Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-356/2020 03.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: x1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxslərin nümayəndəsi: fərdi fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə xx xxxxxxx 1976-cı ildə Bərdə rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonunun Qullar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsləri aldatma yolu ilə, hədə-qorxu və məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Belə ki, o, 2016-cı ilin dekabr ayının ortalarında Bərdə rayonunun Lək kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının Yalova vilayətində iş təşkil edəcəyini vəd edib aldatmaq yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 02 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarətburaxılış məntəqəsindən keçməklə Yalova vilayətinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşılayıb kirayə tutduğu mənzildə yerləşdirdikdən sonra 04 yanvar 2017-ci il tarixdən 22 yanvar 2017-ci il tarixədək həmin vilayətdə yerləşən müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2017-ci ilin fevral ayının ortalarında Bərdə rayonunun Lək kəndində yaşayan Zərərçəkmiş şəxs3 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq əvvəllər Türkiyə Respublikasının Yalova vilayətində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra 31 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Yalova vilayətinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşılayıb kirayə tutduğu mənzildə yerləşdirdikdən sonra 02 aprel 2017-ci il tarixdən 28 aprel 2017-ci il tarixədək həmin vilayətdə yerləşən müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2017-ci ilin iyun ayının əvvəllərində Bərdə rayonunun Lək kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs6 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Yalova vilayətində iş təşkil edəcəyini vəd edib aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs6 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yol xərclərini ödəməklə özü ilə birlikdə 14 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçirməklə Yalova vilayətinə kirayə tutduğu mənzilə aparmış, həmin tarixdən 03 avqust 2017-ci il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2017-ci ilin iyun ayının ortalarında Bərdə rayonunun Qullar kəndində yerləşən mənzilində olan Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Yalova vilayətində iş təşkil edəcəyini vəd edib aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yol xərclərini ödəməklə özü ilə birlikdə 23 iyun 2017ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçirməklə Yalova vilayətinə kirayə tutduğu mənzilə aparmış, həmin tarixdən 08 iyul 2017-ci il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2017-ci ilin iyun ayının ortalarında Tərtər rayonunun İrəvanlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Yalova vilayətində iş təşkil edəcəyini vəd edib aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs5 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yol xərclərini ödəməklə özü ilə birlikdə 23 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçirməklə Yalova vilayətinə kirayə tutduğu mənzilə aparmış, həmin tarixdən 08 iyul 2017-ci il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2017-ci ilin iyul ayının ortalarında Tərtər rayonunun İrəvanlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq əvvəllər Türkiyə Respublikasının Yalova vilayətində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs5 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yol xərclərini ödəməklə özü ilə birlikdə 14 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçirməklə Yalova vilayətinə kirayə tutduğu mənzilə aparmış, həmin tarixdən 03 avqust 2017-ci il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi qəsəbəsində olarkən Zərərçəkmiş şəxs5 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq əvvəllər Türkiyə Respublikasının Yalova vilayətində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs5 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra 28 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Yalova vilayətinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşılayıb kirayə tutduğu mənzildə yerləşdirdikdən sonra 30 sentyabr 2017-ci il tarixdən 26 oktyabr 2017-ci il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayının sonlarında Bərdə rayonunun Hüseynalılar kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq əvvəllər Türkiyə Respublikasının Yalova vilayətində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən təşkil edilmiş yol xərcləri vasitəsilə 30 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Yalova vilayətinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşılayıb kirayə tutduğu mənzildə yerləşdirdikdən sonra 01 noyabr 2017-ci il tarixdən 30 noyabr 2017-ci il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2017-ci ilin dekabr ayının əvvəllərində Bərdə rayonunun Qullar kəndində yerləşən mənzilində olan Zərərçəkmiş şəxs2 əvvəllər Türkiyə Respublikasının Yalova vilayətində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədəqorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yol xərclərini ödəməklə özü ilə birlikdə 12 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarətburaxılış məntəqəsindən keçirməklə Yalova vilayətinə kirayə tutduğu mənzilə aparmış, həmin tarixdən 09 yanvar 2018-ci il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayının ortalarında Bərdə rayonunun Güloğlular kəndində yaşayan Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının Yalova vilayətində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən təşkil edilmiş yol xərcləri vasitəsilə 15 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Yalova vilayətinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşılayıb kirayə tutduğu mənzildə yerləşdirdikdən sonra 17 fevral 2018-ci il tarixdən 13 mart 2018-ci il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2018-ci ilin may ayının əvvəllərində Bərdə rayonunun Güloğlular kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq əvvəllər Türkiyə Respublikasının Yalova vilayətində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən təşkil edilmiş yol xərcləri vasitəsilə 15 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Yalova vilayətinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşılayıb kirayə tutduğu mənzildə yerləşdirdikdən sonra 17 may 2018-ci il tarixdən 19 noyabr 2018-ci il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının əvvəllərində Bərdə rayonunun Güloğlular kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq əvvəllər Türkiyə Respublikasının Yalova vilayətində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən təşkil edilmiş yol xərcləri vasitəsilə 18 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Yalova vilayətinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşılayıb kirayə tutduğu mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 17 fevral 2019-cu il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının ortalarında ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Yalova vilayətində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən təşkil edilmiş yol xərcləri vasitəsilə 14 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Yalova vilayətinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşılayıb kirayə tutduğu mənzildə yerləşdirdikdən sonra 16 dekabr 2018-ci il tarixdən 10 fevral 2019-cu il tarixədək həmin vilayətdə müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tanıyır, həmin şəxsləri istismar etməyi yalandır, əvvəl Zərərçəkmiş şəxs2 tanımış, Aynurə onun bibisi qızıdır. Özü 2015-ci ildən Türkiyə Respublikasının Yalova şəhərinə fahişəliklə məşğul olmağa gedib-gəlmiş, Aynurə, eləcə də digər qadınlar onun Türkiyədə fahişəliklə məşğul olduğunu bilmiş, Aynurə vasitəsilə o, Ceyranı, eləcə də Mənsurəni tanımış, həmin qadınlardan bir neçəsi onunla birlikdə Türkiyəyə getsə də bir çoxu sonradan yanına gəlmişlər. İşi sadəcə olaraq qadınlara evində yer vermək olmuş, evin kommunal ödənişlərini, yemək pulunu birlikdə vermişlər. Sadəcə olaraq özü artıq fahişəliklə məşğul olmadığı üçün fahişəliklə məşğul olarkən tanış olduğu müştərilərinin nömrələrini qadınlara vermiş, qadınlar da özləri həmin müştərilərlə görüşüb cinsi əlaqədə olmuşlar. Samirəni o, ilk dəfə Türkiyədə görüb tanış olmuş, sonuncu onun Türkiyədə fahişəliklə məşğul olmağını bildikdə ondan xahiş etmişdir ki, yanına gəlsin. Sonradan Samirə öz tanışı Gülmarəni də yanına gətirmişdir. Belə ki, Samirə demişdir ki, Gülmarənin maddi ehtiyacları var, özü fahişəliklə məşğul olacaqdır, o da etiraz etməmişdir. Həmin qadınlardan hər hansı birini fahişəliyə məcbur etməmiş, aldatmamış, qadınlar onun Türkiyədə hansı işlə məşğul olduğunu bilmiş, hətta Ceyranın, Aynurənin, Samirənin, Ülviyyə və Mənsurənin ailəsi bilmişdir ki, sonuncular onun yanına fahişəliklə məşğul olmağa gəlirlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dayısı qızıdır, Təranənin 2015-ci ildən Türkiyə Respublikasına gedib-gəldiyini bilmiş, evli olduğu üçün, münasibətləri yaxın olmadığından Təranənin Türkiyədə hansı işlə məşğul olduğunu bilməmişdir. 2017-ci ilin mart ayının ortalarında Təranə Türkiyədən gəlmiş, onu yaşadığı Bərdə rayonunun Qullar kəndindəki evinə dəvət etmiş, maddi vəziyyətinin ağır olduğunu, fəhləlik etməklə dolandığını, bilmiş, demişdir ki, ona yazığı gəlir, özü ilə birlikdə onu Türkiyəyə aparsın, orada yaşlı şəxslərə baxıcılıq etsin, toxuculuq fabrikində işləsin, daha az iş görməklə artıq pul alsın. Təranə ona pasport almağa pul verəcəyini, özü ilə birlikdə aparacağını bildirmiş, razılığını aldıqdan sonra ona pasport almağı üçün pul vermiş, Təranə ilə Türkiyə mobil operatoruna məxsus mobil telefon nömrəsinin “whatsapp” proqramı ilə əlaqə saxlayıb bildirmişdir ki, pasportunu almış, Təranə həmin vaxt Türkiyədə olduğunu, qayıtdıqdan sonra onunla əlaqə saxlayacağını bildirmişdir. 2017-ci ilin iyun ayının ortalarında Təranə onunla əlaqə saxlayıb yanına dəvət etmiş, alə üzvlərinə bildirmişdir ki, Təranə ilə birlikdə Türkiyəyə işləməyə gedəcəkdir. 23 iyun 2017-ci il tarixdə Türkiyəyə getmək üçün yola çıxarkən Mənsurə də onlarla gəlmiş, həmin gün dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Yalova şəhərinə getmişlər. Həmin şəhərdə Təranə özünə kirayə mənzil tutmuş, növbəti gün Təranə bildirmişdir ki, Yalovada kişi tanışları çoxdur, onu fahişəliyə cəlb edəcəkdir. Təranəyə etiraz etdikdə sonuncu demişdir ki, dediyini etməlidir, Türkiyəyə getməyi üçün xeyli pul xərcləyib, həmin pulu işləyib qaytarmamış onu buraxmayacaq. Təranənin təsiri altında olduğundan razılaşmış, Mənsurə də onun kimi Təranədən qorxmuş, Təranə mənzildə onları fahişəliyə cəlb etmişdir. 15 gün Təranə tərəfindən istismara məruz qaldıqdan sonra onu və Mənsurəni götürüb özü ilə birlikdə 08 iyul 2017-ci il tarixdə dövlət sərhədindən keçirtməklə Azərbaycana gətirmiş, ona hədə-qorxu gəlmişdir ki, yenidən özü ilə birlikdə Türkiyəyə aparacaq, çünki borcu hələ də qurtarmayıb, etiraz etsə ailəsinə əxlaqsızlıqla məşğul olduğunu bildirəcəkdir. 2017-ci ilin oktyabr ayının sonlarında evində olarkən Təranə onunla telefonun “whatsapp” proqramı vasitəsilə danışmış, qeyd etmişdir ki, ailə üzvlərinə xəbər versin ki, Təranənin yanına Türkiyəyə gedəcək. Təranədən qorxduğu üçün dediklərini etmiş, Təranə göndərdiyi pulla avtobusa əyləşib 30 oktyabr 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Türkiyənin Yalova şəhərinə getmiş, Təranə onu qarşıladıqdan sonra başqa bir mənzilə aparmış, əvvəlki qaydada onu fahişəliyə məcbur etmişdir. Bir ay Təranə tərəfindən istismar edilmiş, 30 noyabr 2017-ci il tarixdə Təranə onun da yol pulunu ödəməklə özü ilə birlikdə Azərbaycana gətirmiş, 2017-ci ilin dekabr ayının əvvəllərində onu evlərinə çağıraraq bildirmişdir ki, yenidən Türkiyəyə gedəcəklər. Ailəsindən qorxduğu üçün razılıq vermiş, 12 dekabr 2017-ci il tarixdə Təranə ilə birlikdə dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Türkiyənin Yalova şəhərinə getmiş, Təranə əvvəlki qaydada onu fahişəliyə cəlb etmiş, Təranənin müştərilərini razı sala bilməmiş, Təranə tez-tez onu hədələmiş, təhqir etmiş, 20 gün sonra Təranə onun vasitəsilə çox pul qazana bilməyəcəyini görüb demişdir ki, Azərbaycana getsin, bir daha yanına gəlməsin, əgər barəsində şikayət etsə onu biabır edəcək. 09 yanvar 2018-ci il tarixdə Azərbaycana qayıtmışdır. Təranə Bərdə rayonundan, eləcə də ətraf rayonlardan bir çox qadınları Türkiyədə onun kimi fahişəliyə cəlb etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2016-cı ildən qonşusu Aynurə vasitəsilə tanımış, Aynurə kiçik qızının xəstə olduğunu görüb bildirmişdir ki, xalası qızı Təranə Türkiyədə yaşayır. Sonuncu arabir Aynurənin evinə gələndə tanış olmuş, 2016-cı ilin dekabr ayının ortalarında yaşadığı Bərdə rayonunun Lək kəndində olarkən bildirmişdir ki, Türkiyəyə gedəcək, onu da özü ilə aparıb orada işə düzəldə bilər. Təranə pasport almağı üçün rüsumu özünün ödəyəcəyini debildirmiş, pasportu hazır olduqdan sonra Təranə ilə telefonun “whatsapp” proqramı vasitəsilə danışmış, sonuncu onu gözlədiyini demişdir. 2017-ci ilin yanvar ayının 02-də sərhədi keçməklə Yalova vilayətinə getmiş, Təranə onu qarşılamış və kirayə götürdüyü evinə aparmışdır. Növbəti gün Təranə bildirmişdir ki, fahişəliklə məşğul olacaq, o, Təranəyə etiraz edib yaşadığı Bərdə rayonunda rüsvay olacağını bildirmiş, Təranə cavabında demişdir ki, dediyi ilə razılaşmasa Bərdədə adını fahişə kimi tanıdacaq, onu biabır edəcək, onsuz da Türkiyədədir, dediyini etməlidir, həm də Yalovada müştəriləri artıq gəldiyini bilirlər, razılıq verməsə həmin müştərilərə onu döydürəcəkdir. Bundan sonra Təranənin müştəriləri evə gəlib onu müxtəlif ünvanlara apararaq orada cinsi əlaqədə olmuşlar. Əldə edilən pulun yarısını Təranə özünə götürmüş, yarısını isə ona vermişdir. Gün ərzində Təranə cinsi əlaqədə olmaq üçün 5-6 nəfər təşkil etmişdir. 20 gün Təranə tərəfindən istismar olunmuş, 22 yanvar 2017-ci il tarixdə sərhədi keçməklə Azərbaycana gəlmişdir. 2017-ci ilin fevral ayının ortalarında Təranə onunla “whatsapp” vasitəsilə əlaqə saxlamış, Təranəyə bildirmişdir ki, ondan əl çəksin, Təranə isə Bərdəyə gələcəyi halda onu biabır edəcəyi, fahişəliklə məşğul olduğunu yaxınlarına deyəcəyi ilə hədələmiş, çarəsizlikdən razılıq vermişdir. 31 mart 2017-ci il tarixdə dövlət sərhədini keçməklə Təranənin yanına getmiş, Təranə onu qarşıladıqdan sonra əvvəlki qaydada fahişəliyə cəlb etməyə başlamış, gün ərzində onu 4-5 nəfərlə görüşdürməklə cinsi əlaqədə olmağını təşkil etmişdir. Bir ay istismara məruz qaldıqdan sonra 28 aprel 2017-ci il tarixdə Təranənin razılığı ilə Azərbaycana qayıtmış, bir müddət Təranə onunla əlaqə saxlamamış, bu müddət ərzində Türkiyəyə evlərdə təmizlik işləri görmək üçün gedibgəlmişdir. Təranə yaşadığı Bərdə rayonundan bir çox qadınları da fahişəliyə cəlb etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2018-ci ilin dekabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 Bərdə rayonunda yaşadığı ünvanda olarkən Təranə Samirəyə “whatsapp” vasitəsi ilə zəng etmiş, Samirə Təranə ilə görüntülü danışan zaman onu orada görmüş, nömrəsini istəmiş, həmin gün Təranə özü ona “whatsapp” vasitəsilə zəng etmiş, ona bildirmişdir ki, əgər özünə iş tapa bilmirsə Türkiyəyə gəlsin, orada onun üçün normal maaşlı iş tapar. Azərbaycanda özünə iş tapa bilmədiyi üçün qərara gəlmişdir ki, Təranəyə razılığını versin. Həmin vaxt yaşadığı Tərtər rayonu, H.Cavid küçəsi, ev 6da olmuşdur. Təranə bildirmişdir ki, 14 dekabr 2018-ci il tarixdə yola çıxacaq, yol pulunu Yalovaya çatanda Təranə özü ödəyəcəkdir. Həmin tarixdə Yevlax rayonundan Bakı-İstanbul reysi ilə hərəkət edən avtobusa əyləşərək dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Gürcüstana, oradan isə birbaşa Yalova vilayətinə getmiş, Təranə onu avtobus dayanacağında qarşılayıb kirayə tutduğu mənzilə aparmış, növbəti gün bildirmişdir ki, nəzarəti altında fahişəliklə məşğul olacaq, bu yolla da maddi ehtiyaclarını ödəyəcəkdir. O, etiraz etdikdə Təranə Yalovada uzun müddətdir yaşadığını, tanışlarının çox olduğunu, dediyini etməli olduğunu, müştərilərinin onu gözlədiklərini, vaxtında müştərilərin yanına getməsə onu müştərilərə döydürəcəyini bildirmişdir. Təranə həmçinin demişdir ki, Yalovada polis dostları var, onun sözündən çox Təranənin sözünü eşidirlər. Çıxılmaz vəziyyətdə olduğunu anlayıb razılıq vermiş, bundan sonra Təranə onu müxtəlif hotellərə, mənzillərə aparıb orada kişi müştərilərlə cinsi əlaqədə olmağını təşkil etməklə fahişəliyə cəlb etmişdir. Təranə daim onu nəzarətdə saxlamış, iki ay Təranə tərəfindən istismara məruz qalmışdır. Təkidindən sonra Təranə ona Azərbaycana qayıtmağa icazə vermiş, 10 fevral 2019-cu il tarixdə dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Azərbaycana gəlmiş, gələndən sonra Təranə “whatsapp” vasitəsi ilə ona tapşırmışdır ki, baş verənləri unutsun, heç kimə məlumat verməsin, əks halda onun üçün problemlər yaradar. Bir ay sonra Təranə telefonun “whatsapp” proqramı vasitəsilə onunla əlaqə saxlayaraq bildirmişdir ki, birlikdə Türkiyəyə gedəcəklər, əvvəlki qaydada onu fahişəliyə cəlb edəcəkdir. Təranəyə etiraz edərək bu işlə məşğul olmaq istəmədiyini bildirib polisə şikayət edəcəyini demiş və Təranə ilə əlaqəsini kəsmişdir. Təranə ondan başqa rəfiqəsi Samirəni də istismar etmiş, bu barədə sonradan Samirə özü ona bildirmiş, sonradan o, başa düşmüşdür ki, Təranənin Samirə ilə əlaqə saxlamaqda məqsədi yoxlamaq olmuş, Samirə ona bildirmişdir ki, Təranədən çox qorxur, çünki Təranə Samirəni hədələyərək ailəsinə, yaşadığı Bərdə rayonunda tanışlarına fahişəliklə məşğul olduğunu deyəcək, buna görə də qorxaraq Təranə barəsində heç kimə məlumat verməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2017-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs6 Bərdə rayonunda yaşadığı ünvanda olarkən Təranə ilə tanış olmuş, tanış olduqdan sonra sonuncu ona bildirmişdir ki, tez-tez Türkiyə Respublikasına gedib-gəlir, özünə iş tapa bilmirsə onu özü ilə birlikdə aparıb orada normal maaşlı iş tapar. Təranə ona Türkiyə Respublikasında istifadə etdiyi mobil telefon nömrəsini də verib demişdir ki, həmin nömrənin “whatsapp” hesabı açıqdır. Təranə ilə yazışmağa başlamış, Təranə Türkiyəyə getməyi, hər şeyin yaxşı olacağını yazmış, qərara gəlmişdir ki, razılıq versin. Həmin vaxt yaşadığı İrəvanlı kəndində olmuş, razılığını verdikdən sonra bildirmişdir ki, 23 iyun 2017-ci il tarixdə yola çıxacaqlar, həmin gün səhər saatlarında Bərdə rayonunda Təranə ilə görüşmüş, yanında Aynurə də olmuş, Təranə bildirmişdir ki, Aynurə ilə birlikdə gedəcəklər. 23 iyun 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Gürcüstana, oradan isə birbaşa Yalova vilayətinə getmiş, Təranə onu və Aynurəni kirayə tutduğu mənzilə aparmış, növbəti gün Təranə bildirmişdir ki, nəzarəti altında fahişəliklə məşğul olacaqlar, etiraz etdikdə cavabında demişdir ki, dediyini etsin, Yalovada uzun müddətdir yaşayır, tanışları çoxdur, vaxtında müştərilərin yanına getməsələr onu həmin müştərilərinə döydürəcək. Çıxılmaz vəziyyətdə olduğunu anlayıb razılıq vermiş, Təranə onu və Aynurəni fahişəliyə cəlb etməyə başlamışdır. Təranə daim onu nəzarətdə saxlamış, 10-12 gün Təranə tərəfindən istismara məruz qalmış, sonuncu Azərbaycanda işləri olduğunu bildirib onu özü ilə birlikdə 08 iyul 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçirtməklə Azərbaycana gətirmişdir. Bir neçə gün sonra Təranə telefonun “whatsapp” proqramı vasitəsilə onunla əlaqə saxlayaraq bildirmişdir ki, birlikdə Türkiyəyə gedəcəklər, əvvəlki qaydada onu fahişəliyə cəlb edəcəkdir. Təranəyə etiraz edərək bu işlə məşğul olmaq istəmədiyini dedikdə ona hədə-qorxu gəlməyə başlamış, yaşadığı kənddə onu rüsvay edəcəyini, Türkiyədə müştərilərlə olan fotoşəkillərini, videolarını internetdə paylaşacağını bildirmişdir. Təranə onun yol biletini almış, Türkiyəyə yola çıxmaq üçün Bərdə rayonunda Təranə ilə görüşəndə Ülviyyəni görmüş, 14 iyul 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Türkiyənin Yalova vilayətinə, Təranənin kirayə tutduğu mənzilə getmiş, Təranə əvvəlki qaydada onu və Ülviyyəni fahişəliyə cəlb etməyə başlamışdır. Gün ərzində Təranə onu 3-4 nəfər müştərisi ilə görüşdürmüş, bu qayda ilə 02 avqust 2017-ci il tarixədək Təranə tərəfindən istismar edildikdən sonra həmin tarixdə Təranənin icazəsi ilə Ülviyyə ilə birlikdə Azərbaycana qayıtmışlar. 03 avqust 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı sərhədnəzarət məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. 2017-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri qohumlarının yanında olarkən Təranə “whatsapp” vasitəsilə əlaqə saxlamış, avtobusa əyləşib Türkiyəyə getməyi, onu Yalovada gözlədiyini bildirmiş, Təranənin hədələrindən qorxduğu üçün razılıq vermiş, özünə yol bileti alıb 28 sentyabr 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Türkiyənin Yalova vilayətinə getmiş, avtovağzalda Təranə onu qarşılayıb kirayə tutduğu mənzilə aparmış, əvvəlki qaydada onu fahişəliyə cəlb etməyə başlamışdır. Bir ay Təranə tərəfindən istismar edilmiş, sonuncunun razılığı ilə 26 oktyabr 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. Təranə ondan başqa Aynurə və Ülviyyəni də istismar etmiş, Ülviyyə özü də Təranə tərəfindən istismar edilmiş, Təranənin qorxusundan ona sonuncu barəsində bildirməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ilin əvvəllərində sonuncunun qohumu Aynurənin evində tanış olmuş, Təranə Türkiyəyə getdiyini bildirmiş, onunla ünsiyyət saxlamağa başlamış, istifadəsində olan mobil telefon nömrəsini vermiş, həmin nömrənin “whatsapp” hesabı ilə onunla danışmış, onu Türkiyəyə qonaq çağırmışdır. 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs5 yaşadığı evə qonaq gəlmiş, yemək yeyərkən Təranə də gəlmiş, Təranə Mənsurə ilə tanış olmuş, sonuncular rəfiqəlik etmiş, Türkiyəyə birlikdə getmiş, lakin Mənsurə ona Türkiyə barəsində heç nə bildirməmişdir. 2017-ci ilin iyul ayının əvvəllərində Təranə onunla “whatsapp” vasitəsilə əlaqə saxlamış, həmin vaxt yaşadığı evdə olmuş, Təranə bildirmişdir ki, onun üçün Türkiyədə iş tapmışdır. Təranə bildirmişdir ki, Bərdə rayonundan taksi ilə Türkiyəyə gedəcəklər, yol pulunu özü verəcəkdir, Türkiyədə işləyəndən sonra pulunu qaytarar. Bundan sonra Təranə ilə 14 iyul 2017-ci il tarixdə Bərdə şəhərində görüşmüş, Mənsurə də onlarla getmiş, həmin tarixdə dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Yalova qəsəbəsinə getmişlər. Təranənin kirayə tutduğu mənzildə yerləşdikdən sonra növbəti gün bildirmişdir ki, Yalova təhlükəli yerdir, kürdlər, cinayətkarlar orada çoxdur, əksəriyyəti də tanışlarıdır, uzun müddətdir özü Yalovada fahişəliklə məşğul olur, buna görə də insanlarını tanıyır, onları da Yalovaya fahişəliklə məşğul olmağa gətirmişdir. O, etiraz etdikdə Təranə sonuncunun icazəsi olmadan heç yerə gedə bilməyəcəyini, əks halda müştəriləri vasitəsilə onu döydürəcəyini demişdir. Təranə onların inamından istifadə edib Türkiyəyə gətirmiş, niyyəti də əvvəlcədən onları fahişəliyə cəlb etmək olmuşdur. Bundan sonra Təranə gün ərzində onları 4-5 nəfər müştəri ilə görüşdürüb fahişəliyə cəlb etmiş, müştərilər onları evdən götürüb istədikləri yerə aparıb cinsi əlaqədə olduqdan sonra yenə də Təranənin yanına gətirmişlər. Təranənin müştəriləri təhlükəli və qorxulu adamlar olmuş, bir aya yaxın Təranə tərəfindən istismar olunmuş, 03 avqust 2017-ci il tarixdə Təranə onun və Mənsurənin qayıtmağına icazə vermiş, həmin tarixdə Mənsurə ilə yaşadıqları evə gəlmişlər. Zərərçəkmiş şəxs1 cinayət işinin 1-ci cildinin 75-78-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs Bərdə rayonundan tanıyır, sonuncunun tez-tez Türkiyə Respublikasına getdiyini eşitmiş, hansı işlə məşğul olduğunu bilməmişdir. 2018-ci ilin yanvar ayının ortalarında maddi vəziyyəti pisləşdiyi üçün Təranəyə bu barədə bildirmiş, Təranə qeyd etmişdir ki, yanına getsin, onun üçün iş tapar, birtəhər dolanar. Təranə onun avtobusa yol biletini almış, 15 fevral 2018-ci il tarixdə Şıxlı sərhədnəzarət məntəqəsindən keçərək Gürcüstana, oradan da Türkiyə Respublikasının Yalova şəhərinə getmiş, Təranə onu qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, növbəti gün qeyd etmişdir ki, onu fahişəliyə cəlb edəcəkdir. O, Təranəyə etiraz etmiş, Təranə isə sözünə baxmağı, əks halda onu Yalovadakı tanışlarına zorla cinsi əlaqədə olmaq üçün təqdim edəcəyini bildirmişdir. Təranənin hədələrindən qorxub razılaşmış, Təranə onu gün ərzində 4-5 nəfərlə cinsi əlaqədə olmaq üçün görüşdürmüş, bir ay Təranənin nəzarəti altında məcburi fahişəliklə məşğul olmuşdur. 13 mart 2018-ci il tarixdə Təranə icazə verdiyi üçün həmin tarixdə dövlət sərhədini Şıxlı sərhədnəzarət məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. 2018-ci ilin may ayının əvvəllərində Təranə onunla “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq yanına qayıtmağı, yol pulunu ödəyəcəyini, onu fahişəliyə cəlb edəcəyini qeyd etmiş, Təranəyə etiraz edəndə sonuncu Azərbaycana gələndə onu döydürəcəyini, biabır edəcəyini bildirmiş, Təranəyə razılıq vermək məcburiyyətində qalmış, həmin vaxt da yaşadığı Bərdə rayonu, Güloğlular kəndində olmuşdur. 15 may 2018-ci il tarixdə dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Türkiyənin Yalova şəhərinə getmiş, Təranə onu qarşılayıb yaşadığı mənzilə aparmış, əvvəlki qaydada fahişəliyə cəlb etməyə başlamışdır. 6 ay Təranə tərəfindən istismar edilmiş, 19 noyabr 2018-ci il tarixdə Təranənin icazəsi ilə dövlət sərhədini Bakı hava limanından keçməklə Azərbaycana gəlmiş, Təranə yol pulunu özü ödəmişdir. 2018-ci ilin dekabr ayının əvvəllərində Təranə onunla “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, Türkiyəyə getməyi üçün bank vasitəsi ilə ona 600 ABŞ dolları pul göndərəcək, həmin pula özünə təyyarə bileti alıb qısa vaxtda yanına gəlsin. Təranə ona hədə-qorxu gəlmiş, yaşadığı Bərdə rayonunda onu biabır edəcəyini bildirmişdir. Təranənin göndərdiyi pulu Bakı şəhərində yerləşən “Amrahbank” bankının filialından götürmüş, bilet alıb 18 dekabr 2018-ci il tarixdə dövlət sərhədini Bakı hava limanından keçməklə Təranənin yanına getmişdir. Təranə onu qarşıladıqdan sonra əvvəlki qaydada istismar etməyə başlamışdır. Bir ay sonra Təranənin evində yuyunarkən hamam otağında ayağı sürüşərək yıxılmış, Təranə onun yeriyə bilmədiyini görüb bildirmişdir ki, belə vəziyyətdə işinə yaramır. 17 fevral 2019-cu il tarixdə səhhəti düzəldikdən sonra dövlət sərhədini Bakı hava limanından keçməklə Azərbaycana gəlmişdir. Təranə ondan başqa Gülmarəni fahişəliyə cəlb etmiş, Gülmarə ilə Təranə onun vasitəsi ilə tanış olmuş, sonradan Gülmarənin hansı şəkildə Təranənin yanına getdiyini bilməmişdir. Türkiyədə olarkən Təranə Gülmarəni də məcburi fahişəliyə cəlb etmişdir.» Cinayət işinin 1-ci cildinin 119-122-ci vərəqlərində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə nəticəsində sonuncunun Zərərçəkmiş şəxs5 aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyi bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci cildinin 123-125-ci vərəqlərində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə nəticəsində sonuncunun Zərərçəkmiş şəxs6 aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyi bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci cildinin 126-128-ci vərəqlərində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs arasında iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, nəticədə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyini bir daha təsdiqləmişdir. Cinayət işinin 1-ci cildinin 162-165-ci vərəqlərində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 184-187-ci vərəqlərində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə, hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 188-191-ci vərəqlərində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə nəticəsində sonuncunun Zərərçəkmiş şəxs3 aldatma yolu ilə hədə-qorxu və məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyi bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci cildinin 173-175-ci vərəqlərində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 02 yanvar 2017-ci il tarixdə saat 18:45 dəqiqədə «C01280455» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 22 yanvar 2017-ci il tarixdə saat 02:16 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs3 31 mart 2017-ci il tarixdə saat 19:04 dəqiqədə «C01280455» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 28 aprel 2017-ci il tarixdə saat 22:30 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs6 14 iyul 2017-ci il tarixdə saat 18:31 dəqiqədə «C01046275» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 03 avqust 2017-ci il tarixdə saat 04:33 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 23 iyun 2017-ci il tarixdə saat 18:23 dəqiqədə «C01423336» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 08 iyul 2017-ci il tarixdə saat 23:06 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 30 oktyabr 2017-ci il tarixdə saat 18:37 dəqiqədə «C01423336» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 30 noyabr 2017-ci il tarixdə saat 20:54 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 12 dekabr 2017-ci il tarixdə saat 18:11 dəqiqədə «C01423336» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 09 yanvar 2018-ci il tarixdə saat 17:56 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs5 23 iyun 2017-ci il tarixdə saat 18:22 dəqiqədə «P5297588» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 08 iyul 2017-ci il tarixdə saat 23:06 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs5 14 iyul 2017-ci il tarixdə saat 18:31 dəqiqədə «P5297588» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 03 avqust 2017-ci il tarixdə saat 04:32 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs5 28 sentyabr 2017-ci il tarixdə saat 19:15 dəqiqədə «P5297588» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 26 oktyabr 2017-ci il tarixdə saat 16:29 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 15 fevral 2018-ci il tarixdə saat 21:13 dəqiqədə «C01483666» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 13 mart 2018-ci il tarixdə saat 23:37 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 15 may 2018-ci il tarixdə saat 19:33 dəqiqədə «C01483666» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 19 noyabr 2018-ci il tarixdə saat 04:11 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 18 dekabr 2018-ci il tarixdə saat 06:56 dəqiqədə «C01483666» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Respublikanı tərk etmiş, 17 fevral 2019-cu il tarixdə saat 00:48 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 14 dekabr 2018-ci il tarixdə saat 17:03 dəqiqədə «C01903356» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 10 fevral 2019-cu il tarixdə saat 00:08 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 23 dekabr 2016-cı il tarixdə saat 18:34 dəqiqədə «C00245813» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 12 mart 2017-ci il tarixdə saat 03:05 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 20 mart 2017-ci il tarixdə saat 18:40 dəqiqədə «C00245813» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 13 iyun 2017-ci il tarixdə saat 22:56 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 14 iyul 2017-ci il tarixdə saat 18:31 dəqiqədə «C00245813» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 30 noyabr 2017-ci il tarixdə saat 20:53 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 12 dekabr 2017-ci il tarixdə saat 18:14 dəqiqədə «C00245813» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 06 mart 2019-cu il tarixdə saat 04:06 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə ölkəyə daxil olmuşdur. Cinayət işinin 1-ci cildinin 36-cı vərəqində olan protokoldan görünür ki, “Amrahbank” açıq səhmdar cəmiyyətindən verilmiş 2103-480872 unikal kodlu 07 dekabr 2018-ci il tarixli məxaric qəbzi ilə müəyən olunur ki, Zərərçəkmiş şəxs1 – şəxsiyyət vəsiqəsi AZE ********, ASAN-Bərdə orqanından 26 fevral 2016-cı il tarixdə verilmişdir, “Western Union” pul köçürmə xidməti vasitəsi ilə altı yüz x2 dolları məbləğində pulu təhvil almışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrini zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə olan istintaq hərəkətinin protokolları və digər sənədləri ilə qarşılıqlı şəkildə müqayisə edərək həmin sübutlarla təkzib edildiyi üçün ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Zərərçəkmiş şəxslərin ifadələri yuxarıda tədqiq edilən Azərbaycan Respublikasının dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən keçmək haqqında sənədləri ilə tam üst-üstə düşdüyünə görə məhkəmə zərərçəkmiş şəxslərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokollarını, eləcə də sənədləri təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən və ona qarşı irəli sürülmüş ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, məhkəmə istintaq hərəkətlərinin protokollarını və iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 137-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cildinin 200-201-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 03 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 14-18-ci vərəqlərində olan qərardan görünür ki, 05 dekabr 2019cu il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 19-23-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışımış və sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxslərlə barışması, əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərəkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini və xarakterini, yəni təqsirləndirilən şəxsin dəfələrlə, eləcə qohumu barəsində insan alveri cinayətini törətməsini, əməlini etiraf etməməklə peşman olmamasını, habelə təqsirləndirilən şəxsin barəsində olan yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin etməklə CM-in 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərə nail olmaq olar. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edərkən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, onun təqsirləndirildiyi CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin təyin edilməsi CM-nin ədalət və humanizm prinsinpləri baxımından da qanunidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 dekabr 2019-cu il tarixdən 05 dekabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ümumi cəza müddətinə daxil edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini ədalətli hesab etdiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsini və barəsində həbs qətimkan tədbrinin seçilməsini əsaslı hesab edib məhkəmə iclas zalından həbsə alınmaqla həbs qətimakn tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmasını məqsədəmüvafiq və qanuni sayır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı bu gündən, yəni 03 mart 2020-ci il tarixdən hesablanmalı, CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, mülki yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 (üç yüz) AZN Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, 03 dekabr 2019-cu il tarixdən 05 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün təyin edilən cəzaya hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03 mart 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 (üç yüz) manat Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün sürətinin Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər, apelyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-356/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-356/2020
03.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver