Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-357/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Xətai rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və internet-telekommunikasiya şəbəkələrindən istifadə etməklə istifadəsində olan ***-***-**-** nömrəli “Samsung A21” markalı mobil telefon ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma tətbiqi üzərindən ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında, əslən İran İslam Respublikasından olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə cinayət əlaqəsinə girmiş, istintaqla müəyyən edilməyən mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, onun qanunsuz hərəkətləri barədə Xətai RPİ-nin NMB-yə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 19 yanvar 2023-cü il tarixdə saat 06:00 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci polis bölməsinin inzibati binasına gətirilərək video çəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əlində saxladığı qara rəngli sellofan torbanın içərisində bir ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 42,2 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən isə ***-***-**-** mobil nömrəsi olan “Samsung A21” markalı mobil telefon və onun adma olan “Unibank ASC”-nin “Leobank”-a məxsus **********714393 nömrəli hesab kartı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmərək ifadələrində göstərdi ki, 2022-ci il yanvar ayının on səkkizi ilə on doqquzu aralığında Naxçıvanski küçəsində 02 qram narkotik vasitəni götürəndə polislər tərəfindən saxlanmışdır. Onun üzərində 02 qram narkotik vasitə heroin olub. “İnstaqram” sosial şəbəkəsində Əli adlı şəxsdən 2 qram “kakos”-u 80 manata almışdır. 35-ci polis bölməsində polislər ona fiziki təsir göstərdilər. Əvvəllər bir dəfə məhkum olunmuşdur. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə istifadəçisidir. Polislərlə heç bir ədavəti yoxdur. İfadələrinə əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. 2007-ci ildə X7 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 azyaşlı övladı vardır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hal-hazırda heç yerdə işləməmişdir. Latın qarfikalı əlifba ilə yazıb-oxumağı bacardığından ifadəsinin müstəntiq tərəfindən kompüter vasitəsilə yazılmasına etiraz etməmişdir. Təxminən 2-3 il müddətdir ki, narkotik vasitə olan heroin qəbul etmişdir. Təxminən 4-5 aydır ki “İnstaqram” sosial şəbəkəsində Əli adlı şəxslə tanış olmuşdur. Həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O, mütəmadi olaraq Əli adlı şəxsdən narkotik vasitələri əldə etmiş, bir müddət sonra Əli adlı şəxslə “Whatsapp” ani mesajlaşma tətbiqi üzərindən əlaqə saxlamağa başlamışdır. Əli adlı şəxslə +**********82 mobil nömrəsi ilə əlaqə saxlamış və telefonda adını “Ayi Dayi” olaraq qeyd etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saatlarında onunla əlaqə saxlamış və şəxsi istifadəsi üçün təxminən 40 qram heroin istəmişdir. O, əlaqə saxlayaraq rəqəmlərini xatırlamadığı kart hesabı demiş və həmin karta 960 AZN pul köçürməsini istəmişdir. O, onun dediyi karta 960 manat pul köçürməsi etdikdən sonra o, Bakı şəhərinə gəlməsini və narkotik vasitənin qoyulacağı yerin ünvanını ona göndərəcəyini bildirmişdir. Axşam saatlarında Bərdə rayonundan çıxaraq yol taksiləri vasitəsi ilə Bakı şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 00 radələrində o ona ismarıc göndərərək “Naxçıvanski məktəb” adlanan yerin yaxınlığına getməsini istəmiş və “Whatsapp” tətbiqi üzərindən ünvan göndərmiş, ardınca həmin ünvanda yarımtikilidə narkotik vasitənin qoyulduğu yerin işarələnmiş şəkildə olan fotoşəklini göndərmişdir. Yenidən onunla “Whatsapp” vasitəsi ilə zənglə əlaqə saxladıqda ona şəxsi istifadəsi üçün həmin yerə qoyulmuş narkotik vasitə heroinin yanında böyük qablaşdırmada narkotik vasitə heroin qoymasını, həmin narkotik vasitəni də yolüstü bir nəfər şəxsə çatdırmağını xahiş etmişdir. Həmin tarixdə saat 02:15 radələrində Əli adlı şəxsin ona göndərdiyi fotoşəkildə olan yarımtikilini tapmış və fotoşəkildə işarələnmiş olan yerdəki qara rəngli, üzərində yaşıl rəngli hərflərlə “Region” yazısı olan sellofanı götürərək həmin yerdən uzaqlaşmışdır. Sellofan torbanın içərisinə baxdıqda içərisində 01 ədəd kiçik dairəvi formada qara rəngli sellofana bükülərək üzəri yapışqan lent vasitəsi ilə bağlanmış və 01 ədəd eyni şəkildə olan dörd künc büküm olmasını görmüşdür. Üzərində pul olmaması səbəbi ilə həmin ərazi yaxınlığında onu avtovağzala aparacaq taksi axtarmış, lakin bir neçə saat küçə ilə hərəkət etsə də, avtomobil tapa bilməmişdir. 1-2 saat yaxınlıqda olan oturacaqda əyləşmiş və gecə olduğu üçün işlək avtobus da tapa bilmədiyindən avtobusların işləyəcəyi vaxtın gəlməsini gözləmişdir. Yenidən həmin yarımtikilinin yanma qayıtdıqda və həmin küçə ilə hərəkət edən zaman təxminən saat 06 radələrində 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra onu polis bölməsinə dəvət etmişlər. Onlar birlikdə Xətai RPİ-nin 35-ci polis bölməsinə getmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. O, polis əməkdaşlarına yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb sellofan torbada narkotik vasitə heroin olmasını qeyd etmişdir. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, üzərində olan ona məxsus “Leobank” aid **********714393 nömrəli bank kartını və içərisində ***-***-**-** mobil nömrəsi olan “Samsunq Galaxy A21” markalı mobil telefonu, əynimdə olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq polis əməkdaşına təqdim etmişdir. Daha sonra saxlanılan zaman əlində olan üzərində “Region” yazısı yazılmış qara rəngli sellofan torbaya baxış keçirilmiş və içərisində 01 ədədi kiçik dairəvi formada qara sellofana bükülmüş və üzəri yapışqan lentlə bağlanmış və 01 ədəd eyni şəkildə bağlanmış dördbucaq bükümlərə baxış keçirilmiş və tərəzi vasitəsi ilə ölçülmüşdür. Kiçik bükümün içərisindəki maddə ilə birlikdə çəkisi 40.88 qram, böyük bükümün isə içərisindəki maddə ilə çəkisi 2.290 kiloqram olması müəyyən edilmişdir. Polis əməkdaşlarına kiçik bükümdə olan narkotik vasitə heroini şəxsi istifadəsi üçün Əli adlı şəxsdən 960 manat müqabilində aldığını, digər böyük bükümdə olan maddəni isə Əli adlı şəxsin ona göndərəcəyi ünvana aparmalı olduğunu bildirmişdir. Həmin bükümlər qablaşdırılıb möhürlənmiş və tərəflərindən imzalanmışdır. Həmçinin ifadəsində bildirmişdir ki, narkotik vasitəni həmişə tək istifadə etmiş, narkotik vasitələrdən bir neçə dəfə pula ehtiyacı olduğu üçün 20, 30 manat müqabilində adlarını xatırlamadığı şəxslərə satmışdır. O, ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur. “Əli” adlı şəxsin anket məlumatlarını bilməmiş, onun bildiyinə görə o, İran İslam Respublikasının vətəndaşıdır. Onun mobil nömrəsi +**********92-dir. ***-***-**-** saylı mobil nömrə özünə məxsusdur və mütəmadi olaraq istifadəsində olmuşdur. Həmin mobil nömrənin olduğu ona məxsus “Samsunq Galaxy A2T’ markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxs Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Pərviz adlı şəxsin adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Dərhal RPİ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə saat 06 radələrində ünvan 9 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış və 35-ci polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra, müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hüquq və vəzifələri izah olundu. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini istədikdə, Təqsirləndirilən şəxs könüllü surətdə qara rəngli sellofan paketi təqdim edərək içərisində olan qara sellofana bükülmüş iki ədəd bükümün narkotik vasitə olan heroini təqdim etdi. Pərvizə tərəflərindən heç bir fiziki və psixi təzyiq göstərilməyib. Pərviz qara sellofana bükülmüş iki ədəd bükümün narkotik vasitə olan heroini təqdim etdi. Üzərinə şəxsi axtarış video çəkiliş vasitəsilə həyata keçirilmişdir. Şəxsin dediyinə görə narkotik vasitəni sosial şəbəkə vasitəsilə əldə edib. Təqsirləndirilən şəxsə böhtan atmır.İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Pərviz adlı şəxsin adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat üzərində araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, xx.xx.1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənmiş ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə edir. Dərhal RPİnin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 yanvar 2023cü il tarixdə saat 06 radələrində ünvan 9 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış və 35-ci polis bölməsinə dəvət edilmişdir. Həmin polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra, ona dövlət hesabına müdafiəçi təyin etmək üçün, vəkillərin siyahısı təqdim edilmiş, o, həmin siyahıdan könüllü olaraq müdafiəçi seçdikdən sonra, müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini istədikdə, o, könüllü surətdə qara rəngli sellofan paketi təqdim edərək içərisində olan qara sellofana bükülmüş iki ədəd bükümün narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə anket məlumatlarını bilmədiyi, sosial şəbəkədə tanış olduğu, İran vətəndaşı Əli adlı şəxslə qabaqcadan razılaşaraq Xətai rayonu, P.Həşimov qəsəbəsi, E. Şükürlü küçəsi 15 saylı ünvanın yaxınlığında daşın altına atıldığını, həmin narkotik vasitəni 960 manat müqabilində 40 qram olan bükümü özü üçün, digər iri bükümü isə Əli adlı şəxsin xahişi ilə digər şəxslərə çatdırmaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02:15 radələrində oradan götürdükdən bir neçə saat sonra nəqliyyat vasitəsi tapa bilmədiyindən həmin ərazi yaxınlığında gözlədikdən sonra saat 06:00 radələrində onlar tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəzidə ölçülmüş və çəkisinin ayrı-ayrılıqda təqribən 40,88 qram və 2 kiloqram 290 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxs Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Pərviz adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Dərhal idarənin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə saat 06 radələrində ünvan 9 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış və 35-ci polis bölməsinə dəvət edilmişdir. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra, müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini istədikdə, o, könüllü surətdə qara rəngli sellofan paketi təqdim edərək içərisində olan qara sellofana bükülmüş iki ədəd bükümün narkotik vasitə olan heroini təqdim etdi. Pərvizin üzərinə şəxsi axtraış zamanı o da iştirak etmişdir. Pərvizə tərəflərindən heç bir fiziki və psixi təzyiq göstərilməyib.İfadlərinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadələrinə uyğun ifadə verərək, onun ifadələrində göstərdiyi ittihamı təsdiq edən sübutları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 19 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci Polis şöbəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əlində olan qara rəngli sellofan torbanın içərisindən 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr, üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd “Leobank”-a məxsus bank kartı aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd rəqəmsal video diskə (DVD) əlavə edilərək protokola əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş fizikikimyəvi ekspertizalar şöbəsinin ekspertinin 19 yanvar 2023-cü il tarixli 6/363 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün Nəl54” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 42,2 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 42,2 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 42,15 qram narkotik vasitə heroin Bakı şəhər Xətai RPİ-də saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı “Whatsapp” ani mesajlaşma tətbiqinə daxil olduqda orada Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə +**********82 saylı mobil nömrədən “Ayi Dayi” kimi qeyd edilən şəxsdən gələn “Naxçıvanski” məktəbin yanma de gəlsin” mesaj mətni və həmin ünvanda olan yarımtikilinin yanında oxla işarələnmiş yer göstərilən fotoşəkil aşkar edilmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan şəxsə “Baba burdayam, atsan, ay baba və ay baba noldu” ismarıclarını yazmış, həmin şəxs ona ünvan və fotoşəkil atdıqdan sonra Təqsirləndirilən şəxs saat 02:19-da “götürdüm ok” ismarıclarını qeyd etmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***- **-** saylı mobil nömrənin ona məxsus olduğunu, həmin mesaj mətnlərini ifadəsində qeyd etdiyi, narkotik vasitə əldə etdiyi özünü Əli kimi təqdim edən mobil telefonda isə adını “Ayi Dayi” kimi qeyd etdiyi şəxsə özünün yazmasını təsdiq etdi. Mobil telefona baxış keçirilməsinə dair fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Odur ki, qeyd edilən çıxarışlar sübut əhəmiyyəti kəsb etdiyinə görə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon və içərisində olan ***-***-**-** mobil telefon nömrəsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını, onun üzərində 02 qram narkotik vasitə olduğunu, polis əməkdaşlarının onu döyərək narkotik vasitəni öz üzərinə götürməsini tələb etdiklərini, döyülməyilə bağlı heç kimə müraciət etmədiyini göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi tam etirafedici ifadələri, ona təzyiq və təsir göstərilməsinin inkar olduğunu bəyan edən şahidlərin ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən videoçəklişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə cinayət əməlinin predmetini təşkil edən narkotik vasitələri təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan narkotik vasitələrin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, onun təqdim etdiyi narkotik vasitənin 42,2 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmasını təsdiq edən məhkəmə ekspertizasının rəyi, iş üzrə maddi sübut kimi tanınmış əşyalarla, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da belə sübut təqdim etmədi. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmədə ittiham nitqi ilə çıxış edən dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi üzrə olan cinayət təqibindən imtina etdiyini bildirdi və cinayət təqibinə bu maddə üzrə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi üzrə olan cinayət təqibinə xitam verilməsini əsaslı sayır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan 234.4.1 və 234.4.3-cü maddələrində olan cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və onun əməllərini həmin maddələrlə tövsüf olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə ekspertiza xərclərini təşkil edən 65 (altmış beş) manat vəsaitin təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 42,15 qram çəkidə narkotik vasitə olan heroinin məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını, 01 ədəd olan “Samsung” markalı mobil telefonun içərisində olan ***-***-**-** nömrəsi ilə birlikdə Təqsirləndirilən şəxs iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Ağayev X6 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin üstünün açılmasında fəal iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırki vaxtadək davamlı olaraq həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 19 yanvar 2023-cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 yanvar 2023-cü il tarixli 425 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq qalmış 42,15 qram hissəsi sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD disk və Azercell Telekom” MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon içərisində olan ***-***-**-** nömrəsi ilə birlikdə Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-357/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-357/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver