Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-359/2025 24.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məcidov X7 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8-də (inzibati binada) qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Şərifzadə küçəsi nömrəsiz fərdi evdə yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,003 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xeyli miqdarda ümumi təmiz çəkisi 0,944 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 06 mart 2024-cü il tarixdə, saat 02:50 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 1 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 4,003 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,944 qram ağ rəngli kristalşəkilli maddə- kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Belə ki, o, internet vasitəsilə bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxsin İran vətəndaşı olması barədə dəqiq məlumatı olmamışdır. O, həmin şəxsə məxsus bank kartına pul köçürmüş, həmin şəxs də müxtəlif vaxtlarda ona istifadə etməsi üçün narkotik vasitələr satmışdır. Axırıncı dəfə o, bir qram narkotik vasitə götürmək üçün gedirmiş, lakin ona elan edilmiş ittihamda beş qram qeyd olunmuşdur. Həmin vaxt onu yolda polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə olmamışdır. Həmin vaxt onun üzərində sadəcə narkotik tərkibli dərman həbi olmuşdur. Polis əməkdaşları onun buraxılması üçün min manat məbləğində pul tələb etmişlər. Əgər onun üzərində narkotik vasitə olsa idi, ondan min manat pul tələb etməzdilər. Sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən üzərində narkotik vasitə olmamış, ittihamda göstərilmiş narkotik vasitənin üzərində onun heç əl izi də yoxdur. Həmin vaxt onun üzərində sadəcə narkotik tərkibli dərman həbi olmuş, həmin dərman həbinin adı səhv xatırlamırsa “Pero 33” olmuşdur. Polis əməkdaşları ona narkotik vasitələrin onun üzərindən çıxdığını etiraf etmədiyi təqdirdə ailə üzvlərini də polis idarəsinə gətirəcəklərini demişlər. O da məcbur qalaraq narkotik vasitənin ona məxsus olmasını qəbul etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olmamış, yalnız psixoloji təzyiqlər olmuşdur. Belə ki, polis əməkdaşları ona ailəsi ilə bağlı hədə-qorxu gəlmişlər. O da məcbur olub etirafedici ifadələrlə bağlı sənədlərə imza etmişdir. Həmçinin bildirir ki, onun istifadəsində olan mobil telefon nömrəsi ilə bağlı aşkar edilmiş mesajların narkotik vasitələrin alqı-satqısına heç bir aidiyyəti yoxdur. Belə ki, o, narkotik maddə istifadə etdiyindən lazım olduqda tanış adamlardan narkotik istəmişdir və yaxud həmin şəxslərlə birlikdə narkotik vasitə qəbul etmişdir, həmin mesajlar da bununla əlaqədar olmuşdur. Polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər edildiyi barədə o, vəkilinə deməmişdir. O, narkotik vasitələr istifadə etsə də, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs verilmiş suallara daha sonra cavab olaraq göstərmişdir ki, o, saxlanılmamışdan qabaq istifadə etmək üçün həmin narkotik vasitəni Rza adlı şəxsdən götürəcəkmiş. Bunun müqabilində 155 manat pul ödəmişdir. O, 155 manat pul göndərərək bir qram narkotik almaq istəyirmiş, onun həmin şəxsə əvvəldən borcu olduğu üçün 155 manat göndərmişdir. O, həmin şəxsdən əvvəl dörd dəfə narkotik vasitə götürmüş, lakin pulu olmadığından pulunu verməmişdir. Sonuncu dəfə isə bir qram narkotik vasitə almaq istədikdə əvvəlki dörd dəfə aldığı narkotikin də pulunu ödəmişdir. Telefonunda aşkar edilmiş “vəziyyət pisdi, kanal var heç olmasa bunu elə” mesajı tanışı ilə birlikdə narkotik vasitə istifadə etməsi ilə bağlıdır, onlar narkotik vasitəni də elə birlikdə alıb istifadə edirmişlər. “Qaqaş məndə 70 manat var, mənə 3 dənə gətir, pulu apar. Alınmırsa gəlmə” mesajını o, göndərmişdir, o, narkotik vasitə almaq istəyirmiş, ona görə də bu mesajı göndərmişdir. “Qaqaş alınır, prosta bu deyir ki, özüm də gedəcəm. Səhərə tema dalınca gedək, maşın pulu da ver gedək-gələk, belə and ola Allaha ki vermir” mesajı onunla bağlıdır ki, o, tanışından narkotik vasitə istəmiş, qarşı tərəf də həmin cavabı ona yazmışdır. Həmin yazışmaları apardığı şəxsləri xatırlamır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 mart 2024-cü il tarixdə verdiyi izahatında məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, təxminən 4 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 06 mart 2024-cü il tarixdə narkotik vasitə almaq məqsədilə “whatsapp” tətbiqi vasitəsilə İran vətəndaşı ilə danışıb 3 qram “kokos” və 1 qram “şüşə” adlanan narkotik vasitə almaq istədiyini bildirmişdir. İran vətəndaşına 150 manat ödədikdən sonra sonuncu qeyd edilən narkotikləri qoyacağı yerin fotosunu “whatsapp” tətbiqinə göndərəcəyini bildirmişdir. O, İran vətəndaşının göndərdiyi hesaba 150 manat ödədikdən sonra narkotikləri Bakıxanov qəsəbəsində binanın baş tərəfində qoyduğu yerin fotoşəkilini göndərmişdir. O, həmin ünvana gəlib narkotikləri götürüb uzaqlaşarkən 3 nəfər post patrul xidmətinin əməkdaşları ona yaxınlaşmışlar. Bu zaman o, polis əməkdaşlarından yayınıb qaçmaq istəyərkən polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyi bildirildikdə əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və sol yan cibindən isə 7 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və yapışqan lentə bükülmüş iki ədəd qara sellofanın içərisində birinin qəhvəyi rəngli spesefik qoxuya malik maddəni, digərinin içərisində isə kristal şəkilli maddəni təqdim edərək həmin maddələrin narkotik vasitə olan kokos və şüşə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə İran vətəndaşı ilə danışıb 150 manat ödədikdən sonra sonuncunun göstərdiyinə əsasən Bakıxanov qəsəbəsindəki yerdən götürüb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş bükümlər qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar (iş vərəqə: cild İ, səh.27) Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs daha sonra 06 mart 2024-cü il tarixdə şübhəli şəxs kimi dindirilərkən, bundan sonra isə 07 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, gündəlik işlərdə işləyir. Lakin çox vaxt da işləyə bilmir. Faktiki işsizdir. Təxminən 3-4 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisidir. Narkotik vasitələrdən heroini və metamfetamini əridib tüstüsünü iyləməklə qəbul edir. Narkotik vasitələrə ehtiyacı olanda internet vasitəsi ilə tanımadığı İran vətəndaşının hesabına pul göndərib, gizlədilən yerdən narkotiki əldə edir və gizlin yerdə istifadə edir. Lakin son 1-2 aydır ki, həm də narkotik vasitələrin satışını həyata keçirirmiş. Belə ki, uzun müddətdir ki, başqa anket məlumatlarını bilmədiyi özünü ona İran vətəndaşı “Rza” kimi təqdim edən şəxsdən narkotik vasitələr aldığı üçün həmin şəxsin ona inamı yaranmışdır və narkotik vasitələri ona göndərir, o da onları götürüb özü istifadə edir, ya da satırmış. “Rza”dan narkotik alarkən onun pulunu əvvəldən ona göndərdiyi kart hesabına köçürürmüş. Daha sonra gedib gizlədilən yerdən götürürmüş. “Rza”nı 4-5 aya yaxındır ki, sosial şəbəkədə “narkotik satan” deyə yazıb axtarış edərkən tapmışdır və o, özünə məxsus xarici nömrənin “vatsapp” nömrəsini ona verərək onunla səsli və sms yazmaqla əlaqə yaratmışdır. Əvvəllər ondan narkotiki az miqdarda alıb istifadə edirmiş və sonradan özünü dolandırmaq üçün “Rza”dan narkotik vasitələri “kokos”, yəni heroin və “şüşə”, yəni metamfetaminin, hər ikisinin 1 qramını 30 manatdan hazır bükümlərdə alıb, həmin narkotik vasitələrin bir qismini özü istifadə edib, bir qismini isə başqa şəxslərə satıb pul qazanırmış. Qazandığı puldan Rzaya verməmişdir. Rza sadəcə ona 1 qramı 30 manatdan narkotik satır. Rza ilə olan yazışmaları və şəkilləri də sonradan telefonundan silirmiş. Buna görə də onun xarici nömrə olan “vatsapp” nömrəsini və hesab nömrəsini əzbər bilmir. Beləliklə, yenə də narkotik almaq üçün 05 mart 2024-cü il tarixdə Rza ilə danışıb, ondan narkotik istəmiş və o da narkotiki ona satmağa razılaşmışdır. Onunla 05 mart 2024-cü il tarixdə saat 22 radələrində özünə məxsus 099 *** ** ** saylı mobil nömrənin “vatsap” tətbiqi vasitəsi ilə danışmışdır və 4 qram heroin, 1 qram metamfetamin almaq üçün onun kart hesabına 155 manat pulu göndərdikdən sonra o, həmin 5 qram narkotikin olduğu Sabunçu rayonu, Bakıxanov qəsəbəsində gizlədilmiş yerin “konum”, yəni “məkan”ını ona göndərmişdir. Bu zaman artıq 06 mart 2024-cü il, saat 02 radələri olarmış. Həmin yerdən 2 bükümdə sifariş etdiyi narkotikləri götürüb, oradan uzaqlaşmağa başlamışdır. Həmin yerdən uzaqlaşarkən əldə etdiyi narkotikdən də bir qismini istifadə etməyi üçün gizlin yer axtarırmış. Bu zaman 3 nəfər post patrul xidmətinin əməkdaşları ona yaxınlaşmışlar. O, üzərində narkotik vasitələr olduğu üçün polis əməkdaşlarından yayınıb qaçmaq istəyərkən polis əmədaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona müdafiəçi təqdim edilmiş və hüquqları izah edilmişdir. Bundan sonra üzərinə videogörüntü ilə baxış keçiriləcəyi bildirilmişdir. Vəkilinin həmin prosesdə iştirak edərsə üzərindən aşkar olunacaq narkotiklərə şahid olacağını və beləliklə hüquqlarını keyfiyyətli müdafiə edə bilməyəcəyini düşündüyü üçün o, öz istəyi ilə vəkili olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmiş və bu barədə ərizəsi təhqiqatçı tərəfindən çap olunduqdan sonra ərizəsini imza etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməsi bildirildikdə o, etiraz etmədən əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və sağ yan cibindən isə 7 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və ağ yapışqan lentə bükülmüş iki (02) ədəd qara sellofan bükümdə birinin içərisində qəhvəyi rəngli maddəni, digərinin içərisində isə kristal şəkilli maddəni təqdim edərək həmin maddələrin narkotik vasitə olan “kokos” və “şüşə” olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə İran vətəndaşı ilə danışıb 155 manat ödədikdən sonra sonuncunun göstərdiyi Bakıxanov qəsəbəsindəki yerdən götürüb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Videogörüntüdə narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını desə də, faktiki əldə etdiyi narkotikdən yaxın bildiyi dost-tanışa satırmış. Üzərindən aşkar edilmiş bükümlər qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Suallara cavab olaraq bildirmişdir ki, nə saxlanılarkən, nə də ki, polis şöbəsinə gətirilərkən ona heç bir fiziki və ya psixi təsir olmamışdır (iş vərəqə: cild İ, səh.41-43, 54-56) Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini polis əməkdaşlarının ona psixoloji təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 06 mart 2024-cü il tarixdə xidmətdə olarkən ünvan 1 ünvanında Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs 13-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr aşkar edilmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs saxlayarkən üç nəfər polis əməkdaşları olmuşlar. Saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirtməmişlər. Şəxsi axtarış polis şöbəsində keçirilmişdir. Şahid1 həmçinin məhkəməyədək icraat zamanı daha təfərrüatlı verdiyi “06 mart 2024-cü il tarixdə çalışdığı Sabunçu rayon Polis İdarəsinin PPXB-nin ona ayrılmış xidməti ərazidə iş yoldaşları ilə xidmətdə olarkən saat 02:50 radələrində ünvan 1 ünvanının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etdiyi, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmək istədikdə həmin şəxs onların yaxınlaşdığını görüb qaçmağa başladığını, onlar dərhal qaçıb həmin şəxsi yaxaladıqlarını və ondan nə üçün qaçdığını, kim olmasını soruşan zaman o, özünü itirib onlara adekvat cavablar verməyərək yayındıcı cavablar verdiyi, özünü şübhəli apardığı üçün onu 13-cü Polis Şöbəsinə apardıqlarına..., Təqsirləndirilən şəxs öz tələbi ilə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməyə başlanılmasına, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, sol yan cibindən isə ağ rəngli yapışqan lentə bükülmüş, içəsirində iki büküm qara sellofana bükülmüş birinin içərisində qəhvəyi rəngli maddə, digərinin içərisində isə şəffaf kristal formada olan maddə və 07 manat nağd pul, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilməsinə” dair ifadəsini (iş vərəqə: cild İ, səh.91-93) təsdiq etdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, təqsirləndirilən şəxsin guya polis əməkdaşlarının pul tələb etməsinə dair ifadəsində göstərdikləri tamamilə yalandır. Onlar Təqsirləndirilən şəxs pul tələb etməmişlər. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq və ya hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 06 mart 2024-cü il tarixdə xidmətdə olarkən adını sonradan bildikləri Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onu saxlayaraq 13-cü Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs güya polis əməkdaşlarının onun buraxılması üçün ondan pul istəməkləri ilə bağlı ifadəsi tamamilə yalandır. Şahid2 həmçinin məhkəməyədək icraat zamanı daha təfərrüatlı verdiyi “06 mart 2024-cü il tarixdə çalışdığı Sabunçu rayon Polis İdarəsinin PPXB-nin ona ayrılmış xidməti ərazidə iş yoldaşları ilə xidmətdə olarkən saat 02:50 radələrində ünvan 1 ünvanının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etdiyi, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmək istədikdə həmin şəxs onların yaxınlaşdığını görüb qaçmağa başladığını, onlar dərhal qaçıb həmin şəxsi yaxaladıqlarını və ondan nə üçün qaçdığını, kim olmasını soruşan zaman o, özünü itirib onlara adekvat cavablar verməyərək yayındıcı cavablar verdiyi, özünü şübhəli apardığı üçün onu 13-cü Polis Şöbəsinə apardıqlarına..., Təqsirləndirilən şəxs öz tələbi ilə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməyə başlanılmasına, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, sol yan cibindən isə ağ rəngli yapışqan lentə bükülmüş, içəsirində iki büküm qara sellofana bükülmüş birinin içərisində qəhvəyi rəngli maddə, digərinin içərisində isə şəffaf kristal formada olan maddə və 07 manat nağd pul, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilməsinə” dair ifadəsini (iş vərəqə: cild İ, səh.94-96) təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 06 mart 2024-cü il tarixdə o, Şahid2 və Şahid1lə xidmətdə olarkən ünvan 1 ünvanında adını sonradan bildikləri Təqsirləndirilən şəxs onları görüb qaçmağa çalışmışdır. Buna görə də, yaxınlaşıb Təqsirləndirilən şəxs saxlamışlar və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Şəxsi axtarış zamanı üzərindən xatırladığı qədər 5-6 qram narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitələrdən biri 4 qram, digəri 1 qram olmaqla, iki növdən ibarət olmuşdur. Şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən onlar üç nəfər polis əməkdaşları olmuşlar- o, Şahid2 və Şahid1. Təqsirləndirilən şəxs güya polis əməkdaşlarının ondan pul istəməsinə dair ifadəsində göstərdikləri tamamilə yalandır. Onlar Təqsirləndirilən şəxs pul tələb etməmişlər. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq olmamış, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs saxlamalarına səbəb sonuncunun özünü şübhəli aparması, onları görən kimi uzaqlaşmağa çalışması olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən heç bir psixoloji təzyiqlər olmamışdır. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 09 mart 2024-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən üzərindən ağ rəngli yapışqan lentə bükülmüş, iki ədəd bükümdə- birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, digərinin içərisində şəffaf rəngli kristal formada metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri 06 mart 2024-cü il tarixdə “whatsapp” tətbiqi vasitəsilə İran vətəndaşı ilə danışıb 150 manat ödədikdən sonra İran vətəndaşının narkotikləri qoyacağı yerin fotosunu “whatsapp” tətbiqinə göndərdiyi yerdən götürüb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.25-26, 76). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1343 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 160” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,003 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir və bir ədəd bükümdə təmiz çəkisi 0,944 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (iş vərəqə: cild İ, səh.31-35). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 30 mart 2024-cü il tarixli, 2016 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.121-122). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 may 2024-cü il tarixli, 1432 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən hadisə zamanı xroniki psixi xəstəli, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini dərk ətmək və həmin əməli idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hadisə zamanı, istərsə də hadisədən sonra hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs Rehman oğlu hadisə zamanı qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri, düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyililik əlamətləri müşahidə edilmədi (iş vərəqə: cild İ, səh.123-126) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 05 aprel 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olub-olmamasını, həmçinin onun üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh.102) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 may 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 *** ** ** saylı mobil nömrədən işləməyən 055 *** ** ** saylı mobil nömrəyə “Qaqaş problem çıxdı gele bilmirem, sabah elaqe saxlayacam, seninle günortan sonra”, bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən hazırda işləməyən 055 *** ** ** saylı mobil nömrəyə “Qaqaş mende 70 manat var, mene 3 dene getir gele mene pulu apar, alınmırsa gelme” kimi sms mətnlərinin olması müəyyən edilmişdir. Həmçinin hazırda işləməyən 055 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 *** ** ** saylı mobil nömrəyə “Qaqas alinir, prosta bu deyir ki, ozum də gedecem sehere tema daliyca gedey masin pulu da ver, gedey gelek, bele and ola Allaha ki vermir quran haqqı” kimi məzmunda sms mətnlərinin olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.113). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 may 2024-cü il tarixli “mobil telefon aparatına baxış baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qara rəngli “Samsung” markalı mobil telefonun “vatsap” tətbiqində “Rza Emin” adlı +98 919 *** **** saylı xarici nömrəli kontaktın Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:05-də “Kapital Bank”a aid 4169 7388 0730 4518 nömrəli kartın şəklini atması, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:16-da həmin hesaba 155 manat pul ödəməsi və “Qaqaş 4-1” yazması, həmin “Rza Emin” adlı kontaktın Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə, saat 00:34-də narkotik maddələri yerləşdirdiyi Bakıxanov qəsəbəsi ərazisindəki yerin konumunu göndərməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefonunun sms qovluğunda “Qaqas” adı yazılmış, hazırda işləməyən 055 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs 099 *** ** ** saylı nömrəsinə 27 yanvar 2024-cü il tarixdə “Vaziyat pisdi kanal var, heç olmasa bını ela” məzmunda sms yazılmışdır (iş vərəqə: cild İ, səh.114- 120). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,953 qram narkotik vasitə heroin və 0,894 qram psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs məxsus “Samsung" markalı mobil telefon maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir, eyni zamanda iki ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.129-137). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.14). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbiri seçilməsi barədə” təqdimata baxılarkən məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, həmin narkotik vasitələri öz istifadəsi üçün İran vətəndaşından əldə etdiyini, satışla məşğul olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.62-67). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 noyabr 2007-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 326.2-ci maddələri ilə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 aprel 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild İ, səh.85-86). Beləliklə də, məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olub-olmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində özünü təqsirli bilməməsinə, polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə olmamasına, həmin vaxt onun üzərində sadəcə narkotik tərkibli dərman həbi olmasına, polis əməkdaşlarının onun buraxılması üçün min manat məbləğində pul tələb etmələrinə, ona narkotik vasitələrin onun üzərindən çıxdığını etiraf etmədiyi təqdirdə ailə üzvlərini də polis idarəsinə gətirəcəkləri ilə bağlı psixoloji təzyiqlər etmələrinə görə məcbur qalaraq narkotik vasitənin ona məxsus olmasını bildirməsinə dair göstərdiklərini təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı tutduğu prosessual mövqeyindən irəli gələn, cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş və onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində həmin göstərdikləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq olunarkən onun ifadəsində göstərdiyi həmin hallar heç bir dəlillərlə öz təsdiqini tapmamış və həmin göstərilənlərin hər hansı sübutlarla təsdiq olunması müəyyən edilməmişdir. Cinayət işinin materialları iş üzrə obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış videoçəkilişlə həyata keçirilmiş, həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən müəyyən olunur ki, həmin istintaq hərəkətindən əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarışın müdafiəçisinin iştirakı olmadan keçirilməsini xahiş edir, həmin istintaq hərəkətinin onun müdafiəçisinin iştirakı olmadan keçirilməsini heç bir təzyiq və müdaxilə olmadan, onun özünün iradə sərbəstliyi əsasında xahiş etməsi videoçəkilişə baxış zamanı təsdiq edilmiş, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsi (iş vərəqə: cild İ, səh.24) ilə də şəxsi axtarışın onun müdafiəçisinin iştirakı olmadan keçirilməsini sərbəst iradəsi əsasında xahiş etməsi təsdiq olunmuş və bununla bağlı hər hansı prosessual pozuntunun olması müəyyən edilməmişdir, həmin videoçəkilişə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edildiyi və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin vaxt üzərindən aşkar edilmiş həmin maddələri 06 mart 2024-cü il tarixdə “whatsapp” tətbiqi vasitəsilə İran vətəndaşı ilə danışıb 150 manat ödədikdən sonra İran vətəndaşının narkotikləri qoyacağı yerin fotosunu “whatsapp” tətbiqinə göndərdiyi yerdən götürüb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən sonunadək məhkəmədə ifadəsində göstərdikləri ilə bağlı hər hansı bir halı bildirməmiş, verdiyi izahat və bütün ifadələrində həmin maddələrin onun üzərindən aşkar edildiyini etiraf etmiş, ona qarşı polis əməkdaşları tərəfindən saxlanılarkən və ya üzərində şəxsi axtarış keçirilərkən heç bir fiziki və ya psixoloji təsir, təzyiq olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda sənədləri imza etməkdən imtina etsə də, o, bunun heç bir səbəbini göstərməmiş və ona hər hansı qanunsuz hərəkətlərə yol verildiyi barədə bildirməmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi inkaredici hallar cinayət işinin materialları, iş üzrə yuxarıda göstərilən və mötəbərliyi heç bir mübahisə doğurmayan sübutlarla və həmin sübutlardan irəli gələn işin faktiki halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən onun məhkəmədə ifadəsində göstərdikləri tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə münasibətdə əməlinin hüquqi tövsifi ilə bağlı halları müzakirə edərək onun əməlinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,003 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xeyli miqdarda ümumi təmiz çəkisi 0,944 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələnildiyi üçün 06 mart 2024-cü il tarixdə, saat 02:50 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 1 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 4,003 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,944 qram ağ rəngli kristalşəkilli maddə- kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib daşımaqla saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrəsi ilə bağlı mesaj mətinlərinin məzmunu ilə, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə saxladıqlarını bildirmişlər, məhkəmə araşdırması zamanı heç bir şahid verdiyi ifadəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə alqı-satqısı zamanı aşkar edə bildiklərini, onun həmin maddələri satmasına dair və yaxud həmin maddələrin satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlara malik olmasını bildirməmişlər, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində verilmiş əməliyyat tapşırığına Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin cavab məktubunda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh.102). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin və “heroin” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir, yəni, Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi 4,003 qram olduğundan külli miqdar kimi qəbul edilməli, ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin kütləsi isə 0,944 qram olduğundan xeyli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən narkotik maddə heroinin kütləsinin 4,003 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, həmin maddələrin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə psixotrop maddə və ya narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə həmin maddələrin çəkilməsinə, onun bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində daşıyaraq saxlaması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddə heroinin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini həmin maddələri satış məqsədi ilə əldə edib saxlayıb daşıması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin külli miqdarda olsa da, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin həmin maddələri özünün istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edə biləcək hər hansı fakt, sübut əldə edilib təqdim edilməmiş, həmçinin cinayət işinin materialları ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən aşkar olunan narkotik vasitənin yalnız külli miqdar həddində olması əsasına görə buna dair heç bir sübutlar olmadığı təqdirdə, ehtimal və fərziyyə əsasında həmin maddələrin satış məqsədilə saxlanması qənatinə gəlinməsi heç bir hüquqi əsası olmayan tamamilə yanlış gəlinmiş nəticədir. Cinayət işi üzrə həmçinin məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edəcək hər hansı sübutlar müəyyən edilməmiş və bununla da təqsirləndirilən şəxsin cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün məhkəmə araşdırması zamanı heç bir əsas olmamışdır. Bir daha xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olmasına görə onun məqsədinin həmin maddələri məhz satış məqsədilə saxlaması qənaətinə gəlinməsi və əməlinin Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilməsi tamamilə əsassız yanaşmadır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitə və ya psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş həmin maddələri satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, həmin maddələri kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə eyni zamanda onu da xüsusilə vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs cinayət əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməyə çalışarkən ittiham aktında Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 *** ** ** saylı mobil nömrədən işləməyən 055 *** ** ** saylı mobil nömrəyə “Qaqaş problem çıxdı gele bilmirem, sabah elaqe saxlayacam, seninle günortan sonra”, bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən hazırda işləməyən 055 *** ** ** saylı mobil nömrəyə “Qaqaş mende 70 manat var, mene 3 dene getir gele mene pulu apar, alınmırsa gelme” kimi sms mətnlərini, həmçinin hazırda işləməyən 055 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 *** ** ** saylı mobil nömrəyə “Qaqas alinir, prosta bu deyir ki, ozum də gedecem sehere tema daliyca gedey masin pulu da ver, gedey gelek, bele and ola Allaha ki vermir quran haqqı” kimi məzmunda sms mətnlərini narkotik vasitələrin alqısatqısına dair mesajlar olması kimi qələmə vermişdir. Lakin həmin mesaj mətinləri ayrıayrılıqda nəzərdən keçirilərkən həmin mesaj mətinlərinin məzmununda Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddələri satmasını və ya onun belə bir məqsədinin olmasını təsdiq edən məlumatların olduğu müəyyən edilməmişdir. Həmin mesaj mətinləri ayrı-ayrılıqda tədqiq edilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 *** ** ** saylı mobil nömrədən işləməyən 055 *** ** ** saylı mobil nömrəyə “Qaqaş problem çıxdı gele bilmirem, sabah elaqe saxlayacam, seninle günortan sonra” mesaj mətnində göründüyü kimi, hər hansı narkotik vasitənin satışına dəlalət edən məlumat yoxdur, bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən hazırda işləməyən 055 *** ** ** saylı mobil nömrəyə “Qaqaş mende 70 manat var, mene 3 dene getir gele mene pulu apar, alınmırsa gelme” kimi sms mətnin məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs başqa şəxsdən nə isə istəyir və yenə də həmin mesaj mətnində narkotik satışına dəlalət edən hər hansı məlumat müəyyən edilmir, eyni zamanda hazırda işləməyən 055 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 *** ** ** saylı mobil nömrəyə “Qaqas alinir, prosta bu deyir ki, ozum də gedecem sehere tema daliyca gedey masin pulu da ver, gedey gelek, bele and ola Allaha ki vermir quran haqqı” mesaj mətnindən də göründüyü kimi həmin mesaj Təqsirləndirilən şəxs mesajına cavab olaraq yazılmış və həmin mesaj mətnində də hər hansı narkotik vasitənin satışına dəlalət edən məlumat müəyyən edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həmin mesaj mətinlərinin məzmunu təhlil edilərkən narkotik vasitə istifadə edən şəxslərin narkotikə ehtiyacları yarandığı hallarda onların arasında olan ümumi danışıqlarla bağlıdır, lakin həmin mesajlarda narkotik satışı ilə bağlı ümumiyyətlə hər hansı məlumat mövcud deyildir. Bundan başqa, məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə bağlı verdiyi ziddiyyətli izahat və ifadələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs üzərində 06 mart 2024-cü il tarixdə şəxsi axtarış keçirilərkən o, üzərindən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir, sonra 06 mart 2024-cü il tarixdə verdiyi izahatında üzərindən aşkar edilmiş maddələri öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs 06 mart və 07 mart 2024-cü il tarixlərdə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verərkən 1-2 aydır ki, həm də narkotik vasitələrin satışını həyata keçirdiyini bildirmişdir, bundan başqa Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində 07 mart 2024-cü il tarixdə barəsində həbslə bağlı təqdimata baxılarkən həmin narkotik vasitələri öz istifadəsi üçün İran vətəndaşından əldə etdiyini, satışla məşğul olmadığını bildirmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrində həm üzərindən ona elan edilmiş ittihamda göstərilən narkotik vasitənin və psixotrop maddənin həqiqətən də aşkar edildiyini, ona heç bir qanunsuz təzyiqlər göstərilmədiyini bildirmiş, eyni zamanda həmin iki ifadədə 1-2 aydır ki, həm də narkotik vasitələrin satışını həyata keçirdiyini bildirmişdir. Həmin ifadələrlə bağlı xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin etirafedici ifadələrində ona elan edilmiş ittihamda göstərilən narkotik vasitənin və psixotrop maddənin həqiqətən də aşkar edildiyinə, ona heç bir qanunsuz təzyiqlər göstərilmədiyinə dair hallar cinayət işi üzrə bütün sübutların məcmusu ilə (06 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə protokolu”, həmin istintaq hərəkətinin əks olunduğu video çəkiliş və həmin video çəkilişin əks olunduğu disk, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, cinayət işinin faktiki hallarını təsdiq edən və iş materiallarına əlavə edilmiş sənədlər) təsdiq olunsa da, onun ibtidai istintaq zamanı həmin ifadələrində 1-2 aydır ki, həm də narkotik vasitələrin satışını həyata keçirdiyini bildirməsi ilə bağlı göstərdikləri cinayət işi üzrə heç bir sübutlarla təsdiq edilmədiyindən və cinayət işinin materiallarında da Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik və psixotrop maddəni məhz satış məqsədilə saxlamasına dair hər hansı sübutlar müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs həmin ifadələrinin qeyd edilən hissələri məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Şəxsin öz ifadəsində törətdiyi cinayət əməli ilə bağlı hər hansı halı bildirməsi həmin halla bağlı şəxsin yeganə ifadələrindən başqa, digər hər hansı sübutlar, faktlar olmadığı təqdirdə, yalnız şəxsin özünün ifadəsinə əsaslanan və heç bir sübutlarla təsdiqini tapmayan hər hansı hal şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik və psixotrop maddəni satış məqsədilə daşıyıb saxlaması formal olaraq göstərilsə də, Təqsirləndirilən şəxs kiminlə, nə zaman, hansı qaydada narkotik və ya psixotrop maddələrin satışına dair sövdələşməsinin və ya razılığının olması, həmin maddələri kimə, hansı qaydada, nə zaman satacağı ümumiyyətlə müəyyən edilməmiş, satış məqsədinin nədə ifadə olunduğu göstərilməmiş və buna dair təqdim edilmiş sübutlar da ittihamın faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 4,003 qram narkotik maddə heroin külli miqdar təşkil etdiyindən və ondan aşkar edilmiş heroin və metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyıb saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 noyabr 2007-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 326.2-ci maddələri ilə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, 27 aprel 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunması, daha sonra onun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, 27 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunması ilə bağlı qeyd edir ki, onun həmin məhkumluqları Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənilmiş və Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 06 mart 2024-cü il il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 30 mart 2024-cü il tarixli, 2016 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,953 qram narkotik vasitə heroin və 0,894 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung" markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalı, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,953 qram narkotik vasitə heroin, 0,894 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung" markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-359/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-359/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver