Məhkəmə qərarları › İş №1(101)-353/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-353/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-353/2023 10.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1976-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Ağsu şəhəri, Nizami küçəsi, ev 19 ünvanda qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik elmiş, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə edərək saxlayıb daşımışdır: belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti İlə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti məlum olmayan “Rza” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 20,957 qram külli miqdarda psixotrop maddə metamletamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik elmiş və bu məqsədlə “Rza” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin psixotrop maddələri keçirdikdən sonra o, külli miqdarda 20,957 qram çəkidə psixotrop maddə metamletamini müəyyən edilməmiş vaxtda Bakı şəhəri, Yasamal rayonu, “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən binada gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etməklə həmin psixotrop maddəni “Winston” markalı siqaret qutusunun içərisində qablaşdırıb üzərində saxlamaqla daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 07 iyun 2022-cİ il tarixdə saat 20:10-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 201 №-li evin qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində saat 21:10-dan etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əyində olan qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib bir ədəd “Winston" markalı siqaret qutusunun içərisində saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 20,957 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfutamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2 və 234.4.1, 234.4.3-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, psixotrop maddə metamfetamdən istifadə edir, 07 iyun 2022-ci il tarixdə məhlə adamı kimi tanıdığı Samir adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olan İran vətəndaşının onun üçün (Samir üçün) Yeni Günəşli qəsəbəsində «Günəşpetrol» YDM-nin yaxınlığındakı binanın bloklarının birinə 20 qram çəkidə metamfetamin qoyacağını demiş və gedib götürməsini tapşırmış, o, həmin metamfetamini götürmək üçün «Günəşpetrol» YDM-nin yaxınlığına çatarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olmalarını bildirib onun şəxsiyyəti və anket məlumatları ilə maraqlanmışlar, o, özünü təqdim eldikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər, bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, həmin vaxt onun üzərində nakrotik vasitə, psixorop maddə və başqa qanunsuz predmet olmamış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində polis əməkdaşları tərəfindən təzyiq göstərilməklə onun şalvarının cibinə bir büküm qoyulmuş və polis əməkdaşlarının təzyiqi ilə ona qabaqdan öyrədilmiş qaydada videoçəkiliş aparılan zaman cibindən həmin bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş və bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini İran vətəndaşının qoyduğu yerdən götürdüyünü etiraf etmişdir, əslində isə o, həmin metamfetamini götürməyə gedərkən polis əməkdaşları tərəfindən tutulmuş, üzərində qanunsuz heç nə olmamışdır, ümumiyyətlə heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə zamanı suallara cavab verərkən Təqsirləndirilən şəxs göstərmişdir ki, Rza adlı İran vətəndaşını tanımış, həmin şəxslə İran İslam Respublikasında olarkən tanış olmuş, lakin Rza adlı şəxsdən bir başa heç vaxt narkotik vasitə almamış, məhəllə adamı kimi tanıdığı Samir adlı şəxs Rza ilə narkotik vasitələrlə bağlı söhbətlər aparmış, narkotik vasitələrin və psixotprop maddələrin iranlı Rza adlı şəxs tərəfindən Azərbaycan Respublikasına hansı yolla keçirilməsindən məlumatı olmamış, ona istifadə etmək üçün metamfetamin lazım olarkən bu barədə Samir adlı şəxsə müraciət etmiş, Samir də ona iranlı tərəfindən metamfetaminin qoyulduğu yerləri bildirmişdir, Samirdən hər dəfə metamfetaminin 1 qramını 30 manata almışdır, sonuncu dəfə Samirin dediyi yerdən iranlının qoyduğu 20 qram metamfetamini göütürüb Samirə verəcəkdi və Samir də həmin metamfetamindən ona 1-2 qram verəcəkdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, psixotrop maddənin metamfetamin növündən istifadə edir. Təxminən 1 il bundan qabaq o, bir nəfər tanışı vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə qiyabi olaraq tanış olmuşdur. Belə ki, qeyd etdiyi tanışı İİR vətəndaşı “Rza” adlı şəxsin mobil nömrəsini ona verərək lazım olduğu vaxt sonuncudan narkotik vasitə və psixotrop maddə əldə edə biləcəyini bildirmişdir. O da həmin vaxtdan İİR vətəndaşı “Rza” adlı şəxslə WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayırmış. Əvvəllər də o, dəfələrlə “Rza” adlı şəxsdən narkotik vasitə və psixotrop maddə istəmiş, lakin “Rza” adlı şəxs müxtəlif bəhanələr gətirərək ona narkotik vasitə və psixotrop maddə verməmişdir. xx.xx.2022-ci il tarixdə o, İİR vətəndaşı “Rza” adlı şəxslə WhatsApp proqramı vasitəsi ilə danışdığı zaman o, “Rza”dan psixotrop maddə metamfetamin istəmişdir. Lakin pulunun olmadığını, psixotrop maddənin pulunu hissə-hissə “Rza”ya göndərə biləcəyini qeyd etmişdir. İİR vətəndaşı «Rza» adlı şəxs də onunla razılaşmış və ona psixotrop maddə metamfetamin göndərə biləcəyini bildirmişdir. Həmin gün axşam vaxtlarında “Rza” adlı şəxs WhatsApp proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan 5 mərtəbəli binanın blokunda 2-ci mərtəbədə yerləşən sayğacın üzərinə psixotrop maddə metamfetamin qoydurduğunu bildirərək həmin yerin şəklini də çəkərək ona göndərmişdir. O da bundan sonra “Rza”nın qeyd etdiyi ünvana gedərək qoydurduğu yerdən psixotrop maddə metamfetamini götürərək üzərində saxlamışdır. 07 iyun 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, O.Əhmədov küçəsi, 201 №-li evin qarşısında piyada hərəkətdə olduğu zaman ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olmaqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim eldikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “metamfetamin” kimi tanıdığı psixotrop maddə olduğunu etiraf edərək əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, 2 manat nağd pul vəsaiti, 01 ədəd özünə məxus şəxsiyyət vəsiqəsini, 01 ədəd Umico plastik bank kartını və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 qutu “Winston” markalı siqareti çıxarıb masanın üzərinə qoymaqla aşkar olunan əşyaların özünə məxsus olduğunu və siqaret qutusunun içərisində metamfetamin olmasını bildirmişdir. Üzərindən aşkar olunmuş «Winston» markalı siqaret qutusuna keçirilən baxış zamanı siqaret qutusunun içərisində 01 ədəd şəffaf sellofan bağlama olması aşkar olunmuşdur. Daha sonra həmin 01 ədəd şəffaf sellofanın içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, orada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin vardır. Baxış zamanı siqaret qutusunun içərisindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunan 01 ədəd şəffaf sellofan bağlamanın özünə məxsus olduğunu, bağlamanın içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, həmin 01 ədəd bağlamanı İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsdən aldığını. "Rza” adlı şəxslə WhatsApp mobil tətbiqi üzərindən əlaqə saxladığını, həmin şəxsin anket məlumatlarının ona məlum olmadığını, lakin mobil telefon nömrəsinin özünə məxsus telefonda olduğunu, həmin şəxsin İran İslam Respublikasında yaşadığını, həmin bağlamaya görə “Rza” adlı şəxsə pul vermədiyini, həmin bağlamaya görə “Rza” adlı şəxsə verməli olduğu pulu hissə-hissə göndərəcəyini, “Rza” adlı şəxsə pul göndərən zaman sonuncunun əvvəlcədən söylədiyi bank hesabına göndərdiyini, həmin bağlamaya görə “Rza” adlı şəxslə qiymət danışmadıqlarını, “Rza” adlı şəxsdən daha öncə də narkotik vasitə və psixotrop maddə atdığını, əldə etdiyi bağlamanın içərisində olan maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, "Rza” adlı şəxsin həmin maddəni özü üçün göndərdiyini, həmin bağlamanı saxlanılmazdan az öncə Bakı şəhəri, Yasamal rayonu, “Günəş Petrol” yanacaq doldurma məntəqəsininin yaxınlığında 5 mərtəbəli binanın blokundan götürdüyünü, bağlamanı həmin yerdən götürəcəyi barədə “Rza” adlı şəxsin ona məlumat verdiyini, başqa heç bir şəxsin onda psixotrop maddə olması barədə məlumatının olmadığını, heç kəsə psixotrop maddə vermədiyini bildirmişdi. Bundan sonra ondan aşkar olunmuş 01 ədəd şəffaf sellofan bağlamanın içərisində olan psixotrop maddə metamfetamin 01 ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd üzərində “MR. CHİNGİZ AHMADOV” yazısı və 4169 7385 0531 9610 rəqəmləri olan Umico plastik bank kartı maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür, eyni zamanda şəxsi axtarış zamanı aşkar olunmuş ona məxsus şəxsiyyət vəsiqəsi iş materiallarına əlavə olunması üçün götürülmüşdür. Şəxsi axtarış zamanı aşkar olunmuş 2 manat nağd pul vəsaiti iş üzrə üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə aparılması ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa heç bir cinayət əməlini törətmədiyini, BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən və ya saxlandıqdan sonra hər hansısa formada fiziki və ya psixi təsirə məruz qalmadığım, əvvəllər istifadə etdiyi narkotik vasitələri Bakı şəhərindən tanımadığı şəxslərdən əldə edərək istifadə etdiyini, həmin şəxsləri tanamadığını, anket məlumatları barədə heç nə deyə bilmədiyini, onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasından, psixotrop maddə əldə edərək üzərində saxlamasından nə ailə üzvləri nə də digər şəxslərin məlumatının olmadığını, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini istifadəçisi olduğuna görə özünün istifadə etməsi məqsədi İlə əldə edərək üzərində saxladığını, heç vaxt narkotik vasitə və psixotrop maddə satmadığını və üzərindən aşkar olunmuş psixotrop maddəni də satış məqsədi ilə əldə etmədiyini, İran İslam Respublikasının vətəndaşı ‘‘Rza” adlı şəxsin anket məlumatı, yaşadığı ünvan barədə məlumatının olmadığını, üzərindən aşkar olunmuş 4169 7385 0531 9610 nömrəli plastik bank kartının ona məxsus olduğunu, həmin karta indiyə qədər narkotik vasitələrin satışından əldə olunan pullar vurulmadığını, həmin kartı şəxsi məqsədləri üçün istifadə etdiyini qeyd etmişdir (1-ci cild iş vərəqi 194-197). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 07 iyun 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1976-cı ildə ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 3nvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və üzərində daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmişdir. İləmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə Baş idarənin əməliyyat müvəkkilləri polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3 təyin edilmişlər. 07 iyun 2022-cİ il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 20:10-da ünvan 4 ünvanın qarşısında zahiri əlamətlərinə görə X2 oxşar şəxs saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və həmin şəxs özünü onlara təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yerində şəxsi axtarış keçirməyə şərait olmadığından onların müşaiyəti altında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən vəkil dəvət edilərək saxlanılmış şəxsə təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 iyun 2022-ci İl tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə üzərinə yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Çəkiliş onun tərəfindən videokamera vasitəsilə aparılırmış. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu, şalvarın sol yan cibindən isə özünə məxsus olan mobil telefonu, nağd pulu, şəxsiyyət vəsiqəsini və bir ədəd plastik bank kartını çıxarıb təqdim etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna keçirilən baxış zamanı məlum olmuşdur ki, orada olan bir ədəd sellofan bağlamanın içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə kütləsinin olması müşahidə edilmişdir. Çingiz Əhmdov şifahi sorğu zamanı bildirmişdir ki, qeyd edilən maddənin matemfetamin olduğunu və həmin maddəni anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı olan “Rza” adlı şəxsdən şəxsi istifadəsi üçün pulunu sonradan hissə-hissə olmaqla ödəmək şərti ilə aldığını, əvvəllər də həmin şəxsdən narkotik maddələr aldığını, həmin maddələrin satışı ilə məşğul olmadığını, həmin maddələri ona qabaqcadan deyilmiş Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən binada gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. “Rza” adlı şəxsin mobil telefon nömrəsinin telefonunda olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümdə olan maddələr götürülərək zərfdə qablaşdırılmış, cibindən aşkar edilmiş nağd pul özünə geri qaytarılmış, mobil telefon, şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartı isə iş üçün sübut əhəmiyyətinə malik ola biləcək ehtimalından götürülmüşdür. Götürülmüş zərf onlar tərəfindən imzalanmışdır. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixoloji təzyiq olunmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadələr vermişlər. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 08 iyun 2022-ci il tarixli 6/3211 nömrəli ekspert rəyindən görünür ki, tədiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” yazısı və imzalar olan zərtdəki bir ədəd bükümdə təmiz çəkisi 20,957 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamletamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1 siyahısına daxildir (metamfetaminin təmiz çəkisi - 20,957 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq- 20,857 qram) (1-ci cild iş vərəqi 43-47). İşdə olan ambulator məhkəmə-narkoloji tibbi yoxlama üzrə 09 iyun 2022-ci il tarixli 3122 nömrəli həkim rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə 01 ildir ki, narkotik vasitə olan heroindən burun vasitəsilə nəfəsinə çəkib iyləməklə və inyeksiya yolu ilə istifadə edir, həmçinin daxilə qəbul etməklə və inyeksiya yolu ilə istifadə edir, həmçinin 8-10 aydır ki, psixotrop maddə olan metafetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Arabir düşəndə narkotik vasitə olan metadondan istifadə edir. Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 136-137). İşdə olan 07 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 07 iyun 2022-ci il tarixdə ünvan 5 ünvanın qarşısında saxlanılaraq DİN-in BMCMİ-nin İnzibati binasına gətirilmiş vo üzərinə keçirilmiş şəxsi axtarış zamanı belində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd “Winston” markalı siqaret qutusunun içərisindən bir ədəd bağlamada 20,957 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (1-ci cildiş vərəqi 29-31). İşdə olan 10 sentyabr 2022-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxili yaddaşında olan “Kontaktlar” qovluğuna keçirilən baxış zamanı çoxsaylı kontaktlardan əlavə İran İslam Respublikasına məxsus olan +**********06 saylı GSM nömrədə adı "Rza" kimi qeyd edilmiş kontaktın olması, o cümlədən WhatsApp ani mesaj ünsiyyət mobil tətbiqinə keçirilən baxış zamanı qeyd edilən “Rza” adlı istifadəçi ilə dialoq pəncərəsinin olmasına baxmayaraq elektron qaydada hər hansı danışığın olması müəyyən edilməmişdir. Bundan başqa, adı çəkilən istifadəçi ilə həmin mobil tətbiqi vasitəsilə zənglə ünsiyyət saxlamaları da müəyyən edilmişdir (1-ci cild iş vərəqi 119). İşdə olan maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 20,857 qram iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cildiş vərəqi 94-95). İşdə olan 12 sentyabr 2022-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 12881 saylı məktubla müşaiyət olunan 1 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı GSM nömrəyə aid 01 yanvar 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində qeyd edilən GSM nömrənin onun öz adına qeydiyyata alınaraq çoxsaylı abunəçilərlə zəng və qısa mesaj vasitəsilə ünsiyyətdə olmuş, o cümlədən, (050) ***-**-** saylı GSM nömrə abunəçisinin ona xx.xx.2022-ci il tarixdə “İcmani verdun qaqa” sualına Təqsirləndirilən şəxs “Yox qaqa məndədi gəlirəm birazdan verəcəm...Smsləri sil...” sözlərini yazmış, xx.xx.2022-ci il tarixdə isə həmin abunəçi Təqsirləndirilən şəxs “5 manatliqda pt gotur 2 miz cekek sen cani gec qalma hekime gedecem kiwiynen ona gore gel soz var deyim nece deyessen... Cina gelme hele sabaha qaldi ozum tapib verecem cseblewib indi sabah yigacam... Brat yuklemiwem bayaqdan gozleyirem yerin de whatsapp iwlemir... Ne oldu brat men 30 deq niye mehlede fırladırsan yerini de s**Ərim gedim iwim var” sözlərini yazması, ***-***-**-** saylı GSM nömrə abunəçisinin ona xx.xx.2022-ci il tarixdə “ağrıyıram neyniyim gedim baskasınnan goturum sen tel goturmursen?” sözlərini yazması, (055) ***-**-** saylı GSM nömrə abunəçisinin ona xx.xx.2022-ci il tarixdə “Qaqaş salam. Torpaq lazımdı ,yarım maşın təcili var 7" xx.xx.2022-ci il tarixdə Qaqaş salam, daş var ha isdiyən olsa 2, 3 qram...Kolada var agzı bağlı 1 qram. 30 manat” sözlərini yazması, (050) ***-**-** saylı GSM nömrə abunəçisinin ona xx.xx.2022-ci il tarixdə “Gagash,galiram suz tarafa birshey fıkirlashcamahatin mal ini duzalt,telefonu sondur gir otur eva denan ish bilmisham,sana goraan kimnansa uz goz olum?? Tez hall ela galiram aparam mali?” sözlərini yazması məlum olmuşdur (1-ci cild iş vərəqi 103-104). İşdə olan 15 sentyabr 2022-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-cİ il tarixli BKC/LGL-10843/22 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 01 yanvar 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs (055) ***-**- ** saylı GSM nömrənin abunəçisinə müxtəlif tarixlərdə “Bunu niye deyirsen mene meni wiwirdirsen sen he...Yoxsa qonaq eliyirscn...Deyesen aqir sual oldi cavab tapa bilmirsen bawa duwmedime men onu demeyde ımcqsedin nedir senin...Sene xeyir vermey istemiwem nece defe alindira bilmemisende...artiq eskiy daniwma puluyla istedim havayi yox alinmir alinmirda alinan gunu olmasin.,.5 Man pulum var alinmir alinmirda ok...5 sabah seher vererem cixib ivvdiyecem indi aqriyİram iwdiye bilmirem...Ne yaxwi bes men sene oz qiymetine goturub verdim gec qretde istemedim sen o mesele ile yene muraciet ede bilersen dunyanin işini bilmey olmaz.. .Goturende de atiwaq” yazdığı sözlərə həmin abunəçi ona cavab olaraq müxtəlif vaxtlarda “Bidene tema goturdum papaninnen ikimizin canı bir gile burunnuyursan daldala gedir adam belke bir ilde bele tema elememisİy sen ol bu nedi p***s... 1 lecne meksedim yoxdu prosda didim bele bir heftedi men eliyirem alanda tofıye xeyir verun men milyanerem qaz kimi baxmıyun adama...bu gun mene gotuzdurdun sora teli goturmedun.ne s*** isun aldı meni s*** almırdun indi qoquya di versin...Çingiz olurdu eliyirdim nece gun temennasız ozum pis gundeyem pulsuz bİraz varımdı sıxıram yoxsa birazdan ozum ulyacam...tel sonur nese istiyirsen cetnen ikside var dobrı tez he yox di...Brat mene sabaha 3 dene derman yuz faiz gotureydc on ikiden duz qosda valla artığ duzelde bilmiyecem bratelnik...bratelnik dunenki lomkaya dusmeyden qorxuram ona gore nece defe yığdım onda borc tapdım lijbi bir goturum sen ed e pay un kak siqda tı mujik...qardaşım bayağ suze verdim tcmanı veren elediler menede verdiler orda didim sene xeyrim odu...on var usagda on qoysun yarı gotrey brat...brat goturde bir qr lazımdı yarı tısaga yarı mene pul elden çıxmasın tez alınaı*?ise gedir.. .olmusen didim tez alınar hemseki kimi hamsın satdım vırdı usaglar pula gore tocka yoxdu gotur gorum brat pul hazır malsıx qaldım...Varyoxun s*** sene yaxslg yoxdu guya esidmirsen iyirmi manatım var ağrıyıram gelim yarı verde batsın si … m meni kimi sene can yandıran adam sen …. almırsan golurde batsın …. agrıram tez ac...Çingiz noldu diyirdun dord yetdi qoyram iksi nol sekkiz geldi mene s** qaldı gedmedim qaldığım yere yaxınlg bir birmize xeyir vcrey soxursan men ağrıda.. .Çingiz tez gel dusub gelse diyecey pulu ver gec oldu elimnen çıxarma gucnen dimisem gotrum”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “tema lazimdi olurem agridan... wah yemeyi gelib.” yazdığı sözlərə həmin abunəçi ona cavab olaraq müxtəlif vaxtlarda “Diwofqa cingizdi taksi vvoleri bilet bilet bilt pat kol deyiwmyen q***edi... Cina cvb vere bilirscnsc indi hell eliye bilirsense 1 1 itir arag lazimdi yarim 1 itir kanyak pul mendedi mende mehlede burda montinde...Ay d***v cvb ver 2 kilo sumuysuz et var sveji senol...Neyniyirsen mellim saat terefdeyem yari kanyaka el catir 20 azn var ter temiz...Oz sozuvi deyib niye adboy eteyirsen wa***a yari duzelİr he yox de...Çingiz yeke oğlansan seher acilir ujey ya denen vermirem yada faweliy eleme cixim … gedim eve meni vagzaliynan yola sal sene dedimki tekemde ayib deyila...”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə müvafiq tarixlərdə “Patin var cekmeye?... Senol ciy yoxdi biwmiwdi istesen bolerem seninle...Cekmeye yoximdi ancaq bi raz var biwmiw vsyo.. .Pulivi ver aL.hamisinnan varimdi 7 kurtkam var koyneyde saysiz tema ise hec yoxdi...” yazdığı sözlərə həmin abunəçi ona cavab olaraq müxtəlif vaxtlarda “05 kol pt deyiwcn olsa de cox o***raxcisan senol taksi zakaz eleyirem montine bu tcreflerdcsense gel gedey...X5sun heeneyim yoxdu agriyiram imkan varsa gelim veziyetden cixaıt meni gnoıta evezini eixaram atamin qebiri ya pulunu yada verdiyinnen artiq...Ay mawennik 03 pt gotur 01 de kol sene bidene qewey naziy kuıtqa verim bidenede qolu kesiy uc duyme koyney bidenede qara krasofqa..7’, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə müvafiq tarixlərdə “qaqaw niye acmirsan telefoni olmiya incimisan qaqawa dedim gelsin yeri verim sene vermey ııcun prosta az idi dedim salim pul verim sabah cox goturum sene...Qaqaw zeng eliyib ele tonla dedi ki burdan ne verim elwene istedim deyim ki 15 harda temiz yari varki o elwene gore sene verilib ama sen deyirsen ki elwene ne verim...Ne ise qaqaw gelir vcrirem yari senin ucun hardasa 02.5 patİ vermiwem yeke daw...niye acmirsane telefoni qaqaw bıınnan sora ancaq ozun gel heckimi gonderme yanima...daw veriremde dedim sene dedim aş yoxdi...Olardan biri deyir daw verim torpaq ver deyirem yoxdi ele deyirki...Verdim yene 03 birde balaca bir daw...”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə müvafiq tarixlərdə “Ay ewwey adam var yanimda daniwa bilmirem birincisi varyoxin … orda 04 olardi... ikincisi men hemiwe artiqlamasi ile vermiwem sene yoxsa mawindaki gunlerin yaddan cixib ucuncusude ququyada verdim biride gozdiyirdi evin yaninda...Birdeki birazdan yene lazim olacaq onda normalni vererem sene...Birazdan goturende vererem suıtersen gozive gunde nece adama alirsan hami verirde gerek mennende alasan...Ay ewwey s***n dedim belkede kimese goturub verirsende birazdan gotureceyiy onda vererem sene narmalni qaqa cani aqrida idiy hec sen deyen lezet elemedİ doza xox kola az aqridan yungul cixartdi...Birazdan deyecem sene gotureriy biraz awaqi daniw qramin sende biraz pul tap bizde tapaq qoyaq butov gotureyki hamini hallandirsin...” yazdığı sözlərə həmin abunəçi ona cavab olaraq müxtəlif vaxtlarda “sen goturende 25 man alirdun menen 04 tema getirirdin hele qretde edirdim.indi o***raq ble bu nedi vermisen mene'dmcn bunan 5qat artiq sene vcrende agzivi eyirdune ble diyirdin azdi men dilenciyem birazda ver.bes men dilenciyem ble bu nedi vermisen.oz minenyanda soxdtında mene,ey bi yox, Buğun un Sabah ida Var!!... Ala nece olur olsun gozuvun qabaginda gotirdumde.guya indi harda 05verirlerki?!elebil 05 goturub ustunen qirib 04 clemiseme...ne verdise clcde verdim sene guya sen getirende 05 getirirdinki sende 04 getirirdin hele 01 deki sene qret diyirdim 5manda benzin puli verirdim.25mana 03tema catiıxlida nıene”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə müvafiq tarixlərdə “Yasııa pal i varindi cekmeye... Pati cekirem kola yox... Deyiwsen xeber el e bir iki tustude men vurum mumkun olsa” yazdığı sözlərə həmin abunəçi ona cavab olaraq müxtəlif vaxtlarda "Yoxdu falgada idi çekdim hec cixartmadi veziyyetden...Vermedi pt dedim 10 manalliqda ondan ver vermedi...Canimcun varidan bi raz chox goturdum ozume qalanin qoydum sene...l lecne ewitmirem saat 7 de ol bizim blokun qabaginda falgada gotur...Gor sen cani ncsc tapsan menede birdamci verersende çekdim qurtardim axwama neyniyecem bilmirem hec olmasa 10 manat tap mende duwum qonwudan ala bilsem gedek o birdeneni goturek sonra oda olmayacaq qa 1 ac ay i q bel e... M en d ey en de gel bizi terefe gotururem 5 de uwaq qoyur varisi menim yarisi sizin”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə müvafiq tarixlərdə "fili Cingİzdi qaqa 20 cola lazimdi al i nar ya yox...Ol an kimi xeber ele gelim qaqa” yazdığı sözlərə həmin abunəçinin ona “Goture bilmedim, qaldi saba axwama” sözlərini, qeyd olunalardan əlavə, adı Təqsirləndirilən şəxs mobil telefon cihazında “Rza” kimi qeyd olunmuş İran İslam Respublikasına məxsus olan +**********06 saylı GSM nömrənin istifadəçisinin xx.xx.23022-ci il tarixdə ona xx.xx.23022-ci il tarixdə “Topurom sanin kishiligina... Adam adamin polun yemaz kishi ol... Pirablemi yoxdi sana goslararam... O pulu san at ama san birninan tikajam... cindir çixdin... Adam kishi olar arvat yox man sana hormat eladim al totdum ama san...” mətnli qısa masajların yazması məlum olmuşdur (1-ci cild iş vərəqi 105-106). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Redmi” markalı mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınaraq saxlanması iiçün BMCMİ-nin növbətsçi hissəsinə təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsilə aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 150-164). İşdə olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavinin əməliyyat tapşırığına cavab olaraq 09 sentyabr 2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya psixotrop maddələri, o cümlədən üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin, həmin narkotik vasitə və psixotrop maddəni aldığı "Rza” adlı İran İslam Respublikasının vətəndaşı olan naməlum şəxsin müəyyən edilməsinin, həmçinin digər cinayət əməllərinin törədilməsində iştirakının olub- olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (1ci cild iş vərəqi 112). İşdə olan Nərimanov Rayon Məhkəməsinin və Yasamal Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarlarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 07 iyun 2022-ei il tarixli qərar qanuni hesab edilmişdir (1-ci cild iş vərəqi 99-100). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər əvvəllər Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 iyul 2011-ciil tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli qərarna əsasən 9 ay 27 gün vaxtından əvvəl azad olunmuşur ( 1-ci cild iş vərəqi 141-142). Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə cinayət əməli (CM-in 234.2-ci mddəsi) az ağır cinayətlər kateqoriyasına aid olduğundan və həmin əməli törətməyə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan 8 il müddət keçdikdən sonra hazırki cinayət işi üzrə cinayət əməlini törətdiyindən Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 20-21). İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 61-62). İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay, yəni 07 dekabr 2022-ci il tarixədək uzadılmışdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.6-cı maddəsinin tələblərinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmışdır (2-ci cild iş vərəqi 14). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiqini tapmışdır. Bundan başqa işdə olan Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** və (055) ***-**-** mobil telefon nömrələrinə daxil olan və həmin nömrələrdən çıxan SMS yazışmalarından aydın görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən onun tərəfindən həyata keçirilmiş satışı ilə bağlı çoxsaylı yazışmalar aparmışdır. Bundan əlavə ibtidai istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs üzərində olan bir bükümdə maddəni çıxararaq təqdim etməsi və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması barədə etirafı videoçəkiliş aparılmaqla qeydə alınmış, həmin videoçəkiliş məhkəmə istintaqı zamanı proses iştirakçılarına nümayiş etdirilmiş və həmin videoçəkilişə əsasən Təqsirləndirilən şəxs kənar müdaxilə olmadan sərbəst şəkildə törətdiyi əməli etiraf etməsi müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə zamanı ona təzyiq edən polis əməkdaşlarının kim olması, təzyiqlərin nədən ibarət olması barədə verilən sualları cavablandıra bilməmiş, həmçinin təzyiq və təsir barədə hüquqi mühafizə orqanlarına məlumat vermədiyini göstərmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahı, psixotrop maddələr)» əsasən, psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edərək saxlayıb daşıdığı 20,957 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Lakin cinayət işinin materialları ilə və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan “Rza” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli külli miqdarda psixotrop maddə metamletamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməsi öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində iştirakını, o cümlədən bu cinayətin törədilməsinə köməklik göstərməsini təsdiq edən hər hansı bir sübut növü müəyən edilməmişdir. Bundan başqa işdə olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavinin əməliyyat tapşırığına cavab olaraq 09 sentyabr 2022-ci il tarixli məktubunun məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə zamanı dövlət ittihamçısı da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32,5 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə zamanı sübut olunmadığından Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmiş, Təqsirləndirilən şəxs verilmiş ittihamı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə müdafiə etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 84.6.9-1-ci maddəsinə görə məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndlərin çıxarılmasını təklif etmək hüququna malikdir. Məhkəmə kollegiyası da dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32,5 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı CM-in 32.5, 206.3.2ci maddəsi üzrə müdafiə etməkdən imtina etməsini və verilmiş ittihamı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müdafiə etməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə zamanı sübut olunmadığından Cinayət Məcəllənin 32.5, 206.3.2-ci maddəsi Təqsirləndirilən şəxs ittihamından xaric olunmalıdır Beləliklə məhkəmənin gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə edərək saxlayıb daşımışdır; belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda 20,957 qram çəkidə psixotrop maddə metamletamini müəyyən edilməmiş vaxtda Bakı şəhəri, Yasamal rayonu, “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən binada gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə həmin psixotrop maddəni “Winston” markalı siqaret qutusunun içərisində qablaşdırıb üzərində saxlamaqla daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 7 iyun 2022-cİ il tarixdə saat 20:10-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 201 №-li evin qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində saat 21:10-dan etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əyində olan qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir ədəd “Winston" markalı siqaret qutusunun içərisində saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 20,957 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildirlər. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 07 iyun 2022-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məhkəm-narkoloji tibbi yoxlama üzrə 09 iyun 2022-ci il tarixli 3122 nömrəli həkim rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görüldüyündən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünə məxsus «Redmi» markalı mobil telefonla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar çox saylı danışıqlar apararaq mobil telefondan cinayətin törədilməsində vasitə kimi istifadə etdiyindən Azərbaycan Respublikasının CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrinə əsasən həmin «Redmi» markalı mobil telefon xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertiza üzrə 08 iyun 2022-ci il tarixli 6/3211 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 20,957 qram psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş bir ədəd bağlamada ekspertiza tədqiqatından sonra qalıq qalan 20,857 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Redmi» markalı mobil teleon xüsusi müsadirə edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin köçürüldüyü 1 ədəd DVD disk, "xxxx" MMCdən daxil olmuş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 7 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş bir ədəd bağlamada ekspertiza tədqiqatından sonra qalıq qalan 20,857 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs oğoluna məxsus 1 ədəd «Redmi» markalımobil teleon xüsusi müsadirə edilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin köçürüldüyü 1 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar