Məhkəmə qərarları › İş №1(101)-353/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-353/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-353/2022 13.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1989-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi İ/B, ev 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 iyul 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 21 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixə keçən gecə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Zərifə” adına parkın yaxınlığında sonucudan 160 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq 1,945 qram pisxotrop maddə olan metamfetamin və 9,458 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22 iyul 2021-ci il tarixdə saat 06:00da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin (bundan sonra: RPİ, PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən “İron” otelin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü PŞ-nə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən “LD” markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf selofana bükülmüş, təmiz çəkisi 1,945 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, küstar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və bir ədəd şəffaf selofana bükülmüş, təmiz çəkisi 9,458 qram olan külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisindən, qeyri-müəyyən şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – çəkisi 1,945 qram təşkil edən metamfetamin pisxotrop maddəsi və çəkisi 9,458 qram təşkil edən heroin narkotik vasitəsi əldə edib daşıyaraq üzərində saxlamış, 22 iyul 2021-ci il tarixdə, saat 06:00-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin (bundan sonra: RPİ, PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən “İron” otelin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən 4-cü PŞ-nə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxlayıb daşıdığı “LD” markalı siqaret qutusunun içərisində bir ədəd şəffaf selofana bükülmüş, təmiz çəkisi 1,945 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, küstar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və bir ədəd şəffaf selofana bükülmüş, təmiz çəkisi 9,458 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetaminin alüdəçisi olduğundan metamfetamin psixotrop maddəsini mütəmadi olaraq Murad adlı şəxsdən alıb istifadə etmişdir. Muradı hazırda adını xatırlamalığı birinin vasitəsi ilə tanımışdır. Murad 20-30 yaşlarında biri olmuş, 55 saylı xətt marşurut avtobusunun axırıncı dayanacağında kirayədə yaşamışdır. Muradın iki ədəd 070 və 077 ilə başlayan mobil nömrəsi olmuş, lakin o, Muradın nömrələrini yadında saxlamamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, “Kio Rio” markalı, **-OU- *** dövlət qeyduyyat nişanlı avtomobili özü üçün 36 aylıq icarəyə götürmüşdür. 22 iyul 2021-ci il tarixdə, gecə saat 00-30 radələrində qonşuluqda yaşayan Tural və Vahid adlı şəxslərlə Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə görüşmüş, sonra Muradın mobil nömrəsini yığıb ona «şüşə», yəni metamfetamin lazım olduğunu bildirmiş və həmişə olduğu kimi Muradın evinin yanına getmişlər. Tural və Vahid maşında oturmuş, o, özü isə düşüb Muraddan «şüşə» götürmək istəmişdir. Turalla Vahid onun pisxotrop maddə metamfetamin qəbul etdiyini bilsələr də, onun həmin vaxt Muraddan mal almağından məlumatları olmamışdır. Murada 40 manat pul verib «şüşə»ni götürdükdən sonra polis əməkdaşları onu saxlayıb, avtomoblin sənədlərini istəmiş, o, maşından sənədləri götürüb təqdim edərkən Muraddan aldığı «şüşə»ni maşının salonuna atmış, lakin polis əməkdaşları bunu görməmişlər. Onu, Turalı və Vahidi Binəqədi RPl-nin 4-cü PŞ-nə aparmış, PŞ-də onu saxlayan əməkdaşlardan Samir adlı şəxs ondan pisxotrop maddə metamfetaminin yerini soruşmuşdur. Lakin o, deməmiş, boynuna almamışdır. Polis əməkdaşları onun maşınını onun özünün iştirakı olmadan yoxlamış, «şüşə»ni onun maşınımdan götürüb Şöbəyə gətirmiş və video çəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış apamışlar. Artıq həmin vaxt Tural və Vahid onun yanında olmamış, onların hara getmələrini bilməmişdir. Samir adlı polis əməkdaşı onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olacağına inandırdığından o, inanmış və razılaşıb polis əməkdaşlarının diqtəsi və istiqamətləndirməsi əsasında video çəkiliş aparılarkən guya o, özündə narkotik vasitə heroin və pisxitrop maddə metamfetamin olduğunu, həmin maddələri “WhatsApp” sistemi vasitəsi ilə tanış olduğu İran vətəndaşı olan Əli adlı şəxsdən aldığını, həmin maddələri Əlinin dediyi yerdən götürdüyünü və guya özünün istifadəsi üçün üzərində saxladığını bildirmiş və həmin maddələri iki ədəd bükümlərdə polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, onun Əli adlı iranlı tanışı olmamış, onunla heç bir, o cümlədən cinayət əlaqəsi olmamışdır. O, heç kimlə narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün cinayət əlaqəsinə girməmişdir. İbtidai istintaq zamanı da bunu təsdiq edəcək sübut müəyyən edilməmişdir. O, ifadəsinin əvvəlində qeyd etdiyi kimi metamfetamini özünün istifadəsi üçün 40 manata Murad adlı şəxsdən almışdır. Polis şöbəsində pisxotrop maddə olan metamfetamindən əlavə ona 10 qrama yaxın, yəni külli müqdarda narkotik vasitə olan heroin də «yükləmişlər». O, heç vaxt heroin qəbul etməmiş, heç kimə nə psixotrop maddə və nə də narkotik vasitə satmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaqın sonlarında vermiş olduğu ifadələri ilə onun saxlanıldıqdan sonra şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun 22 və 23 iyul tarixli həmin ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, o, psixotrop maddə və narkotik vasitə istifadəsiçisi olmuş, həmin maddələri müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb əldə etmişdir. 2021-ci ilin iyul ayının əvvəllərində «WhatsApp» sistemi vasitəsilə təsadüfən İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə tanış olmuş, ona şəxsi istifadəsi üçün ucuz qiymətə heroin təşkil etməsini xahiş etmişdir. 21 iyul 2021-ci il tarixdə, gecə saat 02 radələrində Əli adlı İİR vətəndaşı ona «WhatsApp» sistemi vasitəsilə zəng edib Nəsimi rayonu ərazisində yerləşən “Zərifə” adına parkın yaxınlığında üzü aşağı istiqamətdə gedərkən reklam plakatının altına iki qram şüşə, on qram isə heroin qoyduğunu ona demiş, metamfetaminin iki qramına görə 40 manat, heroinin hər bir qramını görə isə 12 manat olmaqla cəmi 120 manat ödəyəcəyini bildirmiş, göndərəcəyi kart hesabına pulu köçürməyi xahiş etmişdir. Deyilən yerə gedib iki bükümdə olan maddələri tapıb götürmüş, üzərində olan boş «LD» markalı siqaret qutusunun içərisinə yerləşdirmiş və əynində olan idman şavlarının cibinə qoymuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində daha sonra göstərmişdir ki, 21 iyul 2021-ci il tarixdə, gecə saat 06 radələrində piyada evlərinə gedərkən Binəqədi RPlnin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü PŞ-nə aparılmış, X5 adlı İİR vətəndaşından «WhatsApp» sistemi vasitəsilə zəng edib aldığı bir ədəd bükümdə olan şüşəni və bir ədəd bükümdə olan heroini təqdim etmiş, Əli adlı İİR vətəndaşından aldığını etiraf etmişdir. Onun təqdim etdiyi iki bükülülər kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və o, tərtib olunan protokolu imzalamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat baş müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 22 iyul 2021-ci il tarixdə qərəzsiz mənbədən xx xxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan o, Təqsirləndirilən şəxs müəyyən olunub ifşa edilməsi istiqamətində Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Rəsmi olaraq Şöbə rəhbərliyinin tcazəsi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmçinin əməliyyat axtarış tədbirlərinin keçiriləmsi üçün onun özündən və Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 22 iyul 2021-ci il tarixdə səhər saat 06:00 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən «İron» otelin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış və 4-cü PŞ-yə aparılmışdır. 4-cü PŞdə Təqsirləndirilən şəxsla bağlı araşdırma Şöbənin təhqiqatçısı Nurəddin Firudinliyə həvalə olunmuşdur. Sonuncu vəkil dəvət etmiş, Təqsirləndirilən şəxs hüquq-vəzifələri tzah edilmiş və Təqsirləndirilən şəxs özünün razılığı ilə onun vəkilinin iştirakı olmadan üzərində videoçəkilişlə şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış aparılarkən, sonuncu əynində olan idman geyim şalvarının sağ yan cibindən «LD» markalı siqaret qutusunun içərisində iki ədəd şəffaf rəngli selofana bükülmüş maddələri onlara təqdim etmişdir. Təhqiqatçının şifahi suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin bir bükümdə pisxotrop maddə olan metamfetamin, digər bükümdə olan maddənin isə narkotik vasitə heroin olduğunu, özünün istifadəsi üçün 22 iyul 2021-ci il tarixdə gecə saatlarında Nəsimi rayonu ərazisində yerləşən «Zərifə parkı» adlanan parkın yaxınlığında tanımadığı şəxsdən alıb əldə etdiyini, metamfetaminin qramını 40 manata, heroinin qramını isə 12 manata aldığını, ümumilikdə 160 manat pul verdiyini bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr olan bükümlər açılıb baxılmış, bükümlərdən birinin içərisində az miqdarda pisxotrop maddə olan metamfetaminə, digər bükümdə isə narkotik vasitə heroinə oxşar maddələr olduğu təsdiq olunmuşdur. Təqdim olunan hər iki büküm içərisində olan maddələrlə birlikdə bir ədəd zərfə yerləşdirərək möhürlənmiş, qeyd olunan faktla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Lakin Təqsirləndirilən şəxs kiminləsə konkret olaraq cinayət əlaqəsinə girməsi, narkortik vasitələrin satışı ilə məşğul olması və ya kiməsə satması barədə onlarda məlumat olmamış, sonrakı tədbirlər də müsbət nəticə verməmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs tək saxlanılmış və 4cü PŞ-nə tək aparılmışdır. O, saxlanılarkən bəlkə də onun yanında ona məxsus maşın olmuşdur, lakin onlar hər hansı maşın görməmiş, Şirvan onların maşınında 4-cü PŞ-nə tək aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində maşın olduğunu görməmiş, Şirvana məxsus hansısa maşın 4-cü PŞ-nə aparılmamış və onlar tərəfindən Şirvana məxsus maşına baxış keçirilməmişdir. Aşkar olunan maddələr onun özünün üzərində olmuş və sonuncu özü həmin maddələri təqdim etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə yenə də şahid qismində dindirilən Binəqədi RPİ-nin 4-cü PŞ-nin digər əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, ifadəsində sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, hər iki şahid ibtidai istintaq mərhələsində məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə uyğun ifadələr vermişlər (iş vərəqə: 130-133, 134-137). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid1 sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı dindirilərkən bir daha təsdiq etdiyi işin halları ilə bağlı xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir (iş vərəqə: 152-155). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs əynində olan idman geyim şalvarının sağ yan cibindən «LD» markalı siqaret qutusunun içərisində saxladığı bir bükümdə olan metamfetamin pisxotrop maddəsinə və bir ədəd şəffaf rəngli selofana bükümdə olan heroin narkotik vasitəsinə bənzər maddələri çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin metamfetamin pisxotrop maddəsi və heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş iki ədəd şəffaf selofan bükülü bir ədəd kağız zərfə qablaşdırılaraq DİN-in zərflər üçün nəzərdə tutulmuş 173 nömrəli möhürü ilə möhürlənmiş, istintaq hərəkətinin yekununda tədqiq olunan həmin protokol tərtib edilmiş və bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 22 iyul 2021-ci il tarixli protokoldan, həmçinin görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Binəqədi RPİ-nin X1 (bundan sonra: KTQ) inspektor kriminalisti X3 tərəfindən videolentə alınmışdır (iş vərəqə: 33-35). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesi Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Nurəddin Firudinli tərəfindən sonuncunun xidməti otağında videoçəkiliş aparılmaqla həyata keçrilmiş, istintaq hərəkətinin aparılmasında sonuncunun özü, 4-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid1, polis leytenanı Şahid2 iştirak etmiş, video çəkliş Binəqədi RPİ-nin KTQ-nun inspektor kriminalisti X3 tərəfindən icra edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, videoçəkilişin gedişatında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmiş, təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən «LD» markalı siqaret qutusunun içərisindən iki ədəd şəffaf sellofana bükülü çıxararaq xidməti otaqda olan masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı Nurəddin Firudinlinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs şəffaf sellofanda təqdim etdiyi bükülülərdən birinin içərisində psixotrop maddə metamfetamin, digər birinin içərisində isə narkotik vasitə olan heroin olduğunu, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini özünün istifadəsi üçün 22 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Zərifə” adına parkın yaxınlığında Əli adlı İİR vətəndaşından metamfetaminin hər bir qramını 20 manata, heroinin hər bir qramını isə 12 manat olmaqla cəmi 120 manata alaraq üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs şəffaf sellofanda təqdim etdiyi içərisində psixotrop maddəyə və narkotik vasitəyə şübhəli maddələr olan iki bükülü içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 173 nömrəli möhürü ilə möhürlənərək iştirakşılar tərəfindən imzalanmışdır. Tədqiq olunan protokoldan görünür ki, videoçəkiliş zamanı şəxsi axtarış və götürmə prosesində şübhəli şəxs və digər iştirakçılar tərəfindən şikayətlər, əlavələr daxil olmamış və vəsatət qaldırılmamışdır (iş vərəqə: 110). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 22 iyul 2021-ci il tarixli protokolun və “diskə baxış keçirilməsi haqqında” 22 iyul 2021-ci il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir(cinayət işinin materialları). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2021-ci il tarixli, 6/3020 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə küstar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsidir, təmiz çəkisi 1,945 qram təşkil edir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış zərfdəki digər bir ədəd bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir və təmiz çəkisi 9,458 qram təşkil edir. Tədqiq olunan rəyin məzmunundan görünür ki, metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubliaksı ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1), heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubliaksı ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir (iş vərəqə: 42-48). İbtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 19 oktyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekmpertiza tədqiqatlarından sonra qalıq qalmış 01 ədəd bükümdə 9,358 (ilkin çəki 9,458 qr.) qram heroin narkotik vasitəsi və 01 ədəd bükümdə 1,845 (ilkin çəki 1,945 qr.) qram metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir(iş vərəqə: 114-115). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sübutların qiymətləndirilməsi haqqında 15 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzəriə şəxsi axtarış keçirilməsinin görüntüləri yüklənmiş 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 156-164). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkolojı ekspertizasının 26 avqust 2021-ci il tarixli, 3072 nömrəli rəyindən görünür ki, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin istifadəsindən nəticələnən asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda (tədqiqat aparılan vaxt) abstinensiya, infoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətlərin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 100-101). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqanı tərəfindən verilmiş 13 noyabr 2021-ci il tarixli əməliyyat tapşırığına Binəqədi RPİ-nin 4-cü PŞ-ci tərəfindən verilən 15 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş bir sıra kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs pisxotrop maddə metamfetamin və narkotik vasitə heroinin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olduğu müəyyən edilmişdir. Eyni zamanda tədqiq olunan 15 noyabr 2021-ci il tarixli həmin cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi 22 iyul 2021-ci il tarixdə gecə saatlarında pisxotrop maddə metamfetamin və narkotik vasitə heroini 55 saylı marşurut xətt avtobusunun axırıncı dayanacağında aldığı Murad adlı şəxs, həmin vaxt onun yanında olmuş sonuncunun tanışları Tural və Vahid adlı şəxslər müəyyən edilmişdir. Tapşırığa cavabın sonuncu abzasında «Buna baxmayaraq hazırda qeyd olunan istiqamətdə tərəfimizdən əməliyyat tədbirlərimiz davam etdirilir, müsbət nəticə əldə olunacağı halda Sizə əlavə məlumat veriləcək» məzmunda məlumat qeyd olunmuşdur (iş vərəqə: 149-151). Ən nəhayət, işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137, 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarının tələbləri baxımından Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 22 iyul 2021-ci il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və məhkəmənin eyni tarixli qərarına əsasən 22 iyul 2021-ci il tarixli həmin qərar qanuni hesab edilmişdir(iş vərəqə: 52-53). İbtidai istintaq orqanının işdə olan 15 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyənləşdirilərək istintaqa cəlb olunması məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 209-210). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi alıb əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər - sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin baxılan cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 22 iyul 2021-ci il tarixli raportun, eyni şəxs tərəfindən qəbul edilmiş və Polis Şöbəsinin rəhbəri tərəfindən təsdiq edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 iyul 2021-ci il tarixli qərarın, həmçinin əməliyyat qrupunun təşkil edilməsi haqqında eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib üzərində saxlaması, istifadə etməsi və gəzdirməsi (daşıması) barədə olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan, əməliyyat məlumatının məzmununu özündə ehtiva edən bu sənədlərdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girməklə əldə edib saxlamasından və ya daşımasından və ya eyni əməli istər qrup halında, istərsə də təkbaşına külli miqdarda törətməsindən bəhs olunmamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə 22 iyul 2021-ci il tarixli qərarın və eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına əsas onun şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etməsinə, saxlamasına və daşımasına - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhə yaranması ilə əlaqədar saxlanılması olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyul 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, həmin protokolda da Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması və ya eyni əməlin Təqsirləndirilən şəxsla cinayət əlaqəsinə girməklə bir qrup şəxs tərəfindən törədilməsi barədə heç bir qeyd müəyyən edilməmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində və əşyalarında dövriyyəsi qanunla qadağan olunan narkotik vasitələr və psixotrop maddələrin olması ehtimalına görə saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında toplanmış materiallar üzrə cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və buna əsas Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ittihamda da göstərilən miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilib götürülməsi olmuşdur. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs heç bir ifadəsində narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olduğunu, satış məqsədilə qanunsuz olaraq narkortik vasitələri və ya psixotrop maddələri əldə edib saxladığını və daşıdığını, həmçinin bu məqsədlə qeyriləri ilə cinayət əlaqəsinə girdiyini göstərməmiş, ifadələrində narkoman olduğunu, yalnız özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxladığını və daşıdığını bildirmişdir. İbtidai istintaq orqanının sübut növü kimi qiymətləndirdiyi, şahidlər - Binəqədi RPİnin 4-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduqları və məhkəmə baxışı zamanı tədqiq olunan ifadələrində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının onun narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib üzərində saxlaması, istifadə etməsi və gəzdirməsi barədə olması qeyd olunmuşdur ki, adı çəkilən şahidlər məhkəmə istintaqı zamanı da verdikləri ifadələrində eyni xüsusatları bir daha təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri bu və ya digər formada əldə edib saxlaması və ya daşıması barədə əməliyyat məlumatı və ya konkret sübutlar əldə edə bilmədiklərini göstərilmişlər. Məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2021-ci il tarixli, 6/3020 nömrəli rəyinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının həmin rəyi təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitə və ya psixotrop maddənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəy Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının rəyini Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz. Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat tapşırığına cavab məktubunun məzmununda qeyd edilmişdir ki, keçirilmiş bir sıra kompleks əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs pisxotrop maddə metamfetaminin və narkotik vasitə heroinin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş Birləşmiş Millətlər Təşkilatının «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasının tələblərinə (19 dekabr 1988-ci il) əsasən "Qanunsuz dövriyyə" dedikdə - bu Konvensiyanın 3-cü maddəsinin 1 və 2-ci bəndlərində göstərilən aşağıdakı qəsdən törədilən hüquqpozmalar başa düşülür: İ) 1961-ci il Konvensiyasının, düzəlişlərlə olan həmin Konvensiyanın, yaxud 1971-ci il Konvensiyasının müddəalarına zidd olaraq istənilən narkotik vasitənin və ya psixotrop maddənin istehsalı, hazırlanması, aynlması, təklif edilməsi, satış məqsədilə təklif edilməsi, yaradılması, satışı, istənilən şərtlə göndərilməsi, vasitəçiliyi, keçirilməsi, tranzit yolla göndərilməsi, daşınması, idxalı və ya ixracı; İİ) 1961-ci il Konvensiyasnın və düzəlişlərlə olan həmin Konvensiyanın müddəalarına zidd olaraq narkotik vasitələrin istehsalı məqsədilə tiryək xaşxaşının, kokain kolunun və ya kannabis bitkisinin becərilməsi. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Lakin istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına cavabdan göründüyü kimi, Təqsirləndirilən şəxs metamfetamin pisxotrop maddəsinin və heroinin narkotik vasitəsinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə istintaq orqanına təqdim olunan məlumatda Təqsirləndirilən şəxs tərəfindən qəsdən törətdilən hərəkətlərin konkret olaraq nədən ibarət olması göstərilməmiş, məlumat hər hansı mənbəyə əsaslanmamış, ümumi sözlərlə əhatə olunmuşdur. Eyni zamanda həmin cavab məktubunda əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs metamfetamin pisxotrop maddəsini və heroini narkotik vasitəsini aldığını göstərdiyi Murad adlı şəxsin, saxlanılarkən onun yanında olmuş tanışları Tural və Vahid adlı şəxslərin müəyyən edildiyi göstərilsə də, iş üzrə «sübutların qiymətləndirilməsi haqqında» 15 noyabr 2021-ci il tarixli qərarda və tərtib olunan ittiham aktında istintaqçı tərəfindən həmin sənədə qiymət verilərkən təhriflərə yol verilmiş və məlumatda adı çəkilən şəxslərin, həmçinin əməliyyat tapşırığına cavabda ümumiyyətlə göstərilmədiyi halda, Təqsirləndirilən şəxs pisxotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə etdiyi naməlum şəxsin müəyyən edilmədiyi göstərilmişdir. Qeyd olunan bu fakt 13 noyabr 2021ci il tarixdə verilmiş və hətta imzalanmamış əməliyyat tapşırığının və həmin əməliyyat tapşırığına iki gün sonra - 15 noyabr 2021-ci il tarixdə verilən cavabın hərtərəfli istintaq görünüşü naminə, formal olaraq tərtib edildiyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, əməliyyat orqanı tərəfindən formal olaraq verilən və yoxlanılmamış belə bir cavabı mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ən nəhayət, ibtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137, 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarının tələbləri baxımından Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 22 iyul 2021-ci il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və məhkəmənin eyni tarixli qərarına əsasən 22 iyul 2021-ci il tarixli həmin qərar qanuni hesab edilmişdir(iş vərəqə: 52-53). Lakin Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarında əməliyyat orqanının yalnız 22 iyul 2021-ci il tarixli qərarının qanuni hesab edilməsi göstərildiyi halda, yenə də «sübutların qiymətləndirilməsi haqqında» 15 noyabr 2021-ci il tarixli qərarda və iş üzrə tərtib olunan ittiham aktında istintaqçı tərəfindən 26 iyul 2021-ci il tarixli məhkəmə qərarı təhrif edilmiş və bu sənədlərdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin bütövlükdə qanunauyğun hesab edildiyi göstərilmişdir. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 26 avqust 2021-ci il tarixli, 3072 nömrəli rəyindən də göründüyü kimi, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opioidlərin istifadəsindən nəticələnən asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin abstinensiya, infoksikasiya əlamətləri olmadığından və onun öz vəziyyətinə tənqidi münasibətlərin olması ilə əlaqədar onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs tədqiqat aparılarkən ekspertlərə 5-6 ay ərzində mütəmadi olaraq heroin narkotik vasitəsini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini etiraf etmişdir (iş vərəqə: 100-101). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girib satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini və bir ədəd bükümdə metamfetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş «metamfetamin» psixotrop maddəsinin çəkisi 1,945 qram olmaqla külli miqdar təşkil etməsə də, ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin çəkisi 9,458 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edir. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 9,458 qram olmaqla külli miqdar təşkil etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Qeyd olunan həmin qərardan da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin və ya psixotrop maddənin tək kütləsinin külli miqdar təşkil etməsi onun narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Araşdırmaya əsasən məhkəmə qeyd ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 9,458 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması məhkəmə baxışı nəticəsində təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs təklikdə və ya qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girməklə adı çəkilən narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, satış məqsədilə ayrı-ayrı kiçik bükümlərə ayırmasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr və ya psixotrop maddələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda, həmçinin eyni əməl qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girməklə törədildikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni və psixotrop maddəni nə özünün təkbaşına və nə də qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girməklə satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən heroin narkotik vasitəsinin külli miqdar meyarına, istintaqçının özünün hüquq düşüncəsinə, fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin həm 234.4.1 və həm də 234.4.3-cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərkən belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi eyni əməlin qabaqcadan əlbir olan bir qrup tərəfindən, həmin Məcəllənin 234.4.3-cü maddəsi isə eyni əməlin külli miqdarda törədilməsini, yəni hər iki əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və s., yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməlinin törədilməsini nəzərdə tutur və hər iki əməl ağırlaşdırıcı xarakterə malik olub Azərbaycan Respublikası CM-nin 234.4-cı maddəsinə daxil edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan hər iki əməlin ayrı-ayrılıqda tövsifinə zərurət qalmır və hər iki əməl eyni hüquqi hərəkətlə həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat mərhələsində icraatın sonunda və istərsə də məhkəmə baxışı zamanı sərbəst ifadələrində ondan heroin narkotik vasitəsinin aşkar edilib götürülmədiyi, həmin narkotik vasitənin ona polis əməkdaşları tərəfindən verilməsi barədə göstərdiklərini ona təyin olunmalı cəzanın yumşaldılması və ya cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 aprel 2020-ci il tarixli qərarına əsasən təyin olunan cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, 28 avqust 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: 91-93). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu onun baxılan iş üzrə sonuncu cinayət hadisəsini törətdiyi vaxt, yəni 22 iyul 2021-ci il tarixə götürülməmiş, həmçinin ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri təsnifatına görə az ağır cinayətlər hesab olunur və həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 15.3 və 83.3.3-cü maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu 15 aprel 2022-ci il tarixdə ödənilməli idi. Belə ki, həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaradır və bu hal təqsirləndirilən şəxsə cəza təyin olunarkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayətin residivini yaratmasını onun barəsində cəzanı ağırlaşıdıran hal qismində nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cinayətin residivinin yaranmasına səbəb olmuş qəsdən yeni cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2021-ci il tarixli, 3072 saylı rəyi əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin istifadəsindən nəticələnən asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmasına baxmayaraq, onun hal-hazırda abstinensiya vəziyyətində olması, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətlərin olması ilə əlaqədar onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Lakin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid olmasını, əməlinin cinayətlərin residivini yaratmasını və onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 iyul 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,358 qram narkotik vasitə heroin və 1,845 qram psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 81,82 (səksən bir manat, 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin, lakin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,358 qram narkotik vasitə heroin və 1,845 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81,82 (səksən bir manat, 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar