Məhkəmə qərarları › İş №1(101)-352/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-352/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-352/2025 30.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri "M.B.M" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Lerik rayonunda doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Noda Ərazi dairəsi, Günəşli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, 16 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 186.2.1, 186.2.2 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin noyabr ayının əvvələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan Bakı şəhəri, ünvan 4 evinə açıq olan giriş qapısından qanunsuz daxil olaraq, ikinci mərtəbədə yataq otağındakı dolabın içərisində saxlanılan bir ədəd həmin vaxt üçün məzənnəsi 32300 manat olan 17000 avro dəyərində “Brege” markalı qızıl məmulatından hazırlanmış kişi qol saatını və bir ədəd dəyəri həmin vaxt üçün məzənnəsi 34200 manat olan 18000 avro dəyərində “Audemer Pegue” markalı Çin istehsalı olan qızıl məmulatından hazırlanmış kişi qol saatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 66500 manat məbləğində küllü miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivi, 91 A saylı fərdi yaşayış evinə açıq olan giriş qapısından qanunsuz daxil olaraq, birinci mərtbədə yataq otağındakı dolabın içərisində saxlanılan bir ədəd həmin vaxtın məzənnəsi ilə 91200 manat dəyərində 48000 avro qiyməti olan “Audemer Pegue” markalı qızıl məmulatından hazırlanmış İsveçrə istehsalı kişi qol saatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 91200 manat məbləğində küllli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü tarixdə Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivi, 91 A saylı fərdi yaşayış evinə açıq olan giriş qapısından qanunsuz daxil olaraq, ikinci mərtbədə yataq otağındakı dolabın içərisində bir ədəd 2280 manat olan “Audemer Pegue” markalı Çin istehsalı kişi qol saatını, bir ədəd 32300 manat dəyərində məzənnəsi 17000 avro olan “Mazeratti (Bulgary)” markalı kişi qol saatını, həmin dolabda olan 200 manat dəyərində dəmir seyfi, həmin seyfin daxilindəki 10 manat dəyərində qara rəngli parça üzlü qutu və içərisində bir ədəd 11400 manat dəyərində məzənnəsi həmin vaxt üçün 6000 avro olan “Polyot” markalı kişi qol saatı, bir ədəd 1140 manat “Orinet” markalı həmin vaxt üçün məzənnəsi 600 avro olan kişi qol saatı, 1 ədəd 10 manat dəyərində qırmızı rəngli zərgərlik məmulatları üçün nəzərdə tutulan qutu, 1 ədəd 12 manat dəyərində üzərində “Guerlam” sözü yazılmış qara rəngli əl çantası, 1 ədəd 3234 manat dəyərində çəkisi 29,40 qram olmaqla 750 əyarlı qızıla uyğun olan sarı-gümüşü rəngli metaldan üzərində «750» əyar damğası həkk olunmuş boyunbağı, 1 ədəd sarı 2579,0 manat dəyərində çəkisi 23,45 qram olmaqla 750 əyarlı qızıla uyğun rəngli metal kürələrdən ibarət üzərində “750” əyar damğası həkk olunmuş qolbaq, 1 ədəd 607 manat dəyərində çəkisi 5,52 qram olmaqla 750 əyarlı qızıla uyğun üzərində kürə formalı elementi olan üzərində “750” əyar damğası həkk olunmuş sırğa cütü, 1 ədəd 1005,0 manat dəyərində çəkisi 9,14 qram olmaqla 750 əyarlı qızıla uyğun sarı rəngli metaldan üzərində “750” əyar damğası həkk olunmuş üzük, 1 ədəd 420 manat dəyərində çəkisi 3,82 qram olmaqla 750 əyarlı qızıla uyğun sarı rəngli metaldan üzərində “750” əyar damğası həkk olunmuş kulon, 1 ədəd 600,0 manat dəyərində çəkisi 5,18 qram olmaqla 750 əyarlı sarı rəngli metaldan üzərində 1 ədəd ağ şəffaf qaş olan “750” əyar damğası həkk olunmuş, qaşı brilyant, ölçüsü 0,044 karat, 4/3 keyfiyyətli qolbaq, 1 ədəd 723,0 manat dəyərində çəkisi 6,57 qram olmaqla 750 əyarlı qızıla uyğun gümüşü rəngli metaldan sırğa cütü üzərində “750” əyar damğası həkk olunmuş, 1 ədəd 301 manat dəyərində çəkisi 3,54 qram olmaqla «585» əyarlı qızıla uyğun sarı rəngli metaldan üzərində müxtəlif rəngli muncuqlar olan “585” əyar damğası həkk olunmuş qolbaq, 1 ədəd 25,0 manat dəyərində çəkisi 4,19 qram olmaqla gümüşü rəngli metaldan, üzərində qırmızı rəngli qaşlar olan qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan üzük, 1 ədəd 10 manat dəyərində çəkisi 10,44 qram olan sarı rəngli metaldan qiymətsiz əlvan metal ərintisindən hazırlanmış saat qolbaq, 1 ədəd 5,0 manat dəyərində çəkisi 11,75 qram olan sarı rəngli metaldan qaş yeri boş olan metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış üzük, 1 ədəd 30,0 manat dəyərində çəkisi 84,85 qram olan gümüşü rəngli metal hissəsi və bənövşəyi rəngli ametis muncuqlardan ibarət qiymətsiz əlvan metal ərintisindən hazırlanmış qolbaq, 1 ədəd 15 manat dəyərində çəkisi 6,33 qram olan sarı rəngli metal üzərində gümüşü rəngli muncuq olan qiymətsiz əlvan metal ərintisindən hazırlanmış sırğa cütü, bir ədəd 100 manat dəyərində «Guerlain» sözləri yazılmış qara sepli əl çantasını, həmin tarixə məzənnəsi 9350 manat olan 5500 ABŞ dolları, həmin tarixə məzənnəsi 24,72 manat olan 470 türk lirəsi, həmin tarixə məzənnəsi 17,29 manat olan 950 rus rublu, həmin tarixə məzənnəsi 34,72 manat olan 75 ərəb dirhəmi və 15 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 66447,73 manat dəyərində, yəni külli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivi, 91 A saylı fərdi yaşayış evində ikinci mərtbədə yataq otağındakı dolabın içərisində olan dəmir seyfdə saxlanılan Zərərçəkmiş şəxs məxsus rəsmi sənəd olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** qeydiyyat nömrəsi xx.xx.2015-ci il tarixli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan, 91 A ünvanına məxsus Çıxarışı və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** qeydiyyat nömrəsi xx.xx.2014cü il tarixli ünvan 3 ünvanına məxsus çıxarışı, Rusiya Federasiyasında Hərbi Xidmət vəsiqəsini ona hər hansı bir maraq kəsb etmdəyi üçün Bakı şəhəri, ünvan 4 ünvanında yandırıb məhv etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs Şahvəli oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivi 91A saylı fərdi yaşayış evini həyətdən gətirdiyi salyarkanı evin birinci mərtəbəsində yerləşən yaşayış otağının daxilinə töküb alışqan ilə yandırmaqla yüksələn xətt istiqamətində inkişaf edərək evin digər hissələrinə yayılmaqla birinci mərtəbənin 6 otağı olmaqla 150 kvm sahəsi, ikinici mərtəbədə eyvanın lambirindən ibarət tavanı 40 kv.m. sahəsinin yanması nəticəsində 200.000 manat və evdə olan ümumi dəyəri 250.000 manat 1 ədəd «Samsung Smart TV 65» markalı televizor, divar mebeli, nadir kitab kolleksiyası, «Yamaha» markalı səsgücləndirici, gümüş və bürünc əşyalar, yemək masası 12 ədəd stulu, 2 ədəd yumşaq oturacaq dəsti, rəsm əsərləri, 5 komplekt yataq mebeli, 3 ədəd «Samsung Smart TV 50» markalı televizor, mətbəx mebeli, mətbəx cihazları, yemək və çay servisləri yanaraq Zərərçəkmiş şəxs ümumilikdə 450.000 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs dostunun yanında mühafizəçi kimi işləyən şəxsin vasitəçiliyi ilə 24 oktyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs yanında işə başlamışdır. 2019-cu ildə işə başladığı ilk vaxtlarda 500-600 manat maaş müqabilində işləmişdir. Bundan 7 ay sonra müharibədə iştirak etmiş, həmin 2-3 ay müddətində bağın işləri ilə qardaşı məşğul olmuşdur. Onun işinin mahiyyəti bağ işlərini görmək, həyətin təmizliyi ilə məşğul olmaq, Zərərçəkmiş şəxs dediyi tapşırıqları icra etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs evinin yerləşdiyi həyətdə ayrıca tikilidə o, ailəsi və üç uşağı ilə birlikdə yaşamışdır. 16 mart 2024-cü il tarixdə Akif müəllim xarici ölkəyə getmiş, həmin müddətdə həyətə ustalar gəlmiş və təmir işləri getmişdir. Aprel ayının 8-də o, Ramazan bayramı ilə əlaqədar 2 günlük rayona gedib qayıtmışdır. Bir gün sonra Zərərçəkmiş şəxs xaricdən qayıtmış, hər şey qaydasında olmuşdur. O, evə girmiş, yarım saat sonra evdən çıxıb getmişdir. Bu vaxt ona həyətdə təmizlik işləri ilə məşğul olmağı tapşırmış, o da, bu işlərlə məşğul olmağa başlamışdır. Birdən həyətdə olarkən hələ evə keçməmiş hamam otağında əlini yumuş, bu vaxt həyat yoldaşı çöldən partlayış səsləri gəldiyini deyərək qışqırmışdır. O, yoldaşı ilə birlikdə çölə çıxmış və evin yandığını görmüşlər. Zalın böyük pəncərəsindən alov çölə çıxmışdır. Ondan qabaq qonşuluqda yaşayan Arif müəllimin bağına baxan başqa qohumu hadisəni görmüşdür. O, həyətə çıxana kimi həmin şəxs gəlmiş və nə olduğunu soruşmuşdur. O da, yanğın baş verdiyini indi gördüyünü demişdir. Sonra «101» xidmətinə, sürücüyə və Akif müəllimin özünə zəng eləmişdir. Həyətdə olan uşaqları qorxduğuna görə qaynatasına zəng edib uşaqları aparmasını xahiş eləmişdir. Sonradan yanğınsöndürənlər də gəlmiş, həmin vaxt özü də hadisə yerində olmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs Akif müəllimin bağında işləməyinə görə son vaxtlar 900 manat əmək haqqı aldığını, saatları lazımsız olduğunu hesab etdiyi üçün satdığını, yanğın baş verməmişdən qabaq Zərərçəkmiş şəxs evdən nələrinsə itdiyini ona bildirdiyini, lakin ondan nəyin itdiyini soruşa bilmədiyini, Akif müəllimin xadimə evdən çıxdıqda onun əlində qiymətli əşya olub-olmaması barədə sual verdiyini, saatların olub-olmamasını soruşmadığını, 1 həftə sonra isə axtardığını tapması barədə ona dediyini, oğlunun saatının itməsi ilə bağlı ondan heç nə soruşmadığını, bu barədə sürücü Şahmardan soruşduğunu, yanğın və ittihamda qeyd olunan oğurluq barədə özünün heç bir məlumatı olmadığını, özünü bundan 2 il qabaq gərəksiz hesab etdiyini, Akif müəllimin radio, qulaqcıq və digər xırda əşyalarla birlikdə atmaq üçün verdiyi qutuda olan iki köhnə saatı lazımsız hesab edib aparıb satmağı ilə bağlı hissədə təqsirli bildiyini, saatların markasını və modelini bilmədiyini, saatları özünün götürmədiyini, onları ayrıca yox, qutunun içərisində verdiyini, saatın köhnəliyi onun kəmər hissəsindən bilindiyini, radionu da atdığını, saatların noyabr ayından əvvəl ona verildiyini, bir-iki ay müddətində onu satmaq fikri olmadığını, noyabr ayında ailə üzvlərinə hədiyyə almaq məqsədilə “Laçın” Ticarət Mərkəzinə getdiyini, qızıl şöbəsində Lerik rayonundan olan Habil adlı şəxslə tanış olduğunu, ona özündə köhnə saat olduğunu dediyini, saatları bir dəfə aparıb ona göstərdiyini və əslində onların dəyərinin çox olmadığını, qədimi saat olduğunu və Habilin həmin saatı qədimi əşya kimi qiymətləndirə biləcəyini dediyini, iki saatı götürüb ona 4.300 manat pul verdiyini, həmin dövrdə saatların itməsi ilə bağlı Zərərçəkmiş şəxs ona heç nə demədiyini, buna görə bu dəyərdə tullantı olacaq saatların olmasından şübhələnmədiyini, saatların satışından əldə etdiyi pulları xərclədiyini, 2024-cü ilin yanvar ayının axırlarında Zərərçəkmiş şəxs oğlu Qüdrətlə həyətdə ağac əkdiklərini, Zərərçəkmiş şəxs nar ağacının yerini qazmağı tapşırdığını, Qüdrət pencəyini soyunduğunu və onun ağac əkdiyi zaman videosunu çəkmək üçün telefonunu ona verdiyini, sonra özünün evə getdiyini, 5-10 gün sonra həmin ərazidə qazonun içərisində bir saat gördüyünü, saatın Qüdrətin ola biləcəyi ağlına gəlmədiyini, xoşuna gəldiyi üçün həmin saatı götürdüyünü, saatı 10-15 gün işlətdiyini və özündə saxladığını, sonradan həmin saatı da tanıdığı Habil adlı şəxsin yanına aparıb saat haqda maraqlandığını və saatın üst hissəsinin qızıldan olduğunu dediyini, pula ehtiyacı olduğu üçün həmin saatı 8.000 manata satdığını, baş verənləri Zərərçəkmiş şəxs bildirmədiyi üçün özünü qismən təqsirli bildiyini, dediklərindən başqa hər hansı hadisədə özünü təqsirli bilmədiyinii, əməliyyatçıların evin yanmasını boynuna götürməsi üçün onu həyat yoldaşı ilə təhdid etdiklərini və bölməyə gətirdiklərini, orada ona narkotik vasitələrlə bağlı ittiham verəcəklərini deyib qorxutduqlarını, buna görə də məcbur qalıb ona deyilən sənədlərə imza etdiyini, Zərərçəkmiş şəxs evinin həmişə bağlı olduğunu və özünün onun evinə girmədiyini, Zərərçəkmiş şəxs heç bir pislik görmədiyin və Akifin əvvəllər ona heç vaxt şər atmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ildə bağbanı səhhəti ilə əlaqədar işdən ayrılmış, təhlükəsizlik tədbirləri və bağ işləri ilə məşğul olması üçün ona yeni bağban lazım olmuşdur. Yaxın dostu vasitəsilə ona Təqsirləndirilən şəxs məsləhət görmüşlər. İşə yeni başlayanda 3 ay sınaq müddəti olduğunu bildirmiş, razı qalsa, davamlı qalıb işləyəcəyini, ilk olaraq 600 manat maaş veriləcəyini razılaşmışlar. Əkbərə mətbəx, hamam, işıq, qaz ilə təchiz olunmuş evdə qalmağı da təşkil eləmişdir. Gördüyü işləri onu qane etmişdir. O, bir insana göstərdiyi münasibət müqabilində Əkbərdən də eyni münasibət görməyi gözləmişdir. Onun ailəsi xaricdə yaşadığından, özü isə 20 yaşından işlə əlaqədar Azərbaycandan çıxdığından 1998-ci ildə ölkəyə qayıtmış, 2003-cü ildə nümayəndəlik yaranmış, orada rəhbər kimi 19 il işləmiş, sonra isə təqaüdə çıxmışdır. Hal-hazırda da eyni nümayəndəlikdə müşavir kimi işləyir. İldə 2-3 dəfə ailəinə baş çəkmək üçün xarici ölkəyə gedir, eyni qaydada ildə 2-3 dəfə də onlar ölkəyə gəlirlər. Bu ilin mart ayında Novruz bayramında xaricə, uşaqlarının yanına getmişdir. 2022-ci ildə həftədə bir dəfə evin təmizlik işləri ilə məşğul olan qadın gəlib evdə təmizlik işləri aparmışdır. Açarı da həmin qadına vermiş, evi təmizlədikdən sonra qadın qapını bağlayıb getmişdir. Həmin müddət ərzində evdən bir dənə də əşya itməmişdir. Evdə onun kiçik seyfi olmuş, orada qızılları və digər dəyərli əşyaları saxlamışdır. Evdə 4 saatı olmuş, həmin saatlar xüsusi qutularda olduğundan seyfə yerləşməmiş, bu səbəbdən onları seyfin üzərinə qoyub saxlamış, lakin seyfin olduğu şkafın qapısı kilidlə bağlanmışdır. 2022-ci ildə saatı dəyişmək istədikdə saatlardan ikisinin yerində olmadığını görmüşdür. Həmin iki ədəd saatlar “Brege” və “Audemer Pegue” markalı dəri kəmərli saatlar olmuşdur. O, saatları yerində görməyib bu barədə xadimə işləyən İnna adlı xanımdan soruşmuş, qadın saatları görmədiyini və onları götürmədiyini bildirmişdir. Əkbərdən həmin qadın çıxanda əlində nəsə saat görübgörmədiyini soruşmuş, hətta evə gəlib kamera görüntülərinə baxmağı təklif eləmişdir. Birlikdə gəlib görüntülərə baxmışlar, bu zaman Əkbərin əlində sadəcə tullantılar olmuşdur. Həmin saatlar onun üçün çox dəyərli olmuşdur. Sadəcə qiymətinə görə deyil, yubileyinə bağışlandığı üçün xatirə kimi onun üçün əziz olmuşdur. Əkbər ifadəsində həmin saatların qədimi saat olduğunu deyir, lakin həmin saatlar qədimi deyil, sadəcə həmin saatlar satışdan çıxarıldıqdan sonra onların dəyəri 2 qat, 3 qat artır. Bundan sonra müxtəlif yerlərdə həmin saatları axtarmağa başlamışdır. Nəhayət, həmin saatların ikisinin də eynisini tapmış, orijinal qiymətindən 2 dəfə baha qiymətə almış və itən saatların yerinə qoymuşdur. Lakin həmin vaxt digər saatlara toxunulmamış, yəqin ki, rənginin sarı olması ilə əlaqədar saatların qızıldan olmasını düşünmüş və ona görə daha dəyərli hesab edərək götürmüşdür. Oğlu 2024-cü ilin yanvar ayında Bakıya toya gəlmişdir. Onun saatı da çox bahalı olmuş, həmin saatlar da artıq istehsaldan çıxarılmışdır və satılmır. Saatı gündəlik taxmamış, dolabın üzərində çıxarıb qoymuşdur. Evə başqa gələn adam olmadığından saatı seyfə qoymamışdır. Bir gün oğlu evdə özünün saatının itdiyini demiş və onlar həmin saatı axtarmağa başlamışlar. Tapa bilmədikdə, bu barədə Əkbərdən soruşmuş, Əkbər də görmədiyini demişdir. Saat müəmmalı şəkildə yoxa çıxmışdır. Bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. 2024-cü ildə Novruz bayramından sonra aprel ayında Bakıya qayıdıb bağa gəlmiş, əşyalarını evə qoyub qapını bağlayıb evdən çıxmış, sonradan sürücü ilə mağazaya getmişlər. Dostları ona zəng edib Mərdəkanda yemək yediklərini demiş və o da, onların yanına getmişdir. Onlarla görüşdüyü vaxt evin yanması barədə ona zəng edib xəbər vermişər. Həmin vaxt təxminən 40 dəqiqə olmuşdur ki, o, evdən çıxmışdır. Onun evində Əkbərin də bildiyi kimi həm birinci, həm də ikinci mərtəbədə yanğınsöndürmə balonları yerləşdirilmişdir. Yəni, evin elektrik sistemi elə qurulmuşdur ki, əgər qısaqapanma olarsa, bu zaman avtomatik sistem sönsün. Yəni, evdə təsadüfi olaraq yanğının baş verməsi mümkün deyildir. Yanğın barədə ona edilmiş zəngdən sonra o, evə getmişdir. Evə çatanda hər tərəfin eyni dərəcədə yandığını görmüşdür. Sanki evin hər tərəfinə eyni dərəcədə yanacaq töküb yandırmışdılar. Fövqəladə Hallar Nazirliyindən gəlib yanğını söndürmüşlər, bundan sonra onların dediyi ilk söz “sizin evinizi yandırıblar, bu təsadüfi yanğın deyil” olmuşdur. Yanğını söndürəndən sonra yanğının hardan başladığını ona göstərmişlər, həmçinin evdə yanacaq, salyarka iyi olduğunu, bununla yandırıldığını da demişlər. Yanğın söndürüldükdən sonra ilk ağlına gələn şey seyfə baxmaq olmuşdur. Çünki onun üçün önəmli olan rəsmi sənədlər, çıxarışlar, ailə üzvlərinə aid sənədlər, təxminən 5.000 ABŞ dolları, həmçinin hərbi bileti də həmin seyfdə olmuşdur. Lakin nə seyfi, nə də sənədləri, seyfin üzərindəki qutularda olan saatları evdə görməmiş, qutuların hər birinin içəri boş olmuşdur. Hadisə vaxtı o, yanğınsöndürənlərin ikinci mərtəbəyə qalxarkən onları götürə biləcəyini ehtimal edib geri qaytarmalarını bildirmiş, həmin vaxt polislər də orada olmuşlar. Maşınları, Əkbərin evini və digər hər yeri yoxlasalar da, heç nə tapılmamışdır. Ona demişlər ki, yanğından öncə şkafın qapısı sındırılmış, içərisindən seyf götürülmüş və oğurluq edilmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, seyfin özünün yoxa çıxdığını, seyfin yerləşdiyi dolabın qapısının qıfılının qırıldığını, oğurluğun yanğından əvvəl edildiyini, ifadənin yerində yoxlanılması zamanı Əkbərin qıfılı qırıb seyfi oradan götürdüyünü öz əlləri ilə göstərdiyini və təsdiq etdiyini, seyfi götürdükdən sonra onu kəsdiyini, sənədləri yandırdığını, pulu götürdüyünü, seyfin dəmirini isə metal alanlara satdığını bildirdiyini, götürülmüş qızılların xanımına məxsus olduğuna bu barədə dəqiq məlumat verə bilmədiyini, seyfin içində saat olmadığını, saatların seyfin üzərindəki qutularda olduğunu, istintaq vaxtı ona bir neçə çox da dəyərli olmayan əşyaların və saatların qaytarıldığını, yoxa çıxmış saatlardan “Poljot” markalı saatın qiymətinin təxminən 100-150 manat, “Mazeratti” markalı saatın qiymətinin təxminən 10.000 dollar olduğunu, Çin istehsalı olan “Audemer Pegue” markalı saatın təxminən 1.500-2.000 manat dəyərinin olduğunu, seyfdəki dolların məbləğini dəqiq xatırlamadığını, təxminən 5.000-5.500 dollar həcmində olduğunu, saatların itməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməməsinə səbəb kimdən şübhələndiyi barədə ondan soruşulsa, bu halda kimin adını çəkəcəyini bilməməsi olduğunu, ggər yanğın hadisəsi baş verməsəydi, yenə də saatların həmin xadimə qadın tərəfindən oğurlandığını düşünəcəyini, saatların məbləği barədə ittihamda yazılanlarla razı olduğunu, “Brege” və “Audemer Pegue” markalı saatların qiymətinin 17.000 evro və 18.000 evro dəyərində, oğlu Qüdrətin saatının isə 48.000 evro dəyərində olduğunu, evə girərkən qapının, qıfılın üzərində hər hansı fiziki təsir və ya şübhəli məqam görmədiyini, təmir işləri üçün gələn şəxslərin həmin saatları götürməsinin mümkün olmadığını, çünki həmin vaxt saatların onların vizual olaraq gördükləri yerdə olmadığını, kamera həmin vaxt işləmədiyi üçün kamera görüntülərinin də mövcud olmadığını, əslində evdə yanğın nəticəsində ona 450.000 manatdan çox ziyan dəydiyini, məşhur rəssamların rəsm əsərlərinin həvəskarı olaraq orjinal rəsm əsərləri aldığını, həmin əsərlərin çox qiymətsiz və dəyərli olduğunu, əsərləri təxminən 15 il bundan öncə aldığını, evdə 4-5 belə rəsm əsərinin olduğunu və onların bu günkü bazar qiymətlərinin 450.000 manatdan artıq olduğunu, onun sadəcə Əkbərə yazığı gəldiyi üçün bunları maddi zərər hesablananda nəzərə almadığını, 2022-ci ildə saatlar itəndə də şkafın qapısının qırıldığını, lakin həmin vaxt saatların seyfdə yox, başqa yerdə olduğunu, həmin vaxt saatları özünün paltar şkafında üzərinə paltarlar qoyaraq görünməməsi üçün rəfdə saxladığını, həmin iki saat itəndən sonra saatları seyfin üzərinə qoymağa başladığını və oranı bağladığını, kamera görüntülərinin bütün evin ətrafını əhatə etdiyini, sadəcə olaraq yanğın baş verən gün işıqlar söndüyündən kameraların da bağlandığını bildirdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, Əkbərin Azərbaycan Texniki Universitetinin 4-cu kursundan 2016-cı ildə xaric olunduğunu, bundan sonra oğlunun N saylı hərbi hissədə N il N ay həqiqi hərbi xidmətdə olduğunu və 2019-cu ilin yanvar ayının 1-də tərxis olunduğunu bildirdi. Şahid1 ifadəsinə görə, bir neçə ay sonra Əkbər ailəsi və üç uşağı ilə birlikdə Akif müəllimin bağ evində bağban və mühafizəçi kimi fəaliyyət göstərmiş, həmin evdə də yaşamışdır. Əkbər 44 günlük Vətən Müharibəsində iştirakçısı olmuş, müharibədən qayıtdıqdan sonra da yenidən Akif müəllimin evində yaşamağa davam etmişdir. Əkbərin heç vaxt Akif müəllim haqqında pis söz danışdığını eşitməmiş, oğlu həmişə Akif müəllimdən razılıq etmişdir. Akif müəllim Əkbərə maaşdan əlavə də maddi köməkliklər göstərmişdir. Əkbər bağban kimi əvvəllər 700-800 manat, sonra isə 900 manat maaş almışdır. 13 aprel 2024-cü il tarixdə Əkbərə zəng vursa da danışa bilməmiş, bu səbəbdən Əkbərin harada olması barədə gəlini Aytəndən maraqlanmışdır. Aytən Akif müəllimə məxsus mənzildə yanğın olduğuna görə azyaşlı övladları ilə birlikdə öz atası Elşənin evində yaşayır. Bir müddət sonra ona məlum olmuşdur ki, Akif müəllimə məxsus mənzil oğlu Əkbər tərəfindən yandırılmışdır. Bu barədə ona polis idarəsində məlumat vermişlər. Akif müəllimə məxsus fərdi yaşayış evinin Əkbər tərəfindən yandırıldığını və həmin evdən bir neçə dəfə saat, pul və digər qızıl-zinət əşyalarının oğurlaması barədə məlumatı olmamışdır. Əkbərin külli miqdarda pul xərclməsinin və onda çoxlu pul olmasının şahidi olmamışdır. Həmçinin Əkbərin “Topaz” mərc oyunları oynadığı barədə məlumatı yoxdur, oğlunun 2022-ci il tarixdə ilkin ödəniş kimi 21000 manat verib “BMW” markalı avtomobili hansı pulla almasını bilməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Əkbərlə 2016-cı ildə ailə həyatı qurmuş, rəsmi nikahdan 3 övladı vardır. Əkbər ilə 2019-cu ildən Akif müəllimə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan adlanan bağ massivində yerləşən 91 A nömrəli bağ evində onlar üçün ayrılmış evdəyaşayırlar. Əkbər həmin bağ evində həm mühafizəçi, eyni zamanda bağban kimi işləmişdir. Onlar həmin evdə yaşadığı müddət ərzində Akif müəllimin onlara qarşı münasibəti yaxşı olmuş, heç bir kobudluq və digər hərəkətlərlə rastlaşmamış, tez-tez onlara maddi dəstək də olmuşdur. 13 aprel 2024-cü il tarixdə axşam saatlarında həyətdə səs-küy eşidib, həyətə çıxanda Akif müəllimə məxsus bağ evinin yandığını görmüşdür. Uşaqlar yanğından çox qorxmuş, onlar ağladığı üçün Əkbər onun atası Elşənə zəng vurub həmin yerə çağırmışdır. Bir neçə dəqiqə sonra atası Elşən gəlmiş, onları maşına əyləşdirmiş, özü isə həmin yerə qayıtmışdır. Bir neçə dəqiqə sonra Akif müəllim, ondan sonra yanğınsöndürənlər gəlmiş və evi söndürmüşlər. Daha sonra atası onları həmin yerdən öz evinə aparmışdır. Zərərçəkmiş şəxs məxsus evin Əkbər tərəfindən yandırıldığını və 2022ci il tarixdən etibarən bir neçə dəfə həmin evdən saat, pul və digər zinət əşyaları oğurladığı barədə məlumatı olmamış, Əkbərin “Topaz” mərc oyunları oynadığını bilməmişdir (cild 1, iş vərəqi 188-190). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onun kürəkənidir, qızı Aytənlə 2016-cı ildə ailə qurmuşlar, rəsmi nikahdan onların üç övladı vardır. 13 aprel 2024-cü il tarixdə axşam saatlarında Əkbər onun mobil telefonuna zəng vurub harada olmağını soruşmuş, o da, Mərdəkan qəsəbəsində fərdi yaşayış evlərinin birində fəhləlik etdiyini bildirmişdir. Bəşir evində bağbanlıq etdiyi Akif adlı şəxsin yaşayış evinin yandığını bildirib, uşaqları qorxduğu üçün ondan həmin yerə gəlməyi xahiş etmişdir. O, həmin bağ evinə getmiş, oraya çatanda Akif müəllimin sürücüsü Şahmar da orada olmuşdur. O, qızı Aytəni üç azyaşlı uşaqları ilə maşına mindirmiş, təxminən 10 dəqiqə sonra bağ sahibi Akif müəllim də oraya gəlmişdir. Bir neçə dəqiqə sonra isə yanğınsöndürənlər hadisə yerinə gələrək yanan evi söndürmüşlər. Bundan sonra o, Aytən və azyaşlı övladları ilə birlikdə çıxıb getmişdir. Onun Zərərçəkmiş şəxs məxsus həmin evin Əkbər tərəfindən yandırıldığını və 2022-ci ildən etibarən kürəkəninin bir neçə dəfə həmin evdən saat, pul və digər qiymətli əşyalar oğurladığını, həmçinin Əkbərin “Topaz” mərc oyunu oynamasını bilməmişdir. Məhkəmə iclaında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 2014-cü ilin dekabr ayından Zərərçəkmiş şəxs şəxsi sürücüsü kimi fəaliyyət göstərmişdir. 2019-cu ildən Akif müəlimə məxsus Şüvəlan qəsəbəsi, «çöl Şüvəlan» adlanan ərazidə yerləşən evində Əkbərin ailəsi ilə birlikdə qalır və bağa nəzarət edir. 13 aprel 2024-cü il tarixdə Akif müəllim xarici dövlətdən Bakı şəhərinə gəldiyi üçün onu qarşılamış və təxminən saat 18 radələrində həmin ünvanda yerləşən evinə gəlmişdir. Bir neçə dəqiqə sonra Akif müəllimlə bazarlıq üçün «Qala yolu»nda yerləşən «Rahat market»ə getmişlər. Təxminən saat 19 radələrində Əkbər ona zəng vuraraq Akif müəllimin evində nəsə yanğın olduğunu və təcili ünvana getmək lazım olduğunu demişdir. O da, bu barədə Akif müəllimə bildirmişdir. Akif müəllim ona təcili evə gedib nə baş verməsi ilə maraqlanmağı tapşırmış, bazarlığı qurtardıqdan sonra isə gəlib onu götürməsini demişdir. O, Akif müəllimin evinə çatanda evin bütünlüklə alışıb yandığını görmüş, Əkbər artıq yanğınsöndürənlərə zəng vurduğunu demişdir. Daha sonra o, yenidən Akif müəllimin dalınca getmiş, onu götürüb evinə gəlmişlər. Lakin evin hansı şəraitdə yanması hələ də onlara məlum olmamışdır. Akif müəllim evdən çıxanda evin qapısını kiliddən bağlamışdır. Yanğın söndürüldükdən sonra Akif müəllim evin içinə daxil olub qiymətli və şəxsi əşyaları olan seyfin yerində olmadığını görüb oğurluq olduğunu başa düşmüş, bu barədə DİN-nin «102» xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Habil Abbasov bildirmişdir ki, o, «Laçın» ticarət mərkəzində yerləşən mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. 22 noyabr 2022-ci il tarixdə əvvəllər tanımadığı Əkbər adlı şəxs onun işlədiyi mağazaya gəlmiş, ona iki ədəd qol saatı satdığını bildirmişdir. O, Əkbərin təqdim etdiyi həmin saatlara baxmış, onların qızıl çəkisi 59,5 qram olmuş, bunun müqabilində ümumilikdə 4300 manat pul verərək lom şəklində həmin saatları ondan almışdır. Bu zaman Əkbərin şəxsiyyət vəsiqəsini də yoxlamış, həmçinin Əkbərdən malın oğurluq olub-olmadığını soruşmuşdur. Əkbər həmin saatların özünə məxsus olduğunu, pul lazım olduğuna görə satdığını bildirmişdir. O da, mağazadakı qeydiyyat kitabçasında qeydiyyat apararaq həmin qızıl saatları almışdır. Bundan sonra 19 fevral 2024-cü il tarixdə Əkbər yenidən mağazaya gəlib bir ədəd qol saatı gətirərək özünə məxsus olduğunu demiş, satmaq istədiyini bildirib şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O da, 93,98 qram çəkidə olan həmin qızıl saatı lom kimi qiymətləndirib 8000 manata Əkbərdən almış və mağazadakı qeydiyyat kitabçasında qeydə almışdır. Məhkəmə iclaında şahid - Bakı şəhəri, Xəzər RPİ, Post-Patrul xidməti bölüyünün polis nəfəri X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Cəfər Bağırov bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı iştirak etmişdir. Müstəntiq tərəfindən keçirilmiş istintaq hərəkəti zamanı onlar Əkbərin göstərdiyi yanğın hadisəsi baş vermiş Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X9 ev 91A ünvanına getmişlər. Oraya çatanda əvvəlcə Əkbər həmin ünvanın giriş qapısını göstərərək, 2019-cü ildən orada mühafizəçi və bağban kimi qaldığını bildirmiş, həmin həyətdə zərərçəkmiş şəxsə məxsus 2 mərtəbəli evi göstərərək 2022-cilin noyanbr ayında Akifin bağ evində olmamasından istifadə edib evə daxil olaraq ikinci mərtəbədə dolabdan 2 ədəd kişi qol saatı götürdüyünü, həmin saatları «Laçın» ticarət mərkəzində 2800 manata satdığını, pulu qumar oyunlarına xərclədiyini etiraf etmişdir. Bundan sonra 2024-cü ilin yanvar ayında Akifin evdə olmamağından istifadə edib yenə evə daxil olmuş, birinci mərtəbədə olan yataq otağından bir ədəd saatı götürmüş və həmin saatı da bir neçə gün sonra «Laçın» ticarət mərkəzində 1200 manata satmışdır. Daha sonra isə Akifin xaricə getməsindən istifadə edərək evdən oğurluq etmək qərarına gəldiyini, xx.xx.2024-cü il tarixdə kameraların çəkməməsi üçün evə gedən işıqları söndürdüyünü, evin birinci mərtəbəsinin qapısı açıq olduğundan evə daxil olub bütün otaqları axtarmağa başladığını, ikinci mərtəbədə əli ilə göstərdiyi qapısı bağlı şkafın bağlı olduğunu görüb özünə tərəf çəkərək qapısını qırdığını, şkafın içində olan balaca dəmir seyfi götürdüyünü, həmin sefi evin həyətində kəsdiyini, içərisində çoxlu sənədlərin olduğunu və zərfdə 5500 ABŞ dolları olduğunu görüb həmin pulları götürdüyünü, sənədləri isə həyətdə yandırdığını, pulları ailə üzvləri görməmələri üçün gizlətdiyini bildirmişdir. Həmin seyfi isə 3-4 gün sonra digər dəmir qırıntıları ilə birlikdə səyyar dəmir yığanlara ümumilikdə 15 manata satmışdır. 13 aprel 2024-cü il tarixdə Akifin xaricdən gəldiyini görüb nə edəcəyini düşünmüş, Akif 20 dəqiqə ərizində əşyaları qoyub sürücüsü ilə birlikdə evdən çıxmışdır. Əkbər etiraf etmişdir ki, o, qorxduğundan evi yandırmaq qərarına gəlmiş və əli ilə göstərdiyi yerdən «Sirab» butulkasında olan salyarkanı götürüb əvvəlcə evin birinci mərtəbəsində olan divanın üzərinə tökərək alışqanla yandırmış, ikinci mərtəbəyə çıxıb salyarkanı seyf olan otağa töküb alışqanla yandırmaq istəsə də yanmamışdır. Bundan sonra evdən çıxdığını və evin yanaraq alışdığını gördüyünü Əkbər istintaq hərəkəti zamanı etiraf etmişdir (cild 1, iş vərəqi 215-217). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan ifadənin yerində yoxlanılması haqqında 17 aprel 2024-cü il tarixli protokola əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində qeyd olunan halları hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmiş, zərərçəkmiş şəxsə məxsus yaşayış evindən oğurladığı əşyaların və pulların bir qismini istintaqa təqdim etmişdir. Bu barədə müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 99-104). İş materiallarına əlavə edilmiş 03 iyun 2024-cü il tarixli üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 253-257). İş materiallarında olan 17 aprel 2024-cü il tarixli üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı şahid X1 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 96-98). Kompleks məhkəmə-əmtəəşünaslıq, fiziki və kimyəvi ekspertizasının 03 may 2024cü il tarixli 6/2228-9/3117 nömrəli rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertizaya təqdim edilən məmulatın metalı, çəkisi və həmin xüsusatları nəzərə alaraq qiymətləndirmə aparılmışdır. Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına təqdim etdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində respublikada yerləşən ticarət şəbəkələrində, internet saytlarında, zərgərlik məmulatları satışı mağazalarında və eləcə də Mərkəzdə mövcud olmuş qiymətlərdən istifadə etməklə tədqiqata təqdim olunmuş məmulatların 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə dəyəri aşağıdakı kimi müəyyən edilir:

1. 1 ədəd qırmızı rəngli zərgərlik məmulatları üçün nəzərdə tutulan qutu -10,0 manat:

2. 1 ədəd üzərində “Guerlaın” sözü yazılmış qara rəngli əl çantası - 12,0 manat;

3. 1 ədəd qara rəngli, parça üzlü qutu - 10,0 manat;

4. 1 ədəd sarı-gümüşü rəngli metaldan boyunbağı - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 29,40 qramdır - 3234,0 manat;

5. 1 ədəd sarı rəngli metal kürələrdən ibarət qolbaq - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 23,45 qramdır - 2579,0 manat;

6. 1 ədəd sarı rəngli metaldan, üzərində kürə formalı elementi olan sırğa cütü üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 5,52 qramdır - 607,0 manat;

7. 1 ədəd sarı rəngli metaldan üzük - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 9,14 qramdır - 1005,0 manat;

8. 1 ədəd sarı rəngli metaldan kulon - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 3,82 qramdır-420,0 manat;

9. 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd ağ şəffaf qaş olan qolbaq - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 5,18 qramdır, qaşı brilyantdır, ölçüsü 0,044 karat, 4/3 keyfiyyətlidir - 600,0 manat;

10. 1 ədəd gümüşü rəngli metaldan sırğa cütü - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 6,57 qramdır - 723,0 manat;

11. 1 ədəd sarı rəngli metaldan, üzərində müxtəlif rəngli mincuqlar olan qolbaq üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı “-85” əyarlı qızıla uyğundur, çəkisi 3,54 qramdır - 25,0 manat;

12. 1 ədəd gümüşü rəngli metaldan, üzərində qırmızı rəngli qaşlar olan üzük - metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, qaşları qiymətli qaşlara aid deyil, çəkisi 4,19 qramdır- 25,0 manat;

13. 1 ədəd sarı rəngli metaldan saat qolbağı - metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 10,44 qramdır - 10,0 manat;

14. 1 ədəd sarı rəngli metaldan qaş yeri boş olan üzük - metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 11,75 qramdır - 5,0 manat;

15. 1 ədəd gümüşü rəngli metal hissəsi və bənövşəyi rəngli ametis muncuqlardan ibarət qolbaq - metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 84,85 qamdır - 30,0 manat;

16. 1 ədəd sarı rəngli metal üzərində gümüşü rəngli muncuq olan sırğa cütü - metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 6,33 qramdır - 15,0 manat. Tədqiqata təqdim edilən qol saatlarının orijinal olub-olmamasını müəyyət etmək mümkün olmadığı üçün qiymətlədirilmə aparılmamışdır. Tədqiqatın nəticəsi: Tədqiqata təqdim edilmiş məmulatların metallı, əyarı, çəkisi, üzərində olan qaşların təbiəti və digər göstəriciləri ayrı-ayrılıqda tədqiqi hissəsində göstərilmişdir. Aparılmış fiziki kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim olunmuş məmulatların 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ümumi dəyəri 9586,0 manat müəyyən edilir. Tədqiqata təqdim edilən qol saaatlarınm orjinal olub-olmamasını müəyyən etmək mümkün olmadığı üçün qiymətləndirililmə aparılmadı (cild 1, iş vərəqi 220-224). Kompleks məhkəmə yanğın-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 may 2024-cü il tarixli 3-16-16/2-10/3122-9/3229 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivi, 91A saylı fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin birinci mərtəbəsində yerləşən yaşayış otağının daxilində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər hissələrinə yayılmışdır. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, cinayət materiallarında olan məlumatları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsiri nəticəsində baş vermişdir. İnternet saytlarında, alqı-satqı birjalarında yanğın baş vermiş mənzillərin və ya yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin satış qiyməti barədə hər hansı məlumat olmadığından həmin fərdi yaşayış evinin orta bazar qiyməti ilə bağlı təhqiqat aparılmadı. Ekspertiza təyini haqqında qərarda və iş materiallarında göstərilmiş 2 adda malların yanmamışdan əvvəl normal vəziyyətdə, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2600,00 manat müəyyən edilir. Digər qərarda qeyd edilən və cədvəldə göstərilən 10 adda mallar haqqında kifayət qədər məlumat (sayı, ölçü, model, marka, istehsal yeri, istehsal ili və s.) olmadığından onların qiymətləndirilməsi mümkün olmadı (cild 1, iş vərəqi 225-229). Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 25 may 2024-cü il tarixli 1512 nömrəli rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət iş materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünə məxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Yoxlanılan şəxs qərarda göstərilən, baş vermiş hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 230-233). Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsindən daxil olmuş materialda olan 14 aprel 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görürünr ki, yanğın hadisəsi ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində baş vermişdir. Yanğın baş vermiş ünvana yaxınlaşdığı, dəmir qapı vasitəsi ilə həyətə yaxınlaşdığı, dəmir qapının üzərində ərimə, sınma və əyilmə əlamətləri aşkar olunduğu müşahidə olunmuşdur. Sağ tərəfə irəliləyib iki mərtəbəli evə yaxınlaşmış, baxış keçirdikdə birinci mərtəbənin ön tərəfində və yer tərəfində olan vitrin pəncərələri dağılaraq döşəməyə töküldüyü müşahidə edilir, birinci mərtəbəyə baxış keçirdikdə tavanın yanaraq döşəməyə töküldüyü, sol tərəfdə pəncərə tirlərinin yanması və kömürləşməsi, yüksək tempuraturdan divarların suvaq qatının qoparaq yerə tökülməsi müşahidə olunur. Sağ tərəfdə döşəmənin üzərinə televizorun, kitabların yanmış qalıqlarının sağ tərəfdə evin plastik giriş qapısının deformasiyaya uğradığı, şüşəsinin dağılaraq döşəməyə tökülməsi müşahidə olunmuş, sol tərəfdə olan sanitar qovşağının tavanının və divarlarım hisdən qaraldığı, daş piləkanla 2-ci mərtəbyə qalxdıqda piləkanın qəfəsinin hisdən qaraldığı, ikinci mərtəbədə sol tərəfdə müşahidə kameralarına aid yaddaş blokunun və digər avandanlıqların yararsız vəziyyətə düşdüyü, divada qurlaşdırılımş elektirik qutusunun qapağının yüksək temperaturdan əridiyi, tavanın və divarların hisdən qaraldığı, sağ tərəfdə yerləşən yataq otağının tavanının və divarların hisdən qaraldığı, digər yataq otağının divarlarının, tavanının, döşəmənin hisdən qaraldığı müşahidə olunmuşdur. Başqa yanğın əlamətləri müşahidə olunmamış, ger qayıdıb sol tərəfdə yerləşən yataq otağına daxil olub baxış keçirdikdə, divarların tavanın içərisindəki əşyaların hisdən qaraldığı müşahidə olunmuşdur. Digər otaqda olan iki nəfərlik çarpayının üzərinə salınmış örpəyin üz hissəsinin yandığı, divarları və tavanı hisdən qaraldığı görünür. Dəhlizə sol tərəfdə kondisionerlərin əriyərək yarasız vəziyyətə düşdüyü, 1-ci mərtəbədən qazanxanaya düşdükdə orada yanğının müşahidə olunmadığı məlum olmuşdur. Həyətdə divanın yanmış qalıqları müşahidə olunmuşdur. Yanğın mənbəyinin ehtimal olunması sahələrindən, yəni 1-ci mərtəbə pəncərənin qarşı hissəsindən döşəmədən kül numunəsi, 1-ci mərtəbədə sağ tərəfdən divardan elektirik naqili, 2-ci mərtəbədə 3-cü yataq otağında çarpayının üsütndəki örpəkdən kül nümunələri götürülərk 3 selofan paketə qablaşdırılmışdır (cild 2, iş vərəqi 52- 54). İş materiallarına əlavə olunmuş 22 aprel 2024-cü il tarixli yanğın aktından görünür ki, FHN-nin DYNX-nin 4-cü ərazi DYNİ-nin DYNŞ-nin inspektour d/x baş leytenantı Tahir Əfəndiyev, inspetor d/x leytenantı Mircavad Rəhimzadə və ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi 2 mərtəbəli, otaqlı və iki girişlidir, əsas daşıyıcı divarlar və arakəsmələri mişar daşından, dam örtüyü taxta tirlər üzərində vurulmuş şiferdəndir. Elektirik enerjisi və qaz təchizatı ilə təchiz olunub, 3-cü dərəcəli oda davamlıdır. Yanğın ərəfəsində təmir işləri aparılmayıb, yanğın baş verən zaman mühafizəçi həyətdə olmuşdur. Ev sahibinə yanğın barədə məlumatı 19:40 dəqiqədə mühafizəçi Təqsirləndirilən şəxs verib, yanğın söndürmə xidmətinə məlumat saat 19:56 dəqiqədə verilmişdir. Yanğınsöndürmə briqadası saat 20:02 dəqiqədə çağırış yerinə çatmış, saat 20:08 dəqiqədə yanğın məhdudlaşdırılıaraq saat 20:46 dəqiqədə tam söndürülmüşdür. Yanğın nəticəsində Zərərçəkmiş şəxs məxsus 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsi 150 kv.m. sahə içərisindəki əşyaları ilə birlikdə yanmışdır, 2-ci mərtəbədə eyvanın lambirindən ibarət tavanı 40 kv.m. sahədə yüksək temperaturdan deformasiyaya uğramış, otaqlar və dəhliz hissədən qaralmışdır. Alınmış izahatlarla nəticəyə gəlinmişdir ki, yanğına səbəb kənardan atılmış od mənbəyi olmuşdur (cild 2, iş vərəqi 65-66). Cinayət işinə əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində üç nəfər azyaşlı uşaqları vardır (cild 1, iş vərəqi 180-184). İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Sərəncamları ilə “Füzulinin azad olunmasına göörə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə, həmçinin Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (cild 1, iş vərəqi 186-187). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (Cild 1, iş vərəqi 199-200). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə qismən təqsirli bilərək, oğurluq cinayətləri barədə heç bir məlumatı olmadığını, həmçinin zərərçəkmiş şəxsə məxsus yaşayış evində baş vermiş yanğının onun tərəfindən törədilmədiyini, onu ailəsi ilə və üzərinə narkotik qoyub uzun müddətli həbsə göndərəcəkləri ilə təhdid etdiklərinə görə tərtib olunmuş sənədləri imzaladığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş yuxarıda sadalanan bütün sübutları məcmu halında təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən ümumiyyətlə oğurluq etməməsi və yaşayış evinin onun tərəfindən yandırılmaması ilə bağlı gətirdiyi dəlillər məhkəmə baxışı zamanı tam, hərtərəfli yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin müdafiəçisinin iştirakı ilə aparılmış bütün dindirmələr zamanı oğurluq epizodları, eləcə də əmlakı qəsdən məhv etmə və rəsmi sənədləri yandırmaq yolu ilə məhv etmə cinayətləri üzrə özünü tam təqsirli bilmiş, həmçinin ifadənin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxs sərbəst ifadəsini hadisə yerində göstərməklə təsdiq etmiş, bu zaman müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaq zamanı özü ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsin mənzilindən oğurladığı və gizlədib saxladığı əşyaları, pulları təqdim etmiş, müvafiq protokol tərtib olunmaqla həmin əşyalar götürülmüşdür. Təqsirləndrilən şəxs yalnız istintaqın sonuna yaxın müqavilə əsasında müdafiəçisi işə qoşulduqdan sonra onun iştirakı ilə aparılmış dindirmə zamanı əvvəllər verdiyi etirafedici ifadələrin bir qismindən imtina etmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, təqsirləndirilən şəxsin istintaqın ilkin mərhələsində verdiyi ifadələri iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış çoxsaylı sübutlarla tam təsdiq olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurluqlar törətməməsi və əmlakını qəsdən məhv etməməsi ilə bağlı məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2, 186.2.1, 186.2.2 və 326.1-ci maddələri ilə verilmiş ittihamlar məhkəmə iclasında öz təsdiqini tapmış, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həmin maddələrlə tövsif olunmuşdur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 177.3.2, 186.2.1, 186.2.2 və 326.1-ci maddələrində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə həmin cinayətlər ağır, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.3 və 15.4-cü maddələrinə əsasən isə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 186.2.1, 186.2.2 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində üç azyaşlı uşağının olmasını, həmçinin Vətən Müharibəsi iştirakçısı olmaqla müxtəlif medallarla təltif edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xəzər RPİ, İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, vurulmuş maddi ziyana görə 450.000 (dörd yüz əlli min) manat, dövlət rüsumu kimi ödənilmiş 741 (yeddi yüz qırx bir) manat, ümumilikdə 450.741 (dörd yüz əlli min yeddi yüz qırx bir) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Məhkəmədə müəyyən edildi ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddia qaldırmış və həmin mülki iddiaya görə müəyyən edilmiş dövlət rüsumunu ödəmişdir. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs təkrar taman niyyəti ilə yaşayış yerinə qanunsuz daxil olub, özgənin əmlakını gizli talayaraq külli miqdarda ziyan vurmaqla oğurluq etməsi, özgənin əmlakını yandırmaqla, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etməsi, həmçinin rəsmi sənədləri yandırmaqla məhv etmə cinayətlərini törətməsi tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs qaldırdığı mülki iddianın təmin olunması haqqında qərar edilməsi ilə əlaqədar onun dövlət rüsumu qismində ödədiyi 741 (yeddi yüz qırx bir) manat da, ümumilikdə 450.741 (dörd yüz əlli min yeddi yüz qırx bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş şəxsə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 365 (üç yüz altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübutların olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 186.2.1, 186.2.2 və 326.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin. Vurulmuş maddi ziyana görə 450.000 (dörd yüz əlli min) manat, dövlət rüsumu kimi ödənilmiş 741 (yeddi yüz qırx bir) manat, ümumilikdə 450.741 (dörd yüz əlli min yeddi yüz qırx bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 365 (üç yüz altımış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutların olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar