Məhkəmə qərarları › İş №1(101)-351/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-351/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-351/2025 17.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olmuş, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Salahov küçəsi 27də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda midarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 12,323 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Salahov küçəsində yaşadığı evin yaxınlığına qədər daşımış, 20 fevral 2024-cü il saat 12:15-də həmin ünvanda xidməti ərazidə gəzən Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş və PŞ-də üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 12,323 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Evlidir, himayəsində 2 azyaşlı uşaqları vardır. O, idman malları mağazasında kassir işləmiş, heç vaxt narkotik vasitə qəbul etməmiş və ya satmamışdır. Onu 20 fevral 2024-cü il tarixdə səhər saat 11-ə işləmiş yaşadığı ünvanda bibisi və nənəsi ilə olduğu zaman evinə polis əməkdaşları gələrək rəisin əmri ilə onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmalı olduqlarını demişlər. Səbəbini soruşduqda polis əməkdaşları bunun səbəbini rəis deyəcəyini demişlər. Şöbədə onu rəisin yanına aparıb təqdim etmişlər, rəis də ona sosial şəbəkələrdə dini paylaşımlar etməsi, imamların, peyğəmbərlərin mövludlarını paylaşmasının səbəbini soruşmuş və ona bildirmişdir ki, o, narkotiklə tutulmalıdır. Ona edilən psixoloji təzyiqlər nəticəsindən qorxaraq razılaşmış və polis əməkdaşının gödəkcəsinin sağ yan cibinə qoyduqları bir ədəd sellofan bükümü özünə məxsus büküm kimi üzərinə baxış zamanı təqdim etmişdir. Ona qarşı fiziki zor olmamışdır. Lakin psixoloji təzyiq nəticəsində etmədiyi əməli üzərinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Həmkarı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz olaraq əldə etmə, gəzdirmə və qanunsuz dövriyyəsi barədə məlumat daxil olmuş, həmin məlumat əsəasında əməliyyat-axtarış tədbiri keçirilmiş, həmin tədbirə o rəhbərlik etmiş, həmkarı Şahid1 isə qrupun üzvü olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi Salahoba küçəsində özünü şübhəli aparan Təqsirləndirilən şəxs saxlayaraq xidmət etdiyi 12-ci PŞ-nə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər, sonuncu isə lazımı prosessual hərəkətləri icra etdikdən sonra onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, həmin baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmiş, bildirmişdir ki, həmin vasitəni tapmışdır. Lakin uzun müddət keçdiyi üçün narkotik vasitənin növü və çəkisini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxlanıldığı, şöbəyə gətirildiyi və və üzərinə baxış keçirilən zaman ona qarşı heç bir qanunsuz təzyiqlər olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəsini təsdiq edir. Belə ki, ifadəni verən zaman hadisədən az müddət keçmiş, bu səbəbdən hadisəni olduğu kimi danışmış, hazırda isə bu hadisənin üstündən bir ilə yaxın müddət keçdiyi və bu müddət ərzində bir çox digər əməliyyat tədbirlərində iştirak etdiyi üçün yanlışlığa yol vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə həmin ifadəsində göstərdiyi kimi baş vermişdir. Dəqiq xatırlayır ki, Təqsirləndirilən şəxs evindən deyil, yaşadığı evin yaxınlığında saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-də müstəntiq işləyən Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞdə əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır. Belə ki, 20 fevral 2024-cü il tarixdə saat 12 radələrində xidməti ərazidə Sabunçu rayonu Balaxanı qəsəbəsi Salahoba küçəsində iş yoldaşı Şahid2 ilə birlikdə xidmət aparan zaman hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs küçədə gördüyünü, sonuncunun onları görüb təcili oradan uzaqlaşmaq istədiyini gördükdə onun bu hərəkəti onlarda şübhə doğurduğu üçün ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyət vəsiqəsinin olub olmaması barədə sual verdikdə Təqsirləndirilən şəxs suala cavab olaraq yayınmaq istəmiş və adekvat cavab verməmiş, bu səbəbdən Təqsirləndirilən şəxs xidməti maşınları ilə 12-ci PŞ-nə aparmışlar. 12-ci PŞ-nə getdikdən sonra xidməti otaqlardan birində baş təhqiqatçı, polis mayoru Tural Təhməzli tərəfindən dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmiş, bundan sonra vəkilin, onun və həmkarı Şahid2 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan torbanın içərisində ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminə oxşar maddəni çıxarıb masanın üzərinə qoymuş, həmin maddə qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalanmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bir ay əvvəl yaşadığı məhəllədə yerdən tapdığını və gödəkcəsinin cibinə qoyduğunu, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı istər saxlanıldığı zaman, istərsə də polis şöbəsində fiziki və psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə guya onu yaşadığı evində saxlanılması barədə ifadəsi həqiqətə uyğun deyildir. O və həmkarı X8 Balayevi yaşadığı evin yaxınlığında saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, 8 ildir onunla ailə qurmuşdur. Onların birgə nigahdan iki az yaşlı övladları var və uşaqları psixi cəhətdən normaldır. Həyat yoldaşı baxılan iş üzrə tutulanadək fiziki və psixi cəhətdən sağlam olmuş, işləyib ailəsini dolandırırdı. Lakin tutulduqdan sonra onda psixi problemlər yaranmış, özünə qapanmışdır. Hətta o yoldaşı ilə İTda görüşdükdə görmüşdür ki, yoldaşı özündə deyil, onu və uşaqlarını belə tanımır. Yoldaşı ilə görüşən zaman sonuncu deyirdi ki, səslər eşidir, tək qalmaq istəyir. Bu barədə PX-nin rəisinə müraciət etmiş və o, yoldaşını müalicə olunmaq üçün PX-nin Müalicə Müəssisəsinə göndərmişdir. Yoldaşı 9 gün orada müalicə olunduqdan sonra yenidən İT-na qaytarılmış, ona dərmanlar verməklə müalicəsi aparılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞnin əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid1 və Şahid2 tərəfindən imzalanaraq xx.xx.2024-cü il tarixdə tərtib edilərək Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞnin rəisinə ünvanlanmış raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 12:15 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Salahov küçəsi fərdi evin yaxınlığında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin şübhəli olduğunu görərək onu saxlamış, həmin şəxsə özlərini təqdim etdikdən sonra şəxsiyyətini təsdiq edən sənədin istədikdə, üzərində olmadığını bildirərək onlardan yayınmağa başlamış və həmin şəxsin üzərində nəsə gizlətdiyi onlarda şübhə yaratmış, o polis əməkdaşlarına dağınıq cavablar vermiş, narahat olduğunu və tez bir zamanda onlardan yayınaraq getmək istəməsini görmüşlər. Həmin şəxsdən şübhələnərək onu Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər, orada həmin şəxs Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində bu gün, yəni xx.xx.2024-cü il tarixdə saat 13:40 dəqiqədə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən ünvanlanmış, özü və müdafiəçisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmir və onun iştirakı olmadan şəxsi axtarışın keçirilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, video çəkiliş vasitəsi ilə aparılan şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşya və predmetləri təqdim etməyi təklif edilmiş, bundan sonra o əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli sellofan torbada olan patı kimi bildiyi, metamfetaminə oxşar psixotrop maddəni çıxarıb masanın üzərinə qoymuş, həmin maddə onun və baxışda iştirak edən polis əməkdaşlarının iştirakları ilə qablaşdırılmış, zərfə qoyulub üzəri DİN-in 159 saylı möhürü ilə bağlanmış, ekspertizaya göndərilməsi barədə ona məlumat verilmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş maddəni təxminən bir ay əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsindən yerdən taparaq üzərində saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Sabunçu rayon məhkəməsinin 4(008)-114/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə etdiyi izahında Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop maddəni yoldan bir ay əvvəl tapıb kurtkasının cibinə qoyaraq saxlamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PB-nin 049/2-1445-1211 saylı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı əməliyyat məlumatı yoxdur, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələri kimdən alması ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir. Məhkəmədə elan edilib araşdırılmış “ "xxxx" MMC-dən adlınmış CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********44 saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, BKC / LGL-4572/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə tərəfimdən baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətli hallar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1016 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən….» sözləri, soyadı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 12,323 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə mütamfetamindir. Metamfetaminin təmiz çəkisi 12,323 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq 12,223 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2563 nömrəli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertiza mərkəzinin 1433 saylı xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AÇKAR OLUNMUR. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinə nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətlər müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsüf edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,223 qram saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, üzərinə şəxsi axtarış və götürmə videogörüntüsünü əks etdirən 01 CD disk və "xxxx" MMC-dən əldə edilmiş 01 CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi qismən olaraq özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edərək saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman narkotik üzərində heç bir qanunsuz əşya olmaması və psixotrop maddəni polis əməkdaşları tərəfindən edilən təzyiqlər nəticəsində üzərinə qoyulması barədə ifadəsi əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə uyğun olaraq himayəsində az yaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 20 fevral 2024-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 12,223 qram psixotrop maddə metamfetamin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,223 qram psixotrop maddə metamfetamin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar