Məhkəmə qərarları › İş №1(101)-360/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-360/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-360/2020 03.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-ci ildə İmişli rayonu, Hacırüstəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, İmişli şəhəri, M.Əzizbəyov küçəsi, döngə 2, ev 2-də qeydiyyatda olan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev, küçəsi, ev 70-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş və təkrarən, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 500 manat müqabilində tanışları vasitəsi ilə uşaq bağçasına işə düzəldəcəyini vəd edib aldadaraq 15 mart 2017-cİ il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 188 saylı yaşayış binasının qarşısındakı parkda Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 500 manat, bundan sonra Zərərçəkmiş şəxs1 tanışları vasitəsi ilə sonuncunun kürəkəni x5 əlillik dərəcəsi və sosial təqaüd düzəldəcəyini vəd edib aldadaraq 22 mart 2017-ci il tarixdə saat 18 radələrində yenidən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 188 saylı yaşayış binasının qarşısındakı parkda 1500 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 cəmi 2000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 24 mart 2017-ci il tarixdə sonuncunun haqqında rüsvayedici intim münasibətləri əks etdirən, mobil telefonu vasitəsi ilə çəkdiyi görüntünü ailə üzvlərinə nümayiş etdirib və sosial şəbəkədə yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 2500 manat pul tələb etmiş, sonuncu hədəni real qəbul edib həyata keçəcəyindən qorxaraq 28 mart 2017-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 188 saylı yaşayış binasının qarşısındakı parkda 2500 manat pul vəsaitini ona vermiş, sonra o, cinayət əməllərini davam etdirərək 29 mart 2017-ci İl tarixdə eyni qaydada Zərərçəkmiş şəxs1 haqqında həmin rüsvayedici görüntüləri ailə üzvlərinə nümayiş etdirib və sosial şəbəkədə yayacağı hədəsi ilə sonuncudan 3000 manat, pulu olmadıqda isə özünə məxsus qızıl-zinət əşyalarını lombarda girov qoyub pul götürərək ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 hədəni real qəbul edib həyata keçəcəyindən qorxaraq 31 mart 2017-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 188 saylı yaşayış binasının qarşısındakı parkda cəmi 7000 manat dəyərində 3 ədəd qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa, qızıl nal və sancaq, 3 ədəd qızıl üzükləri ona vermiş, bundan sonra o, cinayət əməllərini davam etdirərək 2017-ci ilin iyun ayında eyni qaydada Zərərçəkmiş şəxs1 haqqında həmin rüsvayedici görüntünü ailə üzvlərinə nümayiş etdirib və sosial şəbəkədə yayacağı hədəsi ilə mağazadan bahalı mobil telefon alıb ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 hədələri real qəbul edib həyata keçəcəyindən qorxaraq 19 iyun 2017-cİ il tarixdə “Kontakt home” mağazasından 648 manat dəyərində „Samsung Qalaksy J5“ markalı mobil telefon alaraq həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 188 saylı yaşayış binasının qarşısındakı parkda ona vermiş, daha sonra o, 2017-ci ilin iyul ayında əməllərini davam etdirərək eyni qaydada həmin rüsvayedici görüntüləri ailə üzvlərinə nümayiş etdirib və sosial şəbəkədə yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 mağazadan bahalı mobil telefon alıb ona verməsini tələb etmiş, sonuncu hədələri real qəbul edib həyata keçəcəyindən qorxaraq 18 iyul 2017-ci il tarixdə “Kontakt home’’ mağazasından 936 manat dəyərində „Samsunq Qalaksy A6“ markalı mobil telefon alaraq həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, B,Nuriyev küçəsi 188 yaşayış binasının qarşısındakı parkda ona vermiş, bundan sonra o, 2017-ci ilin oktyabr ayında əməllərini davam etdirərək eyni qaydada həmin rüsvayedici görüntüləri ailə üzvlərinə nümayiş etdirib və sosial şəbəkədə yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 19000 manat məbləğində pul tələb etmiş, sonuncu hədəni real qəbul edərək 26 oktyabr 2017-ci İl tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 188 saylı yaşayış binasının qarşısındakı parkda 8000 manat, 01 noyabr 2017-ci il tarixdə isə saat 15 radələrində eyni yerdə 7000 manat pul vəsaitini ona vermiş, daha sonra o, 2018-ci ilin fevral ayında əməllərini davam etdirərək eyni qaydada həmin rüsvayedici görüntüləri ailə üzvlərinə nümayiş etdirib və sosial şəbəkədə yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 4000 manat məbləğində pul tələb etmiş, sonuncu hədələri real qəbul edərək 17 fevral 2018-ci İl tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 188 saylı yaşayış binasının qarşısındakı parkda 3800 manat məbləğində pul vəsaitini ona vermiş, sonra o, 2018-ci ilin may ayında eyni qaydada həmin rüsvayedici görüntüləri ailə üzvlərinə nümayiş etdirib və sosial şəbəkədə yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs1 8000 manat pul verməsini tələb etmiş, sonuncu hədələri real qəbul edərək 30 may 2018-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 188 saylı yaşayış binasının qarşısındakı parkda 8000 manat nağd pul vəsaitini ona vermiş, yəni vahid niyyətlə əhatə edilən qəsdlə Zərərçəkmiş şəxs1 cəmi 38084 manat, xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmiş və 37884 manat məbləğində əmlakını əldə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə 12 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 özünü hüquqşünas və vəkil kimi təqdim edərək sonuncuya borclu olan Zərərçəkmiş şəxs3 borcu alıb ona qaytaracağı, banka olan borcunun ödəniləcəyi və evinin girovdan çıxaracağını vəd verərək bu adla 13 may 2019cu il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 52 saylı notariat kontorunda Zərərçəkmiş şəxs2 dövlət orqanlarında təmsil etmə barədə mülki etibarnamə almaqla etibarını qazanaraq 20 may 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanda yerləşən „Azercell“ maqazası qarşısında Zərərçəkmiş şəxs2 aldadaraq 1000 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü onun borclu olduğu Zərərçəkmiş şəxs2 vəkili kimi təqdim edib Zərərçəkmiş şəxs2 olan borcunu ona ödəməsini təklif edərək, Zərərçəkmiş şəxs2 verəcəyi adı ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, aldatma yolu ilə 23 may 2019cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsindəki 171/181 saylı yaşayış binasının yanında, sonuncudan 100 manat pul və həmin gün kreditlə aldığı 999 manat dəyərində „Samsung“ markalı televizoru alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 cəmi 1099 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 182.2.2 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittihamda qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, anasının xəstəliyi ilə əlaqədar olaraq həkim axtarmış, bu vaxt Zərərçəkmiş şəxs1 bacısı Fəridə xanımla tanış olmuşdur. Fəridə xanım Fövqəladə Hallar Nazirliyinin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən regional binasının tərkibində otaq icarəyə götürüb orada həkim kimi işləmişdir. Amma anasının səhhətində Fəridənin müalicəsinin əksinə problemlər yaranmış, o da buna görə sonradan Fəridə xanımdan və onun yanında işləyən İsgəndərdən Fövqəladə Hallar nazirinin müavininə şikayət etmiş və onun qəbulunda olmuşdur. Ona anasına dəymiş zərər tam ödənilmiş, sonradan Fəridə xanım onun hüquqdan yaxşı başı çıxdığını görüb onunla əlaqə saxlamış və bir nəfərin Fəridəyə borcu olduğunu və həmin borcu o adamdan alıb qaytarmaqda kömək etməsini ondan xahiş etmişdir. O da 2016-cı ildə Fəridə xanımla 2000 manat pul müqabilində həmin işlə bağlı Fəridə xanımın nümayəndəsi olmaq və həmin borcu almağa köməklik etməyə razılaşmış, həmin köməyə görə Fəridənin Nigar adlı bacısından 2000 manat pulu notariusda müqavilə bağlamaqla almışdır. Fəridə xanıma həmin şəxs 13000 manat pul borclu olmuş, bununla bağlı o, Nigar vasitəsilə 13-cü polis bölməsinə müraciət etmiş, həmin polis bölməsinə Fəridəyə borclu olan şəxs də gəlmiş, orada izahatı alınmış, şəxs öz borcunu etiraf etmiş, sadəcə məsələ mülki məsələ olduğuna görə iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsində o, nümayəndə kimi həmin işi udmuşdur. Sonradan onun Nigarla yaxın münasibətləri yaranmış, Nigarla 2 ilə yaxın ər-arvad kimi yaşamışlar. Nigarla onun bir dənə deyil, daha çox şəkli var. O, Nigarı hətta qısqandığına görə döymüşdür. Amma Nigara hədə-qorxu gəlməmişdir. Ona verilən ittiham Nizami Rayon Polis idarəsinin müstəntiqi Fuadın, onun dostu və Zərərçəkmiş şəxs1 hazırkı sevgilisi Şahid1 ona qarşı qurulmuş oyunudur. Tutulmazdan bir gün əvvəl Nigarla danışmışdır. Onun telefonunda Nigarla olan şəkillərə və söhbətlərə baxış keçirilsə görünər ki, hədə-qorxu ilə tələb etmə ittihamı ona qarşı qurulmuş oyundur. Nigar şikayət etdikdən sonra onu müstəntiq Fuad çağırıb və o dərhal polis idarəsinə getmişdir. Orada müstəntiqin yanında Nigar demişdir ki, o, Nigarı o qədər əsəbiləşdirib ki, Nigar əsəbiləşib hədə-qorxu ilə tələb etmə ilə onun barəsində ərizə yazmışdır. Nigar orada onun Nigara borcu olduğunu etiraf etmişdir. O, polisə bildirmişdir ki, o, hətta 150000 manat borcu da etiraf edə bilər, amma Nigar ona qarşı haqsız yerə yazdığı hədə-qorxu ilə tələb etmə barədə ərizəsini geri götürsün. Sonra razılaşmaya əsasən o, Nigar xanıma olan borcunun əvəzi olaraq özünün pensiya kartını Nigara vermişdir ki, bu məsələ orada bağlansın. Sonra Fuad müəllim ona zəng edib 3000 manat pul istəmiş, 2000 manatın rəisə, 1000 manatın özünə çatacağını demişdir. O isə onsuz da cinayət tərkibi olmadığını demiş, amma yenə də 2019-cu ilin fevral ayının 22-də 312-ci otaqda 500 manat pulu gətirib müstəntiqə vermişdir. Nigarın epizodları üzrə qeyd edir ki, o, Nigara hədə-qorxu gəlib Nigardan pul tələb etməmişdir. Nigardan borca pul almışdır. Nigardan 9700 manat borca pul almışdır. Sonradan lombarddakı faizlərə görə ola bilər ki, onun Nigara olan borcu 15000 manata qədər qalxsın. Amma heç vaxt ittihamda yazılan məbləğdə ola bilməz. Nigarla və o, ər-arvad kimi olmuşlar. O, Nigarı hansısa otelə zorla aparmamışdır. Nigar hər dəfə özü könüllü olaraq onunla görüşmüşdür. İntim şəkillərini isə heç bir şantaj məqsədi olmadan çəkmişdir. Hətta polis bölməsinin qarşısında Nigarın öz rəfiqəsi olan İlhamə adlı qadının da ondan xoşu gəlmiş, buna görə Nigar və İlhamə hətta əlbəyaxa dava da etmişlər. O, Nigara qarşı heç bir hədə-qorxu gəlib ondan pul tələb etməmişdir. Müstəntiq Fuad onun işinə qərəzlə yanaşıb. Çünki onun müstəntiqə verdiyi 500 manat pula görə onunla prinsip aparıb. Onun Nigarla aralarında olan münasibət borc münasibətləridir. İstintaq zamanı ifadə də verməmişdir. İstintaq zamanı onun adından yazılan ifadələrin heç birini təsdiq etmir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirdi ki, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmədə verdikləri ifadələrini təsdiq edir, həmin xanımlara vurduğu ziyanı ödəyəcəkdir, Ceyran xanımın verdiyi televizor onun maşınının baqaj hissəsinə qoyulmuş, o, avtomobili idarə edib maneənin üzərindən keçərkən televizorun ekranında sınıq yarandığına görə həmin televirozu Əntiqə xanıma verə bilməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində göstərdi ki, o, bacısı Şahid3 xahişi ilə Fəridəyə borclu olan şəxsdən pulun alınmasından ötrü vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs 07 mart 2017-ci il tarixdə notarial qaydada borc müqaviləsi ilə pul verərkən Habillə tanış olmuşdur. Habil özünü hüquqşünas - vəkil kimi təqdim etmiş, “facebook” şəbəkəsində Habilin Nicat adı ilə şəklini görmüş, hər cür hüquqi yardım göstərməsi barədə elanı oxumuşdur. Habil hamının onu Nicat kimi tanımasını, əsl adının isə Habil olmasını demişdir. Habil ona hüquqi yardım lazım olsa müraciət etməyi bildirmiş, bundan sonra onunla mütəmadi zəngləşməyə başlamışdır. Habil həmin vaxt özünün tanışları vasitəsi ilə onu 500 manata uşaq bağçasına işə düzəldə biləcəyini demişdir. O da razı olub 15 mart 2017-ci İl tarixdə saat 17 radələrində işlədiyi gözəllik salonuna yaxın olan “Xalqlar Dostluğu” metrosu yaxınlığındakı parkda Habilə 500 manat pul vermişdir. Habil 3- 4 ay ərzində onun uşaq bağçasına işə çıxacağını bildirmişdir. Bundan sonra Habil ona teztez zəng edib görüşmək istədiyini, ondan xoşu gəldiyini deyib, aldadaraq 2017-ci ilin mart ayının ortalarında onunla intim münasibətdə olmuşdur. Həmin vaxt Habil öz telefonu ilə yarıçılpaq şəkillərini çəkmiş və şəkli yadigar saxlayacağını, heç kimə göstərməyəcəyini demişdir. Həmin vaxt görüşərkən Habil ona sosial müdafiə şöbələrində tanışı olmasını və pensiya düzəldə biləcəyini demişdir. O, kürəkəni x3 uşaqlıqdan xəstə olmasını, heç yerdə işləmədiyini demiş, Habil onun kürəkəninə 2-ci qrup əlillik və sosial pensiya kartı düzəldə biləcəyini deyib buna görə 1500 manat pul istəmişdir. Kürəkəni imkansız olduğu üçün o, özünə məxsus 1500 manat pulu və kürəkəni Nurəddinin sənədlərinin surətini 22 mart 2017-ci il tarixdə saat 18 radələrində “Xalqlar Dostluğu” metrosu yanında 5 mərtəbəli binanın qarşısındakı parkda eyni yerdə təklikdə görüşüb Habilə vermişdir. Habil 4-5 aya təqaüd kartını ona verəcəyini demişdir. 24 mart 2017-ci il tarixdə Habil onun işlədiyi gözəllik salonuna gəlib onunla görüşmüş və özünə təcili 2500 manat pul lazım olduğunu deyib, faizə pul verən adam tapmağı bildirmişdir. O, belə adam tanımadığını deyəndə, Habil onun pul tapmasını deyib, əks halda telefonunda onun intim şəkillərini ailəsinə göstərəcəyini və sosial şəbəkədə yayıb onu biabır edəcəyini demişdir. O, bu hədələri ciddi qəbul edib qorxmuş, lakin pulunun olmadığını demişdir. Habil onun və gəlininin qızıllarını gətirib lombarda girov qoyub pul götürüb ona verməyini tələb edib sonra yavaş-yavaş lombarda pulu ödəyib qızılları götürməyi demişdir. Buna görə də o, qorxduğunu gəlini Mehparəyə danışmışdır. Mehparə öz qızıllarını vermiş, o da həmin qızılları 28 mart 2017ci il tarixdə “Xalqlar dostluğu” metrosu qarşısında x6 lombardına qoyub 2500 manat pul götürüb 28 mart 2017-ci il tarixdə saat 15 radələrində “Xalqlar dostluğu” metrosunun yaxınlığında parkda həmin pulu Habilə vermişdir. Habilə pulu verəndə gəlinin qızıllarını lombarda qoyduğunu, onu daha narahat etməməyini, çəkdiyi şəkli telefonundan pozmasını demişdir. Lakin Habil şəkli pozmamışdır. Bundan sonra o, 8 ay ərzində lombarda 2896 manat pul ödəyib qızılları çıxarıb gəlininə qaytarmışdır. Bundan 1 gün sonra Habil ondan yenidən pul tələb edib onu narahat etməyə başlamışdır. Habil polisdə işlədiyini və işdən çıxarılacağını deyib ondan 3000 manat pul tələb edib intim münasibəti əks etdirən şəkilləri ailə üzvlərinə və sosial şəbəkədə yayacağını deyərək və ona hədəqorxu gələrək onun özünə məxsus qızılları da lombarda qoyub pul götürərək Habilə verməyini tələb etmişdir. Habilin dediyini edəcəyindən qorxub özünə məxsus cəmi 7000 manat dəyərdə qədimi təmiz qızıldan olan 1 ədəd qızıl sünbül qolbaq, 1 ədəd qızıl toxunma qolbaq, 1 ədəd nazik qolbaq, 1 ədəd qızıl boyunbağı, 1 cüt qaşları olan qızıl sırğa, nal ilə qızıl sancaq, qaşları olan 3 ədəd qızıl üzükləri 31 mart 2017-ci il tarixdə saat 15 radələrində “Xalqlar dostluğu” metrosu yaxınlığında, “Qrand” marketin qarşısında görüşdükdə Habil qızılları ondan götürüb özü qızılları lombarda qoyub pulu götürəcəyini deyib getmişdir. O, Habilin qızılları “Neftçilər” metrosu yaxınlığındakı Səxavət adlı şəxsin lombardına qoymasını bilmiş, lombardda Səxavət adlı şəxs ona kompyuterdə saxladığı qızılların şəkillərini göstərmiş, o, qızılları tanımışdır. Səxavət qızılları özünü polis işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs öz ailəsinə məxsus olmasını deyib qızılları 31.03.2017ci il tarixdə ona təhvil verib 2700 manat pul almasını, bir dəfə də faiz ödənilmədiyi üçün 10 ay sonra qızılların əridilib satılmasını demişdir. Bundan sonra Habil eyni hədə-qorxu ilə yenidən pul tələb edərkən imkanı olmadığını görüb ona “Kontakt home” mağazasından kreditə bahalı telefon götürüb Habilə verməyini tələb etdiyi üçün 19.06.2017-ci il tarixdə “Xalqlar dostluğu” metrosu yanında “Kontakt home” mağazasından öz adına kreditə “Samsunq Qalaksi J-5” markalı 648 manat dəyərində telefonu götürüb eyni parkda həmişə pul verdiyi yerdə, 19.06.2017-ci il tarixdə saat 18 radələrində telefonu Habilə vermişdir. Bundan bir ay keçməmiş Habil eyni ilə şəkilləri yayma hədəsi ilə daha bahalı telefon kreditə götürüb ona verməyini tələb etdiyi üçün 18.07.2017-ci İl tarixdə həmin “Kontakt home” mağazasından kreditlə öz adına 936 manat dəyərdə “Samsung Qalaxy A-6” markalı mobil telefon götürüb “Qrand” marketlə üzbəüz parkda eyni yerdə 18.07.2017-ci il tarixdə saat 18 radələrində Habilə vermişdir. 2017-ci il oktyabr ayının sonunda Habil onun iş yerinə gəlib ona pul tapıb verməyi, əks halda intim şəkilləri ailəsinə verəcəyi və sosial şəbəkədə yayacağı ilə qorxudub son dəfə 19000 (on doqquz min) manat pul verməsini tələb etmişdir. Habilin təhdidlərindən qorxub, ailəvi münasibətləri olan Şahid1 evinə gedib ondan vacib lazım oduğu üçün 15 min manat borca pul almışdır. 26.10.2017-ci il tarixdə saat 18 radələrində işlədiyi yerin yaxınlığındakı eyni parkda, eyni yerdə borca aldığı pulun 8 (səkkiz) min manatını Habilə vermişdir. Habil bu pulun çatmadığını demiş, onu yenidən təhqir və təhdid etməklə son xəbərdarlıq edərək çəkdiyi şəkilləri yayacağını deyib pul tələb etmişdir. Bundan sonra Vəlidən aldığı pulun qalan 7 (yeddi) min manatını 01.11.2017-cİ il tarixdə saat 15 radələrində 8 km qəsəbəsində “Qrand” marketin qarşısında parkda Habilə verib daha imkanı olmadığını, borc aldığı şəxslərin pulu tələb etmələrini deyib şəkilləri telefondan silməsini xahiş etmişdir. Bundan sonra Habil 2018-ci ilin fevral ayında yenidən eyni hədələrlə qorxudub 4000 manat pul tələb etmişdir. O, 17 fevral 2018-ci il tarixdə gəlininə məxsus qızılı iki hissəyə ayırıb eyni lombarda girov qoyaraq 800 manat və 3000 manat, cəmi 3800 manat pul götürüb həmin tarixdə də Habillə “Xalqlar dostluğu” metrosunun yanındakı parkda saat 15 radələrində görüşüb 3800 manat pulu Habilə vermişdir. Sonra gəlini Mehparəyə qohumları maddi köməklik etdiyindən 15.03.2018-ci il tarixdə 856 manat və 3260 manat pul ödəyib qızılları lombarddan geri götürüb gəlininə qaytarmışdır. 2018-ci ilin may ayının əvvəllərində Habil yenidən “Xalqlar dostluğu” metrosunun yaxınlığındakı işlədiyi gözəllik salonuna gəlib onu çağırmış, Habil polisdə işlədiyi yerdə konflikti olub işdən qovulmasını bildirib ona 8000 (səkkiz min) manat pul tapıb verməyini tələb etmişdir. Pulu tapıb çatdırmasa şəkilləri yayacağı ilə hədələmişdir. Bundan bir neçə gün sonra yenidən işlədiyi yerə pulu almaq üçün gələcəyini demişdir. O, həkim işləyən və imkanı olan bacısı Fəridə ilə görüşüb ondan 8 min manat borca pul almış, Fəridə soruşsa da pulu nə üçün aldığını deməmişdir. 30 may 2018-ci il tarixdə saat 12 radələrində Habil onun iş yerinə gəlib çağıranda həmişə görüşdüyü yerdə 8 km qəsəbəsi, “Qrand” marketin qarşısındakı parkda 8000 manat pulu Habilə verib pulu bacısından aldığını bildirmişdir. Habilin onu təhdid etməsini gəlini Mehparəyə danışmışdır. 2019-cu ildə şikayət edəcəyini dedikdən sonra Habil intim şəkilləri ona göndərməklə barışmaq və ondan şikayət etməməyi təklif etmişdir. Beləliklə, Habil lombarda əlavə faiz ödəmə ilə birlikdə ona cəmi 40596 manat ziyan vurmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Zərərçəkmiş şəxs1 bildirdi ki, bacısı Fəridə onun vasitəsilə Habilə öz borcunun alınması üçün nümayəndə kimi 2000 manat vermiş, o özü isə Habilə verdiyi 2000 manatın 1500 manatını kürəkəninə pensiya düzəltmək üçün, 500 manatını isə onun bağçada işə düzəlməsi üçün vermişdir. Habilin anası ona 1550 manat pul qaytarmış, Habil 2018-ci ilin sentyabrında öz pensiya kartını ona vermiş, həmin kartdan 2019-cu ilin sentyabr ayına kimi hər ay 61 manat, daha sonra hər ay 130 manat pul çıxarıb. Təqsirləndirilən şəxs bağışlamır, Habildən vurulan bütün ziyanı tələb edir. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdi ki, o, özünə məxsus mənzili 2013-cü ildə “VTB” banka girov qoyub, bankdan 30000 manat pul götürmüşdür. Sonradan həmin pulları ödəyə bilmədiyi üçün bank tərəfindən 2015-ci ildə Nizami Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmə onun banka girov qoyduğu mənzilin müsadirə olunmasına dair qərar çıxarmışdır. 12.05.2019-cu il tarixdə Habil adlı şəxs onun mobil nömrəsinə zəng edərək Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metrostansiyası yanında onunla görüşmək istədiyini, vəkil olmasını və məhkəmə işində ona köməklik etmək istəməsini bildirmişdir. O, Habillə görüşəndə Habil ona özünü iş görən vəkil kimi təqdim edib bütün işləri yoluna qoyacağını demişdir. O, Habilin vəkil olmasına inanmış, Habilə borcları barədə danışmış, daha sonra ona borcu olan Zərərçəkmiş şəxs3 ondan külli miqdarda qızıl əşyalar götürüb nisyə sataraq borclu qalmasını, pulu ala bilmədiyini deyib Ceyranın mobil nömrəsini Habilə vermişdir. Təqsirləndirilən şəxs Ceyrandan borcu alıb ona qaytaracağını, həmçinin məhkəmə işində ona köməklik edəcəyini demişdir. O, Habilə inanmış, 13 may 2019-cu ildə notarial qaydada Habilə səlahiyyət verən etibarnamə vermişdir. Bundan 7 gün sonra, 20 may 2019-cu il tarixdə Habil ilə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metrostansıyası yaxınlığında, Q.Qarayev prospektində görüşərkən Habil ona “VTB” bankdan evini girovdan çıxaracağını, borclu olan Ceyrandan borcu alıb ona qaytaracağını deyib inandıraraq ondan 1000 manat pul almışdır. Sonradan Habili axtarsa da tapa bilməmişdir. 2019-cu ilin iyun ayında Habil onunla əlaqə saxlamadığı üçün şübhələnib borclu olan Zərərçəkmiş şəxs3 zəng etmişdir. Ceyran onun adından görüşən Təqsirləndirilən şəxs adlı şəxsin ona olan 50000 manat borcun müqabilində Ceyrandan ödəmə adı ilə 100 manat pul və mağazadan 999 manata kredit götürdüyü televizoru aldığını, lakin Habilin həmin pulu və televizoru vermədiyini bilmiş, başa düşmüşdür ki, Habil onun 1000 manat pulunu, Ceyrandan isə 100 manat pul və 999 manat dəyərdə televizoru aldadaraq ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs dələduz olmasını başa düşüb notarial qaydada verdiyi etibarnaməni ləğv etdirib Habil barədə polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və vurulmuş zərəri tam olaraq Habildən tələb edir. Zərərçəkmiş şəxs3 məhkəmədə ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 ilə 2013-cü ildən tanışdır. Əvvəllər Əntiqə ilə qızıl alveri etmişdir. Qızılı nisyə satıb pulunu ala bilməmişdir deyə Əntiqəyə borclu qalmışdır. 23 may 2019-cu il tarixdə özünü Zərərçəkmiş şəxs2 vəkili kimi təqdim edən Habil adlı şəxs ona zəng edib onunla görüşmək istəməsini demiş, həmin gün “Azadlıq prospekti” metrosunun yanında Təqsirləndirilən şəxs onunla görüşmüşdür. Borc məsələsini həll etmək üçün gəldiyini deyən Habil Əntiqə xanımın borcundan nə qədər qaytara biləcəyini ondan soruşmuşdur. O, Habilə borcdan ayda 100 manat ödəyə biləcəyini, çox ödəməyə imkanının olmadığını bildirmişdir. O, bundan əlavə Əntiqə xanımın soyuducuya ehtiyacı olmasını bildirib Əntiqəyə kreditə soyuducu alıb verəcəyini demişdir. Habil isə ona soyuducu əvəzinə kreditə televizor götürüb verməyi, televizoru satıb pulu Əntiqə xanımın kartına keçirəcəyini demişdir. O, 23 may 2019-cu il tarixdə Binəqədi qəsəbəsində “Bakı Elektronik Era” mağazasından kreditlə 999 manat dəyərində “Samsung Smart” markalı televizor götürüb həmin tarixdə saat 16 radələrində televizoru qonşusu Şahid2 ilə birlikdə Binəqədi qəsəbəsində 283 saylı orta məktəbin yanında Habilə vermişdir. Habil televizoru aldığı 999 manat qiymətə satıb pulunu Əntiqə xanıma verəcəyini bildirmişdir. Əntiqə 2019-cu ilin iyun ayının sonları ona zəng etdikdə, Habilin ondan 999 manat dəyərində kredit götürdüyü “Samsung” markalı televizor və 100 manat pulu Əntiqəyə vermə adı ilə almasını demiş, Əntiqə isə Habilin onun zənglərinə cavab vermədiyindən Əntiqəni da aldatmasını başa düşüb Habilə verdiyi etibarnaməni ləğv etdirəcəyini demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Zərərçəkmiş şəxs3 bildirdi ki, Təqsirləndirilən şəxs özünü ona Əntiqə xanımın nümayəndəsi kimi təqdim etmiş, televizoru və 100 manat pulu Əntiqə xanıma olan borcun müqabilində Habilə vermişdir ki, Əntiqə xanıma versin. Hazırda Babaşav Habil İrza oğlundan şikayətçidir və ona vurduğu maddi ziyanı tam olaraq tələb edir. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1la uzun illərdir ki, ailəvi yaxın münasibətdə olmuşlar. Nigar 2018-ci ilin oktyabr ayının ortalarında ailəsində problem olmasını deyib ondan 15000 (on beş min) manat borca pul almışdır. 2018-ci il dekabr ayında Zərərçəkmiş şəxs1 onun evinə gələrkən onun həyat yoldaşı Nigarın halının pis olmasının, fikir çəkməsinin səbəbini soruşmuş, Nigar problemi olmasını deyib və sonra onunla təklikdə danışacağını bildirmişdir. Nigarı yola salarkən Nigar 2017-ci ildə bacısı Fəridə vasitəsi ilə tanış olduğu özünü hüquqşünas və tanınmış vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs ilk dəfə ondan 500 manat pul alaraq tanışları vasitəsi ilə Nigarı bağçaya işə düzəldəcəyini bildirdiyini, bundan sonra Habil sosial müdafiə fondunda tanışı olmasını deyib Nigarın kürəkəni Nurəddinə pensiya düzəltmək adı ilə Nigardan 1500 manat pul almasını bildirmişdir. x13 yaxın münasibət yaradıb və aralarında intim münasibət olub. İntim əlaqədə olarkən Habil telefonu ilə yadigar olaraq Nigarın şəkillərini çəkib, sonradan isə Habil həmin şəkilləri onun ailəsinə göstərəcəyi ilə hədələyərək Nigardan pul tələb edib. Nigar da qorxudan gəlininin qızıllarını lombarda görov qoyub pulu Habilə verib. Sonrakı vaxtlar da Habilin hədə-qorxusundan qorxub Habilin tələbi ilə öz adına “Kontak home” telefon maqazasından kreditə 2 ədəd “Samsung” markalı telefon alıb Habilə verib. Krediti Nigar özü bağlayıb, Habil bununla da ondan əl çəkməyib. Yenidən intim şəkillərlə Nigarı təhdid edərək aralarında olan münasibətləri həyat yoldaşı Etibara, ailəsinə deyəcəyi ilə hədələyərək Nigardan pul tələb etmiş, Habilə dəfələrlə yalvarsa da Habil Nigardan əl çəkməmiş, dəfələrlə gəlinlərinin qızıl-zinət əşyalarını və öz qızıllarını alıb lombarda girov qoyub pulu almışdır. Habil başqa vaxt ev alacağını bildirib pulu çatmadığını deyib böyük məbləğdə pul tələb etmiş, çarəsiz qalıb Nigar ondan borca aldığı 15000 manat pulu, sonra başqa vaxt bacısı Fəridədən borc aldığı 8000 manat pulu Habilin hədəsindən qorxduğu üçün Habilə verdiyini demişdir. Nigar Habilin ondan ümumilikdə 50000 manata yaxın pul almasını, Habilin pulu qurtaran kimi mütəmadi olaraq hədə ilə Nigardan pul tələb etməsini, stress vəziyyətində olmasını danışmışdır. O, Nigara Habilin bu qədər pul alıbsa şəkillərini ailəsinə çatdıra bilməyəcəyini, Habilin özünün cinayət törətməsini, barəsində polisə şikayət etməsini təkidlə Nigara demişdir. Nigar Habilin özünün polis işçisi işləməsini, Habildən qorxduğunu bildirmişdir. O, Nigara qorxmamağı və polisə müraciət etməsini tələb etmiş, Nigar az müdət sonra ondan hədə-qorxu ilə pul almış Habil barədə Bakı şəhər Baş Polis idarəsinə müraciət etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Şahid1 bildirdi ki, Nigar xanım Habilin onu intim şəkilləri ilə şantaj etdiyini bildirmiş və ondan ona kömək etməsini xahiş etmiş, o, özü Habilə iki dəfə zəng etmiş, Habil iki zəngin ikisində də telefonu açan kimi nalayiq söyüşlərlə onun anasını və qızınıı təhqir etmiş, Habilin adı çəkiləndə Nigar qorxusundan əsmişdir. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacısıdır. Özü Bakı Regional Səhiyyə İdarəsində tibb bacısı işləyir. Təqsirləndirilən şəxs işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, Habilin anası ayaqlarının ağrısından əziyyət çəkdiyindən onun işlədiyi tibb müəssisəsində müalicə olunmuş və tam sağalmışdır. Hətta anası buna görə onlara təşəkkür etmişdir. Lakin bir müddət sonra Habil anasının ayaqlarının guya səhv müalicə edildiyini deyərək, onlardan polisə və prokurorluq orqanlarına şikayət edəcəyi ilə hədə-qorxu gələrək ondan 2000 manat pul istəmişdir. O isə Habilə anasının ayaqlarını düzgün müalicə etdiklərini, anasının tam sağlam olduğunu desə də, Habil onları polis və prokurorluq orqanlarına şikayət etməklə qorxutmağa davam etmişdir. O, axırda məcbur olub Təqsirləndirilən şəxs 800 manat pul vermişdir ki, Habil ondan əl çəksin. Sonra Habil ondan üzr istəmiş, onun hansısa problemi olsa kömək etməyə hazır olduğunu bildirmişdir. O, bir xanıma 13000 manat borc pul verdiyini, amma həmin pulu geri ala bilmədiyini Habilə demiş, Habil bu işdə ona köməklik edə biləcəyini və həmin qadından pulu geri alıb qaytara biləcəyini demişdir. O, 13000 manat pulu həmin qadından alıb ona qaytarmaq müqabilində Habilə pul vəd etmişdir. Özü səhər saat 9-dan aşxam saat 18-dək işdə olduğuna görə bütün sənəd işlərini bacısı Nigarla görməyi Habilə demişdir. Həmin işə görə 2017-ci ilin mart ayının əvvəllərində bacısı Nigar vasitəsi ilə notariusla Habilə 2000 (iki min) manat pul vermişdir. Sonradan öyrənmişdir ki, Habil bacısını şəkillərlə şantaj edib ondan pullar tələb edib. Belə ki, o, Nigarın halının heç yaxşı olmadığını, ondan borc pul almasını görüb Nigardan nə probleminin olduğunu soruşanda Nigar heç nə deməmişdir. Habil Nigarı onun oğluna, Nigarın həyat yoldaşına şəkillər göstərəcəyi adı ilə hədələyib xeyli miqdarda pul tələb edib. Nigar da rüsvay olacağından qorxub Habilin hər dediyini edib. O, Nigara 5000 manat borca pul vermiş, üstəlik də Nigara qızıllarını vermişdir ki, lombarda qoysun və pul götürsün. O, Nigara qiyməti 3500 manat olan qızıl dəstini vermiş, həmin qızılların pulunu özü lombarda ödəyib sonradan öz qızıllarını götürmüşdür. Həmin qızılların da pulunu bacısına verdiyi 5000 manatdan əlavə borc kimi hesab edir. Hazırda bacısı Nigar ona 8500 manat pul borcludur və o pul ona bacısı tərəfindən qaytarılmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, onun Nigar vasitəsilə Habilə verdiyi 2000 manat pul Nigarın öz işlərinə görə verdiyi 2000 manatla eyni pul deyildir. Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onlarla qonşuluqda yaşayır. Münasibətləri normaldır. Ceyran xanım 2019-cu ilin may ayının təxminən ortalarında ona mağazadan “Samsung” markalı 110 sm ekranlı televizor aldığını, televizoru yaxınlıqda olan 283 saylı orta məktəbin qarşısına qədər aparmaqda Ceyrana köməklik etməyini xahiş etmiş, o da etiraz etməyib Ceyranın evindən qutuda təzə vəziyyətdə olan “Samsung” markalı televizoru köməklik edərək aparıb 283 saylı orta məktəbin qarşısında 9 mərtəbəli yaşayış binasının yanında ilk dəfə gördüyü Habil adlı şəxsə vermişlər. Ceyran orada Habil adlı həmin şəxslə söhbət etmişdir. Habil Ceyrana televizorun pulunu onun borclu olduğu Əntiqəyə çatacağını demişdir. Habil adlı həmin şəxs orada Ceyranla təxminən 10 dəqiqə söhbət etdikdən sonra onlar evə qayıtmışlar. Bu hadisədən təxminən 1 aya yaxın keçdikdən sonra evdə söhbət zamanı Habil adlı həmin şəxsin Ceyranı aldatmasını, televizoru borclu olduğu qadına vermədiyini bilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, “Neftçilər” metrostansiyası yaxınlığında R.Rüstəmov küçəsi 29 ünvanındakı ofisdə fərdi lombard fəaliyyəti ilə məşğuldur. 31 mart 2019-cu il tarixdə əvvəllər tanımadığı özünü polis əməkdaşı kimi təqdim etmiş Təqsirləndirilən şəxs qızılzinət əşyalarını lombarda qoyub pul götürmək istəməsini bildirib həmin əşyaların öz ailəsinə məxsus olduğunu bildirib lombarda öz şəxsiyyət vəsiqəsi ilə girov qoymuş, o şəxsiyyət vəsiqəsini yoxlayıb Habilə məxsus olmasını müəyyən edib qızıl-zinət əşyalarının fotoşəkillərini Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi fonunda çəkərək saxlamış, qızılzinət əşyalarını qəbul edib lombard şərtlərini Təqsirləndirilən şəxs təqdim edib ona 2700 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs 10 ay müddətində lombarda gəlməmiş, girova görə pul ödəmədiyi üçün qoyulmuş müqavilə şərtinə uyğun olaraq qızıl əşyalar əridilərək satılmışdır. Bundan sonra lombarda gəlmiş Nigar adlı qadın həmin qızılın şəkillərinə baxıb tanımış, qızılları Təqsirləndirilən şəxs lombarda qoyub 2700 manat pul götürməsini bilmiş, qızıla görə 10 ay pul ödənilmədiyi üçün qızılların satılmasını bilmişdir (cild 1, iş vərəqi 219-221). Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş x4 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qaynanasıdır. Təqsirləndirilən şəxs şifahi olaraq tanısa da, ilk dəfə olaraq Habili bu məhkəmə zalında görür. O, 2015-ci ildə Zərərçəkmiş şəxs1 oğlu Cəfər Bəyəliyevlə ailə həyatı qurmuşdur. Elə həmin vaxtdan qaynanası Nigar xanımla və qaynatası Etibarla bir ünvanda yaşayır. Qaynanası ilə münasibətləri çox yaxşı olub və indi də yaxşıdır. 2017-ci ilin mart ayının ortalarında o, Nigar xanımın güclü əsəb sarsıntısı keçirdiyini müşahidə etmiş, bunun səbəbini qaynanasından soruşanda sonuncu, Habil adlı bir vəkillə tanış olduğunu, həmin vəkilə Nigarı uşaq bağçasında işə düzəltməsi üçün 500 manat və kürəkəni Nurəddinə pensiya düzəldilməsi üçün 1500 manat pul verdiyini bildirmişdir. Nigar xanım eyni zamanda həmin vəkilin təcili pul lazım olduğunu, Nigara faizə pul verən adam tapmasını dediyini söyləmişdir. Nigar daha sonra lombarddan pul götürmək istədiyini, amma öz qızıllarının özünə lazım olduğu üçün qızıllarını girov qoyub lombarddan pul götürə bilmədiyini bildirmişdir. O da qaynanasına qızıllarını lombarda girov qoyub lazım olan pulu götürməyi, sonra lombarda pulu ödəyib onun qızıllarını özünə qaytara bilməsini təklif etmişdir. Nigar onun təklifini qəbul etmiş və o, qızıllarını götürüb Nigara vermişdir. Nigar da ertəsi gün qızılları lombarda girov qoymuş və 2500 (iki min beş yüz) manat pul götürmüşdür. Nigarı bundan sonra da özünə qapanmış halda görsə də ondan səbəbini soruşmamış, bir evdə yaşadıqlarına görə onun maddi sıxıntı keçirdiyini görmüşdür. Nigar 2017-ci ilin sonlarında onun qızıllarını lombarddan çıxarıb qaytarmışdır. 2018-ci ilin fevral ayında Nigar yenidən Habil adlı şəxsin ondan pul istədiyini, Habildən qorxduğunu demişdir. O, yenidən qızıllarını qaynanasına vermiş və Nigar bu dəfə lombarddan 3800 (üç min səkiz yüz) manat pul götürmüşdür. Nigarın deməsinə görə hər iki dəfə lombarddan götürdüyü pulları Habilə vermişdir. O, Nigarın özünə aid olan qızılları taxdığını görməsə də, bunun səbəbini ondan heç bir zaman soruşmamışdır. Nigar özü ona sonra demişdir ki, Nigar öz qızıllarını da lombarda qoyub, sonradan pulu ödəyə bilmədiyi üçün qızılları lombardda “batıb”. O da qızıllarının lombardda batmasından qorxduğuna görə yaxınlarından pul toplayıb Nigara vermişdir ki, onun qızıllarını lombarddan çıxarsın. Nigar lombarddan kredit götürdüyü bütün pulları Habil adlı şəxsə verdiyini demişdir. Nigar səbəbini deməsə də, Habil adlı şəxsdən çox qorxuduğunu demiş, həmin şəxsdən zəng gələn kimi qaynanası həyəcanlanmış və özünü itirmişdir. Bütün bu pul söhbətlərini ailədə qaynanası və ondan başqa heç kim bilməmişdir. 2019-cu ildə də qaynanası ona Habil adlı həmin şəxsin Nigara hədə-qorxu gələrək pul istədiyini demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq əlavə şahid x4 bildirdi ki, Nigara məxsus olan bir ədəd qolbaq, bir ədəd qızıl uşaq sancağı, 01 ədəd yaşıl qaşlı komplekt, 01 ədəd sünbül qolbaq, üstündə nal olan 01 ədəd qolbaq, 01 ədəd yaşıl qaşlı üzük, 01 ədəd kardinal qalın qolbaq, 01 cüt sırğa və “abadok” adlanan üzüyü qaytarılmayıb, qaynanasına məxsus bir komplektin tərkib hissəsi olan 01 ədəd sırğa, 01 ədəd boyunbağı, 01 ədəd qolbaq, 01 ədəd üzük qaytarılmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilməsi barədə qərar qəbul edilmiş, lakin məhkəməyə gəlməsi vəsatəti verən tərəfindən təmin edilməyən x7 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, 2010-cu ildə Zərərçəkmiş şəxs1 qızı İlahə ilə ailə qurmuşdur, iki azyaşlı uşaqları vardır, valideyni ilə birlikdə yaşayır. O, uşaqlıqdan qıcolma xəstəliyi keçirmiş, indi də həmin xəstəlikdən əziyyət çəkir. Ona görə heç yerdə rəsmi olaraq işləmir, lakin günəmuzd iş tapanda işləyir. 2017-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs1 onlara gəlib Habil adlı vəkillə tanış olduğunu, həmin vəkilin sosial müdafiə fondunda tanışı olduğunu, tanışı vasitəsilə təqaüd düzəldə bilməsini, ona xəstəliyi olduğu üçün təqaüd düzəldəcəyini və buna görə Habilin 1500 manat pul istədiyini demişdir. Onun pul verməyə imkanı olmadığı üçün Nigar özü pul tapıb vəkilə verəcəyini və 5-6 ay ərzində ona təqaüd düzələcəyini demişdir. Nigar sənədləri ondan alıb pulla birlikdə Habilə vermişdir. Bundan təxminən 7-8 aya keçdikdən sonra söhbət açıldıqda Nigar həmin vəkilin fırıldaqçı olduğunu, Nigarı aldatdığını, 1500 manat pulunu geri ala bilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 227-228). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 21.10.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs ondan “Samsung” markalı televizoru və 100 manat pulu almasının təfərrüatları barədə əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 205-207). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 27.10.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid2 hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 “Samsung” markalı televizoru almasının təfərrüatları barədə əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 215-217). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 06.08.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 89-93). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 14.11.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 1-2). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 14.11.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 3-4). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 10.03.2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Nizami rayonu, B.Nuriyev küçəsi, ev 188 ünvanındakı yaşayış binasının qarşısında yerşəşən parkdır. İstintaq hərəkətində iştirak edən Zərərçəkmiş şəxs1 həmin parkda Təqsirləndirilən şəxs ilə görüşməsi, sonuncunun ondan 2017-ci ilin mart ayında əvvəlcə 500 manat, daha sonra 1500 manat almasını bildirmişdir (cild 1, iş vərəqi 13-16). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirmə və götürmə haqqında 15.03.2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 “Facebook” sosial şəbəkəsindən çap edərək təqdim etdiyi, Təqsirləndirilən şəxs görüntüsü olan 1-ci vərəqdə “26 Ağu 2017, 20:10. Haqınızın ədalətli keşikçisi ... ***-***-**-** .... bütün hüquqi məsələlərlə bağlı əlaqə saxlaya bilırsiniz yaxud yaza bilərsiniz daim aktivdir” sözləri yazılmış, 2-ci vərəqdə “Hüququnuzun ədalətli keçşikçisi, Nicat bəy ADVOKAT ***-***-**-**” yazıları olan, 3-cü vərəqdə “Nicat Babaşov 26 ağu 2017 16:29 tərəzi fonunda kitabların üstündə çəkic üzərində hüquq xidməti ***-***-**-** Nicat müəllim, Nicat Babaşov kapak, fotoqrafını güncelledi” sözləri yazılmış cəmi 3 vərəq, “Kontakt Home” mağazasının verdiyi “Samsung Galaxy A6 2018 DS” markalı mobil telefona aid 1 ədəd vərəqdən ibarət 18.07.2018-ci il tarixli zəmanət talonu, 00138839 saylı müqavilə üzrə Zərərçəkmiş şəxs1 kredit üzrə “Kontakt Home” mağazalarına kredit ödənilməsi barədə 9 vərəqədə qəbzlər, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında bağlanmış 07.03.2017-ci il tarixli kredit müqaviləsi, 1 ədəd CD disk götürülmüş və baxış keçirilmişdir. CD diskə kompyuterdə qulaq asıldıqda Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında olan söhbətdə Zərərçəkmiş şəxs1 pullarını və qızıllarını geri istədikdə Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə söyüb danışmağa vaxtının olmadığını, vaxtı olanda danışacağını demişdir (cild 1, iş vərəqi 26-41). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 iştirakı ilə keçirilmiş baxış keçirilməsi haqqında 06.09.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Nizami rayonu, Q.Qarayev prospekti, ev 125 ünvanında yerləşən “Azercell” satış nöqtəsidir. İstintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs borclarını ödəmək adı ilə həmin ünvanda ondan 1000 manat pul almışdır (cild 1, iş vərəqi 147-149). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirmə və götürmə haqqında 21.10.2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 23.05.2019cu il tarixdə “Era Elektroniks” mağazasından “Samsung-43” markalı televizorun alınmasını təsdiq edən kassa mədaxil orderi, alqı-satqı və öhdəlik müqaviləsi, aylıq ödəniş cədvəli götürülmüşdür (cild 1, iş vərəqi 201-204). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında 01.11.2019-cu il tarixli protokoldan görünür ki, Şahid4, mağazasının kompyuterinin yaddaşında saxladığı Təqsirləndirilən şəxs 31.03.2017-ci il tarixdə lombarda qoyub 2700 manat pul götürdüyü qızıl-zinət əşyalarının və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin fotoşəkli, 154511 nömrəli girov biletinin surəti götürülüb iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 223-226). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon danışıqlarına dair CD disklərdəki məlumatara baxış keçirilməsi haqqında 21.11.2019-cu il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi “Azercell”, “Bakcell” və “”xxxxxxx” Telekom MMC-yə məxsus mobil nömrələrdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə 07.03.2017-ci il tarixdən 2019-cu il tarixədək, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 arasında isə onlara qarşı qanunazidd əməllər törədilən ərəfələrdə telefon əlaqəsi olmuşdur (cild 2, iş vərəqi 16). Audio danışıqlar yazılmış CD disk məhkəmə istintaqında tədqiq edilərkən müəyyən olundu ki, “Novaya papka” faylında davamı 13 dəqiqə 37 saniyə olan 1278 ölçülü AUD-20190318-WA0017 saylı audioyazıda iş üzrə zərərçəkmiş şəxs Nigar Bəyəlıyeva ilə Təqsirləndirilən şəxs arasında baş tutmuş telefon danışığı zamanı Nigar Nurədinin sənədləri və pulları, həmçinin işin nə yerdə olduğu barədə Habildən soruşur. Habil etiraf edir ki, Nurəddinin işinin düzəlməsi üçün Nigardan 1500 manat pul alıb, işin görülməsi üçün pulları paylarıb, işin 60 faizi görülüb, gecikməyə səbəb isə Nurəddin olub. Pulu kimlərə veribsə alıb geri verə bilər, lakin çəkdiyi əziyyətə heyfi gəlir. Davamı 43 saniyə olan 69 ölçülü AUD-20190318-WA0016 saylı audioyazıda iş üzrə zərərçəkmiş şəxs Nigar Bəyəlıyeva ilə Təqsirləndirilən şəxs arasında baş tutmuş telefon danışığı zamanı x10 xəstəliyinin adını soruşur, Nigar isə Nurəddinin əsəb xəstəliyinin olduğunu bildirir. Davamı 3 dəqiqə 24 saniyə olan 320 ölçülü AUD-20190318-WA0008 saylı audioyazıda iş üzrə zərərçəkmiş şəxs Nigar Bəyəlıyeva ilə Təqsirləndirilən şəxs arasında baş tutmuş telefon danışığı zamanı Nigar Habildən 1500 manat pulun qaytarılmasını istəyir, Habil isə pulu payladığını, ona puldan 200 manat çatdığını, adamlardan pulu alıb geri verəcəyini deyir. Nigar 50000 manatdan da verilməsini istəyir, Habil 1500 manatı qaytarandan sonra 50000 manat barədə söhbət etməyi təklif edir. Davamı 11 dəqiqə 43 saniyə olan 1099 ölçülü AUD-20190318-WA0014 saylı audioyazıda iş üzrə zərərçəkmiş şəxs Nigar Bəyəlıyeva ilə Təqsirləndirilən şəxs arasında baş tutmuş telefon danışığından aydın olur ki, Vəli adlı şəxs bir müddət əvvəl Habilə zəng edib və Nigarın pulunu geri tələb edib. Bununla bağlı Habil Vəlinin ünvanına çoxsaylı ədəbsiz ifadələr işlədir. Nigar Habilə üçlükdə görüşməyi təklif edir, Habil Vəli ilə görüşdən imtina edir. Habil onda Nigarın pullarının olmadığını deyəndə Nigar Habilin səs yazılarının olduğunu deyir, cavabında Habil özündə Nigarın lüt şəkillərinin olduğunu bildirir. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 23.11.2019-cu il tarixli protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi S2” markalı mobil telefonun yaddaşında olan görüntülərə baxış zamanı onun Zərərçəkmiş şəxs1 ilə yataqda olarkən yarıçılpaq görüntüsü aşkar edilmiş və görüntüdən fotoşəkil çıxarılaraq iş materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 17-18). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixatrik eksreptizasının 30.08.2019-cu İl tarixli, 1630 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Cinayət işi materiallarından və hal-hazırkı psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 243-244). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 13.05.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 5 il müddətinə onu bütün idarə və təşkilatlarda, prokurorluq orqanlarında, icra və probasiya şöbələrində, daxili işlər orqanlarında və sair işlərdə təmsil etməyi etibar edir (cild 1, iş vərəqi 153). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş lombard fəaliyyəti göstərən fiziki şəxs x6 təqdim etdiyi 05.11.2019-cu il tarixli məktubdan görünür ki, şəxs Zərərçəkmiş şəxs1 28.03.2017-ci il tarixdə qızıl-zinət əşyalarını həmin lombarda girov qoyaraq 2500 manat pul götürmüş, həmin qızıl əşyalarını 08.11.2019-cu il tarixdə 2896 manat ödəyərək girovdan azad edərək götürmüşdür. Bundan başqa 17.02.2018-ci il tarixdə iki hissə qızılzinət əşyalarını lombarda girov qoyaraq 800 manat və 3000 manat pul götürmüş, 15.03.2018-ci il tarixdə müvafiq olaraq 856 manat və 3260 manat ödəyərək qızıl-zinət əşyalarını girovdan azad edib götürmüşdür (cild 1, iş vərəqi 235). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Vəkillər x2 15.11.2019-cu il tarixli, 1639 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyildir (cild 2, iş vərəqi 19). İşdə olan 14.06.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 44). İşdə olan 14.06.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 161). İşdə olan 15.11.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 6). İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs anası Adilə Babaşovadan 1550 manat pulu qəbul etmişdir (cild 1, iş vərəqi 126-127). İşdə olan 04.12.2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut olan götürülmüş Zərərçəkmiş şəxs1 təqdim etdiyi kreditlə mobil telefon alması və pulunu ödəməsi barədə qəbzləri, Təqsirləndirilən şəxs Nicat Babaşov adı ilə “Feysbuk” sosial şəbəkədə hüquqi yardım göstərmə barədə reklam xarakterli səhifələrdən cəmi 14 vərəqədə çıxarışları, zərərçəkmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi telefvizoru kreditə götürmə barədə 4 vərəqədə olan kredit sənədləri, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarını Şahid4 məxsus lombarda girov qoyması barədə 2 vərəqdə girov biletinin surəti və qızıllar fonunda Təqsirləndirilən şəxs şəxsiyyət vərəqəsinin şəkli, “Azercell”, “Bakcell” və “xxxxxxx” MMCdən götürülmüş zənglərdən çıxarışa dair 4 ədəd CD diskləri, zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazısı olan CD disk, intim şəkilləri olan Təqsirləndirilən şəxs mobil telefonu maddi sübut kimi tanınmışdır (cild 2, iş vərəqi 57-69). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06.08.2019-cu il tarixdə tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 08.08.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 avqust 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdədir (cild 1, iş vərəqi 71, 79, 122-125). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ilə Babaşova Aysel İxtiyar qızı arasında 03.09.2009-cu ildə nikah bağlanmış, birgə nikahdan 01.11.2016-cı il təvəllüdlü Məhəmməd, 02.04.2014-cü il təvəllüdlü Əli adlı övladları vardır. Təqsirləndirilən şəxs 2-ci qrup əlildir (cild 1, iş vərəqi 110-112). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.2.2, 182.2.2 və 182.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Plenumun həmin Qərarının 10-cu bəndində göstərilmişdir ki, dələduzluq hədəqorxu ilə tələb etmə cinayətindən (CM-nin 182-ci maddəsi) onunla fərqlənir ki, dələduzluğun törədilməsi zamanı zərər çəkmiş şəxsin iradəsinə aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə, CM-nin 182-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zamanı isə zərərçəkmişə ünvanlanmış hədə-qorxu (zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakının tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməyi tələb etmə) vasitəsilə təsir göstərilir. Dələduzluq maddi tərkibli cinayət olduğundan, həmin cinayət əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan, hədə-qorxu ilə tələb etmə isə formal tərkibli cinayət kimi müəyyən edildiyindən, təqsirkar tərəfindən yuxarıda sadalanan hərəkətlərin edildiyi andan əmlakın (əmlaka olan hüququn) ələ keçirilib-keçirilməməsindən və ya əmlak xarakteri daşıyan hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq başa çatır. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi və təkrarən, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə zərərçəkmİş şəxsin haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını tələb etməsi kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməməsi, onun haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını tələb etməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək hesab edir ki, törədilmiş cinayətin halları, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilmiş digər sübutlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs digər zərərçəkmiş şəxslərə qarşı özünün etiraf etdiyi cinayətlərlə yanaşı, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmiş, onun haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını təkrarən tələb etmiş, bu hərəkətləri törədərkən etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, 2-ci qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 178.2.2-ci maddəsi az ağır, 182.2.2 və 182.2.4-cü maddələri ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Şirvan Şəhər Məhkəməsinin 17.12.2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Ədliyyə Nazirliyi İmişli rayon İcra və probasiya şöbəsinin 28.02.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1500 manat cərimə cəzasını icra etdiyindən 15.01.2013-cü il tarixdə icra şöbəsinin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqi 65-66, 169-173, cild 3, iş vərəqi 116). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ona təyin edilmiş cərimə cəzasını çəkib qurtardığı gündən bir il keçdiyinə görə onun məhkumluğu ödənildiyindən məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 06 avqust 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs1 təqdim etdiyi kreditlə mobil telefon alması və pulunu ödəməsi barədə qəbzlər, Təqsirləndirilən şəxs Nicat Babaşov adı ilə “Feysbuk” sosial şəbəkədə hüquqi yardım göstərmə barədə reklam xarakterli səhifələrdən cəmi 14 vərəqədə çıxarışlar, zərərçəkmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi telefvizoru kreditə götürmə barədə 4 vərəqədə olan kredit sənədləri, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarını Şahid4 məxsus lombarda girov qoyması barədə 2 vərəqdə girov biletinin surəti və qızıllar fonunda Təqsirləndirilən şəxs şəxsiyyət vərəqəsinin şəkli, “Azercell”, “Bakcell” və “xxxxxxx” MMC-dən götürülmüş zənglərdən çıxarışa dair 4 ədəd CD diskləri, zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazısı olan CD disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs mobil telefonu onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmənin ilk baxış iclasında məhkəmə istintaqı başlananadək Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq ondan vurduğu ziyana görə 1000 (bir min) manat pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizəsini icraata qəbul etmiş, Zərərçəkmiş şəxs2 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınması haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs2 maddi ziyan dəymişdir və buna görə də onun mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 1000 (bir min) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 06 avqust 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 vermiş olduğu mülki iddia tələbi təmin olunsun və cinayət nəticəsində vurulmuş maddi ziyana görə 1000 (bir min) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs1 təqdim etdiyi kreditlə mobil telefon alması və pulunu ödəməsi barədə qəbzlər, Təqsirləndirilən şəxs Nicat Babaşov adı ilə “Feysbuk” sosial şəbəkədə hüquqi yardım göstərmə barədə reklam xarakterli səhifələrdən cəmi 14 vərəqədə çıxarışlar, zərərçəkmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi telefvizoru kreditə götürmə barədə 4 vərəqədə olan kredit sənədləri, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarını Şahid4 məxsus lombarda girov qoyması barədə 2 vərəqdə girov biletinin surəti və qızıllar fonunda Təqsirləndirilən şəxs şəxsiyyət vərəqəsinin şəkli, “Azercell”, “Bakcell” və “xxxxxxx” MMC-dən götürülmüş zənglərdən çıxarışa dair 4 ədəd CD diskləri, zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazısı olan CD disk iş materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs mobil telefonu onun yaxın qohumlarından birinə qaytarılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar