Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-359/2023 14.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, 172 K saylı Bağ evində qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2,309 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 03 iyul 2022-ci il tarixdə saat 07:30 radələrində ünvan 1 ünvanda olarkən öz hərəkətlərində şübhə yaratdığından həmin ərazidə xidmət aparan Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞnin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, 2,309 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3.-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üç ilə yaxın müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, istifadə etdiyi narkotiki İİR-sı vətəndaşından alırdı. Nurlan Hacıyevi tanıyır, onunla mebel sexində bir yerdə işləmişdir. Nurlan ailəli olmaqla taksi fəaliyyəti göstərirdi. Hal-hazırda Nurlan da narkotikə görə həbs olunub. Hadisədən əvvəl İİR-sı vətəndaşının bildirdiyi karta pul köçürməklə istifadəsi üçün 2 qram narkotik vasitə heroin sifariş vermişdir. İranlının onun vatsapına göndərdiyi fotoşəkildən həmin heroinin qoyulduğu yer olan Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti prospektində yerləşən “LUKOİL” YDM-nin yaxınlığına Nurlanın idarə etdiyi «Passat» markalı maşınla xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində getmiş, orada Nurlan maşında qalmış, o isə maşından düşərək heroin bükümünü yolun kənarında yığılmış Kamaz markalı maşının təkərinin içindən taparaq götürmüşdür. Maşına minərək 200-300 metr üzü «Koroğlu» metrostansiyasına tərəf gedib, uzaqlaşaraq yolun kənarındakı yanacaq doldurma məntəqəsinin yanında saxlamışlar. Bu zaman 2 nəfər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, onlardan burada nə etdikləri ilə maraqlanmışlar. Onlar isə cavab olaraq adam gözlədiklərini bildirmişlər. Polis əməkdaşları onlardan şübhələndiklərini bildirərək onların maşınını yoxlayaraq sürət qutusunun içindən narkotğik vasitəsi olan heroini aşkar etmişlər. Bundan sonra onların hər ikisini Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə aparmışlar. Orada təhqiqatçı müdafiəçilər dəvət edərək onun və Nurlanın üzərinə baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl təhqiqatçı bir büküm və bir ədəd elektron tərəzini onun ciblərinə qoymuşdur. Orada xidməti otaqda video kamera çəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd elektron tərəzi və bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin cibindən aşkar olunan şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin onundur, lakin elektron tərəzi ona məxsus deyil. Orada ona fiziki zor göstərdikləri üçün məcbur qalıb boynuna almışdır. Qeyd etmək istəyir ki, saxlanılan zaman onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Narkotik vasitəni isə maşından çıxandan sonra onun üzərinə qoymuşlar. O, döyülməyi ilə bağlı heç yerə şikayət etməmiş, lakin istintaq təcridxanasına təhvil verilən zaman xəsarətləri orada qeydə alınmışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Dostu Nurlanı da cinayət məsuliyyətinə cəlb etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunu saxladığı vaxtdan tanımış, ona kimi Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində post yoldaşı Şahid1 ilə inzibati ərazidə xidmət aparan zaman ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs və sonradan adını Nurlan kimi tanıdığı şəxsi görmüşlər. Bu şəxslərin səliqəsiz geyimdə olmaları və sübh vaxtı küçədə olmaları onlara şübhəli gəlmiş və onlar bu şəxsləri avtopatrul maşınına mindirərək öncə Nərimanov RPİ-nə, oradan da 17-ci PB-nə apararaq təhqiqatçıya təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət edərək müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxış keçirilməzdən əvvəl Aslana üzərində olan əşyaları masanın üzərinə qoyması təklif etmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs şalvarının ciblərindən bir ədəd elektron tərəzi və bir ədəd sellofan bükümünü təqdim etmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs masanın üzərinə bir ədəd mobil telefonu da qoymuşdur. Təhqiqatçı bükümü açdıqda içində qəhvəyi rəngli spesifik iyə malik heroinə bənzər vasitə aşkar edilmişdir. Bu maddə barədə Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan heroindir, o heroini işarələnmiş yer olan Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Lukoil” YDM-nin yaxınlığındakı yerdən götürdüyünü bildirmişdir. Həmin vasitə zərfə qoyularaq bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmçinin baxışa dair protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı onun və idarənin əməliyyatçıları tərəfindən fiziki zor yetirməsi barədə ifadəsi həqiqətə uyğun deyildir. Ona Təqsirləndirilən şəxs tibbi kitabçasının surətindəki qeydlər elan edildi. Həmin qeydlərdə Təqsirləndirilən şəxs müayinəsi zamanı çiynində qançırların olması göstərilmiş, lakin onun bu qançırlardan heç bir məlumatı yoxdur, onun yanında digər polis əməkdaşları Təqsirləndirilən şəxs hər hansı bir xəsarət yetirməmişlər. Onda olan məlumata görə digər Nurlan adlı şəxs də cinayət məsuliyyətinə cəlb etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan vaxtdan tanımış, o vaxta qədər onu tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində post yoldaşı Şahid2la inzibati ərazidə xidmət aparan zaman ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs və sonradan adını Nurlan kimi tanıdığı şəxsi görmüşlər. Bu şəxslərin səliqəsiz geyimdə olmaları və sübh tezdən küçədə olmaları onlarda şübhə doğurmuş və onlar bu şəxsləri avtopatrul maşınına mindirərək öncə Nərimanov RPİ-nə, oradan da 17-ci PB-nə apararaq təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı müdafiəçi dəvət edərək müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxış keçirilməzdən əvvəl Aslana üzərində olan əşyaları masanın üzərinə qoyması təklif etmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs şalvarının ciblərindən bir ədəd elektron tərəzi, bir ədəd sellofan bükümü və bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən büküm açıldıqda içində qəhvəyi rəngli spesifik iyə malik heroinə bənzər vasitə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan heroindir, o heroini işarələnmiş yer olan Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Lukoil” YDM-nin yaxınlığındakı yerdən götürmüşdür. Həmin vasitə zərfə qoyularaq bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmçinin baxışa dair protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı onun və idarənin əməliyyatçıları tərəfindən fiziki zor yetirməsi barədə ifadəsi həqiqətə uyğun deyildir. Ona Təqsirləndirilən şəxs tibbi kitabçasının surətindəki qeydlər elan edildi. Həmin qeydlərdə Təqsirləndirilən şəxs müayinəsi zamanı çiynində qançırların olması göstərilmiş, lakin onun bu qançırlardan heç bir məlumatı yoxdur, onun yanında digər polis əməkdaşları Təqsirləndirilən şəxs hər hansı bir xəsarət yetirməmişlər. Onda olan məlumata görə digər Nurlan adlı şəxsi də cinayət məsuliyyətinə cəlb etmişlər. Şahidlər Şahid2 və Şahid1 ifadələri ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, şahidlərin ifadələri ilə qismən razıdır. Həqiqətən onu bu şəxslər saxladıqdan sonra öncə Nərimanov RPİ-nə aparmış və orada mülki geyimdə olan rütbə və adlarını bilmədiyi əməliyyatçılar ona fiziki zor tətbiq edərək tibbi kartda göstərilən xəsarətləri yetirmişlər. Onu PPX-nin əməkdaşları saxladıqları zaman ona qarşı fiziki zor tətbiq etməmiş, həmçinin idarədən 17-ci PŞ-nə aparılan zaman təhqiqatçı tərəfindən də ona qarşı heç bir fiziki zor və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə olan cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə ünvanlanmış raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində Nərimanov RPİ-nin PPXB-nün polis nəfərləri Şahid1 və Şahid2 xidmət apararkən ünvan 4 ünvanda X5 və Təqsirləndirilən şəxs hərəkətləri onlarda şübhə yaratdığından Bpkı şəhəri Nərimanov RPİ-nin 17-ci polis bölməsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs tünd göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus “KGTEL” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd elektron tərəzi və 01 ədəd adi sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik bükümü təqdim etmiş, həmin bükülünün narkotik vasitə heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü xx.xx.2022-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən “online” yol ilə 45 manat ödəməklə Bakı şəhəri, Nərimanov rayonu , Z.Bünyadov prospektində yerləşən “Lukoil» YDM-nin yaxınlığından tanımadığı İİR-sı vətəndaşının qeyd etdiyi “işarələnmiş” yerdən şəxsi istifadəsi üçün əldə etdiyini biljirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 iyul 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixli izahatından və müdafiəçinin iştirakı ilə verdiyi eyni tarixli ifadəsindən müəyyən olunur ki, o üç ilə yaxındır ki, narkomandır, heroindən istifadə edir, xx.xx.2022-ci il tarixdə saat 07:30-da tanışı Nurlan Hacıyevlə birlikdə ünvan 5 ünvanın qarşısında saxlanılaraq 17-ci PB-nə gətirilmiş və orada şəxsi istifadəsi üçün əldə etdiyi selofan bükümdə olan heroini polisə təqdim etmişdir. O saxlanılan, PB-nə gətirilən zaman ona qarşı fiziki zor, psixi təsir olmamışdır. 04 iyul 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs əvvəl verdiyi ifadələrini təsdiq edərək bir büküm heroini şəxsi istifadəsi üçün əldə etdiyini, saxlanıldığı və PB-nə gətirildiyi zaman ona qrşı fiziki zor və psixi təzyiqin olmadığını bir daha göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 03 iyul 2022ci il tarixli 6/3652 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,309 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Rsepublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2022ci il tarixli 6/3944 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş elektron tərəzinin səthində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5423 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022ci il tarixli 2163 saylı rəyidən müəyyən olunur ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları adarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs qeyd olunan “emosional davamsız şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinə cavab verməkdən, yaxud onlara rəhbərlik etməkdən məhrum etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “telefon məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-cil tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətə daxil olan məlumatlar baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən heç bir hal müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli 080-1322-1222 saylı məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, hazırkı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,259 qram olan psixotrop maddə heroin və 01 ədəd elektron tərəzi saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nə təhvil verilmiş, şəxsi axtarış zamanı çəkilmiş video görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsinə barədə» qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs döyülməsi öz təsdiqini tapmamışdır və bununla bağlı material üzrə cinayət işinin başlanması rədd edidlmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 22 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 25 may 2021-ci il tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək cəzasının çəkilməmiş 09 ay 15 gün hissəsi 04 ay 22 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı CÇM-nin xx.xx.2023-cü il tarixli, 3-16-17/20/2-310 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-nin 18ci maddəsinə əsasən residiv mövcud deyil, lakin CM-nin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Dövlət ittihamçısı Təqsirləndirilən şəxs verilmiş ittihamdan imtina edərək onun əməlinin CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilərək cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı məhkəmə baxışında cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edir və bu maddə ilə ona cəza təyin edidlməsini mümkün sayır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə narkoloji ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 03 iyul 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nərimanov RPİ-nə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,259 qram olan psixotrop maddə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 162 (yüz altmış iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi müdafəçi Rzayeva üçün isə 330 AZN (üç yüz otuz manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,259 qram olan psixotrop maddə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallparına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin mateiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 162 (yüz altmış iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 330 AZN (üç yüz otuz manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-359/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-359/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver