Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-351/2021 11.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) - 351/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM xx xxxxxx 2021-ci il Bakı şəhəri BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nağıyev Faiq Yavər oğlunun iştirakı ilə, xx xxx 1965-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük X1 şöbəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 32 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində vahid niyyətlə istəməklə almışdır. Belə ki, o, xx xxxxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük X1 şöbəsinin rəisi vəzifəsində işləyərkən həmin Komitə üzrə 2000/012 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük X1 şöbəsi haqqında Əsasnamə”nin 2, 3 və 5.6-cı bəndlərinə əsasən, şöbəyə ümumi rəhbərliyin həyata keçirilməsi, gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsinin təmin edilməsi, dövlət müəssisələri, fiziki və hüquqi şəxslər və digər qeyrihökumət təşkilatları tərəfindən respublika ərazisindən keçirilən tranzit mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirilməsinə nəzarət edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş qaydada ixrac nəzarətinin həyata keçirilməsi, mallar və onlara aid olan sənədlər tranzit xüsusi gömrük proseduru altında daşınarkən qanunvericiliyə əməl olunmasına nəzarət edilməsi və digər səlahiyyətlərə malik gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölmənin rəhbəri kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.19, 174-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nın 2.1.3, 4.1, 5, 12.2 və 12.3-cü bəndlərinə əsasən, gömrük nəzarəti altında gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən, bir yerdən başqa yerə daşınması ilə əlaqədar beynəlxalq tranzit xüsusi gömrük proseduru altında olan xarici mallar üzərində gömrük nəzarəti zonalarında və ya gömrük orqanının müəyyən etdiyi digər yerlərdə yük əməliyyatlarının həyata keçirilməsinə icazə verilməsinə dair xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa, yəni daşıma fəaliyyəti ilə məşğul olan “X12” MMC və “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi Şahid1 x xxx 2020-ci il tarixdə işlədiyi həmin Baş Gömrük İdarəsinə rəsmi qaydada ərizə ilə müraciət edərək Bakı-Türkmənistan marşrutu ilə gedəcək FDCU642654 nömrəli konteynerdən HDMU6306290 nömrəli konteynerə, TCNU4420898 nömrəli konteynerdən CCLU6576850 nömrəli konteynerə, ZCSU8533264 nömrəli konteynerdən WSCU7947986 nömrəli konteynerə, Bakı-Türkiyə marşrutu ilə gedəcək 31NDD28 və 31ALB06 qeydiyyat nişanlı avtomobillərdən HDMU6491388/HDMU6325319 nömrəli konteynerlərə, 31AHP91 və 31AUY92 qeydiyyat nişanlı avtomobillərdən WSCU9467163/HDMU6325319 nömrəli konteynerlərə, WSCU9381814 nömrəli konteynerdən 31AHP91/31AUY92 qeydiyyat nişanlı avtomobillərə, CAXU9381426 nömrəli konteynerdən 38F2269/38F2270 qeydiyyat nişanlı avtomobillərə, xx xxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək GESU4253660 nömrəli konteynerdən 31NDD28/31ALB96 qeydiyyat nişanlı avtomobillərə, HDMU6300861 nömrəli konteynerdən 31AHP91/31AUY92 qeydiyyat nişanlı avtomobillərə, GESU5067589 nömrəli konteynerdən 33DJU58/33CSM41 qeydiyyat nişanlı avtomobillərə, xx xxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək UESU4152329 nömrəli konteynerdən 53ABA122/53ABA124 qeydiyyat nişanlı avtomobillərə, nömrəli CAXU9784381 nömrəli konteynerdən 53ABA993/53AAB994 qeydiyyat nişanlı avtomobillərə, x xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı- Türkmənistan marşrutu ilə gedəcək CXRU1564525 nömrəli konteynerdən 4627TAG qeydiyyat nişanlı avtomobilə, x xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkmənistan marşrutu ilə gedəcək 61BU510/61K10145 qeydiyyat nişanlı avtomobillərdən 99ZF112 nömrəli konteynerə, x xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkmənistan marşrutu ilə gedəcək MSCU7429420 nömrəli konteynerdən NONU5534257 nömrəli konteynerə, GESU9490182 nömrəli konteynerdən GESU9010690 nömrəli konteynerə, MSCU7391752 nömrəli konteynerdən GESU9014550 nömrəli konteynerə, MEDU9905266 nömrəli konteynerdən GESU9041941 nömrəli konteynerə, CRLU1181141 nömrəli konteynerdən LTPU5957990 nömrəli konteynerə, CXRU1426022 nömrəli konteynerdən NONU5527617 nömrəli konteynerə, CRSU6093352 nömrəli konteynerdən NONU5532866 nömrəli konteynerə, TRİU8804796 nömrəli konteynerdən NONU5528830 nömrəli konteynerə, CAİU5411979 nömrəli konteynerdən FSCU5642419 nömrəli konteynerə, GESU9470530 nömrəli konteynerdən NONU5533923 nömrəli konteynerə, xx xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək CAXU9576665 və HH436ZZ nömrəli konteynerlərin AA432D qeydiyyat nişanlı avtomobilə, CAXU9349147 və TA404MZ nömrəli konteynerlərin TM404Z qeydiyyat nişanlı avtomobilə, CAİU8251940 və HA999SN nömrəli konteynerlərin QQ087O qeydiyyat nişanlı avtomobilə, xx xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək CAXU9784381 nömrəli konteynerdən 33EER91/34ZG9726 qeydiyyat nişanlı avtomobilə, xx xxxx 2020-ci il tarixli müraciəti üzrə Ələt-Türkmənbaşı marşrutu ilə gedəcək CRXU6922012, MEDU9031031, TRİU8384625, SZLU9278551, TRİU8191396, TCLU1023816, MEDU9157436, TEMU9580965, MEDU9037678, MSCU7429478, TEMU9589999, MSCU7385174, MSCU7428358 nömrəli konteynerlərin “Mahmud Rahimov” gəmisinə, xx xxxx 2020-ci il tarixli müraciəti ilə əlaqədar 34JE0001/34JE0002 qeydiyyat nişanlı avtomobillərdən CBHU1984890 nömrəli konteynerə, 08K5591/08K5592 qeydiyyat nişanlı avtomobillərdən CBHU6011787 nömrəli konteynerlərə yüklərin yüklənməsinə icazə verilməsinə dair xahişi ilə əlaqədar cəmi 43 sayda konteyner üzrə müvafiq icazənin verilməsi və bununla əlaqədar gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə görə 2020-ci ilin may ayının əvvəllərində özü üçün şəxsən birbaşa yolla Şahid1 aralarında olan şifahi razılıq əsasında hər konteyner üzrə maddi nemət olaraq həmin dövrün rəsmi məzənnəsi ilə 85 manata bərabər 50 ABŞ dolları, 43 konteyner üçün cəmi 3.655 (üç min altı yüz əlli beş) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində istəyib, sonuncunun razılığını alıb gömrük rəsmiləşdirilməsinə verdiyi icazə əsasında həmin mallarla əlaqədar rəsmiləşdirmə, o cümlədən sürətləndirilməklə həyata keçirildikdən sonra 2020-ci ilin iyun ayının əvvəllərində 43 konteyner üzrə 3.655 (üç min altı yüz əlli beş) manat pul vəsaitindən 22 konteyner üzrə həmin dövrün məzənnəsi ilə 1.870 (bir min səkkiz yüz yetmiş) manata bərabər olan 1.100 ABŞ dolları pul vəsaitini Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 15 ünvanının yaxınlığında ƏN-İV № 803107 nömrəli etibarnamə ilə idarə etdiyi “Lada Vesta” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda alıb, eyni niyyətlə xx xxxx 2020-ci il tarixdə həmin ünvanda qalan 15 konteyner üzrə həmin dövrün məzənnəsi ilə 1.275 (bir min iki yüz yetmiş beş) manata bərabər olan 750 ABŞ dollarını, ümumilikdə vahid niyyətlə cəmi 3.145 (üç min bir yüz qırx beş) manat pul vəsaitini özü üçün şəxsən birbaşa yolla Şahid1 rüşvət qismində almışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1992-ci ildən xx xxxxxx 2018-ci ilədək Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə, xx xxxxxx 2018-ci ildən Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük X1 şöbəsinin rəisi vəzifəsində işləmişdir. Şöbənin əsas vəzifələri ölkə ərazisindən tranzit olunan yüklərin tranzit zonada gömrük sənədləşdirilməsini həyata keçirməkdən ibarət olmuşdur. Qaydaya uyğun olaraq, yük avtomobilləri ölkədə tranzit zona hesab olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdıqdan sonra loqistik şirkət tərəfindən rəsmi formada Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət olunaraq yüklərin daşıyıcı gəmilərə və ya digər konteynerlərə yüklənməsinə icazə verilmiş, həmçinin gömrük sənədləşdirilməsinin həyata keçirilməsi üçün icazə alınmışdır. Müraciət daxil olduğu gündə dərhal elektron qaydada sistemə işlənmiş və rəhbəri olduğu şöbə tərəfindən malların gömrük sənədləşdirilməsi həyata keçirilmişdir. Şahid1 ilə əvvəllər Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işləmiş, tanışlıqları yarandıqdan sonra Şahid1 Limandan işdən çıxaraq loqistik şirkət qurmaq istədiyini bildirmişdir. Ona işdən çıxmamağı məsləhət görsə də, bunun heç bir nəticəsi olmamış, Behzad işdən ayrılaraq adına “X12” MMC yaratmış və loqistik şirkət olaraq daşıma işlərinin təşkili ilə məşğul olmağa başlamışdır. Həmin işlərin görülməsində də vəzifə səlahiyyətlərindən kənar, bu sahədə bilik və bacarığı olduğu üçün Şahid1 məsləhətləri ilə köməklik etməyə başlamışdır. Belə ki, uzun illərdir gömrük orqanlarında işlədiyindən tanıdığı çoxsaylı şirkətlər tərəfindən sifarişlər olduğu üçün həmin sifarişləri Şahid1 yönəltmiş, sonuncu da həmin sifarişçilərlə əlaqə saxlayaraq iş birliyini qurmuş, müştəri verdiyi üçün əldə olunmuş qazancdan ona da vermişdir. Müştəri verdiyinə görə sifarişlərdən əldə olunmuş qazancdan ona çatdırılacaq hissəni vermək üçün Şahid1 xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrində zəng edərək onunla görüşmək istədiyini bidirmiş, o da həmin gün saat 19:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 15 ünvanı yaxınlığında onunla görüşmüşdür. İdarə etdiyi **-MG-*** dövlət qeydiyyat nişanlı, “Lada-Vesta” markalı avtomobildə əyləşərək birlikdə işlətdikləri “X12” MMC-dən əldə edilmiş gəlirdən 750 ABŞ dollarını Şahid1 ona vermək istədiyini bildirmiş, o da etiraz etməyərək həmin pulu Behzaddan qəbul etmişdir. Bundan sonra yenə də sifarişlərin olacağı təqdirdə ona yönəldəcəyini deyib razılaşaraq ayrılmışlar. Şahid1 onun barəsində göstərdikləri yalandır, böhtandır. 750 ABŞ dollarını Şahid1 müştəri verdiyinə görə gördüyü işdən əldə olunmuş qazancdan ona çatası hissəni almışdır. Şahid1 ilə iş birliyində tək səhvi dövlət qulluqçusu olaraq vəzifəsindən kənar və vəzifələrinə aid olmayan fəaliyyət ilə məşğul olaraq qazanc əldə etmək olmuşdur. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “X12” MMC-nin qanuni təmsilçisi olmaqla yanaşı “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi kimi etibarnamə əsasında qanuni fəaliyyət ilə məşğuldur. MMC loqistik şirkət olub beynəlxalq daşımalarla məşğuldur. Belə ki, cəmiyyətin əsas vəzifəsi növündən və çəkisindən asılı olmayaraq istənilən sifariş edilən məhsulun hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə nəzarət etmək və həyata keçirməkdən ibarətdir. Cəmiyyətin mülkiyyətində nəqliyyat vasitələri yoxdur, daşımaları digər daşıyıcı şirkətlərlə bağlanmış müqavilələr əsasında həyata keçirir. Yüklərin əsasən Türkiyə və Gürcüstan Respublikasından yük avtomobilləri ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan da daşıyıcı gəmilər vasitəsi ilə Türkmənistan Respublikasına daşınması həyata keçirilir. Belə ki, sifariş olunan məhsul xarici ölkədən Azərbaycan sərhədini keçdikdən sonra sərhəddə yükdaşıma sənədinə tranzit ştampı vurulur, bundan sonra yük avtomobili təyinat nöqtəsi olan tranzit zona hesab olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilir, bundan sonra prosesin davam etdirilməsi üçün MMC adından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə məktubla müraciət olunaraq qeyd olunan avtomobildən və konteynerlərdən digərlərinə yüklənməsinə icazə verilməsi istənilir, həmin müraciət gömrük orqanlarında olan elektron sistemə işləndikdən sonra tərəflərindən daşınacaq yükə aid bəyannamə tərtib edilərək Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunur. Yükün sənədləri tam rəsmiləşdirilərək təsdiq olunduqdan sonra yük avtomobillərindən konteynerlərə yüklənmiş məhsulların təkrarən limanda təyin olunmuş gəmilərə yüklənməsi prosesi həyata keçirilir. xx xxxx 2020-ci il tarixdə Türkiyə Respublikasından ət məhsullarının Türkmənistan Respublikasına daşınması sifarişi “X12” MMC-ə daxil olmuş, həmin sifariş qəbul olunaraq daşınma işlərinə nəzarət həyata keçirilmiş, ölkə ərazisində daxil olmuş yük Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Telman Mehdiyevə qeyd olunan avtomobillərdən və konteynerlərdən digərlərinə yüklənməsinə icazə verilməsi üçün müraciət olunmuşdur. 1 həftə öncə isə sənədləşdirmə işlərinin surətləndirilməsi üçün həmin Gömrük Baş idarəsinin Tranzit şöbəsinin rəisi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlayaraq yüklərin daşınması ilə əlaqədar idarəyə məktub verdiyini, gömrük sənədləşdirilməsi işinin sürətləndirilməsini xahiş etmişdir. Ceyhunla əvvəldən razılaşmalarına görə daşıma zamanı hər konteynerə görə sonuncuya 50 ABŞ dolları məbləğində pul verilməli olmuş, həmin məbləğ gömrük rüsumu kimi yox, işlərin surətləndirilməsi üçün tələb olunmuşdur. Həmin məbləği Ceyhuna verməyəcəyi təqdirdə sənədləşdirmə işlərində ləngimələr ola və daşıma zamanı problemlər yarana biləcəyi üçün bu cür problemlərin yaranmaması səbəbi ilə qeyd olunan daşınma üzrə 15 konteyner üçün 750 ABŞ dollar pul verməli olduğundan məcbur qalaraq Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət etmişdir. Orada ərizəsi əsasında ilkin araşdırma aparılaraq pulun verilməsi üçün müvafiq təlimat aparılmışdır. Odur ki, onun tərəfindən son daşıma əməliyyatı üzrə işləri sürətli aparıldığı üçün xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onun tərəfindən təyin edilmiş vaxtda saat 19:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 15 ünvanında görüşmüşlər. Görüşə getməmişdən onun üzərində müvafiq qurğu quraşdıralaraq 7 ədəd 100-lük və 1 ədəd 50-lik ABŞ dolları əskinası verilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi **-MG-*** dövlət qeydiyyat nişanlı, “Lada-Vesta” markalı avtomobilə əyləşərək avtomobilin salonunda 7 ədəd 100-lük və 1 ədəd 50-lik əskinasda ABŞ dollarını Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu da həmin pulu sayaraq qəbul etmişdir. Bundan sonra onunla sağollaşaraq avtomobilini tərk etmişdir. Dəniz limanına gələn konteynerlərin yüklənməsinə icazənin verilməsi və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə görə əvvəllər də - 2020-ci ilin may ayının əvvəllərində Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük X1 şöbəsinin rəisi Təqsirləndirilən şəxs ilə məcbur qalaraq şifahi razılıq əldə etmiş, razılıqlarına əsasən hər konteyner üçün 50 ABŞ dolları pul verməli olmuşdur. Belə ki, yükləmələrə görə ilk dəfə 2020-ci ilin iyun ayının əvvəllərində 22 konteyner üzrə 1.100 ABŞ dollarını Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 15 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Vesta” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilində sonuncuya vermiş, daha sonra isə xx xxxx 2020-ci il tarixdə eyni ünvanda 15 konteyner üzrə 750 ABŞ dollarını şəxsən Ceyhuna vermiş və həmin vaxt Təqsirləndirilən şəxs ona daha 6 konteynerə görə 300 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 22 və 15 konteyner üzrə pulu aldığını, 6 konteyner üzrə isə ona borclu qaldığını etiraf etmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində etdiyi şikayətdə yalnız 15 konteyner üzrə 750 ABŞ dollarının ondan istənildiyini bildirsə də, sonradan Təqsirləndirilən şəxs ondan daha 22 konteyner üzrə 1.100 ABŞ dollarını alması və 6 konteyner üzrə 300 ABŞ dollarını da istəməsi barədə xx xxxx 2020-ci il tarixdə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Həmin yükləmələr 43 sayda olmaqla, x xxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkmənistan marşurutu ilə gedəcək FDCU642654 nömrəli konteynerdən HDMU6306290 nömrəli konteynerə, TCNU4420898 nömrəli konteynerdən CCLU6576850 nömrəli konteynerə, ZCSU8533264 nömrəli konteynerdən WSCU7947986 nömrəli konteynerə, Bakı-Türkiyə marşurutu ilə gedəcək 31NDD28 və 31ALB06 qeydiyyat nişanlı avtomobillərdən HDMU6491388/HDMU6325319 nömrəli konteynerlərə, 31AHP91 və 31AUY92 qeydiyyat nişanlı avtomobillərdən WSCU9467163/HDMU6325319 nömrəli konteynerlərə, WSCU9381814 nömrəli konteynerdən 31AHP91/31AUY92 qeydiyyat nişanlı avtomobillərə, CAXU9381426 nömrəli konteynerdən 38F2269/38F2270 qeydiyyat nişanlı avtomobillərə, xx xxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşurutu ilə gedəcək GESU4253660 nömrəli konteynerdən 31NDD28/31ALB96 qeydiyyat nişanlı avtomobillərə, HDMU6300861 nömrəli konteynerdən 31AHP91/31AUY92 qeydiyyat nişanlı avtomobillərə, GESU5067589 nömrəli konteynerdən 33DJU58/33CSM41 qeydiyyat nişanlı avtomobillərə, xx xxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşurutu ilə gedəcək UESU4152329 nömrəli konteynerdən 53ABA122/53ABA124 qeydiyyat nişanlı avtomobillərə, nömrəli CAXU9784381 nömrəli konteynerdən 53ABA993/53AAB994 qeydiyyat nişanlı avtomobillərə, x xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı- Türkmənistan marşurutu ilə gedəcək CXRU1564525 nömrəli konteynerdən 4627TAG qeydiyyat nişanlı avtomobilə, x xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkmənistan marşurutu ilə gedəcək 61BU510/61K10145 qeydiyyat nişanlı avtomobillərdən 99ZF112 nömrəli konteynerə, x xxxx 2020-ci il tarixli müraciətim üzrə Bakı-Türkmənistan marşurutu ilə gedəcək MSCU7429420 nömrəli konteynerdən NONU5534257 nömrəli konteynerə, GESU9490182 nömrəli konteynerdən GESU9010690 nömrəli konteynerə, MSCU7391752 nömrəli konteynerdən GESU9014550 nömrəli konteynerə, MEDU9905266 nömrəli konteynerdən GESU9041941 nömrəli konteynerə, CRLU1181141 nömrəli konteynerdən LTPU5957990 nömrəli konteynerə, CXRU1426022 nömrəli konteynerdən NONU5527617 nömrəli konteynerə, CRSU6093352 nömrəli konteynerdən NONU5532866 nömrəli konteynerə, TRİU8804796 nömrəli konteynerdən NONU5528830 nömrəli konteynerə, CAİU5411979 nömrəli konteynerdən FSCU5642419 nömrəli konteynerə, GESU9470530 nömrəli konteynerdən NONU5533923 nömrəli konteynerə, xx xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşurutu ilə gedəcək CAXU9576665 və HH436ZZ nömrəli konteynerlərin AA432D qeydiyyat nişanlı avtomobilə, CAXU9349147 və TA404MZ nömrəli konteynerlərin TM404Z qeydiyyat nişanlı avtomobilə, CAİU8251940 və HA999SN nömrəli konteynerlərin QQ087O qeydiyyat nişanlı avtomobilə, xx xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşurutu ilə gedəcək CAXU9784381 nömrəli konteynerdən 33EER91/34ZG9726 qeydiyyat nişanlı avtomobilə, xx xxxx 2020-ci il tarixli müraciəti üzrə Ələt-Türkmənbaşı marşurutu ilə gedəcək CRXU6922012, MEDU9031031, TRİU8384625, SZLU9278551, TRİU8191396, TCLU1023816, MEDU9157436, TEMU9580965, MEDU9037678, MSCU7429478, TEMU9589999, MSCU7385174, MSCU7428358 nömrəli konteynerlərin “Mahmud Rahimov” gəmisinə, xx xxxx 2020-ci il tarixli müraciəti ilə əlaqədar 34JE0001/34JE0002 qeydiyyat nişanlı avtomobillərdən CBHU1984890 nömrəli konteynerə, 08K5591/08K5592 qeydiyyat nişanlı avtomobillərdən CBHU6011787 nömrəli konteynerlərə yüklərin yüklənməsinə icazə verilməsi ilə əlaqədar olmuş və icra olunmuşdur. Tərəfindən qeyd olunan dövrdə digər yükləmələr barədə müraciətlər olsa da, Təqsirləndirilən şəxs yalnız qeyd etdiyi yükləmələrə görə ondan pul istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin X2-Axtarış şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid1 xx xxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə ərizə ilə müraciət edib Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi, gömrük xidməti polkovniki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tranzit qaydada daxil olan yüklərə aid gömrük əməliyyatlarının aparılması zamanı süründürməçiliyə yol verildiyini, Təqsirləndirilən şəxs tranzit gömrük prosedurunun sürətləndirilməsi məqsədi ilə hər gömrük bəyannanməsi üzrə 50 ABŞ dolları tələb etdiyini, 15 gömrük bəyannaməsi üzrə ümumilikdə 750 ABŞ dolları tələb etdiyini bildirərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən hüquqa zidd əməlin qarşısının alınması məqsədi ilə Dövlət Komitəsi əməkdaşları ilə birlikdə birgə əməliyyat tədbirlərinin keçirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. Bundan sonra hər iki qurum tərəfindən birgə əməliyyat tədbirləri təşkil olunmaqla həmin tədbirlərdə iştirak etmək ona həvalə edilmişdir. xx xxxx 2020-ci il tarixdə təşkil olunmuş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün, saat 20 radələrində idarə etdiyi “Lada-Vesta” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobildə 750 ABŞ dolları pulu rüşvət qismində Şahid1 qəbul etdikdən sonra tərəflərindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat tədbirləri video çəkiliş aparılmaqla qeydə alınmış və Təqsirləndirilən şəxs tərəfindən alınmış 750 ABŞ dolları sonuncunun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi, Əməliyyat-İstintaq Baş idarəsi, X2- Axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. Cinayət işinin 169-170-ci vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında xx.xx.2020-ci il tarixdə 16, 292, 73, 58, 33, 139, 80 saniyə, xx.xx.2020-ci il tarixdə 253, 173, 191, 110, 211, 155, 95 saniyə, xx.xx.2020-ci il tarixdə 83, 44, 115, 191, 163, 89, 133, 118, 173, 97, 176, 216, xx.xx.2020-ci il tarixdə 92, 285, xx.xx.2020-ci il tarixdə 198, 160, 48, 94 saniyə telefon danışıqları olmuşdur. Cinayət işinin 12-ci vərəqində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş idarəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 1000-151/1xx-xx/011328 saylı məktuba əlavə edilmiş Şahid1 Dövlət Gömrük Komitəsinin rəhbərliyinə ünvanladığı həmin tarixli ərizədən görünür ki, X4 və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük X1 şöbəsinin rəisi Təqsirləndirilən şəxs gömrük əməliyyatları zamanı tranzit gömrük prosedurunun sürətləndirilməsi üçün hər gömrük bəyannaməsi üzrə 50 ABŞ dolları olmaqla 15 gömrük bəyannaməsi üçün ümumilikdə 750 ABŞ dolları ondan qeyri-qanuni olaraq tələb etmişdir. Cinayət işinin 18-20-ci vərəqlərində olan pul vəsaitinin təqdim edilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük X1 şöbəsinin rəisi Təqsirləndirilən şəxs ondan 750 ABŞ dolları tələb etməsi barədə müraciətinə əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə ona üzərinə xüsusi yazı vasitəsilə “Rüşvət 2020” sözləri yazılmış 7 ədəd ML26293124F, ML26293126F, LL67268371E, ML26293127F, ML26293123F, ML26293125F, LG65898778B nömrəli 100 ABŞ dolları nominallı və 1 ədəd ME02303308A nömrəli 50 ABŞ dolları nominallı pul əskinasları təqdim edilmişdir. Cinayət işinin 21-22-ci vərəqlərində olan xx xxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, qeyd olunan tarixdə “Lada-Vesta” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Z.Bünyadov prospektində əməliyyat qrupu tərəfindən saxlanılarkən həmin avtomobilin içərisində sükan arxasında oturmuş özünü Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük X1 şöbəsinin rəisi Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə baxış keçirilməsi üçün əməliyyat qrupunun müşahidəsi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparılmış və orada üzərində baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ cibindən 7 ədəd 100 və 1 ədəd 50 ABŞ dolları, cəmi 750 ABŞ dolları və iş üçün əhəmiyyət kəsb etməyən digər əşyalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən digər əşyaların ona məxsus olmasını bildirsə də, 750 ABŞ dollarının ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 750 ABŞ dolları dəyərində olan əskinaslar ML26293124F, ML26293126F, LL67268371E, ML26293127F, ML26293123F, ML26293125F, LG65898778B, ME02303308A seriyalı və nömrəli olmaqla ultrabənövşəyi şüalar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən üzərilərində limuniset qələmlə “Rüşvət 2020” sözlərinin yazıldığı müəyyən edilmiş və həmin pul əskinazları götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. Cinayət işinin 140-141-ci vərəqlərində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd “CD” diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, video görüntülərdəki söhbətlər “Lada Vesta” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda aparılır, istintaq materiallarına əsasən görüntülərdəki şəxslərin Təqsirləndirilən şəxs, görüntülərdə üzü görünməyən şəxs isə Şahid1dur. Söhbət zamanı çəkilişin 44-cü saniyəsində Şahid1 pul əskinazlarını Təqsirləndirilən şəxs təqdim edir, 01:08-ci dəqiqədən başlayaraq Təqsirləndirilən şəxs “əvvəl sən gələn`2322də 22 dənəni bağladın, sonra gəldin haqq hesabı elədin, 13 dənə aformutu saxladın, 5 də bir, 2 dənə bir və 1 dənə də tək elədin oldu 21 dənə” sözlərini Şahid1 deyir, o isə cavabında “5 dənənin pulunu verdiyini, 6 borclu qaldığını” bildirir. Bundan sonra çəkilişin 02:57-ci dəqiqəsində Təqsirləndirilən şəxs Şahid1 ona təqdim etdiyi pulları sayaraq “15 dənənin pulunu verildiyini və 6 ədədinin isə borclu qaldığını” təsdiq edərək Şahid1 “özünüzdə 6 ədədinin borclu qalması barədə qeydiyyat aparmasını” tapşırır. 03:43-cü dəqiqədə Təqsirləndirilən şəxs “2-3 günə yəqinki aformut olacağını” soruşduqda Behzad “olacağını və maşınlarının olduğunu” bildirir. Təqsirləndirilən şəxs “boşaltmaları, yükləmələri edəcəyini” bildirərək təkrar Behzada “6 ədəd borclu qalmasını və gələcəkdə məktubu gətirəndə ona zəng etməyini” bildirir və bundan sonra Behzad tələsdiyini bildirərək sağollaşıb avtomobildən enərək ordan ayrılır. Cinayət işinin 183-214-cü vərəqlərində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, 1000-190/0xx-xx/016692 saylı məktub və ona əlavə olunmuş sənədlərdən görünür ki, “X12” MMC və “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi Şahid1 x xxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə rəsmi qaydada ərizə ilə müraciət edərək Bakı-Türkmənistan marşurutu ilə gedəcək FDCU642654 nömrəli konteynerdən HDMU6306290 nömrəli konteynerə, TCNU4420898 nömrəli konteynerdən CCLU6576850 nömrəli konteynerə, ZCSU8533264 nömrəli konteynerdən WSCU7947986 nömrəli konteynerə, Bakı-Türkiyə marşurutu ilə gedəcək 31NDD28 və 31ALB06 qeydiyyat nişanlı avtomobillərdən HDMU6491388/HDMU6325319 nömrəli konteynerlərə, 31AHP91 və 31AUY92 qeydiyyat nişanlı avtomobillərdən WSCU9467163/HDMU6325319 nömrəli konteynerlərə, WSCU9381814 nömrəli konteynerdən 31AHP91/31AUY92 qeydiyyat nişanlı avtomobillərə, CAXU9381426 nömrəli konteynerdən 38F2269/38F2270 qeydiyyat nişanlı avtomobillərə, xx xxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək GESU4253660 nömrəli konteynerdən 31NDD28/31ALB96 qeydiyyat nişanlı avtomobillərə, HDMU6300861 nömrəli konteynerdən 31AHP91/31AUY92 qeydiyyat nişanlı avtomobillərə, GESU5067589 nömrəli konteynerdən 33DJU58/33CSM41 qeydiyyat nişanlı avtomobillərə, xx xxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək UESU4152329 nömrəli konteynerdən 53ABA122/53ABA124 qeydiyyat nişanlı avtomobillərə, nömrəli CAXU9784381 nömrəli konteynerdən 53ABA993/53AAB994 qeydiyyat nişanlı avtomobillərə, x xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı- Türkmənistan marşurutu ilə gedəcək CXRU1564525 nömrəli konteynerdən 4627TAG qeydiyyat nişanlı avtomobilə, x xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkmənistan marşrutu ilə gedəcək 61BU510/61K10145 qeydiyyat nişanlı avtomobillərdən 99ZF112 nömrəli konteynerə, x xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkmənistan marşrutu ilə gedəcək MSCU7429420 nömrəli konteynerdən NONU5534257 nömrəli konteynerə, GESU9490182 nömrəli konteynerdən GESU9010690 nömrəli konteynerə, MSCU7391752 nömrəli konteynerdən GESU9014550 nömrəli konteynerə, MEDU9905266 nömrəli konteynerdən GESU9041941 nömrəli konteynerə, CRLU1181141 nömrəli konteynerdən LTPU5957990 nömrəli konteynerə, CXRU1426022 nömrəli konteynerdən NONU5527617 nömrəli konteynerə, CRSU6093352 nömrəli konteynerdən NONU5532866 nömrəli konteynerə, TRİU8804796 nömrəli konteynerdən NONU5528830 nömrəli konteynerə, CAİU5411979 nömrəli konteynerdən FSCU5642419 nömrəli konteynerə, GESU9470530 nömrəli konteynerdən NONU5533923 nömrəli konteynerə, xx xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək CAXU9576665 və HH436ZZ nömrəli konteynerlərin AA432D qeydiyyat nişanlı avtomobilə, CAXU9349147 və TA404MZ nömrəli konteynerlərin TM404Z qeydiyyat nişanlı avtomobilə, CAİU8251940 və HA999SN nömrəli konteynerlərin QQ087O qeydiyyat nişanlı avtomobilə, xx xxxx 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək CAXU9784381 nömrəli konteynerdən 33EER91/34ZG9726 qeydiyyat nişanlı avtomobilə, xx xxxx 2020-ci il tarixli müraciəti üzrə Ələt-Türkmənbaşı marşrutu ilə gedəcək CRXU6922012, MEDU9031031, TRİU8384625, SZLU9278551, TRİU8191396, TCLU1023816, MEDU9157436, TEMU9580965, MEDU9037678, MSCU7429478, TEMU9589999, MSCU7385174, MSCU7428358 nömrəli konteynerlərin “Mahmud Rahimov” gəmisinə, xx xxxx 2020-ci il tarixli müraciəti ilə əlaqədar 34JE0001/34JE0002 qeydiyyat nişanlı avtomobillərdən CBHU1984890 nömrəli konteynerə, 08K5591/08K5592 qeydiyyat nişanlı avtomobillərdən CBHU6011787 nömrəli, cəmi 43 sayda konteyner üzrə yüklərin yüklənməsinə icazə verilməsini xahiş etmişdir. Cinayət işinin 216-219-cu vərəqlərində olan sənədlərin texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 5/523 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 7 ədəd ML26293124F, ML26293126F, LL67268371E, ML26293127F, ML26293123F, ML26293125F, LG65898778B nömrəli 100 ABŞ dolları nominallı, 1 ədəd ME02303308A nömrəli 50 ABŞ dolları nominallı pul əskinasları xüsusi mühafizə vasitələrilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinaslarının nümunələri ilə eynilik təşkil edir. Həmin pul əskinaslarının arxa tərəfində ultra bənövşəyi işıqda görünən “Rüşvət 2020” yazıları vardır. Cinayət işinin 47-49-cu vərəqlərində olan əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli, 100/1186Ş nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük X1 şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 51-55-ci vərəqlərində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin 2000/012 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük X1 şöbəsi haqqında Əsasnamə”-nin 2, 3 və 5.6-cı bəndlərinə əsasən, şöbəyə ümumi rəhbərliyin həyata keçirilməsi, gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsinin təmin edilməsi, dövlət müəssisələri, fiziki və hüquqi şəxslər və digər qeyri-hökumət təşkilatları tərəfindən respublika ərazisindən keçirilən tranzit mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirilməsinə nəzarət edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş qaydada ixrac nəzarətinin həyata keçirilməsi, mallar0 və onlara aid olan sənədlər tranzit xüsusi gömrük proseduru altında daşınarkən qanunvericiliyə əməl olunmasına nəzarət edilməsi və sair funksiyalar şöbənin ümumi fəaliyyət istiqaməti olmaqla şöbə rəisinin vəzifələrinə aid edilir. Cinayət işinin 220-222-ci vərəqlərində olan maddi sübut kimi tanınma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış x xxx 2020-ci il, xx xxx 2020-ci il, xx xxx 2020-ci il, x xxxx 2020-ci il, x xxxx 2020-ci il, x xxxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli müraciətlər, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd “CD” disk, baxış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan 7 ədəd ML26293124F, ML26293126F, LL67268371E, ML26293127F, ML26293123F, ML26293125F, LG65898778B nömrəli 100 ABŞ dolları nominallı, 1 ədəd ME02303308A nömrəli 50 ABŞ dolları nominallı pul əskinasları maddi sübut kimi tanınmış, 7 ədəd ML26293124F, ML26293126F, LL67268371E, ML26293127F, ML26293123F, ML26293125F, LG65898778B nömrəli 100 ABŞ dolları nominallı və 1 ədəd ME02303308A nömrəli 50 ABŞ dolları əskinasları saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığına verilmişdir. Cinayət işinin 18-ci vərəqində olan protokoldan görünür ki, maddi sübut kimi tanınmış 7 ədəd ML26293124F, ML26293126F, LL67268371E, ML26293127F, ML26293123F, ML26293125F, LG65898778B nömrəli 100 ABŞ dolları nominallı və 1 ədəd ME02303308A nömrəli 50 ABŞ dolları əskinazları Şahid1 məxsusdur. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 27-30-cu vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-100-cü vərəqlərində olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 143-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 260-cı vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 261-ci vərəqində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 mənzil 32 ünvanında yaşayır, onun himayəsində olan və həmin ünvanda qeydiyyatda olan ailə üzləri aşağıdakılardır: 1965-ci il təvəllüdlü Babayeva Gövhər Qara qızı (arvadı), 1991-ci il təvəllüdlü X6 (oğlu), X7 (qızı), 2005-ci il təvəllüdlü X5 (qızı). Himayəsində bir nəfər azyaşlı uşağın olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza kimi azadlıqdan məhrum etmə, əlavə cəza kimi isə müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 61,52 (altmış bir manat əlli iki qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış x xxx 2020-ci il, xx xxx 2020-ci il, xx xxx 2020-ci il, x xxxx 2020-ci il, x xxxx 2020-ci il, x xxxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli müraciətlər, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Baş prokurorluğunun mühasibatlığında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunan 7 ədəd ML26293124F, ML26293126F, LL67268371E, ML26293127F, ML26293123F, ML26293125F, LG65898778B nömrəli 100 ABŞ dolları nominallı, 1 ədəd ME02303308A nömrəli 50 ABŞ dolları nominallı pul əskinazlar Şahid1 qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış x xxx 2020-ci il, xx xxx 2020-ci il, xx xxx 2020-ci il, x xxxx 2020-ci il, x xxxx 2020-ci il, x xxxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli müraciətlər, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın, Azərbaycan Respublikası Baş prokurorluğunun mühasibatlığında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunan 7 ədəd ML26293124F, ML26293126F, LL67268371E, ML26293127F, ML26293123F, ML26293125F, LG65898778B nömrəli 100 ABŞ dolları nominallı, 1 ədəd ME02303308A nömrəli 50 ABŞ dolları nominallı pul əskinaslar Şahid1 qaytarılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 61,52 (altmış bir manat əlli iki qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-351/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-351/2021
11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver