Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-358/2023 11.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)-5/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 46.2ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarda əşkilat-sərəncamverici və inzibatitəsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənədlərdən istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxslə Zərərçəkmiş şəxs vəzifəli şəxslər arasında olan yaxın tanışları vasitəsilə 105.000 manat müqabilində övladı X4 daxili işlər orqanlarında təhqiqatçı vəzifəsinə, kürəkəni Şahid2 isə 100.000 manat müqabilində Bakı şəhəri Nizami və ya Xətai rayonları üzrə Rabitə qovşağının rəisi vəzifəsinə təyin etdirmək, əri Şahid1 məhkumluğunun 30.000 manat müqabilində Daxili İşlər Nazirliyinin bazasından çıxarması imkanı olması barədə yalan məlumat vermiş, onu inandırmış və Zərərçəkmiş şəxs, oğlunun işə düzəldilməsi üçün ona 2020-ci ilin noyabr ayının 16-17 tarixlərində ünvan 3 ünvanında yerləşən «Milan» hospitalında ilkin olaraq 25000 manat, 2021-ci ilin mart ayının 15-16 tarixlərində 75000 manat, mart ayının 28-də 5000 manatı həmin ünvanda, kürəkəni Şahid2 Rabitə qovşağına rəis təyin edilməsi üçün 2021-ci ilin aprel ayının 25-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında 50.000 manat, 2021-ci ilin may ayının 6-da Nərimanov rayonu ərazisində 1 saylı «Asan» xidmətin qarşısında 50.000 manat,tanışı Samir Hüseyngil isə Təqsirləndirilən şəxs tapşırığı ilə Şahid1 Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya idarəsində məhkumluğunun olmaması və hazırda olmadığı barədə qanınsuz hazırlanmış 366-1862-3-3249 nömrəli, xx.xx.2021-ci il tarixli rəsmi sənəd - arayış əldə edib həmin sənədi Zərərçəkmiş şəxs və Şahid1 göstərməklə və fotoşəklini telefonu vasitəsilə göndərməklə saxta sənəddən istifadə edib inandırmış və buna görə 2021-ci ilin may ayının 8-də Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 52 mənzil 43-də 30.000 manat verməsinə nail olmuş, lakin aldatmış özgənin, yəni, Zərərçəkmiş şəxs vahid niyyətlə törədilən qəsdlə cəmi 235.000 manatını ələ keçirib, digəri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin sonunda kürəkəni Mehdinin vasitəsilə tanımışdır. O, həkim işlədiyi müddətdə Zərərçəkmiş şəxs onun işlədiyi klinikaya gəlmişdir. Onların çox gözəl münasibətləri olmuşdur. Bizneslə bağlı da aralarında sözsöhbət olmuşdur. Təbii ki, o işlədiyi müddətdə çox adamları tanımışdır. Onun Rəfiqə xanımı heç vaxt aldatmaq fikri də olmamışdırr. Onun barəsində Lənkəran rayonunda olan işiylə bağlı Samir demişdir ki, müəyyən rüsum ödənilməlidir və s. O, Samirə bu işiylə bağıl pul vermişdir. O, Samirə çox inanmışdır. Elə bir an olmuşdur ki, həmin rüsum ödənilməmişdir. O, 8 il müddətə azdlıqdan məhrum edilmişdir. Həmin vaxt o, Rəfiqə xanımın işi ilə də bağlı Samirə demişdir. Rəfiqə xanıma da demişdir ki, o, bu işləri bilmir. Lakin onu Samirlə görüşdürə biləcəyini demişdir. O, onları görüşdürmüş, hər ikisi danışmışlar. O, onların söhbətində olmamışdır. Samir özü nə lazımdırsa Rəfiqə xanımla danışmış, sadəcə Samir pulu onun vasitəsiylə aldığından Rəfiqə xanım da ona demişdir ki, onu tanıyır. Ona görə də o özünü qismən təqsirli bilir ki, o pulu inanaraq alıb Samirə vermişdir. Bugün o həbs edilmişdirsə, Samir onu da aldatdığına görə həbs edilmişdir. Samir hər iki tərəfdən ona çox böyük zərər vurmuşdur. O, əsassız həbs edilmişdir. O, Ali Məhkəməyə şikayət verəcək. O, tutulduğu üçün də Rəfiqə xanımın işi ilə məşğul ola bilməmişdir. O, özünü də Samir tərəfdən zərərçəkmiş şəxs hesab edir. Həm onun Samirə verdiyi 50 min manata görə, həm də Rəfiqə xanımın onun vasitəsiylə Samirə verdiyi pula görə. Samirlə bütün danışıqlarda Rəfiqə xanım özü də olmuşdur. «Asan» Xidmətin qarşısında alınan pul da alınıb Samirə verilmişdir. Nərimanov rayonunda iş gedərkən də o demişdir ki, onun 50 min manatı da var Samirdə. İş üzrə şahidlər Əli və Vüqar da bilmişlər ki, onun Lənkəranda olan işiylə bağlı Samirlə Lənkərana getmişlər. Samirlə onun çox böyük mübahisələri, davaları olmuşdur. O, Rəfiqə xanımdan da götürdüyü pulların hamısını Samirə vermişdir. Samir də öz dilindən yazmışdır ki, pulun hamısı Samirdədir. O, pulları götürüb Samirə vermişdir. O, evinin çıxarışını da qoymuşdur ki, zərərçəkmişin pulunu versin, Samirlə öz aralarında məsələni həll edərlər. O, pulu verəndə Çingiz də şahid olmuşdur. 205 min manatın hamısını Samirə vermiş, onun 9000 manatını qaytarmış, 196 min Samirdədir. İşin içərisində də həmin pulu Samirin ondan götürməsi var. O, Samirə inanmış və öz 50 min manatını da Samirə vermişdir. Bilərəkdən etməmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 131-134-cü vərəqələrində olan Təqsirləndirilən şəxs ifadəsinə əsasən, sonuncu bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq edir. O, istintaqdakı ifadələrində də zərərçəkmiş şəxsi aldatmadığını və onun pullarını ələ keçirmədiyini demişdir. Məhkəmə iclasında da verdiyi ifadəsini tam təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, bu işlə bağlı çox əsəb keçirmiş, depressiyadadır, səhətində problemləri yaranmışdır. Ona görə də ola bisin ki, ifadəsində ardıcıllıqla tam fikrini ifadə edə bilməyəcək. Təqsirləndirilən şəxs kürəkəni Mehdini oğlu Mirasəf tanımışdır. Mehdi oğlunun işləmədiyini bilərək qaynanasının oğlunu istədiyi yerdə işə düzəldə biləcəyini demişdir. O, bunu biləndən sonra Təqsirləndirilən şəxs ilə tanış olub Könüllə görüşəndə Könül ona oğlu X7 Agentliyinə hüquqşünas vəzifəsinə düzəldə biləcəyini və bunun müqabilində də 20.000 manat istəmişdir. O, razılaşıb Könülün işlədiyi “Milan” klinikasına getmiş və 20.000 manatı Könülə vermişdir. Səhəri gün Könül ona zəng edərək əlavə 5000 manat da lazım olduğunu bildirmişdir. O da 5000 manat götürüb yenə Könülün işlədiyi klinikaya gedərək pulu Könülə vermişdir. Pandemiya səbəbindən bu iş 2021-ci ilin yanvar ayına qədər uzanmışdır. X13 hüquqşünas olduğundan onu DİN-nə təhqiqatçı vəzifəsinə düzəldə biləcəyini demişdir. Bu işə görə ondan 100.000 manat istəmişdir. Oğlunun işə düzəlməsinə görə oğlunun mənzilini 205.000 manata satmışlar. Əvvəlcə 25.000 manat, sonra da 75.000 manatı Könülə vermişdir. Bu işlə bağlı Könülün işlədiyi klinikaya gedib maraqlanarkən söhbət əsnasında Könüldən kürəkəni Şahid2 da işə düzəltməsini xahiş etmişdir. Könül kürəkəni Rəşadı Nizami və ya Xətai rayon telefon qovşağına rəis vəzifəsinə düzəldə biləcəyini demiş və buna görə 100.000 manat lazım olduğunu bildirmişdir. O, əvvəlcə 50.000 manat sonra isə qalan 50.000 manatı Könülə vermişdir. Onun həyat yoldaşı Fətullanın məhkumluğu olmuşdur. Könül ərinin məhkumluğuna görə oğlunun DİN-nə işə düzəlməsində problem yarandığını bildirərək ərinin məhkumluğunun bazadan sinlinməsinə görə ondan 30.000 manat istəmişdir. Həmin pulu Samir adlı şəxslə Könülə göndərmişlər. Ona 235.000 manat maddi ziyan dəymişdir. Lakin, o, mülki iddiasında Təqsirləndirilən şəxs 113.000 manat tələb edir. Ona görə ki, qalan məbləğ Samirin barəsində olan cinayət işi üzrə ona ittiham verilmiş və həmin pul vəsaitini Samirdən tələb edəcək. Xahiş edir mülki iddiası təmin olunsun və Təqsirləndirilən şəxs 113.000 manat tutularaq ona verilsin. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, o, yoldaşının məhkumluğu ilə bağlı sistemdən silinməsi üçün başqa heç kimə müraciət etməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, oğlunun DİN-nə işə düzəlməsi üçün ərinin məhkumluğuna görə işi düzəlmir, o da ərinin məhkumluğunun sistemdən silinməsi üçün pul vermişdir. Kürəkəninin işini Könüllə danışanda Samiri tanımışdır. Oğluyla kürəkəninin işi ilə bağlı pulları verəndən 3 ay arası çəkmişdir. Könül pulları Samirə verdiyini ona demiş, lakin Könülün həmin pulu Samirə verib-verməməsini bilmir. Onun Samirlə üzləşməsi olanda, Samir Könülün ona pul verdiyini demişdir. O, təqsirlədirilən şəxsə dəfələrlə demişdir ki, pulunu qaytarsın, orqanlara düşməsinlər. O, Təqsirləndirilən şəxs həkim olduğunu bilirmiş. O, birinci dəfə oğlunun işi ilə bağlı pulu vermiş, sonra ərinin məhkumluğu ilə bağlı onun işi uzanmış, məhkumluğun silinməsi çox çəkdiyi üçün o iş düzələnə qədər kürəkəninn işi ilə bağlı Könüllə söhbət etmiş və buna görə də Könülə pul vermişdir. O, pulları Təqsirləndirilən şəxs vermişdir. Könül onu inandırmışdır ki, Könülün hər yerdə yaxşı tanışları var, istənilən işə düzəldə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qaynanasıdır. X21 Abbasovanın kürəkəni Mehdini tanımışdır. Mehdinin vasitəsilə təqsirləndirilən şəxsi tanımışlar. O, "xxxx" MMC-də mühəndis işləyir. 2020-ci ildə qaynı Mirasəf işsiz imiş, Mirasəf BDU-nin hüquq fakültəsini bitirmişdir. Təqsirləndirilən şəxs kürəkəni Mirasəfin dostu Mehdi ona qaynanasının istənilən işə düzəltmək üçün imkanları olması barədə demişdir. Ona görə də qaynanası Təqsirləndirilən şəxs ilə görüşüb Könülə oğlunun işə düzəlməsi ilə bağlı kömək etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs da Mirasəfi əvvəl X2 hüquqşünas vəzifəsinə 20.000 manat müqabilində düzəltməyə söz vermişdir. Qaynanası da Könülə həmin pulu vermişdir. Sonra isə onun hüquqşünas olduğundan onu DİN-nə təhqiqatçı düzəldə biləcəyini demişdir. Bu işin 100.000 manata düzələcəyini demişdir. Həmin pul da Təqsirləndirilən şəxs verilmişdir. Sonra qaynanasıgil onu da Bakı şəhəri üzrə rabitə qovşaqlarının birinə rəis vəzifəsinə Könülün vasitəsilə təyin etdirmək qərarına gəlmişlər. Könül qaynanasına yuxarı vəzifədə işləyənlərlə əlaqələrinin olduğunu, istənilən şəxsi işə düzəltmək imkanı olduğunu bildirmiş və onu Nizamı və ya Xətai rayon telefon qovşağına rəis vəzifəsinə təyin etmək üçün 100.000 manat istəmişdir. Onlar razılaşdıqdan sonra həmin pulu 2 dəfəyə hər dəfə 50.000 manat olmaqla bir dəfə X1rşısında və 1 saylı Asan Xidmətin qarşısında qaynanasıyla pulu Könülə vermişlər. Bundan başqa qaynatasının məhkumluğunun bazadan silinməsinə görə də 30.000 manat pul Samirin vasitəsilə verilmişdir. Lakin Könül aldığı pulların müqabilində heç bir iş görməmişdir. Proses iştirakçılarını suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, onun işə düzəlməyi ilə bağlı da pulu Könül almışdır. Həmin pul onun iştirakıyla verilmişdir. Pulları qaynanası Təqsirləndirilən şəxs verəndə onun da iştirakı olmuşdur. Samiri Təqsirləndirilən şəxs görə tanımışlar. Samirə 30.000 manat verilmişdir ki, Könülə çatdırsın. Könül Asan Xidmətin yanına 601 nömrəli avtomobillə gəlmişdir. Bir dəfə də Bədən Tərbiyəsi Universitetinin yanında görüşüb pul Könülə verilmişdir. Təqsirləndirilən şəxs vəzifəli şəxslərin adlarını çəkib onları tanıdığını deyirmiş, dövlət məmurlarının çoxunun adlarını çəkib onları tanıdığını deyirmiş. Onlar da Könülə inanırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanımamışdır. Vüqar adlı bir həmkəndlisinin vasitəsilə Samir adlı şəxsi tanımışdır. Belə ki, Samiri Vüqarla birlikdə Bilgəh qəsəbəsində torpaq sahəsinə baxmağa gedəndə görmüşdür. Samir bağ sahəsi almaq istəyirmiş. Bılgəh qəsəbəsində Samir bir bağ evinə baxmış və geri qayıdanda Samirin telefonuna zəng gəlmişdir. Samir danışandan sonra məhkəmə sistemində tanışlarının olub olmamasını soruşmuşdur. Mən Samirə özünün torpaq sahəsi məsələsi olduğunu, məhkəmədə baxılmasını bir nəfər hazırda dəqiq xatırlamadığı ya Səfər, ya da Seyid adlı şəxsin işin həllini boynuna götürdüyünü bildirmişdir. Lakin həmin şəxsin məsələni həll edibetməyəcəyini deyə bilməyəcəyini də Samirə demişdir. Samir ondan həmin şəxslə onu tanış etməyini xahiş etmişdir. Bır neçə gündən sonra o Samiri həmin şəxslə Nərimanov rayon ərazisində tanış etmişdir. Samirə bir daha onları tanış etsə də işin nəticəsi və söhbətlərin ona heç bir aidiyyəti olmayacağını demişdir. Onları tanış etdikdən sonra çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Samir həmin şəxsə pul verib, lakin həmin şəxs də iş görməmişdir. O da Səfər və ya Seyid adlı şəxsə öz torpaq sahəsinə görə pulu verəndə həmin vaxt Samiri tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. X17 Bakı Dövlət Universitetinin hüquq fakültəsini qurtarsa da ixtisası üzrə iş tapa bilmirmiş. Onun məhkumluğunun olması oğlunun ixtisası üzrə iş tapmasına maneə olduğundan özünü günahkar saymışdır. 2020-ci ilin noyabr ayında arvadı Rəfiqə oğulları Mirasəfin dostunun qaynanası Könül adlı qadının geniş əlaqələri olmasını və Mirasəfi işə düzəldə biləcəyini demiş və Könülün həkim işlədiyini bildirmişdir. O, əvvəl razı olmasa da, Rəfiqə inadkarlıq göstərib onu razı salmış və Könüllə danışığa getmişdir. X9 Qida Agentliyinə hüquqşünas vəzifəsinə işə düzəltmək üçün 20.000 manat istədiyini bildirmişdir. Rəfiqə 20.000 manatı Könülün iş yerinə gedib Könülə vermişdir. Səhəri gün Könül arvadı Rəfiqəyə zəng edərək məbləğdə səhv etdiyini, 20.000 manat yox, 25000 manat tələb olunduğunu bildirmişdir. Buna görə də Rəfiqə əlavə 5000 manat da aparıb Könülə vermişdir. Oğlunun işə düzəlməsi 2021-ci ilin yanvar ayına qədər uzanmışdır. Könül işin düzəlməməsini «COVİD-19» pandemiyası ilə izah etmişdir. Sonra da oğlunu Qida Agentliyinə hüquqşünas vəzifəsinə deyil DİN-nə təhqiqatçı vəzifəsinə düzəltmək istədiyini, həmin işə görə 100.000 manat lazım olduğunu bildirmişdir. O da buna razı olmuşdur. Arvadı Rəfiqə əvvəl 25000 manat verdiyi üçün evdən əlavə 75000 manat da aparıb Könülə vermişdir. Könül Rəfiqəyə demişdir ki, bir çox yüksək vəzifəli dövlət məmurları ilə yaxın münasibətləri var, tez-tez bağda məclislərdə bir yerdə olurlar. Beləliklə də Könül onları inandırmışdır ki, bu işləri görə biləcək biridir. Həmin ərəfədə qızının əri Şahid2 da vəzifəyə təyin etdirmək istəmişlər. Bu barədə arvadı Könülə deyəndə, X22 və ya Xətai telefon qovşağına rəis vəzifəsinə təyin etdirmək üçün 100.000 manat lazım olduğunu bildirmişdir. Onlar da yenə buna razılaşmış və arvadı əvvəl 50.000 manat aparıb Könülə vermişdir. Bir neçə gün sonra isə əlavə 50000 manatı yenə Könülə vermişdir. Bir müddət keçəndən sonra Rəfiqə işlərin nəticəsi ilə maraqlananda Könül onun məhkumluğu olduğu üçün işlərin ləngiməsini və məhkumluq barədə məlumatların DİN-nin bazasından çıxarmaq lazım olduğunu və bunun üçün də 30.000 manat tələb edildiyini bildirmişdir. O, bilirmiş ki, məhkumluğu oğlunun DİN-nə işə qəbulunda təsirini göstərir. Bu səbəbdən məhkumluq barədə məlumatların DİN-nin bazasından çıxarılması üçün 30.000 manat ödənilməsinə razılıq vermişdir. Könül etibarlı adamının gəlib pulu götürəcəyi barədə onlara demiş və Samir adlı şəxs Könülün onu göndərdiyini, işləri Könüllə bir yerdə gördüklərini bildirmişdir və pulu çatdırmalı olduğunu demişdir. O, Samirlə Atatürk parkında görüşmüşdür. Həmin vaxt Samir məhkumluğun olmaması barədə arayışı ona göstərmiş, lakin sənəd qeydiyyatdan keçmədiyindən ona verə bilməyəcəyini bildirib pulu istəmişdir. O, pulun evdə olmasını demiş və bir yerdə evə getmişlər. Samirin gətirdiyi sənədin isə fotoşəklini çəkib telefonun yaddaşında saxlamışdır. Bir müddət keçəndən sonra Könüldən işlərin hansı yerdə olduğu ilə maraqlandıqda Könül müxtəlif bəhanələr gətirməyə başlamışdır. Aldandıqlarını başa düşəndən sonra Rəfiqədən Könülün məsələyə aydınlıq gətirməsi üçün evə dəvət etməsini tələb etmişdir. Könül Samirlə onlara gəlmişlər. O, onlardan oğlunun və kürəkəninin işinin nə vaxt düzələcəyini, düzəlmədiyi halda pulun qaytarılmasını tələb etmişdir. Onlar bildirmişlər ki, pulu elə adama vermişlər ki, ondan ala bilməzlər, gözləməlidirlər işi düzəlsin. Çox adamın işini düzəltdiklərini, pulun Samirdə olmasını, məsələni onun həll etməsini, düzəlmədiyi halda pulun qaytarılmasını bildirmişlər. Onlar yenə də Könülgilə inanıb gözləmişlər. Onlar gözləsələr də, nə oğlunun, nə də kürəkəninin, nə də onun məhkumluğunun götürülməsi həll olunmamışdır. Ona görə də şikayət etmək qərarına gəlmişlər. Verilən pullardan hissə-hissə Könül onlara cəmi 9000 manat qaytarmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, pulları Könülə yoldaşı verirmiş, yalnız 30 min manatı Samir evə gələndə götürmüşdür. Birinci dəfə pulu verəndən sonra ona görə ikinci işə görə pul vermişlər ki, oğlunun işinin düzəlməsi üçün onun məhkumluğunun götürülməsi məsələsini gözləməli olmuşlar. Bu müddət ərzində isə kürəkəninin işinin düzəlməsi məsələsinə razılaşmışlar ki, oğlunun işini gözləyənədək bəlkə onun işi düzələr. X14 Agentliyinin rəhbəri ilə bir yerdə oxuduqlarına görə Könülün dedikləri biraz inandırıcı olmuşdur. Bütün pullar Könülə verilmiş, yalnız 30.000 manatı Samirə vermişlər. O, təqsirləndirilən şəxsin həkim olduğunu bilmişdir. Onlar sadəlöv olmuş, təqsirləndirilən şəxs çoxbilmiş, ona görə aldanmışlar. O, Asan Xidmətdə yoxlayanda isə məhkumluğunun silinmədiyİni bilmiş, onda şübhələnmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun «Toyota» markalı avtomobili olmuşdur. O, taksi kimi fəaliyyət göstərirmiş. Samiri müştəri kimi apararkən tanımışdır. Təqsirlənjirilən şəxs Təqsirləndirilən şəxs da Samirə görə tanımışdır. Belə ki, Samir Təqsirləndirilən şəxs qaynanası olduğunu ona demişdir. Samir ondan bağ evi tapmağını xahiş etmişdir. Samir 2020-ci ilin noyabr-dekabr aylarında bir nəfər şəxsin bağına baxmış və almaq istədiyini bildirmişdir. Bağı almaq üçün 4500 manat beh vermək lazım olmuşdur. Samir ondan Samirin əvəzinə beh verməyini xahiş etmiş və qaytaracağını vəd etmişdir. O, Samirin xahişi ilə bağ satana 4500 manat beh vermişdir. Bağı Samirə həmkəndlisi Əli ilə göstərmişdir. Bilgəhdən qayıdarkən Samirin qaynanası Samirə zəng etmişdir. Samir danışandan sonra qaynanasının işinin məhkəmədə olmasını, baxışı təxirə salmaq lazım olduğunu demişdir. Onlardan məhkəmə sistemində tanış olub olmadığını soruşduqda Əli torpaq sahəsinə sənəd almaq üçün məhkəməyə müraciət etdiyini, bu işdə ona Səfər adlı şəxsin köməklik etdiyini bildirmişdir. Samir Əlidən onu həmin şəxslə tanış etməsini xahiş etmişdir. Bundan iki gün sonra Samir ondan avtomobiliylə onu DİN-nin hospitalının arxa tərəfinə aparmağını xahiş etmiş və yolda Əli də avtomobilə oturmuşdur. X23 görüşmüşdür. Samir ondan qaynanasının məhkəməsinin təxirə salınması üçün kömək istəmiş, işə Lənkəran məhkəməsində baxıldığını bildirmişdir. Səfər razılıq vermişdir. Dəqiq xatırlamadığı həmin gün, ya iki gün sonra onun avtomobilində Samir Səfərə 1000 manat vermişdir. Bundan başqa o Samiri dəfələrlə Səfərlə görüşmək üçün Bakı şəhərinin müxtəlif yerlərinə aparmışdır. Bir dəfə də Samirin tapşırığı ilə o Səfərin göndərdiyi şəxsə Atatürk prospektində təxminən 1000-1500 manat vermişdir. Samiri təxminən 3-4 dəfə Lənkəran məhkəməsinə aparmışdır. Samir hər dəfə qaynanasının məhkəməsi olanda Lənkərana gedirmiş. Könül Samirdən pul istəyəndə deyib ki, Səfərə vermişdir. O, zərərçəkmiş şəxsi tanımamışdır. Daha bu barədə heçnə deyə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, əvvəl məhkum olunmamış, Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. O, özü bizneslə məşğul olmuşdur. O, turizm, tikinti ilə və s. biznes işləri ilə məşğul olmuşdur. Şirkəti olmuşdur. Könülü də iş adamı kimi tanımışdır. Sonra bilmişdir ki, həkimdir. Təqsirləndirilən şəxs bizneslə məşğul olmaq istəyirmiş, bu səbəbdən bizneslə əlaqədar ona müraciət etmişdir. Təqsirləndirilən şəxs da ona hissə-hissə investisiya kimi 135.000 manat vermişdir. Həmin pulu 3 sahədə biznesə görə vermişdir. Yəni həmin pulu hansı biznesə qoysaymış həmin biznesdən olan qazancdan Könülə də verməli imiş. Bu barədə aralarında heç bir müqavilə olmamışdır. Sonra pandemiya vaxtına düşmüş, təəssüflər olsun ki, biznesləri baş tutmamışdır. O, Könülə 15000 manatı qaytarmış, qalan pulu qaytarmamışdır. 30.000 manat isə Zərərçəkmiş şəxs əri Şahid1 məhkumluğunun götürülməsi ilə bağlı almışdır. Tanışı Şahid4 vasitəsilə Əli adlı şəxslə, onun vasitəsilə də Səfər adlı şəxslə tanış olmuşdur. O, eşitmişdir ki, Səfər DİN-dən məhkumluğu götürmək iqtidarındadır. Ona görə, həmin 30.000 manat pulu da o Səfərə vermişdir. Bildiyinə görə Səfərin barəsində də Qaradağ Rayonunda cinayət işi olmuşdur. O, Təqsirləndirilən şəxs aldığı pulu bizneslə bağlı almışdır. 30.000 manatı bizneslə bağlı almamış, həmin pulu Zərərçəkmiş şəxs ərinin məhkumluğunun götürülməsi ilə bağlı alıb Səfər adlı şəxsə vermişdir. Xahiş etmişlər ki, belə bir adam varsa bu işə kömək etməyə, o da eşitmişdir ki, Səfər adlı şəxs bu işi həll edə bilər. Zərərçəkmiş şəxsin məhkumuluğu götürülməmişdir. Onun işində 1 nəfər zərərçəkmiş şəxs var. Hazırda barəsində olan cinayət işində bu epizod var. İşin nə üçün ayrıldığını bilmir. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Ssamir Hüseyngil bildirmişdir ki, o, gərək ki, 2 dəfə istintaqda ifadə vermiş, ikinci dəfə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs 135 min manatı ona hissə-hissə vermişdir. Könül ona artıq pul verməmişdir. O, bilmirmiş ki, Könül kimdən nə məqsədlə pullar almışdır. Sonradan bilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs pullar almışdır. O, 135 mindən başqa pul almamışdır. 50.000 manat əlavə Könüldən pul almamış, 135.000 manatın içindədir həmin 50 min. O, qəbz yazmışdır ki, Təqsirləndirilən şəxs 195 min manat almışdır. Könül xahiş etmişdir ki, ailəsində problem var, belə bir qəbz lazımdır, o da həmin xahişə əsasən elə bir qəbz yazmışdır. O, Rəifqə xanımla bir dəfə klinikada danışmışdır. Hansısa qohumunu Rabitəyə işə düzəlməsi ilə bağlı demiş, lakin, o, demişdir ki, maraqlanar, kömək edəcəyinə söz verməmişdir. Könül ona birinci dəfə 7500 manat vermiş, məhkəmə işi ilə bağlı. Sonuncu dəfə Könülün ona pulu harada verməyi yadında deyil. Könül ondan pul tələb etmiş, biznesə qoyulan pulu tələb etmiş, həmin vaxt yanlarında kim olub xatırlamır. Könülün deməsinə görə özünün Lənkəran rayonunda aparalın məhkəmə işində 25 min manat ziyan olmuş, həmin ziyanı ödəmək üçün ilk dəfə 7500 manat vermişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 92-ci vərəqəsində olan iltizama əsasən şahid Samir Hüsengil bildirmişdir ki, ona təqdim olunmuş iltizamda olan imza onun imzasıdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs-mülki iddiaçının, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 63-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs Nərimanov RPİ-nin 16-cı PB-nə ünvanladığı 03 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq bildirmişdir ki, 2020ci ilin noyabr ayından 2021-ci ilin mart ayınadək oğlu və kürəkəninin işə düzəldilməsi, eyni zamanda ərinin adında olan məhkumluğun silinməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 235.000 manat pul vermiş, lakin, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyib, dələduzluq yolu ilə pulunu ələ keçirmişdir. Cinayət işinin 1-ci cild 1-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X12 08 avqust 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması barədə qərarından görünür ki, X6 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs CM-nin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair başqa cinayət işi ayrılmışdır. Cinayət işinin 1-ci cild 73-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənədin kserosurətindən görünür ki, həmin sənədin üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, 366-1862-3-3249 və xx.xx.2021-ci il tarixi yazılmışdır. Həmin arayışda “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx xxxxxx 1961-ci il tarixdə Ermənistan Amasya rayonunda anadan olmuş Şahid1 məhkumluğu olmayıb və hal-hazırda yoxdur” sözləri yazılmışdır. Bundan başqa, həmin arayışda imza yerində X18 yazılmış və adının qarşısında imza çəkilmişdir. Cinayət işinin 2-ci cild 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 iyul 2022-ci il tarixli, 012-11209-1222 saylı məktubdan görünür ki, Şahid1 adına verilmiş məhkumluğun olmaması barədə 366-1862- 3-3249 və xx.xx.2021-ci il tarixli Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi və Asan xidmət mərkəzi tərəfindən təqdim edilməmişdir Cinayət işinin 1-ci cild 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əlyazmanın kserosurətindən görünür ki, həmin əlyazmada aşağıdakılar göstərilmişdir: X5 yazaraq təsdiq edirəm: “Təqsirləndirilən şəxs 01.2021 tarixindən 03.2021-ci il tarixinədək hissələrlə ümumilikdə biznes məqsədi üçün 196.000 AZN (yüz doxsan altı min manat) şəxsən özündən, 30.000 AZN (otuz min manat) Şahid1 adlı tanışından götürmüşəm.” “Özüm yazdım və imzamla təsdiq edirəm.” “İmza: (imza çəkilmiş) Hüseyngil.S.O” “Tarix: xx.xx.2021” Cinayət işinin 1-ci cild 94-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X12 19 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs və X6 toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd olunmuşdur. Cinayət işinin 1-ci cild 102-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov rayon prokuroru, kiçik ədliyyə müşaviri Hidayət Nurəlibəyovun 07 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Nərimanov RPİnin İŞ-nin müstəntiqi Ağayev Samir tərəfindən qəbul edilmiş 19 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmişdir. Material əlavə araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin 1-ci cild 135-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, oğlunun və kürəkəninin işə düzəlməsi üçün Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 20.000 manat, 5.000 manat, 75.000 manat, 100.000 manat və 50.000 manat vermiş, həmçinin, yoldaşı Fətullanın məhkumuğunu sistemdən çıxartmaq üçün 30.000 manatı yaşadığı evdə Samirə vermişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs oğlunun və kürəkəninin işə düzəlməsi müxtəlif vaxtlarda 20.000 manat, 5.000 manat, 75.000 manat, 100.000 manat və 50.000 manat pulu Zərərçəkmiş şəxs alaraq Samirə verdiyini qeyd etmişdir. Cinayət işinin 1-ci cild 208-209-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 196.000 manat məbləğində pulu alıb Samirə verdiyini bildirmiş, Samir Hüseyngil də üzləşdirmə zamanı bunu təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 211-214-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, oğlunun və kürəkəninin işə düzəlməsi üçün Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 20.000 manat, 5.000 manat, 75.000 manat, 100.000 manat və 50.000 manat vermiş, həmçinin, yoldaşı Fətullanın məhkumuğunu sistemdən çıxartmaq üçün 30.000 manatı yaşadığı evdə Samirə vermişdir. Həmçinin, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ərinin məhkumluğunun silinməsi üçün Təqsirləndirilən şəxs pulu götürmək üçün etibarlı adamını göndərəcəyini bildirdiyini, bundan sonra, Samir adlı şəxsin zəng edərək Könülün xahişi ilə gəldiyini, yaşadıqları evdə Samirin onlara arayışı verib 30.000 manatı götürdüyünü, daha sonra işin düzəlmədiyini görüb Könül və Samir adlı şəxslərlə görüşdüyünü, Könülün işin düzəlməsi üçün pulları Samirə verdiyini bildirdiyini, Samirin həmin məsələləri həll etdiyini, alınmadığı halda evini satıb pulu qaytaracağını vəd etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 215-218-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə X11 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, kürəkəninin işə düzəlməsi üçün Təqsirləndirilən şəxs 150.000 manat lazım olduğunu bildirmiş, onlar bu pulun çox olduğunu bildirdikdə, Könül Samiri dəvət etmiş və Samir ilkin olaraq 100.000 manat, iş düzəldikdən sonra isə 50.000 manat vermələrini bildirmiş və razılaşmışlar, daha sonra ərinin məhkumluğunun silinməsi üçün Təqsirləndirilən şəxs pulu götürmək üçün etibarlı adamını göndərəcəyini bildirdiyini, bundan sonra, Samirin gələrək arayışı göstərib 30.000 manatı götürdüyünü bildirmişdir. Üzləşdirmə zamanı, X8 işə düzəlmək üçün pul vermədiyini, lakin, X20 Cinayətlər Məhkəməsindəki işinin düzəlməsi üçün 40.000 manat aldığını, ümumiyyətlə Könüldən 135.500 manat almadığını, sonradan Rəfiqənin əri Fətulla ilə görüşdükdə, Rəfiqənin oğlunun və kürəkəninin işinin düzəlməsi üçün Könülə 235.000 manat verdiklərini öyrəndiyini, yazılı iltizamı isə Könülün guya pulu ona verilməsini göstərmək üçün xahiş etdiyinə görə yazdığını bildirmişdir. Cinayət işinin 1-ci cild 219-221-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə X11 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlunu və kürəkənini işə düzəltmək üçün onlardan 205.000 manat məbləğində pul aldıqdan sonra, Könülün zəng edərək onun məhkumluğunun silinməsi üçün 30.000 manat pul lazım olduğunu, bu pulu verməyə razılaşdığını, Təqsirləndirilən şəxs pulu götürmək üçün etibarlı adamını göndərəcəyini bildirdiyini, daha sonra Samir adlı şəxsin zəng edərək onu Könülün göndərdiyini, işi bir yerdə gördüklərini bildirmiş, bundan sonra Samirlə görüşdükdə Samirin ona məhkumluğun olmaması barədə arayışı göstərdiyini və 30.000 manatı götürdüyünü bildirmişdir. Üzləşdirmə zamanı, X16 Zərərçəkmiş şəxsgildən 235.000 manat pul aldığından xəbəri olmadığını, Könülün xahişinə əsasən Rəfiqəgilə Könüllə getdiyini, orada Könülün işi Samirin həll etdiyini bildirdiyini və əvvəlcədən Könüllə razılaşdıqları üçün onu təsdiq edib, iş alınmasa pulu qaytaracaqlarını Könüllə birlikdə vəd etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 222-224-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında keçirilmiş üzləşdirmə zamanı, X8 pulları Rəfiqənin oğlunu və kürəkənini işə düzəltmək üçün vermədiyini, Könülün verdiyi 135.000 manat pulun 40.000 manatını Könülün məhkəmədəki işinin həll edilməsi üçün verdiyini, qalan pulları turizm biznesinə və metal məmulatlarının alqı-satqısına xərclədiyini bildirmişdir. Buna görə, məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 22-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 ərizəsindən görünür ki, sonuncu, xx.xx.2021-ci il tarixli, 26İKİ/21 nömrəli alqı-satqı müqaviləsini, audio və video yazılarla olan fləşkartı təqdim edərək, cinayət işi materiallarına əlavə olunmasını xahiş etmişdir. Cinayət işinin 2-ci cild 23-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2021-ci il tarixli, 26İKİ/21 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin kserosurətindən görünür ki, mülkiyyətçi Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi 15, M9, mənzil 2-ni 180.000 manat müqabilində satmışdır. Cinayət işinin 2-ci cild 27-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 iyul 2022-ci il tarixli sənədə, videogörüntülərə baxış keçirmək və audio yazıların səsləndirilməsi barədə protokoldan görünür ki, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs, Samir Hüseyngillə evində görüş zamanı telefon vasitəsilə yazdığı səs yazıları və videogorüntüləri təqdim etmişdir. Həmin audio yazılara və videogörüntələrə Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Baxışla müəyyən olunmuşdur ki, Şahid1 dediklərinə görə, Təqsirləndirilən şəxs və Samir Hüseyngil 235.000 manatı hər hansı biznes fəaliyyəti ilə məşğul olması üçün deyil, Şahid1 oğlu və kürəkəninin işə düzəldilməsi, özünün məhkumluğunun DİN-nin bazasından silinməsi üçün almış, Şahid1 deməsinə görə səsdə olan Təqsirləndirilən şəxs və Samir Hüseyngilin işi vəzifəli şəxslə həll etdiklərini, həmin şəxsin hazırda qohumunun xəstəliyi ilə əlaqədar Bakı şəhərində olmadığını, qayıdandan sonra onunla görüşüb məsələni həll edəcəyini bildirmişlər. Audi yazılardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məxsus olduğu bildirilən səsdə pulları Samir Hüseyngilə verməsini bildirir, məsələ həll olunmadığı halda evini sənədləşdirib sataraq onların pulunu qaytaracağını vəd edir. Cinayət işinin 2-ci cild 15-21-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənədlərin kserosurətlərindən görünür ki, həmin sənədlərdə Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsində olan cinayət işi üzrə ona kömək olunması üçün Samir Hüseyngilə pul verməsi barədə ərizə, həmçinin həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs oğluna və kürəkəninə iş düzəldilməsi üçün pul almamış, yalnız Zərərçəkmiş şəxs aldığı pulları Zərərçəkmiş şəxs ərinin biznes fəaliyyəti ilə məşğul olmağı üçün alıb Samirə vermişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir.Məhkəmə zərərçəkmiş şəxs-mülki iddiaçının, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs-mülki iddiaçının ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin plenum qərarının 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 120-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 01 mart 2022-ci il tarixli, 1590 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuşdur. Cinayət işinin 2-ci cild 146-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 08 sentyabr 2022-ci il tarixli stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Yüngül dərəcəli depressiv epizod” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F32.0) müəyyən edilir. Bunu hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. Təqsirləndirilən şəxs aşkar edilən yüngül dərəcəli depressiv epizod onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda –psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında “Təksaylı depressiv epizod pozuntusu” rubrikasında 6A70.0 kodu altında “Təksaylı yüngül depressiv epizod pozuntusu” olaraq qeyd edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin, Təqsirləndirilən şəxs hazırda aşkar olunan yüngül dərəcəli depressiv epizod onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırki hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ekspert komissiyasının yığıncağında aparılan müayinə zamanı yüngül dərəcəli depressiv epizod şəklində əhvali-ruhiyyənin bir qədər enməsi aşkarlandığından hal-hazırki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Buna görə də Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli hər hansı növ məcburi tədbirin tətbiq edilməsinə zərurət yoxdur. Cinayət işinin 1-ci cild 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin 2-ci cild 36-80-ci vərəqələrində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)-5/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarda təşkilatsərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş 09 yanvar 2023-cü il tarixli, 1(099)-5/04-2022 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.4-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)-5/2022 saylı hökmü 20 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)-5/2022 saylı hökmündən qabaq törətdiyindən məhkəmə ona CM-nin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il qərarının 17ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)-5/2022 saylı hökmündən qabaq törətdiyindən onun əməli cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə cinayətlərin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işinin 1-ci cild 252-253-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov RPİnin İŞ-nin müstəntiqi, polis mayoru X12 2 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbirinin seçilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 03 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)- 5/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəlinin 03 dekabr 2021-ci il tarixdən hesablanması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut kimi tanınmış audio və vdeogoruntülərlə və “whatsapp” yazışmaları ilə olan DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın əsaslığını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs 23 noyabr 2022-ci il tarixli ərizə verərək, ona dəymiş mddi ziyan 235.000 manat olsa da, o, 113.000 (yüz on üç min) manatı Təqsirləndirilən şəxs tələb etdiyini bildirərək,həmin məbləğində pulun Təqsirləndirilən şəxs tutulmasını və məhkəmə iclasında verdiyi mülki iddiasını müdafiə edərək, mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, verilmiş mülki iddia təmin olunmalı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 113.000 (yüz on üç min) manat Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işinin 1-ci cild 171-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 11 may 2022-ci il tarixli, 016-56450-1222 saylı məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə Təqsirləndirilən şəxs adında xx.xx.2010-cu il tarixdən “Kia Sportage” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Cinayət işinin 1-ci cild 173-cü vərəqəsində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsindən daxil olmuş 07 iyun 2022-ci il tarixli, **********85 nömrəli məktubdan görünür ki, arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)-5/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarda təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarda təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə cəza çəkməsi və hazırda həbsdə olması nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 dekabrl 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış audio və vdeogoruntülərlə və “whatsapp” yazışmaları ilə olan DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin və ona dəymiş maddi ziyan 113.000 (yüz on üç min) manat Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-358/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-358/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver