Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-352/2024 19.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X5, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2,170 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığına qədər daşımış, 23 noyabr 2022-ci il tarixdə saat 12:40-da Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3nda yerləşən 15-ci Polis bölməsinə gətirilmiş, bölmədə onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,170 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrar istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,795 qram olan kustar üsulla hazırlanmış pisxotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 09 yanvar 2023-cü il tarixdə saat 10:08 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Seyid Market”in yaxınlığında özünü şübhəli apardığına görə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünün içərisində saxladığı təmiz çəkisi 0,795 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Zabrat qəsəbəsində yaşamaqla fəhlə bazarında işləmişdir. İş ağır olanda kömək olsun deyə 10 manatlıq “kakos” adlı narkotikdən istifadə etmişdir. 23 noyabr 2022-ci il tarixdə evlərinin yaxınlığında “Seyid Market”in qarşısında olarkən əməliyyatçılar ona yaxınlaşmışlar. Əməliyyatçılardan birini, Ağakərim adlı polis əməkdaşını o, tanmışdır. Belə ki, Ağakərim onu 2019-cu ildə tutmuşdur. Əməliyyatçılar ondan şəxsiyyət vəsiqəsini istəmiş və o, vəsiqənin evdə olduğunu bildirmiş, amma evdə şəxsiyyət vəsiqəsini tapa bilməmişdir. Əməliyyatçılar onu polis bölməsinə aparmışlar. Orada ona qarşı fiziki təsir göstərmişlər. Ona bayırda qalmalı adam olmadığı deyilmiş və onu döymüşlər. Polislər bükümü balacalaşdırıb 0,3 qram narkotiki tərəzidə çəkmişlər. Sonra o, koridorda gözləməli olmuş, Ağakərim yaxınlaşaraq bükümü onun cibinə qoymuşdur. Onu otağa salmışlar və üstündə nə olduğunu soruşmuşlar. O, bükümün üstündə olduğunu bildirmiş, çəkisinin 0,3 qram deyən zaman onu vurmuşlar. O, 234.1-ci maddə yazılanda çox etiraz etməmiş və axşam radələrində vəkili də gəlmişdir. Onun üçün guya satış məqsədi ilə üzərində külli miqdarda narkotik olub yazısı barədə vəkilə etirazını bildirmişdir. Vəkillə təkbətək danışmış, aldığı xəsarətləri göstərmişdir. Vəkil isə ona kömək edə bilməyəcəyini demişdir. Lakin prokuror videogörüntüyə baxdıqdan sonra həbsə icazə verməmiş və onu buraxmışlar. Daha sonra yanvarın 8-i onu saxlamışlar. Həmin vaxt üzərində narkotik vasitə olmuşdur, narkotiki 8 manata almışdır. Onu bölməyə aparmışlar. Bu dəfə ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polisdə verdiyi ifadə təzyiq altında olduğu üçün təsdiq etmir. Narkotik vasitəni Zabratda tanımadığı şəxsdən almışdır. 23 noyabr 2022-ci il tarixdə saxlandığı yerlə evi arasında məsafə 100 metr olmuş, polislərin icazəsi ilə evə girib 5 dəqiqə şəxsiyyət vəsiqəsini axtarsa da tapa bilməmişdir. Həmin vaxtı evdə anası, kiçik bacısı və yoldaşı olmuşlar. Polislər içəri daxil olmamışlar. Bölmədə Ağakərim adlı polis onu vurmuş, ona narkotiki boynuna almağı üçün təzyiq etmişlər. Polislər onu itələmişlər və o, yerə yıxılmış, başı şifonerin aşağısına dəymiş və başından xəsarət almışdır. Başından xəsarət aldığı üçün X21 əməkdaşları gəlmişlər. Bununla yanaşı ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəllər “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən gündəlik istifadə etmiş, son iki ayda da həmin maddədən istifadə etməyə başlamışdır. İstifadə etdiyi psixotrop maddə olan metamfetamini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən, sonuncu dəfə isə 08 yanvar 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 20 manata istifadəsi üçün bir ədəd şəffaf sellofan bükülüdə almışdır. Həmin metamfetaminin bir qismini istifadə etmiş, bir qismini isə həmin bükümdə üzərində sonra istifadə etməsi üçün saxlamışdır. 09 yanvar 2023-cü il tarixdə saat 10:08 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Seyid Market”in yaxınlığında yolun kənarında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşduqlarını və şəxsiyyətini təsdiq edən sənəd istədiklərini həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində psixotrop maddə metamfetamin olduğundan o, tez bir zamanda oradan yayınmaq istəmiş, polis əməkdaşları buna imkan verməmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməkdə və narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə getməyi təklif etmişlər. O da səs-küy salmadan polis əməkdaşları ilə birlikdə 15ci Polis bölməsinə getmişdir. Orada ona dövlət hesabına vəkil təyin olunmuş, videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində “patı" kimi tanıdığı psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. O, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu deyərək, 08 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata istifadəsi üçün aldığını bildirmişdir (cild 1, iş vərəqi 377-379). İsfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni təzyiq altında verdiyini bildirmiş, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır. Adı Zöhrabdır və Zabrat qəsəbəsində yaşayır. Əvvəllər məhkum olunmuş, narkotik vasitə ilə məşğul olan Zöhrab barəsində daxil olmuş əməliyyat məlumatını yoxlayarkən Zöhrab adlı şəxsi polis bölməsinə dəvət etmişlər. Otaqların birində çəkiliş vasitəsilə Zöhrabın üzərindəki narkotik vasitəni aşkarlamışlar. Zöhrab narkotik vasitəni tanımadığı şəxsdən aldığını və özü üçün istifadə etdiyini bildirmişdir. Çəkilişdən sonra həmin narkotik vasitə ekspertizaya göndərilmiş, daha sonra istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, təqsirləndirilən şəxsi “Seyid Market”in yaxınlığında saxlamışlar. Zöhrabı saxlayandan sonra ondan üzərində şəxsiyyət vəsiqəsinin olub-olmasını soruşmamışlar. Təqsirləndirilən şəxs narkotik vasitəni satması ilə bağlı deyil, sadəcə üzərində gəzdirməsi ilə bağlı məlumat əldə etmişlər. Çəkiliş edilən müddətə qədər təqsirləndirilən şəxslə söhbətləri olmuş, ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmamışlar. Təqsirləndirilən şəxsə onlar tərəfdən xəsarət yetirilməmişdir. Səhv etmirsə, çəkiliş vaxtı təqsirləndirilən şəxs vəziyyətdən çıxmaq üçün öz başını divara vurmuşdur. Onun üçün həkim çağırılmış, ilkin tibbi yardım göstərilmişdir. O, təqsirləndirilən şəxsin ilkin tibbi yardımın göstərilməsi üçün xəstəxanaya aparılmasına mane olmamış, sadəcə həkim ciddi bir problem olmadığını bildirmişdir. Nə o, nə də başqa polis əməkdaşı tərəfindən saxlanılan şəxsə qarşı zorakı hərəkətlər edilməmişdir. Onlar təhqiqatçını gözləyərkən saxlanılan şəxs birdən-birə başını qapının künc tərəfinə vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 9 yanvar 2023-cu ildə bölməyə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün bölmə rəhbərliyi tərəfindən əməliyyat qrupu təşkil edilmiş, o da həmin əməliyyat qrupuna daxil olmuşdur. Həmin əməliyyat qrupunun bir üzvü də polis sahə rəisi, polis polkovnik-leytenantı Şahid1 olmuşdur. Zabrat qəsəbəsi, Çkalov küçəsi ünvanında yerləşən “Seyid Market”in yaxınlığında səhər saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs yaxınlaşaraq özünün 15-ci Polis bölməsinin əməliyyat müvəkkili olduğunu bildirmişdir. Onlar Zöhrabı 15-ci Polis bölməsinə dəvət etmişlər. 15-ci Polis bölməsinin təhqiqatçısı Faiq Bədəlovun otağında Zöhrabın üzərinə şəxsi baxış keçirilmiş, həmin vaxt Zöhrab üzərində olan qara rəngli şalvarın cibindən 1 büküm metamfetaminə bənzər maddəni çıxarıb onlara təqdim etmişdir. Onlar həmin maddəni sənədləşdirib ekspertizaya göndərmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı onun məlumatı yoxdur. Zöhrab heç bir polis əməkdaşı tərəfindən döyülməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, habelə ibtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsində digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadələrilə şahidlər Şahid3 və Şahid2 göstərdiklərini tam təsdiq etdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı X10 ifadəsində göstərdi ki, noyabr ayının 23-ü öz evlərində olan zaman qəflətən Zöhrab içəri girmiş və şəxsiyyət vəsiqəsinin harada olduğunu soruşmuşdur. Zöhrab özü otağa keçərək şəxsiyyət vəsiqəsini axtarmağa başlasa da, vəsiqəni tapmamış otaqdan çıxmışdır. Onlar Zöhrabdan hara gedəcəyini soruşmuş, Zöhrab da polis əməkdaşlarının onun şəxsiyyət vəsiqəsini istədiklərini, amma tapa bilmədiyini bildirmişdir. Anası da tək getməməyini, ailə böyüklərinə xəbər vermək lazım olduğunu bildirsə də, Zöhrab da hörmətsizlik olmamasını, özünün gedəcəyini bildirmişdir. Zöhrab çıxan kimi o da çölə çıxsa da, tam küçəyə çıxmamış, səkidə Zöhraba gözləməsini bildirmişdir. Qapıda 2 nəfər şəxsin dayandığını görsə də, onların üzlərini görməmişdir. Daha sonra Zöhrabdan xəbər ala bilməmişlər. Əmisi uşaqlarına zəng edərək Zöhrabın gəlmədiyini bildirmişdir. Qısa müddət sonra əmisi uşağı ona geri zəng edərək Zöhrabın polis Ağakərimlə bir yerdə olduğunu bildirmişdir. Anası ilə o, axşamüstü polis bölməsinə gedərək Zöhrabın harada olduğunu soruşsalar da, onlara Zöhrabın burada olamdığını bildirmişlər. Onlar Zöhrabı 2 gün sonra görmüş, bu zaman Zöhrabın başında yara, qollarında qandal izi, boynunda, belində göyərtilər olmuş və belə halda 2 gün sonra evə gəlmişdir. Zöhrabdan niyə belə yaralı olduğu soruşulanda o, polis bölməsində döyüldüyünü, buna görə narkotik vasitələrin ona məxsus olduğunu boynuna aldığını və sənədi imzaladığını bildirmişdir. Qolunda qandal izi ilə isə tok vurduqlarını, dəmir qandalın qolunu yandırdığını demişdir. Başında isə bir barmaq böyüklüyündə yarıq olmuş, səbəbini soruşduqda isə Zöhrab qaçmaq istəyən zaman başının qapıya dəydiyini və qanadığını bildirmiş, polis Ağakərim sənədləri imzalamasını, imzalamadığı halda işinin daha da çətin olacağını demiş, o da polisin əlindən qaçmaq istədiyini, otağa girmək istəyən zaman başının qapıya dəydiyini bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin arvadı X7 ifadəsində göstərdi ki, noyabr ayının 23-ü saat 11 radələrində Zöhrab evə gələrək şəxsiyyət vəsiqəsinin lazım olduğunu bildirmişdir. O, övladı xəstə olduğu üçün onunla məşğul olmuş, bir azdan şəxsiyyət vəsiqəsini axtarıb tapacağını bildirmişdir. Zöhrab da polislərlə gəldiyini, şəxsiyyət vəsiqəsinin lazım olduğunu demişdir. O da Zöhraba hara gedəcəksə böyüklər ilə məsləhətləşməsini bildirmişdir. Zöhrab da getməsə hörmətsizlik sayılacağını bildirmişdir. Zöhrab getdikdən sonra Zöhrabın tutulduğunu öyrənmişdir. Bir müddət sonra Zöhrab qollarında qandal izi, başında çapıq evə gəlmişdir. Boynunda və kürək hissəsində izlərin olduğunu, qollarını isə qandalın yandırdığını bildirmişdir. Zöhrab polislərin onu döydüklərini demişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X11 ifadəsində göstərdi ki, saat 11-12 radələrində hamısının evdə olduğu zaman Zöhrabın körpəsi xəstə olduğu üçün ona başları qarışmışdır. Zöhrab da işlə əlaqədar çölə çıxmış, Zöhrabın çıxması ilə evə qayıtması bir olmuşdur. Evə gələn zaman şəxsiyyət vəsiqəsinin lazım olduğunu demişdir. Özü çəkməcəni axtarsa da tapa bilməmiş, bu zaman şəxsiyyət vəsiqəsini nəyə görə axtardığını soruşduqda narahat olmamağı, sadəcə vəsiqəsinin lazım olduğunu bildirmişdir. Başları açıq olduğuna görə onlar çölə çıxa bilməmiş, lakin 2 nəfərin çöldə dayandığını görmüşlər. Hara getdiyini soruşduqda Zöhrab getməli olduğunu, getməsə ayıb olacağını bildirmişdir. 2 saatdan sonra o, geyinərək polis bölməsinə getmişdir. Polis bölmsəində Zöhrabın orada olmadığını bildirmişlər. Oğlunu polis Ağakərimin saxladığını öyrənmişdir. O, polis idarəsində Ağakərim müəllimlə görüşüb oğlunun tutulma səbəbini öyrənmək istədikdə onu qəbul etməmişlər. Sonra onlar müstəntiqlə görüşmüşlər. İstintaq zamanı vəkil Altay müəllimlə əlaqə saxlayaraq onu bu işə cəlb etmişlər. Daha sonra Zöhrabı buraxan zaman qollarında qandal izinin olduğunu, qabırğalarının ağrısından otura bilmədiyini görmüşdür. Üzü, başı yara içində Ağakərim müəllimin döydüyünü dediyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda 11 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, döngə 1, ev 5-də qeydiyyatda olan və Zabrat qəsəbəsi, Montin küçəsi ev 8-də yaşayan X8 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması bildirilmişdir (cild 1, iş vərəqi 2). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 3-4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddə istifadə etməkdə və üzərində gəzdirməkdə çübhəli bilinən, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, döngə 1, ev 5-də qeydiyyatda olan və Zabrat qəsəbəsi, Montin küçəsi, ev 8-də yaşayan X8 Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 10:08 radələrində Zabrat qəsəbəsində yerləşən “Seyid market”in qarşısında saxlanılmış və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli kristal şəklində olan narkotik vasitəyə oxşar maddəni könüllü şəkildə təqdim etmiş və həmin narkotik maddəyə oxşar vasitəni 20 manata Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malk olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olacaq başqa heç bir əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 33-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/105 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,795 qram ağ rəngli kristaişəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasımın Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 40-41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 81 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 77-78). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntünün əks olunduğu CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin CD diskdə əks edilmiş görüntülər 09 yanvar 2023-cü il tarixdə saat 11:28-də qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsində xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, şöbənin təhqiqatçısı, polis polkovnik-leytenantı Faiq Bədəlov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı bir qanunsuz əşya olduğu halda həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristal halında psixotrop maddə metamfetamini çıxarıb təqdim edir, həmin metamfetamini tutulmamışdan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamin zərfə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur (cild 1, iş vərəqi 89). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,795 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və aparılmış tədqiqatlardan sonra qalıq təmiz çəkisi 0,745 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 90, 92). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 101, 180). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaqın ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 102). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, döngə 1, ev 5-də qeydiyyatda olan və Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsi 8-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və Zabrat qəsəbəsi ərazisində üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul oması bildirilir (cild 1, iş vərəqi 107). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 108-109). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, 23 noyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edilməsi, üzərində saxlanması, daşınması və satmasında şübhəli bilinən xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Maşdağa qəsəbəsi, B.Dadaşov küçəsi, döngə 1, ev 5-də qeydiyyatda olan və Zabrat qəsəbəsi, Montin küçəsi, ev 8-də yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 12:40-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 111). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş xırda kristal formada metamfetaminə bənzər narkotik maddəni çıxararaq könüllü təhvil vermiş, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 (iyirmi) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş xırda kristal metamfetaminə bənzər narkotik maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malk olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olacaq başqa heç bir əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 134- 135). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2022-ci il tarixli, 1/2734 nömrəli protokolda qeyd olunmuş rəydən görünür ki, Təqsirləndirilən şəxs sidiyində OPİ (tiryək qrupu) AMB aşkar edilmişdir (cild 1, iş vərəqi 140). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6710 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 161 nömrəli” dairəvi möhür əksi olan və “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə; üç -imzalar” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,170 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasımın Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 142-144). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə əks edilmiş görüntülərin çəkilişi zamanı Təqsirləndirilən şəxs iki polis əməkdaşı ilə birgə polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları özlərini təqdim edirlər, sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin təhqiqatçısı Tərlan Mayılov, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Polis bölməsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, daha sonra vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra təhqiqatçı Tərlan Mayılov, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü masanın üzərinə qoyur. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin maddəni Balaxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manat verərək almışdır, maddə “Patı” adlanır. Təqsirləndirilən şəxs təqdim etdiyi, yəni ondan aşkar edilmiş 1 ədəd büküm təhqiqatçı Tərlan Mayılov tərəfindən zərfə qoyularaq qablaşdırılır və zərf möhürlənir, bütün iştirakçılar tərəfindən zərf imzalanır və bununlada çəkiliş sona çatır (cild 1, iş vərəqi 157-158). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2,17 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəki 2,12 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 183, 184). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X12 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 328-329). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən təmiz çəkisi 0,795 qram və 2,170 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər maddi sübut kimi tanınmış və qalıq qalmış 0,745 qram və 2,120 qram psixotrop maddə metamfetaminlər saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlancına verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu 02 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edlmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilərkən aşkar edilərək götürülmüş iki büküm psixotrop maddə olan metamfetaminin mənbəyi barədə material ayrılmış və aidiyyəti üzrə araşdırılması üçün Sabunçu RPİ-nin 15-ci PB-nə göndərilmişdir (cild 1, iş vərəqi 352-363). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən 23 noyabr 2022-ci il tarixdə saxlanılarkən üzərində heç bir psixotrop maddə olmaması, polislərin onu döyərək cibinə psixotrop maddə qoymaları, ona qarşı edilmiş təzyiq nəticəsində həmin maddəni boynuna götürməsi və çəkiliş zamanı ona verilmiş bükümləri cibindən çıxarıb təqdim etməsi, polislərin onu itələdiyi zaman başından xəsarət alması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuş, daha sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş metamfetamini çıxararaq təhvil vermiş, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 (iyirmi) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş psixotrop maddənin özünə aid olduğunu etiraf etmişdir. Elə həmin ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təzyiq olunmadığını, baş nahiyəsində olan zədəni isə üzərində narkotik vasitə olduğu üçün qaçmaq istəyərkən ehtiyatsızlıq ucbatından yıxılaraq aldığını bildirmişdir. Lakin istintaqın sonrakı mərhələsində və məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Bundan əlavə, məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı X10 ifadəsində göstərdi ki, Zöhrab 2022-ci ilin noyabr ayında polislər tərəfindən aparıldıqdan və 2 gün keçmiş buraxıldıqdan sonra başında olan yarıq barədə soruşduqda Zöhrab polis Ağakərimin ona sənədləri imzalamasını, imzalamadığı halda işinin daha da çətin olacağını demiş, o da Ağakərimin əlindən qaçmaq istədiyini, otağa girmək istəyən zaman başının qapıya dəydiyini və qanadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən zorakılığa məruz qalaraq xəsarət alması və təziq altında narkotik maddəni öz üzərinə götürməsi xüsusatı əsasında rayon prokurorluğunda aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd edilməsi qərara alınmışdır. Araşdırma nəticəsində prokurorluq o qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir tətbiq edilmədən, özü qaçaraq baş nahiyəsini xidməti otaqlardan birinin tininə zərbə ilə vurur (cild 1, iş vərəqi 240-242). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün rədd edilmiş və prokurorluğa əlavə araşdırma aparılması həvalə edilmişdir. Məhkəməyə Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin prokurorluqda məsələ ilə bağlı əlavə araşdırma aparılmış, əlavə araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd edilməsi qərara alınmışdır. Araşdırma nəticəsində prokurorluq yenidən o qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir tətbiq edilmədən, özü qaçaraq baş nahiyəsini xidməti otaqlardan birinin tininə zərbə ilə vurur. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi yuxarıda şərh olunan ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığı səbəbindən sübut kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X3, bacısı X4 və arvadı X2 xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının təqsirləndirilən şəxsi gəlib evdən aparmaları, buraxılandan sonra üzərində olan zədələrin Zöhrabın polis əməkdaşları tərəfindən yetirilməsini deməsi barədə məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın qohumluq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1 maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Məntəqə tipli Cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzasının qalan 1 il 1 ay 8 gün müddətinə çəkilməmiş hissəsini çəkmək üçün 25 sentyabr 2020-ci tarixdən Bakı İstintaq təcridxanasından müəssisəyə daxil olmuş və 12 oktyabr 2021-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar cəzadan azad olunaraq müəssisənin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqi 185-186, 243-256). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı hazırkı iş üzrə cinayəti törətdiyi vaxta kimi çəkib qurtardığı gündən iki ildən çox vaxt keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, həmin anda məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində residivin olmasını, cinayəti təkrar törətməsini məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, məhkəmənin və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabunçu rayon prokurorunun 25 noyabr 2022-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, o, dərhal azadlığa buraxılmış və həmin gün müstəntiqin qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən şübhəli şəxs qismində tutulmuş, 10 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 124, 173-177, 23, 85- 87, 321-327). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs ilk dəfə tutulub həbsdə saxlandığı 3 (üç) gün ona təyin ediləcək cəzadan çıxılmalı, onun cəza çəkməsinin başlanğıcı onun yenidən şübhəli şəxs qismində tutulduğu 09 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,745 qram və 2,12 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübutlar – 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 180 (yüz səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 4 (dörd) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülərək Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,745 qram və 2,12 qram çəkidə qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübutlar - 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 180 (yüz səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-352/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-352/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver