Məhkəmə qərarları › İş №1(101)-358/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-358/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-358/2021 04.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Азярбайъан Республикасы Баш Прокурорлуьунун Ağır cinayətlər məhkəmələrində dювлят iттищамынын мцдафияси цзря şöbəsinin prokuroru ядлиййя мцшавири Valeh Həsən оьлу Ələkbərov, müdafiəçi Bakı şəhər 18 saylı вякил бцросунун vəkili Müdafiəçi2 iştirakları ilə « 04 » fevral 2021-ci il Bakı şəhərində xx xxxxxxx 1984-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli,işsiz,əvvəllər məhkum olmamış, Ağdam şəhəri, 20 yanvar küçəsi, ev 24, mənzil 19-da qeydiyyatda olmuş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi, ev 6, mənzil 43 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü маддяsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 128,399 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 9,980 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki, ümumi təmiz çəkisi 4,088 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda, yəni ümumi təmiz çəkisi 20,270 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib əlindəki üzərində “AZZA” sözləri yazılmış torbada olan “GLO” aparatı üçün nəzərdə tutulmuş qutunun içərisində saxlamaqla daşıyarkən xx xxxx 2020-ci il tarixdə təxminən saat 05:00 radələrində Binəqədi RPl-si 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” adlı yaşayış massivində yerləşən 85 saylı binanın qarşısında saxlanılaraq ünvan 1 7 ünvanında yerləşən 40-cı Polis Bölməsinə gətirilmiş və həmin tarixdə saat 08:20-də Bölmədə üzərində keçirilən şəxsi axtarış zamanı əlindəki üzərində “AZZA" sözləri yazılmış ağ rəngli torbada olan “GLO" aparatı üçün nəzərdə tutulmuş qutunun içərisində 4 (dörd) ədəd polietilen bükümlərdə və 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 128,399 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 (bir) ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 9,980 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək, bir ədəd polietilen paketdə və iki ədəd papirosların içərisindəki qarışıq kütlələrin tərkibində ümumi təmiz çəkisi 4,088 qram narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 2 (iki) ədəd polietilen torbacıqlarda, 1 (bir) ədəd şəffaf polietilen bükümdə və 2 (iki) ədəd “gümüşü" rəngli kağız bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 20,270 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir həftə əvvəl günorta vaxtı o, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” adlı yaşayış massivinə olarkən əvvəllər tanımadığı, özünü “Dövlət” adlı ilə təqdim etmiş şəxs ona yaxınlaşaraq onda müxtəlif növ narkotik vasitələrinin və metamfetaminin olmasını dedi və ona (Dövlətə) təcili pul lazım olduğundan onları ucuz satdığını bildirdi. Həmin vaxtı onda 800 manat pulu var idi. O, qərara gəldi ki, Dövlət satdığı narkotik vasitələrini və metamfetamini alıb, bir hissəsini özü istifadə etsin, qalan hissəsini tanışlara satsın ki, pulu əlindən çıxmasın. Lakin narkotik vasitələrinin və metamfetaminin bir hissəsini satmaq fikri olmasını Dövlətə bildirmədi ki, belə olan halda Dövlət təklif etdiyi narkotik vasitələrini və metamfetamini dəyərindən ucuz qiymətə ona verməyəcək. Buna görə də, o, Dövlətə dedi ki, xəstə olduğu üçün ondan alacağı narkotik vasitələrini və metamfetamini özü üçün alıra və onları satmaq fikri yoxdur. Şəxsi istifadəsi üçün aldığına görə Dövlət narkotik vasitələr olan heroini, tiryəki, marixuananı və metamfetamini çox ucuz qiymətə, yəni dəyərindən çox aşağı qiymətə ona satdı. Satdığı narkotik vasitələrinə və metamfetaminə görə Dövlət ondan əvvəlcə 1500 manat pul istəsə də, Öz istifadəsi üçün aldığını bilib həmin narkotik vasitələrini və metamfetamini cəmi 800 manata ona satmışdır. O, 800 manatı verib, narkotik vasitələrini və metamfetamini götürüb qeyd olunan ünvandan uzaqlaşdır. Dövlətdən aldığı narkotik vasitələrini və metamfetamini “GLO” aparatı üçün nəzərdə tutulmuş qutuya yığıb, qutunu isə torbaya qoyub, torbanı evlərində olan sanitar qovşağındaki əl-üz yuyan yerinin arxa hissəsində gizlətdi. xx xxxx 2020-ci İl tarixində saat 04 radələrində o, “Nəriman” adı ilə tanıdığı dostu ilə görüşmək məqsədilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” adlı yaşayış massivinə gəlmişdir. “Nəriman” adlı dostu ilə görüşəndən sonra o, tanımadığı 5-6 şəxslə görüşüb onlara narkotik vasitə və psixotrop maddə satmalı idi. Buna görə də, o, sanitar qovşağında gizlətdiyi içərisində narkotik vasitə və psixotrop maddələr olan torbanı özü ilə götürmüşdür. Təxminən saat 04:45-də o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” adlı yaşayış massivinə çatdı. Narkotik vasitələr və psixotrop maddələr olan torba isə onun əlində idi. Torbanın içərisində ona məxsus pul kissəsi də olmuşdur. Bu zaman ona bir-neçə nəfər mülki geyimdə olan tanımadığı şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Özlərini polis əməkdaşları kimi təqdim etdilər və onun narkotik vasitələrin saxlanmasında, daşınmasında və satışında şübhəli olduğunu bildirib Binəqədi RPl-nin 40-cu PB-nə aparmışlar. Bölmədə müdafiəçi dəvət olunduqdan sonra onun hüquq və vəzifələri izah olunduqdan sonra özünün razılığı ilə video çəkiliş aparıimaqla onun üzərinə baxış keçirildi. Ona üstündə, əynindəki paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. O, əlində saxladığı ağ rəngli torbanı stolun üzərinə qoyaraq könüllü şəkildə həmin torbanın içərisində müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin olduğunu bildirdi. Bundan sonra qeyd olunan torbanın İçərisinə baxış keçirildi və həmin torbanın içərisində “GLO” aparatı üçün nəzərdə tutulmuş qutu çıxarıldı və qapağı açılandan sonra həmin qutunun içərisində 11 ( on bir) ədəd şəffaf sellofan bükümlərdə, 1 ədəd kağızda bükülmüş və 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş tünd qəhvəyi rəngli, tozkristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər, bitki mənşəli narkotik vasitə olan marixuanaya bənzər, qara rəngli tiryəkə bənzər və ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edildi. Bundan başqa, “GLO” aparatı üçün nəzərdə tutulmuş qutunun içərisindən bir ədəd elektron tərəzinin, bir ədəd “GLO 99. KENT” siqaretin qutusunun, həmin qutunun içərisində 10 ədəd “GLO” siqaretlərinin və 1 ədəd “SOBRANİE” şirkətinin istehsal etdiyi siqaretin, 2 ədəd alışqanın, 1 ədəd bükülmüş 1 manat pul əskinazının, 1 ədəd alışqanın, 1 ədəd qallanan bıçağın, 1 ədəd manikür avadanlığın, 1 ədəd qayçının, 1 ədəd rızla kağızının doldurulduğu qutunun olması da müəyyən edildi. Sonra isə həmin torbanın içərisində aşkar edilmiş pul kisəsinin içərisindəki əşyalar çıxarılmaqla və bir-bir adlarını çəkilməklə stolun üzərinə qoyuldu. Qara rəngli pul kissəsinin içərisinə baxılan zaman bir ədəd “Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında" Etibarnamə, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi", 2 ədəd “Kapital" bank kartları, 1 ədəd üzərində “X6" yazısı olan kart, 1 ədəd sürücülük vəsiqəsi və ayrı-ayrılıqda bir manat pul əskinaslarından ibarət ümumilikdə 2 manat pul aşkar edildi. Bütün bunlardan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi və o, əynindəki şalvarın sağ yan cibindən 7 ədəd 100 manat əskinası, 11 ədəd 50 manat əskinası, 14 ədəd 20 manat əskinası, 6 ədəd 10 manat əskinası və 2 ədəd 1 manat əskinası, ümumilikdə 1592 manat pul və Rusiya Federasiyasının pul əskinasları olan 1 ədəd 100 rubl və 1 ədəd 200 rubl pul, ümumilikdə 300 rubl pulu və 1 ədəd “Samsung Galaxy A3” markalı mobil telefon aparatını stolun üzərinə qoydu. Sonradan isə şalvarının sol yan cibindən “Samsung Galaxy A40" markalı mobil telefon aparatı və bir-bir ilə brelok vasitəsilə birləşdirilmiş iki ədəd açarı cibindən çıxardaraq stolun üzərinə qoydu. Baxış zamanı üzərində aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr qablaşdırılıdı, şəxsi axtarış barədə protokol tərtib olundu və onun tərəfindən imzalanmışdır. Ondan başqa təhqiqatçı tərəfindən tərtib edilmiş protokol şəxsi axtarışın aparılmasında iştirak edən digər şəxslər tərəfindən də imzalanmışdır. O, saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən qarşı polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməmiş və xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə mötəbər mənbədən uca boylu, təxminən 35-40 yaşında olan, əvvəllər məhkum olunmamış “Fərid” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin saxlanması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat bölmənin rəhbərliyinə məruzə edildikdən sonra “Fərid" adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da əməliyyat qrupuna daxil edilmişlər. Alınmış məlumatın yoxlanılması məqsədi ilə xx xxxx 2020- ci il tarixdə səhər təxminən saat 04:30 radələrində əməliyyat qrupu ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93" adlı yaşayış massivinə getmişlər. Təxminən saat 05:00 radələrində Yaşayış massivinin 85 saylı binasının qarşısından əməliyyat məlumatında göstərilmiş əlamətlərinə görə “Fərid" adlı şəxsə oxşayan şəxsin keçdiyini görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsin əlində açıq rənğli torba var idi. Onlar həmin şəxsə yaxınlaşmış və o, özünü həmin şəxsə təqdim edərək polis əməkdaşları olduqlarını ona bildirmişdir. Və həmin şəxsə də Özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Binəqədi RPl-si 40-cı Polis bölməsinə gedəcəyini bildirərək onu özləri ilə Bölməyə aparmışlar. Binəqədi RPl-si 40-cı Polis bölməsində Təqsirləndirilən şəxs xidməti otaqların birinə dəvət edildi. Bundan sonra Təqsirləndirilən şəxs bildirilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrini üzərində gəzdirməsində şübhələnilir, buna görə də video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçiriləcəkdir. Bölmədə Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçi təqdim edilərək hüquq və vəzifləri izah edilib video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər-hansı əşyanın olub-olmadığı soruşulduqda, o, əlində saxladığı üzərində “AZZA* sözləri yazılmış ağ rəngli torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetaminin olduğunu, qeyd olunan maddələri Abşeron rayonu, Masazır qəsəbəsində “Dövlət" adlı şəxsdən təxminən 1 həftə qabaq günorta saatlarında satış məqsədilə 800 manata aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “AZZA" sözləri yazılmış ağ rəngli torbanın içərisini açdıqda, həmin torbanın içərisindən bir ədəd qara rəgnli pul kissəsinin və bir ədəd “GLO" aparatı üçün nəzərdə tutulmuş qutunun olması müəyyən edildi. Bir ədəd “GLO” aparatı üçün nəzərdə tutu'muş qutunu açdıqda içərisində 11 ( on bir) ədəd şəffaf sellofan bükümlərdə, 1 ədəd kağızda bükülmüş və 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər, bitki mənşəli narkotik vasitə olan marixuanaya bənzər, qara rəngli tiryəkə bənzər və ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd bükümlərin tünd qəhvəyi rəngli maddələrdir, 3 ədəd bükümlər “bitki” mənşəli maddəiərdi, 1 ədəd bükümdə qara rəngli maddə və 5 ədəd bükümdə olan ağ rəngli kristallardan ibarət olan maddənin olduğu müəyyən edildi. Aşkar olunmuş 15 ədəd müxtəlif bükümlərdə olan maddələr təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Zərfin üzərində şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən həmçinin, GLO" aparatı üçün nəzərdə tutulmuş qutunun içərisindən bir ədəd elektron tərəzinin, bir ədəd “GLO KENT" siqaretin qutusunun, həmin qutunun içərisində 10 ədəd “GLO" siqaretlərinin və 1 ədəd “SOBRANİE” şirkətinin istehsal etdiyi siqaretin, 2 ədəd alışqanın, 1 ədəd bükülmüş 1 manat pul əskinazının, 1 ədəd qatlanan bıçağın, 1 ədəd manikür avadanlığın, 1 ədəd rızla kağızının doldurulduğu qutunun və 1 ədəd qayçının, qara rəngli pul kissəsinin içərisində isə bir ədəd “Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında” Etibarnamə, 1 ədəd “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”, 2 ədəd “Kapital” bank kartları, 1 ədəd üzərində “X6” yazısı olan kart, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi və ayrı-ayrılıqda bir manat pul əskinaslarından ibarət ümumilikdə 2 manat pul aşkar edildi. Bundan başqa, vət. Təqsirləndirilən şəxs üzərində olan tünd göy cins şalvarın sağ yan cibindən 7 ədəd 100 manat əskinası, 11 ədəd 50 manat əskinası, 14 ədəd 20 manat əskinası, 6 ədəd 10 manat əskinası və iki ədəd bir manat əskinası, ümumilikdə 1592 manat pul və Rusiya Federasiyasının pul əskinasları olan bir ədəd 100 rubl və bir ədəd 200 rubl pul, ümumilikdə 300 rubl pul, bir ədəd “Samsung Galaxy A3” markalı mobil telefon aparatı cibindən çıxardaraq stolun üzərinə qoydu. Sonradan sol yan cibindən “Samsung Galaxy A40” markalı mobil telefon aparatı və bir-bir ilə brelok vasitəsilə birləşdirilmiş iki ədəd açar vət. Təqsirləndirilən şəxs tərəfindən stolun üzərinə qoyulmuşdur. Bunda sonra Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli gödəkçənin, boz rəngli gödəkçənin və qara rəngli köynəyinə və digər əşyalarına baxış keçirildi, lakin dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə protokolu tərtib edilmiş və həmin protokol da Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə mötəbər mənbədən uca boylu, təxminən 35-40 yaşında olan, əvvəllər məhkum olunmamış “Fərid” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin saxlanması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat bölmənin rəhbərliyinə məruzə edildikdən sonra “Fərid” adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı X2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. O, və 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 da əməliyyat qrupuna daxil edilmişlər. Alınmış məlumatın yoxlanılması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə səhər təxminən saat 04:30 radələrində əməliyyat qrupu ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” adlı yaşayış massivinə getmişlər. Təxminən saat 05:00 radələrində Yaşayış massivinin 85 saylı binasının qarşısından əməliyyat məlumatında göstərilmiş əlamətlərinə görə “Fərid” adlı şəxsə oxşayan şəxsin keçdiyini görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsin əlində açıq rənğli torba var idi. Onlar həmin şəxsə yaxınlaşandan sonra İrfan Gərəyzadə özünü həmin şəxsə təqdim edərək polis əməkdaşları olduqlarını ona bildirmişdir. X5 həmin şəxsə də özünü təqdim etməyi təklif etdi. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Binəqədi RPİ-si 40-cı Polis bölməsinə gedəcəyini bildirərək onu özləri ilə Bölməyə aparmışlar. Binəqədi RPİ-si 40-cı Polis bölməsində Təqsirləndirilən şəxs xidməti otaqların birinə dəvət edildi. Bundan sonra Təqsirləndirilən şəxs bildirilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrini üzərində gəzdirməsində şübhələnilir, buna görə də video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçiriləcəkdir. Bölmədə Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçi təqdim edilərək hüquq və vəzifləri izah edilib video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər-hansı əşyanın olub-olmadığı soruşulduqda, o, əlində saxladığı üzərində “AZZA” sözləri yazılmış ağ rəngli torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetaminin olduğunu, qeyd olunan maddələri Abşeron rayonu, Masazır qəsəbəsində “Dövlət” adlı şəxsdən təxminən 1 həftə qabaq günorta saatlarında satış məqsədilə 800 manata aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində "AZZA” sözləri yazılmış ağ rəngli torbanın içərisini açdıqda, həmin torbanın içərisindən bir ədəd qara rəgnli pul kissəsinin və bir ədəd “GLO” aparatı üçün nəzərdə tutulmuş qutunun olması müəyyən edildi. Bir ədəd “GLO” aparatı üçün nəzərdə tutulmuş qutunu açdıqda içərisində 11 ( on bir) ədəd şəffaf sellofan bükümlərdə, 1 ədəd kağızda bükülmüş və 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər, bitki mənşəli narkotik vasitə olan marixuanaya bənzər, qara rəngli tiryəkə bənzər və ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd bükümlərin tünd qəhvəyi rəngli maddələrdir, 3 ədəd bükümlər “bitki” mənşəli maddələrdi, 1 ədəd bükümdə qara rəngli maddə və 5 ədəd bükümdə olan ağ rəngli kristallardan ibarət olan maddənin olduğu müəyyən edildi. Aşkar olunmuş 15 ədəd müxtəlif bükümlərdə olan maddələr təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Zərfin üzərində şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən həmçinin, GLO” aparalı üçün nəzərdə tutulmuş qutunun içərisindən bir ədəd elektron tərəzinin, bir ədəd “GLO KENT siqaretin qutusunun, həmin qutunun içərisində 10 ədəd “GLO” siqaretlərinin və 1 ədəd “SOBRANİE” şirkətinin istehsal etdiyi siqaretin, 2 ədəd alışqanın, 1 ədəd bükülmüş 1 manat pul əskinazının, 1 ədəd qatlanan bıçağın, 1 ədəd manikür avadanlığın, 1 ədəd rızla kağızının doldurulduğu qutunun və 1 ədəd qayçının, qara rəngli pul kissəsinin içərisində isə bir ədəd “Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında” Etibarnamə, 1 ədəd “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi", 2 ədəd “Kapital” bank kartları, 1 ədəd Üzərində “X6” yazısı olan kart, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi və ayrı-ayrılıqda bir manat pul əskinaslarından ibarət ümumilikdə 2 manat pul aşkar edildi. Bundan başqa, vət. Təqsirləndirilən şəxs üzərində olan tünd göy cins şalvarın sağ yan cibindən 7 ədəd 100 manat əskinası, 11 ədəd 50 manat əskinası, 14 ədəd 20 manat əskinası, 6 ədəd 10 manat əskinası və iki ədəd bir manat əskinası, ümumilikdə 1592 manat pul və Rusiya Federasiyasının pul əskinasları olan bir ədəd 100 rubl və bir ədəd 200 rubl pul, ümumilikdə 300 rubl pul, bir ədəd “Samsung Galaxy A3” markalı mobil telefon aparatı cibindən çıxardaraq stolun üzərinə qoydu. Sonradan sol yan cibindən “Samsung Gaiaxy A40” markalı mobil telefon aparatı və bir-bir ilə brelok vasitəsilə birləşdirilmiş iki ədəd açar vət. Təqsirləndirilən şəxs tərəfindən stolun üzərinə qoyulmuşdur. Bunda sonra Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli gödəkçənin, boz rəngli gödəkçənin və qara rəngli köynəyinə və digər əşyalarına baxış keçirildi, lakin dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə protokolu tərtib edilmiş və həmin protokol da Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid X3 və Şahid2 ifadələrinə uyğun ifadə vermişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/81 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əlindəki üzərində “AZZA” sözləri yazılmış ağ rəngli torbadaki “GLO” aparatı üçün nəzərdə tutulmuş qutuda aşkar edilib götürülmüş 15 (on beş) ədəd bükümlərin: - 6 (altı) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 128,399 qram (ayrı-ayrılıqda təmiz çəkisi - 126,936 qr., 0,164 qr., 0,067 qr... 0,200 qr., 0,096 qr. və 0,936 qr.) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; - 5 (beş) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 20,270 qram (ayrı-ayrılıqda təmiz çəkisi 9,556 qr., 2,085 qr., 8,288 qr., 0,128 qr., 0,213 qr.) ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindır; - 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 9,980 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəkdir. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/22 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əlindəki üzərində “AZZA” sözləri yazılmış ağ rəngli torbadaki “GLO” aparatı üçün nəzərdə tutulmuş qutuda aşkar edilib götürülmüş 15 (on beş) ədəd bükümlərin kağız paketdəki bir ədəd polietilen paketdə təmiz çəkisi 3,672 qram və 2 ədəd papirosların içərisindəki qarışıq kütlələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram və 0,055 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi təmiz çəkisi - 4,088 qramdır. Məhkəmə-narkolojı ekspertizasının xx xxx 2020-ci il tarixli 1320 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müəlicəyə ehtiyacı yoxdur. Əlavə məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci İl tarixli 6/839 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “AOSAL (200g x 0,01 g)" elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. Tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün Təqsirləndirilən şəxs götürülmüş heroinlə və metamfetaminlə (x xxxx 2020-ci il tarixli 6/81 saylı ekspert rəyi) eyni kimyəvi təkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 1150 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs tərətdiyi əməl dövründə Öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz əməlini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs halhazirda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və əməlini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 59.1.4-ъü maddəsinə əsasən ъязасыны йцнэцлляшдирян щал kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri Binəqədi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 128.219 qram heroin, 20.120 qram psixotrop maddəmetamfetamin, 9.880 qram xaş-xaş bitkisindən kustar üsualla alınmış narkotik vasitə olan tiryək, 4.028 qram qurudulmuş marixuana, bir ədəd “AOSAL” elektron tərəzi, üzərində “AZZA” sözləri yazılmış bir ədəd torba, “GLO” aparatı üçün nəzərdə tutulmuş bir ədəd qutu müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 358 manat 46 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Bakı şəhəri Binəqədi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 128.219 qram heroin, 20.120 qram psixotrop maddəmetamfetamin, 9.880 qram xaş-xaş bitkisindən kustar üsualla alınmış narkotik vasitə olan tiryək, 4.028 qram qurudulmuş marixuana, bir ədəd “AOSAL” elektron tərəzi, üzərində “AZZA” sözləri yazılmış bir ədəd torba, “GLO” aparatı üçün nəzərdə tutulmuş bir ədəd qutu müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 358 manat 46 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar