Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-351/2024 30.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə qapalı məhkəmə iclasında xx xxxxxx 2001-ci ildə Salyan rayonunun Seyid Sadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Salyan rayonu, Seyid Sadıqlı kəndində qeydiyyadta olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, N.Əliyev küçəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, təkrar törədilməklə aşkar surətdə 14 yaşına çatmamış zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu döngə 2 ünvanında yerləşən «Darvaza Hotel»-də aşkar surətdə 14 yaşına çatmamış - xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs döyəcəyi ilə hədələyib əllərini sıxaraq zor tətbiq etməklə Hotelin 9 nömrəli otağında Zərərçəkmiş şəxs çarpayıya uzadaraq şalvarını və alt paltarını aşağı çəkərək öz cinsiyyət orqanını onun cinsiyyət orqanına və anal dəliyinə sürtərək cinsi ehtirasını təmin edib yenidən bir müddət sonra təkrarən zərərçəkmiş Zərərçəkmiş şəxs zor tətbiq edəcəyi ilə hədələyib həmin otaqda öz cinsiyyət orqanını onun cinsiyyət orqanına və anal dəliyinə sürtərək Zərərçəkmiş şəxs əli ilə onun cinsiyyət orqanına toxunmasını tələb edib öz cinsi ehtirasını təmin edərək yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. O, Salyan rayon sakinidir, Bakı şəhərində hoteldə ofisiant işləyir. 28 dekabr 2022-ci il tarixdə axşam saat 21 radələrində tanışı Selmanla görüşərək birlikdə Dənizkənarı Bulvara getmişlər. Orada dostu ilə gəzən zaman 2 nəfər qız görmüş, kənardan oğlanların həmin qızlara söz atıb narahat etdiklərini görüb onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşlar. Qızlar isə heç bir problem olmadığını, gündə 100 nəfərin onlara yaxınlaşdığını bildirdilər. Bundan sonra qızlarla birlikdə gecə saat 03-ə qədər bulvarda gəzmiş, kofe içmiş və dondurma yemişlər. Bundan sonra qızlar onlardan evləri olub-olmadığını soruşmuş, evə getməyi təklif etmişlər, o isə evinin olmadığını, oteldə iş yerində qaldığını bildirərək onlara da otelə getməyi təklif etmişdir. Qızlar razı olduqdan sonra işlədiyi otelin reception şöbəsində işləyən Sənan adlı dostuna zəng vurmuş, Sənan kartına əlli manat pul göndərmişdir. Bundan sonra birlikdə taksi ilə Xırdalan dairəsində yerləşən «Darvaza Hotel»-ə getmişlər. Otel 2 ədəd yataq otağı, qonaq otağı və hər yataq otağının öz sanitar qovşağı olan 3 otaqdan ibarət olmuş, o dostu ilə bir otaqda, qızlar isə digər yataq otağında qalmalı olmuşlar. Hotelin təmsilçisi onlardan heç bir sənəd tələb etməmiş, otelin pulunu təşkil edən 48 manat pulu isə o ödəmişdir. Artıq gec olduğu və bərk yorulduğu üçün o öz yataq otağına keçmiş və gözləmişdir ki, dostu Selman da gəlib onun yanında yatacaqdır. Bu zaman Zərərçəkmiş şəxs otağa daxil olduğunu və gəlib çarpayıda onun yanında uzanaraq onu öpdüyünü görmüşdür. Bundan sonra İranənin təklifi ilə onun şalvarını, sonra isə öz şalvarını və alt paltarını aşağı salmış, bundan sonra İranə üzü aşağı yatağa uzanmış və o onunla sürtünmə vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmiş, lakin İranə ağrı keçirtdiyi üçün ondan hərəkətlərini saxlamağı xahiş etmiş, o da onun xahişini yerinə yetirmişdir. Bundan sonra o, yuyunmaq üçün hamama getmiş, İranə isə Zəhranın qaldığı otağa getmişdir. Səhər tezdən taksi sifariş verib oteldən çıxaraq Nərimanov parkının yanına getmişlər. Oradan maşından düşərək iş yerinə getmiş, taksi pulunu isə qızlar vermişlər. Bundan sonra çıxıb yaşadığı Salyan rayonuna getmiş, oradan Salyan RPŞ-nə getmiş, oradan isə Bakı şəhərindən gələn əməliyyatçı onu Xətai RPİ-nə gətirərək 15 gün həbs vermişlər. Orada onu Zərərçəkmiş şəxs ilə üzləşdirmişlər, üzləşmə zamanı İranə bildirmişdir ki, guya onları zorla taksiyə mindirib otelə aparmışlar. Bildirmək istəyir ki, o, qızların 14 yaşında olmasını bilməmiş, onlar isə 16 yaşlarının olduğunu demişlər. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, orta məktəb şagirdidir, valideynləri və nənəsi ilə birlikdə yaşayır. 28 dekabr 2022-ci il tarixdə bibisi qızı Şahid1gilə qonaq getmiş, həmin gün Zəhra öz anasından küsmüş, bu səbəbdən ona evdən çıxıb bulvara gəzməyə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxsla bulvarda tanış olmuşdur. Təqsirləndirilən şəxs yanında bir nəfər də dostu olmuşdur. Belə ki, onlara tanımadıqları naməlum şəxslər tanış olmaq məqsədi ilə yaxınlaşaraq onlardan əl çəkmədiklərini görən Aslan və dostu onlara yaxınlaşaraq həmin şəxsləri onlardan uzaqlaşdırmışlar. Nəticədə Təqsirləndirilən şəxs və onun dostu ilə tanış olmuşlar. O və bibisi qızı Aslan və sonuncunun dostuna 13 yaşlarının olduqlarını bildirmişlər. Artıq hava qaraldıqdan sonra onlar Aslan və Aslanın dostu Selmana onları evlərinə aparmağı xahiş etmişlər. Onlar isə taksi tutaraq onları evlərinə deyil, tanımadıqları bir otelə aparmışlar. Onun otellə bağlı o günə kimi hec bir anlayışı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs və dostu Selman onları evə aparacaqlarını bildirsələr də, onları aldadaraq otelə aparmışlar. Getdikləri oteldə qaldıqları yer 2 otaqlı olmuşdur. Həmin iki otaqdan birində Zəhra ilə özü, digər otaqda isə Aslanla dostu qalmışlar. Aslan gecə onu öz otağına aparmış və istintaqda verdiyi ifadədə göstərdiyi hərəkətləri ona qarşı etmişdir. Səhər Aslan və dostu Selman onu və Zəhranı bir taksi ilə Nərmanov parkının yanına gətirərək orada onları düşürüb getmişlər. Parkın yanından o və Zəhra özləri taksiyə minərək bibisigilin evlərinin yanına gəlmişlər. Orada isə onları polislər saxlayıb araşdırma aparmışlar. O zaman bilmişdir ki, atası İsmayıl onun evə gəlmədiyini görüb polisə şikayət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini tam təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bu hadisə ilə bağlı aparılmış istintaq zamanı polisdə görüb tanımışdır. Onun ailəsi özündən, həyat yoldaşı və qızı İranədən ibarətdir. İranənin 13 yaşı olmaqla orta məktəb şagirdidir. Son bir ildə həyat yoldaşı ilə arasında soyuqluq olsa da bir evdə yaşamışlar. 28 dekabr 2022-ci il tarixdə həyat yoldaşı xalasıgildə olmuş, o isə işdə olmuşdur. İranə daima nəzarət altında olmuş, belə ki, İranə qorxaq uşaq olduğu üçün evdən heç vaxt tək çıxmamış, hətta məktəbə onu sürücü maşınla aparıb gətirmişdir. Həmin gün İranə evdə nənəsi ilə olmuş, lakin necə olmuşdursa İranə evdən çıxıb onun bacısıgilə getmişdir. O, işdən qayıtdıqda İranənin evdə olmadığını görüb dərhal bacısına zəng etmişdir. Belə ki, bacısının qızı Zəhra İranə ilə həmyaşıd olmaqla, həm də rəfiqədirlər. Düşünmüşdür ki, İranənin gedəcəyi yer yalnız bibisinin ev iola bilər. İranənin orada olmasını bildikdən sonra onu tənbeh etmiş, evə qayıtmasını demişdir. Lakin İranə ona qulaq asmamış və bibisi qızı Zəhra ilə bulvara gəzməyə getmişlər. Artıq hava qaraldıqdan sonra o, İranə və Zəhranın evə gəlməmələrindən narahat olmuş, təcili olaraq polisə məlumat vermişdir. Qızların üzərində bulvara çıxdıqları zaman mobil telefon olmamış, bu səbəbdən də onlarla əlaqə saxlaya bilməmişdir. Növbəti gün səhər İranə ilə Zəhra bibisigilin evinin yaxınlığında polis əməkdaşları tərəfindən tapılaraq onlara təhvil verilmişdir. Qızı başına gələn hadisə haqqında ona heç nə deməsə də, anası və nənəsinə 2 nəfər şəxsin onları tanımadıqları otelə apardıqlarını, orada hal-hazırda məhkəmə zalında olan Təqsirləndirilən şəxs qızına qarşı seksual xarakterli hərəkətlər törətməsini demiş, bununla bağlı o, hüquq-mühafizə orqanlarına Təqsirləndirilən şəxs şikayət etmişdir. Hal-hazırda Aslanı bağışlamışdır. Belə ki, ona X6nin qaziləri və şəhid anaları müraciət edərək Təqsirləndirilən şəxs Qarabağ müharibəsinin iştirakçısı və qazisi olduğunu bildirərək ondan Aslanı bağışlamasını xahiş etmişlər. Həmin xahişləri qəbul edərək Aslanı bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi və dostu kimi tanıyır. Hər ikisi “X6” iştirakçılarıdır. 28 dekabr 2022-ci il tarixdə həmkəndlisi X7 ilə birlikdə sonuncuya məxsus «Mersedes E- 190» markalı avtomobillə gedib bayramqabağı şəhəri gəzmək və dost-tanışlarını görmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində dostu Təqsirləndirilən şəxslə və digər həmyerliləri ilə Dəniz Kənarı parka istirahət etməyə getmişlər. Orada iki gənc qıza bir qrup gənclərin narahatçılıq törətdiklərini görərək onlara yaxınlaşaraq bunun yol verilməz olduğunu başa salmışlar. Bundan sonra Dəniz Kənarı parkda istirahətlərini davam etmişlər. Bir daha həmin qızlara bir türk vətəndaşının yaxınlaşdığını görərək ora yaxınlaşaraq həmin vətəndaşı qızlardan uzaqlaşdırmışlar. Bu vaxt parkda o və Təqsirləndirilən şəxs qalmış, digər tanışları isə çıxıb getmişlər. Qızlar özləri onlarla parkda gəzmək istədiklərini bildirdikləri üçün dördü birlikdə parkı gəzmiş, hava qaralandan sonra qızlardan biri, Zəhra bildirmişdir ki, rayondan qohumları gilə gəliblər. Lakin o və Təqsirləndirilən şəxs bu qızlara inanmamışlar. Belə ki, qızlardan biri İranə həddindən artıq açıq-saçıq geyinmiş, qızların hər ikisi boylu buxunlu olduqları üçün artıq yetkinlik yaşına çatan olanlara oxşayırdılar. Bu qızlar onlara 14 yaşına çatmadıqlarını bildirməmişlər. Qızların özlərinin razılığı ilə bir taksi tutaraq onları Xırdalan dairəsində yerləşən «Darvaza Hotel»ə aparmışlar. Artıq saat 03:30-da onlar həmin otelin dəhliz və iki otaqdan ibarət olan evinə daxil olmuşlar. Qızlar otaqlardan birinə, Təqsirləndirilən şəxs otaqların digərinə keçmişlər. O isə dəhlizə stulları düzərək başının altına gödəkçəsini qoyaraq istirahət etməyə başlamışdır. Görmüşdür ki, İranə öz otağından çıxıb Aslanın otağına keçmişdir. Zəhra isə onun yanına gələrək stulda əyləşib söhbət etmişdir. O Zəhraya Qarabağ müharibəsi haqqında söhbət etmişdir. Bundan sonra İranənin Aslanın otağından çıxıb öz otağına keçməsini görmüşdür. Zəhra da öz otağına yatmağa keçmişdir. Bundan sonra İranə bir dəfədə öz otağında çıxıb Aslanın otağına keçmiş və bir müddət sonra geri qayıtmışdır. Bundan sonra o yatmışdır. Səhər dördü birlikdə taksi tutub Nərimanov parkının yaxınlığına gedərək orada qızları maşından düşürmüşlər. Bundan sonra o Salyan rayonuna qayitmış, orada polisə dəvət olunmuş, orada bilmişdir ki, qızlara edilən təcavüzə görə cinayət işi başlanmışdır. Bu haqda onu bildirir ki, Təqsirləndirilən şəxs ona etiraf etmişdir ki, gecə onun otağına gələn İranə ilə qeyri-təbbi yola intim əlaqəda olmuşdur. Onun isə Zəhra ilə heç bir intim əlaqəsi olmamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, valideynləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babəek prospekti, Şahin Səmədov küçəsi 46 saylı evdə yaşayır, Bakı şəhəri, Nizami rayonu 62 nömrəli orta məktəbin 8-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs onun dayısı qızıdır. Baxılan iş üzrə hadisə baş verdiyi 29 dekabr 2022ci il tarixdə onun və İranənin 14 yaşları olmamış, 13 yaşları olmuşdur. 28 dekabr 2022-ci il tarixdə saat 12 radələrində dayısı qızı Zərərçəkmiş şəxs onlara gələrək, onunla birlikdə şəhərdə bayramqabağı gəzintiyə çıxmağı təklif etmişdir. Həmin gün anası İradə ilə mübahisəsi olduğu üçün anasına demədən gəzintiyə çıxmağa razılıq vermiş, İranə ilə həmin gün 12:30-da «Əhmədli» metrostansiyasının yanındakı telefon dükana gedərək İranənin istifadəsində olan «İphone 7» markalı mobil telefonu təmir etdirmişlər, daha sonra İranə ilə birlikdə «Borani» restoranında günorta yeməklərini yeyib Bakı kinoteatrının yaxınlığında olan paltar dükanından özünə idman paltarı almış, həmin paltarın əlli üç manat pulunu İranə vermiş, İranə isə özünə 01 ədəd əl çantası, 01 ədəd qara rəngli şalvar və 01 ədəd qara rəngli göbəyiaçıq koftanı 74 manata almış, bundan sonra ikisi birlikdə «Əhmədli» metrostansiyasının yanından avtobusla Xətai rayonunda yerləşən «Gənclik» parkına getmişlər. Orada az bir müddət əyləndikdən sonra həmin günü saat 21 radələrində dənizkənarı bulvara getmişlər. Orada gəzişən zaman təxminən saat 22:00-da 4-5 nəfər tanımadıqları oğlan uşaqları onlara skuter sürməyi təklif etmiş, lakin onlar razılaşmamış, İranə ilə birlikdə bulvarda gəzişmiş, məhz bu zaman məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs digər Selman adlı dostu ilə onlara yaxınlaşmış və onlarla tanış olmuşlar. Selman və Aslan onlara az əvvəl skuter verən oğlanlarla mübahisə edərək həmin uşaqları onlardan uzaqlaşdırmışlar. İranə ilə birlikdə bir kofe köşkünün yanına gedərək kofe içmək istədikdə bir türk onlara kofe almağı təklif etmiş, lakin Aslan və Selman həmin türkə «qızlar bizim tanışımızdır» deyərək türkü onlardan uzaqlaşdırmışlar. Bundan sonra İranə ilə birlikdə Selman və Aslanla bir yerdə gəzmiş, «Tarqovu» adlanan yerə getmiş, orada o və İranə bu oğlanlardan onları evlərinə yola salmalarını xahiş etmiş, Selman taksi şifariş etmiş, taksi gəldikdən sonra Aslanla Selman onları dedikləri ünvana deyil, tamam başqa ünvana aparmışlar. Buna etiraz etdikdə Aslan onun üzərinə qışqıraraq səsini kəsməsini tələb etmişdir. Bundan sonra artıq 29 dekabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Aslanla Selman onları tanımadıqları bir ünvana gətirib maşından düşürərək bir evə gətirmişlər. Həmin ev iki otaqdan ibarət idi. Otaqların birinə o və İranə keçmişlər. Bundan əvvəl isə o Selmandan atasına zəng edib danışmağı istəmiş, Selman buna razılıq verməmişdir. Həmin evdə olduqları zaman Aslan İranəni öz otağına aparmış, o, İranəyə görə narahat olduğu üçün İranənin aparıldığı otağa getmək istəmiş, lakin Selman təkidlə ona həmin otağa keçməməyi tələb etmiş, lakin o, Selmanın sözlərinə əhəmiyyət verməyərək otağın qapısını açıb həmin otağa keçdikdə görmüşdür ki, Aslanla İranə yataqda yorğanın altında uzanmışlar. İranə onu gördükdə yataqdan durub onun yanına gəlmiş və ikisi birlikdə öz otaqlarına qayıtmışlar. Buna baxmayaraq Aslan bir müddət sonra yenə gəlib İranəni öz otağına aparmış, Selman isə onun yanına gələrək onu qucaqlayıb öpməyə cəhd etmiş, lakin o, buna imkan vermədiyi üçün Selman otaqdan çıxmışdır. Bundan sonra İranə onun olduğu otağa gəlmiş və ikisi yatağa uzanıb yatmışlar. İranədən Aslanın ona qarşı nə etdiyini soruşmamış, yaranmış şəraitdən başa düşmüşdür ki, nə baş verir. Səhər saat 9-da Aslanla Selman onları taksi ilə Nərimanov parkının yanına aparıb düşürmüş, o və İranə oradan evlərinə getmişlər. Qeyd etmək istəyir ki, o, Selmana onun və İranənin 13 yaşında olmalarını demiş, bunu onların yanında olan Aslan da eşitmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə2 Oktay oğlunun Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, qızı 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bacısı qızı 2009-cu il təvəllüdlü Şahid1 ilə birlikdə Şahin Səmədov küçəsi ev 46 ünvanından gəzmək adı ilə çıxaraq geri qayitmamışlar, hər ikisinin yerinin müəyyənləşdirilməsində köməklik gösətrilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə2 Oktay oğlunun Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, qızı Zərərçəkmiş şəxs və Şahid1 sağ-salamat evə qayıdıb gəldiyi üçün, hazırda şikayət və tələbinin olmadığını bildirərək axtarış işlərinin dayandırılmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, azyaşlılar Zərərçəkmiş şəxs və Qanuni nümayəndə1 Oktay qızı həmin günün gecəsi 2 nəfər tanımadığı adlarını Aslan və Selman kimi bildikləri şəxslər ilə tanış olaraq, birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Darvaza” otelə getmiş və gecəni həmin şəxslərlə birlikdə orada qalmışlar. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu döngə 2 ünvanında yerləşən “Darvaza Hotel” –dir. Hotelin əsas girişində tünd boz rəngli dəmirdən hazırlanmış darvazadan içəriyə daxil olduqda həyətdə 15-ə yaxın birmərtəbəli hər biri bir ağ rəngli plastik qapıdan və ağ rəngli plastik pəncərədən ibarət 01 ədəd qonaq və 2 ədə yataq otaqlarından ibarət evlər vardır. Darvaza tərəfdən həyətə daxil olarkən sol tərəfdən “09” nömrəli otaq var. Həmin yerə daxil olan zaman qonaq otağında (sağdan sola) divar küncündə taxtalı duracaqda quraşdırılmış 01 ədəd qara rəngli “LG” markalı televizor, 01 ədəd altı nəfərli stol və 05 ədəd stul, 01 ədəd ağ rəngli külqabı və quru salfetkalar topası aşkar edilmişdir.Birinci yataq otağında 02 ədəd göy rəngli şap-şap, iki nəfərli çarpayı, 01 ədəd yorğan və 01 ədəd taxtalı tumbuçka, ikinci yataq otağında 02 ədəd göy şap-şap iki nəfərli çarpayı, 01 ədəd yorğan və 01 ədəd taxtalı tumboçka olmuşdur. Hər iki otağın qabaritləri və interyerləri eynidir. Hər otaqda 01 ədəd bra, 01 ədəd radiator və sanitar qovşağına qapılar vardır. Hər yataq otağına girişdə şüşəbəndli ağ rəngli plastik qapılar vardır. Maddi sübut əhəmiyyəti kəsb edən material və əşyalar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsində şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə, saat 15.00-da tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 4(001)-38/2023 saylı xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetməin əvvəli 15 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədibiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizanın 10 yanvar 2023-cü il tarixli, 1063 nömrəli rəyindən müəyyən olunur ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində hər iki mil-bilək oynağının ön səthlərində piqmetasiya sahələri, sağ budun orta 1/3-nin bayır səthində bir ədəd qançır aşkar edilmiş, onlardan mil-bilək oynağında olan piqmentasiya sahələri səthi kəsilmiş yaraların və ya cızıqların sağalmış izləridir, müddəti müayinədən təxminən 1-1,5 ay əvvələ uyğun gəlir, sağ budun qançırı isə küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən təxminən 9-11 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitdə əmələ gələ bilər, o, cümlədən şəxsin özünün göstərdiyi şəraitdə yaranmaları inkar olunmur. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, pərdənin anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixioloji ekspertizaısnın 04 fevral 2023-cü il tarixli, 258 saylı rəyindən müəyyən olunur ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak prosesslərinin (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə sakit təbiətli və mülayim olmaqla, emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Zərərçəkmiş şəxs sakit təbiətlilik, mülayimlik, utancaqlıq, həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətləri ümumən dərk etsə də həmin hərəkətlərin sosial mahiyyətini və ola biləcək nəticələrini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizaısnın 27 mart 2023-cü il tarixli, 788 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı Psixi Xəstəliyin əlamətləri anşkar olunmamışdır. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s.sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəsissələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki-psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəlik qeyd olunmamıış, həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizanın 28 mart 2023-cü il tarixli, 131 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onun cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən sənədlərdən müəyyən olunur ki, Məhkəmə Elektron Sistemindən əldə edilmiş arayışlardan Təqsirləndirilən şəxs “İİ Qarabağ” müharibəsi iştirakçısı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İinformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin azyaşlı olmasını bilməməsinə, hotelə onun razılığı əsasında getməsini və sonuncu ilə könüllü olaraq seksual xarakterli hərəkətlər etməsinə dair ifadələri yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə istintaq protokolu, hadisə yerinə baxış keçiriməsi protokolu, ekspertiza rəyləri və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ibtidai istintaq zamanı keçirilərək cinayət işinə əlavə edilmiş ekspertiza rəylərindən, ibtia istintaq zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini etiraf etməsi, zərərçəkmişin və şahidlərdən Şahid2 bunu təsdiq etməsi, üzləşdirmə protokolları və məhkəmə istintaqı zamanı proses iştirakçılarının verdiyi ifadələrlə tam sübuta yetirilmidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiyasında göstərilən əməlini 29 dekabr 2022-cu ildə törətmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsində olan 150.3.3-cü maddəsində nəzərdə tutulmuş əmələ görə cəza növü kimi 8 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” 27 dekabr 2022-ci il tarixli qanunun 3.3.5-ci bəndinə əsasən 150.3.3-cü maddənin dispozisiyasından “təqsirkar şəxs üçün aşkar surətdə” sözləri çıxarılmış, sanksiyada “səkkiz ildən on beş” sözləri “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək » sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinə əsasən cəza təyin edilən zaman, cinayət əməli törədilən zaman qüvvədə olan CM-nin müddəaları nəzər alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Zərərçkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli teleqramında Qanuni nümayəndə2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ondan şikayət və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.3.3-cü maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş üzləşdirmə protokolunu əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 720 AZN (yeddi yüz iyirmi manat) pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “15” yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkətinin həyata keçirilməsini əks etdirinə 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 720 AZN (yeddi yüz iyirmi manat) pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rasim Sadıxov Hakimlər Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-351/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-351/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver