Məhkəmə qərarları › İş №1(101)-350/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-350/2020

04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-350/2020 04.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, Hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı Cəbrayıl oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi DOST Agentliyinin nümayəndəsi x1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili x18 iştirakı ilə xx.xx.1966-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin x xxxx 2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası şərti sayılmaqla 3 (üç) il sınaq müddəti tətbiq edilmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1, 32.5, 321.1, və 29 32.5, 335.1ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 maddəsinə əsasən 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29.178.2.1 və 178.2.2-ci maddələri ilə 4 (dörd) il, CM-in 66.5-ci maddəsinə əsasən 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzasına və 300 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə cəzasının müddəti 5 (beş) il həddində müəyyən edilmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.2, 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə cəzaları qismən toplanılmış və tam birləşdirilib üzərində 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.1 və 178.2.2-ci maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) ilə endirilmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş və hazırki qərarla 5 il 9 ay müddətə azadlıqdan məhrumetmə və icrası müstəqil müəyyən edilmiş 300 manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.1 və 178.2.2-ci maddələri ilə təyin edilmiş hazırki qərarla 3 il həddinə endirilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası və icrası müstəqil müəyyən edilmiş 300 manat məbləğində cərimə cəzası saxlanılmış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin x xxxx 2018-ci il tarixli qərarı ilə Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş 6 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilmiş, məhkumluqları ödənilməmiş və götürülməmiş, ünvan 1 15 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilib Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 hər hansı bir dövlət işində işə qəbul edilmək niyyətini tanışlarından eşitdikdən sonra 2019-cu ilin sentyabr ayında istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə zəng vurub özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Əmək və x19 Nazirliyi yanında x20 Təminat (DOST) Agentliyində şöbə müdiri “Elçin müəllim” kimi təqdim edib Şahid1 guya Agentliyə işə qəbulla bağlı keçiriləcək müsabiqədə iştirak edən şəxslərin çox olduğunu, lakin sonuncunun Agentliyin sədri tərəfindən ona tapşırıldığını, ona görə də sonuncunu işə müsabiqədən kənar tez qəbul edəcəklərini bildirib anket məlumatları yazılmış namizədlik sənədi sayılan “CV” (bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımı məlumatları özündə saxlayan sənəd) istəmiş, bundan sonra Şahid1lə 2019-cu ilin sentyabr ayında istintaqa məlum olmayan gündə ünvan 4-ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və x19 Nazirliyi yanında x20 Təminat (DOST) Agentliyinin İnzibati binasının yaxınlığında təklikdə görüşən zamanı bir daha özbaşına özünü Şahid1 sonuncu Agentliyin şöbə müdiri kimi təqdim edərək Şahid1 işlədiyi Agentlikdə işə düzəldə biləcəyini yalandan bildirib aldatmaqla görəcəyi işdə özünə inam yaratmaq məqsədilə Şahid1 sonuncuya məxsus “CV” sənədini, hərbi biletin, diplomun və şəxsiyyət vəsiqəsinin surətini alaraq, qəsdən Şahid1 Azərbaycan Respublikası Əmək və x19 Nazirliyi yanında x20 Təminat (DOST) Agentliyində qanunsuz olaraq müsabiqədən kənar işə düzəlməsinin müsbət həllinə görə həmin Agentlikdə işləyən tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 (beş min) manat məbləğində pul vəsaitinin özünün vasitəsi ilə birbaşa yolla verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, həmin adla Şaiq Şabıyevdən 5.000 (beş min) manat məbləğində pulu xx xxxxxxxx 2019cu il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən x36nda alıb şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 5.000 (beş min) manat məbləğində pulunu ələ keçirib dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin - Azərbaycan Respublikası Əmək və x19 Nazirliyi yanında x20 Təminat (DOST) Agentliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.2-ci maddələri ilə ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə isə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Sumqayıt şəhər 6 saylı orta məktəbdə fizika müəllimi işləmiş, 2005-ci ildən 2010-cu ilədək fərdi sahibkarlıqla məşğul olmuşdur. 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il şərti cəzaya məhkum olmuş, 2014-cü ildə eyni maddə ilə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilməklə 2018-ci ildən x26 müəssisəsində cəza çəkir. 2019-cu ilin sentyabr ayında çoxdan tanıdığı Xanımcan adlı həkim ona müraciət edərək bir nəfər Şahid1 adlı şəxsi işə düzəltməyə köməklik etməyi ona bildirmişdir. Xanımcan həmin şəxsi tanımadığını, ondan da həmin şəxsi tanıdığı bir nəfərin xahiş etməsini bildirmiş, lakin o həmin şəxsin adını xatırlamır. Bundan sonra 2019-cu ilin sentyabr ayında Elmlər Akademiyası metrostansiyasının yaxınlığında x36nda görüşmüş, Şaiq ona Əmək və x19 Nazirliyi yanında x20 Təminat “DOST” Agentliyinə işə qəbul olunmasını xahiş etmiş, o, da həmin agentlikdə yaxın adamının işlədiyini və onu 5.000 manat müqabilində ora işə qəbul etdirə biləcəyini demişdir. Şaiqə 5.000 manatı DOST Agentliyində işləyən tanışına verəcəyini və bu yolla onu həmin Agentliyə işə qəbul etdirəcəyini, həmin şəxsin adını deməyib şöbə müdiri olduğunu bildirmişdir. Bundan sonra, 2019-cu ilin sentyabr ayının sonlarında Şahid1lə ikisi həmin parkda görüşüb sonuncudan 5.000 manatı almışdır. O pul almağı haqqında Xanımcan və digərlərinə deməməsini, həmçinin qısa zamanda işin həll olunacağını Şaiqə bildirmişdir. Həmin pulu o şəxsi ehtiyaclarına sərf etmiş, DOST Agentliyində tanışı olmamış, həmin pulu ehtiyacı olduğu üçün aldadaraq Şaiqdən almışdır. Şaiqi Xanımcana kimin göndərdiyini bilmir, həmin şəxsləri tanımır, pulu şəxsən tək xərcləmiş, özünü DOST Agentliyinin əməkdaşı kimi təqdim etməmiş, sadəcə bildirmişdir ki, tanışı orada şöbə müdiri işləyir. xx xxxxxx 2019-cu il tarixli qərarlarla işi üzrə Azərbaycan Respublikasının Əmək və x19 Nazirliyi yanında Dayanıqlı və x25 (DOST) Agentliyinin DOST Agentliyi iş üzrə zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin nümayəndəsi qismində isə x14 Təminat Şöbəsinin müdiri x2 tanınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015- 2018-ci illərdə Naxçıvan MR-da yerləşən N saylı hərbi hissədə baş leytenant hərbi rütbəsində ehtiyat komanda məntəqə rəisi işləmiş, hal-hazırda ehtiyatda olmaqla, xəstəliyi ilə əlaqədar hərbi xidmətdən təxris olunmuşdur. Heç bir yerdə işləmədiyi üçün tanışlardan ona iş tapmasını xahiş etmiş, 2019-cu ilin sentyabr ayının əvvəllərində, xatırlamadığı gün və vaxtda tanışı Şahid5la sonuncunun işlədiyi ünvan 3 ünvanında yerləşən Məhkəmə-Tibbi Ekspertizası və x4 yerləşən xidməti otağında təklikdə görüşmüşdür. Şahid5 tanışlarının çox olması və ona kömək edə biləcəyini fikirləşdiyi üçün sonuncudan ona iş tapması, işə düzəlməkdə köməklik etməsi barədə xahiş etmişdir. Şahid5 bir nəfər şəxsə zəng edib danışdıqdan sonra Azərbaycan Respublikası Əmək və x19 Nazirliyi yanında x20 Təminat (DOST) agentliyinə işə düzlədə biləcəyini, bunun müqabilində ona 7.000 (yeddi) manat pul verməsini bildirmişdir. Həmçinin danışdığı şəxsin, adını sonradan bildiyi və tanıdığı Misrəddinin telefon nömrəsini ona verib telefon əlaqəsi saxlamağını, sonuncunun işə düzəlmə məsələləri ilə bağlı lazım olan səndləri ona izah eədəcəyini bildirmişdir. O, Şahid5 yanından ayrıldıqdan sonra həmin gün xatırlamadığı vaxtda istifadəsində olan ***-***- **-** rəqəmli mobil telefon nömrəsindən Misrəddinin istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə zəng vurub tanışlıq vermişdir. Misrəddin onu Əmək və x19 Nazirliyi yanında x20 Təminat (DOST) Agentliyinə işə düzəldə biləcəyini deyib CV-sini hazırlayıb təqdim etməyi xahiş etmişdir. O, CV-sini hazırladıqdan sonra 2019-cu ilin sentyabr ayının əvvəllərində xatırlamadığı gün və vaxtda Misrəddinlə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Medi Lux” Hospitalının yaxınlığında təklikdə görüşmüş, görüş zamanı CV-ni Misrəddinə təqdim etmiş və sonuncu həmin vaxt kiməsə zəng vurub onun barəsində məlumat vermişdir. Bundan sonra Misrəddin yaxınlaşıb onu DOST Agentliyinə işə düzələcəyini bildirmiş, lakin orada hansı vəzifəyə və kimin vasitəsi ilə işə düzəldəcəyi barədə ona heç bir söz deməmiş, o da bu barədə heçnə soruşmamışdır. O, işlədiyi yerdə əmək haqqının hansı məbləğdə olacağını maraqlandıqda Misrəddin 450-500 manat olacağını demişdir. O, əmək haqqının məbləğinin az olduğunu Misrəddinə bildirdikdə sonuncu 7000 manat pula bu məbləğdə əmək haqqı olan işə düzəldə biləcəyini demişdir. Bundan sonra Misrəddin işlə bağlı xəbər edəcəyini deyib sağollaşaraq ondan ayrılmışdır. Həmin günü, yəni 2019-cu ilin sentyabr ayının əvvəllərində, xatırlamadığı gün və vaxtda adını sonradan bildiyi Həbib ***-***-**-** rəqəmli mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə zəng vurub özünü Elçin adı ilə təqdim edib “DOST” Agentliyində şöbə müdiri işlədiyini, onu Agentliyin sədrinin tapşırdığını, işə qəbulla bağlı keçiriləcək müsabiqədə iştirak edən şəxslərin çox olmasını, tapşırlıdığına görə hamıdan tez onu qəbul edəcəklərini bildirmişdir. Həbibin bu sözündən sonra o, Qalibin və ya Misrəddinin “DOST” agentliyinin sədrinə onu tapşıra biləcəyini fikirləşmişdir. Həbibdən hansı vəzifəyə işə düzələcəyi barədə soruşsada sonuncu bu suala cavab verməkdən yayınmış, “DOST” Agentliyində əmək haqqının hansı məbləğdə olduğu ilə maraqlandıqda isə hazırda xatırlamadığı məbləğdə əmək haqqı alacağı, həmçinin “DOST” Agentliyinin yaxınlığında görüşüb CV-ni və digər sənədlərin surətini təqdim etməyi demişdir. O, Həbiblə sağollaşdıqdan sonra həmin gün xatırlamadığı vaxtda və gündə adını sonradan bilib tanıdığı Xanımcan ***-***-**-** rəqəmli mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə zəng vurub özünü Leyla adlı şəxs kimi təqdim edib “DOST” Agentliyinin kadrlar şöbəsinin əməkdaşı olduğunu bildirmişdir. Xanımcan onu “DOST” Agentliyinin sədrinin tapşırdığını, işə qəbulla bağlı keçiriləcək müsabiqədə iştirak edən şəxslərin çox olmasını, tapşırıldığına görə hamıdan tez qəbul ediləcəyini bildirmişdir. O, da ondan hansı vəzifəyə işə təyin olunacağı barədə soruşduqda sualına cavab verməkdən yayınmışdır. Xanım “DOST” Agentliyində işləmək fikrinin ciddi olduğu halda onu tapşıran adamlarla görüşüb məsələni həll etməyini demişdir. Lakin konkret kiminlə görüşüb danışmalı olduğunu, onu tapşıran şəxsin kim olmasını deməmiş və o da onu tapşıran şəxsin Qalib və ya Misrəddin olduğunu fikirləşdiyi üçün sonuncudan bu barədə heçnə soruşmamışdır. O, 2019-cu ilin sentyabr ayının sonlarında xatırlamadığı gün və vaxtda Həbiblə ünvan 4 ünvanında yerləşən “DOST” Agentliyinin inzibati binasının yaxınlığında təklikdə görüşmüşdür. O, Həbibə CV-sini, hərbi biletin, diplomun və şəxsiyyət vəsiqəsinin surətini verdikdən sonra sağollaşıb ayrılmışlar. O, tələb olunan məbləğin qarşısında əmək haqqı məbləğinin az olduğunu fikirləşdikdən sonra “DOST” Agentliyinə işə düzəlməkdən imtina etmək qərarına gəlib zəng vurub bu barədə Qalibə, Misrəddinə, Xanımcana və Həbibə məlumat vermişdir. Lakin sonradan, yəni 2019-cu ilin sentyabr ayının sonlarında xatırlamadığı gün və vaxtda Həbibə zəng vurub işə düzəlmək istədiyini, lakin arada olan adamların ondan 7.000 manat pul istədiyini, həmin məbləğdə pulun çox olmasını bildirdikdə sonuncu 5.000 manat məbləğində pul müqabilində onu “DOST” Agentliyinə işə düzəldəcəyini demişdir. O, Həbiblə razılaşdıqdan sonra xx xxxxxxxx 2019-cu ildə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən x36nda təklikdə görüşmüş və 5.000 manat pulu Həbibə verimiş, sonuncu işin qısa zamanda həll olunacağını demişdir. O, Həbibə pulu verdikdən bir müddət keçsə də, işə düzəlmək məsələsi alınmamış, Həbibdən hər dəfə telefonla zəng edib pulu tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirmiş, məsələni həll edəcəyini demişdir. Lakin Həbib nə iş məsələsini həll etmiş, nədəki verdiyi pulu geri qaytarmışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid5, Şahid6 və Şahid7 ilə arasında heç bir düşmənçilik və ədavət yoxdur. O, 5.000 manat pulu “DOST” Agentliyinə işə düzəlmək üçün, özünü həmin agentliyin şöbə müdiri kimi təqdim edən Təqsirləndirilən şəxs vermişdir. Pul vermək yolu ilə işə düzəlmə məsələsinin həll edilməsi təklifini Təqsirləndirilən şəxs etmişdir. “DOST” Agentliyinə işə düzəlmə qaydasını bilməmiş, Həbib pul vermək yolu ilə məsələni həll edəcəyini təklif etdikdən sonra sonuncu ilə razılaşmış, həmin məsələnin pul vermədən həlli yolu ilə maraqlanmamışdır. Pulu verdikdən sonra məqsədinə nail olmamış, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “DOST” Agentliyinin əməkdaşı deyil. İşə düzəlmək məsələsini həll etmək üçün verdiyi pul özünə məxsus olmuş, işlədiyi dövrdə əmək haqqından artırıb yığmışdır. Ondan 5.000 manat pul istənilməsi barədə atası Şahid2 və anası Şahid3 məlumatlı olmuşdur. İşə düzəlmək üçün verdiyi pulun hansısa vəzifəli şəxsə çatacağını bildirsədə, Təqsirləndirilən şəxs həmin şəxsin kim olması barədə heçnə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əmək fəaliyyətinə 2003-cü ildən başlamaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Məhkəmə-x8 kimya bölməsinin rəisi, 2008-2012-ci illərdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və x5 Kimya şöbəsinin rəisi, 2012-2015-ci illərdə hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında Analatik tədqiqatlar şöbəsinin rəisi, 2016-cı ildən halhazıradək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Məhkəmə-x9 Məhkəmə Kimya bölməsinin rəisi işləyir. Şahid1 təxminən üç ildir ki, tanıyır, onunla arasında heç bir düşmənçilik və ədavət yoxdur. Şahid1 əvvəllər hərbi xidmətdə qulluqda olmuş, onunla tanışlığı oradan yaranmışdır. Şahid1 heç bir yerdə işləmədiyi üçün iş tapmaqda köməklik etməyi ondan xahiş etmişdir. Belə ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində, xatırlamadığı gün və vaxtda Şahid1 işlədiyi ünvan 5 ünvanında yerləşən Müdafiə Nazirliyinin Məhkəmə x6 yerləşən xidməti otağında təklikdə görüşmüşdür. Şahid1 iş tapmağı, işə düzəlməkdə köməklik etməyini ondan xahiş etmişdir. O, bununla bağlı qohumu Şahid6la telefon əlaqəsi saxlayıb sonuncuya Şahid1 adlı tanışının olmasını, onun işə düzəlmə məsələsində köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Şahid6 ona Şahid1 DOST Agentliyinə işə düzəldə biləcəyini demişdir. Bundan sonra o, Şahid6 mobil telefon nömrəsini Şahid1 əlaqə saxlaması üçün vermişdir. Digər baş verənlərdən isə xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1986-cı ildə Azərbaycan Respublikasının Tibb Universitetinin müalicə işi fakultəsini bitirmiş, 1986-cı ildən 2012-ci ilə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və x10 Stansiyasında çağırış həkimi işləmişdir. 1993-1996-cı illərdə Qarabağ müharibəsində iştirak etmişdir. Şahid5 Nəsib oğlu əmisi oğlu olmaqla, onunla arasında heç bir düşmənçilik və ədavət yoxdur. 2019-cu ildə xatırlamadığı ay, gün və vaxtda Qaliblə Bakı şəhərində xatırlamadığı ünvanda təklikdə görüşən zaman sonuncu Şahid1 adlı tanışının olmasını, həmin şəxsin iş axtardığını, iş tapmaqda köməklik edə bilib-bilməyəcəyini soruşmuş, belə imkanı olacağı halda kömək edəcəyini demişdir. Bundan sonra 2019-cu ildə xatırlamadığı ay, gün və vaxtda tanşı Şahid4 ilə Bakı şəhərində xatırlamadığı ünvanda görüşüb söhbət edən zaman sonuncuya, Şaiqi nəzərdə tutaraq bir nəfər şəxsə iş axtardığını bildirmişdir. Bir müddət keçdikdən sonra 2019-cu ildə xatırlamadığı ay, gün və vaxtda Şahid4 zəng vurub ona dediyi iş məsələsi ilə bağlı narahat etdiyini demişdir. Bundan sonra 2019-cu ildə xatırlamadığı ay, gün və vaxtda Şaiq ona zəng vurub, nömrəni Şahid5 aldığını, işə düzəlmək məsələsi ilə bağlı onunla görüşmək istədiyini demişdir. O, da CV-sini hazırlayıb gətirməsini Şaiqdən xahiş etmişdir. Onlar Şaiqlə ilk dəfə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Medi Lux” Hospitalının yaxınlığında təklikdə görüşmüşdür. Görüş zamanı o, CV-ni Şaiqdən almış, sonuncuya DOST Agentliyinə işə düzələ biləcəyini demiş və İlqara zəng vurub CV-ni götürdüyünü, onunla görüşüb CV-ni vermək istədiyini bildirmişdir. Bundan sonra 2019-cu ildə xatırlamadığı, ay gün və vaxtda Bakı şəhəri Nərimanov rayonu ərazisində xatırlamadığı ünvanda Şahid4lə görüşüb Şaiqin haqqında olan CV-ni ona vermişdir. Bundan sonra 2019-cu ildə xatırlamadığı ay, gün və vaxtda Şaiq zəng vurub DOST Agentliyində işləmək istəmədiyini ona demişdir. Bundan sonra bu məsələ ilə bağlı o, heç kəslə əlaqə saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1987-ci ildə Azərbaycan Respublikasının Tibb Universitetinin müalicə profilaktika fakultəsini bitirmiş, əmək fəaliyyətinə 1988-ci ildə başlamaqla Respublika Klinik Xəstəxanasında həkim-anestezioloq, 1998- 2002-ci illərdə həmin xəstəxananın baş həkiminin müavini, 2002-2005-ci illərdə Bakı şəhər Baş Səhiyyə İdarəsində Kadrlar şöbəsinin rəisi, 2006-cı ildən hal-hazıradək isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş Ofisinin Tibbi Xidmətin Təşkilinə Nəzarət Şöbəsinin rəis müavini işləyir. Şahid6 15 ildir ki, tanıyır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. 2019-cu ilin yay fəslində, xatırlamadığı ay, gün və vaxtda Şahid6 istifadəsində olan ***-***- **-** rəqəmli mobil telefon nömrəsinə ***-***-**-** rəqəmli mobil telefon nömrəsindən zəng vurub tanışı, adını sonradan bildiyi Şaiq Şabıyevin DOST Agentliyinə işə qəbulla bağlı həmin agentlikdə keçiriləcək müsabiqədə iştirak etməsində kömək etməyin lazım olduğunu, müsabiqədə iştirak etməsə növbəti müsabiqənin 4-5 ay sonra keçirilməklə vaxt uzanmasına səbəb olacağını bildirmişdir. O, da Misrəddinə dost-tanışdan maraqlanıb bununla bağlı kömək edə bilən şəxs olarsa məlumat verəcəyini demişdir. Bundan sonra o tanışı Şahid7 ilə telefon əlaqəsi saxlayıb, yəni sonuncunun istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefonuna zəng edib bu məsələ ilə bağlı maraqlanmış və sonuncu bir-iki gündən sonra ona zəng vurub həmin məsələdə kömək edə bilən şəxsin olmasını bildirmişdir. O, bu barədə telefon əlaqəsi saxlayıb Şahid6 bildirmiş və sonuncudan Şaiq Şabıyevin anket məlumatlarını ona verməsini istəmişdir. 2019-cu ilin yay fəslində, xatırlamadığı ay, gün və vaxtda Şahid6la Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkının yaxınlığında görüşmüş, Misrəddin Şahid1 anket məlumatları olan CV-ni ona vermişdir. Şahid1 CV-sini aldıqdan sonra həmin gün xatırlamadığı vaxtda Şahid7 zəng vurub Şahid1 telefon əlaqə vasitəsini sonuncuya vermişdir. Bundan sonra bu işlə bağlı heç kəslə əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1979- 1981-ci illərdə 1 nömrəli x33 Akuşer və Ginekologiya ixtisası üzrə orta ixtisas təhsili almış, 1983cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əbülfəz Qarayev adına 2 saylı x15 baş tibb bacısı işləməyə başlamışdır. 1985-1991-ci illərdə Azərbaycan Respublikasının Tibb Universitetinin tibbi proflaktika fakultəsində ali təhsil almış və 1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əbülfəz Qarayev adına 2 saylı x16 Labaratoriya şöbəsinin müdiri işləyir. Şahid4 20 ildir ki, tanıyır, onunla arasında heç bir düşmənçilik və ədavət yoxdur. 2019-cu ilin iyul ayında xatırlamadığı gün və vaxtda Şahid4 xidməti otağında olan ***-***-**-** rəqəmli telefona zəng edib tanışı Şahid6 adını sonradan bildiyi Şaiq Şabıyevi DOST Agentliyinə işə düzəlmə ilə bağlı keçiriləcək müsabiqədə köməklik etməyi xahiş etməsini ona bildirmiş və bu məsələdə kömək edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O, bu məsələ ilə bağlı tanışlarından maraqlanıb xəbər verəcəyini İlqara bildirmişdir. Bundan sonra tanışı Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb, “DOST” Agentliyində işə qəbulla bağlı keçiriləcək müsabiqədə bir nəfər şəxsə köməklik etmək lazım olduğunu, onun bu işdə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs “DOST” Agentliyində işləyən adını bildirmədiyi tanışından bu məsələdə köməklik etməsini xahiş edə biləcəyini deyəndən sonra o İlqar həkimə zəng vurub Həbibin nömrəsini ona vermişdir. İlqar mobil telefon nömrəsini Şaiqə verəcəyini, sonuncunun onunla əlaqə saxlayacağını bildirmişdir. Şaiq onunla əlaqə saxladıqda Həbibin mobil telefon nömrəsini verib sonuncu ilə əlaqə saxlamasını ona demişdir. Bir neçə gün sonra, 2019-cu ilin iyul ayında xatırlamadığı gün və vaxtda Həbibə zəng vurub Şaiqə kömək edə bilib-bilməməsi ilə maraqlanmışdır. Həbib Şaiqin işləmək istəmədiyini, ona görə iş məsələsinin alınmadığını demişdir. Bundan sonra olanlardan onun xəbəri olmamışdır. Daha sonra 2019-cu ilin oktyabr ayında xatırlamadığı gün və vaxtda Şaiq ona zəng vurub “DOST” Agentliyinin yaxınlığında görüşmüşdür. Onun idarə etdiyi “Ford” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobildə söhbət edən zaman Şaiq Həbibin “DOST” Agentliyinə işə qəbulla bağlı keçiriləcək müsabiqədə ona köməklik edəcəyinə vəd verib 5.000 manat pulunu aldığını, lakin vədinə əməl etməyib onu aldadaraq heç bir köməklik göstərmədiyini və pulunuda qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1990-cı ildə Şahid3 ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı vardır. Şahid1 2015-2018-ci illərdə Naxçıvan MR-da yerləşən N saylı hərbi hissədə baş leytenant hərbi rütbəsində ehtiyat komanda məntəqə rəisi işləmiş, hal-hazırda ehtiyatda olmaqla, xəstəliyi ilə əlaqədar hərbi xidmətdən təxris olunmuşdur. Şaiq heç bir yerdə işləmədiyi üçün tanışlardan ona iş tapmasını xahiş etmiş və bunun bağlı 2019-cu ilin sentyabr ayında DOST agentliyində şöbə müdiri işləyən Elçin adlı şəxsi kimi təqdim edən, lakin sonradan adının Həbib olduğunu bildiyi şəxslə tanış olmuşdur. Həbib Şaiqi “DOST” Agentliyində işə qəbulla bağlı keçiriləcək müsabiqədə kömək etməklə həmin yerə işə düzəldəcəyinə söz vermiş və 2019-cu ilin sentyabr ayında Bakı şəhərində xatırlamadığı ünvanda oğlu Şaiqdən 5.000 manat pul almışdır. Bu günə kimi Həbib oğlunun nə iş məsələsini həll etmiş, nədə ki, verdiyi pulu geri qaytarmışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, sadəcə adını eşitmiş, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Şaiqin Təqsirləndirilən şəxs 5.000 manat pul verən zaman yanında olmamış, lakin oğlu Şaiq özü bu barədə ona danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq zamanı toplanmış digər sənədlərlə də tam təsdiq olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** rəqəmli azercell mobil operatoruna məxsus nömrəsinə daxil olan və çıxan zənglərin, smslərin cədvəli olan bir ədəd CD diskə məhkəmədə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** rəqəmli azercell mobil operatoruna məxsus telefon nömrəsi ilə Şahid1 isitifadəsində olmuş ***-***-**-** rəqəmli azercell mobil operatoruna məxsus telefon nömrəsi arasında xx.xx.2019-cu ildə saat 10:54:19-da 25 saniyə, xx.xx.2019-cu ildə saat 11:08:05-də 27 saniyə, xx.xx.2019-cu ildə saat 14:29:18-də 63 saniyə, xx.xx.2019-cu ildə saat 12:17:24-də 267 saniyə, xx.xx.2019-cu ildə saat 11:06:01-də 75 saniyə, xx.xx.2019-cu ildə saat 12:14:17-də 22 saniyə, xx.xx.2019-cu ildə saat 12:33:14-də 14 saniyə, xx.xx.2019-cu ildə saat 19:05:32-də 74 saniyə, xx.xx.2019-cu ildə saat 14:30:13-də 129 saniyə, xx.xx.2019-cu ildə saat 17:59:26-da 81 saniyə, xx.xx.2019-cu ildə saat 11:16:24-də 48 saniyə, xx.xx.2019-cu ildə saat 14:09:28-də 34 saniyə, xx.xx.2019-cu ildə saat 14:32:24-də saat 76 saniyə olmaqla 13 dəfə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** rəqəmli azercell mobil operatoruna məxsus telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** rəqəmli azercell mobil operatoruna məxsus telefon nömrəsi arasında bir sms yazışması müəyyən edilməklə Şahid1 Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə saat 12:31:30-da «Mellim ne vaxd saat necede harda olum ? Tam haziram» məzmununda sms göndərmişdir. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, 2019-cu ilin sentyabr ayında Şahid1lə Təqsirləndirilən şəxs arasında baş verən danışıqların anten dairəsi x34 küçəsi, x36, Yasamal rayonu, İ.Qutqaşınlı 488ci məh, Astoriya tibb mərkəzi, Bakı şəhəri, Mir Cəlal küçəsi 105, Sumqayıt şəhəri Şirvan şadlıq sarayı, Sumqayıt, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Hyatt Regency, Bakıxanov küçəsi, Nərimanov pr, S.Rahimov küç, Ağa Əliyev küçəsində qeydə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Əmək və x19 Nazirliyindən daxil olan xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik tabeliyində olan DOST Agentliyində işləməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-də yoxlanılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş və məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (sədrlik edən hakim x11) x xxxx 2010-cu il tarixli, 1(101)-928/2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib əmlakı müsadirə edilməklə 7 (yeddi) il müddətinə, Azərbaycan Respublikası CM-nin 320.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törəməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona təyin olunmuş cəzalar qismən toplanaraq qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona 3 (üç) il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, həmin iş üzrə 5 (beş) ay, 4 (dörd) gün həbsdə qaldığı müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı Hərbi Məhkəməsinin (hakim x17) xx xxxx 2014-cü il tarixli, 1(093)-142/14 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1, 32.5, 321.1, və 29 32.5, 335.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaq yolu ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin x xxxx 2010-cu il tarixli hökmü ilə şərti məhkumetmə ləğv edilərək həmin hökm üzrə təyin edilmiş 7 il 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yeni hökümlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim x28) xx xxxx 2016-cı il tarixli, 1(007)-37/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29.178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 300 manat miqdarında cərimə yeni hökmlə təyin edilmiş qəti cəza ilə qismən toplanılmaqla o, 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzasına və 300 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhər Nərimanov rayon Məhkəməsinin (x12) xx xxxxxx 2017-ci il tarixli, 7(005)-313/2017-ci il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1, 32.5, 321.1, və 29, 32.5, 335.1-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə və 300 manat cərimə cəzsına məhkum edilmiş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə həmin maddələrlə azadlıqdan məhrumetmə cəzasının müddəti 05 il həddində müəyyən edilmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.2, 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə cəzaları qismən toplanılmış və tam birləşdirilmiş Təqsirləndirilən şəxs üzrəində 5 il 9 ay müddətə azadlıqdan məhrumetmə və icrası müstəqil müəyyən edilmiş 300 manat məbləğində cərimə cəzası saxlanılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.1 və 178.2.2-ci maddələri ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 ilə endirilmiş və həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 il müddətində azadlıqdan məhrum etmə cəzası və icrası müstəqil müəyyən edilmiş 300 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin x xxxx 2018-ci il tarixli, 7 (005)-654/2018 - saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, cəzasının sonu xx xxxxxx 2020-ci il tarixə düşən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş 6 il azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Dayanıqlı və x25 Agentliyinin nizamnaməsindən görünür ki, Agentlik “DOST” mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcədə məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və x19 Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin “DOST” mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən public hüquqi şəxsdir. Agentlik Bakı şəhərində yerləşir. Məhkəmə, təqsirləndirilən şəxsin Şahid1 aldatmadığı, özünü DOST Agentliyinin şöbə müdiri kimi kimi təqdim etməməsinə dair ifadəsinə təndiqi yanaşaraq həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş və iş üzrə məhkəmədə müəyyən olunan hallarla ziddiyyət təşkil edən ifadə kimi qiymətləndirib sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrıayrılıqda və məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, mənsubiyyəti mümkünlüyü üzrə qiymətəndirməklə daxili inamını rəhbər tutaraq həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs Şaiq Şabıyevdən 5.000 (beş min) manat məbləğində pulu xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən x36nda alıb şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 5.000 (beş min) manat məbləğində pulunu ələ keçirib dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin - Azərbaycan Respublikası Əmək və x19 Nazirliyi yanında x20 Təminat (DOST) Agentliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2015-ci il tarixli qərarın 2-ci və 3-cü bəndlərində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin 5000 manat pulunu etibardan sui istifadə etmək yolu ilə əldə etməsini müəyyən edilməsini də «dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 7 № li qərarın tövsiyyələri baxımından da əsaslı hesab edir. x23 24 bəndinə əsasən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə ələqadar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan huququnu) ələ keçirməklə yanaşı, fiziki və ya huquqi şəxslərin huquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozulmamsına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 178 və 310-cu maddələri ilə tövsif edilir. x23 36 bəndinə əsasən şəxs o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin ( hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq ( CM-nin 178 –ci maddəsi) həm də rüşvət verməyə təhrik etmə ( CM-nin 32.4, 312-cü maddələri) kimi qiymətləndirilir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrıayrılıqda və məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, mənsubiyyəti mümkünlüyü üzrə qiymətəndirməklə daxili inamını rəhbər tutaraq həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən isə Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs verilmiş ittihamda Şahid1 maddi ziyan vurması müəyyən edildiyinə görə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.2-ci cü maddələri ilə tam əhatə olunur. Məhkəmə, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsüf edilmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4,312.2-ci maddələrinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də, məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddələri ilə tövsif edilməsini əsaslı sayaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsinin sanksiyasında özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2-ci maddəsinin sanksiyasında vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 06 saylı x26 Müəssisəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 17/46-866 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən həmin müəssisədə cəza çəkir və ona təyin olunmuş 300 manat cərimə cəzası ödənilməmişdir. Penitensiar Xidmətin 06 saylı x26 Müəssisəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 17/46-865 nömrəli müşayət məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, sonuncu ailəsi ilə görüşmək üçün 3 gün müddətində icazə almışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04 (001)-1006/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu tarixdən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69–cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu gün xx xxxxxx 2019-cu il tarixdən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün x26 müəssisəsinə keçirilmiş və cəzasının sonu xx xxxxxx 2020-ci il tarixə düşən müddət, yəni 2 ay 6 gün , eləcə də, Bakı şəhəri Nərimanov rayonunun məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə icrası müstəqil müəyyən edilmiş 300 manat məbləğində cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsaəsn hazırki çıxarılmış hökmlə hökmlərin məcmusu üzrə birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm ilə təyin edilmiş cəzaya əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1 maddəsində əsəsən cinayətlərin məcmusu və ya hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanır və həmin məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə cəzası, azadlıqdan məhrum etmə cəzası ilə toplanarkən cərimə cəzası müstəqil icra olunmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1 və 61.1.6-cı maddələrinə əsasən cinayətlərin residivi (təhlükəli) və Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinə münasibətdə cinayətin tamah məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hallar kimi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residi təhlükəli sayılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi şəraitini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah və tərbiyə olunması yalnız cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum edilərək ola bilər və buna görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.2-ci maddələrinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.-ci maddəsinə əsasən, Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməsi qənaətinə gəldiyindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunub, məhkumluqları ödənilməmişdir. Məhkəmə, xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkməklə islah oluna biləcəyi qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Cinayət işi üzrə maddi sübutun, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Həmçinin üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunması təklif olunan əmlak olmaması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi İstintaq idarəsinin qərarına əsasən təyinat üzrə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili x21, məhkəmə istintaqı zamanı isə məhkəmənin qərarına əsasən təyinat üzrə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili x31 tərəfindən həyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə - vəkil x13 282 (iki yüz səksən iki) manat, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili x27 150 (yüz əlli ) manat miqdarında pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respulbikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, она Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-cimaddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 ay 6 gün hissəsi və 300 manat məbləğində cərimə cəzası ilə qismən birləşdirilsin, она qəti olaraq 7 (yeddi) il 2(iki) ay müddətə azadlıqdan məhrum etmə və 300 manat məbləğində cərimə cəzaсı təyin edilsin. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, maddi ziyan , mülki iddia yoxdur, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından hüquqi yardımla bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına- vəkil x13 282 (iki yüz səksən iki) manat, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabınax27 150 (yüz əlli ) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim İlham Mahmudov Hakimlər Mirzə Xankişiyev Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar