Məhkəmə qərarları › İş №1(101)-357/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-357/2020

13.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-357/2020 13.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 iştirakları ilə xx xxxxxx 1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 29 saylı bağçada faktiki olaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumilikdə 2356,696 (2 kq 356,696) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən sahibsiz yarımçıq tikilidə gizlətmiş, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 15:36-da Sumqayıt şəhər X9 Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki gödəkcənin sol iç cibində satış məqsədi ilə saxladığı qara rəngli parça eynək qabında təmiz çəkisi 6,696 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən əməliyyat axtarış tədbirlərini həyata keçirən Sumqayıt şəhər Pİ-nin CAŞ-ın əməkdaşlarına əvvəlcədən məlum olmayan yarımçıq sahibsiz tikilidə gizlətdiyi təmiz çəkisi 2350 (2kq350) qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitədən əsasən də nəşədən istifadə edir. xx xxxxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yolunu qısaltmaq üçün həyətlərin içi ilə evinə tərəf gedən zaman təsadüfən arxaya tərəf çevrilərkən, iki nəfərin maşının arxasında gizləndiklərini görmüşdür. Sonra o, bir neçə dəfə arxaya boylanmış və həmin iki nəfərdən irəlidə digər bir şəxsin də olduğunu müəyyən etmişdir. Onun üzərində qurudulmuş marixuana olduğu üçün həmin şəxslərin polis olmalarından şübhələnərək qaçmağa başlamış və gedib “Sumqayıt” restoranına daxil olmuşdur. Bu zaman mülki geyimdə olan polis əməkdaşları həmin restorana daxil olaraq, onu saxlamış və Sumqayıt şəhəri BPİ-nin qarşısına gətirmişlər. Polis İdarəsinin qarşısında olarkən bir nəfər xidməti geyimdə polis zabiti gələrək onu avtomobilə əyləşdirmiş və ondan narkotik vasitəni haradan əldə etdiyini soruşmuşdur. O, həmin narkotik vasitəni aldığı şəxsi tanımadığını bildirmiş, sonra xidməti geyimdə olan polis zabiti avtomobildən düşmüş və onu saxlayan polis əməkdaşı Bəxtiyar adlı şəxslə o avtomobildə tək qalmışdır. O, həmin polis əməkdaşından ona mümkün qədər köməklik etməsini xahiş etmiş, həmin polis əməkdaşı da ona bildirmişdir ki, əgər onun dediyini etsə ona köməklik edə bilər. Bundan sonra polis əməkdaşı ona əgər çəkilişə razı olsa onda ona aşağı həddə cəza nəzərdə tutan maddə ilə ittiham irəli sürüləcəyini bildirmişdir. O, polis əməkdaşının bu təklifinə aldanılaraq onun təklifi ilə razılaşmış, beləliklə də Sumqayıt şəhəri BPİ-nin yaxınlığında, idarədən təxminən 120 metr məsafədə çəkiliş aparılmışdır. Çəkilişin aparıldığı yeri polis əməkdaşları müəyyən etmiş, həmçinin polis əməkdaşları çəkiliş zamanı sellofan torbada aşkar edilən narkotik vasitəni yaxınlıqda olan yarım tikilidə gizlətmişlər. Bundan sonra polis əməkdaşları onu başa salmışlar ki, çəkiliş zamanı həm üzərində olan özünə məxsus narkotik vasitəni, sonra isə sellofan torbada olan narkotik vasitəni təqdim etsin. O da polis əməkdaşlarının dediyi kimi etmiş, lakin o, narkotik vasitələrdən istifadə edir, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən o saxlanılan zaman onun üzərində cəmi altı ədəd narkotik vasitə marixuana aşkarlanmış, həmin narkotik vasitə marixuananın ümumi çəkisi 2-2,5 qram olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, o, 2014- cü ildən DİO-da hazırda tutuğu vəzifədə işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə xidmətdə olan vaxt Sumqayıt şəhər X9 Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhəri, 2-ci mikrorayon, 29 saylı baxçada yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra o, polis əməkdaşları Şahid1, Şahid3, 4-cü polis bölməsinin baş təhqiqatçısı Rafiq Quliyev və kriminalist Şahid4lə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisinə gəlmişlər. Həmin vaxt inspektor-kriminalist Şahid4 tərəfindən video kamera işə salınmışdır. O, həmin gün, saat 15:36-da Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində əlamətləri məlum olan şəxsə yaxınlaşdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. X10 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində, vasitəçilik etməsində, eləcədə satışında şübhəli olduğu bildirildikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış aparılacağı, bu səbəbdən də üzərində qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu qeyd edərək əynində olan qəhvəyi rəngli gödəkcənin sol iç cibində qara rəngli parça eynək qabını çıxarıb onlara təqdim etmişdir. Həmin parça eynək qabının içərisi açıldıqda yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan kimdən alması ilə bağlı soruşduqda o, həmin kütlənin narkotik vasitə marixuana olduğunu, təxminən 10 gün bundan əvvəl Xızı rayonu ərazisində Arif adlı şəxsdən 1200 (min iki yüz) manat müqabilində özü istifadə etmək məqsədi ilə aldığını demişdir. Təhqiqatçı aşkarlanan narkotik vasitəni hansı səbəbdən bu qiymətə aldığını ondan soruşduqda, Cavanşir narkotik vasitənin qalan hissəsini yaxınlıqda yerləşən tikilidə gizlətdiyini, özü istifadə etmək məqsədi ilə gün ərzində gəlib narkotik vasitədən götürərək getdiyini bildirmişdir. O, bundan sonra digər polis əməkdaşları və Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun göstərdiyi Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən sahibsiz yarımçıq tikiliyə getmiş, orada Təqsirləndirilən şəxs tikilinin içərisində divarların arasında gizlətdiyi qara rəngli polietilen torbanı çıxarıb könüllü olaraq onlara təqdim etmişdir. Polietilen torba açıldıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu məlum olmuş, həmin vaxt Təqsirləndirilən şəxs polietilen torbada olan narkotik vasitənin özünə məxsus olduğunu qeyd edərək çəkmək məqsədi ilə gizlətdiyini bildirmişdir. Bundan sonra sənədləşdirmənin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs o, və digər polis əməkdaşları Sumqayıt ŞPİnin 4-cü PB-nə getmişlər. Orada Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə elektron tərəzidə çəkildikdə çəkisinin 12,61 qram olması, tikilidən aşkarlanaraq götürülmüş narkotik vasitənin isə 2395 qram çəkidə olması müəyyən edilmişdir. Narkotik vasitəyə bənzər kütlələr protokol tərtib edilərək götürülməklə qablaşdırılmış, o da digər iştirakçılar kimi tərtib edilmiş protokolu imzalamışdır. Yarımçıq tikilidə gizlədilmiş 2395 qram çəkidə olan narkotik vasitədən onlarda əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin çəkidə olan narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti Şahid4 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmişSumqayıt ŞPİ-nin CAŞ-də kiçik əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərdi ki, o xx xxxxxxxx 2019-cu il tarixdə xidmətdə olan vaxt Sumqayıt şəhər X9 axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhəri, 2-ci mikrorayon, 29 saylı baxçada yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra o, Şahid1, Şahid2, 4-cü polis bölməsinin baş təhqiqatçısı Rafiq Quliyev və kriminalist Şahid4lə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisinə getmişlər. Həmin vaxt inspektor-kriminalist Şahid4 tərəfindən video kamera işə salınmışdır. O, həmin gün, saat 15:36-da Sumqayıt şəhəri, 5ci məhəllə ərazisində əlamətləri məlum olan şəxsə yaxınlaşdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. X10 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində, vasitəçilik etməsində, eləcədə satışında şübhəli olduğu bildirildikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış aparılacağını, bu səbəbdən də üzərində qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu qeyd edərək əynində olan qəhvəyi rəngli gödəkcənin sol iç cibində qara rəngli parça eynək qabını çıxarıb onlara təqdim etmişdir. Təqdim olunan parça eynək qabının içərisi açıldıqda onun içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən edilmişdir. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu, haradan və kimdən alması ilə bağlı soruşduqda o, həmin kütlənin narkotik vasitə marixuana olduğunu, təxminən 10 gün bundan əvvəl Xızı rayonu ərazisində Arif adlı şəxsdən 1200 (min iki yüz) manat müqabilində özü istifadə etmək məqsədi ilə aldığını demişdir. Təhqiqatçı aşkarlanan narkotik vasitəni hansı səbəbdən bu qiymətə aldığını soruşduqda Cavanşir narkotik vasitənin qalan hissəsini yaxınlıqda yerləşən tikilidə gizlətdiyini, özü istifadə etmək məqsədi ilə gün ərzində gəlib narkotik vasitədən götürərək getdiyini bildirmişdir. O, bundan sonra digər polis əməkdaşları və Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun göstərdiyi Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən sahibsiz yarımçıq tikiliyə getmişlər. Orada Təqsirləndirilən şəxs tikilinin içərisində divarların arasında gizlətdiyi qara rəngli polietilen torbanı çıxarıb onlara könüllü olaraq təqdim etmişdir. Sonra polietilen torba açıldıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu məlum olmuş, həmin vaxt Təqsirləndirilən şəxs polietilen torbada olan narkotik vasitənin özünə məxsus olduğunu qeyd edərək çəkmək məqsədi ilə gizlətdiyini demişdir. Bundan sonra sənədləşdirmə davam etdirilməsi üçün Təqsirləndirilən şəxs o, və digər polis əməkdaşları Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişlər. Orada Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə elektron tərəzidə çəkildikdə çəkisinin 12,61 qram olması aşkarlanaraq götürülmüş, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi narkotik vasitənin isə 2395 qram çəkidə olması müəyyən edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və tikilidən könüllü olaraq polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr protokol tərtib edilərək götürülməklə qablaşdırılmış, o da digər iştirakçılar kimi tərtib edilmiş protokolu imzalamışdır. Yarımçıq tikilidə gizlədilmiş 2395 qram çəkidə olan narkotik vasitədən onlarda əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin çəkidə olan narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmişSumqayıt şəhər Pİ-nkı CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2012-ci ildən DİO-da, 2018-ci ildən isə hazıradək Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə xidmətdə olan vaxt Sumqayıt şəhər X9 axtarış şöbəsinə qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhəri, 2-ci mikrorayon, 29 saylı baxçada yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, da bu səbəbdən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edib dərhal Cinayət Axtarış Şöbəsinin kiçik inspektorları Şahid3, Şahid2, 4-cü polis bölməsinin təhqiqatçısı Rafiq Quliyev və kriminalist Şahid4lə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisinə gəlmiş, həmin vaxt inspektor-kriminalist Şahid4 tərəfindən video kamera işə salınmışdır. O. həmin gün, saat 15:36-da Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində əlamətləri məlum olan şəxsə yaxınlaşdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. X10 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində, vasitəçilik etməsində, eləcədə satışında şübhəli olduğu bildirildikdən sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış aparılacağını, bu səbəbdən də üzərində qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu qeyd edərək əynində olan qəhvəyi rəngli gödəkcənin sol iç cibində qara rəngli parça eynək qabım çıxarıb təqdim etmiş, parça eynək qabının içərisi açıldıqda onun içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən edilmişdir. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu, haradan və kimdən alması ilə bağlı soruşduqda sonuncu həmin kütlənin narkotik vasitə marixuana olduğunu, təxminən 10 gün bundan əvvəl Xızı rayonu ərazisində Arif adlı şəxsdən 1200 (min iki yüz) manat müqabilində özü istifadə etmək məqsədi ilə aldığını demişdir. Təhqiqatçı aşkarlanan narkotik vasitəni hansı səbəbdən bu qiymətə aldığını soruşduqda Cavanşir narkotik vasitənin qalan hissəsini yaxınlıqda yerləşən tikilidə gizlətdiyini, özü istifadə etmək məqsədi ilə gün ərzində gəlib narkotik vasitədən götürərək getdiyini demişdir. O, bundan sonra digər polis əməkdaşları və Təqsirləndirilən şəxsla birlikdə sonuncunun göstərdiyi Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən sahibsiz yarımçıq tikiliyə getmiş, burada Təqsirləndirilən şəxs tikilinin içərisində divarların arasında gizlətdiyi qara rəngli polietilen torbanı çıxarıb könüllü olaraq onlara təqdim etmişdir. Sonra polietilen torba açıldıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu məlum olmuş, həmin vaxt Təqsirləndirilən şəxs polietilen torbada olan narkotik vasitənin özünə məxsus olduğunu qeyd edərək çəkmək məqsədi ilə gizlətdiyini demişdir. Bundan sonra sənədləşdirmənin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs o, və digər polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişlər. Orada Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə elektron tərəzidə çəkildikdə çəkisinin 12,61 qram olması, yarımçıq tikilidən könüllü olaraq təqdim etdiyi narkotik vasitənin isə 2395 qram çəkidə olması müəyyən edilmişdir. Sonra narkotik vasitəyə bənzər kütlələr protokol tərtib edilərək götürülmüş, o da digər iştirakçılar kimi tərtib edilmiş protokolu imzalamışdır. Yarımçıq tikilidə gizlədilmiş 2395 qram çəkidə olan narkotik vasitədən onlarda əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin çəkidə olan narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞBPİ-nin CAŞ-ın rəis müavini Şahid5 Vaqif oğlu ifadəsində göstərdi ki, barəsində soruşulan Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır. Belə ki, eşitmişdir ki, həmin şəxs narkotik vasitələrin üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olur, lakin onda bu barədə dəqiq məlumat olmamışdır. O, Təqsirləndirilən şəxs saxlanılması məqsədilə keçirilən əməliyyat tədbirində iştirak etməmiş, lakin qeyd edilən şəxs polis şöbəsinə gətirildikdən sonra tədbir barədə məlumatı olmuşdur. Əməliyyat tədbirinə Şahid1 adlı polis əməkdaşı rəhbərlik etmiş, halhazırda həmin şəxs daxili işlər orqanlarında xidmət etmir. Təqsirləndirilən şəxs saxlanılanda onun üzərindən 6 büküm narkotik vasitə aşkar olunduqdan sonra, Cavanşir özü yarımtikilidə olan narkotik vasitə barədə polis əməkdaşlarına məlumat vermiş və həmin narkotiki könüllü olaraq yarımtikilidən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Əgər Təqsirləndirilən şəxs yarımçıq tikilidə olan narkotiki könüllü olaraq polis əməkdaşlarına təqdim etməsəydi, onlarda əməliyyat məlumatı olmadığından həmin yerə baxış keçirilməyəcəydi. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilibkeçirilməməsindən onda məlumat olmamışdır. Həmin vaxtı əməliyyat tədbirinə Şahid1 adlı polis əməkdaşı rəhbərlik etmiş, hazırda həmin şəxs daxili işlər orqanlarında xidmət etmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞBPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid6 Aydın oğlu ifadəsində göstərdi ki, barəsində soruşulan Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır. Belə ki, eşitmişdir ki, həmin şəxs narkotik vasitələrin üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər görməmiş, ilk dəfədir ki, onu məhkəmə iclasında görür. O, Təqsirləndirilən şəxs saxlanılması zamanı əməliyyat tədbirində iştirak etməmişdir. Lakin Şahid1 bu barədə məlumat almış və Cavanşirin narkotik vasitələrin üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 24348 saylı rəyindən görünür ki, polietilen torbada təmiz çəkisi 2350 qram və kağız paketdə bir ədəd qara rəngli parça torbacıqda təmiz çəkisi 6,696 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 2356,696 qramdır. (2kq356,696 qram). Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd skoçla bağlanmış qara rəngli polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. (iş vərəqə 43-45). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 2429 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 150-151). İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 5(060)-291/2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Sumqayıt ŞPİ-nin CAŞ-ın xx xxxxxxxx 2019-cu il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (iş vərəqə 124). Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Lakin məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda 2350 (2kq350) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıması hissəsində təqsirli bilinməsi hissədə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli “Şəxsi axtarış keçirilməsi barədə protokol”-dan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 15:36-da Sumqayıt şəhər X9 Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nəcəfov X3 şəhəri, 5-ci məhəllə ərazisində saxlanılaraq üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşya olub olmadığı soruşulan zaman onun özü üzərində olan parça eynək qabını təqdim edərək içərisində qurudulmuş bitki kütləsi olduğunu bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan bitki kütləsi “marixuana”-dır, həmin bitki kütləsindən yaxınlıqda yerləşən yarımtikilidə də olduğunu bildirmiş, bu səbəbdən də çəkiliş dayandırılmadan qeyd edilən istiqamətdə gedilmişdir. (iş vərəqə 25-28) İbtidai istintaq zamanı və məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2, Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti Şahid4, Sumqayıt ŞPİ-nin CAŞ-də kiçik əməliyyat müvəkkili işləyən Şahid3, Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadələrində Cavanşirin narkotik vasitənin qalan hissəsini yaxınlıqda yerləşən tikilidə gizlətdiyini, özü istifadə etmək məqsədi ilə gün ərzində gəlib narkotik vasitədən götürərək getdiyini bildirdiyini söyləmişlər. Eyni zamanda adları çəkilən şahidlərin hər biri məhkəmə istintaqında verdikləri ifadələrində sahibsiz tikilidə saxlanılan narkotik vasitə ilə bağlı məlumatlarının olmadığını bildirmişlər. Bundan başqa məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞBPİnin CAŞ-ın rəis müavini Şahid5 Vaqif oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunduqdan sonra, şəxsin özü yarımtikilidə olan narkotik vasitə barədə polis əməkdaşlarına könüllü olaraq məlumat vermiş və həmin tikilidən narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Əgər Təqsirləndirilən şəxs həmin narkotik vasitəni könüllü olaraq təqdim etməsəydi onlarda əməliyyat məlumatı olmadığından polis əməkdaşları həmin yerə baxış keçirməyəcəydi. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 15:36-da Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində saxlanılaraq onun icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşya olub-olmadığı soruşulan zaman onun özü əynində olan qəhvəyi rəngli gödəkcənin sol iç cibində qara rəngli parça eynək qabını təqdim edərək içərisində yaşıl rəngli spesifiq iyə malik olan qurudulmuş bitki kütləsini təqdim etdikdən sonra qara rəngli sellofan torbanın içərisində olan 2350 qram narkotik vasitəni könüllü təqdim etməsi də onun davranışının xarakterini dəyişmir (məlumatın məhz könüllü şəkildə verdiyini inkar etmir). Çünki, Təqsirləndirilən şəxs sahibsiz yarımtikilidə gizlətdiyi narkotik vasitəyə görə yox, saxlanıldığı vaxt üzərindən aşkar olunduğu 6,696 qram miqdarında olan narkotik vasitəyə görə saxlanılmışdır. Onun bu vəziyyətinə görə əməli barədə sorğu-sual edilərkən onun susmaq və özünə qarşı ifadə verməmək hüququna malik olmaqla narkotik vasitənin polis orqanına məlum olmayan 2350 qram miqdarında olan hissəsini polisdən gizli qanunsuz dövriyyədə saxlamaq imkanında olmuşdur. Yuxarıda qeyd olunan şahid ifadələrindən belə nəticəyə gəlmək olar ki, Sumqayıt şəhər polis idarəsinin əməkdaşlarının yarımtikilidə gizlədilən narkotik vasitə olan qurudulmuş marixuana barəsində məlumatları olmamışdır. Təqsirləndirilən şəxs onlara narkotik vasitəni yaxınlıqda yerləşən tikilidə gizlətdiyini bildirib polis əməkdaşlarına həmin yeri göstərərək, həmin narkotik vasitəni könüllü olaraq gizlətdiyi yerdən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndində isə təsbit olunmuşdur ki,narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 23cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir. Həmin qərarın 2-ci abzasında qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, həmin qeydin məzmununa və mənasına görə qeyddə göstərilən hərəkətlərin edilməsi narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsinin və saxlanılmasının məqsədindən asılı olmayaraq (satış məqsədi və ya belə məqsəd olmadan) şəxsin cinayət məsuliyyətindən azad olunmasına əsas verir (səbəb olur). Həmin qərarın 3-cü abzasında eyni zamanda izah olunmuşdur ki, şəxsin əldə edib saxladığı narkotik vasitə və ya psixotrop maddənin, yaxud prekursorların bir hissəsini satdığı, qalan hissəsini isə qeydə uyğun qaydada təhvil verdiyi halda, həmin şəxs yalnız satdığı narkotik vasitənin, psixotrop maddənin və ya prekursorların satışına görə məsuliyyət daşımalıdır. Göründüyü kimi xx xxxxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhər X9 Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı sərəncam vermə imkanına malik olan Təqsirləndirilən şəxs polis əməkdaşlarının məlumatı olmayan yarımtikilidə 2350 (2kq350) qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı könüllü surətdə polis əməkdaşlarına təqdim etmişdir. Buna görə də məhkəmə tərkibi belə hesab edir ki, Təqsirləndirilən şəxs 2350 qram miqdarında qurudulmuş marixuananın satış məqsədilə qanunsuz dövriyyəsinə görə CMnin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə müvafiq olaraq cinayət məsuliyyətindən azad edilməli, 6,696 qram qurudulmuş marixuana ilə bağlı hissədə isə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qiymətləndirilməlidir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli “Şəxsi axtarış keçirilməsi barədə protokol”-dan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 15:36-da Sumqayıt şəhər X9 Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nəcəfov X3 şəhəri, 5-ci məhəllə ərazisində saxlanılaraq üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşya olub olmadığı soruşulan zaman onun özü üzərində olan parça eynək qabını təqdim edərək içərisində qurudulmuş bitki kütləsi olduğunu bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən CM-nin 234.2-ci maddəsinə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 2429 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunması qeyd olunmuşdur. (iş vərəqə 150-151). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Hərbi Tribunalının xx.xx.1984-cü il tarixli hökmü ilə RSFSR-nin CM-nin 247-ci maddəsinin A bəndi ilə 05 il müddətə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1988-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş vərəqə 167-168) İş materiallarında olan Sumqayıt şəhər İH MKTİB 6 saylı MKS tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 112-113) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2002-ci il və xx.xx.2004-cü il təvəllüdlü 2 yetkinlik yaşına çatmayan övladı vardır. (iş vərəqə 117) Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, 2350 qram çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı könüllü surətdə polis əməkdaşlarına təqdim etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2 maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 2429 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasında saxlanılan Azərbaycan Respublikasının 2005-ci il, 28 iyun tarixli Qanunu ilə dövriyyəsi qadağan edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yarımçıq tikilidən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalan 2356,596 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 89 manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokol”-dan və xx xxxxxxxx 2019-cu il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasında saxlanılan Azərbaycan Respublikasının 2005-ci il, 28 iyun tarixli Qanunu ilə dövriyyəsi qadağan edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yarımçıq tikilidən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalan 2356,596 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 89 manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar