Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-357/2022 17.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs Yuriyeviçin və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X2, tərcüməçi X5 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində mexanik işləmiş, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21, mənzil 187-də qeydiyyatda olan, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-də yaşamış, hazırda 3 saylı İT-da həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə “yuvinal” məhkəmə iclas zalında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədi ilə 22 avqust 2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-də onun üçün aşkar sürətdə yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü ögey qızı Zərərçəkmiş şəxs qolundan tutaraq zorla yataq otağına aparmış, orada cinsiyyət orqanını məcburi olaraq sonuncunun cinsiyyət orqanına, əllərinə, ağzına sürtmüş və başından bərk tutub zor tətbiq etməklə cinsiyyət orqanını ağzına salmış, Zərərçəkmiş şəxs üzü üstə yatağa uzadıb qollarından tutmaqla zor tətbiq edərək sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-də yoldaşı Qanuni nümayəndə Viktrovna, ögey qızı xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və övladları 30.11.2014-cü il təvəllüdlü X9 və 31.07.2020-ci il təvəllüdlü X7 ilə birgə yaşamışdır. Təxminən 2011-ci ildə Natalya Biryukovla rəsmi olaraq ailə həyatı qurmuş və onlar birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-də yaşamışlar. 2021-ci ilin iyun ayından o və ailə üzvləri Pirşağı qəsəbəsində kirayə ev tutaraq orada qalmış, lakin o, və ailə üzvləri arabir Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-ə gəlib getmişlər. İşlərinin yorğunluğu ilə əlaqədar bir gündən bir pivə içmiş, 22.08.2021-ci il tarixdə o, sərxoş halda saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 78, mənzil 21-ə getmişdir ki, yuyunub işə getsin. Həmin günü evdə Fidan da olmuş, o, hamama girib yuyunub çıxan zaman Fidanla qarşılaşmış, onu qucaqlayaraq yataq otağına ötürmüşdür. Həmin gün spirtli içkinin təsirində olsa da onu qucaqlayaraq yataq otağına ötürməkdən başqa, Fidana qarşı hər hansı bir kobud hərəkətlər etməmiş, onunla cinsi əlaqədə olmamışdır. Həmin vaxt Fidan onun hərəkətinə qarşı etiraz edərək, ağlamış, o da oradan çıxıb kafeyə getmiş, kafedə yenə də pivə içərək işə getmişdir. Sonra isə 22.08.2021-ci il tarixdə axşam saat 22 radələrində 17-ci PŞ-nin əməkdaşları işlədiyi iş yerindən onu gəlib PŞ-nə aparmış və orada ona məlum olmuşdur ki, Fidan onun barəsində şikayət etmişdir. O, PŞ-də Fidandan etdiyi hərəkətə görə üzürxahlıq etmişdir. O, Fidana qarşı yalnız 22.08.2021-ci il tarixdə saat 13 radələrində kobudluq etmiş, lakin əvvəllər bu kimi hallar olmamış, spirtli içkinin təsirində olduğu üçün baş vermiş hadisəni tam olaraq xatırlaya bilmir. Fidanın nəyə görə ona qarşı polisə şikayət etməyini də başa düşmür. Zərərçəkmiş şəxs qarşı həmin gün kobud davransa da, ümumilikdə onu öz övladlarından seçməmiş, ona həmişə normal münasibət göstərmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, anası Qanuni nümayəndə Viktrovna, ögey atası Təqsirləndirilən şəxs və ögey qardaşları 30.11.2014-cü il təvəllüdlü X9 və 31.07.2020-ci il təvəllüdlü X7 ilə birgə yaşayır. Təxminən 2011-ci ildə anası Natalya Təqsirləndirilən şəxslə rəsmi olaraq ailə həyat qurmuş və onlar birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-də yaşayırlar. 2021-ci ilin iyun ayından o, və ailə üzvləri Pirşağı qəsəbəsində kirayə ev tutaraq orada qalmış, lakin o və ailə üzvləri arabir Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-ə gəlib getmişlər. 21.08.2021-ci il tarixdə o, sabahkı imtahanı ilə əlaqədar Pirşağı qəsəbəsində kirayədə yaşadıqları evdən çıxıb səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 78, mənzil 21-ə gəlmişdir. Həmin günü evdə tək qalmış, 22.08.2021-ci il tarixdə saat 13 radələrində evdəki qonaq otağında divanda uzanan zaman mənzilin qapısı açılmış və evə ögey atası Yevgeniy gəlmiş, onun evdə olduğunu gördükdən sonra hamam otağına girmişdir. Hamamda çimdikdən sonra isə Yevqeniy onu lüt vəziyyətində qucaqlayaraq qonaq otağına ötürmüş, o, həmin vaxtı Yevqeniynin neyləmək istədiyini başa düşməmişdir. Yevqeniy həmin vaxt içkili vəziyyətdə olmuş, onu lüt olaraq qucaqladığı üçün ona qarşı kobud hərəkətlər etmiş, lakin, ona qarşı digər seksual xarakterli hərəkətlər və ona zor tətbiq edərək, onynla cinsi əlaqədə olmamışdır. O, Yevqeninin lüt olaraq onu qucaqlamasından və bu hərəkətindən əsəbiləşmiş, stres altında olduğu üçün 22.08.2021-ci il tarixdə axşam saatlarında 17-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxtı Yevqeniy onun xx.xx.2004-cü il təvəllüdlü olduğunu bilmiş, hətta onun doğum gününü ailə arasında hər il qeyd etmişlər. Təqsirləndirilən şəxs Yuriyeviç ona qarşı kobud hərəkət edərkən hadisənin şahidləri olmamışdır. O, hadisə günü həyacanlı olduğundan, bərk qorxduğundan və əsəbi olduğundan Təqsirləndirilən şəxs Yuriyeviçin ona qarşı etdiyi hərəkət çox pisinə gəlmişdir. Həmçinin Yevqeniy onun ögey atası olduğu üçün onun Yevqeniydən xoşu gəlmirmiş, polis şöbəsinə gedib şikayət edən zaman orada ondan əvvəlcə şifahi, sonra isə yazılı şəkildə hadisənin necə olduğunu soruşmuşlar. Sorğu sual zamanı əvvəllər də Yevqeniy tərəfindən ona qarşı seksual hərəkətlər olub-olmadığını soruşan zaman o, əsəbindən və Yevqeniyə qarşı ögey ata münasibəti olduğu üçün əvvəllər də Yevqeniynin ona qarşı zorla seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Buna görə ondan hansı müddətdən həmin hərəkətlərin olduğunu soruşan zaman yalandan 2018-ci ilin may-iyun ayından 22.08.2021-ci il tarixədək müddətdə Yevqeniynin ona qarşı zorla seksual xarakterli hərəkətlər etdiyini söyləmişdir. Yuxarıda göstərdiyi səbəblərə görə və çox əsəbi olduğundan şifahi şəkildə bildirdiyi xüsusatları PŞ-də verdiyi ərizə və izahatı da bir daha təsdiqləmiş, habelə İstintaq Şöbəsində də verdiyi ifadəsində Yevqeniy tərəfindən ona qarşı 2018-ci ilin may-iyun ayından 22.08.2021-ci il tarixədək müddətdə seksual xaraterli zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Lakin, həqiqətdə onunla Yevqeniy arasında əvvəllər heç bir yaxın münasibət olmamış, yalnızca 22.08.2021-ci il tarixdə Yevqeniy ona qarşı lüt vəziyyətdə kobud hərəkətlər etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur, onunla barışmışdır, evdə ondan başqa iki azyaşlı ögey qardaşı da vardır, onların da Yevqeninin qayğısına ehtiyacları vardır, qeyd edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə qanuni nümayəndə və şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, təxminən 2011-ci ildə Təqsirləndirilən şəxslə rəsmi olaraq ailə həyatı qurmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-də yoldaşı Təqsirləndirilən şəxs, qızı xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs, 30.11.2014-cü il təvəllüdlü X9 və 31.07.2020ci il təvəllüdlü X7 ilə birgə yaşamışlar. 2021-ci ilin iyun ayından Pirşağı qəsəbəsində kirayə ev tutaraq orada qalmışlar, lakin arabir Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-ə gəlib-getmişlər. Təqsirləndirilən şəxs bir gündən bir pivə içmiş, sonradan ona məlum olmuşdur ki, qızı Fidan Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə polisə şikayət etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Fidanla cinsi əlaqədə olmamış, Fidan onun kobud hərəkətlərindən əsəbləşərək şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət, tələbləri yoxdur, onunla barışmışlar, Yevqeninin ailə başçısı kimi qayğısına ehtiyacları vardır, onun azadlıqdan məhrum edilməsini istəmirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23.08.2021-ci il tarixli, 458 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Lakin, tək-tək hallarda qeyri təbii yolla cinsi əlaqə zamanı iz qalmırsa bunu məhkəmə-tibbi yolla təmin etmək mümkün deyil. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs bədən səthi üzərində, o cümlədən anal dəliyi ətrafında hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (İş vərəqə 85-88) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24.08.2021-ci il tarixli, 460 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsiyyət üzvündə qeyri-təbii yolla cinsi əlaqə nəticəsində yarana biləcək hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. (İş vərəqə 129-132) İş üzrə təyin edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 06.09.2021-ci il tarixli, 631/2021-MTBŞ saylı rəyindən görünür ki, X4 ABO sistemi üzrə qan qrupu A-beta /İİ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus tursik üzərindəki ləkələrin /PSA/ immunoxromatoqrafik testlə SERATEC PSA SEMİQUANT məhkəmə tibbi tədqiqi zamanı sperma aşkar olundu. Spermanın qrup göstəriciləri tədqiq edildikdə qrup antigenləri alınmadığı üçün tursik üzərində aşkar olunan spermanın qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. (İş vərəqə 133-137) İş üzrə təyin edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 25.08.2021-ci il tarixli, 1923 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmayıb, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür və onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (İş vərəqə 143-145) İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 23.08.2018-ci il tarixli, 1892 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Müayinə gedişində istiqanlı, mehriban, ünsiyyətçil, həssas, səmimi olduğu müəyyən edilir. Zərərçəkmiş şəxs halhazırda yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Lakin, ona qarşı yeniyetmə yaş dövrlərində atalığı Təqsirləndirilən şəxs tərəfindən edilmiş seksual xarakterli zorakılıq hərəkətlər və qeyri-təbii yolla cinsi əlaqə zamanı yaş xüsusiyyətləri ilə əlaqədar həmin hərəkətlərin xarakter və mənasını anlamaya bilərdi. Zərərçəkmiş şəxs hazırda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müəyyən edilmədi. Lakin, qeyd edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş hərəkətlər ona yeniyetmə yaş dövründə edildiyindən həmin zaman yaş xüsusiyyətləri ilə əlaqədar təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilərdi. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs hazırda özünün yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emiosial halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malikdir. Qərarın təsviri hissəsində göstərilmiş hərəkətlər ona yeniyetmə yaş dövrlərində edildiyindən həmin zaman yaş xüsusiyyətləri ilə əlaqədar müqavimət göstərməyə bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs hazırda özünün yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosianal halından asılı olaraq, baş vermiş hadisələri və iş üçün əhəmiyyətli olan halları qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq, hadisə barədə ifadə vermək qabiliyyətinə malikdir. (İş vərəqə 138-142) İş üzrə təyin edilmiş məhkəmə-genetik ekspertizasının 25.10.2021-ci il tarixli, 21/609R saylı rəyindən görünür ki, ekspertiza nəticəsində aşağıda sadalananlar müəyyən edildi ki, təqdim edilmiş X6 götürülmüş ağ rəngli, kənarları qara rəngli, üzərlərində çəhrayı rəngli gül naxışları olan 01 ədəd tumanın aralıq nahiyyəsində insan mənşəli sperma nümunəsi mövcuddur və həmin sperma nümunələri Təqsirləndirilən şəxs məxsusdur. (İş vərəqə 197-202) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməməsi, onunla cinsi əlaqədə olmaması, yalnız içkili vəziyyətdə Zərərçəkmiş şəxs qucaqlıyaraq, ona qarşı kobud hərəkətlər etməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirmir, iş üzrə özünün və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı ifadələri, 23.08.2021-ci il tarixli ifadəsinin yerində yoxlanılması barədə protokol, 22.09.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolu, məhkəmə-genetik ekspertizasının 25.10.2021-ci il tarixli, 21/609R saylı rəyi, məhkəmə tibbi-bioloji ekspertizasının 06.09.2021-ci il tarixli, 631/2021-MTBŞ saylı rəyi və iş üzrə digər mötəbər sübutlarla təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək bildirmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-də yoldaşı Qanuni nümayəndə Viktrovna, ögey qızı xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və övladları 30.11.2014-cü il təvəllüdlü X9 və 31.07.2020-ci il təvəllüdlü X7 ilə birgə yaşamışdır. Təxminən 2011-ci ildə Natalya Biryukovla rəsmi olaraq ailə həyatı qurmuş və onlar birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-də yaşamışlar. 2021-ci ilin iyun ayından o və ailə üzvləri Pirşağı qəsəbəsində kirayə ev tutaraq orada qalmışlar, lakin o və ailə üzvləri arabir Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-ə gəlib getmişlər. İşlərinin yorğunluğu ilə əlaqədar bir gündən bir pivə içmişdir. 22.08.2021-ci il tarixdə o, sərxoş halda saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 78, mənzil 21-ə gəlmişdir ki, yuyunub işə getsin. Həmin günü evdə Fidan da olmuşdur. O, hamama girib yuyunan zaman cinsi ehtirası oyanmış və həmin vaxtı hamamdan çıxan zaman Fidanın yataq otağında uzandığını görmüşdür. Həmin vaxtı cinsi ehtirasımı təmin etmək məqsədi ilə qərara gəlmişdir ki, Fidana cinsiyyət orqanını öpdürsün və Fidanla qeyri-təbii yolla cinsi əlaqədə olsun. Buna görə hamamdan lüt çıxıb Fidanın uzandığı otağa keçmişdir. Fidan onu elə vəziyyətdə görərkən çaşıb qalmışdır. O, Fidanın qolundan tutub zorla Fidanı öz yataq otağına aparmışdır. Orada Fidanı yatağa uzadıb cinsiyyət orqanını Fidanın cinsiyyət orqanına, əllərinə və ağzına sürtmüşdür. Həmin vaxtı Fidanı yatağa uzadıb əllərindən tutmuşdur ki, tərpənməsin. Fidan isə onun altında çırpınmışdır ki, yataqdan dursun. O da Fidana sakit durmasını söyləmişdir. Sonra isə Fidanın başından bərk tutaraq başını cinsiyyət orqanına tərəf gətirib öpdürmüş və cinsiyyət orqanını Fidanın ağzına soxmuşdur. Fidan bunu etmək istəmədikdə başından zorla tutub cinsiyyət orqanını ağzında irəli-geri aparmışdır. Sonra isə Fidanı yenidən qolundan tutub yatağa uzatmış və yataqda Fidanı üzü üstə yatağa uzadıb öz cinsiyyət orqanını Fidanın arxa keçəcəyinə soxmuşdur. O, Fidanın qollarından bərk tutmuşdur ki, tərpənməsin. Bir-neçə dəfə cinsiyyət orqanını Fidanın arxa dəliyində irəli-geri aparmış, həmin vaxtı Fidan qışqırdığı üçün o, Fidanın ağzını yatağa tərəf sıxmışdır ki, səsi çıxmasın və Fidana sakit olmasını bildirmişdir. Sonda arxa nahiyəsinin dəliyinə spermasını tökmüşdür. Fidan dərhal yataqdan qalxıb ağlayaağlaya paltarını geyinmişdir. O isə hamama gedib yuyunmuş və əynini geyinib evdən çıxmışdır. Oradan çıxıb kafedə yenə də pivə içmiş və işə getmişdir. Sonra isə 22.08.2021ci il tarixdə axşam saat 22 radələrində 17-ci PŞ-nin əməkdaşları işlədiyi iş yerindən onu gəlib PŞ-nə aparmışlar və orada ona məlum olmuşdur ki, Fidan onun barəsində şikayət etmişdir. O, PŞ-də Fidandan etdiyi hərəkətlərə görə üzürxahlıq etmişdir.Zərərçəkmiş şəxs ifadəsində 2018-ci ilin may-iyun aylarından başlayaraq zor tətbiq etməklə yaşadıqları evdə cinsiyyət orqanını Fidanın arxasına, cinsiyyət orqanına, əlinə sürtməsini, həmin əməlləri isə 2018-ci ilin may-iyun aylarından 22 avqust 2021-ci ilin tarixinədək ayda bir dəfə etdiyini bildirməsi tamamilə yalandır, o, yalnız Fidanla 22.08.2021-ci ildə saat 13 radələrində cinsiyyət orqanını öpdürüb Fidanla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Fidanın nəyə görə əvvəllər də ona qarşı seksual xarakterli hərəkətləri etməyini bildirməyini başa düşmür. Zərərçəkmiş şəxs qarşı 22.08.2021-ci il tarixdə seksual xarakterli hərəkətləri edən zaman və Fidanla qeyri-təbii yolla cinsi əlaqədə olarkən heç kim görməmiş və bu barədə heç kimə deməmişdir. Zərərçəkmiş şəxs qarşı 22.08.2021-ci il tarixdə seksual xarakterli hərəkətlər edən zaman və qeyri-təbii yolla cinsi əlaqədə olan zaman Fidanı vurmamış, sadəcə o, Fidanın əlindən və qollarından tutub istədiklərini etmiş, hətta başından tutub zorla cinsiyyət orqanını öpdürmüşdür. Qeyri təbii yolla cinsi əlaqədə olan zaman əllərindən tutmuşdur ki, tərpənməsin. Zərərçəkmiş şəxs qarşı 22.08.2021-ci il tarixdə seksual xarakterli hərəkətlər edərkən Fidanın yetkinlik yaşına çatmamasını, yəni xx.xx.2004-cü il təvəllüdlü olmasını bilmiş, hətta hər il Fidanın ad gününü də ailə arasında qeyd etmişlər. 22.08.2021-ci ildə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər edərkən və qeyritəbii yolla cinsi əlaqədə olarkən öz cinsi ehtiyacınızı təmin etmiş, sonda o, spermasını Fidanın arxa keçəcəyinə boşaltmışdır. O, heç bir xəstəlikdən əziyyət çəkmir, sadəcə spirtli içki pivə qəbul edir. Heç bir ruhi əsəb disponserində və ya xəstəxanasında qeydiyyatda olmamışdır. Zərərçəkmiş şəxs ilə yalnız bir dəfə 22.08.2021-ci il tarixdə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmamışdır. O, PŞdə və istintaq şöbəsində olan zaman verilən suallara səmimi olaraq cavab vermişdir. Ona 17-ci PŞ-də və istintaq Şöbəsində heç bir fiziki və ya digər təsir olmamışdır. Eləcə də, iş materiallarında olan 22.09.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etsə də, Zərərçəkmiş şəxs istintaqa verdiyi 23.08.2021-ci il tarixli ifadəsini qismən təsdiq etmiş və bildirmişdir ki, o, hadisə günü həyacanlı olduğundan, bərk qorxduğundan və əsəbi olduğundan Təqsirləndirilən şəxs Yuriyeviçin ona qarşı etdiyi hərəkətlər çox pisinə gəlmişdir. Həmçinin Yevqeniy onun ögey atası olduğu üçün onun Yevqeniydən xoşu gəlməmişdir. Polis şöbəsinə gedib şikayət edən zaman orada ondan əvvəlcə şifahi, sonra isə yazılı şəkildə hadisənin necə olduğunu soruşmuşlar. Sorğu sual zamanı əvvəllərdə Yevqeniy tərəfindən ona qarşı seksual hərəkətlər olub-olmadığını soruşan zaman o, əsəbindən və Yevqeniyə qarşı ögey ata münasibəti olduğu üçün əvvəllərdə Yevqeniynin ona qarşı zorla seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Buna görə ondan hansı müddətdən həmin hərəkətlərin olduğunu soruşan zaman yalandan 2018-ci ilin may-iyun ayından 22.08.2021-ci il tarixədək müddətdə Yevqeniynin ona qarşı zorla seksual xarakterli hərəkətlər etdiyini söyləmişdir. Yuxarıda göstərdiyi səbəblərə görə və çox əsəbi olduğundan şifahi şəkildə bildirdiyi xüsusatları PŞ-də verdiyi ərizə və izahatda bir daha təsdiqləmiş, habelə İstintaq Şöbəsində də verdiyi ifadəsində Yevqeniy tərəfindən ona qarşı 2018-ci ilin may-iyun ayından 22.08.2021-ci il tarixədək müddətdə seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Lakin, həqiqətdə onunla Yevqeniy arasında əvvəllər heç bir yaxın münasibət olmamış, yalnızca 22.08.2021-ci il tarixdə Yevqeniy ona qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmiş və sonra zorla qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Həmçinin, iş materiallarında olan 23.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsini bir daha əyani şəkildə təsdiq etmişdir. (İş vərəqə 71-73) Məhkəmə, həmçinin Zərərçəkmiş şəxs məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı hər hansı seksual xarakterli zorakılıq hərəkətləri etməməsi, onunla cinsi əlaqədə olmaması, Yevqenini onunla kobud rəftar etməsindən və ögey atası olmasından hiddətlənərək şikayət etməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun ifadəsi təqsirləndirilən şəxs ögey atası Təqsirləndirilən şəxslə barışdıqlarından Yevqenini məsuliyyətdən xilas etmək məqsədi daşıyır və onun da qeyd edilən ifadəsi özünün ibtidai istintaq zamanı ifadələri, 22.09.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolu, məhkəmə-genetik ekspertizasının 25.10.2021-ci il tarixli, 21/609R saylı rəyi, məhkəmə tibbi-bioloji ekspertizasının 06.09.2021-ci il tarixli, 631/2021-MTBŞ saylı rəyi və iş üzrə digər mötəbər sübutlarla təkzib edilir. Belə ki, Zərərçəkmiş şəxs 23 sentyabr 2021-ci il tarixli ifadəsində bildirmişdir ki, Anası Qanuni nümayəndə Viktrovna, ögey atası Təqsirləndirilən şəxs və ögey qardaşları 30.11.2014-cü il təvəllüdlü X9 və 31.07.2020-ci il təvəllüdlü X7 ilə birgə yaşayır. Təxminən 2011-ci ildə anası Natalya Təqsirləndirilən şəxslə rəsmi olaraq ailə həyat qurmuş və onlar birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-də yaşayırlar. 2021-ci ilin iyun ayından o və ailə üzvləri Pirşağı qəsəbəsində kirayə ev tutaraq orada qalmışlar, lakin o və ailə üzvləri arabir Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 78, mənzil 21-ə gəlib getmişlər. 21.08.2021-ci il tarixdə o, sabahkı imtahanı ilə əlaqədar Pirşağı qəsəbəsində kirayədə yaşadıqları evdən çıxıb səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 78, mənzil 21-ə gəlmişdir. Həmin günü evdə tək qalmışdır. 22.08.2021-ci il tarixdə saat 13 radələrində evdəki qonaq otağında divanda uzanan zaman mənzilin qapısı açılmış və evə ögey atası Yevgeniy gəlmiş, onun evdə olduğunu gördükdən sonra hamam otağına girmişdir. Hamamda çimdikdən sonra isə Yevqeniy onun olduğu qonaq otağına lüt vəziyyətində girmişdir. O, həmin vaxtı Yevqeniynin neyləmək istədiyini başa düşməmişdir. Bu zaman Yevqeniy onun qolundan tutaraq zorla öz yataq otağına aparmış və onu yatağa uzadaraq cinsiyyət orqanını onun cinsiyyət orqanına, əllərinə və ağzına sürtmüş, başından bərk tutaraq istəmədiyi halda cinsiyyət orqanını öpdürmüş və sonra cinsiyyət orqanını onun ağzına soxmuşdur. Başından tutub cinsiyyət orqanını ağzında irəli-geri aparmışdır. Sonra Yevqeniy yataqda onu üzü üstə yatağa uzadıb öz cinsiyyət orqanını onun arxa keçəcəyinə soxmuşdur. Bu zaman onun qollarından tutmuşdur ki, o, tərpənməsin. Bir neçə dəfə cinsiyyət orqanını arxa keçəcəyində irəli-geri etmiş və sonda arxa nahiyəsinin keçəcəyinə spermasını tökmüşdür. O, həmin vaxtı qışqırsa da, Yevqeniy onun ağzını yatağa sıxırmış ki, səsi çıxmasın. Bu əlaqədən sonra o, əyninə ağ rəngli tumanını geyinmiş və Yevgeniy isə paltarlarını geyinib çıxıb getmişdir. O, Yevqeninin bu hərəkətindən əsəbiləşib 22.08.2021ci il tarixdə axşam saatlarında 17-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Yevqeniy onun xx.xx.2004-cü il təvəllüdlü olduğunu bilirmiş, hətta onun doğum gününü ailə arasında hər il qeyd etmişlər. Təqsirləndirilən şəxs Yuriyeviç ona qarşı 22.08.2021-ci ildə seksual xarakterli hərəkətlər edən zaman və ya qeyri-təbii yolla cinsi əlaqədə olarkən hadisə şahidləri olmamışdır. Yevgeniy ona qarşı seksual xarakterli hərəkətlər edərkən və qeyritəbii yolla cinsi əlaqədə olan zaman ona qarşı zor tətbiq etmiş, belə ki, zorla əllərindən, qollarından tutub saxlamış, başını zorla tutub cinsiyyət orqanına tərəf aparmış və öpdürmüşdür. Bədənində hər-hansı bədən xəsarətləri yoxdur, sadəcə Yevqeniy onun əlindən, qolundan və başından möhkəm tutduğu üçün heç bir xəsarət izi qalmamışdır. Təqsirləndirilən şəxs Yuriyeviçdən başqa hansısa şəxslə qeyri-təbii və təbii yolla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs Yuriyeviçlə təbii yolla cinsi əlaqədə olmamışdır. O, hadisə günü həyacanlı olduğundan, bərk qorxduğundan və əsəbi olduğundan Təqsirləndirilən şəxs Yuriyeviçin ona qarşı etdiyi hərəkətlər çox pisinə gəlmişdir. Həmçinin Yevqeniy onun ögey atası olduğu üçün onun Yevqeniydən xoşu gəlmirmiş. Polis şöbəsinə gedib şikayət edən zaman orada ondan əvvəlcə şifahi, sonra isə yazılı şəkildə hadisənin necə olduğunu soruşmuşlar. Sorğu sual zamanı əvvəllər də Yevqeniy tərəfindən ona qarşı seksual hərəkətlər olub-olmadığını soruşan zaman o, əsəbindən və Yevqeniyə qarşı ögey ata münasibəti olduğu üçün əvvəllər də Yevqeniynin ona qarşı zorla seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Buna görə ondan hansı müddətdən həmin hərəkətlərin olduğunu soruşan zaman yalandan 2018-ci ilin may-iyun ayından 22.08.2021-ci il tarixədək müddətdə Yevqeniynin ona qarşı zorla seksual xarakterli hərəkətlər etdiyini söyləmişdir. Yuxarıda göstərdiyi səbəblərə görə və çox əsəbi olduğundan şifahi şəkildə bildirdiyi xüsusatları PŞ-də verdiyi ərizə və izahatda bir daha təsdiqləmiş, habelə İstintaq Şöbəsində də verdiyi ifadəsində Yevqeniy tərəfindən ona qarşı 2018-ci ilin may-iyun ayından 22.08.2021-ci il tarixədək müddətdə seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Lakin, həqiqətdə onunla Yevqeniy arasında əvvəllər heç bir yaxın münasibət olmamış, yalnızca 22.08.2021-ci il tarixdə Yevqeniy ona qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmiş və sonra zorla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. AR Cinayət Məcəlləsinin 150-ci maddəsinin adından da göründüyü kimi, bu maddənin əsas tərkibini əks etdirən CM-nin 150.1-ci maddəsində göstərilən bütün hərəkətlər, yəni istər “seksual xarakterli digər zorakılıq hərəkətləri” adı altında ehtiva olunanlar, istərsə də “uşaqbazlıq” kimi qeyd olunmuş əməl olsun – bunlar hamısı seksual xarakterli zorakılıq hərəkətləri cinayətini təşkil edən əməllərdir. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və buna arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 31.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 128) İş materiallarında olan 25.08.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı şikayət, tələbləri yoxdur. İş materiallarında olan 16 saylı MKİS-in rəisi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və müsbət xarakterizə olunur. (iş vərəqə 147-148) İş materiallarında olan AZ-İV seriyalı 510976 nömrəli və AZ-T seriyalı 098288 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 31.07.2020-ci il təvəllüdlü X8 və 30.11.2014-cü il təvəllüdlü X3maqla iki azyaşlı övladı vardır. (iş vərəqə 149) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs AR CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, AR CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ona qarşı şikayət, tələbinin olmamasını, ailənin əsas qazanc gətirəni olmasını, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. AR CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilənləri, həmçinin Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin Təqsirləndirilən şəxs qarşı şikayət, tələblərinin olmamasını, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan digər müstəsna halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, yəni, himayəsində iki azyaşlı uşağının olmasını, eləcə də ailəsinin onun qayğısına ehtiyacının olmasını nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, AR CM-in 150.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 4(005)-841/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 60; 111-115) Odur ki, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-357/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-357/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver