Məhkəmə qərarları › İş №1(101)-358/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-358/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-358/2022 15.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1988-ci ildə Qəbələ şəhəri, Daşca kəndinlə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 26.07.2021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında istintaqa məluma olmayan “İsmayıl” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda 10,674 qram çəkidə narkotik vasitə olan heroini və küllü miqdarda 7,149 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 26 iyul 2021-ci il tarixdə saat 19:30 radələrində Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən “Ucuzluq” adlı marketin qarşısında tanışı X6 ilə birlikdə saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan qara rəngli pul kisəsinin içərisindəki qəhvəyi rəngli pul kisəsindən 18 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,378 qram, 0,415 qram, 0,438 qram, 0,424 qram, 0,377 qram, 0,435 qram, 0,169 qram, 0,378 qram, 0,456 qram, 0,399 qram, 0,360 qram, 0,453 qram, 0,432 qram, 0,415 qram, 0,403 qram, 0,427 qram, 0,395 qram, 0,395 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 7,149 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin və qara rəngli kiçik ölçülü pul kisəsindən 12 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,003 qram, 2,331 qram, 1,176 qram, 0,383 qram, 0,342 qram, 0,344 qram, 0,395 qram, 0,341 qram, 0,321 qram, 0,366 qram, 0,352 qram, 0,320 qram qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 10,674 qram kustar üsulla hazırlanmış narkotik vasitə herion aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, himayəsində iki azyaşlı övladı vardır. Təxminən 4 il olar ki, psixotrop maddə olan metafetamindən istifadə etmiş, hətta bu əməlinə görə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il 11 ay 28 gün müddətində azadlığın məhdudlaşdırlması cəzasına məhkum olunmuşdur. Hal-hazırkı əməli isə tanışı taksi sürücüsü olan X6 ilə birlikdə törətmişdir. Belə ki, Aqil də onun kimi narkoman idi. Aqil “Mercedes-Benz” markalı avtomobillə taksi kimi fəaliyyət göstərmişdir. O da taksi lazım olan zaman Aqilin idarə etdiyi avtomobildən taksi kimi istifadə etmişdir. Narkotik vasitələri Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metro stansiyasının yaxınlığında İsmayıl adlı şəxsdən əldə edib özü istifadə edirdi. İbtidai istintaq zamanı onun istəyindən aslı olmayaraq ifadəsini elə yazmışlar ki, guya o, həmçinin psixotrop maddə və narkotik vasitələrin satışı ilə də məşğul olurdu. Bununla razı deyil və bu səbəbdən özünü qismən təqsirli bilir. Yəni, o psixotrop maddələrin istifadəçisidir, satıcısı deyildir. 26.07.2021-ci il tarixdə saat 12 radələrində o, yenidən Aqillə birlikdə İsmayıldan narkotik vasitə almaq üçün Aqilin maşını ilə Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığına gedərək İsmayıla zəng vuraraq ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin satmasını demişdir. Aqil heroin, o isə metafetamin almalı idi. Aqil heroinə görə ona 50 manat pul vermiş, o, həmin vaxt İsmayılla görüşərək heroin almaq məqsədi ilə ona 50 manat, metafetamin almaq üçün isə 150 manat pul vermişdir. Bundan sonra İsmayıl ondan aralanıb harasa getmiş və təxminən 15-20 dəqiqə sonra yanına qayıdaraq 4 qram metafetamini şəffaf rəngli sellofana bükülmüş bükümdə vermiş, həmçinin İsmayıl ona Aqilin verdiyi 50 manat pulun qarşılığında dörd ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroin verib ondan aralanmışdır. Bundan sonra o, narkotik vasitə olan heroini və psixotrop maddə olan metafetamini hər birini ayrı-ayrılıqda kiçik ölçülü pul kisəsinin içərisinə qoymuş və həmin pul kisələrini də əlində olan qara rəngli pul kisəsinin içərisinə yerləşdirib yenidən Aqilin onu gözlədiyi yerə gedərək avtomobilə əyləşmişdir. O, İsmayıldan Aqil üçün aldığı 04 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroini sonuncuya vermişdir. Bundan sonra Aqil idarə etdiyi avtomobillə onu yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən evinin qarşısına aparıb düşürdərək çıxıb getmişdir. Həmin gün axşam saat 19 radələrində Aqillə ünvan 1 ünvanında yerləşən “Ucuzluq” adlı marketin qarşısına getmiş, avtomobildən düşmək istəyən zaman üç nəfər mülki geyimli şəxs onu və Aqili saxlamışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis Bölməsinə getmişlər. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin onda cəmi 4 qram metafetamin olduğu halda polislər onun pul kisəsinə həm metafetamin, həm də heroin qoyaraq guya bu əşyaları aşkar etdiklərinə dair sənədləşmə aparmışlar. Polis bölməsində Aqilin üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 04 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bunu o, sonradan bilmişdir. Etdiyi əməldən peşmandır və etdiyi əmələ görə cəza çəkməyə hazırdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədəavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz qəbul etməsi və daşıması ilə məşğul olur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, Şahid1, ondan və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuş, həmin gün onlar saat 19:30 radələrində ünvan 1 ünvanında yerləşən “Ucuzluq” adlı marketin qarşısına getmiş, həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Sevdanın əlamətləri ilə üst-üstə düşən və hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşdüyünü görmüşlər. Onlar tez həmin qadına və avtomobilin sürücüsünə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxslərin Təqsirləndirilən şəxs avtomobilin sürücüsünün isə X6 olduğunu bilmişlər. Onlar hər ikisinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Aqil və Sevda buna etiraz etmədən bölməyə onlarla bərabər getmiş, orada hər iki şəxsi təhqiqatçı Müşfiq Cəbrayılova təhvil vermişlər. X7 Hüseynova və Aqil Qasımovun hüquqlarını müdafiə etməsi üçün hər biri üçün vəkil dəvət edərək, həmin vəkillərin iştirakı ilə onları şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə ilkin olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Sevdaya üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişdir. Sevda da əlində saxladığı qara rəngli pul kisəsinin içərisindən çıxartdığı kiçik ölçülü qəhvəyi rəngli pul kisəsindən 18 ədəd şəffaf rəngli sellofan bükümləri və kiçik ölçülü digər qara rəngli pul kisəsinin içərisində olan 12 ədəd rəngli sellofan bükümləri təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 18 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan maddənin psixotrop maddə olan metafetamin, 12 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddələri istifadə və satış məqsədi ilə 26 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında İsmayıl adlı şəxsdən 250 manata aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sevdanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Sevda tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə X3 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Aqilə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Aqil də əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Aqil Qasımov həmin maddələri öz istifadəsi üçün 26 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında İsmayıl adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Aqilin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Aqil tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bildiyi qədər Aqil Qasımovun barəsində başqa bir cinayət işi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 İsmayıl oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədəavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz qəbul etməsi və daşıması ilə məşğul olur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, Şahid1, ondan və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş, həmin gün onlar saat 19:30 radələrində ünvan 1 ünvanında yerləşən “Ucuzluq” adlı marketin qarşısına getmiş və orada həmin vaxt xarici görkəm əlamətlərinə görə Sevdanın əlamətləri ilə üst-üstə düşən və hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşdüyünü görmüşlər. Onlar tez həmin qadına və avtomobilin sürücüsünə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxslərin Təqsirləndirilən şəxs avtomobilin sürücüsünün isə X6 olduğunu bilmişlər. Onlar hər ikisinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Aqil və Sevda buna etiraz etmədən bölməyə onlarla bərabər getmiş, orada hər iki şəxsi təhqiqatçı Müşfiq Cəbrayılova təhvil vermişlər. X7 Hüseynova və Aqil Qasımovun hüquqlarını müdafiə etməsi üçün hər biri üçün vəkil dəvət edərək, həmin vəkillərin iştirakı ilə onları şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə ilkin olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Sevdaya üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişdir. Sevda da əlində saxladığı qara rəngli pul kisəsinin içərisindən çıxartdığı kiçik ölçülü qəhvəyi rəngli pul kisəsindən 18 ədəd şəffaf rəngli sellofan bükümləri və kiçik ölçülü digər qara rəngli pul kisəsinin içərisində olan 12 ədəd rəngli sellofan bükümləri təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 18 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan maddənin psixotrop maddə olan metafetamin, 12 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddələri istifadə və satış məqsədi ilə 26 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında İsmayıl adlı şəxsdən 250 manata aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sevdanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Sevda tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə X3 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Aqilə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Aqil də əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Aqil Qasımov həmin maddələri öz istifadəsi üçün 26 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında İsmayıl adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Aqilin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Aqil tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bildiyi qədər Aqil Qasımovun barəsində başqa bir cinayət işi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nn TİQ-nin inspektoru Şahid4 Tariyel qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun üzərinə Xətai RPİ-nin 35-ci PB-də baxış keçirildiyi zaman tanımışdır. Belə ki, onu idarədən həmin bölməyə təhqiqatçı ona görə dəvət etmişdir ki, saxlanılan şəxs qadın olduğu üçün üzərinə baxış keçirilməsində iştirak etsin. 35-ci PB-də təhqiqatçının xidməti otağında əməkdaşları Şahid1 və o iştirak etmişlər. Baxışda həmçinin müdafiəçi iştirak etmişdir. Baxışdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Sevda da əlində saxladığı qara rəngli pul kisəsinin içərisindən kiçik ölçülü qəhvəyi rəngli pul kisəsini, onun içərisindən isə 18 ədəd şəffaf rəngli sellofan bükümləri və kiçik ölçülü qara rəngli daha bir pul kisəsinin içərisindən 12 ədəd rəngli sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən 18 ədəd bükümlər bir-bir açılaraq hər birinin içində ağ rəngli metafetaminə bənzər maddə, digər 12 ədəd bükümlər açıldıqda isə hər birinin içində qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 18 ədədə şəffaf rəngli sellofan bükümlərdə olan maddənin psixotrop maddə olan metafetamin, 12 ədədə şəffaf rəngli sellofan bükümlərdə olan maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddələri istifadə və satış məqsədi ilə 26 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında İsmayıl adlı şəxsdən 250 manata aldığını bildirmişdir. Sonra o, Sevdanın üzərinə şəxsi axtarış keçirmiş, lakin başqa heç bir qanunsuz maddə və ya əşya aşkar etməmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sevdanın üzərindən aşkar olunmuş kütlə zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərf imzalanmış, həmçinin baxışa dair tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Sevda tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiqin olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyataxtarış tədbiri ilə əlaqədar tanımışdır. 26 iyul 2021-ci il tarixdə ona İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz qəbul etməsi və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, Xətai RPİ-nin NMBnin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş və bundan sonra o, Mehdi və Sadiq həmin gün saat 19:30 radələrində ünvan 1 ünvanında yerləşən “Ucuzluq” adlı marketin qarşısına getmişlər. Belə ki, məlumatda Təqsirləndirilən şəxs məhz həmin ərazidə ola biləcəyi göstərilmişdir. Qeyd etdiyi marketin qarşısında xarici görkəm əlamətlərinə görə Sevdanın əlamətləri ilə üst-üstə düşən bir nəfər qadının “Mercedes Benz” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşdüyünü görmüşlər. Onlar tez həmin qadına və avtomobilin sürücüsünə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Təqsirləndirilən şəxs ilə yanaşı avtomobilin sürücüsü olan X4 da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxlayaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Həmin şəxsləri PB-də barələrində araşdırma aparılması üçün təhqiqatçı Müşfiq Cəbrayılova təhvil vermişlər. Müşfiq Cəbrayılov da Təqsirləndirilən şəxs və Aqil Qasımovun hüquqlarını müdafiə etməsi üçün hər biri üçün vəkil dəvət edərək, həmin vəkillərin iştirakı ilə onları şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra bölməyə qadın polis əməkdaşı olan Şahid4 dəvət olunmaqla onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Sevdaya üzərində qeyri qanuni maddə və ya əşya varsa təqdim etməsini təklif etmişdir. Sevda da əlində saxladığı qara rəngli pul kisəsinin içərisindən kiçik ölçülü qəhvəyi rəngli pul kisəsini çıxararaq onun içindən 18 ədəd şəffaf rəngli sellofan bükümləri, digər kiçik ölçülü qara rəngli pul kisəsinin içərisindən isə 12 ədəd rəngli sellofan bükümləri çıxarıb bükümlərin hamısını masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən 18 ədəd büküm bir-bir açılaraq hər birinin içərisində psixotrop maddə metafetaminə bənzər ağ rəngli şüşəyə oxşar maddə, sonra isə digər 12 ədəd sellofan bükümlər açılaraq hər birində qəhvəyi rəngli toz şəklində olan heroinə bənzər vasitə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 18 ədədə şəffaf rəngli sellofan bükümlərdə olan maddənin psixotrop maddə olan metafetamin, 12 ədədə şəffaf rəngli sellofan bükümlərdə olan maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddələri istifadə və satış məqsədi ilə 26 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında İsmayıl adlı şəxsdən 250 manata aldığını bildirmişdir. Sonra Sevdanın üzərinə Şahid4 tərəfindən şəxsi axtarış keçirilmiş , lakin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sevdanın üzərindən aşkar olunmuş kütlə zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən həmin zərf imzalanmışdır. Axtarışa dair protokolu təhqiqatçı iştirakçılara ucadan oxumuş, iştirakçılar və Sevda tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Qeyd etmək istəyir ki, onda olan məlumata görə İsmayıl adlı şəxs məsuliyyətə cəlb olunmuş, həmçinin sürücü Аqilin barəsində də cinayət işi aparılırdı. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanımışdır. Sevda ilə tanışlığı taksi kimi fəaliyyət göstərdiyi avtomobildən Sevdanın müştəri kimi istifadə edən zaman olmuşdur. Sevda tez-tez onun idarə etdiyi avtomobildən taksi kimi istifadə etdiyi üçün aralarında dostluq münasibəti yaranmış və o, Sevdanı istədiyi ünvanlara müştəri kimi aparıb gətirmişdir. İlk vaxtlar bilməsə də, sonradan Sevdanın da onun kimi narkotik vasitələrdən istifadə etdiyini öyrənmişdir. 26.07.2021-ci il tarixdə saat 12 radələrində Sevda istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsindən istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəməsinə zəng vuraraq onu Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığına aparmasını xahiş etmişdir. O, idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Sevdanın yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən evinin qarşısına gedərək Sevdanı götürüb Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığına aparmışdır. Yolda olan zaman Sevda telefonla danışmış və Sevda telefonda danışdığı şəxsdən narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin almaq istədiyini bildirmişdir. Sevda onun narkotik vasitələrdən istifadə etdiyini bildiyi üçün telefonda həmin şəxslə sərbəst şəkildə danışmışdır. O da narkotik vasitələrdən istifadə etdiyi üçün Sevdaya həmin şəxsdən onun üçün də narkotik vasitə olan heroin almasını xahiş etmişdir. Sevda da etiraz etməmiş və o, Sevdaya onun üçün narkotik vasitə olan heroin alması məqsədi ilə 50 manat pul vermişdir. Sevda avtomobildən düşüb çıxıb getmiş və təxminən 35-40 dəqiqə sonra geri dönərək idarə etdiyi avtomobilə əyləşərək ona 04 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroini vermişdir. O da həmin heroini əynimdə olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə etsin. Sonra Sevdanı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən evinin qarşısına aparıb düşürtmüş və idarə etdiyi avtomobillə taksi kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin gün saat 19 radələrində Sevda yenidən əlaqə saxlayaraq onu yaşadığı ünvandan götürməsini xahiş etmişdir. Buna görə də, o, Sevdanın yaşadığı ünvana gedərək sonuncunu götürüb istəyi üzrə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsin 3 ünvanında yerləşən “Ucuzluq” adlı marketin qarşısına aparmışdır. Həmin ünvanda Sevda avtomobildən düşmək istəyən zaman üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis Bölməsinə getmişlər. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələrim izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 04 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərimdən aşkar olunaraq götürülmüş maddələrin haradan aldığını soruşanda, o, həmin maddələri öz istifadə üçün 26 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında İsmayıl adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Əslində isə həmin narkotik vasitələri ona Sevda, İsmayıl kimi çağırdığı şəxsdən alıb gətirmişdir. O, həmin şəxsi görməmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzalarımı ilə protokolun doğruluğunu təsdiq etmişlər. Daha sonra ona məlum olmuşdur ki, polis bölməsində Sevdanın üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən 18 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 12 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanan 26.07.2021-ci il tarixli raportdan müəyyən olunur ki, ünvan 4 ünvanda kirayə yaşayan Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanan 26.07.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 26 iyul 2021-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Xətai RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 26.07.2021-ci i tarixli protokoldan müəyyən olunur ki, 26 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əlində olan qara rəngli pul kisəsinin içərisindəki qəhvəyi rəngli pul kisəsindən aşkar olunmuş 18 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə psixotrop maddə olan metafetamin və qara rəngli kiçik ölçülü pul kisəsindən 12 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə herionə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop maddələri 26.07.2021-ci il tarixdə “Həzi Aslanov” metro stansiyasının yaxınlığında “İsmayıl” adlı şəxsdən 250 manat müqabilində satış məqsədiylə almasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 26.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 28.07.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 17.09.2021-ci il tarixli, 6/3585 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi olan “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” yazı və imzalar olan zərfdə 12 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,993 qr, 2,321 qr, 1,166 qr, 0,373 qr, 0,332 qr, 0,334 qr, 0,385 qr, 0,331 qr, 0,311 qr, 0,356 qr, 0,342 qr və 0,310 qram olmaqla, ümumi çəkisi 10,554 qram qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 18 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,368 qr, 0,405 qr, 0,428 qr, 0,414 qr, 0,367 qr, 0,425 qr, 0,159 qr, 0,368 qr, 0,446 qr, 0,389 qr, 0,350 qr, 0,443 qr, 0,422 qr, 0,405 qr, 0,393 qr, 0,417 qr, 0,385 qr, 0,385 qram olmaqla, ümumi çəkisi 6,969 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetafetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxidir daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 20.08.2021ci il tarixli, 2996 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «CD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» 27.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli pul kisəsinin içərisindəki qəhvəyi rəngli pul kisəsindən 18 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ümumi təmiz çəkisi 7,149 qram psixotrop maddə olan metafetaminin və qara rəngli kiçik ölçülü pul kisəsindən 12 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ümumi təmiz çəkisi 10,674 qram narkotik vasitə herionin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 31.10.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 10,434 qram çəkidə narkotik vasitə heroin və 6,789 qram çəkidə psixotrop maddə olan metafetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 02 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 31.10.2021-ci il tarixli qərardan müəyyən olunur ki, ********** saylı cinayət işindən X3 barəsində Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 17.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum olunmuş, 05.12.2018-ci il tarixdə cəriməni tam ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 03.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 05 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət işi üzrə cinayət əməlini 2020-cu ilin oktyabr ayında törətmiş, hal-hazırda baxılan iş üzrə cinayət əməlini isə 26.07.2021-ci il tarixdə törətmiş, belə olan halda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu olmaqla ona cinayətlərin məcmusuna görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.08.2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.08.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza buraxılmış iş üzrə təyin edilmiş cəza ilə qismən və ya tamamilə birləşdiriməklə qəti cəza təyin edilməli və cəzanın əvvəli 26 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 26.07.2021-ci il tarixdə aşkar edilmiş narkotik vasitələrin miqdarı və növ müxtəlifliyi, narkotik vasitələrinin çəkilib bağlamalara bölünməsi əməlinin narkotik vasitələrin satışı kimi qiymətləndirilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin ümumi təmiz çəkisi 10,674 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 7,149 qram psixotrop maddə metafetamin külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2005 və 2009-cu il təvəlludlu uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 26 iyul 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİnin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 10,434 qram çəkidə narkotik vasitə heroin və 6,789 qram çəkidə psixotrop maddə olan metafetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 341,04 (üç yük qırx bir manat dörd qəpik ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 06 (altı ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.08.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 10,434 qram çəkidə narkotik vasitə heroin və 6,789 qram çəkidə psixotrop maddə olan metafetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 341,04 (üç yük qırx bir manat dörd qəpik ) manat məbləğində pul Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar