Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-354/2021 31.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxx 1962-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, ev 6A-da qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı məhkəmədə barəsində cinayət işi ayrıca icraata ayrılmış şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanıdığı Zərərçəkmiş şəxs1 öz oğlu Ümid Cabbarlı üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına «CAT» markalı ekskavatoru gətizdirməyə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, 26 dekabr 2018-ci il tarixdə Lənkəran şəhəri M.Nəsirli küçəsində yerləşən «xxxx»ın Lənkəran rayon filialında 51.000 (əlli bir min) manat məbləğində külli miqdarda nağd pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 tanıyır. Sonuncu kənd təsərrüfatı texnikalarının satışı ilə məşğul olmuşdur. Sənandan traktor alıb satmış və münasibətləri yaranmışdır. 2018-ci ildə Sənanla birlikdə kənd təsərrüfatı texnikalarına baxmaq üçün Türkiyəyə getmişdir. Oradan texnika alıb Azərbaycana gətirib satmışdır. 2018-ci ilin dekabr ayının sonlarında Bakıda olarkən Sənan Türkiyədən ona zəng edib, Zərərçəkmiş şəxs1 məxsus köhnə ekskavatora baxıb qiymətləndirməsini xahiş etmişdir. Belə ki, Sənan Habil üçün Türkiyədən 94.000 manata «Cat» markalı ekskavator gətirməli olmuş, Habil pulun bir hissəsinin əvəzində öz köhnə ekskavatorunu verməli olmuşdur. Odur ki, Astara rayonuna gedib ekskavatora baxmış və 45.000 manata qiymətləndirmişdir. Bu barədə Sənana məlumat vermiş və ekskavatorun şəkillərini sonuncuya göndərmişdir. Sənan ilə Habilin arasında olan razılaşmaya əsasən sonuncu «Cat» markalı ekskavatorun əvəzində Sənana köhnə ekskavatorunu və qeydiyyat nişanı üçün verilən pul da daxil olmaqla 51.000 manat pul verməli olmuşdur. Sənan onunla əlaqə saxlayıb həmin pulu Habildən götürməsini xahiş etmiş və o, razılaşmışdır. Habil Lənkəran şəhərində 1 saylı notarial ofisində borc müqaviləsi ilə ona 30.000 ABŞ dolları pul vermiş və o, bu barədə Sənana məlumat vermişdir. Sonuncu ekskavatoru Türkiyədə özündə olan pulla alacağını bildirib, ondan pulu deyəcəyi adamlara verməyi xahiş etmişdir. Belə ki, Sənan əvvəlcə ondan atası Namiqə 8.500 ABŞ doları verməyi xahiş etmiş, o, Xırdalan şəhərində «Lukoil» YDM-də pulu sonuncuya vermişdir. Sənanın tapşırığı ilə həmin puldan 140 manat pulu sonuncunun dediyi avtomobilin sığorta ödənişini etmişdir. 30 dekabr 2018-ci il tarixdə Sənanın tapşırığı ilə 4.000 ABŞ dollarını bank vasitəsilə onun adına göndərmişdir. 2400 ABŞ dollarını Sənanın tapşırığı ilə sonuncunun borclu olduğu Xırdalan şəhərində yaşayan Pərvin adlı şəxsə vermişdir. Daha sonra 4.000 ABŞ dollarını Sənanın tapşırığı ilə sonuncunun borclu olduğu Nərimanov rayonunda yaşayan Ələmdar Rüstəmova, 900 manat pulu yenə Sənanın tapşırığı ilə sonuncunun borclu olduğu Nizami rayonu, Q.Qarayev küçəsində yaşayan Vasif adlı şəxsə vermişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində Sənan ona zəng etmiş, Habilin verdiyi pul ilə bilet alıb İstanbula gəlib texnikaların alınmasında ona köməklik etməsini xahiş etmişdir. O da 300 manata İstanbula bilet almışdır. Lakin 3.100 manat vergi borcu olduğuna görə onun ölkədən çıxışına qadağa qoyulmuşdur. Sənana bu barədə demiş, sonuncu Habilin verdiyi puldan 3.100 manat ödəyib İstanbula gəlməsini tapşırmışdır. O da Habilin ona verdiyi puldan götürüb bankda vergi borcunu ödəmiş və 5 yanvar 2019-cu il tarixdə İstanbula getmişdir. Həmin vaxt cəmi 7.000 ABŞ dollarına yaxın pul qalmışdır. Sənanın tapşırığı ilə İstanbula gedəndə onun üçün 300 manalıq siqaret, spirtli içki və ət almışdır. İstanbulda Sənan ekskavatoru aldığını və İstanbul şəhərində Erinköy gömrük postunda olduğunu bildirmişdir. Səhəri gün həmin yerə getmişlər. Orada Sənan texnikanı sənədləşdirmək adı ilə ondan 3.000 ABŞ dolları almışdır. Bir gün sonra Sənan ekskavatorları satan «Atinak» şirkətinin əmlakları üzərinə həbs qoyulduğunu və ekskavatoru ölkədən çıxarmağın mümkün olmadığını bildirmişdir. O, Sənana inanmamışdır. Onlar başqa ekskavatorlar axtarmağa başlamışlar. Lakin «Atinak» şirkəti pulu qaytarmadığı üçün ekskavator ala bilməmişlər. O, Habildən aldığı pulun demək olar ki, hamısını Sənana vermiş, özünün vergi borcunu və təyyarə bileti üçün odənişi də Sənanın razılığı ilə etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, «Kamaz» markalı avtomobili ilə yük daşıyıb ailəsini dolandırır. X15 ekskavator idarə edir. 2018-ci ilin dekabr ayında Ümid üçün təzə ekskavator almaq qərarına gəlmişdir. İnternet səhifələrində axtarış apararkən xarici ölkələrdən ekskavator gətirib satışı ilə məşğul olan şəxs kimi özünü təqdim edən Sənanla tanış olmuşdur. Ümid Sənanla telefonla danışmış, sonuncu xarici ölkələrdən kənd təssərrüfatı texnikalarını idxal edən şirkətdə işlədiyini, hazırda şirkətin işi ilə əlaqədar Türkiyədə olduğunu, orada texnikaları alıb Azərbaycana göndərdiyini bildirmişdir. Sənan Ümidə demişdir ki, ekskavator istəyirsə Bakı şəhərində atası ilə görüşsün. Daha sonra Sənan atasının xəstə olduğunu, buna görə də dayısı Feyruzun onunla görüşəcəyini, ekskavator almaq üçün pulu Feyruza verməli olduğunu bildirmişdir. Ümid idarə etdiyi ekskavatorun şəklini də Sənana göndərmişdir. Sonuncu Ümidin ekskavatorunu barter edəcəyini bildirmişdir. O, 25 dekabr 2018-ci il tarixdə Bakıya getmişdir. Sənanın dayısı kimi özünü təqdim edən Feyruz ona zəng vurmuş və Binəqədi rayonu ərazisində çayxanada görüşmüşlər. Feyruz da həmin şirkətdə işlədiyini bildirmiş, X2 şəhərində traktor və ekskavatorları alıb Azərbaycana göndərdiyini, özünün isə həmin texnikanı satdığını bildirmişdir. Feyruza «Cat» markalı ekskavator almaq istədiyini demiş, sonuncu isə ekskavatorun Türkiyədən gətirilməsinin 91.000 manata başa gələcəyini, Ümidin idarə etdiyi ekskavatoru da qiymətləndirib, həmin puldan çıxacağını bildirmişdir. 1.000 manat da ekskavatorun qeydiyyat nişanı üçün verilməli olmuşdur. Feyruzla razılaşmış, sonuncu pulu əlbəəl verməsini bildirmişdir. O, bacanağı Şahid2 zəng edib bu barədə ona danışmış, sonuncu ona pulu Lənkəran şəhərində notariat kontorunda 1 ay ərzində qaytarmaq şərtilə borc müqaviləsi tərtib edilməklə verməsini məsləhət görmüşdür. Növbəti gün səhər saatlarında Feyruzla Astaraya onun evinə getmişlər. Feyruz onun həyətindəki 2012-ci il buraxılışlı ekskavatora baxıb, 43.000 (qırx üç) manata alacağını bildirmişdir. Həmin vaxt bacanağı Şahid2 və ailə üzvləri də onlarda olmuşdur. Feyruz ən geci 15 gün ərzində ekskavatoru gətizdirib, həyətində ona təhvil verəcəyini bildirmişdir. Həmin ərəfədə bir neçə dəfə «Whatsapp» tətbiqi vasitəsilə Sənanla danışmışdır. Sənan 51.000 manatı dayısı Feyruza verməsini, sonuncunun pulu Türkiyəyə göndərəcəyini bildirmişdir. Sənan təkidlə bir neçə dəfə pulu verməsini bildirdikdən sonra o, pulu verməyini qətiləşdirmişdir. Ümid, Nəriman və Feyruzla birlikdə Lənkəran şəhərində yerləşən 1 saylı notarial kontoruna getmişlər. Kontorda ona demişlər ki, pulu notarial kontorun hesabına köçürmək lazımdır, müqavilə bağlandıqdan sonra onlara çek veriləcək və həmin çek əsasında pulu bankdan götürəcəklər. Onlar «xxxx»ın Lənkəran filialına getmiş, o, həmin bankda olan 30.000 (otuz min) dollar pulunu 51.000 (əlli bir) min manata çevirib notarial konturun hesabına köçürmüşdür. Sonra yenidən notariat kontoruna qayıdıb, Feyruzla borc müqaviləsi bağlamışlar. Sonuncu ona şirkət adından müqavilə bağlayacağını desə də, sonradan şirkətin müqavilə nüsxəsini Bakıda unutduğunu bildirmişdir. Ona görə də, Feyruzla müqavilə bağlamışlar. Bunan sonra banka getmişlər, Feyruz 51.000 (əlli bir) manatı «xxxx»ın Lənkəran filialından götürmüşdür. 15 gün keçdikdən sonra Feyruza zəng etmiş, sonuncu 3-4 gün ərzində ekskavatoru gətirəcəyini demişdir. Feyruz ona və Ümidə müxtəlif ekskavatorların şəkillərini göndərib, narahat olmamasını bildirmişlər. Sənan Feyruzun dediklərini təsdiq etmişdir. Sonradan Sənan və Feyruz müxtəlif bəhanələr gətirərək ekskavatorun gecikdiyini bildirmişlər. O, pulunu tələb etmiş, Feyruz pulu ödəməkdən yayınmışdır. 26 aprel 2019-cu il tarixdə Feyruz Türkiyədə olduğunu, Bakıya qayıtdıqdan sonra pulun yarısını əlbəl verəcəyini demişdir. O, Bakıya gedib, Feyruza zəng etmiş, sonuncu «28 May» prospektində bankda olduğunu, pulu götürüb ona verəcəyini demişdir. Həmin vaxt Sənanla da danışmış, sonuncu ona narahat olmamasını, pulu özü ona göndərəcəyini demişdir. 2 gün Bakıda qalsa da, nə Sənan, nə də, Feyruz ona pul göndərməmişlər. Hazırda ona dəymiş ziyan Feyruz tərəfindən ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, özünə məxsus «Tereks» markalı ekskavatorla qazıntıda və tikintidə işləyir. Atası Habil isə «Kamaz» markalı yük avtomobili ilə yük daşımaqla məşğuldur. Ekskvatorunun gücü zəif olduğuna görə bəzi işlərdə çətinlik çəkmiş, odur ki, atası ona «Cat» markalı, yeni ekskavator almaq istəmişdir. Bu məqsədlə uzun müddət pul yığmışlar. 2018-ci ilin dekabr ayında internetdə «Tap.az» saytında ekskavatorlara baxmışdır. Həmin saytda ekskavatorları satışa qoyan Sənan adlı şəxsin ***-***-**-** saylı nömrəsi yazılmışdır. Həmin nömrəyə «Whatsapp» vasitəsilə zəng edib danışmışdır. Sənan ona Azərbaycanda ekskavator və traktor satışı ilə məşğul olan şirkətin işisi olduğunu, şirkət işi ilə əlaqədar Tükiyəyə getdiyini və Azərbaycana kənd təssərüfatı texnikalarını göndərdiyini bildirmişdir. O, özü üçün «Cat» markalı ekskavator almaq istədiyini demiş, Sənan isə həmin ekskavatoru Türkiyədən gətizdirə biləcəyini bildirmişdir. O, bu barədə atası Habilə demiş, sonuncu razılaşmışdır. Atası da Sənanla danışmış, sonuncu Bakı şəhərində öz atası ilə görüşüb ekskavator barədə söhbət etmələrini bildirmişdir. İki gün sonra atası Bakıya getmiş, lakin Sənan atasının xəstə olduğunu deyib, dayısı Feyruzla görüşməsini bildirmişdir. Atası Habil 25 dekabr 2018-ci il tarixdə Bakı şəhərində Feyruzla görüşmüşdür. Sonuncu özünü ona şirkətin işçisi kimi təqdim etmişdir. Feyruz onun atasına bildirmişdir ki, Türkiyədən «Cat» markalı ekskavator gətirmək 91.000 manat başa gəlir, onun idarə etdiyi ekskavatoru qiymətləndirib, qalan pulu ödəyərlər. Bir növ onlar tərəfindən pul ödəmək şərti ilə ekskavatorların barteri nəzərdə tutulmuşdur. Feyruz ekskavatorun qeydiyyat nişanı üçün 1.000 manat istəmişdir. Sonuncu onun atasından pulu əlbəəl istəsə də, onun xalasının əri Nəriman pulu müqavilə ilə verməyi məsləhət görmüşdür. O, həmin vaxt Sənanla da danışmış, sonuncu pulu Feyruza verdikdən sonra 15 gün ərzində Türkiyədən ekskavatoru göndərəcəyini bildirmişdir. 26 dekabr 2018-ci il tarixdə atası Feyruzla Bakıdan Astaraya getmiş, Feyruz onun ekskavatoruna baxıb 43.000 manata alacağına söz vermişdir. Həmin vaxt xalasının əri Şahid2 da onlarda olmuşdur. Feyruz da Sənanın telefonda ona dediklərini təsdiq edib, pulu aldıqdan sonra ən geci 15 gün ərzində ekskavatoru gətirdəcəyini bildirmişdir. Bundan sonra o, atası Habil, Nəriman və Feyruzla birlikdə Lənkəran şəhərində yerləşən 1 saylı notariat kontoruna getmişlər. Orada pul kontorun hesabına qoyulmuş, müqavilə bağlandıqdan sonra Feyruz bankdan 51.000 (əlli bir) manatı götürmüşdür. Rüsumlara da 600 manata yaxın pulları çıxmışdır. 15 gün keçdikdən sonra atası Feyruza zəng vurmuş, sonuncu 3-4 gün ərzində ekskavatorun gələcəyini bildirmişdir. Lakin bir neçə ay keçsə də, Feyruz müxtəlif bəhanələrlə nə ekskavatoru gətirmiş, nə də pullarını geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacanağı, eyni zamanda qonşusudur. Habil özünə məxsus «Kamaz» markalı yük avtomobili ilə yük daşımaqla məşğul olur. Sonuncunun oğlu Ümid isə ekskavatorla qazıntıda və tikintidə işləyir. Habil oğlu üçün «Cat» markalı ekskavator almaq istəmişdir. 2018-ci ilin dekabr ayında Habil ona Ümidin internetdə özünü xarici ölkələrdən ekskavator gətirib satan kimi təqdim edən Sənan adlı şəxslə tanış olduğunu bildirmişdir. Səhəri gün Habil Sənanın atası ilə görüşmək üçün Bakı şəhərinə gəlmişdir. Lakin Sənan atasını deyil, dayısı kimi təqdim etdiyi Təqsirləndirilən şəxs Habillə görüşə göndərmişdir. X10 birlikdə şirkətdə işlədiyini, pulu əlbəəl alacağını və Sənana göndərəcəyini bildirmişdir. O, Habilə məsləhət görmüşdür ki, pulu Feyruza notarial qaydada versin ki, birdən sözlərinə əməl etmədikdə pulun verilməsinə dair sübutu olsun. Bir gün sonra, 26 dekabr 2018-ci il tarixdə Feyruz idarə etdiyi avtomobillə Habillə birlikdə kəndə gəlmişlər. Feyruz ona da özünü və Sənanı Azərbaycana traktor və ekskavator gətirən şirkətin işçiləri kimi təqdim etmişlər. Feyruz və Sənan 91.000, ya da 94.000 manat müqabilində Türkiyədən 15 gün ərzində Habil üçün ekskavator gətirəcəklərinə söz vermişlər. Habil və oğlu Ümid onun yanında Sənanla telefonda danışarkən, sonuncu narahat olmamalarını, Feyruza 51.000 manat pulu vermələrini və ekskavator alıb Azərbaycana göndərəcəyini bildirmişdir. Daha sonra Feyruz Ümidin idarə etdiyi ekskavatoru bir qədər idarə edib, onu 43.000 manata alacağını bildirmişdir. Bundan sonra o, Ümid, Habil və Feyruzla birlikdə Lənkəran şəhərində yerləşən 1 saylı notarial kontoruna getmişlər. Orada Habil pulu kontorun hesabına qoymuş, borc müqaviləsi bağlandıqdan sonra, Feyruz bankdan 51.000 (əlli bir) manat pulu götürmüşdür. 15 gündən sonra Habil Feyruza zəng edib, ekskavator barədə soruşmuş, sonuncu 3-4 gün ərzində ekskavatoru gətizdirəcəyini bildirmişdir. Sonradan Feyruz və Sənan müxtəlif bəhanələr gətirməyə başlamış, onlar nə pulu qaytarmış, nə də ekskavatoru gətirmişlər. Sənan Feyruzla birlikdə Habilə qarşı dələduzluq edib onun 51.000 manat pulunu ələ keçirmişlər. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 fevral 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X3 axtarışı nəticə vermədiyinə görə X7 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(101)-354/2021 saylı cinayət işindən X3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-763/2021 saylı cinayət işi ayrıca icraata ayrılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-354/2021 saylı cinayət işinin məhkəmə baxışı davam etdirilmişdir. İşin 2-ci cildinin 78-104-cü vərəqlərindəki Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi disləkərə baxış keçirilməsi haqqında 11 may 2019-cu il tarixli protokoldan görünür ki, DVD diskdə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edən Sənan Yusifov və Təqsirləndirilən şəxs güya Türkiyənin Adana şəhərində olmaları, onun üçün ekskavator almaları barədə videogörüntü vardır. Həmin görüntünü Sənan Habilə «Whatsapp» tətbiqi vasitəsilə göndərmişdir. Bundan başqa diskdə Sənanın Habilin qohumu Nərimanla videogörüntü vardır. Həmin görüntüdə Sənanın tez bir zamanda Türkiyədən ekskavator göndərəcəyini, bu alınmazsa 51.000 manat pulu qaytaracağına söz verir. CD diskə baxış zaman müəyyən edilmişdir ki, Sənan Yusifov və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Ümid Cabbarova «Whatsapp» vasitəsilə səs danışıqları göndərir. Səs danışıqlarından görünür ki, Sənan Yusifov və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ekskavatorun gətirilməsi və ya pulu qaytaracaqları barədə yalan vədlər verir. İşin 1-ci cildinin 78-104-cü vərəqlərindəki «xxxx» MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 25 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında telefon danışığı var. Təqsirləndirilən şəxs anten dairəsi Astara və Lənkəran rayonuları ərazisini göstərir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında «sms» mübadiləsi aşkar edilməmişdir. X11 Respublikasında olduğundan yalnız 30 yanvar 2019-cu il tarixdə Azərbaycana gəldiyinə görə 1 fevral 2019-cu il tarixdən 9 fevral 2019-cu il tarixədək istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında mütəmadi olaraq danışıqları aparılmışdır. Qeyd olunan mobil nömrələr arasında «sms» mətnlər aşkar edilmədi. İşin 1-ci cildinin 52-56-cı vərəqlərindəki «xxxx» ASC-nin 30 sentyabr 2019-cu il tarixli Lank/351 saylı cavab məktubundan görünür ki, 26 dekabr 2018-ci il tarixdə Lənkəran rayon 1 saylı Notariat Kontornun Notariusu X1 «xxxx» ASC-nin Lənkəran filialında olan xüsusi depozit hesabına alqı-satqı müqaviləsi üzrə 2651 saylı məktubuna əsasən Zərərçəkmiş şəxs1 tərəfindən 51.000 manat məbləğində pul vəsaiti mədaxil olmuşdur. Mədaxil olunduqdan sonra Lənkəran rayon 1 saylı Notariat Kontornun Notariusu X1 «xxxx» ASC-nin Lənkəran filialında olan xüsusi depozit hesabından alqı-satqı müqaviləsi üzrə 315 nömrəli reyestri və MUĞ № 405154 qeydiyyat nömrəli çek əsasında Təqsirləndirilən şəxs 51.000 manat məbləğində vəsaiti kassadan götürmüşdür. İşin 3-cü cildinin 1-20-ci vərəqlərindəki «Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında» 28 sentyabr 2020-cil tarixli qərardan görünür ki, «xxxx» ASC-nin Lənkəran filialının təqdim etdiyi 51.000 manatın Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs depozit hesabına köçürülməsi barədə 2651 saylı alqı-satqı müqaviləsi, 315 saylı reyestri, çekləri, kassa mədaxil orderləri, Zərərçəkmiş şəxs2 Pərviz Əzimovun depozit hesabına 28.000 manat və 22.000 manat pulun köçürülməsi barədə «xxxx» ASC-nin xəzinə mədaxil orderləri, eləcə də «xxxx» MMC-dən daxil olmuş bir ədəd CD disk və həmin diskdən olan çıxarışlar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 24-25-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdəki Zərərçəkmiş şəxs1 Əliməmməd oğlunun təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, ona dəymiş 51.000 (əlli bir min) manat ziyandan ödənilməmiş qalan 6.300 (altı min üç yüz) manat pulun Təqsirləndirilən şəxs onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşin 1-ci cildinin 187-188-ci vərəqlərindəki raport və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 25 iyun 2020-ci il tarixdə tutulmuşdur. İşin 1-ci cildinin 226-227-ci vərəqlərindəki Lənkəran rayon məhkəməsinin 27 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 231-ci vərəqindəki Lənkəran rayon məhkəməsinin 2 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdəki Zərərçəkmiş şəxs1 Əliməmməd oğlunun məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 51.000 (əlli bir min) manat ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməsə də, onun ittiham olunduğu cinayəti törətməkdə təqsirliliyi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı sənədlər və işin digər faktiki halları ilə tam təsdiq olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birinə uyğun gələn sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməklə, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 25 iyun 2020-ci il tarixdən 31 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 6 gün müdət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Lakin onun şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, onun qəti olaraq üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə, onun üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Zərərçəkmiş şəxs1 Əliməmməd oğlunun mülki iddiasını müzakirə edərək hesab edir ki, ona dəymiş ziyan ödənildiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: «xxxx» ASC-nin Lənkəran filialının təqdim etdiyi 51.000 manatın Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs depozit hesabına köçürülməsi barədə 2651 saylı alqı-satqı müqaviləsi, 315 saylı reyestri, çekləri, kassa mədaxil orderləri, Zərərçəkmiş şəxs2 Pərviz Əzimovun depozit hesabına 28.000 manat və 22.000 manat pulun köçürülməsi barədə «xxxx» ASC-nin xəzinə mədaxil orderləri, eləcə də «xxxx» MMC-dən daxil olmuş bir ədəd CD disk və həmin diskdən olan çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən 25 iyun 2020-ci il tarixdən 31 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay 6 (altı) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq üzərində saxlanılmış 4 (dörd) il 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxs1 Əliməmməd oğlunun mülki iddiası üzrə icraata xitam verilsin. Maddi sübutlar: «xxxx» ASC-nin Lənkəran filialının təqdim etdiyi 51.000 manatın Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs depozit hesabına köçürülməsi barədə 2651 saylı alqı-satqı müqaviləsi, 315 saylı reyestri, çekləri, kassa mədaxil orderləri, Zərərçəkmiş şəxs2 Pərviz Əzimovun depozit hesabına 28.000 manat və 22.000 manat pulun köçürülməsi barədə «xxxx» ASC-nin xəzinə mədaxil orderləri, eləcə də «xxxx» MMC-dən daxil olmuş bir ədəd CD disk və həmin diskdən olan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə aınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-354/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-354/2021
31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver