Məhkəmə qərarları › İş №1(101)-352/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-352/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-352/2023 13.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X11-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X9, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçiər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkilləri X12, Müdafiəçi1, Sumqayıt şəhər “Şimal” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci ildə Vartaşen şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilib Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 150.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi “Qurd qapısı” adlı restoranın qarşısındakı avtobus dayanacağından Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olan 31 saylı marşrut avtobusa mindikdən sonra avtobusda oturan onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yanında əyləşmiş, cinsi ehtirasını təmin etmək məqsədi ilə cinsiyyət orqanını şalvarından çıxararaq sonuncuya göstərmiş, bunu görən Zərərçəkmiş şəxs qalxıb yerini dəyişmək istədikdə o, sonuncunu öldürməklə hədələyib zor tətbiq etməklə əli ilə onun ayağından tutaraq qalxmasına imkan verməyib yerində otuzdurduqdan sonra sonuncunun əlindən tutub öz cinsiyyət orqanına əl vurmağa məcbur etmiş, daha sonra cinsiyyət orqanını Zərərçəkmiş şəxs ayağına və bədəninin müxtəlif yerlərinə sürtərək cinsi ehtirasını pozğun formada təmin etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan əlavə o, başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3,050 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq 0,200 qramını üzərində, 2,850 qramını isə idarə etdiyi, arvadı X7 adına olan “Changan” markalı, Az ** TD *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 30 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra Səbail RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarının” 2.12-ci bəndində əsasən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən onun üzəri yoxlanıldığı zaman qanunsuz olaraq əldə etdiyi çəkisi 0,200 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynindəki gödəkçəsinin cibindən aşkar olunaraq götürülmüş, bundan sonra keçirilmiş əməliyat axtarış tədbirləri nəticəsində 01 may 2022-ci il tarixdə saat 03:00 radələrində etibarnamə ilə idarə etdiyi arvadı X10 məxsus “Changan” markalı, Az ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksinin həyətində axtarış aparılan zaman avtomobilin sol qabaq qapısının ciblik hissəsindən bir ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 2,850 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, hadisə olan gün o, sadəcə marşruta minmişdir. Marşruta mindiyi kimi də düşüb getmişdir. O, belə şeylər olacağını bilməmişdir. Belə hadisələrin niyə baş verdiyindən başı çıxmır. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Zərərçəkmiş şəxsin yalan danışmağında nə marağı olduğunu bilmir. Zərərçəkmiş şəxsin nəyə görə avtobusdakı adamlardan onu seçdiyini də bilmir. Hadisə olan günü o, içkili olmuşdur. Zərərçəkmiş şəxsi tanımır. O, ittiham aktında göstərilən əməli etsəydi, peşman olardı. İbtidai istintaq dövründə təzyiq altında qaldığı üçün etirafedici ifadələr verib. İçki içən deyil. Hadisə olan günü birinci dəfə içki içmişdir. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrinində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan Azərbaycan Respublikası CM-nin 150.1 və 234.1-ci maddələr özünü qismən təqsirli bilərək göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdən etibarən davamlı spirtli içkilər qəbul edir. xx.xx.2022-ci tarixdə isə 4 bokal pivə və 1 butulka çaxır içmişdir.Həmin gün yəni 25 aprel 2022-ci il tarixdə günorta saatlarında “İçərişəhər” metrostansiyasında işləyən qardaşının yanına getmək üçün “20 yanvar” metrostansiyasından avtobusa minib Badamdar qəsəbəsi “Qurd Qapısı” adlanan restoranın yanına gəlmiş, oradan Badamdar qəsəbəsi istiqamətində gedən 31 nömrəli avtobusa minmişdir. Avtobusda arxadan 3-cü sırada bir qız oturmuşdu. Qızın yanındakı olan boş yerə əyləşmişdir. Oturanda isti olduğu üçün əynindən çıxardaraq əlində saxladığı gödəkcəni qucağına qoymuşdur. Həmin vaxt sərxoş olmuş və əli ilə cinsi orqanını oynatmağa başlamış, sonra şalvarının qarşısını açaraq cinsi orqanını çıxarıb üstünə qoyduğu gödəkcənin altından yanında oturan qıza tərəf tutaraq cinsi orqanını qıza göstərmişdir. Sonra qızdan tələb etmiş ki, cinsi orqanını əli ilə tutsun. Yanında oturan qız bunu görüb yanından durub getmək istəyən zaman onun ayağından tutaraq səsini çıxarmamasını tələb etmişdir. Qız yerinə oturmuş, o, onun əlindən tutaraq öz cinsi orqanına tərəf aparmış, qız əli ilə cinsi orqanından tutmuş, sonra tez əlini çəkmişdir. O, cinsi orqanını qızın dizlərinə sürtmüş, qıza səsini çıxartmamasını bildirmişdir. Biraz keçmişdi ki, qızın mobil telefonuna zəng gəlmiş, həmin qız telefonda onu dayanacaqda gözləmələrini bildirəndə dərhal avtobusdan düşüb oradan uzaqlaşmışdır. Həmin vaxt içkinin təsirin altında olmuş, ayıldıqdan sonra etdiyi əməlinin düzgün olmadığını başa düşmüşdür. Sonradan o, “Elmlər akademiyası” metrostansiyası yaxınlığında 39 nömrəli marşrut avtobusa minmiş, “20 yanvar” metrostansiyasında avtobusda ona bir nəfər şəxs mülki formada yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirib vəsiqəni göstərmiş, həmin vaxtda sərxoş olmuş, avtobusdan yerə düşmüş və qaçmaq istəmişdir, həmin anda ayağı burxulduğundan yerə yıxılmış, onu polis əməkdaşı tutaraq bölməyə aparmışdır. Daha sonra onu istintaqa təqdim etmişlər. Səbail rayon polis idarəsində şahid qismində ifadə vermiş, sonra şübhəli şəxs qismində vəkilin iştirakı ilə dindirilmiş, sonra tutma protokolu tərtib edilərək idarənin müvəqqəti saxlama yerinə aparılmış, müvəqqəti saxlama yerində üzərinə baxış keçirilmiş, əynində olan boz rəngli gödəkçənin sağ döş cibindən gümüşü rəngli siqaret bükümündə kiçik büküm aşkar olunmuş, həmin bükümün içində qəhvəyi rəngdə toz maddə olmuşdur. Ona demişlər ki, həmin maddə narkotik vasitə olan kokosa oxşayır. AKT tərtib edilmiş və içərisində qəhvəyi rəngli maddə olan gümüşü rəngli kağız bükümü zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmin maddə onun deyil, ona elə gəlir ki, maddəni 41-ci bölmədə olan zaman cibinə qoyublar, çünki bölmədən çıxan zaman bir neçə dəfə gödəkçəni istəmiş, lakin ona verməmişlər yalnız idarəyə gələn zaman gödəkcəni vermişlər. Əxlaqsız hərəkətlər etdiyi zaman cinsi ehtirasını sonlardırmamışdır. Həmçinin əxlaqsız hərəkətlər etdiyi zaman mobil telefonunun monitorunda ona “tərpənmə yoxsa səni öldürərəm” sözlərini yazmamış, yalnız sözlə “yerində otur əks halda səni öldürərəm” sözlərini demişdir. Əvvəlki ifadəsində onu öldürməklə hədələdiyini bildirsədə sonrakı ifadəsində onu öldürməklə hədələmədiyini göstərmişdir. Nə yaşadığı ünvanda, nədəki idarə etdiyi avtomaşında narkotik vasitə yoxdur. Məhkəmədə elan olunub araşdırılmış digər ifadələrində təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbayjan Respublikası CM-nin 150.2.3, 234.1-ci maddələri nəzərdə tutulan cinayət əməllərindən özünü yalnız CM-nin 150.1-ci maddəsi ilə təqsirli bildiyini, həmin məcəllənin 150.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilmədiyini, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini təsdiq etməyərək göstərmişdir ki, 25 aprel 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Qurd qapısı» adlanan yerin yanında 31 saylı marşrut avtobusa minmiş, bu zaman avtobusda adam çox olmamış, avtobusun arxa oturacaqların birində bir nəfər qızın yanında əyləşmiş, həmin vaxtı şalvarının zəncirbəndi xarab olmuşdu. Sərxoş olduğu üçün avtobusda oturan vaxtı ehtiraslanmış və bu zaman cinsiyyət orqanı gərginləşmiş, hava soyuq olmadığı üçün əynindəki gödəkçəni dizinin üstünə qoymuş ki, zəncirbənddən çıxmış cinsiyyət orqanı görsənməsin. Bir neçə dayanacaqdan sonra avtobusdan enmişdir. Bir neçə gün sonra Elmlər Akademiyasının yanında 39 saylı marşrut avtobusa minmiş, oradan 20 yanvar metrosu istiqamətinə getmək istəmiş, avtobusda olan vaxtı yanına bir nəfər şəxs yaxınlaşmış və polis vəsiqəsini göstərmiş, polis işçiləri onu saxlayıb polis bölməsinə, orada izahatını alandan sonra isə Səbail rayon polis idarəsinə aparmışlar. Müstəntiq onunla istintaq hərəkətləri aparıb tutandan sonra polis işçilərin müşayiəti ilə müvəqqəti saxlama yerinə gətirilmişdir. Orada üzərinə baxış keçirilən vaxtı onun əynində olan gödəkçənin sağ döş cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunmuşdur. Həmin maddənin onun cibinə kim tərəfindən qoyulduğundan xəbəri yoxdur. O, istintaqa evindən habelə idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə vermiş, bir qədər sonra polis əməkdaşları ilə birlikdə Abşeron rayonu Masazır kəndindəki evinin yanına getmişlər. Evin yaxınlığında dayanmış avtomobilin içərisinə baxış keçirilən vaxtı sol qabaq qapısının ciblik hissəsindən bir ədəd içərisində narkotik vasitəyə bənzər büküm aşkar edilmişdir. Həmin narkotikin də ona heç bir aidiyyəti yoxdur. Ora necə düşdüyünü bilmir. Daha sonra polis əməkdaşları evinə axtarış aparmış lakin hər hansı bir qanunsuz əşya aşkar etməmişlər. Əvvəlki izahat və ifadələrdə 31 saylı marşrut avtobusa minib arxa oturacaqda qızın yanında əyləşdikdən sonra sərxoş olduğunu, cinsi ehtirasınızı söndürmək istədiyini, yanında oturan qızın qalxıb getmək istədiyini görüb əli ilə ayağından tutub otuzdurduğunu və öldürəcəyi ilə hədələməsi ilə bağlı ifadəsində göstərdiklərini həyacanlı olması və qorxması ilə əlaqədar olmuşdur. Həmin qızın yanında oturub gərginləşmiş cinsiyyət orqanını göstərdiyinə görə peşmandır. Ona qarşı başqa hərəkət etməmişdir. Onun əlindən tutub öz cinsiyyət orqanına toxundurmamış, nədə ki, gərginləşmiş cinsiyyət orqanını onun bədəninə sürtməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ona qarşı tərbiyyəsiz hərəkətlər edən şəxs kimi tanıyır. O, 25 aprel 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, «Axundov» bağından 31 nömrəli avtobusa minərək Badamdar qəsəbəsinə evinə gedərkən avtobusun arxasında 3-cü cərgədə əyləşmişdir. «Qurd qapısı» deyilən yerdə məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun yanında əyləşmişdir. O, gödəkçəsinin qucağında tutdu. Oturandan az sonra qucağında saxladığı gödəkçənin altından cinsiyyət orqanını çıxarıb ona göstərdi. O da dərhal durub oradan uzaqlaşmaq istəmişdir, lakin Təqsirləndirilən şəxs onun ayaqlarından tutaraq oturacağa sıxıb onu yenidən oturtdub öz telefonunun monitorunda yazdığı «tərpənmə yoxsa səni öldürəjəm» yazısını göstərdi. O da bunu görən kimi qorxusundan nə səsini çıxartmış, nə də ki, tərpənə bilməmiş, bundan sonra həmin şəxs onun əlindən tutub onun əlini zorla cinsiyyət orqanına aparmış, əlini onun cinsiyyət orqandan çəkən kimi həmin şəxs boşalmışdır. Həmin şəxs öz cinsiyyət orqanını onun bədəninin müxtəlif hissələrinə sürtmüşdür. “Caspian” adlanan hospitalın yanına çatan vaxtı onun mobil telefonuna zəng gəlmiş, cavab verən vaxtı “məni gözləyirsiz? Hə gəlirəm” demişdir, Famil də bu sözləri eşidən kimi avtobusdan düşərək oradan uzaqlaşdı. Həmin şəxs onun yanına oturub cinsiyyət orqanını göstərən kimi o da telefona onun şəklini çəkmişdir. Hadisədən sonra psixoloji problemlər yaşamış, gecələr yata, evdən tək çölə çıxa bilmir. Avtobusda Famil onu öldürməklə hədələdiyi üçün o, səs-küy edə bilməmişdir. Həmin vaxtı xəsarət almamışdır. O, Famili bağışlamır. Şahid Qanuni nümayəndə ifadəsində göstərdr ki, X5 onun qızıdır. O, xx xxxxxx 2005ci il tarixdə anadan olub. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs bu hadisə ilə əlaqədar tanıyıb. Onunla heç bir münasibətləri olmayıb. 25 aprel 2022-ci il tarixdə saat 15:20-də işdə olan vaxtı qızı Esmaülhüsna qızı ağlayaraq zəng edib dərhal evə gəl dedi. O da evə getmiş, qızının psixoloji gərginlik yaşadığını görərək narahat olub nə baş verdiyini soruşduqda, qızı 31 nömrəli marşrut avtobusda Badamdar qəsəbəsinə gələn zaman yanında oturmuş tanımadığı kişinin öz cinsiyyət oranını çıxararaq ona göstərdiyini, həmin şəxsin hərəkətlərindən qorxaraq oturacaqdan durmaq istədikdə həmin şəxs onu ölümlə hədələyib zorla otuzdurdub zorla da öz cinsiyyət orqanını ona əlində saxlamağa məcbur edib, cinsiyyət orqanını onun bədəninin müxtəlif hissələrinə sürtdüyünü dedi. O da bu barədə polisə müraciət etmişdir. O, Famillə barışmayıb. Onun barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Şahid2 ifadələrində Səbail RPİ-nin MSY-nin postaçı vəzifəsində işlədiyiyni bildirib ifadələrində göstərdi ki, 30 aprel 2022-ci il tarixdə Səbail rayon polis idarəsinin MSY-də xidmətdə olan zaman Azərbaycan Rspublikası CM-nin 150.1-ci maddəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Səbail rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Pərviz Cəfərov tərəfindən tutularaq, saxlanılması üçün MSY-nə təhvil verildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarının” 2.12-ci bəndində əsasən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən MSY-nə təhvil verilən şəxsin üzərinə baxış keçirilməli olduğu üçün şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs üzərinə Səbail RPİ-nin növbətçi hissəsinin məsul növbətçisi polis polkovnik-leytenantı Şahid1, MSY-nin postaçısı vəzifəsində xidmət edən polis serjantı Elşən Qeyisli və onun iştirakı ilə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ döş cibində bir ədəd gümüşü kağıza bükülmüş içərisində qəhvəyi rəngli qanunla qadağan olunmuş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm kağız zərfə qoyularaq qablaşdırıldı. Faminin üzərinə baxış keçirilməsi ilə bağlı akt tərtib edildi və baxışda iştirak edən şəxslər tərəfindən imzalandı. Təqsirləndirilən şəxs da həmin aktı imzaladı. Şahid X8 ifadələrində Səbail RPİ-nin CAŞ-nin rəis müavini vəzifəsində işlədiyiyni bildirib ifadələrində göstərdi ki, 2011-ci ildən Daxili İşlər orqanlarında, 2021-ci ildən etibarən isə qeyd olunan vəzifədə işləyir. 25 aprel 2022-ci il tarixdə bir nəfər şəxsin Bakı şəhəri, Səbail rayonu ərazisində hərəkətdə olan 31 nömrəli marşrut avtobusda yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tədbiq etməklə əxlaqsız hərəkətlər etməsi barədə 29 aprel 2022-ci il tarixdə Səbail RPİ-nin 41-ci PB-nə Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə ərizəsi daxil olmuşdu. Həmin ərizə ilə bağlı 41-ci PB-də araşdırma başlanılmışdır. Həmin müraciətlə bağlı hadisəni törədən şəxsi müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirildi. Hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs yerini müəyyən edilməsi məqsədi ilə axtarış başlandı. 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu, Şərifzadə küçəsində səhv etmirsə 61 nömrəli marşrut avtobusda olması barədə məlumat alıb həmin yerə getmişlər. Səbail RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkilli Şahid3 ilə birlikdə 61 nömrəli avtobusda olduğunu dəqiqləşdirdikdən sonra avtobusa minib Təqsirləndirilən şəxs yaxınlaşaraq ona özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onları polis əməkdaşları olduğunu bilən kimi avtobusdan düşüb qaçmağa başladı. Təqsirləndirilən şəxs binalar tərəfə qaçarkən pilləkənlərdə ayağı burxulub yerə yıxıldı. Onlar da ona yaxınlaşıb köməklik edib yerdən qaldırıb qaçmasının səbəbini soruşduqda o, azyaşlı qıza qarşı etdiyi əxlaqsız əməlini etiraf edərək tutulmaqdan qorxduğu üçün qaçdığını bildirdi. Onlar da sonra Təqsirləndirilən şəxs Səbail RPİ-nin 41-ci PB-nə aparıb təhvil vermişlər. Şahid Səbail rayon polis idarəsinin növbətçi hissənin növbətçisi Şahid1 ifadəsində göstərmişdir ki, 1997-ci ildən Daxili işlər orqanlarında xidmət edir. xx.xx.2022-ci il tarixdə Səbail rayon polis idarəsinin növbətçi hissəsində xidmətdə olan zaman Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Səbail rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Pərviz Cəfərov tərəfindən tutularaq saxlanılması üçün MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarının” 2.12-ci bəndində əsasən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən MSY-nə təhvil verilən şəxsin üzərinə baxış keçirilməli olduğundan şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs üzərinə MSY-nin postaçısı vəzifəsində xidmət edən polis serjantı Şahid2, o və MSY-nin postaçısı vəzifəsində xidmət edən polis serjantı Elşən Qeyislinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ döş cibində 1 ədəd gümüşü kağıza bükülmüş maddə aşkar edilmişdir. Həmin büküm açılmış və içərisində qəhvəyi rəngli qanunla qadağan olunmuş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı akt tərtib edilmiş və baxışda iştirak edən şəxslər həmin aktı imzalamışlar. Təqsirləndirilən şəxs da həmin aktı imzalamışdır. Şahid Səbail RPİ-nin 41-ci PB-nin əməliyyat müvəkkili X15 ifadələrində göstərmişdir ki, Səbail rayonu ərazisində əxlaqsız hərəkətlər etdiyinə görə tutulmuş Təqsirləndirilən şəxs üzərinə MSY-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman narkotik vasitə heroin aşkar edilməsindən sonra RPİ-nin İŞ-nin müstəntiqinin tapşırığına əsasən tutulmuş Təqsirləndirilən şəxs evində və avtomobilində axtarış aparılması üçün xx.xx.2022-ci il tarixdə o, rayon polis idarəsinə çağırılmışdır.Dəvət olunmuş vəkil, tutulmuş Təqsirləndirilən şəxs və digər polis əməkdaşları ilə birlikdə Abşeron rayonu Masazır kəndinə getmişlər. 01 may 2022-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi arvadına məxsus “Changan” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilinə Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksinin həyətində saxladığı yerdə içərisinə, yəni salonuna videoçəkiliş aparılmaqla axtarış aparmağa başlamışlar. Axtarış zamanı avtomobilin sol qabaq qapısının ciblik hissəsindən bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. İçərisində baxıldıqda narkotik vasitəyə oxşar maddə olduğu müəyyən olundu. Müstəntiq tərəfindən protokol tərtib edildi və götürülmüş maddə qablaşdırıldıqdan sonra protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs evində axtarış aparıldı, lakin evindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 01 may 2022-ci il tarixli 6/2537 saylı rəyindən görünür ki, X6 üzərinə baxış keçirilən ... sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfdə və 1 ədəd bükümdə təmiz çəkisi 0,200 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Təqsirləndirilən şəxs idarə etdiyi” sözləri,soyadlar və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,850 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ambulator məhkəmə psixiatrik ekspertizasının 13 iyun 2022-ci il tarixli 1533 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkəmə psixoloji ekspertizasının 21 iyun 2022-ci il tarixli 1618 saylı rəyindən görünür ki, X2 idrak proseslərinin (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyyən edilir. Əqli və psixi inkişafı, intellektual-mnestik imkanları normaya uyğundur, gerilik aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Ünsiyyətçilik, adaptivlik, konflikt və mübahisəyə meyillik olmamaq və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir. X3 əqli və psixi inkişafı,fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla, o, ona qarşı edilən və etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməllərini törətməkdə təqsirli bilməyib, həmin əmlləri törətmədiyini göstərdi. Onun bu ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Çünki məhkəmə dindirilmiş Zərərçəkmiş şəxs ona qarşı törədilmiş məhkəmədə araşdırlan əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədildiyiyni təsdiq etdi. Onun ifadələrində göstərdiyi hallar Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində də analoji olaraq öz təsdiqini tapdı. Məhkəmədə narkotik vasitə heroinin də onun üzərindən və maşınından aşkar edilərək götürülməsi də təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri və maddi sübütülarla təsdiqini tapdı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin onun tərəfindən törədilməsinin və onun əməllərinin Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 150.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altımış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizasının hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 45(qırx beş) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu səbəbdən də ona 270 (iki yüz yetmiş) manat pul ödənilməlidir. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi çəkisi 0,200 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi” sözləri,soyadlar və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,850 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 30 aprel 2022-ci tarixdə şübhəli şəxs qismində tutulub, 2 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 150.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində qətimkan tədbiri qiəsmində həbsə alma seçilib, hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi himayəsində azyaşlı uşaqlarının olması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi seksual xarakterli hərəkəti etməsi şəraitini, onun ictimai yerdəki davranışını da onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 150.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaqla ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 30 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 65 (altmış beş) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, həmin məbləğ Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə qaytarılsın. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yadım və Tədris mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs bu məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunmuş, təmiz çəkisi çəkisi 0,200 qram və təmiz çəkisi 2,850 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd kompakt disk (SV) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar