Məhkəmə qərarları › İş №1(101)-356/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-356/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-356/2024 30.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçilər: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Masallı rayonu, Göyəçöl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı rayonu, Göyəçöl kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə xx xxxxxxx 1995-ci ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Həsən” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək, istintaqla müəyyən olunmayan qaydada ünvan 3 ünvanda “Əfsanə” restoranının yaxınlığında olan zibil qutularının yanına yerləşdirdiyi bir bükümdə təmiz çəkisi 3105,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini “Həsən” adlı həmin şəxsin +**********21 GSM nömrədən internet informasiya ehtiyatlarından istifadə etməklə informasiya-telekomunikasiya şəbəkəsi hesab edilən “Watsapp” sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan “Samsung” markalı mobil telefona quraşdırhmış ***-***-**-** və qrupun digər üzvü Təqsirləndirilən şəxs2 istifadəsində olan “İphone” markalı mobil telefona quraşdırılmış ***-***-**-** GSM nömrəyə göndərdiyi məkan paylaşımlarından istifadə edərək, 12 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2la birlikdə həmin yerdən götürüb əldə etməklə sonradan həmin narkotik vasitənin satışdan əldə olunacaq gəliri öz aralarında böləcəkləri şərti ilə əlində saxlamaqla daşımış, həmin tarixdə saat 02:25 dəqiqədə Yasamal RPİ-nin NMB-nin və Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs2la birlikdə piyada hərəkət edən zaman saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Yasamal RPİ-nin 27-ci PBnin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əlində saxladığı üzəri qara rəngli yapışqan lent-skoçla bağlanmış bağlamada internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdıqları bir bükümdə təmiz çəkisi 3105,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o təqsirləndirilir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan "Həsən” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ünvan 3 ünvanda “Əfsanə” restoranının yaxınlığında olan zibil qutularının yanına yerləşdirdiyi bir bükümdə təmiz çəkisi 3105,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini “Həsən” adlı həmin şəxsin +**********21 GSM nömrədən internet informasiya ehtiyatlarından istifadə etməklə informasiya-telekomunikasiya şəbəkəsi hesab edilən “Watsapp” sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan “İphone” markalı mobil telefona quraşdırlımış ***-***-**-** GSM nömrəyə və qrupun digər üzvü Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung” markalı mobil telefona quraşdırlımış ***-***-**-** GSM nömrəyə göndərdiyi məkan paylaşımlarından istifadə edərək 12 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1la birlikdə həmin yerdən götürüb əldə etməklə sonradan həmin narkotik vasitənin satışdan əldə olunacaq gəliri öz aralarında böləcəkləri şərti ilə Təqsirləndirilən şəxs1 əlində saxlamaqla daşımış, həmin tarixdə saat 02:25 dəqiqədə Yasamal RPİ-nin NMB-nin və Yasamal RPİnin 27-ci PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs1la birlikdə piyada hərəkət edən zaman saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən, əlində saxladığı üzəri qara rəngli yapışqan lent-skoçla bağlanmış bağlamada internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdıqları bir bükümdə təmiz çəkisi 3105,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külü miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2023cü il yanvar ayının 11-i imiş, Rəhmana Həsən adlı iranlı şəxslə danışmasını demişdir. Birinci heroin, sonra da 30 qram marixuana istəmişlər. 4 qram heroin istəmişlər. O da razılaşmışdır. Onlar da pulunu axşam saat 8-9 radələrində karta atmışlar. Təzədən axşam saat 11-12 radələri 40 manat Rəhman, 200 manat da o cəmi 240 manat M10 tətbiqi vasitəsilə yollamışlar. Vatsapda mesajları da qalırmış. Saat 01 radələrində onlara konum atmışdır. Ora getmişlər, 27-ci polis bölməsinin əməkdaşları onları saxlayıb bölməyə aparmışlar. Orada onlara işgəncə edib etiraf etmələrini istəmişlər. Əgər razılaşmasalar evlərindən narkotik çıxaracaqlarını demişlər. Orada demişdir ki, Rəhmanı aparsınlar, çünki onun ailəsi var. Onunla razılaşmışlar. Gedəndə görmüşdür ki, Rəhman da müvəqqəti saxlama yerindədir. Həsən İran vətəndaşı olmuşdur. Onu Rəhman tanıyırmış. Həsənlə vatsapla danışmışlar. 50 qramdan aşağı satmadığını demişdir. 1-2 dəfə danışmışlar. Heroini 4 qram olmaqla şəxsi istifadə üçün almışlar. Leobank və Azərtürk bankla pulu köçürmüşlər. Telefonda da hamısı durur. Müstəntiqə də hamısını təqdim etmişlər. Onlara etiraf etmələrini demişlər. 4 qram heroini özü üçün almışdır. Rəhman həmin 4 qramdan istifadə etmirmiş. İkinci dəfəki 30 qramı götürüb, Hind klinikası tərəfə getmişlər. Polis əməkdaşlarının qaça-qaça gəldiyini görüb narkotiki səkiyə atmışlar. Həsən adlı şəxs ikisini birgə atmalı imiş, eyni gündə həm heroin, həm marixuana qəbul edirmiş. 4 qram heroin ona 4-5 gün bəs edirmiş. İşlədiyi üçün narkotiki tez gedib götürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, , Yeni Yasamalda maşın ustası işləyir. 2018-2019-cu ildən ancaq marixuana çəkir. 2023-cü il yanvar ayının 11-i imiş. Həsən adlı iranlı şəxslə danışmışlar. Həmin şəxsi nömrəsini məhlədən bir nəfər tanış uşaq vermişdir. İstifadə etmək üçün birinci heroin, sonra da 30 qram marixuana istəmişlər. Marixuananı gecə verəcəyini, 30 qramdan da az verməyəciyini demiş, ancaq heroin verə biləcəyini bildirmişdir. Onlar isə heroin yox metadon varsa verməsini istəmişlər. O isə metadon olmadığını demişdir. Daha sonra 4 qram heroin istəmişlər. O da razılaşmışdır. Onlar da pulunu, axşam saat 8-9 radələri karta atmışlar. Təzədən axşam saat 12 radələrində 200 manat Elnur, 40 manat da o, cəmi 240 manat telefonla M10 tətbiqi vasitəsilə yollamışlar. Başqa pul köçürməmişlər. Onlar tərəfindən heç vaxt 1100 manat pul köçürülməyib. Bunla bağlı heç nə bilmirəm Saat 1 radələrində onlara şəkil atmışdır ki, Əfsanə kafesinin yanındakı zibil yeşinin arxasında narkotik vasitə var. Oraya getdikdə 30 qram marixuana görmüşlər. Onlar getdiyi ərazidə, yəni Hind klinikası tərəfdə kameralar var imiş. Əməliyyaçılar onları güdürmüş. Qabaqlarını kəsəndə Elnur əlindəki marixuananı tullamışlar. Əməliyyatçılardan kimsə marixuananı oradan götürmüşdür. Onları döyüb qalan 3 kq-ın harada olduğunu soruşmuşlar. Onlar 3 kq olmadığını bildirdikdə, 3 kq-ın onlara aid olduğunu demişlər. Ancaq onlar 30 qram marixuana olduğunu etiraf etmişlər. Onları məcbur edib 3 kq-ı etiraf etmələrini istəmişlər. Qabaqlarına qoyduqları marixuana yox heroin olmuşdur. Onlar isə heroin yox marixuana aldıqlarını bildirmişlər. Boyunlarına almadıqları üçün Elnuru da onu da döymüşlər. Əvvəl onu döyüb, hədə qorxu gələrək 18 il iş veriləcəyi, evinizdə yoxlanış ediləcəyi və çəkiliş aparılacağı ilə hədələmişlər. Onlara biri etiraf etdiyi təqdirdə digərini buraxacaqlarını bildirmişlər. Elnur 3 kq olanı boynuna alıb onun uşağı olduğunu bildirərərk buraxmaqlarını istəmişdir. Onlara demişdir ki, bu cür ifadə ver. Amma şöbədə onları aldadıb, başqa ifadəyə yalandan imza attırmışlar. Şəxsi telefonunda ancaq marixuana ilə bağlı və 4 qram heroinlə bağlı söhbətlər, şəkillər olmuşdur. Heroini Elnur istifadə edirmiş. Marixuananın 1 qramı 8 manat olmuş, 30 qramı üçün 240 manat ödəmişlər. Ayın 11-12-i günü Əfsanə kafesinin arxasından götürmüşlər. Ora həmin vaxt sırf mariuxana üçün gedirmişlər. Pulu isə saat 12 radələrində yollamışlar. Həmin şəxs əvvəl də marixuana satmışdır. Təxminən 4 ay əvvəl 300 qram, yenə qramı 8 manatdan. Onları Həsən adlı şəxslə Mirələm adlı adam tanış etmişdir. Ancaq öz istifadələri üçün almışlar. Metamfetamini də pay kimi almışlar. Həm heroin, həm metafetamin, həm də marixuana çəkirmişlər. İlk dəfə heroin üçün getmişlər. Onu götürüb qayıtmışlar. Sonradan isə 30 qram marixuana üçün getmişlər, içindən də marixuana çıxmışdır. Heroinin bir qismini Elnur çəkmişdir. Qalanını da saxlamışdır. 2 dəfə həmin yerə getmişlər. Axşam saat 19:00-20:00 radələrində pulu vurmuşlar. Gedib 4 qram heroin almışlar. 20 qram marixuananın isə axşam alınacağını demişdir. M10 vasitəsilə 240 manat yollamışlar. Saat 1-ə qalmış Həsəndən konum gəlmiş və onlara malı götürmələrini demişdir. 4 qram heroini Elnura görə götürmüşdür. 30 qramın 5 qramı onun 25 qramı Elnurun olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal Rayon Polis İdarəsinin 27-cı Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Yanvar ayında narkotik vasitələrinin istifadəsi, dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Rəhbərliyə məruzə edilmiş, əməliyyat qrupu yaradılmışdır. Şəxsi müəyyən etməyə getmişlər. Onlar üzüyuxarı çıxırmış, təqsirləndirilən şəxslər isə üzü aşağı düşürmüş. Tarixi tam xatırlamır, Yasamal rayonu ərazisi olmuşdur. Saat təxmini 12:00- 13:00 radələri imiş Təqsirləndirilən şəxsləri müəyyən edib, idarəyə aparmışlar. Onlara qarşı heç bir zor və ya müqavimət göstərilməmişdir. Şəxsi “Əfsanə” restoranının yanında saxlamışlar. Onlarla olan məsafə təxminən 50 metr olarmış. Digər polis əməkdaşları olan Hüseyn və Etibar da yolun kənarında güdürmüş. O yaxınlaşdıqda şəxsi artıq saxlamışdılar. Onlar bir maşınla getmişlər. Təqsirləndirilən şəxslər maşında arxada oturmuşlar. Onlara hansı səbəblə saxlanıldıqlarını demişlər, özləri də etiraf etmişdir. Baxışda o, vəkil, təhqiqatçı da iştirak etmişdir. Birinin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunanla bağlı şəxsi istifadəsi üçün olduğunu demişdir. Başqaları barədə məlumat verməmişdir. İlk dəfə həmin əməliyyat tədbiri zamanı təqsirləndirilən şəxsləri görürmüş. Məlumat bir nəfər barəsində olmuşdur. Onları saxlayanlarla eyni tədbirdə olmuşlar. Kankret hansında narkotik olduğunu xatırlamır. Tədbirdə 3 nəfər polis əməkdaşı olmuşlar. Onlara təzyiq olmamışdır. Saxlanılan yerlə idarə arasında 15 dəqiqəlik məsafə olmuşdur. Təqsirləndirilən şəxslərdə narkotik büküm bağlamada tapılmışdır. Narkotik videçəkiliş aparılan zaman aşkar olunmuşdur. Bükümdən nə çıxdığını tam xatırlamır. Fərqli narkotik vasitələr olmuşdur. Onlarda əməliyyat məlumatı narkotik vasitələrdən istifadə və dövriyyəsi ilə bağlı olmuşdur. Əməliyyat məlumatının hansı adamla bağlı olduğunu dəqiq xatırlamır. Təqsirləndirilən şəxslər saxlanılan zaman çəkiliş olmamışdır. İstintaqdakı ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı yekun nitqi söyləyərək, təqsirləndirilən şəxs X6 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə X6 və X2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində ittihamda göstərilən növdə və miqdarda narkotik vasitə olmaması, özlərini narkotik vasitənin satışında təqsirli bilməməsinə dair və eyni zamanda polis əməkdaşları tərfindən təzyiqlərə məruz qalmalarına dair verdikləri ifadə ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadələrini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra o, əlində saxladığı bir ədəd qara rəngli sellofanda üzəri skoçla bağlanmış bağlamada kokos deyilən narkotik maddə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən hər hansı bir qanunla qadağa olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bağlamanın içərisindəki maddənin nə olduğu soruşulduqda o, təqdim etdiyi bağlamanın içərisində kokos deyilən narkotik vasitə olduğunu, həmin narkotik maddəni təxminən 10 gündür İnstaqram sosial şəbəkəsində tanış olduğu və Whatsap nömrəsini əldə etdiyi Həsən adlı İran vətəndaşı olan şəxsdən 1100 (min yüz) manat nağd olaraq sonuncunun kart hesabına Emanat ödəmə terminalı vasitəsi ilə 12 yanvar 2023-cü il tarixdə ödəyərək Whatsap vasitəsi ilə göndərmiş olduğu məkandan, yəni ünvan 9akı tullantı qutularının yanından təxminən 3 kq 500 qram narkotik vasitə olan heroini həmin yerdən götürmüşdür. Belə ki, sosial şəbəkə vasitəsilə tanış olduğu üzdən tanımadığı Həsən adlı iranlı ona narkotik maddəni hara qoyacağını internet vasitəsilə bildirmiş və o sonuncunun qeyd etdiyi ünvanda narkotik maddəni şəxsi istifadəsi və yaxın tanışlarına hədiyyə verəcəyi üçün götürmüşdür. 12 yanvar 2023-cü il tarixdə saat 02 radələrində ünvan 7 ünvanının qarşısında olarkən mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılmış və 27-ci PB-nə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində iş üçün əhəmiyyət kəsb edən 1 ədəd qara rəngli “Samsung A 10” markalı mobil telefon götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 bildirmişdir ki, uşaqlıq dostu olan 20 ildir ki, tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə 12 yanvar 2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 əvvəlcədən danışıb razılaşdığı İran vətəndaşı Həsən adlı şəxsin ona göndərdiyi içərisində narkotik vasitə olan bağlama şəklində heroini götürməyə birlikdə getməyini xahiş etmiş və onun xahişi ilə qeyd olunan ünvana, yəni ünvan 8ındakı tullantı qutularının yanına yaxınlaşdıqlarını və bundan sonra Təqsirləndirilən şəxs1 həmin tullantı qutularının yanına gedərək qara rəngli sellofana üzəri skoçla bağlanmış bağlamanı götürüb birlikdə geriyə qayıdarkən Yasamal rayonu. Ə.Haqverdiyev küçəsi 1 ünvanının qarşısında saat 02 radələrində mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılıb 27-ci PB-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və sonuncunun üzərindən qanunla qadağa olunmuş hər hansı bir əşya və predmet aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/194 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər № 168” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs1" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada olan bir ədəd bağlamada təmiz çəkisi 3105,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narktoik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-l) daxildir. Qeyd: heroinin təmiz çəkisi-3105,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-3104,95 qram. Ekspertiza tədqiqatının dəyəri 65(altmış beş) manat Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Rəhman oğlunun üzərinə şəxsi axtarış və götürmə əks etdirən videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əlində saxladığı bir ədəd qara rəngli selofanda üzəri skoçla bağlanmış bağlamada “kokos” deyilən narkotik maddə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, üzərindən hər hansı bir qanunla qadağa olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamanın içərisindəki maddənin nədən ibarət olduğu soruşulmuş, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun təqdim etdiyi bağlamanın içərisində olan maddə “kokos” deyilən narkotik vasitədir, həmin narkotik maddəni təxminən 10 gündür ki, “İnstaqram” sosial şəbəkəsində tanış olduğu və “Vhatsap” nömrəsini əldə etdiyi “Həsən" adlı İİR-nın vətəndaşı olan şəxsdən 1100 (min yüz) manat nağd olaraq sonuncunun kart hesabına "Emanat" ödəmə terminalı vasitəsi ilə 12.01,2023-cü il tarixdə saat 01:25 dəqiqədə ödəyərək Həsən adlı İİR-nın vətəndaşı "Whatsap" vasitəsi ilə göndərmiş olduğu məkandan yəni Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 1 ünvanında yerləşən “Əfsanə" kafesinin arxasındakı tullantı qutularının yanından təxminən 3 kq 500 qram narkotik vasitə olan heroini həmin yerdən götürmüşdür. Belə ki, sosial şəbəkə vasitəsilə tanış olduğu üzdən tanımadığı “Həsən” adlı İİR-nın vətəndaşı ona narkotik maddəni hara qoyacağını internet vasitəsilə bildirmiş və sonuncunun qeyd etdiyi ünvanda narkotik maddəni şəxsi istifadəsi və yaxın tanışlarına hədiyyə verəcəyi üçün götürmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində iş üçün əhəmiyyət kəsb edən 1 ədəd qara rəngli “Samsung A 10” markalı mobil telefon götürülməklə üzərindən hər hansı bir əşya və predmet aşkar edilmədiyi baxış zamanı müşahidə olunur. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamaya baxış keçirilmiş və həmin bağlama təhqiqatçı tərəfindən açılmış və içərsində qəhvəyi rəngli maddə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs1 aşkar edilmiş bağlama qablaşdırılaraq möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan diskə baxış keçirilməsi barədəxx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə əks etdirən videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıq dostu olan çoxdan tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə 12 yanvar 2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 əvvəlcədən danışıb razılaşdığı İİR vətəndaşı Həsən adlı şəxsin ona göndərdiyi içərisində narkotik vasitə olan bağlama şəkilində heroini götürməyə birlikdə getməsini və Təqsirləndirilən şəxs1 xahişi ilə qeyd olunan ünvana yəni ünvan 9akı tullantı qutularının yanına yaınlaşdıqlarını, Təqsirləndirilən şəxs1 həmin tullantı qutularının yanına gedərək qara rəngli selofana üzəri skoçla bağlanmış bağlamanı götürüb birlikdə geriyə qayıdarkən Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 1 ünvanının qarşısında saat 02 radələrində mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılmış və 27-ci PB-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və sonuncunun üzərindən qanunla qadağa olunmuş hər hansı bir əşya və predmet aşkar olunmadığı müşahidə olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində iş üçün əhəmiyyət kəsb edən 1 ədəd gara rəngli “İphone 6 S” markalı mobil telefon götürülməklə üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(004)-26/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-45/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-46/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone 6S” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun Whatsap sosial mesencer bölümünə daxil olduqda müxtəlif nömrələrlə mesajlaşmaların olduğu müəyyən olunmuşdur. Xasan adı ilə qeyd olunmuş +98 919 *** **** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş şəxsdən gələn və gedən səsli və yazılı mesajlar olması, həmin şəxslə mesaj bölümünə daxil olduqda Xasan adı ilə qeyd olunmuş şəxsin İran vətəndaşı olduğu müəyyən edilmişdir. Belə ki, həmin səsli mesajlarda gözləyirəm “ elnur dursun görüm o nə qədər istəyir dərmanda lazım olacaq ” səsli mesajı, daha sonra isə “ Həsən 30 dənə ot lazım olacaq, 4 dənə nağdı torpaq olacaq, otda lazımdı, M 40 lazımdı birdə torpaq lazımdı ” , “ saydıqlarımı əlavə elə artımda olacaq Həsən, bu dəqə mən dediklərimi bağlatdırma, 30 dənə ot, 1 list M40, 4 dənə kola nağdıdı, kola artacaq birdə qardaşıva daş payı nə qədər verəcəksənsə onuda verərəsən ”, “ Həsən 1 list M40, dört dənə torpaq, dötr dənə patı”, “ Baba mən neyniyim əlbəəl verim, gündə camat 3 kilo 4 kilo mal götürüre ordan ” səsli mesajlar olması müəyyən edilmişdir. Bundan sonra həmin proqramda “ Elnur Məhlə ” adı ilə qeyd olunmuş +994 55 *** ** ** saylı mobil nömrəyə daxil olduqda səsli mesajlar olduğu müəyyən edilmişdir. Həmin səsli mesajlara daxil olduqda “ ona dedən malı yaxşı olsa deyək bidənədə 50 atsın. O Çağayevə gedəvək ” səsləri olması müəyyən edilmişdir. Bundan başqa orada şəkillər və narkotik vasitələrin qoyulduğu yerlərin işarələrlə göstərilməsi müəyyən edilmişdir. Həmin şəkillər protokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun şəkil bölümünə daxil olduqda orada tərəzi üzərində müxətli narkotik vasitə heroinin, marixuananın, psixotrop maddə olan metamfetaminin şəkilləri olması müəyyən edilmişdir. Mesaj bölümünə daxil olduqda “eşən QAQA” adlı şəxsdən “versən 3 q götürüm ” mesajın olması müəyyən edilmişdir. Bundan sonra “Whatsap ” sosial mesencer bölümünə daxil olduqda müəyyən nömrələrlə mesajlaşmaların olduğu, “həssən” adı ilə qeyd olunmuş şəxslə mesaj bölümünə daxil olduqda həmin şəxsin iran vətəndaşı olması müəyyən edilmişdir. Həmin şəxslə mesajlaşma zamanı orada narktoik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə mesajlar olması müəyyən edilmişdir. Belə ki, “götüerdüm qerdes 3 dene”, daha sonra + 994 70 *** ** ** saylı mobil nömrənin sahibinin ondan narkotik vasitə almaq istəyi müəyyən edilmişdir. Həmin nömrənin sahibi narkotik vasitə istədiyini və beş dəqə sonra traplində olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 isə ona iranlı Həsənənin səsini ataraq “Allah xeyrini versin ılivi atacağsan malıvı götürəcəksən” , “Muxtar Cin” adı ilə qeyd olunmuş +994 55 *** ** ** saylı mobil nömrəsinə “qaqa pulu indi atmışam malı gözdüyürəm gəl zibilliyin yanına tez gəl ” , bundan sonra “Elvin asl dost” a mesaj yazaraq “diyan musiqi məktəbin qabağında çatsınlar gələm düzəldib ”, “Rəhman YSK” adı ilə qeyd olunmuş şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir Bundan başqa “Tural Qaqaş” adlı şəxslə də narkotik alması müəyən edilmişdir. Belə ki, “elnur bir nəfər var yaşamalda ver gedim ora yoxsa gözləyim səni? 2 dənə lazımdı mənə. Gec olacaqsa səndə gedim”, “ola bilər 3 ya 4 olsun yaxşı eliyirsən” “hə qaqa uje uşaqlar yoldadılar, götürməyə gediblər”. Bundan başqa “Coni qaqaşı” adlı şəxsdən “Baxma sən özündə bir iki adama versən mayasın çıxardacaqsan aslana zada versən bəs edir” mesajları aşkar edilmişdir. Mobil telefonda olan şəkillər İphone markalı telefonla çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Hüseynov Təqsirləndirilən şəxs2 Sara Oqtay qızı ilə rəsmi nikahda olmaqla həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 adlı bir azyaşlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Masallı rayon İcra Hakimiyyəti Başçısının Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə şahidlər Şahid3, Şahid2 və Şahid1 aralarında üzləşdirmə istintaq hərəkəti keçrilmiş, üzləşdirmə zamanı sonuncular təqsilrəndirilən şəxslərin yalan dediklərini, məsuliyyətdən boyun qaçırmaq üçün həqiqətə uyğun olmayan ifadə verdikərini üzlərinə qarşı bildirmişlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2712 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2713 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X9 tərəfindən toplanmış 79-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq döyülməsi faktı əsasında toplanmış materialda hər hansı şəxsin əməlində cinayət hadisəsinin əlamətləri olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolllarını nəzərə alıb, barələrində təqsirli bilindikləri cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan, xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, yaşadığı ərazi üzrə müsbət xarkerizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Yasamal RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli “Samsung A 10” markalı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone 6S” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3104,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza xərci təşkil edən 65(altmış beş) manat müştərək qaydada alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza xərci təşkil edən 65(altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli “Samsung A 10” markalı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone 6S” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3104,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edisin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar