Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-359/2021 15.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 oğlunun iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, əvvəllər məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar vahid niyyətlə qeyrisinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə şəxsən özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin may ayında internet vasitəsi ilə əlaqə nömrəsini əldə etdikdən sonra uşağı X2 dayəlik etməsi üçün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 2-də yerləşən 158 nömrəli mənzilinə dəvət etdiyi Şahid1 özünü geniş əlaqələrə malik, bütün dövlət və sair qurumlarda çoxsaylı vəzifəli şəxslərlə münasibəti olan şəxs kimi yalandan təqdim etməsi ilə əlaqədar Şahid1 məcburi köçkün olmadığı halda Yasamal rayonu İcra Hakimiyyətində adının məcburi köçkün kimi sənədləşdirilməklə Yasamal rayonu ərazisində mənzil verilməsinə köməklik göstərilməsini ona təklif edərək sonuncuya özünün Yasamal rayon İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək onun adının məcburi köçkün kimi Yasamal rayon İcra Hakimiyyətində siyahıya salınmaqla güzəştli qaydada Yasamal rayonu ərazisində mənzil verilməsini təmin etmək imkanına malik olmasını yaşadığı həmin mənzildə aralarındakı söhbət zamanı Şahid1 yalandan deyib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Yasamal rayonu İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib sonuncunun razılığını alaraq onunla sövdələşib, həmin adla xx xxxx 2019-cu il tarixdə yaşadığı həmin mənzildə 1000 (bir min) manat məbləğində pul vəsaitini Şahid1 anası Şahid2 almaqla, həmin məbləği, habelə, eyni niyyətlə, Şahid1 Azərbaycan Respublikası Daxil işlər Nazirliyinin Baş Mühafizə İdarəsində mühafizəçi kimi işə qəbul olunmasında köməklik göstərə biləcəyini bildirib, qısa müddətə işə çıxacağını, lakin xidməti geyim formasının alınması üçün 300 (üç yüz) manat məbləğində pul vəsaiti verməsinin zəruri olmasını yalandan bildirib, həmin adla xx xxxx 2019-cu il tarixdə yaşadığı həmin mənzildə Şahid2 300 (üç yüz) manat məbləğində pul vəsaitini almaqla, həmin məbləği, habelə, eyni niyyətlə, Şahid1 itirdiyi şəxsiyyət vəsiqəsinin alınmasında köməklik göstərilməsini təklif edərək sonuncuya özünün "ASAN Xidmət Mərkəzi"ndə səlahiyyətli şəxs olan tanışının olmasını, həmin tanışı vasitəsilə qeydiyyatda olduğu Masallı rayonuna getmədən "ASAN Xidmət Mərkəzi”ndə onun şəxsiyyət vəsiqəsinin hazırlanaraq Bakı şəhərinə göndərilməsi imkanına malik olmasını yalandan bildirib, bunun üçün həmin mərkəzdə işləməklə vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemət olan 80 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirərək, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib sonuncunun razılığını alaraq onunla sövdələşib, həmin adla xx xxxx 2019-cu il tarixdə yaşadığı həmin mənzildə Şahid2 80 (səksən) manat məbləğində pul vəsaitini almaqla, həmin məbləği, ümumilikdə vahid niyyətlə Şahid2 məxsus 1380 (bir min üç yüz səksən) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu İlə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 vasitəsi ilə tanış olduğu Şahid3 ilk öncə özünün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin işçisi olmasına inandırmaqla himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla aylıq 280 (iki yüz səksən) manat sosial yardım almağı təmin edəcəyini yalandan vəd verərək, bununla bağlı özünün geniş imkanlara malik olmasına Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasəmal-1, ev 2-də yerləşən 158 nömrəli mənzilində görüşdükləri vaxt onu inandırıb, həmin məsələni özünün yaxın münasibətdə olduğu Dövlət Sosial Müdafiə Fondunda işləyən yüksək səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll edəcəyini yalandan bildirərək, bunun üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə müəyyən məbləğdə pul vəsaitinin, yəni maddi nemətin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, aralarında yaranmış münasibətlərə görə özünə olan inam və etibardan sui-istifadə etməklə sonuncunun razılığını alaraq onunla sövdələşib, həmin adla Şahid3 2019-cu ilin iyul ayında yaşadığı ünvan 2 ünvanında 400 (dörd yüz) manat, həmçinin müəyyən məbləğdə pul verməsi müqabilində Yasamal rayonu ərazisində onun, anası Şahid4 və qardaşı Şahid6 hər birinin ayrılıqda aztəminatlı ailə kimi mənzil almasına köməklik etmək imkanına malik olmasını, bunu özünün yaxın münasibətdə olduğu Yasamal rayon İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsi vasitəsilə edəcəyinə onu inandırıb, bunun üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3, Şahid4 və Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə hər mənzil üçün maddi nemət olan 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasım yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid3 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin iyul ayında Bakı Metropoliteninin İnşaatçılar stansiyasının yaxınlığında, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 129 V ünvanında yerləşən "KFC" restoranının qarşısında Şahid3 ilə görüşüb ondan iki dəfəyə cəmi 3000 (üç min) manat məbləğində pulu almaqla, eyni niyyətlə, xx xxxx 2019-cu il tarixdə Şahid3 qardaşı Şahid6 tərəfindən “xxxx” MMC vasitəsilə göndərilmiş (göndəriş Nö********************338) 500 (beş yüz ) manat pulu Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 239 ünvanında yerləşən 2 saylı poçt filialının 138 saylı poçt şöbəsindən xx xxxx 2019-cu il tarixdə çıxarıb götürməklə, eyni niyyətlə, 2495,6 (iki min dörd yüz doxsan beş manat altmış qəpik) manat dəyərində Şahid3 və anası Şahid4 məxsus qızıl-zinət əşyalarını ünvan 5 mənzii 158 ünvanında görüşləri zamanı Şahid3 almaqla, əldə etdiyi həmin pul vəsaiti və qızıl-zinət əşyalarını şəxsi ehtiyaclarına sərf edərək, sonunculara və Şahid6 məxsus cəmi 6395,6 (altı min üç yüz doxsan beş manat altmış qəpik) manat məbləğində pul vəsaitini aldatma və etibardan suiistifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib həmin şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3, Şahid4 və Şahid6 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncuları vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid3 vasitəsi ilə tanış olduğu Şahid7 ilk öncə özünün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin işçisi olmasına inandırmaqla müəyyən məbləğdə pul verməklə Yasamal rayonu ərazisində onun aztəminatlı ailə kimi mənzil almasına köməklik etmək imkanına malik olmasına Şahid3 vasitəsi ilə və “WhatsApp" tətbiqi vasitəsi ilə aralarında olan danışıqlar zamanı Şahid7 inandırıb, onun adını aztəminatlı ailə kimi Yasamal rayon İcra Hakimiyyətində siyahıya salmaqla güzəştli qaydada Yasamal rayonu ərazisində mənzil verilməsini təmin etmək imkanına malik olmasını sonuncuya yalandan deyib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Yasamal rayonu İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddətdə cinayətdən xəbərsiz olan Şahid3 vasitəsi ilə Bakı Metropoliteninin Memar Əcəmi stansiyasının çıxışında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Mc Donalds” restoranının qarşısında Şahid7 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə Bakı şəhər Yasamal rayon İcra Şöbəsində hərraca çıxarılmış 2014-cü il istehsallı, “Hyundai Sonata" markalı avtomaşını dəyərindən ucuz qiymətə almaq üçün özünün geniş imkanlara malik olmasına "WhatsApp" tətbiqi vasitəsi ilə aralarında olan danışıqlar zamanı Şahid7 inandırıb, həmin məsələni özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon icra və probasiya şöbəsinin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaiti verilməsi müqabilində həll edəcəyini yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid7 razılığını almaqla onunla sövdələşib, həmin adla x xxxxxx 2019-cu il tarixdə Şahid7 həmin “Mc Donalds" restoranında 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, sonuncunu müəyyən məbləğdə pul vəsaiti verməsi müqabilində hər ay ödədiyi 120 manat alimentin 50 manata qədər azaldılmasına köməklik etmək imkanına malik olmasına "WhatsApp" tətbiqi vasitəsilə aralarında olan danışıqlar zamanı Şahid7 inandırmaqla, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zərdab rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaiti verilməsi müqabilində həll edəcəyini yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək Şahid7 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin iyul ayı ərzində Bakı Metropoliteninin Memar Əcəmi stansiyasının çıxışında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Mc Donalds” restoranının qarşısında sonuncudan 500 (beş yüz) manat məbləğində, ümumilikdə qeyd edilən qaydada aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus cəmi 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək ona xeyii miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid7 vasitəsi ilə tanıdığı Şahid8 özünün vəzifəli və geniş əlaqələrə malik şəxs olmasına inandırmaqla müəyyən məbləğdə pul vəsaiti verməsi müqabilində Yasamal rayonu ərazisində şəhid ailələri və aztəminatlı ailələrə verilən mənzillərdən 4 otaqlı mənzil almasında ona köməklik etmək imkanına malik olmasına cinayətdən xəbərsiz olan Şahid7 vasitəsi ilə, daha sonra isə x xxxxxx 2019-cu il tarixdə Bakı Metropoliteninin Memar Əcəmi stansiyasının çıxışında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Mc Donalds" restoranında görüşləri zamanı inandırıb, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu Yasamal rayon İcra hakimiyyətinin vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaiti verilməsi müqabilində həll edəcəyini yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Aris Məmmədovun razılığını almaqla onunla sövdələşib, həmin adla x xxxxxx 2019-cu il tarixdə sonuncudan cinayətdən xəbərsiz olan Şahid7 vasitəsilə həmin "Mc Donalds1’ restoranında 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Aris Şəmmmədova məxsus 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, əmək fəaliyyətinə 2007-ci ildə 2 nömrəli Tibb Kollecində lobarant kimi başlamış, daha sonra 2008-ci ildə “NarMobile" şirkətində operator, 2012- 2014-cü illərdə Kənd Təsərrüfatı Nazirliyində baş iqtisadçı-böyük inspektor, 2016-2017-ci illərdə Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda baş mühasibin müavini vəzifəsində işləmişdir. 2017-2018-ci illərdə İsə Yasamal rayon İcra Şöbəsində şöbə rəisi Elgiz Kazımovun qeyrirəsmi köməkçisi, daha sonra isə Yasamal rayon Məhkəməsində Aqşin Əfəndiyevin qeyri-rəsmi köməkçisi işləmişdir. Himayəsində olan azyaşlı qızı Nərmin Nağıyevaya internet vasitəsi ilə dayə axtardığından öz yaşadığı evə dəvət etdiyi Şahid1 və onunla birlikdə gəlmiş Şahid3 ilə tanış olmuşdur. Tanışlıq zamanı Şahid1 geyimi xoşuna gəlmədiyi üçün həmin vaxt hicab geyinmiş Şahid3 uşağı üçün günü 10 manata olmaqla dayəlik etməyi təklif etmiş, sonuncu da bu təklifi qəbul etmişdir. İlk öncə onu qeyd edir ki, ittiham aktında yazılanlarla qismən razıdır. Belə ki, Şahid1 anası Şahid2 100 manat əlavə faiz ödəmək şərti ilə 1000 manat borc almış, pulu vaxtında verə bilmədiyi üçün sonuncu ona da verdiyi 1000 manatın əvəzində Şahid3 söz verdiyi kimi Rənaya da mənzil alınmasında köməklik göstərməyi Rəna xahiş etmişdir. Bu barədə Rənaya konkret vəd verməsə də, Şahid2 özlüyündə mənzil alınmasında onun köməklik göstərəcəyinə arxayınlaşmışdır. Şahid1 işlə təmin edilməsi ilə bağiı ondan və anasından 300 manat pul almamışdır. Şahid1 Masallı rayonunda qeydiyyatda olduğuna görə yeni şəxsiyyət vəsiqəsi alması üçün Masallı rayonunda yerləşən ASAN Xidmət Mərkəzinə getməli olduğu halda Yasamal rayon Polis idarəsində işləyən tanışları vasitəsi İlə vəsiqəni ala biləcəyini düşündüyü üçün ona tanışları vasitəsi ilə vəsiqəni Masallı rayonuna getmədən ala biləcəyini söyiəmiş, bunun üçün ondan 70 manat pul almışdır. Şahid3 ilə bağlı ilk öncə qeyd edir ki, Bəyləri və Sahimi tanımır. Aynura Yasamal rayon İcra Hakimiyyətində işləyən tanışı vasitəsi ilə Yasamal rayonunda dövlət hesabına ev verilməsini təşkil edəcəyini vəd vermiş, bunun üçün Şahid3 1500 manat pul istəmiş, sonuncu da 500 manat verməyə gücü çatdığını demiş, Aynur Dadaşovun atası poçt vasitəsi ilə ona cəmi 500 manat pul göndərmiş, Şahid3 ilə birlikdə gedib poçt məntəqəsindən həmin pul vəsaitini almışdır. Bir müddət sonra Şahid3 pula ehtiyacı olduğunu və anasının qızıllarını girov qoymaqla bankdan pul ala biləcəyi ilə maraqlanmış, o da kömək etmək məqsədi ilə Şahid3 ilə birlikdə banka gedərək onun gətirdiyi saat, qolbaq və boyunbağını girov qoymaqla 1650 manat pul almış və pulu dərhal Şahid3 vermişdir. Həmin kredit müqabilində Şahid3 hər ay aparıb banka Təqsirləndirilən şəxs adından 300 manat pul ödəməli olduğu halda, bir neçə ay sonra bankdan zəng edib kreditin ödənilmədiyi bildirilmiş, girov qoyulmuş qızılların bank vasitəsi ilə zərgərə təqdim edilməsi, kreditin tam bağlanılması, əlavə olaraq da Aynura 400 manat pul verilməsi təklif edilmişdir. Şahid3 məlumat verdikdən sonra sonuncu ilə birlikdə banka getmiş, sənədləşmə aparıldıqdan sonra, kredit borcu tam ödənilmiş və ona 400 manat pul verilmiş, o da öz növbəsində verilən pulu Şahid3 təqdim etmişdir. O, Şahid3 sosial yardım düzəltməsi ilə bağlı vəd verməmiş, Şahid3 xahişi ilə onun əvvəllər Abdulla kimi təqdim etdiyi və bir evdə yaşadığı Şahid7 inandırmaq məqsədi ilə Zamirə sosial yardım düzəldəcəyini təsdiq etmək üçün Aynurla birlikdə gedib ''xxxx" bank ASC-dən depozit kartı almışdır. Şahid7 inandırmaq məqsədi İlə Şahid3 kartın, həmçinin Zamirə ev verilməsinə inandırmaq üçün özünün yaşadığı evin şəkillərini çəkib Şahid7 göndərmiş, guya onun evini özünə verilmiş evin şəkilləri kimi təqdim etmişdir. Şahid3 onun uşağı Nərmin Nağıyevaya dayəlik etdiyi vaxt əvvəllər adını Abdulla kimi, sonra isə Şahid7 kimi tanıdığı şəxslə tanış olmuş, sonuncunun xahişi ilə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən paylanılan sosial evlərin alınmasına köməklik edə biləcəyi İlə maraqlanmağa söz vermiş, daha sonra ona Yasamal rayonunda ASAN Xidmət Mərkəzinin arxasında yeni tikilən binada 2 otaqlı mənzil verilməsini yalandan vəd verib Şahid3 vasitəsi ilə X17 stansiyasının çıxışında "McDonalds" restoranında 1500 manat pul almışdır. Həmçinin “Watsapp" tətbiqi vasitəsi ilə aralarında olan danışıqlar zamanı X10 rayon İcra və Probasiya Şöbəsində hərraca çıxarılmış 2014-cü il istehsallı, Hyundai Sonata markal avtomaşını dəyərindən ucuz qiymətə almağın mümkün olmasına, həmin məsələni xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Yasamal rayon icra Şöbəsinin vəzifəli şəxslərinə pul verilməsi müqabilində həll edəcəyinə çalışacağımı demiş, buna görə Şahid7 X17 stansiyasının çıxışında "McDonalds" restoranında 2000 manat pul almışdır. Şahid7 ödədiyi 120 manat alimentİn 50 manata qədər azaldılmasına köməklik etməklə bağlı 500 manat alması ilə bağlı göstərilənlərin həqiqətə uyğun olmadığını, buna görə Şahid7 deyil, Şahid3 100 manat pul almışdır. Şahid7 tanışı Şahid8 Yasamal rayonu ərazisində şəhid ailələri və aztəminatlı aiiələrə verilən mənzillərdən 4 otaqlı mənzil alınmasına köməklik etmək üçün 1500 manat pulu X17 stansiyasının çıxışında "McDonalds" restoranında ya Şahid7 ya da Şahid3 almışdır. O, Zamirdən 2000 maşına görə, 1500 manat isə Arisin Zamirə verdiyi pulu almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "tap.az” saytı vasitəsi ilə elan yerləşdirməklə evlərdə xadimə kimi iş axtardığı zaman Təqsirləndirilən şəxs ona zəng edərək uşağı üçün dayəlik etməyi təklif etmiş, həmin vaxt onunla danışıq zamanı özünün dayəlik etmədiyini bildirməklə rəfiqəsi Şahid3 dayə kimi təklif etmiş, sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonunda yaşadığı evə getmişdir. Orada Aynurun gündəlik 20 manat müqabilində dayəlik etməsinə razılaşmışlar. Ülviyə onun işsiz olduğunu bilib istədiyi təqdirdə onun adını məcburi köçkün kimi yazdırıb ev alınmasında köməklik edə bilməsini, bunun üçün Ülviyəyə 1000 manat pul verməli olduğunu bildirmişdir. Ülviyə sənədlərin Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən hazırlanacağını desə də, həmin 1000 manat pulun konkret kimə veriləcəyini bildirməmişdir. Bundan başqa Üiviyə Əskərova ona Daxili işlər Nazirliyində mühafizəçi kimi işə qəbul olunmaqda köməklik edə biləcəyini bildirməklə bunun üçün forma tikdirmək üçün 300 manat pul istəmiş, bundan başqa şəxsiyyət vəsiqəsini itirdiyini öyrəndikdən sonra isə 80 manat verəcəyi halda qeydiyyatda olduğu Masallı rayonuna getməyə ehtiyac olmadan ASAN Xidmət mərkəzində işləyən tanışı vasitəsi ilə 80 manat müqabilində onun şəxsiyyət vəsiqəsini Bakı şəhərinə gətizdirməyi vəd vermişdir. Təqsirləndirilən şəxs ondan və anasından cəmi 1380 manat pul almışdır. 1380 manat pulu cəm şəkildə onun və rəfiqəsi Şahid3 yanında anası Şahid2 2019-cu ilin yayında Təqsirləndirilən şəxs sonuncunun Yasamal rayonunda Gülüstan şadlıq evinin yaxınlığında yaşadığı 9 mərtəbəli binanın 7ci mərtəbəsindəki mənzilində vermişdir. Bir müddət sonra rəfiqəsi Şahid3 ona zəng edib Ülviyənin onları aldatdığını demişdir. Ona məlum olmuşdur ki, ev verdirmək adı ilə Ülviyə ondan başqa Aynuru, Aynurun tanışları Zamiri və digər şəxsləri də aldatmış, Aynurun təqribən 7000 manata yaxın pul və qızıllarını, Zamirin isə maşınının pulunu Ülviyə aldadaraq ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əri Əkrəm Ağayev 2016-cı ildə vəfat etdikdən sonra qızı və oğlu ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır, müxtəlif şəxslərin evində xadiməlik etməklə pul qazanır. Təqsirləndirilən şəxs barəsində o da şikayətçiydir, Ülviyə onun xadimə kimi işləyib yığdığı pulu aldadıb əlindən almışdr. Ülviyəni qızı Şahid1 və rəfiqəsi Şahid3 vasitəsi ilə tanımışdır. Ülviyə Gülşəni internetdə yerləşdirdiyi elan vasitəsi ilə tapıb uşağı üçün dayəlik etməyi təklif etmişdir. 2019-cu ilin yayında Gülşən ona Ülviyənin Gülşənə dövlət hesabına ev almağı təklif etdiyini demiş, o, Təqsirləndirilən şəxs yaşadığı evdə Şahid3 və qızı Şahid1 ilə birlikdə olmuş, həmin vaxt Ülviyə onların adını məcburi köçkün kimi qeydiyyata aldırıb Yasamal rayonunda onlara dövlət hesabına 3 otaqlı mənzil verdirə biləcəyini, bunun üçün Yasamal rayon İcra Hakimiyyətində işləyən hansısa şəxsə sənədlərin hazırlamasından ötrü 1000 manat pul verilməli olduğunu demişdir. Lakin şəxsin kim olmasını bildirməmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs qızı Şahid1 Daxili İşlər Nazirliyində mühafizəçi kimi işə qəbul etdirməyi təklif edərək bunun üçün isə xidməti geyim forması tikilməsindən ötrü 300 manat pul istəmişdir. Bundan başqa söhbət zamanı Təqsirləndirilən şəxs Şahid1 şəxsiyyət vəsiqəsini itirməsini öyrəndiyi üçün 80 manat verəcəyi halda qeydiyyatda olduğu Masallı rayonuna getməyə ehtiyac olmayacağını, ASAN Xidmət mərkəzində işləyən tanışı vasitəsi ilə 80 manat müqabilində vəsiqəni Bakıya gətizdirmək imkanına malik olmasını bildirmişdir. Olan-qalan pulunu həmişə yanında gəzdirdiyi üçün xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzildə Aynur və Gülşənin iştirakı ilə onlara 3 otaqlı mənzil verilməsindən ötrü sənədlərinin hazırlanması üçün 1000 manat, qızına işə düzəlməsi üçün forma tikilməsindən ötrü 300 manat, həmçinin itirilmiş vəsiqəsinin Masallı rayonunda deyil, Bakı şəhərində alınması üçün 80 manat olmaqla, cəmi 1380 manat pulu Ülviyəyə vermişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Ülviyə Gülşənin rəfiqəsi Şahid3 və başqalarını da aldatmışdır. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, X11 Təqsirləndirilən şəxs üzünə qarşı ifadə verməklə onun əvvəlcə özünün hansısa nazirliyin, sonra isə məhkəmədə işləməsini, həmin vaxt isə xəstəliyi səbəbindən bülletendə olmasını dediyini bildirmiş, ona 3 otaqlı mənzil verilməsindən ötrü sənədlərin hazırlanması üçün 1000 manat, qızı Şahid1 işə düzəlməsi üçün forma tikilməsindən ötrü 300 manat, həmçinin itirilmiş şəxsiyyət vəsiqəsinin Masallı rayonunda deyil, Bakı şəhərində alınması üçün 80 manat olmaqla cəmi 1380 manat pul aldığını bir daha göstərmişdir (cild 2, iş vərəqi 62-65). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, tap.az saytı vasitəsi ilə elan yerləşdirməklə iş axtarıb evlərdə xadimə kimi işləyir, bu yolla evində təmizlik üçün getdiyi, əvvəlcə adını Abdulla kimi tanıdığı, sonradan Şahid7 olduğunu öyrəndiyi şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə o, 2019-cu ilin iyun ayında Şahid1 adlı şəxs vasitəsi ilə tanış olmuşdur. Gülşən adlı tanışı əvvəllər ofisiant işləmiş, Gülşən də internet vasitəsi ilə özünə iş axtardığı vaxt Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Gülşən ona Ülviyənin uşağına dayə axtardığını bildirdiyinə görə sonuncunun Yasamal rayonunda yerləşən evinə getmişlər. Ülviyə özünü əvvəlcə Ədliyyə Nazirliyinin, sonra isə Ağır Cinayətlər Məhkəməsinin işçisi kimi təqdim etmiş, onunla ilkin söhbət zamanı ünvanlı sosial yardım ayrılması üçün sənədlərini hazırlamağa kömək etməyi, Gülşənə 1000 manat müqabilində dövlət hesabına güzəştli təmirsız mənzil verilməsini, 300 manat forma pulu ödəməklə Ədliyyə Nazirliyində mühafizəçi işinə qəbul edilməyi, 80 manat müqabilində isə itirilmiş şəxsiyyət vəsiqəsininin bərpa olunmasını təklif etmişdir. Gülşən elə Ülviyənin evində olduqları vaxt anası ilə məsləhətləşmiş, anası Şahid2 ora gəlmiş, onun yanında Ülviyəyə 1380 manat pul vermişlər. Bundan başqa, Ülviyə ona ünvanlı sosial yardım ayrılması üçün sənədlərinin hazırlanmasına 400 manat pul lazım olduğunu bildirmiş, ona himayəsində olan hər uşaq üçün 140 manat olmaqla ayda cəmi 280 manat sosial yardım ayrılmasını həll edə biləcəyini demişdir. O da həmin gün Əhmədli qəsəbəsində yaşayan İradə xalasına müraciət edib 400 manat borc pul alıb Ülviyəyə vermişdir. İki gün Ülviyənin uşağına dayəlik edib 40 manat pul almışdır. Evində olduğu müddətdə Ülviyə ona və anasına da Bakı şəhərində 1000 manat müqabilində təmirsiz, 1500 manat müqabilində isə təmirli ev alınmasında köməklik edə biləcəyini demişdir. O da Ülviyənin dediklərinə inanıb valideynlərinə zəng eləmiş, onları inandırmışdır ki, qısa müddət ərzində Ülviyə 3000 manat müqabilində onlara ev alınmasında köməklik edə bilər. Valideynləri ona bir həftə aralıqla iki dəfə 1500 manat pul göndərmiş, o, həmin pulları hər dəfəsində 1500 manat olmaqla cəmi 3000 manat pulu 2019-cu ilin iyun ayında iki dəfəyə metronun İnşaatçılar stansiyasının yaxınlığında yerləşən KFC restoranının qarşısında Ülviyəyə vermiş, bir neçə gün sonra Ülviyə pulun kifayət etmədiyini bildirib ondan əlavə pul istəmiş, o, atasına bildirəndən sonra, Ülviyəyə poçt vasitəsi ilə atası Şahid5 500 manat pul göndərmişdir. Həmin pulu Təqsirləndirilən şəxs onun iştirakı ilə metronun İnşaatçılar stansiyasının çıxışında yerləşən poçt məntəqəsindən almışdır. Bir neçə gün sonra Ülviyə pulun az olduğunu deyib əlavə pul verilməli olduğunu bildirsə də, o, əlavə pulun olmadığını bildirmiş, Ülviyə əgər qızılı varsa gətirib qızıl verməyi, lombarda qoyub pul götürməyi, işlərini qaydaya salmağı və onun ev ala bilməsini demişdir. Bir neçə gün sonra Ülviyə zəng edib onun ev məsələsinin alınması üçün bir ev də kiməsə verilməli olduğunu demiş, həmin evi də onun qardaşı üçün ayırmağı təklif etmiş, o, pul olmadığını bildirəndə Ülviyə yenə qızıl verməyi təklif eləmişdir. O, anası ilə danışmış, anası əvvəlcə razı olmasa da, sonradan Ülviyənin təkidi ilə anasını razı salmışdır. O, özünə məxsus bir ədəd üzük, bir cüt sırğa, bir qolbaq və bir boynbağından ibarət 1500 manat dəyərindəki komplekt qızılını, həmçinin qardaşına ev verilməsi üçün anasının 3 qızıl üzük, bir ədəd boyunbağı və bir cüt sırğasını 1500 manat hesabı ilə lombarda qoyub pul alması üçün 2019-cu ilin iyun ayında X17 stansiyasında 4-cü mikrorayon ərazisində İstiqbal mağazasının yanında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Ülviyə tünd göy rəngli Mercedes markalı maşınla gəlmiş, maşını idarə edən Şəhriyar adlı şəxsin də öz sürücüsü olduğunu bildirmişdir. Sürücü də qızılları Ülviyəyə verməsini görmüşdür. Təqsirləndirilən şəxs qızılları verdiyi gün sonuncu onun anası Şahid4 və qardaşı Şahid6 adına tərtib edilmiş hansısa sənədə imza etdirəcəyini bildirmiş, belə olan halda anası və qardaşı Astara rayonundan Bakı şəhərinə gəlmişdir. Anası və qardaşı taksi ilə metronun 20 yanvar stansiyası yaxılnlığına gəldiklərinə görə həm onlara, həm də Təqsirləndirilən şəxs yaxın olması üçün anası və qardaşını birbaşa Şahid7 4-cü mikrorayonda kirayədə qaldığı evə aparmışdır. Həmin vaxt Ülviyə Şahid7la tanış olmuşdur. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs bu gün-sabah məsələnin həll olunacağını, ona sürprizi olduğunu bildirmiş, təqribən iyul ayının ortalarında onu taksi ilə bir evə aparmış, içi tam təmirli və əşyalı olan evi ona verilmiş mənzil kimi təqdim etmiş, ona sürpriz kimi əşyalı ev verdirdiyini bildirmişdir. O, bir gün həmin evdə qaldığı müddətdə Zamirlə telefonla danışmış, Zamirə yeni evdə qaldığını bildirmiş, Zamir evə baxmaq istədiyini demiş, o, evə heç kimin gəlməməsini, komendant görsə narazılıq edəcəyini Ülviyənin deməsini Zamirə bildirmişdir. Şahid7 özü də ev almaq istədiyi bildirmiş, belə olan halda o, X9 Hüseynov üçün də mənzil alınmasında köməklik edə biləcəyi ilə maraqlanmış, Ülviyə 1500 manat pul müqabilində Şahid7 üçün təmirli və mətbəx mebeli olan ev verilə biləcəyini vəd vermişdir. Şahid7 ev alması üçün 1500 manat, Təqsirləndirilən şəxs sözlərinə görə çıxarışın verilməsi üçün də 300 manat olmaqla cəmisi 1800 manat pulu o, 2019-cu ilin iyul ayında X17 stansiyasının yaxınlığında “McDonaids” restoranında aparıb Ülviyəyə vermişdir. Bundan sonra Şahid7 bir nəfər Aris adlı tanışına da ev düzəldilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs razılıq verməsindən sonra eyni qaydada 1800 manat pulu 2019-cu ilin iyul ayında X17 stansiyasının yaxınlığında “McDonalds” restoranında sonuncuya vermişdir. 2019cu ilin iyul ayında o, Təqsirləndirilən şəxs rayona gedəcəyini, bunun üçün Şahid7 maşınına yeni təkər almalı olduğundan sosial yardım alması ilə bağlı işlərin sürətləndirilməsini xahiş etmişdir. Qısa müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək Şahid7 üçün Yasamal rayon İcra və Probasiya şöbəsinin hərraca çıxardığı 2015-ci il istehsalı olan Hyundai Sonata markalı maşını tapdığını, bunun müqabilində istəyirsə Şahid7 maşınını barter verməyi yaxud da hərracda maşını alması üçün 5000 manat pul verməsini təklif etmişdir. O. bunu Zamirə demiş, Zamir də razılaşmış və maşınını satmışdır. 2019-cu ilin avqust ayında Şahid7, onun kəndçisi Şahid8 Təqsirləndirilən şəxs ilə X17 stansiyasının yaxınlığında “McDonalds” restoranında görüşmüşlər. Görüş zamanı Ülviyə onların ad və soyadlarının yazıldığı hansısa müqavilələri gətirərək imzalatmış, həmin vaxt avtomobilin alınması üçün Şahid7 zərfin içərisində olan pulu Təqsirləndirilən şəxs verərək saymağı təklif etmiş, sonuncu isə inandığını bildirərək saymaqdan imtina etmişdir. Bir neçə gün sonra o, ünvanlı sosial yardım almaq üçün kartını istədiyi vaxt Təqsirləndirilən şəxs onu metronun 28 may stansiyası yaxınlığında yerləşən "xxxx" bank ASC-nin əsas binasına apararaq orda depozit kartı sifariş vermiş, 3 gün sonra kartı götürdükləri zaman Təqsirləndirilən şəxs kartın içərisində 3000 manat pul olduğunu bildirmiş, həmin vaxt istifadə edəcəyi halda kartın yana biləcəyini demiş və iki saat sonra yoxlamağı tapşırmışdır. Bir gün sonra kartı yoxladıqda içərisində heç bir vəsaitin olmadığını Təqsirləndirilən şəxs bildirdikdə sonuncu müxtəlif bəhanələrlə onu aldatmış və sonradan onun telefonlarına cavab verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Şahid7 iki uşağına görə yığılmış aliment borclarının silinməsi və aliment məbləğinin azaldılması üçün 300 manat pul almışdır. Həmin 300 manatı Zamir özü Ülviyəyə vermişdir. Zamir qardaşının da sənədlərini Ülviyəyə vermiş, çünki aliment borcu olduğuna görə maşını hərrcdan öz adına yox, qardaşının adına almaq istəmişdir. Ülviyə onların da evinin çıxarışının alınması üçün hər birinin 300 manat pul verməli olduğunu bildirmişdir. O, pulu olmadığını bildirmiş, amma qardaşı və anasının evi üçün iki dəfəyə 300 manat olmaqla, cəmi 600 manat pulu 2019-cu ilin iyul ayında metronun İnşaatçılar stansiyasının yanında “KFC” restoranında Təqsirləndirilən şəxs vermişdir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı ifadə verməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 66- 72). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2019-cu ilin iyul ayında qızı Şahid3 onunla telefon danışığı zamanı Ədliyyə Nazirliyində işləyən Təqsirləndirilən şəxs ilə tanış olduğunu, sonuncunun hər yerdə iş görə bildiyini, onun vasitəsi ilə ünvanlı sosial yardım və mənzil ala biləcəyini, bunun üçün Təqsirləndirilən şəxs hissə-hissə pul verilməli olduğunu bildirmişdir. Qızı Şahid3 üçün sosial yardım ayrılması, ona, qızına və oğluna ev verilməsində köməklik edilməsindən ötrü Təqsirləndirilən şəxs verilməsi üçün qohumları vasitəsi ilə qızı Şahid3 əvvəlcə nağd qaydada 1000 və 500 manat olmaqla cəmi 1500 manat, daha sonra poçt vasitəsiylə Təqsirləndirilən şəxs oğlu Şahid6 adından 500 manat pul göndərmişdir. Göstərilənlərdən başqa o, oğlu Şahid6la birlikdə özünə məxsus olan bir ədəd boyunbağı və bir ədəd bilərzik, dəst formasında 1 ədəd üzük, bir cüt sırqa, qızıl saat, iki ədəd nişan üzüyü, bir ədəd klon və ayrıca bir ədəd üzükdən ibarət qızıl əşyalarını Təqsirləndirilən şəxs verməkdən ötrü yaşadığı Astara rayonundan Bakı şəhərinə gəlmiş və sonuncu ilə görüşərək qızılları təqdim etmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq ona, oğluna və qızına heç bir mənzil verilməmiş, həmçinin qızı üçün sosial yardım ayrılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Dadaşov Şahid5 Gülxar Əkrəm qızı ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Bakı şəhərində yaşadığı müddət ərzində “tap.az" saytı vasitəsi ilə evlərdə təmizlik işləri ilə məşğul olan Şahid3 ilə tanış olmuş və sonuncu onun Bakı şəhəri Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində kirayə qaldığı evdə təmizlik işləri ilə məşğul olmuşdur. Bir müddət sonra Şahid3 ilə aralarında yaxın münasibətlər yaranmış, onun valideynləri və qardaşı ilə də tanış olmuşdur. Təqribən 2019-cu ilin iyun ayında Şahid3 ona Şahid1 adlı rəfiqəsinin köməyi ilə iş tapdığını, nazirlikdə işləyən Ülviyə adlı qadının uşağına dayəlik etdiyini bildirmiş, həmin qadının ona sosial ev almaq üçün köməklik göstərməyə söz verdiyini bildirmişdir. Bir müddət sonra Şahid3 ona 4000 manat verəcəyi halda Təqsirləndirilən şəxs onun üçün də ev almasına köməklik göstərə biləcəyini bildirmiş, o isə Şahid3 ev verildikdən sonra pul verməyə razı olduğunu qeyd etmişdir. Şahid3 Təqsirləndirilən şəxs onun yaşadığı evə gətirərək tanış etmişdir. Təqribən bir həftə sonra Şahid3 ona Yasamal rayonunda ASAN Xidmətin arxasında yerləşən yeni tikilidə tam təmirli, əşyalı mənzil verildiyini bildirmiş, lakin həmin mənzilə dair komissiyanın baxış keçirməli olduğunu bildirdiyindən mənzilə gedib baxmasına razı olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən onun adına ev verilməsi üçün xx xxxx 2019-cu il tarixədək isə cəmi 4000 manat pul vəsaitini sonuncuya çatdırması üçün Şahid3 vermişdir. Həmin ərəfədə Şahid3 ona əlavə bir evin də olduğunu bildirmiş, tandığı bır adamın istəyəcəyi təqdirdə xəbər verməsini tapşırmışdır. O da öz kəndçisi X4 bu barədə məlumat vermiş, sonuncu ev almaq istədiyini bildirdiyi üçün 3000 manat pul vermiş, o da həmin pul vəsaitini Təqsirləndirilən şəxs çatdırması üçün Şahid3 vermişdir. Ülviyə ona adına aliment olduğu üçün ev verilə bilinmədiyini demiş, o da buna görə anasının şəxsiyyət vəsiqəsini Aynura göndərmişdir ki, ev anasının adına rəsmiləşsin. Qısa müddət sonra Şahid3 ona zəng edərək 2014-cü il istehsalı olan Hyundai Sonata markalı bir avtomaşının hərraca çıxarıldığını, istəyəcəyi təqdirdə Təqsirləndirilən şəxs 5500 manat müqabilində həmin avtomobili onun üçün ala biləcəyini bildirmişdir. x xxxxxx 2019-cu il tarixdə o, 5500 manat pulu zərfə qoyub həmin gün X17 stansiyasının çıxışında "McDonalds" restoranında Şahid3, Təqsirləndirilən şəxs və Şahid8la görüşdüyü zaman Şahid3 vermişdir. Həmin tarixdə kəndçisi də ona verilməli olan evin açarlarını almağa gəlmişdir. Həmin görüş zamanı Təqsirləndirilən şəxs mənzillərə çıxarış verilməsindən ötrü onlara hansısa sənədlərə qol çəkdirsə də, nəticədə heç bir mənzil və avtomobil verilməmişdir. Bir müddət kəndçisi də gözləyəndən sonra rayona qayıtmaq məcburiyyətində qalmışdır. Bundan başqa Təqsirləndirilən şəxs onun ödədiyi 120 manat alimentin 50 manata qədər azaldılmasında köməklik etmək üçün ondan 500 manat pul almışdır. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Şahid7 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Şahid7 özü və Şahid8 üçün mənzil alınmasından ötrü Təqsirləndirilən şəxs verilməsi üçün hər birində 1800 manat olmaqla Şahid3 cəmi iki dəfə pul vermişdir, pulun Təqsirləndirilən şəxs verilməsi zamanı öz avtomobilində oturaraq onları kənardan müşahidə etmişdir (cild 2, iş vərəqi 73-77). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid7 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Şahid7 bir daha ifadə verərək ona ev verilməsindən ötrü 1800 manat, Şahid8 ev verilməsindən ötrü 1800 manat, Hyundai Sonata markalı avtomaşının alınmasından ötrü 5500 manat, ödədiyi aliment məbləğinin azaldılmasından ötrü 500 manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şahid7 Yasamal rayonunda ASAN Xidmət Mərkəzinin arxasında yeni tikilən binada 2 otaqlı mənzil verilməsini yalandan vəd verib Şahid3 vasitəsi ilə 1800 manat, həmçinin Şahid8 Yasamal rayonunda ASAN Xidmət Mərkəzinin arxasına yeni tikilən binada 1 otaqlı mənzil verilməsini yalandan vəd verib Şahid3 vasitəsi ilə 1800 manat, bundan başqa “Watsapp" tətbiqi vasitəsi ilə aralarında olan danışıqlar zamanı Şahid7 Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsində hərraca çıxarılmış Hyundai Sonata markalı avtomaşını dəyərindən ucuz qiymətə almağın mümkün olmasına, həmin məsələni xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Yasamal rayon İcra və Probasİya şöbəsinin vəzifəli şəxslərinə rüşvətin verilməsi müqabilində həll edəcəyinə inandırmaqla 2000 manat pul almasını etiraf etmişdir (cild 2, iş vərəqi 78-82). Məhkəmədə tərəflərin razılığı ilə elan olunaraq tədqiq edilmiş, Şahid8 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən Şahid7 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 2, iş vərəqi 239-243). Şahidlər Şahid3, Şahid4, Şahid6, Şahid5, Şahid2, Şahid7 və Şahid8 məhkəməyə yazılı ərizə təqdim edərək onlara dəymiş faktitki ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, onunla barışdıqlarını və ona qarşı şikayətlərinin olmadığını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ödəniş cədvəli, kredit müqaviləsi, girov müqaviləsi və daşınar əmlakın qiymətləndirmə aktından görünür ki, Təqsirləndirilən şəxs Şahid3 və Şahid4 məxsus 9 adda 12 ədəd qızıl-zinət əşyalarını xx.xx.2019-cu il tarixli 040ZİNAS73935301 nömrəli girov müqaviləsi əsasında xxxx ASC-yə girov qoymaqla xx.xx.2019-cu il tarixli 040CASA191930009 nömrəli kredit müqaviləsi ilə 1600 manat nağd kredit almışdır (cild 2, iş vərəqi 148-153). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən “xxxx" ASC-yə girov qoyulmuş 9 adda 12 ədəd qızıl-zinət əşyalarının bazar dəyəri 2495,6 manat təşkil edir (cild 2, iş vərəqi 167-169). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi" Publik hüquqi şəxsinin təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli, 353KEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Dolixomeqasiqma subtotalkolektomiya və kolorentoanastamozun qoyulması cərrahiyyə əməliyyatından sonrakı vəziyyət. Əməliyyatdan sonrakı ishal. Bağırsaq funksiyasının pozulması" kimi xəstəliklərdən əziyyət çəkir, onun xəstəkiləri uzun sürən xroniki gedişli xəstəliklərə aiddir, Təqsirləndirilən şəxs hal-hazırki sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür (cild 2, iş vərəqi 83-94). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının xx xxxxxx 2020-cİ il tarixli 4/585 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş fonoqramlarda olan mətnlərdəki "Q1” kimi işarələnmiş diktorun səsi və nitqi Şahid3 və “Q2” kimi işarə olunmuş səs və nitq Təqsirləndirilən şəxs məxsusdur. Aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manatdır (cild 2, iş vərəqi 105-134) Həmin fonoqramlardakı danışıqlar aşağıdakılardır: “WhatsApp Audio 2020-04-27 at 09.59.50” Q2 - Heç nə qadası, danışarıq Allahın izni ilə yenə. Görüşəndə inşəallah, danışarıq. Kartı sağ-saiamat alım verim Aynura, ordan da gedim qaqaşın məsələsini həll edək, görək başımıza nə gəlir. “WhatsApp Audio 2020-04-27 at 09.59.51" Q2 - inan Allaha ki, Aynurdan beş qat həyəcanlı mənəm, Allaha and olsun. Bir dənə Allaha qurban olum, Allaha yalvarıram, bir dənə Allah imkan versin, Aynurun o kartı götürməyini gözümlə görüm, heç nə istəmirəm, Allaha and olsun. “WhatsApp Audio 2020-04-27 at 09.59.51” Q2 - Gəl belə edək, qadası. Planlaşdırmayaq. Planlaşdıranda o iş alınmır da, Yənİ məndə belədir. Gəl bir dənə görüşək, ikiyə qalmış, ikidə. Aynurun bir dənə kartını alaq, ondan sonra mən gedim qaqaşın bir dənə maşınını həll edim, “uje" ondan sonra fikirləşərik, gedək, getməyək. Mən maşında indi oğlana zəng vurdum, oğlan dedi ki, bir saata zada sənə xəbər edirəm. Elə olsa, seni ora göndərəcəm. Daha sən Aynurla gəlmə “xxxxa". Daha Aynurla nəyə gəlirsən? Aynur özü gəlsin kartını götürsün. Sən Allah qoysa, get maşının dalınca, “WhatsApp Audio 2020-04-27 at 09.57.42” Q2 - Bax, Aynuş! Pis başa düşməsin ha, mən onu istəyib deyirəm, Allaha and olsun. Mən məhkəmədə işləyirəm də qadan alım, başa düşdün? Abunun çox anlayışı yoxdur da məhkəmə sistemindən. Bax, Allahımıza and olsun, yalan deyir icraçı. İcraçı o pulu qatlayıb qoyacaq cibinə, bax, Nərminin canı. “Stopu” o qoymur, qurban olum. Mən də məhkəmədə işləyirəm. "Stop’1 arestdir. O, qoymur. Onu qoyan “qai"dir. Yəni “qai" işçisi qoyur onu. O kimdir ki, ona arest qoya? O bilirsən nə vaxt arest qoya bilər, icraçı? Hansısa banka borcu ola, hə, onda qoyur. Başa düşdün? Amma bu belə aliment məsələsində o qoymur, onu "Qai" qoyur. Yəni "qai" adma baxfr kompyuterdə, nəsə çıxan kimi avtomatik “uje" şey edirdə yəni birbaşa göndərir məhkəməyə ki, bu maşın bunun adına çıxdı, daha tutun. Aresti bu qoymur, "qai’’qoyur. Yəni... mənim üçün yenə deyirəm hə, yəni mənim üçün heç bir fərqi yoxdur. Yəni “prosto” mənim ona yazığım gəlir. Mən istəmirəm ki, o aparıb 500 manatı ona göndərsin, başa düşdün? Sabah onun əlində qalacaq. Gedəcək-gələcək, gedəcəkgələcək əsəbləri pozulacaq. Mən sənə bunun 100 faiz yoxa. Milyon faiz deyirəm. Çünki bu işlərin içindəyəm mən. “WhatsApp Audio 2020-04-27 at 09.59.52” Q2- Yoxe, gedib. Sən başa düşmədin. O, qərardadın əslini istəyir. Qərardadı, hansı ki, o 50 manat olure, senin alimentin. O kağızı istəyir. Deyir, siz də mənə onu göndərin, mən onu içinə tikim ki, işin ki, bu qız zəhləmi tökməsin hər ay. Yəni elə bil ona qərardadı göndərəcəm. Səhər tezdən mən ona qərardadı göndərəcəm. “WhatsApp Audio 2020-04-27 at 09.59.53” Q2- Qulaq asmağa ehtiyac yoxdur. Yadımdadır, danışmışam. Bilirəm, mən qərardadın əslini göndərəcəm ona. Alimentlə bağlı ki, 50 manat olub. Qız ondan əl çəksin, səndən əl çəksin. Oranın sədri də bizə kağız göndərəcək bu gün. “WhatsApp Audio 2020-04-27 at 09.59.53” Q2- Oranın sədri bu gün mənə kağız göndərib. Mənə deyənədə, müdürümə. İndi yedinin yarısı zadı göndərəcək. Biz də onlara göndərcəyik. “WhatsApp Audio 2020-04-27 at 10.00.03” Q2 - Salam Abu. Necəsən, neyniyirsən? Bayaq yanımda adamlar var idi. Tam sərbəst səs ata bilmirəm. Səndən çox xahiş edirəm, necə sən mənə bacı demisən, mən sənə qardaş. Bir dənə mənə axıra kimi diaqətnən qulaq as. Mən sənə deyirəm. O Aynurun qardaşıynan, sənin dostunu mən o məqsədnən çağırmışam ki, səsimi də eşitdərə bilərsən onlara da problem yoxdu. Yənİ bunlar məni “lyuboy moment” bugün gün ərzində deyə bilər ki, onlar hamısını çağır gəlsinlər. Düzdü? Yəni mən bu... Onlar uzaqda olduğuna görə, mən onları necə deyim ey sənə, necə başa salım. Yəni gözdüyə bilməyəcəm də. Başa düşdün? Onlar 3 saata, 5 saata gəlib çatsınlar. Yəni mən ona görə bugün çağırmışam ki, mənə... Çünki mən öz "raşotumu” belə götürmüşəm də. Yəni mən getdim onlərnan o cün danışdım, İcra Hakimiyyətiynən, mənə dedilər ki, uzağı, yəni ən belə də pis variantnan da yəni hər şey bir qırağa 2-ci gün uzağı saat 10-a qədər köçəcəklər bunlar. Mən de ona görə bugün çağırdım ki, yəni bugün ola bilər çağırsınlar. Uzağı yəni səhər 10-da bu adam köçür də yəni o evə. Mən sizin qabağınıza elə- belə çıxmaq istəmirəm. Başa düşdün? Yəni, hə gəlim söhbət eliyim, çıxım gedim zad, belə yox. Mən istəyirəm sənin qabağına gəlim, açan da qoyum stolun üstünə, evin də açarını qoyum, “kupçanı” da qoyum, texpasportuda qoyum, “generalnivi" də qoyum Deyim davay indi Abu məsəl üçün budu. Başa düşdün? Mən də alnıaçıq çıxmaq istəyirəm sizin qabağınıza. Ona görə mən sizdən heç nə istəmirəm. Bircə dənə səbirli olun, “uje" 90% həli olub, 10% qalıb. Sənin də texpasportuna qədər almışam, vermişəm “generainıy davernuşt” yazsınlar. O da “prosto" bugün işləmirlər deyə, elə bil oğlan birazdan gələcək də. Mən xahiş elədim dedi gələrəm. Eİə bil mən ona bi raz hörmət eliyəcəm o gələcək. Allahın izniylə. Yəni mən yenə deyirəm narahat olma. Bu şey alınmasa mən qorxmuram, çəkinmirəm. Deyərəm Abu alınmır. "WhatsApp Audio 2020-04-27 at 10.00.04” Q2- Yəni onu demək İstəyirəm ki, bu iş 5 gün, 3 gün uzanası iş deyil. Bu iş həll olacaq bugünləri. Yəni ən geci bugün məndə olacaq. Məsəl üçün çıxa bilməsən, gələ bilməsən və yaxud da ki, olar da hadisədi, hər şey...olsa da. “Uje:ı biləcəsən ki, məndədi, görüşüb sənnən verəcəm onu sənə. Yəni mənim sənə verəcəyim şeylər texpasportdu, evin açarlandı, “kupçadı” bir də ‘’generalmy davernustdur”. Bu 4 dənə şeyi mən sənə verəcəm. Yəni bunu mən verəcəm sənə. Mən də o qədər şərəfsiz deyiləm ki, bu boyda camaatı ümid verim, gözlədim, sonra deyim ki, alınmadı ala pulunu. Yəni o pul onun üçün verilmiyib, “WhatsApp Audio 2020-04-27 at 09.57.10” Q2- Bilirsən, mən indi danışaram, ya barter edərik, ya maşınını verər, bunu götürər, ya da ki, aparsın maşınını satsın, 5 günü də tezbazar bazar çıxarsın, dəyər dəyməzə versin, bunu götürsün. Çünki bu əldən çıxmasın da. Bu, çox qəşəng maşındır. Allaha and olsun Aynur, gör necə olubda? Qismətə bax. Qız maşını götürüb, qız maşım olub. Qız sürüb bu maşını. Tərtəmizdi. “Klyonkalarına" qədər üstündədir. Ödəyib, ödəyib, ödəyib, qalanını ödəyə bilməyib. İndi xaricə getmək istəyir, ailəvi bunlar köçür xaricə. Qız da gəlib, qıza deyiblər ki. Məhkəmə olub, deyiblər ki, ödəyirsən qalan pulunu? Qız da deyib ki, ödəmirəm də, mən istəmirəm maşını, Mənim pulumu qaytarın. Başa düşdün? Bunlar da gedib ziyana, başa düşdün? Qızın pulunu da qaytarmayıblar, qızın da əlindən maşını aliblar. Qoyublar, məhkəmə özü alıb da elə bil hərrac kimi, bildin? Götürüblər, indi bu maşına belə pis çıxmasın, götürə bilərik, “polnıy" götürə bilərik. “WhatsApp Audio 2020-04-27 at 09.57.14” Q2 - Allaha and olsun, bahalı maşındır. Bax, Nərminin tək canı üçün. “Hunədi" yəni elə belə maşın deyi! də. Qiyməti, rahat 10000-15000 manatdı. 10 da yoxe, bəlkə də çox. Hə, Allaha and olsun. Mən oğlana dedim ki, saxla, 2 də gedirəm görüşüm dəəmimoğluyla. Sənə cavab deyəcəm. Yəni buna biz nə versək, götürəcəyik də. Başa düşdün? Bu maşın, onsuz da pulsuz maşındır da. Pulsuz deyəndə, pulsuz deyile yəni pul verib götürəcəyik. Amma ki, yəni nə qədər də pul versək, ucuz düşürdə, başa düşdün? İndi Abuyla danışarıq, gör, Abunun maşını zadı. Gör, Abunun maşını nədir? Mənə deyər günorta. Baxım görüm barter eləmək olar,olmaz? Görsəm ki, yox, çox köhnə maşındır Abununki, onda Abu aparsın tezbazar satsın bazarda dəyər-dəyməzə, “Uje" bunu götürək. “WhatsApp Audio 2020-04-27 at 09.57.23” Q2- 8000 (səkkiz) minə Abunun maşınını deyir. Abunun öz köhnə maşınını deyir. Satmaq olar. Amma bu mənə təzə maşını deyir ki, 5000 (beş) minə QAl-si, zir-zibili hamısı içində həll eləyirəm. Mənə verir ha, başa düşdün? Mən elə demişəm ki, "prosto" öz adıma istəmirəm. Əmim oğlunun adına istəyirəm. Deyir, problem yoxdu. “WhatsApp Audio 2020-04-27 at 09.57.26” Q2- Az hə, dəlisən? Nə yalançılıq? Yox ay qız, nağdı maşındı da dəlidi ey bu. Yox, bugün pulu versən, oğlan sənədləri-sünədləri, təmizlik haqqında kağız yəni maşının heç bir yerə borcu yoxdur, ziri-zibili , hər şeyinnən “texposportuyna" QA(-nin sənədiynən. QAİ-yə zada heç bir yerə getməyəcək, hamısını özü həll edəcək. Texpasportu” QAİ-də dəyişəcəyik, verəcək "texposportu" mənə, QAi-də oğlan hamısını həll diyəcək, QAi-dəəslində pul alırlar. Nə bilim 300 (üç yüz) manat zad. Heç nə verməyəcək elə bil hamısı bu 5000 (beş minin) içərisindədir. Oğlan həli eliyib sabah axşama qədər maşının “texposportunu" verəcək mənə. “WhatsApp Audio 2020-04-27 at 09.57.33” Q2-‘'Hunday Sonata" -2015, ağ rəngdə. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(004)-123/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqi 224-234). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-1239/2020 saylı qərarınan görünür ki, Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(004)-123/2020 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur (cild 3, iş vərəqi 64-70). Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32,312.2-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs həmin cinayətləri törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayətə görə cəzanı çəkib qurtarmadığına görə məhkumluğu ödənilməmişdir. Buna görə də o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ona isnad edilən cinayətləri məhkum olunduğu vaxtdan əvvəl törətdiyinə görə məhkəmə hesab edir ki, onun törətdiyi əməl cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, uzun sürən xroniki gedişli xəstəlikdən əziyyət çəkdiyini, faktiki maddi zərər vurduğu şəxslərə zərəri tamamilə ödəyərək onlarla barışıq əldə etməsini, həmin şəxslərin təqsirləndirilən şəxsə qarşı tələb və şikayətlərinin olmamasını, qadın olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəza təyin edilməsinin ümumi əsaslarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin 2-ci cildinin 43-44-cü vərəqlərində olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 137-138-ci vərəqlərində olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin tutulması və axtarışının elan edilməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs axtarış elan olunması və tutulması qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 141-142-ci vərəqlərində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icratında olan 1(004)-123/2020 saylı cinayət işi üzrə həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 140-cı vərəqində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı əsasında tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 224-234-cü vərəqlərində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(004)-123/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu cinayət işi üzrə hazırlıq iclasının 02 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri tətbiq edilmişdir (cild 3, iş vərəqi 17-18). Cinayət işinin 3-cü cildinin 64-70-ci vərəqlərində olan Bakı şəhəri Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-1239/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(004)-123/2020 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs X5 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə bu cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri icrasız qaldığından o, xx xxxxxx 2021-ci il taixdə məhkəmə iclas zalından yenidən həbs edilmişdir (cild 3, iş vərəqi 71-74). Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu iş üzrə həbsdə saxlandığı 1 (bir) ay 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun yenidən həbsə alındığı xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə bağlı aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, həmin hökmə və qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm dəyişdirilərək, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət qanunvericiliyinin həmin müddəasından aydın olur ki, şərti məhkum etmənin ləğvinin konkret əsasları qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməllərini sınaq müddəti ərzində törətmədiyindən qeyd olunan müddəa ona şamil edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının 27-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə, bu halda, CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkum etmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda, birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Cinayət qanunvericiliyinin yuxarıda göstərilən müddəasına əsasən və Ali Məhkəmə Plenumunun tövsiyələrini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı hökmlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı CM-nin 66.5-ci maddəsinə əsasən birləşdirilə bilməz, hər iki iş üzrə hökmlər müstəqil icra olunmalıdır. Cinayət işinin 2-ci cildinin 173-199-cu vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 “WhatsApp Audio proqramı vasitəsilə göndərdiyi danışıqların əks olunduğu 1 ədəd CD disk, xx.xx.2019-cu il tarixli 040ZİNAS73935301 nömrəli girov müqaviləsi və xx.xx.2019-cu il tarixli daşınar əmlakın qiymətləndirmə aktı iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, həmin maddi sübutlar cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 300 AZN (üç yüz manat) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 1 (bir) ay 1 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 4 (dörd) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 300 AZN (üç yüz manat) pul Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olan, Təqsirləndirilən şəxs Şahid3 “WhatsApp Audio proqramı vasitəsilə göndərdiyi danışıqların əks olunduğu 1 ədəd CD disk, xx.xx.2019-cu il tarixli 040ZİNAS73935301 nömrəli girov müqaviləsi və xx.xx.2019-cu il tarixli daşınar əmlakın qiymətləndirmə aktı cinayət işinin materiallarında saxlanılsın. Hazırkı hökm və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü, həmin hökmün dəyişdirilərək, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin edilmiş cəzanın 1 (bir) il sınaq müddəti ilə şərti hesab olunması haqqında Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı müstəqil icra olunsun. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Telman Hüseynov Hakimlər Əli Məmmədov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-359/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-359/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver