Məhkəmə qərarları › İş №1(101)-358/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-358/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-358/2024 15.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 5 sentyabr 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1, mənzil 35-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Amil» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun ona məxsus "xxxx" ASC-nin 4098 5844 6006 9980 nömrəli bank kart hesabına 2022-ci ilin sonuncu aylarında 1000 manat pul köçürməsi müqabilində lazım olan ünvanlara çatdırmaq məqsədi ilə əvvəlcədən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun «Whatsapp» ani mesajlaşma proqramı vasitəsilə göndərilmiş foto şəkilə uyğun Sabunçu rayonu ərazisində müvafiq yerə qoyulmuş külli miqdarda ümumi təmiz çəkisi 131,563 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 160,0 qram qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 445 qram psixotrop maddə metamfetamini, narkotik vasitə heroin, psixotrop maddəni qramlara bölüşdürülməsi üçün nəzərdə tutulmuş 1 ədəd elektron tərəzini götürüb onlardan böyük hissəsini yaşadığı evdə saxlamış, qalan hissəsini isə üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 8 fevral 2023-cü il tarixdə saat 19:15də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2an Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada saat 21:00-dən saat 21:13-dək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 13,950 qram olan qəhvəyi rəngli toz şəkili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin gün saat 22:20-dən saat 22:36-dək Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman isə mənzilin dəhlizindəki taxta konstruksiyalı dolabda gizlətdiyi sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 117,613 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış xarici əlamətləri və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 445 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 160,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, dostuna məxsus «Hyundai Elantra» markalı avtomobili günü 25 manata icarəyə götürüb fərdi qaydada «Uber» şirkətində taksi fəaliyyəti ilə məşğul olub ailəsinin dolanışığını təmin etmişdir. ***- ***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmiş, 29 iyul 2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Marixuananı tanımadığı İran İslam Respublikası vətəndaşı Amil adlı şəxsdən almışdır. Sonuncu narkotik vasitənin gizlədildiyi yeri ona demiş, o da gedib həmin yerdən narkotiki götürmüşdür. Hər dəfə ondan təxminən 5-10 qram narkotik almış, onu 10-15 gün istifadə etmişdir. 8 fevral 2023-cü il tarixdə axşam saatlarında qızını bağçadan götürüb evə qayıdarkən Xətai rayonu Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində BNMİ-nin 3-4 nəfər əməkdaşı onu saxlayıb idarəyə aparmışlar. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Əməliyyatçılardan birinin adının Anar, digərinin isə Emil olduğu ona sonradan məlum olmuşdur. Digərlərinin adını bilmir. İdarədə ona müəyyən sənədləri imzalamaq təklif edilmiş, razılaşmayacağı halda külli miqdarda narkotik vasitə saxlamağa görə cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilmişdir. Qorxu altında sonuncuların təklifi ilə razılaşıb, təqdim edilən sənədlərə imza etmişdir. Polis əməkdaşlarına heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını demişdir. Bundan sonra polislər onun üzərinə narkotik vasitə qoyub, şəxsi axtarış zamanı çıxardıb təqdim etməsini tələb etmişlər. Etiraz etdikdə ona fiziki təzyiq göstərilmiş, ayağına və sinəsinə zərbələr vurulmuş və bədənində göyərtilər yaranmışdır. Onu evinə də narkotik vasitə qoyacaqları ilə hədələmişlər. Bundan sonra polislərin dediklərini etməyə məcbur olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. 8 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq Xətai rayonu ərazisində külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 19:15 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında saxlanılmış və idarəyə aparılmışdır. İdarədə təhqiqatçı X3 Babayevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etmiş və vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd «4098 5844 6006 9980» nömrəli plastik bank kartı, 1 (bir) ədəd açar, 1 (bir) ədəd içərisində ***-***-**-** nömrəsi olan «Samsung A6» markalı mobil telefon, 10 (on) manat pul aşkar olunmuşdur. Aşkar olunmuş heroinə bənzər maddə ağ rəngli kağız zərlə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd «Samsung A6» markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı və 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi götürülmüşdür. 1 (bir) ədəd açar və 10 (on) manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Amil» adlı şəxsdən Bakı şəhəri Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən bir ay əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini və bunun müqabilində ona 1000 manat pulu üzərindən aşkar olunmuş plastik karta köçürəcəyini vəd verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin qalan hissəsinin kirayə yaşadığı ünvan 5 ünvanda narkotik maddə olduğunu demiş, həmin mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki həmin ünvana getmişlər. Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin dəhlizindəki taxta konstruksiyalı dolabdan 1 (bir) ədəd rəngbərəng selofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torba açıldıqda 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroin, 1 (bir) ədəd ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin və 1 (bir) ədəd açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuananı təqdim etmişdir. Sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi zərfə qoyularaqa qablaşdırılılmış, zərfin üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Amil» adlı şəxsdən Bakı şəhəri Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 1 (bir) ay bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 1000 (min) manat pulu üzərindən aşkar olunmuş plastik karta köçürüldüyünü, narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı «Amil» adlı şəxsin ona «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyi məkanlara çatdıracağını qeyd etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmiş, sonuncu üzərinə axtarış və mənzilə baxış zamanı narkotik vasitə və psixotrp maddələri özü sərbəst çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verdi. İşin 33-34-cü vərəqlərindəki 8 fevral 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşin 33-34-cü vərəqlərindəki 8 fevral 2023-cü il tarixli «mənzilə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 3 saylı mənzilə keçirilmiş baxış zamanı sonuncu yaşadığı mənzilin dəhlizindəki taxta konstruksiyalı dolabda gizlətdiyi sellofan torbanın içərisindən bir ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər toz şəkilli maddə, bir ədəd bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddə, üzəri skoçla bağlanmış polietilen bağlamada 1 ədəd üzəri skoçla bağlanmış sellofan bükülüdə bitki mənşəli kütlə, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin 45-50-ci vərəqlərindəki materialların məhkəmə ekspertizasının 9 fevral 2023-cü il tarixli 6/775 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 7» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazıları olan bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 13,950 qram olan qəhvəyi rəngli toz şəkilli madə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 7» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...» yazıları olan bir ədəd polietilen bükümdə bir ədəd bükümdəki təmiz çəkisi - 117,613 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Bir ədəd bükümdə təmiz çəkisi 445 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində heronin və metamfetaminin izləri vardır. İz şəkilində olduğu üçün heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 131,563 qram olan heroinlər xarici əlamətləri və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. 28 iyun 2005-ci və 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahisına daxildirlər. İşin 51-54-cü vərəqlərindəki məhkəmə bioloji ekspertizasının 9 fevral 2023-cü il tarixli 7/191 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd üzəri skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi 160,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Aparılmış tədqiqatlardan sonra narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 159,98 qram qalmışdır. İşin 127-128-ci vərəqlərindəki məcburi-narkoloji tibbi yoxlamanın 21 fevral 2023-cü il tarixli 1004 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 136-170-ci vərəqlərindəki sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-nin **********069980 nömrəli bank kart hesabı ilə aparılmış əməliyyatları özündə əks etdirən "xxxx" ASC-dən götürülmüş bir ədəd CD diskdəki məlumatlara baxış zamanı 1 oktyabr 2022-ci il tarixdən 10 fevral 2023-cü il tarixədək müxtəlif əməliyyatların aparıldığı müəyyən edilmişdir. İşin 173-187-ci vərəqlərindəki diskə baxış keçirilməsi haqqında 27 aprel 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskdəki Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin 20 sentyabr 2022-ci il tarixdən 9 fevral 2023-cü il tarixədək olan müddətdə əhatə dairəsinə dair məlumatlar, daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlara keçirilmiş baxış zamanı həmin nömrəyə «Yetim senin bawva dinum qaqa meni gecikdirme mawinda qalim yiyesiz trasin ortasinda. dawda gotur yaddan cixmasin. Ay yetim o 3 qram qaldi heleki diyiller qalsin. ozum gellem qaqa menim amanatlarımi hazir ele sencani Qaqa cixmamisansa qaqa daw yarda elave gotur mene xeber ele. yetim mene 1 kola yar i daw mene. yarida daw elave isdiyen var mene xeber ele Qaqa 70 manat vurdum sen gelene 40 manatda uwaqlarda var xeber gozduyuller he denen onuda vurdurum karta gelirsen ya yox qaqa yol getmeliyem men Ay yetim bawva donum innan daniw qaqa iwe getmeliyem getmemiwem onu gozduyurem. o kimnen gelmiwdise yaniva ona zeng ele qardawimsan denen atsinlar bir yere men gotrum itin balasidi uje bawim xarab olur ozum de agriyiram sikecem onu. o camahati agrida qoymağ nedemeydi daniw onunla mene xeber ele gizduyurem Yeke yolu yar Hadim uje yetim sencani ceksini duz ele.bir de imkan olsa bqlaca daw qoy yanina uzagi 10 deq ordayam Ay yeke bawva donerem yaddan cixmasin sencani dawi at bir yere konum da at Ay dede set kesildi qaqa inwAUAh uzagi 1 saata binavuzun qabagindayam. yeke yar i daw bir de salafanlari 50 manat vurulub 50 de mennde bawva donerem dawi yaxwi Qaqa daw düzdü .kola 18.96 geldıe .20oyana 19.yarimda gelmedie Ay yeke minmiwem qobustani keçdim uje mindiyim mawin ogun ki kimi ehmedliye qeder gelir ehmedlidende hezi aslanova surdurecem inwAUAh evde ol 45 deq ordayam Yeke 10 15 deq catram qaqa orda aparat harda var men pullu karta vurana kimi sennde onu hazir ele gotur duwde qardawimsan.yetim salafanda verersen de sencani Yeke pull para topalamiwam men 10 15 deq cixram evden yetim goruwe bileceyik biz qaqa yoxsa men bawmin caresine baxim? hecneyim yoxdu dede 140 manat pull duzelib Yeke taksideyem uje bawva donerem salafanlar da gotur 2.5 toz yarida daw ele qardawimsan ceksi duz olsun. 8 manat ora gelib qaytmagdi gozdetdirnıe meni sencani Ay yerim neqeder iwun var senin pullu karta vurum i 3 gelim yetim? Yetim mindim qaqa 15 deq ordayam sencani duzelt olar i cekilerinide duz ele cemi oqeder pulldan 22 manat menimdi qalanini onndan bundan almiwam.aparib payliyacam Ay qaqa salam necesen?senin bu adbov vermeyin olmayada.qaqa inwAUAh saat 12nin yarısi ya di goruwe bileriy?mene he yox diyersen 100 manat olacaq pull Ay de de sen cani mene az zardan çordan bir soz de yenede cahamatdan pullar i yigmiwam ozumunde bidene d3 cetim yoxdu lokbatana catram sennden xeber gozduyurem Ay dede 80 manat pull duzelir 1.5 torpağ 05 de daw elede qardawimsan.o 25 manat atan peyserler atmadılar dediler iwmiz duzelib.gellem qaqa sifariw taksisiynen yeke bawva donerem imkan varsa bir cekimlik varsa otda atda yanina olarin qardawimsan. 15 deq ordayam sen cani gecikdirme zakasnan gellem Yetim imkan varsa olar i artig ele eletde usderinnen verib pull at im. qaqa samalyotnan gellem sencani olar i hazir ele 6 7 deq catram.buda diyir telesirem A y yetim dawi 1 ele qardawimsan diyirem kartiva pullu vurullar Ay dede 15 manatda vurdum karta sencani dawi 1 ele Ay yetim niye bele eledun men camata ne verecem ozum ne eliyecem qaqa 1 kola demiwdin hec yar i da yoxdu.dawda ki elgunun 20 manatna bunnan cox daw vermiwdun Ay dede salam, qaqa 100 manat var karta vurum gelim deyimde sencani sene 3 4 gunndu olurem ikmizin cani Ok dede evden cixdim sokara gedim pullu vurum gellem 20 manatdig daw 70 80 manatlig torpağ cixdim evden Çörək yeyirəm kartını at düşüm pulu vurum sene ogul Qağa nese vərde menccin ona bağlama ele pulun de özüne hamsinnan ot Qağa nese vərde menccin ona bağlama ele pulun de özüne hamsinnan ot Ay dede 5 deq catram 85 kartunda di yetim 20de 5 deq gelir kartiva dede 105 manat yari dunen ki dawdan ver qaqa bawva donerem qalaninda torpağ ele Baba 6 7 deq catiram qardawimsan hazirla taksi tuda abratni qaytaracaq dala meni, dede sencani wamli daw olmasin.kolanida 1 2i cet artig ele qardawimsan Ay baba Salam necəsən?qaqa saat 11 12 min yarısı yanıma gəlməyə isd iyir em gelim ya yox he yox döyərsən mene qardaşımdan 120 manat var 1 saata eletdeyem.öOi ayran balansına yarı daslde toz eliyersen AydedelOOmanat vur acam balansa indi 1 das 1.5de toz ele qardasimsan mene birxeberet de mene torpağ gönder de qardasimsan Cavanşir gelse əyər 5m da onv 1 toz yarı yarı da daw gönder birazdan yola cixim pullu vuracamkar 1 toz yarı yarı da daw gönder birazdan yola cixim pullu vuracamkar 2 də toz elədə qardawimsan Opee 135 pull verəcəm sene.qaqa bawva dönərəm imkan varsa torpağı 1 den 2 den artig qoyda elete çatıb karta vur aram, sen cani dawyaxi Baba salam necesen.qaqa dunenki borcunu da atim əlavə 70 m da vurum axsam saat llrd e evde olasan gəlib deyərəm sene gedən yoxdan diyers ola 2daw ele qardawimsan sabah qalan pullunda atacam kartiva A y dede borcdan əlavə 70manat olacaq məndəki 20mini verəndə, dede 4k Ay qaqa minmisem maşına gellem 1,5 daş 3 də toz elədə qardasimsan A y baba 200manat pull var bidene yığ mene Ay yetim dawi da 17di bir ele 1.3 1.4 imkanvarsa ele bir de ele eleki 17 di olan salafannan 2 olsun hec olmasa Ay baba basva donerem ac bir kelme dede salamatciliqdi? Kartiva borcu atmisam kartiva qaliq 100 manatida vurum he yox dede qardasimsan A y baba sene niye zəng çatmır? Qaqa 180 m vurdum 1.5 daw 4 də toz» kimi narkotik maddələrin satışını və qanunsuz dövriyyəsini həyata keçirməsi ilə əlaqədar sms-lərin daxil olduğu müəyyən edilmişdir. İşin 110-119-cu vərəqindəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə və hökmün surətindən görünür ki, Babayev X1 rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və ona CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin məhkəmənin 14 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş cəzanın çəkilməmiş hissəsi bir il azaldılmış, 29 iyul 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşin 192-203-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə ilkin təmiz çəkisi 131,563 (tədqiqatdan sonra qalan 131,363) qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə ilkin təmiz çəkisi 445 (tədqiqatdan sonra qalan 444,9) qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 160,0 (tədqiqatdan sonra qalan 159,98) qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, "xxxx" MMCdən götürülmüş bir ədəd CD disk, "xxxx" ASC-dən götürülmüş bir ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd DVD disk və onun yaşadığı mənzilə baxış və götürmə keçirilməsinin görüntüsü olan bir ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə, psixotrop maddə və bir ədəd elektron tərəzi saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, disklər isə cinayət işinə əlavə edilmişdir. «Azemis» Elektron Məhkəmə İnformasiya Ehtiyatlarından əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21 yanvar 2021-ci il təvəllüdlü Zəhra Babayeva və xx.xx.2023-cü il təvəllüdlü Nail Babayev adlı iki azyaşlı uşağı vardır. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə təcridxanaya yerləşdirilmiş və müayinə zamanı onun bədənində xəsarət aşkar edilməmişdir. İşin 24-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Dövlət ittihamçısı çıxışı zamanı təsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə tövsif edilmiş «internet informasiya ehtiyatlarından istifadə etməklə» bəndinin onun ittihamından çıxarılmasını xahiş etmişdir. Məhkəmə bununla əlaqədar aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4cü maddələri ilə verilmiş ittihama görə o, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin internet informasiya ehtiyatlarından istifadə etməklə satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Amil» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi təmiz çəkisi 131,563 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 160,0 qram qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 445 qram psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsinin dispozisiyasını CM-nin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi təşkil edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan görünür ki, o, cinayətin törədilməsi zamanı informasiya-telekommunikasiya şəbəkəsi olan onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun «Whatsapp» ani mesajlaşma proqramından yuxarıda qeyd edilmiş miqdarda narkotik vasitə və psixotrop maddələrin Sabunçu rayonu ərazisində qoyulduğu yerin foto şəkilini əldə etmək üçün istifadə etmişdir. Hazırki iş üzrə informasiyatelekommunikasiya şəbəkəsi olan «Whatsapp» ani mesajlaşma proqramı Təqsirləndirilən şəxs ilə şəxsiyyəti istintaqa məlum olmayan «Amil» adlı şəxs arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilmişdir. Qeyd edilən fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapsa da, ibtidai istintaq orqanı tərəfindən həmin fakta düzgün hüquqi qiymət verilməmiş, bununla da təqsirləndirilən şəxsə əsassız olaraq CM-nin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə tövsif edilmiş «internet informasiya ehtiyatlarından istifadə etməklə» bəndi onun ittihamından çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulduğunu, sonuncuların fiziki və psixi təzyiqi altında şəxsi axtarış zamanı üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsus olmasını bildirdiyi barədə ifadə vermişdir. Onun bu hissədə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 8 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə ilkin təmiz çəkisi 131,563 (tədqiqatdan sonra qalan 131,363) qram narkotik vasitə heroin, bir ədəd bükümdə ilkin təmiz çəkisi 445 (tədqiqatdan sonra qalan 444,9) qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 160,0 (tədqiqatdan sonra qalan 159,98) qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk, "xxxx" ASC-dən götürülmüş bir ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd DVD disk və onun yaşadığı mənzilə baxış və götürmə keçirilməsinin görüntüləri olan bir ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 164 (yüz altmış dörd) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 150 (yüz əlli) manat onun işlədiyi «A.İ.M» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 8 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə ilkin təmiz çəkisi 131,563 (tədqiqatdan sonra qalan 131,363) qram narkotik vasitə heroin, bir ədəd bükümdə ilkin təmiz çəkisi 445 (tədqiqatdan sonra qalan 444,9) qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 160,0 (tədqiqatdan sonra qalan 159,98) qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk, "xxxx" ASC-dən götürülmüş bir ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd DVD disk və onun yaşadığı mənzilə baxış və götürmə keçirilməsinin görüntüləri olan bir ədəd DVD disk isə cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 164 (yüz altmış dörd) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 150 (yüz əlli) manat onun işlədiyi «A.İ.M» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar