Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-350/2023 02.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X14 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, X1, X3, X8, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1987-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olan, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 18 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq yaşadığı ünvana daşımış, 25 iyul 2022-ci il tarixdə saat 09:50-də Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanında yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118-də yerləşən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilmiş və orada inzibati otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan torbaya bükülmüş 18 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 iyul 2022-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı ünvan 6 ünvanında yatmış olduğu zaman yaşadığı evə 4 nəfər polis əməkdaşı gəlmiş və özləri DİN Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları kimi təqdim etmişlər. Onlardan biri Şahid3 adlı polis əməkdaşı onun pasportunda problem olması ilə əlaqədar onu DİN Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə dəvət etmişdir. O da həmin polis əməkdaşına inanıb, onunla razılaşmış və evə girib üzərini geyinib, polislərlə birlikdə DİN Bakı şəhəri Nizami RPİnin 23-cü polis bölməsinə getmişdir. Polis əməkdaşı Rəşad onu bölmənin rəis müavini Mahir Quliyevin yanına aparmış, o, rəis müavinindən niyə görə saxlanıldığını soruşanda ona demişlər ki, «sən Facebook səhifəsində siyasi şəkillər paylaşmısan, Almaniyadan Azərbaycana da siyasi hərəkatlar yaratmaq üçün gəlmisən». Polislər hətta ona əlində Azərbaycanın bayrağı olan fotosunu da ona göstərmişlər. O da bildirmişdir ki, həmin foto Şuşa şəhərinin azad olunması günü ordumuza dəstək üçün Almaniyada keçirilən tədbirdə çəkilmişdir. O, polislərə bildirmişdir ki, heç bir siyasi işlə məşğul olmamış, vətənini sevir və ölkə rəhbərliyini də dəstəkləyir. Sonra onu otaqdan çıxarmışlar, həmin gün saat 11-12 radələrində növbətçi hissədən bir nəfər polis serjantı gələrək onu növbətçi hissəyə aparmış və üzərinə baxış keçirilmişdir. Həmin vaxt onun üzərindən qanunsuz heç bir şey aşkar olunmamışdır. Növbətçi hissədə onun ayaqqabısının iplərini çıxararaq onu müvəqqəti saxlama yerində kameraya salmışlar. Onu həmin gün saat 16.00-dək kamerada saxlamışlar, saat 16.00 radələrində kameradın çıxararaq təhqiqatçı Elnur Əvəzlinin otağına aparmışlar. Təhqiqatçının otağında narkotik vasitəni masanın üzərinə qoymuşlar və ona hədə-qorxu gələrək demişlər ki, «sən etiraf etməlisən ki, bu büküm sənə məxsusdur». Sonra təhqiqatçı ona bildirmişdir ki, «sən narkotik istifadəçisi kimi bir neçə gün saxlanıldıqdan sonra azad olunacaqsan və Almaniyaya gedəcəksən». Onu bu yolla aldadaraq və ona təzyiq edərək, özlərinin yazdıqları izahata imza etdirmişlər. Polislər ona demişlər ki, «bizim dediklərimizi etməsən səni Bakı şəhəri, Nərimanov rayonunda yerləşən BMCMİ-nə təhvil verərik, orada vəziyyətin daha pis olacaq». O da məcbur qalıb onların dediklərini qəbul etmiş, sonra saat 17 radələrində onu Covid -19 virusu ilə bağlı analiz verməyə aparmışlar və yenidən DİN Bakı şəhəri Nizami RPİ-nə qaytarmışlar. Sonra da 26 iyul 2022-ci il tarixdə Nizami rayon Məhkəməsinə qətimkan tədbiri seçilməsi üçün aparmışlar. O, məhkəmədə hakimə narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, lakin onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq göstərmişdir ki, iş materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu izahatı öz iradəsi ilə verməmiş, polislər ona izahatı yazmışlar, onu qorxudaraq məcbur edib izahatı imzalatmışlar. Heç vaxt Bakı şəhərində «Kubinka» deyilən ərazidə olmamaşdır. Saxlanılmadan əvvəl bacısına məxsus mobil telefon işlətmiş, özünün mobil telefon nömrəsi olmamışdır. Onu DİN Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə aparanda üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Onu növbətçi hissəyə təhvil verəndə üzərinə baxış keçirmişlər. Üzərində olan mobil telefonu, pul kisəsini almışlar, şalvarının kəmərini, ayaqqabısının iplərini də çıxarıb götürmüşlər. Onu həmin gün səhər saat 11.00-dan saat 16.00-adək 23-cü polis bölməsində saxlamış, istintaq hərəkətlərini həmin gün saat 16.00-dan sonra aparmışlar. Şahid3 adlı polis əməkdaşı onu həmin gün evindən çağırıb bölməyə aparmışdır. Rəşaddan başqa 3 nəfər də polis olmuş, həmin polislər də maşında olmuşlar. Həmin polislər onu Rəşadın maşınında arxa tərəfində əyləşdirib polis bölməsinə aparmışlar. Maşında sağ tərəfində Rəşad, sol tərəində Rüstəm adlı polis oturmuşlar. Digər polis əməkdaşı Şahid1 da maşında olmuş, lakin digər bir nəfər polisin adını bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, "şüşə" kimi tanınan psixotrop maddə metamfetamindən istifadə edir. Öz istifadəsi üçün psixotrop maddə metamfetamini müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alır. Psixotrop maddə metamfetamin hər dəfə almaq ona çətinlik yaratdığından bir dəfəlik bir neçə qram almaq qərarına gəlmişdir ki, hər dəfə metamfetamin almaq üçün heç kimi axtarmasın. Ona görə də 24 iyul 2022-ci il tarixdə saat 20 radələrində Nəsimi rayonu "Papanin" deyilən ərazidən tanımadığı şəxsə 130 manat pul verərək bir bükümdə psixotrop maddə metamfetamin almış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Sonra öz yaşadığı ünvana gəlmiş, lakin psixotrop maddə metamfetamini şalvarının cibindən çıxartmamışdır. 25 iyul 2022-ci il tarixdə saat 09:50 radələrində yaşadığı evdən çıxıb mağazaya doğru hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlar və narkotik vasitələrin qəbulunda şübhəli oluğunu ona izah edib, onu polis bölməsinə dəvət etmişlər. Nizami RPİ-nin 23-ci PB-nin inzibati binasında yerləşən xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə təhqiqatçı Elnur Əvəzli onun üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah etmiş, üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişdir. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm olmaqla sellofana bükülmüş ağ rəngli kristal halında olan maddəni çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin maddə narkotik vasitədir. Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş şəffaf sellofana bükülmüş büküm zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, “şüşə” kimi tanıdığı maddənin narkotik vasitə olduğunu zənn etsə də ekspert rəyi ilə tanış olarkən ona məlum olmuşdur ki, həmin maddə psixotrop maddədir. O, psixotrop maddəni 24 iyul 2022-ci il tarixdə şəxsi istifadəsi üçün almış, psixotrop maddənin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığından özünü qismən təqsirli bilir. Polis idarəsində na fiziki və ya psixi güc tətbiq edilməmişdir. (cild 1, iş vərəqi 57-60) Təqsirləndirilən şəxs elan olunmuş ifadənin düzgün olmadığını, həmin ifadələri təsdiq etmədiyini, ifadəni təyziq altında imzaladığını, məhkəmədə verdiyi ifadələrin düzgün olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-in 23-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və Təqsirləndirilən şəxs tanıyır. 25 iyul 2022-ci il tarixdə saat 09:50 radələrində ona və digər polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Onlar Anarın yaşadığı evin yanına getmişlər, həmin vaxt Anar yaşadığı evin qarşısında olmuşdur. Onlar Anara yaxınlaşıb özlərini təqdim etmişlər və Anarı polis bölməsinə dəvət etmişlər. Anar etiraz etməmiş və onlar Anarı avtomobilə mindirərək 23-cü polis bölməsinə aparmışlar. Sonra bölmədə Anarı təşhqiqatçı Elnur Əvəzliyə təhvil vermişlər. Təximinən 30 dəqiqə sonra videoçəkiliş aparmaqla Anarın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 01 büküm psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şahid2 məhkəmədə ona verilən suallara cavab olaraq bilmirmişdir ki, Anarı bölməyə apardıqları avtomobil Şahid1 məxsus olmuşdur. Anarı saxladıqları zaman onlara heç bir etiraz etməmiş və onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs işlədiyi polis bölməsinə aparmışlar və bu barədə rəhbərliyə raportla məruzə etmişlər. O özü Anarın onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Anar demişdir ki, onun üzərindən aşkar olunan maddəni Bakı şəhərində «Kubinka» deyilən ərazidən almışdır. Həmin maddəni istifadə etməsi və ya başqa niyyətə alması ilə bağlı dedikləri yadında qalmamışdır. Anarın üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçi baxışda iştirak etməmişdir. Anarla bağlı onlara daxil olan məlumat Anarın narkotik vasitəni satışı ilə məşğul olması və daşıması ilə bağlı olmuşdur. Məlumat ona və digər polis əməkdaşı Şahid1 etibarlı mənbədən daxil olmuşdur. Anarı saxlamağa gedən zaman Şahid1 və o özü olmuş, Anarı saxladıqları zaman səhər saat 09.50 radələri olmuşdur. Anarı yaşadığı evin qarşısında saxladıqları zaman Anar tək olmuş və yanında heç kim olmamışdır. Anarın üzərinə həmin vaxt baxış keçirməmişlər və sənədlərini də yoxlamamışlar. Anarı saxladıqdan sonra 10-15 dəqiqə ərzində onu aparıb 23-cü polis bölməsində təhqiqatçı Elnur Əvəzliyə təhvil vermişlər. Anarı təhvil verəndən 30-40 dəqiqə sonra isə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Anarın üzərinə şəxsi axtarış keçirilən zaman Anar özü 1 ədəd bükümü özü təqdim etmişdir. Onlar Anarı 23-cü polis bölməsinə aparanda bölmənin növbətçi hissəsində onun üzərinə heç bir baxış keçirilməmişdir. Təhqiqatçının otağında videoçəkilişlə Anarın üzərinə şəxsi axtarış keçirilmişdir. Onlara məlumat daxil olmuşdur ki, Anar narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olur. Anarı polis bölməsinə aparmaları ilə bağlı raportu Şahid1 və o özü imzalamışlar. Həmin raportda Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi və istifadə etməsi göstərilmişdir. Anarı saxlayan zaman onun narkotik vasitə aludəçisinə bənzəyən görüntüsü olmamışdır. Anarın əynində göy rəngli cins şalvar olmuş, onun ayağında ayaqqabısı olmuş, ayaqqabının iplərinin yerində olması, şalvarının üzərində kəmər olmasını xatırlamır. Digər polis əməkdaşı Şahid3 Anarı saxladıqları yerdə görməmiş, həmin gün Rəşadı iş yerində, yəni polis bölməsində görmüşdür. Anarı təhqiqatçıya təhvil verəndən 30 dəqiqə sonra Anarın üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt ərzində təhqiqatçı onunla fərdi söhbət aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 25 iyul 2022-ci il tarixdə səhər saatlarında yaşadıqları ünvan 1 ünvanında olduqları zaman qaynı arvadı ona çağıraraq bildirmişdir ki, küçə qapısında kimsə Anarı çağırır. O, küçə qapısına gedəndə bir nəfər şəxs ona Anarın evdə olub-olmamasını soruşmuşdur. Həmin şəxs adının Rəşad olduğunu, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsində işlədiyini bildirmişdir. O da Rəşada yaşadıqları evə gəlməyi təklif etmişdir. Rəşadla birlikdə yaşadıqları 2-ci mərtəbədə yerləşən mənzilə pilləkənlərlə qalxdıqları zaman oğlu Anar gəlmiş, həmin vaxt Anarın əynində şort olduğu üçün Anar yuyulub ipə asılmış göy rəngli cins şalvanının ipdən görütüb ona verməsini demişdir. O da şalvarı ipdən götürüb çevirmiş və geyinməsi üçün Anara vermişdir. Rəşad ona demişdir ki, «sən məni tanımırsan? mən 23-cü polis bölməsində polis işləyirəm və sizin əriazidə xidmət aparıram». X11 telefonunda hansısa şəkil göstərmiş və Anarın pasportunda olan hansısa problemə görə 23-cü polis bölməsinə getməli olacağını və məsələni aydınlaşdırdıqdan sonra qısa müddət ərzində Anarın geri qayıdacağını demişdir. Rəşad ona narahat olmamağı tapşırmış və mobil telefon nömrəsini də onlara verərək, Anarın 15 dəqiqə sonra evə qayıdacağını bildirmişdir. Anar Azərbaycana gələndən sonra Anarın işlətdiyi mobil telefon olmamış, bəzən Anar bacısına məxsus mobil telefonu evdən çıxıb şəhərə getdiyi zaman üzərində götürmüşdür. O, Anara bildirmişdir ki, mobil telefonu üstündə götürsün ki, onunla əlaqə saxlaya bilsinlər. Anar Rəşadla getdkdən sonra gəlmədiyi üçün nigaran qalıb ona zəng etmiş, lakin telefon sönülü olduğu üçün danışa bilməmişdir. Sonra Rəşada zəng vurmuşlar, Rəşad demişdir ki, «narahat olmayın, gözləyin, Anar bir azdan gələcək». Lakin saat 12 radələrinə qədər Anar gəlmədiyi üçün həyat yoldaşı Şahid5 23-cü polis bölməsinə getmiş, ondan sonra Anarı buraxmamışlar. Rəşadgil Anarı maşınla aparanda həyat yoldaşı Nazim küçə qapısından yola salmış, sonra Nazim evə gələrək demişdir ki, polislər Anarı maşında ortada əyləşdirmişlər, bir nəfər onun sağında, bir nəfər isə solunda əyləşmişdir. Anarı polislər aparanda o, evdə qalmış, ayağı ağrıdığı üçün evdən aşağı düşməmişdir. Anarın şalvarını ipdən açıb verəndə əli ilə şalvarı yoxlamış, şalvarın quruyub-qurumadığna baxmış, həmin vaxt şalvarın cibiləri boş olmuş, şalvarın cibində yad bir cism görməmişdir. Anarı polislər aparanda ayaqqabılarının ipləri üzərində olmuşdur. Anarın həbs olunduğunu vəkil Müdafiəçi2 vəkil kimi tutandan sonra bilmişlər. Polis əməkdaşı Rəşadın mobil telefonu ilə həyat yoldaşı Nazim danışmış, Rəşad Anarın narkotik vasitəyə görə saxlanılması barədə heç bir söz deməmişdir. Rəşad onların evlərinə gəldiyi zaman evdə ondan başqa Anarın həyat yoldaşı Anarə və Anarın azyaşlı övladları olmuşlar. Rəşad onlara gələn zaman həyat yoldaşı Şahid5 yaxınlıqda olan mağazadan çörək almağa getmişdir. Sonra Nazim evə gəlmiş, nə baş verdiyini soruşanda o, Nazimə bildirmişdir ki, polis əməkdaşı Anarın pasportunda hansısa problemə görə onu polis bölməsinə dəvət edir. Yaşadıqları ev ümumi yaşayış yeridir, onlardan başqa həmin həyətdə qaynı və ailəsi də yaşayırlar. Həmin vaxt həyətdə başqa adamlar olmamış, qaynına məxsus evdə isə usta təmir işləri görürmüş. Həmin usta ilk öncə demişdir ki, Anarı kimsə çağırır. Polis əməkdaşı Rəşad onlara gələndə səhər saat 09.15 radələri olmuşdur. Anar heç vaxt narkotik vasitə istifadə etməmiş, namaz qılan adam olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 25 iyul 2022-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı evin yaxınlığından çörək almağa getmişdir. Çörək almaqdan qayıdanda görmüşdür ki, həyətin qapısında 3 nəfər vardır. Onlardan biri Nizami rayon Pİ-nin 23cü polis bölməsinin əməkdaşı Şahid3 olmuşdur. Rəşad ona yaxınlaşıb onu tanyıbtanımadığını soruşmüş, o da Rəşadı üzdən qiyabi tanıdığını bildirmişdir. Rəşad ona demişdir ki, o, polis əməkdaşıdır, Anarı 23-cü polis bölməsinə dəvət etməyə gəlmişlər. O da nə baş verdiyini soruşanda Rəşad demişdir ki, Anarın şəxsiyyət vəsiqəsində nəsə düzgün deyil, onu aydınlaşdırmaq üçün aparırlar və 10-15 dəqiqə sonra Anar evə gələcəkdir. Rəşad onunla evə qalxmış, sonra Anarla bilikdə evdən aşağı düşmüşlər. Rəşad ona demişdir ki, onun mobil telefon nömrəsini götürsün, 15 dəqiqə sonra Anarı buraxacadır. Sonra küçədə olan onların evindən 10-15 metr kənarda olan iki nəfər şəxslə birlikdə Anarı avtomobillərinə əyləşdirib aparmışlar. O, saat 11.00-dək gözləmiş, Anar evə gəlmədiyi üçün narahat olmuş və Rəşada zəng vurmuşdur. Lakin Rəşad onun zənginə cavab verməmişdir. O da saat 11.30 radələrində 23-cü polis bölməsinə getmiş və orada Rəşadı görmüş, lakin Rəşad onunla görüşməkdən yayınmışdır. Həmin vaxt oğlu Anar növbətçi hissənin otağında olmuşdur. Anar ona ac olduğunu demiş və ondan yemək istəmişdir. Anardan nə baş verdiyini soruşmuş, Anar ona demişdir ki, «rəis deyib gözlə səni buraxacam». O, saat 15-00-dək gözləmiş, lakin Anarı buraxmamışlar. Sonra qohumu vasitəsilə saat 16.00 radələrində vəkil Müdafiəçi2 yanına getmiş və onunla Anarın vəkili olması barədə müqavilə bağlamışlar. Sonra vəkil ilə birlikdə həmin gün saat 17.30-da 23-cü polis bölməsinə getmişlər. Ondan sonra məlum olumşdur ki, Anarı həbs etmişlər. Rəşadgil gələn maşını görmüş, lakin qeydiyyat nömrəsin görməmişdir, həmin maşın ağ rəngli olmuşdur. O, çörək əlində mənzilinə qalxanda Rəşad da evə qalxmış, həmin vaxt Anar evdə çay içirmiş, Rəşad demişdir ki, 15 dəqiqəyə Anar evə qaydacaqdır. Rəşadla gələn iki nəfər şəxs onların evinin dalanında həyətin çölündə Rəşadı gözləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Anar qonşusu olmuşdur. 25 iyul 2022-ci il tarixdə səhər saat 09 radələrində həyətdə oturub çay içən zaman Rəşad adlı polis əməkdaşı həyətə girmiş və orada yaşayıbyaşamadığını soruşmuşdur. O da həmin yerdə yaşamadığını və həmin yerdə usta işlədiyini demişdir. Rəşad ondan Anarı tanıyıb-tanımadığını soruşmuş, o da Anarı tanıdığını demişdir. X12 çağırmağa başlamışdır. Anarın anası çıxmış və Anarın yatdığını demişdir. Sonra Rəşadın arxasınca iki nəfər də polis əməkdaşı da həyətə girmişlər, lakin tez müddət ərzində həyətdən çölə çıxmışlar. Rəşad Anargilin yaşadığı 2-ci mərtəbəyə çıxmış, o isə öz işini görməyə getmişdir. Anarın polislər tərəfindən aparılmasını görməmişdir. Rəşadın polis əməkdaşı olduğunu bilmiş və əvvəlcədən qiyabi olaraq tanımışdır. Anarı əvvəlcə Rəşad evdən çağırmağa gəlmiş, Anarın anası isə Rəşada Anarın yatdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Nizami rayon Keşlə qəsəbəsində qeydiyyatda olan şəxs kimi tanımamış, Anarın saxlanıldığı gün onu tanımışdır. Anar saxlanılan gün 25 iyun 2022-ci il tarix olmuşdur. O, Anarı işlədiyi Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşlarının saxladığı həmin yerdə olmuşdur. Anarın ailə üzvləri ilə ilkin danışığı elə həmin vaxt olmuşdur. Belə ki, Anar saxlanılarkən ailə üzvləri həmin yerdə olmuşlar. Anarın atası Nazimə o öz mobil telefon nömrəsini vermişdir. Anar saxlanılan gün onların evinin yaxınlığında olan və usta işləyən Şahid6 adlı şəxsi tanımır. Ona bilər ki, həmin şəxsi ərazidə yaşayan şəxs kimi üzdən tanımışdır. Anar saxlanılan gün onların evlərinin qarşısında olmuş, lakin onların yaşadığı mənzilə daxil olmamışdır. Anarın atasına özü mobil nömrə vermiş, Anarın atası ilə polis bölməsində bir neçə dəqiqə söhbəti də olmuşdur. Anarın qohumları ondan mobil telefon nömrəsi istədikləri üçün o öz mobil nömrəsini onlara vermişdir. Anarı saxlayan polis əməkdaşları onu polis bölməsinə aparmışlar, o da sonradan polis bölməsinə getmişdir. Anarı saxlayan polislər onu “Mercedes” markalı Cip avtomobili ilə bölməyə aparmışlar. Şahid6 və ya Anarın atası ilə heç bir ədavəti, düşmənçəliyi olmamışdır. Onların ifadələrində onun Anarın yaşadığı mənzilə daxil olmağı barədə dediklərinin səbəbini bilmir. Bildiyi qədəriylə Anarın üzərində şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu olmuşdur. Onun üzərində həmin sənədlərin olmasını onu saxlayan polis əməkdaşlarından eşidib bilmişdir. Onun üzərində başqa nəyin aşkar olunması barədə məlumatı olmamışdır. Anarın üzərinə şəxsi artarış keçirilən zaman iştirak etməmişdir. O, Anarın yaşadığı evin yanına yaxınlaşanda artıq Anarı polis əməkdaşları saxlamışlar və apardıqları zaman polislərin maşınını kənardan görmüşdür. Həmin vaxt Anarı polislər maşina mindirmişlər, o özü həmin yerə öz maşını ilə getmişdir. Həmin yerdə 3 nəfər polis əməkdaşı olmuşdur, həmin yerdə işlədiyi bölmənin polis əməkdaşlarını orada görmüşdür. Həmin yerdə 7-8 nəfər vətəndaş, 2 nəfər onun işlədiyi bölmənin əməkdaşı və 1 nəfər də başqa polis əməkdaşı olmuşdur. Hətta PPX-nin əməkdaşları da həmin ərazidən keçirmiş, lakin həmin polislərə onların köməyinə ehtiyac olmadığını bildirmişdir. Orada olan digər polisin Anarın yaşadığı evin yan qonşusu olduğunu bilmiş, lakin adını bilməmişdir. Həmin şəxs onların əməkdaşı olmamış, səhv etmirsə başqa bir qurumun əməkdaşı olmuşdur. Həmin şəxsin DTX-nin əməkdaşı olması barədə məlumatı yoxdur. O, Anarın yaşadığı evin yanına yaxınlaşanda artıq Anar maşında olmuşdur. Anarın valideyinləri isə orada olmuşlar. Anarın əynində olan paltarların necə olması yadında qalmamışdır. Anarın geyimində hansısa çatışmamazlıq olmasını görməmiş və xatırlamır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də tədqiq etmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 25 iyul 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, protokolun tərtib edildiyi tarixdə 23-cü Polis bölməsinin əməkdaşları Şahid1 və Şahid2 iştirakı ilə həmin bölmənin təhqiqatçı Elnur Əvəzli tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddələrin təhvil verilməsi ilə bağlı təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş ağ rəngli kristal halında olan, deməsinə görə narkotik vasitə olan maddəni təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin 01 büküm zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 163 saylı möhürü ilə möhürülənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 bükümün içərisindəki maddənin narkotik vasitə olduğunu və həmin maddənin “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən 130 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış 01 ədəd diskdə olan videogörüntülər məhkəmədə nümayiş etdirilmiş, həmin görüntülərdə yuxarıda protokolda qeyd olunanlar öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2022ci il tarixli 6/4095 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 18 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2022ci il tarixli 4108 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxudr. Ərazi narkoloji disapnserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 bükümdə təmiz çəkisi 18 qram olan psixotrop maddə metamfetamindən tədqiqata sərf edildikdən sonra qalan 17,950 qram metamfetamin maddi sübut kimi tanınmış və məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda psixotrop maddə əldə edib, daşıyaraq üzərində saxlamışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddənin məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarına istinad edərək göstərmişdir ki, təqsirkarın psixotrop maddə metamfetaminin satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin miqdarı və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddəni satacağı, istehlakçı ilə razılığın əldə edilməsi, psixotrop maddənin çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Daha sonra, İstintaq orqanı sübutların qiymətləndirilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən «həmin psixotrop maddənin külli miqdar təşkil etməsi Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini həqiqətən də törətmiş olmasını bir daha sübut edir» cümləsi ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışmışdır. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız psixotrop maddənin külli miqdarda olmasına materiallarda öz əksini tapan sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsində də psixotrop maddəni 24 iyul 2022-ci il tarixdə şəxsi istifadəsi üçün aldığını, psixotrop maddənin satışı ilə məşğul olmadığını göstərmişdir. Cinayət işinin materiallarında olan Nizami rayon Pİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi raportdan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində məlumat onun narkotik vasitələrin əldə etməsi və istifadə etməsi ilə bağlı olmuşdur. (cild 1, iş vərəqi 2) Nizami rayon Pİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Rüstəm Abasovun tərtib etdiyi digər raportdan görünür ki, onların saxlayaraq bölməyə gətirdikləri şəxs Təqsirləndirilən şəxs barəsində məlumat onun narkotik vasitələrin əldə etməsi və istifadə etməsi ilə bağlı olmuşdur. (cild 1, iş vərəqi 6) Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami rayon Pİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini kiməsə satması ilə bağlı heç bir ifadə verməmişlər. İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da ittiham tərəfindən təqdim edilməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət- Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X2rşı, § 29). “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X7 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini daha düzgün və işin faktiki hallarına daha uyğun olduğunu hesab edir. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il və 2017-ci il təvəllüdlü 2 azyaşlı ödladı vardır. Azərbaycan Respublikası CPM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar himayəsində iki azyaşlı övladlarının olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasıdır. Azərbaycan Respublikası CPM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə verilmiş müvafiq ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin ərazi narkoloji disapnserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, DİN Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 bükümdə təmiz çəkisi 18 qram olan psixotrop maddə metamfetamindən tədqiqata sərf edildikdən sonra qalan 17,950 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 25 iyul 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altış beş) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasın, lakin o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübutlar olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, DİN Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 bükümdə təmiz çəkisi 18 qram olan psixotrop maddə metamfetamindən tədqiqata sərf edildikdən sonra qalan 17,950 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altış beş) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-350/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-350/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver