Məhkəmə qərarları › İş №1(101)-350/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-350/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-350/2024 03.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və nümayəndə AİM Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 20 avqust 1991-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, İmişli şəhəri, Pənah Həsənov küçəsi 91 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə 2 aprel 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 23, mənzil 26-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 «Kontakt Home» mağazalar şəbəkəsindən müxtəlif növdə məişət əşyalarını ucuz qiymətə alıb baha qiymətə satmaqla birgə qazanc əldə edə biləcəklərinə dair yalan vəd verərək biznesə yatırım etmək adı ilə 2021-ci ilin may ayının əvvəllərindən həmin ilin iyul ayının ortalarına kimi olan müddət ərzində sonuncunun hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 80.630 manat pul vəsaitini sonuncu dəfə metronun Nəriman Nərimanov stansiyasının qarşısında nağd şəkildə ondan alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda 80.630 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin Təqsirləndirilən şəxs1 təkrarən Zərərçəkmiş şəxs1 ona məxsus «Volkswagen Touareg» markalı avtomobili 20.000 manat qarşılığında almaqla bağlı yalan vəd verərək aldatmış və 2021-ci ilin iyul ayının sonlarında həmin avtomobili Zərərçəkmiş şəxs1 heç bir ödəniş etmədən sonuncunun iştirakı ilə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Baş X15 İdarəsində öz adına rəsmiləşdirməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda 20.000 manat məbləğində də maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 ucuz qiymətə kondisioner alaraq baha qiymətə satmaqla birgə qazanc əldə edə biləcəklərinə dair yalan vəd verərək biznesə yatırım etmək adı ilə sonuncunun 2021-ci ilin may ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi, ev 47 ünvanında 8.500 manat, 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Sahil metrostansiyasının yaxınlığında 8.500 manat və 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov adına İstirahət Parkında 5.100 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ondan alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda 22.100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 xaricdən ucuz qiymətə «İphone» markalı mobil telefon gətirmək adı ilə yalan vəd verərək 12 iyun 2022-ci il tarixdə ünvan 5 ünvanında sonuncunun hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 1.100 manat məbləğində pul vəsaitini ondan alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 1.100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 onu İsveçrənin Bern şəhərində şokolad fabrikində ilə düzəldəcəyi ilə bağlı yalan vəd verərək 02 iyun 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək olan müddət ərzində sonuncunun hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 1.200 manat məbləğində pul vəsaitini sonuncu dəfə Zərərçəkmiş şəxs4 tərəfindən 22 avqust 2022-ci il tarixdə Sumqayıt şəhərinin ərazisində «Leobank» mobil tətbiqi vasitəsilə istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4098-5844-5042-2827 nömrəli bank kartının hesabına köçürülməsi yolu ondan alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 1.200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə ələ keçirəcəkləri pulu sonradan aralarında böləcəklərinə dair əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar fəaliyyətin icrası üçün Təqsirləndirilən şəxs1 7 oktyabr 2022-ci il tarixdə 022 nömrəli «Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi» əsasında Təqsirləndirilən şəxs2 direktoru olduğu "xxxx" MMC-dən icarəyə götürdüyü X3 məxsus **-GB-*** qeydiyyat nişanlı «BMW 528i» markalı avtomobili heç bir rəsmi sənədləşmə aparmadan satıb əldə olunan pulu öz aralarında bölmək və sonradan avtomobili satdıqları şəxsdən onun adına heç bir sənədləşmə olmadığı üçün qanuni yollarla geri qaytarmaq məqsədilə Təqsirləndirilən şəxs2lə razılaşmış, daha sonra o, avtomobilə müştəri tapması üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs3 müraciət etmiş və beləliklə də, sonuncunun müştəri qismində tapdığı Zərərçəkmiş şəxs5 Gündüz oğluna avtomobili öz avtomobili kimi təqdim edərək qardaşının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına görə təcili pula ehtiyacı olduğunu və buna görə avtomobili dəyərindən ucuz qiymətə satdığını, avtomobilin qeydiyyat şəhadətnaməsinin də qardaşının üzərində olduğunu, buna görə avtomobili yalnız bir neçə gündən sonra onun adına rəsmiləşdirə biləcəklərini yalandan bildirərək onu aldadıb etibarından sui-istifadə etməklə 26 oktyabr 2022-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən «İst petrol» yanacaq doldurma məntəqəsinin qarşısında ondan 21.300 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 Gündüz oğluna xeyli miqdarda 21.300 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 xaricdən ucuz qiymətə «İphone» markalı mobil telefon gətirmək adı ilə yalan vəd verərək 21 oktyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 1.965 manat məbləğində pul vəsaitini sonuncu dəfə Zərərçəkmiş şəxs6 tərəfindən 16 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən «Ozon» aptekdə «Leobank» mobil tətbiqi vasitəsilə öz adına olan «X17» ASC tərəfindən emissiya edilmiş 4613-8603-0994-9377 nömrəli bank kartının hesabına köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs6 alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 1.965 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 xaricdən ucuz qiymətə 06 ədəd «İphone» markalı mobil telefon gətirmək adı ilə yalan vəd verərək 16 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun, ümumilikdə, 6.125 manat məbləğində pul vəsaitini sonuncu dəfə Zərərçəkmiş şəxs7 tərəfindən 21 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən «Ozon» aptekdə «Leobank» mobil tətbiqi vasitəsilə öz adına olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4098-5844-5042-2827 nömrəli bank kartının hesabına köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs7 alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda 6.125 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, 7 oktyabr 2022-ci il tarixdə «Avtonəqliyyat vasitəsinin icarəsinə dair» 022 nömrəli müqavilə əsasında Təqsirləndirilən şəxs1 günlük icarəyə verdiyi rəhbəri olduğu "xxxx" MMC-nin (VÖEN **********) müvəqqəti istifadəsinə verilmiş X2 mülkiyyətində olan **-GB-*** dövlət qeydiyyat nişanlı 2012-ci il istehsalı olan «BMW 528i» markalı avtomobili heç bir rəsmi sənədləşmə aparmadan satıb əldə olunan pulu öz aralarında bölmək və daha sonra avtomobili satdıqları şəxsdən onun adına heç bir sənədləşmə olmadığı üçün qanuni yollarla geri qaytarmaq barədə sonuncu ilə razılığa gəlmiş, bundan sonra cinayətkar niyyətin başa çatdırılmasından ötrü aralarında olan rol bölgüsünə əsasən, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 tərəfindən müştəri qismində tapılmış Zərərçəkmiş şəxs5 ilə görüşərək nəqliyyat vasitəsini ona təqdim etməklə alqı-satqıya dair sənədləşməni növbəti gün həyata keçirəcəyinə dair yalandan vəd verib 26 oktyabr 2022-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən «İst petrol» yanacaq doldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs5 21,300 manat pulunu nağd şəkildə alıb ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 xeyli miqdarda 21.300 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, aralarında olan cinayətkar razılaşmaya əsasən, X2 mülkiyyətində olan "xxxx" MMC-nin müvəqqəti istifadəsinə verilməklə «Avtonəqliyyat vasitəsinin icarəsinə dair» 022 nömrəli müqavilə əsasında Təqsirləndirilən şəxs1 icarəyə götürdüyü **-GB-*** dövlət qeydiyyat nişanlı 2012ci il istehsalı olan «BMW 528İ» markalı avtomobili bilə-bilə yalandan sonuncunun özünə məxsus olan daşınar əmlakı kimi müştərilərə təqdim etmiş, alıcıda inam formalaşdırmaqdan ötrü sahibinin təcili pula ehtiyacı olduğuna görə avtomobili dəyərindən ucuz qiymətə satmasını yalandan bildirdikdən sonra nəqliyyat vasitəsini almaq üçün müştəri qismində Zərərçəkmiş şəxs5 tapmış, bundan sonra cinayətkar niyyətin başa çatdırılmasından ötrü aralarında olan rol bölgüsünə əsasən, Təqsirləndirilən şəxs1 alıcı ilə görüşərək nəqliyyat vasitəsini ona təqdim etməklə alqı-satqıya dair sənədləşməni növbəti gün həyata keçirəcəyinə dair yalandan vəd verib 26 oktyabr 2022-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən «İst petrol» yanacaq doldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs5 21.300 manat pulunu nağd şəkildə alıb ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 xeyli miqdarda 21.300 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 təxminən 3 il, Təqsirləndirilən şəxs3 isə təxminən 2 ildir tanıyır. Onların hər ikisi ilə yaxşı münasibəti var. Zərərçəkmiş şəxs1 ilə 20 il Xətai rayonunda qonşu olmuşlar. 2021-ci ildə oradan köçmüşlər. X11 Nazirliyində işləmişdir. 2019-2020-ci illərdə o, ticarətlə məşğul olmağa başlamışdır. Əşyaları ucuz qiymətə alıb, baha qiymətə satmaqla mənfəət əldə etmişdir. Bir müddət sonra ticarətlə əlaqədar pul lazım olduğu üçün Zərərçəkmiş şəxs1 faizə 6.000 manat pul götürmüşdür. Götürdüyü pulun qarşılığında hər həftə aldığı 6000 manat qalmaq şərti ilə etdiyi alverdən asılı olaraq ***-**** manat arasında ödəniş etməklə ona faizə 11000 manat pul ödəmişdir. Bir neçə ay sonra artıq ödəniş etmək imkanı olmamışdır. Anardan ödədiyi pulları borcundan çıxmasını xahiş etmişdir. Sonuncu isə etiraz edib, uzun müddətdir pul vermədiyini, faizin 70000-80000 manata qədər artdığını bildirmişdir. Anara 70000-80000 manat pul ödəmək imkanının olmadığını bildirmiş, sonuncu isə bununla razılaşmamışdır. Bir müddət sonra Anar ona FHN-də xidməti işi ilə əlaqədar problemlərinin olduğunu, dövlət əmlakını və maddi vəsaiti mənimsədiyini bildirib, ondan 70000-80000 manatı tələb etmişdir. Həmin vaxt onlar Əhmədli rayonunda yerləşən evlərini satışa qoymuşlar. Anar onu hədələyərək, əgər pulunu qaytarmasa, atasına hər şeyi deyib, evi öz adına keçirməsini tələb edəcəyini demişdir. Anar atasına borc barədə məlumat verməsin deyə onun dedikləri ilə məcbur razılaşmışdır. Daha sonra sonuncunun avtomobilinə əyləşmişlər. Anar ondan aralarındakı danışığı yazı formasına salaraq ona sms kimi göndərməyi tələb etmiş, bu yazını əlində sübut olaraq saxlayacağını bildirmiş, o da razılıq vermişdir. 2021-ci ildə ona məxsus olan Kia Optima markalı maşını satışa çıxarıb, Anara məxsus olan Volkswagen Touareg markalı maşını ondan almışdır. Anar maşını ona etibarnamə əsasında vermiş və o, həmin maşını idarə etməyə başlamışdır. Anara maşını satıb pulun bir hissəsini verəcəyini, qalan hissəsini isə daha sonra imkanı olduqca ödəyəcəyini bildirmiş, sonuncu razılıq vermişdir. Bir müddət sonra Anar ona maşını borc pul qarşılığında girov qoyacağını bildirib, maşını borc pul aldığı şəxsin adına keçirtmişdir. Həmin şəxs də ona maşını sürməyi üçün etibarnamə vermişdir. Öz maşınını sata bilmədiyi üçün bir müddət sonra Anara maşına görə ödəməli olduğu pulu verə bilməmiş və maşını ona geri qaytarmışdır. Sonra Anarın ona verdiyi etibarnamənin müddəti qurtarmışdır. Daha sonra Anarın borclarına görə maşına həbs qoyulmuş, Anar borcunu ödədikdən sonra maşınını geri almışdır. Anar onunla görüşüb, maşını güya onun girov qoyduğunu və ona müəyyən məbləğdə pul verildiyini demişdir. Lakin Anarın dedikləri doğru deyil. Maşın qanunla nəzərdə tutulmuş qaydada Anar tərəfindən başqa şəxsin adına keçirilmiş və buna dair rəsmi sənəd də var. Zərərçəkmiş şəxs1 80630 manat ziyan vurmamışdır. Sonunucudan sadəcə 6000 min manat borc pul almış, faizləri ilə 11 min manata yaxın Anara pul ödəmişdir. Wolkswagen markalı maşınla isə heç bir əlaqəsi yoxdur. O, maşını Anardan almış, bir müddətdən sonra başqa bir maşını satıb ondan aldığı maşının ödənişini etməli olmuşdur. Lakin həmin alqı-satqı alınmadığına görə maşını Anara geri qaytarmışdır. Sonuncunun maşını onda cəmi 20-30 gün qalmışdır. Həmin epizod üzrə özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs2 onun qohumudur, onunla heç bir iş görməmiş və sonuncudan 22100 manat pul almamışdır. Sonuncudan bir dəfə 3000, növbəti dəfə isə 2000 dollar borc almış və qaytarmışdır. Elnarəyə 5000 dollardan əlavə aylıq faiz də ödəmişdir. İmkanı olmadığı vaxtlarda sonuncuya aylıq faiz ödəyə bilmədiyinə görə sonuncu ondan yığılan faizləri tələb etmiş, o da imkanının olmadığını bildirmişdir. 21000 borc belə yaranmışdır. Elnarə ona pulu başqasından faizə alıb, ona faizə verdiyini, pul verənin onu sıxışdırdığını demişdir. Sonuncunun pis vəziyyətdə qalmaması üçün həmin məbləği ödəyəcəyini desə də, hazırda buna imkanı yoxdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 22000 manat pul aldığı məzmunda ifadə verməmişdir. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1100 manat alıb qaytarmış, Zərərçəkmiş şəxs4 1200 manat pul alıb qaytarmış, Zərərçəkmiş şəxs6 1965 manat pul alıb qaytarmış, Zərərçəkmiş şəxs7 isə 6125 manat alıb qaytarmışdır. Zərərçəkmiş şəxs5 21300 manat məbləğində ziyan vurmuşdur, həmin epizod üzrə özünü təqsirli bilir. Belə ki, Təqsirləndirilən şəxs2 məxsus «Rent a car»dan götürdüyü «BMW 528i» markalı maşını 20 gün sürüb, hər günə görə ödəniş etmişdir. Maşını girov qoymaq fikri barədə Murada zəng edib demişdir. Sonuncuya bildirmişdir ki, həmin gecə borc qaytarmalıdır, maşını girov qoyub pul götürəcək, girovdan qalan məbləğdən ona da 3000 manat pul verəcəkdir. Lakin girov məsələsi alınmamış, maşını bir nəfərə sataraq onun qapısına qoymuşdur. Maşını 2-3 günə sənədləşdirəcəyini, alınmasa pulu qaytarıb, maşını geri götürəcəyini demişdir. Ceyhun və Rəşad adlı alverçilər ona 18600 manat vermiş, sonra çıxıb getmişdir. O, Murada söz verdiyi kimi 3000 manat vermişdir. Həmin məbləğ maşının icarəsi ilə bağlı olmamış, maşını girov qoymasına göz yumduğuna görə Murada vəd verdiyi pul olmuşdur. Maşının günlük icarə haqqını ayrıca ödəmişdir. Sonra Rəşad və Ceyhun adlı alverçilərin maşını Ramiz adlı şəxsə satdıqlarını öyrənmişdir. Ona 18600 manat pul verilmişdir. Maşının Ramizə 21300 manata satılmasını tutulduqdan sonra öyrənmişdir. Qalan 2700 manatın 1700 manatını Rəşad və Ceyhun müstəntiq Telman Babayevə ödəmişlər. Müstəntiq özü 1700 manatın onda olduğunu, ziyan nə vaxt ödənilsə, 1700 manatı ondan götürmələrini bildirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır, Təqsirləndirilən şəxs3 ilə də ortaq dostları var. 2020-ci ildən etibarən "xxxx" şirkətinin direktoru vəzifəsində işləyir. Şirkətin hesabında 5-10 maşın olmuşdur. Həmin maşınları sahiblərindən icarəyə götürüb başqa şəxslərə icarəyə vermişdir. Oruc X1 məxsus «BMW 528» markalı maşını icarəyə vermişdir. O, maşına görə müştəridən 120 manat alıb, sahibinə 100 manat ödəmişdir. Təqsirləndirilən şəxs1 həmin maşını 20-25 gün idarə etmişdir. Bir gün Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb, maşını girov qoyaraq pul götürəcəyini, 1-2 günə borcu bağlayıb maşını geri alacağını, maşının gündəlik icarə haqqını ödəyəcəyini, bundan əlavə bu işə görə ona 3.000 manat verəcəyini bildirmişdir. O, razılıq vermiş, lakin, Orucun pulu qaytara bilməyəcəyi ehtimalını fikirləşməmişdir. Bir neçə gündən sonra Oruc onun yanına gəlib həmin işin alınmadığını, maşını satdığını, başqa bir iş həll edəcəyini, sabahısı gün həmin adamların pulunu qaytarıb, maşını da geri götürəcəyini demişdir. Orucdan maşını sənədsiz necə satdığını soruşmuşdur. Sonra o, GPS vasitəsilə avtomobilin BMCMİ-nin həyətində olduğunu görmüşdür. Maşının satılmasını biləndən sonra heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs3 bu işlə hansı formada əlaqəsi olduğunu əvvəlcə bilməmişdir. Sonradan Sənanın pul qazanmaq üçün alverçi tapıb, avtomobili satmağa kömək etdiyini öyrənmişdir. Oruc bu işin əvəzində ona 3000 manat pul vermişdir. Sonuncu onun icazəsi və razılığı olmadan maşını heç kimə sata bilməzdi. Bununla belə Orucun maşını satmağından əvvəlcədən xəbəri olmamışdır. Daha əvvəl bir dəfə belə bir hal olarkən bunun qarşısını almışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Nicat adlı dostunun vasitəsi ilə tanış olmuş, Təqsirləndirilən şəxs2 ilə əvvəllər tanışlığı olmamış, sonuncunu cinayət baş verməmişdən bir qədər əvvəl tanımışdır. Orucla təxminən həftədə bir dəfə görüşmüşlər. Orucun maddi vəziyyəti barədə məlumatı olmamış, sonuncunun ittihamda qeyd olunan «BMW» markalı maşını sürdüyünü görməmişdir. Oruc bəzən «Rent a car»dan götürdüyü ayrı-ayrı maşınları sürmüş, sonuncudan tez-tez maşın dəyişməyi barədə heç nə soruşmamışdır. Zərərçəkmiş şəxs5 isə hadisə ilə əlaqədar tanımışdır. O, maşın alqı-satqısı ilə məşğuldur. Təqsirləndirilən şəxs1 bir gün ona zəng edib, maşın satışa çıxardığını bildirərək, Whatsapp vasitəsilə şəklini göndərmişdir. Oruc satışa çıxarılan maşının dostuna məxsus olduğunu, dostunun qardaşının tutulduğunu və bu səbəbdən təcili olaraq pul lazım olduğu üçün maşının dəyərindən ucuz qiymətə - 22.000 manata satıldığını bildirmişdir. Həmin vaxt maşının real bazar qiyməti 27000-28000 manat olmuşdur. O, da maşını statusa qoyub paylaşmışdır. Rəşad adlı tanışı ona zəng edib, həmin maşınla maraqlandığını bildirmişdir. Rəşada Orucun nömrəsini vermiş və onlar danışıb görüşmüşlər. O, görüşdə iştirak etməsə də, vasitəçilik etdiyinə görə xidmət haqqı kimi hər ikisindən 1000 manat istəmişdir. Maşın elə həmin gün satılmış, Rəşad 500 manat xeyir olduğunu bildirib, pulu onunla yarı bölərək ona 250 manat vermişdir. İş BMCMİ-də araşdırılarkən Rəşaddan onun üzərinə düşən haqqı tələb edərək əlavə 750 manat da almışdır. Təqsirləndirilən şəxs1 da ona vasitəçiliyə görə əlavə 1000 manat vermişdir. Onun hadisədə iştirakı sadəcə satılan «BMW» markalı maşını Whatsapp statusunda paylaşmaq olmuşdur. Daha sonra Rəşad ona zəng edib, Orucun tanışlarının maşını rəsmiləşdirməyə gəlmədiklərini bildirmiş, o da Orucla əlaqə saxlamışdır. Oruc həmin şəxslərin bir-iki günə gələcəklərini bildirmişdir. Oruc ona maşının dostuna məxsus olduğunu bildirmiş, o, maşının «Rent a car»a məxsus olduğunu sonradan bilmişdir. Təxminən 1 həftədən sonra maşını alan Ramizlə görüşmüş, sonuncu ona baş verənləri danışmışdır. Ramizə dəymiş ziyanı ödəməyə cəhd etmiş, sonuncuya 15000 manat təklif etmiş, lakin razılaşmamışlar. Əvvəllər özü də maşın alqı-satqısı ilə məşğul olmuşdur. Maşın satarkən bütün sənədlərini, qanuniliyini yoxlamışdır. Lakin, Orucun maşını qanunsuz olaraq satmağı onun təsiri və ya səhvi deyil, maşını alan şəxs özü müvafiq sənədləri yoxlamalı olmuşdur. O, sadəcə maşını statusda paylaşmış və vasitəçilik etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, əvvəllər FHN-də işləmiş, daha sonra öz xahişi ilə işdən ayrılmışdır. Təqsirləndirilən şəxs1 ilə ünvan 6vanında yaşadığı binada qonşu olmuşdur. O, həmin binanın 2-ci mərtəbəsində, Oruc isə 5-ci mərtəbədə yaşamışdır. Orucla qonşu kimi münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin sentyabr ayında Oruc ailəsi ilə birlikdə həmin ünvandan köçmüşdür. 2021-ci ilin aprel ayında, ünvan 6vanında yaşadığı binanın həyətində Orucla söhbət edərkən sonuncu bildirmişdir ki, «Kontakt Home» mağazalar şəbəkəsinin məsul şəxsləri ilə birgə biznes qurub, həmin mağazadan texniki məhsullar və mebelləri çıxarıb, Bakı şəhərində yerləşən müxtəlif otellərə satmaqla yaxşı gəlir əldə edir. Oruc «Kontakt Home» mağazalar şəbəkəsindən daha çox texniki məhsullar və mebellər çıxarıb satmaq istədiyini, lakin, bütün pullarının dövriyyədə olduğunu, onda lazımi pul olduğu təqdirdə birlikdə həmin bizneslə məşğul olaraq, yaxşı qazanc əldə etməyin mümkün olduğunu dedikdə, o, sonuncunun təklifi ilə razılaşmışdır. Oruc bu işə külli miqdarda pul vəsaitinin lazım olduğunu demişdir. O, Oruca birlikdə iş görmək şərti ilə pul verəcəyini bildirmiş, Oruc qazanacağı pulun yarısını ona verəcəyini bildirmişdir. Sonuncuya birinci dəfə, 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Xəzər» univermağının qarşısında 3500 ABŞ dolları ekvivalentində olan 5950 manat pul vermişdir. Bundan 1 həftə sonra, Oruc ona 1000 manat pulu qazanc adı ilə vermişdir. Növbəti dəfə, Oruc əlavə texniki məhsullar və mebellər almaq üçün, ona 6630 manat pul lazım olduğunu bildirmiş, 2021-ci ilin iyun ayının əvvəllərində, o, 3900 ABŞ dolları ekvivalentində olan 6630 manat pulu yenə də, Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Xəzər» univermağının qarşısında Orucla görüşüb, ona vermişdir. Bundan sonra, eyni adla Oruc ondan 6000 manat pul istəmiş və o, bu dəfə 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən «Bravo» marketin yaxınlığında sonuncu ilə görüşərək, ona 6000 manat pul vermişdir. Bundan bir neçə gün sonra xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Bravo» marketin yaxınlığında Orucla görüşüb, sonuncuya 10200 manat pul vermişdir. Daha sonra, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Bravo» marketin yaxınlığında Orucla yenidən görüşüb, sonuncuya 3500 ABŞ dolları ekvivalentində olan 5950 manat pul vermişdir. Oruc ondan qeyd etdiyi pulları aldıqdan sonra, xx.xx.2021-ci il tarixdə, axşam saatlarında, Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Nərimanov adına istirahət parkı»nda, xx.xx.2021ci il tarixdə ondan aldığı 10.200 manat pulu qaytarmaq adı ilə görüşsə də, sonuncu, həmin gün ondan aldığı pulu 2.800 manat əlavə qazancla birlikdə qısa bir müddətdə geri qaytarmaq bəhanəsi ilə aldadaraq vaxt qazanmışdır. 2021-ci ilin iyul ayının əvvəllərində o, yenidən Orucun vədinə inanaraq sonuncu ilə Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Bravo» marketin yaxınlığında görüşərək, ona 3400 manat pul vermişdir. Bundan sonra 2021-ci ilin iyul ayında Orucla Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Bravo» marketin yaxınlığında görüşüb, sonuncuya 9800 manat pul vermişdir. Daha sonra, eyni adla 2021-ci ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Nərimanov adına istirahət parkı»nda müxtəlif vaxtlarda görüşərək, müvafiq olaraq, 1100 manat, 5600 manat, 2000 manat, 3000 manat, 2100 manat, 1500 manat, 1400 manat, 700 manat, 2400 manat, 2800 manat, 3400 manat, 1900 manat, 3000 manat, 1400 manat və son dəfə 400 manat olmaqla, ümumilikdə 32.700 manat sonuncuya pul vermişdir. Bununla da, Təqsirləndirilən şəxs1 ondan «Kontakt Home» mağazalar şəbəkəsindən texniki məhsullar və mebelləri çıxarıb, Bakı şəhərində yerləşən müxtəlif otellərə satmaqla bağlı birlikdə biznes qurmaq və yaxşı gəlir əldə etmək adı ilə qaytarmış olduğu pulları çıxmaq şərti ilə 2021-ci ilin may ayının əvvəllərində 2021-ci ilin iyul ayının ortalarınadək olan müddət ərzində ümumilikdə 80.630 manat pul almışdır. Bundan başqa, 2008-ci il buraxılışlı və atası Cəlal Nəbiyevin adından ona baş etibarnamə ilə verilmiş «Volkswagen» markalı, «Touareg» modelli, «**-HH-***» dövlət qeydiyyat nişanlı avtomobili satmaq fikrində olduğunu Oruca dedikdə, sonuncu həmin avtomobili almaq istədiyini bildirmişdir. O, avtomobili 21.000 manata satmaq istədiyini demiş, sonuncu 20.000 manat verə biləcəyini bildirmiş və o, razılaşmışdır. Avtomobilin alqı-satqısına görə pulu çatışmadığı üçün, 2021-ci ilin iyul ayının sonlarında Oruc ilə öhdəlik müqaviləsi bağlamışdır. Sonuncu özündə nağd şəkildə 10000 manat pulu olduğunu, qalan 10000 manat pulu isə bankdan kredit şəklində çıxarıb, ona ümumilikdə 20000 manat pul verəcəyini bildirmişdir. Daha sonra, Oruc Baş X15 İdarəsinə getmələrini təklif etmiş və onlar həmin yerə getmişlər. Həmin vaxt, Oruc Fariz adlı şəxsə zəng edib, sonuncunu BDYPİ-nə dəvət etmiş və o, gəldikdən sonra, aralarında avtomobilin alqısatqısına görə öhdəlik müqaviləsi bağlanmışdır. Bundan sonra, avtomobili həmin gün Nərimanov rayonunda yerləşən «Nərimanov adına istirahət parkı»nda Oruca təhvil vermişdir. Lakin, 1 aydan artıq müddət keçsə də, Oruc avtomobilin pulunu verməmişdir. Buna görə də avtomobili geri götürmüşdür. Avtomobili idarə edərkən, Bakı şəhəri Mərdəkan Qala yolunda X15 əməkdaşları tərəfindən saxlanılmış və avtomobilə Lombard təşkilatının müraciəti əsasında həbs qoyulduğu bildirilmiş və avtomobil Qala qəsəbəsində yerləşən cərimə meydançasına aparılmışdır. Bu məsələyə aydınlıq gətirmək üçün Oruca zəng etsə də, sonuncu zənglərinə cavab verməmişdir. xx.xx.2021-ci il tarixdə Lombardın Fariz adlı əməkdaşı ilə görüşmüşdür. Sonuncu Orucun avtomobili Lombarda qoyub 10000 manat pul götürdüyünü, pulun 2 aylıq ödənişini etmədiyindən, avtomobilin üzərinə həbs qoyulduğunu bildirmişdir. O, avtomobili həbsdən çıxartmaq üçün Fariz adlı şəxsə 4000 manat pul ödəmişdir. Daha sonra, Fariz adlı şəxs avtomobilin alğı-satqısına görə öhdəlik müqaviləsi bağlamış və aylıq ödənişlərin qeyd edildiyi ödəniş qrafiki həmin müqaviləyə əlavə olunmuşdur. Avtomobilə görə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən «McDonalds» restoranının qarşısında Farizə 1225 manat, xx.xx.2021ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən 82 nömrəli məktəbin qarşısında 1225 manat olmaqla, ümumilikdə 2450 manat pul ödəmişdir. 2021-ci ilin dekabr ayında avtomobili 20800 manata satıb, Farizə avtomobilin qalıq borcunu tam olaraq ödəmişdir. Ümumilikdə Lombarda 12250 manat pul ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 «Kontakt Home» mağazalar şəbəkəsindən texniki məhsullar və mebelləri çıxarıb, Bakı şəhərində yerləşən müxtəlif otellərə satmaqla bağlı birlikdə biznes qurmaq və yaxşı gəlir əldə etmək adı ilə 80630 manat, «Volkswagen» markalı, «Touareg» modelli, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili isə 20000 manat məbləğində almaqla bağlı vəd verərək etibarından sui-istifadə etməklə onu aldadaraq, ümumilikdə 100.630 manat məbləğində pulunu ələ keçirmişdir. O, Orucdan pulunu tələb etsə də, sonuncu, ona yalnız 11.000 manat pul qaytarmış, qalan pulu qaytarmamışdır. İlkin izahatında məbləği səhv qeyd etmiş, sonradan telefondakı yazışmalara və dəftərdəki qeydlərinə baxdıqdan sonra düzəliş edib, məbləğin 82000 manat yox, 80630 manat olduğunu göstərmişdir. Bacısı oğlu da Oruca borc verdiyinin şahidi olmuşdur. Heç kimə faizə pul verməmişdir. Get contact proqramında adının “faizə pul verən” kimi qeyd olunmağının səbəbini bilmir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur. 2021-ci ilin may ayında Oruc kondisioner alıb baha qiymətə sataraq gəlir əldə edə biləcəklərini və bu işi görmək qarşılığında isə ona 5000 ABŞ dolları pul verməsini xahiş etmişdir. O, Orucla razılaşmış və 2021-ci ilin may ayının sonlarında yaşadığı ünvan 7 ünvanda Oruca 5.000 ABŞ dolları pul vermişdir. Aralarında olan danışıq zamanı Oruc bildirmişdir ki, 3-4 gün ərzində kondisioner alıb sataraq onun pulunu xeyiri ilə birlikdə qaytaracaqdır. Orucun dediyi vaxt tamam olduqda sonuncu ona cəmi 500 ABŞ dolları verib, qalanını qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bundan 1 həftə sonra Oruc ona yenidən 500 ABŞ dolları pul vermişdir. Qalan pulu da, qısa zaman ərzində qaytaracağına söz vermişdir. 2021-ci ilin iyun ayının əvvəllərində Oruc ondan yenə 5000 ABŞ dolları pul istəyib, bir otelə kondisioner alıb verəcəyini, pulu da, 2-3 günə qaytaracağını demişdir. O, razılaşmış və 2021-ci ilin iyun ayının əvvəllərində Oruc ilə Bakı şəhəri Səbail rayonu, Sahil metrostansiyasının yaxınlığında görüşüb ona 5000 ABŞ dolları pul vermişdir. Orucun dediyi vaxt tamam olduqda o, müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Oruc ona hissə-hissə olmaqla ümumilikdə 3.500 ABŞ dolları qaytarmışdır. Bir neçə gün sonra Oruc ona bildirmişdir ki, hazırda pulu yoxdur, kondisioner alıb-satmalıdır ki, onun pulunu qaytarsın. Daha sonra kondisioner almaq üçün əlavə 3000 ABŞ dolları pul istəmişdir. O, yenə də, Oruca inanıb razılaşmışdır ki, ən azından vermiş olduğu pulunu qaytarsın və 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, «Nərimanov adına İstirahət Parkı»nda Oruca 3.000 ABŞ dolları vermişdir. Sonuncu pulları bir həftə ərzində qaytaracağını bildirmişdir. Bir həftə sonra Orucla əlaqə saxladıqda o, 3-4 gün gözləməyini bildirmişdir. 3-4 gün sonra əlaqə saxladıqda yenə gözləməyini bildirmişdir. Bu qayda ilə Oruc müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Qohumu olduğundan Oruca pul verən zaman yanında şahid gətirməmişdir. Orucun ona borcu 8500 ABŞ dolları təşkil etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır. Sosial şəbəkədə mobil telefon axtararkən «Lalafo» saytında «İphone» markalı mobil telefonun 2200 manata satılması barədə elana rast gəlmişdir. Elanda yerləşdirilmiş ***-***-**-** mobil nömrənin istifadəçisi Famil Kərimliyə zəng etdikdən sonra Whatsappda yazışaraq görüşmələrini təklif etmişdir. Onlar 12 iyun 2022-ci il tarixdə saat 15-16 radələrində metronun «Gənclik» stansiyasının yaxınlığında «Laliqa» çay evində görüşmüşlər. X10 birlikdə gəldiyi Təqsirləndirilən şəxs1 təqdim edərək mobil telefonu ondan alacağını və ilkin ödəniş olaraq Təqsirləndirilən şəxs1 1.100 manat verəcəyini bildirmişdir. O, orada 800 manat kart hesabına 300 manat isə nağd olaraq Oruca vermiş, qalan məbləği 9 gün ərzində mobil telefonu alarkən ödəyəcəyinə razılaşmışdır. Lakin həmin müddət keçsə də, Oruc müxtəlif bəhanələrlə hazırkı mobil telefonunu gətirməmiş və onun pulunu qaytarmamışdır. Bir müddət sonra Oruc onun telefonlarına cavab verməmişdir. Bundan sonra Orucun onu aldatdığını başa düşmüşdür. Orucla aralarında olan Whatsapp yazışmalarını və səs mesajlarını istintaq zamanı təqdim etmişdir. Ona ümumilikdə 1.100 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. 2022-ci ilin iyun ayının 1-i «lalafo» elan saytında iş elanlarına baxarkən İsveçrənin Bern şəhərində şokolad fabrikində qablaşdırma işi ilə bağlı elana rast gəlmişdir. Elanda 1.800 avro maaş verilməsi qeyd olunmuşdur. Elanın sahibi Təqsirləndirilən şəxs1 kimi qeyd edilmiş və elanda ***-***-**-** və ***-***-**-** nömrələri qeyd edilmişdir. Orucla əlaqə saxlayıb onunla görüşmək qərarına gəlmişdir. 2 iyun 2022-ci il tarixdə Orucla Yasamal rayonunda yerləşən Asan xidmət mərkəzinin qarşısında görüşmüşlər. Sonuncu indiyədək 30 nəfəri işə düzəltdiyini bildirmiş, işə düzəlmək üçün bir neçə rəsmi sənəd lazım olduğunu demiş, onlar birlikdə Asan Xidmətdən məhkumluq haqqında arayış almış və Oruca öz şəklini vermişdir. Digər sənədləşdirmə işlərinin həlli üçün Oruc ondan 1.000 manat tələb etmiş, hətta ona gedəcəyi yerin şəkillərini də göndərmişdir. Bütün bunlar onda inam yaratmış və 2 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsində yerləşən Cavad marketdə quraşdırılmış e-manat ödəmə terminalından Təqsirləndirilən şəxs1 öz adına olan son 8 rəqəmi 5042-2827 nömrəli Leobank bank kartının hesabına 1.000 manat göndərmişdir. Bundan sonra Oruc ona demişdir ki, iyul ayında səfirliyə gedib qeydiyyatdan keçəcəklər, avqust ayında da biletlərini alıb 10 nəfəri xaricə göndərəcək. O da bir ay ərzində Orucu gözləmişdir. İyul ayının 8-i Oruc işlə əlaqədar ondan əlavə 100 manat istəmişdir. Həmin tarixdə öz bank kartının hesabından Orucun öz adına olan son 8 rəqəmi 5042-2827 nömrəli Leobank bank kartının hesabına 100 manat göndərmişdir. Son olaraq da Orucun tələbi ilə 22 avqust 2022-ci il tarixdə eyni qayda ilə Orucun son 8 rəqəmi 5042-2827 nömrəli Leobank bank kartının hesabına 100 manat göndərmişdir. Bundan sonra müdəmadi olaraq danışsalar da, Oruc hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. 27 avqust 2022-ci il tarixdə Oruc İsveçrə səfirliyində görüşüb son sənədləşmə işlərini həll edəcəklərini demişdir. Lakin həmin gün gecəyə kimi orda Orucu gözləsə də, sonuncu gəlməmişdir. Bundan sonra Orucun telefonlarına zəng çatmamışdır. 1 həftədən sonra Oruc ona zəng edib, nişanlısının rəhmətə getdiyini, ona görə də zənglərə cavab verə bilmədiyini bildirmiş, söz vermişdir ki, pulunu geri qaytaracaq. Lakin bir müddət sonra Oruc onun nömrəsini bloka atmışdır. Bununla bağlı Nəsimi RPİ-nin 22-ci PB-nə və Sumqayıt ŞPİ-nə müraciət etmişdir. Sonda onu BMCMİ-ə yönləndirmişdirlər. Orucun dələduzluq əməlləri nəticəsində ona 1.200 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. 25 oktyabr 2022-ci il tarixdə gecə saatlarında maşın alveri ilə məşğul olan tanışı Şahid1 ona zəng edib, sərfəli qiymətə maşın satıldığını bildirmişdir. O, Rəşaddan maşın haqqında maraqlananda sonuncu dəqiq məlumatları Ceyhundan soruşmasını bildirmişdir. Ceyhunu da maşın alverçisi kimi tanımışdır. Sonuncuya zəng etmiş, Ceyhun ona maşının 2012-ci il istehsalı ağ rəngdə BMW F10 markalı maşın olduğunu və 22.000 manata satıldığını demişdir. Ceyhuna maşına baxmaq istədiyini demiş, sonuncu isə maşının sahibinə pul lazım olduğundan təcili maşını satdığını, belə fürsətin bir də ələ düşməyəcəyini bildirmişdir. Tbilisi prospektində yerləşən İST Petrol yanacaq doldurma məntəqəsində o, Rəşad və Ceyhunla İST Petrolda görüşmüşlər. Maşını isə Oruc gətirmişdir. Maşının qeydiyyat nömrəsi **-GB-*** olmuşdur. Maşına baxıb bəyənmişdir. Oruc maşını özününki kimi təqdim etmiş, qiymətini 22.000 manat demişdir. Maşında müəyyən xırda problemlər olduğundan 700 manat ümumi məbləğdən çıxılmış və beləliklə, son olaraq 21.300 manata razılaşmışlar. O, Orucla birlikdə həmin maşınla pul götürmək üçün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi, ev 67-ə getmişdir. Həmin vaxt Rəşad və Ceyhun onları İST Petrolun qarşısında gözləmişlər. O, evdən pulu götürüb, Orucla birlikdə yenidən İST Petrola qayıtmışlar. 21.300 manat pulu Orucun yanında gələn Rəşada vermişdir. Rəşad da pulu sayıb Oruca vermişdir. Maşının sənədlərini istədikdə Oruc maşının anasının adına olduğunu, qardaşının tutulduğunu, avtomobilin sənədinin qardaşında olduğunu, təcili pul lazım olduğunu, qardaşını həbsdən çıxardan kimi sənədi öndan götürüb, sənədləşmə işlərini sonra həll etmələrini xahiş etmişdir. Razılaşmışlar ki, maşın onda qalsın və Oruc səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Oruc Tbilisi prospektində yerləşən İST Petrolda görüşüb yaxınlıqdakı notariusda ona etibarnamə versin. Səhəri gün saat 17:00-da Ceyhun ona zəng edərək Orucun işdən çıxa bilmədiyini demişdir. Buna baxmayaraq o, Rəşad və Ceyhun həmin vaxtda İST petrolda görüşmüşdürlər. Orucla telefon danışığı zamanı sonuncu 20 dəqiqəyə gələcəyini demiş, lakin gəlməmişdir. X12 Sənan adında bir dostunu çağırmış, o, Sənanla birlikdə Əhmədli metrosu tərəfdə Orucun evinin yaxınlığına getmişlər. Lakin Orucu tapa bilməmişlər. Həmin vaxtdan sonra nə Sənana, nə də Oruca zəng çatmamışdır. Bundan sonra o, polisə müraciət etmişdir. Sonradan həmin maşının başqa şəxsə məxsus olduğunu, Orucun həmin maşını «Rent-a-car»dan götürdüyünü bilmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır. 2022-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən «Ozon» aptekdə çalışmışdır. Mətin adlı iş yoldaşı söhbət əsasında ona demişdir ki, tanışları vasitəsilə tanıdığı Oruc Amerikadan ucuz qiymətə İphone 14 Pro markalı mobil telefonlar gətirir. Həmin mobil telefonlar həmin vaxt Azərbaycanda 2.500 manatdan yuxarı olsa da, Oruc adlı şəxs deyilənə görə qeydiyyatla birlikdə 1.900-2.000 manata gətirmişdir. Sərfəli olduğu üçün özünə almaq qərarına gəlmişdir. Belə ki, Mətindən Orucun nömrəsini alıb, ona mesaj yazıb, ucuz qiymətə Amerikadan telefon gətirməsi barədə soruşmuşdur. Oruc da sifariş əsasında Amerikadan mobil telefonlar gətirdib, Azərbaycanda satdığını bildirmişdir. Oruc ilkin ödəniş üçün 935 manat ödəməli olduğunu, o da onlayn qaydada həmin pulla mobil telefonu sifariş verəcəyini demişdir. Odur ki, 21 oktyabr 2022-ci il tarixdə yaşadığı Nizami rayonu, B.Nuriyev 16A ünvanından Leobank mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan «X17» ASC tərəfindən emissiya edilmiş 4613-8603-0994-9377 nömrəli bank kartının hesabına 935 manat göndərmiş, qalan pulun da mobil telefonu təhvil verəndən sonra ödənilməsi barədə razılaşmışlar. Belə ki, bir neçə gün sonra Oruc onunla əlaqə saxlayıb, telefonun gömrükdə ilişib qaldığını, ona görə də əlavə olaraq 100 manat da ödəniş etmək lazım olduğunu demişdir. O da işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən «Ozon» aptekdən Leobank mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan «X17» ASC tərəfindən emissiya edilmiş 4613-8603- 0994-9377 nömrəli bank kartının hesabına 100 manat göndərmişdir. Daha sonra Oruc gömrükdən çıxarmaq üçün əlavə olaraq 200 manat ödəniş etmək lazım olduğunu demiş, o da yenidən işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən «Ozon» aptekdən Leobank mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan «X17» ASC tərəfindən emissiya edilmiş 4613-8603-0994-9377 nömrəli bank kartının hesabına 200 manat göndərmişdir. Daha sonra mütəmadi olaraq Orucla əlaqə saxlasa da, sonuncu qısa zamanda telefonu təhvil verəcəyini demişdir. Lakin bir neçə gündən sonra Oruc gömrükdə sifarişləri çox olduğundan məhsulların hamısını oradan çıxarmaqdan ötrü pulu tam ödəmək lazım olduğunu demişdir. O da 16 noyabr 2022-ci il tarixdə son olaraq işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən «Ozon» aptekdən Leobank mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan «X17» ASC tərəfindən emissiya edilmiş 4613-8603-0994-9377 nömrəli bank kartının hesabına 730 manat göndərmişdir. Lakin buna baxmayaraq Oruc onun telefonunu təhvil verməmişdir. Belə ki, Oruc telefonu artıq gömrükdən götürdüyünü, Xırdalanda ofisdə saxladığını, vaxtı olmadığı üçün ona gətirib təhvil verə bilmədiyini demişdir. O, dəfələrlə Orucda tələb etmişdir ki, ona dəqiq ünvanı desin və o, özü gəlib telefonunu götürsün, lakin Oruc hər dəfə bir bəhanə gətirərək ona dəqiq heç bir söz bildirməmişdir. Son olaraq Oruc ona demişdir ki, telefon onun avtomobilindədir və maşın da yol polisi tərəfindən cərimə meydançasına aparılıb, ona görə də götürə bilmir. Belə ki, Təqsirləndirilən şəxs1 onu da eynilə iş yoldaşı Mətin kimi aldadaraq onlara ucuz qiymətə Amerikadan İphone 14 Pro markalı telefon gətirəcəyinə dair yalan verib hissə-hissə olmaqla ümumilikdə 1.965 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs7 ifadəsində görünür ki, bir müddətdir ki, özünə və ailə üzvlərinə münasib qiymətə «iPhone» markalı mobil telefon axtarmışdır. xx.xx.2022-ci il tarixdə isə o, «Tap.az» saytında yerləşdirilmiş mobil telefon elanlarına baxmışdır. Elanlara baxan zaman saytda münasib qiymətə yerləşdirilmiş «İPhone 14 Pro» markalı mobil telefon onun diqqətini çəkdiyindən o, elanda yerləşdirilmiş mobil nömrəyə zəng etmişdir. Telefona cavab verən şəxs özünü Oruc olaraq təqdim etmişdir. O, Orucdan «İPhone 14 Pro» markalı mobil telefon barədə maraqlanaraq həmin mobil telefonu almaq istədiyini bildirmişdir. Oruc «İPhone 14 Pro» markalı mobil telefonun qiymətinin 1100 ABŞ dollarına olduğunu, həmçinin əlavə olaraq qeydiyyat üçün 100 manat pul ödənilməli olduğunu bildirmişdir. Orucun dediyi qiymət çox sərfəli olduğundan o, mobil telefon vasitəsilə şifahi şəkildə razılaşaraq, qeyd olunan mobil telefondan ümumilikdə 6 ədəd sifariş vermək istədiyini bildirmiş və razılaşmaya əsasən pulun yarısını əvvəlcədən, qalanını isə telefonları təhvil aldıqdan sonra ödəməli olduğunu bildirmişdir. Beləliklə, razılaşmalarına müvafiq olaraq o, əvvəlcədən Oruca 6.125 manat ödəniş etməli imiş. İlk dəfə xx.xx.2022-ci il tarixdə 3.105 manat ödənişi Bakı şəhəri Nərimanov rayonu, İ.Həsənoğlu və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən «Bravo» marketin daxilində quraşdırılmış «MilliÖn» terminalı vasitəsilə Oruc tərəfindən ödənişin edilməsi üçün ona «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə göndərilən «Leo» banka məxsus 4098 5844 5042 2827 nömrəli kart hesabına köçürmüşdür. Pulu köçürən zaman həmin kartın Təqsirləndirilən şəxs1 məxsus olması ona məlum olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə o, ikinci dəfə Bakı şəhəri Nərimanov rayonu, İ.Həsənoğlu və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən aptekdə olan zaman «Leo» banka məxsus kart hesabından Təqsirləndirilən şəxs1 tərəfindən ona göndərilmiş «Leo» banka məxsus həmin kart hesabına 2.070 manat pul vəsaitini göndərmişdir. Sonuncu dəfə, isə 2 gün sonra yəni, xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri Nərimanov rayonu, İ.Həsənoğlu və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən «Ozon» aptekdə olan zaman «Leo» banka məxsus kart hesabından Təqsirləndirilən şəxs1 qeyd olunan kart hesabına 950 manat pul vəsaitini köçürmüşdür. Razılaşmalarına müvafiq olaraq o, 6125 manat pulu Təqsirləndirilən şəxs1 göndərdikdən sonra Təqsirləndirilən şəxs1 təxminən 10 gün müddətində 6 ədəd «İphone 14 Pro» markalı mobil telefonu ona təhvil verəcəyi bildirmişdir. Təqsirləndirilən şəxs1 dediyi vaxt tamam olduqda o, sonuncunun mobil nömrəsinə dəfələrlə zəng etsə də, Oruc onun telefon zənglərinə cavab verməmişdir. Oruc ona mobil telefonları X5 gətirdiyini, bu səbəbdən də, 10 gün gözləməli olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 tanıyır, sonuncunun vasitəsilə Təqsirləndirilən şəxs1 tanımışdır. O, avtomobil alqı satqısı ilə məşğuldur. 25 oktyabr 2022-ci ildə Sənan öz nömrəsindən ona zəng edərək yaxın tanışı Orucun istifadə etdiyi **-GB-*** dövlət nömrə nişanlı BMW 528i markalı maşınını pula ehtiyacı olduğu üçün təcili olaraq satdığını bildirmişdir. Sənan ona bildirmişdir ki, əgər maşın satılsa, arada «maklerlik» elədiyi üçün ona 1.000 manat pul verməlidir. Sənan ona demişdir ki, maşının sahibi öz maşınını 19.000-20.000 manat arası qiymətə satmaq fikrindədir. Sənan da buna görə ondan maşını təcili olaraq ala biləcək müştəri tapmağını istəmişdir. O da bu məsələ ilə bağlı tez dostu Ceyhuna zəng etmişdir. Çünki o da maşın alveri ilə məşğul olmuş və hətta Ceyhunun çevrəsi ondan da geniş imiş. O, Ceyhuna maşının qiymətinin üstündə 2.000 manat da artıq qiymət qoyub demişdir ki, maşına təcili müştəri tapmaq lazımdır. O, Ceyhuna demişdir ki, çoxdandır ki, tanıdığı Sənan adlı dostu ona zəng edib və bildirmişdir ki, maşının sahibinin təcili olaraq pula ehtiyacı var, ona görə də maşını dəyər-dəyməzinə satır. Ceyhun da öz növbəsində tanışlarına soraq salaraq avtomobili almaq istəyən Zərərçəkmiş şəxs5 müştəri qismində tapmışdır. Daha sonra Sənan ona Orucun nömrəsini vermiş və demişdir ki, maşının sahibidir və ona zəng edəcək və görüşmək lazım olacaq. Bir müddətdən sonra Oruc ona zəng etmiş və onlar Orucla Koroğlu metrosu tərəfdə saat 00-30 radələrində görüşmüş və Ceyhunun yanına Tbilisi prospektində olan İST petrola getmişdirlər. Onlar çatanda Ceyhun və Ramiz orada imişlər. Gecə saat 1 də Ramiz va Oruc maşını sürüb yoxlamış, 1 saaatdan sonra qayıdaraq Zərərçəkmiş şəxs5 cibindən 21.300 manat çıxarmışdır. Ramiz həmin puldan sayıb 18.600 manat Oruca, 2.700 manat isə ona vermişdir. O da həmin puldan əvvəlcədən danışdıqları kimi 1.000 manatını ayırıb Sənana saxlamışdır. Yerdə qalan 1.700 manat da onunla Ceyhuna qalmışdır. Sənanın da 1.000 manatını 250 və 750 manat olmaqla 2 dəfəyə vermişdir. O, sənədləri istəyəndə Oruc qardaşında qaldığını bildirmişdir. Həmin vaxt orada maşının sənədləşməsi ilə bağlı belə söhbət olmuşdur ki, güya sənədlər Orucun qardaşındadır, buna görə sabah sənədləşmə işləri tam şəkildə həll olunacaq. Bundan sonra o, Sənana zəng etmiş və demişdir ki, maşının sahibi sənədləri təqdim etmir. Sənan da ona demişdir ki, sabah etibarnamə veriləcək, hətta demişdir ki, özü bu işə cavabdehdir. Belə ki, Ramizlə Oruc aralarında razılaşmışdırlar və Ramiz avtomobilə əyləşib getmişdir. Səhəri gün o, Orucla əlaqə saxlamış və sənədləşmə işlərini həll etmək üçün saat 16-da görüşməyi təklif etmişdir, lakin Oruc gəlməmişdir. Bundan sonra o, narahat olmağa başlamışdır, çünki arada vasitəçi o, olmuşdur, amma maşının sahibi maşını alan adama heç bir sənəd təqdim etməmişdir. Buna görə də o, dərhal onu bu işə qoşan Təqsirləndirilən şəxs3 zəng etmiş və demişdir ki, Orucla təcili əlaqə saxlasın. Bundan sonra 27 oktyabr 2022-ci il tarixdə saat 14-də Oruc ona səsli mesaj göndərmişdir ki, saat 16-da İst Petrolun yanında görüşsünlər və gedib sənədləşmə işlərini həll etsinlər. Amma Oruc yenə də gəlməmiş və telefonu söndürmüşdür. Orucla həmin gündən sonra əlaqəyə yaratmaq mümkün olmamışdır. Orucun dayısını və atasını axtarıb tapmış, sonuncular Orucun çox borcu olduğunu, sonuncuya cavabdeh olmadıqlarını bildirmişlər. Ona bu iş haqqında Təqsirləndirilən şəxs3 məlumat vermişdir. Sənan ona maşının problemli maşın olduğunu deməmişdir. Demişdir ki, maşının sahibi təcili pula ehtiyacı olduğu üçün maşını dəyər-dəyməzinə satır. O da Sənana etibar etdiyi üçün həmin maşın üçün müştəri tapmışdır. Əgər Sənan maşının «Rent-a-car»dan götürüldüyünü desəydi, o, heç vaxt maşına müştəri tapmazdı. Sənan ona maşını dostunun öz maşını kimi təqdim edib, özünün də işə cavabdeh olduğunu və sənədləşmə işlərini şəxsən özü təşkil edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. O, fərdi qaydada maşın alveri ilə məşğul olur. 25 oktyabr 2022-ci il tarixdə Şahid1 adlı tanışı ona zəng edib, təcili olaraq 21.000 manata BMW 528 markalı maşın satıldığını, maşının sahibinə təcili pul lazım olduğunu demişdir. O da alverçi yoldaşı Rəşadla əlaqə saxlayıb, məlumat vermişdir. Rəşad da ona Ramiz adlı bir tanışlarının maşın axtardığını bildirmişdir. Beləliklə, onlar Ramizlə əlaqə saxlayıb, Tbilisi prospektində İST Petrol yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüşlər. Rəşad, Ramiz ora getmişdirlər. Oruc adlı şəxs də həmin maşını sürərək ora gətirmişdir. Orada qiymətlə bağlı razılaşılmış və Ramiz maşını almışdır. Ona da 350 manat pul verilmişdir. Orada maşının sənədləri olmadığı aydın olmuş, Oruc sənədləri səhəri gün qardaşından alıb gətirəcəyini və sənədləşdirməni həyata keçirəcəyini bildirmişdir. O, müştəri tapdığı üçün 350 manatı alıb getmişdir. Həmin maşının Oruca məxsus olmadığı, icarəyə götürdüyünü sonradan bilmişdir. O, Şahid1 güvəndiyi üçün bu işə qoşulmuş, Rəşad kimi onun işdən məlumatı olmamışdır. Sonradan Rəşadı bu işə Təqsirləndirilən şəxs3 cəlb etdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, hazırda mebel ticarəti ilə məşğuldur. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 tanımır. Onların heç birini görməmişdir. Onun adına 20000 manata «Volkswagen Tuareg» markalı maşın sənədləşdirilmişdir. Belə ki, X14 adlı maşın alveri ilə məşğul olan bir qohumu var. Sonuncu onun anasının bibisi oğludur. İbad rayon qeydiyyatında olduğundan maşınları hissəli ödənişlə satanda onun adına keçirir. İbad ondan maşını onun adına keçirməyi xahiş etmiş, o da razılıq vermişdir. O, maşın alqı-satqısında iştirak etməmiş, maşının kimə, hansı qiymətə satılmasından və ya girov qoyulmasından xəbəri yoxdur. Maşın onun adına sənədləşdirilmiş və İbadın dediyi şəxslərə notariusda etibarnamə vermişdir. Sonuncu dəfə Elnur adlı şəxsə elektron qaydada etibarnamə vermişdir. Sonradan maşının satılmasından xəbərim olmamışdır. Elnur və Fariz adlı şəxsləri tanımır. İbadın Oruc adlı şəxsi tanıyıbtanımadığını bilmir. Hazırda İbad ölmüşdür. İşin 3-cü cildinin 57-58-ci vərəqlərindəki «Könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında» 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X4 təqdim etdiyi Təqsirləndirilən şəxs1lə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 arasında olan «Whatsapp» yazışmalarının ekran görüntülərinin əks olunduğu 10 ədəd vərəqə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs1 (Anar.qonshu) arasında olan yazışmalarda aşağıdakı məzmunda yazışmalar qeyd olunmuşdur: Zərərçəkmiş şəxs1: Tural deyir ki, o 6,000 pul var ha Orucda, istəyirsə, bir yerdən pul gələcək, onu 20.000- 30.000 eləyək, amma ayda 2 dəfə versin, əlavə 5-5 görüşək. Təqsirləndirilən şəxs1: Ehtiyac yoxdu o qədər, mənə ehtiyac deyil. Qalsın belə 6,000də. Həftəlik 400 yaxşıdı 6.000-ə. Zərərçəkmiş şəxs1: Yaxşı qaqa danışarıq. Zərərçəkmiş şəxs1: Oruc, Tural deyir ki, o 6.000-i imkan var 1 həftəlik versin, sonra yenə verim. Təqsirləndirilən şəxs1 : Qaqa belə eləməsin, çünki bu dəqiqə yoxdu. Zərərçəkmiş şəxs1: Oruc, Turalla danışdım, həftəyə 300-ə razı deyil, dedi 400, sonra 500. Təqsirləndirilən şəxs1 : Yaxşı problem yoxdu, onda məndə 6.000 qalsın qaytarmayım. Həftədə 400 götür. Zərərçəkmiş şəxs1: Yaxşı, biraz keçsin, mən yenə alıb verərəm sənə Turaldan pul........ Oruc, Tural deyir ki, bu məsələ nə vaxta kimi uzanacaq? Bütün həftəliklərimi alacam. Təqsirləndirilən şəxs1 : Anar, bu qədər pul vermişəm, vəziyyətim yaxşı deyil. Məndə olan 6.000-i danış aybaay verim, qutarsın. Zərərçəkmiş şəxs1: Oruc, nə danışırsan, elə şey olur? Tural qırğın eliyir, Həftəlikləri məndən istəyir. Təqsirləndirilən şəxs1 : Bura bax, Anar. Atamı bura qarışdırma. Mənim evimin satıldığının bura aidiyyəti yoxdur. Mən Tural tanımıram. Səndən 6.000 manat pul almışam. Artıq qara qəpik də verən deyiləm. İşin 3-cü cildinin 79-cu vərəqindəki «Könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında» 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs1 ilə arasında olan «Whatsapp» yazışmalarının ekran görüntülərinin əks olunduğu 03 ədəd vərəqə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1lə (Oruc məhlə) Zərərçəkmiş şəxs1 arasında olan yazışmalarda aşağıdakı məzmunda yazışmalar qeyd olunmuşdur: Zərərçəkmiş şəxs1: Oruc, camaat məndən xəbər gözləyir, belə də yox da. Təqsirləndirilən şəxs1: Anar, sənə yazdığım tarixləri mənə yaz bir dənə. Zərərçəkmiş şəxs1: 22, 25, 28, 30 Təqsirləndirilən şəxs1 : 22si-10.000, 25-i 22.000, 28-i 18.000, 30-u 18.000. Bir dənə partiya qalır, onu da ayın 3- ü verəcəklər, sıxışdırıb belə eliyə bilirlər sonuncun 12.000 Zərərçəkmiş şəxs1: Başa düşmədim, 80.000 puldu, bu nədi? Təqsirləndirilən şəxs1 : Qardaşım nə qədər borcum var sizə? Zərərçəkmiş şəxs1. 80.630 manat sənin verəcəyin var. Sən yazdığın 80.000 eləmir. Təqsirləndirilən şəxs1: Anar, düz say da qardaşım. 10.000+22.000+18.000+18.000+12.000. Axnncı qalıq vazvrat var da 2 dükanın, onları da bir dənə 5-ciyə saxladılar. Anar versinlər, istəyir 8 dəfəyə versin, axır ki, versinlər. Zərərçəkmiş şəxs1: Bildim, bu tarixlərdən o tərəfə keçməyəcək İşin 1-ci cildinin 184-cü vərəqindəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 05 yanvar 2023-cü il tarixli **********053600 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 01 sentyabr 2020-ci il tarixdə qeydiyyata alınmış "xxxx" MMC-nin rəhbəridir. Lakin onun fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanlarında uçota alınması barədə məlumat yoxdur. İşin 1-ci cildinin 174-175-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hal kimi nəzərə alınmır. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən «8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı ilə ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 ili azaldılmışdır. Təqsirləndirilən şəxs1 cəzasının 1 il 15 gün hissəsini çəkmiş, 5 ay 11 gün çəkilməmiş cəzası qalmışdır. İşin 1-ci cildinin 176-177-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Səlimov X6 Federativ Respublikası Nürnberq rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Almaniya Federativ Respublikası CM-in 242, 248A, 263A PAR 1 ABZ, 263, 53 PAR maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 10 ay azadlıqdan məhrum etmə cəzası, xx.xx.2017-ci il tarixə kimi sınaq müddətinə nəzarətçi təyin edilmişdir. xx.xx.2018-ci il tarixli qərarla cəzanın qalıq hissəsi ləğv edilmiş, məhkumluq silinmişdir. İşin 1-ci cildinin 178-179-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İşin 1-ci cildinin 77-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 2 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 111-116-cı vərəqlərindəki Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 2 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 140-143-cü vərəqlərindəki qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 166-169-cu vərəqlərindəki qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. İşdəki Azərbaycan Respublikası BDYPİ-nin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 **-HH-*** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtomobilə dair etibarnamə verilmişdir. İşdəki Zərərçəkmiş şəxs5 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 onun xeyrinə 21.300 (iyirmi bir min üç yüz) manat maddi ziyan və 155 (yüz əlli beş) manat dövlət rüsumunun tutulmasını xahiş edir. İşdəki Zərərçəkmiş şəxs2 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyanın əvəzi tam ödənilmişdir, onlar barışmışlar, ona qarşı şikayəti və tələbi yoxdur. İşdəki Zərərçəkmiş şəxs3 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs1 qarşı qarşı şikayəti, mülki iddiası və tələbi yoxdur, onunla barışmışdır. İşdəki Zərərçəkmiş şəxs4 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs1 qarşı qarşı şikayəti, mülki iddiası və tələbi yoxdur, onunla barışmışdır. İşdəki Zərərçəkmiş şəxs6 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyanın əvəzi tam ödənilmişdir, onlar barışmışlar, ona qarşı şikayəti və tələbi yoxdur. İşdəki Zərərçəkmiş şəxs7 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyanın əvəzi tam ödənilmişdir, onlar barışmışlar, ona qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs1 məhkəmədə ifadə verərkən digər epizodlar üzrə özünü təqsirli bilsə də, Zərərçəkmiş şəxs1 aid epizodda özünü təqsirli bilməyərək sonuncudan cəmi 6000 manat faiz borcu alıb, sonuncuya 11000 manatadək faiz qaytardığını, sonradan faizləri qaytara bilmədiyini və fazilərin yığılması nəticəsində ittihama göstərilən məbləğin yarandığını, eyni zamanda Anardan aldığı avtomobili lombardda girov qoymadığını, sonuncunun özünün avtomobili girov qoyduğunu bildirmişdir. Onun bu ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, «könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında» 17 aprel 2023-cü il tarixli protokol, BDYPİ-dən alınmış sorğuya cavab və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır, məsuliyyətini yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi, Təqsirləndirilən şəxs3 isə özünü təqsirli bilmədi. Onların bu ifadələri ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, məhkəmədə dindirilmiş zərəçəkmiş şəxslər, şahid ifadələri və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadələrinə tənqidi yanaşır və cəzalarını yüngülləşdirmək və ondan yayınmaq məqsədi güdən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməli, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cinayətin törədilməsində rollarını, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslərin bəziləri ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 oğlunun barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs1 Nəsimi rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə qanunun yuxarıda qeyd edilən göstərişini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi maddələrlə əlavə cəza da təyin edilməli, onlar dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Nəsimi rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 ay 11 günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən 2 ay 20 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki təyin edilən cəza ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 2 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 3 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclasında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 3 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclasında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilməli, 21.455 (iyirmi bir min dörd yüz əlli beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada Zərərçəkmiş şəxs5 xeyrinə tutulmalıdır. Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməsi hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 10 (on) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 67.1-ci maddəsinə əsasən Nəsimi rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 ay 11 günü CMin 68.1.1-1-ci maddəsinə əsasən 2 ay 20 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki təyin edilən cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 2 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona CM-in 178.2.1, 178.2.3 və 178.2.4 və 46.2-ci maddələrinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 3 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclasında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona CM-in 178.2.1, 178.2.4 və 46.2-ci maddələrinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 3 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclasında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilməli, 21.455 (iyirmi bir min dörd yüz əlli beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada Zərərçəkmiş şəxs5 xeyrinə tutulsun. Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməsi hüququnun olması izah edilsin. İş üzrə maddi sübut və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar