Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-349/2024 06.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 2 fevral 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, 2 aprel 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə təmiz çəkisi 1,329 qram olan narkotik vasitə heroini əldə edib saxlamaqla daşımış, 1 noyabr 2022-ci il tarixdə səhər saatlarında həmin narkotik vasitəni Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsində tanışı X6 25 manata pul müqabilində satmış, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X8 2 noyabr 2022-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, ünvan 26anında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən onun satdığı, bir ədəd bükümdə təmiz çəkisi 1,329 qram olan, qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2, “Baba” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında mənfəət olaraq gəlir əldə etmək müqabilində “Baba” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitələrin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 5 yanvar 2023-cü il tarixdə “Baba” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş, külli miqdarda, təmiz çəkisi 2027,549 qram (2 kq 27,549 qram) narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 5020 qram (5 kq 20,0 qram) narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib 6 yanvar 2023-cü il tarixdə səhər satlarında ünvan 6 ünvanda həmin narkotik vasitə heroinin 4 ədəd bükümdə, təmiz çəkisi 4,046 qram hissəsini satışını təşkil etməsi üçün qrup üzvi Təqsirləndirilən şəxs2 vermiş, qalan hissəsini isə üzərində və idarə etdiyi “Kia Optima” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi İlə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 6 yanvar 2023-cü il tarixdə saat 15 radələrində ünvan 7 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, ünvan 26anında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilib xidməti iş otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellefon bükümdə, külli miqdarda, təmiz çəkisi 18,703 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 17 radələrində onun iştirakı ilə Nizami RPİ-nin inzibati binasının həyətində “Kia Optima” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən 1 ədəd qara rəngli sellofan bağlamada, külli miqdarda, təmiz çəkisi 2004,8 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd qara rəngli polietilen bağlamada, külli miqdarda, təmiz çəkisi 5020 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən qrup üzvü Təqsirləndirilən şəxs2 6 yanvar 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 9 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş və orada Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən onun üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroinlə tərkibinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,875 qram, 0,999 qram, 0,874 qram, 1,298 qram olmaqla, ümumi təmiz çəkisi 4,046 qram olan külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1, “Baba” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında mənfəət olaraq gəlir əldə etmək müqabilində “Baba” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitələrin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 5 yanvar 2023-cü il tarixdə “Baba” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş, külli miqdarda, təmiz çəkisi 2027,549 qram (2 kq 27,549 qram) narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 5020 qram (5 kq 20,0 qram) narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib 6 yanvar 2023-cü il tarixdə səhər saatlarında ünvan 6 ünvanda həmin narkotik vasitə heroinin 4 ədəd bükümdə, təmiz çəkisi 4,046 qram hissəsini satışını təşkil etməsi üçün ona vermiş, qalan hissəsini isə üzərində və idarə etdiyi “Kia Optima” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrup üzvü Təqsirləndirilən şəxs1 6 yanvar 2023-cü il tarixdə saat 15 radələrində ünvan 7 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, ünvan 26anında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilib xidməti iş otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 18,703 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 iştirakı ilə Nizami RPİ-nin inzibati binasının həyətində “Kia Optima” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən 1 ədəd qara rəngli sellofan bağlamada, külli miqdarda, təmiz çəkisi 2004,8 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd qara rəngli polietilen bağlamada, külli miqdarda, təmiz çəkisi 5020 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən o, 6 yanvar 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 9 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş və orada onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroinlə tərkibinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,875 qram, 0,999 qram, 0,874 qram, 1,298 qram olmaqla, ümumi təmiz çəkisi 4,046 qram olan, külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində 6 yanvar 2023-cü il tarixdə günorta saatlarında 5-6 nəfər polis əməkdaşı onun avtomobilinin yan şüşəsini sındırıb onu Nizami rayon Polis İdarəsinə gətirmişlər. Nizami rayon Polis İdarəsinə gətirdikdən sonra ona qarşı fiziki təzyiq göstərmişlər. O, saxlanılan zaman narkotik vasitənin təsiri altında olmuşdur. Polis idarəsində onun cibinə 17 qram narkotik vasitə qoyaraq şəxsi axtarış zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməyini tələb etmişlər. O, fiziki təzyiq altında olduğundan narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Daha sonra polis idarəsinin həyətində olan avtomobilinə baxış keçirilməzdən əvvəl polis əməkdaşı tərəfindən qara torba yerləşdirilmiş, daha sonra avtomobilinə baxış keçirilmişdir. O, 5-6 nəfər polis əməkdaşı tərəfindən günorta saat 13:00 radələrində saxlanılmışdır. “Kia Optima” markalı avtomobili lizinq müqaviləsi əsasında idarə etmişdir. O, zakladka vasitəsilə narkotik vasitə əldə edirdi və gündəlik olaraq yarım qram narkotik vasitə edirdi. O, saxlanılan zaman üzərində yarım qram narkotik vasitə olsa da, həmin narkotik vasitəni udmuşdur. O, avtomobili idarə edərkən ani olaraq qabağını kəsərək sürücü tərəfdən yan şüşəni sındıraraq onu saxlamışlar. Saxlanılan zaman narkotik vasitədən başqa siqaret paketi və mobil telefon aşkar etmişlər. Təqsirləndirilən şəxs2 ilə yaxın ərazidə yaşamışlar. Elnuru onun telefonunda olan yazışmaları aşkar etdikdən sonra saxlamışlar. Elnurla birlikdə narkotik vasitə istifadə etmişlər. Onu Nizami RPİ-nə gətirdiklərindən avtomobilini kimin Nizami RPİ-nə gətirdiyini bilmir. Narkotik vasitəni avtomobilin yük yerinə yerləşdirmişlər, sonra isə avtomobilinə baxış keçirtmişlər. O, saat 13:00 radələrində tutulsa da, axşam saat 20:00 radələrində baxış keçirmişlər. O, narkotik vasitə almaq üçün tutulmamışdan 2 gün əvvəl 25 manat ödəmişdir. Elnurla birlikdə narkotik vasitə istifadə etmiş, lakin heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitə satan şəxsin nömrəsini tanımadığı şəxs vermiş, lakin həmin şəxsin adının “Baba” olması doğru deyildir. Avtomobilinə narkotik vasitə yerləşdirmək polis əməkdaşlarının statistik göstəricilərini yüksəlməsini xidmət edir. Onun fikrincə polis əməkdaşları hadisədən qabaq onu tanıyırdılar. Polis əməkdaşları ona xidməti vəsiqələrini göstərməmiş avtomobilinin yan şüşəsini sındıraraq onu tutmuşlar. Əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs2la 4 yanvar 2023cü il tarixində axşam radələrində görüşüb narkotik vasitə istifadə etmişlər. Təqsirləndirilən şəxs2la həmişə birlikdə narkotik vasitə istifadə etmişlər, lakin o, heç vaxt ona narkotik vasitə satmamışdır. Elnurla birlikdə Binəqədi rayonu ərazisində olmamışlar. Elnurla “whatsapp” tətbiqi vasitəsi mesajlaşan zaman Elnur ondan ağrılarının azalması üçün metadon həbi istəmişdir. Onu polis əməkdaşları saxlayıb öz avtomobillərinə əyləşdirmişlər, onun avtomobilini kimin idarə edərək polis idarəsinə gətirdiyini bilməmişdir. Avtomobilinə polis idarəsinin arxa qapısının yaxınlığında baxış keçirtmişlər. O, şəxsi axtarış zamanı vəkildən imtina etməyilə bağlı ərizə yazmamışdır. O, 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədənində xəsarət olmasının qeyd olunmasına etiraz etmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Birinci dəfə ona təqdim olunan vəkil balaca boy kişi idi, daha sonra isə başqa vəkil onlara təqdim edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan və heroindən istifadə edir. Təxminən 1 ay qabaq sosial şəbəkə vasitəsi ilə özünü İran İslam Respublikasını vətəndaşı kimi təqdim etmiş “Baba” adlı şəxslə tanış olmuş və Babə ilə danışan zamanı ona bildirmişdir ki, göndərdiyi narkotik maddələri götürüb dediyi ünvana çatdıracağı halda ona pul verəcəkdir. O da özü narkotik maddə istifadə etdiyi üçün, həm də pula ehtiyacı olduğu üçün həmin şəxslə razılaşmışdır. Ona mobil telefon nömrəsini vermiş və o, həmin şəxslə «Vatsap» proqramı vasitəsi ilə əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə o, “Baba” ilə danışan zaman sonuncunun dediyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinə getmiş və orada yerdən iki qara rəngli polietilen bağlamanı götürmüş və idarə etdiyi “Kia Optima” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamışdır. Baba adlı şəxs ona demişdir ki, həmin narkotik maddələri dediyi ünvana çatdıracaqdır və bunun müqabilində ona pul verəcəkdir. xx.xx.2023-cü il tarixdə, saat 15:00-da yaşadığı ünvan 14 ünvanın yaxınlığında olan zaman üç nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ-nə getməyini təklif etmişlər. Şübhə yaranmasın deyə o, onların təklifini qəbul etmişdir. Nizami RPİ-nə onlarla birlikdə getmişdir. İdarədə şübhəli şəxs qismindən tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları könüllü təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan göy rəgli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellefona bükümü və şalvarının sol yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, idarə etdiyi avtomobilin açarını, həmçinin gödəkçəsinin sağ yan cibindən bir ədəd qutuda “Vinston" markal siqareti çıxarıb masa üzərinə qoymuşdur. O, həmin bir ədəd bükümdə heroin olmasım və həmin maddəni Baba adlı İran İslam Respublikasının vətəndaşının dediyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindən götürdüyünü sonuncunun dediyi ünvana çatdırıb bunun müqabilində maddi qazanc əldə etməli olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı ondan qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Ondan aşkar edilən bir ədəd büküm açılıb baxılmış və içərisində narkotik maddə heroin olması görünmüşdür. Daha sonra həmin bir büküm heroin qablaşdırılmış və protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Polis əməkdaşları ondan başqa harda narkotik vasitə saxladığını bir daha soruşmuşlar. O, bilmişdir ki, onlar onun haqqında hər şeyi bilirlər, buna görə də idarə etdiyi avtomobildə də narkotik maddə heroin və qurudulmuş marixuana olduğunu demişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi “Kia Optima” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avotmobilin arxa yük yerində saxladığı bir ədəd qara rəngli polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuana və bir ədəd qara rəngli polietilen bağlamada narkotik vasitə heroin aşkar edilmişdir. Həmin bağlamalardan birini açıb baxan zaman içirisində yaşıl rəngli maddə yəni qurudulmuş marixuana, digər bağlamada isə heroin olması görünmüşdür. Daha sonra həmin bağlamalar qablaşdırılmış, daha sonra avotmobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, qurudulmuş marixuananı və heroini maddi qazanc əldə etmək məqsədi ilə “Baba” adlı İran vətəndaşının dediyi yerdən götürüb sonuncunun dediyi yerə çatdıracaqmış. İran vətəndaşının adı Babadır, həmin şəxsin nömrəsi onun mobil telefonunda vardır. Başqa həmin şəxs haqqında heç nə bilmir. O, X7 tanıyır. Həqiqətən də Elvin Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanan zaman üzərində aşkar olunmuş narkotik vasitəni 1 noyabr 2022-ci il tarixdə Elvin Eyvazova o satmışdır. Bunun müqabilində Elvin onun «Kapital» bank kartına 25 manat pul göndərmişdir. Həmin kartın nömrəsini unutmuşdur.Ancaq yadımdadır ki, kartın son rəqəmləri ..3957 olmuş, telefonla idarə etmişdir. O, həmin ərəfədə ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Mobil telefonunun giriş kodu «L» hərfi formasındadır. Sosial şəbəkələrə daxil olmaq üçün proqramlarda təhlükəsizlik kodu yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir.Onun üzərinə və idarə etdiyi avtomobilə yalnız Nizami RPİ-nin inzibati binasında təhqiqatçı tərəfindən şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəsini ondan 6 yanvar 2023-cü ilin gündüz vaxtında əldə etmişdir. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə vermişdir ki, o bəlli ünvana narkotik vasitəni qoyduqdan sonra o, Elnura onun istifadəsi üçün narkotik vasitə verəcəkmiş (cild 1 iş vərəqə 87-90 və cild 2, iş vərəqə 168-171). Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə heroindən istifadə edir. Tutulmazdan öncə narkotik vasitələri tanımadığı şəxslərdən alıb istifadə edirdi. Təqsirləndirilən şəxs1 uşaqlığından bəri tanıyır. Onunla birlikdə dəfələrlə narkotik vasitə əldə edib istifadə etmişlər. 6 yanvar 2023-cü ildə o, Təqsirləndirilən şəxs1la “whatsapp” mobil tətbiqi vasitəsilə danışmış və həmin gün axşam onunla görüşməyi qərarlaşdırmışlar. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar bədənində olan ağrıların azalması üçün Hikmətdən metadon götürməli idi. Həmin gün saat 23:00 radələrində yaşadığı mənzili tərk edib blokun 2 ya da 3-cü mərtəbəsində olarkən arxasınca bir neçə şəxsin pilləkənləri düşdüyünü hiss etmişdir. Blokdan küçəyə çıxarkən bir neçə şəxs anidən ona zərbə vurub yerə yıxmışlar. Həmin şəxslər onu ağ “NİSSAN” markalı avtomobilə əyləşdirib Nizami RPİ-nə gətirmişlər. Nizami RPİ-nin inzibati binası gətirib orada döyməyə başlamışlar. O, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Şəxsi axtarışdan əvvəl polis əməkdaşları narkotik vasitələri cibinə qoyub bildirmişlər ki, şəxsi axtarış zamanı həmin maddələrin ona məxsus olduğunu bildirməlidir. Bunun qarşılığında isə onu azadlığa buraxacaqlarını bildirmişlər. Onu döydüklərindən videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşlarının dediklərini təkrar etmişdir. Şəxsi axtarışdan sonra onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunacağını bildirsələr də, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham etmişlər. Müstəntiq ibtidai istinaq zamanı döyülməyilə bağlı ona sual verməmişdir. Narkotik vasitələri əvvəllər vəfat etmiş “Tural” adlı şəxsdən əldə edirdi. Tutulmazdan əvvəl taksi fəaliyyəti ilə məşğul olmuşdur. Üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçi iştirak etmirdi. O, şəxsi axtarış zamanı vəkildən imtina etməyilə bağlı ərizə yazmamışdır. Saxlanıldıqdan sonrakı gün ona vəkil təqdim olunmuşdur. 3 saylı İstintaq təcridxanasına daxil olarkən polis əməkdaşları tərəfindən döyüldünü bildirmişdir. Hikmətlə birlikdə Binəqədi rayonu ərazisində olmamışdır. Saxlanılan zaman üzərində pul qabı və telefonu olmuş, lakin narkotik vasitə olmamışdır. Hikmətlə yaxın ərazidə yaşadıqları üçün bir-birilərini tanıyırlar, Hikmətlə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. O, evdən çıxıb Hikmətdən dərman götürməyə getmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən alır və qəbul edir. Təqsirləndirilən şəxs1 adlı şəxsi də çoxdandır ki, tanıyır. Hikmət də narkotik vasitə istifadə edir. xx.xx.2023-cü il tarixdə Hikmət yaşadığı məhləyə gələrək ona bildirmişdir ki, narkotik vasitə heroin vardır, həmin heroini ona verəcək, o da həmin narkotik vasitələri dediyi ünvanlara çatdıracaq, bunun müqabilində Hikmət ona öz istifadəsi üçün narkotik vasitə heroin verəcəkdir. Buna görə də o, Hikmətlə razılaşmış və Hikmətdən 4 ədəd şəffaf sellofan bükümdə heroini götürüb üstündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 23;30-da yaşadığı ünvan 17 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə polis işçiləri ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ- yə getməyini təklif etmişlər. Şübhə yaranmasın deyə o, polis əməkdaşlarının təklifini qəbul etmişdir. Nizami RPİ-yə polis əməkdaşları ilə birlikdə yollanmışdır. İdarədə şübhəli şəxs qismindən tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları könüllü təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəgli şalvarın sol yan cibindən 4 ədəd şəffaf sellefona bükümü və şalvarının sağ yan cibindən özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. O, həmin 4 ədəd bükümün içərisində heroin olduğunu və həmin maddəni Hikmət adlı şəxsdən götürdüyünü və Hikmətin dediyi ünvana çatdırmalı olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı ondan qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Onun üstündən aşkar edilən 4 ədəd büküm açılıb baxılmış və içərisində narkotik maddə heroin olması görünmüşdür. Daha sonra həmin dörd büküm heroin qablaşdırılmış və protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, o, bir ildir ki, narkoik vasitələri qəbul edir və həmin vaxtdan Hikmət adlı şəxsi tanımışdır. Hikmət ona dəfələrlə narkotik vasitə satmış və o, Hikmətə online vasitə ilə pul köçürmüş, Hikmətə məhsus olan “LEO Bank” kartının nömrəsi 4098 5844 5895 6073 olmuşdur. Həmin karta dəfələrlə pul vəsaiti göndərmiş və həmin kart Himət Ağaməmmədova məxsus olmuşdur. Onun üzərindən aşkar edilən narkotik vasitələri ona Hikmət vermişdir ki, dediyi ünvanlara çatdırsın və bunun müqabilində Hikmət ona istifadəsi üçün heroin verəcəkmiş, lakin o, narkotik vasitəni heçbir ünvana aparıb qoymağa çatdırmamışdır. O, heç vaxt narkotik vasitə satmamışdır. O, Hikmətin verdiyi narkotik vasitələri hər zaman dediyi ünvana qoymuş və həmin narkotik vasitəni hansı şəxs götürəcəyindən xəbəri olmamış, sadəcə Hikmət həmin iş əvəzinə ona hər zaman istifadəsi üçün narkotik vasitə vermişdir. Onun üzərinizdən aşkar edilən telefonu çoxdan əldə etmiş, «Samsung» markalı, «A02S» modelli mobil telefondur və onu ***-***-**-** nömrəsi ilə istifadə etmişəm arada həmin telefonda ***-***-**-** olan mobil nömrəsini də istifadə etmişdir (cild 2 iş vərəqə 182-184). Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi cinayət əməllərini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən istintaqı aparılan cinayət işi üzrə 6 yanvar 2023-cü il tarixdə daxil olmuş əməliyyat tapşırığına əsasən Bakı şəhərində yaşayan «Hikmət» adlı şəxsin ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bakı şəhəri Nizami RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və onun iştirakından ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 6 yanvar 2023-cü il tarixdə, günorta saatlarında ünvan 18 ünvanın qarşısında zahiri əlamətləri “Hikmət” adlı şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını deyərək, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin saxlaması və daşımasında şübhəli bilinməsini bildirərək ünvan 19 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nə dəvət etmişlər. Hikmət adlı şəxs buna etiraz etmədiyini bildirib, idarə etdiyi «Kia Optima» markalı avtomobili ilə birlikdə onlarla birlikdə Bakı şəhəri Nizami RPİ-nə yollanmışlar. Polis İdarəsində Hikmət adlı şəxsin 2 fevral 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 32, mənzil 116-da qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu Aşıq Qurbani küçəsi ev 25-də yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən olunmuşdur. Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 Nizami RPİ-nə ərizə ilə müraciət edərək üzərinə şəxsi axtarış və götürmənin vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Daha sonra video çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq, həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və idarə etdiyi avtomobilə məxsus 1 ədəd açarı, qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd qutuda “Vinston” markalı siqareti çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmçinin üzərindən aşkar olunan narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu «Baba» adlı İran İslam Respublikasının vətəndaşının dediyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerdən götürərək həmin şəxsin dediyi ünvana çatdıracağını və bunun müqabilində maddi qazanc əldə etdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı üstündən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd büküm açılıb içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli toz şəkilli maddə olması aşkar edilmişdir. Həmçinin sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitədən Elvin, Elnur və Rəhim adlı şəxslərə də satdığını bildirmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi «Kia Optima» markalı avtomobildə narkotik vasitə heroin və qurudulmuş marixuana saxladığını bildirmişdir. Həmin narkotik vasitələri təqdim edə biləcəyini qeyd etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd içərisi boş olan kağız zərfdə qoyularaq qablaşdırılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 Nizami RPİ-nə ərizə ilə müraciət edərək avtomobilinə baxış keçirilməsi və götürmənin vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri Nizami RPİ-nin inzibati binasının həyətində saxlanılmış həmin boz rəngli «Kia Optima» markalı avtomobilə videokamera vasitəsilə çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə avtomobilə baxış keçirilməsinə dair etirazının olubolmaması, müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə etirazının olub-olmaması soruşduqda Təqsirləndirilən şəxs1 etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitəni saxladığı yeri göstərməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 «Kia Optima» markalı avtomobilin arxa yük yerini açmış və orada 2 ədəd qara rəngli sellofan bağlamanı göstərib, həmin bağlamaların birində heroin, digərində isə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 tutulan zaman onlara müqavimət göstərməmiş və qaçmağa çalışmamışdır. Təqsirləndirilən şəxs1 3 nəfər saxlamışlar. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən ona fiziki zor tətbiq olunmamış və avtomobilinə ziyan vurulmamışdır. Şəxsi axtarış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs1 saxlayarkən küçədə baxış keçirtməyə səlahiyyətləri olmadığından Nizami RPİ-nin inzibati binalarının birində baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 dəvət edib polis idarəsinə gətirmişlər. “Baba” adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, lakin ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 həmin ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 32-35). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 6 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nə «Elnur» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması və «Elnur» adlı şəxsin ətrafında müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi məqsədilə Bakı şəhəri Nizami RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid5 və onun iştirakından ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 6 yanvar 2023-cü il tarixdə, saat 23:30-da Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 160A ünvanının qarşısında zahiri əlamətləri “Elnur” adlı şəxs ilə üst- üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını deyərək, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin saxlaması və daşımasında şübhəli bilinməsini bildirərək Bakı şəhəri Nizami RPİ-nə dəvət etmişlər. Elnur adlı şəxs buna etiraz etmədiyini bildirib, onlarla birlikdə Bakı şəhəri Nizami RPİ-nə gəlmiş, Polis İdarəsində Elnur adlı şəxsin 2 aprel 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 160 A, mənzil 49-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuşdur. Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 Nizami RPİ-nə ərizə ilə müraciət edərək üzərinə şəxsi axtarış və götürmənin vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Daha sonra video çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 könüllü olaraq, həmin vaxtı əynində olan qara rəngli şalvarın sol yan cibindən 4 ədəd şəffaf sellofan bükümü, şalvarın sağ yan cibindən isə 1 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi 4 ədəd bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan narkotik vasitəni 5 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 adlı şəxsdən aldığını və həmin narkotik vasitələri Hikmətin dediyi ünvanlara çatdırmalı olduğunu, bunun müqabilində Hikmət ona öz istifadəsi üçün narkotik heroin verəcəyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı üstündən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı binanın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 saxlanılarkən onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs2 küçədə üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən qoluna qandal vurulub-vurulmadığını və onun yıxılıb-yıxılmadığını xatırlamır. Hikmət adlı şəxsin saxlanılmasında iştirak etməmiş və əvvəllər onu tanımamışdır. 4 büküm narkotik vasitə aşkar olunsa da, narkotik vasitənin çəkisini xatırlamır. Təqsirləndirilən şəxs1 saxlayarkən küçədə baxış keçirtməyə səlahiyyətləri olmadığından Nizami RPİ-nin inzibati binalarının birində baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 dəvət edib polis idarəsinə gətirmişlər. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 26 aprel 2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir (cild 2, iş vərəqə 102-105). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə keçirilməsi barədə” 6 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 6 yanvar 2023-cü il tarixdə, saat 15:00-da Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 22 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 könüllü olaraq, həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, şalvarın sol yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu və idarə etdiyi avtomobilə məxsus 1 ədəd açarı, qara rəngli göləkçəsinin sağ yan cibindən 1 ədəd qutuda «Vinston» markalı siqareti çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd bükümün içərisində heroin olduğunu bildirdi. Həmçinin üzərindən aşkar olunan narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu «Baba» adlı İran İslam Respublikasının vətəndaşının dediyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerdən götürərək həmin şəxsin dediyi ünvana çatdıracağını və bunun müqabilində maddi qazanc əldə etdiyini bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildi, lakin şəxsi axtarış zamanı üstündən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd büküm açılıb içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli toz şəkilli maddə olması aşkar edildi. Həmçinin sorğa zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitədən Elvin, Elnur və Rəhim adlı şəxslərə də satmışdır. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi «Kia Optima» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə heroin və qurudulmuş marixuana saxladığını bildirdi. Həmin narkotik vasitələri təqdim edə biləcəyini qeyd etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd içərisi boş olan kağız zərfdə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürüldü. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd «Samsung» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür (cild 1, iş vərəqə 40-41). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürülmə barədə” 6 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 6 yanvar 2023-cü il tarixdə, saat 15:00-da Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 22 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, Polis İdarəsinin inzibati binasının həyətində saxlanılmış həmin boz rəngli «Kia Optima» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildi, videoçəkilişlə avtomobilə baxış keçirilməsinə dair etirazının olub-olmaması, müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 etirazının olmadığını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitəni saxladığı yeri göstərməsi təklif olundu. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 «Kia Optima» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerini açdı və orada iki ədəd qara rəngli sellofan bağlamanı göstərib, həmin bağlamaların birində heroin, digərində isə qurudulmuş marixuana olmasını bildirdi. Həmin iki ədəd qara rəngli polietilen bağlama oradan götürüldükdən sonra bıçaqla üzəri açılıb baxılan zaman bir ədəd bağlamanın içərisində yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması, digər bağlamada isə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olması aşkar edildi. Bundan sonra həmin iki ədəd polietilen bağlama qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 44-46). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə keçirilməsi barədə” 7 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 7 yanvar 2023-cü il tarixdə, saat 15:00-da Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 160A ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 26anında yerləşən Nizami RPİ-nə gətirilmiş, Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 könüllü olaraq,həmin vaxtı əynində olan qara rəngli şalvarın sol yan cibindən 4 ədəd şəffaf sellofan bükümü, şalvarın sağ yancibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi 4 ədəd bükümün içərisində heroin olduğunu bildirdi. Həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 adlı şəxsdən aldığını və həmin narkotik vasitələri Hikmətin dediyi ünvanlara çatdırmalı olduğunu, bunun müqabilində Hikmət ona öz istifadəsi üçün narkotik heroin verəcəyini bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildi, lakin şəxsi axtarış zamanı üstündən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 4 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan kağız zərfdə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 150-151). Cinayət işinin materiallarında olan “videogörüntülərə baxış keçirilməsi haqqında” 7 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin inzibati binasında xidməti otaqların birində şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 könüllü olaraq,həmin vaxtı əynində olan qara rəngli şalvarın sol yan cibindən 4 ədəd şəffaf sellofan bükümü, şalvarın sağ yan cibindən isə 1 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi 4 ədəd bükümün içərisində heroin olduğunu bildirdi. Həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 adlı şəxsdən aldığını və həmin narkotik vasitələri Hikmətin dediyi ünvanlara çatdırmalı olduğunu, bunun müqabilində Hikmət ona öz istifadəsi üçün narkotik heroin verəcəyini bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildi, lakin şəxsi axtarış zamanı üstündən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan 4 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 172). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 3 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı, həmin baxışları özündə əks etdirən video görüntülər ayrı-ayrılıqda 2 ədəd DVD disklərə yazılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş görüntülərdən görünür ki, 6 yanvar 2023-cü il tarixdə Nizami RPİ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, sənəd və ya predmet olub-olmaması soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs1 könüllü olaraq, həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu və idarə etdiyi avtomobilə məxsus 1 ədəd açarı, qara rəngli göləkçəsinin sağ yan cibindən 1 ədəd qutuda «Vinston» markalı siqareti çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd bükümün içərisində heroin olduğunu bildirdi. Həmçinin üzərindən aşkar olunan narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu «Baba» adlı İran İslam Respublikasının vətəndaşının dediyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerdən götürərək həmin şəxsin dediyi ünvana çatdıracağını və bunun müqabilində maddi qazanc əldə etdiyini bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildi, lakin şəxsi axtarış zamanı üstündən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd büküm açılıb içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli toz şəkilli maddə olması aşkar edildi. Həmçinin sorğa zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitədən Elvin, Elnur və Rəhim adlı şəxslərə də satmışdır. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi «Kia Optima» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə heroin və qurudulmuş marixuana saxladığını bildirdi. Həmin narkotik vasitələri təqdim edə biləcəyini qeyd etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan kağız zərfdə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü İlə möhürlənərək götürüldü. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd «Samsung» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürüldü. Şəxsi axtarış və götürmə aparıldıqdan sonra bu barədə protokol tərtib olunaraq şübhəli şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış və götürmə zamanı çəkilmiş görüntülərdən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin inzibati binasının həyətində saxlanılmış həmin boz rəngli «Kia Optima» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildi, videoçəkilişlə avtomobilə baxış keçirilməsinə dair etirazının olubolmaması, müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə etirazının olub-olmaması soruşuidu. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 etirazının olmadığını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitəni saxladığı yeri göstərməsi təklif olundu. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 «Kia Optima» markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerini açdı və orada iki ədəd qara rəngli sellofan bağlamanı göstərib, həmin bağlamaların birində heroin, digərində isə qurudulmuş marixuana olmasını bildirdi. Həmin iki ədəd qara rəngli polietilen bağalama oradan götürüldükdən sonra bıçaqla üzəri açılıb baxılan zaman bir ədəd bağlamanın içərisində yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması, digər bağlamada isə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olması aşkar edildi. Bundan sonra həmin iki ədəd polietilen bağlama qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürüldü. Baxış keçirilməsi və götürmə aparıldıqdan sonra bu barədə protokol tərtib olunaraq şübhəli şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir (cild 2, iş vərəqə 25-26). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmiş, mobil telefonda olan «vhasapp» tətbiqinə baxış keçirilən zaman həmin telefonun vatsapp sosial şəbəkəsi +994-50-539-34- 38 mobil nömrəsi ilə yaradılmışdır. Vatsapp sosial şəbəkəsi daxil olduqda çoxlu sayda nömrələrlə o cümlədən də “Zgi” adı ilə qeyd edilmiş +99499366-53-33 mobil nömrəsi ilə yazışmalar vardır. Həmin yazışmalarda ondan “patı ilə verməsini bildirir”. Həmçinin də “Zaur selpe” adı ilə qeyd edilmiş +994-55-514-35-77 mobil nömrəsi iiə həmin şəxs “brat wey var? Deye sms yazmışdır. Telefona baxış zamanı fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqə 106-112). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 yanvar 2023-cü il tarixli 6/72 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №162» dairəvi möhür əksi, «Vət. Təqsirləndirilən şəxs1 aşkar edilmiş bir ədəd büküm, şübhəli şəxs: Hikmət Süleymanov(imza)» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 18,703 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilmiş bir ədəd bağlama, şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs1» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2004,8 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş vət. Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2023,503 qram (2kq 23503qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir (Qeyd: heroinin təmiz çəkiləri 18,703 qram və 2004,8 qram tədqiqata sərf edildi 0,1 qram və 0,2 qram, qalıqlar 18,603 qram və 2004,6 qram cild 1, iş vərəqə 57-60). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 yanvar 2023-cü il tarixli 7/15 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Vət. Təqsirləndirilən şəxs1 Ağaməmməd oğlunun idarə etdiyi avtomobildən aşkar edilmiş...» sözləri yazılmış sellofan bağlamada skoçla bağlanmış bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 5020 qram (5 kq 20,0 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 1, iş vərəqə 62-65). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 yanvar 2023-cü il tarixli 6/73 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №162» dairəvi möhür əksi, «Vət. Təqsirləndirilən şəxs2 aşkar edilmiş 4 ədəd büküm, şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs2» yazısı və imzalar olan 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,875 qr, 0,999 qr, 0,874 qr, 1,298 qr, ümumi təmiz çəkisi 4,046 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir (Qeyd: heroinin təmiz çəkisi 4,046 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 3,846 qram cild 1, iş vərəqə 159-161). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8 fevral 2023-cü il tarixli 6/337 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti №59»-li ştamp əksi olan paketlərdəki vət. Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş heroinlər, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 4 ədəd bükümdə olan heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş heroinlər təmiz çəkisi 7 yanvar 2023-cü il tarixli 6/72 saylı və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 4 ədəd bükümdə olan heroinlərin təmiz çəkisi 7 yanvar 2023-cü il tarixli 6/73 saylı ekspert rəyləyrində göstərilmişdir (Qeyd: Təqsirləndirilən şəxs1 - heroinin təmiz çəkiləri 18,603 qram və 2004,6 qram, tədqiqata sərf edildi hər maddədən 0,03 qram, qalıqlar 18,573 qram və 2004,57 qram, Təqsirləndirilən şəxs2 - heroinin ümumi təmiz çəkisi 3,846 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 3,726 qram, cild 2, iş vərəqə 59-61). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 21 yanvar 2023-cü il tarixli 286 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 62-63). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 24 fevral 2023-cü il tarixli 1083 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 64-65). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Cinayət işinin materiallarında olan Bakı şəhər Nizami rayon məhkəməsinin 7 yanvar 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və Nizami RPİ-nin rəisi, polis polkovniki Ziya Əliyev tərəfindən təsdiq edilmiş 6 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 222-223). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 22 iyun 2023-cü il tarixli məktubundan və tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilərkən zədə almadığını bildirmiş, hər iki baldırında çapıq toxumalar mövcuddur (cild 3). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 22 iyun 2023-cü il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023cü il tarixində 3 saylı İstintaq təcridxanasına daxıl olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilərkən zədə aldığını bildirmiş, sol gözaltı nahiyəsində bənövşəyi rəngli qançır, hər iki diz nahiyəsində çapıq aşkar edilmişdir (cild 3). Cinayət işinin materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthi üzərində xəsarət izi aşkar edilməsi faktı ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı Təqsirləndirilən şəxs2 izahatında sol gözaltı nahiyəsində aşkar olunmuş bənövşəyi rəngli qançır polislər tərəfindən saxlanılarkən qoluna dəmir qandal taxılması üçün qolunu buranda öz təqsiri üzündən yerə yıxılıb aldığını bildirmiş, həmçinin polis əməkdaşları öz izahatlarında Təqsirləndirilən şəxs2 onlar tərəfindən heç bir zorakılıq göstərilmədiyini, Təqsirləndirilən şəxs2 həmin xəsarəti tutulan zaman sonuncunun qoluna qandal taxmaq istədikdə Elnurun öz ehtiyatsızlığı üzündən yerə yıxılaraq aldığını bildirmişlər, bundan əlavə məhkəmə-tibbi ekspertizasının 1 fevral 2023-cü il tarixli TS-12 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sol gözaltı nahiyənin qançırı olmuş və qeyd olunan xəsarət bərk-küt əşyanın təsirindən törənmiş, tibbi sənəddə göstərilən müddətdə, yəni 9 yanvar 2023-cü il tarixdə alınması mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 3). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən götürülmüş tədqiqatlardan sonra qalıq çəkiləri 2023,143 qram olan narkotik vasitə heroin, 5019,9 qram narkotik vasitə qurudulmuş marixuana, ondan götürülmüş 1 ədəd “Samsung" markalı mobil telefon, Təqsirləndirilən şəxs2 götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 3,726 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş, bundan əlavə, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərinə, idarə etdiyi avtomobilə və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və baxış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 3 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 128-149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon məhkəməsinin 4 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 18 mart 2022-ci il tarixdə cəza müddəti bitmişdir (cild 1, iş vərəqə 224-225 və 241-248). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayəti əvvəlki cinayət işi üzrə cəzasını çəkib qurtardıqdan 1 il keçmədən törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəlki cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı cinayət əməlində cinayətlərin residivi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 227). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağı var (cild 2, iş vərəqə 173). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 6 yanvar 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 29). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 8 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 102-104). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 6 yanvar 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 139). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 8 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 189-190). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətlərinin başlanğıcı tutulduqları 6 yanvar 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 431 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 215,5 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən götürülmüş tədqiqatlardan sonra qalıq çəkiləri 2023,143 qram olan narkotik vasitə heroin, 5019,9 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 3,726 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, -3 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddətlər cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 431 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 215,5 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən götürülmüş tədqiqatlardan sonra qalıq çəkiləri 2023,143 qram olan narkotik vasitə heroin, 5019,9 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 3,726 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, -3 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.