Məhkəmə qərarları › İş №1(101)-356/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-356/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-356/2023 13.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Füzuli rayonundan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, S.Qıİmanov küçəsində yerləşən nömrəsiz evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan 41 (qırx bir) ədəd kol çətənə (kannabis) bitkisini kultivasiya etmiş, 13 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvana keçirilmiş baxış zamanı həyətyanı sahədən aqrotexniki qulluq edilmiş 41 (qırx bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 320 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, təxminən 15 il müddət olar ki, arada bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 13 iyun 2022-ci il tarixdə, saat təxminən 18 radələrində yaşadığı evin qarşısında olan vaxt mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı onu Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasna dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış onlar ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gəlmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. O, polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet yoxdur. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına demişdir ki, yaşadığı evin həyətyanı sahəsində özü istifadə etmək məqsədilə çətənə kolu əkmişdir. Sonra polis əməkdaşlarına yaşadığı evin həyəlyani sahəsində baxış keçirilməsinə icazə verilməsi üçün ərizə yazmışdır. Yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, S.Qılmanov küçəsində nömrəsiz ünvanın həyətinə gəlmişlər. Həyətdə videoçəkiliş çəkilmiş və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həyətdə özü istifadə etmək üçün əkdiyi çətənə kollarının yerini polis əməkdaşlarına göstərmişdir. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxardılıb qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunmuşdur. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 iyun 2022-ci il tarixdə Xəyyam adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə 30-cu polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Bundan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış həmin qrupun üzvü Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X4 təyin olunmuşdur. Həmin gün daxil olmuş məlumat əsasında saat təxminən 18 radələrində yaşadığı ünvanın yaxınlığında həmin şəxsi əlamətlərinə görə tanıyıb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini həmin şəxsə təqdim etdikdən sonra həmin şəxsində özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü onlara təqdim edərək adı və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nə dəvət etmişdir. Həmin şəxs heç bir etiraz etməmiş onlar ilə birlikdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin inzibati binasına gəlmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına demişdir ki, yaşadığı evin həyətyanı sahəsində özü istifadə etmək məqsədilə çətənə kolu əkmiş, sonra polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində baxış keçirilməsinə icazə verilməsi üçün ərizə yazmış, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, S.Qılmanov küçəsində yerləşən nömrəsiz ünvanın həyətinə gəlmişlər. Həyətdə videoçəkiliş aparılmış və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həyətdə Təqsirləndirilən şəxs özü istifadə etmək üçün 41 (qırx bir) ədəd əkdiyi çətənə kollarının yerini polis əməkdaşlarına göstərmişdir. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxardılıb qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunmuşdur. Cinayət işinin 109-cu vərəqəsində olan 05 iyul 2022-ci il tarixli protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə 1 (bir) ədəd fayl vardır, faylda olan videogörüntü 13 iyun 2022-ci il tarixdə çəkilmiş və 03 dəqiqədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları tərəfindən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs üzərində heç bir qadağan olunmuş əşya və predmentin olmadığını bildirir, lakin yaşadığı evin həyətyani sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkdiyini bildirir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment aşkar olunmur. Cinayət işinin 110-cu vərəqəsində olan 5 iyul 2022-ci il tarixli protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən evə və həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə 1 (bir) ədəd fayl vardır, faylda olan videogörüntü 13 iyun 2022-ci il tarixdə çəkilmişdir və 18 dəqiqədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, S.Qılmanov küçəsində nömrəsiz ünvanda yerləşən evə və həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirilir, Təqsirləndirilən şəxs evdə və həyətyanı torpaq sahəsində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir. Təqsirləndirilən şəxs əli ilə yaşadığı evin həyətyanı torpaq sahəsinin ön və arxa tərəfini göstərərək həmin sahələrdə tərkibində narkotik maddələr olan bitkiləri əkdiyini bildirir. Təqsirləndirilən şəxs göstərdiyi sahəyə baxış keçirilr və həmin sahədən 41 (qırx bir) ədəd kollar torpaqdan çıxarılaraq 1 (bir) ədəd torbada qablaşdırılır. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 44-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-bioloji ekspertizası üzrə 14 iyun 2022-ci il tarixli, 7/628 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd polietilen bağlamadakı sayı 41 (qırx bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 320 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin Ambulator X1 Komissiyasının verdiyi xx.xx.2022-ci il tarixli, 4742 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-116-ci vərəqələrində olan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 hüquqi şəxsin verdiyi 1730 saylı, 02 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli hazırda Azərbaycan Respublikası CM-in 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan onun əməli Azərbaycan Respublikası CM-in 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinin 95-96-ci vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxsun həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülümüş 41 (qırx bir) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 320 qram çətənə bitkisi maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 319,18 qram zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evin həyətyani torpaq sahəsinə videoçəkiliş ilə şəxsi axtarış və baxış aparılan zamanı tərtib edilmiş 2 (iki) ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 19-cu vərəqəsində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-89-cu vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyun 2022-ci il tarixli, 4(010)-364/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 iyun 2022-ci il tarixdən hesablamaqla 4 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 106-cı vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən peşman olması və himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 13 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülümüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 41 (qırx bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 319,18 qram çətənə bitkisi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evin həyətyani torpaq sahəsinə videoçəkiliş ilə şəxsi axtarış və baxış aparılan zamanı tərtib edilmiş 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) ilazadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 iyun 2022-ci il tarixdən hesablansın, barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülümüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 41 (qırx bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 319,18 qram çətənə bitkisi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evin həyətyani torpaq sahəsinə videoçəkiliş ilə şəxsi axtarış və baxış aparılan zamanı tərtib edilmiş 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar