Məhkəmə qərarları › İş №1(101)-357/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-357/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-357/2025 20.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X15-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11, X2, X4, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı, X5, müdafiəçilər Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs6 nümayəndəsi Bakı şəhəri, 5 saylı Vəkil bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, X12, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 26 avqust 1980-cı ildə Naxçivan MR, Culfa rayonu Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Culfa rayonu, Dizə kəndində qeydiyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X7 və şəxsiyyəti istintaqa məlum olmayan “Asif’ adlı şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə müvafiq sənədləri alacaqlarına dair yalandan vəd verib aldadaraq hissə-hissə olmaqla 2021-ci ilin yanvar- aprel yayları ərzində Bakı şəhərinin müxtəlif yerlərində 20.000 manat, sonuncu dəfə isə 16 iyun 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxananın qarşısında Təqsirləndirilən şəxs 5.000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə 25000 manat məbləğində pulu ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 xeyli miqarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, «20-ci Sahə» adlanan ərazidə yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa edilməsinə icazə alınmasında Zərərçəkmiş şəxs1 köməklik göstərəcəyini yalandan vəd edib, 2022- ci ilin yanvar ayının 15-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X33 küçəsi 11-17 ünvanın qarşısında nağd şəkildə Zərərçəkmiş şəxs1 5.000 manat alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldadıb sonuncuya maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xətai rayonu, kənd Əhmədli qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xmidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X34 çıxarış alınmasında köməklik göstərəcəyini vəd edib aldadaraq 25 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində Zərərçəkmiş şəxs2 2.500 manat pul vəsaitini ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 həyat yoldaşı Şahid1 ölkədən çıxışına qoyulmuş məhdudiyyəti aradan qaldırılmasını vəd verib aldadaraq 27 may 2022-ci il tarixdə ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs5 1.500 manat pul vəsaitini ələ keçirərək sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X17 Bakı şəhəri, Pirallahı rayonu ərazisində yerləşən “Abşeronneft” NQÇİ-yə məxsus boruların satışından əldə olunacaq pulu onunla yarıya böləcəyini yalandan vəd verib aldatmaqla, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov parkında yerləşən “İstanbul” restoranında X10 vasitəsilə 6.000 manat pulunu aldatmaqla ələ keçirərək, zərərçəkmiş şəxs X17 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan «Natiq» və «Tofıq» adlı şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 məxsus "xxxx" MMC-nin Dövlət Vergi Xidməti Ərəfmdən bloklanmış bank hesabının açılmasına və şirkətin fəaliyyətinin bərpa olunmasını bir həftə ərzində təmin etdirəcəklərinə dair yalandan vəd verib aldadaraq 2023-cü ilin iyun ayının əvvəllərində 5.000 manat pulu Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasmm yaxınlığında, ondan bir neçə gün sonra, 2023-cü ilin iyun ayımn ortalarında 18.000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, «Atatürk» parkında və təxminən ondan bir neçə gün sonra, 2023-cü ilin iyun ayının axırlarında, sonuncu dəfə 57.000 manat pulu yenə Bakı şəhəri, Nərimanov rayonu, «Atatürk» parkında alıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 80.000 manat pul vəsaitini ələ keçirib, Zərərçəkmiş şəxs6 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ifadələrində ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, Mirzəbəyi tanıyır, Asifi isə tanımır. O, Zərərçəkmiş şəxs3 tanıyır. Zərərçəkmiş şəxs3 5.000 manat almışdır. Zərərçəkmiş şəxs1 5.000 manat almışdır, lakin onu aldadıblar. Zərərçəkmiş şəxs2 2.500 manat almışdır, sonra 2.500 manat pulu geri qaytarmışdır. Zərərçəkmiş şəxs5 yoldaşından 1.500 manat almışdır. Qocayev Elnurun vasitəsi ilə Quliyev Tahirdən 6.000 manat almışdır, birlikdə iş qurmaq istəmişdir, lakin onu aldadıblar. Zərərçəkmiş şəxs6 əvvəl 5.000 manat, sonra isə 18.000 manat almışdır O, Zərərçəkmiş şəxs1ı tanıyır. Zərərçəkmiş şəxs1 5.000 manat pul almışdır. Tural ev tikmək istəyirdi, ev tikməyə icazə alınması üçün 10.000 manat pul istəyirdilər, Tural da ona 5.000 manat pul verdi, o da həmin pulun üzərinə 1.000 manat əlavə edib, 6.000 manat pulu Eldəniz adlı şəxsə verib. Ev Səbail rayonu ərazisində tikilməli idi. Ev tikilməyib. Tikintiyə icazə almaq üçün 10.000 manata razılaşmışdılar. O, tikintiyə icazə alması üçün bir nəfərə 6.000 manat pul vermişdir, lakin həmin şəxs həbs olunmuşdur. O, 6.000 manat pulu Natiqə vermişdir. Natiq SOCAR-da işləyirdi. Zərərçəkmiş şəxs2 aldığı 2.500 manat pulu geri qaytarmışdır. O, X21 tanıyır. Əkbərov Sətdardan 1.500 manat pul almışdır. Əkbərov Sətdardan aldığı pulu qaytarmamışdır, amma qaytaracaq. Qocayev Elnur vasitəsi ilə Quliyev Tahirdən iş qurmaq məqsədi ilə 6.000 manat pul almışdır. Həmin pulun 3.000 manat hissəsini qaytarıb, 3.000 manat qalıb. Torpaq sahəsini satıb, vurulmuş zərərləri qaytaracaq. O, tikinti fəaliyyəti ilə məşğul olur. O, heç kimdən 80.000 manat pul almamışdır. O, Zərərçəkmiş şəxs6 80.000 manat deyil, 23.000 manat pul almışdır. Zərərçəkmiş şəxs6lə birlikdə iş qurmaq üçün o, 30.000 manat, Amil isə 23.000 manat pul qoymuşdur. O, Zərərçəkmiş şəxs6 23.000 manat pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs6 5-6 aydır ki, tanıyır. Amil ilə ilk dəfə vergi məsələsi ilə bağlı görüşüb, Amil ona deyib ki, əgər şirkəti blokdan çıxarsa gələcəkdə onunla iş görə bilər. Amil sonra şirkətin blokunun götürülməsini istəməyib. İş qura bilməyiblər, Amil pulunu geri istəyib. Amilin bibisi oğlu əvvəl 18.000 manat verdi, sonra 5.000 manat pul verdi. Amilin bibisi oğlunun adı onun yadında deyil. Amilin bibisi oğlu bir dəfə Nizami rayonunda, bir dəfə də «Gənclik» metrosu yaxınlığında ona pul verib. Emin, Azər və Elməddin adlı şəxsləri tanıyır. Onların bu məsələdə iştirakları olmayıb. Emin, Azər və Elməddin ona pulun verilməsinə şahid olmayıblar. Amilin Emin, Azər və ya Elməddinə pul verməsindən onun xəbəri yoxdur. O, Mirzəbəyi tanıyır. Zərərçəkmiş şəxs3la Mirzəbəy görüşmüşdülər. O, Zərərçəkmiş şəxs3 Mirzəbəyə pul verəndə orada olmamışdır. Zərərçəkmiş şəxs3 ona 5.000 manat pul verməsi onun yadında deyil. Emin, Azər və Elməddin adlı şəxsləri Zərərçəkmiş şəxs6lə o, tanış etməmişdir, onlar özləri tanış idilər. Onların arasında pul vəsaitinin alınıb-verilməsini görməmişdir, onların görüş məqsədlərini bilmir. Zərərçəkmiş şəxslərə vurduğu zərərləri 2025-ci ilin yanvar ayına kimi ödəyəcək. O, Prezident Adminstrasiyasında işlədiyini deməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində ona Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsi ilə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 25 may 2022-ci il tarixdə tanışı Nəsimi ona tanışı Zərərçəkmiş şəxs2 Xətai rayonu kənd Əhmədli yaşayış sahəsində 4 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini hədiyyədən aldığını, torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istədiyini deyib, ona nə kimi köməklik edə biləcəyi ilə maraqlanmışdır. O da Nəsimiyə əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləmiş Habil adlı tanışının olduğunu, onun həmin dövlət qurumunda tanışlarının olduğunu, onun vasitəsi ilə torpaq sahəsinə çıxarış ala biləcəyini demiş və Habil ilə bu barədə danışmışdır. Habil köməklik edə biləcəyini deyib bunun üçün 5.000 manat pul vermək lazım olacağam demişdir. O, Habil ilə belə razılaşmışdır ki, əvvəl 2.500 manat versinlər, sonra çıxarışı aldıqa qalan 2.500 manatı da verərlər. Habil onnla razılaşdıqdan sonra o, bu barədə Azada demiş, Azad da onunla razılaşmışdır. 25 may 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yerləşən adını xatırlamadığı kafedə 2500 manat pulu Azad ona vermişdir. Həmin vaxtı yanlarında kənar şəxs olmamışdır. O, pulu aldıqdan sonra aparıb Nərimanov rayonu ərazisində 5 nömrəli xəstəxananın yanında Habilə vermişdir. Habil yaxın günlərdə çıxarış verəcəyini desə də, sonradan telefonlarını keçirmiş və onunla əlaqələri kəsdiyi üçün o, Habil ilə əlaqə saxlaya bilməmişdir. Nəticədə Azadın yanında yalançı çıxdığını, Habilin soyadı Əliyev, ata adı təxminən ya Əhməd, ya da ki, Nəhməd olduğunu demişdir. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində Habilin hansı dövrdə, hansı vəzifədə işləməsi, dəqiq anket məlumatları, hansı mobil nömrədən istifadə etməsi barədə məlumatı olmadığını demişdir. Bundan başqa bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 tanıyır. Turalla Yasin adlı tanışının vasitəsi ilə tanış olmuş və münasibəti yaranmışdır. O, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Səbail rayonu, «20-ci Sahə» ərazisində yerləşən onun özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək fikrində olduğunu bilib, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) və Səbail rayon İcra Hakimiyyətindən icazə almaqda köməklik edə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 da ondan xahiş etmişdir ki, Bakı şəhəri, Səbail rayonu «20-ci Sahə» ərazisində yerləşən özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa edilməsinə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) və Səbail rayon İcra Hakimiyyətindən icazə alınmasında ona köməklik etsin. Onların bu söhbətlərindən bir neçə gün sonra o, Turalla əlaqə saxlayıb Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) və Səbail rayon İcra Hakimiyyətində işləyən tanışları ilə əlaqə saxladığını, Turala Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə ərazisində yerləşən özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa edilməsinə dair icazə ala biləcəyini deyib, bunun müqabilindən 5.000 manat pul istəmişdir. Belə ki, Tural ona bu barədə dedikdən sorna X22 demişdir. Habil isə ona dediyini Zərərçəkmiş şəxs1 demişdir. Tural isə onunla razılaşdıqdan sonra 2022-ci ilin yanvar ayının təxminən 15-də o, Turalla Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşüb nağd şəkildə 5.000 manat pulu Turaldan almış və aparıb Habilə vermişdir. Pulu alanda yanlarında kənar şəxs olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Əli adlı şəxsi 2 ilə yaxındır ki, tanıyır, Pirallahı rayon sakini Alxan adlı şəxsi də 2022-ci ilin iyul ayından etibarən tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 2022-ci ilin iyul ayında tanışı Əli ilə birlikdə şəhərdə çay içdiyi zaman Əliyə zəng gəlmiş, Əli telefonla danışdıqdan sonra ona Pirallahı rayonuna getmək lazım olduğunu bildirmişdir. O, Əli ilə birlikdə Pirallahı rayonuna getmiş, Pirallahı rayonunda "Göyçə” kafesində adını eşitdiyi lakin üzünü görmədiyi Alxan adlı şəxslə görüşmüşlər, Əli onu Alxanla yaxından tanış etmiş, bundan sonra Alxan ümumi söhbət əsasında dəmir satışı ilə məşğul olduğunu və bu işdən xeyli gəlir əldə etdiyini, Pirallahı rayonunda çoxlu dəmir olduğunu, həmən dəmirləri kəsib satmaq üçün icazə lazım olduğunu bildirmişdir. O, istifadəyə yararsız dəmirləri kəsib satmaq üçün icazə lazım olduğunu təsdiqləmişdir. Alxan ondna icazə alınmasında köməklik göstərməsini istəmiş, o, isə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, Hidayət adlı tanışma zəng vuraraq Pirallahı rayonu ərazisində istifadəyə yararsız dəmirləri kəsmək üçün icazə sənədini düzəldə bilib bilməyəcəyini soruşmuş, Hidayət isə sənəd düzəldə biləcəyini və bunun üçün 10.000 manat pul lazım olduğunu bildirmişdir. Bir neçə gün keçdikdən sonra o, Əli, Alxanla və yanlarında tanımadığı 2 nəfər şəxslə Nərimanov rayonu ərazisində yerləşən “İstanbul” kafesində görüşmüşlər, Axan onu həmin şəxslərlə tanış edərək adlarının Tahir və Elnur olduqlarını, dəmir üçün sənədləri düzəltmək üçün onların pul verəcəyini və onlara şərik olacaqlarını bildirmişdir. Bundan sonra o, onlara tanışı Hidayətin sənədlərin düzəlməsi üçün 10.000 manat istədiyini bildirmiş, Tahir adlı şəxs isə yanındakı Elnur adlı şəxsə pulu ona verməsini istəmişdir, Elnur cibindən 6.000 manat pulu çıxardıb ona vermiş, o, isə qalan 4.000 manatı düzəldərək Hidayətə verəcəyini bildirmişdir. Həmin gün o, Hidayətlə Nərimanov rayon polis İdarəsinin yanında görüşmüş və 10.000 manatı ona vermişdir, Hidayət ona sənədin 2-3 günə hazır olacağını bildirmişdir. Bir neçə gün keçdikdən sonra Elnur ona zəng vuraraq sənədin hazır olub-olmadığını soruşmuş o isə hələ hazır olmadığını hazır olan kimi xəbər verəcəyini bildirmişdir. Sonradan atasının səhhətində problem yarandığı üçün Naxçıvan MR getmiş, geri qayıdanda Hidayətlə əlaqə saxlamış, sənədin hazır olub-olmadığını soruşmuş, o isə yenidən hazır olmadığını bildirmiş, sonradan Hidayət avtoqəza keçirdiyi üçün onunla əlaqəsi kəsilmişdir. 03 aprel 2023-cü il tarixdə onun istifadəsində olan 070- ***-**-** mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, zəng vuran şəxs özünü polis əməkdaşı kimi təqdim etmiş və onu Sabunçu polis idarəsinə dəvət etmiş, o, oraya getmiş və barəsində cinayət işi olduğunu öyrənmişdir. Bundan sonra Pirallahı rayon polis idarəsinin əməkdaşları onun barəsində Pirallahı rayonunda cinayət işinin olduğunu bildirmişlər və onu Pirallahı rayon polis idarəsinə dəvət etmişlər. O, onlarla razılaşaraq Pirallahı rayon polis idarəsinə getmişdir. Alxanm ifadəsində göstərdiyi xüsusatları yalanlamış, Alxana dəmir boruların satışını həyata keçirtmək üçün icazə alınması ilə əlaqədar vəd vermədiyini və ondan bununla əlaqədar 5.500 manat pul almadığını demişdir. O, Kamil adlı şəxsi bir dəfə gördüyünü və ona heç bir göstəriş vermədiyini də demişdir. O, Tahirdən dəmir satmaq üçün sənəd düzəltmək üçün 6000 pul aldığını və həmin pulu Hidayətə verdiyini bildirmişdir. Sonradan həmin pulun 3.000 manatını qaytardığını demişdir. Ona 6.000 manat pul verilən zaman Əli kənarda telefonla danışdığını da qeyd etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2001-ci ildən 2019-cu ilədək tikinti sahəsində işləmiş, 2019-cu ildən isə işsiz işləmir.Şahid2 10 ilə yaxındır ki, tanıyır. 2022-ci ilin may ayının ortalarında Fərmanla Bakıxanov qəsəbəsində yerləşən “Ağasəlimin çayxanası” adlanan çayxanada görüşən zaman onunla birlikdə tanımadığı bir nəfər şəxs də gəlmişdir. Fərman onunla həmin şəxsi tanış etdikdən sonra o, onun Şahid1 olduğunu öyrənmişdir. Fərman ona Səttarın Salyan Rayon Məhkəməsində işi olduğunu və barəsində axtarış elan edildiyini söyləyib bu işdə ona köməklik etməsini xahiş etmişdir. Bundan sonra özü Səttardan bu barədə maraqlandıqda o da ona eyni sözləri deyib, ona kömək etməsini xahiş etmişdir. Həmin ərəfədə maddi vəziyyəti pis olduğu üçün bunun qarşılığında Səttardan pul almağı və dövlət idarələrində işləyən tanışlarının vasitəsilə bu işi həll edə biləcəyini düşünmüş, buna görə də Səttara 1500 manata bu işi həll edə biləcəyini demişdir. Onlar bir qədər də söhbət etdikdən sonra Səttar onunla razılaşmış və onlar çıxıb getmişlər. Təxminən 10 gündən sonra Səttar onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmiş və onlar 27 may 2022-ci il tarixdə Bakı şəhəri, Əhmədli metrosunun yaxınlığında yerləşən Coffemania restoranının qarşısında görüşmüşlər. Səttar tanımadığı bir nəfər qohumu ilə gəlmişdir. Qeyd etdiyi yerdə ona məxsus avtomobildə Səttar ona 1500 manat pul vermişdir. O, pulu aldıqdan sonra onlar sağollaşmışlar və o, çıxıb getmişdir. Onlar görüşlərindən 1-2 ay sonra Səttarın həyat yoldaşı Samirə ona zəng vuraraq Səttarın tutulduğunu bildirmiş, o, isə ona narahat olmamasını və Səttarı buraxdıracağını demişdir. Sonradan dəfələrlə Səttar və Samirə ona zəng vuraraq pullarını geri istəsələr də, o, hər dəfə müxtəlif bəhanələrlə onları aldadırmış. Bildirmişdir ki, o, Zərərçəkmiş şəxs5m ümumiyyətlə görməmiş, onunla yalnız mobil telefon vasitəsilə danışdığını demişdir. Pulu ona Səttar vermişdir. O, həmin puldan Fərmana heç bir pul məbləği verməmiş və bu barədə Samirəyə heç bir söz deməmişdir. Onun söylədiklərinin yalan olduğunu demişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, 25 may 2022-ci il tarixdə tanışı Nəsimi ona tanışı Zərərçəkmiş şəxs2 Xətai rayonu, kənd Əhmədli yaşayış sahəsində 4 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini bələdiyyədən aldığını, torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istədiyini deyib, ona nə kimi köməklik edə biləcəyi ilə maraqlanmışdır. O da Nəsimiyə əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləmiş Habil adlı tanışının olduğunu, onun həmin dövlət qurumunda tanışlarının olduğunu, onun vasitəsi ilə torpaq sahəsinə çıxarış ala biləcəyini deyib Habil ilə bu barədə danışmışdır. Habil köməklik edə biləcəyini deyib bunun üçün 5000 manat pul vermək lazım olacağam demişdir. O, Habil ilə belə razılaşmışdır ki, əvvəl 2.500 manat versinlər, sonra çıxarışı aldıqa qalan 2.500 manatı da verərlər. Habil onnla razılaşdıqdan sonra o, bu barədə Azada demiş, Azad da onunla razılaşmışdır. 25 may 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yerləşən adını xatırlamadığı kafedə 2.500 manat pulu Azad ona vermişdir. Həmin vaxtı yanlarında kənar şəxs olmamışdır. O, pulu aldıqdan sonra aparıb Nərimanov rayonu ərazisində 5 nömrəli xəstəxananın yanında Habilə vermişdir. Habil yaxın günlərdə çıxarış verəcəyini desə də, sonradan telefonlarını keçirmiş və onunla əlaqələri kəsdiyi üçün o, Habil ilə əlaqə saxlaya bilməmişdir. Nəticədə Azadın yanında yalançı çıxdığını, Habilin soyadı Əliyev, ata adı təxminən ya Əhməd, ya da ki, Nəhməd olduğunu demişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Habilin hansı dövrdə, hansı vəzifədə işləməsi, dəqiq anket məlumatları, hansı mobil nömrədən istifadə etməsi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onun Əri Şahid1 borc məsələsi ilə bağlı barəsində mülki qaydada məhkəmə icraatı aparıldığı üçün məhkəmə tərəfindən onun ölkədən çıxışına qadağa qoyulmuşdu. Səttar əvvəllər Gürcüstan Respublikasından tərəvəz gətirib onun satışı ilə məşğul olduğundan yenidən həmin işlə məşğul olmaq qərarına gəlmişdi, lakin ona qadağa qoyulduğu üçün ölkə hüdudlarını tərk edə bilmirdi. 2022-ci ilin may ayında Səttar Təqsirləndirilən şəxs onun üzərindəki qadağanı götüzdürəcəyini bildirdiyini söyləmişdi. 27 may 2022-ci il tarixdə bacısının yoldaşı Əmirov Firdovsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində, Əhmədli metro stansiyası yaxınlığında yerləşən “Coffemania” restoranının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Orada Firdovsinin iştirakı ilə Səttar Əflatuna 1.500 manat pul vermiş, Əflatun da ən geci bir həftə ərzində Səttarın ölkədən çıxışına qoyulmuş qadağanı götüzdürəcəyini bildirmişdir. Həmin ilin iyuniyul aylarında Səttar üzərinə qoyulmuş mülki öhdəliyi ödəmədiyi üçün onun barəsində inzibati qaydada həbs tətbiq edildi. Bundan sonra o, Əflatunla əlaqə saxlayıb Səttarın tutulduğunu söyləmişdir. Əflatun isə Səttarı buraxdıracağını bildirib onu arxayın etmişdir. Sonradan o, Əflatundan pulunu geri tələb etsə də, Əflatun pulu qaytarmaqdan imtina etmiş, buna görə də o, bu barədə ərizə ilə şikayət etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Təqsirləndirilən şəxsla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı göstərmişdir ki, Şahid1 ilə 1996-cı ildə rəsmi nikahla ailə həyatı qurmuşdur. Şahid1 borc məsələsi ilə bağlı barəsində mülki qaydada məhkəmə icraatı aparıldığı üçün məhkəmə tərəfindən onun ölkədən çıxışına qadağa qoyulmuşdur. Səttar əvvəllər Gürcüstan Respublikasından tərəvəz gətirib onun satışı ilə məşğul olduğundan yenidən həmin işlə məşğul olmaq qərarına gəlmiş, lakin ona qadağa qoyulduğu üçün ölkə hüdudlarını tərk edə bilmirmiş. 2022-ci ilin may avının əvvəllərində Səttar tanışı Şahid2 tanışı Təqsirləndirilən şəxs onun üzərindəki qadağanı götüzdürəcəyini və onu hər hansı bir normal işə düzəldə biləcəyini bildirdiyini söyləmişdir. O, Səttardan Fərmanın bunu nə qarşılığında edəcəyini soruşduqda, o, Fərmanın ilkin olaraq 1.500 manat istədiyini, onu işə düzəltdikdən sonra isə əlavə pul verməli olduqlarını demişdir. Səttar Gürcüstan Respublikasından tərəvəz gətirib satması üçün onun ölkə hüdudlarından çıxması barədə qoyulmuş qadağanın götürülməsi onlar üçün çox vacibiymiş, buna görə də Fərmanın bu təklifini dəyərləndirmək qərarına gəlmişlər. Səttar, Fərman və Əflatun bir neçə dəfə görüşüb bu məsələ ilə bağlı danışmışlar. O, xanım olduğu üçün Əflatunla görüşməmiş, buna görə də bütün danışıqları Səttar özü həyata keçirirmiş. Bir neçə dəfə Səttar onun yanında Əflatunla mobil telefon vasitəsilə əlaqə saxlamış və o, onların danışıqlarının şahidi olmuşdur. Əflatun onun məhkəmədəki işini həll edəcəyini və üzərindəki qadağanı götüzdürəcəyini bildirmişdir. 27 may 2022-ci il tarixdə bacısının yoldaşı X13 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində, Əhmədli metrostansiyasmm yaxınlığında yerləşən “Coffemania” restoranının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Orada aralarında əldə olunmuş razılığla əsasən Firdovsinin iştirakı ilə Əflatuna 1.500 manat pul vermiş, Əflatun da ən geci 1 həftə ərzində Səttarın ölkədən çıxışına qoyulmuş qadağanı götüzdürəcəyini və məhkəmədəki işini həll edərək onun günahsız elan ediləcəyini bildirmişdir. Pulu verdikdən sonra onlar sağollaşıb getmişlər. Həmin ilin iyun-iyul aylarında Səttar üzərinə qoyulmuş mülki öhdəliyi ödəmədiyi üçün onun barəsində inzibati qaydada həbs tətbiq edilmişdir. Bundan sonra o, Əflatunla əlaqə saxlayıb Səttarın tutulduğunu söyləmiş, Əflatun isə onu buraxdıracağını bildirib onu arxayın etmişdir. O, hər dəfə Əflatuna zəng vurduqda o. müxtəlif bəhanələrlə onu aldadırmış, yekunda isə işi həll edə bilmədiyini və pulunu qaytaracağını bildirmişdir. Sonradan o, ondan pulunu geri tələb etsə də, o, pulu qaytarmaqdan imtina etmiş və həmin puldan 300 manat Fərmana verdiyini bildirmişdir. O, Fərmandan bu barədə soruşduqda o, Əflatunun ona pul vermədiyini və yalan danışdığını söyləmiş, buna görə də o, məcbur qalıb bu barədə ərizə ilə şikayət etmişdir. Bildiyi qədərilə Quliyev X9 MR, Culfa rayonu Dizə kəndində olmuş və o, onunla ***-***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxlayırmış, hazırda isə həmin nömrəyə zəng çatmadığını demişdir. Hadisə nəticəsində ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Bildirmişdir ki, o, 1.500 manat pulu Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 Salyan Rayon Məhkəməsindəki işini həll edəcəyi, yəni ki, onun günahsızlığını sübut edərək ona bəraət verdirəcəyi, məhkəmə tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanı götüzdürəcəyi və Səttarı hər hansı bir normal işə düzəldəcəyi adı ilə verdiyini demişdir. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Bakı şəhəri, Səbail rayonu 20-ci Sahə ərazisində ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyirmiş. Təqsirləndirilən şəxs ev tikməyə icazə alacağını bildirmiş, bu məqsədlə ondan 5.000 manat pul almışdır. Lakin sonradan məlum oldu ki, Təqsirləndirilən şəxs ev tikmək üçün icazə almayıb. Təqsirləndirilən şəxs ona dəymiş 5.000 manat zərəri ödəməyib. Təqsirləndirilən şəxsla arasında dəfələrlə telefon danışığı olub. O, Təqsirləndirilən şəxs 5.000 manat pulu Bakıxanov qəsəbəsindəki parkda vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməsini istəyir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ilin sonlarında Yasin adlı tanışının vasitəsi ilə tanış olub münasibəti yaranmışdır.Turalın Bakı şəhəri, Səbail rayonu 20-ci Sahə ərazisində yerləşən özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək fikrində olduğunu bilib Qarabağ Müharibəsinin iştirakçısı və qazi olduğunu, müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən tanışlarının olduğunu deyib həmin şəxslərin köməkliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) və Səbail rayon İcra Hakimiyyətindən icazə almaqda köməklik edə biləcəyini demişdir.Bundan sonra Təqsirləndirilən şəxs inanıb ondan xahiş etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə ərazisində yerləşən özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa edilməsinə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) və Səbail rayon İcra Hakimiyyətindən icazə alınmasında köməklik etsin. Bu söhbətdən bir neçə gün sonra Təqsirləndirilən şəxs əlaqə saxlayıb Azərbaycan Respublikası Dövlət Neft şirkətində (SOCAR) və Səbail rayon İcra Hakimiyyətində işləyən tanışları ilə əlaqə saxladığını, Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa edilməsinə dair icazə ala biləcəyini vəd edib, bunun müqabilindən ondan 10.000 manat pul istəmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin pulu Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) və Səbail rayon İcra Hakimiyyətində işləyən əməkdaşlara verəcəkdir. Əflatun konkret olaraq pulu kimlərə verəcəyini, həmin şəxslərin hansı vəzifədə işləmələri barədə heç bir söz deməmişdir. Ona inanıb 2022-ci ilin yanvar ayının təxminən 15-də Təqsirləndirilən şəxslə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Bakıxanov dəmir yol stansiyasının yaxınlığında görüşüb Əflatuna nağd şəkildə 10.000 manat pul vermiş, pulu verəndə yanlarında kənar şəxs olmamışdır. Əflatun təxminən 10-15 gün ərzində icazə alacağını söz versə də, vermiş olduğu vədinə əməl etməmişdir. Belə ki, tikinti işlərinə başladıqda məlum olmuşdur ki, Əflatun hər hansı bir şəxsdən qeyd edilən torpaq sahəsində tikinti işlərinin aparılmasına dair icazə almamışdır. Bununla bağlı Əflatunla əlaqə saxlayıb pulunu geri qaytarmasını xahiş etsə də, Əflatun müxtəlif bəhanələr gətirib pulunu qaytarmamış, sonradan isə telefon zənglərinə cavab verməyib, görüşdən yayınmışdır. Zərərçəkmiş şəxs X23 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, metal alqı-satqısı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs Cəfərov Əlinin vasitəsi ilə tanımışdır. Əli ona bildirdi ki, Əflatun istənilən dövlət məmuruna zəng edə bilən adamdır, hətta cənab nazirə zəng edəndə, cənab nazir ona “alo” deyir. 2022-ci il avqust ayında Əli ona zəng edərək, Əflatunla birlikdə «Abşeron» NQÇ-nin ərazisindəki boruları doğratdıqlarını bildirdi və metal boruları ona vermək üçün 6.000 manat pul istədi. O, 6.000 manat pulu Nərimanov parkında Əflatuna vermiş, lakin Əflatun ona metal boruları verməmişdir. Sonra Əflatun aldığı 6.000 manat pulun 3.000 manat hissəsini qaytarıb, 3.000 manat pulu isə qaytarmayıb. O, Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş zərəri tələb edir. O, 6.000 manat pulu Əflatuna əlbəəl vermişdir. Həmin pulu Əflatun Əliyə vermədi. O, Əflatuna 6.000 manat pulu verəndə Elnur da orada olub. O, Təqsirləndirilən şəxs Pirallahı rayonunda görmüşdür. Elnur onun şərikidir. Təqsirləndirilən şəxs verdiyi 6.000 manat pul onun pulu idi. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxs X23 ibtidai istintaq zamanı göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. O, 10-12 ildir ki, metal işi ilə məşğul olduğunu demişdir. Yəni metalı alıb bir az baha qiymətə zavoda satır. Elnur Qocayevlə o, şərik işlədiyini demişdir. Əli və Alxanı təxminən 8-10 ildir ki, tanıyırmış. Onlar da metal işi ilə məşğul olurlarmış. 2022-ci ilin təxminən avqust ayının əvvəllərində o, Elnurla birlikdə Pirallahı rayonunda günün ikinci yarısında “Elçin” kafesində təsadüfən Əli, Əflatun və Alxanla görüşmüşlər. Kafedə Əli, Alxan və Əflatun bizə ”Vertalyot” meydanının arxasında olan 800 metr uzunluğunda borunu doğrandığım bildirmişlər. O, oradan keçdikdə görmüşdür ki, həqiqətən də həmin borular Kamil tərəfindən doğranırmış. O, əvvələr də Kamili tanımışdır. Təxminən Kamildən həmin boruların kim tərəfindən doğrandığını soruşmuş o, Əflatunla Əlinin doğratdığını bildirmişdir. Həmin vaxtı Alxanmm Elnura verəcək borcu varıymış, təxminən 500-600 manat, ona görə onların borunu satıb-satmamaqları mararağlıymış. Orada borunun onlara satılması ilə bağlı hər hansı təklif olunmamışdır. Onlar birlikdə yeyib-içib oradan uzaqlaşmışlar, 3-4 gün sonra yəni 11 avqust 2022-ci il tarixdə Əli ona zəng edib bildirmişdir ki, onlar borunu Alxan və Əflatunla birlikdə doğratdırmışlar, 6.000 manat doğranmış boruları götürmək üçün pul lazımdır. Əlinin deməsinə görə 2.000 manat NQD rəisinə, 2.000 manat «Socar»m rəisinə və 2.000 manat «Socar»m məxvi şöbəsinin rəisinə. O da demişdir ki, ancaq sən Alxanı götür gəl danışaq, onsuz yəni pul vermərəm. O bildirmişdir ki, boruların kəsilib satılmasını adətən Alxan gördüyü üçün onsuz pulu verməyəcəyini demişdir. Həmin günü yəni 11 avqust 2022ci ildə o, şəriki Elnurla söhbət edərkən Əflatun ona demişdir ki, 6.000 manat pulu aparıb paylayacaq, güya 2.000 manat NQD rəisisnə, 2.000 manat «Socar»m rəisinə və 2.000 manat «Socar»m məxvi idarəsinin rəisinə verəcəkdir. X41 vermiş və o da pulu götürüb, bildirmişdir ki, «Socar»m Pirallahı rayonuna baxan qonşusudur bu gün onun 2.000 manatını verəcək, qalan 4.000 manatını isə sabah çatası şəxslərə verəcək. Birisi gün yəni 13 avqust 2022-ci ildə onlar boruları gətirib Pirallahıdan çıxanda onlara təhvil verəcəkmişlər. Qalan məbləğ isə borular tərəzidə çəkildikdən sonra onlara verilməliymiş. Razılaşdıqdan sonra Əli ilə Əflatun kafedən çıxıb getmişlər, Alxan isə onların yanında qalmışdır. Alxan orada onlara demişdir ki, Əflatunla maraqlanmışam o təmiz adamdır, narahatçılıq yoxdur borular doğranıb hazırmış, rəhbərliyin razılığını alıb çıxardacaqmışlar. 13 avqust 2022-ci ildə o, Əflatuna zəng olduqda o ona bildirmişdir ki, güya rayondadır bir iki günə həll olunacaqmış. Əli və Əflatun müxtəlif bəhanələrlə yayınmağa başlamışlar. Bundan sonra onlar şikayət vermək qərarına gəlmişlər. Yalnız istintaq dövründə 3.000 manat maddi ziyandan ona ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, Təqsirləndirilən şəxs Xəlilov Mirzəbəyin vasitəsi ilə tanımışdır. O, Xəlilov Mirzəbəylə 2021-ci ildə tanış olmuşdur. Mirzəbəy hazırda cəzaçəkmə müəssisəsindədir. Xəzər rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Torpaq sahəsini sənədləşdirmək üçün Mirzəbəy Təqsirləndirilən şəxs DTX-nin polkovniki İlham kimi təqdim etmişdi, Əflatun torpaq sahəsinə baxış keçirmək üçün Asif adlı şəxsi göndərdi, həmin şəxs də torpaq sahəsinə baxış keçirdi. O, Mirzəbəyə iki dəfədə 20.000 manat pul vermişdir. Sənədləşmə işi gecikirdi. Əflatunla Bakıxanov ərazisində arabir görüşürdülər. Əflatun bildirdi ki, əlavə 5.000 manat lazımdır, o da Əflatuna 5.000 manat pul vermişdir. 15-20 gün sonra Əflatun ona sənədin hazır olduğunu bildirdi və kart hesabına 100 manat pul göndərməyini xahiş etdi. O, Paypoint aparatı vasitəsi ilə X14 məxsus karta 100 manat pul köçürtmüşdür. Hazırkı vaxtadək Əflatun nə sənədləri vermiş, nə də 5.000 manat pulunu qaytarmışdır. O, torpaq sahəsini sənədləşdirmək üçün Əflatuna 5.000 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs 5.000 manat pulu əlbəəl vermişdir. 3.000 manat pulu Mirzəbəyə vermişdir. Torpaq sahəsini sənədləşdirmək üçün Mirzəbəyə 20.000 manat, Əflatuna 5.000 manat pul vermişdir. Mirzəbəyə 2.000 manat pul verəndə, Əflatunu tanımırdı. 09 mart 2021-ci il tarixdə Mirzəbəyə 8.000 manat pul verəndə, Əflatunu tanımırdı. 15 aprel 2021-ci il tarixdə Mirzəbəyə 9.000 manat pul verəndə, Əflatunu tanımırdı. Əflatun ona 5.000 manat zərər vurub. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı göstərmişdir ki, 2021-ci ilin əvvəllərində o, Binə qəsəbəsində torpaq sahəsi almaq qərarına gəlmişdir. Bunun üçün Binə qəsəbəsində yerləşən ev-alqı satqısı məntəqəsinə gedib, rəsmi sənədi olan torpaq sahəsi almaq istədiyini bilOdirmişdir. Həmin vaxt orada olan, adını sonradan bildiyi Mirzəbəy Xəlilov ona alacağı torpaq sahəsinin sənədləşmə işini görə biləcəyini demiş və bu işlə əlaqədar tanışlarının olduğunu bildirmişdir. Mirzəbəy bu işin müqabilində 2.000 manat pul lazım olacağını demişdir. Buna görə də, həmin ev alqı-satqısı məntəqəsində 2021-ci ilin yanvar ayında Mirzəbəyə 2.000 manat pul vermişdir. Bir müddət sonra Mirzəbəy ona torpaq sahəsinin sxemi çəkilmiş sənədi təqdim etmişdir. Buna görə də o, Mirzəbəyə inanmış və yaşadığı, eyni zamanda qardaşına məxsus həyəti də sənədləşdirmək qərarına gəlmişdir. Bu barədə Mirzəbəyə dedikdə, o, ona və qardaşına məxsus torpaq sahələrini sənədləşdirmək müqabilində ona 20.000 manat pul verməli olduğunu bildirmiş və 3 ay müddətində sənədləşmə işini başa çatdıracağını bildirmişdir. Bu məqsədlə 09 mart 2021-ci il tarixdə, axşam saatlarında X37 qəsəbəsində yerləşən “Ülvi İnşaat” mağazasının yanında onunla görüşmüş və ona məxsus həyətin sənədləşdirilməsi üçün yalan vəd verib ondan ilkin olaraq əlbəəl 8.000 manat pul almışdır. Bir müddət sonra, yəni 15 aprel 2021-ci il tarixdə, axşam saatlarında Mirzəbəy Südçülük sovxozunda yerləşən yaşadığı evin yaxınlığında onunla görüşmüş və qardaşına məxsus torpaq sahəsini sənədləşdirmək müqabilində əlbəəl olaraq ondan 9.000 manat pul almışdır. Söhbət əsasında Mirzəbəy ona demişdir ki, sənədləşmə işini Təqsirləndirilən şəxs və Asif adlı şəxslərlə birlikdə edirmiş. Buna görə də Mirzəbəylə birlikdə o, həmin şəxslərlə görüşüb tanış olmuşdur. Bir müddət sonra Mirzəbəy ona sənədləşmə işində əlavə xərclərin çıxdığını bildirmiş və Əflatunla görüşüb ona 5.000 manat da pul verməli olduğunu demişdir. O yenə də Mirzəbəyə inanıb 16 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən çayxanalardan birində Əflatunla görüşüb, çayxananın qarşısında ona əlbəəl olaraq 5.000 manat pul vermişdir. Bundan sonra Mirzəbəy ona vəd etdiyi işdə bəzi problemlərin yarandığını bildirmiş və əlavə olaraq 3.000 manat da pul lazım olduğunu demişdir. O, həmin 3.000 manat pulu hissə-hissə olaraq X40 Təqsirləndirilən şəxs vermişdir. Belə ki, 2021-ci ilin iyul ayının əvvəllərində Binə qəsəbəsində yerləşən Rahat marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi X8 adma olan hesab nömrəsinə 100 manat, 2021-ci ilin iyul ayının ortalarında Nizami rayonu ərazisində poçt vasitəsi ilə Mirzəbəy Xəlilovun adma 250 manat və 150 manat olmaqla 400 manat pul göndərmişdir. Bundan başqa yenə də iyul ayının ortalarında Ali Məhkəmənin qarşısında Mirzəbəy Xəlilova əlbəəl olaraq 400 manat, bir neçə gün sonra Xətai rayonu, Yusif Səfərov küçəsində yenə 400 manat, iyul ayının sonlarında isə yaşadığı evin qarşısında 1.700 manat pulu Mirzəbəyə əlbəəl vermişdir. Uzun müddət keçməsinə baxmayaraq Mirzəbəy Xəlilov heç bir sənədləşmə işi görməmiş və sonradan Mirzəbəyin ilkin olaraq 2.000 manat pul müqabilində ona verdiyi torpaq sahəsinin sxemi çəkilmiş sənədin də etibarsız olmasını öyrənmiş və bilmişdir ki, X24 Quliyevlə birlikdə əlbir olub ona qarşı dələduzluq etmişdir. O, dəfələrlə Mirzəbəy Xəlilovla danışıb pulunu geri istəsə də, o müxtəlif bəhanələr gətirərək dələduzluq yolu ilə ələ keçirdiyi pulunu qaytarmaqdan imtina etmişdir. Bildirmişdir ki, o, Mirzəbəy Xəlilova torpaq sahəsinin sxemini almaq üçün ilkin olaraq 2.000 manat pul vermiş və sonradan həmin sənədin etibarsız olması məlum olmuşdur. Bundan başqa Mirzəbəy Xəlilov ona və qardaşına məxsus torpaq sahəsini sənədləşdirmək üçün Təqsirləndirilən şəxslə birlikdə ondan 25.000 manat pul almışdır. Təhqiqat araşdırması zamanı izahat yazdıqdan sonra ona dəymiş maddi ziyanı dəqiq hesablamış və 27.000 manat təşkil etdiyini bilmişdir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Əflatun ona məxsus Xətai rayonu kənd Əhmədlidə yerləşən dörd sot torpaq sahəsinə çıxarış almaq üçün ondan 5.000 manat pul istədi. 25 may 2022-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi yerləşən adını xatırlamadığı kafedə o, Əflatuna 2.500 manat pul vermişdiri, qalan 2.500 manat pulu isə Əflatun sənədi ona təqdim edəndə verəcəkdi, lakin Əflatun ona məxsus dörd sot torpaq sahəsinə çıxarış vermədi. Sonra o, şikayət etmişdir. Onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, ona dəymiş ziyanı tam ödəyib. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, 2007-ci il tarixdə Bələdiyyə sənədi əsasında Bakı şəhəri, Xətai rayonu, kənd Əhmədli qəsəbəsindən 4 sot torpaq sahəsi almış, həmin torpaq sahəsi üzərində hər hansı bir tikinti işlər aparılmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən torpaq sahəsinə çıxarış almaq qərarına gəlib bununla bağlı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində dəqiq bilmədiyi ünvanda yaşayan dostu X6 müraciət etmiş, o, da Əflatun adlı tanışının bu işdə köməklik göstərə biləcəyini deyib, onu Əflatunla tanış etmişdir. 20 may 2022-ci il tarixdə Əflatunla görüşüb torpağın sənədləşməsi ilə bağlı söhbət edərkən Əflatun özünü hərbçi və rütbəsi polkovnik olduğunu deyib, rütbəni ona Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən verildiyini, prezidentin mühafizə xidmətində işlədiyini, Qarabağ Müharibəsi iştirakçısı və qazi olduğunu demişdir. Əflatun torpağa dair çıxarışı 21 gün ərzində alıb verəcəyini, əgər sözünə əməl etməzsə aldığı pulu iki dəfə artıqlaması ilə qaytaracığma söz vermişdir. Odur ki, Əflatuna inanıb 25 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən adını xatırlamadığı kafedə 2.500 manat pulu ona vermiş, lakin 3 ay keçməsinə baxmayaraq Əflatun verdiyi sözə əməl etməmiş, onunla əlaqə saxladıqda isə müxtəlif bəhanələr gətirməklə pulu geri qaytarmamışdır. Əflatun ona məxsus Xətai rayonu kənd Əhmədlidə yerləşən 4 sot torpaq sahəsinə çıxarış almaqda yardımçı olacağını vəd edib buna görə ondan 2500 manat pulu 25 may 2022-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yerləşən adını xatırlamadığı kafedə almış, həmin vaxtı yanlarında dostu Nəsimi olmuşdur. Əflatunun soyadı Quliyev, ata adı Ələkbər olduğunu, Naxçıvan MR Culfa rayonu Dizə kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayır, ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsinə çıxarışı Dövlət Təhlükəsizlik Xidmətində işləyən adım bildirmədiyi və Daşmmız Əmlakın Dövlət Reyestri Xidmətində işləyən Habil adlı tanışının vasitəsi ilə alacağını desə də, həmin şəxslərin anket məlumatları, hansı vəzifədə işləmələri, eyni zamanda həmin şəxslərə hansı məbləğdə pul verəcəyi barədə ətraflı məlumat verməmişdir. Əflatunun adlarını qeyd etdiyi şəxsləri o, görməmiş, onlarla heç bir münasibəti yoxdur və olmamışdır deyə qeyd etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Azərin vasitəsilə tanımış, onu tanımağına səbəb isə təsisçisi olduğu "xxxx" MMC şirkətimin aktiv olmasına dair bir sıra problemlər ilə əldaqədar olmuşdur. Bunun həlli üçün isə dostu Mirsalehəin vasitəsilə tanış olduğu Azərə müraciət etmiş, o, isə demişdir ki, bu problemi həll etmək üçün tanışları var. Həmin problemlə bağlı Azər zəng edib, həmin şəxslərlə tanış etmək istədiyini bildirmiş, bundan sonra 2023-cü ilin iyun ayı ərəfəsində Azər və yalnız adlarını bildiyi Emil, Elməddin və Əflatun adlı şəxslərlə Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkında görüşdükdə Əflatun bildirmişdir ki, bu işi General rütbəli şəxs var o həll edə bilər, digərləri yəni, Emillə Elməddin də onun dediklərini təsdiqləyib Əflatuna cavabdeh olduqlarını bildirmişlər. Elə həmin görüş zamanı Əflatun bir nəfərə zəng etmiş, danışıq zamanı həmin şəxs Əflatuna demişdir ki, «həmin MMC ilə bağlı rekvizitləri göndərin mənə, mən də həmin sənədləri yoxlatdırım və qısa zamanda sizə xəbər verim». Həmin şəxslərlə görüşdən bir gün sonra Əflatun zəng edib bildirmişdir ki, bu işi 80.000 manat müqabilində həll edə bilər. O, Əflatunla razılaşmış, Əflatun demişdir ki, həmin şəxsin nümayəndəsi ilə görüşmək lazımdır. Ondan bir gün sonra o, Əflatun və Emillə birlikdə Əflatunun dediyi nümayəndə ilə Nərimanov rayonu, Teymur Əliyev küçəsində ünvanda yerləşən adını xatırlamadığı kafede görüş zamanı nümayəndə həmin şəxslə əlaqə saxlamış, o, işə başlamaq üçün razılıq vermişdir. Qeyd etmək istəyirəm ki, Əflatunla danışıqdan sonra Emil, Elməddin və Azərə bu işlə bağlı məlumat vermiş, onlar isə Əflatuna cavabdeh olduqlarını bildirmişlər.2023-cü ilin iyun ayının əvvəllərində ilk dəfə Əflatuna 5.000 manat pulu beh kimi Neftçilər metro-stansiyası yaxınlığında vermişdir. Bundan sonra 2023-cü ilin iyun aymın ortalarında Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında 18.000 manat pulu Azər, Elməddin və Emilin iştirakı ilə Əflatuna vermişdir.Sonuncu dəfə 2023-cü ilin iyun ayının ortalarında 57.000 manat pulu isə yenə «Atatürk» parkında Təqsirləndirilən şəxs Emilin iştirakı ilə vermişdir. Pulların verilməsi tarixlərini dəqiq xatırlamır, lakin təxminən hamısı 2023-cü ilin iyun ayı ərəfəsində vermişdir. Onların tələb etdiyi 80.000 manat pulu hissə-hissə onlara verdikdən sonra onlarla əlaqə saxladıqda demişlər ki, bir həftə sonra bu iş həll olacaq. Lakin bu məsələ artıq bir qədər uzanmış, onlar yəni Emil, Azər, Elməddin və Əflatun adlı şəxslər bugün-sabah edərək məsələni uzatdıqları üçün verdiyi 80.000 manat pulu etməyə başlamış, uzun danışılqlardan sonra Emil 55.000 manat pulu qaytarmışdır. Qalan 25.000 manat pulu isə onlardan ala bilməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs5 onun həyat yoldaşıdır. O, meyvə-tərəvəz satışı ilə məşğul olur. Onun ölkədən çıxışına qadağa qoyulmuşdu. O, Əflatunu Şahid2 vasitəsi ilə tanımışdır. Əflatun 1.500 manat müqabilində onun ölkədən çıxışına qoyulan qadağanı aradan götürə biləcəyini bildirdi. Bir neçə gündən sonra bankdan kredit götürüb, yoldaşı Samirə, bacanağı Əmirov Firdovsi ilə birlikdə 2022ci ilin may ayında Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Coffemania” restoranının qarşısında Əflatunla görüşüblər və orada 1.500 manat pulu Əflatuna veriblər. Sonra Əflatun telefon zənglərinə cavab vermədi. Əflatun müxtəlif bəhanələrlə indiyədək onun pulunu qaytarmayıb. X19 Adminstrasiyasında işlədiyini, rütbəsinin general-polkovnik olduğunu ona bildirmişdi. Əflatun ağ rəngli Toyoto Prado markalı maşınla gəlmişdi. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, 2018-ci il tarixdə Salyan Rayon Məhkəməsində barəsində olan mülki araşdırma ilə əlaqədar məhkəmə 5.500 ABŞ dolları pul ödəməsilə bağlı onun əleyhinə qətnanmə qəbul etmiş, lakin məhkəmənin qətnaməsini icra etmədiyi üçün 2021-ci ildə həbs olunmuş və 6 aydan sonra azadlığa çıxmışdır. Azadlığa çıxmasına baxmayaraq Salyan Rayon İcra Şöbəsinin əməkdaşları mütəmadi olaraq onunla əlaqə saxlayaraq qətnaməni icra etməsini, yəni 5.500 ABŞ dolları pulu ödəməsini tələb etməyə başlamışlar. Bundan əlavə üzərinə qoyulmuş pul öhdəliyini yerinə yetirə bilmədiyi üçün ölkədən çıxışına qadağa qoyulmuşdur. 2022-ci ilin may ayının ortalarında tanışı Şahid2 ilə Əhmədli qəsəbəsindəki çayxanalardan birində görüşən zaman bu barədə ona danışmış, o da tanışlarından bu barədə maraqlanacağını bildirmişdir. Onlar sağollaşıb evə getdikdən sonra Fərman ona zəng edərək bir nəfər tanışı ilə onun məsələsi barəsində danışdığını və həmin şəxsin ona kömək edə biləcəyini söyləyib səhəri gün Bakıxanov qəsəbəsində yerləşən “Ağasəlimin Çayxanası” adlanan yerdə görüşməyi təklif etmişdir. Səhəri gün o, qeyd etdiyi yerə getmişdir. Orada Fərmanla birlikdə gələn Əlizamin adlı şəxslə tanış olmuşdur. Onlar üçü birlikdə çayxanada masalardan birində əyləşib onun məsələsini həll edəcək Təqsirləndirilən şəxs gözləmişlər. Səttar onu Əlizaminlə tanış edib, onun əvvəllər Əflatunla birlikdə Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyini, Əflatunun yaxşı əlaqələri olduğunu və məsələmin həll edilməsində ona köməklik göstərəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Əflatun çayxanaya gələrək onlarla birgə əyləşmişdir. Söhbət əsnasında o, Əflatuna başına gələnləri danışıb, məhkəmə qətnaməsi ilə üzərimə qoyulmuş 5.500 ABŞ dolları pul öhdəliyinin və ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsində ona köməklik etməsini xahiş etmiş, Əflatun Fərmanın dediklərini təsdiqləyərək 1990-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyini, hazırda yaxşı əlaqələri olduğunu və həmin əlaqələri vasitəsilə onun işini həll edəcəyini bildirdib mobil telefonunu götürərək çayxanadan çölə çıxmışdır. O, bir neçə dəqiqə mobil telefonla danışdıqdan sonra əli ilə işarə edib onu çölə çağırmışdır. O, onun yanma çatdıqda X1 işləyən yüksək vəzifəli tanışı ilə əlaqə saxladığını və 1.500 manata onun işini həll edəcəyini bildirmişdir. O, ona fikirləşib 1 həftə ərzində cavab deyəcəyini söyləmiş və onlar sağollaşmışlar. 27 may 2022-ci il tarixdə Fərman ona zəng edərək Əflatunun xəbər gözlədiyini söyləyib, nə qərara gəldiyini soruşmuş, o isə ona hələ qərar vermədiyini bildirmişdir. Fərman ona həminki çayxanada olduğunu söyləyib onu oraya çağırmışdır. O, çayxanaya getdikdən sonra Əflatun da onların yanma gəlmişdir. Əflatun ona Prezident Adminstrasiyasmda işləyən tanışının xəbər gözlədiyini bildirib ona yekun cavab söyləməsini istəmiş, o da ondan bir neçə saat vaxt istəyib çıxıb getmişdir. O, Əflatunla aralarında baş verən söhbət barədə həyat yoldaşı Zərərçəkmiş şəxs5 qızma danışmış, Samirə də 1.500 manat pul tapıb verəcəyini bildirmişdir. Həmin gün o evə gedib Samirəyə pulu çatdırmalı olduqlarını bildirmiçş və o, Əflatunun mobil nömrəsini ondan alıb onunla əlaqə saxlamışdır. Onlar bir qədər danışdıqdan sonra Samirə pul tapdığını və onun saf olduğunu bildirib Əflatuna pulu özünün verəcəyini söyləmişdir. Həmin gun saat 20 radələrində Samirə bacanağı, X13 ilə birlikdə «Əhmədli» metrostansiyasmm yaxınlığında yerləşən “Coffemania” restoranının qarşısında Əflatunla görüşmüşdür. O, onlara yaxınlaşmayaraq kənardan durub onları seyr etmişdir. Onlar təxminən 10 dəqiqə söhbət etdikdən Samirə pulu Əflatuna vermiş, Əflatun da markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı açıq qəhvəyi rəngli avtomobilə əyləşib getmişdir. Bundan bir neçə gün sonra polis əməkdaşları yaşadığı ünvana gələrək məhkəmə qətnaməsini icra etmədiyi üçün onu Salyan Rayon Polis Şöbəsinə aparmışlar. Bu zaman o, Əflatuna zəng edərək baş verənləri danışmış, Əflatun da onu tapşıracağını və onu buraxacaqlarını bildirmiş, lakin Salyan Rayon Məhkəməsi tərəfindən 8 sutka inzibati qaydada həbs olunmuş və bu zaman Əflatunun onu aldatdığını başa düşmüşdür. Azadlığa çıxdıqdan sonra o və Samirə dəfələrlə Əflatunla əlaqə saxlayıb pulu geri qaytarmasını tələb etmişlər, lakin o, hər dəfə müxtəlif bəhanələrlə onları aldatmışdır. Bildirmişdir ki, Əflatunun belə bir söz deməsindən xəbəri olmamışdır. Əflatun əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyini və Prezident Adminstrasiyasmda yüksək vəzifəli tanışı olduğunu bildirib həmin şəxsin vasitəsilə bu işi həll edəcəyini söyləmiş, lakin konkret olaraq hər hansı bir vəzifəli şəxsin adını çəkməmişdir. Bildirmişdir ki, Fərman ona belə bir söz deməmiş və o, Əflatunla ilk dəfə Bakıxanov qəsəbəsindəki çayxanada tanış olmuşdur. O, Əflatuna pulu iş həll olunduqdan sonra verməsini təklif etsə də, o, onunla razılaşmamışdır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Şahid1la dostluq münasibəti var. 2022-ci ilin may ayında Səttar mobil telefon vasitəsilə əlaqə saxlayaraq, məhkəmə tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu, lakin ölkədən çıxmaq istədiyini bildirdi. O, Səttarla telefonda danışan zaman Təqsirləndirilən şəxs və Cəfərov Əlizamin da onun yanında idilər. O, Səttarla danışan zaman Əflatun kiminlə danışdığını və nə baş verdiyini soruşdu, o da Səttarın dediklərini Əflatuna demişdir. Əflatun bunu eşitdikdə onun mobil telefonu istədi , o da telefonu Əflatuna verdikdən sonra Əflatun Səttarla danışaraq ona köməklik göstərə biləcəyini deyib, səhəri gün Səttarı Bakıxanov qəsəbəsində yerləşən “Ağasəlimin Çayxanası” adlanan yerə dəvət etdi. Sonradan işi həll etmək üçün Əflatun Səttardan 1.500 manat pul aldığını eşitmişdir, lakin o, Əflatunun Səttardan pul almasını görməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Şahid1 ilə təxminən 2 il əvvəl tanış olmuş və onunla dostluq münasibətləri yaranmışdır. Tanışlıqları müddətində Səttar barəsində bildiyinə görə Salyan Rayon Polis Şöbəsində araşdırma aparılmış və Salyan Rayon Məhkəməsi tərəfindən həbs edilmişdir. Səttar həbsdən çıxdıqdan sonra 2022-ci ilin may ayında mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq barəsində olan araşdırma ilə əlaqədar məhkəmə tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu, lakin ölkədən çıxmaq istədiyini bildirib həmin qadağanın götürülməsində ona köməklik göstərmsini xahiş etmişdir. O, onunla mobil telefonda danışan zaman tanışı Təqsirləndirilən şəxs və X18 da yamndaymışlar. O, Səttarla danışan zaman Əflatun kiminlə danışdığını və nə baş verdiyini soruşmuş, o da Səttarın ona dediklərini ona söyləmişdir. Əflatun bunu eşitdikdə mobil telefonu ona verməyini istəmiş və o, telefonu ona verdikdən sonra o, Səttarla danışaraq ona köməklik göstərə biləcəyini söyləyib səhəri gün onu Bakıxanov qəsəbəsində yerləşən “Ağasəlimin Çayxanası” adlanan yerə dəvət etmiş və danışığı yekunlaşdırmışdır. Səhəri gün o, Əlizamin, Əflatun və Səttar qeyd etdiyi çayxanada görüşmüşlər. Söhbət zamanı Səttar Salyan Rayon İcra Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq ona zəng edərək ödəməli olduğu pulu ödəməsini tələb etdiklərini və ölkədən çıxışına qadağa qoyulduğunu bildirmişdir. Əflatun əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olduğunu və ona köməklik edə biləcəyini söyləyib onların yanında kiməsə zəng etmişdir. O, kimliyini bilmədikləri şəxslə Səttarın məsələsi barədə bir neçə dəqiqə danışdıqdan sonra Səttara 1500 manata onun işini həll edəcəyini, yəni Salyan Rayon İcra Şöbəsinin daha onu narahat etmyəcəyini və ölkədən çıxışına qoyulmuş qadağanın götürüləciyini bildirmişdir. Əflatunla Səttarı o, tanış etdiyindən gələcəkdə pis vəziyyətdə qalmamaq üçün Səttara iş həll olunduqdan sonra pulu verməsini təklif etmişdir. Bundan sonra Səttarla Əflatun çayxanadan çölə çıxaraq təklikdə nə isə danışmışlar. Onlar çayxanaya daxil olduqdan sonra onlar sağollaşıb çıxıb getmişlər. Bundan bir neçə gün sonra Səttarla danışan zaman o, artıq Əflatuna 1500 manat pul verdiyini bildirmişdir. Təxminən 15-20 gündən sonra Səttar ona zəng edərək polis əməkdaşlarının onu apardıqlarını bildirmişdir. O, Əflatuna zəng edərək məsələni necə həll etdiyini soruşub, Əflatunun tutulduğunu söyləmiş, Əflatun isə 1 günə Səttarı buraxdıracağını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Əflatun Səttarı aldadaraq pulu ələ keçirmiş, verdiyi vədə isə əməl etməmişdir. Bildirmişdir ki, Əflatun ona heç bir pul vəsaiti verməmişdir. O, ümumiyyətlə pulun verilməsində iştirak etməmişdir. Əflatun əvvəllər Prezident Adminstrasiyasmda işlədiyini və orada yaxşı tanışlarının olduğunu bildirib həmin şəxslərin vasitəsilə bu işi həll edəcəyini söyləmiş, lakin konkret olaraq hər hansı bir vəzifəli şəxsin adını çəkməmişdir. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. 2023-cü ilin may ayları idi, o, Emil, Azər və Əflatun birlikdə çay içirdilər. Bu zaman Azərə tanışı Zərərçəkmiş şəxs6 zəng etdi və Vergilər Nazirliyində problemləri olduğunu bildirdi. Əflatun və Emil bildirdilər ki, bir nəfər var, Amilə kömək edə bilər. Onun Zərərçəkmiş şəxs6 Əflatuna pul verməsindən və hansı məbləğdə kimə pul verməsi ilə bağlı xəbəri olmayıb. O, həmin problemin həlli üçün verilən pul və yaxud razılaşmalarda da iştirak etməmişdir, sadəcə eşitdiklərinə əsasən onların arasında bir neçə dəfə görüşlərdən sonra razılaşmalar olub. O, Əflatun Amildən pul alarkən orada olmamışdır. Əflatunun Amildən pul almasını eşitməmişdir. Onun Azərlə dostluq münasibəti olub. Onun bu işdən məlumatı olmayıb. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 ilə yaxındır ki, ortaq tanışları vasitəsilə tanıyırmış. Şahid5 da onun dostudur. Təqsirləndirilən şəxs özünü ona əvvəllər Prezident Mühafizəsində işlədiyini lakin sonra isə təqaüdə çıxdığını bildirmişdir. Zərərçəkmiş şəxs6 da dostu Azərin vasitəsilə tanımış, Zərərçəkmiş şəxs6la da şəxsi tanışlığı olmamışdır. Qeyd etmişdir ki, 2023-cü ilin aprel-may ayları ərəfəsində o, dostu Emillə birlikdə olarkən Neftçilər metro-stansiyası yaxınlığında yerləşən çayxanalardan birində görüşmüşlər. Sonradan isə Təqsirləndirilən şəxs də gəlmiş, həmin görüş zamanı aralarında pul və ya borcla bağlı heç bir söhbət olmamışdır. Bundan sonra isə o, dostu Azərlə birlikdə olarkən yenə onlar çayxanaya getmişlər, sonra isə yenə Əflatun gəlmişdir. Dostu Azər də elə görüş zamanı Əflatunla tanış olmuşdur. Sonra isə Əflatunla Azər bir-biri ilə yaxından tanış olmuşlar. O, daha sonra isə yaşadığı Gəncə şəhərinə qayıtmış, lakin onlar özləri öz aralarında müxtəlif zamanlarda oonun iştirakı olmadan görüşürmüşlər. Zərərçəkmiş şəxs6 Vergilər Nazirliyində müvafiq şəxsi problemləri olduğundan xəbərdar imiş. Lakin onun hansı məbləğdə, nə qədər və kimə borcu olduğundan heç bir xəbəri yox imiş. Bu barədə də dostu Azər, Əflatun, Amil həmin Amilin probleminin həlli üçün görüşdüklərindən yalnız onun xəbəri olduğunu demişdir. Zərərçəkmiş şəxs6 Əflatuna pul verməsindən və hansı məbləğdə kimə pul verməsi ilə bağlı xəbəri olmamışdır. O, həmin problemin həlli üçün verilən pul və yaxud razılaşmalarda da iştirak etməmiş, sadəcə eşitdiklərinə əsasən onların arasında bir neçə dəfə görüşlərdən sonra razılaşmalar olduğundan xəbəri olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Amil həmin problemləri Azərə bildirmiş, daha sonra isə onlar üçü yəni Əflatun, Azər və Amil birlikdə görüşürmüşlər. Həmçinin bildirmişdir ki, təxminən 2023- cü ilin aprel ayının sonlarında onlar yəni Əflatun, mən, Emil, Azər Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkında olan çayxanalardan birində görüşmüşlər, onlar öz aralarında razılaşmışlar və o, orada telefonla danışmaq üçün ayrıldığı zaman onların dediklərinə əsasən Amil gətirib Əflatuna pul vermişdir, lakin o həmin pulu özü gətirib vermiş, ya da kiminsə vasitəsilə verdiyindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs özünü həm ona, həm də Azər gilə əvvəllər Prezident Mühafizəsində işlədiyini və sonradan isə təqaüdə çıxdığını demişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 10 il ildir ki, tanıyır, onunla aralarında tanışlıq münasibətləri var, heç bir narazıçılıqları, ədavət və düşmənçilikləri olmamış və yoxdur. Təqsirləndirilən şəxs ilə təxminən 2 əvvəl Paşa adlı tanışının vasitəsi ilə tanış olub münasibəti yaranmışdır. Əflatun söhbət zamanı Qarabağ Müharibəsinin iştirakçısı və qazi olduğunu müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə işləyən tanışları olduğunu demiş həmin şəxslərin köməkliyi ilə Azərbayan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) və Səbail rayon İcra Hakimiyyətdən icazə almaq iqtidarında olduğunu, lazım olduqda ona müraciət etməyi deyirmiş. Həmin ərəfədə o, Edilovdan bilmişdir ki, Turalın Bakı şəhəri Səbail rayonu 20-ci Sahə ərazisində özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək fıkrindəymiş. Bu barədə Əflatuna demiş, Əflatun da Turala köməklik göstərə biləcəyini dediyi üçün Əflatunla Turalı tanış etmişdir. Sonradan Zərərçəkmiş şəxs1 eşitmişdir ki, Əflatun Turalı aldatmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) və Səbail rayon İcra Hakimiyyətində tanışlarının vasitəsi ilə Bakı şəhəri Səbail rayonu 20-ci Sahə ərazisində yerləşən Turala məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa edilməsinə dair icazə ala biləcəyini vəd edib Turaldan 10.000 manat pul alaraq vermiş olduğu sözünü əməl etməyərək Turala qarşı dələduzluq etmişdir. Tural tərəfindən Əflatuna pulun verilməsində, iştirak etməmişəm, Əflatunun kimin və ya kimlərin vasitəsi ilə Turala köməklik edəcəyi, Turaldan aldığı puldan kimə, kimlərə pul verəcəyi barədə heç bir məlumatı olmamışdır. Əflatun Turaldan aldığı puldan hər hansı bir adla ona pul verməmişdir. X42 ilə tanış etməkdə məqsədi Turala yardımçı olmaq olmuşdur. Çünki onun Tural ilə yaxın tanışlıq münasibəti olmuş və istəmişdir ki, Turalın işləri həll olunsun. Əvvəllər Təqsirləndirilən şəxs vasitəsi ilə hər hansı bir şəxs üçün ev və ya qeyri-yaşayış sahəsinin inşa edilməsinə dair icazə almadığını demişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi Ələddinin vasitəsilə təsadüfən tanış olmuşdur. Belə ki, 2023-cü ilin yay aylarında onun bir nəfər şəxsdən almalı olduğu pul üçün Ələddinlə söhbət zamanı o ona demişdir ki, Əflatun adında 1 nəfər tanışı var, o onlara kömək edə bilər. O da Ələddinlə birlikdə, Əflatunla «Neftçilər» metro-stansiyası yaxınlığında yerləşən çayxanada görüşüb problemləri barədə Əflatuna bildirmiş, o da ona kömək edə biləcəyini demişdir. Bundan sonra o, Ələddin və Əflatunla çayxanada söhbət edərkən Amil və Azər adlı şəxslərlə də tanış olmuşdur. Ona məlum olmuşdur ki, Əflatun bir nəfər şəxs guya Vergilər Nazirliyində işləyən Natiq və Tofiq adlı şəxslərin vasitəsilə Amilin Vergilər Nazirliyində olan problemini həll edirmiş. Bu söhbətdən sonra ona məlum olmuşdur ki, işin həll olunması üçün X29 deməsinə görə hissə-hissə olmaqla 25.000 manat pul verilmişdir. O, Amili və onun tanışlarını biryerə yığıb onlara demişdir ki, Amilə onların yanında bildirmişdir ki, sən əgər Əflatunla iş görürsənsə işini düzgün gör, hissə-hissə yox, birdəfəlik danış, ona birdəfəlik pul ver və birdəfəlik də ondan işini tələb etdeyə bildirmişdir. Bunu etməyinin səbəbi isə ondan ibarət idi ki, X30 və Azər tanış etdiyi üçün, Amil öz pulunu Ələddin və Azərdən tələb edirmiş, o da bu məsələyə son qoyulması üçün Amilə təklif etmişdir ki, konkret vaxt təyin et və pulunu konkret olaraq Əflatundan tələb et. O, Ələddini vəziyyətdən çıxartmaq üçün, Amilə bunu təklif etmişdir. Ələddin, Əflatunun üzərinə gedib, konkret olaraq Amilin pulunu tələb etmirmiş. Bu səbəbdən də o, gedib Əflatunla danışıb konkret vaxt təyin etmişdir ki, “ya işini gör, ya da camaatın pulunu qaytar”. Amil həmin an ona bildirmişdir ki, onda mən qalan 55.000 manat pulu sənə verəcəm, səndən də həmin pulu tələb edəcəm. O, Əflatunla danışıb onunla Atatürk parkında yerləşən çayxanada görüşmüşdür. Həmin vaxt Əflatunun yanında özünü keçmiş Vergilər Nazirliyinin generalı kimi təqdim etmiş Natiq adlı şəxs və Tofiq adlı şəxs də orada idi. Onlar çayxanada oturub söhbət edərkən Natiq adlı şəxs bildirmişdir ki, 55.000 manat pulun müqabilində 3 gün ərzində Amilin Vergi borclarını həll edəcəyini və geriyə qalan 120.000 manat pulu iş həll olunan günü pulu Əflatundan alacağını bildirmişdir. O, həmin şəxslərə bildirmişdir ki, 3 gün ərzində ya işi həll edəcəklərini, etmədikləri halda isə onun vermiş olduğu 55.000 manat pulu onun gəlib onlardan alacağını onlara bildirmişdir. Qalan 25.000 manat pulun onun aidiyyatı olmadığını və həmin pul da onun iştirakı olmadığı üçün onlardan həmin pulu tələb etməmişdir. 55.000 manat pulu masanın üzərinə qoyduqdan sonra o, çayxananı tərk edib getmişdir. Bundan 3 gün sonra isə o, işin artıq alınmadığı ona məlum olmuş və o, Əflatunla əlaqə saxlayıb ona bildirmişdir ki, əgər işi həll etmirsinizsə camaatın pulunu qaytar. Onunla telefonla danışdıqdan sonra o, Əflatunla Atatürk parkında yerləşən çayxanada yenidən görüşmüşdür. Bu səfər isə Əflatun çayxanaya tək gəlmiş, o, Əflatundan pulu tələb etmiş, o isə telefonda Natiqlə danışıb bildirmişdir ki, “camaat məni dirəyib pulları tələb edir, pulları qaytarmaq lazımdır” həmin şəxs isə sabah qaytaracaqlarını demişdir. Bundan sonra isə səhər saat 8-də Əflatun onunla yenə eyni məkanda görüşmüş və 55.000 manat məbləğdə pulu ona təqdim etmişdir. O da həmin pulu götürüb Amil və Azərlə görüşüb, həmin 55.000 manat məbləğdə pulu Amilə vermişdir. Həmin vaxt Amil ona bildirmişdir ki, səndən heç bir narazıçılığım yoxdur, 25.000 manat pulu onsuz verdiyini Amil bildirib, özü Əflatundan həmin pulu götürəcəyini Şahid5 bildirmişdir. Bundan sonra Amil tərəfindən 25.000 manatla bağlı heç bir tələb irəli sürülməmişdir. Həmin şəxsləri o, ilk dəfə həmin çayxanada Əflatunun yanında görmüş, həmin şəxslər Əflatunun tanışları idi, o, yalnız bir dəfə iş görülməzdən əvvəl Tofiqlə mobil telefonla əlaqə saxlamış, hazırda onun onda mobil nömrəsi yoxdur, Tofiq ona telefonda danışan zaman əminlik verib, Amilin işinin həll olunacağını bildirmişdir. Tofiq adlı şəxs 65-70 yaşlarında, kök bədən quruluşlu bir şəxs idi. “General Natiq” kimi təqdim edilən şəxs isə 65-70 yaşlarında, arıq, hündürboylu bir şəxs idi, onunla da heç bir əlaqələri olmamışdır. Natiq adlı şəxsi Əflatun rəhbər şəxs kimi təqdim etdiyi üçün o, onunla əlaqə saxlamamışdır. Onların danışıq dialketdindən onda onların Naxçıvan Muxtar Respublikasından olmaları barədə təəsüratı yaranmışdır. O, dostu Ələddini vəziyyətdən çıxartmaq üçün ona köməklik etmək istəyirmiş, belə ki, qeyd etdiyi kimi, Azər və Ələddindən pul tələb edirmiş ki, Əflatunla Amili onlar tanış etmişlər. Başqa maddi marağı olmamışdır. O, 25.000 manat pulun kimdə olması barədə dəqiq məlumat öyrənə bilməmiş, həmin pulun verilməsində o, iştirak etmədiyi üçün bu barədə onlarla bu barədə söhbət etməmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, sonuncu da onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, sonucu da onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 İham oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, sonucu da onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmənin hüquqi qiymətləndirməsi: İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə tövsif etmişdir. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, Mirzəbəyi tanıyır, Asifi isə tanımır. Zərərçəkmiş şəxs3 5.000 manat almışdır. Zərərçəkmiş şəxs1 5.000 manat almışdır, lakin onu aldadıblar. Zərərçəkmiş şəxs2 2.500 manat almışdır, sonra 2.500 manat pulu geri qaytarmışdır. Zərərçəkmiş şəxs5 yoldaşından 1.500 manat almışdır. Qocayev Elnurun vasitəsi ilə Quliyev Tahirdən 6.000 manat almışdır, birlikdə iş qurmaq istəmişdir, lakin onu aldadıblar. Zərərçəkmiş şəxs6 əvvəl 5.000 manat, sonra isə 18.000 manat almışdır. O, Zərərçəkmiş şəxs3 tanıyır. O, Zərərçəkmiş şəxs1ı tanıyır. Zərərçəkmiş şəxs1 5.000 manat pul almışdır. Tural ev tikmək istəyirdi, ev tikməyə icazə alınması üçün 10.000 manat pul istəyirdilər, Tural ona 5.000 manat pul verdi, o da həmin pulun üzərinə 1.000 manat əlavə edib, 6.000 manat pulu Eldəniz adlı şəxsə verib. Ev Səbail rayonu ərazisində tikilməli idi və ev tikilməyib. O, Eldənizdən verdiyi pulu ala bilməyib. Eldəniz xarici ölkədədir. Eldənizin hər hansı vəzifəsi yox idi. Tikintiyə icazə almaq üçün 10.000 manata razılaşmışdılar. O, tikintiyə icazə alması üçün bir nəfərə 6.000 manat pul vermişdir, lakin həmin şəxs həbs olunmuşdur. O, 6.000 manat pulu Natiqə vermişdir. Natiq SOCAR-da işləyirdi. O, 10 gündür ki, həbsdədir. Zərərçəkmiş şəxs2 aldığı 2.500 manat pulu geri qaytarmışdır. O, X21 tanıyır. Əkbərov Sətdardan 1.500 manat pul almışdır. Əkbərov Sətdardan aldığı pulu qaytarmamışdır, amma qaytaracaq. Qocayev Elnur vasitəsi ilə Quliyev Tahirdən iş qurmaq məqsədi ilə 6.000 manat pul almışdır. Həmin pulun 3.000 manat hissəsini qaytarıb, 3.000 manat qalıb. Torpaq sahəsini satıb, vurulmuş zərərləri qaytaracaq. O, tikinti fəaliyyəti ilə məşğul olur. O, heç kimdən 80.000 manat pul almamışdır. O, Zərərçəkmiş şəxs6 tanıyır. O, Zərərçəkmiş şəxs6 80.000 manat deyil, 23.000 manat pul almışdır. Zərərçəkmiş şəxs6lə birlikdə iş qurmaq üçün o, 30.000 manat, Amil isə 23.000 manat pul qoymuşdur. O, Zərərçəkmiş şəxs6 23.000 manat pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs6 5-6 aydır ki, tanıyır. Amil ilə ilk dəfə vergi məsələsi ilə bağlı görüşüb, Amil ona deyib ki, əgər şirkəti blokdan çıxarsa gələcəkdə onunla iş görə bilər. Amil sonra şirkətin blokunun götürülməsini istəməyib. İş qura bilməyiblər, Amil pulunu geri istəyib. Amilin bibisi oğlu əvvəl 18.000 manat verdi, sonra 5.000 manat pul verdi. Amilin bibisi oğlunun adı onun yadında deyil. Amilin bibisi oğlu bir dəfə Nizami rayonunda, bir dəfə də Gənclik metrosu yaxınlığında ona pul verib. Emin, Azər və Elməddin adlı şəxsləri tanıyır. Onların bu məsələdə iştirakları olmayıb. Emin, Azər və Elməddin ona pulun verilməsinə şahid olmayıblar. Amilin Emin, Azər və ya Elməddinə pul verməsindən onun xəbəri yoxdur. O, Mirzəbəyi tanıyır. Zərərçəkmiş şəxs3la Mirzəbəy görüşmüşdülər. O, Zərərçəkmiş şəxs3 Mirzəbəyə pul verəndə orada olmamışdır. Zərərçəkmiş şəxs3 ona 5.000 manat pul verməsi onun yadında deyil. Emin, Azər və Elməddin adlı şəxsləri Zərərçəkmiş şəxs6lə o tanış etməmişdir, onlar özləri tanış idilər. Onların arasında pul vəsaitinin alınıb-verilməsini görməmişdir, onların görüş məqsədlərini bilmir. Zərərçəkmiş şəxslərə vurduğu zərərləri 2025-ci ilin yanvar ayına kimi ödəyəcək. O, Prezident Adminstrasiyasında işlədiyini deməmişdir. Məhkəmə onun bu ifadələrinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi, məhkəmədə araşdırılmış yuxarıda təsvir olunan sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirildi. Məhkəmənin gəldiyi bu qənaət zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla və işin faktiki halları baxımından da əsaslıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 ilə barışıq əldə olunmuş və onlara dəymiş zərər tam ödənilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə elan olunub araşdırılmış DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi cinayət əməlinin törədilmə halları, şəraiti, üsulu barədə ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsi, məhkəmə baxışı zamanı etirafedici ifadələr verməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, cinayətin tördilməsi hallarını, təqsirli bilindiyi əməllərin törədilməsi halları barəsində ətraflı ifadələr verib cinayətin üstünün açılmasında fəal iştirak etməsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın qisas deyil, islah etmək məqsədi daşıdığını əsas götürərək təqsirləndirilən şəxs onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənaətinə gəldiyindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinə əsasən, sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənaətinə gəldiyindən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsinin qoyulmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edib onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib təyin ediləcək cəzaların şərti tətbiq olunması qənaətinə gəldiyindən istintag organi tərəfindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində o, daimi yaşayış yerində probasiya qeydiyyatına alınsın və onun üzərində nəzarəti həyata keçirən probasiya orqanının icazəsi olmadan yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar