəyini demişdir. Belə olan halda o, Təqsirləndirilən şəxs2 ilə razılaşmışdır. O, 290 manat pulu Təqsirləndirilən şəxs2 verərək 1 ədəd qızıl boyunbağını almışdır. Təqsirləndirilən şəxs2 pulu ondan götürdükdən sonra mağazadan çıxıb getmişdir. O, həmin qızıl boyunbağını həmin gün ticarət mərkəzində tanımadığı müştəriyə 310 manata satmışdır. Onun həmin qızıl boyunbağından 20 manat qazancı olmuşdur. Həmçinin Şahid2 ifadəsində həmin şəxsin ilk dəfə olaraq mağazaya gəldiyini, əvvəllər mağazaya gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 aldığı qızıl boyunbağının cinayət yolu ilə əldə olunması barədə onun məlumatı olmamışdır. O, alqı-satqı apararkən Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini götürərək özünə imzalatdırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, qanunlara uyğun bir şəkildə qızıl dükanı işlədir. Günlərin birində Təqsirləndirilən şəxs2 onun işlətdiyi dükanda ona yaxınlaşmış və özünün şəxsiyyət vəsiqəsi ilə birgə ona qızıl-zinət əşyası təqdim edərək satmaq istədiyini bildirmişdir. O da qızıl-zinət əşyasını qiymətləndirərək Baxşiəlidən pul qarşılığında almışdır. O, Təqsirləndirilən şəxs2 ona satdığı qızıl-zinət əşyasının növünü xatırlamır. O, Təqsirləndirilən şəxs2 ona satmış olduğu qızıl-zinət əşyalarına görə ümumilikdə 1.500-1.600 manat pul ödəmiş və sonradan 20-30 manat mənfəətlə başqalarına satmışdır. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqa vermiş olduğu ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxs2 ona satmış olduğu qızıl-zinət əşyalarına görə o, Təqsirləndirilən şəxs2 dəqiq olaraq nə qədər pul ödədiyini xatırlamır. Hadisənin üstündən 1 ilə yaxın vaxt keçmiş və ona görə dəqiq deyə bilmir ki, Təqsirləndirilən şəxs2 onun yanına qızıl-zinət əşyası satmaq məqsədilə neçə dəfə gəlmişdir. Səhv etmirsə, Baxəşiəli Ağayev ya 1 dəfə, ya da 2 dəfə onun yanına gəlmişdir. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, təxminən 10 ildir ki, “Laçın” Ticarət Mərkəzində qızıl alqı-satqısı ilə məşğul olur. O, işlədiyi mağazada qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirir. O, 22 mart 2022-ci il tarixində qeyd edilən mağazada olduğu vaxt təxminən 25-30 yaşında bir oğlan gəlmişdir. Həmin şəxs ona özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 özünə məxsus olan sarı rəngli, 750 əyarlı, 7.17 qramlıq “Versace” markalı qızıl qolbağını göstərərək satmaq istədiyini bildirmişdir. O, həmin qızıl qolbağa nəzər yetirmişdir. O, Təqsirləndirilən şəxs2 həmin qolbağı 570 manata ala biləcəyini demişdir. Belə olan halda o, Təqsirləndirilən şəxs2 ilə razılaşmışdır. O, 570 manat pulu Təqsirləndirilən şəxs2 verərək qızıl qolbağını almışdır. Təqsirləndirilən şəxs2 pulu ondan götürdükdən sonra mağazadan çıxıb getmişdir. O, həmin qızıl qolbağını həmin gün ticarət mərkəzində qızıl əritmə işlərinə baxan adını bilmədiyi şəxsə 600 manata satmışdır. Onun həmin qızıl qolbaqdan 30 manat qazancı olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 10 may 2022-ci il tarixində “Laçın” Ticarət Mərkəzində yerləşən onun digər mağazasına yaxınlaşaraq 585 əyarlı, 4.07 qramlıq 01 ədəd qızıl üzüyü və 18.3 qramlıq, 880 əyarlı 01 ədəd qızıl qolbağını satmaq istədiyini bildirmişdir. O da qeyd edilən qızıl üzüyə və qolbağa nəzər yetirmişdir. O, 01 ədəd qızıl üzüyü 237 manata və 01 ədəd qızıl qolbağını isə 1.600 manata ala biləcəyini bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır. O, qızılları Baxşiəlidən götürərək 1.837 manat pulu sonuncuya vermişdir. Baxşiəli pulu ondan aldıqdan sonra mağazanı tərk etmişdir. O da Baxşiəlidən aldığı 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl qolbağını həmin gün ticarət mərkəzində qızıl əritmə işinə baxan tanımadığı şəxsə satmışdır. Ümumilikdə 01 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbaqdan ona 100 manat xeyir qalmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 13 may 2022-ci il tarixində yenidən ticarət mərkəzində yerləşən mağazaya gələrək 01 ədəd 44 qramlıq, 750 əyarlı qızıl qolbağını satmaq istəmişdir. Belə olan halda o, həmin qızıl qolbağa nəzər yetirmişdir. O, qolbağını Baxşiəlidən 3.220 manata ala biləcəyini bildirmişdir. O, qiyməti dedikdə, Təqsirləndirilən şəxs2 dərhal onunla razılaşmışdır. O, 3.220 manat pulu verdikdən sonra Baxşiəli mağazanı tərk edərək çıxıb getmişdir. O da qızıl qolbağını həmin gün ticarət mərkəzində qızıl əritmə işinə baxan şəxsə 50 manat xeyri ilə satmışdır. Bundan başqa, Baxşəli Ağayev 19 may 2022-ci il tarixində yenidən mağazaya yaxınlaşaraq 1 (bir) cüt 12.49 qramlıq, 750 əyarlı qızıl sırğa və 1 (bir) ədəd 15.93 qramlıq, 750 əyarlı qızıl üzük gətirərək özünə məxsus olduğunu və xəstəsi olduğundan satmaq istədiyini bildirmişdir. O, həmin qızıllara nəzər yetirərək yoxlamışdır. O, qızıllara nəzər yetirdikdə 1 (bir) cüt qızıl sırğanı 750 manata və 1 (bir) ədəd qızıl üzüyü 1.250 manata ala biləcəyini bildirmişdir. Belə olan halda Baxşiəli onunla razılaşmışdır. O, həmin qızılları Baxşiəlidən götürərək 2.170 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Baxşiəli pulu ondan aldıqdan sonra mağazanı tərk edərək çıxıb getmişdir. Həmçinin Şahid4 ifadəsində həmin şəxsin ilk dəfə olaraq mağazaya gəldiyini, əvvəllər mağazaya gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 aldığı qızılların cinayət yolu ilə əldə olunması barədə onun məlumatı olmamışdır. O, alqı-satqı apararkən Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini götürərək özünə imzalatdırmışdır. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, təxminən 2017-ci ildən “Moskva” Univermağında yerləşən “Wip brilliyant” mağazasında qızıl alqı-satqısı ilə məşğul olur. O, işlədiyi mağazada qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirir. O, 24 mart 2022-ci il tarixində qeyd edilən mağazada olduğu vaxt təxminən 25-30 yaşında bir oğlan gəlmişdir. Həmin şəxs ona özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 özünə məxsus olan sarı rəngli 5.3 qramlıq, 750 əyarlı qadın qızıl üzüyü göstərərək satmaq istədiyini bildirmişdir. O, həmin qızıl üzüyə nəzər yetirmiş və həmin qızıl üzüyü 400 manata ala biləcəyini demişdir. Belə olan halda o, Təqsirləndirilən şəxs2 ilə razılaşmışdır. O, 400 manat pulu Təqsirləndirilən şəxs2 verərək 1 ədəd qızıl qadın üzüyü almışdır. Təqsirləndirilən şəxs2 pulu ondan götürdükdən sonra mağazadan çıxıb getmişdir. O, həmin qızılı tarixini xatırlamadığı vaxtda tanımadığı bir müştəriyə satmışdır. Həmçinin Şahid5 ifadəsində həmin şəxsin ilk dəfə olaraq mağazaya gəldiyini, əvvəllər mağazaya gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 aldığı qızıl üzüyün cinayət yolu ilə əldə olunması barədə onun məlumatı olmamışdır. O, alqı-satqı apararkən alqı-satqı kitabında qeydlər apararaq həmin şəxsin özünə imzalatdırmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, Şahid1 DİN-in 102 xidmətinə zəng edərək naməlum şəxs tərəfindən yaşadığı mənzildən dəyərini bilmədiyi təxminən 1 kiloqramdan artıq qızıl-zinət əşyaları və dəyəri 200 manat olan gödəkçəsinin oğurlanması barədə məlumat vermişdir. Məlumat verən şəxs evlərində işləyən İlahə adlı şəxsdən şübhələndiyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 5-7) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində, saat 12:20 radələrində ona məxsus ünvan 2 ünvanın yataq otağından qızıl-zinət əşyaları oğurlanmışdır. Hadisə mənzilin yataq otağında baş vermişdir. Qızıl-zinət əşyaları dəmir saxlancın içərisində olmuşdur. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən (cild 01, iş vərəqə 8) görünür ki, ünvan 2 ünvandan qızıl-zinət əşyaları oğurlanmışdır. xx.xx.2022-ci il tarixli raportdan (cild 01, iş vərəqə 12) görünür ki, Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Zaur Hacızadə həmin idarənin rəisinə məruzə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində icraatına ünvan 3 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan vətəndaş Zərərçəkmiş şəxs müraciəti daxil olmuşdur. Araşdırma zamanı vətəndaş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, həyat yoldaşı Zibeydəxanıma və özünə aid qızıl-zinət əşyalarının yataq otağında olan dəmir saxlanca qoyaraq orada saxlamışdır. xx.xx.2022-ci il tarixində, təxminən saat 12:20 radələrində onun həyat yoldaşı Zibeydəxanım yataq otağında olan dəmir saxlancdan qızıl götürmək istədikdə, saxlancda olan qızıl-zinət əşyalarının yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-in “102” xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ailəsinə məxsus qızıl-zinət əşyalarını sonuncu dəfə 2022-ci ilin fevral ayında görmüş, eləcə də oğurlanmış qızıl-zinət əşyaların hal-hazırda qiyməti 75.000 manat olar, oğurluq hadisəsi baş verən zaman mənzildə o və onun həyat yoldaşı Zibeydəxanımdan başqa İlahə və Mədinə adlı xadimələr olmuşdur. Onun İlahə və Mədinə adlı şəxslər barəsində heç bir məlumatı yoxdur. Baş vermiş oğurluq hadisəsinin törədilməsində o, İlahə adlı şəxsdən şübhələnmişdir. xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 01, iş vərəqə 19) görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 01, iş vərəqə 41) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 44-45) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi barədə qərardan (cild 01, iş vərəqə 56) görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə tövsif edilərək ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 60-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-322/2022 saylı qərarından (cild 01, iş vərəqə 82-86) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 07 iyun 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 95-96) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 01, iş vərəqə 102) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 01, iş vərəqə 103-104) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 105) görünür ki, barəsində axtarış elan edilmiş xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 həmin gün saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 141-144) görünür ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlinin üsulunu və mexanizmini əyani şəkildə göstərərək ətraflı şəkildə ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixində, saat 13:00 radələrində Təqsirləndirilən şəxs1 işlədiyi ünvan 4 ünvanına gedərək aşağıda gözləməyə başlamışdır. Bundan sonra İlahə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə səsli zəng edərək mənzildə heç kimin olmadığını və gəlib seyfdən qızılları oğurlaya biləcəyini demişdir. Bir qədər sonra o, İlahəyə yenidən zəng edərək aşağıda gözlədiyini bildirmişdir. Həmin vaxt İlahə ona aşağıda yerləşən “Araz” supermarketə yumurta almaq üçün düşəcəyini və mənzilin əsas giriş qapısını açıq vəziyyətdə qoyacağını bildirərək aşağı düşmüşdür. Lakin İlahə onu aşağıda görməmişdir. Bundan sonra o, 8-ci mərtəbəyə qalxaraq mənzilə daxil olmuşdur. O, mənzilə daxil olduqda, yataq otağındakı siyirmədən seyfin açarını götürüb seyfi açmaq məqsədi ilə seyfin qarşısına keçmişdir. Sonra o, seyfi açaraq oradan sayını xatırlamadığı sayda qızıl-zinət əşyasını götürərək əvvəlcədən özü ilə gətirdiyi corabların içərisinə yığmış və bundan sonra mənzili tərk etmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-394/2022 saylı qərarından (cild 01, iş vərəqə 145-149) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında qərardan (cild 01, iş vərəqə 155- 156) görünür ki, Şahid6 təqdim etdiyi alqı-satqı ilə bağlı qeydlərə dair sənədlər ondan götürülmüşdür. xx.xx.2022-ci il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 158) görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid6 Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd 8.6 qramlıq, 900 əyarlı qızıl “onluğun” alınması ilə bağlı alqı-satqı sənədini könüllü olaraq ibtidai istintaq orqanına təqdim edilmişdir. Sonra həmin sənədin surətinə baxış keçirilmiş və sənədin surətinin üzərində Təqsirləndirilən şəxs2 01 ədəd 8.6 qramlıq, 900 əyarlı qızıl onluğu Şahid6 satması ilə bağlı yazılı qeydlərin aparılması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 166) görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd 7.17 qramlıq, 750 əyarlı “Versace” markalı qızıl qolbağı, 01 ədəd 4.07 qramlıq, 585 əyarlı qızıl üzüyü, 01 ədəd 18.3 qramlıq, 880 əyarlı qızıl qolbağı, 01 ədəd 44 qramlıq, 750 əyarlı qızıl qolbağı, bir cüt 12.49 qramlıq, 750 əyarlı qızıl sırğanı və 01 ədəd 15.93 qramlıq, 750 əyarlı qızıl üzüyün alınması ilə bağlı alqısatqı sənədini könüllü olaraq ibtidai istintaq orqanına təqdim etmişdir. Sonra sənədin surətinə baxış keçirilmiş və sənədin surətinin üzərində Təqsirləndirilən şəxs2 anket məlumatları, eləcə də AA ******* yazıları, Təqsirləndirilən şəxs2 imzası və qızılları Şükür Həsənova satması ilə bağlı yazılı qeydlərin aparılması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 177) görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd 4 qramlıq, 750 əyarlı qızıl boyunbağı alınması ilə bağlı alqı-satqı sənədini və Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini könüllü olaraq ibtidai istintaq orqanına təqdim etmişdir. Sonra sənədin surətinə baxış keçirilmiş və sənədin surətinin üzərində Təqsirləndirilən şəxs2 anket məlumatları, AA ******* yazıları, Təqsirləndirilən şəxs2 01 ədəd 4 qramlıq, 750 əyarlı qızıl boyunbağı Şahid2 satması ilə bağlı yazılı qeydlərin aparılması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 187) görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd, 5.3 qramlıq, 750 əyarlı qızıl üzüyün alınması ilə bağlı alqı-satqı sənədini könüllü olaraq ibtidai istintaq orqanına təqdim etmişdir. Sonra sənədin surətinə baxış keçirilmiş və sənədin üzərində Təqsirləndirilən şəxs2, xx.xx.1993, AA ******* yazıları və Təqsirləndirilən şəxs2 01 ədəd, 5.3 qramlıq, 750 əyarlı qızıl üzüyü Şahid5 satması ilə bağlı yazılı qeydlərin aparılması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 195) görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs2 aldığı bir cüt 21K əyarlı, 22.38 qramlıq qızıl sırğanın, 01 ədəd 6.24 qramlıq, 750 əyarlı qızıl klonun alınması ilə bağlı alqı-satqı sənədini könüllü olaraq ibtidai istintaq orqanına təqdim etmişdir. Sonra sənədin surətinə baxış keçirilmiş və sənədin üzərində Təqsirləndirilən şəxs2, xx.xx.1993, AA ******* yazıları və Təqsirləndirilən şəxs2 bir cüt 21K əyarlı, 22.38 qramlıq qızıl sırğanı, 01 ədəd 6.24 qramlıq, 750 əyarlı qızıl klonu Şahid3 satması ilə bağlı yazılı qeydlərin aparılması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 1/2418 saylı məktubundan (cild 01, iş vərəqə 200) görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 həmin xəstəxanaya müraciət etməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 1/2490 saylı məktubundan (cild 01, iş vərəqə 201) görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 həmin xəstəxanaya müraciət etməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5214 nömrəli ekspertiza rəyindən (cild 01, iş vərəqə 202-205) görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 60.860,00 manat müəyyən edilmişdir. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 209-220) görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, bundan başqa, Şahid6, Şahid4, Şahid2, Şahid5, Şahid3 və qızılların satıldığı digər şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsinin əlamətlərinin olmaması səbəbindən göstərilən şəxslərin barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçiləri ilə birlikdə şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ümumilikdə ittihamı mübahisələndirmək imkanına tam şəkildə malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və həmin sübutları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər onların əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişlər, habelə müxtəlif vəsatətlər vermişlər. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxslər öz etirazlarını bildirməsələr də, ayrıayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların məcmusu cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında oğurluq cinayətinin törədilməsi ilə bağlı razılaşmanın əldə edilməsi, cinayət əməlinin törədilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış şəkildə aralarında rolların bölünməsi və cinayət əməlinin törədiləcəyi vaxtın müəyyən edilməsi tam təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Eyni zamanda Ali Məhkəmənin Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməllərinin tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirdiklərindən və bununla bağlı müxtəlif dəlillər gətirdiklərindən ilk növbədə iş üzrə mübahisəli və mübahisəsiz halların müəyyən edilməsinə zərurət var. Məhz qeyd edilən hallar müəyyən edildikdən və yoxlanıldıqdan sonra əməlin tovsifi ilə bağlı düzgün nəticəyə gəlmək mümkündür. İlk növbədə cinayət işi üzrə mübahisəsiz halların müəyyən edilməsinə ehtiyac var və həmin hallar aşağıdakılardan ibarətdir : • cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə faktiki olaraq ər-arvad münasibətində olması, habelə onların ümumi 1 (bir) azyaşlı uşağının olması, • cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaşadığı mənzildə xadimə işləməsi, habelə ev işlərində digər işləri görməsi və sonuncunun uşaqlarına baxması. Başqa sözlə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs və sonuncunun arvadının etibarını qazanmış şəxs olmaqla yanaşı, həmçinin sonuncuların yaşadıqları mənzilə sərbəst şəkildə daxil olmaq imkanına, habelə mənzilin quruluşu, mənzildəki əşyaların yeri və bu qəbildən sair məlumata malik olmuşdur, • Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 işlədiyi ünvanı və Təqsirləndirilən şəxs1 işlədiyi mənzil sahiblərinin maddi cəhətdən təmin edilmiş şəxslər olmasını bilməsi, həmçinin planlaşdırılan cinayət əməlinin törədilməsini rahat şəkildə həyata keçirmək məqsədi ilə onun tərəfindən zəruri dəqiq məlumatların Təqsirləndirilən şəxs1 əldə etməsi, • cinayət hadisəsinin xx.xx.2022-ci il tarixində və Zərərçəkmiş şəxs yaşadığı mənzildə baş verməsi, • cinayət hadisəsinin baş verdiyi gün Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaşadığı mənzildə tək olması, eləcə də bundan istifadə edərək həmin mənzilin giriş qapısını açıq qoymaqla mənzili tərk etməsi (faktiki olaraq cinayətin törədilməsi üçün bütün zəruri şəraitin yaradılması) və cinayət əməli törədildikdən sonra həmin mənzilə qayıtması, • Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs1 işlədiyi ünvana (zərərçəkmiş şəxsin yaşadığı ünvana) getməsi, həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs1 ilə bir neçə dəfə telefonla əlaqə saxlaması, bundan sonra Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısını açıq qoymaqla mənzili tərk etməsi, bundan sonra onun binanın 8-ci mərtəbəsinə qalxaraq rahat şəkildə Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olması, mənzildə sərbəst şəkildə hərəkət edərək seyfi və seyfin açarını tapması, sonra seyfi açaraq oradan bahalı qızıl-zinət əşyalarını qanunsuz və gizli şəkildə talaması, qızıl-zinət əşyalarını qanunsuz və gizli şəkildə taladıqdan sonra mənzili tərk etməsi, habelə bu əməlləri törətdikdən sonra qanunsuz və gizli şəkildə taladığı əşyaları müxtəlif ərazilərdə qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olan şəxslərə satmaqla realizə etməsi və hasil olunmuş pul vəsaitinin bir hissəsini Təqsirləndirilən şəxs1 verməsi, qalan hissəsini isə şəxsi məqsədlərinə sərf etməsi. Göstərilən halların qısa xülasəsi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 faktiki olaraq ərarvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 işlədiyi mənzil sahibi Zərərçəkmiş şəxs yaşadığı mənzilə qanunsuz şəkildə daxil olmaqla, həmin mənzildə olan seyfi açmış və seyfdən çoxlu sayda bahalı qızıl-zinət əşyalarını gizli şəkildə talamış və daha sonra həmin əşyaları satmışdır. Yuxarıda göstərilən hallar həm təqsirləndirilən şəxslərin məhkəmə istintaqında vermiş olduqları ifadələr əsasında, həm məhkəmə istintaqında dindirilmiş şahid ifadələri, həm də ittiham tərəfinin ibtidai araşdırma zamanı əldə etmiş olduğu digər mötəbər sübutlar əsasında tam şəkildə təsdiq olunmuşdur. Cinayət işinin mübahisəli hallarına gəldikdə isə bu hallar aşağıdakılardan ibarətdir: • Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yuxarıda göstərilən cinayət əməlini törətmələri, • oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ziyanın ümumi məbləği, • Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmaqla, etirafedici ifadə verməyə məcbur edilməsi. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən işin mübahisəli hallarının aydınlaşdırılması əməlin tövsifi ilə bağlı bütün məsələlərə obyektiv şəkildə aydınlıq gətirilməsinə xidmət edəcək. Bu hissədə qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaşadığı mənzilə gəlməsi (həmin gün işdə olması), cinayət əməli törədilməmişdən əvvəl onun evdə tək olması, təxminən saat 13:00 radələrində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 iş yerinə gəlməsi, Təqsirləndirilən şəxs2 qeyd edilən ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs1 ilə bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlaması, bundan sonra buna heç bir zərurət olmadan Təqsirləndirilən şəxs1 işlədiyi mənzilin giriş qapısını açıq qoymaqla evi tərk etməsi, məhz Təqsirləndirilən şəxs1 mənzili tərk etdikdən sonra Təqsirləndirilən şəxs2 həmin mənzilə daxil olması, mənzilə daxil olduqdan sonra qısa müddət ərzində mənzildə olan seyfi və seyfin açarını taparaq seyfi açması, həmin vaxt seyfdə bahalı qızıl-zinət əşyalarının olması və bundan istifadə edərək ən bahalı qızıl-zinət əşyalarını gizli şəkildə talaması birbaşa onu göstərir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs yaşadığı mənzilə qanunsuz daxil olmaq və oradan gizli şəkildə qızıl-zinət əşyalarını talamaq barədə qabaqcadan razılığa gəlmişdir. Qabaqcadan razılaşma isə onların arasında rolların bölünməsində, yəni Təqsirləndirilən şəxs1 tərəfindən bütün zəruri məlumatların Təqsirləndirilən şəxs2a ötürülməsi, cinayətin törədiləcəyi günün və vaxtının razılaşdırılması, cinayətin rahatlıqla törədilməsi üçün Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısını açıq qoymaqla, evi tərk etməsi və bunun nəticəsində Təqsirləndirilən şəxs2 həmin mənzilə daxil olaraq mənzildəki seyfi və seyfin açarını taparaq seyfi açması və özgəyə məxsus əşyaların gizli şəkildə talanmasında, sonradan talanmış əşyaların satılmasında və satışdan hasil olunan pul vəsaitinin aralarında bölünməsində ifadə olunmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətmiş olmasaydı, Təqsirləndirilən şəxs2 cinayət hadisəsi baş verdiyi gün Zərərçəkmiş şəxs yaşadığı mənzilə müxtəlif alətlərdən və vasitələrdən istifadə etmədiyi halda daxil ola bilməzdi və daxil olduqdan sonra isə qısa müddət ərzində mənzildəki seyfi açarı ilə birlikdə tapıb seyfi aça bilməzdi. Göstərilənlər birbaşa ona dəlalət edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq cinayətinin törədilməsi ilə bağlı öz aralarında sövdələşməklə razılığa gəlmişlər, yəni razılığa gələrək aralarındakı rolları bölmüşlər və daha sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus külli miqdarda əşyaları gizli şəkildə talamışlar. Həmçinin məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısını açıq qoyaraq mənzili tərk etməsini bildirsələr də, onlar bunun səbəbini fərqli şəkildə izah etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısını açıq qoymaqla mənzili tərk etməsinin səbəbini - yumurta almaq məqsədi ilə mağazaya getməsi ilə əlaqələndirsə də, Təqsirləndirilən şəxs2 bunun səbəbini - ona məxsus mobil telefonda kontur olmadığından təkidlə Təqsirləndirilən şəxs1 işlədiyi mənzildən çıxaraq mağazaya getməsi və mağazadan ona kontur yükləməsi ilə əlaqələndirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslər eyni məsələ ilə əlaqədar fərqli səbəblər və izahlar verməklə qanunsuz əməllərinə haqq qazandırmaq istəmişlər. Ona görə də məhkəmə bu hissədə təqsirləndirilən şəxslərin məhkəmədə vermiş olduqları ifadələrə tənqidi yanaşaraq həmin hissədə bu ifadələri yalan ifadə kimi qəbul edir. Məsələ ondan ibarətdir ki, təqsirləndirilən şəxslər ayrı-ayrılıqda Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısını açıq qoymaqla mənzili tərk etməsinə dair müxtəlif səbəblər göstərsələr də, məhz Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısını açıq qoymaqla tərk etməsi nəticəsində Təqsirləndirilən şəxs2 həmin mənzilə daxil olaraq oğurluq cinayətini törətməsi özü-özlüyündə ciddi faktdır və bu fakt ona dəlalət edir ki, həqiqətən də onların arasında cinayətin törədilməsi ilə bağlı qabaqcadan razılaşma olmuş və həmin razılığın şərtinə əsasən Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısını açıq qoymaqla, mənzili tərk etməli olmuş, həmin vaxtda isə Təqsirləndirilən şəxs2 həmin mənzilə qanunsuz şəkildə daxil olmaqla, mənzildən gizli şəkildə oğurluq etməli olmuşdur. Təqsirləndirilən şəxslərin yuxarıda izah olunan şəkildə sonrakı hərəkətləri onu sübuta yetirir ki, həqiqətən də X15 Əlipaşayeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmişdir. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısını açıq qoymaqla, mənzili tərk etməsi eyni zamanda ona yönəlmişdir ki, gələcəkdə yarana biləcək problemə qarşılıq olaraq Təqsirləndirilən şəxs1 özünə əsas gətirə bilsin ki, o, mənzildə olmadığı vaxtda mənzilə başqa şəxs daxil olaraq oğurluq etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Digər mübahisəli məsələyə, yəni oğurluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ümumi məbləğinə gəldikdə isə məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən vurulmuş ziyanın ümumi məbləği 85.250 manat məbləğində müəyyən edilsə də, bu məbləğ həqiqəti əks etdirmədiyindən əsaslı deyil. Belə ki, ibtidai araşdırma zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5214 nömrəli ekspertiza rəyi ilə qızıl-zinət əşyalarının 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 60.860,00 manat həddində müəyyən edilmişdir. Lakin ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli, 9/5214 nömrəli ekspertiza rəyi ilə razılaşmamış və ona vurulmuş ziyanın ümumi məbləğinin 85.250 manat məbləğində olmasını tələb etmişdir. İbtidai istintaq orqanı isə heç bir sübuta istinad etmədən və bu istiqamətdə əlavə sübut əldə etmədən Zərərçəkmiş şəxs mövqeyinə əsasən oğurluq cinayəti nəticəsində vurulmuş ziyanın 85.250 manat olması nəticəsinə gəlmişdir. Başqa sözlə, ibtidai istintaq orqanı hər hansı bir hüquqi əsas olmadan Zərərçəkmiş şəxs ziyanla bağlı hissədə mövqeyini xx.xx.2022-ci il tarixli, 9/5214 nömrəli ekspertiza rəyindən üstün tutaraq, ziyanın ümumi məbləğinin 85.250 manat olması nəticəsinə gəlməklə yanaşı, həmçinin xx.xx.2022-ci il tarixli, 9/5214 nömrəli ekspertiza rəyini də mötəbər sübut kimi nəzərə almışdır. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddiasına əsasən məhz 60.860 manat məbləğində pulun təqsirləndirilən şəxslərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək və proses iştirakçılarının suallarına cavab verərək xx.xx.2022-ci il tarixli, 9/5214 nömrəli ekspertiza rəyi ilə razı olduğunu və buna görə də məhz 60.860 manat məbləğində ziyanın ona vurulduğunu bildirməklə qeyd edilən məbləğdə mülki iddia verdiyini bildirmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının müəyyən edilməsi ilə bağlı mötəbər sübut kimi məhz xx.xx.2022-ci il tarixli, 9/5214 nömrəli ekspertiza rəyi çıxış edir və ona görə də təqsirləndirilən şəxslərin törətmiş olduqları oğurluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ümumi məbləği məhz 60.860 manat həddində qəbul edilməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ümumi ziyan 60.860 manat təşkil edir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, vurulmuş ziyanın 60.860 manat məbləğində müəyyən edilməsi və qeyd edilən məbləğin Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən külli miqdar təşkil etməsi təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlinin tövsifinə heç bir şəkildə təsir etmir. Məhkəmə vurulmuş ziyanın ümumi məbləğinin 60.860 manat məbləğində müəyyən edilməsini iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi istiqamətində meydana çıxan obyektiv həqiqət kimi qəbul edir. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması, bunun nəticəsində etirafedici ifadə verməyə məcbur olması hissəsində işin mübahisəli halına gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən bu hissədə araşdırma aparılmış və Təqsirləndirilən şəxs1 iddia etdiyi hallarla bağlı əlavə tibbi və digər sənədlər əldə edilməklə məhkəmə istintaqında tədqiq edilmişdir. Belə ki, həmin sənədlər əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində bir neçə xəsarət aşkar edilmiş və həmin xəsarətlər onun cinayət məsuliyyətinə cəlb edilməsi dövrünə təsadüf edir. Lakin Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham dövriyyəsi qanunla qadağan edilmiş əşyalarla bağlı olmadığından və ittihamla bağlı ondan həmin əşyalar prosessual hərəkətlər nəticəsində götürülmədiyindən məhkəmə hesab edir ki, aşkar edilmiş xəsarətlər ona qarşı irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına heç bir şəkildə şübhə altına almaya əsas ola bilməz. Cinayət işinin materialları əsasında Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın əvvəlində etirafedici ifadə verməsi görünsə və həmin dövrdə onun üzərində bir neçə xəsarət olması müəyyən edilsə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən sübutetmə ilə bağlı əldə edilmiş digər sübutlar əsasında (Təqsirləndirilən şəxs2 ifadəsi, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslərin ifadələri, sonunculardan götürülmüş sənədlər və sair) Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi tam şəkildə təsdiq olunur. Həmçinin qeyd edilməlidir ki, Baxəşiəli Ağayev məhkəmə istintaqında ifadə verərkən axtarışda olduğunu bildikdən sonra könüllü şəkildə polis orqanına getdiyini, polis orqanına getdikdən sonra ona heç bir qanunsuz təsir və hərəkət edilmədiyini, eləcə də döyülmədiyini, əksinə sərbəst şəkildə ifadə verdiyini bildirsə də, məhkəmə bu istiqamətdə zəruri sənədləri tələb etməklə araşdırma aparmış və məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs2 üzərində mübahisəli dövrə təsadüf edən hər hansı xəsarət izi aşkar edilməmişdir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin dövründə (şübhəli şəxs və təqsirləndirilən şəxs qismində) vermiş olduğu etirafedici ifadələri iş üzrə mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilən məlumatların sübut kimi qəbul edilməsinə yol verilmir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin dövründə (şübhəli şəxs və təqsirləndirilən şəxs qismində) vermiş olduğu etirafedici ifadələri iş üzrə mötəbər sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin dövründə (şübhəli şəxs və təqsirləndirilən şəxs qismində) vermiş olduğu etirafedici ifadələri iş üzrə ona elan olunmuş ittihamın qiymətləndirilməsi üçün yeganə sübut qismində çıxış etmir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, cinayət hadisəsi ilə bağlı ətraflı məlumat verərək bildirmişdir ki, hadisə baş verən gün yumurta almaq üçün mağazaya getmiş, mağazaya getməzdən əvvəl mənzilin giriş qapısını açıq qoymuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında göstərilən hissədə verdiyi ifadəsi ona qarşı irəli sürülmüş ittihamın qanuni və əsaslı olmasına kifayət edir, eləcə də onun iddia etdiyi dəlillərin yalan olmasını təsdiq edir. Beləliklə, yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişlər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq cinayətini qəsdən törətmişdir. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli kimi tövsif edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cavan olmasını, digər Təqsirləndirilən şəxs1 ilə qeyrirəsmi ər-arvad münasibətlərində olmasını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qismən etirafedici ifadə verməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cavan və qadın olmasını, digər Təqsirləndirilən şəxs2lə qeyri-rəsmi ər-arvad münasibətlərində olmasını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddinə gəldikdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsindəki rolu, cinayətin törədilməsindəki iştirakının xarakteri və iş üzrə vurulmuş ziyanın ödənilməməsi nəzərə alınmaqla cəzanın həddi müəyyən edilməlidir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinin təşəbbüskarı olması, qanunsuz hərəkətlərin əksəriyyətinin icraçısı olması və hasil olunan pulun çox hissəsini şəxsi ehtiyaclarına sərf etməsi nəzərə alınmaqla ona digər Təqsirləndirilən şəxs1 nisbətdə daha ağır cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın həddi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda göstərilən cinayət hadisəsi Zərərçəkmiş şəxs və sonuncunun arvadının ona olan etibarı və inamının nəticəsində baş vermişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs1 göstərdiyi xidmətə (xadimə və bu qəbildən olan sair işlər) görə ona əmək haqqı ödəyən şəxsin, yəni zərərçəkmiş şəxsin ona olan etibarından və inamından istifadə edərək digər təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən cinayət əməlinin etibarlı münasibətlərin nəticəsində törədilməsi halı mütləq qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvəvli isə onun axtarışda olduğundan tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Mülki iddiaya gəldikdə isə məhkəmə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində göstərilən cinayətin törədilməsi və həmin cinayətin nəticəsində Zərərçəkmiş şəxs külli miqdarda, yəni ümumilikdə 60.860 manat məbləğində maddi ziyanın vurulması sübuta yetirildiyindən mülki iddia qanuni və əsaslıdırdır. Odur ki, mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 60.860 manat məbləğində pul vəsaiti müştərək qaydada Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 60.860 manat məbləğində pul vəsaiti müştərək qaydada Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Telman Hüseynov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar