Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-355/2022 16.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi1 və Müdafiəçi2 İlqar oğlunun iştirakları ilə, xx.xx.1988-ci ildə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Xocavənd rayonu Xocavənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ev 123-də yaşayan, hazırda AR ƏN PX-nin 3 saylı İT- də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs kğlli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Mahmud” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək mğqabilində “Mahmud” adlı şəxsə məxsus kğlli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata kezirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bülgğsğnə əsasən o, 12.07.2021-ci il tarixdə saat 23 radələrində sonuncunun tapşırığı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” restoranının yaxınlığında istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş 01 ədəd bükümdə, təmiz çəkisi 90 qram külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükümdə, təmiz çəkisi 610 qram külli miqdarda psixotrop maddə metamfetamin və təmiz çəkisi 1150 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və 12 iyul 2021-ci il tarixdə saat 23:20 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Nizami RPİ-nə gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində olan üzərində “Red & Blue, King Size” yazıları olan güy rəngli sellofan torbadan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 90 qram külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 610 qram külli miqdarda ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 1150 qram külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd ağ rəngli üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, o, tutulduğu zaman üzərində hər hansı bir narkotik vasitə və psixotrop maddə olmamış, bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirməmişdir, onun heç bir günahı olmamış və ona verilmiş ittiham tamamilə əsassız olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində O, göstərmişdir ki, fərdi qaydada avtomobil təmiri ilə məşğul olur. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. 3 aya yaxın olar ki, İran İslam Respublikasının vətəndaşı olan Mahmud adlı şəxslə tanış olmuş və sonuncu ilə normal münasibəti vardır. Mahmudu Məhəmməd kimidə çağırırlar. Özü səhətində problemlər olduğu üçün uşaqlıqdan psixi xəstəlikdən əziyyət çəkdiyinə görə mütamadi müalicə olunur. Bununla bağlı Ağdam rayonunda dispanserdə qeydiyyatdadır. Məhəmmədlə tanışlığında sonuncu ona bildirmişdir ki, “nə dərman lazım olsa sənə İrandan gətirərəm, problem yoxdur orda ucuzdur”. Bundan sonra o, bir neçə dəfə Məhəmmədlə danışıb görüşmüşdür. Bir gün söhbət əsnasında Məhəmməd ona bildirmişdir ki, narkotik maddə marixuanna adamın bədənində olan ağrıları götürür və insan özünü yaxşı hiss edir, istəsə ona gətirər. O, da razılaşmış, çünki heç vaxt narkotik maddə istifadə etməmişdir. Lakin Məhəmmədin narkotik maddəni haradan əldə etməsini və gətirəcəyini bilmirmiş. 12 iyul 2021-ci il tarixdə Məhəmməd ona gizli nömrədən zəng edərək Nizami rayonu Babək prospektində “Monte Karlo” restoranının yanında selofan torba qoyduğunu və həmin torbanı kimə çatdırmağı barədə xahiş etmişdir. O, Məhəmmədlə münasibəti olduğuna görə yox deyə bilməmişdir. Lakin torbanın içərisində nə olduğundan xəbəri olmamışdır. O, saat təxminən 23:20 radələrində taksiyə əyləşib həmin əraziyə gəlmiş və həmin sellofan torbanı tapmışdır. Həmin torba göy rəngdə üzərində “RED BLUE king size” sözləri yazılmış, bağlı paket olmuşdur. O, həmin torbanı götürüb oradan uzaqlaşmaq istəyən zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmiş və sonuncular polis bölməsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişdir. Orada ondan əlində olan paketi istəmişlər və içərisində nə olduğunu soruşmuşlar. O, bildirmişdir ki, içərisində nəyinsə olmasından onun xəbəri yoxdur. Həmin paketi tanışı Məhəmməd adlı şəxs ondan “Monte Karlo” şadlıq saraynın yanından götürməyi xahiş etmiş və bildirmişdir ki, özü ona zəng edib həmin paketi götürəcəkdir. Polis əməkdaşları həmin paketə baxış keçrmişlər. Baxış zamanı içərisində 03 ədəd bükümdə narkotik maddələr aşkar olunmuşdur. Həmin narkotik maddələr barədə soruşdquda çəkiliş zamanı o, bildirmişdir ki, özünündür, lakin onun həmin tobanın içərisində narkotik maddə olmasından xəbəri olmamışdır. Bundan sonra həmin narkotik maddələr qablaşdırılaraq möhürlənmişdir. O, Məhəmməd adlı şəxsin +**********17 nömrəsi ilə özünün istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələri ilə əlaqə yaradırmış, sonuncunun qoyduğu kisədən xəbəri olmamış, lakin Mahmud ona qazanc verməliymiş. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və ya qohumluğu olmamışdır. 12 iyul 2021-ci il tarixdə bölməmizə «Dilsuz» adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmıış, həmin məlumat raportla Nizami RPİ-nin rəhbərliyinə müraciət edilərək əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri ilə «Dilsuz» adlı şəxsin olduğu yer müəyyən edilərək əməliyyat qrupu tərkibində ünvan 4 ünvanın qarşısına gəlmiş və orada xarici əlamətləri «Dilsuz» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsi görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olmalarını bildirmiş və həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək xx.xx.1988-ci ildə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu Xocavənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ev 123-də yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olmasını bildirərək əməliyyat tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarla tanış edib, həmin şəxsi Nizami RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq onlarla birlikdə Nizami RPİ-nə gəlmişdir. Daha sonra Nizami RPİ-nin inzibati binasının otaqlarının birində Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalan və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Kənan Əliyev" sağ əlində saxladığı üzərində “Red & Blue, King Size” yazıları olan göy rəngli sellofan torbadan 1 ədəd sellofan paketi masanın üzərinə qoyduqdan sonra, əynində olan açıq rəngli göy cins şalvarının sol arxa cibindən bir ədəd qara rəngli mobil telefon aparatım, şalvann sağ cibindən içərisində özünə özünə məxsus sənədləri olmasını bildirdiyi şəffaf rəngli sellofanı, şalvarının sol qabaq cibindən olan bir ədəd qırmızı rəngli alışqanı və siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, daha sonra üzərində “Red & Blue, King Size” yazıları olan paketə baxış keçirilərkən paketdə bir ədəd içərisində otabənzər maddə olan büküm, bir ədəd ağ rəngli elektron tərəzi, bir ədəd içərisində ağ rəngli kristallik maddələr olan büküm və bir ədəd içərisində tünd qəhvəyi rəngli maddə olan bükümlər olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəkişilərin «nəşə», «şüşə» və «kakos» kimi adlanan narkotik vasitələr olmasını, tamnışı olan İranda olan tanışı Mahmud adlı şəxsin tapşırığına əsasən sonuncunun deyəcəyi yerlərə qoymaq üçün Mahmudun dediyi yerdən paketi götürərkən polis əməkdaşlan tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddələr qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş və o, da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 26-27-ci vərəqlərində olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Kənan Əliyev sağ əlində saxladığı üzərində “Red & Blue, King Size” yazıları olan göy rəngli sellofan torbadan 1 ədəd sellofan paketi masanın üzərinə qoyduqdan sonra, əynində olan açıq rəngli göy cins şalvarının sol arxa cibindən bir ədəd qara rəngli mobil telefon aparatını, şalvarın sağ cibindən içərisində özünə məxsus sənədləri olmasını bildirdiyi şəffaf rəngli sellofanı, şalvarının sol qabaq cibindən olan bir ədəd qırmızı rəngli alışqanı və siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, daha sonra üzərində “Red & Blue, King Size” yazıları olan paketə baxış keçirilərkən paketdə bir ədəd içərisində otabənzər maddə olan büküm, bir ədəd ağ rəngli elektron tərəzi, bir ədəd içərisində ağ rəngli kristallik maddələr olan büküm və bir ədəd içərisində tünd qəhvəyi rəngli maddə olan bükümlər olması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümdəkişilərin «nəşə», «şüşə» və «kakos» kimi adlanan narkotik vasitələr olmasını, tanışı olan İranda olan tanışı Mahmud adlı şəxsin tapşırığına əsasən sonuncunun deyəcəyi yerlərə qoymaq üçün Mahmudun dediyi yerdən paketi götürərkən polis əməkdaşlarrı tərəfindən saxlanılmasını bildirmişdir. Cinayət işinin 41-43-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2021-ci il tarixli 6/2820 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162» dairəvi möhür əksi, «Vətəndaş Təqsirləndirilən şəxs...» sözləri, əoyad və imzalar qeyd edilmiş bir ədəd göy rəngli sellofan paketin içərisində olan 1 ədəd sellofan bükümdə təmiz çəkisi 90 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindır, digər 1 ədəd sellofan bükümdə təmiz çəkisi 610 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respblikasının qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respblikasının qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin 47-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 13 iyul 2021-ci il tarixli 7/667 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən üzərindən aşkar olunmuş maddə» yazılar və imzalar olan qəhvəyi rəngli kağız paketdə bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 1150 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 59-cu vərəqində olan «Videogörüntüyə baxış keçirilməsi haqqında» 13 iyul 2021-ci il tarixli protokoldan bildirilir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalannda və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində “Red & Blue, King Size” yazıları olan göy rəngli sellofan torbadan 1 ədəd sellofan paketi masanın üzərinə qoyduqdan sonra, əynində olan açıq rəngli göy cins şalvarının sol arxa cibindən bir ədəd qara rəngli mobil telefon aparatını, şalvarın sağ cibindən içərisində özünə özünə məxsus sənədləri olmasım bildirdiyi şəffaf rəngli sellofanı, şalvarının sol qabaq cibindən olan bir ədəd qırmızı rəngli alışqanı və siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur, daha sonra üzərində “Red & Blue, King Size” yazıları olan paketə baxış keçirilərkən paketdə bir ədəd içərisində otabənzər maddə olan büküm, bir ədəd ağ rəngli elektron tərəzi, bir ədəd içərisində ağ rəngli kristallik maddələr olan büküm və bir ədəd içərisində tünd qəhvəyi rəngli maddə olan bükümlər olması aşkar edilir, Təqsirləndirilən şəxs həmin bükümdəkişilərin «nəşə», «şüşə» və «kakos» kimi adlanan narkotik vasitələr olmasını, tanınışı olan İranda olan tanışı Mahmud adlı şəxsin tapşırığına əsasən sonuncunun deyəcəyi yerlərə qoymaq üçün Mahmudun dediyi yerdən paketi götürərkən polis əməkdaşları tərəfindən saxlanılmasını bildirir. İş üzrə maddi subut olan diskə məhkəmə iclasında baxış keçirilmişdir. Diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 98-110-cu vərəqlərində olan «Telefon danışığı cədvəllərinə baxış keçirilməsi haqqında» 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 15464 nömrəli 30.07.2021-ci il tarixli müşaiyət məktubu ilə daxil olmuş CD diskə baxış keçirilərkən «**********20.sms» adlı faylda 08.05.2021-ci il tarixdə saat 18:18:30-da ***-***- **-** nömrəli abonentdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Qaqa 5 dene sud getir, 2 denede kola indii mehleden uşaqlarda yığdı meni gozduy gozduyurem ne bacarsan tez gel», saat 18:08:01-də «Qaqa kola yadmdan çıxmasın 2q mehlede isdiyen var bacardığın qeder tez gel biraz», 11.05.2021-ci il tarixdə saat 22:54:30-da ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəsinə «Boş gelme menim vefalı qardaşım nece vaxdı oturmuşam evde daha fikir derd oldurur meni her gun dedin gelirem gelib çıxmadin gelersen oturub soybet ederik danışılası soybeitler var sen cani gelende ikisinende getir ama tez olsa lap yaxşı olar», saat 23:22:08-də «Birdeki yadımnan bayaq çıxmışdı sen cani qardaşımsan iki lisde derman goturde birden ikisi alınmasa bir lis hokmen gotur başıva donerem goruş menimle uşaqlarda hamına demişem duzelccek inan allaha her gun zeng vururlar deyirem bu gün sabah duzelir uje nece vaxtı aladıram sen hereket et», ^saat 23:47:47-də «Ay brat uzaqdasanyoxsa yaxında tez göruşseydik yaxşi olardı birdeki sen cani palçıqıda hel etde sud hec olmasa çoxduda sende» mətnli yazışmaların aparılması müəyyən edilmiş və həmin yazışmalar 12 vərəqdə çap edilərək çıxarılıb protokola əlavə edilmişdir. Cinayət işinin 122-123-cü vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 avqust 2021-ci il tarixli 1949 saylı rəyindən görünür ki, İ.Motivləşdirici hissə. Təqsirləndirilən şəxs X1 pozuntusu (F60.3) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - yeniyetmə yaşlarından xasiyyətcə əsəbi, emosional reaksiyalara meyilli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, psixiatrik müayinədən sonra hərbi xidmətə yararsız hesab edilməsi, X5 Dispanserində ambulator müşahidədə olması, həmçinin hazırki müayinə zamanı təqdim etdiyi şikayətləri, ünsiyyətə narazı tərzdə daxil olması, əsəbiliyi, emosional dayanıqsızlığı təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən X1 pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini öərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. D. R. İsmayıl ov törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. İİ.Yekun hissə. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1 .Təqsirləndirilən şəxs X1 pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən X1 pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 124-125-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2021-ci il tarixli 3197 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkmaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarıda olan qərardan görünür ki, 01 noyabr 2021-ci il tarixdə ********** saylı cinayət işinin materiallarından «Mahmud» adlı şəxsə dair Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. Cinayət işinin 126-137-ci vərəqlərində olan 06 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilmiş 90 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1150 qram narkotik vasitə qurudulmuş marixuana, 610 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, 13 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk və "xxxx" MMC-dən 15464 nömrəli 30.07.2021-ci il tarixli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin qərarın 12-ci bəndinə görə 500 qram və daha artıq narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab edilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlundan qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq və müxtəlif növ narkotik vasitələrin aşkar edilməsini, satış məqsədilə elektron tərəzinin aşkar edilməsini Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 15-16 və 77-78-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 13 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 114-115-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 13 iyul 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 16.03.2011-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş 89,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1149,95 qram narkotik vasitə qurudulmuş marixuana, 609,95 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, video görüntülər olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 13 iyul 2021ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş 89,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1149,95 qram narkotik vasitə qurudulmuş marixuana, 609,95 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Video görüntülər olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov