Məhkəmə qərarları › İş №1(101)-354/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-354/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-354/2023 16.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçilər X2 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 8 iyul 1990-ci ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, Zaqatala rayonu PMK küçəsi 20-də qeydiyyatda olmaqla, Bakı şəhəri Nərimanov rayonu, Hidayətzadə küçəsi 49, mənzil 49-da yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının əvvəllərində sosial şəbəkə vasitəsilə tanış olduğu, «İlqar» adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 60 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri Nizami rayonu «Xalqlar Dostluğu» adlanan əraziyə qoyulmuş yerdən külli miqdarda, ümumi təmiz çəkisi 2,795 qram olan narkotik vasitə heroini götürüb satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, M.Abbas 119 nömrəli ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 7 ədəd şəffaf sellofan bükümlərdə, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,395 qram, 0,309 qram, 0,328 qram, 0,332 qram, 0,358 qram və 0,725 qram olan ümumi təmiz çəkisi 2,795 qram, külli miqdarda qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində anası ilə birlikdə yaşayır. Təxminən iki ildir ki, narkotik vasitə heroindən həftədə bir dəfə olmaqla istifadə etməyə başlamışdır. Tutulanadək son dörd ay ərzində işləməmiş və ailə üzvlərinin verdiyi pul hesabına narkotik vasitə alıb istifadə etmişdir. Hadisə günü üzərində təxminən 1 qram narkotik vasitə heroin olmuşdur. Həmin heroini 8-ci km qəsəbəsi ərazisində Cabbar kimi tanıdığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün almışdır. 15 iyun 2022-ci il tarixdə, saat 2-3 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, dərhal üzərindəki narkotik vasitə heroini udmuşdur. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, orada ona narkotik vasitələrdən istifadə etdiyinə görə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinə əsasən məcburi müalicəyə göndəriləcəyi bildirilmiş və heç bir təzyiq göstərilməmişdir. İlk dəfədir ki, başına belə hadisə gəldiyindən polis əməkdaşlarına inanıb bölmədə üzərinə qoyulmuş bir bükümdə narkotik vasitə heroini şəxsi axtarış zamanı çıxarıb təqdim etmiş və özünə məxsus olmasını bildirmişdir. Daha sonra həmin bükümün içərisində 7 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bilmişdir. İbtidai istintaq zamanı müstəntiq ona ifadəsini oxumağa imkan verməmişdir. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə bütün baş verənləri danışmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimlə birlikdə narkotik vasitə qəbul etməmişdir. Ətrafında olan insanlar onun narkotik vasitə istifadəçisi olmasını bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilidir. 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumat şöbə rəisinə məruzə olunduqdan sonra onun və iş yoldaşı Seymur İsgəndərovun iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən ünvan 4 ünvanın qarşısında saxlanılmış və işlədiyi polis şöbəsinə aparılmışdır. Şöbədə xidməti otaqların birində videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman sonuncu əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanın içində 7 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdə olan maddənin «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri «Xalqlar Dostluğu» ərazisindən adını İlqar kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından «online» qaydada 60 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddələr bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb, möhürlənmiş və zərfin üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərilməmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu polis əməkdaşlarının təklifinə əsasən cibindəki narkotik vasitəyə bənzər maddələri çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 4-cü vərəqindəki raportdan görünür ki, Bakı şəhəri Nizami rayonu ərazisində Ruslan adlı şəxsin qanunsuz olaraq narkotik vasitəni saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşin 30-31-ci vərəqlərindəki protokoldan görünür ki, 15 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanın içində 7 ədəd şəffaf sellofan bükümdə olan bükümləri çıxardıb təqdim etmişdir. Həmin bükümlərlə bağlı sual verdikdə Təqsirləndirilən şəxs 7 ədəd şəffaf sellofan bükümlərində olan maddənin «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitələri «Xalqlar Dostluğu» kimi tanıdığı ərazidən adını İlqar kimi bildiyi İran vətəndaşından «online» qaydada 60 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 1 ədəd sellofan paketdə olan 7 ədəd şəffaf sellofan bükümlərindəki qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İşin 40-44-cü vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3374 saylı, 16 iyun 2022-ci il tarixli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün möhür əksi, «Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,395 qram, 0,309 qram, 0,328 qram, 0,332 qram, 0,358 qram, 0,725 qram ümumi təmiz çəkisi 2,795 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 7 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. İşin 77-ci vərəqindəki 17 iyun 2022-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanın içində 7 ədəd şəffaf sellofan bükümdə olan bükümləri çıxardıb təqdim etmişdir. Həmin bükümlərlə bağlı sual verdikdə Təqsirləndirilən şəxs 07 ədəd şəffaf sellofan bükümlərində olan maddənin «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitələri «Xalqlar Dostluğu» kimi tanıdığı ərazidən adını İlqar kimi bildiyi İran vətəndaşından «online» qaydada 60 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 ədəd sellofan paketdə olan 07 ədəd şəffaf sellofan bükümlərindəki qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İşin 107-108-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 iyun 2022-ci il tarixli, 3516 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 97-ci vərəqindəki CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin girişçıxış zəngləri və s. məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə keçirilmiş baxış zamanı sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə heroini satış məqsədilə əldə etməsinə dair heç bir məlumat aşkar edilmədi. İşin 112-119-cu vərəqlərindəki 03 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd şəffaf sellofan bükümlərdə olmaqla cəmi 2,795 (tədqiqatdan sonra qalıq 2,655) qram təşkil edən narkotik vasitə heroin və onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroin saxlanılması üçün Nizami RPİ-yə təhvil verilmiş, bir ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 86-93, 103-104-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə və hökmün surətindən görünür ki, Cumayev X1 rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nn 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona üç il azadlıqdan mərhum etmə cəzası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə;) əsasən ödənilmişdir. İşin 19-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Azemis» Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Cumayev Rüzgar (fin: 6UKM10F) adlı bir azyaşlı uşağı vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 2022-ci ilin iyun ayının əvvəllərində sosial şəbəkə vasitəsilə tanış olduğu «İlqar» adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 60 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri Nizami rayonu «Xalqlar Dostluğu» adlanan əraziyə qoyulmuş yerdən külli miqdarda, ümumi təmiz çəkisi 2,795 qram olan narkotik vasitə heroini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, M.Abbas 119 nömrəli ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 7 ədəd şəffaf sellofan bükümlərdə, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrıayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,395 qram, 0,309 qram, 0,328 qram, 0,332 qram, 0,358 qram və 0,725 qram olan ümumi təmiz çəkisi 2,795 qram, külli miqdarda qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini təklif etmişdir. Dövlət ittihamçısı öz fikrini əsaslandırarkən qeyd etmişdir ki, cinayət işinin materiallarına əsasən xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin CAB-ına «Ruslan» adlı şəxsin narkotik vasitələri üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuş, bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 15 iyun 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması barədə» protokola, habelə həmin istintaq hərəkətinin qeydə alınmış videoyazısına əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanın içində 7 ədəd şəffaf sellofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddənin «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, onları adını «İlqar» kimi bildiyi İran vətəndaşından «online» qaydada 60 manata şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də eyni məzmunlu ifadələr verərək üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işinin materialları, habelə məhkəmə baxışında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs 7 ədəd şəffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 2,795 qram külli miqdarda narkotik vasitə heroini satış niyyəti ilə əldə etməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin onun tərəfindən çəkilib xırda bağlamalara bükülərək satış üçün hazırlanması faktı müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan zəng, sms yazışmaları və abonent siyahıları müvafiq mobil telefon operatorundan götürülmüş, həmin məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına işarə edən hər-hansı sübut müəyyən edilməmişdir. Göründüyü kimi hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 84.6.9-1-ci maddəsinə görə məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 7 ədəd şəffaf sellofan bükümlərdə, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,395 qram, 0,309 qram, 0,328 qram, 0,332 qram, 0,358 qram və 0,725 qram olan ümumi təmiz çəkisi 2,795 qram külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayaraq üstündə daşımışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüşdür. Belə olan halda dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsinə dair təklifini məhkəmə əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 18.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 7 ədəd şəffaf sellofan bükümlərdə, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrıayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,395 qram, 0,309 qram, 0,328 qram, 0,332 qram, 0,358 qram və 0,725 qram olan ümumi təmiz çəkisi 2,795 qram, külli miqdarda qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının əvvəllərində sosial şəbəkə vasitəsilə tanış olduğu, «İlqar» adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 60 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri Nizami rayonu «Xalqlar Dostluğu» adlanan əraziyə qoyulmuş yerdən külli miqdarda, ümumi təmiz çəkisi 2,795 qram olan narkotik vasitə heroini götürüb satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, M.Abbas 119 nömrəli ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 7 ədəd şəffaf sellofan bükümlərdə, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,395 qram, 0,309 qram, 0,328 qram, 0,332 qram, 0,358 qram və 0,725 qram olan ümumi təmiz çəkisi 2,795 qram, külli miqdarda qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək üzərində cəmi 1 qram narkotik vasitə heroin olduğunu, həmin heroini polis əməkdaşları tərəfindən saxlanılarkən udduğunu, sonradan bölmədə üzərinə narkotik vasitə heroin qoyulduğunu bildirmişdir. Onun həmin hissədə ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə münasibətdə etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 15 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nizami RPİ-də saxlanılan təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7 ədəd şəffaf sellofan bükümlərdə olmaqla cəmi 2,795 (tədqiqatdan sonra qalıq 2,655) qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat onun işlədiyi «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nizami RPİ-də saxlanılan təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7 ədəd şəffaf sellofan bükümlərdə olmaqla cəmi 2,795 (tədqiqatdan sonra qalıq 2,655) qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat onun işlədiyi «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar