Məhkəmə qərarları › İş №1(101)-357/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-357/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-357/2021 03.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi ev 34-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış masivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq əldə etdiyi çətənə bitkisi toxumlarını 2020-ci ilin mart ayında yaşadığı özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 28B nömrəli torpaq sahəsində quraşdırdığı iki ədəd polietilen örtüklü istixanalarda əkib, xx xxxx 2020-ci ilədək aqrotexniki qaydada quluq etməklə külli miqdarda 172 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 12785 qram (12 kq. 785 qram) təşkil edən əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirməklə qanunsuz kultivasiya etmiş və həmin tərkibində narkotik maddələr olan çətənə (kannabisi) bitkilərinin hissələrini qurutmaqla, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən qurudulmuş marixuana hazırlamaqla külli miqdarda 5015 qram çəkidə qurudulmuş marixuana əldə etmiş və həyətyanı sahədə saxlamış, xx xxxx 2020-ci ildə Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən «Xaş-xaş-2020» tədbirlər planının icra edilməsi zamanı həyətyanı sahəsinə baxış keçirilərkən qanunsuz kultivasiya etdiyi 172 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 12785 qram (12 kq. 785 qram) təşkil edən əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 5015 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X5 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, iki ildir narkotik vasitələrin marixuana növündən istifadə edir, narkotikdən asıllığı var, hər gün 7-8 qram marixuana istifadə edir. Narkotik vasitə almağa maddi imkanı olmadığından çətənə bitkisi əkib həmin bitkidən istifadəsi üçün marixuana hazırlamaq qərarına gəlmişdir. Bu məqsədlə istifadəsi üçün Maştağa qəsəbəsində tanımadığı şəxsdən aldığı marixuananın tərkibində olan toxumlarını toplamağa başlamış və həyətyanı sahəsində iki ədəd istixana qurşdırmışdır. 2020-ci ilin mart ayında topladığı çətənə bitkisi toxumlarını əkmiş və xx xxxx 2020-ci ilədək onları suvarma, alaqlarını təmizləməklə qulluq etmiş, çətənə bitkisi yetişdirmiş, xx xxxx 2020-ci ildə evdə olarkən polis əməkdaşları gələrək özlərini və onlarla gələn aqronomu təqdim etmişlər. Polis əməkdaşları bildirmişlər ki, həyətində çətənə bitkiləri əkməyinə dair məlumat almışlar. Bununla əlaqədar həyətyanı sahəsinə baxış və evində axtarış keçirməlidilər. Ondan etirazı olub-olmadığı soruşulmuş, o, etirazı olmadığını, müdafiəçinin köməyindən istifadə etmək istəmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və onlarla gəlmiş aqronom həyətə daxil olmuş, evdə axtarış aparmış və narkotik vasitə aşkar etməmişlər. Köməkçi otağın dam hissəsində elektron tərəzi tapmışlar. Həyətyanı sahəyə baxış keçirilərkən iki yerdə istixanalarda birində 15, digərində 157 ədəd çətənə kolu aşkar olunmuşdur. Bundan başqa yerdə və qabda çətənə bitkilərinin yararsız və qurumuş hissələri aşkar olunmuşur. O, etiraf etmişdir ki, həmin çətənə kollarını özü əkib-becərmiş, məqsədi qurutmaqla marixuana hazırlayıb istifadə etmək olmuşdur. Polis əməkdaşları çətənə kollarını dartıb çıxartmış və kisələrə doldurub möhürləmişlər. Çətənə bitkilərinin, tərəzinin və yararsız qurumuş hissələrin aşkar olunması barədə protokol tərtib etmişlər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. «Xaş-xaş 2020» tədbirlər planının icrası ilə əlaqədar xx xxxx 2020-ci ildə Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkməsi barədə məlumat almışdır. Məlumatın yoxlanılması üçün əməliyyat qrupunun yaradılmasına, əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə aldıqdan sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun tərkibinə o və CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Eyni zamanda həmin məlumat üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Cabarov X10 həqiqətən də yaşadığı evin həyətyanı sahəsində quraşdırılmış istixanada çətənə bitkisi əkilməsi təsdiqini tapmışdır. Bu barədə rəhbərliyə məruzə olunmuş və prosessual hərəkətlərin keçirilməsi 14-cü Polis bölməsinin təhqiqatçısı Tural Allahverdiyevə tapşırılmışdır. Təhqiqatçı tərəfindən mütəxəssis-aqranom dəvət edilmiş və birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xanlar massivindəki evə getmişlər. Təqsirləndirilən şəxs evdə olmuşdur. Evin darvazasının qarşısında təhqiqatçı hansı məqsədlə gəldiklərini, yəni barəsində narkotik tərkibli çətənə bitksinin əkilməsi barədə məlumat daxil olmasını, bununla əlaqədar evində və həyətyanı sahəsində axtarış aparılacağını elan etmişdir. Təqsirləndirilən şəxs etirazı olmamasını bildirmişdir. Təhqiqatçı həmçinin ona müdafiəçi dəvət etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək hüquqlarını izah etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini istəyir. Təhqiqatçı onu axtarış qərarı ilə tanış etmişdir. Bundan sonra həyətə daxil olmuşlar. İlk növbədə həyətdə birmərtəbəli evdə axtarış aparılan zaman dövriyyəsi qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Köməkçi tikilidən isə 1 ədəd tərəzi aşkar olunmuşdur. Həyətyanı sahədə təxminən 5-6 kv.metrlik ölçüdə polietilenlə örtülmüş istixana aşkar olunmuşdur. İstixanaya baxış zamanı hündürlükləri 100-180 sm. olan 15 ədəd və sahəsi 100 kv. metr olan ikinci istixanada isə hündürlükləri 20-80 sm. olan 157 ədəd bitkinin əkilməsi aşkar olundu. Baxışda iştirak edən mütəxəssis Ramis Bayramov bitkilərə baxıb hər iki istixanada narkotik tərkibli çətənə bitkisi əkilməsini, onlara aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Həyətyanı sahədə çətənə bitkiləri çıxarılmış və qurudulmuş hissələri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyini, suvardığını və qulluq etməklə yetişdirdiyini etiraf etsə də, satmaq niyyəti olmamasını, həmin bitkidən qurutmaqla marixuana hazırlayıb istifadə edəcəyini izah etmişdir. Həyətyanı sahədə aşkar olunmuş çətənə bitkisinin qurdulmuş hissələrini isə istifadəyə yararsız hissələri olduğundan gələcəkdə atmaq üçün kəsdiyini bildirmişdir. Aşkar olunmuş çətənə bitkiləri kökündən çıxarılmış və qurudulmuş hissələri də götürülərək qablaşdırılmışdır. Təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs özünün narkotik vasitədən istifadə etməsinə dair məlumatlar olmuşdur. Bəzi məlumatlar isə çətənə bitkisindən marixuananı satış üçün də hazırlayacağına dəlalət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin cinayətaxtarış şöbəsinin kiçik inspektoru Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş X1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Rəfail Cabbarov onun əridir. Onunla nikaha 2007-ci ildə daxil olmuşdur. Nikaha daxil olduğu gündən Rəfailin Maştağa qəsəbəsi Xanlar küçəsindəki fərdi evində yaşayırlar. Birgə nikahdan 3 övladları var. Rəfail əvvəllər Sənubərin atasına məxsus Maştağa qəsəbəsində yerləşən «bağban» dükanında işləmişdir. 2018-ci ildən atası qardaşını da işə götürmüş, bundan sonra Rəfail işdən çıxmışdır. 2020-ci ilin iyun ayının 11-də evdə olarkən Rəfail bir neçə nəfərlə gəlmişdir. Maraqlananda bildirmişdir ki, polis əməkdaşlarıdır, evə və həyətə baxış keçirəcəklər. Polis əməkdaşları həyətdəki istixanalardan kollar çıxartmışdılar. Evdə heç bir şey tapmamışlar. O, axtarışda iştirak etməmiş, lakin evin pəncərəsindən baxmışdır. O polis əməkdaşları tərəfindən götürülən bitkilərin nə olmasını bilməmişdir. Həyətdə Rəfail 2020-ci ilin qış aylarında iki ədəd istixana qurmuşdur. Ona limon əkəcəyini demişdir. İstixanalar evin arxa tərəfində olmuşdur. O, adətən evdə olmuş, həyətə düşməmiş, həyətdəki ağaclara Rəfail özü qulluq göstərmiş, yəni suvarmış və alaqlarını təmizləmişdir. Polis əməkdaşları Rəfaili aparandan sonra məlum olmuşdur ki, o həyətdə qanunsuz olaraq əkib-becərilməsi qadağan olunmuş çətənə bitkiləri əkmişdir. Nə qədər əkilməsini bilməmiş, polis əməkdaşları həmin bitkiləri kisələrə doldurub aparmışlar. Tərəzini və qurudulmuş bitkiləri də görməmişdir. Rəfail işləməmiş, yaşamaqlarına onun valideynləri kömək etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020ci il tarixli, 7/317 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. X3 həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş” yazısı və imzalar olan 01 (bir) ədəd sintetik torbadakı təmiz çəkisi 5015 qram (5 kq 15 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. X3 həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş” yazıları və imzalar olan 03 (üç) ədəd sintetik torbalarda sayı 172 (yüz yetmiş iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi 12785 (12 kq 785 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim edilmiş marixuanalar və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2320 saylı rəyindən görünür ki, Rəfail Cabbarov çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs Rəfail Cabbarov məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilsə də, məhkəmə hesab edir ki, onun cinayət törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, Rəfail Cabbarovdan aşkar olunaraq götürülmüş 172 ədəd yaş vəziyyətdə ümumi çəkisi 12785 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və təmiz çəkisi 5015 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahı üzrə şəxsi istehlak miqdarından qat-qat artıq, yəni külli miqdardadırlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 4cü bəndinə əsasən, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Rəfail Cabbarovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Rəfail Cabbarov qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs Rəfail Cabbarovun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Rəfail Cabbarovun ilk dəfə cinayət törətməsini və əməlindən peşiman olmasını, ailəli və himayəsində üç azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsində yeganə qazanc əldə edən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Rəfail Cabbarovun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Rəfail Cabbarova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə həmin cəzaları qismən toplamaq yolu ilə Rəfail Cabbarova qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Rəfail Cabbarov barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Rəfail Cabbarova təyin ediləcək cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan X5 oğlundan aşkar olunaraq götürülmüş 172 ədəd yaş vəziyyətdə ümumi çəkisi 12785 qram təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkiləri, bir ədəd sintetik torbada çəkisi 5015 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməlidir İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar X2 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs X4 Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 58 (əlli səkkiz) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil X7 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 58 (əlli səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 7 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 348 (üç yüz qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və X4 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. X3 cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan X2 aşkar olunaraq götürülmüş 172 ədəd yaş vəziyyətdə ümumi çəkisi 12785 qram təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkiləri, bir ədəd sintetik torbada çəkisi 5015 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd CD disk cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar X2 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs X4 göstərilmiş 58 (əlli səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 7 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 348 (üç yüz qırx səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, X4 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar