Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-359/2024 12.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X6 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X7 və X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Vəkillər Kollegiyasının 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 4 iyun 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək daşımış və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa “Dadaş” kimi məlum olan şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək müqabilində “Dadaş” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirəcəkləri barədə razılığa gəlib 1 fevral 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən qrup üzvü “Dadaş” adlı şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 1211,04 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda, təmiz çəkisi 460 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 1820 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib yaşadığı ünvan 3 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddələri hissələrə bölərək bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı ünvanda saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 2 fevral 2023-cü il tarixdə saat 23:40 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 27 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanaraq ünvan 4 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə külli miqdarda, təmiz çəkisi 31,040 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 3 fevral 2023-cü il tarixdə saat 2 radələrində BNMİ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman, mənzildə yataq otağında olan çarpayının altından 1 ədəd sellofan torbanın içərisindən 1 ədəd bağlamada külli miqdarda, təmiz çəkisi 460 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan torbada külli miqdarda, təmiz çəkisi 1180 qram olan, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən, ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd sellofan torbada külli miqdarda təmiz çəkisi 1820 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 fevral 2023-cü il tarixdə ünvan 5 ünvanında anasının yaşadığı evdə olarkən ona onlayn kart sifariş etməyi ilə bağlı zəng gəlmiş və ondan kuryerin sifariş etdiyi bank kartı hara gətirməli olduğunu soruşulmuş və o, sifariş etdiyi plastik kartı ünvan 2 ünvanına gətirməsini bildirmişdir. O, həmin ünvanda yoldaşı və qaynanası ilə birlikdə yaşamışdır. Həmin ünvana çatdıqdan 15 dəqiqə sonra ona zəng edərək kuryerin binanın qarşısında olduğunu bildirmişlər. Həmin gün saat 19:00 radələrində o, binanın həyətinə düşdükdə qara rəngli avtomobildə olan arıq cavan oğlanı görüb avtomobilə yaxınlaşmışdır. Həmin şəxs ondan şəxsiyyətini dəqiqləşdirmək üçün şəxsiyyət vəsiqəsini tələb etmiş, o şəxsiyyət vəsiqəsini təqdim etmək istəyəndə bir neçə şəxs onun qollarını burub avtomobilə əyləşdirmişlər. Avtomobili binanın yaxınlığında olan stadiona tərəf sürmüşlər. Bu zaman ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmiş və onu ailəsiylə hədələmişlər. Onun mobil telefonunu əlindən almışlar. Daha sonra onlar onun yaşadığı mənzildə axtarış aparılacağını bildirmişlər. Yaşadığı mənzilə daxil olub onu ayrı otaqda saxlayaraq 3 nəfər polis əməkdaşı evi axtarmağa başlamışlar. Həmin müddətdə yanında olan polis əməkdaşı onu sorğu-sual etmişdir. O, ailə qurana kimi metafetamindən istifadə etmiş, ailə qurduqdan sonra isə yalnız marixuanadan istifadə etmişdir. Polis əməkdaşları evdə axtarış apararkən qaynanası evə gəlib qapını döymüşdür. Polis əməkdaşları bir müddət qapını açmasa da, daha sonra qapını açıb onunla eyni otaqda saxlamışlar. Saat 19:00-dan 23:00-a kimi polis əməkdaşları evi axtarmışlar, bu müddətdə isə bir neçə dəfə başqa şəxslərlə telefonla danışıb idarəyə onu aparıb-aparmamaqlarını soruşmuşlar. Daha sonra həmin şəxslər onu BNMİ-nin inzibati binasına aparmışlar. Orada ona müdafiəçi təqdim etmişlər. Polis əməkdaşları əyləşdiyi masaya 1 ədəd bağlama qoymuş, həmin bağlamanı videoçəkiliş zamanı təqdim etməli olduğunu və həmin bağlamanın metafetamin olduğunu bildirmişlər. Bundan başqa videoçəkilişlə üzərinə baxış keçirilməzdən əvvəl saxlanılarkən ondan götürülmüş mobil telefonunu və plastik bank kartı geri qaytarmışlar. Videoçəkilişlə üzərinə baxış keçirilməzdən əvvəl bağlamanı təqdim edəcəyini və özünə məxsus olmasını etiraf edəcəyi təqdirdə onu buraxacaqlarını demişlər. O da məcbur olub razılaşmış, videoçəkilişə üzərinə baxış keçirilərkən videoçəkilişdən əvvəl polis əməkdaşlarının bildirdiyi kimi izahat vermişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qaldığı üçün şəxsi axtarış zamanı evində narkotik vasitələr olduğunu və evində axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. 2-ci dəfə yaşadığı evə baxış keçirmək üçün polis əməkdaşları ilə birlikdə getdikdə yoldaşı və qaynanası evdə olmuşdur. Polis əməkdaşları vəkili qapının qarışısında gözlədib evə daxil olmuşlar. Daha sonra vəkil və o evə daxil olmuşlar. Evdə axtarış aparılmazdan əvvəl ona axtarış zamanı videoçəkiliş aparılarkən necə izahat verməli olduğunu bildirmişlər. Yaşadığı evdə çarpayının altında narkotik vasitəni aşkar etmişlər, lakin o, həmin bağlamanın içində nə olduğunu bilməmişdir. O, yaşadığı mənzildə videoçəkilişlə axtarış aparılarkən polis əməkdaşlarının dediyi kimi izahat verməyə məcbur olmuşdur. Daha sonra onu BNMİ-nin inzibati binasına gətirmişlər. Gecə saat 03:00-a kimi orada saxlanılmış, daha sonra onu Nizami RPİ-nin MSY-nə gətirmişlər. Onun üzərində narkotik vasitə olmamış, ibtidai istintaq zamanı ailəsini də cinayət məsuliyyətinə cəlb etməklə hədələdikləri üçün yalan ifadə vermişdir. Saxlanılmazdan bir müddət öncə marixanadan istifadə etməyi tərgitməyə çalışmışdır. Onu 10-15 nəfər polis əməkdaşı binadan 10-15 metr aralıda saxlamışlar. 1-ci dəfə yaşadığı evdə axtarış apardıqdan sonra polis əməkdaşları mənzilin qapısını bağlamışlar. Yaşadığı evdə mətbəx və eyvan birləşik formada olmuşdur. Şəxsi axtarışdan əvvəl müdafiəçiyə onu ailəsiylə hədələdiklərini bildirməmişdir. Şəxsi axtarış zamanı yaşadığı evdə narkotik vasitə olduğunu demişdir, lakin evin hansı hissəsində olduğunu deyib-demədiyini xatırlamır. Evdə 2-ci dəfə axtarış zamanı o, mənzilin qapısını açmaq istədikdə yoldaşı qapını mənzilin içindən bağladığından mənzilin qapısı açılmırdı. Evdə 2-ci dəfə axtarış zamanı polis əməkdaşları yoldaşını və qaynanasını eyvanda saxlamış, həmin zaman onlar evdə axtarış etməmişlər. Avtomobildə olarkən polis əməkdaşları ona 1 dəfə şillə vurmuş və mobil telefonu başına çırpmışlar. Onun mobil telefonunda narkotik vasitələrin satışı ilə bağlı heç bir mesajlaşma və məlumat olmamışdır. Mobil telefon vasitəsilə narkotik vasitələrlə bağlı heç kimlə yazışmamışdır. Təcridxanaya daxil olarkən bədənində xəsarət aşkar edilməsə də, başında şiş olmuşdur. Polis əməkdaşları ona psixoloji təsir etmişlər. İbtidai istintaq zamanı ifadə verərkən vəkil iştirak etməmiş, müstəntiq polis əməkdaşı olduğundan ona həqiqəti deməkdən çəkinmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. İbtidai istintaq zamanı dindirilərkən vəkil yanında olmamışdır. İbtidai istintaq zamanı ona psixoloji təsir etmişlər. O, evinə baxış keçirilməsinə etiraz etməməsi ilə bağlı ərizə yazmamışdır. Onun heç bir xarici vətəndaşla narkotik vasitələrlə bağlı yazışmaları olmamışdır. Sonuncu dəfə metafetamindən 1 il əvvəl istifadə etmişdir. Polis əməkdaşlarının onu saxlayarkən onda yaratdıqları qorxu hissinə görə təcridxanaya daxil olana kimi heç kimə həqiqəti deməmişdir. Bədənində olan xəsarətlərlə bağlı tibbi ekspertiza keçirilməmişdir. Şahid1 onun saxlanılmasında iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının sonlarında “Facebook” sosial şəbəkəsi vasitəsi ilə özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin Azərbaycan Respublikası ərazisində yaşadığını deyən Dadaş adlı şəxs ilə tanış olmuşdur. Belə ki, Dadaş ona həmin sosial şəbəkədə hazırda xatırlamadığı istifadəçi adı vasitəsi ilə hazırda xatırlamadığı istifadəçi adına mesaj yazaraq ona pul qazandıra biləcəyini demişdir. O, bu barədə Dadaş ilə ətraflı danışdıqda, Dadaş bildirmişdir ki, müəyyən yerlərə müxtəlif növ narkotik vasitə qoyduracaq və o isə həmin narkotik vasitələri götürərək müxtəlif çəkilərə bölüb müxtəlif yerlərə qoyub həmin yerlərin ünvanını Dadaşa deyəcəkdir. Bunun müqabilində isə Dadaş onun kart hesabına pul göndərəcəkdir. Onun maddi vəziyyəti yaxşı olmadığından Dadaş ilə razılaşmış, ona daha sonra pul göndərə bilməsi üçün 4169 7388 3789 6251 nömrəli “Birkart” adlı kartının nömrəsini göndərmişdir. Növbəti günlərdə onunla “WhatsApp” vasitəsi ilə danışmağa başlamışdır. 30 yanvar 2023-cü il tarixdə Dadaş ona Bakı şəhəri, Sabunçu rayonu ərazisində hazırda xatırlamadığı ünvana 1 ədəd sellofan torbada müxtəlif növ, yəni heroin, metafetamin və marixuana kimi tanınan narkotik vasitə və psixotrop maddələr qoyduracağını və deyəcəyi vaxtda onu gedib götürməyini bildirmişdir. 1 fevral 2023-cü il tarixdə saat 22 radələrində Dadaş onunla əlaqə yaradaraq narkotik və psixotrop maddələri qoyduğu ünvanı ona demiş və həmin yerin fotosunu göndərmiş, onun qeyd etdiyi ünvana gedərək orada olan yarımçıq tikilinin içərisindən həmin torbanı götürmüş, onun içərisinə baxarkən içində həqiqətən də ayrı-ayrı torbalarda metafetamin, marixuana və heroin olduğunu görmüşdür. Həmin torbanı götürərək yaşadığı ünvan 3 ünvanındakı mənzilinə aparmışdır. O, evdə həmin bükümləri tərəzi xarab olmasın deyə hissə-hissə həmin tərəzidə çəkilərini müəyyən etmiş və metafetamindən bir xırda büküm, təqribən 30 qram ayıraraq daha sonra götürmək üçün kənara qoymuş, geri qalan narkotik vasitələri isə həmin torbanın içində yataq otağında olan çarpayının altına qoymuşdur. 2 fevral 2023-cü il tarixdə saat 23:40 radələrində ayırdığı 1 büküm psixotrop maddə metafetamini hər-hansı münasib bir yerə qoyub fotosunu çəkib Dadaş adlı şəxsə göndərmək üçün evdən çıxmış, ünvan 7 ünvanının yaxınlığında olarkən 2 nəfər mülkü geyimli şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmiş, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə getməli olduğunu demişlər. Onun şalvarının cibində psixotrop maddə metafetamin olduğundan ilk öncə onlarla getməyə tərəddüd etsə də daha sonra bunun mənasız olduğunu düşünmüş və onlarla birlikdə getməyə razılıq vermişdir. Yolda o, psixotrop maddəni cibindən atmaq istəsə də polis əməkdaşlarının nəzəri üzərində olduğundan bunu edə bilməmişdir. Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinə gəldikdə onu təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən ona tutulmağının səbəbi bir daha izah edilmiş və ona öz xahişi əsasında müdafiəçi təyin edilmişdir. Bir qədər sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində olan qanunsuz əşyaları təqdim etməyi təklif edilmiş, o, bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı içində psixotrop maddə metafetamin olan 1 ədəd sellofan bükümü cibindən çıxararaq təqdim etmişdir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa onun üzərindən ona məxsus üzərində ***-***-**-** və ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi və yaşadığı ünvan 8 ünvanında yerləşən mənzilin açarı aşkar edilmişdir. Telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyətli olduğundan götürülmüş, evin açarı isə ona təhvil verilmişdir. O, izahat verərkən bildirmişdir ki, üzərindən aşkar edilən psixotrop maddədən başqa yaşadığı ünvan 3 ünvanında narkotik və psixotrop maddələr saxlayır və həmin evə baxış keçirilməsinə etiraz etmir. Bundan sonra polis əməkdaşlarının və ona təyin edilmiş vəkilin iştirakı ilə ünvan 3 ünvanına getmiş, o, üzərində olan açar vasitəsi ilə mənzilin qapısını açmış və yataq otağında çarpayının altında saxladığı içərisində narkotik və psixotrop maddələr olan polietilen torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman onun içərisindən 1 ədəd sellofan torbada psixotrop maddə metafetamin, 1 ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bağlanmış bükümdə narkotik vasitə heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin bükümlərə təhqiqatçı tərəfindən növbə ilə baxış keçirilmiş və onlar elektron tərəzidə çəkilmiş və daha sonra qablaşdırılmışdır. Ona verilən suallara olduğu kimi cavab vermişdir. Yaşadığı mənzildən başqa qeyri-qanuni əşya maddə və ya predmet aşkar edilməmişdir. Dindirmə zamanı ona verilən “Sizə məxsus mobil telefonun “WhatsApp” tətbiqi vasitəsi ilə edilən yazışmalarda +98 904 *** **** saylı nömrəni “Dadaw” kimi qeyd etmisiniz, həmin şəxs sizin qeyd etdiyiniz Dadaşdırmı?” sualına cavab olaraq telefonda qeyd edilən “Dadaw”ın onun qeyd etdiyi Dadaş olduğunu bildirmişdir. Ona verilən “Sizin Dadaş ilə aranızda olan “WhatsApp” yazışmalarından birində o, sizə 25k, 5p, 50 gül işarəsi və.s oxşar mesajlar yazmışdır, bunlar nə deməkdir?” sualına cavab olaraq bildirmişdir ki, Dadaş ona bölgülərin miqdarını bildirirmiş, 25k yəni 25 qram kakos, yəni heroin, 5p, yəni 5 qram patı, yəni metafetamin, 50 gül işarəsi, yəni 50 qram marixuana, Dadaş gül işarəsi ilə marixuananı nəzərdə tuturmuş. Dadaşın qeyd etdiyi həmin miqdarları, müxtəlif ünvanlara yerləşdirib ona məlumat verməli idi (cild 1, iş vərəqə 74-76). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi ilə bağlı daxil omuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 da tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri ilə yəni 2 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində onu yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 27 ünvanının yaxınlığında saxlamışlar. İlk öncə ona özlərini təqdim edib, narkotik və psixotrop maddələrin satışında şübhəli olduğunu bildirib onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs ilk öncə tərəddüd etsə də, daha sonra onlarla birlikdə getməyə razılıq vermişdir. Təqsirləndirilən şəxsı BNMİ-in inzibati binasına gətirib bu barədə raportla məruzə etdikdən sonra onu təhqiqatçıya təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı Şahid2, onun və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələri təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 ədəd büküm psixotrop maddə metafetaminə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddəyə bənzər maddə olan bükümə baxış keçirilmiş və tərəzi vasitəsi ilə çəkilmiş, onun çəkisi təqribən 30 qram olması müəyyən edilmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən hadisəni tam olaraq xatırlamır və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək üçün əməliyyat tapşırığı ərazi üzrə verildiyindən həmin narkotik vasitələri kimə satdığını bilmir. Narkotik dövriyyəsi ilə məşğul olması ilə bağlı, narkotik vasitələri satış məqsədilə əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması faktı aşkar edilməmişdir. Araşdırılan iş üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın kimin tərəfindən tərtib edildiyini xatırlamır. Təqsirləndirilən şəxs üzərindən metafetamin aşkar edilməsini xatırlayır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilib-keçirilmədiyini xatırlamır. Hadisənin üzərindən uzun müddət keçdiyindən və analoji işlərin çoxluğu ilə əlaqədar bəzi halları xatırlamır, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satışını həyata keçirməsi ilə bağlı daxil omuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 da tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs ətrafında bir qədər müşahidələr aparmış, daha sonra, yəni 2 fevral 2022-ci il tarixdə saat 23:40 radələrində onu yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 27 ünvanının yaxınlığında saxlamışlar. İlk öncə ona özlərini təqdim edib narkotik və psixotrop maddələrin satılşında şübhəli olduğunu bildirib onlar ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs ilk öncə tərəddüd etsə də daha sonra onlarla birlikdə getməyə razılıq vermişdir. Onlar Kamranı BNMB-in inzibati binasına gətirib bu barədə raportla məruzə etdikdən sonra onu təhqiqatçı Yelmar Vahabova təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı X17 Əliyevin, onun və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələri təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 büküm psixotrop maddə metafetaminə bənzər maddəni təqdim etmişdir. Daha sonra onun üzərinə baxış keçirilən zaman üzərindən 1 ədəd telefon, şəxsiyyət vəsiqəsi, bank kartı və açar aşkar edilmişdir, Həmin əşyalardan açar onun özünə qaytarılmış, digər əşyalar isə təhqiqatçı tərəfindən götürülmüşdür, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddəyə bənzər maddə olan bükümə baxış keçirilmiş və tərəzi vasitəsi ilə çəkilmiş, onun çəkisi təqribən 30 qram olmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs suallar verilmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilən bükümdə olan maddə metafetamindir, onu İran vətəndaşı Dadaş adlı şəxsdən “zaklatka”, yəni müəyyən ünvanlara yerləşdirmək və bunun müqabilində Dadaş adlı şəxsdən pul almaq məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddədən başqa yaşadığı mənzildə də narkotik və psixotrop maddələr vardır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Bundan sonra qeyd edilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs evin yataq otağındakı çarpayının altından 1 ədəd sellofan torbanı təqdim edib içərisində narkotik və psixotrop maddələr olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin torbanın içərisinə baxış keçirilmiş, torbanın içərisindən 1 ədəd bükümdə heroinə bənzər maddə, 1 ədəd sellofan torobada metafetaminə bənzər maddə, 1 ədəd sellofan torbada marixuanaya bənzər maddə və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilmiş, elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzildən başqa qeyri-qanuni əşya maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, mənzildən aşkar edilmiş narkotik və psixotrop maddələri də Dadaş adlı şəxsdən “zaklatka” edib pul qazanmaq məqsədi ilə əldə etmişdir. Mənzilə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqə 116-118). Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Azərbaycan dilində yaza və oxuya bilir. Təqsirləndirilən şəxs onun qızının nişanlısıdır. Təqsirləndirilən şəxs tutulmazdan əvvəl bir neçə dəfə də onların evində gecələmişdir. Hadisə baş verən günü işdən evə gəldikdə saat 22:00 radələrində yaşadığı evdə polis əməkdaşlarının olduğunu görmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs otaqlarında birində əlləri bağlı şəkildə saxladıqlarını görmüşdür. Polis əməkdaşları yaşadığı evdən narkotik vasitə tapdıqlarını və həmin narkotiklərin Kamrana məxsus olmasını bildirmişlər. Narkotik vasitələrin Təqsirləndirilən şəxs məxsus olduğuna inanmadığını bildirmişdir. Onlar yaşadığı evə başqa polis əməkdaşlarının da gələciyini bildirib, ona evi tərk edib 2-3 saat gəzməyini bildirmişlər. Əgər evdə olsa, onu da cinayət məsuliyyətinə cəlb ediləcəklərini bildirmişlər. O da buna görə yaşadığı evi tərk edibi yaxınlıqda olan “McDonald”s” adlı restorana getmişdir. Həmin kafeyə qızı da gəlmiş və ona baş verənləri danışmışdır. Daha sonra evə qayıtdıqda mənzildə əşyaların yerlərə səpələndiyini və evin dağınıq olduğunu görmüşdür. Həmin gecə saat 02:30 radələrində qızıyla birlikdə mənzillərində olarkən mənzilin qapısına açar salmağa çalışdıqlarını hiss etmişdir.Qapını açarkən həmin şəxslərin polis əməkdaşları olduğunu və yanlarında Kamranı da gətirdiklərini görmüşdür. Polis əməkdaşları mənzildə çəkiliş edəcəklərini bildirib onların mətbəxdə dayanmağını bildirmişlər. O və qızını mətbəxə aparmışlar. Nəzarətdə saxlamaq üçün 2 nəfər polis əməkdaşı yanlarında dayanmışdır. Onlara sakit olmaqlarını və telefonlarını onlara təqdim etməklərini bildirmişlər. Onların telefonlarını alıb çəkiliş etdikdən sonra evə getsələr də, evdən pis iy gəlirdi. Mənzildən polis əməkdaşları onu qovduqdan sonra qızına zəng edib evə getməməsini bildirmişdir. O, işdən evə gəldikdə Kamran polis əməkdaşlarının yanında əli bağlı olmuş və yanında vəkili olmamışdır. Kamran ona narahat olmamağını bildirmişdir. Yaşadığı mənzildə pişik saxlayır. Birinci dəfə evə gəldikdə mənzilində 4-5 nəfər polis əməkdaşı olmuş, lakin gecə saatlarında polis əməkdaşları yaşadığı evə gəldikdə onların sayı həddən artıq çox olmuşdur. Polis əməkdaşları evə gəldikdə əllərində paket olmuşdur. Kamran tutulmazdan əvvəl onların evə heç vaxt paket gətirməmişdir. Təqsirləndirilən şəxs tutulmazdan 1 il əvvəl qızı ilə nişanlanmışdır. Kamran aradabir onlarda qalmışdır. Kamranın anasını və digər yaxınlarını tanıyır. Evin açarını Kamrana vermişdir. Kamranın narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmamışdır. Onların evdə yataq otağında və qonaq otağında çarpayı olmuşdur. Narkotik vasitələrin haradan tapdığını bilmir. Gecə saat 2:30 radələrində evə gəldikdə kamera görməsə də, onlara çəkiliş olacağını bildirmişlər. O, polis əməkdaşlarının qanunsuz mənzilinə daxil olması ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Məhkəmə şahid X1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qızının nişanlısı olan Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nişanlısıdır. Kamran bəzən anasıyla birlikdə yaşadıqları evə gəlib onlarla qalmışdır. Hadisə baş verən günü axşam saatlarında Kamrana bir neçə dəfə zəng etməyə çalışsa da, telefonuna cavab verməmişdir. Bundan sonra anası ona zəng edərək evə getməməyini bildirmiş, ondan səbəbini soruşduqda anası ona evdə polis əməkdaşlarının olduğunu və Kamranın da onların yanında olduğunu bildirib evlərinin yaxınlığında olan “ “McDonald”s” adlı restorana gəlməyini bildirmişdir. Kafeyə gəldikdə anası mənzilllərində baş verən hadisəni danışmışdır. Bu zaman Kamranın polis əməkdaşları tərəfindən saxlanıldığını bilmişdir. Polis əməkdaşları anasına gecə saat 00:00-dan sonra yaşadıqları evə gəlmələrini bildirmiş və əgər evdən getməsə onu cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Daha sonra anasıyla birlikdə yaşadıqları evə gəlmiş və evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Hətta onun otağının qapısının üzərində əlavə yazı da yazılmışdır. Gecə saat 3:00 radələrində polis əməkdaşları yaşadıqları evə gəlmişlər. Qapının arxasında Kamran qapının açılmasını xahiş etdikdən sonra anası qapını açmışdır. Anası qapını açdıqda polis əməkdaşları evə daxil olmuşlar və yaşadıqları evdə çəkiliş aparacaqlarını bildirib onları mətbəxə aparmışlar. Həmin vaxt Kamranın əlini bağlamışlar. Onları mətbəxə aparıb nəzarət etmək üçün 2 nəfər polis əməkdaşının yanlarında dayanacağını bildirmişlər. Onun Kamranla danışmağına icazə verməmişlər. Bundan başqa polis əməkdaşlarının əllərində kamera olmuşdur. Həmin polis əməkdaşlarından biri kök və keçəl olmuş, lakin digər polis biraz arıq olmuşdur. Anası mətbəxdə olarkən telefona baxdıqda həmin şəxslər onların telefonlarını götürüb söndürmüşlər və anasına Hollivud rejissoru olmadığını bildirmişlər. Anasıyla danışmaq istədikdə evdə çəkiliş aparıldığını bildirərək onların sakit qalmalarını bildirmişlər. Yarım saat ərzində evdə Kamranla sual-cavab etdikdən sonra evlərindən Kamranla birlikdə getmişlər. Onlar mətbəxdən çıxanda stolun üstündə olan 2 paket və elektron tərəzi görmüş, həmin paketləri polis əməkdaşları götürüb getmişlər. Kamran onların evə tez-tez gəlirdi, onların evə gələndə özü ilə şübhəli əşya gətirdiyini görməmişdir. Kamranı evə gətirdikdə əli bağlı olmuş və onunla danışmağa icazə verməmişlər. O, anasıyla kafedə olanda anası Kamrana zəng etməməyini məsləhət görmüşdür. Gecə evə 5-6 nəfər polis əməkdaşı gəlmişdir.Polis əməkdaşları evə gəldikdə onlar əvvəlcə qonaq otağına keçmişlər, daha sonra polis əməkdaşları mətbəxdə dayanmalı olduqlarını bildirmişlər. Anasının deməsinə görə polis əməkdaşları ilk dəfə evə saat 22:00 radələrində gəlmişlər. O, evdə olarkən polis əməkdaşları gecə saat 03:00 radələrində gəlmişlər. Polis əməkdaşlarının qanunsuz mənzillərinə daxil olması ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Məhkəmə şahid X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, nişanlısı olan Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahid X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan 3 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və 5 fevral 2023-cü il tarixli “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən həmin baş idarənin əməkdaşları Şahid1, Şahid2 və 38 saylı vəkil bürosunun vəkili İlham İbadovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilən təklifdən sonra əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində psixotrop maddə metafetaminə bənzər maddə olan bükümü təqdim etmişdir. Şəxsi axtarışın davamında onun əynində olan şalvarın sol yan cibindən 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 4169 7388 3789 nömrəli, plastik bank kartı, 1 ədəd “Redmi” markalı smartfon, 1 ədəd dəmir açar aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, “Redmi” markalı mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələri vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə metafetaminə bənzər maddəyə baxış keçirildikdən sonra elektron tərəzi vasitəsi ilə qablaşdırma ilə birgə ölçülmüşdür və çəkisinin 32 qram olduğu müəyyən edilmişdir. Həmin büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq, möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, üzərindən aşkar edilmiş psixotrop maddəni internet şəbəkəsi vasitəsi ilə tanıdığı “Dadaş” adlı İran vətəndaşından müvafiq yerlərə “zaklatka” etmək üçün əldə etmiş, buna görə “Dadaş” adlı şəxs ona qazanc vəd etmişdir. Sorğu zamanı bildirmiş ki, yaşadığı evdə də narkotik və psixotrop maddələr saxlayır. Müdafiəçi İlham İbadovun ona verdiyi suala cavab olaraq bildirmiş ki, ona qarşı heç bir fiziki, psixi və ya digər təziqlər edilməmişdir (cild 1, iş vərəqə 30-31 və 92). Cinayət işinin materiallarında olan 3 fevral 2023-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” və 5 fevral 2023-cü il tarixli “Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən həmin baş idarənin əməkdaşları Şahid1, Şahid2 və 38 saylı Vəkil Bürosunun vəkili İlham İbadovun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağında olan çarpayının altından 1 ədəd üzərində “Starex” yazısı olan sellofan torbanı təqdim edir. Həmin torbaya baxış zamanı onun içərisindən 1 ədəd elektron tərəzi, 1 bənövşəyi rəngli üzərində "Amore” yazısı olan sellofan torba və 1 ədəd yaşıl rəngli sellofan torba aşkar edilir. Üzərində “Amore" yazısı olan bənövşəyi rəngli torbanın içərisinə baxış keçirilir və onun içərisindən biri şəffaf rəngli sellofan büküm, digər isə sarı rəngli izolentlə bağlanmış büküm olmaqla 2 büküm aşkar edilir. Təqsirləndirilən şəxs bildirmişdir ki, şəffaf rəngli sellofan bükümdə olan metafetamin, sarı rəngli izolentlə bağlanan isə narkotik vasitə heroindir. Üzərində “Satrex” yazısı olan sellofan torbadan aşkar edilmiş yaşıl rəngli torbanın içərisinə baxış keçirilərkən buradan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli maddələr aşkar edilir. Daha sonra aşkar edilən bükümlər və aşkar edilən elektron tərəzi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülür. Baxış zamanı mənzildən hər hansı digər sübut əhəmiyyətli əşya və ya maddə aşkar edilməmişdir (cild 1, iş vərəqə 36-37 və 93). Cinayət işinin materiallarında olan 3 fevral 2023-cü il tarixli “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı smartfon tipli mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Baxış zamanı iş üçün əhəmiyyətli sübutlar toplamaq üçün həmin telefonun simvol şəkilində olan kodu (iki rəqəmindən başlanıb sıfıra çəkilir, sıfırdan dördə çəkilir, dörddən altıya çəkilir) açılmış, ilk öncə telefonda *#06# kodu yığılaraq telefonun İmei kodunun **********82614 və **********82622 olması müəyyən edilmişdir. Baxış zamanı telefonun fotoqaleriyasına daxil olduqda aşağıda qeyd edilən fotolar aşkar edilmişdir:
1. Təqsirləndirilən şəxs ağzında kazbekə bükülmüş marixuanaya bənzər maddə olan 2 ədəd fotoşəkil,
2. Elektron tərəzi üzərində 0,95 çəkisi göstərən marixuanaya bənzər maddə olan fotoşəkil,
3. Elektron tərəzinin üzərində üstündə “50 gül" yazısı olan içərisində narkotik vasitə marixuanaya bənzər maddələr olan şəffaf sellofan olan fotoşəkil,
4. Elektron tərəzi üzərində 201 çəkisi göstərən marixuanaya bənzər maddə olan fotoşəkil,
5. Qaranlıqda divarların yanında ox işarəsi ilə işarələnmiş yer olan 2 ədəd fotoşəkil. Baxışın davamında həmin telefonda olan “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olunmuş və burada adı “Dadaw**_-1” kimi qeyd edilən şəxslə aşağıdakı məzmunda mesajlaşma aşkar edilmişdir: Dadaş.Heman karta vurum Kamran: Hə abi, evdeyem, deyə bilərsən Dadaş:catibsan, 35 k, 20k, 15 p Kamran: he Dadaş: 25k 5 p, 25k 5p, 10p 50 (gül işarəsi), 10p 50 (gül işarəsi), 20p 100 (gül işarəsi), 25k 10p, 32k 10 p, 50 (gül işarəsi) baxdın. Baxış zamanı “Dadaw**_-1” kimi qeyd edilən şəxsin nömrəsinin “+98 9*** *** ** **” olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 59-65). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 fevral 2023-cü il tarixli 6/669 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim edilən kütlə” yazısı və imzalar olan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 31,040 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 7№-li” dairəvi möhür əksi olan bağlamadakı, 1 ədəd bükümdə təmiz çəkisi 460 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd torbada təmiz çəkisi 1180 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazrılanmış psixotrop maddə metafetamindir və 1 ədəd elektron tərəzinin üzərində heroin və metafetamin izləri vardır. İz şəkilində olduğu üçün heroinin və metafetaminin çəkisini və bükümdəki heroin və metafetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metafetaminin ümumi təmiz çəkisi 1211,04 qram (1 kq 211,04 qr) təşkil edir və həmin metafetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 460 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 459,8 qram, metafetaminin təmiz çəkiləri 31,040 və 1180 qram, tədqiqata sərf edildi 0,1 və 0,2 qram, qalıqlar 30,940 və 1179 qram, cild 1, iş vərəqə 44-45). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 fevral 2023-cü il tarixli 7/154 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazıları və imzalar olan polietilen bağlamadakı 1 ədəd yaşıl rəngli sellofan bağlamada təmiz çəkisi 1820 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümumi təmiz çəkisi 1820 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 1819,8 qram, cild 1, iş vərəqə 49-50).` Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 17 mart 2023-cü il tarixli 1593 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs Kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 142-143). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 23 aprel 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 30,940 qram olan psixotrop maddə metafetamin, yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra qalıq çəkisi 459,8 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1179,8 qram olan psixotrop maddə metafetamin, qalıq çəkisi 1819,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin 1 ədəd elektron tərəzi və 1 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və yaşadığı mənzilə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntüiərin əks olunduğu 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 144-152). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 119-120). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 4 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 3 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 86-91). Lakin məhkəmə “şübhəli şəxsin tutulması haqqında” protokolu nəzərə alıb qeyd edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 2 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 192 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 30,940 qram olan psixotrop maddə metafetamin, yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra qalıq çəkisi 459,8 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1179,8 qram olan psixotrop maddə metafetamin, qalıq çəkisi 1819,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, -1 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 192 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 30,940 qram olan psixotrop maddə metafetamin, yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra qalıq çəkisi 459,8 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1179,8 qram olan psixotrop maddə metafetamin, qalıq çəkisi 1819,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, -1 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.