Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-356/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X3, Dövlət ittihamçısı1 və Müdafiəçi2 iştirakı ilə 19 sentyabr1984-cü ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İR-nin vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 26.07.2021-cİ il tarixdə saat 23 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən gizlədilmiş Abşeron rayonu, “Novxanı” yazısı olan lövhənin yaxınlığından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 240 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda 226,203 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 27 iyul 2021-ci il tarixdə saat 11:30-da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, BBAK-da yerləşən “Xoş Gəlmişsiniz” yazısı olan lövhənin qarşısında saxlanılıb ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilərək üzərinə keçirilmiş axtarış zamanı əlindəki torbanın içərisindən bir bükümdə təmiz çəkisi 240 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”, bir bükümdə təmiz çəkisi 226,203 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla psixotrop maddə “metamfetamin” və üzərində metamfetaminin izləri olan 01 ədəd şüşə borucuq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2021 -ci ilin təxminən yanvar ayında “instagram” sosial şəbəkəsində axtarış hissəsində “iranlı" adlı profil görüb adı çəkilən profilə yazaraq psixotrop maddə olan metamfetaminlə maraqlanmışdır. Həmin şəxs İran islam Respublikasi vətəndaşı olmasını demişdir. O, sonuncundan adım soruşsa da ona adım bildirməmiş və “dayı” deyə müraciət etməyə başlamışdır. Həmin gün o, sonuncudan şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin istəmişdir. Sonuncu ona bildirmişdir ki, ona “Whatsapp” tətbiqi ilə şəkil atacaqdır. Sonuncu ona “+098 *** *** ** **” mobil nömrəsindən yazaraq kart nömrəsini ataraq demişdir ki, ödəmə terminalından sonuncunun kartına 50 manat pul yükləsin. Həmin vaxt o, Gəncə şəhərində dəqiq xatırlamadığı marketlərin birində ödəmə terminalı vasitəsi ilə İranlı dayı deyə müraciət etdiyi şəxsin ona göndərdiyi kart nömrəsinə 50 manat pul yükləmişdir. Bundan bir neçə dəqiqə sonra İranlı dayı kimi tanıdığı şəxs ona şəkil ataraq istiqamətləndirmişdir ki, Gəncə şəhərində mərkəz tərəfdə ağacın altına metamfetamin bükümü atmışdır. O da gedib həmin bükümü oradan götürmüşdür. Metamfetamini istifadə etmək üçün kustar üsulla hazırlanmış şüşə borusu əldə etmişdir. Həmin bükümü şüşə borunun içində yandıraraq istifadə etmişdir. Bundan bir müddət sonra Gəncə şəhər polisi trəfindən şüşə, yəni metamfetamin istifadə etdiyinə görə saxlanılmış və hazırda onun təqsirləndirildiyi işə Gəncə şəhərində məhkəməsində baxılır. Sonuncu həmin şəxs ona demişdir ki, bükümdə heroin və metamfetamini Bakı şəhərindən götürüb Gəncə şəhərinə aparacağı təqdirdə ona 100 manat pul verəcəkdir. Beləcə 26.07.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhərinə çatmış və İranlı ilə əlaqə saxlamışdır. Sonuncu ona şəkil göndərərək demişdir ki, həmin yerdən oraya qoyulmuş narkotik və psixotrop maddələri götürüb Gəncə şəhərinə aparmalıdır. Yolda ona həmin vaxtı narkotik vasitələri haraya qoyacağı barədə şəkil göndərəcəkdir. Beləcə iranlı ona Novxanı yazısı olan lövhənin qaranlıq hava vaxtında çəkilmiş fotoşəklini göndərmiş və bildirmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olduğu İki ədəd bükümü oradan götürməlidir. 26.07.2021-ci il tarixdə saat 23 radələrində o, Abşeron rayonu Novxanı qəsəbəsində “Novxanı” yazısı olan lövhənin yanından həmin sellofan torbanı tapmışdır. Sellofan torbaya baxanda görmüşdür ki. orada bir bükümdə heroin, digər bir bükümdə metamfetamin vardır, iranlı dayıya həmin vasitələri götürdüyünü demişdir. Sonuncu ona bildirmişdir ki, “indi yola çıx get Gəncə şəhərinə”. Orada o, həmin sellofan torbanın içərisinə özünə məxsus metamfetamin istifadə etmək üçün şüşə başlıqlı borunu və telefon adapterini qoyub Binəqədi rayonu ərazisindəki Bakı Bevnəlxalq Avtovaqzal kompleksinə getmişdir. 27.07.2021-cİ il tarixdə saat 11.30 radələrində Bakı Beynəlxalq Avtovaqzalının qarşısında “Xoş gəlmişsiniz” sözü yazısı olan lövhənin qarşısında dayanıb Gəncə istiqamətində maşın axtaran zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Polis əməkdaşları ona özlərini təqdim edərək polis əməkdaşları odluqlarını bildirmişdir və onun narkotik vasitəni gəzdirməkdə və daşımaqda şübhəli olduğunu deyərək onu 40-cı Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt içərisində heroin və metamfetamin olan ümumilikdə iki ədəd bükümün olduğu sellofan torba onun sağ əlində olmuşdur. 40-cı polis bölməsində olan zaman təhqiqatçı ona müdafiəçini təqdim edərək şübhəli qismində tutulmağı barədə məlumat vermiş, sonra ailə üzvlərinə də bu barədə xəbər verilmiş, bundan sonra müdafiəçinin iştirakı olmadan üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmasına razılıq vermişdir. Şəxsi axtarış zamanı ona üzərində qeyri qanuni nə varsa təqdim etməsi təklif edilmişdir. O da sağ əlində olan sellofan torbanı masanın üzərinə qoymuşdur. Bildirmişdir ki, həmin torbanın içərisində iki ədəd büküm var. Həmin torbada nə olduğu soruşulduqda həmin bükümlərdən birində narkotik vasitə heroin olması, digərində isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Əlavə olaraq şüşə boru kimi kustar üsulla hazırlanmış metamfetamin çəkmək üçün aləti də onlara təqdim etmişdir. Sonra o, 26.07.2021-ci il tarixdə səhər saatlarında həmin vasitələri “instagram" sosial şəbəkəsində “dayı” deyə tanıdığı iranlının ona Abşeron rayonu “Novxanı” yazısı olan lövhənin altından götürməsi ilə bağlı ismarıc yazdığını, həmin tarixdə axşam saat 23 radələrində sonuncunun bildirdiyi ünvana gedərək həmin vasitələri əldə etdiyini və bunun müqabilində sonuncunun ona 100 manat pul və metamfetamin verəcəyini bildirmişdir. Bundan sonra üzərində olan mobil telefonlarını onlara təqdim etmişdir. Sonra təqdim etdiyi sellofan torbada olan metamfetamin olan büküm və heroin olan büküm və metamfetamin istifadə etmək üçün şüşə boru boş zərfdə qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən İmzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə də təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 40-cı PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 İyul 2021 -ci il tarixdə, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 17, mənzil 9-da qeydiyyatda olan «Cəbrayıl» adlı şəxsin üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. «Cəbrayıl» adlı şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, 27 iyul 2021-ci il tarixli qərar qəbul edilməklə Binəqədi RPİ-nin 40-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Ramil Cəbiyev tərəfindən həmin tarixdə təsdiq edilmiş, qeyd olunan tədbiri özü və Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə keçirməyə qərar verilmişdir. Birlikdə 27 iyul 2021 -ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, BBAK-nin giriş hissəsində yerləşən “Xoş Gəlmişsiniz” yazısı olan lövhənin qarşısında olarkən «Cəbrayıl» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi, satması və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 40-cı Polis bölməsinə aparmışlar. Bu barədə Binəqədi RPİ-nin 40-cı PB-nin rəisinin adına raport tərtib edərək, rəisin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ- nin 40-cı PB-nin təhqiqatçısı polis baş leytenantı İlkin İsmayılova təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs sağ ətində içərisində ağ rəngli mobil telefon adapteri, narkotik maddə istifadə etmək üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanmış qurğunu və iki büküm narkotik maddəyə bənzər maddə olan şəffaf sellofan olan torbanı, həmçinin də əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən 156 manat nəğd pulu, “Express Bank”a məxsus plastik kartı, üzərində “Gallus Pay” yazısı olan “AzəriQaz”a məxsus plastik kartı, həmin boz rəngli parça şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “Samsung Galaxy A51” və 01 ədəd qara rəngli Samsung GT-S5830İ” markalı mobil telefonları masanın üzərinə qoymuşdur. Sonra keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümləri açmaq təklif olunmuş, sonuncu həmin iki büküm şəffaf sellofanların içərisində olan qəhvəyi rəngli toz halında olan maddənin narkotik vasitə olan “heroin” və digər şəffaf sellofanın içərisində olan ağ rəngli maddənin isə psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni 26.07.2021 -ci il tarixdə səhər saatlarında “instagram” sosial şəbəkəsində “dayı” deyə tanıdığı İranlının ona Abşeron rayonu “Novxanı" yazısı olan lövhənin altından götürməsi ilə bağlı ismarıc yazdığını, həmin tarixdə axşam saat 23 radələrində sonuncunun bildirdiyi ünvana gedərək həmin vasitələri əldə etdiyini və bunun müqabilində sonuncunun ona 100 manat pul və metamfetamin verəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd büküm narkotik vasitə olan “heroin” və 01 büküm psixotrop maddə olan “metamfetamin”, həmçinin də əlavə olaraq şüşə boru da boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor və ya təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PŞ-nin əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizanın 28 iyul 2021-ci il tarixli, 6/3125 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 240 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 226,303 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd şüşə borucuğun daxilində psixotrop maddə metamfetaminə məxsus izləri vardır, iz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in (Siyahı İ) siyahısına daxildir. Heroin 2005-ci il 28 İyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in (Siyahı l) siyahısına daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 25 oktyabr 2021-ci il tarixli, 4120 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi İlə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojl dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizanın 22.10.2021-ci il tarixli, 2457 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş "xxxx" MMC tərəfindən göndərilmiş içərisində smslərə dair məlumatlar olan bir ədəd diskə baxış keçirilməsi haqqında 30.10.2021- ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə 5 ədəd fayl vardır. 05 ədəd « Nömrənin_Məxsusluq_Tarixçəsi **********2317_557195919»; «SMS_Tarixçəsi**********4451_557195919»; «SMS_Tarixçəsi_**********4455_557195919», «Zənglərin Detallaşması **********0318_557195919», «Zənglərin_Məxsusluq_Tarixçələri_**********2348_557195919_BKC» adlı fayllar aşkar olunmuşdur. Birinci fayl açıldıqda ekranda qeyd olunan mobil nörmənin “Təqsirləndirilən şəxs" məxsus olması göstərilmişdir. İkinci və üçüncü fayl açıldıqda, içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif vaxtlarda və müxtəlif mobil nömrələrdən daxil olan müxtəlif tipli mesajların olması qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması qeyd olunmuşdur. Beşinci fayl açıldıqda, faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. Bundan başqa, cinayət işinə əlavə olunmuş "xxxx" MMC tərəfindən göndərilmiş içərisində smslərə dair məlumatlar olan bir ədəd diskə baxış keçirilməsi haqqında 02.11.2021- ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə 05 ədəd «Nömrənin __Məxsusluq_Tarİxçəsi__**********2517__777195919»;«SMS__Tarixçəsi_ **********5928_777195919»;«SMS_Tarixçəsi_**********5931_777195919», «Zənglərin_Detallaşması**********3154__777195919» və “Zənglərin_Məxsusluq_Tarixçələri **********3218__777195919_NAR” adlı fayllar aşkar olunur. Birinci fayl açıldıqda, ***-***-**-** "xxxx" MMC-yə məxsus kart nömrəsinin “Təqsirləndirilən şəxs”na məxsus olması göstərilmişdir. İkinci və üçüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif vaxtlarda müxtəlif tipli mesajların olması qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda, faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur Beşinci fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması qeyd olunmuşdur. Cinayət işinə əlavə edilmiş 27 iyul 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 27.07.2021-ci il tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu BBAK-da yerləşən “Xoş Gəlmişsiniz” yazısı olan lövhənin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs sağ əlində içərisində ağ rəngli mobil telefon adapteri, narkotik maddə istifadə etmək üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanmış qurğunu və iki büküm içərisində narkotik maddəyə bənzər maddə olan şəffaf sellofan olan torbanı, həmçinin də əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən içərisində 156 manat olan nəğd pul, “Express Bank”a məxsus plastik kartı, üzərində “Gallus Pay” yazısı olan “AzəriQaz”a məxsus plastik kartı, həmin boz rəngli parça şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “Samsung Galaxy A51” və 01 ədəd qara rəngli Samsung GT-S5830İ" markalı mobil telefonları masanın üzərinə qoymuşdur. Sonra keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümləri açmaq təklif olunmuş, sonuncu həmin iki büküm şəffaf sellofanların içərisində olan qəhvəyi rəngli toz halında olan maddənin narkotik vasitə olan “heroin” və digər şəffaf sellofanın İçərisində olan ağ rəngli maddənin isə psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni 26.07.2021-ci il tarixdə səhər saatlarında “İnstagram” sosial şəbəkəsində “dayı” deyə tanıdığı İranlının ona Abşeron rayonu “Novxanı” yazısı olan lövhənin altından götürməsi ilə bağlı ismarıc yazdığını, həmin tarixdə axşam saat 23 radələrində sonuncunun bildirdiyi ünvana gedərək həmin vasitələri əldə etdiyini və bunun müqabilində sonuncunun ona 100 manat pul və metamfetamin verəcəyini bildirmişdir. C.Ələbərovdan aşkar olunaraq götürülmüş ümumilikdə 02 ədəd bükümlər və şüşə boru müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü aparılmış və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşaqları- 26 fevral 2011-ci il təvəllüdlü X1 və 31 yanvar 2016-cı il təvəllüdlü X2 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər MKTİB-dən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərə aid olması və onların külli miqdarda olması onun həmin narkotik vasitələri satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış üzrə müsbət xarakterizə olmasını, ailəli olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, cinayət işnin materiallarına əlavə edilmiş 15 mart 2022-ci il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli hökmü 15 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki əməllərini Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 fevral 2012-ci il tarixli qərarından görünür ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəazısı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 239,9 qram narkotik vasitə olan heroin, 226,103 qram psixotrop maddə olan metamfetamin və bir ədəd şüşə boru məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk, həmçinin "xxxx" və "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 02 ədəd disklər əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 81,82 ( səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi "Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından müdafiəçi Müdafiəçi1 60 (altmış) manat pul onun vəkil işlədiyi “Prospekt” Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 08 (səkkiz) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 239,9 qram narkotik vasitə olan heroin, 226,103 qram psixotrop maddə olan metamfetamin və bir ədəd şüşə boru məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 81,82 ( səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi1 60 (altmış) manat pul onun vəkil işlədiyi “Prospekt” Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-356/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-356/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver