Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-359/2022 27.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, Bakı şəhərinin Yasamal rayonu ərazisindəki “Musabəyov parkı”nın yaxınlığından naməlum şəraitdə və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,416 qram çəkidə narkotik vasitə olan kokain, külli miqdarda - 7,573 qram çəkidə psixotrop maddə olan metamfetamin və tərkibində təsiredici maddəsinin ümumi miqdarı külli miqdar - 6,552 qram təşkil edən 28 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) tərkibli həbləri, habelə 19,78 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhəri ərazisində daşıma, saxlama və satışını həyata keçirmək üçün qabaqcadan əlbir olduğu qeyrilərindən əldə edib üzərində saxlamış, sonuncuların göstərişinə əsasən onları Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 14 ünvanın yaxınlığına daşımış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 14 ünvanın yaxınlığında saxlanılmaqla Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarın sağ yan cibindəki iki ədəd qara rəngli parça torbanın içərisindən beş ədəd polietilen bükümdə ayrı-ayrılıqda çəkiləri 0,460 qram, 0,490 qram, 0,511 qram, 0,488 qram və 0,467 qram olmaqla ümumilikdə külli miqdarda - 2,416 qram çəkidə tərkiblərinə görə eyni olan narkotik vasitə kokain, on bir ədəd şəffaf kiçik sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,82 qram, 1,95 qram, 1,91 qram, 1,89 qram, 1,91 qram, 1,94 qram, 1,98 qram, 1,89 qram, 1,94 qram, 1,19 qram, 1,36 qram olmaqla ümumilikdə 19,78 qram çəkidə tərkiblərinə görə eyni olan narkotik vasitə - qurudulmuş marixuana, səkkiz ədəd polietilen bükümdə ayrı-ayrılıqda çəkiləri 0,957 qram, 0,970 qram, 0,947 qram, 0,950 qram, 0,922 qram, 0,959 qram, 0,954 qram və 0,914 qram olmaqla ümumilikdə külli miqdarda - 7,573 qram çəkidə tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin və bir ədəd polietilen bükümdə tərkibində təsiredici maddəsinin ümumi miqdarı külli miqdar - 6,552 qram təşkil edən 28 ədəd, tərkiblərinə görə eyni olan psixotrop maddə MDMA (metilendiok-simetamfetamin, ekstazi) tərkibli həblər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, onun qaçaqmalçılıq cinayətinə heç bir aidiyyəti yoxdur, olmayıb və belə bir əməl törətməyib. Amma ittihamın digər hissəsində də özünü tam təqsirli bilir. O, özü ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmişdir. Əvvəllər müxtəlif klublarda qəlyançı işləyən zaman bir-iki dəfə ekstazi həblərindən istifadə etmişdir. Türkiyə Respublikasında yaşayan Anar adlı şəxslə klubda işlədiyi vaxtlarda tanış olmuş, ekstazi həblərini ondan almışdır. Həbləri alarkən Anarın göndərdiyi plastik bank kartına pul ödəmiş, bundan sonra sonuncu həbləri qoyduğu yerin şəklini sosial şəbəkə vasitəsilə ona göndərmiş, o da həmin yerə gedərək həbləri götürmüşdür. Həmin vaxtdan etibarən Anarın mobil nömrəsi onun mobil telefonunun yaddaşında qalmışdır. Ötən müddət ərzində ölkə ərazisində olan pandemiya ilə əlaqədar olaraq klublar işləmədiyindən maddi cəhətdən vəziyyəti yaxşı olmamış, buna görə müxtəlif yerlərdə fəhlə işləməyə başlamış, amma yenə də maddi cəhətdən çox çətinlik çəkmişdir. Buna görə tutulmazdan təxminən bir həftə əvvəl «WhatsApp» sosial şəbəkəsi vasitəsilə Anara mesaj yazaraq ona maddi cəhətdən köməklik etməsini xahiş etmişdir. Anar ona narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağı təklif etmiş, o da pula ehtiyacı olduğundan razılaşmaq məcburiyyətində qalmışdır. Aralarında olan razılaşmaya əsasən o, narkotik vasitələri və psixotrop maddələri Anarın dediyi yerdən götürərək özündə saxlamalı, onun dediyi miqdarda Bakı şəhərinin müxtəlif küçələrində yerləşdirməli, həmin yerlərin şəklini çəkib ona göndərməli və bunun müqabilində hər gün 50 manat qazanmalı olmuşdur. Tutulmazdan təxminən bir həftə əvvəl Anarla əlaqə saxlayıb yenə “mal” istəmiş, sonuncu da onun üçün narkotik vasitə və psixotrop maddə təşkil edəcəyini bildirmiş, o da razılaşaraq Anardan zəng gözləməyə başlamışdır. Anar elə həmin gün bir neçə dəqiqə sonra ona zəng vuraraq 1-2 saat ərzində “Musabəyov parkı”nın yaxınlığında iki ədəd qara torbada kokain, metamfetamin, ekstazi və bonzay adlanan maddə qoyulacağını bildirmiş və həmin torbaları götürüb özündə saxlamağını tapşıraraq onların kimə veriləcəyi barədə daha sonra ona məlumat verəcəyini demişdir. O, razılaşaraq Anarın dediyi torbaları götürmək məqsədilə həmin parka yollanmışdır. Yəni, onun götürüb deyiləcək yerlərə qoyulması tapşırılacaq mallar hardansa uzaqlardan gətirilməmiş, elə Bakı şəhərində olmuş, sadəcə müəyyən yerə qoyulması üçün dəqiqələr, bəzən də bir-iki saat vaxt lazım olmuşdur. Belə olan halda özünün hansısa qaçaqmalçılıq edə bilməsi ağlına da gəlmir. Beləliklə, Anarın dediyi yerdən torbaları götürərək dərhal oradan uzaqlaşmış və Xətai rayonu ərazisində yaşadığı evə gəlmişdir. Yolda olan zaman Anar ona zəng vuraraq torbaları götürüb-götürmədiyi ilə maraqlanmış, o da torbaları götürdüyünü bildirmişdir. Anar torbanın içərisində olan maddələri onun deyəcəyi adamlara çatdırmağını tapşırmış, o da razılaşmışdır. Evdə torbaların içərisinə baxdıqda orada bir neçə bükümdə kokain, metamfetamin, bonzay və ekstazi olduğunu görmüşdür. Ailə üzvləri görməsin deyə torba dediyi çox kiçik bağlamaları üstündə saxlamışdır. O, bir neçə dəfə Anarın tapşırığı ilə onun dediyi narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif küçələrində yerləşdirmişdir. 14 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 14 ünvanın yaxınlığında piyada hərəkət edən zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməyini istəmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onlarla birlikdə Baş İdarəyə getməyi təklif etmişlər. Polis əməkdaşlarında onun barəsində olan məlumatın dəqiq olduğunu başa düşərək etiraz etməmiş və onlarla birlikdə getmişdir. Orada hüquqlarının müdafiəsi üçün vəkil çağırılmış, və vəkilin iştirakı ilə hüquq vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunla qadağan olunmuş əşya və maddə varsa təqdim etməsi təklif olunmuş, o da şalvarının sağ yan cibindən iki ədəd qara rəngli parça torbanı çıxardaraq polislərə təqdim etmişdir. Həmin torbaya baxış keçirilikdə oradan 22 ədəd bükümdə narkotik vasitə bonzay, 28 ədəd ekstazi həbi, 8 ədəd bükümdə metamfetamin, 5 ədəd bükümdə kokain aşkar olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının sol yan cibindən ona məxsus “İphone” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Bundan sonra aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmış və onun üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı aşkar olumuş kütlələri Türkiyə Respublikasında yaşayan Anar adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini və onları həmin şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul almalı olduğunu bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunaraq ucudan oxunmuş və o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Məhkəmədən ona cəza təyin olunarkən əməlindən peşman olmasının, cavan olmasının, qaçaqmalçılıq cinayətinə heç bir aidiyyətinin olmamasının, saxlandığı ilk andan hər şeyi səmimi şəkildə etiraf edib araşdırmaya kömək göstərməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 14 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. 14 iyul 2021-ci il tarixdə o, əməliyyat qrupunun digər üzvü Şahid2 ilə birlikdə Xətai rayonu, N.Rəfiyev küçəsi ərazisinə getmiş və saat 18:30-da Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmiş, bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, o da etiraz etmədən gəlmişdir. Baş İdarədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Sabir Rüstəmov qara rəngli şalvarının sağ yan cibindən iki ədəd qara rəngli parça torbanı çıxarıb təqdim etmiş, həmin torbaların içindən iyirmi iki ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə marixunaya bənzər, iyirmi səkkiz ədəd ekstazi həbinə bənzər, səkkiz ədəd bükümdə metamfetaminə bənzər, beş ədəd bükümdə kokainə bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, sonuncun qara rəngli şalvarının sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və plastik bank kartı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, həmin qablaşdırmanın üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və plastik bank kartı götürülmüş, iki ədəd parça torba sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri Türkiyə Respublikasında yaşayan Anar adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri Anar adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul aldığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 14 iyul 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da şalvarının cibindəki iki ədəd qara rəngli torbanı çıxarıb təqdim etmişdir. Həmin torbaların içindən iyirmi iki ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malikbitki kütlələri, iyirmi səkkiz ədəd ekstazi həbinə bənzər, səkkiz ədəd bükümdə metamfetaminə bənzər, beş ədəd bükümdə kokainə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri Anar adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri Anar adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul aldığını bildirmişdir (cild 1, iş vərəqə 29-32). Məhkəmə-kimyəvi ekspertizasının 15 iyul 2021-ci il tarixli 6/2879 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №7” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan kağız paketdəki 08 ədəd p/e bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,957 qram, 0,970 qram, 0,947 qram, 0,950 qram, 0,922qram, 0,959qram, 0,954 qram, 0,914qram, ümumi təmiz çəkiləri 7,573 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 08 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 05 ədəd p/e bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,460 qram, 0,490 qram, 0,511 qram, 0,488 qram, 0,467 qram, ümumi təmiz çəkiləri 2,416 qram ağ rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir; 05 bükümdəki kokain kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd p/e paketdə 28 ədəd düzbucaqlı formada açıq göy rəngli tabletlərin tərkibində ümumilikdə 6,552 qram təsiredici maddə - MDMA (metilendiok-simetamfetamin, ekstazı) müəyyən edildi; 28 ədəd tablet tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Kokain Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin və MDMA Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra kokainin qalıq çəkisi 2,356 qram, metamfetaminin qalıq çəkisi 7,493 qram, MDMA tabletləri 26 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 38-43). Məhkəmə-bioloji ekspertizasının 16 iyul 2021-ci il tarixli 7/674 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün № 7” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə 11 ədəd şəffaf kiçik sellofan paketdə ayrıayrılıqda təmiz çəkiləri 1) 1,82 qram, 2) 1,95 qram, 3) 1,91 qram, 4) 1,89 qram, 5) 1,91 qram, 6) 1,94 qram, 7) 1,98 qram, 8) 1,89 qram, 9) 1,94 qram, 10) 1,19 qram, 11) 1,36 bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi- 19,78 qramdır.Tədqiqata təqdim olumuş 11 ədəd şəffaf kiçik sellofan paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olumuş kağız paketdə 11 ədəd şəffaf kiçik sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,9 qram, 2) 1,1 qram, 3) 1,19 qram, 4) 0,93 qram, 5) 0,98 qram, 6) 1,04 qram, 7) 0,93 qram, 8) 1,02 qram, 9) 1,08 qram, 10) 0,96 qram, 11) 1,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitələrə aid maddə yoxdur. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 19,45 qram, bitki mənşəli kütlələrin qalıq çəkisi 10,87 qram təşkil etmişdir (cild 1, iş vərəqə 89-93). Mobil telefon aparatına baxış keçirilməsi barədə 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “WhatsApp Business” bölməsinə nəzər yetirdikdə orada adı qeyd edilməmiş +90 538 *** ** ** saylı nömrə ilə aşağıdakı yazışmaların olması müşahidə edilmişdir. 14.07.2021-ci il tarixdə saat 12:48-də qeyd olunan nömrədən “4 ot” yazısının göndərilməsi, həmin yazıya cavab olaraq olduğu yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil göndərilməsi və ardınca “Xetaide icranin parkına konuma gel isharelenen yerde viceroy packada 4 of” yazısının göndərilməsi, həmin gün saat 13:27-də qeyd olunan nömrədən “7 pt, 2 eki" yazısının göndərilməsi, cavab olaraq olduğu yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil göndərilməsi və ardınca "Xetaide aga centrin yaninda kaspi tehsili shirketinin qabagina konuma gel isharelenen yerde kibritde 2 ek” yazısının, olduğu yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil "Xetaide qazaxstan sefrliyin solundaki kuce ile duz gel konumda isharelenen yerde davidoffda 1 pt" yazısının göndərilməsi, həmin gün saat 14:42-də qeyd olunan nömrədən "1 bonu”yazısının göndərilməsi, cavab olaraq olduğu yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil göndərilməsi və ardınca “Xetaide qazaxstan sefrliyin solundaki kuce ile duz gel konuma yerde packada 1 bon" yazısının göndərilməsi, həmin gün saat 15:00-da qeyd olunan nömrədən “1 bonu” yazısının göndərilməsi, cavab olaraq olduğu yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil göndərilməsi və ardınca “Xetaide aga centrla uzbeuz binanın girishinde konuma gel isharelenen yerde maskaya bukulmush 1 bon” yazısının göndərilməsi, həmin gün saat 15:00-da qeyd olunan nömrədən “3 eki 1 pt" yazısının göndərilməsi, cavab olaraq olduğu yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil göndərilməsi və ardınca “Xetaide aga centrla uzbeuz binanın girishine konuma gel isharelenen yerde rhotmans packada 1 pt”, sonra yer barədə məlumat, üzərində İstiqamətverici işarə olan şəkil və “Xetaide qazaxstan sefrliyin yanına konuma gel isharelenen yerde kibrit qutusunda 3 ek” yazısının göndərilməsi, həmin gün saat 16:05-də qeyd olunan nömrədən “05 coco” yazısının göndərilməsi, cavab olaraq olduğu yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil göndərilməsi və ardınca “Xetaide mirage restoranin arxasinda isharelenen yerde qaloshun ichinde sobraniada 05 coco" yazısının göndərilməsi, həmin gün saat 16:26-da qeyd olunan nömrədən “05 coco" yazısının göndərilməsi, cavab olaraq olduğu yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil göndərilməsi və ardınca “Xetaide süleyman vezirov kucesi ile gedende xetai estetik klinikasina 2 kuce qalmish don sola qaraclar olan kucede konuma gel isharelenen yerde divrain icinde kent packada 05 coco” yazısının göndərilməsi, həmin gün saat 16:31-də qeyd olunan nömrədən “6 eki 1 bonu" yazısının göndərilməsi, cavab olaraq olduğu yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil göndərilməsi və ardınca “Xetaide natiq eliyev kucesine konuma gel isharelenen yerde kibrit qutusunda 6 ek” sonra yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil və “Xetaide natiq eliyev kucesine konuma gel isharelenen yerde sobrania packasinda 1 bon" yazısının göndərilməsi, həmin gün saat 17:07-də qeyd olunan nömrədən “4 eki 1 pt” yazısının göndərilməsi, cavab olaraq olduğu yer barədə məlumat, üzərində istiqamətverici işarə olan şəkil göndərilməsi və ardınca “Xetaide qazaxstan sefrliyin yanina konuma gel isharelenen yerde siqaret packada 1 bon” yazısının göndərilməsi müşahidə edilmışdir. Mobil telefona baxış keçirilməsi zamanı iş üçün əhəmiyyət kəsb edən şəkillər çıxarılaraq protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 131-144). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 oktyabr 2021-ci il tarixli 3758 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan MDMA (ekstazi) həblərindən istifadə halları olub. Hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılıq yoxdur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 146-147). 26 avqust 2021-ci il tarixli, 008-7370-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onun yaxın əlaqələrini, Türkiyə Respublikasında yaşayan Anar adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərini müəyyən etmək məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Anar adlı şəxsin və cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 114). Baxış keçirilməsi barədə 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs heç vaxt Azərbaycan Respublikasının hüdudlarını tərk etməmişdir (cild 1, iş vərəqə 145). Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 02 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 161-163). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 05 avqust 2021-ci il tarixli, 6565 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 110). Bakı şəhəri Nəsimi rayon 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət və sorğunun daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 121-122). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasında yaşayan “Anar" adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Anar” adlı şəxs və qeyriləri Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddələri keçirdikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisindəki “Musabəyov parkı”nın yaxınlığından naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 2,416 qram çəkidə narkotik vasitə kokain, 19,78 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 7,573 qram çəkidə psixotrop maddə metamfetamin və tərkibində təsiredici maddəsinin ümumi miqdarı külli miqdar 6,552 qram təşkil edən 28 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) tərkibli həblərini əldə edib, “Anar” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Bakı şəhəri ərazisində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 14 ünvanının yaxınlığına daşımışdır. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “Anar adlı şəxs və qeyriləri Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddələri keçirdikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisindəki “Musabəyov parkı”nın yaxınlığından naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 2,416 qram çəkidə narkotik vasitə kokain, 19,78 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 7,573 qram çəkidə psixotrop maddə metamfetamin və tərkibində təsiredici maddəsinin ümumi miqdarı külli miqdar 6,552 qram təşkil edən 28 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) tərkibli həblərini əldə edib, Anar adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Bakı şəhəri ərazisində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 14 ünvanının yaxınlığına daşımışdır”. Göründüyü kimi, narkotik vasitəni Bakı şəhərinin Yasamal rayonu ərazisinə bilavasitə gətirib konkret yerlərə yerləşdirən, habelə onları özünün sonradan qoyacağı yerdən götürəcək şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinin xaric edilməsini zəruri, həm də qanuni və əsaslı hesab edir. Ona görə də Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi xaric edilməli, o məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 16 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 14 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 81-86). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 iyul 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,356 qram təşkil edən kokain, 19,45 qram təşkil edən qurudulmuş marixuana, 7,493 qram təşkil edən metamfetamin, 26 ədəd MDMA tabletləri, 10,87 qram təşkil edən bitki kütlələri məhv edilməli, 01 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 198 (bir yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 39, 90, 219). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,356 qram təşkil edən kokain, 19,45 qram təşkil edən qurudulmuş marixuana, 7,493 qram təşkil edən metamfetamin, 26 ədəd MDMA tabletləri, 10,87 qram təşkil edən bitki kütlələri məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 198 (bir yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-359/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-359/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver