Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-354/2025 19.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər X25 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X29, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 və Gəncə şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi5, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 iştirakları ilə,
1. xx xxxx 1996-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Avaxıl kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 1, mənzil 5 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə,
2. xx xxxxx 1990-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə,
3. xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.4.3-cü maddələri ilə,
4. xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,
müəyyən etdi:
Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin külli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs4 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə mobil telefonların ticarəti ilə məşğul olmaları barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özlərinin vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə xeyli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib birlikdə inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra 2023-cü ilin fevral ayının sonlarında ünvan 6 ünvanının yaxınlığında yerləşən “Barcelona” çay evində Təqsirləndirilən şəxs4 ilə birlikdə 5000 manat və 2023-cü ilin mart ayının 10-da ünvan 7 ünvanında yerləşən “Sumqayıt Hospital” xəstəxanasının həyətində şəxsən özü Zərərçəkmiş şəxs1 xeyli miqdarda 20.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra ümumi razılığa əsasən həmin işi görməyərək vədlərinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə xeyli miqdarda 25.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs4 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Türkiyə Respublikasından şokolad məhsullarının ölkəyə gətirilərək ticarəti ilə məşğul olmaları barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özlərinin vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə xeyli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib birlikdə inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının ortalarında ünvan 6 ünvanının yaxınlığında “Barcelona” adlı çay evində Zərərçəkmiş şəxs1 xeyli miqdarda 9000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs4 ilə birlikdə aldıqdan sonra ümumi razılığa əsasən həmin işi görməyərək vədlərinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda 9.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə klub-bar kimi fəaliyyət göstərən iaşə obyektinə yatırım edəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özünün vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə külli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra Təqsirləndirilən şəxs1 2023-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı Notariat ofisinin qarşısında Zərərçəkmiş şəxs1 65.000 manat və 2023-cü ilin aprel ayının sonlarında ünvan 10 ünvanının yaxınlığında özünün idarə etdiyi avtomobilin içərisində Zərərçəkmiş şəxs1 əlavə olaraq 35.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra həmin işi görməyərək vədinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə külli miqdarda 100.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma volu ilə ələ keçirmək məqsədilə gəlirli iş sahəsinə yatırım edəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özünün vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə xeyli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra vahid niyyətlə 2023-eü ilin aprel ayı ərzində günləri naməlum vaxtlarda onun göstərişi ilə Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz adı '‘Zahid” kimi naməlum olan şəxsə ünvan 11 ünvanda verdiyi 3000 manat, 2000 manat və 5000 manat məbləğlərində pul vəsaitini aldıqdan sonra həmin işi görməyərək vədinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə xeyli miqdarda 10.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə ayaqqabı ticarətinə yatırım edəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özünün vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə xeyli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra vahid niyyətlə 2023-cü ilin aprel ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən Bazarın yanında özünün idarə etdiyi avtomobilin içərisində Zərərçəkmiş şəxs1 3.000 manat, 2023-cü din aprel ayının ortalarında ünvan 10 ünvanının yaxınlığında özünün idarə etdiyi avtomobilin içərisində Zərərçəkmiş şəxs1 8.000 manat, 2023-cü ilin may ayının əvvəllərində ünvan 10 ünvanının yaxınlığında özünün idarə etdiyi avtomobilin içərisində Zərərçəkmiş şəxs1 10.000 manat və 2023-cü ilin may ayının ortalarında Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində yerləşən “Qayalı” marketin yaxınlığında özünün idarə etdiyi avtomobilin içərisində Zərərçəkmiş şəxs1 əlavə olaraq 11.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra həmin işi görməyərək vədinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə xeyli miqdarda 32.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə gəlirli iş sahəsinə yatırım edəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özünün vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə xeyli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra 2023-cü ilin may ayı əvvəllərində onun göstərişi ilə Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz adı “Röyal” kimi naməlum olan şəxsə Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində yerləşən “Qayalı” marketin qarşısında verdiyi 7.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra həmin işi görməyərək vədinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda 7.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə şəxsiyyətləri naməlum tanışları “Rza” və “Cavid” adlı şəxslərin vasitəsilə həyata keçirilən avtomobil alqısatqısına yatırım edəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özünün vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə 50.000 manat miqdarında pul vəsaiti xərcləməklə həmin məbləğin 25.000 manatını özü, 25.000 manat hissəsini isə Zərərçəkmiş şəxs1 yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra Təqsirləndirilən şəxs1 2023-cü ilin iyun ayının əvvəllərində ünvan 10 ünvanının yaxınlığında özünün idarə etdiyi avtomobilin içərisində Zərərçəkmiş şəxs1 25.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra həmin işi görməyərək vədinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə yanacaqdoldurma məntəqələrində yağ və qatqı məhsullarının satışına yatırım edəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özünün vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə xeyli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra vahid niyyətlə 2023-cü ilin avqust ayının əvvəllərində onun göstərişi ilə Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz şəxsiyyəti naməlum şəxsə Şamaxı rayonu, Avaxıl kəndində verdiyi 20.000 manat və 2023-cü ilin avqust ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Xirdalan dairəsində Zərərçəkmiş şəxs1 əlavə olaraq 7.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra həmin işi görməyərək vədinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə xeyli miqdarda 27.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi 12.000 manata avtomobil qeydiyyat nömrəsini aldıqları təqdirdə sonradan baha qiymətə satıb əlavə gəlir əldə edəcəkləri barədə Zərərçəkmiş şəxs2 qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra Təqsirləndirilən şəxs1 25 may 2023-cü il tarixdə Xırdalan şəhərində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2 xeyli miqdarda 11.750 manat məbləğində pul vəsaitini aldıqdan sonra həmin işi görməyərək vədinə əməl etməyib ələ keçirdiyi pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qəlyan məmulatlarının ticarəti ilə məşğul olmaları barədə Zərərçəkmiş şəxs2 yalan məlumatlar verib özünün vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra vahid niyyətlə Zərərçəkmiş şəxs2 tərəfindən "xxxx" ASC-yə aid olan mobil tətbiq vasitəsilə ona bildirilən 416973******2838 saylı kart hesabına 25 avqust 2023-cü il tarixdə 3.000 manat və ona bildirilən 416973******7613 saylı kart hesabına həmin tarixdə 5.000 manat məbləğində pulu köçürməsinə nail olub ümumilikdə 8.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirdikdən sonra həmin işi görməyərək vədinə əməl etməyib ələ keçirdiyi pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək görülən işlərə zamin duracağına inandırmaqla qəlyan məmulatlarının ticarəti ilə məşğul olmaları barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özlərinin vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə külli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib birgə inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra vahid niyyətlə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə 2023-cü ilin sentyabr ayının ortalarında ünvan 13 ünvanının yaxınlığında yerləşən “Ərzurum” adlı kafedə Zərərçəkmiş şəxs1 48.000 manat məbləğində, daha sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyrisi ilə birlikdə 2023-cü ilin sentyabr ayının ortalarında ünvan 14 ünvanında yerləşən “Meh” restoranında Zərərçəkmiş şəxs1 44.800 manat məbləğində pul vəsaitini aldıqdan sonra ümumi razılığa əsasən həmin işi görməyərək vədlərinə əməl etməyib həmin pulları öz aralarında bölərək ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə külli miqdarda 92.800 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək görülən işlərə zamin duracağına inandırmaqla qəlyan məmulatlarının ticarəti ilə məşğul olmaları barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özlərinin vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə külli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib birgə inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra vahid niyyətlə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə birlikdə 2023-cü ilin sentyabr ayının ortalarında ünvan 15 ünvanın yaxınlığında yerləşən ‘‘Ərzurum” adlı kafedə Zərərçəkmiş şəxs1 48000 manat məbləğində, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyrisi ilə birlikdə 2023-cü ilin sentyabr ayının ortalarında ünvan 14 ünvanında yerləşən “Meh” restoranında Zərərçəkmiş şəxs1 44.800 manat məbləğində pul vəsaitini aldıqdan sonra ümumi razılığa əsasən həmin işi görməyərək vədlərinə əməl etməyib həmin pulları öz aralarında bölərək ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə külli miqdarda 92.800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətini törətmiş, habelə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü zərərçəkmiş şəxsə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək qəlyan məmulatlarının ticarəti ilə məşğul olmaları barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyrisi ilə gördüyü işlərə zamin duracağına inandırıb həmin şəxslərin vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə külli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib birgə inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra vahid niyyətlə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə 2023-cü ilin sentyabr ayının ortalarında ünvan 15 ünvanının yaxınlığında yerləşən “Ərzurum” adlı kafedə Zərərçəkmiş şəxs1 48.000 manat məbləğində, Təqsirləndirilən şəxs1, qeyrisi və onun özü 2023-cü ilin sentyabr ayının ortalarında birlikdə ünvan 14 ünvanında yerləşən “Meh” restoranında Zərərçəkmiş şəxs1 44.800 manat məbləğində pul vəsaitini aldıqdan sonra ümumi razılığa əsasən həmin işi görməyərək vədlərinə əməl etməyib həmin pulları öz aralarında bölərək ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə külli miqdarda 92.800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs1 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edib sonuncunun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında yaranmış pul məsələsinin araşdırılmasında köməklik edib pulunun geri qaytarılmasını təmin edəcəyi barədə yalan məlumatlar verib guya həmin işin görülməsi üçiin ortaya çıxan xərcləri qarşılamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadıb etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncunun adına olan Leobank elektron hesabından müvafiq mobil bank tətbiqi vasitəsilə “Günay C.” kimi qeyd olunmuş müştərinin adına olan 416973******0615 nömrəli elektron karta hesabına xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə 30 manat məbləğində pulların köçürülməsinə nail olmaqla həmin pulları öz ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs1 ümumilikdə 1.760 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, naməlum mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 12,716 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlayaraq ünvan 16 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 03 dekabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 17:00-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 134 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada saat 18:45-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümlərdə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 5,593 qr və 7,123 qr olmaqla, ümumi təmiz çəkisi 12,716 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qohumu Zərərçəkmiş şəxs1 Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən MTK-larda aparılan tikinti işlərində istifadə olunan materialların daşınması işinə pul xərcləməklə əlavə qazanc əldə edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq Zərərçəkmiş şəxs1 ünvan 10 ünvanının yaxınlığında 2023-cü ilin fevral ayının ortalarında özünün idarə etdiyi avtomobilin içərisində 1.500 manat, həmin ünvanda 2023-cü ilin fevral ayının sonlarında özünün idarə etdiyi avtomobilin içərisində əlavə olaraq 1.500 manat və Abşeron rayonu, At yalı qəsəbəsində 2023-cü ilin fevral ayının sonlarında özünün idarə etdiyi avtomobilin içərisində əlavə olaraq 2000 manat pulu hissə-hissə olmaqla vahid niyyətlə alaraq verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 5.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir; Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə mobil telefonların ticarəti ilə məşğul olmaları barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özlərinin vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə xeyli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birlikdə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib birlikdə inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra 2023-cü ilin fevral ayının sonlarında ünvan 6 ünvanın yaxınlığında yerləşən “Barcelona” çay evində Təqsirləndirilən şəxs1 ilə birlikdə 5000 manat və 2023-cü ilin mart ayının 10-da ünvan 17 ünvanında yerləşən “Sumqayıt Hospital” xəstəxanasının həyətində qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1 şəxsən Zərərçəkmiş şəxs1 xeyli miqdarda 20.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra ümumi razılığa əsasən həmin işi görməyərək vədlərinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə xeyli miqdarda 25000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Türkiyə Respublikasından şokolad məhsullarının ölkəyə gətirilərək ticarəti ilə məşğul olmaları barədə Zərərçəkmiş şəxs1 yalan məlumatlar verib özlərinin vasitəsilə həmin ticarət fəaliyyəti sahəsinə xeyli miqdarda pul vəsaiti xərcləməklə yatırım etdikləri təqdirdə birlikdə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib birlikdə inandırmağa nail olmaqla etibarını qazandıqdan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4lə birlikdə 2023-cü ilin mart ayının ortalarında ünvan 6 ünvanının yaxınlığında “Barcelona” adlı çay evində Zərərçəkmiş şəxs1 xeyli miqdarda 9.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra ümumi razılığa əsasən həmin işi görməyərək vədlərinə əməl etməyib həmin pulları öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda 9.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1la aralalarında pul söhbəti olmamışdır. O, narkotik vasitələrdən istifadə etmir. Təqsirləndirilən şəxs2 onun tələbə yoldaşı olmuş və mütəmadi əlaqələri olmuşdur. O, heç vaxt Təqsirləndirilən şəxs2 dələduzluq etdiyini görməmişdir. O, Təqsirləndirilən şəxs1 1 aya yaxındır ki, tanımışdır. Təqsirləndirilən şəxs1 işlərində sıxıntı olduğundan Təqsirləndirilən şəxs1 ondan 2500 manat borc pul almışdır. Orxan 200 manat borc pulu ona qaytarmışdır. Təqsirləndirilən şəxs1 ona demişdir ki, şərik işlədiyi Zərərçəkmiş şəxs1 pul götürüb təmir-tikinti işləri aparır. O, Zərərçəkmiş şəxs1 ilk dəfə “Meh” restoranında görmüşdür. Həmin gün yeyib-içmişlər və Orxan bildirmişdir ki, 2 gün sonra Rasim onlara pul verəcək. 2 gün sonra görüşdə “Meh” restoranında Zərərçəkmiş şəxs1 çantada pulu ortaya qoymuşdur və Bəhruz pulu götürmüşdür. Zərərçəkmiş şəxs1 Orxanın təmir-tikinti işinə görə pul vermişdir. Onlar pulu sayanda o, iştirak etməmiş, həmin vaxt ona zəng gəldiyindən o, qapıya tərəf getmişdir. Yekunda Təqsirləndirilən şəxs1 demişdir ki, çantada 43.000 manat pul var. Həmin puldan Təqsirləndirilən şəxs1 ona olan 2.000 manat borcunu qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 özünü heç vaxt polis əməkdaşı kimi təqdim etməmiş, ittiham aktında yazılanlar yalandır. O, istintaq zamanı fiziki və psixoloji təzyiq altında ittihamı qəbul etmişdir. 03 dekabr 2023-cü il tarixdə saat 16:46-da avtobus dayanacağında 67 nömrəli avtobusdan düşərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİnin əməkdaşları tərəfindən saxlanılmışdır. Bir nəfər mülki geyimli şəxs xidməti vəsiqəsinin üz qabığını göstərərək BMCMİ-nin əməkdaşı olduğunu demişdir. Həmin şəxs cinayət işinin açılmasında onun köməkliyi lazım olduğunu demişdir. O, dayanacaqda hər kəsin yanında polis əməkdaşlarından onun üstünə baxış keçirmələrini istəmiş, amma polis əməkdaşı demişdir ki, o, sadəcə cinayət işinin üstünün açılmasına görə lazımdır. Polis əməkdaşları 4 nəfər imişlər. O, onların maşınına minmiş, yanında 2 nəfər oturmuşdur. Maşında qabaqda oturan əməkdaş ondan hara getdiyinin fərqində olub-olmadığını soruşmuşdur. O, hara getdiklərini bildiyini demişdir. Həmin əməkdaş ona onun çox rahat oturduğunu demişdir. O, bildirmişdir ki, günahsız olduğundan rahat oturmuşdur. Həmin şəxs əlindəki adapter ilə onun üst nahiyəsindən vurmuşdur. İdarənin qarşısında üzərinə baxış keçirmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-də mülki geyimdə bir nəfər şəxs gəlmişdir. Polis əməkdaşları həmin şəxsin rəis olduğunu demişlər. Həmin rəis mobil telefonda ona Zərərçəkmiş şəxs1, sonra isə Orxan, Şöhrət və Allahşükürün şəkillərini göstərmişdir. O, Zərərçəkmiş şəxs1, Orxan və Allahşükürü tanıdığını, Təqsirləndirilən şəxs4 tanımadığını demişdir. Rəis bildirmişdir ki, onlar dələduzluq etmişlər və Zərərçəkmiş şəxs1 300.000 manat pulu mənimsəmişlər. O, bundan xəbəriz olduğunu, amma onun gözünün qabağında Zərərçəkmiş şəxs1 onlara 43.000 manata yaxın pul verdiyini demişdir. Rəis demişdir ki, o, düz görməmiş, Zərərçəkmiş şəxs1 300.000 manat pulu mənimsənilmiş və bu işdə onun şahidliyi lazımdır. Rəis bildirmişdir ki, videogörüntüdə bildirsin ki, Zərərçəkmiş şəxs1 onun iştirakı ilə 150.000 manat pulu Təqsirləndirilən şəxs1, 150.000 manat pulu da Təqsirləndirilən şəxs2 vermişdir, bunu dedikdən sonra onu sərbəst buraxacaqlar. Zərərçəkmiş şəxs1 27 noyabr 2023-cü il tarixində şikayət edərkən şikayətdə onun adı olmamışdır. Onun adı bu işə 5 aydan sonra daxil olmuşdur. O, işgəncə görməyi ilə bağlı bütün X20 müraciət etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, 1760 manat pulu Zərərçəkmiş şəxs1 ödəməyə hazırdır. O, istintaq vaxtı 1 dəfə 09 yanvar 2024-cü il tarixində ifadə vermişdir. O, zərərçəkmiş şəxsdən 100.000 manat pul almamış, pul alınmasına şərait yaratmamışdır. Ona uşaqlıqdan “Nahid” adı ilə müraciət edilirmiş. Onun tələbə yoldaşları da bunu təsdiq edə bilərlər. O, Zərərçəkmiş şəxs1 özünü təqdim etməmiş, onları Təqsirləndirilən şəxs1 tanış etmişdir. O, Zərərçəkmiş şəxs1 adını deməmiş, tanışlıq zamanı onu Nahid kimi tanıtmışlar. O, Zərərçəkmiş şəxs1 çəkiliş aparmağını deməmişdir. O, “Ərzurum” restoranında Zərərçəkmiş şəxs1 tanımamışdır. İlk dəfə Zərərçəkmiş şəxs1la “Meh” restoranında görüşəndə heç biri Zərərçəkmiş şəxs1 pul almamışdır. Onun dələduzluq niyyəti olmamış, Zərərçəkmiş şəxs1 özü ondan pulun qaytarılması üçün kömək istəmişdir. O, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun pulunu mənimsəməmişlər və çalışacaq ki, pulunu qaytarsınlar. Bəhruz pulu çantada götürüb otaqdan çıxmışdır. Orxan da Bəhruzu aparıb düşürtmüşdür. O, sadəcə çantanı görmüş və oturub Orxanın qayıtmasını gözləmişdir. O, Təqsirləndirilən şəxs1 olan borc pulunu götürmək üçün “Meh” restoranında imiş. Təqsirləndirilən şəxs1 pulunu qaytarmış, 300 manat borcu qalmışdır. Sonra tutulmuşlar və borc ödənməmişdir. O, 32 yaşına kimi narkotik vasitə görməmiş, onun narkotik istifadə edən adamla salamı belə olmamışdır. Polis əməkdaşı demişdir ki, çantada olan kakos, kola, nəşə növündə 10 kilo narkotiki evinə qoyacaq, qardaşını da 12 kilo natkotiklə tutub gətirəcəklər, ailəsini də bu cinayəti bilib gizlətmələri adı ilə İdarəyə gətirəcəklər. O, bu təzyiq altında narkotiki boynuna götürmüşdür. O, “Meh” restoranında 43.000 manat pul veriləndə Allahşükür orda yox imiş. O, 9 yanvar 2024-cü ildə Zərərçəkmiş şəxs1la bağlı şahid qismində ifadə vermiş, narkotiklə bağlı onun ifadəsi alınmamışdır. Sonradan heç vaxt dindirilməmişdir. Onun Zərərçəkmiş şəxs1 və Allahşükürə üzləşməsi olmuşdur. O, 27 may 2024-cü il tarixində dindirilməmişdir. 9 yanvar 2024-cü il tarixində ifadə verərkən və üzləşmələr zamanı da müdafiəçisi olmamışdır. “Meh” restoranında olan görüşdən sonra Zərərçəkmiş şəxs1 onunla «Şuşa» restoranı tərəfdə görüşmüş və bildirmişdir ki, pulun geri qaytarılması üçün ona köməklik göstərsin. Elan olunmuş cinayət işinin 2-ci cild 247-248-ci vərəqələrində olan şəxsi axtarış və baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları oxumadan imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu izahatı, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 253-254-cü vərəqələrində olan izahatında, 3-cü cild 17-20 və 3-cü cild 36-38-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: «...01 dekabr 2023-cü il tarixdə səhər vaxtlarında yaşadığı evin yaxınlığında yerdən iki bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin tapıb gələcəkdə özü istifadə etmək məqsədi ilə cibinə qoyub gəzdirmişdir. 03 dekabr 2023-cü il tarixdə saat 17:00-da ünvan 16 ünvanın yaxınlığında olduğu zaman ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə var. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Şəxsi axtarış zamanı o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükülünü, şalvarının sol yan cibindən isə 01 ədəd “Redmi” markalı mobil telefon cihazını və 60 qəpik pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim eldiyi iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş iki ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 01 dekabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında tapdığını və öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. ...Rasimi cəmi iki dəfə görmüşdür. İlk dəfə Rasimi yeyib-içmək məclisində Allahşükür, Orxan və Rasim özü oturan zaman o, sonradan gələrək onlarla bir oturmuşdur. Həmin vaxt onu Orxan özü ora dəvət etmişdir. Demişdir ki, iş gördüyü adamla birlikdə oturublar və ona olan borcu qaytarmaq məqsədi ilə onu ora dəvət etmişdir. Belə ki, təxminən 6-7 ay əvvəl ondan borca 2500 manat pul borc götürmüşdür. Həmin vaxt Orxan bildiyi qədər evini satmışdır və biraz sıxıntıları olduğu üçün bir yoldaş kimi Orxana kömək məqsədi ilə pulu borc vermişdir və məhz həmin pulu götürmək üçün sözügedən məclisə yollanmışdır. Onlar orada oturan zaman Orxan bildirmişdir ki, onlar üçü, yəni Orxan özü, Allahşükür və Rasim qəlyan aparatları il bağlı nəsə iş görürmüşlər. Danışıqlardan başa düşmüşdür ki, işə pul buraxan Rasimdir, işi görən isə Orxanla Allahşükür olacaq. ... Bundan təxminən bir həftə sonra onlar yenidən həmin restoranda görüşmüşlər, Orxan həmin görüşə tanımadığı və hazırda adını Bəhruz kimi olan bir nəfər dostu ilə gəlmişdir.Görüş vaxtı Orxanla Rasim işləri ilə bağlı söhbətlər aparmışlar və axırda Rasim masanın üzərinə sellofan paketdə bağlanmış vəziyyətdə olan pul çıxarıb qoymuşdur. Pulu saymamışlar və Orxanın yanında olan Bəhruz adında şəxs pulu götürüb çantaya qoymuşdur. Orxanın həmin vaxt Rasimdən nə qədər pul götürməsini bilmədiyini, aralarında olan söhbətlərdən də həmin məbləği o, müəyyən edə bilməmişdir. Bundan sonra Orxanla yanında olan şəxs durub getmişlər. O isə Rasimlə ikisi təklikdə qalıb əlavə çay içmişlər. Bundan təxminən bir saat sonra isə Orxan onun dalınca həmin restorana gəlmiş və onlar Orxanla ikilikdə sonuncunun maşınında oturan zaman Orxan ona 2000 manat pulu vermişdir. Orxan ona olan borcdan 200 manat pulu da bu hadisədən bir neçə gün əvvəl vermişdir. Aralarında qalan 300 manat pulu isə Orxanın ona bildirməsinə görə düşdüyü çətin maddi duruma görə özü Orxana bağışlamışdır.” Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları oxumadan imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11.000 manatla bağlı olan epizod üzrə özünü qismən təqsirli bilir, digər epizodlar üzrə özünü təqsirli bilmir. O, tikinti sahəsində, torpaq alqı-satqısı kimi işlər üzrə makler olaraq fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs1 ilə eyni məhlədə yaşamışdır. O, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 vasitəsilə tanış olmuşdur. Qəlyan məmulatlarının satışı ilə bağlı Zərərçəkmiş şəxs1la aralarında söhbət olmuşdur. Onların söhbəti 92.000 manat yox, 40.000-45.000 manat arası imiş. O, «Meh» restoranında Zərərçəkmiş şəxs1la görüşmüş, amma Zərərçəkmiş şəxs1 pul verən vaxt orda olmamışdır. Heç kim özünü zərərçəkmiş şəxslərə Azərbaycan Respublikası DİN BMCMİ-nin əməkdaşı kimi tanıtmamışdır. O, 92.800 manat məbləğində pul görməmiş və götürməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Belə ki, ifadənin sonunda imzası olsa da, həmin imza olan vərəqdən əvvəlki vərəqlər ona təqdim olunmadığından onları oxumamışdır. O, Zərərçəkmiş şəxs1la barışıq əldə etmiş və ona pul ödəmişdir. O, sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs1 43.000 manat pul alınmışdır. O, bildirmişdir ki, bu məsələni Orxanla özü həll edəcək. Zərərçəkmiş şəxs1 43.000 manat pul alınandan sonra onun Orxanla görüşü olmuşdur. Görüşdə Orxan Zərərçəkmiş şəxs1 43.000 manat pul aldığını demiş və əvvəldən aralarında yaranmış borcla bağlı ona 11.000 manat pul qaytarmışdır. Onun digər məbləğdə pulun alınmasından xəbəri olmamışdır. O, pulun alınmasında iştirak etməmişdir. O, pulun «Meh» restoranında verildiyini sonradan bilmişdir. O «Meh» restoranında olan gün yox, başqa tarixdə «Meh» restoranında Zərərçəkmiş şəxs1 pul alınmışdır. O, «Meh» restoranında Təqsirləndirilən şəxs3 görməmişdir. Təqsirləndirilən şəxs3 pul götürəndə görməmişdir, çünki o, pul götürülən zaman restoranda olmamışdır. O, Təqsirləndirilən şəxs3 narkotik satdığını eşitməmişdir. O, Şöhrətlə 1 dəfə çay süfrəsində görüşmüşdür. O, Şöhrətin pul alıb-almadığını bilmir, məlumatı yoxdur. Onun əsas işi tikinti ilə bağlı olmuşdur. O, Orxanla tanış olandan sonra qəlyan işinə başlamışdır. Yəni əvvəllər qəlyan məmulatı satmamışdır. O, Orxanla tanış olanda Orxan qəlyan işi ilə məşğul imiş və yaxşı qazancı var imiş. Orxan qəlyanları götürürmüş və pərakəndə şəkildə paylayırmış. Onun Zərərçəkmiş şəxs1la “Whatsapp“ yazışmasında qəlyan məmulatlarının gəlməsi ilə bağlı 5.000 manat-10.000 manat çatışmaması ilə bağlı söhbətləri olmamışdır. Amma o, 350.000-400.000 manat pul görməmişdir. O, 48.000 manat pulu görməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu izahatı, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 19-20-ci vərəqələrində olan izahatında, 1-ci cild 65- 67-ci və 1-ci cild 170-173-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: «...2023-cü ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 onunla görüşüb problemlərinin olduğunu bildirmişdir. O, Orxandan hansı problemlərinin olduğunu soruşanda sonuncu ona demişdir ki, Zərərçəkmiş şəxs1 ilə birlikdə biznes qurmaq məqsədilə pul almış, lakin bəzi biznes sahələri ilə məşğul olsa da, bəziləri ilə məşğul olmamış və bu formada Rasimi aldatmış, hazırda Rasimin faiz borclarını istədiyini bildirmişdir. O, Orxana hansı formada köməklik edə biləcəyini soruşanda Orxan ona demişdir ki, onu qəlyan məmulatlarının satışı ilə məşğul olan şəxs kimi Rasimə tanıdacaq, bu yolla Rasimdən pul alsınlar, öz bizneslərini qurub üstündə pul tutsunlar, Rasimin pulunu qaytarsınlar. Lakin tütün məmulatlarının adı ilə Rasimdən pul alacaqmışlar. Əslində isə bu işlə məşğul olmayacaqmışlar. Fikirləri isə Rasimin pulunu alıb ələ keçirmək olmuşdur. 2023-cü ilin sentyabr ayının sonlarında Rasim və Orxanla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-ün kruqu adlanan ərazidə yerləşən Ərzurum adlı kafedə görüşüb özünü Rasimə tütün məmulatlarının satışı ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Bu iş üçün 45.000 manat pul lazım olduğunu demiş və günə 100-150 manat qazanc əldə edə biləcəklərini bildirmişdir. Özü pulu alandan sonra qəlyan işi ilə məşğul olmayacağını, fikri Xocahəsən yolunda olan torpaq sahəsində ev tikdirib satıb üzərindəki qazancı Rasimə vermək olduğunu qeyd etmişdir. Orxanın isə nə işlə məşğul olacağını bilmirmiş. Çünki Orxan pulun bölünəcəyini bildirmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında Rasimlə Xırdalan şəhərində yerləşən “Meh” restoranının kabinetində görüşmüşdür. Həmin vaxt orada Təqsirləndirilən şəxs3, X26, Orxan və özü var imiş. Rasimin pulunun ələ keçirilməsi ilə bağlı Bəhruz və Təqsirləndirilən şəxs3 də demişlər. Onlar da bu işdə onlara kömək olacaqlarını bildirmişlər. Orxan Təqsirləndirilən şəxs3 adının Nahid olduğunu, bibisinin oğlu olduğunu, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs3lə dost olsa da, Təqsirləndirilən şəxs3 narkobiznesdə əməliyyatçı işlədiyini bildirmişdir, lakin əsl işinin nə olduğunu bilmirmiş. Təqsirləndirilən şəxs3 orada Rasimlə söhbət edəndə Orxanın guya kazinoda pul uduzduğunu, başına iş gəldiyini, DTX tərəfindən tutulub pulunun alındığını bildirmişdir. Lakin bunların hamısının yalan olduğunu və faizləri verməməyə görə yalan danışdıqlarını qeyd etmişdir. Bundan sonra Rasim demişdir ki, Orxanın 102.000 manat faiz borcu var, həmin borcu istəmir, yenidən iş qurub işləmək istəyir. Bu söhbətlərdən sonra Rasim çıxıb getmişdir. Bundan sonra Orxan ilə özləri söhbət edən zaman o, demişdir ki, hərə öz üzərinə düşən payı sonradan qaytarmalıdır. Orxan da onunla razılaşmışdır. 2023-cü ilin sentyabr ayının sonlarında Orxan, Bəhruz və Təqsirləndirilən şəxs3 birlikdə gedib Rasim ilə görüşmüş və tütün məmulatlarının satışı ilə məşğul olmaq üçün və ona çatdırılmasından ötrü 43.000 manatı Rasimdən götürmüşlər. Bu fikiri Orxan düzüb qoşmuşdur. Pulu alanda o, orada olmamışdır. Lakin, Xırdalanda yerləşən “By Friend” adlı restoranda onları gözləmişdir. Biraz sonra Təqsirləndirilən şəxs3, Bəhruz, Orxan o olan kabinetə daxil olmuş və Orxan götürdüyü pulu onların arasında bölmüşdür. Həmin pulun 11.000 manatını ona, 2000 manatını Təqsirləndirilən şəxs3, 13.500 manatını isə Bəhruza vermişdir. Sonradan əlavə 200 manat da Təqsirləndirilən şəxs3 Orxan özü pul vermişdir. O da pulu götürüb çıxıb getmişdir. Bundan sonra o, həmin pulu öz xərcləri üçün istifadə etmişdir. Orxan isə aldığı pulun 11.000 manatını qəlyan işinə qoymuşdur. Həmin pulları Rasimdən yalan vədlərlə alıb sonuncunu aldatdmışlar…” Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları oxumadan imzalamışdır Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, yükdaşıma işi ilə məşğuldur. Təqsirləndirilən şəxs1 onun kəndlisidir. Onun Zərərçəkmiş şəxs1la qohumluq münasibəti var, Rasim onun dayısı oğludur. O, Zərərçəkmiş şəxs1la yükdaşıma işi görmüşdür. O və Zərərçəkmiş şəxs1 işlərini genişləndirmək üçün Təqsirləndirilən şəxs1 iş təklif etmişlər. Rasim Orxanın kəndlisi olduğundan o, Orxanı əvvəlcədən tanımışdır. Yəni onun bu işdə kimisə aldatmaq niyyəti olmamışdır. O, restoranda heç vaxt olmamışdır. İttiham aktında qeyd olunan 4.000 manat pul inşaat materiallarının daşınmasına görə Zərərçəkmiş şəxs1 tərəfindən ona verilən puldur. O, başqa epizodlarda iştirak etməmiş və Zərərçəkmiş şəxs1 20.000 manat, Təqsirləndirilən şəxs1 9.000 manat pul almamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1la barışıq əldə etmişdir. Bu hadisəyə qədər Zərərçəkmiş şəxs1la münasibətləri çox yaxşı olmuşdur. Zərərçəkmiş şəxs1 Şamaxının kəndinə gəlirmiş. Zərərçəkmiş şəxs1 Şamaxı rayonunda yerləşən kənddə evi olmuşdur, hazırda orda heç kim yaşamır, onlar yayda tətil vaxtı ora gedirmişlər. Təqsirləndirilən şəxs1la aralarında yaş fərqi çox olmamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la qonşu olmuşdur. Bu hadisəyə qədər Təqsirləndirilən şəxs1la və Zərərçəkmiş şəxs1la aralarında biznes əlaqəsi olmamışdır. O, Binəqədi rayonunda yükdaşıma (çınqıl, qum) işləri görürmüş. O, Zərərçəkmiş şəxs1la Sumqayıtda yolda rastlaşmış, onlar çay içib oturub söhbət etmişlər. Zərərçəkmiş şəxs1 onun işi ilə maraqlanmış və soruşmuşdur ki, iş necə gedir. O, işlərin yaxşı olduğunu demişdir. Rasim demişdir ki, əgər belədisə, ona maddi dəstək olsun və bir yerdə işləsinlər. O, Zərərçəkmiş şəxs1 inşaat işləri ilə məşul olduğunu belə bilmişdir. Zərərçəkmiş şəxs1 dostu ilə tanış olmuş, onun dostunun şirkətinə də yük vermişdir. Rasimlə sahibkarlıq fəaliyyətinə başlamışdır. O, fərdi sahibkar deyil, VÖEN-i yoxdur, amma müqaviləsi var imiş. Tikinti gedən müddətində iş gedirmiş, sonra tikinti dayandığından işi saxlamışlar. O, 4.010 manat zərəri ödəmişdir. O, istintaqa cəlb olunmadan qabaq zərəri ödəmişdir. O, Zərərçəkmiş şəxs1 biznesindən gələn puldan pulu dostu Fətullanın hesabına köçürürmüş. Fətullanın rəsmi müqaviləsi var imiş. Az müddət sonra Orxanla oturan zaman telefon məsələsini Orxan təklif etmişdir. Sonra o, Zərərçəkmiş şəxs1la oturan zaman ona bu barədə demiş, Rasim də bu işi görməklərini demişdir. Təqsirləndirilən şəxs1 gəlmiş, onlar bir yerdə oturub söhbət etmişlər. Telefon məsələsində Zərərçəkmiş şəxs1 ona pul verməmişdir. 20.000 manat pul onun yanında verilməmişdir. O, telefon işində və şokolad işində olmamış, heç bir pulun verilməsini görməmişdir. O, Təqsirləndirilən şəxs3 tanımır, Allahşükürü bircə dəfə görmüşdür. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 telefon işinin necə getməsi ilə bağlı ona məlumat verməmişlər. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 25.000 manat pul verməyini bilməmişdir. Onun şokolad işindən heç məlumatı olmamışdır. Bu işin nə qədər müddət davam etdiyini də bilməmişdir. Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs1 pul almaq istədiyini deməmişdir. O, Təqsirləndirilən şəxs2 pul verilməsinin şahidi olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əvvəllər vermiş olduğu izahatı, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahat və ifadənin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 19-20-ci vərəqələrində olan izahatında, 1-ci cild 65- 67-ci və 1-ci cild 170-173-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs4 aşağıdakıları göstərmişdir: «... O, Rasimə yükdaşıma işində konkret olaraq miqdar olmadığını, gündəlik maşına görə pul verəcəklərini bildirmişdir. Bir maşına görə 50-100 manat qazanc əldə edib ikisinin arasında böləcəyini bildirmişdir. Rasim də onunla razılaşmışdır. ...O, öz adına MMC ilə müqavilə bağlaya bilmirmiş çünki adına yük maşını yox imiş, adına yük maşını olmadan MMC ilə müqavilə bağlamaq olmurmuş. Buna görə də dostu Fətullahdan xahiş etmiş, dostu isə razılaşmışdır. Lakin MMC ilə işi özü görürmüş. Çinarlı Park MMC-uə hər gedən tıra görə pul verirmiş ki, tikinti materiallarını MMC-yə çatdırsın. Günlük 1-2 tır işləri olurmuş. ...Kamazların bir reysinin qiyməti 420 manat olmaqla, o, MMC-yə həmin maşını 500 manata gətirirmiş, qalan 80 manat qazancı isə Rasimlə böləcəkmiş. Digər kamazlarla gələn qumu isə 230 manatdan gətirmişdir. Ümumilikdə bu işlərə görə Rasimdən 4010 manat pul almışdır. 4010 manat ana pul olmuşdur. Bu işlərə görə isə 1105 manat qazancları olacaqmış və həmin qazanc da aralarında bölünəcəkmiş. Rasim ümumiyyətlə MMC-yə özü də getmiş və işlərlə tanış olmuşdur. "xxxx" MMC-nin tikintisinə nəzarət edən şəxs Rəhim adlı şəxs də onu özü şəxsən tanıyırmış. Lakin Rasimlə görüşməmişdir. Rasim ona verdiyi pulu ondan bir hissəsini əlbəəl olaraq, bir hissəsini isə Şokolad ticarətində özünə götürmüşdür. Orxan ona özünü xarici ölkələrdən mobil telefonları gətirib Azərbaycan Respublikasında satışını həyata keçirən və digər sahələrdə ticarətlə məşğul olan şəxs kimi tanıtmışdır, çünki özü bu işlərlə məşğul olduğunu bildirmiş və yaxşı qazancın olduğunu qeyd etmişdir. Orxan və Rasimlə danışıb 2023-cü ilin mart ayının əvvəllərində qərarlaşıb Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında yerləşən “Çay ocağı” adlı kafedə görüşmüşlər. Orada söhbət zamanı Orxan bildirmişdir ki, Türkiyə Respublikasından “Ozmo” və “Kinder” şokoladlarını gətirib Bakı şəhərində baha qiymətə satmaq olar. Rasim isə bu işdə nə qədər qazancın olacağını soruşmuşdur. Orxan isə 300 manat günlük qazancın olacağını bildirmişdir. Razılaşmaya əsasən bu işə girmək üçün 15.000 manat pul lazım imiş, həmin pulun 9000 manatı Rasim tərəfdən, 6000 manatı isə Orxan tərəfdən qoyulmalı imiş. O isə Rasimi Orxanla tanış etdiyi üçün pul qoymurmuş, lakin bu işdə ortaq olacaqmış, qazanılan qazanc isə 3-ü arasında tam şəkildə bərabər bölüşəcəkmiş. Həmçinin o da yük daşımadan gələn qazanca Orxanı ortaq edəcəkmiş. Çünki Rasim və Orxanla razılaşmışlar ki, bütün biznesdə ortaq olmalıdırlar. Həmin gündən 2 gün sonra yəni 2023-cü ilin mart ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında yerləşən “Çay ocağı” adlı kafedə Rasim və Orxanla görüşmüşlər. Həmin kafenin kabinetində Rasim 9000 manat cibindən çıxarıb Orxana tərəf uzatmışdır. Orxan isə pulu götürüb sayıb cibinə qoymuşdur. Təxminən 4 gündən sonra Orxan Rasimin kart hesabına günlük 200 manat pul göndərməyə başlamışdır. Çünki hər gün qazancın 300 manat olduğunu və bu qazancın 3 yerə tam şəkildə bölündüyünü bildirirmiş. Rasimə də ona görə 200 manat göndərirmiş ki, həmin pulun 100 manatını ona versin. Rasim isə həmin 100 manat pulları ona verməmişdir. Çünki Rasim ona bildirirmiş ki, yük daşıma ilə bağlı ona 4000 manat pul vermiş, həmin pul MMC tərəfindən gec verilir deyə bu puldan çıxsın. O da Rasimlə razılaşırmış. Bir ay ərzində ona şokoladdan veriləcək 3000 manatı Rasim yük daşıma üçün ona verdiyi puldan çıxmışdır. Həmçinin yük daşıma ilə bağlı MMC-dən pul aldıqdan sonra Rasimə 2023-cü ilin mart ayının ortalarında Sumqayıt şəhərində 2000 manat pul vermişdir. Yük daşımadan gələn qazancı isə 3 yerə tam şəkildə bölmüşdür.Təxminən hərəsinə 370 manat pul düşmüşdür. Həmin pulu da Rasimə vermişdir. Həmçinin, Orxanın da payını vermişdir. O, Rasimə ona görə ilkin 2000 manat pul vermişdir ki, Rasim şokoladdan aldığı günlük 100 manatı özünə götürürmüş. Bu pul ilə verdiyi pulu əvəzləşdirirmiş. Bundan başqa, 2023-cü ilin mart ayının ortalarında yaşadığı evin yaxınlığındakı «Barselona» adlı kafedə Orxan və Rasimlə görüşmüşdür. Orxan həmin yerdə Naxçıvan MR-dan mobil telefonları gətirərək baha qiymətə Bakı şəhərində satdığını bildirmişdir. Rasimin bu iş ağlına batdığı üçün biznesə pul qoyacağını bildirmişdir. Orxan bir «İphone» markalı mobil telefona görə ən azı hərəyə 100 manat qazanc olacağını bildirmişdir. Çünki qazanc 3 nəfərin, yəni onun, Orxanın və Rasimin arasında tam bərabər şəkildə bölünəcəkmiş. Bundan sonra Rasim ona demişdir ki, pul tap qoyaq, qazanc əldə edək, buna görə evə gedib 1700 ABŞ dolları pulu götürüb gəlmişdir. “Barcelona” adlı kafedə kabinetdə 1700 ABŞ dolları pulu Orxana əlbəəl olaraq vermişdir. Orxan pulu sayaraq qəbul etmişdir. Lakin Orxan 2 ədəd «İphone 14 Pro» markalı mobil telefonu biri 1530 manat olmaqla ümumilikdə 3060 manata gətirəcəyini bildirmişdir. Buna görə də Rasim cibindən 170 manat pulu çıxarıb Orxana əlbəəl olaraq vermişdir. Orxan isə ümumilikdə 3060 manat pulu cibinə qoymuş, Naxçıvan MR-dan mobil telefon gətirib Bakı şəhərində baha qiymətə satacağını bildirmişdir. Orxan onu da qeyd etmişdir ki, telefon 20 gün ərzində gələcək və satıldıqdan sonra qazanc tam şəkildə 3-nün arasında bölünəcəkmiş. O, telefonları görməsə də Orxan deməsinə görə iki «İphone» 14 pro markalı mobil telefon gətirmiş və sataraq qazanc kimi 900 manat pul qalmış və həmin qazanc üçünün arasında hər birinə 300 manat olmaqla bölünmüşdür. Həmin 300 manat Orxan tərəfindən ona əlbəəl olaraq “Barcelona” adlı kafedə verilmişdir. Həmçinin həmin yerdə Rasimə də 300 manat verilmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Eyni zamanda Orxan həmin yerdə verdiyi 1700 ABŞ dolları pulu 2890 manat şəkildə ona qaytarmışdır. Yəni, Orxan həm ana pulu, həm də qazancı ona vermişdir. Həmçinin Rasimin də 170 manat ana pulunu və qazanc kimi olan 300 manatını qaytarmışdır. Bundan başqa 2023-cü ilin mart ayının ortalarında yaşadığı ünvan 6 ünvanının yaxınlığında yerləşən «Barcelona» adlı çayxanada Orxan və Rasimlə görüşmüşdür. Orada Rasim 5000 manat pulu çıxarıb stolun üzərinə qoymuşdur. Bundan sonra Orxan həmin pulu sayaraq qəbul etmişdir. Həmin pul Rasim tərəfindən Orxana xarici ölkədən mobil telefonların gətirilib Bakı şəhərində satılması üçün verilmişdir. O, əslində telefonun üzünü belə görməmişdir. Bundan başqa, Orxan və Rasimlə birlikdə başqa ticarət sahələrində iş görmüşdür. Orxan onlarla söhbət edən zaman Sübhan adlı şəxsə pul verməyi təklif etmişdir. Lakin Sübhana hansı məqsədlə pul vermələrini bilmirmiş. 1500 manata görə bir həftə ərzində 500 manat qazanc əldə edəcəkmişlər. 2023-cü ilin mart ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində Misir parkının yaxınlığında Orxan və Rasimlə görüşmüşdür. Həmin vaxt Orxanın «BMV» markalı, **-EM-*** qeydiyyat nişanlı avtomobilində oturmuşlar və orada Rasim kartında olan 1500 manat pulu Sübhan adlı şəxsin kart hesabına göndərmişdir. Qeyd etmişdir ki, həmin pul Sübhana faiz kimi verilmişdir. Sübhan da bir həftədən sonra 2000 manatı Orxanın kart hesabına göndərmişdir. Orxan da buna görə Xırdalan şəhərində Heydər Əliyev adma olan parkda onunla və Rasimlə görüşmüş, orada Rasimin 1500 manatını əlbəəl olaraq özünə vermiş, qalan 500 manatı isə 3 yerə tam şəkildə bölmüşdür. Ona oradan 165 manat pul verilmişdir. Həmçinin Rasim və Orxan da qazanc kimi 165 manat pulunu götürmüşdür. Lakin 2023-cü ilin aprel ayının əvvəllərindən Orxan ilə münasibətləri pisləşməyə başlamışdır. Çünki ümumi razılığa əsasən Rasim ona 1060 manat pul verməli imiş... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolu oxumadan imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 uşaqlıqdan tanıyır, kəndlisidir. Təqsirləndirilən şəxs4 uşaqlıq dostu olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs4 ilə müəyyən işləri olmuşdur. O, Təqsirləndirilən şəxs4lə görüşəndə Şöhrət ona demişdir ki, iş görmək lazım olsa, Zərərçəkmiş şəxs1 da onlara qoşsun və bir yerdə iş görsünlər. Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs1 və o, 2024-cü ilin fevral ayında günorta saatlarında Xırdalan şəhərində görüşmüşlər və işləri haqqında söhbət etmişlər. O, Türkiyə Respublikasında “Ozmo” şokoladlarını ölkəyə gətirib satırmış. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs4 də onun bu işləri gördüyünü bilirmişlər. Onlar həmin gün bu işlər haqqında danışmışlar və razılaşmışlar ki, bu işi görmək üçün o, 6.000 manat, Təqsirləndirilən şəxs4 9.000 manat pul qoysunlar. Səhəri gün Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs1 Xırdalan şəhərində 9.000 manat pulu ona vermişlər. 1 saat keçəndən sonra Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs1 ona zəng edərək bu işi bəyənmədiklərini, piramida işinə oxşadığını, gündə 50-100 manat xeyir qazanmağın mümkün olmadığını bildirib 9.000 manat pulu geri istəmişlər. O, restoranda olarkən Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs1 yanına gəlmişlər. Onların yanında başqa şəxslər də var imiş. O, onların yanında Zərərçəkmiş şəxs1 9.000 manat pulu qaytarmışdır. Zərərçəkmiş şəxs1 Naxçıvan şəhərində «İphone» markalı telefonlar gətirib satırmış. O, bir müddət sonra Sumqayıt şəhərinə getmişdir. Onun iki ədəd telefon gətirmək üçün pula ehtiyacı var imiş. Təqsirləndirilən şəxs4 1700 dollar, Zərərçəkmiş şəxs1 171 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 telefonlardan birini özünə, birini həyat yoldaşına almış və əsas ana pulu ona qaytarmışdır. O, həmin pulu Təqsirləndirilən şəxs4 yanında Zərərçəkmiş şəxs1 qaytarmışdır. 5.000 manat pul məsələsi Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs1 arasında olmuş, o, qarışmamışdır. Telefon üçün yenidən 20.000 manat pul lazım olanda pulu Zərərçəkmiş şəxs1 götürmək istəmişdir. Onlar Sumqayıtda görüşmüşlər. Sonra orda Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs1 arasında söhbət olmuş və Zərərçəkmiş şəxs1 onlara 20.000 manat pulu verməmişdir. Bir müddət sonra 3.000, 5.000, 7.000 manat lazım olanda onlar pulu Zərərçəkmiş şəxs1 götürürmüşlər və üstündə ***-**** manat Zərərçəkmiş şəxs1 əlavə pul verirmişlər. Zərərçəkmiş şəxs1 borc verəndə həmin pulu almadan Zərərçəkmiş şəxs1 onlara başqa borc vermirmiş. Beləliklə Zərərçəkmiş şəxs1 3.000, 5.000, 7.000 manat pulu alanda, pulu gətirən şəxs vasitəsilə Zərərçəkmiş şəxs1 üstündə ***-**** manat pul göndərmişdir. Həmin şəxs bunu təsdiq edə bilər. O, Xaçmazda qohumlarına məxsus şirkətdən qəlyan alıb burda satırmış. Buna görə o, dəfələrlə Zərərçəkmiş şəxs1 pul alıb, qəlyanı alıb Zərərçəkmiş şəxs1 pulunu geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 dəniz kənarında yerləşən obyekti üçün 60.000 manat pul lazım imiş. Zərərçəkmiş şəxs1 demişdir ki, Daxili İşlər Nazirliyinin yeməkxanasını icarəyə götürəcək, dostu ona demişdir ki, 60.000 manat pul lazımdır. Zərərçəkmiş şəxs1 ondan soruşmuşdur ki, evini girov qoyub 60.000 manat pulu necə götürə bilər. Onun Emin adlı və digər dostları olmuşdur. Dostları demişdir ki, ev işi görmürlər, maşınla kredit verirlər. Dostları onları Lətafət adlı xanıma yönləndirmişlər. O, Lətafət adlı xanımla görüşmüş və xanım demişdir ki, Zərərçəkmiş şəxs1 evi onun adına keçirsin və o da 60.000 manat pul versin. Lətafət xanım 75.000 manat borc yazmış, Zərərçəkmiş şəxs1 60.000 manat pul verilmişdir. Zərərçəkmiş şəxs1 60.000 manat puldan 10.000 manat pulu ona vermişdir. Belə ki, o, “Hyundai Elantra” markalı maşını Zərərçəkmiş şəxs1 həyətində saxlayıb 10.000 manat pul almışdır. 1 həftə sonra 10.500 manat pulu Zərərçəkmiş şəxs1 verib maşınını geri götürmüşdür. Qəlyan məmulatlarına görə ona yenə pul lazım olmuşdur. Allahşükürlə Ərzurumda 43.000 manat pul danışmışlar. O, demişdir ki, dostu Zərərçəkmiş şəxs1 43.000 manat borc ala bilər. Bakı şəhərində “Meh” restoranında Təqsirləndirilən şəxs3 İbdaət oğlu və dostu Bəhruz yemək yeyirmişlər. Zərərçəkmiş şəxs1 43.000 manat pulu gətirib vermişdir. Bəhruzun bu işlə əlaqəsi olmamışdır. Bəhruz ona 43.000 manat vermişdir və o da Bəhruza olan borc pulu Zərərçəkmiş şəxs1 alıb Bəhruza qaytarmışdır. O, 43.000 manatla qəlyan, tikini işi görmüş, həmin puldan 11.000 manat Allahşükürə olan borcunu, 2.000 manat Təqsirləndirilən şəxs3 olan borcunu vermişdir. Lakin işləri düz getməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-dən ona zəng gəlmiş və onu ora çağırmışlar. O, əvvəllər «rent car» işlərinə görə dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMi-də olmuşdur. O, düşünmüşdür ki, yenə bununla bağlı çağırılır. Amma Baş İdarədə ona bildirmişlər ki, o, Zərərçəkmiş şəxs1 150.000 manat pulu dələduzluq yolu ilə almışdır. Baş İdarədə ona təzyiqlər göstərilmiş, sonra Allahşükür və Şöhrəti çağırmışlar. Polis əməkdaşları ona demişər ki, görüntülü danışaraq dələduzluq etdiyini desin. O, razılaşmamış və qabağına narkotik vasitə qoymuşlar, ona ya narkotik vasitəni ya da silahı boynuna götürməyini demişlər. O, razılaşmamışdır. Polis əməkdaşları demişlər ki, onun maşınına narkotik vasitə qoyacaqlar. Lakin onun maşını Xırdalan şəhərində cərimə meydançasında imiş və maşın ora yoxlanılaraq daxil olduğundan bilirmiş ki, polis əməkdaşları onun maşınına narkotik vasitə qoya bilməzlər. Polis əməkdaşları ona demişlər ki, narkotik vasitəni üstünə götürməsə qaynatası da onunla birlikdə ittiham ediləcək. O, demişdir ki, qaynatasını çağırsalar belə o, narkotik vasitəni üstünə götürməyəcək. Polis əməkdaşları qaynatasını İdarəyə çağırmışlar. 1-2 saat keçmiş və o, yenə də sənədlərə imza çəkməmişdir. Onun həyat yoldaşının işlədiyi kursdan onun telefonuna zəng gəlmişdir. Polis əməkdaşları demişlər ki, həyat yoldaşının da puldan xəbəri var və onu da tutacaqlar. O, artıq həmin an bu ittihamla razılaşmış və imzalamağa hazır olduğunu demişdir. O, görüntülü danışıb təzyiq altında 150.000 manat pulu dələduzluq yolu ilə aldığını demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs4 və Rasimi uşaqlıqdan tanıyır, əvvəlcədən münasibətləri var imiş. İlk əvvəl Şöhrətlə işə başlamışlar, Rasim sonradan qoşulmuşdur. Birinci yükdaşıma işi görmüşlər, məbləğ 5.000 manat imiş. Sonradan onunla əlaqələri olmamışdır. O, Təqsirləndirilən şəxs4 nə qədər pul verdiyini xatırlamır. Onlar bir çox işlər görüb pulu qaytarmışlar. Telefon işində Təqsirləndirilən şəxs3 və Allahşükür olmuş, Şöhrət olmamışdır. Təqsirləndirilən şəxs4 2750 mant pul qoymuş, qoyduğu digər pulu xatırlamır. Təqsirləndirilən şəxs4 və Rasim pulu ona verirmişlər, işi o görürmüş. İşin görülməsindən gələn pulu o bölüb verirmiş. Zərərçəkmiş şəxs1 48.000 manat alınmasında Təqsirləndirilən şəxs3 iştirak etməmişdir. Təqsirləndirilən şəxs3 “Ərzurum” restoranında iştirak etməmişdir. “Meh” restoranında olmuşdur. Onlar “Meh” restoranında yeyib-içərkən Zərərçəkmiş şəxs1 da sonradan restorana gəlmişdir. Etiraf edir ki, o Zərərçəkmiş şəxs2 19.750 manat pul almış, amma niyyəti dələduzluq olmamışdır. Zərərçəkmiş şəxs1 yalan danışır. Zərərçəkmiş şəxs1 48.000 manat pulu ona Zəngəzur kafesində verməmişdir. Zərərçəkmiş şəxs1 “Meh” restoranında 43.000 manat pul verib. Təqsirləndirilən şəxs2 də orda olmamışdır. Onlar 48.000 manat danışsalar da Zərərçəkmiş şəxs1 həmin pulu verməmiş, Zərərçəkmiş şəxs1 “Meh” restoranında 10.000 manat pul verib. Həmin pulun 9.000 manatını Yasamal rayonunda qaytarmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu izahatı, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 12-15-ci vərəqələrində olan izahatında, 1-ci cild 43- 49-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: «...2023-cü ilin mart ayının əvvəllərində qərarlaşıb Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında yerləşən “Çay ocağı” adlı kafedə Şöhrət və Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Orada söhbət zamanı o, bildirmişdir ki, Türkiyə Respublikasından “Ozmo” və “Kinder” şokoladlarını gətirib Bakı şəhərində baha qiymətə satmaq olar. Rasim isə bu işdə nə qədər qazancın olacağını soruşmuşdur. O isə 300 manat günlük qazancın olacağını bildirmişdir. Qeyd etmiş ki, o, həmin vaxt bu işlə məşğul olmaq üçün Rasimdən pul almırmış. Niyyəti Rasimdən pulu alıb faizə ayrı-ayrı şəxslərə verib, oradan gələn faizlərlə Rasimin pulunu vermək olduğunu qeyd etmişdir. Lakin ilkin olaraq pulu faizə verəcəyini ya Şöhrətə, ya da Rasimə bildirməmişdir. Razılaşmaya əsasən bu işə girmək üçün 15.000 manat pul lazım imiş, həmin pulun 9000 manatı Rasim tərəfindən, 6000 manatı isə özü tərəfindən qoyulmalı imiş. Şöhrət isə Rasimi onunla tanış etdiyi üçün pul qoymurmuş, lakin bu işdə ortaq olmaqla qazanılan qazanc 3-ü arasında tam şəkildə bərabər bölünəcəkmiş.Həmin gündən 2 gün sonra yəni 2023-cü ilin mart ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında yerləşən “Çay ocağı” adlı kafedə Rasim və Şöhrətlə görüşmüşlər. Həmin kafenin kabinetində Rasim 9000 manat cibindən çıxarıb ona tərəf uzatmışdır. O isə pulu götürüb sayıb cibinə qoymuşdur. Rasimdən pulu aldığının səhəri günü pulu faiz kimi Sübhan, Qiyafəddin və Samir adlı şəxslərə vermişdir. Hər birinə üç min manatdan olmaqla faiz kimi pul vermişdir. Həmin şəxslər 3000 manatın müqabilində bir həftə-10 gün aralığında ona əlavə 500 manat faiz verirmişlər. O isə pulu Rasimdən aldıqdan təxminən 4 gündən sonra Rasimin kart hesabına günlük 200 manat pul göndərməyə başlamışdır. Çünki hər gün qazancın 300 manat olduğunu və bu qazancın 3 yerə tam şəkildə bölündüyünü bildirirmiş. Rasimə də ona görə 200 manat göndərirmiş ki, həmin pulun 100 manatını Şöhrətə versin. Rasim isə həmin 100 manat pulları sonradan eşitdiyinə görə Şöhrətə verməmişdir. Çünki Rasim Şöhrətə bildirmişdir ki, yük daşıma ilə bağlı Şöhrətə 4000 manat pul vermiş, həmin pul MMC tərəfindən gec verilir deyə bu puldan çıxır. Şöhrət də Rasimlə razılaşmışdır. Bir ay ərzində Şöhrətə şokoladdan veriləcək 3000 manatı Rasim yük daşıma üçün verilən puldan çıxmışdır. …Ancaq onu da qeyd etmişdir ki, o, pulu şokolad adı ilə Rasimdən aldıqdan sonra faizə verəcəyini Şöhrətə bildirmişdir. Çünki artıq pulu almışdır. Pulu alana qədər isə Şöhrətin bu barədə məlumatı olmamışdır. Şöhrət isə pulun faizə verilməsi barədə Rasimə bildirməmişdir. …Telefon işində əvvəldən Şöhrət bilirmiş ki, o, pulu telefon biznesinə qoymayacaq. Bundan başqa, Şöhrət və Rasimlə birlikdə başqa işlər də görmüşdür. O, Rasim və Şöhrətlə söhbət edən zaman Sübhan adlı şəxsə pul verməyi təklif etmişdir. Çünki faizdə qazancın çox olduğunu bilirmiş. Lakin pulu Sübhan adlı şəxsə faiz şəklində verəcəyini ya Rasimə, ya da Şöhrətə deməmişdir. Həmçinin Rasimdən şokolad adı ilə aldığı pulu da faizə qoymuşdur. 1500 manata görə bir həftə ərzində 500 manat qazanc əldə edəcəkmişlər. Bundan başqa, Rasimlə oturub söhbət edən zaman sonuncuya demişdir ki, qaynatasının ayaqqabı sexi vardır, həmin sexdə ayaqqabılar tikilərək Rusiya Federasiyasının Moskva şəhərinə tırlarla daşınaraq satılıb yaxşı qazanc əldə etmək olar. Rasim də bu işdə necə qazanc əldə etmək olduğunu soruşanda o, Rasimə demişdir ki, 300 cüt ayaqqabını 23 manatdan alıb Rusiyaya göndərərək orada 27 manata satsalar bir ayaqqabıdan 4 manat qazanc əldə etmək olar, 300 ayaqqabıdan isə 1200 manat qazanc əldə etmək olar. Lakin o, Rasimə demişdir ki, hələ az miqdarda pulla başlayaq. Rasim də onunla razılaşmışdır. 2023-cü ilin aprel ayının ortalarında Sumqayıt şəhərində yerləşən dəniz kənarı bulvar ərazisində Rasimlə görüşmüşdür. Həmin yerdə əlbəəl olaraq ayaqqabı ticarət ilə məşğul olmaq üçün 1500 manat pul almışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. Lakin o, Rasimə ayaqqabını Rusiyaya göndərəcəyini desə də, ayaqabıları Rusiyaya göndərə bilməmiş, buna görə də həmin ayaqqabıları Xudat şəhərində mağazaların birinə satmışdır. Lakin mağaza 1500 manatlıq malı ondan 1480 manata almışdır. O da məcbur qalıb həmin ayaqqabıları satmışdır. Çünki ayaqqabını geri qaytara bilməzmiş. Ayaqqabıları satıb 1480 manatı götürüb gəlib qaynatası Rasimə vermişdir. Çünki ayaqqabını sexdən götürəndə pulunu verməmişdir. Ayaqqabı satılandan sonra verəcəkmiş. Rasimdən aldığı pulu isə özündə saxlamış ki, yenidən bu işlə məşğul olar. Lakin bu işlə bir daha məşğul olmamışdır. Həmin pulu da Rasimin faizlərinə vermişdir. Çünki günlük Rasimə 150 manat şokolada görə pul verirmiş. Ayaqqabı ilə bağlı bir daha Rasimdən pul almadığını, bu işi Rasimlə özü gördüyünü, başqa heç kimin bu iş barədə məlumatının olmadığını qeyd etmişdir. ...Bundan başqa, Rasimlə söhbət edən zaman demişdir ki, Nazim adında bir nəfər şəxs vardır, klub-bar tipində işlətdiyi iaşə obyekti vardır və həmin obyektə ortaq olaraq yaxşı qazanc əldə etmək olar. Rasim də bu işdə necə qazanc əldə etmək olduğunu soruşanda o, Rasimə demişdir ki, əgər 60.000 manat pul qoyularsa həmin işə ortaq ola bilərlər və aylıq hərəsinə 10.500 manat qazanc əldə etmək olar. Lakin o, bunu deməklə Rasimi aldadırmış. Çünki artıq Rasimin faizlərini ödəyə bilmirmiş. Buna görə də Rasimi aldadaraq pulunu almaq qərarına gəlmişdir. Bu məqsədlə Rasimə yalandan klub- bar işinə ortaqlıq təklif etmişdir. Rasim də “Pro Finanace” adlı bank olmayan kredit təşkilatı ilə danışmış, həmin təşkilat vasitəsilə Lətafət adlı şəxs bu işə qoşulmuş, Rasim danışaraq evini Lətafətin adına keçirmiş və 75.000 manat pul almışdır. Çünki sonradan Lətafətin pulunu və faizini qaytarıb evi geri alacaqmışlar. Razılaşmışlar ki, qazanc gələn 21000 manatın 4000 manatı evin faizi imiş. Faizi verdikdən sonra qalan məbləğ guya aralarında bölünəcəkmiş. Rasim evi 75.000 manata versə də “Pro Finance” Rasimə 60.000 manat pul vermişdir. Çünki Rasimdən 15.000 manat şapka alınmışdır. Bir ay ərzində evin faizi öz qiyməti ilə birlikdə 81.000 manat olmuşdur. Çünki həmin pulu ödədikdən sonra evi Rasimin adına qaytarmaq olarmış. Buna görə də Rasim Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə özünə məxsus maşında gedə-gedə ona 60.000 manatı əlbəəl olaraq vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O da həmin pulun qarşılığında faizləri verməyi öhdəsinə götürmüşdür. Bir ay sonra bir ayın faizi kimi 10.500 manatı Rasimə vermişdir. Çünki ortaq həmin pulu verəcəkmişlər. Razılaşmaya əsasən guya klub-bardan qazanılan 21.000 manat pulu Pro fınanceyə ödəyib evi çıxarıb sonradan qazancı böləcəkmişlər. Lakin 2-ci aydan o, pulu verə bilməmişdir. Çünki işləri yolunda getmirmiş və Rasimdən aldığı 60.000 manat pulun da 36.000 manatını Rasimin özünə qaytarmışdır. ..Klub-bar işi ilə bağlı Nazim adlı şəxsi özündən uydurmuşdur. Əslində klub-bar işi olmamış, Nazim adlı şəxs də olmamışdır. Nazim adlı şəxsin əvəzindən dostu Coşqun onunla danışmışdır. Coşquna bu barədə bildirdiyi üçün Coşqun onunla telefonda danışanda Rasimə özünü Nazim adlı şəxs kimi təqdim edirmiş. Lakin Rasim Coşqunu real olaraq görməmişdir. Bundan başqa, onun vəziyyəti ağırlaşdığı üçün 2023-cü ilin avqust ayının əvvəllərində Rasimə demişdir ki, maşın aiveri ilə məşğul olsunlar. Rasimə avtomobil alqı- satqısı ilə məşğul olan Gəncə şəhərində yaşayan Rza və Cavid adlı tanışlarının olduğunu, həmin tanışlarından maşın alıb baha qiymətə salacağını bildirmişdir. Rasim qazancın nə olduğunu soruşanda o, Rasimə demişdir ki, həftəlik ən azı 2500 manat qazanc əldə edəcəklər. Lakin Rasimə demişdir ki, klub-bar işindən gələn iki aylıq, hər ay 21.000 manat olmaqla 42.000 manatı maşın işinə qoysunlar, yaxşı qazanc əldə etsinlər. Çünki o, evin kredit borcunu ödəyə bilmədiyi üçün Rasim ona hər dəfə zəng edərək krediti ödəməsini bildirirmiş. O da artıq 2 aydır ki, kredit borcunu ödəyə bilməmişdir. Buna görə bəhanə olaraq maşın alverinə girməyi təklif etmişdir. Bir-iki maşın gətirib Bakı şəhərində satmışdır. Cəmi 4 ədəd maşın satsa da o, Rasimə 6 həftə, hər həftə 2500 manat olmaqla ümumilikdə 15.000 manat pul vermişdir. O, Rasimi bu yolla evin kreditindən yayındırmaq istəyirmiş ki, daim pulunu istəməsin. 6 həftə sonra 2500 manat pulları da verə bilməmişdir. …Bundan başqa, vəziyyətinin ağırlaşdığını görüb bu barədə dostu X1 bildirmişdir. Allahşükür isə Rasimlə görüşmək istədiyini bildirmişdir. O da Allahşükürə demişdir ki, qəlyan işi ilə məşğul olsunlar, həmin işdə yaxşı qazanc olduğunu, Allahşükürə də Rasimlə görüşəndə qəlyan işi ilə bağlı söhbət etməsini bildirmişdir. Allahşükür də onunla razılaşmışdır. 2023-cü ilin sentyabr ayının sonlarında Rasimə Təqsirləndirilən şəxs2 adında tanışının olduğunu, qəlyan məmulatlarının satışını həyata keçirtdiyini, nə qədər çox pul yatırımı edilsə, ona uyğun da gəlir əldə edəcəklərini bildirmişdir. Rasim də bu işlə məşğul olmağa razılıq vermişdir. Əslində belə bir iş yox imiş. Bu barədə Allahşükürün özü də bilirmiş. Bundan sonra Rasim və Allahşükürlə birlikdə “Ərzurum” kafesində əyləşmişlər. İş Rasimin ağlına batdığı üçün razılıq vermişdir. Oradan çıxandan sonra gedib Təqsirləndirilən şəxs3 ilə görüşmüşdür. Təqsirləndirilən şəxs3 Allahşükürün dostudur və onlara demişdir ki, narkobiznesin baş idarəsində işləyir. O, Təqsirləndirilən şəxs3 polis əməkdaşı olmasını düşündüyü üçün Təqsirləndirilən şəxs3 bu barədə söhbət edirmiş. Təqsirləndirilən şəxs3 isə ona demişdir ki, narahat olmasın, Rasimlə gedib danışacaq, qohumu olduğunu bildirəcək və faizləri istəməməsini bildirəcək. Bundan 3 gün sonra yəni 2023-cü ilin sentyabr ayının sonlarında Rasimlə Xırdalan şəhərində yerləşən “Meh” restoranının kabinetində görüşmüşdür. Həmin vaxt orada Təqsirləndirilən şəxs3, X26, Allahşükür və onun özü var imiş. O, Təqsirləndirilən şəxs3 adının Nahid olduğunu, bibisi oğlu olduğunu, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs3 əslində 2-ci dəfə görürmüş. Lakin o, Təqsirləndirilən şəxs3 Baş İdarədə işlədiyini bildirməklə Rasimi inandırmağa və faizlərini istəməməsini istəyirmiş. Təqsirləndirilən şəxs3 orada Rasimlə söhbət edəndə onun guya kazinoda pul uduzduğunu, başına iş gəldiyini, DTX tərəfindən tutulub pulunun alındığını bildirmişdir. Lakin bunların hamısı yalan imiş və faizləri verməməyə görə yalan danışırmışlar. Bundan sonra Rasim demişdir ki, ona 102.000 manat faiz borcu vardır, həmin borcu istəmir, yenidən iş qurub işləmələrini istəmişdir. Elə həmin gündən 3 gün sonra 2023-cü ilin sentyabr ayının sonlarında Rasimlə Xırdalan şəhəri Xırdalan şossesində yerləşən “Meh” restoranının kabinetində görüşmüşdür. Həmin vaxt yanlarında Bəhruz Dəmirov və Təqsirləndirilən şəxs3 olmuşdur. Həmin-kabinetdə qəlyan işi ilə məşğul olmaq üçün Rasim 43.000 manatı çıxarıb masanın üzərinə' qoymuşdur. O da həmin pulu götürüb saymışdır. Pulu Allahşükürə çatması üçün götürmüşdür. Bundan sonra Rasim çıxıb getmişdir. Onlar da çıxıb Xırdalanda “By Friend” adlı restorana getmişlər. Allahşükür həmin vaxt adı çəkilən restoranda imiş. Orada kabinetlərin birində 43.000 manat puldan 11.000 manatını Allahşükürə, 2.200 manatı Təqsirləndirilən şəxs3, 13.500 manatını isə Bəhruza vermişdir. Qalan 16.300 manat pul isə özünə qalmışdır. Həmin pulun 1 1000 manatını qəlyan məmulatları almaq üçün sərf etmişdir. Qalan pulu isə öz xərcləri üçün istifadə etmişdir. …” Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır, o, izahatı və protokolu təzyiq altında imzalamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərin hamısını tanıyır. O, təxminən 2 il əvvəl Təqsirləndirilən şəxs1la sevgili münasibətinə başlamışdır. Həmin dövrdə o onlayn satışla və tərcümə işi ilə məşğul imiş. Münasibətləri zamanı Təqsirləndirilən şəxs1 ona bir çox bizneslə məşğul olduğunu, sahibkar olduğunu demişdir. Təqsirləndirilən şəxs1 onun yanında bir çox işlərini danışırmış və həqiqətən də kartına pul köçürmüşdür. Təqsirləndirilən şəxs1 onun pulu olduğunu bimirmiş. O, şokolad biznesi və digər işləri eşitdiyindən, həqiqətən də kartına həmin işlərdən pul köçdüyündən Təqsirləndirilən şəxs1 işinə güvənərək ona 2 dəfə pul vermişdir. Birinci dəfə nömrə alıb-satmaq adı ilə 11.750 manat pul, ikinci dəfə qəlyan işinə depozitə görə 8.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 ona bu işlərdən qazanc əldə edəcəyini vəd etmişdir. Məsələn, Təqsirləndirilən şəxs1 demişdir ki, qəlyan işindən ayda 4.000 manat qazanc alacaq. Lakin müəyyən müddət keçsə də Təqsirləndirilən şəxs1 heç bir vədinə əməl etməmişdir. O, Təqsirləndirilən şəxs1 şikayətçidir, barışıq əldə etməmişdir. O, Təqsirləndirilən şəxs1 ona vurulan 19.750 manat maddi ziyanı tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, yalnız Təqsirləndirilən şəxs1 şikayətçidir. Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı ödəməmişdir. O, tanışlıq tarixini xatırlamır. O, Təqsirləndirilən şəxs1 pulu verərkən mesaj da yazmışdır ki, əlində sübutu olsun. Təqsirləndirilən şəxs1 8-9 ay müddətində ona pul gətirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 qarışıq məsələləri var imiş, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çağırırmışlar. Təqsirləndirilən şəxs1 demişdir ki, Baş İdarədən çağırırlar, sonra ona pulu verəcək. Sonra isə Təqsirləndirilən şəxs1 ona demişdir ki, qayıtmayacaq, amma evdəkilər ona pulu verəcək. Amma ailəsi ona heçnədən xəbərləri olmadığını bildirərək onun pulunu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılma səbəbini bilmirmiş. O, Təqsirləndirilən şəxs1 gördüyü işləri bilsə də həmin işlərin yalan olduğunu bilmirmiş. Nömrə telefon nömrəsi yox, maşın nömrəsi imiş. Təqsirləndirilən şəxs1 nömrəni onun adına alacaqmış. Lakin sonradan Təqsirləndirilən şəxs1 demişdir ki, o rayon qeydiyyatı olduğundan nömrəni onun adına ala bilmir və öz adına alır. Təqsirləndirilən şəxs1 nömrəni ona təqdim etməmişdir. Hər dəfə nömrədən söz açılanda nömrəni satmağa getdiyini deyirmiş. Avtomobil nömrəsi **-LL-*** imiş. O, Təqsirləndirilən şəxs4 adını eşitmişdir. Təqsirləndirilən şəxs1 ətrafında olanları tanıyırmış. Amma Təqsirləndirilən şəxs4lə əyani görüşməmişdir. O, təqsirləndirilən şəxslərədn təkcə Təqsirləndirilən şəxs2 əyani olaraq görmüşdür. Digər təqsirləndirilən şəxslərin adlarını Təqsirləndirilən şəxs1 yanında telefonla danışarkən eşitmiş və Təqsirləndirilən şəxs1 danışıqlarından kim olduqlarını bilmişdir. O, Təqsirləndirilən şəxs3 görməmiş, sadəcə Təqsirləndirilən şəxs1 danışıqlarından kim olduqlarını bilmişdir. Məhkəmənin növbəti iclasında Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 02 mart 2025-ci il tarixli ərizədən görünür ki, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışmış və mülki iddiadan imtina edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində götərmişdir ki, onun əvvəllər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la işi olmamışdır. O, 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs4 ilə Sumqayıt şəhərində görüşmüş və onlar tikinti işi barədə danışmışlar. O, Təqsirləndirilən şəxs4lə bir müddət tikinti işi ilə məşğul olmuşdur. Sonra Təqsirləndirilən şəxs4 ona demişdir ki, Təqsirləndirilən şəxs1 özünü, həmçinin qaynatasının yaxşı biznesi var, imkanı yaxşıdır, əlində yaxşı işlər var və onlar da həmin işlərdən xeyir götürə bilər. Təqsirləndirilən şəxs4 ona demişdir ki, Təqsirləndirilən şəxs1 ayaqqabı, telefon və sair kimi topdan satış işi ilə məşğuldur və onlar həmin işlərlə bağlı pul qoyub, pul qazansınlar. O, Təqsirləndirilən şəxs4 razılıq vermiş və onlar Təqsirləndirilən şəxs1la görüşmüşlər. Təqsirləndirilən şəxs1 ondan hər işdə müəyyən məbləğdə pul istəyirmiş və deyirmiş ki, işin müqabilində ona gəlir, qazanc verəcək. Onlar ardıcıllıqla şokolad işi, sonra telefon, sonra ayaqqabı, sonra qəlyan işləri görmüşlər. O, Təqsirləndirilən şəxs1 ilk dəfə pulu Sumqayıt şəhərində kafedə vermişdir. O, Təqsirləndirilən şəxs1 hissə-hissə 3.000, 9.000, 15.000, 20.000 manat pul vermişdir. Belə ki, Təqsirləndirilən şəxs4 yanında kafedə Təqsirləndirilən şəxs1 şokolad işində 9.000 manat, sonra 6.000 manat olmaqla ümumilikdə 15.000 manat, telefon işində 25.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs4 ilk əvvəl özü də 1500 manat pul qoymuşdur. Həmin vaxtlar hələ Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 tanımırmış və onlarla iş görmürmüş. O, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 avqust ayında qəlyan işi ilə bağlı tanımışdır. Şokolad, telefon, ayaqqabı işlərində Təqsirləndirilən şəxs1 olmuş, qəlyan işində isə artıq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 olmuşdur. Amma biznesi quran Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs3 dövlət qulluqçusu, polis əməkdaşı kimi tanıdaraq onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyini demişlər. Hətta Təqsirləndirilən şəxs3 içəri girəndə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayağa qalxıb fərəqət dururmuşlar. Təqsirləndirilən şəxs3 özü də ona hamının yanında demişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyir. Təqsirləndirilən şəxs3 ona deyirmiş ki, o, görülən bu işlərlə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxasında durur. O, şokolad, telefon, ayaqqabı, qəlyan işləri ilə bağlı pulları Təqsirləndirilən şəxs1 vermişdir. O, sonradan bilmişdr ki, Təqsirləndirilən şəxs1 gördüyü işlər yalandır və o, heç bir iş görməmişdir. Onun Təqsirləndirilən şəxs1 verdiyi yəni bu işə qoyduğu pul 350.000 manat pulu keçir. Səhv etmirsə, Təqsirləndirilən şəxs1 işə yeni başlayanda 5.000-6.000 manat pul qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs4 də ilk işə pul qoymuşdur. Lakin sonrakı bütün işlərdə pulu o qoymuşdur. İşlərin sadəcə adı olub, heç biri həqiqətən görülməmişdir. Təqsirləndirilən şəxs1 şokolad işində 300 manat xeyirləri olacağını, 100 manat ona, 100 manat Təqsirləndirilən şəxs4, 100 manat da özünə qalacağını demişdir. İlk başlarda Təqsirləndirilən şəxs1 pulu ona mütəmadi verdiyindən o inanmışdır. O, şokolad işini real olaraq görməmişdir. O, hər dəfə Təqsirləndirilən şəxs1 şokoladların harda olduğunu soruşurmuş, Təqsirləndirilən şəxs1 deyirmiş ki, şokoladlar Naxçıvandan tırla gətirilir. Təqsirləndirilən şəxs1 “Hermes” oteldə ona 9.000 manat pul qaytarmamış, yalan danışır. Həmin dönəmdə cəmiyyət arasında qumarla bağlı dələduzluq işi çıxmışdır. O, gecə saat 23:00-00:00 radələrində Təqsirləndirilən şəxs4 zəng edib demişdir ki, Təqsirləndirilən şəxs1 birdən pulları həmin işə yatırar. Çünki o şokolad işini real olaraq görmürmüş. O, Təqsirləndirilən şəxs1la görüşmüş və həmin dələduzluq işinə pul yatırıb-yatırmamasını dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs1 ona elə bir şey olmadığını demişdir. Təqsirləndirilən şəxs4 də ona arxayın olmağını demişdir. Həmin görüşdə kənar şəxslər iştirak etmirmiş, sadəcə Təqsirləndirilən şəxs1 yanında bir nəfər tanımadığı şəxs var imiş. O, Təqsirləndirilən şəxs1 ev satmamışdır. O, sadəcə Təqsirləndirilən şəxs1la 20 Yanvar notariusa gedərək onun evini girov qoymuşlar və 75.000 manat pul kreditə götürmüşlər. O, 15 il əvvəl Təqsirləndirilən şəxs1 atası Cavanşir bəyə şərait yaradıb ev vermiş, onlar da hissə-hissə pulunu ödəmişlər. Bütün kənd bunu bilir. O, Təqsirləndirilən şəxs1 hissə-hissə çox pul vermişdir. O, Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 pul vermişdir. O, Təqsirləndirilən şəxs2 ilə 3-ün kruqunda Zəngəzur kafesində oturmuş və onun iştirakı ilə 48.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. O, Təqsirləndirilən şəxs2 çox görmüş, amma Təqsirləndirilən şəxs1 pul verəndə ilk dəfə görürmüş. Təqsirləndirilən şəxs1 ona demişdir ki, Anar adlı şəxs şokolad işi və başqa biznes işləri görür, onları görüşdürəcək. Amma Təqsirləndirilən şəxs1 həmin adamı ona göstərməmişdir. Onlar Təqsirləndirilən şəxs1la görüşüb çay içmiş və ona 48.000 mnat pul istədiyini demişdir. O da Təqsirləndirilən şəxs2 gözünün qabağında 48.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 pulu götürmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəlyan işi üçün pulu əvvəlcədən bir yerdə məsləhətləşmişlər. Ona demişlər ki, malı Naxçıvan şəhərindən gətirəcəklər. O, şəxsən Təqsirləndirilən şəxs2 pul verməmişdir. Bir dəfə bunlar ona Xırdalan şəhərindən zəng edərək Təqsirləndirilən şəxs1 borcu ilə əlaqədar borclular tərəfindən bıçaqlandıqlaırnı, öldürüləcəklərini deyərək pul istəmişlər. Onun üstündə pul yox imiş. O, qonşusu Samirə zəng etmiş və Bakı şəhərindəki dostundan pulu götürüb onlara çatdırmasını tapşırmışdır. Samir yarım saat ərzində ona 15.000 manat pul gətirmişdir. O, 10.000 manat pulu Xırdalan şəhərində Təqsirləndirilən şəxs1 çatdırmışdır. Buna da Təqsirləndirilən şəxs2 şahiddir. O, Təqsirləndirilən şəxs3 ilə ilk dəfə “Meh” restoranında görüşmüş, “Ərzurum” restoranında olmamışdır. 48.000 manat pulu Təqsirləndirilən şəxs1 verəndə, Təqsirləndirilən şəxs3 olmamış, adı belə hallanmamışdır. Amma Təqsirləndirilən şəxs3 adı ona çox hallanıb və o onu 1 ay sonra görmüşdür. Tütün məmulatları Naxçıvandan gələcəkmiş və ona demişlər ki, 48.000 manatdan əlavə 45.000 manat pul göndərməlidirlər. O, Bəhruz Dəmirov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə “Meh” restoranında görüşmüşdür. Bəhruz Dəmirov demişdir ki, 45.000 manat pulu özü evindən götürüb Naxçıvandakı iş üçün çatdıracaq, amma bir şərti var ki, Zərərçəkmiş şəxs1 2 gün ərzində pulu ona geri qaytarsın. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bu söhbətə şahiddirlər. O, razılaşmışdır. Sonra o Təqsirləndirilən şəxs3 ilə telefonda danışanda Təqsirləndirilən şəxs3 demişdir ki, pulu onun yanında versin ki, o da canlı şahid olsun. Təqsirləndirilən şəxs3 demişdir ki, Bəhruz Dəmirovdan gözü su içmir, dələduzun biridir, ona görə pul verəndə videoaya çəksinlər. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yanında Bəhruz Dəmirova 44.800 manat pul vermişdir. Bəhruz Dəmirov və Təqsirləndirilən şəxs1 pulu sayıb götürmüşlər. O, evini girov qoyub 55.000 manat borc götürmüş, pulun 10.000 manat pulunu borca verməli olmuş deyə Bəhruz Dəmirova 44.800 manat verməli olmuşdur. Bəhruz Dəmirov demişdir ki, 200 manat pulu özü tamamlayar. Əslində isə bu epizod üzrə ona 44.800 manat yox, 55.000 manat ziyan dəymişdir. “Ərzurum” restoranı ilə “Meh” restoranında görüşləri arasında 5-15 gün fərqi var və uzun müddət keçdiyindən dəqiq xatırlamaya bilər. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanımağına qədər Təqsirləndirilən şəxs1 200.000 manat pul vermiş, onun buna dair sübutları var. Təqsirləndirilən şəxs1 onu aldadırmış və onun pulunu ona verirmiş, səhəri gün də həmin pulun üstündə pul istəyirmiş. O, Təqsirləndirilən şəxs1 güvəndiyindən ona pul verirmiş. Təqsirləndirilən şəxs1 bibisi oğlu Nahid adlı şəxs BMCMİnin əməkdaşı ilə dostdur. O, onlarla görüşəndə onlar ona Təqsirləndirilən şəxs1 dələduz olduğunu, pulları qumarda uduzduğunu demişlər. O, onda dərk etmişdir ki, aldadılmışdır. O, Təqsirləndirilən şəxs3 kartına hissə-hissə olmaqla 1760 manat atmışdır. Təqsirləndirilən şəxs1 demişdir ki, pul verirlər, 1 ay sonra telefon gətirilir, telefon satılandan sonra onlara gəlir çatacaq. O, güvəndiyi üçün işləri Təqsirləndirilən şəxs1 həvalə etmişdir. Təqsirləndirilən şəxs1 qazancı ona telefondan göstərirmiş, amma ona nə qoyduğu pul nə də qazanc pul verilməmişdir. Təqsirləndirilən şəxs1 ona güya qazanc kimi cüzi məbləğdə pul verib sonra təkrar başqa bir iş üçün pul istəyirmiş və o qazancları və üstünə də cibindən pul qoyub ona geri verirmiş. O, lombard işinə 6.000 manata yaxın pul vermişdir. O, pulu Təqsirləndirilən şəxs2 vermişdir. Onun “Leobank” və “Unibank”-a məxsus 2 kartı var. Onda “ATB” kartı olmamışdır. Təqsirləndirilən şəxs1 həyat yoldaşının kartına çox vaxt pul köçürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs1 o deyirmiş ki, kartına 2.000 manat pul köçürür, səhəri gün Təqsirləndirilən şəxs1 deyirmiş ki, həmin 2.000 manatın üzərinə 3.000 manat da qoyub ona versin, hansısa işi görsün. Təqsirləndirilən şəxs1 pulu kartına köçürüb sonra ondan nağd şəkildə alırmış. O, həmin vaxt bunu hiss etməmişdir. O, Təqsirləndirilən şəxs1 mobil telefon məsələsində 25.000 manat pul vermişdir. O, 5.000 manatı əvvəlcədən vermiş, 20.000 manatı Sumqayıt şəhərində Hospitalın qarşısında vermişdir. O, səs yazılarını özü yazmış, həmin səs yazılarının bir çoxunu təqsirləndirilən şəxslərdən xəbərsiz yazmışdır. Bir səs yazısında isə təqsirləndirilən şəxslərin xəbərləri olmuşdur. Qeyd etmişdir ki; - O, Təqsirləndirilən şəxs4 tikinti işləri üçün 5.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs4 pulu ona geri qaytarmışdır. O, Təqsirləndirilən şəxs4 ilə barışıq əldə etmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. -O, Təqsirləndirilən şəxs2 ailəsi ilə notarial qaydada borc müqaviləsi bağlamış və onlar ona dəymiş ziyanı aybaay ödəyəcəklər. O, özü maddi baxımdan çətin vəziyyədə olduğundan, hazırda ona pul lazım olduğundan dəymiş ziyanın məbləğini azaldaraq Təqsirləndirilən şəxs2 ailəsinə güzəştə getmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. -O, Təqsirləndirilən şəxs3 qaynatası ilə notarial qaydada borc müqaviləsi bağlamış və o, ona dəymiş ziyanı aybaay ödəyəcək. O, Təqsirləndirilən şəxs3 körpə uşağını nəzərə alıb ona güzəştə gedərək onunla barışıq əldə etmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. -O, Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxs1 ona heç bir zərər ödəməmişdir. O, Təqsirləndirilən şəxs1 şikayətçidir və tələb etdiyi pulu növbəti məhkəmə iclasında dəqiqləşdirib məhkəməyə bildirəcək. Beləliklə, birinci epizod üzrə 25.000 manat pulu Təqsirləndirilən şəxs4 ona ödəmişdir. Bu epizod üzrə Təqsirləndirilən şəxs4 şikayətçi deyil. İkinci epizod üzrə 9.000 manat puldan Təqsirləndirilən şəxs4 öz payına düşən məbləğdə pulu ödəyib, lakin Təqsirləndirilən şəxs1 ödəniş etməmişdir. Bu epizod üzrə Təqsirləndirilən şəxs4 şikayətçi deyil, Təqsirləndirilən şəxs1 şikayətçidir və pulunu tələb edir. Üçüncü epizod üzrə 100.000 manat pulu Təqsirləndirilən şəxs1 ödəməmişdir. Bu epizod üzrə Təqsirləndirilən şəxs1 şikayətçidir və pulunu tələb edir. Dördüncü epizod üzrə 10.000 manat pulu Təqsirləndirilən şəxs1 ödəməmişdir. Bu epizod üzrə Təqsirləndirilən şəxs1 şikayətçidir və pulunu tələb edir. Beşinci epizod üzrə 32.000 manat pulu Təqsirləndirilən şəxs1 ödəməmişdir. Bu epizod üzrə Təqsirləndirilən şəxs1 şikayətçidir və pulunu tələb edir. 7.000, 25.000 manat, 27.000 manatla bağlı epizodlar üzrə Təqsirləndirilən şəxs1 pulunu ödəməmişdir. Bu epizodlar üzrə Təqsirləndirilən şəxs1 şikayətçidir və pulunu tələb edir. 92.800 manatla bağlı epizodlar üzrə təkcə Təqsirləndirilən şəxs1 şikayətçidir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şikayətçi deyil. O, bu epizod üzrə 92.800 manat pulu Təqsirləndirilən şəxs1 və Bəhruz Dəmirovdan tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 7.000, 25.000 manat, 27.000 manatla bağlı epizodlar üzrə Təqsirləndirilən şəxs1 pulunu ödəməmişdir. Bu epizodlar üzrə Təqsirləndirilən şəxs1 şikayətçidir və pulunu tələb edir. 92.800 manatla bağlı epizodlar üzrə təkcə Təqsirləndirilən şəxs1 şikayətçidir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şikayətçi deyil. O, bu epizod üzrə 92.800 manat pulu Təqsirləndirilən şəxs1 və Bəhruz Dəmirovdan tələb edir. Təqsirləndirilən şəxs1 onun kəndlisidir, atası ilə yaxşı münasibətləri olmuşdur. O, onu çoxdan tanısa da onunla əvvəllər heç bir iş görməmişdir. Orxan Solatnov həm ailəsini həm onu aldatmışdır. Təqsirləndirilən şəxs1 onun etibarını qazanandan sonra ondan suiistifadə etmişdir. O, həm telefonda, həm də dəftərində görülən işlərin qeydiyyatını aparırmış. O, dəftərinin şəklini çəkib istintaqa təqdim etmişdir. O, şokolad işinə hissə-hissə 9.000, 6.000 manat olmaqla ümumilikdə 15.000 manat pul qoymuşdur. Təqsirləndirilən şəxs1 yalan danışır. O, Orxana “Meh” restoranında 48.000 manatdan əlavə 44.800 manat pul vermiş, həmin pulu verəndə Təqsirləndirilən şəxs3 yanlarında olmuşdur. O, 1 torba pulu “Zəngəzur” restoranında Təqsirləndirilən şəxs1 vermiş, Orxan pulu sayıb götürmüşdür. Zəng danışıqlar sübut növü kimi qalır. Təqsirləndirilən şəxs1 ona telefonda pulun məbləğini demişdir. O da 1 torba pul ilə restorana getmişdir. Təqsirləndirilən şəxs4 vurduğu ziyanı artıqlaması ilə ödəmişdir. Təqsirləndirilən şəxs4 39.000 manat ziyanı, əlavə də 1000 manat pulu ödəyib, yəni ümumilikdə Təqsirləndirilən şəxs4 ona 40.000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs4 digər təqsirləndirilən şəxslərlə əlbirliyi olmamış, heç onları görməmişdir. Təqsirləndirilən şəxs4 tək günahı onun Təqsirləndirilən şəxs1la iş görməyində vasitəçi olmasıdır. Təqsirləndirilən şəxs4 onu inandırmışdır ki, Təqsirləndirilən şəxs1 bu işlərlə məşğuldur. Təqsirləndirilən şəxs4 heç 39.000 manat qazanc götürməmiş, o, 2.000-3.000 manat pul qazanmışdır. Yəni ona gəlirlərdən pul verilməmişdir. Təqsirləndirilən şəxs4 1 ay bu işlərdə əməkdaşlıq edib və sonradan iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs4lə "xxxx" MTK işinə başlamışdır. Təqsirləndirilən şəxs4 və o tikinti işlərinə görə hər gün Xırdalana gedib-gəlirmişlər. Orada Təqsirləndirilən şəxs1 görürmüşlər. O, Təqsirləndirilən şəxs4 deyirmiş ki, “özün maşından düşüb danış, Orxan hara mən hara“. Onun tikinti işlərində əlaqələri çox olmuşdur. Bu işdən nə qədər qazanacaqlarını bilirmiş. Təqsirləndirilən şəxs4 inşaat işində daşıma işlərinin üstündə duracaqmış, işi aparacaqmış. O, isə bu işə pul qoyurmuş. Çünki tikinti işində sürücülər pulu öncədən alırlar. Buna görə nağd pulu o verirmiş. Təqsirləndirilən şəxs4 inşaat işində ona saxta sənəd verməmişdir. Təqsirləndirilən şəxs3 qaynatası zərəri tam ödəmiş və ona qarşı şikayət və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs1 və ailəsini tanıyırmış, amma əvvəllər heç bir ünsiyyəti yox imiş. O, Təqsirləndirilən şəxs1 ailəsini tandığı üçün güvənmişdir. O, Təqsirləndirilən şəxs1 ailəsinə əvvəllər Xırdalanda ev vermiş, onlar da illərlə hissə-hissə ona pul ödəmişlər. O, Təqsirləndirilən şəxs1 gördüyü işi bilmirmiş və ona bu haqda məlumatı Təqsirləndirilən şəxs4 vermişdir. O da Təqsirləndirilən şəxs4 arxayın olub Təqsirləndirilən şəxs1 pul vermişdir. O, Təqsirləndirilən şəxs4 demişdir ki, pulları ona görə verir, Təqsirləndirilən şəxs1 tanımır. O, istintaq zamanı stres keçirirmiş, gözü yaxşı görmürmüş deyə yazdıqlarını oxuya bilməmişdir. O, sonra istintaq orqanına yaxınlaşmış və yadına düşən məbləğləri qeyd etmişdir. O, adətən məbləğləri əlbəəl vermişdir. Lakin kart hesabına da çox köçürmələr etmişdir. O, kart hesablarına 40.000-ə yaxın pul köçürmüşdür. Bu Təqsirləndirilən şəxs1la olan hesabdır. O, istintaq orqanına yalnız əlbəəl verdiyi pullar barəsində demişdir. Onun istintaq zamanı bank hesabından köçürmələrin surətini çıxarıb təqdim etməyə vaxtı olmamışdır. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 şikayətçi deyil, barışıq əldə etmiş, ona dəymiş maddi ziyan ödənilmişdir. Məhkəmənin növbəti iclasında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 06 fevral 2025-ci il tarixli ərizədən görünür ki, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən təkcə Təqsirləndirilən şəxs1 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. Zərərçəkmiş şəxs2 onun xalası qızıdır. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 sevgili münasibətində imiş və o onların bir çox söhbətlərinə şahid olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 bir çox işlə məşğul olduğunu deyirmiş. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 nömrə satacağını deyərək pul istəmişdir. Xalası qızı Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs1 inanıb ona 19.750 manat pul vermişdir. Nərmin pulun bir hissəsini bankdan çıxararaq Təqsirləndirilən şəxs1 vermiş, digər hissəsini isə evə gətirərək Təqsirləndirilən şəxs1 vermişdir. Hər iki halda da Zərərçəkmiş şəxs2 pulu onun yanında Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 nömrəni baha qiymətə satacağını demişdir. Lakin o nömrənin telefon nömrəsi yoxsa avtomobil nömrəsi olduğunu dəqiq bilmir. Təqsirləndirilən şəxs1 pulu Zərərçəkmiş şəxs2 geri qaytarmamışdır. O, istintaq zamanı ifadə verərkən nömrənin nə nömrəsi olduğunu bilmədiyindən ifadəsində maşın nömrəsi yazmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən təkcə Təqsirləndirilən şəxs3 tanıyır. 03 dekabr 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs3 narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 03 dekabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nərimanov rayonu yaxınlığında saxlanılmışdır. Onlar özlərini həmin şəxsə təqdim etmişlər. Təqsirləndirilən şəxs3 könüllü olaraq bildirmişdir ki, üzərində metamfetamin var. Onlar Təqsirləndirilən şəxs3 Baş İdarəyə dəvət etmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs3 müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs3 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan cins şalvarının cibindən 02 ədəd bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs3 bükümlərin içərisində olan psixotrop maddə metamfetamini bir neçə gün əvvəl yaşadığı evin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs3 qarşı işgəncə göstərilməmişdir. Əməliyyat məlumatı 03 dekabr 2023-cü il tarixində gün ərzində daxil olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs3 barəsində hər hansı əməliyyat məlumatının daxil olmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs3 digər şəxslərlə telefon danışıqları müəyyən edilməmişdir. Əməliyyat tədbiri Təqsirləndirilən şəxs3 saxlanılması, şəxsin narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması barədə faktın müəyyən olunmasından ibarət imiş. Onlar da Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitələrin, psixotrop maddələrin olmasını müəyyən etmişlər. Satış faktını müəyyən edə bilməmişlər. Lakin faktiki olaraq Təqsirləndirilən şəxs3 üzərindən 02 ədəd bükümdə psixotrop maddə aşkar olunmuşdur. Əməliyyat məlumatı sadəcə Təqsirləndirilən şəxs3 barəsində daxil olmuşdur. Hər bir polis idarəsi kimi Azərbycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə aparmaq borcu var. Odur ki, əməliyyat tədbirini onlar keçirmişlər. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən təkcə Təqsirləndirilən şəxs3 tanıyır. 03 dekabr 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində X17 Təqsirləndirilən şəxs3 narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs3 Nərimanov rayonu, F.X.Xoyski küçəsində olması müəyyən edilmişdir. 03 dekabr 2023-cü il saat 17:00 radələrində Nərimanov rayonu F.X.Xoyski küçəsində zahirən Təqsirləndirilən şəxs3 oxşar şəxsə yaxınlaşmışlar. Onlar özlərini həmin şəxsə təqdim etmişlər, həmçinin şəxsin Təqsirləndirilən şəxs3 olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs3 qərarla tanış edib Baş İdarəyə dəvət etmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs3 müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs3 üzərində metamfetamin olduğunu bildirərək əynində olan cins şalvarının cibindən 02 ədəd bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs3 bükümlərin içərisində olan psixotrop maddə metamfetamini bir neçə gün əvvəl yaşadığı evin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Metamfetaminin neçə qram olmasını bilmir. Əvvəllər Təqsirləndirilən şəxs3 barəsində hər hansı əməliyyat məlumatının daxil olmasından məlumatı yoxdur. Əməliyyat məlumatı Hüseyn Həsənova daxil olduğundan mənzilə baxış keçirilməmə səbəbini bilmir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən təkcə Təqsirləndirilən şəxs3 tanıyır. 03 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə X22 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı raportla məruzə olunmuş və qərar qəbul olunmuşdur. Qərar əsasında yaradılan əməliyyat qrupuna o da daxil imiş. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs3 Nərimanov rayonu, F.X.Xoyski küçəsində olması müəyyən edilmişdir. 03 dekabr 2023-cü il tarixdə saat 17:00 radələrində Nərimanov rayonu F.X.Xoyski küçəsində zahirən Təqsirləndirilən şəxs3 oxşar şəxsə yaxınlaşmışlar. Onlar özlərini həmin şəxsə təqdim etmişlər, şəxsi qərarla tanış edərək özünü təqdim etməsini bildirmişlər. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs3 olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs3 Baş İdarəyə dəvət etmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs3 müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs3 əynində olan cins şalvarının cibindən 02 ədəd bükümdə metamfetiminə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs3 bükümlərin içərisində olan metamfetamini 2 gün əvvəl gün şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı vəkil, təhqiqatçı, əməliyyat müvəkkilləri var imiş. Hal şahidləri yox imiş. Şəxsi axtarış İdarədə aparılmış, saxlanılan zaman aparılmamışdır. Təqsirləndirilən şəxs3 Baş İdarədə müdafiəçi ilə təmin olunmuşdur. Əməliyyat məlumatı barədə ona 03 dekabr 2023-cü il tarixində məlumat verilmiş, lakin məlumatın verildiyi saatı xatırlamır. Təqsirləndirilən şəxs3 Nərimanov rayonu F.X.Xoyski küçəsində saxlanılmışdır. O, həmin küçədə Təqsirləndirilən şəxs3 saxlanıldığı yerdə hansı bina, obyektlərin olmasını xatırlamır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMinə ünvanlanmış 27 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, X26 və Təqsirləndirilən şəxs2 əlbir olub ona məxsus 350.000 manat pulunu mənimsəmişlər. Cinayət işinin 1-ci cild 39-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış təqdim edilmiş 19 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, alıcı qismində fərdi sahibkar X2 ilə satıcı "xxxx" MMC-nin direktoru X7 arasında bağlanmış müqaviləyə əsasən, satıcı alıcıya müqavilədə əlavədə qeyd olunan tikinti materiallarını satmağı üzərinə götürür. Cinayət işinin 1-ci cild 68-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs4 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs4 üzünə deyərək bildirmişdir ki, tiktinti materialları ilə bağlı Şöhrət ona 10.000 manat lazım olduğunu demiş, ilk olaraq ona iki dəfə 1500 manat vermiş, 1-2 gün fasilə ilə yenidən 2000 manat pul vermiş, lakin, Şöhrət ona gündəlik nəzərdə tutulan 50-70 manat pul qazanılacağını desə də, ona bir dəfə 600, bir dəfə isə 800 manat vermişdir. Cinayət işinin 1-ci cild 77-91-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə deyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4lə birlikdə danışarkən Orxan ona xarici ölkələrdən mobil telefon gətizdirəcəyini və gəlirin bölüşdürələcəyini demiş, buna görə Orxana 5000 manat pul vermiş, razılaşmaya əsasən, Orxan həmin 5000 manat müqabilində ona hər telefondan 600 manat qazanc olacağını, 200 manat ona verəcəyini demiş və 400 manat pul vermiş, ana pul Orxanda qalmış, Orxan yenə pul qoymağını təklif etdikdə, Şöhrətlə danışmış, Şöhrət də Orxana cavabdeh olduğunu nə vaxt pul istəsə verməsini demişdir. Daha sonra lombard işi ilə bağlı təkliklə Orxana 5000 manat pul vermiş, Orxan 500 manat qazanc olacağını demiş, lakin, 150 manat vermişdir. Daha sonra xarici ölkələrdən mobil telefon gətirmək adı ilə 20.000 manat kredit götürüb Orxana vermiş, lakin, buna əsasən hər hansı qazanc və ödəniş olmamışdır. Həmçinin, şokolad işi ilə bağlı 9000 manat pul Orana vermiş, güya 6000 manat da Orxan qoyacaqmış, buna görə Orxan ona 9000 manat qazanc vermiş, lakin, əsas pul Orxanda qalmışdır.Orxana ayaqqabı satışı ilə bağlı 3000, 8000, 10.000, 11.000 manat vermişdir. Bundan başqa, Orxan ona Nazim adında tanışının klub-bar tipində obyektdə işlədiyini, əgər 100.000 manat pul qoysalar aylıq hərəsinə 10000 manat qazanc qalacağını bildirmiş, buna görə o evini sataraq 65000 manat pulu Orxana vermiş, daha sonra da bu işlə bağlı 35000 manat vermiş, lakin, Orxan gələn pulun dövriyyəyə qoyduğunu bildirib hər hansı qazanc verməmişdir. Avtomobil alqı-satqısı ilə bağlı Orxana 25000 manat vermiş, bu işdən 2500 manat qazanc götürmüşdür. Daha sonra yanacaq doldurma məntəqələrində yağ və digər qatqı məhsullarının satışını həyata keçirmək üçün Orxanın qohumuna 20000 manat, özünə də 7000 manat vermişdir. Cinayət işinin 1-ci cild 92-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə deyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2 adında tanışlarının qəlyan məmulatlarının satışı ilə məşğul olduğunu, nə qədər çox yatırım etsələr, ona uyğun gəlir əldə edəcəklərini demiş, bundan sonra Allahşükür və orxan ilə görüşüb 51000 manat pul vermişdir. Cinayət işinin 1-ci cild 97-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə deyərək bildirmişdir ki, Allahşükür onun vəziyyətinin ağırlığını bilmiş, buna görə yalandan Rasimlə görüşüb qəlyan söhbəti edəcəklərmiş, yaxşı qazanc olması ilə bağlı Rasimi aldadacaqlarmış. Bundan sonra Təqsirləndirilən şəxs3 ilə görüşdükdə sonuncu Rasimlə danışacağını, faizləri istəməməyini söyləyəcəyini demişdir. Daha sonra Rasim, Təqsirləndirilən şəxs3lə birlikdə görüşdükdə Təqsirləndirilən şəxs3 bibisi oğlu olduğunu, BMCMİ-də işlədiyini deyib Rasimi inandırmaq istəyirmiş, Təqsirləndirilən şəxs3 orada söhbət edəndə güya onun kozinoda pul uduzduğunu, DTX tərəfindən tutulub pulunun alındığını demişdir. Bundan sonra yenidən Rasimlə işləməyə başlamışlar, Rasim qəlyan işi ilə bağlı 42000 manat vermiş, sora həmin puldan o 11000 pulu Allahşükürə, 2200 Təqsirləndirilən şəxs3, 13500 manatı isə Bəhruza vermiş, qalan 16300 isə ona qalmışdır. Həmin pulun 11000 manatını qəlyan üçün vermiş, qalanını isə xərcləmiş, həmin puldan Rasimə qazanc verməmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 dediklərini təsdiqləmişdir. Cinayət işinin 1-ci cild 193-202-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs4 üzünə deyərək bildirmişdir ki, Şöhrətlə danışan zaman çoxlu bizneslə məşğul olduğunu, lakin, pula görə artıq bizneslə məşğul ola bilmədiyini demiş, Şöhrət ona Rasim adlı qohumunun olduğunu, onun da bizneslə məşğul olmaq istədiyini deyib onları tanış etmiş, Rasimlə görüşəndə ona Türkiyədən şokolad gətirib satıb qazanc əldə etmək üçün pul lazım olduğunu demiş, amma pulu əslində biznes üçün yox faizə verib, oradan gələn pulla Rasimin pulunu qaytaracağını düşünmüşdür. Bundan sonra Rasim ona həmin iş üçün 9000 manat vermiş, sonra o bu pulu ayrı-ayrı şəxslərə faizə vermiş, bundan sonra Rasimə gündəlik 200 manat göndərməyə başlamışdır. Cinayət işinin 2-ci cild 6-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs3 üzünə deyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs3lə onu Orxan və Allahşükür tanış edib banditizm işçisi olduğunu, onların arxasında dayandığını, gömrükdən rahat malları keçirdiyini, buna görə də ona da pul verdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs3lə görüş zamanı o onla elə davranmışdır ki, sanki onu tutmağa gəlib, ondan pulların aqibətini soruşanda, pulların lazımi yerə çatdırıldığını, onlarla qəlyan işi görülüb onun borclarının qaytarılacağını bildirmişdir. Bundan sonra o etibar edib 48000 manat Allahşükürə verdiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 178-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 aprel 2024-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 193-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 aprel 2024-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 205-212-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 may 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X6 Soltanovla aralarında “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan danışıqların çıxarışların və səs yazılarının köçürüldüyü 01 ədəd CD diskə baxış zamanı məlum olmuşdur ki, həmin CD diskin daxili yaddaşına ümumilikdə 12 ədəd səs yazısı vardır ki, yazıların 05 ədədi mobil telefonla aparılan danışığın səs yazısı, digər 07 ədəd səs yazısı isə mobil tətbiq vasitəsilə aparılmış danışığın səs yazısıdır. Təqdim edilmiş 1 №-li səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs3 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: Əmi sənə 90% söz verib ki pulu verəcək? B: Mənə dedi ki, ayın 25-nə kimi pulu verəcək, telefonun pulunu verəcək, Bəhruzla bir yerdədi Orxan, Bəhruz da dedi ki, mən atveçatam həmin pula, sonra da Bəhruz telefonu götürmədi, mən heç uje Bəhruza da yığmaq istəmirəm, bunlarla əlaqə də olmaq istəmirəm... A: Bəhruzun atası iş adamıdı, bina tikəndi, pulu verməyə imkanı var. Əmi mən onlara bəraət qazandırmıram, fikirləşdiyimi deyirəm, mənim əlimdə 50 min olsa sənin gözündə daveriya qazanmaqdan ötrü o pulu sənə verərəm, amma Orxana vermərəm...oyun olub-olmadığına bir şey deyə bilmərəm... B: İndi onlar o pulu mal adı ilə aldılar amma ora verib-vermədilər onu bilmirəm, hər nədi axırda elə oldu ki, pul verildi, qayıtmadı. A: İndi pul hara verildi-verilmədi, bizə nə lazımdı-pul geri qayıtsın...mənim qorxum Orxandır...5 il Akademiya oxumuşam, bilirəm də bunu...bu Orxanla Şöhrətin altından çıxan oyundu... B: Allah var eləsin.öz işin kimi yanaşırsan, elə bil öz pulundu A: Əmi..eşidirsən? mən bu işi elə bil öz işim kimi görürəm...amma pul işini özün bilirsən...hər şeyi açıb deyə bilmirəm...burda istintaq məlumatı deyilən bir şey var da...hər işin öz yolu var, sənin öz sistemin var, mənim də öz sistemim var...mən səni kimi bina tikə bilmərəm, sən də məni kimi iş apara bilməzsən. Təqdim edilmiş 2 №-li səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs3 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: Əmi ağlın nə kəsir Fərhadla iş görər Orxan ona qoşulub? Səncə elə bir şey olar? B: Fərhad nə bilim Vallah...Fərhad deyirdi də onsuz..onların yalanlarını tutduracaq, özlərinə deyirdi ki, bəs siz bu boyda pulu haradan qazanırsız? Bax o Fərhad deyirəm sənə Orxanı da söydü, Orxan özü də eşidirdi...dedi ki sən bilmirsən əmi, bir gün gələcək sən görəcəksən bunlar sənin pullarınla nə oyunlar çıxarıblar...mənə deyirdi ki, bir qəpik də pul verməyim bunlara, bunlar sənin pullarıvı alıb yeyillər, şellənirlər... A: Bax əmi...sənə bir söz deyim də...bunlar necə şellənib ki, Orxan beş gün evdən çölə çıxmadı həmin o dediyim məsələdən sonra, çıxanda da maşınla yolda gedəndə benzini qurtardı yolda qaldı..yəni bu boyda pulu olan adamın maşına benzin vurmağa pulu olmadı?...Yanı ikinci partiyanı deyirəm də 45 mini alıb evinə qoyan adam onu bir aya yeyib qurtara bilər? B: Nahid indi sən burda deyilsən də burda olsaydın bunları tutub otuzdurardıq qabağımızda...səndən qorxullar da...işləyirsən indi orda idarədə...səni görəndə “smirno” durullar A: Bəli əmi, məni indi davam nədi...bu iş alınsa çağırasan Cavanşiri, birdə Orxanın qaynatası Kamalı məni də kanfransa qoşasan...heç kim yerdən çıxamayıb, göbələk deyil... B: ...Nə deyəcəme? Düzdü bu iş mənim işim deyil, iş qurmağa kömək etmişəm, pul qoymuşam ortaya, mənə dedilər qazanc var, pul qoy pul götür, optovoy işi görək..bunlar mənə həmin o sənədlər ki vare gömrük bəyannaməsi və s. olanları göstərməsələr mən qanuni şəkildə artıq şikayət edəcəm... A: Yoxe əmi yüz faiz olmalıdır, başqa söhbət də gedə bilməz...mən səni gözəl başa düşürəm...mən sənə dedim ki, sənin nə sözün varsa mənim üçün qanundur..hər zaman yanındayam, xaricdə olsam da kölgəm səninlədir. Orda sənə sənədlər gətirib göstərəcəklər ki, bu adama biz dələduz adını verə bilməyəcik...Bəlkə də gətirib çıxara bilməyəcək dələduz çıxacaq... B: Dələduz çıxdı pulumuzu ala biləcəyik ondan? A: Yüz faize əmi, elə şey olar? Pulunu almamış onu çölə buraxacıq? Bu jek sənədləri deyile əmi, hamısı ekspertizadan keçəcək qanunidir peçatdı zaddı başa düşdün məni? B: Yalan çıxsa ala biləcəyik doxsan neçə minimizi? A: Mən elə faiz məsələsindən qorxurdum ki...amma sən təmizsənsə nə problem ola bilərki? B: Qardaş mən yenə deyirəm bu yaşa çatmışam, kiməsə nə faizə pul verməmişəm, nə də kimsə deyə bilməz ki məndən faizə pul alıb...bircə bu işə görə evimi məcbur faizlə girov qoymuşam...pul götürüb bunlara verim...onlar səni çağırmasaydılar mən Bəhruza atveçat olmayacaqdım o pula, ki pulu götürüm ondan... A: Mən düzdüyün tərəfdarıyam B: Sonra üzüvə duracaq ki, sən 400 mini götürüb yarısını cibivə qoymusan, yarısını bandatdelə verdin...yeri gəlsə mənə də deyir ki, guya o pulu mən ona verməmişəm...Mənim yandığım odur ki, bu qədər pullar alıb... A: Əmi tələsmə qoy görək bunun axırı nə olur...buna dələduzluq adı qoya bilmərik..mən sənə söz deyirəm də...əsas odur ki, səndə faiz söhbəti olmayıb, indi görüm kim buna arxa dayaq durur... B: Orxan eşitmişəm qumar oynayıb, kənddəki evini də ona görə satıb...mənə də demişdi ki, satsam sənin pulunu verəcəm...nə bitim? Bilirsən faiz verən adamı hamı tanıyır ki, faiz verən adamdır, qohum-qonşu... Təqdim edilmiş 3 №-li səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs3 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: Əmi Orxanı dünən saxlatdırdım...saxlamaq da olmur...hamı nəsə umur... B: Bilirsən, mənim buna narazılığım yoxdur...mən hələ o vaxt dedim ki, gəlim bir o sexdəki korobkanın birini də mən görüm...Fərhadın deməyi ki, ortada mal yoxdur, bunlar puluvu alıb gedib yeyib-içillər... A: Əmi...indi sən şübhələndin...biz də verdik araşdırmaya da...indi bu günü gözlə də görək əlində nə sənədlə gəlir...indi sən dedin biz həmin adamı beş gün güddük...beynində nə sualın varsa qaranlıq qalan bunlara aid nəisə səslə at mən də atım o adamı ki bunu araşdırsın...nə qədərki əlimizdədi sorğu sual edək...Bunu biz araşdıraq cavabını tapaq...sənədlər gətirilsin görək hələ həqiqətən də həmin idarə veribmi..ondan sonra mənə burax da...pulunu alıb verəcəm...axırıncı günümüzdü.nə sualın varsa ver qoy dindirilsin bu barədə...sən bir dənə mən deyəni elə...mən səni çox yaxşı başa düşürəm... B: Bir də ay Nahid o 102 min var idie dedin yanvarda qayıdacaq evin pulu... A: Əmi...mən onlarla danışmışam, dedilər kom verəcəklər pulu...özünü çox şeyə salma..vaxt gələcək güləcəyik bu işlərə...insanın insana çətin vaxt işi düşər...bu telefonu da sönülü saxlayıram ki, kimsə narahat eləməsin, hamı zəng edir işinə görə...kimlə nə danışacam onu mənə burax da əmican...özüm bilirəm...hələ bilmirik nə olacaq...stresdə olma əmi...sən pul verən tərəfsən... B: Hə, danış...heç olmasa zapravkanın pulunu alaq onlardan... Təqdim edilmiş 4 №-li səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs3 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: Orxan 7-nin yarısı gedəcək ora...çağırıblar...əgər sənəd sübutla isbat etsə ödəmələri və s. yani pulu yeməyib, maldadır, deməli bizim dilimiz qalacaq gödək... B: Nə qədər vaxt çəkər görəsən bu məsələ...iş orasındadır ki, qazanc verməyib axı...heç malın özü hanı onu görməmişəm axı...baxıram pulum belə kulturnu şəkildə batdı da...nə oldu elə 93 min pulu aldı bir ayın içində batdı? Belə də qurtardı...Belə çıxır mən qaldım tankın altında...dedim hələ bir malın yerini tapaq baxaq...dostum var verək vəziyyətdən çıxaq A: Müsadirə olunan malı sənə kim göstərər ki ay əmi? Mən onun tərəfindən danışmırame olanı deyirəm...özünü stresə salma...sən o dəfə də mənimlə kobud danışdın elə dedin guya mən caydırıram...mənim də xoşuma gəlmədi...Eşidirsən onda deyirəm gəl belə edək...Orxanı deyim axşam saxlasınlar orda...sabah zapravka işini araşdıraq...heç olmasa bu ay vəziyyətdən çıxa biləsən...Tapşırıq verim onda Orxanı ora saxlasınlar? B: Mənə indi bir şey maraqlıdır ki, bu pulu alıb verməyib onlara? Zapravka işini deyirəm... A: Əmi, sən qarışına mən nəyi nə zaman edəcəyimi özüm bilirəm...deyirəm ki, rahat ol...Əslində sən sevinməlisən ki, pulun yeyilməyib...ortadadır, maldadır...mənə güvən...telefonu söndürürəm o demək deyil ki, səndən qaçıram...əmi, telefonu da söndürürəm ki, işimlə məşğul ola bilim, prinsipial olum... B: İndi o da ordan çıxıb deyəcək ki, nə oldu? saxlatdırdın məni pulu ki ala bilmədin nə oldu bəs? A: Yoxe əmi, o həmin sözü heç vaxt deyə bilməz...onu orda elə tərbiyə edəcəklər ki...niyə məni deditdirirsən? səsimi yazırsan? Mənə problem yoxdur, nə qədər yazırsan yaz... Təqdim edilmiş 5 №-li səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs3 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: Anarı da çağırdılar, ordadı indi...Orxan da deyir ki, Rasimə gündəlik faizə pul vermişəm... B: Yalan deyir, mal zad yoxdusa ortada deməli Orxan yeyib də pulu... A: Mənim telefonuma bilirsən niyə zəng çatır? Mən utanıram camaatdan...Orxanı bugün çağırtdılar İdarəyə...ora...Orxan da deyir ki, gündəlik 264 manat pul faizə pul vermişəm Rasimə...Sənə verib əmi...Anar da deyir ki, bu cürdü..Anar deyirəme, adı Allahşükürdür... B: Bax Nahid, yalan deyir...təzə-təzə Şöhrətlə bölünürdü, sonra Şöhrətlə ara dəyəndən sonra Şöhrət qırıldı, mənə də 150 manatdan pul vuruldu, hesablayıram ki, özümə elə 150 manatdan öz pulum vurulub...hə bilirəm Allahşükürdür adı... A: Əmi, eşidirsən...Cavanşir köməkçim Təqsirləndirilən şəxs3 yığır ki bəs nə oldu...mən də utanıram uje camaatın zənginə cavab verməyə...Anar təmizə çıxır, Orxanı bas sroka nə deyim...əmi, Orxan Anar 5-6 gündü içəridədir, onun hər gününü 50 manatdan yaz ora...mən sənə utandığımdan onu deyə bilmirəme B: Nə edək qardaş, mənim də vəziyyətimi bilisən...bir təhər yoluna qoy da.denən alan kimi verəcəyik...denən heç olmasa yarısını qarşılaya bilərik...denən birinci gün azdan çoxdan yüngülvari verək... A: Bilirəm də, bəs ona görə də dirəmirəm...plyus da ki, bu stop məsələsi var idi ha, ayın 5-dən...indi də ayın 10-du...ordan yığırlar, əmi, mən utanıram...telefonu da bağlı saxlayıram...əmi, onun o pula dəxlisi yoxdu axı...mən heç sənə qıymaram sən orda kiməsə az da ola pul verəsən...elə belə kirvə deyiləm axı... B: Orxan da deyir Anara verdiyivi də danacam...özün bilərsən, mən Nahidi də tanımıram deyir... A: Orxan ....Cavanşirə zəng edib ona bir kəlmə dedim ki, “əgər sənin oğlun bügün çöldədirsə bu da mənim sayəmdədir”...əmi, sən Allahşükürün başını burax...Orxana aid nə şikayətin varsa mənə denən...sənə deyəcəm apar şikayəti ver... B: mən Anarı Orxana görə tanıdıme...arxayın olub pul verdim...Şöhrətə görə Orxanı tanıdım...Orxana o boyda pullar verilib ayaqqabıya görə, şokolada görə, telefona görə...indi bunları danır axı mənə...səndən qorxur sənə özü deyəndə danmır...Mən narahatam... A: Əmi mən həmişə sənin tərəfində olmuşam...mənim sözüm yerə düşmüre...400 manat stopun puludu qalıb ayağımda...ona görə mən telefonu aça bilmirəm...500 manatdan da çox şeylərin orda qalma pulu...o işlər levıdı da bilirsən onu...qalıb ayağımda...mən də heç vaxt elə olmamışam onlara..düzdür sənin 900 manatın var? yoxdu axı...Anarın (Allahşükürün) telefonu da ordadı..açıq saxlayıblar özləri ki zəng zad gəlsin görsünlər nə işləri var...Əmi səndən bir köməklik istəyirəm..mənim adım-sanım var, əmi...bu köməkçilərin xəcalətindən çıxım...azından heç olmasa 400 manat stopun pulunu həll elə..ayıbdıe əmi...telefonu açıram Təqsirləndirilən şəxs3 yığır ki bəs müəllim məsələ qaldı axı...ona görə də aça bilmirəm telefonu...ətrafın genişdisə bir yoxlat gör Anar, Anar deyirəme, sənəddə Təqsirləndirilən şəxs2, bax gör stopdadı ya yox...ortalığa.çıxa bilmirəm...400 stop məsələsidir, obiri də...Təqsirləndirilən şəxs3...köməkçimdir..mənə sabah kömək elə ortaya çıxa bilim, elə bilirlər mən onların pulunu yeyirəm...Anarın da sənədlərini rəsmi şəkildə gətirim göstərəcəm özünə...amma əmi, sənə kirvə demişəm...səndən xahiş edirəm utanıram camaatdan o məsələni həll et...ortalığa çıxa bilim də... B: 900 manata gücüm çatmayacaq...400 amma borc-xərc edərəm...Allahşükürün sənədlərini bir özümüz də görək də, baxaq görək nə var nə yox...Orxan danıb eləsə denən kişi kimi danışe, sən axı paqonsan sənə ki dana bilməz...Cavanşirə denən ki, oğluna 384 min pul verilibe...Anar kişi kimi boynuna alırdı ki, 93 min pul verilib, danmır...Nahid canın üçün Orxan o pul dansa, sənə də bağışlamayacam...kəndçimdi...amma düz söhbət getmir... Təqdim edilmiş 1 №-li mobil tətbiq vasitəsilə aparılmış danışığın səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs3 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: Əmi nətərsən? nə edə bildin? Gecə ilə hop-stop elədilər uje onu... B: Hə? xəbərim yoxdur ki...dünən də Aydınla getdim Anarla (Allahşükür) görüşməyə, sonra məni yığıb deyir ki, “guya bilmədim? Oğlun səsimizi yazırdı” A: Əmi, halal olsun.axırda səni də əməliyyatçı edəcəme...Əmi mən zapravkanı da həll edəcəme... B: Allaha and olsun, Nahid, Orxan deyirdi ki, pulu elə sən götürmüsən ki, öz işini həll edib aşırdasan... A: Əmi bugün-sabah səni sevindirəcəm...sən bir dənə Orxanla danış mənə de görüm o şuqaniyadadı ya yox... Təqdim edilmiş 2 №-li mobil tətbiq vasitəsilə aparılmış danışığın səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs2 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: İkinci gün gələcəm danışarıq indi yanımda adamlar var rahat danışa bilmirəm... B: Pullardan ala bilmisən? A: Yox ala bilməmişəm, amma başqa bir iki şey var da...deyərəm...vaxt istəyir məndən, mən də deyirəm ki, pulun yisəsi var, hərtərəfli demişəm. Demişəm ki kompensasiya ilə götürmüşəm. Nətər lazımdısa demişəm, hərtərəfli. B: Denən evin puludu verib...yüklənirəm...Orxan da götürmür telefonu, neçə dəfə yığıram...elə bil.belə olmalıdır...elə bil Rasim ortaya pul zad qoyub eləməyib... A: İkinci gün gələcəm sağlıq olsun Təqdim edilmiş 3 №-li səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs3 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: Əmi mən bugün o əmanətlərə görə telefonu aça bilmirəm...sabah sən o işi həll elə səni Anarın sənədləri ilə tanış edəcəklər...mən sənin üçün Orxan deyiləm...obirisi bubirisi deyiləm...niyə telefonumu götürmürsən? B: Hanıe? Anarın da sənədləri gəlib çıxmadı...telefonu da götürsəm nə olacağe? Bilirəm də deyəcəksən ki işçilərin pulu qaldı nəblim nə... A: Cavanşir mənə yığdı ki, Rasimdən bir ay möhlət alım...yavaş yavaş bağlayaq pulu...əmi, mənim ağırlığım var, çəkim var...sənin üçün gədə-güdə deyiləm...nədisə torpaq alıb satıblar...milyon yarımlıq işdir...restoran biznesi qurmaq istəyir..Orxana demə özüm deyirəm sənə... B: İnanmırame Cavanşir milyon yarımlıq iş görsün. bəlkə də kiminsə ayrı adamın işidir bu da ora qoşulub...X41 danışığını eşitmədine...mən elə başa düşdüm ki, Anar pulu Orxana yedirdib...Fərhad içən kimi mənə deyirdi ki, ay kişi bunlar səni aldadır...Anarı bildime...özü də mənə demişdi əsl adım Allahşükürdür...dedi məni ilişdiriblər...Mən də ona dedim ki, ay Anar sənin ilişiləsi nəyin var ki ilişdirsinlər?...onun tikinti ilə məşğul olduğunu görmədim...elə nə vaxt baxdım Orxanın yanındadı...bir işlə güclə məşğul olduğunu görmədim. A: Əmi sən bu idarəni uşaq-muşaq saymaee...bura bağça deyil...istəsən köməkçi Təqsirləndirilən şəxs3 qoşum yanıva güdsün onu sənin üçün...gör o Anar kimlərlə görüşür... B: Anar çöldədir ki? bəs demədin içəridədir? Bsə dedin tam yoxlanmadan çölə çıxan deyil? Sənədlərini də gətirib göstərmədin ki görək nə var nə yox...ilk görüşdə dedi dörd dənə şirkətim var...sonra da bu məsəldəəd edim sənin bir 10 minin olmadı ki bu malı gətizdirməyə vermək üçün? Belə iş adamı olur? Sən özün ay Nahid bu Anardan şübhələnmədinmi ki, bu cür iş adamı olur? A: Bəs əmi yerdə qalanı vermədin axı...bu işin gərəyidir də...Əmi Anar 94 minə görə bu işə girməzdi, 500 min desəydin..yenə deyərdim..-.onun görüşdüyü adamlar da hamısı AA seriyalı maşınlar, bazbırtlı adamlar... B: Bəs nə oldu axı pulu verəndən sonra gəldi ki, məni vurdular, DTX vurdu məni, ay nə bilim mal qaldı orada...belə şey olur? Təqdim edilmiş 4 №-li səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs3 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: ...Anar deyir ki, mənim işimi buran elə Orxan olub, mənim dayı ilə heç bir prinsipim olmayıb və yoxdur...ağlın nə kəsir Orxan elə bir iş görər yanı? B: Nə bilim Vallah...hələ Fərhadın onların üzünə dediklərini bunlara deyirəm ki bəs nə deyir bu...heçnə demirdilər...üzlərinə deyirdi bir qəpik pul vermə bunlara... Təqdim edilmiş 5 №-li səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs3 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: ...mən Anara dedim ki, nə oldu sən 4 gündü iş görməyə başladın srazu səni vurdular? Dövlətin səninlə nə işi var axı? Sənin bir qara qura işin yoxdusa kimin səninlə nə işi? B: Bunlar yeyib içəndə Fərhad mənə zəng edib deyirdi də...deyirdi əmi, bunların mal zad məsələsi yoxdue...aldadırlar səni... A: Onlar məndən bir ay vaxt istəyib...dedim 10 günə bu kişinin pulunu bağlamaq lazımdır...sənin 400 min məsələvi də Cavanşirə demişəm...dedim oğluna bu qədər pul verib...sən məndən qaçmae əmi...Rasim əmi...yazıram cavab vermirsən mənə...köməkçimi sıxırlar ona görə biraz...mən səninlə başqa olmuşam...onun da qarşılığını görmüşəm... B: Nə edim axı...əlim aşağıdı hələlik...cavab verim nə deyim?...bu əməliyyatçılar da sən özün bilirsən də, iş yoldaşlarındır...bir dənə stopun pulunu demişəm verəcəm...pulu gözləyirəm köçürsünlər..verəcəm... A: Əmi imkan var heç olmasa 100 manat vuraq iki köməkçinin pulunu verək..bu yetim köməkçim Təqsirləndirilən şəxs3 pulunu verək...Təqsirləndirilən şəxs3 haqq-hesab etməlidir ki işini görə bilsin...mənim qaqamdı, narahat olma...bir dənə sabah o sənədləri yoluna qoy...əmi məndən qaçmae mənim məqsədim sənə kömək etməkdir...sabah sənəd sünədə bax sonra mənə de görüm Orxana nə tədbir görək... B: Cavanşir mənim özümü yığa bilmir ki? səni niyə yığır axı...başqa vaxt yalvarırdı məni...sabah görüm nə edirəm...sən orda idin də Nahid, Orxan gecə ilə dirəndi ki, o pul çatmalıdır...Nə qələt edib Anar mən bilmirəm... Təqdim edilmiş 6 №-li səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər Təqsirləndirilən şəxs3 (A) və Zərərçəkmiş şəxs1 (B) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: Əmi səslərivi atdırmışam, araşdırıllar...bugün bazar günüdü deyə...alınmadı... B: Qulaq as Nahid Anarın vəkili bəs gəldi çıxdı ora? Uzana-uzana gedire bu məsələ... A: Yox əmi, sabah da sənin özünü çağıracaqlar, düzdü idarəyə yox, kənar bir yerə...idarəyə də gedə bilərsəne əslində mənə fərqi yoxdu, prosta kənar yer olsun ki rahat sənədlərə baxa biləsən...bizim problem Orxandı...prosto mənə naz edillər...mən həmişə pulunu verib şəkilini çəkdirən adam olmuşame... B: Narahat olma da...sabah görüm əmioğludan zaddan görüm pul düz qoş edim... A: ...Əmi, Orxan sənə məndən yaxındırki? B: Yox, mənim kəndçidir, səninlə də qohumsuz da...səninlə daha yaxındır A: Ay sağol da...indi mən Orxanı silə bilirəm, sən yox? B: Orxan bu adamları tapannan sonra səni təmiz silibe...sənə protiv getdi...deyirdi ki, 400 mindən Nahid özünə pul götürüb zvaniyasın artırıb... A: Eşidirsən əmi? Mən əgər o puldan nəsə görmüşəmsə lənət olsun, mənə...düzdü sənin mənə stopa görə atdığın pulları demirəmdə...düzdü ayın 5-i stopun pulu verilməlidir...indi mənim başımı xarab edəcəklər...400 qalmışdı da əmi...600 verdik 400 qaldı...əmi mülki əməkdaşlarda..nə deyirəmsə edir...sabah desəm get Rasimin qapısında öl-gedib öləcək orda...Orxanın dediyi adam da ora məndən sonra gəlib İdarəyə...mənə də dedilər ki, sən mənim səsimi yazırsan...mən də dedim ki, guya nə etmişəmki? Mən Rasim əmidən nə pul almışam nə də ki bir şey, cəmi stopa birdə köməkçilərə pul vermisən...İndi Anarın da Orxanla əlbir olmasını sabah biləcik...Sənin pulun gedə bilməz... B: Qardaş istanmışın yağışdan nə qorxusu...Orxana o boyda pullar verildi...mən də sənə güvənirəm...Sən özün o dəfə dedin ki Orxanın səsini yazım, mötəbər adamların adını çəksin...Sən vaxşı ki, o Anar şərəfsizə verilən pulda orda olmusan...bunlar məni bu boyda yükün altında qoydular...Orxan da dedi ki, Nahid də tutulacaq tələsməsin...Orxana deyirəm ki, şikayət etmirəm, o boyda pul verildi sənə...Anar da yalvardı mənə ki, Orxanın zibilləri barədə atasına deməyim, boşanırdı...Atası ilə xeyli danışdım... A: Sən lap adımı ver, əmi, mənə problem yoxdur... B: Orxan ona kimi deyir ki, Nahid vəzifəsinə görə o puldan xeyli götürüb xərcləyib...mənim bir dənə səhvim Şöhrətə inanmağım olmuşdu...dedim heç olmasa bir dəfə gedib malı özüm yükləyim də...Fərhad hələ o vaxt söyüş söyəndə ki, məni kimi insanı Orxan aldadır, bir gün ayılıb bunu biləcəni...mən də onun içkili olduğu üçün elə də fikir vermədim...Elə bundan sonra Anar hardansa peyda oldu...Orxan götürüb gəldi onu Sumqayıta...Nahid sən bunların qohumusan da, Cavanşiri çağır...sənə inanırlar...Orxanın qaynatasmı da çağır düzgünü olanı de...bilirəm Orxan onları da aladıb yalan danışıb... A: Əmi biz bilmirik sabah nə olacaq...prosta mən bir dənə o şeydə pis oldum ki, dedilər Rasim əmi səsini yazır nəbilim nə...qorxacağım yoxdue... B: Orxan özü demişdi ki, elə Anarın malını şikayət edib tutduran Nahiddi... A: Yoxe əmi, Orxan onu bilirsən nəyə görə deyirdi? Anar həmin vaxt yekə-yekə danışmışdı mənim yanımda...pulla şəkil çəkdirmək...mən də ona demişdim axı, Bakı balacadı - biz böyük, vaxt gələcək görüşəcik... Təqdim edilmiş 7 №-li səs yazısında zərərçəkmiş şəxsin deməsinə əsasən səslər X19 (A), Zərərçəkmiş şəxs1 (B), Təqsirləndirilən şəxs2 (C) məxsusdur. Həmin əks olunan səs yazısında danışıq aşağıdakı şəkildə aparılmışdır: A: Axşamın xeyir, nə edirsən? B: Sən işin içindəsən də qardaş...özün də bilirsən, çox sağol bir həftə qabaq da dedin ki, nə qədər lazımdırsa verirəm 15-20 günlük..Mən də Anara dedim, o da dedi ki, işimi həll etmişəm... A: mən ona dedim ki, qardaş sən gedərsən malın tələsər...hər nə etsən də etməsən də mən səninlə danışmıram onsuzda...mən dedim ki Rasim deyirsə problem yoxdur, mən Rasimdə dəqiqliyi gördüm, amma qaldı ki qardaş kiminsə işinə ...heç kim sığortalı deyil ki nə olacaq..iş elə şeydi ki, bir gün tez olar, bir gün gec olar, heç kim işə arxayın olub nə pul götürə bilməz nə pul verə bilməz, nə də ki pul götürə bilməz..mən bu tərəfini də deyirəm qardaş... B: İndi belə bir vəziyyət yaranıb, Bəhruz...Anar deyir ki, mənə dünən..arxayın idim işimdən...99 faiz pulun bir hissəsi əlimdə hazır idi, 10 min çatmadı...nəisə də dedi alınmadı, vermədilər... 10 min çatışmır...İndi Anar da Orxan da deyir ki, biz üçümüz səndən Bəhruzdan şahidlik edək ki, sən 10 mini verəsən və 10 gün vaxt verəsən A: Anar mənə dedi axı ona 30 min pul lazımdı... B: Anarın əlində 21 mini var... C: Vare...pulu mən elə yerdən götürmüşəm ki...deyirəm yəni verə bilirsə tam versin, mən də tam qaytarım da buna..bir də orda şeyə düşməyək də sabah... B: Qardaş bəs bayaq deyirsən ki 21 min var 10 mini də deyək Bəhruzdan alım.. C: 21 min var məndədi...mən axı dedim sənə pulu elə yerdən götürmüşəm ki, Nahid dedi apar qaytar...sonra üstümüzə gəlməsin deyir... B: Qardaş bunu bir düz əməlli işinizi dağ edib mənə demirsiz ki, dəqiqə başı mənə hərəniz bir söz deyirsiz... C: Nahid dedi də sənə... A: ay Rasim, mən evdən hər dəfə 5 min, 3 min götürə bilmirəm də, işiniz dağ edin birdəfəlik deyin mənə, problem deyil B: Nahid demədi mənə...Nahidlə 10 min söhbəti danışmışdıq biz...eee..bayaqdan deyirsiz 10 min göndərin indi də deyirsiz 31 min...oyuncaq etdizee... Cinayət işinin 2-ci cild 196-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 may 2024-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 104-105-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Cəfər Nəzərovun 20 yanvar 2024-cü il tarixli materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 barəsində müraciəti üzrə toplanmış material aidiyyatı üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nə göndərilmişdir. Cinayət işinin 2-ci cild 117-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin müstəntiqi Elxan Tağızadənin 28 fevral 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 barəsində müraciəti üzrə toplanmış material icraatda olan cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 2-ci cild 106-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rüstəm Atakişiyevin 09 yanvar 2024-cü il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs2 DİN-nin 102 xidmətinə zəng edərək bildirmişdir ki, 2023-cü ilin avqust ayında tanışı Təqsirləndirilən şəxs1 ondan iş qurmaq adı ilə 18000 manat almış, lakin, dələduzluq yolu ilə onu aldatmışdır. Cinayət işinin 2-ci cild 136-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 mart 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs1la aralarında “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan danışıqların çıxarışlarının və səs yazılarının köçürüldüyü 01 ədəd CD diskə baxış zamanı məlum olmuşdur ki, həmin CD diskin daxili yaddaşında ümumilikdə 22 ədəd müvafiq yazışmaların zəruri hissəsinə aid olan görünütlərin skrinşotları və 04 ədəd səs yazısı vardır. Təqdim edilmiş skrinşotlarm başlığında “Orxan” yazısı vardır. Həmin skrinşotların məzmunundan məlum olur ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Zərərçəkmiş şəxs2 isə sonuncunun bildirdiyi məzmunda söhbətlər apararaq bildirdiyi məbləğlərdə pulları ondan almışdır. Belə ki, həmin çıxarışlardan avtomobil nömrəsi ilə bağlı aparılmış danışıqlarda yazışmalar aşağıdakı şəkildə aparılmışdır: Təqsirləndirilən şəxs1 (A), Zərərçəkmiş şəxs2 (B) B: Tamam 11000 dedim çıxarırlar... A: min hardan qoyaq ureyim? B: aa 11.000 dedin axı A: 12 demişdim ureyim Digər skrinşotlarda ortaq iş görməklə bağlı aparılan danışıqlarda yazışmalar aşağıdakı şəkildə aparılmışdır: Təqsirləndirilən şəxs1 (A), Zərərçəkmiş şəxs2 (B) A: 10 min bir iş var verek ayin 19 götürənəm 12 min heremize min? B: 8 di axı? A: 2 min qoya bilsem men deyecem sene...uyğundu sene ayın 10 na kimi 8 min versen 9 min verim sene ayın 10 da B: nə işidi ureyim? Sən varsansa uyğundu. prosta bilmək istəyirəm...hə yaxşı ürəyim A: ürəyim 5 min buna...3 mində buna Bundan başqa, təqdim olunan bir ədəd CD diskdə əlavə olaraq dörd ədəd səs yazısının olması məlum olmuşdur. Əhəmiyyət kəsb edən həmin səs yazılarının birincisi Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs2 arasında aparılmış səsli danışığın yazısıdır. Həmin səs yazısında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 verdiyi pulları nə zaman qaytaracağını soruşur, sonuncu isə ayın 10-na kimi özündə olan kimi pulları qaytaracağını bildirir. CD diskə köçürülmüş dördüncü səs yazısından görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 mobil tətbiq vasitəsilə səs ataraq çoxdan tanıdığı şəxslərin maşın, ehtiyat hissələri, qəlyan və s. alveri ilə məşğul olduqlarını, sərfəli təklifləri olan kimi onların dediyi məbləği özlərinin kartına vurmaqla bir neçə müddət sonra qazancı aralarında yarı bölməklə üzərində ana pulla yanaşı özünə geri qaytardıqlarını, özünün həmin işlərlə birbaşa məşğul olmadığını, sadəcə olaraq pul verdiyini, hazırda da həmin şəxslərin növbəti dəfə eyni təkliflə müraciət etdiklərini, 8.000 manat pul lazım olduğunu, ayın 10-da üstündə qazancla birlikdə ümumilikdə 9000 manat qaytaracağını, həmin adamların iş görən adam olduqlarını, özünün hər şeyə cavabdeh olduğunu bildirir. Cinayət işinin 2-ci cild 213-214-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin müstəntiqi Elxan Tağızadənin 18 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi icraatda olan cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 2-ci cild 223-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Hüseyn Həsənovun 03 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 2-ci cild 224-225-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Hüseyn Həsənovun 03 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cild 55-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 5(005)-2024/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Hüseyn Hsənovun 03 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 2-ci cild 226-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin rəisi, polis general mayoru Əbülfət Rzayevin 03 dekabr 2023-cü il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 2-ci cild 247-248-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 dekabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilməsindən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins gödəkçənin sağ yan cibindən iki ədəd sellofan büküm, 01 ədəd “Redmi” markalı mobil telefon və 0,60 qəpik pulu çıxarıb təqdim etmişdir. Təqdim edilmiş 02 ədəd bükümə baxış keçirildikdə psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 həmin maddəni 01 dekabr 2023-cü ildə yaşadığı evin yaxınlığında tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş bükümlər və mobil telefon götürülmüş, 0,60 qəpik isə Təqsirləndirilən şəxs3 qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılması "Sony" markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 könüllü olaraq əynində olan göy rəngli cins gödəkçənin sağ yan cibindən iki ədəd sellofan büküm, 01 ədəd mobil telefon və 0,60 qəpik pulu çıxarıb təqdim edir. Təqdim edilmiş 02 ədəd bükümə baxış keçirildikdə psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 həmin maddəni 01 dekabr 2023-cü ildə yaşadığı evin yaxınlığında tapdığını və öz istifadəsi üçün saxladığını bildirir. Aşkar edilmiş bükümlər və mobil telefon götürülür. Cinayət işinin 2-ci cild 257-259-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 04 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6250 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6 dairəvi möhür əksi”, “Təqsirləndirilən şəxs3 təqdim etdiyi maddələr.. (imza) E.İbadət oğlu” yazısı və imzalar olan paketdəki, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,593 qram və 7,123 qram, ümumi təmiz çəkisi 12,716 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Cinayət işinin 3-cü cild 276-278-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə şahid X27 arasında keçirilmiş üzləşdirmə zamanı, şahid Hüseyn Həsənov istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı təsdiq edərək, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən 02 ədəd bükümdə metamfetamin aşkar edildiyini bildirərək sonuncunu ifşa etmişdir. Cinayət işinin 3-cü cild 279-281-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə şahid X23 arasında keçirilmiş üzləşdirmə zamanı, şahid Əli Kazımov istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı təsdiq edərək, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən 02 ədəd bükümdə metamfetamin aşkar edildiyini, onu yaşadığı yerdən tapdığını qeyd etdiyini bildirərək sonuncunu ifşa etmişdir. Cinayət işinin 3-cü cild 282-284-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə şahid X18 arasında keçirilmiş üzləşdirmə zamanı, şahid Rəvan Bayramzadə istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı təsdiq edərək, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən 02 ədəd bükümdə metamfetamin aşkar edildiyini, onu yaşadığı yerdən tapdığını qeyd etdiyini bildirərək sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 68-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 3-cü cild 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2024-cü il tarixli telefon danışıq məlumatlarına və mobil telefon cihazına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəng və sms məlumatlarına, həmçinin, ona məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 may 2024-cü il tarixli mobil telefon aparatına təkrar baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 istifadəsində olan “Redmi” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon aparatına köçürülmüş “Whatsapp” ani mesajlaşma mobil tətbiqinin “söhbətlər” bölməsində onun kontaktlar siyahısında adı “Orxan Moshes” kimi qeyd olunmuş (Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsindən qeydiyyatdan keçmiş) istifadəçi arasında danışıq dialoq pəncərəsində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 10 noyabr 2023-cü il tarixdə saat 16:41-də “Orxan...Yığırsan deyirsən ki, məni çağırmışdılar, mən də nə var dedim, Rasim mənə Anara problem yaratdığını müddətdə bizdən xeyr görmüsən, sən demişəm pul görməmişəm mən sənə 64000 pul vermişəm, bunları niyə Nahidə demişəm? Nahidin vəziyəti yaxşı deyil...qardaşı bugün yanına uçub...burda da yığıb deyiblər ki, Orxanda boş məlumatdı..indi onu sıxıblar...neyləmək istəyirsən sən?...kart atım?”… Cinayət işinin 3-cü cild 120-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 may 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş qəbzlərin kserosurətindən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 08 ədəd bank ödəniş qəbzlərinə keçirilən baxış zamanı məlum olmuşdur ki, həmin qəbzlər Zərərçəkmiş şəxs1 adına olan «Leobank» elektron hesabından müvafiq mobil bank tətbiqi vasitəsilə “Günay C.” kimi qeyd olunmuş müştərinin adına olan 416973******0615 nömrəli elektron kart hesabına xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə 30 manat məbləğində pulların köçürülməsini əks etdirir. Cinayət işinin 2-ci cild 71-72-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi Elxan Tağızadənin 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, X26 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 3-cü cild 133-172-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X12 18 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslərin əməllərində rüşvət verməyə cəhd cinayətinin əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; cinayət işinin materiallarından X26 və Coşqun kimi məlum olan şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılması qərara alınmış; Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün ayrıca icraata material ayrılması nəzərə alınmışdır. Cinayət işinin 3-cü cild 287-288-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X12 24 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün ayrıca icraata material ayrılmışdır. Cinayət işinin 3-cü cild 292-293-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X12 27 may 2024-cü il tarixli qərarından görünür ki, cinayət işinin materiallarından X26 və Coşqun kimi məlum olan şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs ona yükdaşıma işi ilə bağlı yalnız 4000 manat pul vermişdir. Digər Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ümumiyyətlə narkotik vasitədən istifadə etmir və satışı ilə məşğul olmayıb, ona hansısa pul verilməyib, yalnız Orxan ona borclu olduğu 2000 manat pulu qaytarmışdır. Ona istintaq dövründə təzyiq olduğu üçün o etirafedici ifadələrə imza çəkmişdir. Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək göstərmişdir ki, özünü yalnız 11.000 manat olan epizod üzrə təqsirli bilir, belə ki, həmin pulu götürülmüş məbləğdən əvvəllər aralarında olmuş borc məsələsinə görə Orxan Zərərçəkmiş şəxs1 götürdüyü 43.000 manat puldan qaytarmışdır. Digər Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlar özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1la görülən işlərin müqabilində götürdüyü pulları və üzərində olan gəlirləri geri qaytarmışdır. Məhkəmə kollegiyası,təqsirləndirilən şəxslərin məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verməsi,onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr daha mötəbər xarakter daşıyır. Belə ki, məhkəmə baxışı zamanı verdiklər ifadələr bir-birilərinə kömək niyyəti ilə verilmiş, verilən ifadələr özünü müdafiə xarakteri daşıyaraq məsuliyyətdən və cəzada yayınmaq məqsədi güdmüşdür. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 həqiqətən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Lakin məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa tövsif edilməlidir. İstintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Təhqiqat dövründə Təqsirləndirilən şəxs3 psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, nə məhkəmə istintaqı zamanı, nə də ibtidai istintaq dövründə bu öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Həsən Hüseynov öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 psixotrop maddənin satışı ilə məşğul olması faktını müəyyən edə bilməmişlər. İbtidai istintaq dövründə verdiyi ilkin izahat və ifadəsində Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, psixotrop maddəni istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin 3-cü cild 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2024-cü il tarixli telefon danışıq məlumatlarına və mobil telefon cihazına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəng və sms məlumatlarına, həmçinin, ona məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil telefonda və nömrə məlumatlarında da narkotik vasitənin satışı ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Ümumiyyətlə ibtidai istintaq dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 həqiqətən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə sübut əhəmiyyətli hal müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istintaq dövründə verilmiş müvafiq tibbi rəydən görünür ki, Elvn İbadət oğlunda narkotik vasitələrdən istifadə etmə halları olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs3 barəsində «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X9 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 10-cu bəndində göstərilir ki, CM-in 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları satma, yaxud prekursorları xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-in 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır. Eynilə, şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan psixotrop maddənin həmin psixotrop maddə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop maddə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı,telefon ismarıcları və hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında dindirilən zaman Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və X16 haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 və digər şəxslərin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 28 sentyabr 2024-cü il tarixli, 3-16-17/40/2-6497/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bədəni üzərində yeni xəsarət izləri aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 sağ diz nahiyəsində sıyrılmış üzəri qərtməkli yara aşkar edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş 02 oktyabr 2024-cü il tarixli, 1370-x-24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olmamış və bu barədə araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsindən daxil olmuş 18 noyabr 2024-cü il tarixli, 2-2-110/2-177825/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təzyiq və işgəncələrə məruz qalmaları barədə Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə müraciət etməmişlər Cinayət işinin 3-cü cild 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X21 publik hüquqi şəxsinin 25 dekabr 2023-cü il tarixli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 110-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin prokuroru, baş ədliyyə müşaviri X8 29 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılığa yol verilmədiyi müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 bədənində olan xəsarət izi ilə bağlı araşdırma aparılması üçün 19 noyabr 2024-cü il tarixli sorğu ilə Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən 25 fevral 2025-ci il tarixli, 2-2-110/2-041300/2025 nömrəli məktubla daxil olmuş Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin prokuroru, baş ədliyyə müşaviri X8 21 fevral 2025-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə kolleqiyası, zərərçəkmiş şəxslərin, şahidin ifadələrini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrıayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş, lakin digər epziod üzrə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs3 CM-nin 178.3.2-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının, həmçinin, Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununlarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Beləki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 69-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin müstəntiqi Elxan Tağızadə Təqsirləndirilən şəxs1 atası tərəfindən Zərərçəkmiş şəxs1 verilməsi üçün təqdim edilmiş 5000 manat pulu qəbul etmişdir. Cinayət işinin 2-ci cild 77-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin müstəntiqi Elxan Tağızadə Təqsirləndirilən şəxs4 atası tərəfindən Zərərçəkmiş şəxs1 verilməsi üçün təqdim edilmiş 30000 manat pulu qəbul etmişdir. Cinayət işinin 2-ci cild 85-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, götürülmüş 35000 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 ödənilmişdir. Cinayət işinin 2-ci cild 93-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin müstəntiqi Elxan Tağızadə Təqsirləndirilən şəxs4 tərəfindən Zərərçəkmiş şəxs1 verilməsi üçün təqdim edilmiş 5000 manat pulu qəbul etmişdir. Cinayət işinin 2-ci cild 94-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, götürülmüş 5000 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 ödənilmişdir. Cinayət işinin 2-ci cild 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin müstəntiqi Elxan Tağızadə Təqsirləndirilən şəxs4 tərəfindən Zərərçəkmiş şəxs1 verilməsi üçün təqdim edilmiş 2000 manat pulu qəbul etmişdir. Cinayət işinin 2-ci cild 141-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, götürülmüş 2000 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 ödənilmişdir. Cinayət işinin 2-ci cild 156-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin müstəntiqi Elxan Tağızadə Təqsirləndirilən şəxs4 tərəfindən Zərərçəkmiş şəxs1 verilməsi üçün təqdim edilmiş 2000 manat pulu qəbul etmişdir. Cinayət işinin 2-ci cild 157-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, götürülmüş 2000 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 25 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs4 ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 02 avqust 2024-cü il tarixli ərizədən görünür ki, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyi üçün ona qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 17 oktyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs3 ilə barışdığını, Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün, ona qarşı şikayəti, iddiası və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 06 fevral 2025-ci il tarixli ərizədən görünür ki, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 02 mart 2025-ci il tarixli ərizədən görünür ki, sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin 2-ci cild 98-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı – xx.xx.2016-cı il təvəllüdlü X3 vardır. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ona elan edilmiş ittiham üzrə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 99-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmamışdır. Cinayət işinin 3-cü cild 129-130-cu vərəqələrində olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində iki azyaşlı uşağı xx.xx.2015-ci il təvəllüdlü X4 və X5 vardır. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs4 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ona elan edilmiş ittiham üzrə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 101-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 3-cü cild 132-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü X30 vardır. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ona elan edilmiş ittiham üzrə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Cinayət işinin 3-cü cild 66-67-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 3-cü cild 131-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü Cəfərov Raul Təqsirləndirilən şəxs3 oğlu vardır. Cinayət işinin 3-cü cild 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 05 dekabr 2023cü il tarixli 7962 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Psixostimulyatorlardan istifadə etmə hallan olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 3-cü cild 74-77-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X21 publik hüquqi şəxsinin məhkəməkimyəvi ekspertizasının 18 dekabr 2023-cü il tarixli 4446/K nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs3 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin aşkar edilmişdir. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ona elan edilmiş ittiham üzrə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, həmin maddəyə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ya ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 03 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 239-cu vərəqəsində olan 03 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 3-cü cild 45-49-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 4(005)-1663/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 03 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası cinayət nəticəsində zərərçəkmiş şəxslər barışıq əldə edilməsini, dəymiş ziyanın ödənilməsini, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar müstəsna hallar kimi qiymətləndirilməli və qeyd olunan Təqsirləndirilən şəxs3 barəsində Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan cəzanı yüngülləşdirən hallar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi barədə müddəa təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən belə hesab edir ki, bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxslərə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərindən görünür ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah oluna və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail oluna bilər. Belə ki, cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşını almaq məqsədilə tətbiq edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “İnsan Hüquqlarının və X16 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin“azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, himayələrində azyaşlı uşaqlarının olmasını, dəymiş ziyanı könüllü şəkildə tam ödəmələrini və zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini nəzərə alaraq hesab edir ki, onlara azadlıqdan məhrum etmə cəzasınn təyin edilməsi onların ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və onlara şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə digər Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən halları müstəsna hal hesab edərək, ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrdə müəyyən edilən azadlıqdan məhrum etmə növündən daha yüngül cəza növü - azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 6, mənzil 64 ünvanında ünvanında çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs4 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs4 cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, cinayət işinin 2-ci cild 31-32-cı vərəqələrində olan 09 yanvar 2024cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 60-64-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 4(005)-31/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 86-92-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 4(005)-199/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri, ibtidai istintaq müddətinin sonuna qədər ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 2-ci cild 189-190-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin müstəntiqi Elxan Tağızadənin 21 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 159-160-cı vərəqələrində olan 26 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 229-232-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 4(005)-1748/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 26 dekabr 2023cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 128-129-cu vərəqələrində olan 26 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 233-238-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 4(005)-1749/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,616 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Redmi” markalı mobil telefonun sonuncunun yaxın qohumuna qaytarılmalı, 03 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın əsaslılığını araşdırmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 mülki iddia ilə müraciət edərək, ona dəymiş 19,750 manat maddi ziyanı və 149,25 manat dövlət rüsumunu Təqsirləndirilən şəxs1 tələb etdiyini bildirmişdir. Buna əsasən, Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs1 isə mülki cavabdeh qismində tanınmışdır. Lakin, məhkəmənin sonrakı iclaslarında Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1la barışdığını, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, mülki iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə görə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Zərərçəkmiş şəxs2 mülki iddiadan imtina etməsinə görə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən mülki iddia üzrə icraata xitam verilməli və sonuncuya cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edilməsi izah olunmalıdır. Bundan başqa, cinayət işinin 2-ci cild 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 23 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Təqsirləndirilən şəxs3 adında isə “Mitsubishi Airtirek” markalı maşın vardır. Cinayət işinin 2-ci cild 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 09 fevral 2024-cü il tarixli, 9-21-3/2-2178/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 adında Şamaxı rayonu, Avaxıl kəndində 0,1002 ha torpaq sahəsində ümumi birgə mülkiyyət hüququ, Şamaxı rayonu, Avaxıl kəndində 3,37 ha torpaq sahəsində ümumi birgə mülkiyyət hüququ vardır. Təqsirləndirilən şəxs2 adında Ağsu şəhərində yerləşən 0,05 ha torpaq sahəsi vardır. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 adlarına aşkar edilmiş daşınmaz əmlaklar üzərində məhdudiyyət tətbiq edilmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində dəymiş ziyan tamamilə ödənilmiş və Zərərçəkmiş şəxs1 həmin təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Buna əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 adlarına aşkar edilmiş daşınmaz əmlaklar üzərində olan məhdudiyyət götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddiadan imtina edilmiş, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarlarının və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
Hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. E.İbadət oğlu cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. E.İbadət oğlunun cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2023-cü il tarixdən hesablansın. E.İbadət oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. E.İbadət oğlu ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. E.İbadət oğlu barəsində xüsusi müsadirə tətbiq edilməsin.
4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 6, mənzil 64 ünvanında ünvanında çəksin, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs4 elektron nəzarət vasitəsi tətbiq edilsin, Təqsirləndirilən şəxs4 cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,616 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Redmi” markalı mobil telefonun sonuncunun yaxın qohumuna qaytarılsın. 03 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə ödənilsin. Zərərçəkmiş şəxs2 mülki iddiadan imtina etməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən mülki iddia üzrə icraata xitam verilsin və sonuncuya cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edilməsi izah olunsun. Təqsirləndirilən şəxs4 adında birgə mülkiyyət hüququnda olan Şamaxı rayonu, Avaxıl kəndində 0,1002 ha torpaq sahəsi, Şamaxı rayonu, Avaxıl kəndində 3,37 ha torpaq sahəsi və Təqsirləndirilən şəxs2 adında Ağsu şəhərində yerləşən 0,05 ha torpaq sahəsi üzərində olan məhdudiyyət götürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Şəlalə Həsənova
Roman Ələkbərli