Məhkəmə qərarları › İş №1(101)-354/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-354/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-354/2024 27.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X11-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X10, X3, X5, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X6, Zərərçəkmiş şəxs2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxx 1971-ci il tarixdə Samux rayonunun Qədili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 32.5,313-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi - məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Samux rayonunun Qədili kəndində qeydiyyatda olmaqla Ədliyyə nazirliyi Penitensiar xidmətin 6 saylı X17 cəza çəkməklə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X7 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** VEÖN-lə qeydiyyata alınmış «Qurtuluş 93» Mənzil-İstismar Kooperativinin 20 faiz pay haqqı ilə təsisçisi və təsisçilərin həmin tarixli qərarı ilə sədri olmaqla, qeyd edilən Kooperativ üzrə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2017-ci ilin aprel ayında yaşayış binasından mənzil almaq üçün özünə müraciət edən Zərərçəkmiş şəxs1 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında 2005-ci ildən inşasına başlanılmış binanın tikintisinin və mənzillərin satışının "xxxx" MMC tərəfindən aparılmaqla, həmin binanın 1-ci giriş 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 116,3 m2 olan 3 otaqlı mənzilin MMC-nin direktoru Elman Tağıyev tərəfindən 12 dekabr 2006-cı il tarixdə Şahid4 satılmasını bildiyi halda həmin mənzilin qabaqcadan başqa şəxsə satılmasını gizlətməklə Zərərçəkmiş şəxs1 həmin mənzili 93.600 manata satışını həyata keçirə biləcəyini deyib sonuncunu aldadaraq özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib həmin adla 17 aprel 2017-ci il tarixdə nağd şəkildə 93.600 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanının birinci mərtəbəsində yerləşməklə istifadəsində olan ofisdə şəxsən almaqla, sonuncunu inandırmaq üçün qeyd edilən mənzilin Zərərçəkmiş şəxs1 satılması barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri - 17 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsini, həmin tarixli maliyyə arayışını tərtib edib şəxsən imzalayaraq faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “Qurtuluş-93” MİK- in möhürünü birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək Nəsmi Dadaşova şəxsən təqdim etməklə, əldə etdiyi 93.600 manat məbləğində vəsaiti şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 93.600 (doxsan üç min altı yüz) manat məbləğində əmlakı ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ üzrə təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, yenidən 2017-ci ilin aprel ayında yaşayış binasından qaynı Şahid3 adına mənzil almaq üçün özünə müraciət edən Zərərçəkmiş şəxs1 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında 2005-ci ildən inşasına başlanılmış binanın tikintisinin və mənzillərin satışının "xxxx" MMC tərəfindən aparılmaqla həmin binanın 1-ci giriş 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 100 m2 olan 3 otaqlı mənzilin MMC-nin direktoru Elman Tağıyev tərəfindən 20 iyun 2006-cı il tarixdə Şahid6 satılmasını bildiyi halda həmin mənzilin qabaqcadan başqa şəxsə satılmasını gizlətməklə Zərərçəkmiş şəxs1 həmin mənzili 70.000 manata satışını həyata keçirə biləcəyini deyib sonuncunu aldadaraq özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edib həmin adla 19 may 2017-ci il tarixdə nağd şəkildə 70.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanının birinci mərtəbəsində yerləşməklə istifadəsində olan ofisdə şəxsən almaqla, sonuncunu inandırmaq üçün qeyd edilən mənzilin Şahid3 satılması barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə- bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri - 19 may 2017-ci il tarixli alqı-satqı müqaviləsini, həmin tarixli maliyyə arayışını tərtib edib şəxsən imzalayaraq faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “Qurtuluş-93” MİK-in möhürünü birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək Nəsmi Dadaşova şəxsən təqdim etməklə, əldə etdiyi 70.000 manat məbləğində vəsaiti şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 70.000 (yetmiş min) manat məbləğində əmlakı ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ üzrə təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2018-ci ilin iyun ayında X13 Zərərçəkmiş şəxs2 olan borcunun əvəzində yaşayış binasından sonuncuya mənzil verməsi barədə özünə müraciəti əsasında Zərərçəkmiş şəxs2 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında 2005- ci ildən inşasına başlanılmış binanın tikintisinin və mənzillərin satışının "xxxx" MMC tərəfindən aparılmaqla həmin binanın 1-ci giriş 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı mənzilin MMC-nin direktoru Elman Tağıyev tərəfindən Şahid5 satılmasını bildiyi halda həmin mənzilin qabaqcadan başqa şəxsə satılmasını gizlətməklə həmin mənzili Zərərçəkmiş şəxs2 adına keçirə biləcəyini deyib sonuncunu aldadaraq özü barəsində formalaşdırdığı inam və etibardan sui- istifadə edib mənzilin sənədləşdirilməsi üçün 20 iyun 2018-ci il tarixdə nağd şəkildə 2.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında şəxsən almaqla, sonuncunu inandırmaq üçün qeyd edilən mənzilin X8 Orxan Ramil oğluna satılması barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri - 20 iyun 2018-ci il tarixli alqı- satqı müqaviləsini, həmin tarixli maliyyə arayışını tərtib edib şəxsən imzalayaraq faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “Qurtuluş-93” MİK-in möhürünü birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək Zərərçəkmiş şəxs2 şəxsən təqdim etməklə, sonuncunun müqavilənin və maliyyə arayışının öz adına tərtib edilməməsinə etiraz etdiyinə görə sənədləşmənin yenidən Zərərçəkmiş şəxs2 adına aparılması müqabilində vətəndaşdan əlavə olaraq 800 manat pul tələb edərək Zərərçəkmiş şəxs2 da razılıq verməsindən sonra 21 iyun 2018-ci il tarixdə nağd şəkildə 800 manat pul vəsaitini Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında şəxsən almaqla, sonuncunu inandırmaq üçün qeyd edilən mənzilin sonuncuya satılması barədə ünvan 1 ünvanının birinci mərtəbəsində yerləşməklə istifadəsində olan ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri - 20 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsini, həmin tarixli maliyyə arayışını tərtib edib şəxsən imzalayaraq faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə Cabbar Cabbarov baxmayaraq “Qurtuluş-93" MİK-in möhürünü birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək Zərərçəkmiş şəxs2 şəxsən təqdim etməklə, əldə etdiyi cəmi, 2.800 manat məbləğində vəsaiti şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 2.800 (iki min səkkiz yüz) manat məbləğində əmlakı vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilir. Namiq Qaraşov vasitəsilə Zərərçəkmiş şəxs1la tanış olmuşdur. X24 Dadaşovdan pul almışdır. Həmin pulu Namiq ona verməli idi. O da həmin pulu Nəsimiyə qaytarmalı idi. Lakin Namiq ona heç bir pul vermədiyindən o da Nəsimiyə heç bir pul verməmişdir. O yalnız Namiqi tanımışdır, onunla alış-veriş əlaqələri olmuşdur. Özü 2017-cı ildə “Qurtuluş 93” ildə yaradıb tikinti işləri ilə məşqul olmuşdur. Namiq Nəsimidən 93000 manat pulu alıb ona verməli idi, lakin vermədi. O, sənədə qol çəkib verəndə Namiqə inanmışdı ki, Namiq ona o, pulu gətirib verəcək. Özü Zərərçəkmiş şəxs1 15000 manat pul almışdır, həmin pulu da geri qaytarmış, lakin pulu verməyi ilə bağlı qəbz Nəsimidən qəbz almamışdır. Nəsimidən yetmiş min manatı da Namiq alıb.Həmin məbələğin ona aidiüyyəti yoxdur Rəşad İmanquliyevi tanımır. O, Nəsimiyə vəd olunanan mənzilin başqalarına məxsus olduğunu bilmişdir. Emin Həsənovdvn pul almayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, mənzilləri Zərərçəkmiş şəxs1 satarkən sonuncudan heç bir məbləğdə pul almamışdır. Nəsimiyə təqdim etdiyi müqavilələri və maliyyə arayışlarını isə sahiblərinin mənzilləri satdığını düşünərək mənzillərin Nəsimi müəllimin adına sənədləşdirilməsi üçün tərtib etmişdirir. Zərərçəkmiş şəxs2 da heç bir məbləğdə pul almamışdır. Başqasının adına olan mənzilə Emilin adına müqavilə tərtib etməkdə məqsədi Ramilin azadlığa buraxılmasına kömək etmək olmuşdur. Ramil söz vermişdir ki, azadlığa çıxan kimi Emilə olan borcunu ödəyəcək və müqaviləni alıb ona verəcəkdir. 2011-ci ildə "xxxx" MMC- nin ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli binada mənzil almış, sonradan ona məlum olmuşdur ki, həmin mənzil ondan əvvəl başqa şəxsə də satılmışdır. Bununla bağlı istintaq orqanında zərərçəkmiş kimi tanınmış, daha sonra isə həmin binanın idarəçiliyi ona həvalə edilmişdir. 2017-ci ildə “Qurtuluş-93” Mənzil İstismar Kooperativini yaratmış və binanın idarəçiliyi həmin Kooperativ tərəfindən həyata keçirilmişdir. O, "xxxx" MMC-nin sahibi Elman Tağıyevin tapşırığı ilə binanın komendantı funksiyasını həyata keçirmişdir. Həmin binada heç bir mənzil onun və ya sədri olduğu kooperativin mülkiyyətində olmamışdır. O, yalnız fəal sakin kimi binada idarəçiliyi həyata keçirmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən araşdırmaya təqdim edilmiş xx.xx.2017-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı ona təqdim edilmişdir. Həmin sənədlərdəki imza ona məxsusdur və möhür də tərəfindən vurulmuşdur. Həmin vaxt podratçı kimi fəaliyyət göstərən Namiq Qaraşov vasitəsilə Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Namiq Qaraşov və onun tanışı olan Emin adlı şəxs ona Nəsiminin ev almaq istədiyini demişdir. O, isə həmin şəxslərə ünvan 2 ünvanda inşa edilmiş 17 mərtəbəli binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 117 kv.m olan İ blok 67 nömrəli mənzilin sahibi, yəni Şahid4 həmin mənzili satmaq fikrində olduğunu demişdir. Namiq, Emin və onun arasında Nəsiminin həmin mənzil üçün ödədiyi 93.600 manat pulun müəyyən hissəsinin həmin mənzilin sahibinə ödənilməsi, artıq qalan 10.000-15.000 manat pul isə aralarında bölünməsi barədə razılıq əldə edilmişdir. 93.600 manat pul Nəsimi tərəfindən Namiqə verilmiş, Namiq isə həmin məbləğdən 10.000 manatını ona vermiş, qalan məbləği isə özündə saxlamışdır. Buna görə də mənzilin alqı-satqısı baş tutmamışdır. Şahid3 tərəfindən araşdırmaya təqdim edilmiş xx.xx.2017-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı ona təqdim edilmişdir. Həmin sənədlərdəki imza ona məxsusdur və möhür də tərəfindən vurulmuşdur. Lakin, sözügedən mənzil də eyni qayda ilə satılmışdır. Namiq Qaraşov və Emin adlı şəxs Nəsiminin daha bir mənzil almaq istəyinin olduğunu bildirmişlər. O da öz növbəsində ünvan 2 ünvanda inşa edilmiş 17 mərtəbəli binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 96.4 kv.m olan İ blokda yerləşən 92 nömrəli mənzilin sahibi Şahid6 tərəfindən satıldığını bildirmişdir. Aralarında olan razılaşmaya əsasən həmin mənzil Nəsimiyə 70.000 manata satılacaqmış, həmin məbləğin bir hissəsi ev sahibinə veriləcək, yerdə qalan 10.000-15.000 manat isə üçü arasında bölünəcəkmiş. Lakin, Namiq Nəsimidən 70.000 manat pul alsa da, həmin puldan ona hər hansı məbləğdə pul verməmişdir. Sonradan hər iki mənzillə bağlı Namiqdən Nəsimidən aldığı pulu qaytarmasını tələb etsə də sonuncu bundan imtina etmişdir. Nəmiqin hazırda harada və nə işlə məşğul olmasından məlumatsızdır, Emin isə bildiyi qədərilə məhkumdur, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkir. Onunla Zərərçəkmiş şəxs2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə və maliyyə arayışı ona təqdim edilmişdir. Həmin müavilədəki imza ona məxsusdur, möhür isə sədri olduğu kooperativin möhürüdür və onun tərəfindən müqaviləyə vurulmuşdur. Maliyyə arayışında olan möhür onun tərəfindən arayışa vurulmuşdur. Maliyyə arayışında olan imza onun imzasına oxşamır. 2018-ci ilin iyun ayında əvvəldən tanıdığı Ramil Şükürov ona Bakı İstintaq Təcridxanasından zəng edərək işlərini həll etdiyini, yaxın vaxtda İstintaq Təcridxanasından çıxacağını bildirərək ondan Zərərçəkmiş şəxs2 adlı şəxsin adına ev satılması barədə müqavilə verməyini xahiş etmişdir. Ramil ona Təcridxanadan çıxan kimi Emilə olan borcunu ödəyəcəyini, müqavilənin lazımsız olacağını demişdir. O da Ramilin azdlığa çıxmasına köməklik etmək üçün sonuncuyla razılaşmışdır. X15 da onun yanma gələrək eyni mövzuda xahişlər etmişdir. Təxminən xx.xx.2018-ci il tarixdə Həzi Aslanov metrosunun yanında Emil və Orxanla görüşmüşdür. Emilə Kooperativ sədri olduğu binanın 15-ci mərtəbəsində yerləşən 3 otaqlı, 99 saylı mənzilin Şahid7 satılması barədə müqavilə və arayış təqdim etmişdir. Emil müqavilənin öz adına olmasını tələb etdiyi üçün ertəsi gün sonuncuya eyni ünvanda göstərilən mənzilin Emilə 115.680 manata satılması barədə müqavilə və maliyyə arayışı təqdim etmişdir. Lakin, buna görə Emildən və ya başqa şəxsdən heç bir məbləğdə pul almamışdır. Sadəcə Ramilin içəridən çıxması üçün indi xatırlamadığı şəxsə məxsus mənzilin Emilə satılması barədə saxta müqavilə tərtib edərək sonuncuya vermişdir. Çünki, Ramil təcridxanadan çıxan kimi Emilə olan borcunu ödəyəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Özü həkim-reanimatoloqdur və ixtisası üzrə işləyir. Onun Ramil adlı tanışı Hüseyndən ev alaraq ona vermişdi. Sonra Hüseyn evin sənədlərinin düzəldilməsi üçün ondan 2000 manat pul istədi. Əvvəlcə evi Orxanın adına rəsmiləşdirdi. Sonra mənzili onun adına rəsmiləşdirmək üçün əlavə 800 manat pul istədi. Hüseyn ümumilikdə ondan 2800 manat məbləğində pul alıb. Hüseyn onu aldadaraq pulunu alıb. Onun Hüseyndən tələbi pulun geri qaytarılmasıdır. O hazırda ev almamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Hüseyn 2800 manatı ya 2018-ci il, ya 2019-cu il tarixində ondan alıb. Ona Hüseyn dəfələrlə yer göstərib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində naraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin may-iyun aylarında Abşeron rayonu, Novxanı kəndində yaşayış evi alarkən X18 ilə tanış olmuşdur. Belə ki, həmin ev Raminə məxsus olsa da bacısı Könül Şabanovanın və Cəfər adlı şəxsin adına olmuşdur. Lakin, evdə Raminin arvadı Samirə və oğlu Orxan yaşamışdır. Yaşayış evini alanda Samirənin xahişi ilə Bakı İstintaq Təcridxanasında saxlanılan Ramin Şükürovla ondan halallıq almaq məqsədiylə görüşmüşdür. Bir neçə dəfə Raminlə görüşdə olmuşdur. Ramin ona bina tikintisi ilə məşğul olduğunu, şərləndiyini bildirərək həbsdən çıxması üçün ziyanın ödənilməsi məqsədiylə köməklik etməyini xahiş etmişdir. Ramin zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcəyi halda təcridxanadan çıxandan sonra ödədiyi vəsaiti ona qaytaracağını vəd etmişdir. O, Raminin işi üzrə zərər çəkmiş şəxslərə 90 000 manat pul vermişdir. O, Raminin ziyanını ödəmək üçün tanışlarından borc almışdır. Borc sahibləri də verdikləri borcu ondan tələb edirmişlər. O da bu xüsusatı Raminə bildirərək zərər çəkmiş şəxslərə ödədiyi pulları sonuncudan tələb etmişdir. Ramin ona pulun əvəzində ev verəcəyini bildirmişdir. 20 iyun 2018ci ildə o, Orxanla birlikdə Xətai rayonu Rahib Məmmədov 20 ünvana getmişdir. Orada Orxan vasitəsiylə Hüseynlə tanış olmuşdur. Hüseyn özünü ona tikinti kooperativinin sədri kimi təqdim etmişdir. Hüseyn ona R.Məmmədov ünvanda yerləşən yaşayış binasının 15-ci mərtəbəsindəki 3 otaqlı 99 nömrəli mənzili göstərmişdir. Raminin borcunun əvəzinə həmin evi ona verəcəyini bildirmişdir. O, Hüseynlə razılaşmışdır. Hüseyn ondan evi adına sənədləşdirmək üçün 2000 manat pul istəmişdir. O da sənədləşmə ilə bağlı məlumatlı olmadığından sonuncuyla razılaşmışdır. Hüseynlə “Həzi Aslanov” metrosunun çıxışında görüşmək barədə razılığa gəlmişlər. Həmin gün axşam saatlarında o, Orxanla “Həzi Aslanov" metrosunun çıxına gəlmişdir. Hüseyn də əlində müqavilə və maliyyə arayışı ilə həmin ünvana gəlmişdir. O, Hüseynə 2000 manat pul vermişdir. Hüseyn ona yuxarıda göstərdiyi mənzilə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsini təqdim etmişdir. O, müqaviləyə baxanda Raminin oğlu Orxanın adına tərtib edildiyini görmüşdür. Hüseyndən müqaviləni onun adına tərtib etməsini tələb etmişdir. Hüseyn razılaşaraq adına yenidən müqavilə tərtib etmək üçün ondan əlavə olaraq 800 manat pul istəmiş və həmin vəsaitin əvvəl verdiyi vəsait kimi MTK-nın hesabına keçiriləcəyini bildirmişdir. O, Hüseynlə razılaşmış və xx.xx.2018-ci il tarixdə Şahid7 ilə birlikdə Həzi Aslanov metrosunun yanında yenidən Hüseynlə görüşmüşdür. Təqsirləndirilən şəxs 800 manat pul vermiş, Hüseyn isə ona ünvan 4 ünvanda yerləşən binanın 15-ci mərtəbəsindəki 3 otaqlı 99 saylı mənzilin 115680 manata ona satılması barədə xx.xx.2018-ci il tarixli, imzalı və möhürlü müqaviləni və göstərilən vəsaitin ödənməsi barədə maliyyə arayışını təqdim etmişdir. O, müqavilədə artıq məbləğin yazıldığını bildirdikdə Hüseyn mənzilin qiymətinin həmin məbləğ olduğunu, ona hörmət edərək ucuz qiymətə verdiyini bildirmişdir. 2018-ci ilin iyul ayında Ramin şərti cəza alaraq təcridxanadan buraxılmışdır. 2018-ci ilin oktyabr ayında o, Raminin xahişi ilə ona yenidən 2000 manat pul vermişdir. Lakin, Ramin yenidən onu aldadaraq əvvəlki 90000 manat pul kimi həmin vəsaiti də geri ödəməmişdir. 2018-ci ilin payız aylarında o, Hüseyndən aldığı mənzilə baxmaq üçün R. Məmmədov 20 ünvana getdikdə ona satılmış mənzilin qapısının dəyişdirildiyini görmüşdür. Bu məsələ ilə bağlı maraqlandıqda ona satılmış mənzilin binanı tikən Elman Tağıyev adlı şəxs tərəfindən daha əvvəl başqa şəxsə satıldığını öyrənmişdir. Hüseynə bu məsələ ilə bağlı yaxınlaşdıqda sonuncu ona mənzilin əvəzində torpaq verəcəyini bildirmişdir. Lakin, yenə də onu aldadaraq torpaq sahəsi də verməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayında qardaşı oğluna mənzil almaq istədiyini bilən Şirin adlı həmkəndlisi onu Təqsirləndirilən şəxs adlı şəxsin yanına aparmışdır. O, Hüseynlə tanış olmuşdur. Hüseyn özünü ona tikinti kooperativinin sədri kimi təqdim etmişdir. xx.xx.2017- ci il tarixdə “Qurtuluş-93” Mənzil-İstismar Kooperativi tərəfindən ünvan 2 ünvanda inşa edilmiş 17 mərtəbəli binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 117 kv.m olan İ blokda yerləşən 67 nömrəli mənzil üçün Kooperativin sədri Təqsirləndirilən şəxs həmin binanın birinci mərtəbəsində yerləşən Kooperativin ofisində nağd qaydada 93.600 manat pul ödəməklə müqavilə yolu ilə həmin mənzili almışdır. Müqavilə onun və Hüseyn tərəfindən imzalanmışdır. Həmçinin, Hüseyn ona mənzilin pulunu ödədiyinə dair maliyyə arayışı vermişdir. Hüseynə həmin vəsaiti verəndə qardaşı oğlu Nicat və həmkəndlisi Şirin yanında olmuşdur. Mənzilin ucuz qiymətə satılması səbəbindən bundan 1 ay sonra, yəni xx.xx.2017-ci il tarixdə həmin binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 96,4 kv.m olan İ blokda yerləşən 92 saylı mənzil üçün də göstərilən binanın birinci mərtəbəsində yerləşən Kooperativin ofisində nağd qaydada Təqsirləndirilən şəxs 70.000 manat pul ödəmiş və həmin mənzili də qaynı Şahid3 adına rəsmiləşdirmişdir. Pulu Hüseynə verəndə qaynı Rəşad yanında olmuşdur. Kooperativin sədri Təqsirləndirilən şəxsla aralarında müqavilə bağlanmış, həmin müqaviləni qaynı Rəşad və Hüseyn imzalamışdır. Hüseyn mənzilin pulunun tam ödənilməsi barədə ona maliyyə arayışı təqdim etmişdir. Həmin sənədlərin surətlərini könüllü olaraq araşdırmaya təqdim etmişdir. İlkin aldığı mənzilin təmir işlərinə başlamış və təxminən 2 aydan sonra ona məlum olmuşdur ki, hər iki mənzil ilk olaraq başqa şəxslərə satılmışdır, ona verilən sənədlər isə saxtadır. Belə ki, aldığı mənzili ev alqı-satqı elanında görmüş, elanda olan mobil nömrə ilə əlaqə saxlamış və hazırda adını xatırlamadığı şəxs ona satılan mənzilin ilkin sahibi olduğunu bildirmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün həmin şəxslə birlikdə Təqsirləndirilən şəxs yanına getmiş və orada Təqsirləndirilən şəxs hər iki mənzillə bağlı ona qarşı dələduzluq etdiyini etiraf etmiş, hüquq mühafizə orqanlarına şikayət etməməyi, qısa müddət ərzində ödədiyi 93.600 və 70.000 manat pul məbləğlərini geri qaytaracağına dair söz vermişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, ona vurulmuş ziyan geri qaytarılmamışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs qohumu olan və özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən, hazırda adını xatırlamadığı şəxs ona vurulmuş ziyanın ödəniləcəyinə dair vədlər vermişdir. Lakin, həmin şəxsin kimliyi və əlaqə vasitələri yadında deyildir. Son vaxtlarda isə Təqsirləndirilən şəxs dələduzluq əməllərinə görə azadlıqdan məhrum edildiyini eşitmişdir. Bundan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Onu Hüseynin yanına həmkəndlisi Şirin aparmışdır. Namiq və Emin adlı şəxsləri tanımışdır. Lakin, hal-hazırda əlaqə vasitələri və ünvanları yadında deyildir. O, hər iki mənzilin pulunu şəxsən Hüseynə vermişdir. Hüseynin ifadəsində göstərilən xüsusatlar yalandır. Hüseyndən aldığı mənzillərə görə Namiq və Eminə heç bir məbləğdə pul verməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs işi ilə əlaqədar tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Zərərçəkmiş şəxs1 onun əmisidir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bundan yeddi il öncə əmisi onun üçün Hüseyndən ev almışdı. Əmisi onun üçün olan evi 55.000 manata almışdı. Onlar mənzil üçün 55.000 manat, mənzilin təmiri üçün isə 15000 manat məbləğində vəsait xərcləmişlər. O, əmisinin aldığı evlərin ünvanını tam dəqiqliyi ilə xatırlamır. Evin sahəsinin 137 kvadratmetr olduğunu, üç otaqlı mənzil olduğunu xatırlayır. Onlar mənzilin təmirinə başladıqdan sonra mənzillərin başqasına da satıldığını öyrəndilər. Onlara mənzilin satışı ilə bağlı Təqsirləndirilən şəxs müqavilə verib. Satışla bağlı qəbzin verilib-verilmədiyini xatırlamır. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanıyır. Onlarla ədavəti və yaxınlığı yoxdur. O, Nəsimi müəllimi Hüseynə yönəltmişdir. O, Hüseyndən ev almışdır. Nəsimi müəllim ev almaq istəyəndə ona Hüseynin ucuz ev satdığını söyləmişdir. O da Hüseyndən ev almışdır. Nəsimiyə nə qədər ziyan dəydiyini dəqiqliyi ilə xatırlamır. Nəsiminin bir ev aldığını dəqiq bilir. Onun Hüseyndən ev almağına dair sənədi var, amma evi yoxdur. O, öz mənzilində təmirə başlayanda, əlində mənzilə dair sənədi olmasına baxmayaraq, onu mənzilindən çıxartdılar. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Şahid6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Onun hadisə ilə bağlı demək olar ki, heç nə yadında deyil. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Elmandan mənzil almışdır. Üç otaqlı, 92 kvadratmetr mənzil ona məxsus olub. Bina on beş mərtəbəli idi. 2006-cı ildə ev və onun sənədini almış, mənzili təmir edərək içində yaşamışdır. Hal-hazırda ev özündədir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadələrində göstərmişdir ki, 2006-cı ilin ortalarında ünvan 5 ünvanda yerləşən həmin vaxt "xxxx" MMC-yə məxsus olan binanın 1-ci giriş, 14-cü mərtəbəsində ümumi sahəsi 100 kv.m olan 3 otaqlı, 92 nömrəli mənzil üçün MTK sədri vəzifəsində işləyən Elman Tağıyevə 30.000 ABŞ dolları ödəməklə həmin mənzili almışdır. E.Tağıyevlə aralarında xx.xx.2006-cı il tarixli müqavilə bağlanmış və mənzilin dəyərinin tam ödənildiyini təsdiq edən xx.xx.2006-cı il tarixli maliyyə araytşı ona təqdim edilmişdir. O, mənzili satın alandan sonra təmir etdirib yaşamağa başlamışdır. 2016-cı ildən özünə məxsus göstərilən mənzildə daimi yaşayır. Həmin mənzilin sənədlərinin surətlərini könüllü olaraq araşdırmaya təqdim etmişdir. Səhv etmirsə Elman Tağıyev bir mənzili bir neçə şəxsə satdığı üçün həbs edilmiş və bildiyi qədər hazırda azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Elman Tağıyevdən sonra həmin binaya Təqsirləndirilən şəxs rəhbərlik etməyə başlamış və sonuncu da bir mənzili bir neçə şəxsə satdığı üçün hazırda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Elman Tağıyevdən sonra bir müddət onun yaşadığı binanın komendantı işləmişdir. Bildiyi qədəri ilə Hüseyn komendant işlədiyi vaxt onların binalarında yaşamışdır. Hüseynin vəzifəsi bina sakinlərindən kommunal pullarını yığmaq və binanın təmiz qalmasını təmin etməkdən ibarət olmuşdur. Hüseynlə yaxın münasibəti olmamış, həmin şəxsi binanın komendantı kimi tanımışdır. Qeyd edilən mənzil xx.xx.2006-cı il tarixdən ona məxsusdur və sözügedən mənzildə yaşayır. Hüseynin ona məxsus olan mənzili başqasına satmasından xəbəri olmamışdır. Sözügedən mənzili alarkən binanın birinci mərtəbəsi qeyri-yaşayış sahəsi imiş və həmin qeyri-yaşayış sahəsi ilə birlikdə bina 15 mərtəbəli olmuşdur. Hazırda da bina həmin formadadır. Şahid3 təqdim edilmiş sənəddə mərtəbə sayı səhv göstərilmişdir. O, həmin mənzili aldıqdan sonra satmaq fikrinə düşməmiş və bununla bağlı köməklik etməsi üçün heç kimə müraciət etməmişdir. Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqədar olaraq tanıyır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. X21 Emilə olan borcunun əvəzinə verdiyi evi sənədələşdirmək üçün Həsənəov Emilin onun yanında Əsəgrov Hüsyenə 1000 manat verdiyiyni görmüşdür. Əsəgrov Hüseynə böhtan atmır. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, atası Ramil Şükürov hal-hazırda 6 saylı cəz çəkmə müəssisəsində cəza çəkir. Atası 2018-ci ilin may-iyun aylarında Abşeron rayonu, Novxanı kəndində yaşayış evini girov qoyarkən Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Belə ki, həmin ev atasına məxsus olsa da bibisi Könül Şabanovanın və Cəfər adlı şəxsin adına olmuşdur. Lakin, evdə o, anası Samirəylə yaşamışdır. Yaşayış evini girov qoyanda Emil Bakı İstintaq Təcridxanasında atasıyla görüşmüşdür. Atası həmin vaxt Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən CM-nin 178-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Binəqədi rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bir neçə dəfə Emil atasıyla görüşdə olmuşdur. Emil atasına xatırlamadığı miqdarda borc vermişdir. Atası Emilə pulun əvəzində ev verəcəyini bildirmişdir. 20 iyun 2018-ci ildə o, Emillə birlikdə Xətai rayonu Rahib Məmmədov 20 ünvana getmişdir. Orada Emil onun vasitəsiylə Hüseynlə tanış olmuşdur. Hüseynin tikdirdiyi binada atasına borcu olan Arzu adlı şəxsin mənzili olmuşdur. Arzu atasına olan borcunun müqabilində həmin mənzili Emilə verməyə razılaşmışdır. Hüseyn özünü onlara tikinti kooperativinin sədri kimi təqdim etmişdir. Hüseyn onlara R. Məmmədov ünvanda yerləşən yaşayış binasının 15-ci mərtəbəsindəki 3 otaqlı 99 nömrəli mənzili göstərmişdir. Atasının borcunun əvəzinə həmin evi Emilə verəcəyini bildirmişdir. Emil Hüseynlə razılaşmışdır. Hüseyn Emildən evi adına sənədləşdirmək üçün 2000 manat pul istəmişdir. Emil də sonuncuyia razılaşmışdır. X22 metrosunun çıxışında görüşmək barədə razılığa gəlmişlər. Həmin gün axşam saatlarında o, X27 metrosunun çıxışına gəlmişdir. Hüseyn də əlində müqavilə və maliyyə arayışı ilə həmin ünvana gəlmişdir. Emil yanında Hüseynə 2000 manat pul vermişdir. Hüseyn Emilə yuxarıda göstərdiyi mənzilə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi təqdim etmişdir. Onlar müqaviləyə baxanda onun adına tərtib edildiyini görmüşlər. Emil Hüseyndən müqaviləni öz adına tərtib etməsini tələb etmişdir. Hüseyn razılaşaraq Emilin adına yenidən müqavilə tərtib etmək üçün sonuncudan əlavə olaraq 800 manat pul istəmiş və həmin vəsaitin də əvvəl verdiyi vəsait kimi MTK-nın hesabına keçiriləcəyini bildirmişdir. Emil Hüseylə razılaşmış və xx.xx.2018-ci il tarixdə onunla birlikdə Həzi Aslanov metrosunun yanında yenidən Hüseynlə görüşmüşdür. Emil Təqsirləndirilən şəxs 800 manat pul vermişdir. Hüseyn isə Emilə ünvan 4 ünvanda yerləşən binanın 15-ci mərtəbəsindəki 3 otaqlı 99 saylı mənzilin 115680 manata sonuncuya satılması barədə xx.xx.2018-ci il tarixli, imzalı və möhürlü müqaviləni və göstərilən vəsaitin ödənməsi barədə maliyyə arayışını təqdim etmişdir. Emil müqavilədə artıq məbləğin yazıldığını bildirdikdə Hüseyn mənzili qiymətinin həmin məbləğ olduğunu, sonuncuya hörmət edərək ucuz qiymətə verdiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2010-cu üdə Bakı şəhəri, Xətai rayonu, R. Məmmədov 20 ünvanda yerləşən yaşayış binasının İ blokunun 15-ci mərtəbəsində yerləşən 3 otaqlı 99 saylı mənzili "xxxx" MTK-nın sədri Elman Tağıyevdən 43380 manat məbləğində pula satın almışdır. Bu barədə Elman Tağıyevlə arasında müqavilə də bağlanmışdır. Lakin, sonradan Elman həmin mənzili başqa bir qadına da satmışdır. Elman Tağıyev R. Məmmədov 20 ünvanda yerləşən eyni mənzilləri bir neçə şəxsə satdığına görə cinayət məsuliyyətinə cəlb edilərək həbs edildikdən sonra adını xatırlamadığı həmin qadınla aralarında olan məhkəmə mübahisəsində Xətai rayon məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə yuxarıda göstərilən mənzilin ona məxsus olduğu təsdiqlənmişdir. Məhkəmə qərarları ilə mənzillərin ona məxsus olması təsdiqləndikdən sonra o, Bakı şəhəri, Xətai rayonu, R. Məmmədov 20 ünvanda yerləşən yaşayış binasının İ blokunun 15-ci mərtəbəsində yerləşən 3 otaqlı 99 saylı mənzili notarial qaydada qonşusuna satmışdır. “Qurtuluş-93” Mənzil İstismar Kooperativinin sədri Təqsirləndirilən şəxs həmin binanın komendantı olmuş, binanın təmizliyinə, kommunal xidmətlərin ödənilməsinə və ümumiyyətlə binanın idarəçiliyinə baxmışdır. Sonuncunun həmin binada yerləşən mənzilləri satmaq və ya həmin mənzillərlə bağlı qərar qəbul etmək səlahiyyəti olmamışdır. Çünki, o, həmin mənzillərin mülkiyyətçisi olmamışdır. Bütün mənzillərin öz mülkiyyətçisi olmuşdur. O, mənzilinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 və ya başqa şəxsə satılması barədə məlumatlı olmamışdır. Şahid4 ifadələrində göstərmişdir ki, 2006-cı ilin sonlarında ünvan 5 ünvanda yerləşən həmin vaxt "xxxx" MMC-yə məxsus olan binanın 1-ci giriş, 10-cu mərtəbəsində ümumi sahəsi 116.3 kv.m olan 3 otaqlı, 67 nömrəli mənzil üçün MTK sədri vəzifəsində işləyən Elman Tağıyevə 32.564 ABŞ dolları ödəməklə həmin mənzili almışdır. E.Tağıyevlə aralarında xx.xx.2006-cı il tarixli müqavilə bağlanmış və mənzilin dəyərinin tam ödənildiyini təsdiq edən xx.xx.2006-cı il tarixli maliyyə arayışı ona təqdim edilmişdir. O, mənzili satın alandan sonra təmir etdirməmiş və işləmək üçün Rusiya Federasiyasına getmişdir. Səhv etmirsə 2012-ci ildə Elman Tağıyev bir mənzili bir neçə şəxsə satdığı üçün həbs edilmiş və bildiyi qədər hazırda azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Elman Tağıyevdən sonra həmin binaya Təqsirləndirilən şəxs rəhbərlik etməyə başlamış və o da bir mənzili bir neçə şəxsə satdığı üçün hazırda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Elman Tağıyevdən sonra bir müddət onun yaşadığı binanın komendantı işləmişdir. Təxminən 2017-ci ildə satın aldığı evə gələndə mənziliin başqa şəxslər tərəfindən təmir etdirildiyini görmüşdür. O, həmin şəxslərə müdaxilə edərək təmiri dayandırmışdır. Təqsirləndirilən şəxs ona məxsus mənzili başqa şəxsə satması müəyyən edilmişdir. Həmin şəxsin adı hazırda yadında deyildir. Lakin, həmin şəxsin Naxçıvandan olduğunu xatırlayır. Bildiyi qədəri ilə Hüseyn komendant işlədiyi onların binalarında yaşamışdır. Hüseynin vəzifəsi bina sakinlərindən kommunal pullarını yığmaq və binanın təmiz qalmasını təmin etməkdən ibarət olmuşdur. Hüseynlə yaxın münasibəti olmamış, həmin şəxsi binanın komendantı kimi tanımışdır. Hüseynin bu dələduzluğuna görə sonuncuya etibar etmədiyi üçün özünə məxsus olan yuxarıda göstərilən mənzili 16 avqust 2021-ci il tarixdə X2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli Qətnaməsi ilə ünvan 5 ünvanda binanın 1-ci giriş, 10-cu mərtəbəsində ümumi sahəsi 116.3 kv.m olan 3 otaqlı, 67 nömrəli mənzilə olan mülkiyyət hüququ təsdiq edilmişdir. O, həmin mənzili aldıqdan sonra satmaq fikrinə düşməmiş və bununla bağlı köməklik etməsi üçün heç kimə müraciət etməmişdir. Lakin, Hüseynin dələduzluğunu görərək 2020-ci ildən sonra özünə məxsus olan mənzili satmaq qərarına gəlmiş və 2021-ci ildə həmin mənzili satmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş: İbtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı əmisi Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanda inşa edilmiş 17 mərtəbəli binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 117 kv.m olan İ blokda yerləşən 67 nömrəli mənzil üçün həmin binanın birinci mərtəbəsində yerləşən Kooperativin ofisində nağd qaydada 93.600 manat pul ödəməklə müqavilə yolu ilə həmin mənzili almasını bildirmişdir. İbtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı həmkəndlisi Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanda inşa edilmiş 17 mərtəbəli binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 117 kv.m olan İ blokda yerləşən 67 nömrəli mənzil üçün həmin binanın birinci mərtəbəsində yerləşən Kooperativin ofisində nağd qaydada 93.600 manat pul ödəməklə müqavilə yolu ilə həmin mənzili almasını bildirmişdir. İbtidai istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı qohumu Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanda inşa edilmiş 17 mərtəbəli binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 96.4 kv.m olan İ blokda yerləşən 92 nömrəli mənzil üçün nömrəli mənzil üçün həmin binanın birinci mərtəbəsində yerləşən Kooperativin ofisində nağd qaydada 70.000 manat pul ödəməklə müqavilə yolu ilə həmin mənzili almasını bildirmişdir. xx.xx.2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışından “Qurtuluş - 93” Mənzil İstismar Kooperativinin sədri Təqsirləndirilən şəxs ünvan 2 ünvanda inşa edilmiş 17 mərtəbəli binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 117 kv.m olan İ blokda yerləşən 67 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 93.600 manat müqabilində satılması barədə saxta müqavilə tərtib edərək imzalaması və üzərinə möhür vurması müəyyən edilir. xx.xx.2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışından “Qurtuluş - 93” mənzil istismar kooperativinin sədri Təqsirləndirilən şəxs ünvan 2 ünvanda inşa edilmiş 17 mərtəbəli binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 96.4 kv.m olan İ blokda yerləşən 92 nömrəli mənzilin Şahid3 70.000 manat müqabilində satılması barədə saxta müqavilə tərtib edərək imzalaması və üzərinə “Qurtuluş - 93” mənzil istismar kooperativinin möhürünü vurması müəyyən edilir. xx.xx.2018-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının surətindən “Qurtuluş - 93” mənzil istismar kooperativinin sədri Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, R. Məmmədov 20 ünvanda yerləşən yaşayış binasının İ blokunun 15-ci mərtəbəsində yerləşən 3 otaqlı 99 saylı mənzilin Zərərçəkmiş şəxs2 115.680 manat müqabilində satılması barədə saxta müqavilə tərtib edərək imzalaması və üzərinə “Qurtuluş - 93” mənzil istismar kooperativinin möhürünü vurması müəyyən edilir. xx.xx.2018-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının surətindən “Qurtuluş - 93” mənzil istismar kooperativinin sədri Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, R. Məmmədov 20 ünvanda yerləşən yaşayış binasının İ blokunun 15-ci mərtəbəsində yerləşən 3 otaqlı 99 saylı mənzilin Şahid7 115.680 manat müqabilində satılması barədə saxta müqavilə tərtib edərək imzalaması və üzərinə "Qurtuluş - 93” mənzil istismar kooperativinin möhürünü vurması müəyyən edilir. xx.xx.2006-cı il tarixli müqavilənin surətindən ünvan 2 ünvanda inşa edilmiş 14 mərtəbəli binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 116.3 kv.m olan İ blokda yerləşən 67 nömrəli mənzilin "Birlik - İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şahid4 32.564 ABŞ dolları müqabilində satılması müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən ünvan 2 ünvanda inşa edilmiş 14 mərtəbəli binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 116.3 kv.m olan İ blokda yerləşən 67 nömrəli mənzilin Şahid4 təhvil verilməsi və mənzildən istifadə ilə bağlı qanunsuz maneələrin aradan qaldırılmasının "Birlik - İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyi müəyyən edilir. xx.xx.2006-cı il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının surətindən ünvan 2 ünvanda inşa edilmiş 14 mərtəbəli binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan İ blokda yerləşən 92 nömrəli mənzilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şahid6 30.000 ABŞ dolları müqabilində satılması müəyyən edilir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamının surətindən Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 564 saylı razılıq məktubu nəzərə alınaraq ünvan 7 ünvanda 0,20 ha torpaq sahəsinin icarə əsasında çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verildiyi müəyyən edilir. “Qurtuluş 93» Mənzil-X1 surətindən Təqsirləndirilən şəxs 20 faiz pay haqqı ilə təsisçisi və direktoru olduğu Kooperativin 10 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X7 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** VEÖN-lə qeydiyyata alınması müəyyən edilir. xx.xx.2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı, xx.xx.2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı, xx.xx.2018-ci il tarixli müqavilələr və eyni tarixli maliyyə arayışlarının surətləri, xx.xx.2006-cı il tarixli müqavilənin surəti, xx.xx.2006-cı il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının surəti, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamının surəti cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün xx.xx.2023-cü il tarixli qərarla maddi sübut qimində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələri müqayisəli təhlil olunarkən onun ifadələrində qeyri-ardıcıl olduğu müəyyən olundu. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü təqsirli bilmədiyi halda, məhkəmədə ifadələrini dəqiqləşdirmiş və qismən etirafedici ifadələr verərək ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin bir hissəsinin özü tərəfindən törədildiyini etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittihamın inkarına yönəlmiş və özünü təqsirli bilməməsinə dair ifədələrinə münasibətdə bildirir ki, onun bu hərəkətləri və özünü təqsirli bilməməsinə dair bəyanatları öz məsuliyyətini yüngülləşdirmək və təyin ediləcəyini ehtimal etdiyi cəzadan yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. Məhkəmənin bu qənaəti, iş üzrə zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələri, üzləşdirmə aparılması haqqında protokollar, məhkəmədə elan olunub araşdırılmış sübutların məcmusu və işin faktiki halları baxımından əsaslıdır. Çünki məhkəmədə Təqsirləndirilən şəxs öz müdafiəsinə yönəlmiş ifadələri əsaslı şübhələrlə müşahidə olundu. Həmin şübhələri Təqsirləndirilən şəxs xeyrinə aradan qaldırmaq üçün sübut müəyyən olunmamış və o özü də belə bir sübut təqdim etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs hərəkətlərini təsvir edən sübutların və işin faktiki halları fonunda yaranmış obyektiv təsəvvür baxımından onun əməllərinin ittiham olunduğu cinayət qanunun müvafiq maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyi və sübuta yetirildiyi qənaətinə gəlir və onun əməllərinin Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri tövsif olunmasını əsaslı sayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs CM-in 313cü maddəsi ilə Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinin tələblərinə əsasən, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməməsini əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsi qənaətinə gəldiyindən onun həmin maddə ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun törətdiyi cinayət əməlinin cinayət olmasını aradan qaldıran hal, onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmamışdır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündən daha az ciddi cəza təyin edilməsi üçün əsas müəyyən olunmadığı qənaətinə gəlir. Məhkəmənin bu mövqeyi Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə təqsirli bilinib və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi faktı baxımından da əsaslıdır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənməməsi müəyyən olundu. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli olması qənaətinə gəldiyindən zərərçəkmiş şəxslərə onlara dəymiş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olmasının izah edilməsi qənaətinə gəlir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı, xx.xx.2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı, xx.xx.2018-ci il tarixli müqavilələr və eyni tarixli maliyyə arayışlarının surətləri, xx.xx.2006-cı il tarixli müqavilənin surəti, xx.xx.2006-cı il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının surəti, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamının surətinin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müsadirə olunmalıəmlakı müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi tərəfindən 80 (səksən) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu səbəbdən də məhkəmə, ona ödənilməli olan 480 (dörd yüz səksən) manat pulun dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər X9 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 32.5,313-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi - məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmə tərəfindən 31 may 2023-cü ildə ona 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi - məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il 06 ay müddətə azadllıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu qənaətinə gəldiyindən Ali Məhkəmə tərəfindən 31 may 2023-cü ildə ona 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi - məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il 06 ay müddətə azadllıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən bu iş üzrə ona təyin edilmiş cəza ilə qismən toplanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi törətdiyi cinayət əməli barəsində qismən etirafedici ifadələr verməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin törədilməsi hallarını, şəraitini, nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəlki iş üzrə təyin edilmiş cəzasının başlanğıcının 05 fevral 2020-ci il tarixdən hesablandığı müəyən olundu. Həmin halı nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin etdiyindən onun cəza müddətinin başlanğıcının 05 fevral 2020-ci il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun hazırda azadlıqdan məhrumetmə cəzası çəkdiyi və həbsdə olması nəzərə alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərəkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq, yəni Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Ali Məhkəmə tərəfindən 31 may 2023-cü il tarixdə təyin olunmuş 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi - məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il 06 ay müddətə azadllıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri ilə ona təyin edilmiş cəza ilə toplansın və ona qəti olaraq 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il 08 (səkkiz) ay azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrumetmə cəzası çəkməsi və həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi ödənilməsi üçün 480 (dörd yüz səksən) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X9 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunsun. Zərərçəkmiş şəxslərə onlara dəymiş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar