Məhkəmə qərarları › İş №1(101)-354/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-354/2020

31.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-354/2020 31.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi: x2 iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada sürücü işləmiş, Abşeon rayonu, Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkanarı küçəsi, ev 180A/2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 05 oktyabr 2019-cu il tarixdə saat 01:13 radələrində «x8» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes-Benz Vito” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin əsas hərəkət hissəsi ilə metronun “Koroğlu” stansiyası istiqamətinə doğru saatda 80 km/saat sürətlə hərəkətdə olarkən «x8» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu və bu tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayıraraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 120 ünvanda yolun hərəkət hissəsinin sağ kənarında qəza işıqları yanılı vəziyyətdə dayanmış, Zərərçəkmiş şəxs2 məxsus “Tofaş Doğan” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobildən düşüb əsas yolun hərəkət hissəsinin sağ kənarından 2.5 metr məsafədə dayanmış piyada Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq yol hərəkəti qaydalarını pozub zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağ ağciyərin zədələnməsi, sağ tərəfdə İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların yerdəyişmiş sınıqları, sağ təpə qabarının hematoması, sağ baldır sümüklərinin sınıqları, bədənin və ətrafların çoxsaylı əzilmiş cırılmış yaraları və sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirməsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus “Tofaş Doğan” markalı **- HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində sonuncuya 2820 manat məbləğində, zərərçəkmiş Zərərçəkmiş şəxs3 oğluna məxsus “Mercedes-Benz Vito” markalı **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində isə sonuncuya 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi qaydada sürmək üçün etibarnamə ilə idarə etdiyi Zərərçəkmiş şəxs3 oğluna məxsus “x11” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomaşı ilə Bakı Beynəlxanq Hava Limanından sifariş əsasında Azərbaycan Respublikasına gələn turistləri götürüb gedəcəkləri ünvana çatdırmışdır. Onun“B” kateqoriyalı sürücülük vəsiqəsi və 10 illik avtomobil idarə etmə təcrübəsi olmuşdur. 05.10.2019-cu il tarixdə saat 00:10 radələrində Bakı şəhərinin mərkəzindən idarə etdiyi avtomaşınla Hava Limanına turist götürmək məqsədi ilə hərəkət etmişdir. Avtomaşınında ondan başqa xalası oğlu Şövqu də olmuşdur. Bakı şəhəri, Heydər Əliyev prospektində üzü “Koroğlu” metrostansiyası istiqamətində sağ zolaqla saatda 80 km/saat surətlə hərəkətdə olmuşdur. Saat 00:45 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Şəfa” stadionuna 250-300 metr çatmamış sağ zolaqda “Tofaş Doğan” markalı avtomaşının dayanıqlı vəziyyətdə olduğunu görmüş və avtomaşınını sola doğru hərəkət etdirərək həmin avtomaşınla ara məsafəsi az olduğundan avtomaşının sol qanad hissəsinə toxunmuşdur və sürtərək piyadanı vurmuşdur. Piyada zərbənin təsiri altından yolun orta zolağına yaxın hərəkət hissəsinə düşmüş, o, idarəetməni itirdiyindən avtomaşını sol zolağa doğru hərəkət etmiş, həmin vaxt yerdə uzanıqlı vəziyyətdə olan piyadanın üzərindən avtomaşınla keçərək avtomaşını sol zolağa hərəkət etdirib dayandırmışdır. Avtomaşını tam dayanıqlı vəziyyətə gətirdikdən sonra dərhal avtomaşından düşmüş və piyadaya yaxınlaşmışdır. Sonra isə hadisə yerinə tanımadığı şəxslər də toplaşmışlar. “Tofaşın” sürücüsündən nəyə görə avtomaşını hərəkət hissəsində saxladığını soruşduqda həmin sürücü vurulan piyada mərhum Zərərçəkmiş şəxs1 özünü avtomaşında pis hiss etdiyindən anidən avtomaşından düşdüyünü bildirmişdir. Bundan sonra TTY və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Sürücülük vəsiqəsində müddətin bitməsinə baxmadığı üçün sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi barədə xəbərsiz olmuşdur. O, törətdiyi əməldən peşman olduğunu bildirmiş və zərərçəkmiş şəxsin hüququ varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini qeyd etmişdir. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Zoğal” restoranında kassir işləyir. Özünə məxsus “Tofaş Doğan” markalı **- HX-*** markalı avtomaşını, “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 05.10.2019-cu il tarixdə saat 00:10 radələrində işdən çıxmış və qardaşının qayını Şahid3 ilə əlaqə saxlayaraq ona evə gedəcəyini, sonuncunu da yolüstü götürə biləcəyini demişdir. Azərlə razılaşdıqdan sonra sonuncunu 7-ci mikrorayondan götürmüşdür. Azərin yanında 2012-ci ildə onunla Novxanı qəsəbəsində yerləşən “Ulduzlar Bağı” restoranında işləyən Zərərçəkmiş şəxs1 də görmüşdür. Elçinlə əvvəllər əvvəllər bir restoranda işləsələr də sonuncunu uzun müddət görməmişdir. O, Elçinlə salamlaşmış və onlar söhbət etdikdə Elçin ondan 2 manat yol pulu istəmişdir. O da Elçinə avtomaşını ilə getdiyi yerə düşürə biləcəyini dedikdə Elçin onunla razılaşmışdır və Bakıxanov qəsəbəsində yaşadığını bildirmişdir. O, Azər və Elçin ona məxsus “Tofaş Doğan” markalı **-HX- *** dövlət qeydiyyat nişanlı avtomaşınına minmişlər və yola düşmüşlər. Avtomaşınla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmək üçün Bakı şəhəri, Heydər Əliyev prospektinə daxil olmuş və üzü “Koroğlu” metrostansiyası istiqamətində sağ zolaqla saatda 80 km/saat surətlə hərəkət etmişdir. O, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Şəfa” stadionuna 200-250 metr çatmamış arxada oturan Elçinin qəflətən halı pisləşdiyindən ona dərhal avtomaşını saxlamağını xahiş etmişdir. O, avtomaşını əsas yolun sağ qırağına doğru hərəkət etdirərək tam dayanıqlı vəziyyətə gətirmiş və “nida” işıqlarımı işə salmışdır. Avtomaşının arxa sol oturacağında oturan Elçin anidən avtomaşının sol arxa qapısını açaraq avtomaşından düşmüşdür. Elçin avtomaşından düşəndən 10-15 saniyədən sonra bərk səs gəlmiş və avtomaşının sol tərəfindən zərbə hiss etmişdir. Bu zaman avtomaşının arxa qapısının şüşələrinin sındığını və soldan keçən avtomaşının Elçini vuraraq üzərindən keçdiyini görmüşdür. O dərhal avtomaşından düşmüş və ona məlum olmuşdur ki, Elçin avtomaşının qapısını açıb avtomaşını tərk etdikdən sonra Elçini “x11” markalı avtomaşın vurmuş və onun üzərindən keçmişdir. Sonra TTY avtomaşını və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs3 oğlu ifadəsində göstərmişdir ki, özünə məxsus “x11” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Həmin avtomaşını sürmək üçün etibarnamə əsasında aylıq pul müqabilində Təqsirləndirilən şəxs vermişdir. Rəcəb həmin avtomaşınla Azərbaycan Respublikasına gedib gələn turistləri qarşılayaraq getdiyi yerə yola salmaqla qazanc əldə edir. 05.10.2019-cu il tarixdə, səhər saatlarında ona məxsus avtomaşınla Rəcəbin qəza törətdiyini, “Tofaş Doğan” markalı avtomaşını və həmin avtomaşından düşərək yolun hərəkət hissəsində dayanmış piyadanı vurduğunu və nəticədə piyadanın öldüyünü bilmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq ona məxsus “Mercedes Vito” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomaşına 5000 manat maddi ziyan dəymişdir, lakin həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmşdir. O, Təqsirləndirilən şəxs etibarnamə verən zaman Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin etibarlıq müddəti bitməmişdir, sonradan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin etibarlıq müddətinin nə zaman bitdiyi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs3 oğlu məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi x4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğludur. O, hadisəni görməmiş, hadisə olan zaman Kürdəmir rayonu Mürtülü kəndində olmuşdur. Hadisəni 05 oktyabr 2019-cu il tarixdə, saat 02:45 radələrində mobil telefon vasitəsi ilə Nizami RPİ-nin əməkdaşları bildirmişlər. Həmin zaman bilmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 Həsərət oğlu Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüşdür. O, Bakı şəhərinə gəlmiş, 05 oktyabr 2019-cu il tarixdə Nizami rayon tibbi ekspertizasının meytxanasında müvafiq tibbi-ekspertiza müayinəsi keçirildikdən sonra oğlunun meyidini aparıb Kürdəmir rayonunda dəfn etmişdir. Sonradan hadisə barədə ətraflı məlumat aldıqda bilmişdir ki, 05 oktyabr 2019-cu il tarixdə, saat 01:13-də Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz Vito” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə üzü metronun Koroğlu stansiyası istiqamətində hərəkət edərkən H.Əliyev prospekti 120 ünvanında əsas yolun hərəkət hissəsinin sağ kənarında dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi Tofaş markalı **-HX- *** dövlət qeydiyyat nişanlı avtomaşından halı pisləşdiyi üçün anidən avtomaşından düşən oğlu Elçini avtomaşın ilə vurmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadə vermiş Şahid2 Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadə vermiş Şahid3 Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 05 oktyabr 2019-cu il tarixdə saat 01 radələrində özünə məxsus Opel Vectra markalı **-BC-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri,Nizami rayonu,H.Əliyev prospekti ilə əsas yolla üzü metronun Koroğlu stansiyasına doğru hərəkət edən zaman ondan qarşıda hərəkət edən Mercedes-Benz Vito markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomaşın yolun hərəkət hissəsinin sağ kənarında dayanmış vəziyyətdə olan Tofaş markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və həmin avtomaşından düşərək yolun hərəkət hissəində dayanmış vəziyyətdə olan piyadanı vurmuşdur. O, baş vermiş yol-nəqliyyat hadisəsinin şahidi olduğu üçün dərhal avtomaşını saxlamış və avtomaşından düşmüşdür. Mercedes-Benz Vitonu idarə edən sürücü avtomaşından düşərək vurduğu piyadaya yaxınlaşmışdır. O, həmin sürücünün özünü itirdiyini görüb həmin sürücünün yanında özünə məxsus olan ***-***-**-** nömrə ilə dərhal 103 zəng vuraraq Təcili Tibbi yardım briqadası çağırmış və polis əməkdaşları və təcili tibbi yardım briqadasının hadisə yerinə gəlməyini gözləmişdir. Hadisə yerinə polis əməkdaşları gələn zaman Mercedes və Tofaşın sürücüləri hadisə yerinə gəlmiş polis əməkdaşlarına özlərini təqdim etmişdir. Bundan sonra polis əməkdaşları və təcili tibbi yardım briqadası hadisə yerinə gəldiyi üçün o öz vətəndaşlıq borcunun bitdiyini hesab edib öz işləri ilə bağlı hadisə yerindən çıxıb getmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 05.10.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış aparılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 05 oktyabr 2019-cu il tarixdə saat 01:13 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz Vito” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin əsas hərəkət hissəsi ilə metronun “Koroğlu” stansiyası istiqamətinə doğru hərəkətdə olarkən yolun hərəkət hissəsinin sağ kənarında qəza işıqları yanılı vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Tofaş Doğan” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və piyada Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüşdür. Cinayət işinin materiallarında olan 08 oktyabr 2016-cı il tarxli 142 nömrəli 2\8438 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini müəyyən edən sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs heç bir spirtli içki qəbul etməmiş və ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və x6-Təcrübi və Tədris birliyinin Nizami məhkəmə tibbi ekspertizasının 05 oktyabr 2019-cu il tarixli 148 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində sağ ağciyərin zədələnməsi, sağ tərəfdə İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların yerdəyişmiş sınıqları, sağ təpə qabarının hematoması, sağ baldır sümüklərinin sınıqları, sağ təpə qabarının hematoması, sağ baldır sümüklərinin sınıqları, bədənin və ətrafların çoxsaylı əzilmiş cırılmış yaraları və sıyrıqları,bədənin və ətrafların çoxsaylı əzilmiş cırılmış yaraları və sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 05.10.2019-cu il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumillikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinin daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs1 ölümünə skelet sümülklərinin çoxsaylı sınıqları və sağ ağciyətin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 8-12 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0.47% o-dir. Bu miqdar canlı şəxslərdə yüngül dərəcəli alkoloq sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin pirazafon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat ekspertizasının 05 dekabr 2019cu il tarixli 28803 saylı rəyindən görünür ki, x11 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “x8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Tofaş” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətinin tədqiqi xüsusi bilik tələb etmir. Sürücü Rəhimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “x8” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsnin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan DİN BDYPİ Qİİ-dən alınmış 18.12.2019-cu il tarixli 016- 118744-1219 saylı məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasında xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 29.07.2009-cu il tarixdə 29.07.2019-cu il tarixədək etibarlı olan AB 310025 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi 16.10.2019-cu il tarixdə dəyişdirilərək AC 746999 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. DİN BDYPİ Qİİ-dən alınmış 18.12.2019-cu il tarixli 016-118744-1219 saylı məktubdan və cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus AB 310025 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti 29.07.2019-cu il tarixdə bitmişdir. Təqsirləndirilən şəxs yenidən AC 746999 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsini 16.10.2019-cu il tarixdə almışdır. Odur ki,baş vermiş hadisə zamanı yəni 05.10.2019-cu il tarixdə onun üzərində olan və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqdim etdiyi AB 310025 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti 29.07.2019-cu il tarixdə bitmişdir. Cinayət işinin materiallarında olan 13 dekabr 2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin materiallarında olan 13 dekabr 2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi x3 ərizələrindən məlum olur ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, əməlindən peşman olmasını, gənc olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən «ağır» cinayətlər təsnifatına aiddir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədə uyğun hesab edir. Buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən "nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər". Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Ona təyin olunmuş həmin əlavə cəzanın icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanunisahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil vürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil vürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Azad Məcidov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar