Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-350/2022 17.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Museyib oğlunun iştirakları ilə xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa adı Həsən kimi məlum olan şəxsdən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 19 iyul 2021-ci il tarixdə saat 17:45 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,398 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 19 iyul 2021-ci il tarixdə saat təxminən 17:45 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi Axundov küçəsində olan vaxtı bir neçə nəfər mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona və digər yanında olan şəxslərə narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduqlarını bildirərək üzərilərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı onları Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, və yanında olan şəxslər polis əməkdaşları ilə razılaşıb onlar ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getmişlər. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O da üstündə narkotik vasitə olmadığını bildirmiş, polis əməkdaşları onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilinməsini, üzərində öz istifadəsi üçün narkotik vasitə olmasını imzası ilə təsdiq etməsini dediyindən, o da polis əməkdaşlarının sözıərinə əməl edərək, qeyd edilən sənədi imzalamışdır. O, narkotik vasitə istifadəçisidir, lakin həmin vaxtı üzərindən heç nə çıxmamışdır. O, Narkotik vasitə olan heroini Həsən adlı şəxsdən aldığını polis əməkdaşlarına deməmiş və onun üzərində tərəzi olmamış, Aytənlə Vüsal evdə olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 19 iyul 2021-ci il tarixdə Suraxanı rayonu Əmircan qəsəbəsi Axundov küçəsində Ümid, Vüsal və Aytən adlı şəxslərin narkotik vasitələri qanunsuz əldə edib saxlamaları, daşımaları, istifadə etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi barədə hər hansı qeyd olmamışdır. Məlumat barədə bölmə rəisinə raportla müraciət edib, əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etmiş, qərar bölmə rəisi tərəfindən təsdiq edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri, əməliyyat müvəkkillər, polis baş leytenantı Şahid2 və X4 ilə birlikdə əməliyyat tədbirinin keçirilməsinə başlamışlar. Həmin tarixdə saat 17:45 dəqiqədə Suraxanı rayonu, Əmircan qəsəbəsi Axundov küçəsində məlumatda göstərilən əlamətlərə uyğun həmin şəxslərə yaxınlaşaraq onları Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişdir. Polis bölməsində həmin şəxslərdən biri xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olub, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin aparılması təhqiqatçı Pərvin İbrahimova həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət olunmuş, Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmaqla baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol cibindən bir ədəd bükümdə, narkotik vasitəyə oxşar maddə olan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə olan maddənin heroin olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmışdir. Ondan üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verildikdə, Ümid həmin narkotik vasitəni Əmircan qəsəbəsində «Həsən» adlı şəxsdən 20 manata özü istifadəsi üçün alaraq saxladığını bildirmişdir. Bundan başqa onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər, həmçinin Ümid özü imza etmiş, sonra bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 19 iyul 2021-ci il tarixdə Suraxanı rayonu Əmircan qəsəbəsi Axundov küçəsində Ümid, Vüsal və Aytən adlı şəxslərin narkotik vasitələri qanunsuz əldə edib saxlamaları, daşımaları, istifadə etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi barədə hər hansı qeyd olmamışdır. Məlumat barədə bölmə rəisinə raportla müraciət edib, əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etmiş, qərar bölmə rəisi tərəfindən təsdiq edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat tədbirinin keçirilməsinə başlamışlar. Həmin tarixdə saat 17:45 dəqiqədə Suraxanı rayonu, Əmircan qəsəbəsi Axundov küçəsində məlumatda göstərilən əlamətlərə uyğun həmin şəxslərə yaxınlaşaraq onları Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişdir. Polis bölməsində həmin şəxslərdən biri xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olub, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin aparılması təhqiqatçı Pərvin İbrahimova həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət olunmuş, Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmaqla baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol cibindən bir ədəd bükümdə, narkotik vasitəyə oxşar maddə olan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə olan maddənin heroin olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmışdir. Ondan üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verildikdə, Ümid həmin narkotik vasitəni Əmircan qəsəbəsində «Həsən» adlı şəxsdən 20 manata özü istifadəsi üçün alaraq saxladığını bildirmişdir. Bundan başqa onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər, həmçinin Ümid özü imza etmiş, sonra bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, hazırda həbsdə olmaqla onun da barəsində AR CM-in 234.4.3-cü maddəsi ilə cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, bir müddətdir ki, narkotik vasitə kakosdan istifadə etmişdir. 19 iyul 2021-ci il tarixdə saat 17:45 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsində yerləşən evdə olan zaman mülki geyimdə olan şəxslər evə daxil olaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Bu zaman evdə ondan başqa dostu Təqsirləndirilən şəxs və Aytən adlı xanım da olmuşdur. Polis əməkdaşları onların narkotik maddələrin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu bildirərək onları Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmiş, onlar da etiraz etməyərək polis əməkdaşları ilə razılaşmışlar. Bundan sonra polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB -nə getmişlər, Polis Bölməsində xidməti otaqların birində videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya olması barədə sual verilmiş və təklif olunmuşdur ki, üzərində qanunsuz əşya vardırsa təqdim etsin. O, üzərində narkotik vasitə olmadığını bildirsə də, polis əməkdaşlarının təkidi ilə onların dedikləri qaydada hərəkət etmiş, narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Saxlanılan gün Ümidlə birgə narkotik vasitə istifadə etsələr də, saxlanılan zaman üzərlərində heç bir narkotik vasitə olmamışdır. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayl vardır. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 31-ci PB-də baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 19 iyul 2021-ci tarixdə çəkilmiş və 04 dəqiqə 14 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək əynində olan qara rəngli idman şalvarının sol cibindən bir ədəd bükümü təqdim etmiş və təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə heroin olmasını bildirmiş, həmin büküm polis əməkdaşı tərəfindən açılmış və narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümü 19 iyul 2021-ci il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsindən adını Həsən kimi bildiyi şəxsdən 20 manata aldığını bildirmişdir. (iş.vərəqə 82) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası üzrə 20 iyul 2021-ci il tarixli, 6/2978 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,398 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş.vərəqə 38-43) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X1 Komissiyasının 21.10.2021-ci il tarixli, 4052 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs «OPİOİDLƏRİN» birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.vərəqə 112-113) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 Ambulator Məhkəmə Psixitarik Ekspertizasının 31.07.2021-ci il tarixli 1670 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (iş.vərəqə 109-111). Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan 19 iyul 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan, həmçinin, həmin tarixli “əməliyyat qrupunun yaradılması barədə” əmr, protokol və qərardan görünür ki, əməliyyat məlumatı Ümid adlı şəxsin narkotik vasitəni əldə edib saxlaması, istifadə etməsi barədə daxil olmuş, yəni Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və ya satması barədə heç bir məlumat əldə edilməmişdir. (iş vərəqə 04-07) İş materiallarında olan 20 iyul 2021-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (iş vərəqə 01) Eyni zamanda 19 iyul 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhz narkotik vasitələrin istifadəsi və qanunsuz daşınmasında şübhəli bilinərək, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 09, 19) İş materiallarında olan 19 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. (iş vərəqə 20) Həmçinin, cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi barədə 20 iyul 2021-ci il tarixli və 20 iyul 2021-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarlarda da Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinməsi qeyd edilmişdir. (iş vərəqə 44, 46) İş materiallarında olan 20 iyul 2021-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundan, eləcə də 21 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, polis əməkdaşları ona narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs ona 31-ci PB-də verilmiş suala cavab olaraq da qeyd etmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olmur, xəstə olduğu üçün narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Cinayət işinin istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana 24.07.2021-ci il tarixli 096-19414-1221 nömrəli əməliyyat tapşırığı verilmiş 10.08.2021-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə edib-etməməsi, narkotik vasitənin satışı ilə məşğul olub-olmaması, eləcə də narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş vərəqə 101) Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 21 iyul 2021-ci il tarixli qərarı ilə kifayət qədər əsaslar olmadan, yalnız narkotik vasitənin miqdarının 3,398 qram olması, yəni külli miqdar təşkil etməsi əsas kimi götürülərək, Təqsirləndirilən şəxs əməli AR CM-in 234.1-ci maddəsindən əsassız olaraq CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (iş vərəqə 53) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə etməsi, narkotik vasitənin satışı ilə məşğul olması, eləcə də narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmaması, eləcə də narkotik vasitənin bükümlərə ayrılmaması, yalnız bir bükümdə olması Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsini, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 da ifadələrində qeyd etdilər ki, 19 iyul 2021-ci il tarixdə Suraxanı rayonu Əmircan qəsəbəsi Axundov küçəsində Ümid, Vüsal və Aytən adlı şəxslərin narkotik vasitələri qanunsuz əldə edib saxlamaları, daşımaları, istifadə etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi barədə hər hansı bir qeyd olmamışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol cibindən bir ədəd bükümdə, narkotik vasitəyə oxşar maddə olan bükümü çıxarıb təqdim edərkən, onu özü istifadə etmək üçün saxladığını bildirmışdir. Beləliklə ibtidai istintaq ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Göründüyü kimi, İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədilə əldə edib gəzdirməsinin aşkar edilməsi formal olaraq qeyd edilsə də ona dair heç bir sübut əldə edilməmiş, onun narkotik vasitə heroininin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatının həqiqətə uyğun olub-olmamasının yoxlanılması üçün isə - əlavə heç bir əməliyyat –axtarış və ya istintaq hərəkəti aparılmamış və təbii olaraq göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qarşı AR CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetirilməmiş, onun narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıması barədə hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Eyni zamanda Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, ümumiyyətlə polis əməkdaşları tərəfindən evdə tutulması, eləcə də saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş materiallarına əlavə edilmiş şəxsi axtarış-götürmə və baxış protokolları, iş materiallarına əlavə edilmiş video görüntülər, ekspert rəyləri və şahid ifadələri və iş üzrə digər mötəbər sübutlarla tam təkzib olunur. Həmçinin, Məhkəmə şahid X3 məhkəmədə ümumiyyətlə polis əməkdaşları tərəfindən evdə tutulmaları, eləcə də saxlanılarkən üzərlərində narkotik vasitə olmaması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü və dostu Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi daşıyaraq, iş materiallarına əlavə edilmiş şəxsi axtarış-götürmə və baxış protokolları, iş materiallarına əlavə edilmiş video görüntülər, ekspert rəyləri və şahid ifadələri və iş üzrə digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, iş materiallarında olan 20 iyul 2021-ci il tarixli şübhəli şəxsin dindirilməsi və 21 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokollarından görünür ki, Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, o, 19 iyul 2021-ci il tarixdə özü istifadə etmək məqsədilə Suraxanı rayonu Əmircan qəsəbəsindən adını Həsən kimi bildiyi şəxsdən 20 manata narkotik vasitə olan bir büküm heroin alıb. O, əldə etdiyi narkotik vasitəni əynində olan qara rəngli idman şalvarının sol cibinə qoyub. 19 iyul 2021-ci il tarixdə saat təxminən 17:45 dəqiqədə Suraxanı rayonu, Əmircan qəsəbəsi Axundov küçəsində tanışları Şahid3 Mansur oğlu və X2 ilə birlikdə olan vaxtı bir neçə nəfər mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları ona və yanında olan şəxslərə narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərlərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət ediblər. O və yanında olan şəxslər polis əməkdaşları ilə razılaşıb onlar ilə birlikdə Suraxanı RPİ-nin 31ci PB-nə gəlib. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilib ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan qara rəngli idman şalvarının sol cibində saxlayaraq daşıdığı bir büküm narkotik vasitə olan heroini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim edib. Polis əməkdaşları təqdim etdiyi bir ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda o təqdim etdiyi bir büküm kütlənin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildiribdir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 26.07.2021-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs, əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 99) Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar - Suraxanı Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,348 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 109 manat 90 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X1 Komissiyasının verdiyi 21.10.2021-ci il tarixli, 4052 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materiallarında olan 19 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 iyul 2021-ci il tarixli, 4(010)- 333/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddətinin əvvəli 19 iyul 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 74-76) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Museyib oğluna təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı 120 manat miqdarında pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Suraxanı Rayon Polis İdarəsində saxlanılan bir ədəd bükümdə qalıq çəkisi 3,348 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 manat 90 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə v.
Məhkəmə qərarları › İş №1(101)-350/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-350/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver