Məhkəmə qərarları › İş №1(101)-353/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-353/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-353/2021 27.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1979-cu ildə Türkmənistan Respublikasının Bektaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Nizami küçəsi, ev 29-da qeydiyyatda olmaqla, ünvan 3-da yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrıayrılıqda çəkiləri 0,097 qram və 0,261 qram olmaqla ümumi təmiz çəkisi 0,358 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 oktyabr 2019-cu il tarixdə saat 11:50 radələrində Bakı-Astara magistral avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən 14-cü kilometrliyində yerləşən dairənin yanındakı avtobus dayanacağının yaxınlığında Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin və Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinin inzibati binasına gətrilərək orada hal şahidlərinin iştirakı ilə onun üzərinə videoçəkilişlə keçirilən baxış zamanı əvvəlcə əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir bükümdə 0,097 qram narkotik vasitə heroin aşkar edilmiş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 12:55də Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruz” markalı **-AL-*** nömrə nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilən zaman avtomobilin salonunda yerləşən saxlanc yerindən digər təmiz çəkisi 0,261 qram olan, ümumilikdə 0,358 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqa “Rza” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən əldə etdiyi kustar üsulla hazırlanmış təmiz çəkisi 2590 qram olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 555 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki qrup üzvü “Rza” adlı şəxsdən dəyərini sonradan ödəmək şərti ilə 2019-cu ilin dekabr ayının əvvəllərində Biləsuvar rayonu mərkəzi stadionun yaxınlığında satın almaqla qanunsuz olaraq əldə edib daşıyaraq Bakı-Qazax avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinin ərazisindən keçən 40-cı kilometriliyində magistral yoldan 150 metr sağda olan çökəklik əraziyə tökülmüş daş və qrabillərin altında gizlətməklə saxlamış, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 22 yanvar 2020-ci il tarixdə onun və hal şahidlərinin iştirakı ilə həmin əraziyə keçirilən baxış zaman gizlətdiyi həmin bir ədəd üzərində “Final” yazısı olan 5 litr həcmli plastik qabın içərisində ayrı-ayrılıqda olan iki ədəd bükümün birində şəffaf yapışqan lentlə bağlanmış təmiz çəkisi 2590 qram narkotik vasitə heroin və digər qara rəngli üzərində “EUROSPORT” yazısı olan sellofanla başlanmış təmiz çəkisi 555 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan savayı, o, təkararən 2019-cu ilin noyabr ayının sonlarında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqa “Hacı” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirəcəyi külli miqdarda narkotik vasitəni Cəlilabad rayonu ərazisində əldə edib müqəddəratına sərəncam verməyi qrup üzvü olan “Hacı”ya qabaqcadan vəd verib razılaşmış, sonuncu tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə qaçaqmalçılıqla Cəlilabad-Biləsuvar avtomobil yolunun kənarındakı üzərində “95” yazısı olan yol nişanın yanına gətirmiş təmiz çəkisi 455 qram olan narkotik vasitə heroini 11 dekabr 2019-cu il tarixdə qanunsuz olaraq əldə edib idarə etdiyi “Hyundai Elantra” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildəki təmir-tikinti çantasının içərisində saxlamaqla daşımış, 13 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Qurtuluş küçəsində keçirilmiş əməliyyat tədbiri nəticəsində idarə etdiyi “Hyundai Elantra” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib avtomobilə baxış keçirilərkən həmin narkotik vasitə heroin avtomobilin arxa sol oturacağının üstündə olan təmir tikinti çantasının içərisindən aşkar olunaraq götürülmüşdür. Bundan əlavə o, müəyyən edilməyən vaxtda və mənbədən 1 ədəd 1973-cü ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, 523431 nömrəli, atəş açmağa yararlı olmaqla saz vəziyyətdə olan yivli odlu silah - döyüş təyinatlı avtomatı, bir ədəd “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqçanı, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “PPK” (“PPKC”) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəşə yararlı olan döyüş sursatı hesab edilən 12 ədəd patronları qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanında qanunsuz olaraq saxlamış, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 dekabr 2019-cu ii tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına sonuncunun iştirakı ilə baxış keçirilən zaman həmin avtomat, 1 ədəd sandıqça və 12 ədəd patron aşkar olunub qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 228.1, 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, 3-4 il öncə İran İslam Respublikasına müalicə məqsədilə getmiş, həmin zaman Hacı adlı şəxslə tanış olmuş, Hacı ona narkotik vasitə satdığını bildirmiş, istədiyi zaman narkotik vasitə sata bilməsini demiş, lakin o, Hacı adlı şəxsə belə işlərlə məşğul olmadığını bildirmiş, buna baxmayaraq, o, Hacının telefon nömrəsini götürmüş və arada onunla telefonla Azərbaycandan danışmışdır. Təxminən 2019-cu ilin noyabr ayının sonlarında Hacı adlı şəxslə danışdığı zaman Hacı ona yenidən narkotik vasitə təklif etmiş, o artıq 1 (bir) il narkotik aludəçısi olduğu üçün Hacı adlı İİR-nın vətəndaşı ilə razılaşmışdır. Hacı ona narkotik vasitəni yaxın günlərdə öz tanışları vasitəsi ilə göndərəcəyini, narkotik vasitənin Azərbaycanın sərhəd rayonların birində şərti yerə qoyulacağını, həmin yeri ona dedikdən sonra, oradan gedib götürə biləcəyini demişdir. O, Hacıya külli miqdarda narkotik göndərməsini tapşırmış, əvəzində isə Hacıya 3000 (üç min) manat pul verəcəyini bildirmişdir. 11 dekabr 2019-cu il tarixdə Hacı onunla telefon əlaqəsi saxlamış, narkotik vasitəni Biləsuvar rayonuna gedib götürməsini demiş, o, həmin gün axşam saatlarında Biləsuvar rayonuna “Rent a car” şirkətinə məxsus olan və gündəlik icarəyə götürmüş olduğu “Hyundai” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş, Hacı ilə telefonla danışandan sonra, Biləsuvarla Cəlilabad rayonlararası magistral yolda 95 yazısı olan yol nişanının yanında narkotikin qoyulduğunu bilmiş, o, həmin yerə yaxınlaşmış və narkotiki götürmüş, narkotik vasitə göy rəngli paketdə və həmçinin həmin paketin içində elektron tərəzi də olmuşdur. Narkotiki götürəndən sonra Hacı ilə telefonda danışmış, yaxın günlərdə Hacıya 3000 (üç min) manat pulu çatdıracağını bildirmişdir. O, narkotik vasitəni avtomobilində olan təmirtikinti çantasında saxlamış, ehtiyata istifadə etməkdən ötrü narkotik vasitəsi olduğu üçün həmin kütləni açmamışdır. O, narkotik vasitənin hansı yolla və necə Azərbaycan Respublikasına gəlməsini, Hacı adlı İİR-nın vətəndaşı olan şəxsin hansı yolla gətirməsini bilməmiş və ona tanışları tərəfindən narkotik vasitəni sərhəd rayonlarından birində yerləşdirməsini dediyini bildirmişdir. 13 dekabr 2019-cu il tarixdə avtomobili nasaz olduğu üçün Cəlilabad rayonuna gəlməyə qərar vermiş və qohumları ilə görüşümək istəmiş, lakin həmin gün saat 19 radələrində ona Cəlilabad şəhərində polis əməkdaşları yaxınlaşmışlar, özlərini təqdim etmişlər, üzərində və avtomobilində narkotik vasitənin olub-olmamasını soruşmuşlar, o, avtomobilində narkotik vasitənin olduğunu bildirmiş, bundan sonra onu polis əməkdaşları polis şöbəsinə dəvət etmişlər. Ona hüquq və vəzifələri izah edildikdən sonra, vəkillərin siyahısını təqdim etmişlər və onun şəxsi vəkili olmadığından dövlət hesabına vəkil X10 vəkili seçmişdir və onun iştirakı ilə öncə onun üzərinə baxış keçirmişlər, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş və sonra avtomobilinə baxış keçirilən zaman qeyd etdiyi narkotik vasitə və elektron tərəzi aşkar olunmuşdur. Bundan əlavə olaraq o, üzərinə və avtomobilinə baxış keçirilən zaman ünvan 1-da “Kalaşnikov” markalı odlu silahının və həmin silaha məxsus 01 (bir) ədəd darağın və 12 (on iki) ədəd patronun olmasını bildirmişdir. Polis əməkdaşları onun razılığı və iştirakı ilə həmin evə də baxış keçirmişlər. O, ünvanda olan zaman, həmin mənzilin giriş otağında olan mebel dəstinin arxasında ailəsindən və övladlarından xəbərsiz gizlətdiyi “Kalaşnikov” tipli avtomatı, həmin avtomata məxsus 01 (bir) ədəd darağı və 12 (on iki) ədəd patronu çıxarıb təqdim etmişdir. Bundan başqa 31 oktyabr 2019-cu il tarixdə saat təxminən 11:30 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi **-AL-*** dövlət qeydiyyat nişanlı “Şevrolet Kruz” markalı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” Ticarət Mərkəzinə getmişdir. Həmin vaxt avtomobildə ondan başqa qeyrirəsmi həyat yoldaşı X4 və tanışı Şahid12 Eyvaz oğlu da olmuşdur. Binə TM-nə gəlməkdə məqsədləri bazarlıq etmək olmuşdur. Lökbatan dairəsinə çatanda o, avtomaşını saxlamış və dairənin yanındakı avtobus dayanacağında yerləşən köşkdən siqaret almışdır. Həmin vaxt dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra həmin əməkdaşlardan biri ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın və ya maddənin olmasını soruşmuşdur. O da, həmin polis əməkdaşına cavab olaraq bildirmişdir ki, əynində olan göy rəngli idman şalvarının sağ yan cibində narkotik vasitə olan heroin vardır. Bundan sonra həmin polis əməkdaşları ona araşdırmanın davam etdirilməsi üçün Qaradağ Rayon Polis İdarəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə razılaşıb Qaradağ Rayon Polis İdarəsinə getmişdir. Polis idarəsinə getdikdə orada olan xidməti otaqlardan birində dövlət hesabına ona təqdim edilmiş vəkilin, iki nəfər hal şahidinin və mütəxəssisin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibində olan gümüşü rəngli siqaret kağızının içərisindəki narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Həmçinin onun idarə etdiyi **-AL-*** dövlət qeydiyyat nişanlı “Şevrolet Kruz” markalı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin salonunda yerləşən sandıqçasından qara rəngli masa üzəri fənərin qapağının altında olan yaşıl rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan əlavə Cəlilabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 10 gün əvvəl, yəni 2019-cu ilin dekabr ayının ilk günlərində, səhər saat təxminən 10 radələrində Cəlilabad rayonundan Bakı şəhərinə gedərkən Biləsuvar şəhərində yerləşən gömrük postunun yanına getmiş, müştəri götürüb, benzin pulu çıxarmaq istəmişdir. Gömrük postunun yanında Bakı şəhərinə aparmaq üçün müştəri axtararkən bir nəfər şəxs ona yaxınlaşıb, Bakı şəhərinə hansı qiymətə apardığını soruşmuşdur. O, həmin şəxsə Bakı şəhərinə adamın birini 10 (on) manata aparmasını demişdir. Həmin şəxs ona 30 (otuz) manat pul verməsini, gözləmədən tək aparmasını xahiş etmişdir. O, həmin şəxslə Bakı şəhərinə gətirmək üçün 30 (otuz) manat müqabilində razılaşmış və birlikdə Bakı şəhərinə yola düşmüşlər. Həmin şəxsin əlində qara çanta olmuş və avtomobilə oturmamışdan əvvəl o, qeyd edilən çantanı avtomobilin yük yerinə qoymasını xahiş etmiş, lakin həmin şəxs çantanın içərisində qırılan əşya olmasını bildirərək razılaşmamışdır. Bu səbəbdən də, həmin şəxs çantanı qucağında saxlamışdır. Yolda gedərkən həmin şəxs İranda yaşadığını, adının isə Rza olduğunu ona demişdir. Narkotik aludəçisi olduğu üçün həmin şəxslə narkotik vasitələr barədə söhbət etməyə başlamışdır. Ələt qəsəbəsinə çatdıqda Rza ona, əgər narkotik vasitə sata bilərsə yaxşı narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O, Rza adlı şəxsə belə bir adam varsa gətirib malı verməsini, 2-3 gün ərzində satıb pulunu qaytaracağını demişdir. Rza ona, iki kilo yarım “kakos” və yarım kilo da tiryək təşkil edə biləcəyini, lakin heç olmasa 5 (beş) min manat qabaqcadan vermək lazım olmasını demişdir. O, həmin şəxsə “əgər 5 min manatım olsaydı Bakı şəhərinə aparmaq üçün müştəri axtarmazdım” sözlərini demişdir. Sonra Rzaya həmin malı nisyə təşkil etməsini və satıb 2-3 gün ərzində pulunu verəcəyinə söz vermişdir. Beləliklə həmin şəxslə razılaşmış və Bakı şəhərinə gətirib Bayıl qəsəbəsində yerləşən “Bayraq meydanı”nın yanında avtomobili saxlamışdır. Həmin vaxt o, Rza adlı İran İslam Respublikasının vətəndaşından mobil telefon nömrəsini istəmiş, lakin ona Rza adlı şəxs mobil telefonu İran operatoruna məxsus olmasını, ona verməkdən ehtiyat etməsini bildirmişdir, telefona ehtiyacın olmamasını, ona həmin gün gecə saat 23 radələrində Biləsuvar rayonunda yerləşən mərkəzi stadionun giriş qapısının qarşısında gözləyəcəyini bildirmişdir. O, bundan təəccublənib, Rzanın indi Bakıya gəlib çatdığını və nə tez geri qayıtdığını soruşmuşdur. Rza isə cavabında demişdir ki, Bakıda çox qalmaq fikrində deyil və bir saat ərzində işlərini həll edib geri qayıdacaqdır. Sonra Rza maşından düşüb getmiş və o da həmin yerdən uzaqlaşmışdır. Aralarında olan danışığa əsasən o, həmin axşam Biləsuvar rayonuna getmiş və gecə saat 23 radələrində Biləsuvar rayonunda yerləşən mərkəzi stadionun qarşısına çatmışdır. Həmin vaxt Rza adlı şəxsin artıq stadionun giriş qapısının qarşısında onu gözlədiyini görüb yaxınlaşmışdır. O, Rza ilə görüşdükdən sonra, Rza əlində olan böyük həcmli qara rəngli sellofan çanta ilə birlikdə gəlib avtomobilinin arxa oturacağında əyləşmişdir. Daha sonra mobil telefonu ilə ona məxsus şəxsiyyət vəsiqəsinin, avtomobilinin sənədlərinin şəklini çəkmiş, ona vaxt təyin edib bildirmişdir ki, verəcəyi malın pulunu 3 gün sonra gecə saat 22:00-da ondan həmin Biləsuvar rayon mərkəzi stadionun qarşısında təhvil alacaqdır. Rza ona əgər aldatsa onun başına oyun açacağını, Bakı şəhərində çox güclü və nüfuzlu adamları olduğunu demişdir. Beləliklə də, Rza ona bir ədəd üzərində "Final" yazısı olan 3 litr həcmli plastmas bankanın içərisində iki kilo yarım "kakos" və yarım kilo tiryək vermişdir. Həmin mallara baxmış, malların iki ədəd bağlamalarda olduğunu görmüşdür. Eyni zamanda Rza ilə 20000 (iyirmi min) manata razılaşmışlar və malı təhvil götürmüşdür. Daha sonra Rza avtomobildən düşmüş, o isə Bakı şəhəri istiqamətində qayıtmışdır. Yol gələrkən anidən həyəcanlanmış, bu işin qurama olacağını güman edib qorxmuşdur. Bu səbəbdən də, həmin narkotik vasitələri köhnə Qaradağ postunun yaxınlığında bir əraziyə aparıb, yoldan təxminən 150 metr məsafədə, beton daş və qrabil parçaları olan bir yerdə, daşların altında gizlətmişdir. Təxminən bir həftə keçmiş, lakin Rza adlı şəxsdən səs-soraq çıxmamış, yəni onu heç bir kəs narahat etməmişdir. Həmin narkotik vasitəni isə gizlətdiyi yerdən götürməmişdir ki, bir müddət keçsin satar, pul əldə edər, lakin 13 dekabr 2019-cu il tarixdə Cəlilabad Rayon Şöbəsinin əməkdaşları tərəfindən üzərindən başqa bir narkotik vasitə aşkar edildiyi üçün həbs olunmuşdur. Həbs olunduqdan sonra Bakı İstintaq təcridxanasından 20 yanvar 2020-ci il tarixdə ərizə ilə Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək, Qaradağ rayon ərazisində narkotik vasitə gizlətməsini bildirib və könüllü təqdim etmişdir. Etdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərdi ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 13 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına görə şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən onun, Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkilləri Şahid7, Şahid6 və Şahid5 iştirakları ilə əməliyyat qrupu yaradılmiş və əməliyyat yolu ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmişdir. Həmin gün təxminən saat 18:40 radələrində o, Cəlilabad şəhəri, Qurtuluş küçəsi əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 15-20 dəqiqədən sonra Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, Qurtuluş prospektində dayanmış vəziyyətdə olan “Hyundai Elantra” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu müəyyən edilmiş, əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşıb özülərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və idarə etdiyi avtomobilə baxış keçirilməsi məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində şəxsi axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, idarə etdiyi avtomobildə narkotik vasitə olan heroin vardır. Bundan sonra əməliyyat qrupunun üzvləri müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə onun idarə etdiyi “Hyundai Elantra” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağının üzərində olan sarı rəngli təmirtikinti çantasının içindən şəffaf rəngli yapışqan lentlə bağlanmış sellofan bükülü aşkar olunmuşdur. Həmin bükülü açıldıqda içərisində qəhvəyimtil rəngli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Həmin bükülü qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun qanunsuz olaraq odlu silah əldə edib yaşadığı ünvan 3 ünvanında gizlədərək saxlaması barədə əməliyyat məlumatları əldə edilmiş və bu barədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən sual verilərkən o, 1 ədəd “Kalaşnikov” tipli avtomat, 1 ədəd sandıqça və 12 ədəd patronu qanunsuz olaraq əldə edib yaşdığı ünvan 3 ünvanında dəhlizdəki dolabın arxasında gizlətdiyini və həmin ünvana gedilərsə təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri, Cəlilabad RPŞ-nin baş əməliyyat müvəkkili Şahid13 və Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı ünvan 3 ünvanına gedilərək orada 14 dekabr 2019-cu il tarixdə saat 02 radələrində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən evin dəhlizindəki dolabın arxasından qara rəngli parçaya bükülmüş 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça və 12 ədəd patron təqdim edərək, həmin predmetləri Abşeron rayonu, Xırdalan şəhərində çöllük sahədən tapdığını və satmaq niyyəti ilə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomata, 1 ədəd sandıqçaya və 12 ədəd patrona baxış keçirilmiş, qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməliyyat müvəkkilləri Şahid6, Şahid7, Şahid5 və hadisə vaxtı Cəlilabad RPŞ-nin baş əməliyyat müvəkkili işləmiş, hazırda Biləsuvar rayon Polis Şöbəsində bölmə rəisi işləyən Şahid13 Böyükağa oğlu Şahid8 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları ayrı-ayrılıqda tam olaraq təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Bəhrəm oğlu ifadəsində göstərdi ki, 31 oktyabr 2019-cu il tarixdə Qaradağ Rayon Polis İdarəsinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində Teymur adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində mütəmadi olaraq narkotik vasitələri daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Qaradağ RPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, kiçik inspektorları, polis serjantı Şahid2 və polis serjantı Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin tarixdə Cəlilabad şəhəri, Nizami küçəsi ev 29-da qeydiyyatda olan Təqsirləndirilən şəxs saat 11:50 dəqiqədə Bakı- Astara magistral avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən 14cü kilometrliyində yerləşən dairənin yanındakı avtobus dayanacağında qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs yuxarıda adları göstərilən polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərində qanunla qadağan olunmuş narkotik vasitə və ya predmet olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibində narkotik vasitə olması bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin avtobus dayanacağından kənarda özünə məxsus “Chevrolet Cruz” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını və avtomobildə arvadı X7 və qohumu Şahid12 da olmasını bildirmişdir. Təqsirləndirilən şəxs, Mehbarə Məmmədova və Şahid12 3 oktyabe 2019-cu il tarixdə saat 12:00 dəqiqədə Qaradağ RPİ-nə gətirilmişlər. Polis idarəsində olan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, eyni zamanda şəxsi vəkilinin olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs şəxsi vəkilinin olmamasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Bakı şəhəri 10 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı ona təqdim edilmiş və Təqsirləndirilən şəxs həmin siyahıda adı göstərilən X3 dövlət hesabına vəkili olmasını istəmişdir. Vəkil Əmirulla Əlizadə gəldikdən sonra, Təqsirləndirilən şəxs üzərinə saat 12:30 dəqiqədə yuxanda adları göstərilən polis əməkdaşlarının, mütəxəssis Şahid11, hal şahidləri Saleh Süleymanov və Röyal İbrahimlinin iştirakları ilə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bükülmüş halda gümüşü rəngli siqaret kağızı çıxarıb, içərisində narkotik vasitə olan heroin olduğunu bildirib təqdim etmişdir. Təqdim etdiyi gümüşü rəngli siqaret kağızının içərisinə baxış keçirilən zaman qəhvəyi rəngli, toz şəklində, iysiz kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroindir və 30 oktyabr 2019-cu il tarixdə Cəlilabad şəhərində üzdən tanıdığı, lakin şəxsiyyətini bilmədiyi şəxsdən 10 (on) manata özünün istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılıb üzəri Qaradağ RPİ-nin 46 saylı möhürü ilə möhürlənib, zərfin üzəri polis əməkdaşlarının, hal şahidlərinin, vəkil Əmirulla Əlizadənin, mütəxəssis Şahid11 və Teymr Əhmədovun imzaları ilə imzalanaraq ekspertizaya göndərilmişdir. Sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə məxsus olan “Chevrolet Cruz” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vəsaitə qablaşdırıldıqdan sonra, ona başqa xidməti tapşırıq verildiyindən avtomobilə baxışda, Mehbarə Məmmədovanın və Şahid12 üzərinə şəxsi axtarışda iştirak edə bilməmişdir. Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin kiçik inspektorları Şahid2 və Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdikləri və məhkəmədə tərəflərin razılığı ilə elan olunaraq tədqiq edilmiş ifadələrində Şahid1 Bəhrəm oğlunun ifadəsinə uyğun məzmunda ifadə verməklə onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər (cild 2, iş vərəqi 245- 247; cild 3, iş vərəqi 1-3). Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 31 oktyabr 2019-cu il tarixdə Qaradağ Rayon Polis İdarəsinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində Teymur adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində mütəmadi olaraq narkotik vasitələrin daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Qaradağ RPİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Qaradağ RPİ-nin kiçik inspektorları, polis serjantı Şahid2 və polis serjantı Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin tarixdə Cəlilabad şəhəri, Nizami küçəsi ev 29-da qeydiyyatda olan Təqsirləndirilən şəxs 11:50 dəqiqədə Bakı-Astara magistral avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsində keçən 14-cü kilometrliyində yerləşən dairənin yanındakı avtobus dayanacağında qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs yuxarıda adları göstərilən polis əməkdaşları yaxınlaşaraq özlər təqdim edib, üzərində qanunla qadağan olunmuş narkotik vasitə və ya predmet olubolmamasını soruşduqda Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən narkotik vasitə olması bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin avtobus dayanacağından kənarda ona məxsus “Chevrolet Cruz” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını və avtomobildə arvadı X7 və qohumu Şahid12da olmasını bildirmişdir. Təqsirləndirilən şəxs, Mehbarə Məmmədova və Şahid12 31 oktyabr 2019-cu il tarixdə saat 12:00 dəqiqədə Qaradağ RPİ-nə gətirilmişlər. Polis İdarəsində olan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, eyni zamanda ona şəxsi vəkilinin olub-olmaması barədə sual verildikdə, Təqsirləndirilən şəxs şəxsi vəkilinin olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri 10 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıda adı göstərilən X3 dövlət hesabına vəkili olmasını istəmişdir. Vəkil Əmirulla Əlizadə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə saat 12:30 dəqiqədə yuxarıda adları göstərilən polis əməkdaşlarının, mütəxəssis Şahid11nm, hal şahidləri Saleh Süleymanov və Röyal İbrahimlinin iştirakları ilə üzərinə şəxsi axtarış və baxış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bükülmüş halda gümüşü rəngli siqaret kağızı çıxarıb içərisində narkotik vasitə olan heroin olduğunu bildirib təqdim etmişdir. Təqdim etdiyi gümüşü rəngli siqaret kağızının içərisinə baxış keçirilən zaman qəhvəyi rəngli, toz şəklində, iysiz kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq üzərindən aşkar edilmiş narkotik vasitə olan heroindir və 30 oktyabr 2019-cu il tarixdə Cəlilabad şəhərində üzdən tanıdığı, lakin şəxsiyyətini bilmədiyi şəxsdən 10 (on) manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılıb üzəri Qaradağ RPİ-nin 46 saylı möhürü ilə möhürlənib, zərfin üzəri polis əməkdaşlarının, hal şahidlərinin, vəkil Əmirulla Əlizadənin, mütəxəssis Şahid11 və Təqsirləndirilən şəxs imzaları ilə imzalanaraq ekspertizaya göndərilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan “Chevrolet Cruz” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobildə də, narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vəsait qablaşdırıldıqdan sonra, həmin tarixdə yəni 31 oktyabr 2019-cu il tarixdə saat 12:55 dəqiqədə Təqsirləndirilən şəxs məxsus olan və Qaradağ RPİ-nin inzibati binasının həyətində saxlanılan “Chevrolet Cruz” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs “Chevrolet Cruz” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşən saxlanc yerində narkotik vasitə olduğunu bildirib, saxlanc yerində olan bir ədəd qara rəngli fənərin qapağının alt hissəsində spesifik iyə məxsus olan narkotik maddəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə zərfə qoyulub üzəri Qaradağ RPİ-nin 46 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 106 saylı tam orta məktəbdə rus dili fənni üzrə müəllimə vəzifəsində işləyir. 31 oktyabr 2019-cu il tarixdə Qaradağ Rayon Polis İdarəsindən ona bildirmişlər ki, Teymur adlı şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə gəzdirməkdə şübhəli bilinərək Qaradağ RPİ-nə gətirilmişdir. Həmin şəxs Azərbaycan dilində tam yazıb oxuya bilməməsini ona bildirib mütəxəssis istəməsini demişlər və onu Qaradağ RPİ-nə dəvət etmişlər. O, həmin gün saat 12 radələrində Qaradağ RPİ-də olmuş, Polis İdarəsində olan zaman ona məlum olmuşdur ki, həmin şəxs Cəlilabad şəhəri, Nizami küçəsi ev 29-da qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. O, özünü təqdim etmiş və sənədləşmədə Təqsirləndirilən şəxs məxsus sənədləri düzgün oxuyub məlumatlandıracağına söz vermişdir. Sonra Polis idarəsində olan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, eyni zamanda ona şəxsi vəkili olub-olmaması barədə sual verildikdə, Təqsirləndirilən şəxs şəxsi vəkilinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri 10 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıda adı göstərilən X3 dövlət hesabına vəkili olmasını istəmişdir. Vəkil Əmirulla Əlizadə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə saat 12:30 dəqiqədə yuxarıda adları göstərilən polis əməkdaşlarının, hal şahidləri Saleh Süleymanov, Röyal İbrahimlinin və onun iştirakı ilə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bükülmüş halda gümüşü rəngli siqaret kağızı çıxarıb içərisində narkotik vasitə olan heroin olduğunu bildirib təqdim etmişdir. Təqdim etdiyi gümüşü rəngli siqaret kağızının içərisinə baxış keçirilən zaman qəhvəyi rəngli, toz şəklində, iysiz kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroindir və 30 oktyabr 2019cu il tarixdə Cəlilabad şəhərində üzdən tanıdığı, lakin şəxsiyyətini bilmədiyi şəxsdən 10 (on) manata özünün istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Qaradağ RPİnin 46 saylı möhürlə möhürlənib, zərfin üzəri polis əməkdaşlarının, hal şahidlərinin, vəkil Əmirulla Əlizadənin və Teymr Əhmədovun imzaları ilə imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan “Chevrolet Cruz” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobildə də, narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə qablaşdırıldıqdan sonra həmin tarixdə yəni 31 oktyabr 2019-cu il tarixdə saat 12:55 dəqiqədə Təqsirləndirilən şəxs məxsus olan və Qaradağ RPİ-nin inzibati binasının həyətində saxlanılan “Chevrolet Cruz” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs “Chevrolet Cruz” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşən saxlanc yerində narkotik vasitə olduğunu bildirmiş, saxlanc yerində olan bir ədəd qara rəngli fənərin qapağının alt hissəsində spesifik iyə məxsus olan narkotik maddəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə zərfə qoyulub üzəri Qaradağ RPİ-nin 46 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim olunmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, 31 oktyabr 2019cu il tarixdə təxminən saat 12 radələrində Qaradağ Rayon Polis İdarəsinin qarşısından keçərkən ona iki nəfər polis əməkdaşı yaxınlaşmış, bir nəfər şəxsin saxlanımasını demiş və həmin şəxsin üzərinə baxış keçirilməsində iştirak etmək üçün polis idarəsinə dəvət etmişlər. O, asudə vaxtı olduğu üçün razılıq vermiş, Qaradağ Rayon Polis İdarəsinin binasına daxil olmuş, otaqların birində daxil olmuş və otaqda bir necə nəfər tanımadığı şəxslərin olmasını bildirmişdir. Həmin şəxslərin biri tərcüməçi, biri hal şahidi, biri vəkil və biri isə saxlanılan şəxs olmuşdur. Saxlanılan şəxsin adı soruşulduqda həmin şəxs adının Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərində qeyri-qanuni nə varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tünd göy rəngli idman şalvarının sağ yan cibindən gümüşü kağıza bükülmüş bükümü stolun üzərinə qoyub həmin bükülüdə narkotik vasitə olan heroin olmasını və öz istifadəsi üçün üzərində saxladığını deməsini bildirmişdir. Həmin bükülünün zərfə qoyulmasıni, imzalarla təstiq edilməsini və möhürlənməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında hər hansı ədavəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X1 Röyal Hümbət oğlunun ifadəsinə uyğun məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Şahid9 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, Qaradağ Rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Qaradağ RPİ-də istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından yazdığı ərizənin Qaradağ RPİ-nin İŞ-nə daxil olması ilə əlaqədar olaraq ərizədə qeyd olunan xüsüsatları yoxlamaq üçün 22 yanvar 2020-ci il tarixdə Qaradağ RPİ-nin inzibati binasından çıxıb Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə getmişlər. Bakı-Qazax yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən hissəsində, 40-cı kilometirliyinə çatanda Təqsirləndirilən şəxs bildirmişdir ki, ərizəsində qeyd etdiyi narkotik vasitəni yolun kənarında olan yarımtikilinin yaxınlığında gizlətmişdir. Ümid qəsəbəsi ərazisindən iki nəfər hal şahidi dəvət etmişlər, üzü Qazax istiqamətində maqistral yoldan 150 metr sağa addımlayıb, çökəklik olan bir yerə getmişlər. Orada həmin çökəkliyin təxminən mərkəzində daş və qrabil tökülmüş olduğunu görmüşdür. Teymur narkotik vasitəni həmin daşların və qrabillərin altında gizlətməsini bildirmişdir. Teymura sual verilmişdir ki, nəyə görə ərizəsində narkotiki Qobustan qəsəbəsinin ərazisində gizlətdiyi qeyd edib, indi isə Ümid qəsəbəsi ərazisində olmasını bildirir. Teymur isə cavabında həmin ərazini yaxşı tanımadığını və Ümid qəsəbəsini Qobustan qəsəbəsi ilə səhv saldığını bildirmiş və narkotiki məhz burada gizlətdiyini təsdiq etmişdir. Teymur əli ilə göstərdiyi yerdə daşlar qaldırılmış və həmin daşların altından üzərində “Final” yazısı olan 5 litr tutumlu plastik qab aşkar olunmuşdur. Həmin plastik qabın ağzı sarı rəngli qapaqla bağlı vəziyyətdə olmuşdur. Qabın qapağı hal şahidlərinin iştirakı ilə açılmış və içərisindən bir ədəd böyük ölçülü, ağ rəngli, üzəri şəffaf yapışqan lentlə dolanmış sellofan paketdə olan büküm və bir ədəd, qara rəngli, üzərində “EUROSPORT” yazısı olan sellofan paketdə böyük büküm aşkar edilmişdir. Ağ rəngli büküm açıldıqda içərisində narkotik vasitə otan heroinə bənzər qəhvəyi rəngli kütlə, qara rəngli üzərində “EUROSPORT” yazısı olan sellofan paketdəki büküm açıldıqda isə içərisindən qara rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilmişdir. Teymurdan həmin kütlələrin nə olması və kimə məxsus olması ilə bağlı sual verilmiş və Teymur həmin kütlələrdən ağ sellofan paketdə olan narkotik vasitə (kakos) heroin olduğunu, qara rəngli sellofan paketdə isə narkotik vasitə olan tiryəkin olduğunu və həmin narkotik vasitələrin hər ikisinin ona məxsus olduğunu bildirmişdir. Sonra Teymurdan bundan başqa haradasa narkotik vasitə və ya cinayət tərkibi yaradan diqər əşya gizlətməsi ilə bağlı sual verilmişdir. Teymur cavabında başqa hardasa narkotik vasitə və ya qeyri qanuni əşya gizlətmədiyini bildirmişdir. Daha sonra narkotik vasitələrin aşkar olunduğu yerdə müstəntiq tərəfindən potokol tərtib edilmiş və həmin narkotik vasitələrə bənzər kütlələr qablaşdılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid10 Şahid9 ifadəsinə uyğun məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, 22 yanvar 2020ci il tarixdə günortadan sonra satışda olan torpaq sahəsi almaq məqsədi ilə baxmağa Ümid qəsəbəsinə gedirmişdir. Bakı-Qazax yolunun Ümid qəsəbəsi qarşısından keçən hissəsində avtobusdan düşüb piyada gedərkən Ümid qəsəbəsinin girişinda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini təqdim etmişlər. Sonra həmin polis əməkdaşları əgər boş vaxtı varsa istintaq hərəkəti ilə bağlı hal şahidi kimi iştirak etməyini ondan xahiş etmişlər. O da tələsmədiyindən polis əməkdaşlarıyla razılaşmış və birlikdə Bakı-Qazax yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən hissəsində, 40-cı kilometrliyinə getmişlər. Həmin yerə çatanda orada bir neçə polis əməkdaşı və bir nəfər özünü Teymur kimi təqdim edən şəxs olmuşdur. Sonra başqa bir hal şahidini də polis əməkdaşları dəvət etmişlər və müstəntiq onlara hüquq və vəzifələrini izah edib istintaq hərəkətini keçirməyə başlamışdır. İstintaq hərəkəti zamanı Teymur ərizəsində qeyd etdiyi narkotik vasitəni orada yolun kənarında olan yarımtikilinin yaxınlığında gizlətməsini bildirmişdir. Onlar üzü Qazax istiqamətində maqistral yoldan 150 metr sağa addımlayıb çökəklik olan bir yerə getmişlər. Orada həmin çökəkliyin təxminən mərkəzində daş və qrabil tökülmüş olduğunu görmüşdür. Teymur narkotiki həmin daşların və qrabillərin altında gizlətməsini bildirmiş və Teymura sual verilmişdir ki, nəyə görə ərizəsində narkotiki Qobustan qəsəbəsinin ərazisində gizlətdiyini qeyd edib, indi isə Ümid qəsəbəsi ərazisində olmasını bildirir. Teymur isə cavabında həmin ərazini yaxşı tanımadığını və Ümid qəsəbəsini Qobustan qəsəbəsi ilə səhv saldığını bildirmiş və narkotiki məhz burada gizlətdiyini təsdiq etmişdir. Teymur əli ilə göstərdiyi yerdə daşlar qaldırılmış və həmin daşların altından üzərində “Final” yazısı olan 5 litr tutumlu plastik qab aşkar olunmuşdur. Həmin plastik qabın ağzı sarı rəngli qapaqla bağlı vəziyyətdə olmuşdur. Qabın qapağı açılmış və içərisindən bir ədəd böyük ölçülü, ağ rəngli, üzəri şəffaf yapışqan lentlə dolanmış sellofan paketdə olan büküm və bir ədəd, qara rəngli, üzərində “EUROSPORT” yazısı olan sellofan paketdə böyük büküm aşkar edilmişdir. Ağ rəngli büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli kütlə, qara rəngli üzərində “EUROSPORT” yazısı olan sellofan paketdəki büküm açıldıqda isə içərisindən qara rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilmişdir. Teymurdan həmin kütlələrin nə olması və kimə məxsus olması ilə bağlı sual verilmiş və Teymur həmin kütlələrdən ağ sellofan paketdə olan narkotik vasitə (kakos) heroin olduğunu, qara rəngli sellofan paketdə isə narkotik vasitə olan tiryəkin olduğunu və həmin narkotik vasitələrin hər ikisinin ona məxsus olduğunu bildirmişdir. Sonra Teymurdan bundan başqa haradasa narkotik vasitə və ya cinayət tərkibi yaradan diqər əşya gizlətməsi ilə bağlı sual verilmişdir. Teymur cavabında başqa hardasa narkotik vasitə və ya qeyri qanuni əşya gizlətmədiyini bildirmişdir. Daha sonra narkotik vasitələrin aşkar olunduğu yerdə müstəntiq tərəfindən protokol tərtib edilmiş və həmin narkotik vasitələrə bənzər kütlələr qablaşdılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. X27 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunaraq tədqiq edilmiş ifadəsində X15 ifadəsinə uyğun məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 33-34). Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzaq qohumu kimi tanıyır. 29 oktyabr 2019-cu il tarixdə o, şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. 30 oktyabr 2019-cu il tarixdə Teymur telefonla ona zəng etmiş və birlikdə “Binə” Ticarət Mərkəzinə bazarlıq etmək məqsədilə getməklərini istəmişdir. Onlar Lökbatan dairəsinə çatanda Teymur avtomobili saxlamış və dairənin yanındakı avtobus dayanacağında yerləşən köşkdən siqaret almaq üçün avtomaşından düşüb getmişdir. Bir neçə dəqiqədən sonra Teymurun yanında olan dörd nəfər mülki geyimli şəxs avtomobilə yaxınlaşmış və onları polis idarəsinə aparmışlar. Həmin vaxt maşında Teymurun həyat yoldaşı Mehparə də olmuşdur. Onu ayrıca otaqda saxlamışlar. Onun Teymurun maşınına polis əməkdaşları tərəfindən baxış keçirilməsi və onun maşınından narkotik aşkar edilməsindən xəbəri olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilə baxış keçirilməsi və götürmə haqqında 13 dekabr 2019-cu il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman avtomobilin arxa sol sərnişin yerinin üstündə olan üzəri sarı rəngli təmir-tikinti çantası və həmin çantanın içərisinə baxış zamanı çantanın içində şəffaf lentlə bağlanmış narkotik vasitəyə bənzər kütlə və xırda ölçüdə olan elektron tərəzi aşkar olunmuşdur. Avtomobilin sükan hissəsində olan oturacağın sağ yan hissəsində bir ədəd qəhvəyi rəngli dəstəyi olan balta aşkar olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq DİN-in 141 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yaşayış evinə baxış keçirmə və götürmə haqqında 14 dekabr 2019-cu il tarixli protokoldan və istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı evə, ünvan 1-a baxış zamanı mənzilin dəhlizində yerləşən paltar dolabının arxasından bir ədəd “Kalaşnikov” avtomat silahı, 1 ədəd sandıqça və 12 ədəd 7,62 kalibrli patronlar aşkar edilmişdir. Aşkar olunmuş həmin “Kalaşnikov” avtomat silahı, 1 ədəd sandıqça və 12 ədəd 7,62 kalibrli patronlar qablaşdırılaraq DİN-in 141 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 40-41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və baxış keçirilməsi haqqında 31 oktyabr 2019-cu il tarixli protokoldan və istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bükülmüş halda gümüşü rəngli siqaret kağızı çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq DİN-in 46 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 155-157). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 31 oktyabr 2019-cu il tarixli protokoldan və istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruz” markalı **- AL-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin salonunda yerləşən saxlanc yerindəki bir ədəd qara rəngli fənərin qapağının alt hissəsində spesifik iyə məxsus olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq DİN-in 46 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 158). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2019-cu il tarixli, 27429 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan 01 ədəd zərfdəki, bir ədəd bir ədəd bükümdə təmiz çəkisi-0,097 qram olan və üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi AZ99-AL- 586...” sözlər və imzalar olan 01 ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi- 0,261 qram, ümumi təmiz çəkisi-0,358 qram olan maddələr tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və onlar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 214-217). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X19 Bölməsi tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının 13 dekabr 2019-cu il tarixli 1302 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs məxsus .. kütlə” sözləri yazılmış kağız paketdəki təmiz çəkisi 455 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs məxsus .. tərəzi” sözləri yazılmış kağız paketdəki 01 ədəd üzərində izlər olan işlək vəziyyətdə elektron tərəzidə heroin izi vardır. -İz mikrohissəscikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) iz mikrohissəciklərinin miqdarını və təqdim edilən heroinlə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 45-47). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli, 1593 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Final oil” yazısı olan plastik qabdakı, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 2590 qr (2 kg 590 qr) olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 555 qr tünd qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. -Tədqiqata təqdim edilmiş heroin və tiryək müxtəlif növ narkotik vasitələr olduğu üçün, onların arasında müqayisəli tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 2, iş vərəqi 25-29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X24 X29 Ekspertizasının 28 noyabr 2019-cu il tarixli, 2822 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək arkoloidlərini tərkibində saxlayan maddələrdən və psixiotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 52-53). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ballistik ekspertizasının 22 yanvar 2020-ci il tarixli 31794 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah 1973-cü ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, 523431 nömrəli avtomat silahdır - yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 12 (on iki) ədəd patron- zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” ("AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “PPK” (“PPKC”) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar- döyüş sursatıdırlar və atəşə yararlıdırlar. -Tədiqaqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça - “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 74 (yetmiş dörd) manat təşkil edir (cild 2, iş vərəqi 67-71). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 24 fevral 2020-ci il tarixli, 214 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd balta formalı predmet-kustar üsulla hazırlanmış, çapıcı-kəsici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı alətdir-baltadır və soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 57 (əlli yeddi) manat təşkil edir (cild 2, iş vərəqi 120- 122). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 sentyabr 2020-ci il tarixli, 19/463 nömrəli rəyindən görünür ki, 1, 2 və 3 №li paketlərdəki heroinlər xarici görünüşlərinə və kimyəyi tərkiblərinə görə öz aralarında bir-birləri ilə fərqlidirlər. Tədqiqata təqdim edilmiş üzərinə “2 ədəd zərfdə heroinlər Rəy № 27429...” sözlər və imza olan 3 №-li zərfdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 3, iş vərəqi 103-106). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X5 Məhkəmə Narkoloji Ekspertizasının 19 dekabr 2019cu il tarixli, 792 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 94). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 16 mart 2020-ci il tarixli məktubdan görünür ki, təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli, 523431 Neli AKM modelli Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxanıldı. Müqaysəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Təqdim edilmiş 09 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədəd eksperimental atəş zamanı istifadə olundu (cild 2, iş vərəqi 138). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq bölməsinin 01 fevral 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işləri üzrə törədilməsi müəyyən edilən cinayət əməllərində Təqsirləndirilən şəxs iştirakı müəyyən edildiyindən ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ********* nömrə ilə ibtidai istintaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 121-123). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayəti könüllü etiraf etmə barədə 20 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan, xx.xx.1979-cu il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Cəlilabad RPŞ-nin İB-si tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş Təqsirləndirilən şəxs könüllü olaraq etiraf edib bildirmişdir ki, bu günə qədər törətdiyi cinayəti etiraf etsə də, istintaq hərəkətləri aparılarkən törətdiyi cinayəti tam və düzgün istintaqa bildirməmişdir, Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin əməkdaşlarının onunla apardığı izahedici söhbətlər nəticəsində bildirmək istəyir ki, həbs olunmamışdan təxminən 10 gün əvvəl Biləsuvar rayonunda olarkən rayon mərkəzində tanış olduğu, təxminən 40-45 yaşları arasında olan “Rza” adlı İran İslam Respublikası vətəndaşından Qaradağ rayonu, Qobustan qəsəbəsinə girən avtomobil yolunda onunla 20000 (iyirmi min) manata razılaşaraq, sonradan vermək şərti ilə təxminən 1 kiloqram 500 qram narkotik vasitə hesab olunan “heroin” maddəsi almışdır, aldığı həmin narkotik vasitəni Qobustan qəsəbəsində olan sökülmüş binanın ətrafındakı boş sahədə basdırmışdır ki, sonradan əlverişli şərait düşən kimi istifadə etsin, törətdiyi cinayətdən çox peşmandır, odur ki, həmin narkotik vasitənin kiminsə əlinə keçməməsi üçün hüquq mühafizə orqanlarına məlumat verilməsini xahiş etmişdir (cild 2, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 22 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Baki şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində, Bakı-Gazax magistral yolunun Ümid qəsəbəsindən keçən hissəsinin 40-cı km-də, yoldan 150 metr kənarda gizlətdiyi narkotik vasitəni təqdim etmiş və baxış zamanı, həmin yerdə olan beton və qrabil qırintilarının altında gizlətdiyi 1 ədəd üzərində “Final qarğıdalı yağı” yazılmış 05 litr tutumlu, ağzı sarı qabaqla bağlanmış plastmas qapın içində 01 ədəd ağ rəngli böyük ölçülü sellofan paketin içərisində heroinə bənzər kütlə və həmin qabda olan qara rəngli sellofan paketdə isə üzəri “EURO SPORT” yazısı olan paketin içərisindən isə narkotik vasitə olan tiryəkə bənzər kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlələr qablaşdırılaraq DİN-in 46 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (cild 2, iş vərəqi 19-21). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanılması haqqında 17 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Cəlilabad RPŞ-nin İstintaq Bölməsi tərəfindən Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə yerində yoxlanılmış, ifadənin hadisə yerində yoxlanılmasına başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində aşkar edilmiş 1 bükümdə ümumi təmiz çəkisi 2590 qram olan narkotik vasitə heroini və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 555 qram olan narkotik vasitə tiryəki əldə etdiyi və gizlətdiyi barədə ifadəsində göstərdiyini yerində göstərsin, Təqsirləndirilən şəxs bildirmişdir ki, əgər onlarla birlikdə Biləsuvar rayonunda yerləşən mərkəzi stadiona və Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinə gedilərsə ifadəsində göstərdiklərini yerində göstərə bilər, bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev prospekti, dalan 20 ünvanında yerləşən mərkəzi stadiona gedilmişdir, həmin stadionun giriş qapısı iki laylı dəmir qapı olmaqla, alt hissəsi dəmir və üst hissəsi setkalı dəmirdir. Həmin stadionun ətrafı daş hasarla çəpərə alınmışdır. Stadionun giriş qapısına yaxınlaşanda Təqsirləndirilən şəxs bildirmişdir ki, həbs olunmamışdan 10 gün əvvəl Biləsuvar rayonunda tanış olduğu İran İslam Respublikasının vətəndaşı 40-45 yaşlarında olan “Rza” adlı şəxslə tanış olmuşdur. Aralarında narkotik vasitənin alqı-satqısında razılığa gələrək, sonradan 20000 (iyirmi min) manat vermək şərti ilə külli miqdarda narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Həmin gün saat 23 radələrində Biləsuvar şəhərində yerləşən mərkəzi stadionda görüş təyin edilmişdir. Həmin vaxt İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə görüşüb və təmiz çəkisi 2590 qram olan narkotik vasitə heroini və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 555 qram olan narkotik vasitə tiryəki üzərində “FİNAL” yazısı olan 5 litr həcmli plastmas bankanın içərisində iki ədəd ayrı-ayrı bükümdə əldə etmiş və Bakı şəhəri istiqamətinə getmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinə gedilmiş, Təqsirləndirilən şəxs Ümid qəsəbəsində yolun kənarında narkotik vasitələri gizlətdiyi yeri göstərmiş, həmin yer Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində Bakı-Qazax yolunun sağ tərəfində yerləşən, yarımtikilidən 200 metr və magistral yoldan 150 metr kənarda olan, daş və qrabillər tökülmüş dərəni təqdim edib bildirmişdir ki, narakotik vasitəni əldə etdikdən sonra tutulmasından qorxduğu üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində olan zaman Rza adlı İran İslam Respublikasının vətəndaşından sonradan 20000 (iyirmi min) manat ödəməklə əldə etdiyi narkotik vasitələri daş və qrabilin altında basdırdığını bildirmişdir (cild 3, iş vərəqi 98-102). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinə hissəvi xitam verilməsi və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin 27 yanvar 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işinə birləşdirilməsindən ötrü aidiyyəti üzrə Cəlilabad RPŞ-nin İstintaq bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs əməlinə AR CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir (cild 2, iş vərəqi 55-61). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ********* saylı cinayət işinə hissəvi xitam verilməsi və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarın hissəvi olaraq ləğv edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininin 27 avqust 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Azər Məmmədzadənin ********* saylı cinayət işinə hissəvi xitam verilməsi və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarının 2-ci bəndi ləğv edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində qanunsuz saxladığı narkotik vasitə olan 2590 qram heroin və 555 qram tiryəki təhvil verməsi ilə əlaqədar hərəkətlərinə yenidən hüquqi qiymət verilməsinin təmin edilməsi göstərilmişdir (cild 3, iş vərəqi 38-41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş raportdan görünür ki, zəruri əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 31.10.2019-cu il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar olunmuş ümumi təmiz çəkisi 0,358 qram çəkidə narkotik vasitə olan heroini sonuncunun əldə etdiyi mənbənin müəyyən edilməsi, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən 13.12.2019-cu il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş təmiz çəkisi 455 qram olan narkotik vasitə heroini, həmçinin təmiz çəkisi 2590 qram olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 555 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki sonuncunun əldə etdiyi mənbənin müəyyən edilməsi və İran İslam Respublikasının vətəndaşı Hacı və Rza adlı şəxslərlə əlaqəsinin necə yaranması, həmin şəxslərin şəxsiyyətini və Azərbaycan Respublikası ərazisində olub-olmamalarının müəyyən edilməsi mümkün olmamışdır (cild 3, iş vərəqi 68). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanınma haqqında Qaradağ RPİ-nin İstintaq şöbəsinin 01 noyabr 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,358 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi - 0,298 qram saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 238-239). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanınma haqqında 25 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar edilərək götürülmüş təmiz çəkisi 2590 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 2589,8 qram saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar edilərək götürülmüş təmiz çəkisi 555 qram narkotik vasitə tiryək iş üzrə maddi sübut kimi tanınmış və həmin tiryəkin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 554,7 qram saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 2, iş vərəqi 47-51). İşdə olan sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında 18.09.2020-ci il tarixli qərardan görünür ki, istintaqa Hacı və Pza adlı İran vətəndaşları kimi məlum olam şəxslər barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılaraq icraata qəbul edilmiş, “Avtomobilə baxış keçirilməsi və götürmə” haqqında 13 dekabr 2019-cu il tarixli, “Yaşayış evinə baxış keçirmə və götürmə” haqqında 14 dekabr 2019-cu il tarixli, “Şəxsi axtarış və baxış keçirilməsi” haqqında 31 oktyabr 2019-cu il tarixli və “Baxış keçirilməsi” haqqında 31 oktyabr 2019-cu il tarixli istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 4 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş təmiz çəkisi 2590 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq çəkisi 2589,77 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 455 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq çəkisi 454,92 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,358 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla ümumi qalıq çəkisi 0,238 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 555 qram narkotik vasitə olan tiryəkin ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla qalıq çəkisi 554,7 qram olan tiryək iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir (cild 3, iş vərəqi 128-171, 179-180). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmündən və Ədliyyə Nazirliyinin Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 13.04.2021-ci il tarixli 30/2020saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tamamilə toplanmaqla ona qəti olaraq 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin olunmuş, Təqsirləndirilən şəxs 21 noyabr 2017-ci il tarixdən 21 fevral 2018-ci il tarixədək 3 (üç) ay həbsdə olması nəzərə alınaraq Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtması nəzərə alınmış, AR CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2018-ci il tarixdən 14 iyun 2018-ci il tarixədək 3 (üç) ay 24 (iyirmi dörd) gün həbsdə olması nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilmiş və üzərində qəti olaraq 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından edilmişdir. Müvafiq tədbirlər görülməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona təyin olunmuş cəriməni ödəməmişdir (cild 3, iş vərəqi 30-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan görünür ki, Əhmədov X12 şəhəri, Nizami küçəsi, ev 39-da yaşamaqla onun aşağıdakı tərkibdə ailə üzvləri var: 1980-ci il təvəllüdlü X16 (arvadı), 2000-ci il təvəllüdlü X9 (qızı), 1999-cu il təvəllüdlü X20 (qızı), 2001-ci il təvəllüdlü X11 (oğlu) (cild 3, iş vərəqi 126). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur (cild 3, iş vərəqi 127). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib birbiri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, CMnin 234.4.2-ci maddəsi ilə verilmiş ittiham istisna olmaqla, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməllərini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, CM-nin 234.4.2-ci maddəsi ilə verilmiş ittiham istisna olmaqla, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, həmin maddələrlə ona cəza təyin edilməli, könüllü surətdə təhvil verdiyi, “Rza” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədilə külli miqdarda 2590 qram narkotik vasitə heroini və 555 qram olan narkotik vasitə tiryəki qanunsuz əldə edib daşıması və saxlaması epizodu üzrə o, cinayət məsuliyyətindən azad edilməli, CM-nin 234.4.2-ci maddəsi ona verilmiş ittihamdan xaric edilməlidir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, tiryək 0,5 qrama qədər şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 N-li qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunsun ki, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir. Məhkəmələrə izah olunsun ki, şəxs tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar təqsirkarın narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində narkotik vasitələrin təhvil verilməsi təqsirkara CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Məhkəmələrə izah olunsun ki, həmin qeydin məzmununa və mənasına görə qeyddə göstərilən hərəkətlərin edilməsi narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsinin və saxlanılmasının məqsədindən asılı olmayaraq (satış məqsədi və ya belə məqsəd olmadan) şəxsin cinayət məsuliyyətindən azad olunmasına əsas verir (səbəb olur). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarını əsas götürərək və işin faktiki hallarını təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs “Rza” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədilə qanunsuz əldə edib daşıdığı və saxladığı külli miqdarda 2590 qram narkotik vasitə heroin və 555 qram olan narkotik vasitə tiryəklə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olmuşdur. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Əhmədov X12 Rayon Polis Şöbəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə 13 dekabr 2019-cu il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulduqdan, barəsində 15 dekabr 2019-cu il tarixdə Cəlilabad Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirildikdən sonra 20 yanvar 2020-ci il tarixdə həmin təcridxananın rəisinə ərizə müraciət edərək Qobustan qəsəbəsində çöllük böş sahədə sökülmüş binanın qalıqları altında gizlətdiyi narkotik vasitəni başqa adamların əlinə keçməsin deyə könüllü olaraq təhvil vermək istədiyini bildirmiş, bu barədə təcridxananın əməkdaşı tərəfindən cinayəti könüllü etiraf etmə barədə protokol tərtib edilmiş, onun ərizəsində göstərdiyi hallar barədə izahatı alınmış, materiallar ərazi aidiyyəti üzrə araşdırma aparılmasından ötrü Bakı şəhəri Qaradağ RPİnə təqdim edilmiş, Təqsirləndirilən şəxs iştirakı və nişan verməsi əsasında Qaradağ RPİnin əməkdaşları hal şahidlərinin iştirakı ilə Bakı-Qazax magistral yolunun Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsindən keçən 40-cı kilometrliyində Qazax rayonu istiqamətində, yoldan 150 metr sağ tərəfdə daş və qrabil tökülən çökəklik sahədən daşların altından 2590 qram narkotik vasitə heroini və 555 qram olan narkotik vasitə tiryəki aşkar edərək götürmüşlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özü təcridxanada olsa da, telefon rabitəsi vasitəsilə əlaqə saxlamaqla və ya şəxsi görüşlər zamanı başqa şəxslər vasitəsilə gizlətdiyi narkotik vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olmuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs aid konkret bir ünvanda deyil, çöllük sahədə gizlədilməsi narkotik vasitələr barədə hakimiyyət orqanlarının başqa mənbələrdən məlumat almasını mümkünsüz etmişdir. Bu səbəblərdən məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin əməli ilə narkotik vasitələri könüllü surətdə təhvil vermiş və həmin epizodla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa, ittiham aktından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsilə, yəni külli miqdarda narkotik vasitələri satış məqsədilə təkrarən əldə edib saxlaması və daşıması ilə bağlı verilmiş ittiham onun könüllü surətdə narkotik vasitələri təhvil verməsi epizodundan doğan və həmin epizodla bilavasitə bağlı olan ittihamdır. Məhkəmə hesab edir ki, narkotik vasitələri könüllü surətdə təhvil verməsi epizodu ilə bağlı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsilə verilən ittiham avtomatik olaraq onun ittihamından xaric edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ona təyin edilmiş cərimə cəzasını çəkib qurtarmadığına görə onun məhkumluğu ödənilməmişdir. Buna görə də o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayətə görə məhkumluğu olduğundan və həmin məhkumluq götürülmədiyindən və ya ödənilmədiyindən onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır və ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 1 saylı Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (Cəzaların İcrası Məcəlləsinin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin Qərarın 5-ci bəndində deyilir ki, əvvəllər qətimkan tədbiri qismində həbsdə olma müddəti hədlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab oluna bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasına baxmayaraq azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsi ona tətbiq edilə bilməz və o, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, o, müstəqil icra olunur. Qanunun həmin maddələrinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1200 (bir min iki yüz) manat cərimə cəzası icra olunmadığından həmin cəza bu hökmlə təyin edilən qəti əsas cəzaya tamamilə birləşdirilməli və müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2019cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2019-cu il tarixdə Qaradağ Rayon prokurorunun qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, dərhal həbsdən azad edilmişdir. 13 dekabr 2019-cu il tarixdə iş üzrə şübhəli şəxs qismində yenidən tutulmuş, Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 15 dekabr 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 dekabr 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 11, 70-71, 151-152, 235-237; cild 2, iş vərəqi 167-171, 239-244, , cild 3, iş vərəqi 69-73). Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmyədək icraat zamanı birinci dəfə tutulduğu 2 (iki) gün, günə gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun yenidən şübhəli şəxs qismində tutulduğu 13 dekabr 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsinin saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş qalıq çəkisi 2589,77 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 454,92 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 0,238 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 554,7 qram olan tiryək məhv edilməli, istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 4 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmayan və Cəlilabad RPŞdə saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd balta və bir ədəd elektron tərəzi məhv edilməli, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, 523431 nömrəli avtomat silah, tədqiqatlardan sonra qalıq qalmış 6 (altı) ədəd patron, 6 (altı) ədəd giliz, 1 (bir) ədəd sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 406,95 AZN (dörd yüz altı manat doxsan beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək həbsdə saxlanıldığı 2 (iki) gün günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1200 (bir min iki yüz) manat cərimə cəzası bu hökmlə təyin edilmiş 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1200 (bir min iki yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan qalıq çəkisi 2589,77 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 454,92 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 0,238 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 554,7 qram olan tiryək məhv edilsin; - istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 4 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmayan və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan bir ədəd balta, bir ədəd elektron tərəzi məhv edilsin; - “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, 523431 nömrəli avtomat silah, tədqiqatlardan sonra qalıq qalmış 6 (altı) ədəd patron, 6 (altı) ədəd giliz və 1 (bir) ədəd sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 406,95 (dörd yüz altı manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar