Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-351/2020 04.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1990-cı ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan, faktiki olaraq Şamaxı rayonu, Çıraqlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə, xx xxxxx 1997-ci ildə Şamaxı rayonunun Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Şamaxı rayonu, Çıraqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki,Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin aprel ayında istintaqa məlum olmayan mənbədən və şəraitdə əldə etdiyi, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan bitki toxumlarını Şamaxı rayonunun Çıraqlı kəndində, həmin kənd sakini Şahid4 yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilinin içərisində torpaq səthində və dibçəklərdə külli miqdarda kultivasiya etməklə əkib, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərərək yetişdirmişdir. xx xxxx 2019-cu il tarixdə saat 10:00 radələrində Şamaxı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilən zaman yarımtikilinin içərisində xüsusi hazırlanmış 30 kv.m torpaq sahəsində 1 (bir) ədəd hündürlüyü 3,15 metr, diametri 23 mm, 1 (bir) ədəd hündürlüyü 3,1 metr, diametri 22 mm, 2 (iki) ədəd hündürlüyü 2,9 metr, diametri 22 mm, 2 (iki) ədəd hündürlüyü 2,8 metr, diametri 20 mm, 4 (dörd) ədəd hündürlüyü 2,7 metr, diamteri 21 mm, 3 (üç) ədəd hündürlüyü 2,6 metr, diametri 19 mm, 6 (altı) ədəd hündürlüyü 2,5 metr, diametri 18 mm, 3 (üç) ədəd hündürlüyü 2,4 metr, diametri 18 mm, 2 (iki) ədəd hündürlüyü 2,3 metr, diametri 16 mm, 1 (bir) ədəd hündürlüyü 2,2 metr, diametri 15 mm, 1 (bir) ədəd hündürlüyü 1,9 metr, diametri 11 mm olmaqla, cəmi 26 (iyirmi altı) ədəd və qara rəngli plastik materialdan olan dibçəklərdə 7 (yeddi) ədəd hündürlüyü 75 sm, diamteri 02 mm, 3 (üç) ədəd hündürlüyü 82 sm, diametri 02 mm olmaqla 10 (on) ədəd, ümumilikdə 36 (otuz altı) ədəd, ümumi təmiz çəkisi 25945 (iyirmi beş kiloqram doqquz yüz qırx beş qram) qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, İbadov X5 Qadir Allahyar oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin aprel ayında sonuncunun istintaqa məlum olmayan mənbədən və şəraitdə əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan bitki toxumlarını Şamaxı rayonunun Çıraqlı kəndində, həmin kənd sakini Şahid4 yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilinin içərisində torpaq səthində və dibçəklərdə külli miqdarda kultivasiya etməklə əkib həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərərək yetişdirmişdir. xx xxxx 2019-cu il tarixdə saat 10:00 radələrində Şamaxı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilən zaman yarımtikilinin içərisində xüsusi hazırlanmış 30 kv.m torpaq sahəsində 1 (bir) ədəd hündürlüyü 3,15 metr, diametri 23 mm, 1 (bir) ədəd hündürlüyü 3,1 metr, diametri 22 mm, 2 (iki) ədəd hündürlüyü 2,9 metr, diametri 22 mm, 2 (iki) ədəd hündürlüyü 2,8 metr, diametri 20 mm, 4 (dörd) ədəd hündürlüyü 2,7 metr, diamteri 21 mm, 3 (üç) ədəd hündürlüyü 2,6 metr, diametri 19 mm, 6 (altı) ədəd hündürlüyü 2,5 metr, diametri 18 mm, 3 (üç) ədəd hündürlüyü 2,4 metr, diametri 18 mm, 2 (iki) ədəd hündürlüyü 2,3 metr, diametri 16 mm, 1 (bir) ədəd hündürlüyü 2,2 metr, diametri 15 mm, 1 (bir) ədəd hündürlüyü 1,9 metr, diametri 11 mm olmaqla, cəmi 26 (iyirmi altı) ədəd və qara rəngli plastik materialdan olan dibçəklərdə 7 (yeddi) ədəd hündürlüyü 75 sm, diamteri 02 mm, 3 (üç) ədəd hündürlüyü 82 sm, diametri 02 mm olmaqla 10 (on) ədəd, ümumilikdə 36 (otuz altı) ədəd, ümumi təmiz çəkisi 25945 (iyirmi beş kiloqram doqquz yüz qırx beş qram) qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, tanışı Təqsirləndirilən şəxs2la narkotik vasitələr barəsində söhbət etmiş və Xalıqverdinin də onun kimi narkotik vasitələrdən istifadə etməsi ona məlum olmuşdur. Bundan sonra o, əkmək üçün Xalıqverdiyə çətənə tumlarını vermişdir. Sonra İradə evdə olmadığı vaxtlarda o, Xalıqverdi ilə birlikdə Şahid4 məxsus həyətə gedərək orada torpağı belləyib yumuşaltmış, sonra həmin torpaqda və dibçəklərdə çətənə tumlarını əkmişdir. Çətənə tumlarını əkdikdən sonra onlar həftədə iki dəfə həmin həyətə birlikdə gedərək əkilmiş tumlara qulluq etmişlər və çətənə kollarını yetişdirmişlər. O, Xalıqverdi ilə birlikdə həmin tumlardan 26 (iyirmi altı) ədədini torpaqda, 10 (on) ədədini isə dibçəklərdə əkmişdir. Bundan başqa, o, Xalıqverdi ilə birlikdə çətənə kollarının əkildiyi yarımçıq tikilinin qapısını samanla örtmüşdür ki, həmin yer isti olsun, heç kim onların narkotik əkdiklərini görməsin və bilməsin. xx xxxx 2019-cu il tarixdə o, yaşadığı evdə iş gördüyü vaxt Şamaxı rayon Polis şöbəsinin əməkdaşları gəlib ondan çətənə kollarının əkilib-becərilməsi ilə bağlı suallar vermişlər. O da Xalıqverdi ilə birlikdə İradəyə məxsus həyətdə 36 (otuz altı) ədəd çətənə kollarını əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu, evli və himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ona çətənə tumlarını əkməyi təklif etmişdir. O da Qadirlə razılaşaraq qohumu Şahid4 məxsus həyətdə çətənə tumlarının birlikdə əkilməsinə razılıq vermişdir. Bundan sonra o, Qadirə yaşadığı Çıraqlı kəndində həyətyanı sahədə yerinin də olduğunu bildirmişdir. Sonra Qadir ona çətənə tumlarını gətirmişdir. 2019-cu ilin aprel ayında Şahid4 evdə olmadığı vaxtlarda o, Qadirlə birlikdə İradəyə məxsus həyətə getmiş, orada torpağı belləyib yumuşaltmış və Qadirə birlikdə Qadirin ona verdiyi çətənə tumlarını əkmişdir. O, Qadirlə tumları əkdikdən sonra həftədə iki dəfə aqrotexniki qaydada həmin çətənə kollarına qulluq etmişdir. Onlar tumlardan 26 (iyirmi altı) ədədini torpaqda, 10 (on) ədədini isə dibçəklərdə əkmişlər. O, Qadirlə çətənə kollarını əkdikləri yarımçıq tikilinin qapısını samanla örtmüşlər ki, yer həm isti olsun, həm də ki, heç kim onların narkotik əkməklərindən şübhələnməsin. xx xxxx 2019-cu il tarixdə səhər tezdən o, yataqda olarkən Şahid4 ona zəng etmiş və həyətinə polis əməkdaşlarının gəldiklərini demişdir. O, durub Qadirlə birlikdə həmin çətənə kollarını əkdiyi həyətə, yəni Şahid4 həyətinə getmişdir. O, həyətə daxil olduqda Qadirlə birlikdə çətənə kollarını əkdiyi yarımçıq tikilinin samanla örtdükləri qapının yanında polis əməkdaşlarının olduqlarını görmüşdür. O, polislərə yaxınlaşdıqda polislər ondan çətənə kollarını əkib-əkmədiyi soruşmular. O da 36 (otuz altı) ədəd çətənə kollarını Qadirlə birlikdə Şahid4 məxsus həyətdə əkdiklərini polislərə bildirmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını və 4 (dörd) nəfərdən ibarət ailə üzvlərinin (atası, anası, iki bacısı) eyni gündə vəfat etdiklərini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Sabir qəsəbəsi üzrə İcra Nümayəndəsi vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə o, aqronom-mütəxəssis Şahid3, Şamaxı rayon Sabir qəsəbəsi Bələdiyyəsinin sədri Şahid2 və Şamaxı rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə Şamaxı rayonunun Çıraqlı kəndində yaşayan Şahid4 evinin həyətindəki yarımtikiliyə gedib baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs2 qohumu olan Şahid4 məxsus evin həyətindəki yarımtikilidə dibçəklərin içərisində 10 (on) ədəd və torpaqda 26 (iyirmi altı) ədəd tərkibində narkotik vasitə olan çətənə bitkiləri aşkar edilmişdir. Şahid4 həyətindəki yarımtikilidə əkilmiş çətənə kollarının qohumu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən əkilib becərildiyini polis əməkdaşlarına bildirmişdir. Həmin vaxt orada olan Təqsirləndirilən şəxs2 həmin çətənə kollarını Təqsirləndirilən şəxs1la birlikdə əkib becərdiyini etiraf etmişdir. Sonra polis əməkdaşları tərəfindən oraya gətirilən Təqsirləndirilən şəxs1 də yarımtikilidə olan çətənə kollarını Təqsirləndirilən şəxs2la birlikdə əkib becərdiyini etiraf etmişdir. Xalıqverdi və Qadir çətənə kollarını birlikdə əkib becərdiklərini etiraf etdikdən sonra Xalıqverdi və Qadir 36 (otuz altı) ədəd çətənə kollarını onun, orada olan polis əməkdaşlarının və digər hal şahidinin iştirakları ilə əkdikləri yerdən çıxarmışlar və polis əməkdaşlarının köməkliyi ilə sintetik torbalara yığaraq polis əməkdaşlarına təhvil vermişlər. Həmin vaxt bu barədə protokol tərtib edilmiş və o da həmin protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Şamaxı rayon Sabir qəsəbə Bələdiyyəsinin sədridir. xx xxxx 2019-cu il tarixdə o, Şamaxı rayon Sabir qəsəbəsi üzrə İcra Nümayəndəsi Şahid1, aqronom mütəxəssis Şahid3 və Şamaxı rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə Şamaxı rayonunun Çıraqlı kəndində yaşayan Şahid4 məxsus evin həyətindəki yarımtikiliyə keçirilmiş baxışda hal şahidi qismində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Təqsirləndirilən şəxs2 qohumu Şahid4 evinin həyətindəki yarımtikilidə dibçəklərin içərisində 10 (on) ədəd və torpaqda əkilmiş 26 (iyirmi altı) ədəd tərkibində narkotik vasitə olan çətənə bitkiləri aşkar edilmişdir. Şahid4 həyətindəki yarımtikilidə əkilmiş çətənə kollarının qohumu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən əkilib becərildiyini polis əməkdaşlarına bildirmişdir. Həmin vaxt yaxınlıqda olan Təqsirləndirilən şəxs2 həmin çətənə kollarını Təqsirləndirilən şəxs1la birlikdə əkib becərdiyini etiraf etmişdir. Sonra orada olan Təqsirləndirilən şəxs1 də aşkarlanmış çətənə kollarını Təqsirləndirilən şəxs2la birlikdə Xalıqverdinin qohumu olan Şahid4 məxsus yarımtikilidə əkib becərdiyini etiraf etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əkib becərdikləri çətənə kollarını onun, orada olan polis əməkdaşlarının və digər hal şahidinin iştirakları ilə əkdikləri yerdən çıxarıb polis əməkdaşlarının köməkliyi ilə sintetik torbalara yığmışlar və polis əməkdaşlarına təhvil vermişlər. Bu barədə protokol tərtib edilmiş və orada olan iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Şamaxı rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib becərmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. xx xxxx 2019-cu il tarixdə o, digər polis əməkdaşları Şahid5, Şahid7, Şahid8, Məhərrəmov Vahid, dəvət olunmuş hal şahidləri Şahid1 və Şahid2, aqronommütəxəssis Şahid3lə birlikdə Şamaxı rayonunun Çıraqlı kəndində yaşayan Şahid4 yaşadığı ünvana getmişdir. Şahid4 evinin həyətindəki yarımtikiliyə baxış keçirilmiş və yarımtikilinin içərisində əkilmiş çətənə kolları aşkar edilmişdir. Şahid4 həmin çətənə kollarının qayınının oğlu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən əkilib becərildiyini demişdir. Həmin vaxt yaxınlıqda olan Təqsirləndirilən şəxs2 onlara yaxınlaşaraq həmin çətənə kollarını Təqsirləndirilən şəxs1la birlikdə əkib becərdiyini etiraf etmişdir. Qadirin harada olması Xalıqverdidən soruşulmuş və X15 rayonunun Çıraqlı kəndində yaşadığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən oraya gətirilən Qadir də həmin çətənə kollarını Şahid4 həyətindəki yarımtikilidə Təqsirləndirilən şəxs2la birlikdə əkib becərdiyini etiraf etmişdir. Sonra Xalıqverdi və Qadir əkib becərdikləri həmin çətənə kollarını onun, orada olan digər polis əməkdaşlarının, hal şahidlərinin və aqronommütəxəssisin iştirakları ilə çıxarmışlar və torbalara yığaraq polis əməkdaşlarına təhvil vermişlər. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Şamaxı rayon Polis şöbəsində sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib becərmələri ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında xx xxxx 2019-cu il tarixdə o, digər polis əməkdaşları olan Şahid5, Şahid7, Şahid6, Məhərrəmov Vahid, dəvət olunmuş hal şahidləri Şahid1 və Şahid2 və aqronom-mütəxəssis Şahid3 ilə birlikdə Şamaxı rayonunun Çıraqlı kəndində yaşayan Şahid4 yaşadığı ünvana gedərək Şahid4 evinin həyətindəki yarımtikiliyə baxış keçirmişdir. Baxış zamanı həmin yarımtikilinin içərisində kultivasiya edilmiş çətənə kolları aşkar edilmişdir. Şahid4 həmin çətənə kollarının qayınının oğlu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən əkilib becərildiyini demişdir. Həmin vaxt yaxınlıqda olan Təqsirləndirilən şəxs2 həmin çətənə kollarını Təqsirləndirilən şəxs1la əkib becərdiyini etiraf etmişdir. Orada olan polis əməkdaşları Qadirin harada olmasını Xalıqverdidən soruşmuşlar və X15 rayonunun Çıraqlı kəndində yaşadığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən oraya gətirilən Qadir də həmin çətənə kollarını Şahid4 həyətindəki yarımtikilidə Təqsirləndirilən şəxs2la birlikdə əkib becərdiyini etiraf etmişdir. Bundan sonra Xalıqverdi və Qadir əkib becərdikləri həmin çətənə kollarını orada olan polis əməkdaşlarının, hal şahidlərinin, aqronommütəxəssisin iştirakları ilə çıxarıb sintetik torbalara yığaraq polis əməkdaşlarına təhvil vermişlər. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Şamaxı rayonunun Çıraqlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxx 2019-cu il tarixdə Şamaxı rayon Polis şöbəsinin əməkdaşları onun yaşadığı Şamaxı rayonunun Çıraqlı kəndindəki evə gələrək ona məxsus həyətyanı sahədə narkotik tərkibli bitkilərin əkilib becərildiyini bildirmişlər və həmin sahəyə baxış keçirmək istədiklərini demişlər. O da buna etiraz etməmiş və könüllü olaraq polis əməkdaşlarına evinin həyətyanı sahəsinə baxış keçirilməsinə razılıq vermişdir. O, həyətindəki yarımtikiliyə baxış keçirilən zaman orada aşkar olunan bitkilərin qohumu Xalıqverdinin və Xalıqverdinin tanışı Qadirin əkibbecərdiklərini bildirmişdir. O, həmin bitkilərin narkotik tərkibli olduğunu bilməmişdir. Xalıqverdi ona həmin bitkilərin qiymətli və müalicəvi bitkilər olduğunu bildirmişdir. Həmin narkotik tərkibli bitkiləri Qadir və Xalıqverdi birlikdə təxminən 2019-cu ilin aprel ayında əkmişlər və həftədə təxminən iki dəfə həyətdəki yarımtikiliyə gələrək həmin bitkiləri sulamışlar, onlara qulluq etmişlər. O, Xalıqverdi və Qadirin ona məxsus həyətyanı sahədə əkib becərdikləri bitkilərin narkotik tərkibli bitki olduqlarını bilsəydi, heç vaxt həmin bitkilərin əkilib-becərilməsinə icazə verməzdi. O, xəstə olduğundan çox vaxt həyətə gedə bilmirmiş. O, Xalıqverdinin və Xalıqverdinin tanışı olan Qadirin ona məxsus həyətyanı sahədə əkdikləri bitkilərin narkotik tərkibli maddə olmasını yalnız Şamaxı rayon Polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəldikdən sonra bilmişdir. O, öz həyətyanı sahəsindəki yarımtikilinin pəncərə və qapısının samanla bağlanmasını gördükdən sonra Xalıqverdidən və Qadirdən bunun səbəbini soruşmuşdur. Xalıqverdi və Qadirəkdikləri bitkilərin müalicəvi bitkilər olduğuna görə isti havanı sevən bitkilər olduğunu ona demişlər. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 1994-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Akademiyasının aqronomiya fakultəsini bitirmiş və onun ixtisası mütəxəssis aqronomdur. xx xxxx 2019-cu il tarixdə o, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Sabir qəsəbəsi üzrə İcra nümayəndəsi Şahid1 və Şamaxı rayon Sabir qəsəbə Bələdiyyəsinin sədri Şahid2, eləcə də Şamaxı rayon Polis şöbəsinin əməkdaşları Şahid5, Şahid6, Şahid7, Şahid8 və X14 ilə birlikdə Şamaxı rayonunun Çıraqlı kəndində yaşayan Şahid4 evinin həyətindəki inşası başa çatmamış yarımtikiliyə getmiş və baxış keçirmişdir. Baxış zamanı Şamaxı rayonunun Çıraqlı kənd sakini Təqsirləndirilən şəxs2 Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı Şamaxı rayonunun Çıraqlı kəndində qohumu Şahid4 evinin həyətindəki həmin yarımtikilidəki 10 (on) ədəd dibçəklərin içərisində və xüsusi hazırlanmış 30 kv.m torpaq sahəsində əkilib kultivasiya edilən 26 (iyirmi altı) ədəd tərkibində narkotik vasitə olan çətənə sinifindən olan ümumilikdə 36 (otüz altı) ədəd bitkilər aşkar edilib müəyyən olunmuşdur. Həmin vaxt Şahid4 həyətindəki yarımtikilidə əkilmiş çətənə kollarını görmüş, həmin çətənə kollarının qayınının oğlu Təqsirləndirilən şəxs2 və Xalıqverdinin tanışı Təqsirləndirilən şəxs1 əkib becərdiklərini polis əməkdaşlarına bildirmişdir. Həmin vaxt yaxınlıqda olan Xalıqverdi oraya yaxınlaşmış və həmin çətənə kollarını Təqsirləndirilən şəxs1la əkib becərdiyini etiraf etmişdir. Həmin vaxt polis əməkdaşları oraya yaxınlaşan Təqsirləndirilən şəxs2 onunla birlikdə çətənə kollarını əkib becərən Qadirin harada olmasını soruşmuşlar, Xalıqverdi tanışı Qadirin harada olmasından xəbərinin olmadığını bildirmiş, Qadirin əslən Qobustan rayonunun Təklə- Mirzəbaba kəndindən olmasına baxmayaraq, Şamaxı rayonunun Çıraqlı kəndində yaşamasını demişdir. Polis əməkdaşları tərəfindən oraya gətirilən Təqsirləndirilən şəxs1 də həmin çətənə kollarını Təqsirləndirilən şəxs2 qohumu Şahid4 həyətindəki yarımtikilidə Təqsirləndirilən şəxs2la birlikdə əkib becərdiklərini etiraf etmişdir. Sonra Xalıqverdi və Qadir əkib becərdikləri çətənə kollarını onun özünün, orada olan polis əməkdaşlarının və hal şahidlərinin iştirakları ilə çıxarıb polis əməkdaşlarının köməkliyi ilə sintetik torbalara qablaşdırmaqla təhvil vermişlər. Həmin vaxt bu barədə onun tərəfindən rəy tərtib edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, çətənə kolları yığılmış sintetik materialdan olan torbaların ağzı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 73 saylı möhürü ilə möhürlənmiş, özü və orada olan bütün iştirakçılar tərtib olunmuş protokola və içərisinə çətənə kolları yığılmış torbaların üzərinə imza etmiş, heç bir şikayət və təklif daxil olmamışdır. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Şamaxı RPŞ İTB-nin rəisi vəzifəsində işləyir və polis kapitanıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib kultivasiya etməklə yetişdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. xx xxxx 2019-cu il tarixdə o, digər polis əməkdaşları olan Şahid6, Şahid7, Şahid8, X14, dəvət olunmuş hal şahidləri Şahid1, Şahid2 və aqronom-mütəxəssis Şahid3 ilə birlikdə Şamaxı rayonunun Çıraqlı kəndində yaşayan Şahid4 yaşadığı ünvana baxış keçirilmişdir. Baxış keçirilən zaman Şahid4 məxsus həyətdəki yarımtikilinin samanla örtülmüş qapısı təmizlənmiş və qapı açılmışdır. Orada əkilmiş çətənə kollarını görən Şahid4 həmin çətənə kollarının qayınının oğlu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən əkilib becərildiyini onlara bildirmişdir. Həmin vaxt yaxınlıqda olan Təqsirləndirilən şəxs2 onlara yaxınlaşmış və həmin çətənə kollarını Təqsirləndirilən şəxs1la əkib becərdiyini etiraf etmişdir. Qadirin harada olması Xalıqverdidən soruşulmuş, Xalıqverdi Qadirin harada olmasından xəbərinin olmadığını bildirmiş, Qadirin əslən Qobustan rayonu Təklə-Mirzəbaba kəndindən olmasına baxmayaraq, Şamaxı rayon Çıraqlı kəndində yaşamasını demişdir. Sonra polis əməkdaşları tərəfindən oraya gətirilən Qadir də həmin çətənə kollarını Şahid4 həyətindəki yarımtikilidə Təqsirləndirilən şəxs2la əkib becərdiyini etiraf etmiş, sonra Xalıqverdi və Qadir həmin əkib becərdikləri çətənə kollarını orada olan polis əməkdaşlarının, hal şahidlərinin, aqronom-mütəxəssisin iştirakları ilə çıxarıb polis əməkdaşlarının köməkliyi ilə sintetik torbalara qablaşdırmaqla təhvil vermişlər. Bu barədə protokol tərtib edilmiş, çətənə kolları yığılmış sintetik materialdan olan torbaların ağzı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 73 saylı möhürü ilə möhürlənmiş, bütün iştirakçılar tərtib olunmuş protokola və içərisinə çətənə kolları yığılmış torbaların üzərinə imza etmişlər. Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Şamaxı RPŞ İTB-nin sahə polisi vəzifəsində işləyir, polis kapitanıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib kultivasiya etməklə yetişdirmələri barədə əməliyyat məlumatı alınmışdır. xx xxxx 2019-cu il tarixdə o, digər polis əməkdaşları olan Şahid5, Şahid6, Şahid8, X14, dəvət olunmuş hal şahidləri Şahid1, Şahid2, aqronom-mütəxəssis Şahid3 iştirakları ilə Şamaxı rayon Çıraqlı kəndində yaşayan Şahid4 yaşadığı ünvanına getmişlər. Onlar Şahid4 yaşadığı ünvana gedib evinin həyətindəki yarımtikiliyə baxış keçirmişlər. Baxış keçirilən zaman həmin yarımtikilinin samanla örtülmüş qapısı təmizlənmiş və qapı açılmışdır. Orada əkilmiş çətənə kollarını görən ev sahibi Şahid4 həmin çətənə kollarının qohumu, yəni qayınının oğlu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən əkilib becərildiyini demişdir. Həmin vaxt yaxınlıqda olan Təqsirləndirilən şəxs2 onlara yaxınlaşıb həmin çətənə kollarını Təqsirləndirilən şəxs1la əkib becərdiyini bildirmişdir. Qadirin harada olması Xalıqverdidən soruşulduqda, Xalıqverdi Qadirin harada olmasından xəbərinin olmadığını bildirmiş, Qadirin əslən Qobustan rayonu Təklə-Mirzəbaba kəndindən olmasına baxmayaraq, Şamaxı rayon Çıraqlı kəndində yaşadığını demişdir. Sonra polis əməkdaşları tərəfindən oraya gətirilən Qadir də həmin çətənə kollarını Şahid4 həyətindəki yarımtikilidə Təqsirləndirilən şəxs2la əkib becərdiyini etiraf etmiş, sonra Xalıqverdi və Qadir həmin əkib becərdikləri çətənə kollarını orada olan polis əməkdaşlarının, hal şahidlərinin, aqronommütəxəssisin iştirakları ilə çıxarıb polis əməkdaşlarının köməkliyi ilə sintetik torbalara qablaşdırmaqla təhvil vermişlər. Bu barədə protokol tərtib edilmiş, çətənə kolları yığılmış sintetik materialdan olan torbaların ağzı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 73 saylı möhürü ilə möhürlənmiş, bütün iştirakçılar tərtib olunmuş protokola və içərisinə çətənə kolları yığılmış torbaların üzərinə imza etmişlər, heç bir şikayət və təklif daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli baxış və götürmə tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs2 Bahadur oğlunun və Təqsirləndirilən şəxs1 Şamaxı rayonunda cinayət başında yaxalanması, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərinin kultivasiya edildiyi yerə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli baxış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 7-30) görünür ki, Şamaxı rayonunun Çıraqlı kəndində Şahid4 məxsus evin həyətindəki yarımtikilidə qanunsuz olaraq tərkibində narkotik maddələr olan, ümumi sayı 36 (otuz altı) ədəd, yəni küllü miqdarda çətənə kolları aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 33) görünür ki, Şamaxı rayonunun Çıraqlı kəndində Şahid4 məxsus evin həyətindəki yarımtikilidə əkilmiş və ümumi sayı 36 (otuz altı) ədəd təşkil edən çətənə kollarına yüksək aqrotexniki qaydalara əsasən qulluq edilməsi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 41) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilindiyinə görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 55-56) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 64) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilindiyinə görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 78-79) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 Bölməsinin 19329 saylı məhkəmə-bioloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 89) görünür ki, tədqiqata təqdim olunmuş 9 (doqquz) ədəd sintetik torbada ümumi sayı 36 (otuz altı) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 25945 qram (25 kiloqram 945 qram) olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərdir. Aqronomun rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 90-91) görünür ki, ümumi sayı 36 (otuz altı) ədəd yaş vəziyyətdə, tədqiqatdan sonra sonra ümumi çəkisi 25943,2 qram olan çətənə kolları iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şamaxı rayon Polis şöbəsinə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 93-94) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələr üzrə ona ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 107-108) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli iltizamdan (cild 1, iş vərəqə 109) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və ondan bu barədə iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 113-114) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələr üzrə ona ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 127-128) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli iltizamdan (cild 1, iş vərəqə 129) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və ondan bu barədə iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Şamaxı Rayon Məhkəməsinin 5(074)-48/2019 saylı qərarından (cild 1, iş vərəqə 137) görünür ki, Şamaxı rayon Polis şöbəsinin xx xxxx 2019-cu il tarixli baxış və götürmə tədbirlərinin keçirilməsi barədə qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tələbnaməsindən (cild 1, iş vərəqə 141) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tələbnaməsindən (cild 1, iş vərəqə 142) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 2188 saylı rəyindən (cild 1, iş vərəqə 160-161) görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 2189 saylı rəyindən (cild 1, iş vərəqə 164-165) görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 208) görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 206) görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 213-222) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, ümumi sayı 36 (otuz altı) ədəd yaş vəziyyətdə çətənə kollarının maddi sübut kimi tanınması və saxlanılması üçün Şamaxı rayon Polis şöbəsinə verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2014-cü il tarixli 660353, 660354, 660355, 660356 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən (cild 1, iş vərəqə 209-212) görünür ki, Təqsirləndirilən şəxs2 anası İbadova Arifə, atası İbadov Bahadır, bacıları İbadova Ceyran və İbadova Zəhra eyni gündə ölmüşlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 199) görünür ki, xx xxxxxx 2016-cı il tarixdə Təqsirləndirilən şəxs1 ilə X6 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli AZ-İİİ seriyalı 711640 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 200) görünür ki, xx xxxxxx 2015-ci il tarixdə X22 qızı doğulmuş, onun anası - X10, atası - Təqsirləndirilən şəxs1dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli AZ-İV seriyalı 083332 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 198) görünür ki, xx xxxxxx 2018-ci il tarixdə X17 doğulmuş, onun anası - X10, atası - Təqsirləndirilən şəxs1dur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X19 Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər, ümumilikdə isə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri əlamətlərinin olması və qeyd olunan cinayət əməllərinin qəsdən törədilməsi tam təsdiq olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1-ci bəndinə əsasən – 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin aprel ayında istintaqa məlum olmayan mənbədən və şəraitdə əldə etdikləri və Azərbaycan Respublikasının ərazisində əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan bitki toxumlarını Şamaxı rayonunun Çıraqlı kəndində Şahid4 məxsus fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilinin içərisində torpaq səthində və dibçəklərdə külli miqdarda kultivasiya etmişlər, yəni əkib becərmişlər. Onlar əkdikləri külli miqdarda çətənə kollarına aqrotexniki qaydada qulluq etmişlər və həmin çətənə kollarının yetişdirilməsi üçün münbit şərait yaratmışlar. xx xxxx 2019-cu il tarixdə saat 10:00 radələrində Şamaxı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilən zaman yarımtikilinin içərisində xüsusi hazırlanmış 30 kv.m torpaq sahəsində ümumilikdə 36 (otuz altı) ədəd yaş halda, ümumi təmiz çəkisi 25945 (iyirmi beş kiloqram doqquz yüz qırx beş qram) qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Baxış keçirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan ümumilikdə 36 (otuz altı) ədəd, ümumi təmiz çəkisi 25945 (iyirmi beş kiloqram doqquz yüz qırx beş qram) qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini kultivasiya etdiklərini, yəni əkib becərdiklərini bildirmişlər. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qəsdən törədilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilməlidirlər. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində onların hər biri ayrı-ayrılıqda təqsirlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməlidirlər və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan olmalarını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, Təqsirləndirilən şəxs1 evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 eyni gündə bütün ailə üzvlərinin (atasını, anasını, iki bacısını) ölmələrini, hər birinin törətdiyi əməldən peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını onların hər birinə nisbətdə cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməlində cəzanı ağırlaşdıran halların olmadığını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət onların hər birinə təyin ediləcək cəza müddətinə daxil edilməklə onlara təyin ediləcək cəzadan çıxılmalıdır və azadlıqdan məhrum etmə növündə cəzanın əvvəli hökmün çıxarıldığı tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Həmçinin, məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir, onlar məhkəmə iclas zalında dərhal həbs edilməlidirlər və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bundan başqa, cinayət işində olan xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 2188 və 2189 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onların ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Şamaxı rayon Polis şöbəsində saxlanılan ümumilikdə sayı 36 (otuz altı) ədəd, tədqiqatdan sonra ümumi təmiz çəkisi 25943,2 qram olan narkotik tərkibli çətənə (kannabis) kolları hazırki məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış cəzanın əvvəli onun həbs edildiyi gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış cəzanın əvvəli onun həbs edildiyi gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut olub Şamaxı rayon Polis şöbəsində saxlanılan ümumilikdə sayı 36 (otuz altı) ədəd, tədqiqatdan sonra ümumi təmiz çəkisi 25943,2 qram olan narkotik tərkibli çətənə (kannabis) kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-351/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-351/2020
04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver