Məhkəmə qərarları › İş №1(101)-360/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-360/2021

27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-360/2021 27.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər- Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X5 qızı Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxxx 1959-cu il tarixdə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, hazırda işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmamış,barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını külli miqdarda ziyan vuraraq təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa və dolayı yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təkrarən təhrik etmiş, bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir Belə ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2008-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin Pensiya təyinatı sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyərkən qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə 8 aprel 2015-ci il tarixdə işlədiyi həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə yaşa görə pensiyaya çıxmaqla bağlı müraciət etmiş və şöbənin pensiya təyin edən komissiyasının 21.04.2015-ci il tarixli, 534 nömrəli qərarına əsasən 63 yaşının tamam olduğu 12.03.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş Şahid1 sənədlərini qəbul edərkən onun 06.03.1978-ci il tarixdən 13.01.1998-ci il tarixədək keçmiş Ümumittifaq Geofizika və Elmi-Tədqiqat İstitutunda müxtəlif vəzifələrdə, o cümlədən, böyük mühəndis, dəstə rəisi, baş mühəndis, laboratoriya rəisi vəzifələrində işləməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci bölməsinin 1.3-cü bəndinə uyğun olaraq onun güzəştli pensiya almaq hüququnun olmasını bildiyi halda, Şahid1 belə bir hüququnun olmasına dair qanunvericilik aktlarından xəbərsiz olmasından istifadə edərək, həmin şərtlərlə pensiya təyin etməyin mümkün ola biləcəyini sonuncuya bildirib, Şahid1 bununla bağlı ondan kömək istəməsinə nail olmaqla, güzəştli şərtlərlə pensiya təyinatı məsələsinə baxılması üçün onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə yazmasının zəruriliyini deyib, Nazirlik tərəfindən bundan imtina olunandan sonra məhkəmədə iddia qaldırılmaqla həmin məsələnin həll olunacağını bildirmişdir. Şahid1 özünə güzəştli şərtlərlə pensiya təyin edilməsi məsələsinə yenidən baxılması üçün 14 sentyabr 2015-ci il tarixdə Fondun Yasamal rayon şöbəsinə ərizə ilə müraciət etdikdən və həmin şöbə tərəfindən 01.12.2016-cı il tarixli, 12/8405 nömrəli məktubla güzəştli iş stajı barədə aydınlaşdırıcı arayış təqdim etdiyi halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna baxılacağına dair ona cavab verildikdən sonra, 2016-cı ilin sonlarında Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə görüşləri zamanı Şahid1 özünün onun barəsində güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasını təşkil etməsi, müvafiq sənədlərin düzəldilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun özünün yaxın münasibətdə olduğu vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətə görə həmin vəzifəli şəxslər üçün özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirərək, Şahid1 razılığını alıb onunla sövdələşməklə, sonuncunun ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Yasamal rayon şöbəsinə həvalə edilməsi tələbi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsinə nail olub, həmin Məhkəmənin 2-1(81)-1047/17 saylı iş üzrə 10 yanvar 2017-ci il tarixli qərarı ilə Şahid1 eyni əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 12.03.2009-cu il tarixdən təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Yasamal rayon şöbəsinə həvalə edilməsindən və həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qeyd olunan qərarının qüvvədə saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26 aprel 2017-ci il tarixli qərarının qəbul olunmasından sonra, Şahid1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun özünün yaxın münasibətdə olduğu vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə etdiyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verəcəyi adı ilə 2017-ci il ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə iki dəfə 1000 manat, bir dəfə isə 1500 manat olmaqla, vahid niyyətlə cəmi 3500 (üç min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus qeyd edilən pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası iləəlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin Nazirlik üzrə 17 oktyabr 2017-ci il tarixli, **********1 nömrəli əmrlə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin Pensiya sektorunun məsləhətçisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Şahid1 ilə 2017-ci ilin oktyabr ayının ortalarından dekabr ayının ortalarınadək olan müddətdə istintaqla müəyyən edilməyən yerdə görüşləri zamanı sonuncunun barəsində Fondun Yasamal rayon şöbəsində təyin edilmiş pensiya üzrə müvafiq işi özü nəzarətində saxlamasa, guya pensiyanın təyinatında problemlərin yaranacağını və pensiya ödənişlərinin həyata keçirilməyəcəyini aldatmaqla ona bildirib, buna görə də pensiya işinin Fondun Abşeron rayon şöbəsinə keçirilməsinin zəruriliyini və bunun üçün bütün sənədləşdirməyə özünün nəzarət edəcəyini bildirib, sadəcə bildirəcəyi tarixdə diqtə edəcəyi məzmunda ərizə yazmasının vacib olmasını Şahid1 deyib, sonuncunun müvafiq pensiya işi və məhkəmə qərarlarının məzmunundan məlumatsız olmasından istifadə edib, Şahid1 ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 4ktiki yaşamasına baxmayaraq, qeyd edilən müddət ərzində istintaq zamanı müəyyən edilməmiş şəxs tərəfindən istintaqla müəyyən edilməmiş şəraitdə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlanmış, məzmununda Şahid1 guya Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə 68 saylı evdə yaşaması barədə yalan məlumatlar olan Abşeron rayonu, Ceyranbatan Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin möhürü ilə təsdiq edilən hüquq verən rəsmi sənədin, - 26.12.2017-ci il tarixli, 1811 nömrəli arayışın saxta olduğunu bilə-bilə tamah niyyətilə həmin arayışı 2017-ci ilin dekabr ayında əldə edib Şahid1 istintaqla müəyyən edilməyən digər sənədlərlə birgə verərək həmin saxta rəsmi sənəddən tamah niyyəti ilə istifadə edib, sonuncuya pensiya işinin Fondun Abşeron rayon şöbəsinə keçirilməsi xahişinə dair 28.12.2017-ci il tarixli ərizə yazdırmaqla pensiya işinin 1 yanvar 2018-ci il tarixdə Fondun Abşeron rayon şöbəsinə keçirilməsinə nail olmuşdur. Həmin şöbənin 04.01.2018-ci il tarixli, 425 nömrəli qərarı ilə Şahid1 pensiyasının aylıq məbləğinin 337,34 manat məbləğində ödənilməsi qərarı veriləndən sonra isə pensiya təyin olunmasına dair məhkəmə qərarları və digər sənədlərin məzmunundan Şahid1 məlumatsız olmasından istifadə edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 12.03.2009-cu il tarixdən təyin edilməsini sonuncuya deməyib, ondan gizlətməklə məhkəmə qərarında yalnız əvvəlki illərə görə ödənilməmiş pensiya məbləğinin ödənilməsi nəzərdə tutulsa da, həmin ödənilməmiş məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və digər səlahiyyəti qurumların vəzifəli şəxslərinə özü vasitəsilə dolayı yolla verəcəyi təqdirdə həmin vəzifəli şəxslər tərəfindən məhkəmə qərarının onun xeyrinə icraya yönəldəcəyini aldatmaqla Şahid1 deyib, onun razılığını almaqla sövdələşmişdir. Bundan sonra həmin şöbə üzrə 05.01.2018-ci il tarixli sərəncamla məhkəmə qərarlarına əsasən 12.03.2009-cu ildən pensiya məbləğinin yenidən hesablanmasına əsasən, 18.01.2018-ci il tarixdən hesablanmaqla 19.01.2018-ci il tarixdə Şahid1 "xxxx" ASC-də olan 676867***7791 nömrəli hesabına köçürülmüş 5995 manat məbləğində pul vəsaitini 23.01.2018-ci il tarixdə, 14.02.2018-ci il tarixdə hesablanmaqla 15.02.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 4069,28 manat məbləğində pul vəsaitini 21.02.2018-ci il tarixdə, 13.03.2018-ci il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 4000 manat məbləğində pul vəsaitini 27.03.2018ci il tarixdə, 09.04.2018-ci il tarixdə hesablanmaqla 10.04.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 5690 manat məbləğində pul vəsaitini 12.04.2018-ci il tarixdə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində, 07.05.2018-ci il tarixdə hesablanmaqla 08.05.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1200 manat məbləğində pul vəsaitini, 08.06.2018-ci il tarixdə hesablanmaqla 11.06.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1200 manat məbləğində pul vəsaitini, 10.07.2018-ci il tarixdə hesablanmaqla 11.07.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1663 manat məbləğində pul vəsaitini, 08.08.2018-ci il tarixdə hesablanmaqla 09.08.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1069,71 manat məbləğində pul vəsaitini, 09.08.2018-ci il tarixdə hesablanmaqla 13.08.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 587,58 manat məbləğində pul vəsaitini, 08.09,2018-ci il tarixdə hesablanmaqla 10.09.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 08.10.2018-ci il tarixdə hesablanmaqla 09.10.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsatini, 07.11.2018-ci il tarixdə hesablanmaqla 08.11.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 10.12.2018ci il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 16.01.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 15.02.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1707,88 manat məbləğində pul vəsaitini, 12.03.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 09.04.2019-cu il tarixdə hesablanmaqla 10.04.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1921,69 manat məbləğində pul vəsaitini, 08.05.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 10.06.2019-cu il tarixdə hesablanmaqla 11.06.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 08.07.2019-cu il tarixdə hesablanmaqla 09.07.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 07.08.2019-cu il tarixdə hesablanmaqla 08.08.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 10.09.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 10.10.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 08.11.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 05.12.2019-cu il tarixdə hesablanmaqla 06.12.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini isə 08.05.2018-ci il tarixdən 16.12.2019-cu il tarixədək olan müddətdə, Şahid1 bankomatlar vasitəsilə hesabdan çıxarmasından sonra, Bakı şəhəri 3cü və 4-cü mikrorayonların ərazisində, o cümlədən ünvan 5 ünvanda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus ümumilikdə 52306,2 manat (əlli iki min üç yüz altı manat, iyirmi qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətləələ keçirərək Şahid1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə dolayı yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Daha sonra, 12 mart 2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin yerdə qalan 89493,66 (səksən doqquz min dörd yüz doxsan üç manat, altmış altı qəpik) manat hissəsi 30 dekabr 2019-cu il tarixdə bir dəfəyə Şahid1 hesabına ödənildikdən sonra isə, 6 yanvar 2020-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı parkda Şahid1la görüşüb həmin məbləği də hesabdan çıxarıb aidiyyəti vəzifəli şəxslərə çatdırması üçün özünə verməsini bildirib, əks halda pensiyasının kəsiləcəyini yalandan deməsinə baxmayaraq, Şahid1 aldadıldığını başa düşərək həmin pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid1 məxsus pul vəsaitini ələ keçirməyə nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 142069,86 manat (bir yüz qırx iki min altmış doqquz manat səksən altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid1 o, əvvəllər tanımamış və onunla öz iş fəaliyyəti ilə bağlı tanış olmuşdur. Şahid1la onun arasında heç bir ədavət, düşmənçilik olmamışdır. Şahid1la onun arasında sonuncu ondan əsasəz olaraq şikayət etdiyinə görə aralarında bir müddət narazıçılıq olmuşdur. Lakin, sonra onunla barışmış və hal-hazırda münasibətləri yaxşıdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, onun özü 1993-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi, Yasamal, daha sonra isə Abşeron rayon şöbələrində məsləhətçi, daha sonra həmin Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsində işləmişdir. 2020-ci ilin fevral ayında o, həmin işdən azad edilmiş və sonrakı dövrdə öz səhhət durumu ilə bağlı heç bir yerdə işləməmişdir. Şahid1la o, 2015-ci ilin aprel ayında o zaman Fondun Yasamal şəbəsində məsləhətçi vəzifəsində işlədiyi vaxt tanış olmuşdur. Belə ki, o zaman Şahid1 həmin şöbəyə yaşa görə pensiyaya çıxmaqla bağlı ərizə ilə müraciət etmişdir. Bir məsləhətçi kimi o, Şahid1 sənədlərini qəbul edərək həmin sənədləri yoxlamış və ona yaşa görə pensiya təyin olunması əsaslarının olması müəyyən edilmişdir. Buna görə də Fondun Yasamal rayon şöbəsinin pensiya təyini üzrə komissiyasının 21 aprel 2015-ci il tarixli, 534 nömrəli qərarına əsasən Şahid1 63 yaşı tamam olduğuna görə sonuncuya yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan bir müddət sonra Şahid1 ona müraciət edərək, o zamankı Ümumittifaq Geofizika və Elmi-Tədqiqat İnstitutunda 18 ildən artıq müddətində işlədiyini və bununla bağlı güzəştli şərtlərlə pensiya ala bilməsi ilə maraqlanmışdır. Bununla bağlı o, Şahid1 həmin institutda iş fəaliyyəti ilə bağlı zəruri sənədləri əlavə etməklə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsini məsləhət görmüşdür. Həmin dövrdə Şahid1la yaxın bir tanış kimi yaxşı münasibətlərdə olmuşlar. Bundan bir müddət sonra, yəni 2015-ci ilin payız aylarında Şahid1 onunla əlaqə saxlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etdiyini, lakin ona güzəştli pensiya təyin olunmasından rəsmi qaydada imtina edildiyini bildirmişdir. Bununla bağlı Şahid1 ondan məsləhət alan zaman o, məhkəməyə müraciət etmək hüququnun olmasını ona demişdir. Bundan sonrakı dövrdə Şahid1 məhkəmə müraciət etmiş və sonuncuya güzəştli şərtlərlə pensiya təyin edilməsi qərara alınmışdır. Güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı işə baxılanda birinci instansiya məhkəməsində Fondun nümayəndəsi kimi onun özü iştirak etmişdir. Birinci instansiya məhkəməsinin qərarından onlar tərəfindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, onların şikayəti təmin edilməmişdir. Daha sonra isə həmin qərardan şöbə tərəfindən verilmiş kassasiya şikayəti müddət ötürülməklə verildiyinə görə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2017-ci il tarixli qərardadı ilə şöbənin kasasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bundan sonra, yəni 2018-ci ilin yanvar ayından etibarən Şahid1 həmin məhkəmə qərarına əsasən güzəştli şərtlərlə öz pensiyasını almağa başlamışdır. Həmin dövrdə, yəni 2018-ci ilin yanvar ayında o, artıq Fondun Abşeron rayon şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. O zaman Şahid1 müraciəti əsasında sonuncunun pensiya işi Abşeron rayon şöbəsinə göndərilmiş və sonuncuya güzəştli şərtlərlə pensiya ödənilməsinə dair məhkəmə qərarı Abşeron rayon şöbəsi tərəfindən icraya yönəldilmişdir. Həmin iş ona həvalə olunduğuna görə o, qeyd edilən məhkəmə qərarının icrası ilə bağlı Şahid1 pensiyanın hesablanmasını onun özü aparmışdır. Bundan sonrakı dövrdə Şahid1 güzəştli şərtlərlə öz pensiyasını almağa başlamışdır. Onu da bildirmək istəyir ki, məhkəmə qərarında Şahid1 güzəştli şərtlərlə pensiyanın 2009-cu ildən ödənilməsi göstərilmişdir. 2020-ci ilin yanvar ayında, o artıq Fondun Abşeron şöbəsində işləmədiyi vaxt Şahid1 ona müraciət edərək pensiyasının dayandırılmasının səbəbini soruşmuş və bunun onun günahı ucbatından olmasını bildirmişdir. O isə bununla bağlı heç bir məlumatı olmadığını və həmin məsələyə aidiyyəti olmadığını bildirmişdir. Həmçinin Şahid1 pensiyanın dayandırılma səbəbini öyrənmək üçün Fondun Abşeron rayon şöbəsinə müraciət etməyi məsləhət görmüşdür. Bundan bir müddət sonra onun özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəvət etmişlər. O zaman ona məlum olmuşdur ki, Şahid1 onun barəsində həmin nazirliyə şikayət edərək, guya ki, güzəştli şərtlərlə ona hesablanmaqla 2009-2018-ci ilər üzrə ödənilmiş məbləğinin bir hissəsinin ondan qanunsuz aldığını bildirmişdir. Həmçinin Şahid1 güya ki, ondan pul tələb etdiyini və ona pul vermədiyinə görə pensiyasını dayandırdığını da bildirmişdir. O isə bununla bağlı izahat verərək Şahid1 güzəştli şərtlərlə pensiya təyin olunmasına heç bir aidiyyəti olmadığını, onunla öz iş fəaliyyəti bağlı tanış olduğunu və pensiya məsəlləri ilə bağlı ona məsləhət verdiyini, ondan heç bir məbləğdə pul almadığını və pul tələb etmədiyini bildirmişdir. Daha sonra isə Şahid1 şikayət ərizəsi ilə bağlı Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Orada da o, Şahid1la öz işi ilə bağlı tanış olduğunu və bir tanış kimi ona öz məsləhətləri ilə köməklik etdiyini, lakin ondan heç vaxt pul tələb etmədiyini və ondan hər-hansı bir məbləğdə pul almadığını bildirmişdir. Lakin, buna baxmayaraq, ona əsassız olaraq Cnayət Məcəlləsinin 178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ittiham irəli sürülmüşdür. O, özünü Şahid1 aldadaraq onun pulunu ələ keçirməkdə, onu rüşvət verməyə təhrik etməkdə və həmçinin onun pensiya işi ilə bağlı hər-hansı bir sənədi saxtalaşdırmaqda özünü təqsirli hesab etmir. O, Şahid1 hər-hansı bir məbləğdə pul tələb etməmiş və ondan hər-hansı məbləğdə pul almamışdır. Buna görə də ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli heab etmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Şahid1 ona güzəştli şərtlərlə pensiya təyin olunmasını təşkil edəcəyini heç vaxt vəd etməmiş və bununla bağlı Dövlət Sosial Müdafiə Fondunda işləyən hər-hansı bir şəxsə pul vermək lazım olmasını ona deməmişdir. Bu adla ondan 3500 manat pul aldığı barədə Şahid1 dediklərini təsdiq etmir. Yuxarıda qeyd etdiyi kimi o, Şahid1 ona təqdim etdiyi sənədlərə əsasən ona güzəştli şərtlərlə pensiya təyin oluna bilinəcəyini və həmçinin bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olmasıını bir mütəxəssis kimi ona izah etmişdir. Şahid1la onun arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Belə hesab edir ki, o zaman Şahid1 güzəştli şərtlərlə pensiya ödənilməsi ondan asılı olmayan səbəblərə görə bir müddət dayandırıldığına görə Şahid1 bu məsələnin ondan asılı olmasını zənn edərək onun barəsində şikayət etmişdir. Daha sonra isə özünün haqlı olmasını sübut etmək üçün güya ki, ona güzəştli şərtlərlə təyin olunmaqla ona ödənilmiş pensiya pullarını da ondan aldığını bildirmişdir. O, Şahid1 ona güzəştli şərtlərlə pensiya ödənilməsində problemlərin yaranacağını, həmin ödənişlərinin həyata keçirilməyəcəyini və bununla bağlı Fondun hərhansı bir əməkdaşına pul verilməli olmasını heç vaxt deməmiş və bu adla ondan hər-hansı bir məbləğdə pul almamışdır. Onun Şahid1la öz aralarında olmuş danışığın sonuncunun özündə olan mobil telefon vasitəsi ilə yazaraq aralarında olan danışığın bir ədəd kompakt diskə köçürərək istintaq orqanına təqdim etdiyi və həmin danışıqlar üzrə iş üzrə müvafiq ekspertiza keçirilərək Şahid1la öz aralarında olan danışıq zamanı sonuncunun ona əlli min manat peniya pulunu verdiyini və bir daha ona pul verə bilməyəcəyini bildirdiyi barədə sənədlərlə istintaq zamanı tanış edilmişdir. Belə hesab edir ki, həmin danışığı Şahid1 özü düzüb qoşmuşdur və onların arasında həmin məzmunda heç vaxt söhbət olmamışdır. Bir daha bildirir ki, Şahid1 güzəştli şərtlərlə pensiya ödənilməli məhkəmə qərarına əsasən həyata keçirilmişdir. Məhkəmə qərarında həmin pensiyanın əvvəlki dövr üzrə də, yəni 2009-cu ildən ödənilməli olduğu göstərilmiş və Şahid1 bu barədə məlumatlı olmuşdur. Şahid1 güzəştli şərtlərlə pensiya təyin olunması məsələsinə baxılan zaman məhkəmədə br nəfər vəkil Şahid1 nümayəndəsi kimi iştirak etmişdir. Həmin vəkili onun özü dəvət etməmiş və ona hər-hansı bir məbləğdə pul ödəməmişdir. Şahid1 güzəştli şərtlərlə təyin olunmuş pensiya məbləğləri Şahid1 hesabına köçürülmüş və Miryasin özündə olan plastik bank kartı ilə həmin məbləğləri özü almışdır. Şahid1 bank kartı heç vaxt onda olmamış, onun əvəzinə heç vaxt bankomatdan və ya bankdan pul almamışdır. Belə hesab edir ki, 2018-2019-cu illər ərzində güzəştli şərtlərlə hesablanmaqla Şahid1 bank kartına köçürülmüş bütün pensiya pullarını, yəni təxminən 50000 manat məbləğində pulu şəxsən özü alaraq ona verməsi barədə Şahid1 dedikləri tam yalandır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, müvafiq məhkəmə qərarı əsasında güzəştli şərtlərlə təyin olunmaqla Şahid1 2018- 2019-cu illər ərzində ödənilmiş məbləğlər Şahid1 qanuni pensiya puludur. Yəni Şahid1 yaşa görə pensiya çıxdıqdan sonra sonuncuya lazımi qaydada pensiya təyin olunmuşdur. Daha sonra isə əvvəlki iş fəaliyyəti nəzərə alnmaqla məhkəmə qərarı əsasında Şahid1 güzəştli şərtlərlə, yəni daha yüksək məbləğdə pensiya təyin olunmuşdur. Lakin, Şahid1 bildirir ki, güya 2018-2019-cu illər ərzində almış olduğu pensiya pullarını ona vermişdir. Bütün bunlar Şahid1 ondan qərəzli qaydada şikayət etdiyinə dəlalət edir. Bir daha bildirir ki, heç vaxt Şahid1 pul tələb etməmiş və ondan hər-hansı məbləğdə pul almamışdır. Şahid1 güzəştli şərtlərlə pensiya təyin olunmasını təşkil edəcəyi adı ilə 2017-ci ildə ondan hissə-hissə olmaqla cəmi 3500 manat pul aldığı, lakin sonra öz aralarında razılaşaraq həmin puldan 2000 manat məbləğində pulu ona qaytardığı barədə Şahid1 dediklərini təsdiq etmir. Həmin adla o, Şahid1 o, hər-hansı məbləğdə pul almamış və ona heç vaxt pul verməmişdir. İş üzrə ibtidai istintaq zamanı o, Şahid1 ödənilməsi üçün cəmi 55806 manat 20 qəpik manat məbləğində pul vəsaitini Respublikası Baş Prokurorluğunun depozit hesabına qoymuşdur. O, həmin pulu həbs olunacağından çəkindiyinə görə həmin depozit hesaba qoymuşdur. Onun özü uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir və bununla bağlı xeyli müddət ərzində stasionar qaydada müalicə almışdır. Hal-hazırda da kəskin formalı leykoz xəstəliyi və həmçinin ürək çatışmamazlığı xəstəlikləri ilə bağlı ambulator qaydada müalicə alır. Şahid1 ünvan 3 ünvanda qeydiyyatda olduğu barədə onun məlumatı olmuşdur. Şahid1 Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşamadığı halda, güya ki, sonuncunun həmin qəsəbədə yaşadığı barədə Abşeron rayonu, Ceyranbatan MTİİT sahəsinin möhürü ilə təsdiq edilmiş 26 dekabr 2017-ci il tarixli, 1811 nömrəli saxta arayış əsasında onun pensiya işinin Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsindən həmin Fondun Abşeron rayon şöbəsinə keçirildiyi ona aydındır. Həmin arayışın saxta olması barədə onun özünün o zaman heç bir məlumatı olmamışdır. O zaman diqqətsizlik edərək həmin arayışın düzgünlüyünü aydınlaşdırmamışdır. Şahid1 həmin saxta arayışı nə zaman və kimin vasitəsi ilə əldə etdiyi barədə onun məlumatı yoxdur. Yaşayış yeri barədə həmin saxta arayışın onun tərəfindən əldə olunduğu və onun pensiya işinin Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsindən Fondun Abşeron rayon şöbəsinə köçürülməsini onun özü təşkil etdiyi barədə Şahid1 dediklərini təsdiq etmir. Son olaraq bildirmişdir ki, Şahid1 güzəştli şərtlərlə pensiya ödənilməli məhkəmə qərarına əsasən həyata keçirilmişdir və bununla bağlı onun heç bir şəxsi marağı olmamışdır. Şahid1 güzəştli şərtlərlə pensiya təyin olunması və bununla bağlı həmin vəsaitlərin ödənilməsini təmin olunması üçün o, Şahid1 hər-hansı məbləğdə pul almamış və ondan pul tələb etməmişdir. Onu da bildirmək istəyir ki, hal-hazırda o, Şahid1la barışmışdır və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Buna görə də iş üzrə ibtidai istintaq zamanı Şahid1 ödənilməsi üçün Respublikası Baş Prokurorluğunun depozit hesabına qoymuş olduğu cəmi 55806 manat 20 qəpik manat məbləğində pul vəsaitinin onun özünə qaytarılmasını xahiş edir. Hal-hazırda ağır xəstəliklərdən əziyyət çəkməklə ambulator qaydada öz müalicəsini davam etdirdiyini, həmçinin ailə vəziyyətini nəzərə alaraq, işə düzgün baxılıb barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2 və 32.4,312.2-ci maddələri ilə bəraət verilməsini, Şahid1 yaşayış yeri barədə o zaman onun pensiya işinə əlavə olunmuş arayışın həqiqiliyini diqqətlə araşdırmadığı ilə bağlı barəsində Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlləini törətməkdə təqsirli olması, o özünü təqsirli bilməməsinə baxmayaraq, Şahid1 yaşa görə və həmçinin sonuncuya güzəştli şərtlərlə pensiya məbləğinin hesablanması və ödənilməsi, bununla bağlı müvafiq sənədlərin toplanması və tərtib olunması ilə bağlı hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə onun özünün aktiv hərəkətlərinin məhz nədən ibarət olduğu barədə işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oglu ifadəsində göstərdi ki, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yaşayır. İş üzrə Təqsirləndirilən şəxsla pensiya çıxmağı məsələsi ilə bağlı 2015-ci ilin aprel ayında tanış olmuşdur. Onunla əvvəllər münasibətləri çox yaxşı olmuş, lakin sonradan Təqsirləndirilən şəxs ona pensiya təyin olunması ilə bağlı onu aldadaraq xeyli məbləğdə pullarını aldığına görə bir müddət aralarında narazıçılıq olmuşdur. Lakin, hal-hazırda onunla münasibətləri yaxşıdır və aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Hadisə ilə bağlı bildirmək istəyir ki, onun özü xx xxxx 1952-ci il təvəllüdlü olmaqla, 2015-ci ilədək müxtəlif yerlərdə və o cümlədən 18 il 11 ay müddətində o zamankı Ümumittifaq Geofizika və Elmi-Tədqiqat İnstitutunda müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 2015-ci ilin aprel ayının əvvəllərində o, yaşa görə pensiyaya çıxmaq üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət etmişdir. O zaman orada məsləhətçi vəzifəsində işləməklə sənədlərini qəbul edən Təqsirləndirilən şəxsla tanış olaraq onunla münasibətləri yaranmış və ona yaşa görə təxminən üç yüz manat məbləğində pensiya təyin edilmişdir. Lakin, o, həmin məsələ ilə bağlı maraqlandıqda ona az məbləğdə pensiya hesablandığını başa düşmüş, lakin bununla bağlı qanunların tələblərini bilmədiyinə görə həmin məsələ ilə əlaqədar Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs isə onun səndlərini bir daha yoxladıqdan sonra, onun keçmiş Ümumittifaq Geofizika və Elmi-Tədqiqat İnstitutunda uzun müddət ərzində işlədiyinə görə ona güzəştli şərtlərlə pensiya almaq hüququnun olmasını bildirmişdir. Bununla bağlı o, Təqsirləndirilən şəxs həmin məsələ ilə bağlı ona köməklik etməsini xahiş etmişdir. Bundan sonrakı dövrdə o, arada Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq ona güzəştli şərtlərlə pensiya təyin olunması məsələsi ilə maraqlanmış, Təqsirləndirilən şəxs isə bu işdə ona köməklik edəcəyini bildirmişdir. Bundan bir müddət sonra, yəni təxminən 2016-cı ilin oktyabr və ya noyabr aylarında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq onun güzəştli şərtlərlə pensiya almağını təşkil edəcəyini deyib onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra onlar Bakı şəhərində hazırda xatırlamadığı yerdə görüşüb ikilikdə söhbət edən zaman Təqsirləndirilən şəxs ona güzəştli qaydada pensiya almaq üçün əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etməli olduğunu məsləhət görmüş, həmçinin həmin Nazirlik tərəfindən onun ərizəsinin təmin olunmayacağını və bundan sonra məhkəməyə müraciət etmək lazım olduğunu ona bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin məsələyə məhkəmə qaydasında baxılması üçün ona vəkil tutacağını, həmin vəkilin lazım olan sənədləri toplayıb onun adından məhkəməyə iddia ərizəsi verəcəyini və ona qanuni olaraq güzəştli şərtlərlə pensiya təyin olunmalı olduğuna görə məhkəmənin məsələni onun xeyrinə həl edəcəyinə əmin olduğunu bildirmişdir. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs vəkil tutması və onun xeyrinə görəcəyi işlərə görə sonra ona müəyyən qədər pul verməli olmasını demiş və o, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Bundan sonra onun özü güzəştli şərtlərlə pensiya təyin olunmasına dair həmin Nazirliyə ərizə yazmış, lakin ona həmin pensiyanın təyin olunmasından imtina olunmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs məsələhəti ilə özü tanımadığı Rəşid adlı vəkilin adına məhkəmədə onu təmsil etməsi üçün etibarnamə vermiş, lakin onun özü həmin Rəşid adlı şəxsə ona hüquqi yardım etməsi üçün hər-hansı məbləğdə pul verməmişdir. O zaman aralarında olan söhbətlər zamanı Təqsirləndirilən şəxs ona güzəştli pensiya təyin olunmasını təşkil edəcəyini, bununla bağlı lazımi sənədlərin düzəlməsi üçün kimliklərini ona bildirmədiyi müəyyən şəxslərə verəcəyini bildirib ondan ikilikdə həmin adla cəmi 3500 manat pul almışdır. Belə ki, həmin pulu o, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla, 2017-ci ildə iki dəfə 1000 manat, bir dəfə isə 1500 manat məbləğdə Bakı şəhərində dəqiq xatırlamadığı tarixlərdə vermişdir. Onu da bildirmək istəyir ki, ona güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı Bakı İnzibati-lqtisadi Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə keçirilən məhkəmə proseslərinin heç birində onun özü iştirak etməmiş və ona güzəştli şərtlərlə pensiya təyin olunmasına dair məhkəmə qərarlarının heç birini özü almamışdır. Ona güzəştli pensiya təyin olunması ilə bağlı müraciət etdiyi gündən bütün sənədləri və o cümlədən məhkəmə qərarlarını Təqsirləndirilən şəxs özündə saxlamış və ona heç bir sənəd verməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs ona hər işin qaydasında olduğunu bildirərək, aralarında olan söhbətlər və telefon danışıqları zamanı ona İnzibati-İqtisadi Məhkəməsinin onların xeyrinə qərar çıxardığını, bir müddət sonra isə işi Apellyasiya məhkəməsində də onların xeyrinə qərar çıxarıldığını ona bildirmişdir. Daha sonra isə ona Ali Məhkəməyə şikayət verildiyini bildirmiş və artıq 2017-ci ilin sonlarında Təqsirləndirilən şəxs ona bütün məhkəmələrdə işin onun xeyrinə həll olunduğunu bildirmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs ona güzəştli şərtlərlə pensiya təyin olunmasına dair məhkəmə qərarının nə səbəbə icra olunmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona əvvəlki illərə görə ona ödənilməli olan pensiya pullarını onlara, yəni onun özünə və onun vasitəsi ilə lazım olan şəxslərə verilməli olduğunu, əks halda isə güzəştli pensiyanı almayacağını ona bildirmişdir. Bununla bağlı o, Təqsirləndirilən şəxs öz etirazını bildirdikdə, Təqsirləndirilən şəxs ona güzəştli şərtlərlə pensiya düşmədiyini, bütün məsəlləri onun özü və kimliyini bildirmədiyi şəxslərin həll ediyini demişdir. Bununla bağlı əvvəlki illərə görə almalı olduğu pensiya pullarını onlara verməli olduğunu və əks təqdirdə həmin pensiyanı ala bilməyəcəyini ona demişdir. Buna görə də o, güzəştli qaydada pensiya alması üçün Təqsirləndirilən şəxs əvvəlcədən 3500 manat pul verdiyi, həmin pulun batmaması üçün, həmçinin Təqsirləndirilən şəxs yalnız biriki ilə görə pensiya pulunun fərqini alacağını zənn etdiyinə görə məcburiyyət qarşısında qalaraq onun həmin tələbi ilə razılaşmışdır. Onu da bildirmək istəyir ki, onun pensiya işi ilə bağlı bütün sənədlər Təqsirləndirilən şəxs olduğuna görə, o zaman onun özünün əvvəlki illərə görə ona hansı məbləğdə pul veriləcəyini bilməmiş və ona verməli olduğu pulun böyük məbləğ təşkil etməyəcəyini zənn etmişdir. Təqsirləndirilən şəxs həmin təklifi və tələbi ilə razılaşdıqdan sonra, 2017-ci ilin sonlarında Təqsirləndirilən şəxs ona onun pensiya işi ilə bağlı məhkəmə qərarını icraya yönəltdiyini bildirmişdir. Bundan sonra, yəni 2018-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq onun pensiya pulunun bir hissəsinin bank kartına köçürüldüyünü demiş və həmin pulu kartdan çıxarıb ona verməsini demişdir. Onu da bildirmək istəyir ki, o zaman Təqsirləndirilən şəxs artıq Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində işlədiyini ona bildirmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs ona dediyi yerə, yəni "xxxx"ın Xırdalan şəhərində yerləşən filialına gedərək pensiya kartına köçürülmüş 6000 manat pulu çıxarıb bu barədə zəng vurub Qafqaza demiş və Xırdalan şəhərində onun iş yerindən bir qədər aralıda öz avtomobilinin salonunda ikilikdə Qafqaza vermişdir. O zaman Təqsirləndirilən şəxs ona öz iş yerini dəyişdiyini, Dövlət Sosial Müdafiə Fondunun Abşeron şöbəsində işlədiyini bildirmiş və onun pensiya işini öz nəzarətində saxlaması üçün onun pensiya işinin həmin şöbəyə keçirilməsi üçün ərizə yazmalı olduğunu ona demişdir. Həmçinin Təqsirləndirilən şəxs o zaman ona onun Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşadığına dair arayış vermiş və həmin arayışı pensiya işinin Fondun Abşeron şöbəsinə keçirilməsinə dair ərizəsinə əlavə etməyini tapşırmışdır. Buna görə də o, təxminən 2018-ci ilin yanvar ayında öz pensiya işinin Abşeron şöbəsinə keçirilməsinə dair ərizə yazmış və bundan sonra onun pensiya işi Fondun Yasamal rayon şöbəsindən Abşeron rayon şöbəsinə verilmişdir. Bundan sonrakı dövrdə o, Təqsirləndirilən şəxs göstərişinə əsasən hər ay öz kartına köçürülmüş pensiya pullarını, yəni 2018-ci ilin fevral ayında 4000 manat pulu, həmin ilin mart ayında 4000 manat pulu, aprel ayında 6000 manat pulu, may ayında isə kartına köçürülmüş 1200 manat pulu eyni qaydada "xxxx"ın Xırdalan şəhərində yerləşən filialında çıxarıb sonra ikilikdə ona vermişdir. 2018-ci ilin iyun ayında Təqsirləndirilən şəxs növbəti dəfə onunla mobil telefonu ilə əlaqə saxlayan zaman onun aylıq pensiyasını bir qədər artırmaq imkanı olmasını və ona hörmət etsə, bu işdə ona köməklik edəcəyini bildirmişdir. Onu da bildirmək istəyir ki, ona güşətli qaydada pensiya təyin olunduqdan sonra o, Təqsirləndirilən şəxs ona pensiya işi düzəlməsi üçün əvvəllər verdiyi 3500 manat pulu geri tələb etmişdir. Təqsirləndirilən şəxs həmin pulu ona qaytaracağını bildirərək, 2018-ci ilin oratalarınadək həmin pulun bir hissəsini, yəni 2000 manat pulu bir neçə dəfəyə ona qaytarmış və ona cəmi 1000 manat borclu qalmışdır. Buna görə də 2018-ci ilin iyun ayında Təqsirləndirilən şəxs onun pensiyasını artırmaq imkanı olduğunu ona bildirdikdə o, pensiyasının məbləğini artırması müqabilində Qafqazın ona borclu qaldığı 1000 manat məbləğində pulu ona bağışladığını demiş və həmin borcu ondan istəməmişdir. Bu barədə Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra sonuncu ona pensiyasının artırıldığını bildirmiş və 2018-ci ilin iyun ayından etibarən onun aylıq pensiyasının məbləği 1650 manat olmuş və hər ay həmin məbləğdə pul onun kartına köçürülmüşdür. Lakin, bundan sonrakı dövrdə də Təqsirləndirilən şəxs əvvəlki illərə görə ona hesablanaraq onun kartına köçürülmüş pulları da ona verməsini ondan tələb etmişdir. Buna görə də o, 2018-ci ilin dekabr ayınadək hər ay aldığı 1650 manat pensiya pulunu o, Təqsirləndirilən şəxs sonuncunun yaşadığı evin yaxınlığında, yəni, Bakı şəhəri 4-cü mikrorayonda yerləşən parkın və “Yeganə” şadlıq sarayının yaxınlığında vermişdir. 2019-cu ilin dekabr ayının ortalarınadək aldığı pensiya pullarını o, eyni qaydada Təqsirləndirilən şəxs vermişdir. 2019-cu ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək onun pensiyasının əvvəlki illərə görə olan fərq məbləğinin qalan hissəsinin hamısının birdəfəlik ödənilməsi qərarı verildiyini, kartına bir dəfəyə 89000 manat məbləğində pul köçürüldüyünü bildirib həmin məbləğdə pulu kartından hissə-hissə çıxarıb ona verməsini ondan tələb etmişdir. Bununla bağlı 06 yanvar 2020-ci il tarixdə saat 17- radələrində Bakı şəhəri ərazisində “Yeganə” şadlıq sarayının yaxınlığındakı parkda görüşəndə Təqsirləndirilən şəxs yenə də həmin 89000 manat pulu kartından çıxarıb ona verməsini tələb etmiş, o isə bundan imtina edərək həmin pulu ona verməyəcəyini bildirmişdir. Beləliklə, 2019-cu ilin dekabr ayınadək o, Təqsirləndirilən şəxs təxminən 50000 manat məbləğində pensiya pulunu vermişdir. 2019cu ilin dekabr ayının sonunda pensiyası ilə bağlı ona əlavə olaraq 89000 manat pul köçürüldüyünü bildikdən sonra o, ona hesablanmış pensiya məbləğinin külli miqdarda olmasını bilmiş və buna görə də qanuni qaydada aldığı pensiya pulunu Təqsirləndirilən şəxs verməkdən imtina etmişdir. Beləliklə, 2018-2019-cu illər ərzində Təqsirləndirilən şəxs onu aldadaraq onun 50000 manat civarında pulunu ələ keçirmişdir. Onu da bildirmək istəyir ki, bu barədə o, Təqsirləndirilən şəxs öz iradlarını bildirdikdə, Qafqaz ondan aldığı pulların az bir hissəsi ona çatdığını, qalan pulları isə “yuxarıya”, yəni özündən yuxarı vəzifədə olan şəxslərə verdiyini demiş, lakin konkret olaraq kimlərə verdiyi barədə ona bir söz deməmişdir. Bu barədə öz aralarında söhbət edən zaman o, Təqsirləndirilən şəxs pensiyasını alması üçün problem yaratmamaları üçün ona əlavə olaraq ona hesablanmış puldan 10000-15000 manat məbləğində pulu ona verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs isə onun təklifi ilə razılaşmayaraq 89000 manat pulun tam olaraq ona verməsini tələb etmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs onun pensiyasına problem yaradıldığı halda ondan Sosial Müdafiə Fonduna şikayət edəcəyini bildirmişdir. Onu da bildirmək istəyir ki, həmin 06 yanvar 2020-ci il tarixdə aralarında olan söhbət zamanı o, Təqsirləndirilən şəxsla öz arasında olan danışıqları özünə məxsus mobil telefon vasitəsi ilə yazmışdır ki, gələcəkdə pensiya məsələsində problem yaransa, Təqsirləndirilən şəxs ondan pul aldığını sübut edə bilsin. Həmin səs yazılarını o, sonra ayrıca bir diskə köçürtmüş və iş üzrə istintaq zamanı müstəntiqə təqdim etmişdir. Həmin danışıqlar istintaq zamanı yoxlanılmış və Təqsirləndirilən şəxs ondan 89000 manat pulu tələb etdiyi və əvvəllər ondan 50000 manat məbləğində pul aldığını etiraf etdiyi barədə aralarında danışıq olduğu təsdiq olunmuşdur. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs öz kartına köçürülmüş 89000 manat pulu çıxarıb ona verməkdən imtina etdiyindən bir neçə gün sonra o, kartından pul çıxarmaq istəyərkən pensiya kartının blokda olduğunu görmüşdür. Buna görə də o, Təqsirləndirilən şəxs zəng edərək bu barədə demiş və onun və yaxud başqa şəxslərin pensiya kartının bloklanması ilə əlaqələrinin olub-olmadığını soruşmuşdur. Lakin, Təqsirləndirilən şəxs ona konkret bir cavab verməmişdir. Bundan sonra o, Dövlət Sosial Müdafiə Fonduna şikayət edərək əsassız olaraq pensiyasının ödənilməsinin dayandıldığını və Təqsirləndirilən şəxs ona qarşı etdiyi həmin qanunsuz hərəkətləri barədə bildirmişdir. O zaman ona Dövlət Sosial Müdafiə Fondundan pensiya kartı üzrə ödənişlərin onun özü tanımadığı audit tərəfindən dayandırıldığını və buna səbəb kimi pensiya işində onun əmək kitabçasının surətinin olmamasını bildirmişlər. O isə ona pensiya təyin olunan zaman əmək kitabçasının surətini Təqsirləndirilən şəxs təqdim etdiyini bildirmişdir. Buna görə də o, əmək kitabçasının surətini yenidən Fonda təqdim etmiş və bundan sonra ona güzəştli şərtlərlə pensiyasının düzgün olaraq təyin olunduğunu bildirilmişlər. Daha sonra onun şikayəti ilə bağlı Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Orada o, Təqsirləndirilən şəxs ona qarşı etdiyi həmin qanunsuz hərəkətləri barədə, yəni onu aldadaraq güzəştli şərtlərlə pensiya almasını təmin etməsi adı və ondan aldığı pulların çox hissəsini özündən vəzifədə yuxarı olan şəxslərə verəcəyi adı ilə ondan əlli min manatdan yuxarı məbləğdə pul aldığını və onun pensiya kartına köçürülmüş səksən doqquz min manat pulu də ona verməsini tələb etdiyini bildirmişdir. Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma zamanı da ona qanuni olaraq güzəştli şərtlərlə pensiya təyin olunduğu təsdiq olunmuşdur. Verilmiş suallara cavab olaraq biuldirmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı qərəzli münasibəti və ya arlarında heç bir ədavət yoxdur. Qeyd etdiyi kimi Təqsirləndirilən şəxs ona güzəştli pensiyasının düzəlməsi üçün 2017-ci il ərzində hissə-hissə olmaqla ondan cəmi 3500 manat pul almışdır. Daha sonra isə ona güzəştli pensiya təyin olunduqdan sonra 2018-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayının ortalarınadək hər ay üzrə onun bank kartına köçürülmüş pulları, yəni təxminən əlli min manat civarında pulu ikilikdə ondan almışdır. Təqsirləndirilən şəxs həmin pulları ondan onun pensiya işi ilə bağlı problem yaranmaması üçün güya ki, özündən yuxarı vəzifədə işləyən şəxslərə verəcəyi adı ilə almışdır. Təqsirləndirilən şəxs ondan aldığı pulları konkret olaraq kimə verəcəyi barədə ona bir söz deməmiş və ondan aldığı pulları Təqsirləndirilən şəxs hər-hansı bir şəxsə verib-vermədiyi barədə onun məlumatı yoxdur. 2018-2019-cu illər ərzində güzəştli şərtlərlə hesablanmaqla onun bank kartına köçürülmüş pensiya pullarını, yəni cəmi 50000 manat civarında pulu "xxxx" ASC-nin Xırdalan filialından şəxsən onun özü almışdır. O, öz bank kartını heç vaxt Təqsirləndirilən şəxs verməmiş və sonuncu onun əvəzinə pensiya pulunu almamışdır. Yuxarıda qeyd etdiyi kimi, həmin dövrdə aldığı pensiya pullarını o, Təqsirləndirilən şəxs vermişdir. Onun özü ali təhsilli olmaqla, onun bank kartına köçürülmüş pulların ona qanuni qaydada, yəni qüvvəyə minmiş məhkəmə qərarı əsasında güzəştli şərtlərlə ödənilməli olan pensiya pulu olmasını bilmişdir. Ona güzəştli şərtlərlə ödənilməli olan pensiya pullarını öz aralarında bölüşmək barədə Təqsirləndirilən şəxsla onun arasında heç bir razılaşma olmamışdır. O zaman Təqsirləndirilən şəxs ona əvvəlki illərə görə güzəştli şərtlərlə ödənilməli olan pullarını ona verməli olduğunu, həmin pulu vermədiyi halda onun pensiya işində problem yaranacağını demişdir. Buna görə də o, həmin dövrdə aldığı pensiya pulunu ona vermişdir. 2017-ci illdə cəmi 3500 manat məbləğində pulu o, Təqsirləndirilən şəxs ona güzəştli şərtlərlə pensiya alması işi düzəltməsi üçün vermişdir. Həmin pulu o, Təqsirləndirilən şəxs borc kimi verməmişdir. Ona güzəştli şərtlərlə pensiya təyin olunduqdan sonra onlar öz aralarında razılaşaraq Təqsirləndirilən şəxs ondan aldığı həmin 3500 manat məbləğində pulu öz borcu kimi heablamasını xahiş etmiş və hissə-hissə olmaqla həmin puldan iki min manat məbləğində pulu ona qaytarmışdır. Qalan min manat pulu isə o, Təqsirləndirilən şəxs bağışlamışdır. Təqsirləndirilən şəxs ağır xəstə olmasını və həmçinin ona dəymiş maddi zərəri aradan qaldırdığına gör o, hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır və ona qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs o, keçmiş iş yoldaşı kimi 2017-ci ilin oktyabr ayından tanyır. Təqsirləndirilən şəxsla həmişə yaxşı münasibətlərdə olmuş və hal-hazırda da münasibətləri yaxşıdır. Onun özü 2006-cı ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, yəni əvvəlki Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləmişdir. O cümlədən 2008-ci ildən isə Fondun Abşeron rayon şöbəsində müxtəlif vəzifələrdə, 2017-ci ilin oktyabr ayından 2019-cu ilin may ayınadək isə həmin şöbədə Pensiya sektorunun müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 17 oktyabr 2017-ci il tarixdə onun rəhbərlik etdiyi sektora məsləhətçi vəzifəsinə təyin olunmuş və onunla o zaman tanış olmuşdur. Şahid1 onun özü əvvəllər tanımamış və həmin şəxslə onun heç bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs Şahid1 güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı hər-hansı bir qanun pozuntularına yol verdiyi barədə onun məlumatı olmamışdır. Onu da bildirmək istəyir ki, Sosial Müdafiə Fondunun Abşeron şöbəsində dörd nəfər məsləhətçi işləmiş və rayonun ərazisi həmin məsləhətçilər arasında qeyri-rəsmi olaraq bölünmüşdür. Hər bir məsləhətçiyə və o cümlədən məsləhətçi Təqsirləndirilən şəxsla aid olan sənədlər kargüzarlıqda ayrıca qovluqda toplanmış və qovluq şəklində imzalanması üçün ona təqdim olunmuşdur. O isə həmin sənədləri yoxlayıb imzaladıqdan sonra həmin sənədləri şöbə müdirinə təqdim etmişdir. Yuxarıda qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi şöbədə 17 oktyabr 2017-ci il tarixdən etibarən işləmiş, onun özü isə 03 mart 2019-cu il tarixdə həmin işdən azad edilmişdir. Həmin şöbədə işlədiyi müddət ərzində onun tabeçiliyində işləmiş Təqsirləndirilən şəxs hər-hansı bir qanunsuz hərəkətlərə yol verdiyi barədə onlara heç bir şikayət daxil olmamışdır. Şahid1 güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı məhkəmə qərarları və digər sənədlər Fondun Abşeron şöbəsinə 2018-ci ilin yanvar ayının əvvəllərində daxil olmuş və həmin işlə Təqsirləndirilən şəxs məşğul olmuşdur. Təqsirləndirilən şəxs Şahid1 pensiya təyin olunması ilə bağlı ondan pul tələb etməsi və ya alması barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, 2002-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə, 2016-cı ilin iyul ayından 29 may 2018-ci il tarixədək isə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin müdiri vəzifəsində işlədiyini və sonra öz ərizəsi əsasında vəzifədən azad edildiyini, Təqsirləndirilən şəxs 17 oktyabr 2017-ci il tarixdən etibarən, sonuncu onun rəhbərlik etdiyi şöbənin Pensiya sektorunun məsləhətçisi vəzifəsinə təyin edildikdən sonra tanıdığını, Şahid1 tanımadığını, Abşeron şöbəsində dörd nəfər məsləhətçi işlədiyini və rayonun ərazisi həmin məsləhətçilər arasında şərti olaraq bölündüyü, Təqsirləndirilən şəxs 17 oktyabr 2017-ci il tarixdən etibarən onun rəhbərlik etdiyi şöbədə işlədiyi, onun özü isə 29 may 2018-ci il tarixdə həmin işdən azad edildiyi, Şahid1 pensiya təyin olunması ilə bağlı məhkəmə qərarları və sairə barədə onun məlumatı yalnız, pensiya işi Abşeron şöbəsinə gətiriləndən, yəni 04 yanvar 2018-ci il tarixdən sonra olduğu, sonuncunun pensiya işi ilə Təqsirləndirilən şəxs məşğul olduğu, Təqsirləndirilən şəxs Şahid1 pensiya təyin olunması ilə bağlı ondan pul tələb etməsi və alması barədə məlumatı olmadığı, eləcə də Şahid1 təyin olunmuş, əvvəlki illərə görə ödənilən pensiya məbləğlərinin Təqsirləndirilən şəxs tərəfindən tələb olunub alınması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2011-ci ildən Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB Ceyranbatan Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsində mühasib vəzifəsində işləyir. Mühasib kimi onun vəzifəsi xidməti ərazidəki mənzillərdən yığılan kommunal pulların qeydiyyatını apararaq mühasibatlıq kitabına yazmaqdan, həmçinin müraciət etmiş şəxslərə müvafiq arayışlar yazaraq bu kimi sənədləri qeydiyyat kitabına salmaqdan və digər vəzifələrdən ibarətdir. İş üzrə Təqsirləndirilən şəxs və həmçinin Şahid1 əvvəllər tanımamış və həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Həmin şəxslər barədə 2020-ci ilin ortalarında Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə dəvət olunan zaman eşidib bilmişdir. O zaman ona məlum olmuşdur ki, onun tərəfindən Şahid1 onun Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə küçəsi ev 68 ünvanda qeydiyyatsız yaşaması barədə işlədiyi Mənzil Təsərrüfatı İstismar Təmir Sahəsinin adından 26 dekabr 2017-ci il tarixli, 1811 nömrəli arayış verilmişdir. Həmin arayışla o, tanış olaraq həmin arayışı şəxsən özü yazıb təsdiq etdiyini və həmin arayışı qeydiyyat kitabında qeydə aldığını bildirmişdir. Şahid1 adlı şəxsi tanmadığını və xatırlamadığını bildirmişdir. Bununla bağlı bildirmək istəyir ki, yaşayış yeri üzrə arayışlar bir qayda olaraq adına arayış verilən şəxsin şəxsiyyət vəsiqəsi əsasında verilir və tam əmindir ki, həmin arayış Şahid1 şəxsiyyət vəsiqəsi əsasında onun tərəfindən verilmişdir. Lakin, Şahid1 hansı şəraitdə ona müraciət etdiyini xatırlamır. Onu da bildirmək istəyir ki, o zaman ona məlum olmuşdur ki, Şahid1 faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində qeydiyyatdadır. Bununla bağlı bildirmək istəyir ki, o, Şahid1 adlı şəxsin adına tərtib etdiyi arayışda onun Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə küçəsi ev 68 ünvanda qeydiyyatda olmasını yox, həmin ünvanda qeydiyyatsız yaşadığı barədə arayış tərtib etmişdir. Belə ki, Ceyranbatan qəsəbəsində yeni salınmış məhəllədə olan fərdi yaşayış evlərində vətəndaşların əksər hissəsi qeydiyyatsız yaşayır. Bu kimi şəxslərə yaşayış yeri üzrə arayış verilən zaman həmin şəxsin faktiki olaraq həmin ünvanda yaşayıb yaşamadığı qonşuların təsdiqi və həmçinin həmin ünvanda olan fərdi yaşayış evi üzrə nə kimi sənədlərin olması aydınlaşdırılır. Buna görə də tam əmindir ki, Şahid1 adına həmin arayışı tərtib edən zaman həmin ərazidə yaşayan şəxslərdən kimsə həmin şəxsin orada qeydiyyatsız yaşadığını təsdiq etmişdir. Lakin, hadisədən uzun müddət keçdiyinə görə həmin arayışı hansı şəraitdə tərtib etdiyini hal-hazırda xatırlamır. Onu da bildirmək istəyir ki, o zaman Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində olan zaman ona Şahid1 adlı şəxsin ümumiyyətlə Ceyranbatan qəsəbəsində yaşamadığı ona bildirilmişdir. Lakin, bir daha bildirir ki, həmin arayışı tərtib etməsi ilə bağlı onun heç bir şəxsi marağı olmamışdır və tam əmindir ki, həmin arayışı tərtib edən zaman Şahid1 şəxsiyyət vəsiqəsi ona təqdim edilmiş və həmin sənədə əsasən onun Ceyranbatan qəsəbəsində qeydiyyatda olmadığını müəyyən edərək, həmin şəxsin qeyd edilən ünvanda qeydiyyatsız yaşadığını qeyd etmiş və həmin şəxsin orada yaşadığını sakinlərdən kimsə təsdiq etmişdir. Bir daha bildirir ki, qeyd edilən arayışı tərtib etməkdə onun heç bir şəxsi marağı olmamış, Təqsirləndirilən şəxs adlı şəxsi və yaxud Şahid1 əvvəllər tanımamış və həmin şəxslərlə heç bir münasibəti yoxdur. Belə hesab edir ki, öz iş fəaliyyəti ilə bağlı gün ərzində müxtəlif arayış və digər sənədlər tərtib etməklə, işi çox olduğuna görə, Şahid1 adlı şəxsin özü və yaxud digər şəxs onun diqqətsizliyindən istifadə edərək həmin arayışı ondan əldə etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 2013-cü ildə prokurorluq orqanlarından pensiyaya çıxdıqdan sonra, bir neçə dəfə məhkəmələrdə mülki işlər üzrə nümayəndə kimi fəaliyyət göstərmişdir. Pensiyası düzgün hesablanmadığından dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət etmiş və Təqsirləndirilən şəxs həmin şöbənin əməkdaşı kimi tanımışdır. Şahid1 adlı şəxslə təxminən 3-4 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsində təsadüfən tanış olmuşdur. Özünün pensiya işiylə bağlı qeyd olunan şöbədə olduğu zaman Şahid1 onun hüquqşünas olduğunu həmin şöbənin hansısa işçisindən eşitdiyini bildirib, özünə aid olan sənədləri göstərib hansısa zərərli iş yerində işlədiyinə görə ona güzəştli şərtlərlə pensiya düşdüyünü, lakin pensiyasının düzgün hesablanmadığını, pensiyasının yenidən hesablanmasını istədiyini deyib, sənədlərinə baxmağı, müvafiq hüquqi məsləhət verməyi xahiş etmişdir. Onun sənədlərinə baxanda həqiqətən də, güzəştli şərtlərlə pensiya almaq hüququnun olmasını görüb, bunun üçün məhkəməyə müraciət etmək lazım olduğunu demişdir. Şahid1 həmin işlərdən anlayışının olmadığını, məhkəməyə müraciət etməyin belə qaydasını bilmədiyini deyəndə ona köməklik etmək qərarına gəlib, özünə eibarnamə verməsini təklif etmişdir ki, onun adından məhkəmə müraciət edib, məhkəmə proseslərində iştirak etsin. Ancaq, bunun üçün Şahid1 heç bir xitmət haqqı, pul və ya digər əmlak tələb etməmiş, almamış, təmənnasız şəkildə kömək etmək niyyətində olmuşdur. Şahid1 ona etibarnamə vermiş və sonuncunun adından iddia ərizəsi yazaraq 1 saylı İnzibati-İqtisad Məhkəməsinə vermiş, məhkəmə baxışında da nümayəndəsi kimi iştirak etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, Nazirlik tərəfindən həmin qərardan apellyasiya şikayətinin verilməsinə baxmayaraq, həmin şikayət təmin edilməmişdir. Sonradan qərardan kassasiya şikayətinin verilib-verilmədiyindən onun xəbəri olmamış və Şahid1 bir daha görməmiş, sonradan onunla heç bir əlaqəsi, o cümlədən, telefon əlaqəsi olmamışdır. Həmin ərəfələrdə məhkəmə hakimliyinə imtahan vermək fikrinə düşdüyündən və uzun illər prokurorluq orqanlarında çalışdığına görə mülki hüquqi sahədən uzaq düşdüyündən, bir neçə mülki işlər üzrə təmənnasız olaraq nümayəndə kimi iştirak etmişdir ki, mülki-hüquqi sahənin incəliklərinə bələd olsun. Həmin hüquqi yardımı göstərməyinin müqabilində Miryasindən və ya digər şəxsdən, o cümlədən Təqsirləndirilən şəxs pul və ya digər əmlak şəklində zəhmət haqqı tələb etməmiş, almamışdır. Təqsirləndirilən şəxs güzəştli şərtlərlə pensiya təyini üçün Miryasindən nə vaxtsa, hansısa məbləğdə pui və ya digər əmlak tələb edib aimasından isə məlumatı olmamışdır. Ümumiyyətlə, Təqsirləndirilən şəxs pensiya təyini üçün Miryasinə hansısa şəkildə, yəni hansısa sənədlərin hazırlanması, məsləhətlər verilməsi və s. yolu ilə köməklik etməsi barədə məlumatı olmamış, Miryasin ona bu barədə heç nə deməmişdir. Şahid1la yalnız bircə dəfə, xatırlamadığı tarixdə ilk dəfə ona müraciət edəndə görüşmüş, sənədlərinə baxıb yardım etməyə söz vermiş, şəxsiyyət vəsiqəsini vermiş, sonuncu hansısa notariat kontorunda onun adına etibarnamə yazdırıb və dərhal da, elə həmin gün Fondun Yasamal şöbəsində etibarnaməni, eləcə də pensiyası ilə bağlı zəruri sənədlərini ona vermişdir. Məhkəmə qərarlarını da heç vaxt Şahid1 verməmişdir. Çünki, həmin qərarların surəti poçtla ona da göndərilmişdir. Özünə çatan qərar nüsxələrini isə təcrübə, xatirə olaraq özündə saxlamışdır. (cild 2, İş vər. 20-23). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Mənzil Kommunal Birliyində landşaft lizayner vəzifəsində işləyir. Əvvəllər Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB Ceyranbatan Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin rəisi vəzifəsində işləmişdir. Həmin quruma müraciət etmiş şəxslərə arayışlar yazmaq, onları qeydiyyat kitabına salmaq mühasib Şahid5 vəzifəsi olmuşdur. Sonuncunun tərtib etdiyi arayışları isə imza və möhürlə o təsdiq etmişdir. Şahid1 və Təqsirləndirilən şəxs adlı şəxsləri əvvəllər tanımamış və heç biri ilə münasibəti olmamışdır. Həmin şəxslərin adlarını hazırki zaman eşidib bilmişdir. Şahid1 barəsində nə vaxtsa arayış verdiklərini unutmuşdur. Cinayət işinin materiallarında olmaqla ona təqdim edilmiş, Ceyranbatan Mənzil Təsərrüfatı İstehsalat-İstismar Təmir Sahəsi tərəfindən verilmiş 26.12.2017-ci il tarixli, 1811 nömrəli arayışın surətində Şahid1 Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə küçəsi ev 68-də qeydiyyatsız yaşadığının göstərilməsi ilə bağlı bildirir ki, həmin arayışın mətnindəki əlyazmaları Şahid5 yazmışdır. Bununla bağlı bildirir ki, həmin xarakterli arayışlar bir qayda olaraq adına arayış verilən şəxsin şəxsiyyət vəsiqəsi əsasında verilir. Şəxsiyyət vəsiqəsini təqdim etməyən şəxslərə isə arayış verilmir. Qeyd olunan arayış da, Şahid1 şəxsiyyət vəsiqəsi əsasında verilmişdir. Şahid1 adlı şəxs Bakı şəhəri, Yasamal rayonu, 13-cü Xreptovı, ev 114 V-də qeydiyyatdadır. Belə məlum olur ki, həmin şəxs Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə küçəsi ev 68-də qeydiyyatsız yaşamışdır. Görünür elə buna görədir ki, həmin şəxsə verilmiş arayışda həmin ünvanda qeydiyyatsız yaşadığı qeyd edilmişdir. Adətən qeydiyyatsız yaşayan şəxslərin adlarına arayış veriləndə, həmin şəxsin həmin ünvanda faktiki olaraq yaşadığını sorğular edib müəyyənləşdirilir. Həmin işi mühasib özü həll edir və dəqiqləşdir. ünvan 7 ünvanı mövcud olan bir ünvandır. Mühasibin tərtib etdiyi arayışları isə sadəcə olaraq onun özü təsdiq etmişdir. Arayışın sonundakı “Mühasib Şahid5” yazılarının qarşısında Ramilə imza etməli olmuş, “Əliyeva” sonuncunun familiyasıdır. Sadəcə ofaraq görünür sonuncu orada imza etməyi unudub. Mövcud qayda belədir ki, arayış almaq istəyən adam bir qayda olaraq ilk olaraq mühasibə yaxınlaşmış və mühasib həmin şəxsin adına arayış tərtib edib imzasıyla təsdiq edib, qeydiyyata almışdır. Bundan sonra o rəis kimi arayışı imza və möhürlə təsdiq etmişdir. Qeydiyyatda olmayan şəxslərə yaşayış yeri barədə arayış veriləndə isə həmin şəxsləri rəis kimi o özü qəbul etmişdir. Şahid1 qeydiyyatda olmadığı halda ərazidə yaşaması barədə arayış verildiyinə görə, sonuncunu güman ki, o özü şəxsən qəbul etmişdir. ünvan 7 ünvanında kimlərin qeydiyyatda olması, yaşaması barədə məlumatı yoxdur. Həmin ünvanın sahibini tanımır və Şahid1 həqiqətən orada yaşayıb-yaşamadığını soruşmamışdır. Şahid1 ünvan 7 ünvanında heç vaxt qeydiyyatda olmadığını və yaşamadığını bildirməsi ilə bağlı yalnız onu bildirmək istəyir ki, həmin şəxsin şəxsiyyət vəsiqəsi təqdim olunmasa ona arayış verilməsi mümkünsüz olmuşdur. Onun şəxsiyyət vəsiqəsindən başqa inzibati ərazidə qeydiyyatda olması göründüyü halda isə güman ki, belə hallarda olduğu kimi, yaşadığını dediyi ünvanda qonşularını və s. soruşmuş, onun həmin ünvanda qeydiyyatsız yaşadığına əmin olduqdan sonra mühasib həmin arayışı tərtib edib vermişdir. Şahid1 guya ünvan 7 ünvanında yaşaması barədə tərtib edilmiş 26.12.2017-ci il tarixli, 1811 nömrəli arayışın əsasında onun pensiya işinin Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsindən Abşeron rayon şöbəsinə köçürülməsi ilə bağlı bildirir ki, Şahid1 və Təqsirləndirilən şəxs adlı şəxsləri tanımır və həmin şəxslərin bir-biri ilə hansı münasibətinin, əlaqəsinin olması, onların harada işləmələri, pensiya alıb-almadıqları barədə məlumatı yoxdur. (cild 2, iş vər. 24-27). Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, «Cinayət işinin başlaması haqqında» 13 iyun 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi 13 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun müavini -Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş, Bakı şəhər sakini Şahid1 Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə müraciəti ilə əlaqədar toplanmış material və bununla bağlı aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs hərəkətlərində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkib əlamətlərinin olmasına dair kifayət qədər dəlillərin müəyyən edilməsi ilə əlaqədar fakta görə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə başlanmış və iş üzrə istintaqın aparılması həmin Baş idarənin İstintaq idarəsinə həvalə edilmiş, 13 iyun 2020-ci il tarixdə həmin cinayət işi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsini mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X8 tərəfindən icraata qəbul olunaraq iş üzrə ibtidai istintaqı aparılmışdır. (cild 1, cild 1, iş vər. 4-5, 194). Cinayət işinin materiallarında olmaqla Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 21.04.2015-ci il tarixli 534 nömrəli qərarının surətindən görünür ki, ərizəçi Şahid1 yaşa görə 12.03.2015-ci il tarixdən ömürlük 168,08 manat məbləğində pensiya təyin edilmişdir. (cild 1, iş vər. 17). İş materiallarında olmaqla Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi üzrə «Pensiya miqdarının dəyişdirilməsi haqqında» 15.03.2019-cu il tarixli sərəncamın surətindən görünür ki, Şahid1 pensiyasının məbləği ömürlük 2001,37 manat müəyyən edilmişdir. (cild 1, iş vər. 43). Cinayət işinin materiallarında olmaqla Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi üzrə «Pensiya miqdarının dəyişdirilməsi haqqında 01.06.2018-ci il tarixli sərəncamın surətindən görünür ki, məhkəmə qərarına əsasən Şahid1 pensiyasının məbləği ömürlük 1686,38 manat müəyyən edilmişdir. (cild 1 (cild 1, iş vər. 44). İş materiallarında olmaqla Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi üzrə «Pensiya miqdarının dəyişdirilməsi haqqında» 05.01.2018-ci il tarixli sərəncamın surətindən görünür ki, məhkəmə qərarına əsasən Şahid1 pensiyasının məbləği ömürlük 1215,34 manat müəyyən edilmişdir. (cild 1, iş vər. 45). Cinayət işinin materiallarında olmaqla Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin Əmək pensiyası təyin edən komissiyasının 04.04.2018-ci il tarixli 425 nömrəli qərarının surətindən görünür ki, ərizəçi Şahid1 01.01.2018-ci il tarixdən ömürlük 337,34 manat pensiya təyin edilmişdir. (cild 1, iş vər. 46). İş materiallarında olmaqla 19.02.2019-cu il tarixli ərizənin surətindən görunür ki, həmin tarixdə Şahid1 Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsin müdiri İ.İbrahimova ərizə ilə müraciət edərək «Əmək pensiyaları haqqında» qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinin yenidən hasablanmasını xahiş etmişdir. Həmin ərizəyə xx.xx.1952-ci il təvəllüdlü Şahid1 **********432 №li Dövlət Sosial Sığorta şəhadətnaməsinin surəti və həmçinin onun adına tərtib olunmuş Əmək kitabçasının kserosrəti əlavə olunmuşdur. (cild 1, iş vər. 54, 55, 56-60). Cinayət işinin materiallarına əlavə edilməklə Şahid1 öz pensiya sənədlərinin Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsindən tələb edilməsinə dair Abşeron rayon şöbəsinə ünvanlanmış 28.12.2017-ci il tarixli ərizənin surətindən görünür ki, həmin ərizə 04.01.2018-ci il tarixdə 425 nömrə altında qeydə alınmışdır. (cild 1, iş vər. 69). Cinayət işinin materiallarına əlavə edilməklə Abşeron rayonu Ceyranbatan Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsindən verilmiş 26.12.2017-ci il tarixli 1811 nömrəli arayışın kserosurətindən görünür ki, həmin arayışda Şahid1 Ceyranbatan qəsəbəsi, Yeni məhəllə 68 ünvanında qeydiyyatsız yaşadığı göstərilmiş və həmin sənəd Ceyranbatan Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin girdə möhürü ilə təsdiq edilmişdir. (cild 1, iş vər. 70). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 10 yanvar 2017-ci il tarixli, iş № 2-1(81)-1047/2017 saylı qərarının kserosurətindən görünür ki, Şahid1 06.03.1978-ci il tarixdən 13.01.1998-ci il tarixədək Ümumittifaq X1 olan iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahının 1-ci bölməsinin 1.3-cü bəndinəəsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı kimi qəbul edilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 12.03.2009-cu il tarixdən təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. (cild 1, iş vər. 85-88). Cinayət işinin materiallarına əlavə edilmiş ərizə və cavab məktubunun surətindən görünür ki, Şahid1 tərəfindən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məsələsinə baxılmasına dair sonuncu tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə 14.09.2015-ci il tarixli ərizə verilmişdir. Həmin şöbə üzrə 01.12.2017-ci il tarixli cavab məktubundan görünür ki, Şahid1 ona güzəştli iş stajı barəsində aydınlaşdırıcı arayış təqdim etdikdən sonra onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna baxılacağı izah edilmişdir. (cild 1, iş vər. 89, 90). İş materiallarında olmaqla Şahid1 adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış 30 yanvar 2020-ci il tarixli əlyazma formasında tərtib edilmiş ərizənin kserosurətindən görünür ki, Şahid1 həmin tarixdə qeyd edilən nazirliyə şikayət ərizəsi ünvanlayaraq, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs ona qarşı qaunsuz hərəkətlərə yol verərək, sonuncunun ona güzəştli şərtlərlə pensiyanın əvvəlki illərə görə hesablanacaq məbləğini ona verəcəyi təqdirdə təyin olunacağını bildirdiyini, bundan sonra əvvəlki illərə görə hesablanıb ona ödənilmiş pensiya məbləğini, sonuncu dəfə 2019-cu ilin dekabr ayında olmaqla hər ay pensiyasını Təqsirləndirilən şəxs verdiyini bildtirmişdir. Həmçinin 2019-cu ilin dekabr ayında onun pensiya kartına köçürülmüş qalıq məbləği Təqsirləndirilən şəxs ödəməkdən imtina etdiyini, bundan sonra pensiya kartı blok edildiyini, həmin vaxta qədər Təqsirləndirilən şəxs hər ay pul verməklə sonuncuya cəmi 50000 manat pul verdiyini bildirmiş və Təqsirləndirilən şəxs verdiyi pulun, həmçinin bankda bloka alınmış pensiya pulunun ona verilməsində köməklik olunmasını xahiş etmişdir. (cild 1, iş vər. 104). "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarına baxış keçirilməsinə dair 20-21 may 2020-ci il tarixli protokol və həmin protokollara əlavə edilmiş çıxarışlardan görünür ki, həmin MMC-dən istintaqa təqdim edilməklə telefon əlaqələri barədə iki ədəd SD diskdə olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri arasında 2018- 2020-ci illər ərzində çoxsaylı qarşılıqlı zəngləşmələr olunaraq danışıqlar aparılmış və bir çox hallarda anten məlumatları üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd edilən telefon əlaqələri barədə məlumatlar olan iki ədəd SD disk həmin protollara əlavə edilmişdir. (cild 1, iş vər. 134, 135-141, 143, 144 -146). Cinayət işinin materiallarına əlavə edilmiş 12 sentyabr 2008-ci il tarixli 659/K-1 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin Pensiya təyinatı sektorunun aparıcı məsləhətçisi Təqsirləndirilən şəxs 2008-ci il 15 sentyabr tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Fondun Bakı şəhəri Yasamal rayon şöbəsinin Pensiya təyinatı sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. (cild 1, iş vər. 166). Cinayət işinin materiallarına əlavə edilmiş 17 oktyabr 2017-ci il tarixli **********1 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin Pensiya sektorunun aparıcı məsləhətçisi Təqsirləndirilən şəxs əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin Pensiya sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. (cild 1, iş vər. 167). Cinayət işinin materiallarına əlavə edilmiş 25 fevral 2020-ci il tarixli **********6 nömrəli əmrdən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat İdarəsinin Güzəştli təminat verilən şəxslərə pensiya təyinatı sektorunda məsləhətçi vəzifəsində qulluq keçən Təqsirləndirilən şəxs 25 fevral 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla 27 iyul 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (cild 1, iş vər. 168). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat Statistik İnformasiya İdarəsinindən verilmiş 21.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 268). İş materiallarına əlavə edilmiş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, Şahid1 "xxxx" ASC-də olan 676867***7791 nömrəli hesabına 18.01.2018-ci il tarixdən hesablanmaqla 19.01.2018-ci il tarixdə köçürülmüş 5995 manat məbləğində pul vəsaiti 23.01.2018-ci il tarixdə, 14.02.2018-ci il tarixdə hesablanmaqla 15.02.2018-ci il tarixdə köçürülmüş 4.069,28 manat məbləğində pul vəsaiti 21.02.2018-ci il tarixdə, 13.03.2018-ci il tarixdə hesablanmaqla həmin gün köçürülmüş 4.000 manat məbləğində pul vəsaiti 27.03.2018-ci il tarixdə, 09.04.2018-ci il tarixdə hesablanmaqla 10.04.2018-ci il tarixdə köçürülmüş 5.690 manat məbləğində pul vəsaiti 12.04.2018-ci il tarixdə, 07.05.2018-ci il tarixdə hesablanmaqla 08.05.2018-ci il tarixdə köçürülmüş 1.200 manat məbləğində pul vəsaiti, 08.06.2018-ci il tarixdə hesablanmaqla 11.06,2018-ci il tarixdə köçürülmüş 1200 manat məbləğində pul vəsaiti, 10.07.2018-ci il tarixdə hesablanmaqla 11.07.2018-ci il tarixdə köçürülmüş 1663 manat məbləğində pul vəsaiti, 08.08.2018-ci il tarixdə hesablanmaqla 09.08.2018-ci il tarixdə köçürülmüş 1.069,71 manat məbləğində pul vəsaiti və 09.08.2018-ci ii tarixdə hesablanmaqla 13.08.2018- ci il tarixdə köçürülmüş 587,58 manat məbləğində pul vəsaiti, 08.09.2018-ci il tarixdə hesablanmaqla 10.09.2018-ci il tarixdə köçürülmüş 1.657,29 manat məbləğində pul vəsaiti, 08.10.2018-ci il tarixdə hesablanmaqla 09.10.2018-ci il tarixdə köçürülmüş 1.657,29 manat məbləğində pul vəsati, 07.11.2018-ci il tarixdə hesablanmaqla 08.11.2018-ci il tarixdə köçürülmüş 1.657,29 manat məbləğində pul vəsaiti, 10.12.2018-ci il tarixdə hesablanmaqla həmin gün köçürülmüş 1657,29 manat məbləğində pul vəsaiti, 16.01.2019-cu il tarixdə hesablanmaqla həmin gün köçürülmüş 1657,29 manat məbləğində pul vəsaiti, 15.02.2019-cu il tarixdə hesablanmaqla həmin gün köçürülmüş 1.707,88 manat məbləğində pul vəsaiti, 12.03.2019-cu il tarixdə hesablanmaqla həmin gün köçürülmüş 1.657,29 manat məbləğində pul vəsaiti, 09.04.2019-cu il tarixdə hesablanmaqla 10.04.2019-cu il tarixdə köçürülmüş 1921,69 manat məbləğində pul vəsaiti, 08.05.2019-cu il tarixdə hesablanmaqla həmin gün köçürülmüş 1.657,29 manat məbləğində pul vəsaiti, 10.06.2019-cu il tarixdə hesablanmaqla 11.06.2019-cu il tarixdə köçürülmüş 1.657,29 manat məbləğində pul vəsaiti, 08.07.2019-cu il tarixdə hesablanmaqla 09.07.2019-cu il tarixdə köçürülmüş 1.657,29 manat məbləğində pul vəsaiti, 07.08.2019-cu il tarixdə hesablanmaqla 08.08.2019-cu il tarixdə köçürülmüş 1.657,29 manat məbləğində pul vəsaiti, 10.09.2019-cu il tarixdə hesablanmaqla həmin gün köçürülmüş 1.657,29 manat məbləğində pul vəsaiti, 10.10.2019-cu il tarixdə hesablanmaqla həmin gün köçürülmüş 1.657,29 manat məbləğində pul vəsaiti, 08.11.2019-cu il tarixdə hesablanmaqla həmin gün köçürülmüş 1.657,29 manat məbləğində pul vəsaiti, 05.12.2019-cu il tarixdə hesablanmaqla 06.12.2019-cu il tarixdə köçürülmüş 1657,29 manat məbləğində pul vəsaiti isə 08.05.2018-ci il tarixdən 16.12.2019-cu il tarixədək olan müddətdə həmin hesabdan çıxarılmışdır. (cild 1, iş vər. 270-271, 273-274). İş materiallarında olmaqla Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsindən daxil olmuş 29 iyul 2020-ci il tarixli rəydən görünür ki, Şahid1 05.01.2018-ci il tarixdən 31.12.2019-cu il tarixədək hesablanaraq ödənilən pensiya məbləği 40929,37 manat, 12.03.2009-cu il tarixdən 01.01.2018-ci il tarixədək olan dövr üçün nəzərə alınmayan əvvəlki dövrlərə görə yenidən hesablanmış və 01.01.2018-ci il tarixdən 31.12.2019-cu il tarixədək ödənilmiş pensiya məbləği 142069,86 manat olmaqla, ümumilikdə Şahid1 ödənilmiş pensiya məbləği cəmi 182999,23 manat təşkil etmişdir. (cild 1, iş vər. 277-280). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 24.07.2020-ci il tarixli 19/51-6711 №-li məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü, ünvan 11 ünvanda yaşayan Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda deyil. (cild 2,iş vər. 4). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 20.07.2020-ci il tarixli 4492 №-li məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü, ünvan 11 ünvanda yaşayan Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda deyil və həmin xəstəxanada müalicədə olmayıb. (cild 2,iş vər. 6). Cinayət işi üzrə təyin edilməklə keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 12 avqust 2020-ci il tarixli 4/474 nömrəli məhkəmə-fonoskopik ekspertizasının ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş bir ədəd “GOLD” markaiı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş bir ədəd “GOLD” markalı CD diskdə olan mübahisəli fonoqramdakı istintaqı maraqlandıran və tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Həmin rəyin tədqiqi hissəsində həmin şəxslərin arasında aparılmış danşığın mətni əks etdirilmiş və o cümlədən həmin şəxslər arasında aşağıdakı məzmunda danışıqların olması qeyd edilmişdir: -K1-Salam. Nətərsiz? Kefin-halın? -K2-Sağ ol, siz nətərsiz?, -K2- Sağ ol, sənnən belə. Sənə mesaj gəlmədi? Gəlif?, -K1-Gəlibdi. - K2- 89 idi, hə?, -K1-89, - K2- Hə., -K1- İndi neyniyəciyik?, - K2-İndi onu ordan götürməy lazımdı yavaş-yavaş. - K1- Belə siz məndən daha çox alırsız ey, sizin qazancınız məndən qat-qat çoxdu. İki ildi., iki ilə, şeydə 50.000 vermişəm sizə. - K2- Əşşi canın sağ olsun da indi biz dedik ki, ordan gedəy. -K1- Mən sabah başımı yerə qoydumsa, mən heç bir şey, - K2- Oy allah eləməsin. -K1-Yox kim nə bilir ki, kimin başına nə iş gələcək. Sən bilirsənmi burdan çıxıb gedəcəksən kimin başına nə iş gələcək. Və yaxud mən də bilmirəm, düzdümü? Mən hələ onu bir 10 il buna qədər heç bu pulu ala bilmərəm ordan. Hesablıyıram ki, yığılsa da heç 10 ilə onu alacam, almıyacam. Mən də 10 ilə onu yaşıyacam, yaşamıyacam.- K2- Allah ömür versin. -K1- Onu sən bilirdin, saldın o yola. Mən başa düşürəm, yəni ki, bu qanundadı, qanundan kənar bir iş görməmişik ki, məsələn diyək ki, bunu gətirdik yazdıq bunun adına və yaxud da ki, məhkəmə qərar çıxardı saa düşmürdü heç bir şey dəə, gətirdik bunu şey, saldıq bura. Burda bu belədi ki, bu mənə düşürdü. Sadəcə olaraq mən onu bilmirəm. Sən onu .ağıllı oğlansan, bunnarı bilirsiz, elədiz. Bunu da mən da siz o elədiyinizin, dastatıçnı mən sizə pul vermişəm də. Əy indi gəl belə danışaq dəə, 50000.. düzdümü? Mən sənin xətrini dünyalar qədər istəyirəm. Söhbət şeydən getmir haa.- K2 - Mən də istəyirəm. Telefonun zadın açıq olar birdən. Yox birdən deyirəm olar da. -K1- Yox da, elə söhbət yoxdu ki. Sən biz yəni səniynən söhbət eliyib elə şey eliyən deyiləm, götürüb ona görə. Sözümüzü deyirik, açıq bir birimizə sözümüzü diyəciyik da burda telefonluq söhbət yoxdu ki. Elə bir adam deyiləm ki, kiməsə burda qniloyluq eliyək bir şey eliyək. - K2 -Biz də bildik ki, kimə nə sözü dedik ona. -K1- Söhbət ondadı ki, siz məni tanımısınız, mən də sizi tanıyıram. İndi burada bax siz mənə açıq deyim talıyıbsız uje. -K2 -Yox ey yox, vallah billah. Bax mən gəl and içim ki, o, o əmələ gəlmiyən bir şey idi, biz elədik da onu. -K1 -Öz canımçün, mən bax bu iki ilin ərzində mən cəmisi 35000 almışam, sizə mən 50000 pul vermişəm. -K2 -Vallah onu sənin cibinə gedib, allah balanın xeyrinə qismət eləsin özünə. Ordan mənim cibimə gəlmiyidi də, indi belə diyəy də indi. -K1 - Yox, bizim söhbətdən yox, başqa şeydən danışmışıq. Bizimkini sənnən məndən başqa heç kəs bilmir, açığı deyirəm bax. Açığı deyirəm bax, demişik biz kişiyik, kişi kimi də üstündə sözümüzün üstündə, bunu heç kəsə şey eləməmişik ki, kənara çıxarmamışam. Bunu daje elə olub ki, heç mən evdə yoldaşımnan, heç o da bilmir ki, mən sənə nə qədər pul vermişəm, açığı diyim. Baxmayaraq ki, evdə ailəmdi, şeyimdi, deməmişəm. -K1 -İndi kim qazanıb qazanıb, fərqi yoxdu ki, nə fərqi var ki, o qazanan adam olsun. Hər şeyin gənə də deyirəm, bir lyuboy bir işin. -K2 - İndi gəl bir ağsaqqallıq elə, yaxşı. - K1 - De görək. - K2 - Yox, sən ağsaqqallıq elə, mən nə deyim? -K1 -Yox, mən ağsaqqallıq, mən gənə də, mən görürsən iki il özü də onsuz da bu summanın ora hamısını köçürməsəydilər də, bu şeydə uje söhbətimi eliyəcəydim ki, qardaş qurtaraq də, bu bəsdi də. İki il dalbadal bax bir kəlmə söz demədən, vaxtlı- vaxtında. - K1 -Mənim başqa şeyim yoxdu. Siz şantaj elədiz, mən də şantajdaydım da, siz. - K2 -Nəyi, Allah eləməsin, ay yox, yox, elə söz dilinə gətirmə. -K1 - İndi axıra kimi, mən gənə deyirəm ey, sən bəhanə başa düşmə. Sən qarant durursan ki, mən 3 gündən, 5 gündən sonra nə olacaq mənə. Heç kəs durmur. Sən heç özünə qarant dura bilirsən ki, mənə də durasan. Heç mən də özümə qarant dura bilmirəm ki, sənə də qarant duram ki, mən bunu qazana biləcəyəm ordan. Mən gənə də deyirəm, iki il ərzində mən cəmisi 30- 32000 mən almışam, 50.000 sizə pul saymışam, vermişəm hamısını. Halal xoşunuznan, halal. -K2 -Sənin də halal xoşun ey, vallah onu, ordan mən inanırsan ki, dedim də ordan biz faizə işləmişik. -K1 -Yox, da faizə işliyibsən o adam qurtardı getdi də, kimnən də dedin haqqını verdim, onlar faizə oturan deyil. Mən bilirəm ki, o adamlar kimdisı iş düzəldənlər həmişə belə olub. Konkret 5 manat, 10 manat alıb, qurtardı çıxdı getdi. Bunnan da işini həll eliyib qurtardı gedir uje. Yani burda da mən sənə yenə deyirəm ey üçə, beşə, beşdən yuxarı pul verən yoxdu bizimkilərdə. Orda da, bizdə də, bəlkə də sənə diyim ki, bir 30-40 nəfər alır, 30-40 nəfər alır ha burdan. -K2 -Vallah mən o işi sənə o vaxtdan nətəri demişdim o cürdü, o cür yəni bir işi düzəltmə işdi, başqa sözümüz yoxdu. Öz ixtiyarında olan məsələdi, o işi düzəltmə işdi, düzəltmişik, sağlığına qismət, hər şey də öz yerində. Vallah düzəltmə işdi. Düzəltdik də, gətirdik yoluna qoyduq. Bu gün də elə bil ki, alajaydın 200-300 manat, alırsan sağlığına qismət da, biz ayrı nə deyirik ki. Vallah nə deyirik ki, mən səni başa düşürəm. Sən də bizi başa düş. -K1 -Yox, yox ey, mənimçün fərqi yoxdu. Mən gənə də deyirəm, indi yox da, o adamlar qurtardı getdi də, denən vermir. O adam demir? Denən vermir, qoy görüm mənə neyniyəcəkdi. Mən səniynən üz-üzəyik ey. Onların heç biri mənə yaxın dura bilməz, heç kəs yaxın dura bilməz. - K2 - Heç o söhbəti mən sənnən eləmirəm. -K1 -Yanı ki, oların heç biri mənə yaxın duranmaz. Eliyifsiz çox sağ olun, dastatıçnı da eləmişəm. Əgər 5 dənə ağsaqqal kişini də gətirib oturtsan, danışsan ki, bu belənçinədi, hamısı diyəcək ki, tərəzinin şeyi var daa, başa düşdün, ədalət deyilən şey var da. Bunu elə eləmək lazımdı ki, bu. - K2 -Bax, bu şey ortada yoxudu. Nə o varıdı, nə bu varıdı. İndi elədik.- K1 - Elədiz, bəs mən onu deyirəm da elədiz, siz də aldız, mən də aldım. Mən yenə deyirəm, mən iki ilə sizdən iki dəfə az almışam. -K2 - Orda elə aylıq qədər almışıq, biz artıq almamışıq ki. Arada bir iki üç dəfə. -K1 -Yox, keçən il də məsələn, mən 5000, 6000 aldı, onları vermişəm də. Yüz faiz sizə mən 50000 pul vermişəm, mən hesablamışam da, özümdə qeyd eliyirəm də onnarı kı şey olsun. Mən nə qədər almışam, siz nə qədər almısız. Gənə də deyirəm mənim uje daa, Allahdan başqa heç kəs qarant dura bilməz mən burda neçə il yaşıyacam ki. Yəni ki, başa düşdünmü, bunu vermək orda. Mən özüm evdə açıq deyim sənə, bir 1000 manat artıq pulum yoxdu ki, qoyum orda ki, bu mənim səhər məsəlçün, qara günlüyümdü, başa düşdünmü? -K2 -Hamımız eləyik də. - K1 -Vallah nə deyim vallah. Mən sizə bir 10-15 min də ordan verərəm. - K2 -Ay nə danışısan ay seyid, elə şey olarmı? -K1 - Mən bə neyniyim? Nətəri deyirsən, deginən. Sən deginən, sən deginən, ona gedək. Özü də ki, mən gənə deyirəm, qala iş qala ki, o adamlara mən heç nə o adama zada şey eləmirəm. Sənə görə onu eliyirəm, sırf sənə görə, başa düşdünmü? O adamlar da. -K2 -Onu da biz özümüz yaratmışığ, düzəltmişik. Onu da belə danışdığ, indi belə jest eliyirsən. Mən nə deyim? -K1 -Mən demirəm ki, şeydi. Onları sən ləğv elə getsin, sən beş faiz, üç faiz, qalanını mən sənə deyərsən ki, vermir. Qoy onlar gəlsin məniynən kim danışmaq istəyir danışsın.- K2 -Gənə də mən arada qalıram. -K1 -Arada niyə qalırsan sən? Mən sənin dədən oğlu, əmin oğlu zad döyüləm ki, düz döyüln ki? Vermir də. Vurub güllələyəsi döyülsən ki. Özü də bu iş də elə şeydi ki, heç kəs istəmir ki, btf iş böyüyə, şişə, kimin nəyinə lazımdı. Çörək yemişik, söhbət azdançoxdan getmir. - K2 -Süfrənin üstündə danışmışıq. -K1 -Bircə şey var ki, mən bir şeyə dabro verdimsə, inanırsan cəddim haqqı. Əgər bir şeydən mən narazı qaldımsa, onnan xeyir tapmaq olmayacaq. -K2 -Sən ürəyini geniş elə mənə qarşı yaxşı ol vəssəlam. K1- Həmişə yaxşı olacam. Gənə deyirəm biz sənnən qardaşıq, - danışıqların oldğu müəyyən olunmuşdur. Həmin danışıqlar əks olunduğu «Gold» markalı SD disk həmin ekspertiza rəyinə əlavə edilmişdir. (cild 2, iş vər. 12-18). İş üzrə 14 sentyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsindən həmin Məcəllənin 178.3.2, 32.4,312.2 və 320.2-ci maddələrinə tövsif edilmişdir. (cild 2, iş vər. 44-49). Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CMnin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin tarixdə ona qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham müdafiəçisinin iştirakı ilə ona elan edilmişdir. (cild 2, iş vər. 52-57). İşdə olan “Qətimkan tədbiri seçilməsi haqqında” 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vər. 80-81). Təqsirləndirilən şəxs 14 və 21 sentyabr 2020-ci il tarixli ərizələrlə müraciət edərək dələduzluq cinayət əməli üzrə vurduğu ziyanı ödəmək istəməsini bildirmiş və onun tərəfindən 15 sentyabr 2020-ci il tarixdə 30000 (otuz min) manat, 21 sentyabr 2020-ci il tarixdə isə 25806,2 manat (iyirmi beş min səkkiz yüz altı manat iyirmi qəpik) məbləğində pul vəsaitinin ödənişi həyata keçirilməklə qeyd edilən pul vəsaitlərinin 15 və 22 sentyabr 2020-ci il tarixli qərarlarla Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulması təmin edilmişdir. (cild 2, iş vər. 84, 85-90, 107-108, 109-110, 111). İşdə olan 51 saylı MKİS-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu, 2-ci mikrorayon, H.Seyidzadə küçəsi ev 23, mənzil 49 ünvanda yaşayır və daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2, iş vər. 114). “Sübutların qiymətləndirilməsi barədə” 25 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin iş üzrə Şahid1 barəsində rüşvət vermə cinayət əməli üzrə Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət təqibinə xitam verilmiş, həmçinin Şahid1 barəsində bilə-bilə hüquq verən və ya vəzifədən azad edən saxta sənəddən istifadə etmə cinayət əməli üzrə cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərində Şahid2, Şahid3, Şahid4, Şahid5 və qeyrilərinin hər-hansı bir formada iştirakları öz təsdiqini tapmadığına görə həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmiş, Şahid1 cinayət prosesində zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmiş, Şahid1 götrülmüş bir ədəd “GOLD” markalı CD disk, Şahid1 "xxxx" ASC-də olan 676867***7791 nömrəli hesabdan çıxarış (ödəniş kartı üzrə çıxarış), 26.12.2017-ci il tarixli 1811 nömrəli arayış maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması qərara alınmış, həmçinin Təqsirləndirilən şəxs barəsində olan hazırki ********* saylı cinayət işindən Şahid1 Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə 68 saylı evdə qediyyatsız yaşaması barədə yalan məlumatlar olan Abşeron rayonu, Ceyranbatan Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin möhürü ilə təsdiq edilmiş hüquq verən rəsmi sənədin - 26.12.2017-ci il tarixli, 1811 nömrəli arayışın qanunsuz hazırlanması faktı ilə bağlı 25 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilməsi qərara alınmış və müvafiq cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (cild 2, iş vər 115-144, 145-151). İşə əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin 456 nömrəli 31 mart 2021-ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs 16.03.2021-ci il tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzində müayinə olunmuş və həmin tarixdən “Kəskin mieloblast leykoz” diaqnozu ilə dispanser qeydiyyatındadır. Xəstəyə 17.03.2021-ci il tarixindən kimyəvi müalicə kursu başlanılmış və stasionar qaydada müalicə almışdır. Həmin cinayət işi üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs sağlamlıq durumu ilə bağlı müdafiə tərəfinin vəsatəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(101)-360/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində məhkəmə tibbi ekspertizası təyin olunmuş və iş materiallarına əlavə edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və X6” X14 tərəfindən verilmiş 454/KEŞ saylı 18.05.2021-ci tarixli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, 1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasəslanaraq, Milli Hematologiya və Transfuziologiya Mərkəzində tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 16.03.2021-ci il tarixdən “Kəskin mieloblast leykoz” diaqnozu ilə mərkəzdə dispanser qeydiyyata götürüldüyü və bununla əlaqədar, 17.03.2021-ci il tarixdən stasionar müalicədə olduğu müəyyən olunmuş və Təqsirləndirilən şəxs düçar olduğu xəstəlik ağır gedişli xəstəliklər qrupuna daxildir. İşə əlavə edilməklə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin 1559 nömrəli 10 avqust 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdən 21 may 2021-ci il tarixədək Milli Hematologiya və Transfuziologiya Mərkəzində stasionar müalicədə olmuşdur. Aparılmış müalicə nəticəsində xəstədə kimyəvi terapiyadan sonra ürək çatışmamazlığı müəyyən edildiyindən həkim-kardioloqda ambulator şəraitdə müalicə alır. İş materiallarına əlavə edilməklə N.Tusi adına Klinika tərəfindən verilmiş 38 nömrəli 25 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən klinikada mütamadi şəkildə bir sıra laborator və diaqnostik müayinələr keçib, müayinələrin nəticəsində əsasən pasiyentə “Kimyaterapiyadan sonra əmələ gələn ürək çatışmamazlığı, İİİ-İV f.s.” diaqnozu qoyulmuşdur. Hazırda həkim-kardioloqda müalicə alır. İş materialarına əlavə edilmiş notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Şahid1 məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyan ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması, özünü təqsirli bilməməsinə baxmayaraq, onun özünün Şahid1 müvafiq məhkəmə qərarı əsasında güzəştli şərtlərlə pensiya təyin edilməzdən əvvəl və bundan sonrakı dövrdə, onunla müntəzəm olaraq əlaqə saxlayaraq ona pensiya hesablanması və ödənilməsi ilə bağlı özünün aktiv hərəkətlərinin məhz nədən ibarət olması barədə işin faktiki hallarına uyğun ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş yuxarıda qeyd sənəd və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı Şahid1 qarşı dələduzluq etmədiyi, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ondan hər-hansı bir məbləğdə pul almadığı və buna cəhd etmədiyi, sonuncuya güzəştli şərtlərlə pensiya təyin olunması, həmçinin təyin olunmuş pensiya məbləğinin ödənilməsi ilə bağlı hər-hansı bir səlahiyyətli vəzifəli şəxsə verəcəyi adı ilə ondan hər-hansı bir məbləğdə pul almadığı, bu adla onu rüşvət verməyə təhrik etmədiyi hissədə olan ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, yuxarıda qeyd edilməklə həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış obyektiv sübutların məcmusu üzrə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarından göstərilmişdir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verməklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək, hesab edir ki, onun öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməklə, külli miqdarda özgə əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməklə, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa və dolayı yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təkrarən təhrik etməklə və bilə-bilə saxta rəsmi sənəddən istifadə etməklə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli təqsirli bilinərək Qanunvericiliyin tələbləri nəzərə alınmaqla ona müvafiq qaydada cəza təyin edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz iş fəaliyyəti ilə əlaqədar yaşa görə pensiya təyin olunması üçün ona müracət etmiş Şahid1 ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ünvan 4ktiki yaşamasına baxmayaraq, istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən istintaqla müəyyən edilməmiş şəraitdə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlanmış, məzmununda Şahid1 guya ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə 68 saylı evdə yaşaması barədə yalan məlumatlar olan Abşeron rayonu, Ceyranbatan Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin möhürü ilə təsdiq edilən hüquq verən rəsmi sənədin,- 26.12.2017-ci il tarixli, 1811 nömrəli arayışın saxta olduğunu bilə-bilə tamah niyyətilə həmin arayışı 2017-ci ilin dekabr ayında əldə edib Şahid1 istintaqla müəyyən edilməyən digər sənədlərlə birgə verərək həmin saxta rəsmi sənəddən tamah niyyəti ilə istifadə etmiş və sonuncunun pensiya işinin 1 yanvar 2018-ci il tarixdə Fondun Abşeron rayon şöbəsinə keçirilməsinə nail olmuşdur. Bu kimi hərəkətləri ilə həmin hissədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli təörətməkdə ldə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə,- həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş biləbilə saxta sənədlərdən istifadə etmə, - cinayət əməlinə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulimuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bununla əlaqədar qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxs elan olunmuş hazırkı ittiham üzrə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməlini 2017-ci ilin dekabr ayı və 2018-ci ilin yanvar ayı əhatə edən dövr ərzində törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddəti, yəni iki il artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin, hazırki cinayət işi üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirildiyi epizod üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın könüllü olaraq onun tərəfindən tamamilə ödənildiyini, həmçinin onun ağır xəstəliklərdən əziyyət çəkdiyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə Qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qəraralarının tələblərini nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən halların məcmusunu, onun törətmiş olduğu cinayətlərin xarakterini, onun şəxsiyyətini, cinayət nəticəsində vurulmuş ziyanın tam olaraq onun özü tərəfindən ödənilmiş olmasını, Təqsirləndirilən şəxs səhhət durumu, yəni onun ağır gedişli xəstəliklər qrupuna daxil olan «Kəskin mieloblast leykoz» xəstəliyinə düçar olduğu, həmçinin onun «Kimyaterapiyadan sonra əmələ gələn ürək çatışmamazlığı, İİİ-İV f.s.» diaqnozu ilə halhazırda ambulator qaydada öz müalicəsini davam etdirdiyini və ailə vəziyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət əməlinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışları ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onların davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.4-cü maddəsinə görə cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nətiçəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1, 99-1.1.2, 99-1.2maddələrinin müddəalarına əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri həmin maddədə göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. O cümlədən,- şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Yuxarıda qeyd edildiyi kimi həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Şahid1 Dövlət Sosial Müdafiə Fondunun özünün yaxın münasibətdə olduğu vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə etdiyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verəcəyi adı ilə 2017-ci il ərzində vahid niyyətlə cəmi 3500 (üç min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus qeyd edilən pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş olduğu, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmiş oluduğu, bundan başqa, Şahid1 müvafiq məhkəmə qərarı əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 12.03.2009-cu il tarixdən təyin edilməsini sonuncuya deməyib, həmin ödənilməmiş məbləği Dövlət Sosial Müdafiə Fondunun və digər səlahiyyəti qurumların vəzifəli şəxslərinə özü vasitəsilə dolayı yolla verəcəyi təqdirdə həmin vəzifəli şəxslər tərəfindən məhkəmə qərarının onun xeyrinə icraya yönəldəcəyini aldatmaqla məhkəmə qərarlarına əsasən 19.01.2018-ci il tarixdən 16.12.2019-cu il tarixədək olan müddətdə Şahid1 hesabına yuxarıda qeyd edilən tarixlərdə hesablanmaqla köçürülmüş və sonuncu tərəfindən bankomatlar vasitəsilə hesabdan çıxarmasından sonra Şahid1 Bakı şəhərində müxtəlif ünvanlarda hissə-hissə cəmi 52306,2 manat (əlli iki min üç yüz altı manat, iyirmi qəpik) məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus həmin məbləğdə pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətləələ keçirərək Şahid1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş olduğu, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə dolayı yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş olduğu təsdiq olunmuşdur. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi, həmin iş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün Təqsirləndirilən şəxs tərəfindən 15 sentyabr 2020ci il tarixdə 30000 (otuz min) manat və 21 sentyabr 2020-ci il tarixdə isə 25806,2 manat (iyirmi beş min səkkiz yüz altı manat iyirmi qəpik) təqdim edildiyi və müvafiq qərarlarla cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulması təmin edilmişdir. Məhkəmə, həmin iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitini əldə etmiş olduğu, həmin məbləğdə pul vəsaitini isğtintaq orqanına könüllü olaraq təqdim etməklə həmin vəsaitin Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulması təmin edildiyini nəzərə alaraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhz həmin məbləğdə pul vəsaiti cinayət yolu ilə əldə əldə edildiyi müəyyən olunduğuna görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti dövlətin nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: iş materiallarına əlavə edilmiş bir ədəd “GOLD” markalı CD disk, Şahid1 "xxxx" ASC-də olan 676867***7791 nömrəli hesabdan çıxarış (ödəniş kartı üzrə çıxarış), 26.12.2017-ci il tarixli 1811 nömrəli arayış cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 32.4, 312.2ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş əsas, azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti dövlətin nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: Bir ədəd “GOLD” markalı CD disk, Şahid1 "xxxx" ASC-də olan 676867***7791 nömrəli hesabdan çıxarış (ödəniş kartı üzrə çıxarış), 26.12.2017-ci il tarixli 1811 nömrəli arayış hazırki cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar