Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-358/2025 11.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X8 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 7 yanvar 1982-ci ildə Ermənistan Respublikası Sisiyan (Qarakilsə) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 4 (dörd) azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Şahbuzkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 iyun 2025-ci il tarixdə, saat 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 782,72 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananın külli miqdarda təmiz çəkisi 764,40 qram olan hissəsini yaşadığı ünvan 1 ünvanda saxlayaraq gizlətmiş, qalan hissəsi təmiz çəkisi 18,320 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə üzərində saxlayaraq ünvan 2 ünvanına qədər daşımış, onun satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə edib saxlaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (bundan sonra mətndə-BNMİ) daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 fevral 2024-cü il tarixdə, saat 18:45-də qeyd edilən ünvanda saxlanılaraq ünvan 3a yerləşən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə (bundan sonra mətndə-Sabunçu RPİ-nin 13-cü PŞ) gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçəsinin sağ yan cibindən 1(bir) ədəd bükümdə təmiz çəkisi 18,320 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, tədbirlərin davamı olaraq 15 fevral 2024-cü il tarixdə, saat 20:30 radələrində yaşadığı ünvan 1 ünvanında baxış keçirilən zaman otaqdakı taxta konstruksiyalı dolabın içərisindən 14(on dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 575 qram, 110 qram, 6,73 qram, 6,67 qram, 6,70 qram, 6,50 qram, 5,75 qram, 7,56 qram, 6,98 qram, 6,54 qram, 6,95 qram, 6,0 qram, 6,40 qram və 6,62 qram olmaqla, ümumi təmiz çəkiləri 764,40 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuananın izləri olan 1(bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və tərəflərin dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 19 sentyabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında (hakimlər Səbinə Məmmədzadə (sədrlik edən), Əli Məmmədov və Azad Məcidovdan ibarət tərkibdə) ifadəsində göstərdi ki, o, qəssabxanalara heyvan kəsib vermək işi ilə məşğuldur. 15 fevral 2024-cü il tarixdə təxminən axşam saat 5-6 radələrində Məhəmmədi adlı şəxsdən aldığı heyvanı kəsdikdən sonra maşına qoyub qəssabxanaya aparmaq istəyərkən 5 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılarkən üzərində hər hansı qanunsuz predmet olmamışdır. Polis əməkdaşları onu saxlayaraq birbaşa dostunun mülkiyyətində olmaqla özünün etibarnamə olmadan idarə etdiyi “Opel Zafira” markalı maşına əyləşdirmişdir. O, oxumağı bacarmır, ibtidai istintaq dövründə heç bir sənədlə tanış edilməmiş, döyülməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror onun həbs edilməsi barədə verilmiş təqdimatın müdafiəsindən imtina etmişdir. O, ibtidai istintaq ərzində hər hansı hüquq-mühafizə orqanına və ya digər şəxsə şikayət etməmiş, yalnız müstəntiqə döyülməsi barədə məlumat vermiş, məhkəmə-tibbi ekspertizası keçirilmiş, lakin həmin ekspertiza barədə ona məlumat verilməmiş və nəticəsinə dair rəylə tanış edilməmişdir. Onun tutulduğu ərazidən polis şöbəsinə qədər olan məsafə təxminən 500 metrdir. Polis əməkdaşları narkotik vasitəni onun cibinə qoyub videoçəkiliş zamanı çıxarıb təqdim etməsini tapşıraraq dediklərini etməyəcəyi halda onu silahla da şərləyəcəklərini bildirmiş, videoçəkilişdən sonra silahı ondan götürmüşlər. O, ibtidai istintaq zamanı verdiyi ifadələrini təzyiq altında vermişdir. Müstəntiqə ifadə verərkən həqiqəti deməsi üçün heç bir maneə olmamışdır. O, “Dayı” ləqəbli şəxsi tanımır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən məhəllə camaatı onları görmüş, polislərlə maşında yarım saat gəzmiş, həmin müddət ərzində Bakıxanov ərazisində də olmuşlar. Polis əməkdaşları evinə ilk dəfə baxış keçirmək üçün gedərkən sonuncuların evə daxil olub çıxmaları təxminən 15-20 dəqiqə çəkmiş, həmin vaxt onların əlində hər hansı predmetin olub-olmadığını bilmir. O, polislərin silahı nə səbəbə sənədləşdirmədiklərini bilmir. O, narkotik vasitələrdən çox istifadə etməsə də, arabir dost tanışları ilə birlikdə məhəllədə olarkən narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, lakin pul verib narkotik vasitə almamışdır. Onun BNMİ-də tanıdığı polis əməkdaşı olmuş, 4-5 il əvvəl həmin polis əməkdaşı ilə arasında şəxsi qərəzli münasibəti olmuşdur. Onun polis əməkdaşları tərəfindən saxlanıldığı yerdə yerləşən aptekin kamerası olmuş, sonuncular 3-4 gün sonra ona həmin kameranın qeydə aldığı videogörüntüləri sildiklərini bildirmişlər.
3. Məhkəmə tərkibinin dəyişməsi ilə əlaqədar məhkəmə iclası əvvəldən başlanıldıqdan sonra 24 dekabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında (hakimlər Səbinə Məmmədzadə (sədrlik edən), Roman Ələkbəli və Azad Məcidovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 19 sentyabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdi.
4. Məhkəmə tərkibinin yenidən formalaşdırılması ilə əlaqədar məhkəmə iclası əvvəldən başlanıldıqdan sonra 14 may 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona təkrarən elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək əvvəlki məhkəmə baxışı üzrə məhkəmə iclaslarında verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək suallara cavab olaraq əlavə olaraq göstərdi ki, o heç kimə narkotik vasitə satmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitə olmamış, ondan aşkar edilməsi iddia olunan həmin narkotik vasitəni üzərinə polis şöbəsinə gedərkən polis əməkdaşı Şahid1 qoymuşdur. Sabunçu RPİ-nin 13-cü PŞ-də onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən polis əməkdaşları əvvəlcədən onun evində olmuş, daha sonra onunla birlikdə evə baxış keçirməyə getmişlər. Şahid1la aralarında əvvəllər hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. Ona ya silahı, ya da narkotik vasitəni boynuna götürməsi təklif edilmişdir. O, əvvəllər narkotik vasitə istifadə etmişdir. Onun yaşadığı evdə özündən başqa yeni tanış olduğu Samirə adlı qadın da yaşamış, lakin sonuncunun hazırda harada yaşamasını və ya daimi yaşayış yerini bilmir. Onun ailəsi Naxçıvan Muxtar Respublikasında yaşayır. O, ət verdiyi qəssabxananın dəqiq ünvanını bilmir. Lakin həmin qəssabxana ilə yaşadığı ev arasında 2 dəqiqəlik məsafə vardır. Mobil telefonları ibtidai istintaq orqanı tərəfindən ona 1 ay sonra geri qaytarılmışdır. İşlə tanış olmasına dair protokolda olan əlyazma ilə edilmiş qeydləri müstəntiqin dediklərinə əsasən şəxsən yazmışdır. Onun sürücülük vəsiqəsi və sürücülük hüququ vardır. Xaçmaz rayonuna heç vaxt avtomobillə getməmişdir. Hadisə zamanı dostunun “Opel” markalı avtomobilində saxlanılmışdır. O, Tural adlı şəxsi tanımır.
5. Davam edən məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı (Müdafiəçi2 yazılı vəsatətlər hazırlamaq üçün ona vaxt verilməsini xahiş etməsi ilə əlaqədar təxirə salınmış məhkəmə baxışı üzrə məhkəmə iclasından sonra) müdafiəçinin vəsatətinə əsasən əlavə olaraq dindirilən Təqsirləndirilən şəxs 21 may 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında göstərdi ki, ondan və yaşadığı evdən aşkar edilməsi iddia olunan narkotik vasitə tanışı Şahid3 məxsus olmuş, o da sonuncunun avtomobilində tutulmuşdur. Belə ki, hadisə günü Şahid3 avtomobilini ona vermiş, o da həmin avtomobillə heyvan alıb gətirmiş, heyvanı kəsdirdikdən sonra qəssəbxanaya təhvil verməyə gedərkən tutulmuşdur. Hazırda ifadəsində qeyd etdiyi xüsusatları indi deməsinə səbəb Şahid3 atasının ona təzyiq göstərərək oğlunun adını çəkməməsinə dair hədələməsi olmuş, sonuncudan qorxduğu üçün hazırkı dövrədək bu məsələ barədə məhkəmədə bildirməmişdir. Belə ki, o, Şahid3la dost olmuş, sonuncu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar saxlanılaraq həbs olunmuşdur. Müqavilə üzrə müdafiəçisi Müdafiəçi2 də bu barədə bugün məlumat vermişdir. Novruzun atası onun barəsində 102 məlumat mərkəzinə şikayət etmiş, o da izahat vermişdir. Novruzun tutulmasına baxmayaraq atası onu yenə də hədələmiş, o da Novruzun atasına “oğlun gəlib hadisələr necə olubsa, danışsın” demişdir. Novruz ona narkotik vasitə satmamışdır. Evindən aşkar edilmiş narkotik vasitələr Novruza aid olmuş, həmin narkotik vasitələri evinə sonuncu qoymuşdur. O, içərisində narkotik vasitə olan paketin paltar olduğunu düşünmüşdür. Belə ki, Novruz hadisə günü Nabrandan gəlmiş, Novruzun evi də Sabunçu rayonunda olmuş, həmin gün ad gününə getməyi planlaşdırmışlar. Novruz həmin vaxt təxminən saat 16-17 radələrində onun evinə paltarlarını qoyduqdan sonra birgə aşağı düşmüşlər. Bundan sonra Məhəmmədidən heyvanı götürüb Novruz ad gününə getmiş, o isə Samirəni gedəcəyi yerə aparmış, heyvanı götürüb qəssabxanaya gətirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. O, polislərə narkotik vasitənin ona aid olmadığını demiş, lakin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora narkotik vasitənin Novruza aid olduğunu deməmişdir. Sonradan o, narkotik vasitənin Novruza aid olması barədə prokurorluq orqanına məlumat vermiş, orada ona həmin məsələ barəsində araşdırma aparılacağı bildirilmişdir. Bildiyinə görə hazırkı işlə bağlı Novruz heç bir səlahiyyətli orqan tərəfindən çağırılıb dindirilməmişdir. Novruzla atası işlərini həll etdikdən sonra ona da köməklik edəcəklərini bildirmiş, o da sonunculara məhkəmə iclasında hər şeyi danışacağını demiş, bu səbəbdən Novruzun atası 102 məlumat mərkəzinə zəng edib onun barəsində şikayət etmiş, o da Sabunçu RPİ-nin müstəntiqi tərəfindən çağırılmaqla izahatı alınmışdır. Novruz və atası onun guya birincinin işi ilə bağlı müstəntiqə pul verməsi ilə şərləmiş, lakin aparılmış araşdırma nəticəsində həmin məsələ öz təsdiqini tapmamışdır. O, Novruzu hadisədən 4-5 ay əvvəl tanımışdır. Hadisə günü Novruzun əlində sarı rəngli sellofan paket olmuş, sonuncu evə gedib dincələcəyini, habelə paltarlarını evə qoyacağını bildirmişdir. Həmin vaxt evdə olan, lakin anket məlumatlarını bilmədiyi Samirə adlı qadın da Novruzun evə girib paltarlarını dəyişdiyini görmüşdür. O, Samirə adlı qadınla təxminən bir il yarımdır danışmır. O, axşam Novruzu götürərkən Samirəni də götürmüşdür. Novruzu doğum günü olan yerə aparmış, daha sonra qayıdıb heyvanı qəssabxanaya vermiş və tutulmuşdur. O, Novruzla birlikdə marixuana istifadə etmişdir. O, barəsində olan cinayət işi ilə bağlı Novruza dedikdə sonuncu öz işini həll etdikdən sonra ona da kömək edəcəyini bildirmişdir. O, müstəntiqin yanında üç dəfə olmuş, iş məhkəməyə göndərilməmişdən təxminən 15-30 gün əvvəl də onun yanına getmiş, cinayət işi materialları ilə tanış etmə protokolu ilə eyni tarixdə o, Naxçıvanda olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ailəli olmasını lakin nikahını qeydə aldırmadığını, himayəsində dörd azyaşlı uşağının olduğunu, ailədə ondan başqa qazanc gətirən şəxs olmadığını, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini və hər hansı cinayət əməli törətmədiyini bildirərək məhkəmədən barəsində bəraət hökmü qəbul edilməsini xahiş etdi.
6. Təqsirləndirilən şəxs uzun müddət ərzində davam edən məhkəmə icraatı zamanı verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Şahbuzkənd kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanda kirayədə yaşayır. O, qurudulmuş marixuanadan istifadə edir, lakin heç vaxt satışı ilə məşğul olmamışdır. Çörək pulunu qəssablıqla qazanır, gün ərzində 2-3 qoyun kəsdirərək tanış restoranlara paylayır, gün ərzində ona 40-50 manat qazanc qalır, tək yaşadığından həmin pul onun kirayə puluna və yeməyinə çatır. 2023-cü ilin yayında, əslən Xaçmaz rayonundan olan hazırda Rusiya Federasiyasında yaşayan yalnız adının Tural olduğunu bildiyi, Rusiya Federasiyasına köçdükdən sonra Azərbaycan nömrəsini işlətmədiyindən nömrəsini özü də telefonunun yaddaşından sildiyi tanışının Xaçmaz rayonunda qonağı olarkən marixuana çəkmək istəmişlər. Turalın sifarişi ilə yeyib içdikləri kafeyə “Dayı” ləqəbli dostu marixuana gətirmiş, həmin vaxt Tural onu “Dayı” ləqəbli şəxslə tanış etmişdir. Dayı ləqəbli şəxs təxminən 70 yaşlı, orta boylu, qarayanız, kök, saçının qarşısı tüksüz olan şəxs olmuş, Azərbaycan dilində sərbəst danışırmış. Tural ona bildirmişdir ki, “Dayı” ləqəbli şəxsdə bazar qiymətindən qat-qat ucuz qiymətə keyfiyyətli marixuana olur, həmin marixuana Xaçmaz və Bakı şəhərlərində 3 qat baha satılır, istənilən vaxt “Dayıdan” marixuana ala bilər. Tural özü də “Dayı” ləqəbli şəxsə tapşırmışdır ki, nə vaxt marixuana istəsə canlabaşla təşkil etsin, olmasa belə yox deməsin, onu boş qaytarmasın, Turala inandığı qədər ona da inansın. O, “Dayı” ləqəbli şəxsin Rusiya Federasiyasına aid nömrəsini götürmüş, düşünmüşdür ki, marixuana lazım olarsa “Dayı” ləqəbli şəxsə müraciət edər. 2023-cü ilin payızından Bakı şəhərində marixuana tapmaq mümkün olmadığından və qiymətləri bahalaşdığından şəxsi istifadəsi üçün ucuz qiymətə 3-5 aylıq ehtiyat marixuana alması üçün 2 fevral 2024-cü il tarixdə “WhatsApp” proqramı vasitəsi ilə “Dayı” ləqəbli şəxsə zəng vuraraq hal-əhval tutmuş, özünün istifadəsi üçün marixuananın topdan satış qiyməti barədə maraqlanmış, “Dayı” ləqəbli şəxs bildirmişdir ki, 1 kiloqramını 2000 manata təşkil edə bilər. O, demişdir ki, hazırda işsizdir, özünün istifadəsi üçün ona aşağı qiymətə versin. Telefonda alver etdikdən sonra “Dayı” ləqəbli şəxs bildirmişdir ki, əgər özü gəlib Xaçmaz rayonu ərazisindən götürərsə marixuananın 1 kiloqramını 800 manata verə bilər. O, Bakı şəhərində çox da keyfiyyətli olmayan marixuananın 5 qramını 60-70 manata çətinliklə tapdığını düşünərək “Dayı” ləqəbli şəxslə razılaşmış və maksimum 1000 manat pul düzəldə biləcəyindən 200 manat yol pulunu nəzərə alıb 800 manatlıq, yəni 1 kiloqram marixuana istəmişdir. “Dayı” ləqəbli şəxs bildirmişdir ki, Xaçmaz rayonuna gəlməmişdən əvvəl ona məlumat versin. 03 fevral 2024-cü il tarixdə, saat 12 radələrində “Dayı” ləqəbli şəxsə məlumat vermişdir ki, 04 fevral 2024-cü il tarixə keçən gecə Xaçmaz rayonuna gəlib marixuananı götürüb qayıdacaq. “Dayı” ləqəbli şəxs bildirmişdir ki, Bakı şəhərindən çıxanda ona zəng vursun. 03 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Babək prospektində yerləşən “rentakardan” 1 günü 120 manata “Hyundai Elantra” markalı, nömrəsini xatırlamadığı avtomobil götürmüş, 04 fevral 2024-cü il tarixdə, saat 03:30 radələrində “Dayı” ləqəbli şəxsə “WhatsApp” proqramı vasitəsi ilə zəng vuraraq bildirmişdir ki, Bakı şəhərindən çıxır. “Dayı” ləqəbli şəxs bildirmişdir ki, marixuana hazırdır, Xaçmaz şəhərinə girərkən ona zəng vursun. 04 fevral 2024-cü il tarixdə, saat 05 radələrində Xaçmaz rayonunda olmuş, “Dayı” ləqəbli şəxsin dediyi Xudat qəsəbəsi istiqamətinə gedəndə 1-ci radarı keçdikdən 100 metr sonra yolun kənarında “Dayı” ləqəbli şəxsin dayandığını görmüşdür. O, avtomobili saxlayaraq “Dayı" ləqəbli şəxsə 800 manat vermiş, “Dayı” ləqəbli şəxs yoldan kənarda qoyduğu sarı rəngli sellofanı ona vermişdir. Diqqəti cəlb edə biləcəklərindən yolda çox dayanmamış, ləngimədən avtomobili geri döndərərək Bakı şəhərinə yola düşmüş, həmin tarixdə, saat 06:30 radələrində artıq Bakı şəhərində olmuşdur. Birbaşa kirayə yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsinə gəlmiş, marixuananı evə qoymuşdur. İz buraxmasın deyə “Dayı” ləqəbli şəxsin telefon nömrəsini və “WhatsApp” profilini telefonundan silmişdir. Növbəti gün 15 manata elektron tərəzi almışdır ki, marixuanadan istifadəsinin qədərini bilsin, marixuana aludəçisinə çevrilməsin. 15 fevral 2024-cü il tarixdə evdən çıxarkən istifadəsi üçün tərəzidə 18 qram marixuana çəkərək şəffaf sellofana yığıb gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 18:30 radələrində evdən çıxaraq piyada Bakıxanov qəsəbəsi X17 küçəsi 13 ünvanının yaxınlığında gedərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu avtomobillərinə mindirib Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasına aparmışlar. Yolda polis əməkdaşları onu təpik və yumruqları ilə vuraraq bildirmişlər ki, etiraf etsin ki, guya üzərində olan marixuananı satması üçün almışdır. O, polis əməkdaşlarının təzyiqlərinə dözə bilməyib yaşadığı mənzildə də marixuana olmasını etiraf etmiş və guya həmin marixuanaları satması üçün alması barədə sənədləşmə aparılmasına razılıq vermişdir. 13-cü PŞ-yə dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarışı zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdəki marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sağ yan cibindən içərisində ***-***-**-** nömrəsi olan “Nokia” markalı mobil telefonu, əynində olan həmin şalvarın sol yan cibindən 30 manat pulu, 1 ədəd üzərində 4169 7388 5805 8161 nömrəsi olan plastik bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi və kirayədə yaşadığı mənzilin 1 ədəd açarı, həmçinin şalvarının arxa sağ cibindən içərisində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefonu aşkar olunmuşdur. Üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar olunmuş büküm X12 tərəfindən açılarkən içərisində marixuana olması görünmüş, büküm skoçla bağlanmış, elektron tərəzidə çəkilmiş, çəkisi 21 qram olmuşdur. Aşkar olunmuş marixuana içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzərini o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. 1 ədəd “Nokia” və 1 ədəd “İphone" markalı mobil telefonları, 1 ədəd bank kartı və 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, kirayə qaldığı mənzilin 1 ədəd açarı və 30 manat pulu isə özünə geri qaytarılmışdır. Marixuananı satması üçün aldığını etiraf etməyəcəyi təqdirdə polis əməkdaşları tərəfindən təkrarən zorakılığa məruz qalmasından qorxaraq sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş marixuana özünə məxsusdur, 10 gün əvvəl tanımadığı şəxsin vasitəsi ilə Xaçmaz rayonu ərazisindən “Dayı” ləqəbli şəxsdən guya satması məqsədi ilə 800 manata almış, guya 5 qramını 40 manata satmış, həmin marixuanadan kirayə yaşadığı Sabunçu rayonu ərazisində yerləşən mənzildə də var, həmin mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Polis əməkdaşları demişlər ki, kirayə yaşadığı mənzildə hər bir halda axtarış aparılacaq, odur ki, satmaq məqsədi ilə mənzildə marixuana saxlamasını çəkiliş zamanı könüllü etiraf etsə məhkəmədə yüngülləşdirilən hal kimi qiymətləndiriləcək. Daha sonra vəkili Nizami Canıyevin suallarına cavab olaraq bildirmişdir ki, guya marixuananı satmaq məqsədi ilə əldə etmiş, guya onu yoldan çıxararaq demişlər ki, narkotik satışında yaxşı pul olduğundan marixuananı Xaçmaz rayonundan Bakı şəhərinə gətirmişdir. Həmçinin X12un əlavə suallarına cavab olaraq bildirmişdir ki, guya saxlanılarkən və Sabunçu RPİ-nin 13-cü PŞ-də olan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır. Daha sonra onun şəxsi axtarışı barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o və digər iştirakçılar protokolu imzaları ilə təsdiqləmişlər. Bundan sonra, saat 20:30 radələrində polis əməkdaşları ilə birgə kirayə yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi, ev 26, mənzil 14 ünvanına gəlmişlər. X12 tərəfindən ona təklif olunmuşdur ki, marixuananı saxladığı yeri göstərsin. O, qonaq otağının içərisindən digər otağa yataq otağına keçib, həmin otağın sağ künc hissəsində olan taxta rəfin yuxarıdan aşağı 2-ci siyirtməsindən Xaçmaz rayonundan aldığı içərisində marixuana olan bir ədəd sarı sellofanı götürərək polis əməkdaşlarına təqdim etmişdir. Sarı sellofan qonaq otağına aparılaraq masanın üzərinə qoyulmuş, X12 tərəfindən büküm açılarkən içərisindən 1 ədəd ağ rəngli elektron tərəzi, 1 ədəd qara rəngli, 2 ədəd isə şəffaf rəngli, cəmi 3 ədəd sellofan aşkar olunmuşdur. 1 ədəd qara və 1 ədəd şəffaf rəngli sellofanlar açılarkən içərilərində marixuana olması görünmüşdür. Digər 3-cü şəffaf sellofan açılarkən isə içərisindən kiçik ölçülü şəffaf sellofanlarda olan 12 ədəd bükümlər aşkar edilmişdir. 3 ədəd sellofan bükümlər əvvəlki vəziyyətlərində skoçla bağlanılmış və sarı sellofana yığılaraq elektron tərəzidə çəkilərkən çəkisi 855 qram olması bilinmişdir. Sarı sellofana elektron tərəzi də əlavə edilərək 3 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzi sarı rəngli sellofanda qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı bir daha bildirmişdir ki, üzərindən və evdən aşkar edilmiş bükümləri Xaçmaz-Xudat tərəfə qonaq gedən zaman tanış olduğu, anket məlumatlarını bilmədiyi vasitəçi vasitəsi ilə, yəni Tural vasitəsi ilə tanış olduğu “Dayı” ləqəbli şəxsdən guya satmaq məqsədi ilə 10 gün əvvəl 800 manata almışdır. Daha sonra polis əməkdaşlarının ona əvvəlcədən əzbərlətdikləri sözləri təkrarlayaraq demişdir ki, marixuananı ona satan şəxs bildirmişdir ki, marixuana satışında qəşəng pul var, işləmədiyindən sataraq 5-10 manat çörək pulu qazansın, odur ki, “Dayı” ləqəbli şəxsin 5 qram, 5 qram hazırlayaraq sellofana qoyduğu marixuananı Bakı şəhərinə gətirmişdir ki, 5 qramını 40 manata satsın, aşkar olunanlardan başqa digər yerdə marixuanası yoxdur. Vəkili Nizami Canıyevin suallarına cavab olaraq bildirmişdir ki, həmin bükümlər ona məxsusdur və guya polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Daha sonra kirayə qaldığı mənzildə axtarış aparılsa da, mənzildən digər qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Mənzildə axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolu oxuyaraq düzgün tərtib edilməsini imzaları ilə təsdiqləmişlər (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 47-51; 63-67; 164-168;).
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti olmamış, ədavətləri və ya düşmənçilikləri yoxdur. 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuş, bu barədə raportla məruzə etdikdən sonra məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 fevral 2024cü il tarixdə, saat 18:45-də Sabunçu rayonu ünvan 8 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edərkən tərəflərindən saxlanılmışdır. Onlar özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PŞ-yə dəvət etmişlər. Bu barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilmiş, araşdırmanın aparılması Baş idarənin Təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabova həvalə olunmuşdur. X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim olunmuşdur. Müdafiəçinin iştirakı ilə X12 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarının sağ yan cibindən içərisində ***-***-**-** nömrəsi olan bir ədəd “Nokia” markalı mobil telefon, sol yan cibindən 30 manat pul əskinası, şəxsiyyətini təsdiq edən sənəd, “Kapital bank”a aid plastik kart, bir ədəd açar və həmin şalvarın arxa sağ yan cibindən içərisində ***-***-**-** nömrəsi olan bir ədəd “İphone” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 21 qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi Nizami Canıyev və təhqiqatçı Yelmar Vahadov tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, “Kapital bank”a məxsus plastik kartı, 1 ədəd “İphone” və 1 ədəd “Nokia” markalı mobil telefonları götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş açarı və 30 manat nağd pulu özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuananın özünə məxsus olmaqla 10 gün əvvəl tanımadığı şəxsin vasitəsi ilə Xaçmaz rayonu ərazisindən “Dayı” ləqəbli şəxsdən satmaq məqsədi ilə 800 manata aldığını, 5 qramını 40 manata satdığını, həmin marixuanadan kirayə yaşadığı Sabunçu rayonu ərazisində yerləşən mənzildə də olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs vəkili Nizami Canıyevin suallarına cavab olaraq bildirmişdir ki, marixuananı satmaq məqsədi ilə əldə etmiş, onu yoldan çıxararaq demişlər ki, narkotik satışında yaxşı pul var, odur ki, rayondan gətirmişdir. Həmçinin X12un əlavə suallarına cavab olaraq bildirmişdir ki, saxlanılarkən və Sabunçu RPİ-nin 13-cü PŞ-də olan zaman üzərinə əvvəlcədən baxış keçirilməmiş, ona qarşı heç bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və imzalanmışdır. Daha sonra, yəni 15 fevral 2024-cü il tarixdə, saat 20:30 radələrində o, əməliyyat müvəkkili Şahid2, X12, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi Nizami Canıyevlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi ev 26, mənzil 14 ünvanda yerləşən evinə getmişlər. X12 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yeri göstərməsi təklif olunmuş, sonuncu mənzilə daxil olarkən giriş hissəsindən sol tərəfdəki qonaq otağının içərisindən digər bir otağa keçmiş, həmin otağın sağ künc hissəsində olan taxta rəfin yuxarıdan aşağı 2-ci siyirtməsindən bir ədəd sarı sellofanda olan bükümü təqdim etmişdir. Həmin sarı sellofan olan büküm qonaq otağına aparılaraq masanın üzərinə qoyulmuşdur. X12 tərəfindən büküm açılarkən içərisindən bir ədəd ağ rəngli elektron tərəzi, bir ədəd qara rəngli, iki ədəd isə şəffaf rəngli, cəmi üç ədəd sellofan aşkar olunmuşdur. Bir ədəd qara və bir ədəd şəffaf rəngli sellofanlar açılarkən içərilərində marixuana olması görünmüşdür. Digər üçüncü şəffaf sellofan açılarkən isə içərisindən kiçik ölçülü şəffaf sellofanlarda olan 12(on iki) ədəd büküm aşkar edilmişdir. Üç ədəd sellofan bükümlər əvvəlki vəziyyətlərində skoçla bağlanılmış və sarı sellofana yığılaraq elektron tərəzidə çəkilərkən çəkisi 855 qram olması müəyyən edilmişdir. Sarı sellofana elektron tərəzi də əlavə edilərək 3 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzi sarı rəngli sellofanda qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş bükümləri Xaçmaz-Xudat tərəfə qonaq gedən zaman tanış olduğu, anket məlumatlarını bilmədiyi vasitəçi vasitəsi ilə tanış olduğu “Dayı” ləqəbli şəxsdən satmaq məqsədi ilə 10 gün əvvəl 800 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs demişdir ki, marixuananı ona satan şəxs bildirmişdir ki, marixuana satışında qəşəng pul var, işləmədiyi üçün marixuana sataraq 5-10 manat çörək pulu qazansın, odur ki, “Dayı” ləqəbli şəxsin 5 qram, 5 qram hazırlayaraq sellofana qoyduğu marixuananı Bakı şəhərinə gətirmişdir ki, 5 qramını 40 manata satsın, aşkar olunanlardan başqa digər yerdə marixuana yoxdur. Müdafiəçisinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərin ona məxsus olduğunu və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Həmin mənzildə başqa qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol imzalanmışdır.
10. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu Sabunçu rayonu ərazisində piyada hərəkətdə olarkən saxlanılmaqla tərəflərindən Sabunçu RPİ-nin 13-cü PŞ-yə dəvət edilmiş, orada müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindəki narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni təqdim edərək yaşadığı ünvanda da narkotik vasitə saxladığını bildirmiş, sonuncunun məlumatına əsasən yaşadığı ünvana baxış və götürmə istintaq hərəkəti keçirilərkən orada da narkotik tərkibli maddə və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən onlara sonuncunu xarakterizə edən əlamətlər əvvəlcədən məlum olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı müqavimət göstərməmiş, hər hansı etirazını bildirməmiş, aşkar olunmuş narkotik vasitələri 10 gün əvvəl Xaçmaz rayonunda “Dayı” ləqəbli şəxsdən satış məqsədilə aldığını, habelə 5 qram narkotik vasitəni 40 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulması və ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməsi kimi hallar olmamışdır.
11. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1la əsasən oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı yer ilə 13cü PŞ arasındakı məsafə təxminən 10-15 dəqiqədir. Təqsirləndirilən şəxs evinə baxış keçirildikdən sonra evin açarı təhqiqatçıya təhvil verilmişdir.
12. Müdafiə tərəfinin vəsatəti əsasında 30 may 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxslə hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs məhlə yoldaşı onunla birlikdə usta işləmiş, sonuncu vasitəsilə Elməddini tanımışdır. O, Elməddinlə birlikdə narkotik vasitə qəbul etməmiş, habelə ona narkotik vasitə satmamışdır. O, Elməddinin tutulmasını sonradan öyrənmişdir. Elməddinin kirayə qaldığı evindən aşkar olunmuş narkotik vasitələrlə hər hansı əlaqəsi olmamış, həmin predmetlər ona məxsus deyildir, Elmədinin evinə hər hansı narkotik vasitə qoymamışdır. 15 fevral 2024-cü il tarixdə dostu X3 ad günü məclisinə getmişdir. Hesab edir ki, atası ilə Elməddin arasında ədavət olduğundan sonuncu yalandan aşkar olunmuş narkotik vasitələrin guya ona (Novruza) məxsus olduğunu iddia edir. O, 2023-cü ilin noyabr ayında evində olarkən saxlanılmış, əvvəlcə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilsə də, sonradan məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla həbs olunmuş və hazırda cəzaçəkmə müəsissəsində cəza çəkir. Xatırladığına görə Əli kişi adlı dostu Xudat rayonunda avtomobili ilə at vurduğundan ona zəng edərək Babək prospektindən avtomobil işıqları alıb ona gətirməsini xahiş etmiş, o da Elməddinlə 15 fevral 2024-cü il tarixdə görüşərək onunla birlikdə Xudat rayonuna getmiş, həmin vaxt özü içkili olduğundan avtomobili idarə etməsi üçün Elməddinə vermişdir. Elməddin avtomobil ehtiyat hissəsi apardıqları Əli kişini tanımır. Onlar hadisə günü və ya əvvəl narkotik vasitə istifadə etməmişlər. O, Elməddinin polis əməkdaşları tərəfindən saxlanılmasının şahidi olmamışdır. O, Elməddinin yaşadığı evi tanıyır, lakin hadisə günü onun evində olmamış, ad günü məclisində olmuşdur. 15 fevral 2024-cü il tarixdə günortadan sonra Elməddinlə birlikdə Xudatdan qayıdıb gəldikdən sonra Elməddini evinə qoymuş, özü isə dostunun evinə ad gününü qeyd etmək üçün getmişdir. O, Elməddinin evinə gedib orada paltarını dəyişməmişdir. O, Elməddinlə birlikdə yaşayan qadını 1-2 dəfə görmüş, lakin 15 fevral 2024-cü il tarixdə həmin qadını ümumiyyətlə görməmişdir. Elməddin özü də onunla birlikdə ad günü məclisinə gəlmiş, lakin 1-2 saat sonra harasa getməli olduğunu deyərək ondan avtomobilinin açarını götürüb getmişdir. O, bir neçə saat sonra avtomobili qaytarması üçün Elməddinə zəng edib sonuncu ilə əlaqə saxlamağa çalışsa da, Elməddin telefon zəngini açmamış, sonradan sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılmasını öyrənmişdir. Guya atasının Elməddinə onun adını çəkməyəcəyi halda ona köməklik edəcəyini deməsi kimi hallar tamamilə yalandır. Belə ki, atası ilə Elməddin arasında pul məsələsi olmuş, Elməddin atasına borclu olmuşdur. Elməddin atasına polislərə narkotik vasitənin guya oğluna (Novruza), yəni onun özünə məxsus olmasını deməklə hədələyərək ondan borcunu geri qaytarmasını tələb etməsinə mane olmağa çalışmışdır. Polislər Elməddini buraxdıqdan sonra sonuncudan hadisə barədə soruşduqda Elməddin birlikdə yaşadığı qadının rəfiqələrinin gizli şəkildə onun evinə daxil olduqlarını demişdir.
13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
14. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 15 fevral 2024-cü il tarixdə, saat 18 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirilməsi və şöbədə üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 18,320 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, eyni zamanda tədbirin davamı olaraq həmin tarixdə, saat 20:35-də yaşadığı ünvan 1 ünvanına baxış zamanı 14 ədəd bağlamada olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 764,40 qram olan narkotik vasitə qurudulmuş marixuananın və üzərində narkotik vasitə qurudulmuş marixuana izləri olan 1(bir) ədəd elektron tərəzinin aşkar edilməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı X13 tərəfindən 16 fevral 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
15. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən Şahbuz rayonu Şahbuzkənd kəndində qeydiyyatda olmaqla ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi polis generalmayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə, saat 18:45-də ünvan 10 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 2-8;).
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 5(008)- 181/2024 saylı qərarından görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilməklə həmin baş idarənin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 15 fevral 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuna uyğun hesab edilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müvafiq olaraq “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 15 fevral 2024-cü il tarixli müvafiq protokol da təqdim edilmişdir (Cild 1, 83-84;).
17. “Şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X11 tərəfindən həmin tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə, saat 18:45-də ünvan 10 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılmış və bu barədə atası X2 mobil telefon vasitəsi ilə məlumat verilmişdir (Cild 1, i.v.9; 23;).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 19:50-dən 20:00-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X11 tərəfindən həmin idarənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 və xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 və müdafiəçinin iştirakı ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasına dair qərarla tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Nokia” markalı mobil telefon, əynində olan həmin şalvarın sol yan cibindən 30(otuz) manat pul, 1 (bir) ədəd üzərində 4169 7388 5805 8161 nömrəsi olan plastik bank kartı, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1(bir) ədəd açar, şalvarın arxa sağ cibindən 1(bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilməklə çəkisinin 21 (iyirmi bir) qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd "Nokia" və 1(bir) ədəd "İphone" markalı mobil telefon, 1 (bir) ədəd bank kartı, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 30(otuz) manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı şəxsin vasitəsi ilə dayı ləqəbli şəxsdən 800(səkkiz yüz) manata 10(on) gün əvvəl Xaçmaz rayonu ərazisindən satmaq məqsədi ilə əldə etdiyini, 5(beş) qramını 40(qırx) manata satdığını, həmçinin Bakı şəhəri Sabunçu rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə “Sony” markalı videokamera vasitəsilə BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında xidməti iş otağında həyata keçirilmişdir. Bu barədə həmin tarixdə saat 20:05dən 20:25-dək protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 26- 29;).
19. “Mənzilə baxış və götürmə aparılması haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar, sonuncunun yazılı razılıq ərizəsi əsasında həmin tarixdə, saat 20:35-dən 20:50-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X11 tərəfindən həmin baş idarənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 və xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid2, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə ünvan 1 ünvanına baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə boş otaqdakı taxta konstruksiyalı dolabın içərisindən 14(on dörd) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək kütlələrin ümumilikdə çəkisinin 855(səkkiz yüz əlli beş) qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, baxış zamanı narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar adilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsin vasitəsi ilə “dayı” ləqəbli şəxsdən 700(yeddi yüz) manata 10(on) gün əvvəl Xaçmaz rayonu ərazisindən satmaq məqsədi ilə əldə etdiyini, 5(beş) qramını 40(qırx) manata satdığını bildirmişdir. Baxış və götürmə “Sony” markalı videokamera vasitəsilə BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla təbii işıqlandırma şəraitdə həyata keçirilmişdir. Bu barədə həmin tarixdə, saat 21:00-dan 21:20dək protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 1, i.v. 30-33;).
20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzilə baxış və götürmə aparılması haqqında” 15 fevral 2024-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddətləri müvafiq olaraq 9 dəqiqə 14 saniyə və 14 dəqiqə 13 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq S.N.Həsənov tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi N.X.Canıyevin iştirakı ilə baxış keçirilməsinə dair 22 fevral 2024-cü il tarixli protokollarla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə mənzilə baxış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, xüsusilə evinə baxış zamanı fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilərkən həm təhqiqatçının, həm də ona hüquqi yardım göstərən müdafiəçisinin suallarına cavab olaraq qeyri-müəyyən şəxslərin “bu işdə yaxşı (qəşəng) pul var, işləmirsən, sən də satıb 5-10 manat pul qazan” deyərək onu yoldan çıxardıqlarını, aşkar olunan narkotik vasitənin 5 qramını 40 manata satmaq məqsədilə Xaçmaz rayonunda “Dayı” ləqəbli şəxsdən əldə etdiyini, habelə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmadığını səmimi şəkildə etiraf etməsi müəyyən olunmuşdur (Cild 1, i.v. 103-108;).
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “Məhkəmə-bioloji ekspertizasının” 23 iyun 2023-cü il tarixli, 3-16-16/2-7/253 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazılar olan zərfdə 1 (bir) ədəd sellofanda təmiz çəkisi 18,320 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda” yazı və imzalar olan bir ədəd polietilen bağlamada içərisində 14 (on dörd) ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 575,0 qram, 110,0 qram, 6,73 qram, 6,67 qram, 6,70 qram, 6,50 qram, 5,75 qram, 7,56 qram, 6,98 qram, 6,54 qram, 6,95 qram, 6,0 qram, 6,40 qram və 6,62 qram olmaqla, ümumi çəkisi 764,40 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan 1(bir) ədəd ağ rəngli elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdarda olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın ümumi təmiz çəkisi 782,72 qram, tədqiqata sərf edildi 0,75 qram, qalıq çəki 781,97 qram. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manatdır (Cild 1, i.v. 39-43;).
22. “Mobil telefon aparatından məlumatların öyrənilməsi haqqında” 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş bir ədəd qara rəngli üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan “İphone” markalı və bir ədəd boz rəngli üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan “Nokia” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, baxış zamanı hər iki mobil telefonun çıxış və daxil olan zənglər siyahısında, mesajlar olan sms yazışmalarında və digər proqramlarla cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 52;).
23. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilərək hüquq və vəzifələri ətraflı şəkildə izah olunmuşdur (Cild 1, i.v. 55-56;).
24. “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı X13 tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 73-74;).
25. Təqsirləndirilən şəxs tərəfindən verilmiş 17 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus “İphone” və “Nokia” markalı mobil telefonları, həmçinin “Kapital Bank”a aid 1 (bir) ədəd bank kartını təhvil almışdır (Cild 1, i.v. 82;).
26. “Maddi sübut kimi tanıma haqqında” 19 fevral 2024-cü il tarixli qərar və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 18,320 qram narkotik vasitə qurudulmuş marixuana və mənzilindən aşkar olunmuş təmiz çəkisi 764,40 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin 1 (bir) ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatına 0,75 qram sərf edilməsi nəzərə alınmaqla ümumi təmiz çəkisi 781,97 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə və mənzilə baxış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 2 (iki) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, i.v.85-87;).
27. Sabunçu RPİ-nin 13-cü PŞ-nin rəisi polis-polkovnik leytenantı Ramil Cəbiyevin 29 fevral 2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayından başlayaraq mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olur, ondan aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar əməliyyat tədbirləri davam etdirilir (Cild 1, i.v.109;).
28. "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” 28 aprel 2024cü il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara (Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2023-xx.xx.2024-cü tarixlərdə ötürülmüş məlumatlar) baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 121;). Qeyd edilən məlumatlar (Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil telefon nömrəsi ilə 15 sentyabr 2023-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək olan aparılmış danışıqlar) məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə tədqiq edilərkən Şahid3 hadisədən əvvəl istifadəsində olduğunu bildirdiyi ********** və ********** mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi arasında mütəmadi danışıqların olması, sonuncu dəfə isə 13 noyabr 2023-cü il tarixdə danışıq olması müəyyən edildi. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil telefon nömrəsinin 14 dekabr 2023-cü il tarixdə Xaçmaz rayonu ərazisində olması müəyyən edildi.
29. “Üzləşdirmə aparmaq haqqında” 2 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçisi X6 iştirakı ilə keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birilərinin üzünə qarşı deyərək təsdiq etmiş, İndar Babayev üzləşmə zamanı Təqsirləndirilən şəxs yalan dediyini, ona hər hansı təzyiq göstərilmədiyini, narkotik vasitəni satması barədə etiraf etməsinə məcbur edilmədiyini bildirmişdir (Cild 1, i.v. 123;).
30. “Üzləşdirmə aparmaq haqqında” 2 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçisi X6 iştirakı ilə keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birilərinin üzünə qarşı deyərək təsdiq etmişlər, Şahid1 üzləşmə zamanı Təqsirləndirilən şəxs yalan dediyini, ona hər hansı təzyiq göstərilmədiyini, narkotik vasitəni satması barədə etiraf etməsinə məcbur edilmədiyini bildirmişdir (Cild 1, i.v. 129;).
31. "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 136;).
32. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 26 fevral 2024-cü il tarixli 380 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarətin obyektiv əlamətləri (qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir (Cild 1, i.v. 138-139;).
33. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 17 may 2024-cü il tarixli, 3395 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC(+) aşkar edilmişdir. Müayinə zamanı deməsinə görə, arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir (Cild 1, i.v.141-142;).
34. “Sübutların qiymətləndirilməsi haqqında” 5 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəlləinin 234.4.3-cü maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməklə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə marixuananın mənbəyinə görə ********* nömrəli cinayət işinin materiallarından naməlum şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması qərara alınmışdır (Cild 1, i.v. 144-152;).
35. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 5 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (Cİld 1, i.v.155-157;).
36. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 6 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın mənbəyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni cinayət işi ayrılmaqla ********* nömrə altında istintaqı davam etdirilir (Cild 1 i.v. 171-173;).
37. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v.175-176;).
38. “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə iş materialları ilə tanış olduqdan sonra protokolda “ittihamla razı deyil, marixuananı satması üçün deyil çəkməsi üçün almışdır” kimi əlyazma ilə qeyd aparmış, həmin protokolda müdafiəçi və onun tərəfindən imzalanmışdır (Cild 1, i.v.179;).
39. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq S.N.Həsənov tərəfindən 15 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, qeyd olunan ittiham aktı həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.183-193;).
40. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 1, i.v. 215-216;).
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş və məhkəməyə 25 aprel 2025-ci il tarixdə daxil olmuş “Məhkəməxətşünaslıq ekspertizasının” 10 aprel 2025-ci il tarixli, 3-16-16/2-4/429/2025 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 23-cü vərəqində 15 fevral 2024-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza; 26-cı vərəqində olan 15 fevral 2024-cü il tarixli Şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza; 27-29-cu vərəqlərində olan 15 fevral 2024-cü il tarixli Şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqində “3” rəqəminin aşağı hissəsindəki imza, 2-ci vərəqində “İmza” qrafasındakı imza və “3” rəqəminin üzərindəki imza, 3-cü vərəqində “İştirak etdilər:” bəndində “3. Təqsirləndirilən şəxs” qrafasındakı imza; 30-cu vərəqində 15 fevral 2024-cü il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza; 32-33-cü vərəqlərində 15 fevral 2024-cü il tarixli Mənzilə baxış keçirilməsi və götürmə haqqında protokolun 1-ci vərəqində “3” rəqəminin aşağı hissəsindəki imza və 2-ci vərəqində “İştirak etdilər:” bəndində “3. Təqsirləndirilən şəxs” qrafasındakı imza; 34-35-ci vərəqlərində 15 fevral 2024-cü il tarixli Şübhəli şəxsin izahatı “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza və aşağı sol hissəsindəki imza, 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza; 47-51-ci vərəqlərində 16 fevral 2024-cü il tarixli Şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-4-cü vərəqlərindəki imzalar və 5-ci vərəqində “Cavab” qrafasında “Babayev” yazısı qarşısındakı imza; 53-cü vərəqində 17 fevral 2024-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza; 63-67-ci vərəqlərində 17 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-4-cü vərəqlərindəki imzalar və 5-ci vərəqində “Cavab” qrafasında “Babayev. E” yazısı qarşısındakı imza; 164-168-ci vərəqlərində 05 iyun 2024-cü il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqində “İmza” qrafasındakı imza və 2-4-cü vərəqlərində sol hissələrindəki imzalar, 5-ci vərəqində “Cavab” qrafasında “Babayev” yazısı qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 125 (bir yüz iyirmi beş) manatdır. (Cild 2;).
42. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş “X7”nin 23 may 2025-ci il tarixli, 80 saylı mütəxəssis rəyində göstərilmişdir ki, 3-13-7/1-B-13xx/xx/2024 qeydiyyat nömrəli - Bakı ş. 15 fevral 2024-cü il Baş Narkotiklərlə Mübarizə İdarəsinin Tədqiqat qrupunun tədqiqatçısı Yelmar Vahabovun adına Təqsirləndirilən şəxs adından yazılmış ərizənin imza qrafasındakı mübahisəli imza; 3-137/1-B-13xx/xx/2024 qeydiyyat nömrəli - Bakı ş. 15 fevral 2024-cü il Baş Narkotiklərlə Mübarizə İdarəsinin Tədqiqat qrupunun tədqiqatçısı Yelmar Vahabovun adına Təqsirləndirilən şəxs adından yazılmış imza qrafasındakı mübahisəli imza; Bakı ş. 15 fevral 2024-cü il Şəxsi axtarış və götürmə aparılması haqqında 3 səhifəli protokolda Təqsirləndirilən şəxs adından icra edilmiş mübahisəli imzalar, (dörd ədəd imza); Bakı ş. 15 fevral 2024-cü il Mənzilə baxış keçirilməsi və götürmə haqqında 02 səhifəli protokolda Təqsirləndirilən şəxs adından icra edilmiş 2 ədəd mübahisəli imzalar; Bakı ş. 15 fevral 2024-cü il Şübhəli şəxsin tutulması haqqında qərarın şübhəli şəxs qrafasında Təqsirləndirilən şəxs adından icra edilmiş mübahisəli imza; Bakı ş. 15 fevral 2024-cü il mənzilə baxış və götürmə aparılması haqqında qərarın şübhəli şəxs qrafasında Təqsirləndirilən şəxs adından icra edilmiş mübahisəli imza; Bakı ş. 15 fevral 2024-cü il şəxsi axtarış və götürmə aparılması haqqında qərarın şübhəli şəxs qrafasında Təqsirləndirilən şəxs adından icra edilmiş mübahisəli imza; Bakı ş. 16 fevral 2024-cü il şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında 02 səhifəli protokolun şübhəli şəxs və iştirakçı qrafasında Təqsirləndirilən şəxs adından icra edilmiş mübahisəli imzalar; Bakı ş. 15 fevral 2024-cü il Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, Polis general-mayoru cənab İslam Hümbətovun adına yazılmış şübhəli şəxsin 02 səhifəli izahatında Təqsirləndirilən şəxs adından icra edilmiş mübahisəli imzalar Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən icra edilmişdir (Cild 2;).Qeyd edilən mütəxəssis rəyi məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilərkən müəyyən edildi ki, həmin mütəxəssis rəyinin aparılması üçün müvafiq materiallar “X5” 24 aprel 2025-ci il tarixdə təqdim edilmişdir. Həmçinin tədqiqat obyektlərindən görünür ki, mütəxəssisə “14 ədəd A-4 formatlı kserosurətli vərəqlərdə çap edilmiş tədqiqat materiallarında Təqsirləndirilən şəxs adından icra edilmiş imzalar, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsində sərbəst icra etdiyi imza nümunəsi və onun eksperimental icra etdiyi imza nümunələri” təqdim edilmişdir.
43. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(101)-1527/2024 saylı hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkməsinin əvvəli 23 iyun 2024-cü il tarixdən hesablanmışdır (Cild 2;).
44. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü Mədinə Babayeva, 2013-cü il təvəllüdlü Fidan Babayeva, 2014-cü il təvəllüdlü Zümrüd Babayeva və 2021-ci il təvəllüdlü Fəxrəddin Babayev adında dörd azyaşlı uşağı vardır (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
45. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
47. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
48. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
49. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
50. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.
51. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək üzərində, o cümlədən yaşadığı evdə külli miqdarda olmaqla çoxsaylı bükümlərə bükülmüş halda saxlamaqla daşıdığı ümumilikdə 15 (on beş) ədəd bükümdə olmaqla 782,72 qram narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş xeyli miqdarından təxminən 156,5 dəfədən, külli miqdarından isə təxminən 1,5 dəfədən artıq olması, satış üçün külli miqdarda narkotik vasitəni ayrı-ayrı çoxsaylı bükümlərdə qablaşdırması, o cümlədən üzərində narkotik vasitə qurudulmuş marixuana izləri olan elektron tərəzinin aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməməklə mütəmadi narkotik vasitə aludəçisi olmaması, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat aparatına daxil olmuş mötəbər məlumatlar və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
52. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, 5 nəfər polis əməkdaşı tərəfindən saxlanılması, saxlanılarkən üzərində hər hansı narkotik vasitənin olmaması, həmin narkotik vasitənin onun üzərinə polis əməkdaşı Şahid1 tərəfindən qoyulması, habelə mənzilindən aşkar edilmiş narkotik vasitənin evinə gah polis əməkdaşları, gah da tanışı Şahid3 tərəfindən qoyulmasına dair həm məhkəməyədək, həm də məhkəmə icraatının müxtəlif mərhələlərində verdiyi biri digərini təsdiq etməyən kəskin ziddiyyətli ifadələri, məhkəmənin ibtidai istintaq dövründə ifadələrini təzyiq altında verməsi, iş materiallarına əlavə olunmuş heç bir sənədlə tanış olmaması, polis əməkdaşlarının narkotik vasitənin ona məxsus olmasını boynuna almayacağı təqdirdə silahla sənədləşdiriləcəyinə dair ona hədə-qorxu gəlmələri, ibtidai araşdırmanın ilkin mərhələsində fiziki və psixi təzyiqlərə məruz qaldığı üçün polis əməkdaşlarının tələb etdikləri kimi deməsini, iş materiallarındakı sənədlərdəki imzaların ona məxsus olmaması, onun saxlanılmasına dair videogörüntüləri özündə əks etdirən kamera görüntülərinin polis əməkdaşları tərəfindən götürülməsi ilə bağlı ifadəsində göstərdiyi ziddiyyətli xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən və cəzadan yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
53. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı aşkar olunan külli miqdarda narkotik vasitənin özünə məxsus olmaqla şəxsi istifadəsi məqsədilə əldə etməsi, məhkəmə icraatı zamanı dəfələrlə dindirilərkən ümumiyyətlə həmin narkotik vasitələrin özünə məxsus olmamaqla polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmaqla boynuna qoyulması, habelə uzun müddət davam etmiş məhkəmə istintaqının yekunlaşma mərhələsində müdafiəçilərinin iştirakı ilə əvvəllər verdiyi ifadələrini tamamilə dəyişərək guya aşkar olunan narkotik vasitələrin tanışı Şahid3 məxsus olmaqla sonuncu tərəfindən onun kirayə qaldığı evinə yerləşdirilməsi ilə bağlı verdiyi kəskin ziddiyyətli ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla özünün ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövrünün ilkin mərhələsində üzərində və yaşadığı mənzilə baxış keçirilərkən müdafiəçi tərəfindən verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olmaqla işləmədiyi və narkotik vasitələrin satışında yaxşı pul olduğunu eşitdiyi üçün əldə etdiyini, habelə 5 qram narkotik vasitə qurudulmuş marixuananı 40 manata sataraq qazanc əldə etmək məqsədinin olmasını bildirərək səmimi şəkildə törətdiyi əməli etiraf etmiş, lakin ibtidai istintaq zamanı həmin bildirdiklərini qismən təkzib edərək ondan və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, lakin polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün qorxması ilə əlaqədar guya narkotik vasitələrin satışı ilə məşğul olmasına dair yalandan ifadə verməsini, həqiqətdə isə həmin narkotik vasitəni öz şəxsi istifadəsi məqsədilə əldə etdiyini göstərmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını heç vaxt mübahisələndirməmiş, yalnız həmin narkotik vasitələri şəxsi istifadəsi ilə bağlı əldə etdiyi və satış məqsədinin olmamasını təkidlə vurğulaşmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı da (üç dəfə dəyişmiş ayrı-ayrı məhkəmə tərkiblərinin iştirakı ilə keçirilmiş məhkəmə iclasları zamanı) ibtidai istintaq zamanı verdiyi ifadələrini tamamilə təkzib edərək ona ittiham olunmuş əməldə ümumiyyətlə özünü təqsirli bilmədiyini, ondan aşkar olunması iddia edilən narkotik vasitənin əvvəlcə polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə qoyulmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs uzun müddət davam edən məhkəmə icraatı zamanı özünü təqsirli bilməməsinə, eləcə də həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulmaqla özünə məxsus olmamasını bildirməsinə baxmayaraq, məhkəmə istintaqı yekunlaşarkən tamamilə yeni və fərqli məzmunda ifadə verərək həmin narkotik vasitələrin guya tanışı Şahid3 tərəfindən evinə qoyulmasını bildirərək digər bütün ifadələrini inkar etmişdir. Halbuki, istər məhkəməyədək icraat, istərsə də məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs yalnız öz mülahizələrinə əsaslanan ifadələrində göstərdiyi biri digərini təsdiq etməyən kəskin ziddiyyətli xüsusatlar şahidlər Şahid1 və Şahid2, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı üzrə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadələri ilə bütövlükdə inkar olunmaqla öz təsdiqini tapmamışdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olmaqla məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil telefon nömrəsi ilə 15 sentyabr 2023-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək olan aparılmış danışıqlar təhlil edildikdə Şahid3 hadisədən əvvəl istifadəsində olduğunu bildirdiyi ********** və ********** mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi arasında mütəmadi danışıqların olması, sonuncu dəfə isə 13 noyabr 2023-cü il tarixdə danışıq olması müəyyən edilmişdir. Şahid3 barəsində qanuni qüvvəyə minmiş hökmdən görünür ki, birinci məhz 14 noyabr 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulmuşdur. Məhz həmin tarixdən etibarən Şahid3la Təqsirləndirilən şəxs arasında mobil telefon əlaqəsinin kəsilməsi, sonradan isə Şahid3 həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilməsi Təqsirləndirilən şəxs Şahid3la bağlı ifadələrində göstərdiklərinin həqiqəti əks etdirməməsi qənaətinə gəlməyə əsas verir. Eyni zamanda, Təqsirləndirilən şəxs ona məxsus “Nokia” və “İphone” markalı mobil telefonları saxlanıldıqdan 1 ay sonra təhvil almasını bildirməsinə baxmayaraq iş materiallarına əlavə olunmuş qəbzlə həmin mobil telefonların 17 fevral 2025-ci il tarixdə (iki gün sonra) onun tərəfindən təhvil alınması müəyyən olunmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla Təqsirləndirilən şəxs istər məhkəməyədək, istərsə də məhkəmə icraatı zamanı qeyrisəmimi ifadələr verməsi onun həqiqətin müəyyən edilməsində maraqlı olmadığını göstərməklə yanaşı, onun məhz narkotik vasitələrin satışı ilə məşğul olması iş materiallarında olan bu və digər mötəbər sübutların məcmusu ilə mübahisəsiz olaraq bir daha öz təsdiqini tapmışdır.
54. Bundan başqa, müdafiə tərəfi təkidlə cinayət işinin materiallarına əlavə edilmiş bir sıra istintaq hərəkətlərindəki və prosessual sənədlərdəki imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyini iddia edərək məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət vermiş, həmin vəsatət məhkəmə tərəfindən təmin olunmaqla müvafiq ekspertiza rəyi alınaraq müdafiə tərəfindən mübahisələndirilən sənədlərin həqiqətən də Təqsirləndirilən şəxs tərəfindən icra olunması müəyyən olunmuşdur. Belə ki, məhkəmənin 18 fevral 2025-ci il tarixli 1(101)-358/2025 saylı qərarı ilə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasına dair rəy 25 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Müəyyən olunmuşdur ki, qeyd olunan ekspertiza rəyi hələ məhkəməyə daxil olmadan, məhkəmədə həmin ekspertiza rəyi proses iştirakçıları ilə birlikdə tədqiq edilmədən, ümumiyyətlə nəticəsi bəlli olmadan müdafiə tərəfi aydın olmayan səbəblərdən 24 aprel 2025-ci il tarixdə müqavilə əsasında cinayət işinin materiallarında olan mübahisələndirilən sənədlərin kserosurətlərini Təqsirləndirilən şəxs sərbəst və eksperimantal xətt nümunələri ilə birlikdə tədqiq edilməsindən ötrü mütəxəssisə (“X5) müraciət etmişdir. Göründüyü kimi müdafiə tərəfi alternativ ekspertizaya müqayisə edilməsi üçün əsas tədqiqat obyekti hesab olunan cinayət işinin materiallarının əslini deyil, kserosurətlərini göndərmiş və nəticədə müdafiə tərəfinin mənafeyinə (maraqlarına) uyğun şübhəli nəticəyə gəlinməsinə nail olunmuşdur. Halbuki, xətşünaslıq ekspertizasından obyektiv, effektli və dəqiq nəticənin alınması üçün mübahisələndirilən sənədin orjinalının (əslinin) tədqiq edilməsi zəruridir. Lakin təqdim edilmiş mütəxəssis rəyinin sənədlərin ksero surətləri əsasında verilməsi, həmin rəyin elmi cəhətdən etibarlılığını, bununla da təqdim edilmiş sənədin mötəbərliliyini ciddi şəkildə şübhə altına alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müdafiə tərəfindən təqdim edilmiş alternativ ekspertiza rəyi sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müdafiəçi 11 iyun 2025-ci il tarixdə məhkəmə çıxışları mərhələsində məhkəmə istintaqının təzələnməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək vəsatətində “Məhkəmə tərəfindən təkar ekspertiza keçirilməsi barədə vəsatətimiz təmin edilmədiyindən cinayət işi materiallarından götürülmüş, yuxarıda göstərilən sənədlərin surətləri X5 təqdim edilmiş və ekspert tərəfindən aparılmış tədqiqatın nəticəsinə əsasən qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərdə olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilməmişdir” göstərmişdir. Müdafiəçi daha sonra məhkəməyə hökmün 42-ci bəndində qeyd edilmiş mütəxəssis rəyini təqdim edərək həmin rəyin sübut kimi qiymətləndirilməsini xahiş etmişdir. Halbuki, qeyd edilən mütəxəssis rəyi tərtib edilərkən (23 may 2025-ci il tarixdə) müdafiəçi tərəfindən məhkəməyə ünvanlanmış təkrarən məhkəmə-xətşünaslıq ekspertizanın keçirilməsinə dair vəsatətə hələ baxılmamış, həmin vəsatətə 30 may 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında baxılaraq müvafiq qərar qərar qəbul edilmişdir. Başqa sözlə, müdafiəçi 11 iyun 2025-ci il tarixli vəsatətində guya məhz məhkəmə tərəfindən müvafiq vəsatət rədd edildikdən sonra X7 adlı quruma müraciət etməsini göstərsə də, həqiqətdə qeyd edilən qurum tərəfindən rəy 23 may 2025-ci il tarixdə tərtib edilmiş, həmin quruma 24 aprel 2025-ci il tarixdə müraciət edilmiş, məhkəmə kollegiyası tərəfindən bu barədə vəsatət isə yalnız 30 may 2025-ci il tarixdə rədd edilmişdir. Qeyd edilənlər müdafiə tərəfinin obyektiv həqiqətin müəyyən edilməsində, eləcə də, məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv aparılmasında maraqlı olmadığını nümayiş etdirməklə təqsirləndirilən şəxsin ifadələrində səmimi olmadığını göstərir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 41-ci bəndində qeyd edilən ekspertiza rəyi kifayət qədər əsaslı olmaqla hər hansı şübhə doğurması, ekspertin rəy verərkən əsaslandığı sübutların etibarsız (qeyrimötəbər) hesab edilməsi, habelə ekspertiza aparılmasının prosessual qaydalarının pozulması halları aşkar olunmamışdır. Əksinə, məhkəmə kollegiyası hesab edir ki, hökmün 42-ci bəndində qeyd edilən mütəxəssis rəyinin mötəbərliliyinə və mümkünlüyünə kifayət qədər şübhələr olduğundan həmin sənəd sübut kimi qiymətləndirilə bilməz.
55. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
56. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 18-20 və 32-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsini, onun sərbəst olaraq barəsində hər hansı qanunsuzluq baş verdiyi halda müvafiq dövlət orqanlarına və sair qurumlara müraciət etmək imkanının olmasına baxmayaraq, belə halların olması müəyyən edilməmişdir.
57. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, üzləşdirmələr, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.
58. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
59. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
61. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
62. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməlini, yəni ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.
63. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
64. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
65. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
66. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
67. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
68. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin tələblərini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
69. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
70. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
71. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğunun olmamasını, ailədə ondan başqa qazanc gətirən şəxsin olmamasını və narkomaniya xəstəliyindən əziyyət çəkməməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
72. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
73. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
74. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
75. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
76. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
77. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
78. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 fevral 2024-cü il tarixdə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı X13 tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 74-75; Cild 2;).
79. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətini CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclası zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 iyun 2024-cü il tarixdən hesablanmalı və 15 fevral 2024-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.
80. Məhkəmə hökmün 33-cü bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
81. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
82. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-də saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 781,97 qram narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” və “mənzilə baxış və götürmə” zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 2 (iki) ədəd disk və "xxxx" MMC və "xxxx" MMC-yə məxsus 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
83. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
84. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 195 (bir yüz doxsan beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
85. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
86. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
87. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
88. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 781,97 qram narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 4 (dörd) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs 195 (bir yüz doxsan beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.