Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-355/2021 27.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X8 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1986-cı il martın 21-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, əkinçiliklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü və 237.2.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkməklə, yetişdirməklə və onları (onların hissələrini) toplamaqla kultivasiya etmiş, həmçinin satış məqsədi ilə külli miqdarda narkotik vasitə hazırlamış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkməklə, yetişdirməklə və onları (onların hissələrini) toplamaqla kultivasiya edib satış məqsədi ilə külli miqdarda narkotik vasitə hazırlamaq, saxlamaq və satmaq üçün naməlum mənbədən istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əldə etdikdə 2020-ci ilin aprel ayında X5 məxsus icarə əsasında götürdüyü, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən həyətyanı sahədə əkmiş, onların cücərməsinə nail olduqdan sonra bitkiləri həmin həyətyanı torpaq sahəsində əkməklə 2020-ci il iyunun 25-dək külli miqdarda tərkibində narkotik maddələr olan 391 ədəd çətənə (kannabis) bitkisinə və tərkibində narkotik maddələr olan 740 ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, göstərilən çətənə (kannabis) bitki kollarından kustar üsulla hazırladığı külli miqdarda, yəni 18.015 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 24.155 qram çəkidə narkotik vasitə qurudulmamış marixuananı satış məqsədi ilə qeyd edilən ünvandakı həyətyanə sahədə yerləşən tikilidə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci il iyunun 25-də saat 12:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən həyətyanı sahəyə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə baxış zamanı torpaq sahəsinə əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda 391 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi və 740 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, həmçinin sonuncunun həyətdəki girəcəkdən sol tərəfdə yerləşən tikilidə təqdim etdiyi, kustar üsulla hazırlanan ümumilikdə 10 ədəd torbada olmaqla külli miqdarda, yəni dörd ədəd sintetik torbada 18.015 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və altı ədəd sintetik torbada 24.155 qram təmiz çəkidə narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.2.3.-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, narkotik vasitə marixuana istifadə etdiyindən mütəmadi olaraq şəxsi istifadəsi üçün çətənə kolları əkmişdir. Son vaxtlar işləri yaxşı getmədiyindən tanışı X5 məxsus olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən həyətyanı sahəsindəki torpağı illik 6.000 manata icarəyə götürməyini sonuncu ilə razılaşmışdır. Qazancı çox olmadığından, habelə öz istifadəsindən ötrü həmin sahədə çətənə kolları əkməyə qərar vermiş və çətənə bitkisinin görünməməsi deyə qabağına xiyar şitilləri əkmişdir. 2020-ci il iyunun 25-də saat 12:30 radələrində evdə olanda mülki geyimli şəxslər gəlib polis əməkdaşı olduqlarını bildirərək yanlarındakı Əbülfəz və Şahid3 qardaşlarının iştirakı ilə onun razılığı əsasında həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən, əynindəki paltarın ciblərinin içlərinin boş olduğunu göstərmiş, lakin həyətdəki istixana yerində narkotik tərkibli çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Baxışda iştirak etmək üçün dəvət olunmuş mütəxəssis X7 onun əkdiyi və yerindən çıxarıb kənara yığdığı narkotik tərkibli çətənə bitkisinə xüsusi qulluq olunduğunu bildirmişdir. Aşkar edilən narkotik tərkibli çətənə bitkisinə bənzər şəffaf sellofan bağlamalarda, şitil formalılar isə sintetik kisədə qablaşdırılmışdır. Bundan sonra o, həyətə girəcəkdən sol tərəfdə olan otaqdakı sintetik kisələrdə qurudulmuş narkotik vasitə marixuana olduğunu bildirərək otağın qarşısındakı doqquz ədəd ağ rəngli sintetik kisədə və otağın içində yerə səpilmiş vəziyyətdə narkotik vasitə marixuanaya oxşar maddələri təqdim etməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərtib olunan protokol imzası ilə təsdiq etsə də aşkarlanan çətənə kolları və şitillər müvafiq qaydada 391 ədəd və 740 ədəd deyil, daha az olmuşdur. O, çətənə kollarını satış məqsədilə əkməmişdir. Törətdiyi əməllərdən peşman olub çətənə bitkilərini köklərindən çıxararaq yandırmaq üçün kənara yığmış, qurutmaq məqsədi ilə sərməmiş, cinayət törətməkdən könüllü imtina etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, polis baş leytenantı olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və Digər Təhlükəli Cinayətlərlə Mübarizə Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. 2020-ci il iyunun 25-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən həyətyanı sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olduqda göstərilən torpaq sahəsinin sahibi X4 övladları Şahid3 və Şamil Rəhimovu torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmələri üçün dəvət edib qeyd edilən tarixdə saat 12:30 radələrində qeyd olunan ünvandakı həyətyanı sahəyə gedərək qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra sonuncunun razılığı ilə həyətyanı sahəyə girməklə qarşıda ağ şəffaf sellofanlarla üzəri örtülmüş iki yanaşı yerləşən istixanadan sol tərəfdə bitkilərin əkildiyi açıq torpaq sahəsinin, ondan sol tərəfdə birmərtəbəli ikiotaqlı tikilinin olduğu müəyənləşdirilmiş, Təqsirləndirilən şəxs həmin sahəni təxminən üç il əvvəl X3 illik 6.000 manata icarəyə götürdüyünü, videoçəkilişlə baxış keçirilərkən isə sonuncu əynindəki paltarların ciblərini açıb içlərinin boş olduğunu göstərsə də həyətdəki istixanada narkotik tərkibli çətənə bitkisini əkib-becərməklə kultivasiya etdiyini söyləmişdir. Qeyd edilən istixanaya baxış vaxtı girişdən içəridəki iki yanaşı yerləşən istixanadan sağ tərəfdəki istixanada xiyar bitkisinə aid şitillərin sıra ilə əkilməsi, ondan bir qədər qarşıda çox hissəsinin yerindən çıxarılması, az hissəsinin torpaqda qaldığı böyük və kiçik ölçülü bitkilərin olması məlum edilmişdir. Baxışda iştirak etmək üçün dəvət olunan mütəxəssis X7 istixanada əkilmiş və yerindən çıxarılıb torpağa sərilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, əkilməklə xüsusi qulluq olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs istixanada təxminən 2020-ci ilin aprel ayında çətənə bitkisi əkdiyini, toxumlarını əvvəldən şəxsi istehlakı məqsədi ilə əkib becərdiyi çətənə bitkilərindən yığdığını, tumlar çoxaldıqda onları satış məqsədilə kultivasiya etdiyini demişdir. Onlar həmin bitkiləri torpaqdan bir-bir çıxarıb saymaqla şəffaf sellofan bağlamalara yığmağa başlamışlar, ardınca göstərilən istixanadan sol tərəfdəki istixanaya daxil olanda girişdə xiyar bitkilərinin əkilməsi, onun qarşısında çox hissəsinin yerindən çıxarılmış şəkildə, az hissəsinin torpaqda qaldığı böyük və kiçik ölçülü bitkilərin olduğu aşkarlanmış, mütəxəssis X7 bu bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, əkilib xüsusi qaydada qulluq olunduğunu bildirmişdir. Qeyd edilən bitkilər onlar tərəfindən şəffaf sellofan bağlamalarda qablaşdırıldıqdan sonra istixananın çöl hissəsindəki sol tərəfdə açıq ərazidə çıxarılıb yerə sərilmiş və əkilmiş halda tərkibində narkotik maddələr olan bitkilərə bənzər bitkilərin olduğu aşkar edilmiş, mütəxəssis X7, habelə Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik vasitə marixuana olduğunu bildirdikdən sonra bitkilər və kollar eyni qaydada qablaşdırılaraq möhürlənmişdir. Tam yığılıb qurtardıqdan sonra aşkarlanan 391 ədəd kol şəffaf sellofan bağlamada, 740 ədəd kiçik ölçülü şitil formalı bitki isə iki ədəd sintetik kisədə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həyətin girəcəyindən sol tərəfdə yerləşən otaqdakı sintetik kisələrdə qurudulmuş narkotik vasitə marixuana olduğunu bildirdiyindən yaxınlaşaraq otağın qarşısında doqquz ədəd ağ rəngli sintetik kisədə, otağın içində isə yerə səpilmiş vəziyyətdə narkotik vasitə marixuanaya bənzər maddələr aşkarlanmış, həmin maddələr bir ədəd kisəyə yığılmaqla ümumilikdə 10 ədəd kisədə olan narkotik vasitə marixuanaya oxşar maddə qablaşdırılıb DİN-in 6 saylı möhürü ilə möhürlənərək üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. İdarədə müdafiəçinin iştirakı ilə tərtib edilən protokol imzalarla təsdiq edilmiş, Təqsirləndirilən şəxs qarşı zor və ya təzyiq göstərilməmiş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. İş üzrə şahid qismində dindirilən polis mayoru olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və Digər Təhlükəli Cinayətlərlə Mübarizə Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ilə uyğun ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verməklə əlavə olaraq 2020-ci il iyunun 25-də saat 12:30-da onun iştirakı ilə Təqsirləndirilən şəxs onun atası X3 icarəyə götürdüyü, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən həyətyanı sahəyə baxış zamanı çətənə bitkilərinin yolunub torpağa sərinmiş halda olmasını, yanındakı butulkada maye olduğunu müşahidə etdiyini, orada əkili formada çətənə bitkisi görmədiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.2.3.cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilib törətdiyi əməli təfsilatı ilə izah etmiş, saxlanan zaman və üzərinə baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq tətbiq olunmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 53-55, 62-65, 84- 87 və 178-179). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə Şahid3 ibtidai araşdırma vaxtı 2020-ci il iyunun 25-də saat 12:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən həyətyanı sahəyə baxışda iştirak etdiyini və Təqsirləndirilən şəxs həmin sahədə külli miqdada narkotik təbiətli maddələrin əkib kultivasiə etməsinin şahidi olduğunu bildirərək Şahid1 ilə oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 67-70). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə Şahid4 qardaşı olan Şahid3 ibtidai araşdırmadakı ifadəsi ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 72-75). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 25 iyun tarixli raportundan, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və Digər Təhlükəli Cinayətlərlə Mübarizə Şöbəsinin eyni tarixli raportundan və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2020-ci il 25 iyun tarixli Ə-87-007-20 №-li əmrinin kserosurətindən, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 27 iyun tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən həyətyanı sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış və həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmiş, 2020-ci il iyunun 25-də saat 12:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən həyətyanı sahəyə baxış zamanı 391 ədəd böyük ölçüdə, 740 ədəd kiçik ölçüdə narkotik tərkibli çətənə kollarına oxşar bitki və 10 ədəd kisədə narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilərək götürülmüşdür (1-ci cild, iş vərəqi 5-10 və 134-135). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il iyunun 25-də tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da Azərbaycan Respublikasının CM-nin 237.2.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 23). İş materiallarındakı 2020-ci il 25 iyun tarixli ərizədən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin eyni tarixdə tərtib etdiyi protokoldan və «Maştağa» kənd təsərrüfatı məhsulları istehsalı müəsssisəsinin aqronomiki rəyindən görünür ki, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən həyətyanı sahəyə videoçəkilişlə keçirilən baxış zamanı torpaq sahəsinə əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş 391 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi, 740 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitili, həmçinin sonuncunun həyətdəki girəcəkdən sol tərəfdə yerləşən tikilidə təqdim etdiyi 10 ədəd torbada narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilərək götürülmüş, bir ədəd CD diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 36-40 və 43). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 26 iyun tarixli 7/375 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən dörd ədəd sintetik torbadakı ümumi təmiz çəkisi 18.015 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş, altı ədəd sintetik torbadakı yaş vəziyyətdə ümumi təmiz çəkisi 24.155 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır, müvafiq qaydada səkkiz ədəd polietilen bağlamadakı 391 ədəd və iki ədəd sintetik bağlamadakı 740 ədəd yaş vəziyyətdə bitki nümunələri və şitilləri aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinə aiddir, qurudulmuş və qurudulmamış marixuananın tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 18.014,92 qram və 24.154,88 qram olmaqla ekspertiza tədqiqatının dəyəri 69,82 manat təşkil edir (1ci cild, iş vərəqi 49-51). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 27 iyun tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.2.3.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 76-77). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 27 iyun tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü və 237.2.3.-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il iyunun 25dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 93-95). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 27 iyun tarixli qərarından görünür ki, ********* №-li cinayət işi üzrə aşkar edilərək götürülmüş dörd ədəd sintetik torbadakı 18.015 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş, altı ədəd sintetik torbadakı yaş vəziyyətdə ümumi təmiz çəkisi 24.155 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanın tədqiqatdan sonrakı müvafiq qaydada 18.014,92 qram və 24.154,88 qram qalıqları, səkkiz ədəd sintetik torbada 391 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və iki ədəd sintetik torbada 740 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri maddi sübut hesab edilməklə saxlanılmaq üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 100-101). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2020-ci il iyulun 06-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 107). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2020-ci il 17 iyul tarixli 19/51-6588 №-li və «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 20 iyul tarixli 4482 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs göstərilən tibb müəssisələrində müalicə almamışdır (1-ci cild, iş vərəqi 112-113). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2020-ci il 07 avqust tarixli 007-8104-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin mənbəyinin müəyyən edilməsi, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasının yoxlanılması, digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi üçün keçirilən əməliyyat tədbirləri iə müsbət nəticə əldə edilməmişdir, tədbirlər davam etdirilir (1-ci cild, iş vərəqi 146). İş materiallarındakı «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 27 avqust tarixli BKC/LGL-16179/20 nömrəli məktubunun kserosurətindən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin eyni tarixdə tərtib etdiyi protokoldan görünür ki, məhdud məsuliyyətli cəmiyyətin məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 147-149). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Bilgəh Bələdiyyəsinin tərtib etdiyi 2020-ci il 07 sentyabr tarixli 359 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 3.000 m2 torpaq sahəsi X5 məxsusdur (1-ci cild, iş vərəqi 151). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 2020-ci il 10 avqust tarixli 2173 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 152-153). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 14 sentyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 22 sentyabr tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.2.3.-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, sonuncunun tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi həyatyanı sahəyə baxış keçirilməsini əks etdirən bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmiş, dörd ədəd sintetik torbadakı bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş, altı ədəd sintetik torbadakı yaş vəziyyətdə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanın tədqiqatdan sonrakı müvafiq qaydada 18.014,92 qram və 24.154,88 qram qalıqlarının, səkkiz ədəd sintetik torbada 391 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin və iki ədəd sintetik torbada 740 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin maddi sübut hesab edilməklə saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, aşkarlanan tərkibində narkotik maddələr olan çətənə bitkiləri narkotik vasitə qurudulmuş və qurudulmamış marixuananın mənbəyi kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CMnin 188-ci, 234.1.-ci və 237.2.1.-ci, X6 barəsində Azərbaycan Respublikasının CM-nin 188-ci, 237-ci və 307-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur (1-ci cild, iş vərəqi 154-165 və 170-172). İş materiallarındakı Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 24 sentyabr tarixli 2418 nömrəli arayışdan və eyni tarixli 2419 nömrəli xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində ailə üzvləri o cümlədən 2020-ci il 12 fevral təvəllüdlü Murad adlı övladı ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 185- 186). Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.2.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.2.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, narkotik vasitə qurudulmamış marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 25 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2.500 qram, İİİ siyahısında çətənə növlü bitkilərin xeyli miqdarı 2-10 ədəd (4-20 hissə), külli miqdarı (daxil olmaqla aşağı hədləri) 11 ədəd (21 hissə) müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə, Şahid3 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən boyun qaçırmaq, Şahid3 ifadəsini isə sonuncunu cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün izahatı və ifadələri, şahid ifadəsi, videoçəkiliş aparılmaqla baxış, axtarış və götürmə və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza və məcburi-narkoloji yoxlamanın rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə dörd ədəd sintetik torbadakı bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş, altı ədəd sintetik torbadakı yaş vəziyyətdə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanın tədqiqatdan sonrakı müvafiq qaydada 18.014,92 qram və 24.154,88 qram qalıqları, səkkiz ədəd sintetik torbada 391 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və iki ədəd sintetik torbada 740 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri məhv edilməli, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 69,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 80 iş saatı müddətində müdafiə etmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN **********) 480 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il iyunun 25-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinib ilə 06 (altı) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 237.2.3.-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 2020-ci il iyunun 25-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 69,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə dörd ədəd sintetik torbadakı bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş, altı ədəd sintetik torbadakı yaş vəziyyətdə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanın tədqiqatdan sonrakı müvafiq qaydada 18.014,92 qram və 24.154,88 qram qalıqları, səkkiz ədəd sintetik torbada 391 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və iki ədəd sintetik torbada 740 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri məhv edilsin, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-355/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-355/2021
27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver