Məhkəmə qərarları › İş №1(101)-356/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-356/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-356/2025 22.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X18 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X7 və X8, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hal-hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1, 193-1.2.3 və 313-cü maddələri ilə, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 5-ci inzibati binada qeydiyyatda olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 09 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hal-hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1, 193-1.2.3 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərinə etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayaraq pul vəsaitini vahid niyyətlə leqallaşdırmış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa və informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2, ayrı-ayrı dövlət müəssisələrinin vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2018-2019-cu il tarixlərdə özlərinə etibar edilmiş dövlət əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə mənimsəmək məqsədilə cinayətdən xəbərsiz ayrı-ayrı fiziki şəxslərin adlarına mal-materialın alınması və xidmətlərin göstərilməsi üçün yaradılmış, eləcə də görülən işlərə uyğun olaraq işçi qüvvəsi, maddi bazası, faktiki fəaliyyəti olmayan təsisçi, rəhbər və imza hüququnun özünə məxsus olduğu, o cümlədən, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 3 və fəaliyyət sahəsi ixtisaslaşdırılmamış topdansatış olan "xxxx" MMC, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, keçid 1594 və fəaliyyət sahəsi ixtisaslaşdırılmamış topdansatış olan "xxxx" MMC, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 5əsi ixtisaslaşdırılmamış topdansatış olan "xxxx" MMC, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖENlə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 6mış topdansatış olan “VPİEZE-LM" MMC və eyni məqsədlə əlavə 128 MMC olmaqla cinayətdən xəbərsiz formal təsisçiləri tərəfindən verilmiş etibarnamə və daxili əmrlərlə ümumilikdə faktiki fəaliyyəti olmayan 132 MMC-yə rəhbərliyi həyata keçirərək, eləcə də, mal-materialın alınması və xidmətlərin göstərilməsi üçün yaradılmış, görülən işlərə uyğun olaraq işçi qüvvəsi, maddi bazası, faktiki fəaliyyəti olmayan təsisçi, rəhbər və imza hüququnun qabaqcadan əldbir olduğu Təqsirləndirilən şəxs2 məxsus olduğu xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı idarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 7lmamış mağazalarda sair məhsulların pərakəndə satışı olan "xxxx" MMC və eyni məqsədlə əlavə 94 MMC olmaqla cinayətdən xəbərsiz formal təsisçiləri tərəfindən verilmiş etibarnamə və daxili əmrlərlə ümumilikdə faktiki fəaliyyəti olmayan 95 MMC-yə rəhbərliyi həyata keçirərək əldə etdikləri imza hüquqları əsasında əvvəlcədən razılaşdıqları cinayətkar niyyətə uyğun olaraq 2019-cu il ərzində dövlət orqanı tərəfindən ehtimal qiymətini orta bazar qiymətindən artıq qiymətə göstərməklə keçirilmiş tenderin, kortirovka sorğularının qalibi olaraq guya xidmətlərin göstərilməsi, malların alınması və digər işlərin yerinə yetirilməsi barədə həmin ərəfədə Bakı şəhəri ərazisində məzmununa bilə-bilə yalan məlumatlar vahid tamah niyyətlə daxil edilərək özü, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, cinayət qanununun müddəasına görə barələrində cinayət təqibinə xitam verilmiş dövlət orqanının vəzifəli şəxsləri və qeyriləri, eləcə də cinayətdən xəbərsiz digər şəxslər tərəfindən imzalanıb dövlət orqanları və MMC-lərin möhürü ilə təsdiqlənərək müqavilələr bağlanılmaqla dövlət müəssisələri tərəfindən verilmiş ödəniş tapşırıqları əsasında hesablarına köçmüş pul vəsaitlərini qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində həmin cəmiyyətlərin banklarda olan hesablarından nağdlaşdıraraq əvvəlcədən razılaşdıqları xidmətlərin göstərilməsi, malların alınması və digər işlərin yerinə yetirilməsinin orta bazar qiymətindən artıq göstərilməsi hissəsində əldə edilmiş pul vəsaitini cinayət qanununun müddəasına görə barələrində cinayət təqibinə xitam verilmiş qabaqcadan əlbir olduqları vəzifəli şəxslərlə aralarında bölüb öz şəxsi məqsədlərinə xərcləyərək, həmçinin öz qulluq mövqeyindən istifadə etməklə pul vəsaitinin cinayət yolu ilə əldə olunduğunu bilə-bilə onun həqiqi mənbəyini gizlətmək, cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə olunmuş əmlakdan, yəni pul vəsaitindən istifadə edərək pulun təyinatının guya ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı olması barədə yalan məlumatları qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində vahid niyyətlə daxil edib özlərinin faktiki rəhbərlik etdiyi şirkətlər arasında və xarici ölkələrə maliyyə əməliyyatları həyata keçirməklə o cümlədən, qabaqcadan əlbir olduğu barəsində cinayət qanununun müddəasına görə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Bakı X2nin baş məsləhətçisi Şahid4, eləcə də, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə "Azərbaycan Muitikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda Beynəlxalq Qış Məktəbinin layihəsinin təşkili ilə əlaqədar mallar və görülmüş xidmətlərin orta bazar qiyməti 9.300 manat olduğu halda cinayətkar niyyətə uyğun olaraq talama məqsədilə həmin mal-materialın və göstəriləcək xidmətin qiymətini 10.500 manat artıq göstərməklə həmin pul vəsaitini nağdlaşdıraraq öz aralarında bölünməsi hissəsində razılaşıb Bakı şəhəri ərazisində xx.xx.2019-cu il tarixdə özünün faktiki rəhbərlik etdiyi və kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının xx.xx.2019-cu il tarixli yekun protokolunda tender qalibi olaraq seçilmiş "xxxx" MMC ilə vahid tamah niyyətilə məzmununa mal-materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilərək Bakı X2nin vəzifəli şəxsləri və özü tərəfindən imzalanıb Bakı X2 və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənərək xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olub SONİFO” MMC tərəfindən təqdim edilən məzmununa mal-materialın alınması və xidmətlərin göstərilməsi barədə biləbilə yalan məlumatlar daxil edilmiş EAAR seriyalı, 285506 nömrəli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixdə özünün rəhbərlik etdiyi fəaliyyətsiz şirkəti olan "SONİFO” MMC-nin "xxxx" ASC-nin "Sənaye” filialında olan hesablaşma hesabına köçmüş 19.800 manat pul vəsaitini xx.xx.2019-cu il tarixdə həmin filialın kassasından özü tərəfindən 429251 nömrəli kassa məxaric çeki vasitəsilə nağdlaşdırmaqla, cinayət qanununun müddəasına görə barələrində cinayət təqibinə xitam verilmiş qabaqcadan əlbir olduğu Şahid4 tərəfindən vəsaitin 9.300 manat hissəsi malların alınmasına və xidmətlərin göstərilməsinə sərf edildikdən sonra qalan 10.500 (on mln beş yüz) manat pul vəsaitini vahid niyyətlə barəsində cinayət təqibinə xitam verilmiş sonuncu, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə aralarında bölməklə, eyni niyyətlə qabaqcadan əlbir olduğu barəsində cinayət qanununun müddəasına görə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun Texniki və Təsərrüfat Şöbəsinin rəisi Şahid2, eləcə də, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə topoqrafiya və istinad məlumatlarının toplanmasının yerinə yetirilməsi ilə əlaqədar mallar və görülmüş xidmətlərin orta bazar qiyməti 2.446 manat olduğu halda cinayətkar niyyətə uyğun olaraq talama məqsədilə həmin mal-materialın və göstəriləcək xidmətin qiymətini 9.783 manat artıq göstərməklə həmin pul vəsaitini nağdlaşdıraraq öz aralarında bölünməsi hissəsində razılaşıb Bakı şəhərində məzmununa mal-materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatları vahid niyyəltə daxil edilərək Bakı Dövlət Layihə İnstitutunun vəzifəli şəxsləri və özü tərəfindən imzalanıb Bakı Dövlət Layihə İnstitutunun, "xxxx" MMC və “BEHRUD İNŞAAT" MMC-nin möhürləri ilə təsdiqlənərək vahid niyyətlə 28 mart 2019-cu il tarixli “FORMEQSTAR" MMC ilə alqı-satqı müqaviləsinin və 17 aprel 2019-cu il tarixli "xxxx" MMC ilə podrat müqaviləsinin bağlanmasına nail olub "xxxx" MMC tərəfindən verilmiş məzmununa mal-materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş EAAT seriyalı, 415162 nömrəli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixdə “xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ofis mebeli təyinatı ilə” özünün rəhbərlik etdiyi "xxxx" MMC-nin "xxxx" ASC-nin “Proqres” filialında olan hesablaşma hesabına köçmüş 2.229 manat pul vəsaitini xx.xx.2019-cu il tarixdə həmin filialın kassasından özü tərəfindən 436152 nömrəli kassa məxaric çeki vasitəsilə nağdlaşdırmaqla, həmçinin "xxxx" MMC tərəfindən verilmiş məzmununa mal- materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş EAAT seriyalı, 763923 nömrəli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixdə “E qaima EAAT 763923 xx/xx/2019, Topoqrafiya va istinad məlumatlar" əməliyyatlar təyinatı ilə özünün rəhbərlik etdiyi "xxxx" MMC-nin "xxxx" ASCnin “Proqres" filialında olan hesablaşma hesabına köçmüş 10.000 manat pul vəsaitini həmin tarixdə cinayətdən xəbərsiz X6 rəhbəri olduğu "xxxx" və “KOSTA-R.S" MMC-nin hər birinin hesabına 5.000 manat köçürməklə həmin pul vəsaitlərini xx.xx.2019-cu il tarixdə "xxxx" və "xxxx" MMC-nin Muğanbank” ASC-nin “Proqres” filialında olan hesablaşma hesabından 440951 nömrəli xəzinə məxaric çeki vasitəsilə nağdlaşdırılıb əldə etməsinə nail olduqdan sonra cinayət qanununun müddəasına görə barələrində cinayət təqibinə xitam verilmiş qabaqcadan əlbir olduğu Şahid2 tərəfindən ümumilikdə köçürülmüş 12.229 manat pul vəsaitinin 2.446 manat hissəsi malların alınması və xidmətlərin göstərilməsinə sərf edildikdən sonra qalan 9.783 (doqquz min yeddi yüz səksən üçün manat) pul vəsaitini vahid niyyətlə cinayət qanununun müddəasına görə barəsində cinayət təqibinə xitam verilmiş sonuncu, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə aralarında bölməklə, eyni niyyətlə qabaqcadan əlbir olduğu barəsində cinayət qanununun müddəasına görə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş “X16 Şəbəkəsi” MMC-nin direktoru Şahid3, eləcə də, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə müxtəlif elektrik avadanlıqlarının və sair malların alınması İlə əlaqədar mallar və görülmüş xidmətlərin orta bazar qiyməti 22.418 manat olduğu halda cinayətkar niyyətə uyğun olaraq talama məqsədilə həmin malmaterialın və göstəriləcək xidmətin qiymətini 8.000 manat artıq göstərməklə həmin pul vəsaitini nağdlaşdıraraq öz aralarında bölünməsi hissəsində razılaşıb Bakı şəhəri ərazisində xx.xx.2019-cu il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi fəaliyyətsiz şirkəti olan "xxxx" MMC-ilə vahid tamah niyyətilə məzmununa mal-materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilərək “X16 Şəbəkəsi” MMC-nin vəzifəli şəxsləri və özləri tərəfindən imzalanıb “X16 Şəbəkəsi” MMC-nin və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənərək xx.xx.2019-cu il tarixli 0315/18 saylı alqı-satqı müqaviləsinin bağlanmasına nail olub "xxxx" MMC tərəfindən təqdim edilmiş 04 iyul 2019-cu il tarixli 000391 nömrəli ödəniş tapşırığına əsasən Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi fəaliyyətsiz şirkəti olan "xxxx" MMC-nin "xxxx" ASCnin “Dostluq” filialında olan hesablaşma hesabına köçmüş 30.418 manat pul vəsaitini nağdiaşdırmaq üçün xx.xx.2019-cu il tarixdə özünün rəhbərlik etdiyi fəaliyyətsiz şirkəti olan "VPİEZE-LM” MMC-nin Bakı şəhəri ərazisində yerləşən "xxxx" ASC-nin “Azadlıq” filialında olan hesablaşma hesabına köçürdükdən sonra həmin tarixdə konvertasiya olunaraq Çin Xalq Respublikasında qeydiyyata alınaraq fəaliyyət göstərən “SHANDONG XİNDEFU İMP AND EXP CO.LTD” şirkətinə köçürülməklə, şəxsi vəsaitləri hesabına qabaqcadan əlbir olduğu Şahid3 təqdim edilmiş pul vəsatindən sonuncu tərəfindən vəsaitin 22.418 manat hissəsi malların alınmasına sərf edildikdən sonra qalan 8.000 (səkkiz min) manat pul vəsaitini vahid niyyətlə cinayət qanununun müddəasına görə barəsində cinayət təqibinə xitam verilmiş sonuncu, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə aralarında bölməklə, qeyd olunan dövlət müəssisələri tərəfindən adları göstərilən özünün və Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi fəaliyyətsiz şirkətlərə köçürülmüş ümumilikdə 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat pul vəsaitindən 34.164 (otuz dörd min bir yüz altmış dörd) manat məbləğində hissəsi təyinatı üzrə istifadə edilib barəsində cinayət qanununa görə barələrində cinayət təqibinə xitam verilmiş Şahid4 oglu, Şahid2, Şahid3, eləcə də qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan özlərinə etibar edilmiş dövlətə məxsus ümumilikdə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla talamış, qeyd olunan dövlət müəssisələri tərəfindən adları göstərilən özünün və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi fəaliyyətsiz şirkətlərə köçürülmüş ümumilikdə 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat pul vəsaitinin Təqsirləndirilən şəxs2 və qeyrıləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda xiyan vurmaqla mənimsədiyi pul vəsaitinin cinayət yolu ilə əldə olunduğunu bilə-bilə onun həqiqi mənbəyini gizlətmək, məsuliyyətdən yayınmaq məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə olunmuş əmlakdan, yəni pul vəsaitindən istifadə etməklə digər əqdlərin həyata keçirilməsi və köçürülməsini həyata keçirməklə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında leqallaşdırmış, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və qeyriləri, eləcə də, cinayət qanununun müddəasına görə barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid4, Şahid2 və Şahid3 ilə vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. İş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərinə etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayaraq pul vəsaitini vahid niyyəltə leqallaşdırmış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa və informasiya resuslarına bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1, ayrı-ayrı dövlət müəssisələrinin vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2018-2019-cu il tarixlərdə özlərinə etibar edilmiş dövlət əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə mənimsəmək məqsədilə cinayətdən xəbərsiz ayrı-ayrı fiziki şəxslərin adlarına mal-materialın alınması və xidmətlərin göstərilməsi üçün yaradılmış, eləcə də görülən işlərə uyğun olaraq işçi qüvvəsi, maddi bazası, faktiki fəaliyyəti olmayan təsisçi, rəhbər və imza hüququnun özünə məxsus olduğu, o cümlədən, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 7lmamış mağazalarda sair məhsulların pərakəndə satışı olan "xxxx" MMC və eyni məqsədlə əlavə 94 MMC olmaqla cinayətdən xəbərsiz formal təsisçiləri tərəfindən verilmiş etibarnamə və daxili əmrlərlə ümumilikdə faktiki fəaliyyəti olmayan 95 MMC-yə rəhbərliyi həyata keçirərək, eləcə də, mal-materialın alınması və xidmətlərin göstərilməsi üçün yaradılmış, görülən işlərə uyğun olaraq işçi qüvvəsi, maddi bazası, faktiki fəaliyyəti olmayan təsisçi, rəhbər və imza hüququnun qabaqcadan əldbir olduğu Təqsirləndirilən şəxs1 məxsus olduğu xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 8 və fəaliyyət sahəsi ixtisaslaşdırılmamış topdansatış olan "xxxx" MMC, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, keçid 1594 və fəaliyyət sahəsi ixtisaslaşdırılmamış topdansatış olan "xxxx" MMC, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 5əsi ixtisaslaşdırılmamış topdansatış olan “BEHRUD İNŞAAT MMC, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 6mış topdansatış olan "xxxx" MMC və və eyni məqsədlə əlavə 128 MMC olmaqla cinayətdən xəbərsiz formal təsisçiləri tərəfindən verilmiş etibarnamə və daxili əmrlərlə ümumilikdə faktiki fəaliyyəti olmayan 132 MMC-yə rəhbərliyi həyata keçirərək əldə etdikləri imza hüquqları əsasında əvvəlcədən razılaşdıqları cinayətkar niyyətə uyğun olaraq 2019-cu il ərzində dövlət orqanı tərəfindən ehtimal qiymətini orta bazar qiymətindən artıq qiymətə göstərməklə keçirilmiş tenderin, kortirovka sorğularının qalibi olaraq guya xidmətlərin göstərilməsi, malların alınması və digər işlərin yerinə yetirilməsi barədə həmin ərəfədə Bakı şəhəri ərazisində məzmununa bilə-bilə yalan məlumatlar vahid tamah niyyətlə daxil edilərək özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, cinayət qanununun müddəasına görə barələrində cinayət təqibinə xitam verilmiş dövlət orqanının vəzifəli şəxsləri və qeyriləri, eləcə də cinayətdən xəbərsiz digər şəxslər tərəfindən imzalanıb dövlət orqanları və MMC-lərin möhürü ilə təsdiqlənərək müqavilələr bağlanılmaqla dövlət müəssisələri tərəfindən verilmiş ödəniş tapşırıqları əsasında hesablarına köçmüş pul vəsaitlərini qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində həmin cəmiyyətlərin banklarda olan hesablarından nağdlaşdıraraq əvvəlcədən razılaşdıqları xidmətlərin göstərilməsi, malların alınması və digər işlərin yerinə yetirilməsinin orta bazar qiymətindən artıq göstərilməsi hissəsində əldə edilmiş pul vəsaitini cinayət qanununun müddəasına görə barələrində cinayət təqibinə xitam verilmiş qabaqcadan əibir olduqları vəzifəli şəxslərlə aralarında bölüb öz şəxsi məqsədlərinə xərcləyərək, həmçinin öz qulluq mövqeyindən istəfadə etməklə pul vəsaitinin cinayət yolu ilə əldə olunduğunu bilə-bilə onun həqiqi mənbəyini gizlətmək, cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə olunmuş əmlakdan, yəni pul vəsaitindən istifadə edərək pulun təyinatının guya ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı olması barədə yalan məlumatları qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində vahid niyyətlə daxil edib özlərinin faktiki rəhbərlik etdiyi şirkətlər arasında və xarici ölkələrə maliyyə əməliyyatları həyata keçirməklə, o cümlədən, qabaqcadan əlbir olduğu barəsində cinayət qanununun müddəasına görə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Bakı X2nin Layihələr Şöbəsinin baş məsləhətçisi Şahid4, eləcə də, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə “Azərbaycan Multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda Beynəlxalq Qış Məktəbinin layihəsinin təşkiii ilə əlaqədar mallar və görülmüş xidmətlərin orta bazar qiyməti 9.300 manat olduğu halda cinayətkar niyyətə uyğun olaraq talama məqsədilə həmin malmaterialın və göstəriləcək xidmətin qiymətini 10.500 manat artıq göstərməklə həmin pul vəsaitini nağdlaşdıraraq öz aralarında bölünməsi hissəsində razılaşıb Bakı şəhəri ərazisində xx.xx.2019-cu il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 faktiki rəhbərlik etdiyi və kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının xx.xx.2019-cu il tarixli yekun protokolunda tender qalibi olaraq seçilmiş "xxxx" MMC ilə vahid tamah niyyətilə məzmununa mal-materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilərək Bakı X2nin vəzifəli şəxsləri və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən imzalanıb Bakı X2 və "SONİFO” MMC-nin möhürü ilə təsdiqlənərək xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olub "xxxx" MMC tərəfindən təqdim edilən məzmununa mal-materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş EAÄR seriyalı, 285506 nömrəli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 faktiki rəhbərlik etdiyi fəaliyyətsiz şirkəti olan "xxxx" MMC-nin "xxxx" ASC-nin “Sənaye” filialında olan hesablaşma hesabına köçmüş 19.800 manat pul vəsaitini xx.xx.2019-cu il tarixdə həmin filialın kassasından qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən tərəfindən 429251 nömrəli kassa məxaric çeki vasitəsilə nağdlaşdırmaqla, cinayət qanununun müddəasına görə barəsində cinayət təqibinə xitam verilmiş qabaqcadan əlbir olduğu Şahid4 tərəfindən vəsaitin 9.300 manat hissəsi malların alınmasına və xidmətlərin göstərilməsinə sərf edildikdən sonra qalan 10.500 (on min beş yüz) manat pul vəsaitini vahid niyyətlə barəsində cinayət təqibinə xitam verilmiş sonuncu, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə aralarında bölməklə, eyni niyyətlə qabaqcadan əlbir olduğu barəsində cinayət qanununun müddəasına görə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun Texniki və Təsərrüfat Şöbəsinin rəisi Şahid2, eləcə də, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə topoqrafiya və istinad məlumatlarının toplanmasının yerinə yetirilməsi ilə əlaqədar mallar və görülmüş xidmətlərin orta bazar qiyməti 2.446 manat olduğu halda cinayətkar niyyətə uyğun olaraq talama məqsədilə həmin mal-materialın və göstəriləcək xidmətin qiymətini 9.783 manat artıq göstərməklə həmin pul vəsaitini nağdlaşdıraraq öz aralarında bölünməsi hissəsində razılaşıb Bakı şəhərində məzmununa mal-materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edilərək Bakı Dövlət Layihə institutunun vəzifəli şəxsləri və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən imzalanıb Bakı Dövlət Layihə İnstitutunun, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 faktiki rəhbərlik etdiyi "xxxx" MMC və “BEHRUD İNŞAAT" MMC-nin möhürləri ilə təsdiqlənərək vahid niyyətlə 28 mart 2019-cu il tarixli "xxxx" MMC ilə alqısatqı müqaviləsinin və 17 aprel 2019-cu il tarixli "xxxx" MMC ilə podrat müqaviləsinin bağlanmasına nail olub "xxxx" MMC tərəfindən verilmiş məzmununa mal-materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş EAAT seriyalı, 415162 nömrəli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixdə “xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ofis mebeli təyinatı ilə” Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi "xxxx" MMC-nin "xxxx" ASC-nin “Proqres" filialında olan hesablaşma hesabına köçmüş 2.229 manat pul vəsaitini xx.xx.2019-cu il tarixdə həmin filialın kassasından Təqsirləndirilən şəxs1 tərəfindən 436152 nömrəli kassa məxaric çeki vasitəsilə nağdlaşdırmaqla, həmçinin "xxxx" MMC tərəfindən verilmiş məzmununa mal- materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş EAAT seriyalı, 763923 nömrəli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixdə “E qaima EAAT 763923 xx/xx/2019, Topoqrafiya va istinad məlumatlar” əməliyyatlar təyinatı ilə özünün rəhbərlik etdiyi "xxxx" MMC-nin "Muğanbank” ASC-nin “Proqres” filialında olan hesablaşma hesabına köçmüş 10.000 manat pul vəsaitini həmin tarixdə cinayətdən xəbərsiz X6 rəhbəri olduğu “MAQİÇAL-LM" və "xxxx" MMC-nin hər birinin hesabına 5.000 manat köçürməklə həmin pul vəsaitlərini xx.xx.2019-cu il tarixdə "xxxx" və "xxxx" MMC-nin “Muğanbank" ASC-nin “Proqres” filialında olan hesablaşma hesabından 440951 nömrəli xəzinə məxaric çeki vasitəsilə nağdlaşdırılıb əldə etməsinə nail olduqdan sonra cinayət qanununun müddəasına görə barəsində cinayət təqibinə xitam verilmiş qabaqcadan əlbir olduğu Şahid2 tərəfindən ümumilikdə köçürülmüş 12.229 manat pul vəsaitinin 2.446 manat hissəsi malların alınması və xidmətlərin göstərilməsinə sərf edildikdən sonra qalan 9.783 (doqquz min yeddi yüz səksən üç) manat pul vəsaitini vahid niyyətlə cinayət qanununun müddəasına görə barəsində cinayət təqibinə xitam verilmiş sonuncu, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə aralarında bölməklə, eyni niyyətlə qabaqcadan əlbir olduğu barəsində cinayət qanununun müddəasına görə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş “X16 Şəbəkəsi" MMC-nin direktoru Şahid3, eləcə də, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə müxtəlif elektrik avadanlıqlarının və sair malların alınması ilə əlaqədar mallar və görülmüş xidmətlərin orta bazar qiyməti 22.418 manat olduğu halda cinayətkar niyyətə uyğun olaraq talama məqsədilə həmin mal-materialın və göstəriləcək xidmətin qiymətini 8.000 manat artıq göstərməklə həmin pul vəsaitini nağdlaşdıraraq öz aralarında bölünməsi hissəsində razılaşıb Bakı şəhəri ərazisində xx.xx.2019-cu il tarixdə özünün faktiki rəhbərlik etdiyi fəaliyyətsiz şirkəti olan "xxxx" MMCilə vahid tamah niyyətilə məzmununa mal-materialın alınması və xidmətlərin göstərilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilərək “X16 Şəbəkəsi" MMC-nin vəzifəli şəxsləri və özləri tərəfindən imzalanıb “X16 Şəbəkəsi” MMC-nin və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənərək xx.xx.2019-cu il tarixli 0315/18 saylı alqı-satqı müqaviləsinin bağlanmasına nail olub "xxxx" MMC tərəfindən təqdim edilmiş 04 iyul 2019-cu il tarixli 000391 nömrəli ödəniş tapşırığına əsasən özünün rəhbərlik etdiyi fəaliyyətsiz şirkəti olan “ARİENTO" MMC-nin “Muğanbank" ASC-nin “Dostluq” filialında olan hesablaşma hesabına köçmüş 30.418 manat pul vəsaitini nağdlaşdırmaq üçün xx.xx.2019-cu il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi fəaliyyətsiz şirkəti olan "xxxx" MMC-nin Bakı şəhəri ərazisində yerləşən “Müğanbank" ASC-nin “Azadlıq” filialında olan hesablaşma hesabına köçürdükdən sonra həmin tarixdə konvertasiya olunaraq Çin Xalq Respublikasında qeydiyyata alınaraq fəaliyyət göstərən “SHANDONG XİNDEFU İMP AND EXP CO.LTD" şirkətinə köçürülməklə, şəxsi vəsaitləri hesabına qabaqcadan əlbir olduğu Şahid3 təqdim edilmiş pul vəsatindən sonuncu tərəfindən vəsaitin 22.418 manat hissəsi malların alınmasına sərf edildikdən sonra qalan 8.000 (səkkiz min) manat pul vəsaitini vahid niyyətlə cinayət qanununun müddəasına görə barəsində cinayət təqibinə xitam verilmiş sonuncu, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə aralarında bölməklə, qeyd olunan dövlət müəssisələri tərəfindən adları göstərilən özünün və Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi fəaliyyətsiz şirkətlərə köçürülmüş ümumilikdə 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat pul vəsaitindən 34.164 (otuz dörd min bir yüz altmış dörd) manat məbləğində hissəsi təyinatı üzrə istifadə edilib barələrində cinayət qanununun müddəasına görə cinayət təqibinə xitam verilmiş Şahid4, Şahid2, Şahid3, eləcə də qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan özlərinə etibar edilmiş dövlətə məxsus ümumilikdə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla talamış, qeyd olunan dövlət müəssisələri tərəfindən adları göstərilən özünün və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi fəaliyyətsiz şirkətlərə köçürülmüş ümumilikdə 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat pul vəsaitindən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda xiyan vurmaqla mənimsədiyi pul vəsaitinin cinayət yolu ilə əldə olunduğunu bilə-bilə onun həqiqi mənbəyini gizlətmək, cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə olunmuş əmlakdan, yəni pul vəsaitindən istifadə etməklə digər əqdlərin həyata keçirilməsi və köçürülməsini həyata keçirməklə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında leqallaşdırmış, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və qeyriləri, eləcə də, cinayət qanununun müddəasına görə barələrində cinayət təqibinə xitam verilmiş Şahid4, Şahid2 və Şahid3 ilə vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-büə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1, 193-1.2.3 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü yalnız vergidən yayınma ilə bağlı təqsirli bildi və ifadəsində göstərdi ki, Emil iş adamı kimi tanıdığı bir şəxsdir. Onun “Galaktika”, “Kartal”, “Bonus S” adlı alqı-satqı şirkətləri olmuşdur. İşləri də qaydasında getmiş, real fəaliyyət göstərmişlər. İşini qaydasız apara bilmədiyinə görə də, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə təqsirli bilinmişdir. O, mənimsəmə ilə bağlı özünü təqsirli bilmir. İbtidai istintaqda yazılan ifadələri düzgün deyildir. Əgər o, malları göndərməsə, pulları hesabına oturmazmış. Tikinti materialları ilə bağlı malları yollamış, pullarını almışdır. "xxxx" MMC, "xxxx" MMC şirkəti ilə bağlı irəli sürülmüş ittihamları xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, o, Korrupsiya İdarəsində də öz ifadəsini vermişdir, hətta izahatı da var imiş. İfadə verən zaman ona suallar verilmiş, amma razılaşmamışdır, dövlət əmlakının mənimsənilməsi kimi bir hal baş verməmişdir. Bu ittihamla razılaşmama səbəbini də onlara izah etmişdir. O, malları göndərdiyi üçün göndərilən pullar da hesabına gəlmişdir. Göndərilən pulun məbləğini dəqiq xatırlamır. Sadalanan şirkətlər ona məxsus imiş, şirkətlərin gəlirlərinə daim nəzarət etmiş, hesabat çıxarışını əldə edib yoxlamışdır. Bakı X2nə 2018-ci ildə müqavilə əsasında avadanlıqlar vermişdir. Hansı avadanlıqların verildiyini dəqiq xatırlamır. Qeyd olunan şəxslərlə istintaq dövründə heç bir əlaqəsi, üzləşdirilmə olmamışdır. Korrupsiya İdarəsində şirkətlərində olan əməliyyatlarla bağlı suallar verilmişdir, o da cavab vermiş, amma heç bir sənəd təqdim etməmişdir. İbtidai istintaq dövründə ifadə verən zaman müdafiəçisi olmamışdır, tək olmuşdur. "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC mal aldığı firmalar imiş, o, orada rəhbər, qanuni təmsilçi olmuşdur, təsisçi olmamışdır. Həmin firmalar başqa şəxslər tərəfindən işlədilə bilmədiyi üçün notarial qaydada o almışdır, aldığı gündən cavabdehliyi öz üzərinə götürmüş, bütün əməliyyatları da öz imzası ilə həyata keçirmişdir. Hətta banklar da təsdiq etmişdir. İmza şəxsən özünə məxsus olmuşdur. Şirkətlər tikinti materiallarının alqı-satqısı ilə məşğul olmuşdur. Müqavilə əsasında, bank ödənişi vasitəsilə satış əməliyyatlarını həyata keçirmişdir. O, malı göndərdikdən sonra ödənişi almışdır, müqaviləsiz heç bir əməliyyatı olmamışdır. O, malların real dəyərindən artıq gəlir əldə etməmişdir. Bütün satış əməliyyatlarını müqavilə əsasında həyata keçirmişdir. Banklar da sonradan həmin müqavilələri ondan tələb etmişdir. O, tikinti materiallarını açıq bazardan, xarici bazardan, məsələn Rusiyadan əldə etmişdir. Əsasən, taxta materialları idxal etmişdir, buna dair sənədləri də mövcud olmuşdur. "xxxx" MMC-də 2018-2019-cu illərdə rəhbər olmuşdur. Digər şirkətlərdə də həmin dövrlərdə rəhbər olmuşdur, 2019-cu ilin sonuna qədər rəhbərliyi həyata keçirmişdir. Satış əməliyyatları apardığı şirkətlərlə Təqsirləndirilən şəxs2 əlaqəsi yox imiş, sadəcə bəzi malların satışında iştirak etmişdir. Emil iş adamı kimi tanıdığı şəxs olmuşdur. "xxxx" MMCnin təsisçisi və direktoru özü olmuşdur. "xxxx" MMC-nin "xxxx" ASC-nin “Dostluq” filialında olan hesablaşma hesabı var imiş. Şahid2 xatırlamır. O, başqa şəxslə birgə işləmişdir, hadisənin üzərindən 06 il müddət keçdiyi üçün həmin şəxsin adını xatırlamır. Birgə işlədiyi şəxslərlə tikinti materialların alış-satışını həyata keçirmişdir. Bu tikinti materiallarının içərisində dəmirdən və taxtadan olanlar da var imiş. O, etibarnamə əsasında şirkəti almışdır. Beləliklə, bütün məsuliyyət onun öhdəliyində olmuşdur. Onun arxasında heç kim dayanmamışdır. 20 il müddətində özü fərdi qaydada bu işlə məşğul olmuşdur. 05 şirkəti etibarnamə yolu ilə almışdır, həmin şirkətlərdə alqı-satqı işləri məşğul olmuşdur. Aldığı “Asan” imza sayəsində tikinti materialları ilə bağlı işləri həyata keçirmişdir. Hansı məbləğdə iş həyata keçirdiyini xatırlamır, hadisənin üzərindən uzun müddət keçmişdir. 05 şirkət üçün Qəşəmə 300 manat pul vermişdir. Bundan sonra da aralarındakı məsələ sonlanmışdır. Qəşəmin bu işdə heç bir məsuliyyəti yoxdur, cavabdeh o olmuşdur. Sahibkar özü imiş, ondan başqa heç kim bu işdə olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 3 və fəaliyyət sahəsi ixtisaslaşdırılmamış topdansatış kimi göstərilmiş, "xxxx" MMC xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, keçid 1594 və fəaliyyət sahəsi ixtisaslaşdırılmamış topdansatış kimi göstərilmiş, "BEHRUD İNŞAAT” MMC xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 5əsi ixtisaslaşdırılmamış topdansatış kimi göstərilmiş və "xxxx" MMC isə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 6mış topdansatış kimi göstərilmişdir. Həmin şirkətləri yaratmaqda məqsədi əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə dövlət müəssisəsinin vəzifəli şəxsləri ilə birlikdə dövlət büdcəsindən həmin dövlət müəssisələrinə ayrılmış pulları onlarla birlikdə fəaliyyətsiz şirkətləri ilə saxta müqavilələr imzalamaqla mənimsəmək və daha sonra həmin pulları leqallaşdırmaqla gəlir əldə etmək olmuşdur. Həmin şirkətlərdən "xxxx" MMC və "xxxx" MMC-ni taksi sürücüsü kimi tanıdığı Şahid1 adına təsis etmiş, belə ki, Şahid1 aldadaraq adına çoxsaylı şirkətlər olduğu üçün həmin şirkətlərin onun adına açılmasını təklif edib, daha sonra notariat ofisində həmin şirkətlərlə bağlı bütün maliyyə əməliyyatları üzrə etibarnamə almış, buna görə də, Şahid1 xatırladığı qədəriylə 300 manat pul vermişdir. Həmçinin "xxxx" MMC-nin təsisçisi kimi X20 və "xxxx" MMC-nin təsisçisi kimi də X4 adları qeydiyyata alınsa da, şirkətlər təsis edildikdən qısa müddət sonra şirkətlərin daxili əmrləri ilə özünü direktor təyin etmiş, həmin şəxslərdən aldığı etibarnamələr əsasında bütün maliyyə əməliyyatlarını özü icra etmiş, həmin şəxslərin şirkətlərin fəaliyyətindən məlumatları olmamış və şirkətlərin qanunsuz fəaliyyətlərindən həmin şəxslərin qazancları olmamışdır. Həmin məqsədlə 2019-cu ilin fevral ayında Bakı X2ndə Beynəlxalq Qış Məktəbinin layihəsinin təşkili ilə əlaqədar şirkətlərlə əlaqə yaratdıqlarını eşidib Təqsirləndirilən şəxs2la birlikdə həmin ay ərzində Bakı şəhəri ərazisində Bakı X2nin əməkdaşı Şahid4 ilə görüşüb ona həmin layihə üçün ayrılmış pulları onlara məxsus saxta MMC-lərə köçürməsini, bunun üçün də onların şirkətləri ilə müqavilələrin məzmununa yalandan şişirdilmiş məbləğlərdə işlərin görülməsini göstərmələrini və daha sonra hesaba köçəcək pulu heç bir iş görmədən şirkətləri arasında saxta maliyyə köçürmələri edərək nağdlaşdıraraq bankdan çıxaracaqlarını, həmin pulun bir hissəsini Şahid4 görüləcək işlər üçün verməyi və qalan pulları Təqsirləndirilən şəxs2la leqallaşdırmaqla öz aralarında bölüb qazanc əldə etməyi təklif etmiş və onunla razılılıq əldə etmişlər. Həmin Mərkəzin nəzərdə tutulmuş işlərinin görülməsi üçün 9.300 manat pul lazım olduğu halda razılıqlarına əsasən ona məxsus "xxxx" MMC ilə 19.800 manat dəyərində işlərin görüləcəyinə dair müqavilə imzalanmış, onun tərəfindən verilmiş EAAR seriyalı, 285506 nömrəli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixdə onun rəhbərlik etdiyi fəaliyyətsiz şirkəti olan "xxxx" MMC-nin "Muğanbank” ASC-nin "Sənaye" filialında olan hesabına Bakı X2 tərəfindən köçürülmüş 19.800 manat pul vəsaitini xx.xx.2019-cu il tarixdə həmin filialın kassasından məxaric çeki vasitəsilə nağdlaşdıraraq çıxarmışdır. Mərkəzə ayrılmış pul vəsaitinin sonrakı vaxtlarda yoxlanılma ehtimalı olduğu üçün razılıqlarına əsasən həmin pulun 9.300 manatını Şahid4 verdikdən sonra qalan pulu öz aralarında bölüb gəlir əldə etmişlər. Bundan başqa da, eyni niyyətlə 2019-cu ilin mart ayına olan müddətlərdə Bakı Dövlət Layihə İnstitutunun təchizat şöbəsinin rəisi Şahid2 və Təqsirləndirilən şəxs2 ilə həmin İnstitutla onlara məxsus saxta şirkətlər arasında topoqrafiya işlərinin görülməsinə dair saxta müqavilə imzalayıb pulun bir qismini işlərin görülməsi üçün sərf etmək və qalan pulları da hesabları arasında saxta maliyyə əməliyyatları ilə nağdlaşdıraraq gəlir əldə etməyə dair razılıq əldə etmişlər. Razılığa əsasən həmin institut tərəfindən iki dəfəyə olmaqla ümumilikdə 12.229 manat pul köçürülməli, həmin pulun 2.446 manat hissəsi institutda görüləsi işlərə sərf edilməli, qalan pul ise leqallaşdırılmaqla Təqsirləndirilən şəxs2la öz aralarında bölünməli olmuşdur. Həmin razılıq əsasında da institutla ona məxsus "xxxx" MMC ilə 28 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsi və digər şirkəti "xxxx" MMC ilə də 17 aprel 2019-cu il tarixli saxta müqavilələr imzalanmışdır. İlkin müqaviləyə əsasən "xxxx" MMC-nin "xxxx" ASC-nin "Proqres" filialında olan hesabına köçmüş 2.229 manat pul vəsaitini xx.xx.2019-cu il tarixdə özü həmin filialdan nağd çıxarmış, digər müqavilə ilə köçürülmüş 10.000 manat pul vəsaitini isə öz hesabından çıxaracağı halda şübhəli əməliyyat kimi dövlət orqanları tərəfindən nəzarətə götürüləcəyindən qorxduğu üçün əvvəlcədən tanıdığı X5 xahiş edib ona yalandan hesablarının müvəqqəti olaraq işləmədiyini, buna görə də, şirkətinə köçürülmüş pulu onun şirkətinə köçürməyi və onun da məxaric edərək ona verməsini xahiş etmiş, R.Salahov da həmin pulun əldə edilmə mənbəyini bilmədiyi üçün onunla razılaşmış və həmin razılıq əsasında da, xx.xx.2019-cu il tarixdə R.Salahova məxsus "MAQİCAL-LM" va "xxxx" MMCnin hər birinin hesabına 5.000 manat pul köçürmüş, R.Salahov da həmin gün qeyd edilən şirkətlərinə köçürdüyü 10.000 manatı məxaric edərək Bakı şəhəri ərazisində tam həcmdə ona vermiş, lakin, Rəşad Salahovun həmin əməliyyatla bağlı hər hansı maddi gəliri olmamışdır. R.Salahovdan həmin pulu aldıqdan sonra ümumilikdəki 12.229 manat pulun 2.446 manat hissəsi institutdakı işlər üçün ayrıldıqdan sonra qalan məbləği öz aralarında bölüb qanunsuz gəlir əldə etmişlər. Bundan başqa da, 2019-cu ilin iyul ayının əvvəllərində Bakı şəhərində olarkən eyni niyyətlə "X16 Şəbəkəsi" MMC-nin direktoru Şahid3 və Təqsirləndirilən şəxs2 ilə razılıq əldə edib "X16 Şəbəkəsi" ilə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli saxta müqavilə imzalayıb, müqavilədə guya elektrik avadanlıqlarının tədarükü ilə bağlı işlərin və mal-materialın təhvil verilməsi kimi göstərib "X16 Şəbəkəsi" MMC-dən "xxxx" MMC-yə 30.418 manat pul vəsaiti köçürülmüşdür. Həmin pulu da, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-dən ona məxsus "xxxx" MMC-nin hesabına köçürmüşlər. Daha sonra həmin pulu konvertasiya edərək Çin Xalq Respublikasında olan şirkətə köçürmüşlər. Çünki həmin müddətlərdə sosial şəbəkə vasitəsilə tanıdığı bir nəfər şəxs ona Çin Respublikasında şirkətinin olduğunu, həmin şirkətə pul lazım olduğunu, ona bank yolu ilə pul göndərəcəyi halda Azərbaycan Respublikasında ona nağd şəkildə verəcəyini bildirmiş, həmin şəxs də tanımadığı digər şəxs vasitəsilə pulu ona göndərmişdir. Onlar da, həmin pulun 8.000 manat hissəsini "X16 Şəbəkəsi” MMC-də görüləcək işlər üçün geri qaytarıb qalan məbləği öz aralarında bölməklə gəlir əldə etmişlər (cild 4, iş vərəqi 48-52). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, o, belə bir ifadə verməmişdir, elan olunmuş ifadə ona məxsus deyil. İmzaların bəziləri onun imzasına oxşadılmışdır. Yazılar ola bilsin ki, ona məxsusdur. İfadənin altındakı imzalar onun imzasına oxşadılmışdır, amma yazıdakı xətt ona məxsusdur. Satış əməliyyatları həyata keçirdiyi şirkətlərə real olaraq tikinti materialları verilmişdir. “Azərişıq”, “Azərenerji” şirkətlərinə elektrik materialları verilmişdir. Əmtəəsiz, malsız satış əməliyyatı həyata keçirilməmişdir. O, ofisini icarəyə götürmüşdür. Hər müəssisə üçün ofisi olmamışdır. Ofisində sadəcə mühasibi var imiş. Mühasibi qadın imiş, adını, soyadını xatırlamır. Dövlət Vergi Xidmətində adına qeydiyyatdan keçmiş 135 ədəd müəssisə olmuşdur. 135 ədəd müəssisə tikinti materiallarının satışı ilə bağlı fəaliyyət göstərmişdir. Anbarları olmuşdur, onu da icarəyə götürmüşdür. Həmin anbar Hövsan qəsəbəsində yerləşmişdir. 135 ədəd müəssisənin hər biri üçün anbar icarəyə götürməmişdir. Anbarı icarə müqaviləsi əsasında rəsmi qaydada icarəyə götürmüşdür. Anbarı icarəyə götürməklə bağlı vergi ödənişi etməmişdir. Tikinti materiallarını xarici ölkədən idxal qaydasında əldə etmişdir. Bəzilərinin vergisini ödəmiş, bəzilərinin vergisini ödəməmişdir. Əldə etdiyi malları şirkətlərə müqavilə əsasında vermişdir, real şəkildə tiktinti materialları təhvil verilmişdir. Tikinti materiallarını həm öz şirkətinin, həm də qarşı tərəf olan digər şirkətin müqaviləsi əsasında daşıma qaydasına göndərmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1, 193-1.2.3 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü yalnız vergidən yayınma ilə bağlı təqsirli bildi və ifadəsində göstərdi ki, o, Nərimanı iş adamı kimi tanımışdır, aralarında alqı-satqı işlərinin aparılması ilə bağlı tanışlıq yaranmışdır. Belə ki, o, hüquqi şəxs kimi fəaliyyət göstərmişdir, şirkətləri var imiş. Hal-hazırda şirkətlərinin adlarını xatırlamır. Onların arasında tikinti materiallarının alqı-satqısı olmuşdur. Həm Nərimanın, həm də onun bank hesabı var imiş. Taxta materiallarının pərakəndə satışını həyata keçirmişdir. Nəriman bank hesabına ödəniş etmiş, o da Nərimana taxta materialları yollamışdır, bəzən o, Nərimanın bank hesabına ödəniş etmiş, Nəriman da ona tikinti materialları yollamışdır. O, müəyyən iş görmüş, lakin sonradan vergisini ödəyə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, taxta dedikdə, tikinti materiallarını nəzərdə tutmuşdur. Taxta materiallarını ucuz qiymətə alıb yüksək qiymətə satmışdır. Köçürmə hesabı var imiş, ödənişləri bu şəkildə etmişdir. 90-a yaxın şirkəti var imiş. Həmin şirkətləri alqı-satqı işlərini həyata keçirmək üçün qurmuşdur. Bütün şirkətlərinin bank hesabına pullar köçürülmüşdür. Şirkətlərin bank hesabına, təxminən, 10.000-15.000 manat məbləğində pullar köçürülmüşdür, bəzən bu məbləğ daha da yüksək olmuşdur. O, orta təhsillidir. Audit, mühasibat hesabatlarına, bununla bağlı proqramlara dair heç bir məlumatı yoxdur. Şirkətlərdə audit işlərini mühasib xanım həyata keçirmişdir, lakin həmin xanımın adını xatırlamır. Vergi orqanlarına hesabat vermiş, bu işləri mühasib xanım həyata keçirmişdir. O, “Azərsun” Holdinqlə də birlikdə alqı-satqı işlərini həyata keçirmişdir, əməkdaşlıq etdiyi vəzifəli şəxsin adını xatırlamır. Xeyli şirkətlə əməkdaşlıq etmişdir. Hər hansı dövlət müəssisəsi ilə əməkdaşlıq etməmişdir. Gördüyü işlər içərisində tender məsələsi olmamışdır. Şirkətlərlə mebellərin düzəldilməsi, təmiri işlərini həyata keçirmişdir. Konkret olaraq hansı şirkətlərlə mebel işi ilə bağlı birlikdə işlədiklərini xatırlamır. Xidmət göstərdiyi İdarələrlə bağlı mövcud sənədlərdə heç bir qiymət artırılması halları mövcud olmamışdır. Ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir, sadəcə vergidən yayındığını etiraf edir. Belə ki, əvvəllər vergidən yayınmağa görə əməkdaşlıq etdiyi firmalardan biri tərəfindən aşağı balla qiymətləndirilmişdir. Göstərdiyi bütün xidmətlərin hamısı müqavilə əsasında həyata keçirilmişdir. Heç bir bank ödənişini müqavilə olmadan etməmişlər. O, əvvəllər də məhkum olunmuşdur. Cinayət işi üzrə istintaq aparılan zaman o, 9 saylı Cəzaçəkmə müəssisəsində saxlanılmışdır. Müstəntiq 9 saylı Cəzaçəkmə müəssisəsinə gəlmişdir, yanında vəkil də var imiş. O, vəkilə “mən sadəcə vergidən yayınmışam, başqa maddə ilə ittiham irəli sürülməyəcəyindən əminsinizmi?” deyə sual vermişdir. Müdafiəçi də ona “narahat olmayın, sadəcə sizə təqdim etdiyim sənədə imza çəkin” demişdir. Müdafiəçinin təqdim etdiyi sənədi imzalamışdır. Ona müdafiəçi “90-a yaxın şirkətin var, vergi ödəməkdən yayınmısan, bu səbəbdən sənə qarşı ittiham irəli sürülmüşdür” deyə izah vermişdir. Müdafiəçi ibtidai istintaqda ona sənəd təqdim edərək “burada sənin ifadən yazılıb, ifadənin aşağı hissəsində imza çəkməlisən, sonra da öz xəttinlə yazdığını, imzanla da təsdiq etdiyini bildirməlisən, geri qalanını mən həll edəcəyəm” demişdir. Müdafiəçiyə güvənib ifadənin aşağısında dediklərini yazmış, imzasını çəkmişdir. Həmin vaxt heç bir sorğu-sual olunmamışdır. Şirkətlərin anbarı var imiş, icarə olunmuşdur, Xırdalanda yerləşirmiş. Nərimanla şirkətlərarası müqavilə əsasında alqı-satqı işləri olmuşdur. O, vergidən yayındığı üçün hal-hazırda burdadır, lakin ona başqa maddələrlə ittiham irəli sürülmüşdür. Malların qiyməti dəyərindən çox yüksək məbləğdə qeyd olunmamışdır. Bütün alqı-satqı işləri müqavilə əsasında həyata keçirilmişdir, məbləğlər də orada qeyd olunmuşdur, ən sonda qaimələr alınmışdır. Belə olan halda malların qiymətinin yüksək yazılması mümkün deyil. Ona qarşı irəli sürülmüş ittihamla razılaşmır, alqı-satqı prosesinin getmədiyi halda pulların nağdlaşdırılaraq bölüşdürülməsi ilə bağlı qeyd olunanlar doğru deyil. Mənimsənilmə ilə bağlı 28.283 manat məbləğində vurulmuş ziyanı birlikdə işlədiyi, əməkdaşlıq etdiyi qarşı tərəf ödəmişdir. İbtidai istintaq zamanı ona vurulmuş ziyanın ödənilməsi nəticəsində düşən payla bağlı heç nə izah olunmamışdır. Bütün məsələləri öz aralarında həll etmişlər, ona heç bir məlumat verilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, faktiki rəhbərliyi onun tərəfindən edilmiş "xxxx" MMC xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 9aliyyət sahəsi kimi ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı kimi qeyd olunsa da, ümumilikdə həmin şirkətlə birlikdə 95 fəaliyyətsiz şirkəti olmuş, həmin şirkətləri təsis etməkdə məqsədi əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə dövlət müəssisəsinin vəzifəli şəxsləri ilə birlikdə dövlət büdcəsindən həmin dövlət müəssisələrinə ayrılmış pulları onlarla birlikdə fəaliyyətsiz şirkətləri ilə saxta müqavilələr imzalamaqla mənimsəmək və daha sonra həmin pulları leqallaşdırmaqla gəlir əldə etmək olmuşdur. Həmin şirkətin təsisçisi X10 olsa da, şirkətin direktoru faktiki olaraq özü olmuş, şirkət təsis edildikdən qısa müddət sonra özünü həmin şirkətin direktoru təyin edib təsisçi tərəfindən verilmiş notarial etibarnamə ilə bütün maliyyə əməliyyatlarını özü icra etmiş, həmin şirkətin adına təsis edildiyi üçün Vüsal Abdullayevə yalnız 100 manat pul vermiş, lakin Vüsal Abdullayevin həmin şirkətin fəaliyyəti ilə bağlı məlumatı olmamış, şirkətə köçürülən pulların hamısını özü kassadan təhvil almış və Vüsal Abdullayevin həmin şirkətlərin fəaliyyəti ilə bağlı heç bir qazancı olmamışdır. Həmin məqsədlə 2019-cu ilin fevral ayında Bakı X2ndə Beynəlxalq Qış Məktəbinin layihəsinin təşkili ilə əlaqədar şirkətlərlə əlaqə yaratdıqlarını eşidib Təqsirləndirilən şəxs1la birlikdə həmin ay ərzində Bakı şəhəri ərazisində Bakı X2nin baş məsləhətçisi Şahid4 ilə görüşüb ona həmin lahiyə üçün ayrılmış pulları onlara məxsus saxta MMC-lərə köçürməsini, bunun üçün də onların şirkətləri ilə müqavilələrin məzmununa yalandan şişirdilmiş məbləğlərdə işlərin görülməsini göstərmələrini və daha sonra hesaba köçəcək pulu heç bir iş görmədən şirkətləri arasında saxta maliyyə köçürmələri edərək nağdlaşdıraraq bankdan çıxaracaqlarını, həmin pulun bir hissəsini Şahid4 görüləcək işlər üçün verməyi və qalan pulları da öz aralarında bölüb qazanc əldə etməyi təklif etmiş və onunla razılıq əldə etmişlər. Həmin Mərkəzin nəzərdə tutulmuş işlərinin görülməsi üçün 9.300 manat pul lazım olduğu halda razılıqlarına əsasən Təqsirləndirilən şəxs1 məxsus "xxxx" MMC ilə 19.800 manat dəyərində işlərin görüləcəyinə dair müqavilə imzalanmış və xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin hesabına Bakı X2 tərəfindən köçürülmüş 19.800 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 özü bankdan nağdlaşdıraraq çıxarmış, Mərkəzə ayrılmış pul vəsaitinin sonrakı vaxtlarda yoxlanılma ehtimalı olduğu üçün razılıqlarına əsasən həmin pulun 9.300 manatını Şahid4 verdikdən sonra qalan 10.500 manat pulu öz aralarında bölüb qanunsuz gəlir əldə etmişlər. Bundan başqa da, eyni niyyətlə 2019-cu ilin mart ayına olan müddətlərdə Bakı Dövlət Layihə İnstitutunun təchizat şöbəsinin rəisi Şahid2 və Təqsirləndirilən şəxs1 ilə həmin İnstitutla onlara məxsus saxta şirkətlər arasında topoqrafiya işlərinin görülməsinə dair saxta müqavilə imzalayıb pulun bir qismini işlərin görülməsi üçün sərf etmək və qalan pulları da hesabları arasında saxta maliyyə əməliyyatları ilə nağdlaşdıraraq gəlir əldə etməyə dair razılıq əldə etmişlər. Razılığa əsasən həmin İnstitut tərəfindən iki dəfəyə olmaqla ümumilikdə 12.229 manat pul köçürülməli, həmin pulun 2.446 manat hissəsi institutda görüləsi işlərə sərf edilməli, qalan pul isə leqallaşdırılmaqla Təqsirləndirilən şəxs1la öz aralarında bölünməli olmuşdur. Həmin razılıq əsasında da institutla Lazımi Nərimana məxsus “FORMEQSTAR MMC və "BEHRUD İNŞAAT” MMC ilə saxta müqavilələr imzalanmış, ümumilikdə Təqsirləndirilən şəxs1 həmin şirkətlərinə 12.229 manat pul vəsaiti köçürülmüşdür. Təqsirləndirilən şəxs1 da həmin pulları əvvəlcədən tanıdığı Rəşad Salahovun şirkətlərinə köçürüb Rəşaddan həmin pulların əldə olunma mənbəyinin həqiqiliyini gizləmiş, daha sonra həmin şirkətlərə köçürülmüş pulu Rəşaddan aldıqdan sonra pulun 2.446 manat hissəsi institudakı işlərin müəyyən bir qisminin görülməsi üçün geri qaytarılmış, qalan pulları isə öz aralarında bölüb gəlir eldə etmişlər. Bundan başqa da, 2019-cu ilin iyul ayının əvvəllərində Bakı şəhərində olarkən eyni niyyətlə “X16 Şəbəkəsi” MMC-nin direktoru Şahid3 və Təqsirləndirilən şəxs1la razılıq əldə edib "X16 Şəbəkəsi" ilə ona məxsus “ARİENTO" MMC arasında xx.xx.2019-cu il tarixli saxta müqavilə imzalayıb, müqavilədə guya elektrik avadanlıqlarının tədarükü ilə bağlı işlərin və mal-materialın təhvil verilməsi kimi göstərib “X16 Şəbəkəsi” MMC-dən "xxxx" MMC-yə 30.418 manat pul vəsaiti köçürülmüşdür. Həmin pulu da, xx.xx.2019-cu il tarixdə "ARİENTO” MMC-dən Təqsirləndirilən şəxs1 məxsus "xxxx" MMC-nin hesabına köçürmüşlər. Daha sonra da Təqsirləndirilən şəxs1 həmin pulu konvertasiya edərək Çin Xalq Respublikasındakı şirkətlərdən birinə göndərib təkrarən nağdlaşdırmış, həmin 8.000 manat hissəsini “X16 Şəbəkəsi” MMC-də görüləcək işlər üçün geri qaytarıb qalan məbləği də öz aralarında bölməklə gəlir əldə etmişlər (cild 4, iş vərəqi 107-110). Məhkəmədə şahid qismində dindirilmiş əvvəllər “X16 Şəbəkəsi” MMC-nin direktoru vəzifəsində işləmiş, hal-hazırda həmin şirkətdə direktor müavini vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, ibtidai istintaq dövründə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunmuşdur. İdarədə ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vergilərin ödənilmədiyi bildirilmiş, daha sonra isə həmin vergilərin tərəfindən ödənilməsini tələb etmişlər. Bütün vergiləri ödəmişdir. O, hansı şirkətlərlə müqavilə bağladığını dəqiq xatırlamır, sadəcə təqdim olunan sənədlərə imza çəkmişdir. Müqavilələr mühasibatlığa daxil olmuşdur. "xxxx" MMC-yə nə qədər məbləğdə pul köçürdüyünü dəqiq xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamışdır. Alınan mallar barədə məlumatı yox imiş. Həmin malları şirkətin təchizatçıları almışlar. O, sadəcə təqdim olunan müqavilələrə imza çəkmişdir. Müqavilələr mühasibatlığa daxil olmuş, ilkin yoxlamalar aparılmışdır, daha sonra imzalaması üçün ona təqdim edilmişdir. Transformator almamışlar, bu dövlət tərəfindən təmin olunmuşdur. Bağladığı müqavilənin məzmununu xatırlamır, bu səbəbdən alınan malları dəqiq deyə bilmir. Bununla yanaşı, Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, müxtəlif elektrik avadanlıqlarının və sair malların alınması ilə əlaqədar "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli 0315/18 saylı alqısatqı müqavilə bağlanmış və 04 iyul 2019-cu il tarixli 000391 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC-nin "xxxx" ASC-nin "Dostluq" filialında olan hesablaşma hesabına 30.418 manat pul vəsaiti köçürülmüşdür. Onun əməli nəticəsində dövlətə dəymiş ziyan və müvafiq olaraq 25 faizi ilə birlikdə olmaqla ümumilikdə 10.000 manat pul vəsaiti 26 oktyabr 2023-cü il tarixdə tam həcmdə ödənilmişdir (cild 2, iş vərəqi 3-7). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs1 tanımamış, adını ilk dəfə eşidir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutunda şöbə rəisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 2019-cu ildən “Bakı Dövlət Layihə” İnstitutu, "xxxx" MMC və "xxxx" MMC ilə müqavilə bağlamışdır. "xxxx" MMC ilə ofis mebellərinin alınması, “Behrud İnşaat “MMC ilə də topoqrafiya və istintaq məlumatlarının toplanması işləri ilə məşğul olmuşdur. Müqavilələrdə işlərin icra olunduğu qeyd edilmişdir. Belə ki, "xxxx" MMC-yə 2229 manat, "xxxx" MMC-yə isə 10.000 manat məbləğində pul köçürmüşdür. Müqavilə üzrə nəzərdə tutulan işlər yerinə yetirilmişdir. Xatırladığı qədəri ilə, Göyçay rayonu, Çayarxı kəndində binanın tikintisi, topoqrafiya xəritələr üçün 217 manat ödəniş edilmişdir, təxminən, 9.700 manat pul ödənilmişdir. Daha sonra qalan 9.700 manat pul da ödənilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, təqsirləndirilən şəxsləri tanımır. İşlədiyi İdarədə protokol tərtib olunmuş, bununla bağlı onu Korrupsiya İdarəsinə dəvət etmişlər. Korrupsiya İdarəsində firmaların adları elan olunmuşdur. Elan olunan firmalar "xxxx" MMC və "xxxx" MMC imiş. "xxxx" MMC və "xxxx" MMC Təqsirləndirilən şəxs1 məxsus imiş. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 hansı işlə məşğul olduğu bildirilməmişdir. Hadisə baş verən zaman “Bakı Dövlət Layihə” İnstitutunun direktoru İlqar İsbatov imiş. Sonradan onun vəzifəsi dəyişmişdir. Hal-hazırda Şəhərsalma Komitəsinin sədr müavini vəzifəsində işləyir. Ona ofis mebelləri və topoqrafiya xəritələri verilmişdir. Bağlanılan müqavilədə 2.229 manat ofis mebelləri üçün, 10.000 manat isə topoqrafiya xəritələri üçün nəzərdə tutulmuşdur. Onun köçürülən pullar barədə məlumatı yox imiş, bunu mühasibatlıq həyata keçirmişdir. Pullar müqavilədə nəzərdə tutulan şirkətlərin bank hesablarına köçürülmüşdür. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqda təqsirləndirilən şəxslərin adlarını eşitməmişdir. Müqavilədə göstərilən xidmətlər yerinə yetirilmişdir. Göstərilən xidmətlər qarşılığında 12.229 manat pulu ödəmişdir. Problemin hansı səbəbdən yarandığını bilmir, sadəcə Korrupsiya İdarəsi araşdırma aparmış, bununla bağlı onu dəvət etmişlər. O, pulu Baş Prokurorluğun depozit hesabına ödəmişdir. Ödədiyi pulun ödənilməmiş vergi borcu olub-olmaması barədə dəqiq məlumatı yoxdur. Ödənişin təyinatını bilməmişdir. Yəqin ki, cərimə təyin olunmuşdur, həmin cərimə ilə birgə ödəniş edilmişdir. Onun müqavilə imzalamaq səlahiyyəti yox imiş. Bunu müəssisənin rəhbəri, direktor İlqar İsbatov etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş yük avtomobili sürücüsü işləyən Şahid1 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, o, taksi sürücüsü kimi işləmişdir. Bu vasitə ilə Nərimanla tanışlıqları yaranmış, dostluq münasibətləri olmuşdur. Sonradan ona pul lazım olmuşdur. Kreditə maşın götürmüş, pulu ödəyə bilməmişdir. Nərimanın ona çox hörməti olduğundan Nərimandan ona borc pul verməsini xahiş etmişdir. Nəriman da ona “Asan” imza alıb mənə notarius qaydasında satsan, sənin üçün heç bir müəllim yaranmayacaq” demişdir. O da pul müqabilində “Asan” imzanı alıb satmışdır. Əvvəlcə etibarnamə əsasında, sonradan alqı-satqıya çevrilmişdir. O, bu firma söhbətlərindən məlumatsız imiş. Sonradan firmalardan ona tez-tez zənglər gəlməyə başlamış, bunu Nərimana bildirmişdir. Nəriman da tez bir zaman həll edəcəyini demişdir. Lakin zənglər daha da artmağa başlamış, Nərimana bu zənglərin onu narahat etdiyini bildirmişdir. Nəriman da “Asan” imzanı öz adına çevirmişdir. Nəriman ona 250 manat pul vermişdir, bir qədər də əlavələr olmuş, təxminən əlavələrlə birlikdə 300 manata yaxın pul vermişdir. 5 firma açılmışdır. Həmin firmalardan bəzilərinin adı yadında qalmışdır, bunlar "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC imiş. Digər 2 firmanın adı yadında deyil. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, firmalar onun adına açılmışdır. “Asan” imza məsələsini həll etmək üçün Nərimanla birlikdə “Asan Xidmət”ə getmiş, lakin “Asan” imzanı tək almışdır. 5 firma üçün imzanı eyni anda almışdır. Nərimanla birlikdə notariusa getmiş, orada etibarnamə vermişdir. Bundan sonra Nəriman onluq bir məsələ olmadığını bildirmişdir. Bu firmalar onun adına təsis olunan zaman böyük bir məsuliyyət daşıyacağını dərk etməmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmuş ifadəsində Bakı X2nin baş məsləhətçisi Şahid4 göstərmişdir ki, “Azərbaycan Multikulturalizminin əbədi-bədii qaynaqları" mövzusunda Beynəlxalq Qış Məktəbinin layihəsinin təşkil edilməsi üçün "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən nəzərdə tutulan işlər görülmüşdür. Ola bilsin ki, onun nəzarətsizliyindən qeyd olunan müəssisə tərəfindən görülmüş işlərin qiymətləri şişirdilməklə yazılaraq vəsait israf edilmişdir (cild 1, iş vərəqi 215-218). Məhkəmədə izahat verən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə qeyd etdi ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə vurulmuş maddi ziyan 28.283 manat təşkil edir. Həmin məbləğ tam şəkildə dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən iş üzrə dəymiş ziyan ödənildiyindən başqa tələblərinin olmadığını bildirir və təqsirləndirilən şəxslər barəsində müvafiq qərarın qəbulunu məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində (MMX) Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 (FİN: xxxxxxx; təvəllüd: xx.xx.1977) və Təqsirləndirilən şəxs2 (FİN: OZC2VXG; təvəllüd: xx.xx.1985) şübhəli fəaliyyəti ilə bağlı məlumat müəyyən edilmişdir. "xxxx" ASC-dən təqdim edilmiş məlumatlar əsasında aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təsisçi, rəhbər və ya imza hüququ olduğu çox sayda şirkətlərə aid hesablara büdcə təşkilatlarından və digər vergi ödəyicilərindən yüksək məbləğdə vəsaitlərin köçürüldüyü, vəsaitlərin daha sonra mədaxil olma təyinatına uyğun istifadə edilmədiyi, həmçinin xaricə köçürülən vəsaitlər müqabilində malların idxal edilmədiyi, hüquqi şəxslərdən bəzilərinin yüksək məbləğdə vergi borcunun olduğu və işçi sayılarının qeyri-adekvat olduğu aşkarlanmışdır. Eyni zamanda 2017-ci ildə MMX tərəfindən Təqsirləndirilən şəxs1 oxşar şübhəli fəaliyyəti ilə bağlı məlumat Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilmişdir. Qeyd olunanlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fəaliyyəti cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, o cümlədən saxta sahibkarlıq, vergi öhdəliklərindən yayınma, büdcə vəsaitlərinin mənimsənilməsi və vəzifəli şəxslərin korrupsiya əməlləri ilə bağlı şübhəli hesab olunur (cild 1, iş vərəqi 7). - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli fəaliyyətinə dair arayışdan və sxem-cədvəllərdən görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatlar ilə bağlı aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fəaliyyəti aşağıdakı əsaslarda cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, o cümlədən yalançı sahibkarllıq, vergi öhdəliklərindən yayınma və büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhəli hesab olunur:  Şəxslərin çox sayda hüquqi şəxsin təsisçisi, rəhbəri və ya hesablarına imza səlahiyyəti olması;  Təqsirləndirilən şəxs1 daha əvvəlki dövrlərdəki oxşar şübhəli fəaliyyəti ilə bağlı məlumatın olması;  Şəxslərin imza səlahiyyətində olan şirkətlərə vəsait köçürən Tədbir Əməliyyat Komitəsinin vəzifəli şəxsi ilə bağlı açıq mənbələrdə təqsirlənidirici məlumatın olması;  Şirkətlərin dövlət satınalmalarından vəsait əldə etməsi;  Şirkətlərin və vəsait köçürülən xarici benefisiairların fəaliyyət sahəsinin satınalınan işlərǝ/xidmətlərə və köçürmələrin təyinatlarına uyğun olmaması;  Şirkətlərin işçi sayının müvafiq fəaliyyətə qeyri-adekvat olması (1-2 işci);  Şirkətlərin əksəriyyətinin müxtəlif məbləğlərdə vergi borcunun və riskli vergi ödəyicilərinin siyahısında olması; -Ölkə xaricinə köçürülən vəsaitlərin müqabilində malların ölkəyə idxal edilməməsi (cild 1, iş vərəqi 8-12). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adından Bakı şəhəri 14 saylı notariat ofisində Təqsirləndirilən şəxs2 adından Bakı şəhəri 50 saylı notariat ofisində etibarnamələr təsdiqlənmişdir (cild 1, iş vərəqi 94-95). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə xx.xx.2021-xx.xx.2021-ci il tarixdə könüllü surətdə stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqi 110). - Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş etibarnamələrə dair "Elektron notariat" X1 çıxarışların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin etibarnamə ilə Azərbaycan Respublikasında təsisçi olduğu "SPEKTR-R” MMC, PROEKT-S" MMC, "xxxx" MMC, "xxxx" MMC, "PROQRES-MM” MMC-lərdə təsisçilik hüquqlarını əvəzindən yerinə yetirməyi, təsis payları üzərində sərəncam verməyi (satmağı, ipoteka qoymağı və s.) direktor təyin etməyi, çıxarmağı MMC-da qeydiyyat və digər dəyişikliklər etməyi, hesablar açmağı, sənədləri təqdim etməyi, almağı, MMC-nin fəaliyyəti ilə bağli Azərbaycan Respublikasi Vegilər Nazirliyi, notariat kontrolarında və digər dövlət orqanları qarşısında yaranacaq öhdəliklərlə bağlı məsuliyyət daşımağı bütün dövlət, qeyri-dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən Sosial Müdafiə Fondunda, Dövlət Statistika Komitəsində, bütün vergi orqanlarında, banklarda, Asan xidmət mərkəzində, notariat kontorunda və digər aidiyyəti orqanlarda onun nümayandəsi olmağı, müxtəlif dövlət və qeyri-dövlət təşkilatları və digər təşkilatlarla müqavilələr bağlamaq, alqı-satqı müqavilələri bağlamağı, aktlar tərtib etmək, imzalamaq, bankdan və digər təşkilatlardan pulu almaq, pulu köçürmək və digər bütün əməliyyatları aparmaq, bank hesabı açmaq, bunun üçün bankda və vergi orqanlarında sənədlərə imza etmək, sənədləri almaq, vermək hüquqlarını, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzində (bundan sonra asxm) elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə və ya "sertifikatin statusunun dəyişdirilməsi məqsədi ilə" (sertifikatin ləğv edilməsi, sertifikatin qüvvəsinin dayandirilmasi va ya bərpa edilməsi) təmsil etməyi, adından ərizə verməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini asxm-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifikatın əldə edilməsi üçün digər hərəkətləri yerinə yetirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər zəruri hərəkətləri etməyi Təqsirləndirilən şəxs1 etibar etmişdir (cild 1, iş vərəqi 112-113). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü, ünvan 10 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə xx.xx.2016-xx.xx.2016-cı il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə olub. xx.xx.1985-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 5 inzibati binada yaşayan Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 115). - Bakı X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə edilmiş EAAR seriyalı 285806 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC 29 adda işlər və xidmətlərin görülməsi ilə bağlı ümumilikdə 19.800 manat pul vəsaitinin hesablanması barədə məlumatlar daxil edilmişdir (cild 1, iş vərəqi 121-122). - Bakı X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, 22-28 fevral 2019-cu il tarixlərdə Bakı X2nin "Azərbaycan Multikulturalizminin əbədi-bədii qaynaqları" mövzusunda Beynəlxalq Qış Məktəbinin layihəsinin təşkili ilə bağlı xidmətlərin "xxxx" MMC tərəfindən təşkil edilməsi üçün 19.800 manat məbləğində birbaşa müqavilə razılığı qəbul edilmiş və icraçı olaraq Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 123-130). - Bakı X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə edilmiş 01 mart 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, müqaviləyə əsasən görülmüş işlərin dəyərinin 19.800 manat təşkil edilməsi barədə məlumatlar daxil edilmişdir (cild 1, iş vərəqi 131). - Bakı X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə edilmiş xərclər smetasından görünür ki, müqaviləyə əsasən işlərin və xərclərin adları sadalanaraq 15.405 manat, qidalanma xərcləri sadalanaraq 4395 manat olmaqla ümumilikdə 19.800 manat olması barədə məlumatlar daxil edilmişdir (cild 1, iş vərəqi 133-134). - Bakı X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə edilmiş mal kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun formasından görünür ki, podratçıların siyahısında "xxxx" MMC tərəfindən 19.800 manat müqabilində işlərin və xərclərin icra ediləcəyi barədə məlumatlar daxil edilmişdir (cild 1, iş vərəqi 135-137). - Bakı X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə edilmiş 20 fevral 2019-cu il tarixli mal göndərənin kotirovka təklifi məktubundan görünür ki, Bakı X2nin "Azərbaycan Multikulturalizminin əbədi-bədii qaynaqları" mövzusunda Beynəlxalq Qış Məktəbinin layihəsinin təşkili ilə bağlı "xxxx" MMC tərəfindən 19.800 manat müqabilində işlərin və xidmətlərin icra edilməsi ilə bağlı razılıq vermələrinə dair məlumatlar daxil edilmişdir (cild 1, iş vərəqi 138-140). - "X16 Şəbəkəsi" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0315/18 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin məzmununa 30.418 manat müqabilində müxtəlif elektrik avadanlıqlarının alınması və işlərin görülməsi barədə məlumatlar daxil edilmişdir (cild 1, iş vərəqi 150-156). - "X16 Şəbəkəsi” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0315/18 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 04 iyul 2019-cu il tarixli 000391 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-nin "Muğanbank” ASC-nin "Dostluq" filialında olan hesablaşma hesabına malların alınması təyinatı ilə 30.418 manat pul vəsaiti köçürülmüşdür (cild 1, iş vərəqi 157-158). - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Lahiyə Bakı Dövlət Layihə İnstitutu ilə "xxxx" MMC arasında imzalanmış 28 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə malların alınması ilə bağlı yalan məlumatlar daxil edilərək icraçı tərəf olaraq Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış və MMC möhürü ilə təsdiq edilmişdir (cild 1, iş vərəqi 159). - "xxxx" ASC-dən təqdim edilmiş 436152 nömrəli xəzinə məxaric çekindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı X25 tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüş 2.229 manat pul vəsaiti xx.xx.2019-cu il tarixdə "Muğanbank” ASC-nin "Proqres" Filialından nağd şəkildə məxaric etmişdir (cild 1, iş vərəqi 160). - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı X25 ilə "xxxx" MMC arasında imzalanmış 28 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə edilmiş 02 saylı qiymətlərin razılaşdırılması haqqında protokoldan görünür ki, 7 çeşiddə malların alınması üçün 2.229 manat hesablanması barədə protokola məlumatlar daxil edilmiş və protokol Təqsirləndirilən şəxs1 tərəfindən imzalanaraq MMC-nin möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 161). - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu ilə "xxxx" MMC arasında imzalanmış 28 mart 2019-cu il tarixli alqısatqı müqaviləsinə əlavə edilmiş EAAT 415162 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, 8 çeşiddə mallar sadalanmaqla ümumi dəyərinin 2.230 manat olması barədə n məlumatlar daxil edilmişdir(cild 1, iş vərəqi 162). - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu ilə "xxxx" MMC arasında imzalanmış 17 aprel 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqaviləyə icraçı tərəf olaraq MMC-nin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən 10.000 manat vəsait ödəniləcək təqdirdə görüləcək işləri təhvil verməyi öhdəsinə götürməsi barədə məlumatlar daxil edilmişdir (cild 1, iş vərəqi 166- 168). - Azərbaycan Respublikası Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin Bakı X25 ilə "xxxx" MMC arasında imzalanmış 17 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə edilmiş EAAT 763923 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, topoqrafiya istinad məlumatların toplanması ilə bağlı 10.000 manat pul vəsaitinin hesablanması dair məlumatlar daxil edilmişdir (cild 1, iş vərəqi 169). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən sorğuda qeyd olunan şəxslərin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar olunmamışdır (cild 1, iş vərəqi 173). - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 07 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı X2 ilə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 arasında xx.xx.2019-cu il tarixdə 19.800 manat məbləğində "Azərbaycan Multikulturalizmin ədəbibədii qaynaqları" mövzusunda Beynəlxalq Qış Məktəbinin layihəsi ilə bağlı xidmətlərin təşkili təyinatı ilə müqavilə imzalanmışdır. Təqdim olunan maliyyə sənədlərinə "Azərbaycan Multikulturalizminin ədəbi-bədii qaynaqları" mövzusunda Beynəlxalq Qış Məktəbinin layihəsinin təşkili ilə bağlı olan hissəsinin həyata keçirdiyi ilə əlaqədar mallar və görülmüş xidmətlər "xxxx" MMC tərəfindən təşkil edilmiş və xx.xx.2019-cu il tarixli təhviltəslim aktına əsasən görülmüş işlərin dəyəri 19.800 manat təşkil etmişdir. "Azərbaycan Multikulturalizminin ədəbi-bədii qaynaqları" mövzusunda Beynelxalq Qış Məktəbinin layihəsinin təşkili ilə bağlı olan hissəsinin həyata keçirdiyi ilə əlaqədar mallar və görülmüş xidmətlər satınalmaların təşkili zamanı "Malların (işlərin və xidmətlərin) ehtimal olunan bazar qiymətlərinin hesablanması üsulları"na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarının tələbləri gözlənilməmiş, ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi nəticəsində 10.500 manat məbləğində baha qiymətə alınmışdır. Bununla da mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, "Azərbaycan Multikulturalizminin ədəbi-bədii qaynaqları" mövzusunda Beynəlxalq Qış Məktəbinin layihəsinin təşkili ilə bağlı olan hissəsinin həyata keçirdiyi ilə əlaqədar mallar və görülmüş xidmətlər satınalmaların təşkili zamanı "Malların (işlərin və xidmətlərin) ehtimal olunan bazar qiymətlərinin hesablanması üsulları"na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarının tələbləri gözlənilməmiş, ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi nəticəsində 10.500 manat məbləğində baha qiymətə alınmışdır (cild 1, iş vərəqi 191-194). - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, "Bakı Dövlət Layihə" İnstitutunun direktoru X21 ilə "Behrud İnşaat” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 arasında topoqrafiya və istinad məlumatların toplanması təyinatı ilə 10.000 manat məbləğində (ƏDV-siz) 17 aprel 2019-cu il tarixdə 04 saylı podrat müqaviləsi bağlanmışdır. Həmçinin, "Bakı Dövlət Layihə" İnstitutunun direktoru X21 ilə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 arasında "mal alışı" (şüşə qapı, dolab, stellaj, laminat qapı) təyinatı ilə 2.230 manat məbləğində 29 mart 2019-cu il tarixdə 02 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müəyyən olunmuşdur ki, "Bakı Dövlət Layihə" İnstitutu ilə "Behrud İnşaat” MMC vǝ "xxxx" MMC arasında imzalanmış müqavilələrə əsasən həmin MMC-lər tərəfindən dəyəri 9.783 manat təşkil edən topoqrafiya və istinad məlumatlarının toplanması işləri yerinə yetirilməmişdir (cild 1, iş vərəqi 195-197). - cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun Texniki və Təsərrüfat Şöbəsinin rəisi Şahid2 12 sentyabr 2023-cü il tarixdə Baş İdarəyə ərizə ilə müraciət edərək cinayət işi üzrə vurulmuş müvafiq ziyanı və həmin ziyanın 25 faizi məbləğində pul vəsaitini ödəmək istədiyini bildirmiş və 28 mart 2019-cu il tarixdə "xxxx" MMC ilə və 17 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə bağlanmış müqavilərə əsasən 9.783 manat dəymiş ziyan və məsuliyyətdən azad edilmək üçün 25 faizi olan 2.445 manatla birlikdə ümumilikdə Baş Prokurorluğun hesabına 12.229 manat pul vəsaitinin köçürülməsinə dair xx.xx.2023-cü il tarixli BPM **********81 nömrəli ödəniş tapşırığını 15 sentyabr 2023-cü il tarixdə Baş İdarəyə təqdim etmişdir (cild 1, iş vərəqi 206, 209-211). - xx.xx.2023-cü il tarixli cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə Şahid2 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 12.229 (on iki min iki yüz iyirmi doqquz) manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınması və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılması qərara alınmışdır (cild 1, iş vərəqi 213-214). - cinayət işi üzrə Bakı X2nin baş məsləhətçisi Şahid4 15 sentyabr 2023-cü il tarixdə Baş İdarəyə ərizə ilə müraciət edərək cinayət işi üzrə vurulmuş müvafiq ziyanı və həmin ziyanın 25 faizi məbləğində pul vəsaitini ödəmək istədiyini bildirmiş və cinayət işi üzrə vurulmuş müvafiq ziyanı və həmin ziyanın 25 faizi məbləğində pul vəsaitini ödəmək istədiyini bildirmiş və xx.xx.2019-cu il tarixdə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən 10.500 manat maddi ziyan və məsuliyyətdən azad edilmək üçün 25 faizi olan 2.500 manatla birlikdə ümumilikdə Baş Prokurorluğun hesabına 13.000 manat pul vəsaitinin köçürülməsinə dair xx.xx.2023-cü il tarixli BPM **********54 nömrəli ödəniş tapşırığını 15 sentyabr 2023-cü il tarixdə Baş İdarəyə təqdim etmişdir (cild 1, iş vərəqi 223- 225). - xx.xx.2023-cü il tarixli cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə Şahid4 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 13.000 (on üç min) manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınması və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılması qərara alınmışdır (cild 1, iş vərəqi 227-228). - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, "X16 Şəbəkəsi” MMC-nin direktoru Şahid3 ilə "xxxx" MMC-nin direktoru Emil Qulubǝyli arasında müxtəlif elektrik avadanlıqlarının və sair malların satınalınması təyinatı ilə ƏDV daxil olmaqla 35.893,24 manat məbləğində 20 iyul 2018-ci il tarixdə 0315/18 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır (ƏDV-siz məbləğ - 30.418 manat). 04 iyul 2019-cu il tarixli ödəniş tapşırığı əsasında 30.418 manat məbləğində pul vəsaiti "X16 Şəbəkəsi” MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Dostluq filialındakı cari hesabına köçürülmüşdür. "X16 Şəbəkəsi” MMC tərəfindən satınalmaların təşkili zamanı "Malların (işlərin və xidmətlərin) ehtimal olunan bazar qiymətlərinin hesablanması üsulları"na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarının tələbləri gözlənilməmiş, ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi nəticəsində mal-materiallar orta bazar qiymətindən 8.000 manat məbləğində baha qiymətə alınmışdır. Bununla da mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, "X16 Şəbəkəsi” MMC tərəfindən satınalmaların təşkili zamanı "Malların (işlərin və xidmətlərin) ehtimal olunan bazar qiymətlərinin hesablanması üsulları"na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarının tələbləri gözlənilməmiş, ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi nəticəsində malmateriallar orta bazar qiymətindən 8.000 manat məbləğində baha qiymətə alınmışdır (cild 1, iş vərəqi 261-264). - cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "Abşeron rayon Elektrik Şəbəkəsi” MMC-nin direktoru Şahid3 tərəfindən vurulmuş 8.000 manat ziyanın və cinayət məsuliyyətindən azad olmaq üçün 25 faizi olan 2.000 manat olmaqla ümumilikdə Azərbaycan Respublikası Baş Prokurorluğun depozit hesabına ödənilmiş 10.000 (on min) manat iş üzrə vurulmuş ziyan və cinayət məsuliyyətindən azad olmaq üçün ziyanın 25 faizi kimi nəzərə alınması və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılması qərara alınmışdır (cild 2, iş vərəqi 15-16). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin zərərçəkmiş şəxs qismində, 30 noyabr 2023-cü il tarixdə isə Maliyyə Nazirliyi Aparatının Hüquq şöbəsinin baş məsləhətçisi Nümayəndə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi qismində tanınmasına dair qərar qəbul edilmişdir (cild 2, iş vərəqi 48-50, 60-61). - xx.xx.2023-cü il tarixli cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və pul vəsaitlərinin köçürülməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq zamanı ödənilmiş və cinayət təqibi başa çatanadək saxlanılması üçün Baş Prokurorluğun "xxxx" ASC-də olan depozit hesabına təhvil verilmiş milli valyutadan ibarət olmaqla Azərbaycan Respublikasının Dövət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı X13 Texniki və Təsərrüfat Şöbəsinin rəisi Şahid2 tərəfindən 12 sentyabr 2023-cü il tarixdə ödənilmiş 9.729 (doqquz min yeddi yüz iyirmi doqquz) manat məbləğindəki maddi ziyanı və cinayət məsuliyyətindən azad edilməsi üçün həmin ziyanın 25 faizi olan 2.500 (iki min beş yüz) manat olmaqla ümumilikdə 12.229 (on iki min iki yüz iyirmi doqquz) manat, Bakı X2nin Layihələr Şöbəsinin baş məsləhətçisi Şahid4 tərəfindən 15 sentyabr 2023-cü il tarixdə ödənilmiş 10.500 (on min beş yüz) manat məbləğindəki maddi ziyanı və cinayət məsuliyyətindən azad edilməsi üçün həmin ziyanın 25 faizi olan 2.500 (iki min beş yüz) manat olmaqla ümumilikdə 13.000 (on üç min) manat, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı X19 tərəfindən 30 sentyabr 2023-cü il tarixdə ödənilmiş 10.000 (on min) manat məbləğindəki maddi ziyanı və cinayət məsuliyyətindən azad edilməsi üçün həmin ziyanın 25 faizi olan 2.500 (iki min beş yüz) manat olmaqla ümumilikdə 12.500 (on iki min beş yüz) manat və "X16 Şəbəkəsi" MMC-nin direktoru Şahid3 tərəfindən 26 oktyabr 2023-cü il tarixdə ödənilmiş 8.000 (səkkiz min) manat məbləğindəki maddi ziyanı və cinayət məsuliyyətindən azad edilməsi üçün həmin ziyanın 25 faizi olan 2.000 (iki min) manat olmaqla ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə, yəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hesabına köçürülməsi qərara alınmışdır (cild 2, iş vərəqi 51-53). - cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı X2nin baş məsləhətçisi Şahid4, "X16 Şəbəkəsi" MMC-nin direktoru Şahid3 və Azərbaycan Respublikası Dövət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı X13 Texniki və Təsərrüfat Şöbəsinin rəisi Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə aparılan cinayət təqibinə CM-nin 73-1.2 və CPM-nin 40.2-ci maddələrinə əsasən, həmçinin CM-nin 313-cü maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir (cild 2, iş vərəqi 74-78). - "xxxx" ASC-dən təqdim edilmiş "xxxx" MMC-nin bank hesabından çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı X2 tərəfindən MMC-nin hesabına köçürülmüş 19.800 manat pul vəsaiti xx.xx.2019-cu il tarixdə nağd pul şəklində məxaric edilmişdir (cild 2, iş vərəqi 93). - "xxxx" MMC-nin təsisçisi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, 01 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 həmin MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir (cild 2, iş vərəqi 101). - Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-969/2023 nömrəli qərarı əsasında "Muğanbank” ASC-nin "Sənaye" filialından təqdim edilmiş "xxxx" MMC-nin hüquqi şəxs qovluğundan görünür ki, həmin MMC xx.xx.2018-ci il tarixdə təsisçisi X22 olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 11 və fəaliyyət sahəsi ixtisaslaşdırılmamış topdansatış kimi qeyd edilmişdir (cild 2, iş vərəqi 103-118). - "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Direktor tərəfindən həyata keçirilmişdir (cild 2, iş vərəqi 143-145). - "xxxx" ASC-dən təqdim edilmiş "xxxx" MMC-nin 429151 nömrəli kassa məxaric çekindən görünür ki, Bakı X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin "Muğanbank” ASC-nin "Sənaye" filialında olan hesablaşma hesabına köçmüş 19.800 manat pul vəsaiti xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən həmin tarixdə qeyd edilən filialdan nağd şəkildə məxaric edilmişdir (cild 2, iş vərəqi 151). - "Muğanbank” ASC-dən təqdim edilmiş 436152 nömrəli xəzinə mǝxaric çekindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı X25 tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüş 2.229 manat pul vəsaiti xx.xx.2019-cu il tarixdə “Muğanbank" ASC-nin "Proqres" Filialından nağd şəkildə məxaric etmişdir (cild 2, iş vərəqi 160). - "xxxx" ASC-dən təqdim edilmiş "xxxx" MMC-nin bank hesabından çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı X25 tərəfindən MMC-nin hesabına köçürülmüş 2.229 manat pul vəsaiti xx.xx.2019-cu il tarixdə nağd pul şəklində məxaric edilmişdir (cild 2, iş vərəqi 162-163). - "xxxx" MMC-nin təsisçisi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 01 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 həmin MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir (cild 2, iş vərəqi 214). - Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-969/2023 nömrəli qərarı əsasında "Muğanbank” ASC-nin "Proqres" filialından təqdim edilmiş "xxxx" MMC-nin hüquqi şəxs qovluğundan görünür ki, təsisçisi Şahid1 olmaqla xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, keçid 1594 və fəaliyyət sahəsi ixtisaslaşdırılmamış topdansatış kimi qeyd edilmişdir (cild 2, iş vərəqi 217). - "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Direktor tərəfindən həyata keçirilmişdir (cild 2, iş vərəqi 220-222). - "xxxx" ASC-dən təqdim edilmiş "BEHRUD İNŞAAT” MMC-nin bank hesabından çıxarışdan görünür ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən EAAT seriyalı, 763923 nömrəli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixdə "E qaimə EAAT 763923 xx/xx/2019, Topoqrafiya və istinad malumatlar" əməliyyatlar təyinatı ilə həmin "xxxx" ASCnin "Proqres" filialında olan hesablaşma hesabına 10.000 manat pul vəsaiti köçürülmüş və həmin tarixdə qeyd olunan pul vəsaitinin 5.000 manat məbləği "xxxx" MMC-nin və 5.000 manat məbləği isə "xxxx" MMC-nin hesablarına köçürülmüşdür (cild 2, iş vərəqi 227). - "xxxx" MMC-nin təsisçisi tərəfindən qəbul edilmiş 12 mart 2019-cu il tarixli 01 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 həmin MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir (cild 2, iş vərəqi 264). - Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-969/2023 nömrəli qərarı əsasında "xxxx" ASC-nin "Proqres" filialından təqdim edilmiş "xxxx" MMCnin hüquqi şəxs qovluğundan görünür ki, həmin MMC xx.xx.2019-cu il tarixdə təsisçisi Şahid1 olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 5əsi ixtisaslaşdırılmamış topdansatış kimi qeyd edilmişdir (cild 2, iş vərəqi 266). - "BEHRUD İNŞAAT” MMC-nin Nizamnaməsindən görünür ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Direktor tərəfindən həyata keçirilmişdir (cild 2, iş vərəqi 268-270). - xx.xx.2021-ci il tarixli sənədlərin götürülməsi barədə aktdan görünür ki, "Muğanbank” ASC-nin Progress filialının Əməliyyat üzrə meneceri X11 "xxxx" MMC-nin aşağıdakı sənədləri təqdim etdi: "Muğanbank” ASC-nin Progress filialı üzrə:  Ödəniş tapşırığı (əsli) - 2 vǝrǝq,  Əməliyyalara dair çıxarış - 1 vǝrǝq,  Daxil olan vəsitlərə dair sənədlər( SWİFT və ödəniş tapşırıqları) - 10 vərəq  Məxaric çekləri(əsli) - 6 ədəd  Bank hesabı açılması üçün ərizə (əsli) -1 vǝrǝq,  Bank hesabı müqaviləsi (əsli) - 4 vərəq  Tarif dərəcələri haqqında müqavilə (əsli) - 2 vǝrǝq,  İmza və möhür nümunələri vərəqəsi (əsli) - 1 vərəq,  Şəhadətnamə (surǝt) - 1 vǝrǝq,  Şəhadətnamə dublikat (surǝt) - 1 vərəq,  Dövlət reyestrindən çıxarış (surət) -1 vǝrǝq,  Nizamnamə (surǝt) - 3 vǝrǝq,  R.M.Salahovun direktor olması barədə əmr(əsli) -1 vǝrǝq,  R.M.Salahovun şəxsiyyət vəsiqəsi (kserosurət) - 3 vərəq,  ABŞ hüquqi şəxsinin müəyyən edilməsi üçün Özünüqiymətləndirmə anketi (əsli) - 1 vǝrǝq,  Fatca vǝ CRS anket sorğusu (əsli) - 17 vǝrǝq,  Əməliyyatların yalnız direktorun aparılması haqqında ərizǝ (əsli) - 1 vǝrǝq,  Hüquqi şəxslər və Fərdi sahibkarların tanınması üçün sorğu - 1vərəq, Cəmi: 57 vərəq sənəd götürülmüşdür. "xxxx" ASC-nin Progress filialının Əməliyyat üzrə meneceri X11 "xxxx" MMC-nin götürülmüş sənədlərdən başqa digər bank əməliyyatlarının olmadığını bildirmişdir (cild 3, iş vərəqi 10). - "Muğanbank” ASC-dən təqdim edilmiş "xxxx" MMC və "xxxx" MMC-nin hüquqi şəxs qovluqlarından görünür ki, hər iki MMC-nin təsisçisi və direktoru X14 olmaqla "BEHRUD İNŞAAT” MMC tərəfindən hər biri 5.000 manat olmaqla xx.xx.2019-cu il tarixdə hər iki MMC-nin hesabına köçürülmüş ümumilikdəki 10.000 manat pul vəsaiti həmin gün "xxxx" MMC-nin hesabından xx.xx.2019-cu il tarixli, 440951 nömrəli xəzinə məxaric çeki vasitəsilə X14 tərəfindən "Muğanbank” ASC-nin "Proqres" filialında olan hesablaşma hesabından nağd şəkildə məxaric edilmişdir (cild 3, iş vərəqi 124). - "Muğanbank” ASC-dən təqdim edilmiş "xxxx" MMC-nin bank hesabından çıxarışdan görünür ki, "X16 Şəbəkəsi” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 0315/18 saylı alqı-satqı müqaviləsinə olan əsasən MMC-nin "xxxx" ASC-nin "Dostluq" filialında hesablaşma hesabına 30.418 manat pul vəsaiti köçürülmüş və həmin pul vəsaiti dǝ xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin "Azadlıq" filialında olan hesablaşma hesabına köçürülmüşdür (cild 3, iş vərəqi 131). - "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Direktor tərəfindən həyata keçirilmişdir (cild 3, iş vərəqi 140-142). - Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-969/2023 nömrəli qərarı əsasında "Muğanbank” ASC-nin "Dostluq" filialından təqdim edilmiş "xxxx" MMC-nin hüquqi şexs qovluğundan görünür ki, həmin MMC xx.xx.2019-cu il tarixdə təsisçisi X10 olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirler Departamentinin X24 Qeydiyyatı İdarəsində ********** VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 7lmamış mağazalarda sair məhsulların pərakəndə satışı kimi qeyd edilmişdir (cild 3, iş vərəqi 143). - "xxxx" MMC-nin təsisçisi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 01 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 həmin MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir (cild 3, iş vərəqi 156). - "xxxx" ASC-dən təqdim edilmiş "xxxx" MMC-nin bank hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə həmin MMC-nin "xxxx" ASC-nin "Azadlıq" filialında olan hesablaşma hesabına köçürülmüş 30.418 manat pul vəsaiti həmin tarixdə konvertasiya olunaraq Çin Xalq Respublikasında qeydiyyata alınaraq fəaliyyət göstərən "SHANDONG XİNDEFU İMP AND EXP CO.LTD" şirkətinə köçürülmüşdür (cild 3, iş vərəqi 190-192). - "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Direktor tərəfindən həyata keçirilmişdir (cild 3, iş vərəqi 197-199). - Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-969/2023 nömrəli qərarı əsasında "xxxx" ASC-nin Dostluq filialından təqdim edilmiş "xxxx" MMC-nin hüquqi şəxs qovluğundan görünür ki, təsisçisi X12 olmaqla xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X31 Departamentinin X24 Xidmətinin Milli Qeydiyyatı İdarəsində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 6mış topdansatış kimi qeyd edilmişdir (cild 3, iş vərəqi 203). - "xxxx" MMC-nin təsisçisi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 həmin MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir (cild 2, iş vərəqi 204). - Bakı şəhəri 32 saylı Notariat ofisində 7E-6620 nömrəsi ilə reyestrdə qeydiyyata alınmış 13 iyun 2019-cu il tarixli, 810166 nömrəli etibarnamədən görünür ki, X12 tərəfindən "xxxx" MMC üzrə bütün bank və maliyyə əməliyyatların həyata keçirilməsi Təqsirləndirilən şəxs1 həvalə edilmişdir (cild 3, iş vərəqi 207). - kompleks məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/3685-9/3853 nömrəli rəyindən görünür ki: Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə: Ekspertiza tədqiqatına təqdim edilən ********* N-li cinayət işi materialında olan (cild i.v.1) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi Nazim Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli "Rǝy"inə əsasən "Azərbaycan Multikulturalizminin ədəbi-bədii qaynaqları" mövzusunda Beynəlxalq Qış Məktəbinin layihəsinin təşkili ilə bağlı olan hissəsinin həyata keçirdiyi ilə əlaqədar mallar və görülmüş xidmətlər 10.500,00 manat məbləğində baha qiymətə alınmışdır. Ekspertiza tədqiqatına təqdim edilən ********* N-li cinayət işi materialında olan (cild i.v.3-4) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi Nazim Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli "Rəy"ə əsasən "X16 Şəbəkəsi” MMC tərəfindən alınan mal-materiallar orta bazar qiymətindən 8.000,00 manat məbləğində baha qiymətə alınmışdır. ********* N-li cinayət işi üzrə Mərkəzə xx.xx.2024-cü il tarixdə təqdim edilən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş, "Bakı Dövlət Layihə İnstitutu" ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Alqısatqı müqaviləsində göstərilən 8 adda malların ümumi dəyəri 2229,00 manat müəyyən edilir. ********* N-li cinayət işi üzrə Mərkəzə xx.xx.2024-cü il tarixdə təqdim edilən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş, "Bakı Dövlət Layihə institutu" ilə "Behrud İnşaat” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsində göstərilən "Topoqrafiya və istinad məlumatlarının toplanması"nın dəyəri dəyərinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Məhkəmə-mühasibat ekspertizası üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə müəyyən edilmiş qiymətlər əsas götürülməklə Bakı Beynəlxalq Multirakultirizm Mərkəzini tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə köçürülməklə təyinatı üzrə istifadə edilməyən (təyinatından yayındırılan) vəsaitin məbləği 10.500 manat məbləğində, "X16 Şəbəkəsi” tərəfindən "Ariento” Məhdud Məsuliyyətli Cəmiyyətinə köçürülməklə təyinatı üzrə istifadə edilməyən (təyinatından yayındırılan) vəsaitin məbləği 8.000 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən mallar və görülmüş xidmətlər zamanı "Bakı Dövlət Lahiyə İstitutu" tərəfindən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə köçürülməklə ehtimal olunan qiymətlər arasında fərq müəyyən edilmədi. Eyni zamanda qeyd edilir ki, "Bakı Dövlət Layihə İnstitutu" ilə "Behrud İnşaat” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsində göstərilən "Topoqrafiya və istinad məlumatlarının toplanması"nın dəyərinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından həmin hal üzrə tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (cild 4, iş vərəqi 9-18). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1, 193-1.2.3 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir (cild 4, iş vərəqi 21-27). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmiş, barəsində 4 dəfə tənbeh tədbirləri tətbiq edilmişdir. Mənfi xarakterizə olunur (cild 4, iş vərəqi 59-61). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edilməmişdir. Müsbət xarakterizə olunur (cild 4, iş vərəqi 62-64). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1, 193-1.2.3 vǝ 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir (cild 4, iş vərəqi 78-86). - xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə öz xüsusiyyətinə, əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, həmçinin üzərində hadisənin izlərini saxladığına, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə Bakı kömək etdiyinə görə X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, EAAR seriyalı, 285506 nömrəli elektron qaimə, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı, xərclər smetası, mal göndərənin kotirovka təklifi məktubu və kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması, "xxxx" ASC-nin 429251 nömrəli kassa məxaric çeki, Bakı Dövlət Layihə İnstitu ilə 28 mart 2019-cu il tarixli "xxxx" MMC ilə alqı-satqı müqaviləsi və 17 aprel 2019-cu il tarixli "xxxx" MMC ilə podrat müqaviləsi, qiymətlərin razılaşdırılması haqqında protokol, hesab faktura, EAAT seriyalı, 415162 nömrəli elektron qaimə, "xxxx" ASC-nin 436152 nömrəli kassa məxaric çeki, EAAT seriyalı, 763923 nömrəli elektron qaimə, "Muğanbank” ASC-nin 440951 nömrəli xəzinə məxaric çeki, "X16 Şəbəkəsi” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0315/18 saylı alqı-satqı müqaviləsi, 04 iyul 2019-cu il tarixli 000391 nömrəli ödəniş tapşırığı, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC vǝ "xxxx" MMC-nin bank hesablarından çıxarışlar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edildiyi nəzǝrǝ alınmışdır (cild 4, iş vərəqi 115-147). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərinə etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamaları, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayaraq pul vəsaitini vahid niyyətlə leqallaşdırmaları, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa və informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törətmələri faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1, 193-1.2.3 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir (cild 4, iş vərəqi 148-152). - Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 5, iş vərəqi 37-39) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərinə etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayaraq pul vəsaitini vahid niyyətlə leqallaşdırma CM-nin 193- 1.2.1 və 193-1.2.3 maddələrində, habelə sənədlərdəvə ya informasiya resurslarındaonların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllərin tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi əməllərinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, onun bir tərəfi qismində müxtəlif dövlət orqanları və müəssisəsləri çıxış etsə də, müqavilənin digər tərəfini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki və ya hüquqi rəhbərlik etdiyi müəssisəslər təmsil etmişlər. Həmin müqavilələrə də onların qarşılıqlı razılığı əsasında müvafiq malların və xidmətlərin qiymətləri barədə yalan məlumatlar daxil edilmiş, yəni müqavilələrdə malın və xidmətlərin qiyməti orta bazar qiymətlərindən artıq məbləğlərdə şişirdilməklə müəyyənləşdirilmişdir ki, burada da məqsəd məhz dövlət büdcəsinin vəsaitlərinin etibar edildiyi şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olmuş bir qup şəxs halında hərəkətləri nəticəsində pul vəsaitlərinin israf edilməklə mənimsənilməsi olmuşdur. Mənimsəmə cinayəti isə məhz onların arasında rol bölgüsünün həyata keçirilməsi nəticəsində törədilməsi mümkün olmuşdur. Belə ki, ayrı-ayrı dövlət müəssisəsinin vəzifəli şəxsləri onlara etibar edilmiş əmlakın mənimsənilməsi istiqamətində aralarında bağlanmış müqavilələr üzrə razılaşdırılmış pul vəsaitlərini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki və ya hüquqi rəhbərlik etdiyi müəssissələrin hesabına köçürmüş, sonuncular isə aralarında olan razılığa əsasən pul vəsaitlərini həmin hesablardan məxaric edərək bir hissəsini özlərinə götürməklə qalan hissələrini Şahid4, Şahid2 və Şahid3 qaytarmışlar (lakin nə ibtidai istintaq, nə də məhkəmə iclasları zamanı pul vəsaitlərinin hansı qaydada bölünməsinin müəyyən edilməsi mümkün olmamışdır). Hazırkı işin xüsusiyyətləri ondan ibarətdir ki, Şahid4, Şahid2 və Şahid3 tərəfindən səlahiyyətlərinin icrası ilə əlaqədar onlara etibar edilmiş əmlakın (pul vəsaitlərinin) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı olmadan mənimsənilməsinin mümkünlüyü istisna olunur. O cümlədən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda sadalanan şəxslərin iştirakı olmadan mənimsəmə cinayətinin subyekti (icraçısı) qismində çıxış etmək imkanlarına sahib deyildir. Belə ki, mənimsəmə cinayətinin predmeti olan dövlət büdcəsinə məxsus pul vəsaitləri, yerinə yetirdiyi vəzifələr ilə əlaqədar büdcədən maliyyələşən ittiham aktında sadalanan dövlət müəssisələrin səlahiyyətli şəxslərinə (Şahid4, Şahid2 və Şahid3) etibar edilmişdir. Həmin pul vəsaitlərinin mənimsənilməsi mal-material və xidmətlərin qiymətinə dair məlumatların alqı-satqı müqavilələrinə “şişirdilmiş” məbləğdə daxil edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi müəssisələrin hesabına köçürülməsi və köçürülmüş pul vəsaitlərinin sonuncular tərəfindən nağdlaşdırılaraq aralarında bölüşdürülməsi yolu ilə mümkün olmuşdur. Beləliklə, faktiki olaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı əmlak etibar edilmədiyindən və Şahid4, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bağlanmış müqavilə üzrə sonuncuların müəssisələrinin bank hesablarına köçürülmüş pul vəsaitlərinin geri qaytarmadığı təqdirdə, hər hansı pul vəsaitinə sərəncam vermək üçün real imkanları yaranmadığından, ümumilikdə 28.283 pul vəsaitinin mənimsənilməsi ayrı-ayrı epziodlar üzrə qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi müəssisələrə Şahid4, Şahid2 və Şahid3 tərəfindən köçürülmüş pul vəsaitlərinin sonradan nağdlaşdırılaraq aralarında bölünməsi yolu ilə mümkün olmuşdur. Ona görə də məhkəmə bu hissədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə tövsifi barədə ibtidai istintaq orqanının mövqeyi ilə razılaşır. Lakin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm Şahid4 oglu, Şahid2, Şahid3, eləcə də qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan özlərinə etibar edilmiş dövlətə məxsus ümumilikdə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla talama, həm də eyni miqdarda pul vəsaitini qeyriləri ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında leqallaşdırma ilə əlaqədar ittiham irəli sürülmüşdür. Verilmiş ittiham onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 qeyd olunan dövlət müəssisələri tərəfindən adları göstərilən özünün və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi fəaliyyətsiz şirkətlərə köçürülmüş ümumilikdə 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat pul vəsaitinin Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsədiyi pul vəsaitinin cinayət yolu ilə əldə olunduğunu bilə-bilə onun həqiqi mənbəyini gizlətmək, məsuliyyətdən yayınmaq məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə olunmuş əmlakdan, yəni pul vəsaitindən istifadə etməklə digər əqdlərin həyata keçirilməsi və köçürülməsini həyata keçirməklə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında leqallaşdırmışdır. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.1 və 193-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə gəldiyi nəticəni qəbul etməyərək hesab edir ki, həmin maddə ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə təqsirləndirilən şəxslərə bəraət verilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, məhkəmə hökmü məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları əsasında çıxarılır. Məhkəmədə təqdiq edilmiş cinayət işi materialları ilə müəyyən edilən işin faktiki hallarından görünür ki, Şahid4, Şahid2 və Şahid3 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında mənimsənilmiş əmlakın miqdarı ilə əlaqədar Cinayət Məcəlləsinin 179-cu maddəsinin müvafiq bəndləri və 313-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə həm həmin şəxslərlə, həm qeyriləri ilə birlikdə ümumilikdə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat əmlakın mənimsənilməsi, həm də eyni miqdarda pul vəsaitinin şəxsiyyəti isə istintaq tərəfindən müəyyən edilməyən bir qrup şəxslə leqallaşdırılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmişdir. Şəxsiyyəti istintaq tərəfindən müəyyən edilməyən bir qrup şəxs haqqında isə 27 may 2024-cü il tarixli qərarla hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1, 193-1.2.3 və 313-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.1 və 193-1.2.3 maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması dedikdə: - cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi; - cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi başa düşülür. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin predmeti qismində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər çıxış edir. “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2023-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən leqallaşdırma cinayətinin obyektiv cəhətini cinayət yolu ilə əldə olunmuş əmlakın həqiqi mənbəyini gizlətmək və ya predikativ cinayəti törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədi ilə, yəni cinayət yolu ilə əldə olunmuş gəlirlərə qanuni görkəm vermək üçün CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrində təsbit edilmiş aşağıdakı hərəkətlərin törədilməsi təşkil edir: - konversiya; - köçürülmə; - predikativ cinayətin predmetindən istifadə etməklə maliyyə əməliyyatları və ya digər əqdlərin həyata keçirilməsi (CM-in 193-1.1.1-ci maddəsi); - predikativ cinayətin predmetinin həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi (CM-in 193-1.1.2-ci maddəsi). Konversiya dedikdə, cinayət yolu ilə əldə olunmuş əmlakın başqa aktivlərə (məsələn bir valyutada pulun başqa valyutada pula, qiymətli kağızlara) çevrilməsi ehtiva olunur. Köçürülmə dedikdə, əmlakın başqasının adına keçirilməsi (o cümlədən, başqasının adına keçirilməsi görüntüsünün yaradılması) və yaxud rəsmi və ya qeyri-rəsmi yollarla, nağd və ya nağdsız xaricə çıxarılması başa düşülür. Maliyyə əməliyyatları dedikdə, pul vəsaitləri ilə istənilən əməliyyatın, yəni nağd və nağdsız qaydada hesablaşmaların, kassa əməliyyatlarının, o cümlədən hesaba mədaxil etmənin, müxtəlif hesablarda yerləşdirilmənin, başqa valyutaya çevrilmənin, qiymətli kağızların əldə edilməsinin, xaricə köçürülməsinin və daha sonra bankdakı hesaba qaytarılmasının və s. həyata keçirilməsi ehtiva olunur. Yuxarıda göstərilən Plenum Qərarından görünür ki, predikativ cinayət bir qayda olaraq leqallaşdırma üzrə hərəkətlərin başlanılmasından əvvəl törədilməlidir. Lakin predikativ cinayət davam edən cinayət olduqda, onun özlüyündə cinayətin bütün əlamətlərinə malik olan müəyyən epizodunun (epizodlarının) törədilməsindən sonra həmin epizod (epizodlar) nəticəsində əldə olunmuş əmlakın leqallaşdırılmasına görə də cinayət məsuliyyətinin yaranması istisna edilmir (predikativ cinayətin və leqallaşdırmanın paralel törədilməsi halı). Eyni bir hərəkətlə (hərəkətlərlə) həm predikativ cinayət, həm də leqallaşdırma cinayəti törədildikdə, məsələn çoxmərhələli əməliyyatlarla pul vəsaiti mənimsənildikdə və bu cinayətin bitmə anında cinayət yolu ilə əldə olunmuş vəsait qanuni görkəm aldıqda, şəxsin əməlləri cinayətlərin ideal məcmusu qaydasında CM-in 193-1-ci maddəsi və predikativ cinayəti nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.2-ci maddəsinə əsasən bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.1 və 193-1.2.3-cü maddələri ilə bəraət verilməsinə dair nəticəyə gələrkən yuxarıda qeyd olunan Cinayət Məcəlləsinin və Ali Məhkəmənin Plenumunun qərarlarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri o halda Cinayət Məcəlləsinin 179 və 193-1-ci maddəsi ilə tövsif edilə bilər ki, belə əməllər ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin real məcmusunu, ya da həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən cinayətlərin ideal məcmusunu təşkil etsin. Digər tərəfdən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməlinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinin yaranması üçün ya predikativ cinayət - əsas hüquq pozuntusu cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətindən əvvəl, ya həmin cinayətlə paralel, ya da eyni vaxtda bitmiş olmalıdır. Predikativ cinayət cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməlindən əvvəl baş verdiyi təqdirdə cinayətlərin real məcmusu, eyni bir hərəkətlə hər iki cinayət başa çatdıqda isə cinayələrin ideal məcmusu yaranır. Bundan başqa, yuxarıda göstərilən Cinayət Qanunun və Ali Məhkəmə Plenum Qərarının müddəalarının tələbləri hazırkı iş üzrə nəzərə alınarkən belə başa düşülür ki, təqsirləndirilən şəxsin həm mənimsəmə, həm cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməlinə görə cinayətlərin ideal məcmusu qaydasında cinayət məsuliyyətinin yaranması üçün etibar edilmiş əmlak üzərində təqsirləndirilən şəxsin sərəncam hüququnun yaranması ilə əldə edilmiş əmlak - (pul vəsaitinin) qanuni şəkil alması eyni vaxtda baş verməlidir (bu zaman təqsirləndirilən şəxsin əsas hüquq pozuntusunda iştirakı zəruridir). Məsələn, təqsirləndirilən şəxs tutduğu səlahiyyət ilə əlaqədar ona etibar edilmiş pul vəsaitlərini özünün və ya qabaqcadan əlbir olduğu şəxslərin faktiki və ya hüquqi rəhbərlik etdiyi və müəssisələrin hesablarına keçirilir və müvafiq pul vəsaitlərinə əlçatanlılıq həmin pul vəsaitlərinin barəsində əqdlərin (qeyd edilən pul vəsaiti hesabına səhmlərin əldə edilməsi, həmin pul vəsaitlərinin sonradan qaytarılmaq şərtilə “uydurma” borc, bağışlama, əmək və s. müqavilə əsasında özünə yaxın adamlara verilməsi və s.) həyata keçirilməsi (qanuni gəlir forması alması) yolu ilə baş verir. Yəni, təqsirləndirilən şəxs tərəfindən pulun mənimsənilməsi yalnız həmin pul vəsaitinin leqallaşdırılması nəticəsində başa çatır. Təqsirləndirilən şəxsin həm mənimsəmə, həm cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməlinə görə cinayətlərin real məcmusu qaydasında cinayət məsuliyyətinin yaranması üçün isə əvvəlcə predikativ cinayət, yəni mənimsəmə əməli, daha sonra isə mənimsəmə cinayətinin törədilməsi nəticəsində əldə edilmiş əmlakın leqallaşdırılması baş verməlidir (bu zaman təqsirləndirilən şəxsin əsas hüquq pozuntusunda iştirakı zəruri deyil). Qanunun tələbləri baxımından predikativ cinayətin (mənimsəmə cinayətinin) təqsirləndirilən şəxslə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər (Şahid4, Şahid2 və Şahid3) ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsi, habelə təqsirləndirilən şəxsə əsas hüquq pozuntusunda iştirak edən şəxslərin cinayət məsuliyyətindən yayınması məqsədilə Cinayət Məcəlləsinin 193-1.2.1 və 193-1.2.3-cü maddələri ilə ittiham elan edilməsi kimi hallar nəzərə alınaraq hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cinayətlərin ideal və real məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1 və 193-1.2.3 maddələri ilə təqsirli bilinməsi üçün əsas hüquq pozuntusunda iştirak edən şəxslər də həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. O cümlədən təqsirləndirilən şəxslərə əsas hüquq pozuntusunda iştirak edən şəxslərin niyyəti ilə əhatə edilməməklə həmçinin Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1 və 193-1.2.3 maddələri ilə o zaman cinayətləri real və ya ideal məcmusu qaydasında ittiham irəli sürülə bilər ki, sonuncuların özlərinə həmin predikativ cinayətdən aralarında olan razılığa əsasən müəyyənləşdirilmiş pay məbləğində əldə etdiyi gəlirə münasibətdə Cinayət Məcəlləsinin 193-1.2.1 və 193-1.2.3-cü maddələrinin obyektiv cəhətini təşkil edən hərəkətlərin törədilməsi sübuta yetirilmiş olsun. Lakin iş materiallarından görünür ki, əvvəla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, tərəflərindən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında mənimsənilmiş ümumilikdə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat təşkil edən pul vəsaitinin hər hansı bir hissəsi etibar edilməmişdir. Bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə cinayət məsuliyyətinin yaranması üçün 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin etibar edildiyi ittiham aktında adları sadalanan dövlət müəssisələrinin vəzifəli şəxsləri tərəfindən onların faktiki rəhbərlik etdiyi müəssisələrin bank hesablarına köçürülməsi kifayət etsə də, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid4, Şahid2 və Şahid3 tərəfindən Cinayət Məcəlləsinin 179-cu maddəsinin törədilməsi əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya əsasən sonuncuların təqsirləndirilən şəxslərin rəhbərlik etdiyi müəssissələrə köçürülən pul vəsaitlərinin nağdlaşdırılaraq aralarında bölüşdürülməsi yolu ilə mümkündür. Yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı pul vəsaiti etibar edilmədiyindən, ayrı-ayrı epizodlar üzrə isə Şahid4, Şahid2 və Şahid3 isə onlara etibar edilmiş pul vəsaitlərinə əlçatanlılığı təqsirləndirilən şəxslər tərəfindən müvafiq müqavilə üzrə ödənişləri nağdlaşdıraraq onlara qaytarmadığı təqdirdə istisna edildiyindən bir-birilərindən müstəqil şəkildə onlar tərəfindən ümumilikdə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin mənimsənilməsi mümkün olmamışdır. Belə ki, müvafiq dövlət müəssisələrinin səlahiyyətli şəxsləri (Şahid4, Şahid2 və Şahid3) tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi müəssisələrə köçürülmüş ümumilikdə 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat pul vəsaitindən 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin həmin pul vəsaitini köçürən şəxslərə qaytarılmadığı sübuta yetirildiyi halda ya aralarında köçürülmüş pulun gələcəkdə nağdlaşdırılaraq bölüşdürülməsi barədə razılığın müəyyən edilməməsi əsası ilə yuxarıda adı sadalanan şəxslərə Cinayət Məcəlləsinin 313 və 179.3.2-ci maddəsi ilə bəraət verilməli idi (bu halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu deyil, 178-ci maddəsi ilə tövsif ediləcəkdi), köçürülmüş pul vəsaitinin aralarında bölüşdürülməsi haqqında qarşılıqlı razılığın müəyyən edildiyi təqdirdə isə dövlət müəssisələrinin yuxarıda adı çəkilən vəzifəli şəxslərinin əməli başa çatmamış cinayət kimi qiymətləndirilməklə 29,179-cu maddəsi ilə tövsif edilməli idi. Halbuki, ittiham aktından görünür ki, təqsirləndirilən şəxslərə və ayrı-ayrı epizodlar üzrə Şahid4, Şahid2 və Şahid3, dövlət müəssisəsinin səlahiyətli şəxsləri kimi həmin şəxslərə etibar edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi müəssisələrə köçürülmüş, ümumi məbləği 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat pul vəsaitinin mənimsənilməsinə görə deyil, ekspertiza rəyinə əsasən müvafiq dövlət müəssissələri üçün zəruri mal-material və xidmətlər üçün nəzərdə tutulmuş orta bazar qiymətlərindən artıq, ümumi məbləği 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat təşkil edən pul vəsaitinin mənimsənilməsinə görə ittiham irəli sürülmüşdür. Beləliklə, istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus müəssisələrin işçi heyətinin sahib olmaması və digər səbəblərdən “müvafiq xidmətləri göstərmək” qabiliyyətinə malik olmaması barədə qənaətə gəlməklə əslində təqsirləndirilən şəxslərin faktiki və ya hüquqi rəhbəri olduğu müəssisələrə ayrı-ayrı epizod üzrə ümumilikdə köçürülmüş 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat pul vəsaitindən 34.164 (otuz dörd minyüz altmış dörd) manat hissəsinin (62.447-28.283=34.164) Şahid4, Şahid2 və Şahid3 qaytarılması, ümumilikdə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin isə təqsirləndirilən şəxslər tərəfindən nağdlaşdırılaraq qabaqcadan əlbir olduğu həmin şəxslər ilə arasında bölüşdürülməsini təsdiq etmişdir. Göründüyü kimi, hazırkı iş üzrə toplanmış sübutların məcmusu ilə də sübuta yetirilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən pul vəsaitlərinin bir hesabdan başqa hesaba köçürülməsi üçün nağdlaşdırılması cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması məqsədlərinə deyil, məhz qabaqcadan əlbir olduğu müxtəlif müəssisələrin səlahiyyətli şəxsləri ilə aralarında razılaşdırılmış rol bölgüsünə əsasən mənimsənilməsinə, yəni həmin pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Şahid4, Şahid2 və Şahid3 arasında bölüşdürülməsinə xidmət etmişdir. Bundan başqa, ibtidai istintaq orqanının qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin leqallaşdırılması ilə bağlı ittiham irəli sürülsə də, məhkəmə hesab edir ki, - hazırkı iz üzrə ayrı-ayrı dövlət müəssisələrinin səlahiyyətli şəxslərinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə ümumilikdə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin nağdlaşdırılması ilə əlaqədar mənimsəmə ilə əlaqədar ittiham irəli sürüldüyü; - təqsirləndirilən şəxslər tərəfindən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında mənimsənilmiş 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitindən onlara çatan pay məbləğinin müəyyən edilmədiyi; - ittiham aktında göstərilən çoxmərhələli əməliyyatlara dair əlavə edilmiş sübutların (bank hesabından çıxarışların, müqavilələrin) yalnız müvafiq dövlət müəssisələri tərəfindən ödənilmiş ümumi məbləği 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat təşkil edən pul vəsaitlərinin köçürülməsini və nağdlaşdırılmasını təsdiq etdiyi təqdirdə hansı məbləğdə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat (əgər təqsirləndirilən şəxslər, Şahid4, Şahid2 və Şahid3 və qeyriləri arasında istintaqa və məhkəməyə aydın olmayan qeyri-müəyyən paylarla bölünmüşdürsə, eyni miqdarda pul vəsaiti təqsirləndirilən şəxslər tərəfindən necə həqiqi mənbəyi gizlədilməklə leqallaşdırıla bilər? Və ya təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmiş pul vəsaitlərinin məbləği müəyyən edilmədiyi təqdirdə onlara hansı əmələ görə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı ittiham irəli sürürlə bilər?) pul vəsaitinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən istifadə edilməklə hansı əqdlər bağlanması, hansı qaydada qanuni görkəm alması, qanuni görkəm alaraq çevrildiyi əmlak növü ittiham tərəfindən sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı əslində bir tərəfdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların faktiki rəhbərlik etdiyi müəssisələrə köçürülmüş, ümumilikdə 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat təşkil edən pul vəsaitinin 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat hissəsinin həmin müəssisələrə geri qaytarılmaması, qeyd edilən məbləğdə pul vəsaitləri dəyərində müqavilələrdə nəzərdə tutulan əmlakın ittiham aktında göstərilən müəssisələrə təhvil verilməsi barədə ifadələrini özünümüdafiə kimi qiymətləndirərək, ittiham aktında adı çəkilən müəssisələr tərəfindən təqsirləndirilən şəxslərin faktiki rəhbərlik etdiyi müəssisələrin hesablarına köçürülmüş pulun nağdlaşdırılaraq sonuncular, müvafiq dövlət müəssisələrin səlahiyyətli şəxsləri və qeyriləri ilə aralarında bölüşdürülməsi nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Şahid4, Şahid2 və Şahid3 Cinayət Məcəlləsinin 313 və 179-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin bitməsinə, digər tərəfdən məhz elə həmin pul vəsaitinin, yəni 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) pulun nağdlaşdırılması nəticəsində əldə edilmiş pul vəsaitinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən nağdlaşdırılaraq leqallaşdırması barədə iki ziddiyyətli nəticəyə gəlmişdir. Buna görə də məhkəmə, istintaq orqanının ümumilikdə 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat pul vəsaitindən yalnız 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin mənimsənilməsi ilə bağlı təqsirləndirilən şəxsin və tərəfindən müvafiq pul vəsaitlərinin etibar edildiyi ittiham aktında adları sadalanan dövlət müəssissələrinin vəzifəli şəxslərinin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Cinayət Məcəlləsinin 313 və 179-cu maddəsinin müvafiq bəndi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə nəticəyə gəldiyi, ayrı-ayrı epizod üzrə həmin pul vəsaitinin nağdlaşdırıldıqdan sonra ümumiyyətlə hansı nisbətlə təqsirləndirilən şəxslərlə yuxarıda göstərilən şəxslər arasında bölüşdürülməsinin nə ibtidai istintaq, nə məhkəmə iclasları zamanı müəyyən edilmədiyi təqdirdə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslər tərəfindən leqallaşdırılmasına dair mövqeyini əsassız hesab edir. Məhkəmə onu da qeyd edir ki, dövlət müəssisələrinin səlahiyyətli şəxslərinə etibar edilmiş 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) pul vəsaitinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən leqallaşdırılması barədə nəticə Şahid4, Şahid2 və Şahid3 əməllərinin mənimsəmə və vəzifə saxtakarlığı kimi Cinayət Məcəlləsinin 179 və 313-cü maddələri ilə qiymətləndirilməsini istisna edir. Yəni, ittiham aktında sadalanan dövlət müəssisələrinin səlahiyyətli şəxsləri tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi müəssisələrə köçürülmüş 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat pul vəsaitindən sonuncu tərəfindən 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat hissəsinin leqallaşdırılması əməli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 313-cü maddələri ilə bəraətverici əsaslar olmadan xitam verilən Şahid4, Şahid2 və Şahid3 arasında bölüşdürülməsi barədə nəticəni inkar edir. Belə ki, əgər bağlanmış müqavilələr üzrə əldə edilmiş 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaiti həqiqətən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən leqallaşdırılmışdırsa, deməli həmin məbləğdən Şahid4, Şahid2 və Şahid3 hər hansı pul vəsaiti qaytarılmamışdır. Halbuki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli qərarla Bakı X2nin baş məsləhətçisi Şahid4, "X16 Şəbəkəsi" MMC-nin direktoru Şahid3 və Azərbaycan Respublikası Dövət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı X13 Texniki və Təsərrüfat Şöbəsinin rəisi Şahid2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrinin tərkib əlamətləri olması barədə nəticəyə gəlinmişdir. Məhkəmə onu da qeyd edir ki, sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin leqallaşdırılması ilə bağlı irəli sürülmüş ittiham, həmçinin cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlaması əsas götürülsə də, yuxarıda göstərilənlərdən aydın olur ki, əsas hüquq pozuntusunda iştirak edən şəxslər Şahid4, Şahid2 və Şahid3 leqallaşma ilə bağlı ittiham irəli sürülməmiş, iş materiallarına əlavə edilmiş müqavilələrin, əqdlərin, bank sənədlərinin yalnız 62.447 (altmış iki min dörd yüz qırx yeddi) manat təşkil edən pul vəsaitinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki və hüquqi cəhətdən idarə etdiyi müəssisələrə köçürülməsi və həmin pul vəsatinin nağdlaşdırılmasına dair olmuşdur (yəni həmin sənədlərin predikativ cinayət olan mənimsəmə əməlinin törədilməsinə - pul vəsaitinin köçürülməsinə, dövriyəsinə, köçürmə nəticəsində qabaqcadan əlbir olmuş bir qrupun iştirakçılar arasında bölüşdürülməsinə xidmət etməsi, əsas hüquq pozuntusu bitdikdən sonra əldə edilmiş gəlirə münasibətdə bağlanmış hər hansı əqdin təsdiq edilməsinə dair sübut olmaması). Belə olan təqdirdə ibtidai istintaq orqanı tərəfindən əsassız və bərabərlik prinsiplərinə zidd şəkildə yuxarıda sadalanan şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birgə törətdikləri əməllər Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə əməli Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 193-1.2.1, 193-1.2.3 və 313-cü maddələri nəzərdə tutulmuş əməllər kimi qiymətləndirilmişdir. Məhkəmə, qabaqcadan əlbir olaraq mənimsəmə cinayəti törətmiş vəzifəli şəxslərin məsuliyyətdən yayınması məqsədilə cinayət yolu ilə əldə olunmuş əmlakdan, yəni pul vəsaitindən istifadə etməklə digər əqdlərin həyata keçirilməsi və köçürülməsini həyata keçirməklə xeyli miqdar təşkil edən 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitini vahid niyyətlə leqallaşdırması barədə istintaq orqanının gəldiyi nəticəni mənimsənilmiş 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin hansı hissəsinin Şahid4, Şahid2 və Şahid3 geri qaytarılması, hansı hissəsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qalmasının, yəni mənimsənilmiş əmlakın tərəflərə düşən pay hissəsi ümumiyyətlə müəyyən edilmədiyi təqdirdə eyni məbləğdə pul vəsaitinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən leqallaşdırılmasının mümkün olmaması ilə əlaqədar ağlabatan hesab etmir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli qərarla Bakı X2nin baş məsləhətçisi Şahid4, "X16 Şəbəkəsi" MMCnin direktoru Şahid3 və Azərbaycan Respublikası Dövət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı X13 Texniki və Təsərrüfat Şöbəsinin rəisi Şahid2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrinin tərkib əlamətləri olması qənaətinə gəlsə də, onların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətdikləri mənimsəmə cinayəti nəticəsində dövlətə vurulmuş bütün ziyanı və eləcə də cinayət məsuliyyətindən azad olunmaq üçün həmin ziyanın 25 faizlərini dövlət büdcəsinə ödəmələri əsasında barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Göründüyü kimi, 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin yalnız mənimsəmə cinayətinin predmeti qismində çıxış etməsi, mənimsənilmiş pul vəsaitlərinin hansı hissəsinin müvafiq dövlət müəssisələrinin səlahiyyətli şəxslərinə və qeyrilərinə geri qaytarılması iş materiallarından aydın olmadığı təqdirdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin leqallaşdırılması ilə əlaqədar Cinayət Məcəlləsinin 193-1.2.1 və 193- 1.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq mənimsəmə cinayəti törətmiş vəzifəli şəxslər Şahid4, Şahid2 və Şahid3 məsuliyyətdən yayınması məqsədilə cinayət yolu ilə əldə olunmuş əmlakdan, yəni pul vəsaitindən istifadə etməklə digər əqdlərin həyata keçirilməsi və köçürülməsini həyata keçirməklə xeyli miqdar təşkil edən 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitini vahid niyyətlə leqallaşdırması barədə istintaq orqanının gəldiyi nəticə: - 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin köçürülməsi və nağdlaşdırılması ilə əlaqədar müvafiq dövlət müəssisəsinin vəzifəli şəxslərinin (Şahid4, Şahid2 və Şahid3) əməllərinin yalnız Cinayət Məcəlləsinin 179 və 313-cü maddəsi ilə tövsif edilməsi; - mənimsənilmiş 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat pul vəsaitinin hansı hissəsinin Şahid4, Şahid2 və Şahid3 geri qaytarılmasının, yəni mənimsənilmiş əmlakın tərəflərə düşən pay hissəsinin ümumiyyətlə müəyyən edilməməsi; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 predikativ cinayətdə - əsas hüquq pozuntusunda iştirak etmiş şəxslərin, yəni Şahid4, Şahid2 və Şahid3 cinayət məsuliyyətindən yayınması ilə əlaqədar 193-1.2.1 və 193-1.2.3-cü maddələri ilə ittiham verilsə də, əsas hüquq pozuntusunda iştirak etmiş həmin şəxslərə təqsirləndirilən şəxslərlə birlikdə Cinayət Məcəlləsinin 193-1.2.1 və 193-1.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməməsi (əsas hüquq pozuntusunda iştirak edən şəxslərin iradəsi və istəyi olmadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların cinayət məsuliyyətindən azad edilməsi üçün nəyə görə pul vəsaitlərini leqallaşdırsın?) kimi hallar ilə təkzib edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətlərdir. Təsnifatına görə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət az ağır, həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulan cinayət isə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdəşəxs barəsində cinayət işi başlanılmır və ya başlanılmış cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdirsə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan əməli, yəni qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa və informasiya resuslarına bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək törətdiyi vəzifə saxtakarlığı 2018-2019-cu illər ərzində törədilmişdir. Lakin özlərini həmin maddə ilə əlaqədar məhkəmə iclasında təqsirli hesab etməmişlər. Məhkəmə qeyd edilən səbəblərdən hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə isə ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 12 oktyabr 2011-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın hazırkı iş üzrə barələrində xitam verilmiş şəxslər tərəfindən ödənilməsini, cəza çəkdiyi yer üzrə müsbət xarakterizə olumasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın hazırkı iş üzrə barələrində xitam verilmiş şəxslər tərəfindən ödənilməsini Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə dövlət və özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 (üç) il müddətinə dövlət və özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza olaraq 3 (üç) il müddətə dövlət və özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 oktyabr 2009-cu il tarixdən hesablanması hökm edilmişdir. xx.xx.2016-cı ildə əsas cəzasının sonu ilə azad edilmiş, xx.xx.2021-ci ildə əlavə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Daha sonra o, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi 13 iyun 2022-ci ildən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqi 117, 234-249; cild 2, iş vərəqi 21-26). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Daha sonra o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011) 409/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə tutulduğu 3 (üç) gün və eləcə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-409/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli hökmü üzrə şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, cəmi 5 (beş) gün azadlıqdan məhrumetmə cəzasının 5 (beş) gününə bərabər tutulmaqla onun cəzasından 5 (beş) gün çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 may 2023-cü il tarixdən hesablanmışdır Daha sonra o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs2 2 (iki) il müddətə dövlət, özəl və yeri özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 289/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə və həmin hökmün cinayətlərin məcmusu qaydasında toplandığı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-409/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 5 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs2 təyin olunmuş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 may 2023-cü ildən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqi 118; cild 4, iş vərəqi 65-69, 70-73, 74-76). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, EAAR seriyalı, 285506 nömrəli elektron qaimə, xx.xx.2019-cu il tarixli təhviltəslim aktı, xərclər smetası, mal göndərənin kotirovka təklifi məktubu və kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması, "xxxx" ASC-nin 429251 nömrəli kassa məxaric çeki, Bakı Dövlət Layihə İnstitutu ilə 28 mart 2019-cu il tarixli "xxxx" MMC ilə alqı-satqı müqaviləsi və 17 aprel 2019-cu il tarixli "xxxx" MMC ilə podrat müqaviləsi, qiymətlərin razılaşdırılması haqqında protokol, hesab faktura, EAAT seriyalı, 415162 nömrəli elektron qaimə, "xxxx" ASC-nin 436152 nömrəli kassa məxaric çeki, EAAT seriyalı, 763923 nömrəli elektron qaimə, "Muğanbank” ASC-nin 440951 nömrəli xəzinə məxaric çeki, "X16 Şəbəkəsi” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0315/18 saylı alqı-satqı müqaviləsi, 04 iyul 2019-cu il tarixli 000391 nömrəli ödəniş tapşırığı, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC vǝ "xxxx" MMC-nin bank hesablarından çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə vurulmuş 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat məbləğində maddi ziyanın tam ödənildiyi və dövlət büdcəsinə keçirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər miqdarda, yəni hər birindən 50 (əlli) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 350, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.1 və 193-1.2.3 maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökm üzrə təyin edilmiş cəzaya Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə dövlət və özünüidarəetmə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti olaraq 4 (dörd) il müddətə dövlət və özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.1 və 193-1.2.3 maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanında vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət, özəl və yeri özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 289/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə və həmin hökmün cinayətlərin məcmusu qaydasında toplandığı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-409/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 5 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs2 təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində 3 (üç) il müddətə dövlət, özəl və yeri özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 5 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, EAAR seriyalı, 285506 nömrəli elektron qaimə, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı, xərclər smetası, mal göndərənin kotirovka təklifi məktubu və kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması, "xxxx" ASC-nin 429251 nömrəli kassa məxaric çeki, Bakı Dövlət Layihə İnstitu ilə 28 mart 2019-cu il tarixli "xxxx" MMC ilə alqı-satqı müqaviləsi və 17 aprel 2019-cu il tarixli "xxxx" MMC ilə podrat müqaviləsi, qiymətlərin razılaşdırılması haqqında protokol, hesab faktura, EAAT seriyalı, 415162 nömrəli elektron qaimə, "xxxx" ASC-nin 436152 nömrəli kassa məxaric çeki, EAAT seriyalı, 763923 nömrəli elektron qaimə, "Muğanbank” ASC-nin 440951 nömrəli xəzinə məxaric çeki, "X16 Şəbəkəsi” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0315/18 saylı alqı-satqı müqaviləsi, 04 iyul 2019-cu il tarixli 000391 nömrəli ödəniş tapşırığı, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC vǝ "xxxx" MMC-nin bank hesablarından çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər miqdarda, yəni hər birindən 50 (əlli) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə vurulmuş 28.283 (iyirmi səkkiz min iki yüz səksən üç) manat məbləğində maddi ziyanın tam ödənildiyi və dövlət büdcəsinə keçirildiyi nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar