Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-350/2025 30.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X4 və X2 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 19 avqust 1992-ci ildə Dəvəçi rayonu, Gəndob kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin noyabr ayının əvvəllərində, saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 15-ci dalan ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri sayılan qapısı açıq olan avtomobil qarajından özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs məxsus 3000 manat dəyərində “Yamaha” markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 10,947 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Cəfərov küçəsinə qədər daşımış, 19 fevral 2024-cü il tarixdə, saat 22:00 radələrində qeyd olunan ünvanda şübhəli olduğuna görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaret qutusunun içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 9,614 qram, 0,255 qram, 0,226 qram, 0,052 qram, 0,021 qram, 0,092 qram, 0,084 qram, 0,253 qram, 0,074 qram, 0,146 qram, 0,021 qram, 0,013 qram, 0,052 qram, 0,044 qram kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edən 14 (on dörd) ədəd bükümdə olmaqla külli miqdarda ümumi təmiz çəkisi 10,947 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və gödəkçəsinin sağ cibindən isə üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayıb daşıma cinayət əməllərini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham qəbul edilsə də, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməllərinin Cinayət Məcəlləsinin 177.2.3, 234.4.3-cü maddələri ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxslə əvvəllər “Sea Breeze”də bir yerdə işləmişlər. O, orada qolf maşınlarının təmiri ilə məşğul olurmuş, həmçinin onları proqramlaşdırır və elektrik işlərini görürmüş. Onun Zərərçəkmiş şəxslə aralarında pulla bağlı mübahisəsi var imiş. Buna görə də o, Zərərçəkmiş şəxs həyətindən oğurluq etmiş, oradan mopedi oğurlamışdır. O, Zərərçəkmiş şəxs həyətinə divardan düşmüş, qapını kodla açıb mopedi oğurlayıb qaçmışdır. O, hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə göstərir ki, 19 fevral 2024-cü il tarixdə Bəxtiyar adlı tanışı ilə “Whatsapp” sosial şəbəkəsində danışırmış. O, Bəxtiyara 150 manat pul borclu imiş. O, Bəxtiyardan əvvəllər narkotik vasitə alıb istifadə etmişdir. Sonra Bəxtiyar ona bildirmişdir ki, 5 qram narkotik vasitə var, həmin narkotik vasitəni götürməsi üçün ona ünvanı bildirəcək. O da Bəxtiyarla razılaşmışdır. Buna görə də o, Bəxtiyara 150 manat borcunun əvəzi və 110 manat da həmin 5 qram narkotik vasitə üçün olmaqla, ümumilikdə 260 manat pul göndərmiş və Bəxtiyara 40 manat borclu qalmışdır. Bəxtiyar ona bildirmişdir ki, Mərdəkan şossesinə çıxsın və ona xəbər etsin. O, avtomobili ilə Mərdəkan şossesinə çıxmışdır. Orada Bəxtiyar ona bildirmişdir ki, hazırda narkotik vasitəni gətirmək alınmır, bir neçə saata alınacaq. O isə Bəxtiyara “belə etmə, bunu qaydasına qoyaq” demişdir. Bəxtiyar isə Suraxanı dairəsi deyilən ərazinin yanında “Tosoil” yanacaq doldurma məntəqəsinin yanına gəlməsini ona demişdir. O da razılaşmışdır. Bəxtiyar ona bildirmişdir ki, dediyi yerə getsin, orada bir nəfər şəxs gətirib ona 1 (bir) qram narkotik vasitə verəcək. Bəxtiyar ona bildirmişdir ki, hələlik bununla istifadə etsin, sonra yenə olacaq. O da razılaşmışdır. O, Bəxtiyarın dediyi yerdən gedib narkotik vasitəni götürüb evinə getmişdir. Bu hadisədən 40-45 dəqiqə sonra yaşadığı evin qapısı döyülmüşdür. O, qapını açdıqda bir nəfər onu təpiklə vurub arxaya itələmişdir. O, həmin şəxsin polis əməkdaşı olduğunu sonradan bilmişdir. Onu təpiklə vurduğuna görə yerdən qalxıb, üstünə cumub həmin şəxsi yıxmışdır. Bu zaman arxadan təxminən 10-15 nəfər polis əməkdaşı qışqıraraq həmin şəxsin polis əməkdaşı olduğunu bildirmişlər. Onu həmin formada evdən götürüb aparmışlar. Eyni zamanda evdə nə qədər qiymətli əşyaları varsa hamısını, həmçinin avtomobilini belə aparmışlar. Polis şöbəsində əvvəlcə 1 qram marixuana gətirmişlər və çəkiliş aparmışlar. Sonra bildirmişlər ki, 260 manata 1 qram marixuana düşmür. Bu zaman ayrı-ayrı bükümlərdə 10 qram metamfetamin gətirib ona verərək cibinə qoymağını istəmişlər. Onun evində cəmi 1 qram metamfetamin olmuşdur. Həmin maddəni polis əməkdaşları istəyəndə evdən çıxarıb vermişdir. Onu gəlib evindən tutmuşlar. O, özünü 1 qram narkotik vasitəyə görə təqsirli bilir. Onun yanında qeyri-rəsmi ər-arvad kimi yaşadığı qadını polis şöbəsinə aparmışlar. Ona hədə-qorxu gəlmişlər ki, həmin qadını da cinayət məsuliyyətinə cəlb edəcəklər, ona görə də o, məcbur qalıb ona elan edilmiş ittihamda göstərilən psixotrop maddələrin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, qeyri-rəsmi münasibətdə olduğu qadın ilə birgə yaşayırmış. Polis əməkdaşları onu döymüşlər. Ondan yalnız 1 (bir) qram psixotrop maddə metamfetmin aşkar olunmuşdur. Həmin psixotrop maddəni isə polis əməkdaşları onun yaşadığı evdən götürmüşlər. Polis əməkdaşları onun yaşadığı evindən 3 ədəd noutbukunu, 4 ədəd telefonunu, noutbuklara aid çantaları və enerji alətlərini, qulaqcığı, elektron qəlyanını aparmışlar. Şəxsi axtarışda vəkil iştirak etməmişdir. X9 Respublikasından olan hər hansı şəxslə əlaqəsi olmamışdır. O Şəhruz adlı şəxsi tanımır. O, heç vaxt narkotik vasitə satmamışdır. Onu polis əməkdaşları saat 17-18 radələrində saxlamışlar, şəxsi axtarışı isə gecə saat 00 radələrində keçirtmişlər. Həmçinin bildirir ki, İstintaq Təcridxanasına daxil olunarkən barəsində tərtib edilmiş tibbi kitabçada göstərilən onun kürək nahisəində olan köhnə çapıq toxumasının hazırkı cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Həmin çapıq toxuması əvvəllər keçirdiyi tibbi əməliyyatla əlaqədar olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında ona elan edilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bağlı verdiyi ifadəsi ilə əlaqədar hər hansı ziddiyyətli hallar müəyyən edilməsə də, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittihamla bağlı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 fevral 2024-cü il tarixli izahatında və şübhəli şəxs qismində verdiyi ifadəsində, sonra isə 21 fevral 2024-cü il və 06 iyun 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir müddət olar ki, narkotik vasitə qəbul edirmiş. Bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə olan heroindən, psixotrop maddə metamfetamindən istifadə edirmiş. Narkotik vasitə olan heroini, psixotrop maddə metamfetamini qəbul etmək üçün tanımadığı şəxslərdən alırmış. Son zamanlar istifadə üçün narkotik və psixotrop maddə əldə etmək məqsədilə sosial şəbəkədə yazışmağa başlamışdır. Belə ki, iki gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxs onun verəcəyi pulun müqabilində psixotrop maddə metamfetamin təşkil edə biləcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Ona özünü İran İslam Respublikasının vətəndaşı olaraq təqdim etmiş «Şəhruz» adlı şəxs ilə onun istifadə etdiyi yadında qalmayan telefon nömrəsi ilə özünün istifadə etdiyi nömrəsi ilə vatsap vasitəsi ilə əlaqə saxlayıb ondan psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxsin ona göndərdiyi hesab nömrəsinə 260 manat pul köçürməyini və istədiyi psixotrop maddə metamfetamini qoyulacaq yeri ona deyəcəyini bildirmişdir. O da 19 fevral 2024-ci il tarixdə ona göndərilmiş yadında qalmayan hesab nömrəsinə marketdə ödəmə aparatı vasitəsi ilə 260 manat pul göndərmişdir. Həmin şəxs ona vatsapla yazaraq göndərdiyi psixotrop maddə metamfetamini bir neçə saatdan sonra Bakı şəhəri Hava limanının yaxınlığında yolun kənarında yerdən siqaret qutusunun içərisində götürə biləcəyini bildirmişdir. Həmin gün axşam saatlarında özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsin ona bildirdiyi ünvana gedib həmin yerdə qoyulmuş bir ədəd siqaret qutusunun içərisinə qablaşdırılmış psixotrop maddə metamfetamin olan bükümləri götürmüşdür. 19 fevral 2024-cü il tarixdə, saat təxminən 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Cəfərov küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində psixotrop maddə metamfetamin olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən psixotrop maddə metamfetaminin aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməyini təklif etdikdə artıq üzərində olan psixotrop maddə metamfetamini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində psixotrop maddə metamfetaminin olmasını polis əməkdaşlarına bildirmişdir. O, əynində olan boz rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd siqaret qutusunun içərisinə qablaşdırılmış vəziyyətdə ayrı-ayrı bükümlərə bükülmüş psixotrop maddə metamfetamin təqdim edərək bildirmişdir ki, həmin bükümlərin içərisində olan maddələr psixotrop maddə metamfetamindir. Həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə adını, dəqiq anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olaraq bildiyi şəxsdən 260 manata alaraq üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis şöbəsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir (iş vərəqə: cild İ, səh.28, 45-47, 59-63, 197- 202). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etmir. Həmin ifadələri polis əməkdaşlarının həm fiziki, həm də psixoloji təzyiqləri nəticəsində vermişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs fadəsində göstərmişdir ki, onun motosiklet təmiri sexi var imiş. O, “Sea Breeze”də servis xidməti göstərirmiş. Təqsirləndirilən şəxs 7-8 ay onun yanında işləmiş və nəyi harada saxladığını yaxşı bilirmiş. Təqsirləndirilən şəxs işdən çıxmasından bir müddət sonra ona məxsus olan bağ evindən moped oğurlamışdır. Təqsirləndirilən şəxs hasardan keçib qarajdan mopedi çıxararaq oğurlamışdır. Sonradan həmin mopedin satışa qoyulduğunu örgənmişdir. Həmin moped ona geri qaytarılmışdır. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, o, təqsirləndirilən şəxsi bağışlayır. Təqsirləndirilən şəxsin barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, polis əməkdaşı kimi təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş, sonuncu küçədə özünü şübhəli apardığından saxlanılmış, onun saxlanılması zaman hava artıq qaranlıq olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Təqsirləndirlən şəxsi saxlamaq istəyərkən sonuncu onlardan yayınıb qaçmaq istəmişdir. Lakin onlar onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir neçə bükümlərdə psixotrop vasitəyə oxşar maddələr aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayarkən ona qarşı tərəflərindən heç bir təsir, təzyiq və ya hər hansı başqa qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi güya tərəflərindən təqsirləndirilən şəxsin öz evində saxlanıldığı, onunla birgə yaşayan qadının da polis şöbəsinə aparılması, ona qarşı fiziki və psixoloji təzyiqlərə yol verildiyi, onun üzərində 1 qram narkotik vasitə olmasına baxmayaraq, tərəflərindən 14 ədəd bükümlərdə psixotrop maddənin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri tamamilə yalandır. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməmiş və həmin evdə olmamışlar. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı və ətraflı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid1 məhkəməyədək icraat zamanı 11 mart 2024-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 fevral 2024-cü il tarixdə, saat 22 radələrində həmkarı Sabunçu Rayon Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru Şahid2 ilə bərabər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Cəfərov küçəsində xidmətdə olduqları zaman əvvəllər tanımadığı bir nəfər şəxsin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri-dəqiq cavab verməklə onun narkotik vasitənin təsiri altında olmasına dair şübhələri yarandığından həmin şəxsi ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət etmişlər. Sonradan anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona müdafiəçi təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ərizə ilə müraciət edərək ona təqdim olunmuş müdafiəçinin şəxsi axtarışda iştirak etməsindən imtina etmişdir. Təhqiqatçı tərəfindən tərəflərindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və digər əşyalarını təqdim etməsi təklif edildikdə həmin vaxt Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusunu, gödəkçənin sağ yan cibindən isə bir ədəd “Xioami” markalı mobil telefonu və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusuna baxış keçirildikdə həmin siqaret qutusunun içərisinə qablaşdırılmış vəziyyətdə 14 ədəd ayrı-ayrı bükümlərə bükülmüş bükülülər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içərisində olan maddə psixotrop maddə metamfetamindir və həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə özünü ona “Şəhruz” adlı şəxs kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı olaraq bildiyi şəxsdən 260 manata alaraq əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon da götürülmüşdür. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir (iş vərəqə: cild İ, səh.98-100). Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsi ilə bağlı göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini təsdiq edir. Həmçinin bildirir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs vəkilin iştirakından imtina etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmasından xeyli müddət keçdiyindən hadisəni təfərrüatı ilə xatırlamır. Onlar Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Cəfərov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bükümlərdə psixotrop vasitəyə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun özü vəkilin həmin vaxt iştirakından imtina etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı və ətraflı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid2 məhkəməyədək icraat zamanı 30 may 2024-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda Sabunçu rayon Polis İdarəsinin CAŞ-də kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Sabunçu Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkli Şahid1 ilə bərabər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Cəfərov küçəsində xidmətdə olduğu zaman əvvəllər tanımadıqları bir nəfər şəxsin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri-dəqiq cavab verməklə onun narkotik təsiri altında olmasına dair şübhələri yarandığından həmin şəxsi ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə aparılması barədə raport tərtib olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona müdafiəçi təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ərizə ilə müraciət edərək ona təqdim olunmuş müdafiəçinin şəxsi axtarışda iştirak etməsindən imtina etmişdir. Təhqiqatçı tərəfindən tərəflərindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və digər əşyalarını təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusunu, gödəkçənin sağ yan cibindən isə bir ədəd “Xioami” markalı mobil telefonu və bir ədəd elektron tərəzəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusuna baxış keçirildikdə həmin siqaret qutusunun içərisinə qablaşdırılmış vəziyyətdə 14 ədəd ayrı-ayrı bükümlərə bükülmüş bükülülər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içərisində olan maddə psixotrop maddə metamfetamindir və həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə özünü ona “Şəhruz” adlı şəxs kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı olaraq bildiyi şəxsdən 260 manata alaraq əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi onların iştirakları ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon da götürülmüşdür. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. (iş vərəqə: cild İ, səh.166-168). Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsi ilə bağlı göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi və məhkəmədə elan olunmuş həmin ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs tərəflərindən heç bir fiziki, psixoloji təzyiqlər edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _19 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 20 fevral 2024-cü il tarixli “baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli gödəkcənin sağ cibindən bir ədəd “Xioami” markalı mobil telefon və bir ədəd elektron tərəzini, gödəkcəsinin sol cibindən isə siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi siqret qutusunun içərisindən 04 ədəd sellofana bükülmüş və 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş kristal formalı maddələri təqdim etmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs həmin 14 ədəd bükülüdə olan maddələrin psixotrop maddə metamfetamin olmasını, öz istifadəsi üçün İran İslam Respublikası vətəndaşı olan “Şəhruz” adlı şəxsdən whatsapp vasitəsilə əlaqə saxlayaraq sonuncunun atdığı Hava limanının yaxınlığında yerdən götürməsi, 260 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 14 ədəd bükülü açıldıqda, 06 ədəd bükülünün içərisində ağ rəngli kristal formalı maddə və 08 ədəd qalan bağlamalarda isə qara rəngli kristal formalı maddələr olması aşkar olunmuşdur (iş vərəqə: cild İ, səh.26-27, 48). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1010 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №100” dairəvi möhür əksləri olan iki ədəd zərfdə qablaşdırılmış- üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr...” yazıları, soyad və imzalar olan zərfin içərisində 04 ədəd şəffaf sellofana və 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 9,614 qram, 0,255 qram, 0,226 qram, 0,052 qram, 0,021 qram, 0,092 qram, 0,084 qram, 0,253 qram, 0,074 qram, 0,146 qram, 0,021 qram, 0,013 qram, 0,052 qram, 0,044 qram, ümumi təmiz çəkiləri 10,947 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd elektron tərəzi...” yazıları, soyad və imzalar olan zərfin içərisindəki bir ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək və bükümlərdə olan metamfetaminlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir (iş vərəqə: cild İ, səh. 32-36). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1202 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN Məhkəmə ekspertizası mərkəzinə məxsus “Məhkəmə ekspertizası Mərkəzi Tədqiqat obyekti № 63“ dairəvi möhür əksi, “Ekspert rəyi 6\1010...Sabunçu RPİ 13-cü PŞ...20 fevral 2024-cü il..” və s. imzalar olan bir ədəd kağız paketin içərisində bir ədəd zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs aşkar edildiyi qeyd olunan 14 (on dörd) ədəd bükümdə olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edirlər (iş vərəqə: cild İ, səh. 169-172). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X5 məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2024-cü il tarixli, 1280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.101-102). _21 noyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokol”dan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 15-ci dalan ünvanında yerləşən fərdi yaşayış evidir (iş vərəqə: cild İ, səh. 117-119). _06 may 2024-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokol”dan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə edilmiş telefon danışıqlarına dair məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə saat 07:53:37-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «rm senin ağlın kimese gedib mal.satma» məzmununda, 30 oktyabr 2023- cü il tarixdə saat 07:53:59-da ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «mal satmaqla məşğul olduğuvu da yaxşı bilirem.dünenden hamı senden danışır.sen mal satırsan senden de götüren olub defelerle» məzmununda, 17 noyabr 2023-cü il tarixdə saat 03:48:59-da 055- 598-18- 18 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsinə «Ala. Bir sifetin olsun patiya qaçdın qaç men tapram adam vurar» məzmununda SMS mətni göndərilmişdir (iş vərəqə: cild İ, səh. 164-165). _05 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 10,793 qram psixotrop maddə metamfetamin və elektron tərəzi maddi sübut hesab edilərək, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanca təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkətinin video görüntülərini əks etdirən bir ədəd disk, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, həmin qərardan həmçinin görünür ki, aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsindən ötrü hazırki cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.173-181, 183, 206-207). _19 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.14). _Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.77-78). _ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.95-96). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayıb daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 177.2.3, 234.4.3-cü maddələrinə münasibətdə onun əməllərinə hüquqi qiymət verilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 1-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür”. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, “Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir.” Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməli, yəni onun saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi təqsirləndirilən şəxsin özünün həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları kimi obyektiv və mötəbər sübut növləri ilə təsdiq edilmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 14 (on dörd) ədəd bükümdə olan psixotrop maddə metamfetaminin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş psixotrop maddələrin külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməli ilə bağlı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə 19 fevral 2024-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Cəfərov küçəsində saxlanılaraq, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 9,614 qram, 0,255 qram, 0,226 qram, 0,052 qram, 0,021 qram, 0,092 qram, 0,084 qram, 0,253 qram, 0,074 qram, 0,146 qram, 0,021 qram, 0,013 qram, 0,052 qram, 0,044 qramdan ibarət 14 (on dörd) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 10,947 qram psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərkən ondan həqiqətən də 1 (bir) qram narkotik vasitə aşkar olunduğunu etiraf etsə də, polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixoloji təzyiqlərə məruz qaldığını, onun ittihamda göstərilən ünvanda deyil, evində saxlanıldığını, bu zaman evindən ona məxsus əşyalarının da polislər tərəfindən aparıldığını, həmçinin onun yanında qeyri-rəsmi ər-arvad kimi yaşadığı qadının da polis şöbəsinə aparıldığını və polis əməkdaşlarının ona hədə-qorxu gələrək həmin qadının da cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirdiklərini, ona görə də məcbur qalıb ona elan edilmiş ittihamda göstərilən psixotrop maddələrin ona məxsus olduğunu etiraf etdiyini, habelə polis əməkdaşları onu saxladıqdan bir neçə saat keçdikdən sonra üzərinə şəxsi axtarış keçirilməsini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırma başlandığı ilkin mərhələdən başlayaraq onun üzərində video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən sorğu-sual zamanı, sonra verdiyi izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ondan aşkar edilmiş ayrı-ayrı 14 (on dörd) ədəd bükümlərdə külli miqdarda psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşından aldığını etiraf etmiş və polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq göstərilmədiyini bildirmişdir, eyni zamanda ibtidai istintaq yekunlaşarkən və təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olarkən də o, həmin protokolları öz imzası ilə təsdiq etmiş və heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.28, 45-47, 59-63, 197-202, 215- 216). Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı etirafedici ifadələrini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq bildirməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabı”nın müvafiq səhifələrindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətlər müəyyən edilməmişdir, həmçinin onun Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən barəsində tərtib edilmiş tibbi kitabça məhkəmədə tədqiq edilərkən müəyyən edilmişdir ki, o, həbs olunmadan əvvəl zədə almadığını bildirmiş, eyni zamanda həmin kitabçada göstərilmiş onun sağ kürək nahiyəsində olan köhnə çapıq toxuması ilə bağlı məhkəmədə bildirmişdir ki, həmin köhnə çapıq toxumasının hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının fiziki zorakılığına və qeyri-qanuni hərəkətlərinə məruz qaldığına dair göstərdiyi hallarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış material əsasında 05 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” qəbul edilmiş, həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evdə ona məxsus şəxsi əşyaların götürülməsi ilə bağlı göstərdiyi xüsusatlarla əlaqədar Bakı şəhəri Sabunçu rayon Prokurorluğunda toplanmış material əsasında 17 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” qəbul edilmişdir. Həmin qərarlardan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşının izahatları alınmış, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilərək rəy alınmış və Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmadığından toplanmış həmin materiallar üzrə cinayət hadisəsi olmaması ilə bağlı qərar qəbul edilmiş və onun tərəfindən həmin qərarlardan şikayət verilməmişdir. Beləliklə də, cinayət işinin göstərilən faktiki halları ilə, həmçinin Təqsirləndirilən şəxs özünün müdafiəsi ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması, həmçinin məhkəmədə ifadəsində göstərdiyi digər inkaredici hallar öz təsdiqini tapmamış, cinayət işi üzrə təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hər hansı fiziki, psixoloji və ya digər təzyiqlərə məruz qalması məhkəmə araşdırması nəticəsində hər hansı faktla öz təsdiqini tapmadığından, ilkin ibtidai araşdırma zamanı şəxsi axtarış istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddələrin tam iradə sərbəstliyi əsasında ona məxsus olmasını etiraf etməsini və həmin zaman hər hansı qanunsuz təzyiqlərə məruz qalmasının təsdiq olunmaması, bununla bağlı göstərdiklərini sonradan verdiyi ifadələrində də təsdiq etməsi onun ibtidai istintaq zamanı polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı göstərdiklərini tam şəkildə təkzib etdiyindən, həmçinin onun məhkəmədə ifadəsində göstərdiyi həmin inkaredici hallar “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”, həmin istintaq hərəkətinin video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və onun məhkəmədə göstərdiyi həmin halları həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş həmin psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gələrkən ondan aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetaminin ayrı-ayrı 14 (on dörd) ədəd bükümlərdə qablaşdırılmasını, həmçinin Təqsirləndirilən şəxs həmin maddələrlə birlikdə üzərində metamfetamin izləri olan elektron tərəzinin də aşkar edilməsi kimi işin faktiki hallarını nəzərə alır. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin külli miqdarda psixotrop maddə metamfetaminin ayrı-ayrı 14 (on dörd) ədəd bükümlərdə qablaşdırılması, Təqsirləndirilən şəxs həmin maddələrdə birlikdə üzərində metamfetamin izləri olan elektron tərəzinin də aşkar edilməsi təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşımasından başqa nəticəyə gəlinməsini mümkünsüz edir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməklə və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3, 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə törətdiyi cinayət əməlinə münasibətdə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayətlər törətməsini, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, həmçinin cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 19 fevral 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizalarının 26 fevral 2024-cü il tarixli, 1280 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,793 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinin video görüntülərini əks etdirən bir ədəd və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 10,793 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinin video görüntülərini əks etdirən bir ədəd və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-350/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-350/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver