Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-352/2020 03.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların numayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, təhsilsiz, əvvəllər məhkum olunmayan, işləməyən, Salyan şəhəri, C.Cabbarlı küçəsi, ev 65-də qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayının sonlarında ünvan 1 ünvanında yaşadığı mənzildə tanışı Zərərçəkmiş şəxs2 İran İslam Respublikasında ticarətlə məşğul olacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə onu özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçirməklə İran İslam Respublikasının Biləsuvar şəhərinə aparmış, ünvanı və adı istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 1 ünvanında yaşadığı mənzildə tanışı Zərərçəkmiş şəxs1 İran İslam Respublikasında ticarətlə məşğul olacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs xx xxxxx 2018-ci il tarixdə onu özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçirməklə İran İslam Respublikasının Biləsuvar şəhərinə aparmış, ünvanı və adı istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra xx xxxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailəsini dolandırmaq üçün ticarət məqsədi ilə, demək olar ki, hər ay İran İslam Respublikasına getmiş və ailəsini dolandırmaq məqsədi ilə ucuz qiymətə İran malları alıb gətirərək qonşularına və tanışlarına satmışdır. Belə ki, ay ərzində sərhəddən bir dəfə 35 kiloqram yükün gətirilməsinə icazə verildiyindən hər ay İrana gedərək bir dəfə yük gətirmişdir. O, İrandan yeyinti ərzaq, məişət malları, adyallar, paltarlar gətirərək öz evində əsasən qonşulara satmaqla dolanmışdır. Evinin kirayə pulunu İrandan gətirdiyi malları satmaqla ödəmişdir. Hüseynova Zəhra onun qonşusudur. Zərərçəkmiş şəxs1 əmisi qızı Hüseynova Zəhranın vasitəsilə tanımış, Zəhra və qızı ilə bir neçə dəfə İran İslam Respublikasına ticarət məqsədilə getmişdir. Sonuncu dəfə Zəhra Hüseynova ona bildirmişdir ki, əmisi qızı Xəyalə də İrana getmək istəyir. O etiraz etməmiş, birlikdə xx xxxxx 2018-ci il tarixdə İran İslam Respublikasına getmişlər. Hüseynova Zəhranın özü ilə əvvəllər bir neçə dəfə İrana getmişdir. Əvvəllər Xəyaləni tanımamışdır. Əmisi qızı Xəyalənin də İrana getmək istəməsini ona Zəhra demişdir. O, Xəyalə və Zəhra ilə birlikdə İrana gedərək, “Fədəh” otelində qalmışlar, alış veriş edib bir gün sonra Bakıya qayıtmışlar. Zərərçəkmiş şəxs2 isə bacısı ilə bir həyətdə kirayədə qaldığı müddətdən tanıyır. O, Sevincə dolana bilmədiyini, İrana ticarət məqsədi ilə gedib mal gətirib sataraq dolandığını, həm də İran həkimlərindən müalicə də alacağını demişdir. Həmin vaxt Sevinc də ona İrana gedəcəyini bildirmişdir. O da etiraz etməmiş, birlikdə xx xxxxxx 2018-ci il tarixdə taksiylə Biləsuvara getmişlər, sərhədi keçərək taksiyə minmiş və oradan «Fədəh» otelinə getmişlər. Otelə çatanda saat təxminən 22 radələri olmuşdur. Səhəri gün mağazalardan adyal, ərzaq və başqa əşyalar alıb otelə yerləşdirmişlər. Oteldə iki gecə qalmışlar. Sevincin ondan nə səbəbə şikayət etməsinin səbəbi hələ də ona məlum deyil. Bu günə kim onun Sevincə heç bir pisliyi dəyməmişdir. Hal hazırda da o, Sevinclə telefonda danışarkən Sevinc bildirmişdir ki, ona qarşı ifadələrini təzyiq altında verir. Təqsirləndirilən şəxs həmçinin qeyd etdi ki, o, heç kimi istismar etmək məqsədli ilə İran Respublikasına aparmamışdır. Sadəcə olaraq mal almaq məqsədi ilə onunla birlikdə İrana getmişlər. Hələ də dərk etmir ki, polis əməkdaşları nə üçün ona qarşı ifadə vermək üçün Sevinc və Xəyaləyə təzyiq etmişlər. O, heç kimi cinsi istismar etməməsi barədə ibtidai istintaq zamanı ifadə vermişdir. Həmin ifadəsində göstərmişdir ki, o, İran İslam respublikasına demək olar ki, hər ay gedir. Bəzən tək, bəzən isə yanında Azərbaycandan digər insanlar və ya qadınlar olur. Məgər necə başa düşmək olar ki, onunla bir nəqliyyatda gedən insanları cinsi istismara məruz qoymuşdur?. Bu sadəcə olaraq qeyri mümkündür. Çün ki, o, heç vaxt uzun müddətli səfərə getməmişdir. Sevinclə 4 gün müddətində, Xəyalə ilə isə 2 gün müddətində İran İslam Respublikasında olmuşdur. Hər ikisi ilə Fədəh otelində qalmışlar. Ümumiyyətlə o, hər zaman İrana gedərkən «Fədəh» otelində qalmışdır. Çox qaldığına görə hətta onu həmin otelin əməkdaşları da tanıyır. Bu barədə müstəntiqə də danışmışdır, hətta ona demişdir ki, bu faktı dəqiq bilmək istəyirlərsə, o, Xəyalə və Sevinci cinsi istismara məruz qoymuşdursa bununla bağlı Fədəh otelinin işçilərindən ətraflı dindirmə aparmaqla dəqiq məlumat əldə etmək mümkündür. Həmin vaxt aydın olar ki, o heç bir qeyri qanuni hərəkət etməmişdir. Lakin istintaqçı onun sözlərinə əhəmiyyət verməmiş, həqiqəti müəyyən etmək üçün Fədəh otelinin əməkdaşlarını dindirməyə meyl etməmişdir. Bundan əlavə onun bütün qohum əqrabası və qonşuları onun və ailəsinin həyat tərzi barədə hər tərəfli məlumatları vardır. Hətta, onun həyat tərzini öyrənmək üçün müstəntiq heç onun qonşularını da dindirməmişdir. Yalnız 2 nəfər qızın yalan və əsassız ifadəsinə görə ona insan alveri cinayətinin ittihamını vermişdir. Bu böyük haqsızlıqdır, o, ailə başçısıdır, 2 uşağı var, əri var, qonşuları var, qohumları var, yaşadığı həyatda onu çoxlu tanıyanlar var. Ailəli bir insanı bu adla biabr etmək kimə lazımdır. Yuxarıda qeyd etdiyi kimi Sevinc və Xəyalə indi də danışanda ona bildirmşlər ki, onları qorxuzub təzyiq göstəriblər, məcbur olub belə bir ifadələr vermişlər. Məhkəmədən xahiş edir ki, barəsində olan cinayət işinə ədalətlə baxılsın, onun bu cinayətdə heç bir təqsiri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1ifadəsindəgöstərmişdirki, işləmək məqsədi ilə Tovuz rayonundan Bakıya, NZS qəsəbəsinə Zəhra adlı qohumugilə getmişdir. Həmin vaxt Zəhranın qonşusu Mədinə ilə tanış olmuşdur. Zəhrayla söhbət əsnasında öyrənmişdir ki, Mədinə, İrana gedərək qabqacaq və digər məişət əşyaları gətirib satmaqla məşğuldur. Mədinəyə iş axtardığını deyəndə Mədinə ona kömək edəcəyini demişdir. Mədinənin bu yaxınlarda İrana ticarət malları almağa gedəcəyini, əgər istəyirsə onu özüylə birlikdə aparacağını, ticarətlə məşğul olacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 Mədinənin təklifini qəbul etmişdir. Mədinə xx xxxxx 2018-ci il tarixdə səhər tezdən İrana gedəcəklərini bildirmişdir. xx xxxxx 2018-ci il tarixdə Mədinə və Zəhra ilə birlikdə İrana getmişlər, Biləsuvarı keçdikdən sonra Zəhra onlardan ayrılmış və müalicə üçün Ərdəbil şəhərinə getmişdir. Sonra o, Mədinəylə otelə getmişlər. Bir neçə saat istirahət edəndən sonra Mədinə onu bir neçə kişiylə görüşdürəcəyini bildirdikdə, o, etiraz etmiş, Mədinə başqa çıxış yolu olmadığını, müştərilərinə artıq dediyini, etiraz edəcəyi halda müştərilərin onu döyəcəyini, İrandan çıxmağına imkan verməyəcəklərini, fahişəliklə məşğul olmasını polisə deyib onu tutduracaqlarını demişdir. Çıxılmaz vəziyyətdə olduğundan Mədinəyə razılıq vermiş, Mədinə də onu bir evə gətirib bir neçə kişiylə görüşdürmüşdür. Bu qayda ilə Mədinə onu gün ərzində 4-5 nəfərlə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmişdir. İki gün bu qaydada cinsi əlaqədə olmuşdur. xx xxxxx 2018-ci il tarixdə Zəhra ilə İranın Biləsuvar rayonunda görüşmuş və birlikdə Azərbaycana gəlmişlər. Qayıtdıqdan bir müddət sonra X14 Mübarizə İdarəsinə gəlib bu barədə müraciət etmiş, hal hazırda onun Mədinəyə qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindəgöstərdiki,2018-ci ilin yanvar ayının sonlarında "NZS" qəsəbəsinə bacısıgilin evinə qonaq getmişdir, orada Təqsirləndirilən şəxs ilə tanış olmuş və söhbət əsnasında maddi vəziyyətinin pis olduğunu demişdir. Mədinə ona İran İslam Respublikasına getməyi təklif edərək uzun müddətdir İrana ticarətlə məşğul olmaq üçün gedib-gəldiyini, ona da birlikdə ticarətlə məşğul olmasını demişdir. O, bir qədər düşündükdən sonra razilıq vermiş, Mədinə ilə birlikdə 2018-ci ilin avqust ayının 2-də İrana getmiş, maşınla 15-20 dəqiqə yol gedəndən sonra İranın tanımadığı şəhərinə çatmışdır. Mədinə ona müştərilərlə pul qarşılığında cinsi əlaqədə olacağını demişdir. Mədinəyə qəti etiraz etdiyinə baxmayaraq Mədinə onun başqa çarəsinin olmadığını, ondan xəbərsiz burdan getsə polisə məlumat verib tutduracağını bildirmişdir. Çarəsiz qalıb onunla razılaşmışdır. Mədinənin gün ərzində təşkil etdiyi 10 kişi ilə pul qarşılığında cinsi əlaqədə olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə Mədinəylə birlikdə Azərbaycana qayıtmışlar. Bir müddət hər şeyi hər kəsdən gizləmiş sonda özündə cəsarət toplayıb X14 Mübarizə İdarəsinə gəlib bu barədə müraciət etmiş, hal hazırda onun Mədinəyə qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsindəgöstərdiki,Mədinə xanım onun qonşusudur, uzun müddətdir ki, onu tanıyır. Mədinə xanım İran Respublikasından əşyalar və ərzaqlar gətirib satmaqla ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 əmisi nəvəsidir. Bir gün Xəyalənin onlara gəldiyini, həmin vaxt Mədinə ilə tanış olduğunu və Mədinənin İrana gedib gəldiyini öyrənəndə onun da mal gətirib satıb dolanması üçün onunla İrana getmək istədiyini bildirmişdir. Dizlərində olan problemlərlə bağlı o da İrana gedib gəlmişdir. Həmin vaxt onsuzda həkim müayinəsi üçün İrana gedəcəyindən birlikdə gedərək həkim müayinəsindən keçərək onlara bazarlıq edəcəyini bildirmişdir. Tarixi dəqiq yadında olmasa da birlikdə Biləsuvara oradan da İrana getdiklərini bildirmişdir. Həmin vaxt taksi ilə «Fədək» otelinə getmişlər. O, Mədinəgilə dizi üçün karsetinin düzəlməsinin uzun cəkəcəyini bildirərək onun gedib sifariş edəcəyini həmin vaxta kimi onların da alış-veriş etmələrini bildirmişdir. Gedəndə onlara pul vermişdir ki, onun da bazarlığını etsinlər. Həkim müayinəsindən qayıtdıqdan sonra oteldə artıq bazarlığın edildiyini, yüklərin bağlamalara yerləşdirildiyini gormüşdür. Səhərisi gün də İrandan evə qayıtmışlar. Orada hər hansı bir adamın istismara məruz qalması ilə bağlı onda heç bir məlumat yoxdur və şahidi olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsindəgöstərdiki, Mədinə xanım onların yaşadıqları evin yaxınlığında yaşayır. Mədinə xanım həqiqətən də xırda ticarətlə məşğuldur. Qonşular da təsdiqləyirlər ki, Mədinə xanım həqiqətən ticarətlə məşğuldur və dəfələrlə ticarət məqsədi ilə İran İslam Respublikasına gedib-gəlmişdir. Xəyalə anasının qohumudur. Xəyalə bəzən onların evinə qonaq gəlmişdir. Onun anasıda ticarətlə məşğul olur və aldığı malları rayonda satır. Xəyalə də anasının ticarətlə məşğul olduğunu bildiyi üçün onlara gəlib onun da İrana aparılmasını və ticarətlə məşğul olmaq istəməsini anasına demişdir. Mədinə, onların evinə gələrkən üzərində 210 manat pulun olduğunu göstərərək bu qədər pulla İrandan alış-veriş edərək gətirib sata biləcəyini bildirmişdir. X12 mallar ucuz olduğundan, oradan çoxlu yuyucu tozlar, adyallar, qab-qacaq alaraq gətirib burda sata biləcəyini demişdir. Xəyalə xahiş etdiyi üçün anası Xəyalənin onlarla İrana getməsinə etiraz etməmişdir. Mədinə, Anası və Xəyalə İrana getmiş və alışveriş edərək geri qayıtmışlar. Geri qayıdarkən heç bir problemin olmadığını qeyd etmişlər. Xəyalə müxtəlif şampunlar, dəsmallar, adyallar almışdır. Cinayət işi üzrə tərtib edilmiş baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli 02 səhifədən ibarət protokolun məzmunundan gorünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2018-ci il tarixdə saat 10:21 dəqiqədə «P5090872» nomrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dovlət sərhəddini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən kecməklə Respublikanı tərk etmiş, xx xxxxx 2018-ci il tarixdə saat 13:05 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dovlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 00:31 dəqiqədə «P5090872-nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət- buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 02:00 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasınuı dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx xxxxxx 2018-ci il tarixdə saat 00:32 dəqiqədə «C00914236» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 02:00 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xx xxxxx 2018-ci il tarixdə saat 10:22 dəqiqədə «4J5355879» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxx 2018-ci il tarixdə saat 13:06 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. X9 xx xxxxx 2018-ci il tarixdə saat 10:25 dəqiqədə GM305134» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxx 2018-ci il tarixdə saat 13:04 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də Sevinc və Zərərçəkmiş şəxs1ların Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında cinsi istismara məruz qoyularaq insan alveri cinayətini törətməsi faktı istintaqçı tərəfindən kifayət qədər ətraflı araşdırılmamış, səthi istintaq aparılmışdır. Həqiqətən də təqsirləndirildən şəxsin ifadəsində göstərdiyi faktlar qeydə alınmaqla ətraflı araşdırılmasına zərurət olmuşdur. Həqiqətən də hər iki zərərçəkmiş şəxsin qaldıqları otelin əməkdaşları dindirilməli və həmin oteldə insan alveri cinayətinin törədilib törədilməməsinə obyektiv hüquqi qiymət verilməli idi. Lakin, istintaq orqanı yalnız zərərçəkmiş şəxslərin ifadələrini əsas götürməklə kifayətlənmiş və həmin ifadələr əsasında ittiham vermişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxslərin ifadələrini təhlil edərək hesab edir ki, istintaqçı tərəfindən kifayət qədər təsdiqedici sübutlar toplanmasada, 2 nəfər zərərçəkmiş şəxsin ayrı-ayrı tarixlərdə Təqsirləndirilən şəxs ilə birlikdə İran İslam Respublikasında olması və eyni oteldə qalmaları, həmçinin zərərçəkmiş şəxslərin hər ikisinin Təqsirləndirilən şəxs qarşı ifşaedici ifadələr verməsi faktının tam şəkildə inkar olunması da qeyri mümkündür, ona görədə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməyərək fərqli ifadə verməkdə məqsədi yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Beləliklə, məhkəmə baxışında kifayət qədər tədqiq edilmiş zərərçəkmiş şəxslərin ifadələri, məhkəmədə tədqiq edilmiş protokollar, habelə, cinayət işinin materiallarıüzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etdiyinə ğörə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsittiham olunduğu cinayət əməlini törətməsi sübut olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət əməlinin hüquqi tövsüf məsələsini müzakirə edərək məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1-ci maddələri ilə tövsif edilməsi əsaslıdır və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakderini və ictimai təhlükəli nəticənin olmadığını, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin ağır nəticələrə səbəb olmamasını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən başqa hallar kimi onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, bir uşağının xəstə olmasını, qadın olmasını və yaşayışyerindənmüsbətxarakterizəolunmasını nəzərə alır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasənəməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci bəndində qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cinayətin motivini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət, tələblərinin olmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması, bir uşağının xəstə olması, qadın olması və yaşayışyerindənmüsbətxarakterizəolunması kimi yüngülləşdirici halları məcmu halda müstəsna hal kimi nəzərə alır və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də aşağı həddə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Vətəndaşların Vəziyyəti Aktlarının dövlət qeydiyyatının xx xxxx 2005-ci il tarixdə verilmiş «AZ-İ № 640229 saylı doğum haqqında şəhadətnamə»dən və Bakı şəhər Xətai RPŞ-dən verilmiş xx.xx.2015-ci il tarixli «AZE№10663232 saylı şəxsiyyət vəsiqəsi»dən məlum olur ki, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 Mədinə Məhəmməd qızının himayəsindədirlər və hər ikisi azyaşlı hesab olunurlar. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, « …məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 14 yaşına qədər uşağı olan qadınlar, habelə, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 14 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər» . Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı övladı xx.xx.2007-ci il təvəllüdlü X3 hazırda 13 yaşında olduğundan onun barəsində təyin olunmalı cəzanın çəkilməsi X3 14 yaşına çatana qədər təxirə salınmalıdır. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və onun davranışı üzərində nəzarəti yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülkiiddiavəməhkəmə məsrəfləri yoxdur. Məhkəmə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin belə bir əmlakı yoxdur . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1-cimaddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsinvə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona 01 (bir) il 06 (altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzanın çəkilməsi onun xx xxxx 2007-ci il tarixdə doğulmuş kiçik övladı X3 14 yaşına çatana qədər təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Xətai rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən, elanolunduğuandan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-352/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-352/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver