Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-350/2021 22.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X17 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 23 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakı ilə, x xxxxxx 1988-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (Nəsimi rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 318.1-ci maddələri ilə təqsirli bilinib 3 (üç) 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, x xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Amnistiya Aktının tətbiq edilməsi barədə qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş), məhkumluğu ödənilmiş, Gürcüstan Respublikası, Tiblisi şəhəri, Ponicala qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, ev 97, mənzil 1102-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib gəzdirməklə daşıyaraq saxlamış, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah hesab edilən “Makarov” konstruksiyalı tapançanı, 1 ədəd “Makarov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı, 32 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı döyüş sursatı sayılan patronları, eləcə də, “UZRQM” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istihsal olunmuş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı olmaqla MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsini və 1 ədəd “UZRQM” tipli partlayıcını qanunsuz əldə etmiş, bundan başqa, istintaqa məlum olmayan məbədən naməlum vaxtda, şəraitdə qanunsuz olaraq külli miqdarda 8,895 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 4,403 qram çəkidə psixotrop maddə metamfetamini əldə etmiş, həmin odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını, həmçinin külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini üzərində gəzdirərək saxlamaqla yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 97 saylı evin 1102 nömrəli mənzilinə qanunsuz daşımış, həmin narkotik vasitə heroinin külli miqdarda 3,218 qramını 1 ədəd bükümdə qablaşdıraraq 2 ədəd patronla birlikdə üzərində, qalan külli miqdarda 5,677 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 4,403 qram çəkidə psixotrop maddə metamfetamini, 1 ədəd “Makarov” konstruksiyalı tapançanı, içərisində 8 ədəd patron olan darağı, 22 ədəd patronu, 1 ədəd “F-1” tipli əl qumbarasının gövdəsini, 1 ədəd “UZRQM” tipli partlayıcı ilə birlikdə yaşadığı həmin mənzildə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 97 saylı evin qarşısında saxlanılaraq qeyd edilən Baş İdarəyə dəvət edilmiş və orada həmin tarixdə saat 14:20-də keçirilən şəxsi axtarış zamanı əynindəki idman gödəkcəsinin sağ yan cibindən 2 ədəd istifadəyə və atəşə yararlı 9x18 kalibrli döyüş sursatı hesab edilən patron və 1 ədəd bükümdə külli miqdarda 3,218 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 97 saylı evin 1102 nömrəli mənzinə xx xxxxxx 2020-ci il tarixdə saat 16:50-dən etibarən baxış keçirilərkən mənzilin dəhlizində yerləşən divanın altından 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silahı hesab edilən “Makarov” konstruksiyalı tapança, 1 ədəd “Makarov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş daraq, 32 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı döyüş sursatı sayılan patronlar, həmçinin “UZRQM” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yaralı olmaqla MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsini və 1 ədəd “UZRQM” tipli partlayıcı, eləcə də, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd polietilen bükümdə külli miqdarda 5,677 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd polietilen bükümdə külli miqdarda 4,403 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, içərisində 1 ədəd metamfetaminin izləri olan qələm qabı və heroin izləri olan 1 ədəd plastik qab aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl axşam saatlarında yaşadığı binanın yaxınlığında yerləşən zibil qutularına zibil atarkən qutuların yanında 1 ədəd plastik materialdan olan qutu görmüşdür. Həmin qutu onda maraq oyatdığı üçün götürüb ağzını açaraq içinə baxmışdır. Qutunun içərisində tapança və patronlar görmüş, heç kim görməsin deyə ağzını bağlamış və kənardan baxan olmamasını dəqiqləşdirdikdən sonra həmin qutunu özü ilə götürüb yaşadığı mənzilə aparmışdır. Orada qutunun içərisinə dəqiq baxdıqda 1 ədəd “Makarov” tapançası, tapançanın sandıqcasının içərisində olan 8 ədəd patronu ilə birlikdə ümumilikdə 32 ədəd patron, 1 ədəd başlığı açılmış halda olan qumbara, 1 ədəd qumbara zapalı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə qutudakı patronlardan 2 ədədini özü ilə götürmüş və tanışlarından kiməsə göstərib nə olmasını maraqlanmaq məqsədilə cibinə qoyaraq saat 12:25-də yaşadığı binanın qarşısına düşmüşdür. Bu vaxt binanın qarşısında mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib onu həmin idarəyə aparmışlar. Həmin qutuda narkotik vasitə və psixotrop maddə olmamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. O, heç vaxt narkotik vasitə və psixotrop maddədən istifadə etməmişdir. Tapdığı silah və sursatlardan istifadə etməmişdir. İbtidai istintaq zamanı həmin ifadəyə oxumadan imza etmişdir. Gürcüstan Respublikasının vətəndaşı olsa da, təxminən 8 il əvvəl Azərbaycana gəlmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində yaşadığı binanın yaxınlığında yerləşən zibil qutularına zibil atarkən qutuların yanında 1 ədəd plastmas materiallı qutu gördüyünü, həmin qutu onda maraq oyatdığı üçün götürüb ağzını açaraq içinə baxdığını, qutunun içərisində tapança və patronlar gördüyünü, heç kim görməsin deyə ağzını bağladığını, kənardan baxan olmasını dəqiqləşdirdikdən sonra həmin qutunu özü ilə götürüb yaşadığı mənzilə apardığını, qutunun içərisinə dəqiq baxanda 1 ədəd “Makarov” tapançası, tapançanın sandıqcasının içərisində olan 8 ədəd patronu ilə birlikdə ümumilikdə 32 ədəd patron, 1 ədəd başlığı açılmış halda olan qumbara, 1 ədəd qumbara zapalı, 2 ədəd paketdə qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd paketdə psixotrop maddə metamfetaminə bənzər maddə, 8 bükümdə bitki toxumları, 1 ədəd plasmas qutuda siqaret tütünü, 16 ədəd siqaret qutusunun kəsikləri və 1 ədəd boş qələm qabı olduğunu müəyyən etdiyini, həmin əşyaları öz qutusunda yaşadığı mənzilin dəhlizində olan divanın alt hissəsində yerləşən saxlanc yerinə qoyub saxladığını, xx xxxxxx 2020-ci il tarixdə qutudakı patronlardan 2 ədədini və 1 ədəd paketdə qəhvəyi rəngli toz halında olan narkotik vasitə heroinə bənzər maddəni özü ilə götürüb tanışlarından kiməsə göstərib nə olmasını maraqlanmaq məqsədilə cibinə qoyaraq saat 12:25-də yaşadığı binanın qarşısına düşdüyünü, binanın qarşısına düşdükdən sonra mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq saxlayıb özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlamaqda, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaq və daşımaqda şübhəli olduğunu bildirərək barəsində çıxarılmış qərarla tanış edib Baş İdarəyə gətirdiklərini, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparıldığını, axtarış zamanı ona edilən təklifdən sonra əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibində saxladığı 2 ədəd patronu və 1 ədəd paketdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etdiyini, həmçinin üzərində mobil nömrə və işlək vəziyyətdə olmayan “Samsung Duos” markalı mobil telefonu da verdiyini və yaşadığı mənzildə də narkotik vasitə və silahlar saxladığını bildirdiyini, yaşadığı mənzildə baxış zamanı ona edilən təklifdən sonra mənzilin dəhlizindəki divanın altında saxladığı həmin plasmas qutunu təqdim etdiyini, polis əməkdaşları həmin qutunun içərisinə baxış keçirərkən yuxarıda qeyd etdiyi predmetlər, yəni 1 ədəd “Makarov” tapançası, tapançanın sandıqcasının içərisində olan 8 ədəd patronu ilə birlikdə ümumilikdə 30 ədəd patron, 1 ədəd başlığı açılmış halda olan qumbara, 1 ədəd qumbara zapalı, 1 ədəd paketdə qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd paketdə psixotrop maddə metamfetaminə bənzər maddə, 8 bükümdə çətənə bitkisinin toxumlarına bənzər bitki toxumları, 1 ədəd plasmas qutuda tütün, 16 ədəd siqaret qutusunun kəsikləri və 1 ədəd boş qələm qabı aşkar olunduğunu bildirmişdir (cild 1, iş vərəqə 100-102). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifafəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, x xxxxxx 1988-ci ildə Gürcüstan Respublikasında anadan olmuş Gürcüstan Respublikası, Tbilisi şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, ev 97, mənzil 1102 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşlarından ibarət qrup yaradılaraq tədbirin keçirilməsinə başlanılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 97 saylı ünvana yollanmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 12:25-də Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 97 saylı yaşayış binasının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs izah edilmişdir ki, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etməsi, saxlaması və daşımasında şübhəlidir. Bundan sonra Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmişdir. DİN-nin BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarının birində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmə aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatını, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngi idman gödəkcəsinin sağ yan cibindən 2 ədəd tamlığı pozulmuş patronu və 1 ədəd polietilen paketdə qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə bənzər maddəni, əynindəki qara rəngli idman şalvarının sol yan cibindən üzərində mobil nömrə və işlək vəziyyətdə olmayan 1 ədəd “Samsung Duos” markalı mobil telefonu və şalvarının sağ yan cibindən üzərində gürcü hərfləri və içərisində siqaretləri olan siqaret qutusunu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş patronları və qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə bənzər maddənin nə olmasını bilmədiyini, həmin predmetləri təxminən 5 gün əvvəl yaşadığı binanın yaxınlığında zibillik yerindən qutunun içərisindən tapdığını, həmin qutunun içərisində həmçinin “Makarov” tipli tapança, patronlar və başqa narkotik vasitələr olduğunu, həmin perdmetləri də tək yaşadığı mənzildə saxladığını və təqdim də edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əvvəllər narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmədiyini, satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunmuş predmetlərin nə olduğunu öyrənmək üçün özü ilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaretlər özünə qaytarılmış, lakin 2 ədəd tamlığı pozulmamış patron və 1 ədəd polietilen paketdə qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ayrı-ayrılıqda 2 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün №6” möhürü ilə möhürlənərək mobil telefonu ilə birlikdə götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində digər sübut əhəmiyyətli predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığına dair DİN-nin BMCMİ-nə ərizə vermişdir. Daha sonra tədbir iştirakçıları və Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, ev 97, mənzil 1102 ünvanına yollanmışlar və orada videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığını bildirdiyi narkotik vasitələri, psixotrop maddələri, odlu silahı, döyüş sursatını, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs mənzilin dəhlizindəki divanın alt hissəsində saxladığı 1 ədəd kauçuk metallı qutunu göstərib təqdim etmişdir. Həmin qutunun içərisinə baxış zamanı 1 ədəd tapança silah, 1 ədəd qumbaraya bənzər dəmir materiallı predmet və kağız salfetə bükülü halda 1 ədəd qumbara alışdırıcısına bənzər predmet aşkar olunmuşdur. Tapançaya baxış keçirilərkən üzərindəki nömrənin kustar üsulla silinməsi müəyyən olunmuşdur. Tapançanın içərisində 1 ədəd sandıqca, sandıqcaların içərisində isə 8 ədəd tamlığı pozulmamış patron aşkar olunmuşdur. Bundan başqa həmin qutunun içərisindən əlavə olaraq 22 ədəd tamlığı pozulmamış patron aşkar olunmuşdur. Aşkar olunmuş qumbaraya bənzər dəmir materiallı predmetə baxış zamanı başlıq hissəsinin açıq olması, qumbara alışdırıcısına bənzər predmetə baxış zamanı isə üzərində “6-66//UZRQM//386” yazılarının olması müəyyən edilmişdir. Bundan sonra baxış davam etdirilərkən həmin qutunun içərisində olan daha 1 ədəd ağ rəngli kauçuk materiallı qutunun içərisindən 1 ədəd plastmas qutuda siqaret tütününə bənzər qurudulmuş bitki kütləsi, daha 1 ədəd plastmas qutunun içərisində 1 ədəd polietilen paketdə qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddə, 6 ədəd sellofan bükümdə və 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə çətənə bitkisinin toxumlarına bənzər toxumlar, 1 ədəd polietilen paketdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal formalı maddə, 1 ədəd göy rəngli, başlıq hissələri kəsilmiş vəziyyətdə olan içi boş qələm qabı və 16 ədəd siqaret qutusu kəsikləri aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş predmetləri bir qutunun içərisində təxminən 5 gün əvvəl zibillikdən tapdığını, heç birindən istifadə etmədiyini bildirmişdir. Baxış zamanı mənzildən aşkar olunmuş 1 ədəd tapança silah, 1 ədəd sandıqca, 30 ədəd tamlığı pozulmamış patron, 1 ədəd qumbaraya bənzər və 1 ədəd qumbara alışdırıcısına bənzər predmet 1 ədəd sellofan torbada qablaşdırılmaqla “DİN-nin zərflər üçün №6” möhürü ilə möhürlənmişdir. 1 ədəd polietilen paketdə narkotik vasitə heroinə bənzər maddə, 6 ədəd sellofan və 2 ədəd gümüşü rəngli kağız bükülüdə çətənə bitkisinin toxumlarına bənzər toxumlar, 1 ədəd plastmas qutuda tütünə bənzər kütlə, 1 ədəd polietilen paketdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, 16 ədəd siqaret qutusu kəsikləri və 1 ədəd kauçuk materiallı qələm qabı isə 1 ədəd kağız zərfdə qablaşdırılmaqla “DİN-nin zərflər üçün №6” möhürü ilə möhürlənmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs və iştirakçılar ilə birlikdə BMCMİ-nə yollanmışlar və orada xidməti otaqların birində baxışın keçirilməsi və aşkar olunmuş predmetlərin götürülməsi haqqında müvafiq protokol tərtib olunaraq həmin protokol Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs evinin yaxınlığında tutmuşlar. Təqsirləndirilən şəxs evinə baxış saat 16:30 radələrində həyata keçirilmişdir. Qapını Elcanın özü açmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş patronların və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Elcanın Cəfərovun evinə baxış keçirilən zaman evdə heç kəs olmamışdır. Təqsirləndirilən şəxs həmin silah-sursatı və narkotik vasitələri zibil yeşiyinin yanında olan qutudan tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etmədiyi ilə bağlı ərizə yazmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5, Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 153-156). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 20/91R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş ümumi sayı 32 ədəd olan patronlar zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, “Makarov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması tədqiqata təqdim edilmiş üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 1 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsidir və təqdim edilmiş digər 1 ədəd əşya “UZRQM” tipli partlayıcıdır. Həmin əl qumbarasının gövdəsi və 1 ədəd “UZRQM” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, təyinatı üzrə istifadə üçün yararlıdır. Ekspertimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi barədə əlavə məlumat verilməsi qeyd olunmuşdur. Təqdim edilmiş 32 ədəd 9 mm kalibrli patronlardan 3 ədədi ekspertimental atəşlər zamanı istifadə olundu (cild 1, iş vərəqə 52-59). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3842 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə” yazısı olan kağız paketdəki 1 ədəd şəffaf polietilen paketdə təmiz çəkisi 3,218 qram qəhvəyi maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan predmetlər” yazısı olan kağız paketdə olan plastik qabdakı 1 ədəd şəffaf polietilen paketdə təmiz çəkisi 5,677 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd şəffaf polietilen paketdə təmiz çəkisi 4,403 qram ağ rəngli uzunsov formalı kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd göy rəngli qələm qabının içərisində psixotrop maddə olan metamfetaminin izləri və plastik qabda narkotik vasitə olan heroinin izləri vardır. 16 ədəd siqaret qutusu kəsiklərinin üzərində narkotik və ya psixotrop maddələrin izləri yoxdur. Tədqiqata təqdim edilmiş göy rəngli qələm və şəffaf plastik qabın içərisində aşkar edilmiş heroin və metamfetamin iz şəklində olduğu üçün Təqsirləndirilən şəxs üzərindən, yaşadığı mənzildən götürülmüş heroinlərlə və metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildən və üzərindən götürülmüş heroinin ümumi təmiz çəkisi 8,895 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir (Qeyd: metamfetaminin təmiz çəkisi 4,403 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,303 qram, heroinin ümumi təmiz çəkisi 8,895 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 8,695 qram (cild 1, iş vərəqə 67-69). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3843 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan ...” sözləri yazılmış plastmas qabın içərisində 6 ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,021 qram, 0,128 qram, 0,369 qram, 0,493 qram, 0,392 qram, 0,277 qram və 2 ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,158 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir, ümumi çəkisi 2,921 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan ...” sözləri yazılmış kağız paketdə 1 ədəd plastmas qabda təmiz çəkisi 2,127 qram olan bitki mənşəli kütlənin içərisində narkotik vasitələrin hissəcikləri yoxdur, onun tərkibi yalnız tütündən ibarətdir. Tədqiqata təqdim olunmuş bitki toxumları və bitki mənşəli kütlə narkotik vasitələrə aid olmadığına görə onlarla müqayisəli tədqiqat aparılmamışdır (Qeyd: Bitki toxumlarının ümumi təmiz çəkisi 2,921 qram, cəmi tədqiqata sərf edildi 0,16 qram (1-8N-li obyektdən götürüldü) qalıq 2,761 qramdır. Bitki mənşəli kütlənin təmiz çəkisi 2,127 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 2,107 qramdır (cild 1, iş vərəqə 63-64). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 xx xxxxx 2020-ci il tarixli 1050 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 185-186). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X11 Şəxsinin xx xxxx 2020-ci il tarixli 4063 saylı məktubunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır (cild 2, iş vərəqə 24). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən 2 ədəd patron və 1 ədəd polietilen bükümdə külli miqdarda 3,218 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. xx xxxxxx 2020-ci il tarixdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X5 və X6 Bölməsinin təhqiqatçısı X9 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, ev 97, 1102 saylı mənzilə baxış zamanı mənzilin dəhlizində yerləşən divanın altından 1 ədəd “Makarov” markalı tapança, içərisində 8 ədəd patron olan həmin tapançaya məxsus sandıqça, 22 ədəd patron, 1 ədəd “F-1” tipli əl qumbarasının gövdəsi və 1 ədəd “UZRQM” tipli partlayıcı, 1 ədəd polietilen torbada külli miqdarda 5,677 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd polietilen torbada külli miqdarda 4,403 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X5 və X6 Bölməsinin təhqiqatçısı tərəfindən “şəxsi axtarış və götürülmə aparılması” və “baxış keçirilməsi və götürmə” haqqında protokollar tərtib edilərkən mobil telefonla videoçəkiliş aparılmış və həmin videoçəkilişlər disklərə əlavə olunmuşdur. Həmin disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqə 29-31; 35-37). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı tapança, 32 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli patronlar, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş daraq, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş “F-1” tipli əl qumbarasının gövdəsi, 1 ədəd “UZRQM” tipli partlayıcı və təmiz çəkisi 4,403 qram metemfetamin ekspertiza tədqiqatdan sonrakı qalıq 4,303 qram metanfetamin, təmiz çəkisi 8,895 qram heroin ekspertiza tədqiqatdan sonrakı qalıq 8,695 qram heroin maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 124-126). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 318.1-ci maddələri ilə təqsirli bilinib 3 (üç) 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, x xxxx 2016cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Amnistiya Aktının tətbiq edilməsi barədə qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 144-146; 197-202). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinin tələblərinə görə “böyük ictimai təhlükə törətməyən” və “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.1-ci maddəsinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində səkkiz ilə yaxın müddətdir ki, daimi yaşayır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində səkkiz ilə yaxın daimi yaşadığına görə ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü tətbiq edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə tövsif etməklə yanaşı, onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 109-110). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 203 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq olan 4,303 qram metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq olan 8,695 qram heroin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş 1 ədəd zavod üsulu ilə 9 mm kalibrli “Makarov” konstruksiyalı tapança, 32 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli patronlar, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş daraq, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş “F-1” tipli əl qumbarasının gövdəsi və 1 ədəd "UZRQM" tipli partlayıcı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 203 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq olan 4,303 qram metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq olan 8,695 qram heroin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş 1 ədəd zavod üsulu ilə 9 mm kalibrli “Makarov” konstruksiyalı tapança, 32 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli patronlar, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş daraq, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş “F-1” tipli əl qumbarasının gövdəsi və 1 ədəd "UZRQM" tipli partlayıcı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-350/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-350/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver